Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-111/2024 08.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Xüsusi ittihamçı: X4 Xüsusi ittihamçının nümayəndəsi: “LCG” Vəkil bürosunun vəkili Müdafiəçi Barəsində xüsusi ittiham X7 qaydasında şikayət verilmiş şəxs: iştirakları ilə xx.xx.1991-ci il tarixdə Lerik rayonu, Buzeyir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: 5G6JYTZ), evli, Lerik rayonu, Buzeyir kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, fərdi yaşayış evində yaşayan X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X2 Bəhruz Müştəba oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, A.Şərbətova hal-hazırda Bakı şəhəri 136 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışmaqdadır. xx.xx.2023-cü il tarixdə onlayn media subyekti olan “tehsilmedia.az” saytında X8 barəsində aşağıdakı mətndə yazılı məlumat paylaşılmışdır: “Bakıdakı 136 nömrəli məktəbdə ÖZBAŞİNALİQ: Direktor iki ildə NECƏ VARLANİB? – ŞOK FAKTLAR. Təhsil sahəsinin gələcək nəslin yetişməsində əvəzsiz olduğu hər kəsə məlumdur. Boş yerə deyilməyib ki, bir milləti məhv etmək üçün öncə onun düşünən beyinlərini və savadlı kütləsini yox etmək lazımdır. Gələcək isə təhsil ocaqlarından, bağça və məktəblərdən başlayır. Çünki məhz təhsil ocaqlarında təlim-tərbiyə ön plana çıxır. Bu iş isə zəhmətkeş, dürüst və peşəsini vicdanla görən müəllimlərin üzərinə düşür. Lakin təəssüflər olsun ki, hələ də Azərbaycanın təhsil sahəsini uçuruma aparan, sağlam gələcək yetişdirmək əvəzinə gələcəyimizi məhv etməyə səy göstərən “pedaqoq”lara rast gəlinir. Özüdə ən təhlükəli məqam ondan ibarətdir ki, bu cür “pedaqoq”ların əksəriyyəti məktəblərdə rəhbər vəzifələrdə təmsil olunurlar. Bu rəhbərlər isə “burada mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə hərəkət edərək təhsil müəssisələrini bərbad vəziyyətə qoyurlar. Beləcə gələcək nəsillərimiz məhv edilir. “TehsilMedia.az” xəbər verir ki, özbaşınalığın, qanunsuzluğun tüğyan etdiyi növbəti təhsil müəssisəsi Bakı şəhər Xəzər rayonu R.M.Sadıqov adına 136 nömrəli tam orta məktəbdir. Hər halda bu barədə iddianı adının açıqlanmasını istəməyən mənbə səsləndirib və məlumatları redaksiyamıza göndərib. Mənbənin iddiasına görə adıçəkilən məktəbin direktoru X8 təhsil müəssisəsinə ayaq basdığı ilk gündən guşədəki şəhid şəkillərini 10 manatdan satıb: “Məktəbdə dəfələrlə bıçaqlanma hadisəsi olsa da, direktor müxtəlif yollarla bunu ört-basdır etməyi bacarıb. Eyni zamanda məktəbin fiziki tərbiyə müəllimi 8-ci sinif şagirdinə cinsi təcavüz etsə də, direktor Aysel Şərbətova faktı gizlətməyə cəhd göstərib. Lakin hüquq mühafizə orqanlarının araşdırması nəticəsində fakt öz təsdiqini tapıb və cinayətkar “müəllim” həbs olunub”. Mənbənin bildirdiyinə görə direktor Aysel Şərbətova 2021-ci ildə direktor vəzifəsinə təyin olunsa da, cəmisi iki il ərzində özünə xeyli mülk almağı bacarıb: “Onun Bakıda çoxmərtəbəli binada evi, Binə qəsəbəsində həyət evi var. Sentyabr ayında isə özünə, dəyəri 50 min manat olan son model avtomobil alıb. Hətta övladlarının baş hərfi ilə başlayan “zerkalni” avtomobil nömrəsi almaqdan çəkinməyib. Övladı illiyi 5.000 manat olan Atatürk liseyində oxuyur. Aysel Şərbətova bütün bu var-dövləti məktəb direktoru və MİQ imtahanında komissiya sədri olmaqla əldə edib. Amma təbii ki, dövlətin verdiyi maaş yox, aldığı rüşvət hesabına. Bundan başqa, direktor müəllimlər, texniki işçilər və valideynlərlə kobud rəftarı ilə tanınır. Bakı Şəhər Təhsil İdarəsində ona himayədarlıq edənlərin olması Aysel Şərbətovanın əl-qolunu açır və direktor özbaşınalıqlarını davam etdirir. Onun yarıtmaz idarəçiliyi səbəbindən neçə-neçə savadlı müəllim məktəbi tərk etmək məcburiyyətində qalıb. On ildən çox pedaqoji fəaliyyəti olan şəxsin son iki ildə bu qədər var-dövlətə sahib olması ciddi suallar doğurur”. Ümid edirik ki, bu qədər qanunsuzluğun, rüşvətin və özbaşınalığın tüğyan etdiyi məktəb və onun rəhbərliyi haqqında aidiyyəti qurumlar ciddi araşdırmalara başlayacaq və iddialar təsdiqini taparsa, Aysel Şərbətova barəsində ciddi ölçü götürəcəklər. Əks halda, təhsil adına xələl gətirən bu cür şəxslərin sayı günbəgün artacaq və gələcəyimiz ciddi təhlükə altına düşəcək”. xx.xx.2023-cü il tarixdə onlayn media subyekti olan “deryaz.az” saytında X8 barəsində aşağıdakı mətndə yazılı məlumat paylaşılmışdır: “İKİ MONOKRİSTAL VƏ “QANUNUN GÖZÜNÜ KOR ETMƏK” ÜSULU KƏŞF ELƏYƏN MƏKTƏB DİREKTORU. Bioqrafiyasında yer alan məlumatlara inansaq kimyagər məktəb direktoru Ayşel Şərbətova iki monokristal kəşf edib. Amma buna görə ona nə qədər pul mükafatı verildiyi barədə heç bir informasiya yoxdur. Əgər Nobel mükafatı alsaydı, ən azından onun quru maaşla necə nəhayətsiz kapitala yiyələnməsinə şübhə ilə yanaşanlara göstərərdi. Bu günlərdə “Dəryaz” qəzeti redaksiyasına məlumat verən mənbə Aysel Şərbətovanın rəhbərlik etdiyi Bakı şəhər Xəzər rayonu R.M.Sadıqov adşna Binə qəsəbə 136 nömrəli tam orta məktəbdə ciddi qanunsuzluqların hökm sürdüyünü bildirmişdir. Mənbənin iddiasına görə adıçəkilən məktəbin direktoru X8 təhsil müəssisəsinə ayaq basdığı ilk gündən guşədəki şəhid şəkillərini hazırlamaq üçün müəllimlərdən 10 manat pul yığıb. Məktəbdə dəfələrlə bıçaqlanma hadisəsi olsa da, direktor müxtəlif yollarla bunu ört-basdır etməyi bacarıb. Eyni zamanda məktəbin fiziki tərbiyə müəllimi 8-ci sinif şagirdinə cinsi təcavüz etsə də, direktor Aysel Şərbətova faktı gizlətməyə cəhd göstərib. Lakin hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində fakt öz təsdiqini tapıb və cinayətkar “müəllim” həbs olunub. Bununla belə direktor əxlaqsızlıq edən müəllimin həyat yoldaşını ibtidai siniflər üzrə metodbirləşmə rəhbəri vəzifəsinə irəli çəkmişdir. Mənbənin bildirdiyinə görə direktor Aysel Şərbətova 2021-ci ildə direktor vəzifəsinə təyin olunsa da, cəmisi iki il ərzində özünə xeyli mülk almağı bacarıb. Onun Bakıda çoxmərtəbəli binada evi, Binə qəsəbəsində həyət evi var. Sentyabr ayında isə özünə dəyəri 50 min manata qədər olan son model avtomobil alıb. Hətta övladlarının baş hərfi ilə başlayan “zerkalni” avtomobil nömrəsi almaqdan çəkinməyib. Övladı illiyi 5.000 manat olan Atatürk liseyində oxuyur. Aysel Şərbətova bütün bu var-dövləti məktəb direktoru və MİQ imtahanında komissiya sədri olmaqla əldə edib. Amma təbii ki, dövlətin verdiyi maaşla yox. Bundan başqa direktor müəllimlər, texniki işçilər və valideynlərlə kobud rəftarı ilə tanmır. Bakı Şəhər Təhsil İdarəsində ona himayədarlıq edənlərin olması Aysel Şərbətovanın əl-qolunu açır və direktor özbaşınalıqlarını davam etdirir. Onun yarıtmaz idarəçiliyi səbəbindən neçə-neçə savadlı müəllim məktəbi tərk etmək məcburiyyətində qalıb və görünən odur ki, bu proses davam edəcək. On ildən çox pedaqoji fəaliyyəti olan şəxsin son iki ildə bu qədər var-dövlətə sahib olması ciddi suallar doğurur. Ümid edirik ki, bu qədər qanunsuzluğun, rüşvətin və özbaşınalığın tüğyan etdiyi məktəb və onun rəhbərliyi haqda aidiyyatı qurumlar ciddi araşdırmalara başlayacaq və iddialar təsdiqini taparsa Aysel Şərbətova barəsində ciddi ölçü götürəcəklər. Qarşı tərəfin də mövqeyini öyrənmək üçün həm Elm və Təhsil Nazirliyinə, həm də, BŞTİ-ə rəsmi məktub göndərsək də heç bir qurumdan soraq çıxmadı”. xx.xx.2023-cü il tarixində onlayn media subyekti olan “aztimes.az” saytında X8 barəsində aşağıdakı mətndə, lakin digər saytlarda olmayan əlavə yazılı məlumat paylaşılmışdır: “Bakıdakı 136 nömrəli məktəbdə ÖZBAŞİNALİQ: Direktor iki ildə NECƏ VARLANİB? - ŞOK FAKTLAR. Təhsil sahəsinin gələcək nəslin yetişməsində əvəzsiz olduğu hər kəsə məlumdur. Boş yerə deyilməyib ki, bir milləti məhv etmək üçün öncə onun düşünən beyinlərini və savadlı kütləsini yox etmək lazımdır. Gələcək isə təhsil ocaqlarından, bağça və məktəblərdən başlayır. Çünki məhz təhsil ocaqlarında təlimtərbiyə ön plana çıxır. Bu iş isə zəhmətkeş, dürüst və peşəsini vicdanla görən müəllimlərin üzərinə düşür. Lakin təəssüflər olsun ki, hələ də Azərbaycanın təhsil sahəsini uçuruma aparan, sağlam gələcək yetişdirmək əvəzinə gələcəyimizi məhv etməyə səy göstərən “pedaqoqlara” rast gəlinir. Özüdə ən təhlükəli məqam ondan ibarətdir ki, bu cür “pedaqoq”ların əksəriyyəti məktəblərdə rəhbər vəzifələrdə təmsil olunurlar. Bu rəhbərlər isə “burada mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə hərəkət edərək təhsil müəssisələrini bərbad vəziyyətə qoyurlar. Beləcə gələcək nəsillərimiz məhv edilir. “AzTimes.az” və “TehsilMedia.az” xəbər verir ki, özbaşınalığın, qanunsuzluğun tüğyan etdiyi növbəti təhsil müəssisəsi Bakı şəhər Xəzər rayonu R.M.Sadıqov adına 136 nömrəli tam orta məktəbdir. Hər halda bu barədə iddianı adının açıqlanmasını istəməyən mənbə səsləndirib və məlumatları redaksiyamıza göndərib. Mənbənin iddiasına görə adıçəkilən məktəbin direktoru X8 təhsil müəssisəsinə ayaq basdığı ilk gündən guşədəki şəhid şəkillərini 10 manatdan satıb. “Məktəbdə dəfələrlə bıçaqlanma hadisəsi olsa da, direktor müxtəlif yollarla bunu ört-basdır etməyi bacarıb. Eyni zamanda məktəbin fiziki tərbiyə müəllimi 8-ci sinif şagirdinə cinsi təcavüz etsə də, direktor Aysel Şərbətova faktı gizlətməyə cəhd göstərib. Lakin hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində fakt öz təsdiqini tapıb və cinayətkar “müəllim” həbs olunub”. Mənbənin bildirdiyinə görə direktor Aysel Şərbətova 2021-ci ildə direktor vəzifəsinə təyin olunsa da, cəmisi iki il ərzində özünə xeyli mülk almağı bacarıb: “Onun Bakıda çoxmərtəbəli binada evi, Binə qəsəbəsində həyət evi var. Sentyabr ayında isə özünə, dəyəri 50 min manat olan son model avtomobil alıb. Hətta övladlarının baş hərfi ilə başlayan “zerkalni” avtomobil nömrəsi almaqdan çəkinməyib. Övladı illiyi 5 min manat olan Atatürk liseyində oxuyur. Aysel Şərbətova bütün bu vardövləti məktəb direktoru və MİQ imtahanında komissiya sədri olmaqla əldə edib. Amma təbii ki, dövlətin verdiyi maaş yox, aldığı rüşvət hesabına. Bundan başqa, direktor müəllimlər, texniki işçilər və valideynlərlə kobud rəftarı ilə tanınır. Bakı Şəhər Təhsil İdarəsində ona himayədarlıq edənlərin olması Aysel Şərbətovanm əl-qolunu açır və direktor özbaşınalıqlarını davam etdirir. Onun yarıtmaz idarəçiliyi səbəbindən neçə-neçə savadlı müəllim məktəbi tərk etmək məcburiyyətində qalıb. On ildən çox pedaqoji fəaliyyəti olan şəxsin son iki ildə bu qədər var-dövlətə sahib olması ciddi suallar doğurur”. Müəllimlər iddia edir ki, hər ay müxtəlif adlarla pul yığılır. Kimsə səsini çıxardanda deyir ki, rəhbərliyin tapşırığıdır. Elm və Təhsil Nazirliyin qəti qadağan etməsinə baxmayaraq yenil il şənliyi ilə əlaqədar kütləvi bilet satılıb. Analoji hadisə noyabr ayında qəzet pulu adı altında 150 nəfərdən çox müəllimdən pul yığılıb. Yeni il qabağı kollektivi hansı sürprizlər gözləməsini qabaqcadan demək o qədər də çətin deyil. Ümid edirik ki, bu qədər qanunsuzluğun, rüşvətin və özbaşınalığın tüğyan etdiyi məktəb və onun rəhbərliyi haqda aidiyyatı qurumlar ciddi araşdırmalara başlayacaq və iddialar təsdiqini taparsa, Aysel Şərbətova barəsində ciddi ölçü götürəcəklər. Əks halda, təhsil adma xələl gətirən bu cür şəxslərin sayı günbəgün artacaq və gələcəyimiz ciddi təhlükə altına düşəcək”. xx.xx.2023-cü il tarixdə onlayn media subyekti olan “tehsilmedia.az” saytında X8 barəsində aşağıdakı mətndə təkzib xarakterli məlumat paylaşılmışdır: “Xəzər rayonundakı 136 saylı orta məktəbin direktoru haqda yayılan məlumatlar həqiqəti əks etdirmir. Jurnalist hər zaman faktlara əsaslanan məlumatları dərc etməyə borcludur. Bu bizim peşə etikamızdan irəli gələn bir məsələdir. Üstəlik, hər bir peşəkar jurnalistin özünün aşkar və ya gizli mənbəsi ola və onu xəbərlə təmin edə bilər. Bu xüsusi peşəkarlıq, təcrübə və qabiliyyət tələb edir. Ona görə də, heç də bütün jurnalistlərin əlavə informasiya mənbələri olmur. Digər bir məsələ isə həmin informasiya mənbələrinin nə qədər etibarlı olubolmamasıdır ki, bu çox ciddi mövzudur. Belə ki, bəzən jurnalist öz mənbəsinə etimad göstərib və inanıb yazı dərc etsə də, sonradan həmin mənbənin verdiyi məlumatın doğru olmaması məhz media mənsubunu və mətbu orqanı çətin vəziyyətdə qoyur. Üstəlik, məsələ məhkəmə predmeti olduqda jurnalist öz gizli mənbəsini problemlə üz-üzə qoymamaq üçün onun adını açıqlamır. Bu halda isə əziyyəti həm jurnalist, həm də media orqanı çəkir. Digər tərəfdən, gizli mənbənin etibarlılığının nə dərəcədə olub-olmadığını da yoxlamaq çox çətindir. Bir çox hallarda həmin mənbələrdən gələn məlumatlar doğru çıxsa da, anidən verilən qərəzli yaxud yanlış informasiya, aləmi bir-birnə vurmaq gücünə malikdir. Elə “TehsilMedia.az” xəbər portalı olaraq öz mənbəmizə inanıb dərc etdiyimiz məlumatın sonradan heç bir əsasının olmadığını öyrənmək də bizi sözün əsil mənasında xəyal qırıqlığına uğratdı. Söhbət saytda dərc etdiyimiz “Bakıdakı 136 nömrəli məktəbdə ÖZBAŞİNALİQ: Direktor iki ildə NECƏ VARLANİB? - ŞOK FAKTLAR” başlıqlı yazıdan gedir. Belə ki, gizli mənbəmizin bizə verdiyi məlumatlar və fotofaktlar əsasında hazırladığımız yazıda jurnalistika prinsiplərinə tam əməl etsək də, sonradan qarşı tərəfin bu informasiyaların yalan olduğunu bəyan etməsi fonunda mənbəmizin verdiyi informasiyaların doğruluğundan boyun qaçırması media qurumu olaraq bizi əməlli-başlı çətin vəziyyətə saldı. Bəli, biz uzun illər əməkdaşlıq etdiyimiz mənbəmizin verdiyi informasiyanın doğruluğuna inanaraq yazı hazırlamışdıq və bir təhsil ocağında baş verən hadisələrə toxunmuşduq. Lakin məlum oldu ki, mənbəmizin verdiyi bütün məlumatlar yalandır və heç biri həqiqəti əks etdirmir. Belə olan halda isə, məsələnin məhkəmə predmetinə qədər uzanmaması üçün təkzib vermək məcburiyyətində qalırıq və bunun üçün öz dəyərli oxucularımızdan üzr istəyirik. Bildiririk ki, sözügedən məktəbdə baş verən hadisələrlə bağlı mənbəmizin bizə verdiyi məlumatlar yalandır və həqiqəti əks etdirmir. Eyni zamanda Aysel Şərbətovanm direktor kimi rüşvət yığması və bu pullarla özünə bahalı avtomobil alması haqda mənbəmizin bizə verdiyi məlumatlar da yalandır. Bütün bu iddiaların heç bir əsası yoxdur və adıçəkilən məktəbin rəhbərliyi də haqqında yayılan saxta məlumatların doğru olmadığını tam şəkildə sübuta yetirib. Odur ki, 136 saylı orta məktəb və onun direktoru Aysel Şərbətova təhsil adına xələl gətirəcək heç bir addım atmayıb və əksinə, nümunəvi fəaliyyəti ilə seçilib. Bir daha bəyan edirik ki, adını açıqlamadığımız mənbə ilə bütün informasiya bağlarımızı kəsəcəyik və onun verdiyi heç bir məlumatı saytımızda dərc etməyəcəyik”. A.Şərbətova hesab edir ki, kütləvi informasiya vasitələrində yayımlanan bu xəbərlərlə o, ağır cinayət hesab edilən Cinayət Məcəlləsinin 311.2-ci maddəsində nəzərdə tutulmuş vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma cinayətində ittiham edilməklə ona böhtan atılmışdır. Kütləvi informasiya vasitələrində məqsədli şəkildə qəsdən yayımlanan bu cür xəbərlər onun şərəf və ləyaqətini ləkələyən və ya onu direktor kimi nüfuzdan salan yalan məlumatlardır. Bu son məqalədə də tam əks olunmuşdur. A.Şərbətova pozulmuş hüquqlarının bərpası və təqsirkar şəxsin cinayət məsuliyyətinə cəlb olunması üçün xüsusi ittiham qaydasında şikayətlə birinci instansiya məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Onlayn media subyektləri olan “tehsilmedia.az”, “deryaz.az” və “aztimes.az” saytlarında paylaşılan demək olar ki, eyni mətnli yazılı məlumatlardan da göründüyü kimi Bakı şəhəri 136 saylı məktəbin direktoru X8 dövlət məktəbinin vəzifəli şəxsi kimi Cinayət Məcəlləsinin 311.2-ci maddəsində nəzərdə tutulmuş qanunsuz hərəkətlərə görə rüşvət alma cinayətinin törədilməsində ittiham olunur. Bu ittiham qeyd olunan xəbərlərin mətnindəki aşağıdakı ifadələrdə açıq-aşkar görünür: • “...məktəbin direktoru X8 təhsil müəssisəsinə ayaq basdığı ilk gündən guşədəki şəhid şəkillərini 10 manatdan satıb”; • “...eyni zamanda, məktəbin fiziki tərbiyə müəllimi 8-ci sinif şagirdinə cinsi təcavüz etsə də, direktor Aysel Şərbətova faktı gizlətməyə cəhd göstərib”; • “Aysel Şərbətova bütün bu var-dövləti məktəb direktoru və MİQ imtahanında komissiya sədri olmaqla əldə edib. Amma təbii ki, dövlətin verdiyi maaş yox, aldığı rüşvət hesabına”. • “Müəllimlər iddia edir ki, hər ay müxtəlif adlarla pul yığılır. Kimsə səsini çıxardanda deyir ki, rəhbərliyin tapşırığıdır. Elm və Təhsil Nazirliyin qəti qadağan etməsinə baxmayaraq yenil il şənliyi ilə əlaqədar kütləvi bilet satılıb. Analoji hadisə noyabr ayında qəzet pulu adı altında 150 nəfərdən çox müəllimdən pul yığılıb”. Göründüyü kimi, hazırki vəziyyətdə X8 Bakı şəhəri 136 saylı tam orta məktəbin vəzifəli şəxsi kimi ağır cinayət olan Cinayət Məcəlləsinin 311.2-ci maddəsində nəzərdə tutulmuş rüşvət alma cinayətinin törədilməsində ittiham olunaraq onun barəsində Cinayət Məcəlləsinin 147.2-ci maddəsində qeyd edilmiş “ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma” cinayəti törədilmişdir. Böhtan olan məlumatları özündə əks etdirən yazılı informasiya “tehsilmedia.az” saytında 1.016 baxış, “deryaz.az” saytında 86 baxış, “aztimes.az” sayında 551 baxış olmaqla, ümumilikdə 1.653 nəfərə çatmaqla (baxış sayı artmaqda davam etməkdədir) kütləvi nümayiş etdirilərək internet informasiya ehtiyatında yayılmışdır. Sadalanan onlayn media subyekti olan saytlar aşağıdakı şəxslərə məxsusdur: “Tehsilmedia.az” saytının baş redaktoru - X18, “Deryaz.az” saytının baş redaktoru - X15, “Aztimes.az” saytının baş redaktoru - X16. X8 barəsində böhtan xarakterli yalan məlumatlar vaxtilə A.Şərbətovanın direktoru olduğu Bakı şəhəri 136 saylı tam orta məktəbdə işləmiş, indi isə Bakı şəhəri 252 nömrəli məktəb-liseydə işləyən X10 tərəfindən “whatsapp” mobil tətbiqi vasitəsilə və görüşlər keçirməklə kütləvi informasiya vasitələrinə ünvanlanaraq qəsdən yayılmışdır. Böhtan xarakterli informasiyanı kimin yayması ilə bağlı hər üç media subyektinə vəkil sorğusu göndərilmişdir. Hər üç media subyekti də məqalədə jurnalist mənbəsi kimi qeyd olunan və məlumatları yayan şəxsin X5 qeyd etmişlər. Bundan əlavə hər üç şəxs də məhkəmə iclasında şahid qismində rəsmi ifadə verməyə hazırdırlar. Barəsində şikayət edilən şəxsin qanunsuz əməlləri nəticəsində Bakı şəhəri 136 saylı tam orta məktəbin direktoru fiziki şəxs X1 informasiya vasitələrində böhtan cinayətinə məruz qalmaqla cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində və işəgötürəni qarşısında şərəfi, ləyaqəti və nüfuzu zədələnmiş, ona mənəvi zərər vurulmuşdur. Cinayətin törədilməsini təsdiq edən məqalələr hələ də internet informasiya ehtiyatında yayımlanmaqda davam etməkdədir. Bundan əlavə, xx.xx.2023-cü il tarixdə onlayn media subyekti olan “tehsilmedia.az” veb-saytında yayımlanan təkzib xarakterli məqalədə həqiqətən də onlara verilən məlumatların yalan olduğu bildirilmişdir. Böhtan xarakterli yalan məlumatların X10 tərəfindən yayılması “deryaz.az” saytının və “aztimes.az” saytının rəsmi “whatsapp” mobil tətbiqində redaktor X15 və redaktor X16 tərəfindən təsdiq edilmişdir. Hazırki işdə X7 X8 barəsində böhtan xarakterli yalan məlumatlar yayması və şəxsi ağır cinayət törətməkdə ittiham etməsi məhz həmin məlumatların yayımlandığı saytların redaktorları – “tehsilmedia.az” saytının redaktoru X18, “deryaz.az” saytının redaktoru X15 və “aztimes.az” saytının redaktoru X16 tərəfindən təsdiq edilir. Şahidlərin kimliyi həmin saytların (tehsilmedia.az, deryaz.az və aztimes.az) domen adlarının kimə məxsus olması ilə aşkarlanmışdır. Belə ki, “.az” domen zonasında müvafiq domen adları ilə bağlı məlumatları (konfidensial fərdi məlumatlar istisna olmaqla) domen adlarının milli inzibatçısı tərəfindən idarə olunan www.whois.az informasiya resursundan açıq şəkildə əldə etmək mümkündür. Həmin informasiya resursundan əldə olunmuş nəticələrə görə “tehsilmedia.az” saytı X13, “deryaz.az” saytı X11, “aztimes.az” saytı isə X12 məxsusdur. Hazırki işdə böhtan xarakterli məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdır. Böhtan xarakterli məlumatlar məqalələrin yayımlandığı sonuncu sayt olan “aztimes.az” onlayn media subyektinin redaktoru Pərvin Abışovanın faktiki yaşadığı, yəni saytın faktiki redaksiyasının yerləşdiyi və məlumatların yayıldığı ünvan 1 ünvanı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi işə baxmaq üzrə aidiyyəti məhkəmə hesab olunmalıdır. Hazırki işdə barəsində şikayət edilən şəxslərin kütləvi internet informasiya ehtiyatlarında yaydığı ifadələr nəticəsində X6 yalan olduğunu bilə-bilə ağır cinayət törətməkdə ittiham edilməklə böhtan atılmış, şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar yayılmışdır. Bu da cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi ziyan vurulması ilə nəticələnmişdir. Göründüyü kimi fiziki şəxs X8 hazırki işdə zərər çəkən olduğu üçün X13, X11 və X12 qarşı xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ yaranmışdır. Qeyd olunanları nəzərə alaraq X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında ittiham hökmünün çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 və onun nümayəndəsi şikayəti müdafiə edərək onun icraata qəbul edilməsini və məhkəmə baxışının keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 bildirdi ki, o, 2017-2021-ci illərdə Bakı şəhəri, Xəzər rayonunda yerləşən 136 nömrəli tam orta məktəbdə işləmişdir. Həmin məktəbin direktoru X8 onu guya onun öz ərizəsi ilə işdən çıxarmışdır. A.Şərbətova ona pislik etdiyindən o da A.Şərbətova barəsində məlumatlar yaymışdır. Belə ki, o, A.Şərbətovanın məktəbin guşəsindəki şəhid şəkillərini hazırlamaq üçün müəllimlərdən 10 manat pul və qəzet pulu yığdığı barədə məlumatları “aztimes.az” saytına vermişdir. Daha sonra “deryaz.az” saytına da həmin məlumatları bildirsə də, bu məlumat digər sayta yayıldığı üçün “deryaz.az” saytının rəhbərliyindən bu məqaləni yayımlamamağı xahiş etmişdir. Şikayətin aidiyyəti üzrə onun yaşadığı yerin məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti, ona əlavə edilmiş sənədləri və proses iştirakçılarının çıxışlarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, xüsusi ittihamçı tərəfindən ona qarşı böhtan xarakterli məlumatın sonuncu yayıldığı yerin “aztimes.az” internet saytının olması və bu media subyektinin hüquqi ünvanının ünvan 3ə əlavə edilmiş sənədlərlə bu təsdiq edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 fevral tarixli 63 nömrəli Qərarı ilə təsdiq edilmiş “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydalar”ında müəyyən edilmiş domen adlarının milli inzibatçısı tərəfindən idarə olunan “www.whois.az” internet informasiya ehtiyatında da həmin media subyektinin hüquqi ünvanının məhz Bakı şəhəri Nəsimi rayonuna aid olmasını müəyyən etmək mümkün olmur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarının 12-ci bəndində göstərilmişdir ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti Cinayət-Prosessual Məcəlləsinin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinin tələbinə əsasən xüsusi ittiham qaydasında şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 293.3.2-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) göstərilməlidir. Həmin Məcəllənin 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması barədə məsələlərə baxılır. Bu Məcəllənin 302.1.3-cü maddəsinə görə şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Göstərilən Məcəllənin 302.2.3-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-111/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-111/2024
08.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver