Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-112/2021 07.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Nəsimi Rayon Məhkəməsinin 24 avqust 2017-ci il tarixli hökmü ilə 2.000 (iki min) manat cərimə cəzası təyin edilmiş, cərimə cəzası tam ödənilməmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128, 228.4 və 315-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuş, qanunsuz olaraq soyuq silahı əldə etməklə gəzdirmiş və hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi və üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan tipli soyuq silah hesab edilən ov bıçağını şalvarının sa yan cibində saxlamaqla 12.07.2020-ci il tarixdə, təxminən saat 21 radələrində Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən “Zabitlər bağı” adlanan parkda gəzintidə olarkən Azərbaycan Respublikasının ərazisində yeni növ koronovirus (Covid-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədi ilə tətbiq edilən karantin rejimi ilə bağlı “48” nömrəli marşrut üzrə həmin inzibati ərazidə xidmət aparan Nəsimi RPİ-nin PPXB-nin polis nəfərləri Zərərçəkmiş şəxs və Şahid ona yaxınlaşaraq özlərini təqdim edib icazəsinin olub-olmadığını soruşduqdan sonra ondan sağ yan cibində saxladığı açıq-aşkaş görünən bıçağı təqdim etməsini tələb etdikdə, bıçağı dərhal çıxardaraq qaçmağa cəhd göstərmiş, bu zaman onu saxlamaq istəyən polis nəfəri Zərərçəkmiş şəxs zor tətbiq etməklə müqavimət göstərib qeyd edilən bıçaqla sol qolunun bilək nahiyəsini kəsərək sol saidin kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığı qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaqk xəsarət yetirib hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkər zor tətbiq etməklə müqavimət göstərmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 12 iyul 2020-ci il tarixdə, saat 2 radələrində gəzmək üçün yaşadığı evin yaxınlığında yerləşən “Zabitlər bağı” adlanan parka çıxmışdır. Karantin rejimi ilə bağlı evdən çıxarkən istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə 8103 nömrəsinə mesaj göndərmiş, mobil nömrəsinə icazə ilə bağlı razılıq gəldikdən sonra evdən çıxmışdır. Parkda təkbaşına gəzərkən iki nəfər polis əməkdaşı ona yaxınlaşıb icazəsi olub-olmadığını soruşmuş, o, polisə icazəsi olduğunu dedikdə icazəyə baxmayacaqlarını deyib ondan üzərində olan bıçağı təqdim etməsini tələb etmişlər. Belə ki, onun sağ cibində özünü qorumaq üçün xatırlamadığı yerdən aldığı cib bıçaq olmuşdur. Polis əməkdaşları ondan bıçağı tələb edərkən polislərə “xahiş edirəm buraxın gedim, üzərimdəki balaca bıçaqdır” deyə cavab vermiş, bunu dedikdən sonra polis əməkdaşı onu təhqir edərək bıçağı verməsini tələb etmiş, o, polisin onu təhqir etməsindən təsirlənərək bıçağı cibindən çıxardaraq polislərə ona yaxınlaşmamalarını, xəstə olduğunu, ağciyər serrozundan əziyyət çəkməsini, yaxınlaşacaqları təqdirdə özünə xəsarət yetirəcəyini demişdir. Əlində bıçaq olduğundan polis əməkdaşlarının hər ikisi onun üstünə gələrək tutmağa çalışmış, arxa tərəfdən onu tutan polis əməkdaşı bıçağı əlindən almaq istəyərkən sol qolunun bilək nahiyyəsi kəsilmiş, bundan sonra ondan qan axa-axa onu 21-ci polis bölməsinə aparmış, PB-də adların bilmədiyi polislər onu döyməyə başlamışlar. O, təxminən bir saata yaxın bölmədə qaldıqdan sonra onu travmatologiya xəstəxanasına aparmış, xəstəxanada qoluna tikiş qoyulmuşdur. Bir gün xəstəxanada qaldıqdan sonra səhərisi gün polislər onu xəstəxanadan götürüb Nəsimi Rayon Məhkəməsinə gətirmiş, məhkəmə qərarı ilə ona icazəsiz evdən çıxmasına görə ona 20 sutkalıq həbs tənbeh tədbiri tətbiq edilmişdir. Həmçinin bildirmişdir ki, polis əməkdaşı Zərərçəkmiş şəxs onu arxadan tutub bıçağı əlindən alan zaman onun qolu kəsilmişdir. Ola bilsin ki, Rahib bıçağı alan zaman öz əlini də kəsmişdir. Onun ümumiyyətlə həmin polisləri vurmaq niyyəti olmamış, sadəcə olaraq ona yaxınlaşmamaları üçün bıçağı cibindən çıxartmışdır. Buna da səbəb hadisədən təxminən bir həftə əvvəl onu icazəsi olmaması adı ilə 21-ci PB-nə aparıb orada döymələr olmuş, o, buna görə də qorxduğu üçün belə bir addım atmışdır. O, nə polisə, nə də özünə qəsdən xəsarət yetirməmişdir. Polis onu arxadan tutub bıçağı almaq istəyərkən bıçaqla qolunu kəsmiş, həmin vaxt o, heç polisin qolunun kəsildiyini görməmiş, polis əməkdaşlarının hadisədən təxminən bir həftə əvvəl onu döyməsi ilə bağlı heç bir orqana şikayət etməmişdir. O, ağır xəstə olduğundan yenidən onu döyəcəklərindən qorxmuş, buna görə də cibində olar bıçağı çıxardıb ona yaxınlaşmamalarını demişdir. Onun polisə bıçaqla xəsarət yetirmək niyyəti olmamış, eləcə də polisi bıçaqla vurmamışdır. Polisdə aşkar olunan xəsarət ola bilsin ki, bıçağı ondan almaq istəyərkən baş vermiş, hadisə baş verən gün spirtli içki və ya narkotik vasitə qəbul etməmişdir. Daha sonra özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, gənc olmasını, Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşməsini, islah olunmasını, zərərçəkmiş şəxsin Zərərçəkmiş şəxs ona qarşı hər hansı şikayətinin və tələbinin olmamasını, sonuncunun onunla barışdığı üçün barəsində verilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etməsini nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin PPX-nin bölüyü polis nəfəri Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 12.07.2020-ci il tarixdə “Koronavirus” pandemiyası ilə əlaqədar olaraq Azərbaycan Respublikasının ərazisində tətbiq edilən karantin rejimi ilə bağlı “48” saylı marşrut üzrə Nəsimi RPİ-nin PPXB-nin polis serjantı Şahid ilə birgə təqribən saat 21 radələrində portal vasitəsi ilə yoxlanış apardıqları zaman Bakı şəhəri, Nəsimi rayonu, “Zabitlər bağı” adlanan ərazidə bir nəfər şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, bundan sonra həmin şəxsə icazəsinin olub-olmadığını soruşduqda həmin an şəxsin sağ yan cibində bıçağa bənzər alətin olduğu açıq-aşkar görmüş, həmin şəxsdən bıçağı təqdim etməsini tələb etmiş, lakin adı Məmmədəli olan şəxs üzərində bıçaq olmadığını bildirmişdir. O, təkrar olaraq tələb etdikdə Məmmədəli adlı şəxs yenidən üzərində heçnə olmadığını demişdir. Lakin o, Məmmədəlinin sağ yan cibində olan bıçağı aşkar şəkildə gördüyü üçün üçüncü dəfə özü yaxınlaşıb bıçağı götürmək istəyəndə sonuncu bıçağı cəld çıxardaraq qaçmağa cəhd göstərmişdir. O və Söhrab Məmmədəlinin arxasınca qaçıb saxlayan zaman sonuncu bıçağı üzərinə doğru yönəltmiş və onun sol qolunun bilək nahiyəsini bıçaqla kəsmişdir. Daha sonra həmin bıçaqla özünə xəsarət yetirmişdir. Bundan sonra həmin şəxsin əlindən bıçağı alıb, ərazi üzrə xidmət aparan avtopatrul çağırmış və 21-ci polis bölməsinin növbətçi hissəsinə təhvil vermişdir. Polis bölməsində olan zaman həmin şəxsin 20.03.1997-ci ildə Bakı şəhərində anadan olduğu, ünvan 3 ünvanda yaşayan, əvvəllər Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə məhkum olunmuş Təqsirləndirilən şəxs olduğu məlum olmuş. bundan sonra Şahid ilə birlikdə Təqsirləndirilən şəxs ona xəsarət yetirməsi ilə bağlı tərəflərindən raport tərtib olunmuşdur. O, çoxlu qan itirdiyinə görə dərhal təcili yardım göstərilməsi məqsədi ilə “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası”na aparılmışdır. Həmçinin bildirmişdir ki, hadisə 12.07.2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Zabitlər bağı” adlanan ərazidə təxminən saat 21:40 radələrində polis geyimi ilə xidməti vəzifələrini yerinə yetirərkən baş vermiş, Təqsirləndirilən şəxs hadisə törədən zaman onun sol qolunun bilək nahiyəsinə qəsdən bıçaq zərbəsi endirmiş, buna görə də sol qolunun bilək nahiyəsi dərinə nüfuz edən formada zədələnməklə, həkimin də bildirməsinə görə 8 sm dərinliyində daxili nüfuz edən zədə olmuşdur. Hadisə zamanı əynində xidməti geyim forması olmuş, həmin paltarlarda heç bir çırıq, sökük, zədə izi yoxdur. Lakin hadisə vaxtı həm onun, həm də Təqsirləndirilən şəxs qanı xidməti köynəyinə tökülmüşdür. Lakin paltarını evə apardıqdan sonra paltar yuyulmuş, heç bir qan ləkəsi qalmamışdır. Daha sonra Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs qarşı hər hansı şikayəti, tələbi və mülki iddiasının olmadığını və sonuncu ilə barışdığı üçün onun barəsində verilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin PPX-nin bölüyü polis nəfəri Şahid ifadəsində göstərmişdir ki, 12.07.2020-ci il tarixdə, saat 21 radələrində portal vasitəsi ilə yoxlanış apardıqları zaman Bakı şəhəri, Nəsimi rayonu, “Zabitlər bağı” adlanan ərazidə Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edərək ondan icazəsinin olub-olmadığını soruşmuş, həmin an Məmmədəlinin sağ yan cibində bıçağa bənzər alətin olduğunu açıq-aşkar göründüyündən bıçağı onlara təqdim etməsini tələb etmiş, lakin sonuncu üzərində bıçaq olmadığını demişdir. Zərərçəkmiş şəxs təkrar olaraq tələb etdikdə yenidən üzərində heçnə olmadığını bildirmişdir. X7 sağ yan cibində olan bıçağı aşkar şəkildə gördüyü üçün üçüncü dəfə özü yaxınlaşıb bıçağı götürmək istəyəndə həmin şəxs bıçağı cəld çıxardaraq qaçmağa cəhd göstərmiş, o, Rahiblə birlikdə Məmmədəlinin arxasınca qaçııb onu saxlayan zaman sonuncu bıçağı Rahibin üzərinə doğru yönəltmiş və sol qolunun bilək nahiyəsini bıçaqla kəsmişdir. Daha sonra həmin bıçaqla özünə xəsarət yetirmişdir. Bundan sonra həmin şəxsin əlindən bıçağı alıb, ərazi üzrə xidməti aparan avtopatrul çağırmış və Təqsirləndirilən şəxs 21-ci PB-nin NH-yə təhvil vermişdirlər. Cinayət işinin 1-ci cild 75-76-cı vərəqələrində olan 02 avqust 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 125-126-cı vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 04 avqust 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 avqust 2020-ci il tarixdən hesablanmaqla 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 42-44-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə X3 stasionar məhkəmə-psixiatriya şöbəsində yerləşdirilmişdir. Cinayət işinin 2-ci cild 99-102-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 27 noyabr 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 41-42-ci vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X8 17 iyul 2020-ci il tarixli 539 saylı ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarət – sol saidin kəsilmiş yarası iti kənarlı əşyanın (alətin) təsirindən onun Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən 12.07.2020-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərər vurmaya aiddir. Vətəndaş Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin kəsərinin təsirindən əmələ gəlməsi mümkündür. Cinayət işinin 1-ci cild 170-173-cü vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X8 14 avqust 2020-ci il tarixli 576 saylı ekspert rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarət – sol saidin 1 (bir) ədəd kəsilmiş yarası iti kənarlı əşyanın (alətin) təsirindən, onun tibbi yardım üçün X5 və Ortapediya İnstituna müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən 12.07.2020-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığı qısa müddətdə pozan sağlamlığa yüngül zərər vurmaya aiddir. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət bıçağın tiyəsinin kəsərinin təsirindən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni şəxsin özü tərəfindən yetirilməsi mümkündür. Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı boyun, hər iki bazu, döş qəfəsinin ön və arxa səthinin və kürək nahiyələrində xəsarət və xəsarət izi aşkar olunmadığından və onun adına X5 və Ortapediya İnstitutunda tərib olunmuş xəstəlik tarixinin yerli statusunda qeyd olunan “döş qəfəsinin ön və arxa səthinin, hər iki bazunun yuxarı 1/3-nin çoxsaylı göyərtiləri” və AR DİN-nin X6 Saxlanılma Mərkəzində tərtib olunmuş tibbi kitabçada qeyd olunan “boğaz və arxa kürək nahiyəsində qançır izləri” diaqnozları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, həm ümumilikdə həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Yuxarıda qeyd olunan “döş qəfəsinin ön və arxa səthinin, hər iki bazunun yuxarı 1/3-nin çoxsaylı göyərtiləri” və “boğaz və arxa kürək nahiyəsində qançır izləri” diaqnozlarında göstərilən xəsarətlərin rəngi, forması, ölçüləri təsvir olunmadığından onların əmələgəlmə müddəti və şəraiti haqqında fikir söyləmək mümkün deyildir. Cinayət işinin 1-ci cild 165-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 13 avqust 2020-ci il tarixli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon şöbəsinin göndərişinə əsasən 19.06.2015-ci il tarixdən 22.06.2015-ci il tarixədək Bakı şəhəri 2 nömrəli X2 stasionar müayinədə olmuşdur. Diaqnoz: “Mülayim dərəcəli dissosiativ-konversion pozuntusu özünükəsmələrlə”. Cinayət işinin 2-ci cild 29-31-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X8 01 sentyabr 2020-ci il tarixli 1689 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətini ambulator şəraitdə düzgün qiymətləndirmək ona ittiham olunan əməl dövründə və hal-hazırda anlaqlı olub-olmamasını müəyyən etmık bir qədər çətin olması, həmçinin yoxlanılan şəxsin cinayət əməli törətməzdən əvvəl əsəbiliyi ilə əlaqədar psixiatrik qeydiyyatda olmaqla dəfələrlə psixiatrik tibbi müəssisələrdə müalicələrdə olmasını nəzərə alaraq daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə-psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. Cinayət işinin 2-ci cild 52-57-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 12 oktyabr 2020-ci il tarixli 103 saylı rəyindən görünür ki, 1) məhkəmə psixiatrik ekspertizası üzrə: Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əıııəliııi törədərkən ‘‘qarışıq tipli şəxsiyyət pozuntusu” formasında psixi pozuntudan əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi qarışıq tipli şəxsiyyət pozuntusu onu cinayət hadisəsini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarından məhrum etmişdir. Təqsirləndirilən şəxs qarışıq tipli şəxsiyyət pozuntusundan əziyyət çəkən, anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs hesab edilir. Buna görə də, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli dövründə anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal hazırki müayinə zamanı qarışıq tipli şəxsiyyət pozuntusuna xas əlamətlər müəyyən edilir. Lakin həmin pozuntu Təqsirləndirilən şəxsh öz hərəkətlərinin məsuliyyətini dərk etmək və onları idarə etmək qabiliyyətindən məhrum etmir. Təqsirləndirilən şəxs hal-hazırda hərəkətlərinə rəhbərlik etmək və öz-özünə hesabat vermək iqtidarındadır. Onun hərəkətləıi Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsiri altına düşmür. Hal-hazırki psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı olmadığı müəyyən edilir. Onun barəsində tibbi xarakterli tədbirlərin tətbiqinə zərurət yoxdur. 2) məhkəmə psixoloji ekspertizası üzrə: Təqsirləndirilən şəxs emosional iradi sferasında qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik, fərdi psixi xüsusiyyətlərində nümayişkəranəlik, başqalarının diqqətini öz üzərinə çəkməyə meyillilik eqosentrizm, kobudluq, neqativ amillərə qarşı dözümsüzlük, özünü iradi olarac tənzimləməsinin çatışmazlığı aşkar olunduğundan o, hadisə zamanı emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam həcmdə idarə etmək qabiliyyətinə malik olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi emosional vəziyyətində hirslilik, qəzəbilik yaranmış, həmin halın yaranması onda müəyyən edilən şəxsiyyət pozuntusu ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Cinayət işinin 1-ci cild 181-185-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X8 11 avqust 2020-ci il tarixli, 371- MTKŞ/2020 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan tipli ov bıçağıdır və deşici-kəsici xassəyə malik soyuq silahdır. Cinayət işinin 2-ci cild 66-67-ci vərəqələrində olan 14 oktyabr 2020-ci il tarixli maddi sübut kimi tanım və cinayət işinə əlavə etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı sağ yanı cibində olmuş və könüllü olaraq təqdim etdiyi Nəsimi Rayon Prokurorluğunda maddi sübutlar otağında saxlanılan 01 ədəd cib bıçağı, mobil telefon məlumatlarının köçürüldüyü iki ədəd kompakt disk maddi sübut kimi tanınmış və iki ədəd kompakt disk cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 1-ci cild 198-cu vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 13 avqust 2019-cu il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 24 avqust 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.4-cü maddəsi tətbiq edilməklə 2.000 (iki min) manat miqdarında cərimə cəzasına məhkum olunmuşdur. Cinayət işinin 2-ci cild 61-65-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 24 avqust 2017-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3.000 (üç min) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 aprel 2017-ci il tarixdən 24 aprel 2017-ci il tarixədək, yəni 2 gün müddət nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilmiş və onun üzərində qəti olaraq 2.000 (iki min) manat miqdarında cərimə cəzası saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş Bakı şəhər Probasiya İdarəsinin 23 aprel 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Nəsimi Rayon Məhkəməsinin 24 avqust 2017-ci il tarixli, 1(006)-405/2017 saylı hökmü 13 oktyabr 2017-ci il tarixdə icraata daxil olmuş, qeyd olunan cərimədən 100 manatın ödənilməsi təmin edilmiş, qalan 1.900 manat ödənilməmiş qalmışdır. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı hər hansı şikayəti, tələbi və mülki iddiası yoxdur, sonuncu ilə barışdığı üçün onun barəsində verilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, törədilmiş əməldə özünü təqsirli bilir, hazırda Zərərçəkmiş şəxs ilə barışmış və göstərilənlərə nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Cinayət işinin 2-ci cild 47-ci vərəqəsində olan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 16 saylı Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş xasiyyətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin və şahidin məhkəmə iclasında verdikləri ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə onun qanunsuz olaraq soyuq silahı əldə etməklə gəzdirməsi, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurması və hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərməsi cinayətlərini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 128, 228.4 və 315-ci maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Lakin təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının CM-nin 228.4-cü maddəsinə əsasən, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla - üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 315-ci maddəsinə əsasən, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etmə - iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, gənc olmasını, Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşməsini, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayətinin olmamasını, sonuncunun onunla barışdığı üçün barəsində verilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128ci maddəsi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etməsini və həbsdə saxlanıldığı müddətin onun islah olunmasına kifayət etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, Təqsirləndirilən şəxs özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, gənc olmasını, Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşməsini, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayətinin olmamasını, sonuncuunun onunla barışdığı üçün barəsində verilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etməsini və həbsdə saxlanıldığı müddətin onun islah olunmasına kifayət etməsini, həmçinin, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respubikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 228.4 və 315-ci maddələri üzrə həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, təyin edilmiş cəzalar həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən qismən toplanılmalı və sonuncunun 02 avqust 2020-ci il tarixdən 07 may 2021-ci il tarixədək həbsdə saxlanıldığı 09 (doqquz) ay 05 (beş) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 01 (bir) il 06 (altı) ay 10 (on) gün ona təyin ediləcək cəzadan çıxılmalı və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 avqust 2017-ci il tarixli hökmü ilə təyin edilmiş və ödənilməmiş 1900 manat cərimə cəzası ilə həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən tam birləşdirilərək qəti cəza təyin edilməli və həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin edilmiş cərimə cəzası müstəqil icra olunmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Nəsimi Rayon Prokurorluğunda saxlanılan iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd cib bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və digər maddi sübut olan 02 ədəd DVD diski cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 39.1.11, 43 ,197- 198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4 və 315-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 04 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 02 avqust 2020-ci il tarixdən 07 may 2021-ci il tarixədək, yəni 09 (doqquz) ay 05 (beş) gün həbsdə saxlama müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 01 (bir) il 06 (altı) ay 10 (on) gün müddət hazır ki təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində 02 (iki) il 05 (beş) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs hazırki hökmlə üzərində saxlanılmış 02 (iki) il 05 (beş) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Nəsimi Rayon Məhkəməsinin 24 avqust 2017-ci il tarixli, 1(006)-405/2017 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 1.900 (bir min doqquz) yüz manat cərimə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən tamamilə birləşdirilməklə, ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası və 1.900 (bir min doqquz) yüz manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən təyin edilmiş 1.900 (bir min doqquz yüz) manat cərimə cəzası müstəqil icra edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Nəsimi Rayon Prokurorluğunda saxlanılan iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd cib bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-112/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-112/2021
07.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver