Məhkəmə qərarları › İş №1(006)-111/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-111/2023

01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-111/2023 01.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1962-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan barəsində başqa yerə getməmək haqqına iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 15 avqust 2022-ci il tarixdə saat 16 radələrində ünvan 2 ünvanda yerləşən 2 saylı Vəkil Bürosunun fəaliyyət göstərdiyi vaxtda oraya daxil olaraq həmin vaxt bürodakı şəxslərin başının qarışıq olmasından istifadə edib masanın üzərində olan vəkil Zərərçəkmiş şəxs məxsus əl çantasından içərisində 1.000 manat və həmin günün məzənənəsi ilə 256 manat 70 qəpik təşkil edən 151 ABŞ dolları pul, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə dəyəri 30 manat təşkil edən 01 ədəd "xxxx"ı ASC tərəfindən verilmiş və dəyəri 50 manat təşkil edən 01 ədəd "xxxx" ASC tərəfindən verilmiş bank kartları, balansında 2 manat 30 qəpik pul olan 01 ədəd 2 manat dəyərində metro kartı, 01 ədəd 10 manat dəyərində “Azəriqaz İB” tərəfindən verilmiş sayğac kartı olan həmin günün məzənnəsi ilə 212 manat 50 qəpik təşkil edən 125 ABŞ dollar dəyərində pul kisəsini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 1563 manat 50 qəpik məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, sonuncu dəfə 2008-ci ildə Azərbaycan Respublikası CM-nin 177-ci maddssi ilə həbs olunaraq 1 saylı Cəzaçəkmə Müəssisəsində olan zaman anası Z.Məmmədova onun yanına gələrək atasından qalan evi sataraq ucuz ev alaraq qalan pulu isə dolanışığına xərcləmək istədiyini bildirmiş, o anasına etiraz etməyərək evin satılması üçün sənədləri imzalamış, 2013-cü ildə azadlığa çıxdıqdan sonra isə o, anası Z.Məmmədova ilə aralarında söz söhbət yaranmış, Təqsirləndirilən şəxs anası ilə danışmamış, lakin anasının onlara məxsus Əhmədli qəsəbəsində olan evi sataraq, Nizami rayonu, Neftçilər metro stansiyası yaxınlığında 1 otaqlı ev aldığından məlumatlı olduğunu, 2019-cü ildə anası Z.Məmmədovanın rəhmətə getdikdən sonra ondan xəbərsiz anası Z.Məmmədovanın satdığı evlə bağlı məsləhət almaqdan ötrü, xx.xx.2022-ci ildə saat təxminən 15 radələrində piyada gəzən zaman, Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu 172 ünvanında yerləşən 2 saylı Vəkil Burosuna daxil olmuş, içəridə üç nəfər xanımın olduğunu həmin qadınlardan birinin yemək yediyini, digər bir nəfər vəkil qadının digər xanıma məsləhət verdiyini o, büroda olarkən içəridə olan masaların birinin üzərində qadın çantasının olduğunu görərək, sakitçə ona yaxınlaşaraq çantanın içərinə boylanaraq orada pul qabının olduğunu görüb, həmin pul qabını götürmək qərarına gəlmişdir. O, həmin pul qabını götürərək vəkil bürosunu tərk etmişdir. O, vəkil bürosuna oğurluq məqsədilə deyil, hüquq məsləhəti almaq üçün getdiyini, lakin sonradan nəzarətsiz qadın çantasında pul qabını gördükcə, pulu olmadığına görə pul qabını götürmək qərarına gəlmişdir. Vəkil bürosundan çıxaraq o, gəzə-gəzə 28 may metrosu tərəfə getdikdə ara küçələrin birində yerləşən zibil qutusuna Vəkil Bürosundan oğurladığı pul qabını atmış, pul qabının içərisində 02 ədəd 200 manatlıq, 4 ədəd 100 manatlıq əskinaslar, 02 ədəd 50 manatlıq, 03 ədəd 20 manatlıq, 03 ədəd 10 manatlıq, 05 ədəd 1 manatlıq, 01 ədəd 5 manatlı, 01 ədəd 100 ABŞ dolları, 01 ədəd 50 ABŞ doları, 01 ədəd 1 ABŞ dolları olmaqla ümumilikdə 1256,70 manat nağd pul, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, avtomobilin texniki pasportu, metro kartını vəkillik vəsiqəsi, əməkhaqqı kartı və metro kartı var idi. O, pul qabının içərisindən 1256,70 manat pulu və metro kartını götürərək cibinə qoymuş, metro kartının içərisində isə 2,30 manat pul olduğunu, pul qabının içərisində olan şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, avtomobilin texniki şəhadətnaməsi, vəkillik vəsiqəsi, əməkhaqqı kartı qaz sayğacı kartı və “Access” banka məxsus kart, “Umico” debet kartını zibil qutusuna tullamış, bir neçə gün sonra polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək, oğurluqda şüphəli olduğuna görə Nəsimi RPİ-nin 22ci PŞ-ə dəvət etmişlər. Daha sonra özünü təqsirli bilməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahid ifadələri, maddi sübutun götürülməsi barədə protokol, DVD diskində olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəməyə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə işlədiyi Nəsimi rayonu, B.Səfəroğlu küçəsi 172 ünvanında yerləşən 2 saylı Vəkil Bürosunda işdə olarkən mülki işlə əlaqədar məhkəmə iclasına hazırlaşdığından noutbukunu, eynəyini, içərisində 1000 Azərbaycan manatı, 151 ABŞ dolları, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, avtomobilin texniki şəhadətnaməsi, vəkil xidməti vəsiqəsi, metro karlı, Umico debet kartı, Access banka məxsus bank kartı, Beynəlxalq Banka məxsus maaş kartı və Azəriqaz sayğacının kartı olan pul qabısı çantasının içərisində olmaqla iş masasının üzərinə qoymuş, saat 15 radələrində müəyyən sənədləri skan eləmək üçün 2 saylı Vəkil Bürosunda digər otağa keçmiş, digər otağa keçərkən içərisində 1000 manat pul, 151 ABŞ dolları, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, avtomobilin texniki şəhadətnaməsi, vəkil xidməti vəsiqəsi, metro kartı, Umico debet kartı, Access banka məxsus bank kartı, Beynəlxalq Banka məxsus maaş kartı və Azəriqaz sayğacının kartı olan pul qabısı çantasını, noutbukunu, eynəyini iş masasının üzərinə qoymudur. 2 saylı Vəkil Bürosunun içərisində olan digər otaqda sənədləri skan etdikdən sonra yenidən iş masasına yaxınlaşaraq, asan imza nömrəsi olan telefonu çar tasından götürmək istəyərkən, özünə məxsus pul qabısının çantada olmadığını aşkar etmiş, Vəkil Bürosunun daxilində olan iş yoldaşlarından pul qabısının naməlum şəraitdə yoxa çıxdığını bildirmiş, iş yoldaşlarının onun pul qabısından xəbərləri olmadıqlarını bildirdiklərindən bu bardədə DİN-nin 102 xidmətinə məlumat verərək, Nəsimi RPİ-nin 22-ci PŞ-nə ərizə ilə müraciət etmiş, oğurluq hadisəsinin xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Nəsimi rayonu, B.Səfəroğlu 172 ünvanında yerişən 2 saylı Vəkil bürosunda baş verdiyini, oğurlanmış 01 ədəd “Access Bank”a məxsus bank kartları oğurlanmaqla 50 manat, ('1 ədəd “Beynəlxalq Bank”a məxsus bank kartı oğurlanmaqla 30 manat, Azəriqaz sayğac kartının oğurlanmasına görə 10 manat, 01 ədəd 2 manat dəyərində metro kartının içərisində 2,30 manat pul olmaqla metro kartının oğurlanmasına görə 4,30 manat, 01 ədəd pul qabının oğurlanmasına görə 212,50 manat (125 ABŞ dolları), 1000 manat pul və 151 ABŞ dolları (256 manat 70 qəpik) nəğd pulunun oğurlanması ilə ona ümumilikdə 1563,50 manat dəyərində maddi ziyan dəymişdir. Daha sonra zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam şəkildə ödənilmişdir və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəməyə iclasında iştirak edən Şahid1 ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında yerləşən 2 saylı Vəkil Bürosunda müdür vəzifəsində işlədiyini, xx.xx.2022-ci il tarixdə işlədiyi Nəsimi rayonu, B.Səfəroğlu küçəsi 172 ünvanında yerləşən 2 saylı Vəkil Bürosunda işdə olarkən bir nəfər şəxsin büroya daxil olaraq ona tərəf baxdığını, həmin vaxt onun yanında bir nəfər şəxsin hüquq məsləhəti almaq məqsədi ilə əyləşdiyindən 55- 60 yaşlarında, hündürboylu şəxs əyləşməyərək büronun daxilində o tərəf bu tərəfə var gəl etdiyini, hətta həmin şəxsə bu barədə irad bildirmiş, o, buna məhəl qoymayaraq Büronun daxilində vəkil N.Fərzəliyevə məxsus iş masasına arxası tərəfi ilə söykənərək dayandığını, bir müddət sonra isə an dən əlləri arxasında Nəsimi rayonu, B.Səfəroğlu küçəsi 172 ünvanında yerləşən 2 saylı Vəkil Bürosunu tərk etdiyini, 10-15 dəqiqə sonra isə büroda vəkil işləyən Zərərçəkmiş şəxs iş masasının üzərində də olan çantasının içərisindən pul qabısının oğurlandığını deyərək pul qabısının oğurlanması ilə bağlı poli sə şikayət etdiyini, 2 saylı vəkil bürosundan pul qabının həmin şəxs tərəfindən oğurlanmasından şüphələndiyini bildirmişdir. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş və məhkəmə iclasında iştirak etməyən X1 ifadəsi elan olundu və müəyyən edildi ki, o, ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında yerləşən 2 saylı Vəkil Bürosunda xəzinədar vəzifəsində işlədiyini, xx.xx.2022-ci il tarixdə işlədiyi 2 saylı Vəkil bürosunda olarkən bir nəfər hündürboy, yaşlı kişinin büroya daxil olduğunu, həmin vaxt büronun müdürü Şahid1 yanında bir nəfər hüquq məsləhəti almaq məqsədi ilə əyləşdiyindən büroya daxil olan 55-60 yaşlarında, hündürboylu şəxs əyləşməyərək büronun daxilində o tərəf bu tərəfə var gəl etdiyini, hətta R.Məmmedova həmin şəxsə bu barədə irad bildirmiş, o, buna məhəl qoymayaraq Büronun daxilində vəkil N.Fərzəliyevə məxsus iş masasına arxası tərəfi ilə söykənərək dayandığını, bir müddət sonra isə anidən əlləri arxasında Nəsimi rayonu, B.Səfəroğlu küçəsi 172 ünvanında yerləşən 2 saylı Vəkil Bürosunu tərk etdiyini 10-15 dəqiqə sonra isə büroda vəkil işləyən Zərərçəkmiş şəxs iş masasının üzərində olan çantasının içərisindən pul qabısının oğurlandığını deyərək pul qabısının oğurlanması ilə bağlı polisə şikayət etdiyini, 2 saylı vəkil bürosundan pul qabının həmin şəxs tərəfindən oğurlanmasından şüphələndiyini bitdimişdir. Cinayət işinin 56-57-ci vərəqələrində olan 24 avqust 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 93-95-ci vərəqələrində olan 26 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinə 203-204-ci vərəqələrində olan 15 fevral 2023-cü il tarixli Nəsimi Rayon Məhkəməsinin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 122-ci vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 17 oktyabr 2022ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu, yəni 5-ci dəfə Yasamal Rayon Məhkəməsinin 28 noyabr 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 320.2 və 326.2-ci maddələri ilə təqsirli bilinərək 05 (beş) il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və Binəqədi Rayon Məhkəməsinin 28 yanvar 2013-cü il tarixli qərarına əsasən 03 (üç) ay 10 (on) gün müddətində vaxtından əvvəl şərti azad olunmuşdur. Cinayət işinin 154-159-cu vərəqələrində olan 16 yanvar 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 01 ədəd pul qabı və Bakı şəhəri, Sahil Metrostansiyasında yerləşən daxili müşahidə kameralarında götürülmüş 01 ədəd CD disk maddi sübut kimi tanınmış və 01 ədəd pul qabı Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Cinayət işinin 45-ci vərəqəsində olan DVD diskinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu B.Səfəroğlu 172 ünvanında yerləşən 2 saylı Vəki bürosundan Zərərçəkmiş şəxs məxsus çantanın içərisində olan pul qabını oğurlayaraq içərisində olan metro kartından xx.xx.2022-ci il tarixdə istifadə etməklə metroda hərəkət etmişdir. Cinayət işinə əlavə edilmiş zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam şəkildə ödənilmişdir və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə iclasında, zərərçəkmiş şəxsin, şahidlərin verdikləri ifadələri, cinayət işinə əlavə edilmiş DVD diskində olan video görüntülər və digər iş materialları ilə onun özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, məhkumluğunun, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində tutulma müddətinin 01 (bir) günü 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini, dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus 01 ədəd pul qabı sonuncuya qaytarıldığından sonuncunun istifadəsinə verilmiş hesab ediməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Q.M.Məmmədov dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 avqust 2022-ci il tarixdən 26 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus 01 ədəd pul qabı sonuncuya qaytarıldığından sonuncunun istifadəsinə verilmiş hesab edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar