Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-112/2022 17.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Lənkəran rayonu Velədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu Velədi kəndində qeydiyyatda olan və Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 48, mənzil 18-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə təkrarən, özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 08 oktyabr 2021-ci il tarixdə saat 14 radələrində ünvan 1 ünvanda yerləşən «Tuqay market» adlı mağazaya müştəri qismində daxil olaraq, mağazanı işlədən Zərərçəkmiş şəxs2 diqqətini yayındırıb, mağazada kassa aparatının yanında olan Zərərçəkmiş şəxs2 məxsus bir ədəd 130 manat dəyərində «Redmi 6» markalı mobil telefonu gizli talayaraq, hadisə yerindən uzaqlaşıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 130 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 08 oktyabr 2021-ci il tarixdə saat 17 radələrində ünvan 2 ünvanda yerləşən qadın geyimləri mağazasına müştəri qismində daxil olaraq, mağazada satıcı işləyən Zərərçəkmiş şəxs4 ibadətlə məşğul olmaq üçün kənara getməsindən istifadə edib, mağazada masa üzərində olan Zərərçəkmiş şəxs4 məxsus bir ədəd içərisində 1 manat danışıq pulu olmaqla 5 manat dəyərində ***-***-**-** GSM nömrəsi və içərisində 1 manat danışıq pulu olmaqla 5 manat dəyərində ***-***-**-** GSM nömrəsi olan 450 manat dəyərində «Samsung A52» markalı mobil telefonu gizli talayaraq, hadisə yerindən uzaqlaşıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ümumilikdə 462 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 09 oktyabr 2021-ci il tarixdə saat 14 radələrində ünvan 3 ünvanda yerləşən «Gül market» adlı mağazasına müştəri qismində daxil olaraq, mağazada fəhlə işləyən Zərərçəkmiş şəxs3 diqqətinin yayınmasından istifadə edib, mağazada vitrin üzərində olan Zərərçəkmiş şəxs3 məxsus bir ədəd içərisində 3 manat danışıq pulu olmaqla 10 manat dəyərində ***-***-**-** GSM nömrəsi olan 350 manat dəyərində «Honor» markalı mobil telefonu gizli talayaraq, hadisə yerindən uzaqlaşıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 363 manat məbləğində maddi ziyan vurmaqla oğurluq elmişdir. Bundan başqa, o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 09 oktyabr 2021-ci il tarixdə saat 20 radələrində ünvan 4 ünvanda yerləşən «Mücrü» adlı mağazaya müştəri qismində daxil olaraq, mağazada alış-veriş edən X2 etdiyi alış-verişin pulunu ödəmək üçün vitrin üzərinə qoyduğu özünə məxsus bir ədəd içərisində 4 manat danışıq pulu olmaqla 3 manat dəyərində ***-***-**-** GSM nömrəsi və içərisində 4 manat danışıq pulu olmaqla 4 manat dəyərində ***-***-**-** GSM nömrəsi olan 160 manat dəyərində «Samsung A10» markalı mobil telefonu gizli talayaraq, hadisə yerindən uzaqlaşıb zərər çəkmiş şəxs Nəzakət Əliyevaya ümumilikdə 175 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, 2021-ci ilin oktyabr ayında maddi vəziyyəti yaxşı olmadığı üçün oğurluq etmək qərarına gəlmişdir. Bu səbəbdən 08 oktyabr 2021-ci il tarixdə saat 12 radələrində ünvan 5 ünvanda yerləşən «Tuqay market» adlı mağazaya daxil olaraq həmin mağazada ətrafa nəzər salmışdır. Həmin vaxt mağazada masa üzərində bir ədəd mobil telefonu görmüşdür. Həmin vaxt mağazada orada işləyən tanımadığı şəxsdən başqa heç kim olmamışdır. O, mağazada işləyən adını bilmədiyi şəxsin başının qarışmasından istifadə edərək masa üzərində olan mobil telefonu alıb, yavaş-yavaş mağazadan çıxaraq uzaqlaşmışdır. Mağazadan bir qədər uzaqlaşdıqdan sonra mobil telefona baxdıqda Redmi 6A markalı olduğunu görmüşdür. Həmin gün saat 17 radələrində o, ünvan 6 ünvanda yerləşən «Qadın geyimləri» mağazasına daxil olmuşdur. Həmin vaxt mağazada başqa şəxslər də olmuşdur. O, mağazaya göz gəzdirdikdə masa üzərində bir ədəd mobil telefon olduğunu və həmin mobil telefonun nəzarətsiz qaldığını və onu heç kimin izləmədiyini görüb, həmin masanın üzərində olan mobil telefonu gizlincə alıb, cibinə qoymuş və yavaş-yavaş mağazanı tərk etmişdir. O, bir qədər uzaqlaşdıqdan sonra mobil telefona baxdıqda həmin mobil telefonun Samsung A52 markalı olduğunu görmüşdür. Daha sonra o, oğurladığı hər iki mobil telefonun içərisində olan nömrələri çıxarıb qıraraq kənara atmış və mobil telefonları 28 May metrostansiyasının yanında telefon mağazasında işləyən adını bilmədiyi telefon ustasının yanına aparmışdır. Həmin ustadan mobil telefonların kilidlərini qırmasını xahiş etmişdir. Həmin usta da mobil telefonları kompüter vasitəsilə şifrələrini qırmışdır. Daha sonra o, Redmi 6A mobil telefonunu Nəsimi rayonu 3-cü mikrorayon dairəsinin yanında telefon mağazası işlədən Rafael adlı şəxsə 70 manata, Samsung A52 markalı mobil telefonu isə 28 May metrostansiyası yanında telefon alqı-satqısı mağazasına 180 manata satmışdır. Əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Növbəti gün, yəni 09 oktyabr 2021-ci il tarixdə, saat 14 radələrində ünvan 7 ünvanda yerləşən «Gül market» adlı mağazada olarkən mağazaya göz gəzdirdikdə, masa üzərində bir ədəd nəzarətsiz mobil telefon görmüş və həmin vaxt mağazada olan işçinin başının qarışmasından istifadə edib həmin mobil telefonu gizlincə götürərək cibinə qoymuşdur. Daha sonra o, mağazanı tərk edib oradan uzaqlaşmışdır. Sonradan baxdıqda mobil telefonun Honor markalı olduğunu görmüşdür. Həmin gün saat 20 radələrində ünvan 8 ünvanda yerləşən «Mücrü» adlı mağazada olarkən içəridə tanımadığı bir nəfər qadın müştəri olmuşdur. Həmin qadın mobil telefonu vitrinin üzərinə qoyub mağazada işləyən işçiyə ödəniş etmək istəyərkən o, həmin qadının və işçinin diqqətlərinin yayınmasından istifadə edərək gizlincə onların görmədiyi vəziyyətdə mobil telefonu götürmüş və mağazadan çıxaraq hadisə yerindən uzaqlaşmışdır. Sonradan baxdıqda oğurladığı mobil telefonun Samsung A10 markalı olduğunu görmüşdür. Elə həmin gün oğurladığı hər iki mobil telefonun içərisində olan nömrələri çıxarıb qıraraq kənara atmış və mobil telefonları 28 May metrostansiyasının yanında telefon mağazasında işləyən adını bilmədiyi telefon ustasının yanına aparmışdır. Həmin ustadan mobil telefonların kilidlərini qırmasını xahiş etmişdir. Həmin usta da mobil telefonları kompüter vasitəsilə şifrələrini qırmışdır. Daha sonra hər iki mobil telefonu 3-cü mikrorayon dairəsində telefon alqı-satqısı mağazası işlədən Rafaelin yanına aparmış və orada Honor markalı mobil telefonu Rafaelə 200 manata, Samsung A10 markalı mobil telefonu isə 80 manata satmışdır. Əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. 11 oktyabr 2021-ci il tarixdə isə polis əməkdaşları tərəfindən saxlanılıb polis bölməsinə gətirilmiş və orada izahat verərək törətdiyi bütün cinayət əməllərini etiraf etmişdir. Rafaelə mobil telefonları satarkən yanında dostu Zaur Zülfüqarov olmuş və o, mobil telefonları satarkən Zaurun şəxsiyyət vəsiqəsi ilə satmışdır. 28 May metrostansiyası yanında yerləşən telefon alqı-satqısı mağazasına mobil telefonu satarkən yanında Eldəniz adlı tanışı olmuş və telefonu Eldənizin şəxsiyyət vəsiqəsi ilə satmışdır. Zaur və Eldəniz adlı tanışlarına heç bir məbləğdə pul verməmişdir. Rafael və adını bilmədiyi şəxsə mobil telefonları satarkən onlara mobil telefonların özünə məxsus olduğunu demişdir. Törətdiyi cinayət əməllərini etiraf etməsini və peşman olmasını, həmçinin zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbləri olmadığını, himayəsində üç azyaşlı uşağının olmasını nəzərə alaraq, barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs və digər zərərçəkmiş şəxsləri tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi 80 ünvanında yerləşən binanın aşağı hissəsində icarəyə obyekt götürüb orada qadın geyimlərinin satışı ilə məşğul olur. 08 oktyabr 2021-ci il tarixdə saat 17 radələrində mağazada olarkən müştərini yola salıb namaz qılmaq üçün xüsusi otağa gedərkən, mağazanın qapısını elə-belə örtmüş və özünə məxsus olan Samsung A52 markalı mobil telefonu mağazaya girişdən sol tərəfdə yerləşən masanın üzərinə qoymuşdur. O, namaz otağına daxil olub ibadətlə məşğul olduqdan təxminən 10 dəqiqə sonra həmin otaqdan çıxıb mağazadakı masaya yaxınlaşdıqda özünə məxsus Samsung A52 markalı mobil telefonu masanın üzərində aşkar etməmişdir. O, yan mağazaya keçib orada işləyən şəxslərdən ona zəng vurmalarını xahiş etmiş və həmin şəxslər ona zəng vurduqda mobil telefonu söndürülmüşdür. O, mobil telefonunun oğurlandığını başa düşmüşdür. Sonra o, qonşu mağazada işləyən şəxsin mobil telefonundan DİN «102» xidmətinə zəng vurub baş vermiş hadisə barədə məlumat vermişdir. Mağazanın girişində olan müşahidə kamerasına baxdıqda bir nəfər oğlanın o, ibadətlə məşğul olmağa getdikdən sonra mağazaya daxil olması və bir neçə saniyə sonra çölə çıxaraq mağazadan uzaqlaşması, həmin vaxt cibinə mobil telefon qoymasını müşahidə etmişdir. Həmin mobil telefonu 2021-ci ilin avqust ayında 1000 manata kreditə almışdır. Mobil telefonun üzərində 5 manat dəyərində ***-***-**-** saylı GSM nömrəsi və 5 manat dəyərində ***-***-**-** GSM nömrəsi olmuşdur. ***-***-**-** saylı GSM nömrəsində 1 manat məbləğində, ***-***-**-** GSM nömrəsində də 1 manat danışıq pulu olmuşdur. Oğurluq nəticəsində ona 1012 manat ziyan dəymişdir. Mağazadan oğurluq edən şəxs məhkəmə iclas zalında təqsirləndirilən şəxs qismində iştirak edən Təqsirləndirilən şəxsdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən dəymiş maddi ziyanın ona ödənilməsini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, sonuncu barəsində təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs və digər zərərçəkmiş şəxsləri tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. ünvan 9 ünvanda yerləşən obyekti icarəyə götürüb orada ərzaq mallarının satışı ilə məşğul olur, mağazanın adı «Tuqay market»dir. Həmin mağazada satıcı kimi də özü fəaliyyət göstərir. 08 oktyabr 2021ci il tarixdə saat 12 radələrində mağazada olarkən mağazaya bir nəfər tanımadığı cavan oğlan daxil olmuşdur. Həmin oğlan ondan bişintini bükmək üçün istifadə olunan falqa istəmişdir. Həmin vaxt o, vitrinlərdə falqa axtarmağa başlamış və bir neçə saniyə sonra həmin oğlan ona falqa lazım olmadığını demişdir. Daha sonra həmin oğlan ondan «Maqna» siqaretini istəmiş və o da vitrindən bir qutu siqaret vermişdir. Həmin oğlan siqaretin pulunu verib siqaret qutusunu götürərək çıxıb getmişdir. Oğlan çıxıb gedəndən təxminən 5 dəqiqə sonra mağazaya daxil olduqda sol tərəfdə yerləşən şokoladlar olan vitrinə qoyduğu özünə məxsus Redmi 6 markalı mobil telefonu aşkar etməmişdir. O, mağazadan çölə çıxdıqda həmin oğlanın artıq oralıqda olmadığını görmüşdür. Mağazaya daxil olan oğlan ondan falqa istədikdə və o, vitrində falqa axtaran zaman həmin oğlanın nəsə götürməsini hiss etmiş, lakin buna əhəmiyyət verməmişdir. Sonra o, Nəsimi RPİ-nin 19-cu PŞ-yə gedərək orada mobil telefonunun oğurlanması barədə şikayət ərizəsi yazmışdır. Həmin telefonu 2019-cu ildə almışdır. Hazırda həmin mobil telefonun dəyəri 150 manatdır. Mobil telefonda GSM nömrəsi olmamışdır. Çünki həmin mobil telefondan yalnız ödəniş terminalı kimi istifadə etmişdir. Oğurluq nəticəsində ona 150 manat ziyan dəymişdir. Mağazadan oğurluq edən şəxs məhkəmə iclas zalında təqsirləndirilən şəxs qismində iştirak edən Təqsirləndirilən şəxsdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən dəymiş maddi ziyanın ona ödənilməsini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, sonuncu barəsində təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs və digər zərərçəkmiş şəxsləri tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. ünvan 10 ünvanda yerləşən “Gül” marketdə satıcı vəzifəsində işləyir. 09 oktyabr 2021-ci il tarixdə saat 14 radələrində o, mağazada yeni gələn məhsulları siyahıya almışdır. Mobil telefonunu isə soyuducunun üzərinə qoymuşdur. Həmin zaman mağazaya bir nəfər tanımadığı cavan oğlan daxil olmuşdur. Həmin oğlan spirtli içkilərə baxmışdır. Daha sonra 1 ədəd çörək götürərək kassaya yaxınlaşmışdır. Çörəyin pulunu ödədikdən sonra mağazadan çıxıb getmişdir. Oğlan çıxıb getdikdən təxminən 5 dəqiqə sonra o, mağazaya daxil olduqda sağ tərəfdə yerləşən soyuducunun üzərinə qoyduğu özünə məxsus Honor 10i markalı mobil telefonunun yerində olmadığını görmüşdür. O, dərhal mağazanın təhlükəsizlik kamerasını açmışdır ki, telefonu kimin oğurladığını aşkar etsin. Həmin zaman o, mağazadan çörək alan cavan oğlanın, yəni hazırda məhkəmə iclas zalında təqsirləndirilən şəxs qismində iştirak edən Təqsirləndirilən şəxs telefonunu oğurladığını görmüşdür. Sonra o, DİN-nin 102 zəng xidmətinə müraciət etmiş və bir neçə dəqiqədən sonra Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları mağazaya yaxınlaşmışlar. Həmin telefonu 2020-ci ildə almış, hazırda həmin mobil telefonun dəyəri 300 manat civarındadır. Mobil telefonun üzərində 10 manat dəyərində ***-***-**-** saylı GSM nömrəsi, balansında isə 3 manat pul olmuşdur. Oğurluq nəticəsində ona 313 manat ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən dəymiş maddi ziyanın ona ödənilməsini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, sonuncu barəsində təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə məlumatlandırılmış zərərçəkmiş şəxs X5 məhkəmə iclaslarına gəlməmiş, onun məhkəmə iclaslarında iştirakının təmin edilməsi mümkün olmamışdır. Müdafiə tərəfi zərərçəkmiş şəxs X2 məhkəmə baxışında iştirakını tələb etmədiyindən məhkəmə tərəfindən zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs X5 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi 22A ünvanında yerləşən binanın aşağı hissəsində icarəyə obyekt götürüb orada dərziçiliklə məşğul olur. Onun işlətdiyi obyektdən dörd mağaza aralıda «Mücrü» adlı mağaza yerləşir ki, orada bijuteriya, ətriyyat və digər xırdavatlar satılır. 09 oktyabr 2021-ci il tarixdə saat 20 radələrində «Mücrü» mağazasına getmişdir ki, oradan hüzr mərasimi ilə bağlı lent alsın. O, mağazaya daxil olduqda orada satıcı Samirədən başqa bir neçə nəfər müştəri vardır. O, lentlərə baxıb onların fotoşəkillərini özünə məxsus Samsung A10 markalı mobil telefonu ilə çəkib mobil telefonu vitrinin üzərinə qoymuş və çantasından pul çıxarmağa başlamışdır ki, aldığı lentlərin pulunu versin. O, satıcıya pulu verib əlini telefonuna atdıqda görmüşdür ki, mobil telefonu yerində yoxdur. Mağazada oraya-buraya baxdıqda mobil telefonu tapmamışdır. Orada satıcının mobil telefon nömrəsindən öz mobil telefon nömrəsinə zəng vurmuş, üç dəfə zəng getdikdən sonra mobil telefonu söndürülmüş və o, mobil telefonunun oğurlandığını başa düşmüşdür. Daha sonra o, başqa şəxslərin mobil telefonundan DİN 102 xidmətinə zəng vurub baş vermiş hadisə barədə məlumat vermişdir. Sonra isə onu Nəsimi RPİ-nin 19-cu PŞ-nə dəvət etmişlər və o, polis şöbəsinə gedərək orada ərizə və izahat vermişdir. Zərər çəkmiş şəxs Nəzakət Əliyeva ifadəsində göstərmişdir ki, oğurlanmış mobil telefon Samsung A10 markalı olmaqla onu 2020-ci ildə almış, hazırda həmin mobil telefonun dəyəri 160 manat civarındadır. Mobil telefonun üzərində 3 manat dəyərində ***-***-**-** saylı GSM nömrəsi və 4 manat dəyərində ***-***-**-** GSM nömrəsi vardır. ***-***-**-** saylı GSM nömrəsində 4 manat məbləğində, ***-***-**-** GSM nömrəsində də 4 manat danışıq pulu vardır. Oğurluq nəticəsində ona 175 manat ziyan dəymişdir. Mobil telefonunu oğurlayan şəxsi görməmişdir (i/v126-133). İş materiallarında olan zərərçəkmiş şəxs X5 tərəfindən verilən 05 dekabr 2021-ci il tarixli ərizədən görünür ki, Ona dəymiş ziyan tam ödənilmişdir. Bu səbəbdən də Elmin adlı şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. (i/v 178). İş materiallarında olan CD diskə məhkəmə iclası zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, diskdə iki ədəd videofayl vardır. Həmin videofayllardan birincisi açıldıqda, müəyyən edilmişdir ki, həmin videofayl 01 dəqiqə 31 saniyə olmaqla videofaylda Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsində küçədə dayanıb siqaret çəkir, əynində qara rəngli gödəkçə, ağ rəngli şalvar və qara rəngli ayaqqabı vardır. Görüntüdə Təqsirləndirilən şəxs küçədə mağazalara baxa-baxa gəzir, sonra orada olan mağazaların birinin giriş qapısına yaxınlaşıb içəri daxil olmayıb giriş qapısından baxır, sonra isə küçəyə qayıdıb digər istiqamətə hərəkət edir və oradakı mağazalara göz gəzdirir. Diskdəki videofayllardan ikincisi açıldıqda müəyyən edilmişdir ki, videofaylda Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yerləşən «Tuqay market» adlı mağazaya daxil olur və həmin vaxt görüntü kəsilir, görüntüdə Təqsirləndirilən şəxs əynində qara rəngli gödəkçə, ağ rəngli şalvar olması müşahidə olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, videofayllarda qara rəngli gödəkçə və ağ rəngli şalvarda olan şəxs o, özüdür. Görüntülərdən birincisində o, küçədə dayanıb əlverişli şərait gözləyir ki, mağazalardan birinə daxil olub oradan oğurluq etsin. Videogörüntülərin ikincisində isə o, «Tuqay» market adlı mağazaya daxil olaraq oradan bir ədəd mobil telefon oğurlayır. İş materiallarında olan CD diskə məhkəmə iclası zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, diskdə bir ədəd videofayl vardır. Həmin videofayl açıldıqda, müəyyən edilmişdir ki, həmin vidcofayl 01 dəqiqə 09 saniyə olmaqla videofaylda Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yerləşən «Gül market» adlı mağazaya girişdən sağ tərəfdə olan vitrinin arxasına keçərək vitrinin arxa tərəfindəki mobil telefonu götürüb ağ rəngli şalvarının cibinə qoyur, daha sonra isə Təqsirləndirilən şəxs mağazada kassa tərəfdə olan çörək satılan yerə yaxınlaşır və bir ədəd çörək götürüb həmin çörəyin pulunu ödəməklə mağazadan çıxır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, videofaylda qara rəngli gödəkçə və ağ rəngli şalvarda olan şəxs o, özüdür. Görüntüdən də göründüyü kimi o, mağazaya daxil olduqdan sonra sağ tərəfdəki vitrinin arxasındakı mobil telefonu oğurlayıb, cibinə qoyur və sonra mağazadan çörək alıb oranı tərk edib gedir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 noyabr 2021-ci il tarixli, 9/7945 nömrəli rəyindən görünür ki, satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin oktyabr ayına 2020-ci ildən istifadədə olmuş «Samsung A10» markalı mobil telefonun orta bazar qiyməti 160 manat, 2021-ci ilin avqust ayından istifadədə olmuş «Samsung A52» markalı mobil telefonun orta bazar qiyməti 450 manat, 2019-cu ildən istifadədə olmuş «Redmi 6» markalı mobil telefonun orta bazar qiyməti 130 manat, 2020-ci ildən istifadədə olmuş «Honor 10İ» markalı mobil telefonun orta bazar qiyməti 350 manat müəyyən olunur (i/v 174-177). İş materiallarında olan X3 məxsus şəxsiyyət vəsiqəsinin surəti olan vərəqdən görünür ki, həmin vərəqdə “A52 telefonu mənə məxsusdur **********0363 **********10368 08-10-2021 ***-***-**-**” sözləri yazılaraq imza edilmişdir (i/v 171). İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 11.10.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)-436/2021 saylı, 13 oktyabr 2021-ci il tarixli qərarı ilə barəsində 03 (üç) ay müdətinə həbs qətimkan tədbiri seçilmişdir (72, 105-109). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 15.11.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i/v 165-166). İş materiallarında olan doğum haqqında şəhadətnamədən və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 24.12.2019-cu il təvəllüdlü X6, 03.10.2017-ci il təvəllüdlü X4 və 08.09.2018-ci il təvəllüdlü X8 adlı üç azyaşlı övladı vardır (i/v 172-173). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməllərdən peşman olmasını və zərərçəkmiş şəxslərlə barışaraq onlara dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbləri olmamasını, himayəsində üç azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 11 oktyabr 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilmədən saxlanılmalı, ondan ekspertiza xərci olan 50 (əlli) manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-635/2021 saylı, 31 dekabr 2021-ci il tarixli qərara əsasən 05 yanvar 2022-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 18 (on səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 108 (yüz səkkiz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 11 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 108 (yüz səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-112/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-112/2022
17.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver