Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-112/2024 27.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 11:00 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1990-cı ildə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən binaya qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 05 iyul 2023-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri Nəsimi rayonu A.Məhərrəmov küçəsi 64 saylı binanın blokunda quraşdırılmış su sayğacının qutusunun içərisindən 38 saylı mənzilin giriş qapısının açarını gizlin götürüb həmin açarla mənzilin qapısını açdıqdan sonra oraya qanunsuz daxil olaraq dəhlizdə qoyulmuş şkafdan X1 məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 280 manat dəyərində 585 əyarlı qızıl üzüyü, 200 manat nağd pulu, 01 ədəd boyunbağı və 01 cüt sırğadan ibarət 150 manat dəyərində gümüş dəsti, 120 manat dəyərində “Rolex” markalı saatı, 100 manat dəyərində Meri Mi” markalı qadın ətirini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 850 (səkkiz yüz əlli) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 31 iyul 2023-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri ünvan 4 saylı binanın blokunda quraşdırılmış su sayğacının qutusunun içərisindən 13 saylı mənzilin giriş qapısının açarını gizlin götürüb həmin açarla mənzilin qapısını açdıqdan sonra oraya qanunsuz daxil olaraq yataq otağının qapısından asılmış Zərərçəkmiş şəxs2 məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə içərisində 15 manat dəyərində pul kisəsi və 400 manat nağd pul olan üzərində ağ rəngli yazılar olan 40 manat dəyərində çantanı, yataq otağında qoyulmuş stolun üzərindən 01 ədəd 70 manat dəyərində “Rolex” markalı qol saatını, hər biri 70 manat olmaqla ümumilikdə 140 manat dəyərində markası istintaqa məlum olmayan qol saatlarını, yataq otağında çarpayının yanında qoyulmuş dolabdan ümumilikdə 100 manat dəyərində bəzək əşyalarını, 01 ədəd 70 manat dəyərində “Rolex” markalı qol saatını, hər biri 70 manat olmaqla ümumilikdə 210 manat dəyərində markası istintaqa məlum olmayan qol saatlarını, dolabın üzərindən hər biri 40 manat olmaqla ümumilikdə 80 manat dəyərində qadın ətirlərini, 01 ədəd 15 manat dəyərində “Z” hərfli kulonu, 01 ədəd 15 manat dəyərində qulaqdeşən qurğunu, 01 ədəd 15 manat dəyərində pul kisəsini, həmin pul kisəsinin içərisindəki 01 ədəd boyunbağı, 01 cüt sırğa və 01 ədəd üzükdən ibarət 1000 manat dəyərində qızıl dəsti gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 2170 (iki min yüz yetmiş) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 avqust 2023-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri Nəsimi rayonu A.Mustafayev küçəsi 41 saylı binanın 44 saylı mənzilinin giriş qapısının qarşısındakı ayaqaltının alt hissəsindən mənzilin qapısının açarını gizlin götürüb həmin açarla mənzilin giriş qapısını açdıqdan sonra oraya qanunsuz daxil olaraq dəhlizdə asılmış gödəkçənin cibindən Zərərçəkmiş şəxs1 məxsus 80 manat nağd pulu, yataq otağında qoyulmuş dolabdan zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 cüt 15 manat dəyərində gümüşü rəngli sırğanı, 01 ədəd 10 manat dəyərində qızılı rəngli, üzərində qaşlar olan üzüyü, 01 ədəd 10 manat dəyərində üzərində rum rəqəmləri həkk olunmuş qızılı rəngli üzüyü, 01 ədəd 25 manat dəyərində, üzərində üç ədəd qaş olan gümüşü rəngli üzüyü, 01 ədəd 5 manat dəyərində, üzərində qaşlar olan üzüyü, 01 cüt 5 manat dəyərində mərkəzi qatlanan qızılı rəngli sırğanı və 300 manat dəyərində qızıl üzüyü gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 450 (dörd yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, Bakı şəhərinin müxtəlif yerlərində kirayədə yaşamış, ailəlidir, bir övladı var. Əvvəllər AR CM-nin 221.3-cü maddəsi ilə məhkum olunmuşdur. Uzun müddətdir ki, azadlığa çıxmışdır. Azadlığa buraxıldıqdan sonra özünə iş tapa bilməmişdir. Bir müddət müvəqqəti olaraq avtoyuma məntəqələrində çalışsa da, müəyyən vaxtdan sonra oradan da çıxmışdır. Bundan sonra, Nəsimi rayonu Memar Əcəmi metrosu yaxınlığında yerləşən binaların qarşısında dilənçiliklə məşğul olmağa başlamış, dilənçiliklə məşğul olduğu ərəfədə bina sakinləri hərdən ona binanın blokunda olan su sayğaclarına 1-2 manat pul qoyaraq ona oradan götürə biləcəyini bildirmişdirlər. O da həmin sayğacların qutusundan pulları götürən zaman orada mənzil açarları görmüş, bundan sonra bir neçə binanın blokuna girərək orada olan su sayğacları üçün quraşdırılmış qutuların içinə baxmış, orada mənzil açarları görmüşdür. Maddi imkanı aşağı olduğundan o, oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində ünvan 3 ünvanında olan zaman orada yerləşən binaya daxil olmuş və 38 saylı mənzilin qarşısında quraşdırılmış su sayğacının içərisinə qoyulmuş mənzilin açarını götürüb mənzilin qapısını açaraq içəri daxil olmuşdur. Qonaq otağında bənövşəyi rəngli qutudan 01 ədəd qızıl üzük, gümüş sep və sırğadan ibarət olan bijuteriya dəstini, bundan başqa bənövşəyi qutunun yanında olan karton qutudan 153 manat nağd pul, qonaq otağında olan güzgülü rəfin üstündə olan qol saatı və “Meri mi” markalı qadın ətrini oğurlamışdır. Daha sonra mənzildə heç bir qiymətli əşya tapmadığından mənzildən çıxmış, mənzilin qapısını açarla bağlayaraq açarı yenidən su sayğacının yerləşdiyi qutuya qoymuşdur. Sonra isə oğurladığı əmlakı tanımadığı şəxslərə müxtəlif qiymətlərə satmışdır. 153 manat nağd pulu isə maddi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə saat təxminən 16 radələrində ünvan 4 ünvanın qarşısında dilənçiliklə məşğul olan zaman yenidən oğurluq etmək qərarına gəlmiş, yenidən həmin ünvanda yerləşən binaya daxil olmuş, blokların birində mənzil açarı axtarmağa başlamış, həmin binanın 5-ci mərtəbəsində yerləşən 13 saylı mənzilin qarşısında olan su sayğacı üçün nəzərdə tutulmuş qutudan mənzil açarı tapmışdır. Həmin mərtəbədə yerləşən qapılarda olan su sayğaclarında açar olub-olmadığına baxmışdır. Binaya qalxarkən əlində ağ kağızda həkim resepti götürmüşdür ki, ondan blokda olduğunun səbəbini soruşduqda onlara dilənçi olduğunu deyərək məsuliyyətdən yaxa qurtarsın. Həmin mərtəbədə yerləşən qapılardan ortada yerləşən qapını döyməyə başlamış, qapını heç kimin açmadığını görüb həmin açarın mənzilə aid olduğunu düşünmüş, açarla qapını açıb içəri daxil olmuş, sağ tərəfdə yerləşən otağın qapısından qara rəngli əl çantasının asıldığını görmüş, içərisindəki əşyaları dəqiqləşdirmədən həmin çantanı, stolun üstündə qoyulmuş 3 ədəd qol saatını, çarpayının yanında olan dolabdan bijuteriya dəsti, 4 ədəd qol saatı, dolabın üstündə olan 02 ədəd ətiri, 01 ədəd qızılı rəngli, “Z” hərfli klonu, evin pəncərəsinin qabağından isə 01 ədəd qulaqdeşən aparatı, bundan başqa yataq otağında olan şkafın içərisində olan sumkanın içərəsindən qırmızı rəngli pul kisəsinin içərisində olan 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl sırğa və 1 ədəd qızıl üzükdən ibarət olan qızıl dəstini oğurlamışdır. Bundan sonra mənzildən çıxaraq mənzilin qapısını həmin açarla bağlayıb açarı yerinə qoymuş, binadan çıxaraq uzaqlaşmışdır. Bir qədər uzaqlaşdıqdan sonra zibil qutularının yanında dayanıb oğurladığı əşyalara baxış keçirmiş, orada 400 manat nağd pul, qol saatları, qızılzinət əşyaları, bijuteriyalar və bir ədəd şəxsiyyət vəsiqəsi olmuşdur. Şəxsiyyət vəsiqəsini və çantaları yolda tullamış, mənzildən ələ keçirdiyi qızıl zinət əşyalarını və saatları isə tanımadığı şəxslərə satmışdır. 400 manat nağd pulu isə maddi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə saat 12:00 radələrində A.Mustafayev küçəsi 41 ünvanında olarkən yenidən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə yenidən həmin ünvanda yerləşən binaya daxil olmuş, 5-ci mərtəbəyə qalxmış, su sayğacları üçün nəzərdə tutulmuş qutulara baxmış, 44 saylı mənzilin giriş qapısının qarşısında qoyulmuş rezin ayaqaltının şiş olmasından onun altında nəsə ola biləcəyini düşünmüş və rezin ayaqaltını qaldıraraq oradan mənzilin açarını tapmışdır. Həmin açarla 44 saylı mənzilin qapısını açaraq içəri daxil olmuş, evdə heç kimin olmadığını görmüş və sol tərəfdə yerləşən otağı axtarmağa başlamışdır. Mənzili axtararkən oradakı əşyaları qarışdırmağa başlamışdır. Koridorda sol tərəfdə olan dolabdan asılmış qara rəngli qış gödəkçəsinin iç yan cibindən 80 manat pulu, koridorun sol tərəfində yerləşən yataq otağında olan şkafda yerləşən çəkməcədə 01 cüt gümüşü rəngli sırğa, 01 ədəd qızılı rəngli, üzərində qaşlar olan üzüyü, 01 ədəd qızılı rəngli üzərində rum rəqəmləri həkk olunmuş üzüyü, 01 ədəd gümüşü rəngli üzərində 3 qaş olan üzüyü, 01 ədəd qara rəngli üzərində qaşlar olan üzüyü, 01 ədəd qızılı rəngli tən ortasında qatlanan sırğanı götürmüşdür. Daha sonra həmin qızıl üzüyü tanımadığı şəxsə satmış, digər əşyalar isə polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində olmuşdur. İfadəsinin sonunda törətdiyi əməli etiraf edərək peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat təxminən 14:30 radələrində yaşadığı ünvan 5 ünvanından çıxıb işi ilə bağlı Əcəmi metrostansiyası yaxınlığına getmiş, o, evdən çıxan vaxt evdə heç kim olmamışdır. Mənzilin açarını adətən evdən çıxarkən su sayğacının yerləşdiyi qutunun içərisinə qoymuşdur. Təxminən 2 saat sonra işlərini həll edib, yaşadığı mənzilə qayıtmışdır. Mənzilə daxil olduqda koridordan otağın dağınıq olduğunu görmüş, daha sonra o bu barədə evdəkilərə xəbər vermişdir. Evdəkilər gəldikdən sonra mənzilə baxış keçirmişlər və aydın olmuşdur ki, yataq otağının qapısından asılmış ona məxsus 2023-cü ilin yanvar ayında 40 manata aldığı qara rəngli üzərində ağ yazılar olan çantanın olmadığını, həmçinin çantanın içərisində qara rəngli ona məxsus 15 manata aldığı pul kisəsi, onun içərisində isə 400 manat pulun və ona məxsus şəxsiyyət vəsiqəsinin olmadığını müəyyən etmişdir. Bundan sonra yataq otağına keçmiş, orada olan stolun üstündə qoyulmuş ona məxsus 3 ədəd biri Rolex markalı digərlərinin isə markasını bilmədiyi hər birinin qiyməti 70 manat olan qol saatlarının, sonra çarpayının yanında olan dolabda ona məxsus olan 2 ədəd olmaqla birinin qiyməti 60 manat, digərinin qiyməti isə 40 manat olan 2 ədəd bijuteriya dəsti, biri Rolex firmasına məxsus olmaqla digərlərinin markasını bilmədiyi hər birinin qiyməti 70 manat olmaqla 4 ədəd qol saatı, dolabın üstündə olan 02 ədəd firmasını bilmədiyi hər birinin qiyməti 40 manat olan ətirlər, evin pəncərəsinin qabağına qoyduğu 01 ədəd 15 manat dəyərində qulaqdeşən aparatının, bundan başqa yataq otağında olan şkafın içərisində olan sumkanın içərəsində olan qırmızı rəngli pul kisəsinin içərisində olan 1 ədəd 585 əyyarlı qızıl boyunbağının, 1 ədəd 585 əyyarlı qızıl sırğa və 1 ədəd 585 əyyarlı qızıl üzükdən ibarət olan 1000 manat dəyərində qızıl dəstinin oğurlandığını aşkar etmişdir. Bundan sonra, o dərhal DİN-nin 102 xidmətinə zəng edərək oğurluq olması barədə məlumat vermişdir. Hazırda ona dəymiş ziyandan 1200 manat ödənilmiş, təqsirləndirilən şəxslə barışmış və şikayətçi deyil. Təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat təxminən 11:00 radələrində şəxsi işləri ilə bağlı yaşadığı ünvan 6 ünvanında yerləşən mənzilindən çıxan zaman evdə heç kim olmadığından qapını açarla bağlamış, evin açarını isə blokda qapının giriş hissəsində olan rezin ayaqaltının altına qoymuşdur. O və ailə üzvləri evdən çıxarkən evdə heç kimin olmadığı hallarda evin açarını adətən ora qoyurmuşlar ki, əgər ailə üzvlərindən biri evə tez gələrsə həmin yerdən açarı götürüb evə rahatlıqla daxil ola bilsin. O işlərini tez bitirib xx.xx.2023-cü il tarixdə saat 13 radələrində yaşadığı evə gəlmiş, açarı rezin ayaqaltının altından götürüb qapını açaraq evə daxil olmuş, evin dağınıq olmasını görüb təlaşlandığı üçün dərhal əşyalara baxış keçirmiş və evin giriş qapısından solda yerləşən divarda olan asılqandan asılmış qara rəngli qış gödəkçəsinin iç cibində olan 80 manat pulun, yataq otağının giriş hissəsindən sol tərəfdə qoyulmuş güzgülü dolabın çəkməcədə olan 01 ədəd 300 manat dəyərində qızıl üzüyün, bundan başqa 01 cüt gümüşü rəngli sırğanın, 01 ədəd qızılı rəngli üzərində qaşlar olan üzüyün, 01 ədəd qızılı rəngli üzərində rum rəqəmləri həkk olunmuş üzük, 01 ədəd gümüşü rəngli üzərində 3 qaş olan üzük, 01 ədəd qara rəngli üzərində qaşlar olan üzük, 01 ədəd qızılı rəngli tən ortasında qatlanan sırğadan ibarət qiyməti təxminən 70 manat olan bijuteriya dəstinin oğurlandığını müəyyən etmişdir. Oğurluq hadisəsini aşkar etdikdən sonra o dərhal DİN-nin 102 xidmətinə zəng edərək oğurluq olması barədə məlumat vermişdir. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 450 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyandan heç bir məbləğ ödənilməmişdir, lakin buna baxmayaraq təqsirləndirilən şəxsin uşağı olduğuna görə onu bağışlayır və şikayətçi deyil. Təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat təxminən 16:30 radələrində yaşadığı Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 64, mənzil 38 ünvandan çıxıb şəxsi işi ilə bağlı Memar Əcəmi metrostansiyası yaxınlığına getmiş, evdən çıxan zaman evdə heç kim olmamışdır. Adətən o, evdən çıxarkən evdə yaşayan bacısı və rəfiqəsinin evə rahat daxil olması üçün açarı mənzilin giriş qapısında olan su sayğacına qoymuşdur. Həmin gün də mənzildən çıxarkən mənzilin açarını su sayğacının yerləşdiyi qutunun içərisinə qoymuşdur. İşlərini həll etdikdən sonra təxminən 2 saat sonra mənzilə geri qayıtmışdır. Mənzilə daxil olduqda koridorda olan şkafın dağınıq olduğunu görüb mənzildə oğurluq olmasından şübhələnmiş, koridorun qarşısında yerləşən yataq otağına keçdiyində həmin otağın da dağınıq olduğunu görmüşdür. Koridorda yerləşən şkafdan ona məxsus olan 01 ədəd 585 əyyarlı 280 manata aldığı qızıl üzük, 200 manat məbləğində nağd pul, ümumi qiyməti 150 manat olan gümüş sep, sırğadan ibarət olan bijuteriya dəsti, 120 manata aldığı “Roleks” markalı saat, 100 manat dəyərində “Meri mi” markalı qadın ətrinin oğurlandığını görmüşdür. Bundan sonra o digər otaqlara da keçmiş, lakin oradan heç bir əşya oğurlanmadığını bilmişdir. Bundan sonra, o dərhal DİN-nin 102 xidmətinə zəng edərək oğurluq olması barədə məlumat vermişdir. Hadisə nəticəsində ümumilikdə ona 850 manat ziyan dəymişdir. Hazırda ona dəymiş ziyandan 650 manat ödənilmiş, qalan 200 manatı ödəməsə də təqsirləndirilən şəxsə qarşı şikayətçi deyil. Təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 sentyabr 2023-cü il tarixli, 6/4879-3/7002 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən 1 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşlar olan üzük – metal 925 əyarlı gümüşə uyğundur, çəkisi 4,40 qramdır, qaşları qiymətli qaşlara aid deyil; 1 ədəd gümüşü rəngli metaldan sırğa cütü – metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 9,13 qramdır, bijuteriyadır; 1 ədəd sarı rəngli metaldan “Z” formalı, üzərində ağ şəffaf qaşlar olan kulon – metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 3,30 qramdır, bijuteriyadır; 3 ədəd sarı (1 ədədi qara olmaqla) rəngli metaldan, 2 ədədinin üzərində ağ şəffaf qaşlar olan üzük – metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmışdır, ümumi çəkisi 5,49 qramdır, qaşları qiymətli qaşlara aid deyil, bijuteriyadır; 1 ədəd sarı rəngli metaldan, üzəri naxışlı sırğa tayı – metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 1,29 qramdır, bijuteriyadır, qırıntı hesab olunur. Aparılmış tədqiqat nəticəsində təqdim olunmuş məmulatların 2023-cü ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 43 manat müəyyən edilir. Ekspertiza təyini haqqında qərarda göstərilən 03 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü il fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 35 manat müəyyən edilir. Digər 09 adda mallar haqqında ətraflı məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır (İ cild, i/v 203-206). İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və Nəsimi rayon prokuroru Həsən Hənifəyevin xx.xx.2023-cü il tarixli qərarından görülür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Nəsimi rayon prokuroru Həsən Hənifəyevin qərarı ilə vəsatətin müdafiə edilməsindən imtina olunmuşdur (İ cild, i/v 88-89, 139-140). İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i/v 141-142). İş materiallarında olan axtarışda olan şəxsin yaxalanması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 09:30 radələrində, ünvan 7 ünvanının qarşısında yaxalanmış, barəsində protokol tərtib olunmuşdur (İ cild, i/v 139). İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)-438/2023 saylı 07 sentyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müdətinə həbs qətimkan tədbiri seçilmişdir (İ cild, 197-202). İş materiallarında olan təqdimetmə və götürülmə barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs yaxın qohumu-bacısı X4 dəymiş ziyanın ödənilməsi üçün 1000 manat pulu müstəntiqə təqdim etmiş və həmin pul zərərçəkmiş şəxsə ödənilməsi üçün sayılıb götürülmüşdür (İ cild, 214). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Rəhimov X2 rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə 3000 manat cərimə cəzasına məhkum edilmiş, Nəsimi rayon məhkəməsinin hökmü xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3, 66.5, 68.2-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və 3000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (İ cild, i/v 145). İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 31 iyul 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, ünvan 5-dür (İ cild, i/v 28) İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 05 iyul 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 8-dir (İ cild, i/v 36). İş materiallarında olan “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, ünvan 5 və ünvan 8 ünvanında yerləşən mənzillərə hansı qaydada daxil olduğuna, həmin mənzillərdən haradan oğurluq etdiyini hadisə yerində əyani göstərmiş və hadisə yerində istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. (İ cild, i/v 128-129). İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 02 ədəd 20 AZN əskinaz və 1 cüt gümüşü rəngli sırğa, 1 ədəd qızılı rəngli, üzərində qaşlar olan üzük, 01 ədəd qızılı rəngli üzərində rum rəqəmləri həkk olunmuş üzük, 01 ədəd gümüşü rəngli üzərində 3 qaş olan üzük, 01 ədəd qara rəngli üzərində qaşlar olan üzük, 01 ədəd qızılı rəngli “Z” hərfli klon, 01 ədəd qızılı rəngli tən ortasında qatlanan sırğa maddi sübut kimi tanınmış və saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir (İİ cild, i/v 46-57). İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayətin videogörüntüsünü özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi barədə qərar qəbul olunmuşdur (İİ cild, i/v 46-57). Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, ona dəymiş 850 (səkkiz yüz əlli) manat maddi ziyan ödənilmiş, təqsirləndirilən şəxslə barışmış və ona qarşı tələbi, iddiası və şikayəti yoxdur. Nərimanov rayon Məhkəməsinin 7(005)-244/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ərizəsi təmin edilmiş, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 oktyabr 2011-ci il tarixli 1(005)-292/2011 nömrəli hökmü ilə ona təyin edilmiş 3000 (üç min) manat cərimə cəzasından azad edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşman olmasını, zərərçəkmişlərlə barışmasını, onlara dəymiş zərərin müəyyən hissəsini ödəməsini onun cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 01 (bir) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 06 sentyabr 2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilmədən saxlanılmalı, ondan ekspertiza xərci olan 100 (yüz) manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilməli, iş üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin maddi sübutların saxlanılma otağında saxlanılan 02 ədəd 20 AZN əskinaz və 1 cüt gümüşü rəngli sırğa, 1 ədəd qızılı rəngli, üzərində qaşlar olan üzük, 01 ədəd qızılı rəngli üzərində rum rəqəmləri həkk olunmuş üzük, 01 ədəd gümüşü rəngli üzərində 3 qaş olan üzük, 01 ədəd qara rəngli üzərində qaşlar olan üzük, 01 ədəd qızılı rəngli “Z” hərfli klon, 01 ədəd qızılı rəngli tən ortasında qatlanan sırğa sahiblərinə qaytarılmalı və iş üzrə maddi sübut kimi tanınmış cinayətin videogörüntüsünü özündə əks etdirən 01 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-528/2023 saylı 22 dekabr 2023-cü il tarixli qərara əsasən 28 dekabr 2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı X3 vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 01 (bir) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 06 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 100 (yüz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin maddi sübutların saxlanılma otağında saxlanılan 02 ədəd 20 AZN əskinaz və 1 cüt gümüşü rəngli sırğa, 1 ədəd qızılı rəngli, üzərində qaşlar olan üzük, 01 ədəd qızılı rəngli üzərində rum rəqəmləri həkk olunmuş üzük, 01 ədəd gümüşü rəngli üzərində 3 qaş olan üzük, 01 ədəd qara rəngli üzərində qaşlar olan üzük, 01 ədəd qızılı rəngli “Z” hərfli klon, 01 ədəd qızılı rəngli tən ortasında qatlanan sırğa sahiblərinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış cinayətin videogörüntüsünü özündə əks etdirən 01 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-112/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-112/2024
27.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver