Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-113/2021 16.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1984-cü ildə Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, işləməyən, Binəqədi rayon məhkəməsinin 10 iyul 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2000 manat cərimə cəzasına məhkum edilməsinə baxmayaraq məhkumluğu götürülməmiş və ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmiş və tamah niyyətilə aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək təkrar dələduzluq etmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 03 mart 2020-ci il tarixdə saat 01 radələrində ünvan 3 ünvanda yerləşən “Piramida” bilyard klubunda ətrafda olan şəxslərin bilyard oynayaraq başlarının qarışıq olmasından isliladə edərək masanın üzərindən Zərərçəkmiş şəxs3 məxsus içərisində, balansında 5 manat danışıq limiti olan 4 manat dəyərində 051-468- 56-06 saylı və 4 manat dəyərində ***-***-**- ** saylı mobil nömrələr olan 120 manat dəyərində “Xiaomi Mİ Al” markalı **********33029 İMEİ kodlu mobil telefon aparatını üzərində olan 1 manat dəyərində telefon qabı və telefon qabının iç hissəsinə qoyulmuş, həmin dövrün məzənnəsi ilə 1515 manat 68 qəpik təşkil edən 800 avro məbləğində pul ilə birlikdə gizli olaraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 1649 manat 68 qəpik maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 14 aprel 2020-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, ünvan 4 ünvanda yerləşən “X27”in 104 nömrəli otağında müştəri qismində olarkən, otaqda olan dolabın üzərindən həmin oteli icarə əsasında işlədən Zərərçəkmiş şəxs4 məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə əsasən bir ədəd 850 manat dəyərində 39 düym ölçülü, smart funksiyalı "Samsung" markalı televizoru otağın pəncərəsindən çölə çıxartmaqla gizli olaraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 850 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs1 ilə ona nəxsus Bakı şəhəri, Nəsimi rayonu, X16 küçəsi, məhəllə 1008, ev 7B, 81 saylı mənzildə müvəqqəti olaraq gündəlik ödəniş əsasında kirayədə yaşaması barədə razılaşaraq əvvəlcədən planlaşdırdığı cinayətkar niyyətini həyata keçirib 23 aprel 2020-ci il saat 15 radələrindən, 25 aprel 2020-ci il saat 14 radələrinədək olan müddət ərzində həmin mənzildən sonuncuya məxsus olan, ona etibar edilməyən və üzərində heç bir sahiblik səlahiyyəti olmadığı bir ədəd 50 manat dəyərində “Gorenje” markalı tozsoranı, bir ədəd 80 manat dəyərində “Öz Türk” markalı qaz sobasını, bir ədəd 60 manat dəyərində “Öz Türk" markalı aspiratoru, zərərçəkmiş şəxsin qiymətləndirməsinə əsasən bir ədəd 100 manat dəyərində “Vestel" markalı paltaryuyan maşını, bir ədəd 100 manat dəyərində “LG" markalı soyuducunu, bir ədəd 600 manat dəyərində “Eca” markalı kombi istilik sistemi aparatını və bir ədəd 400 manat dəyərində “AİWA" markalı televizoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1390 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən qəsdən, tamah niyyətilə özgənin əmlakını aldatma yolu ilə ələ keçirmə məqsədilə internet elan saytı vasitəsilə müştəri kimi tapdığı Zərərçəkmiş şəxs2 gündəlik kirayədə yaşadığı Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, X16 küçəsi, məhəllə 1008, ev 7B, 81 saylı mənzildə olan mebel dəstinin özünə məxsus olduğunu bildirib, həmin mebel dəstini 1200 manata Zərərçəkmiş şəxs2 satacağına dair yalan vəd verib aldadaraq, 25 aprel 2020-ci il saat 14 radələrində həmin ünvanda sonuncudan 600 manat nağd və vahid niyyətlə əhatə olunmuş qəsdlə tanışı Şahid3 məxsus “xxxx“ASC-yə aid **********483190 nömrəli bank hesab kartına 600 manat pulu köçürtmə etməklə ələ keçirib Zərərçəkmiş şəxs2 ümumilikdə 1200 manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarla özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər “Piramida" bilyard klubuna tez-tez gedərək orada bilyard oynamağı təklif edən şəxslərlə bilyard oynayırmış. 02 mart 2020-ci il tarixdə saat 21 radələrində ünvan 3 ünvanda yerləşən “Piramida” bilyard klubuna tək gəlmişdir və orada bilyard oynayan şəxslərə baxaraq özü üçün gəzişərək masalara nəzər yetirmişdir. Orada onu Atilla kimi tanımışlar. Klubdakı bilyard stollarının baş tərəfində müştərilərin oturması, istirahət etməsi üçün masalar qoyulmuşdur. Çox vaxt müştərilər öz əşyalarını, yəni mobil telefon, açar və digər əşyalarını həmin masaların üzərinə qoyub bilyard oynayırlarmış və başları oyuna qarışıq olduğu üçün heç telefonlarına zəng gəldikdə belə fikir verməmişlər. Artıq 03 mart 2020-ci il tarixdə saat 01 radələrində orada olarkən qeyd etdiyi masalardan birinin üzərində 03 ədəd mobil telefonların olduğunu görmüş, onlardan iki dənəsi bahalı mobil telefon olmuş, biri isə ucuz mobil telefon olmuş və həmin ucuz hesab etdiyi mobil telefon qabda olmuşdur. Həmin vaxt telefonun sahibi masanın yanında bilyard oynadığını, ətrafda heç kəsin olmadığını, işçilərin başının qarışıq olduğunu görüb bir ədəd ucuz hesab etdiyi “Xiaomi Mi A1” markalı telefonu oğurlamaq qərarına gəlmişdir. Bu məqsdlə masaya yaxınlaşmış, öz telefonunu qulağına tutub guya kiminləsə danışan kimi özünü göstərmişdir və gizlincə masanın üzərindəki mobil telefonu götürüb cibinə qoymuş, guya telefonla danışaraq klubun çıxış qapısına doğru gedərək oradan çıxıb getmişdir. O, düşünmüşdür ki, klubda kamera var, lakin fikirləşmişdir ki, o, görüntüyə düşməz və ya kamera işləməyə bilər və məqsədi oğurluğu gizlin etmək olmuşdur. Oğurluqdan sonra dərhal oğurladığı "Xiaomi Mi A1" markalı mobil telefonu söndürmüşdür, daxilində olan kartları çıxarıb xatırlamadığı yerə tullamışdır. Telefonun qabında 800 avro pul olmasını görməmişdir və onları götürməmişdir. O, gecə vaxtı oğurladığı telefonu qabından çıxaranda orada avroların olmasını görməmişdir və inanmır ki, təxminən 150 manat dəyərə malik olan telefona keçirilmiş telefon qabının içərisində zərərçəkmiş şəxs 800 avro pulu saxlasın. Bunlar hamısı zərərçəkmiş şəxsin fikirləridir və həmin pulların orada olması ilə razılaşmır. Oğurladığı telefonu “İnternet” vasitəsi ilə 150 manata satışa qoymu, tanımadığı bir şəxs onunla əlaqə yaradaraq bu telefona baxaraq onu almaq istəmişdir. 05 mart 2020-ci il tarixdə o, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında adını xatırlmadığı həmin şəxslə görüşmüşdür və həmin telefonu ona göstərmiş və sonra isə qiyməti endirərək 140 manata ona satmışdır. Bu zaman telefon alan şəxsə telefonun özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satdığını demişdir. Bundan başqa, 14 aprel 2020-ci il tarixdə saat 20-21 aralığında ünvan 5 ünvanda yerləşən “X27” in 104 nömrəli otağında olan bir ədəd “Samsung" markalı televizoru həmin otağın pəncərəsindən çölə çıxarıb oğurlamışdır. Oğurluq etməmişdən bir neçə gün öncə yəni, 08 aprel 2020-ci il tarixdə o, Səbail rayonu, ərazisində yerləşən “X27“ə müştəri qismində getmişdir. O, həmin otelə getmək üçün “booking.com“ saytı vasitəsi ilə Ərəbov Zaur kimi özünü təqdim etməklə qeydiyyatdan keçmişdir. Həmin sayt vasitəsilə də otelə getmişdir. O, otelə daxil olub qəbul yerində olan oğlana, yəni X5 yaxınlaşıb rezerv etdiyini demişdir, bu zaman ona öz ad soyadını Zaur Ərəbov kimi demiş, onlar siyahıya baxmışlar və onu qəbul elmişlər. Həmin şəxs ona otaqları göstərməyi təklif etmişdir və onlar birlkidə otaqlara baxmışlar. O, otelin 2-ci mərtəbəsində yerləşən 104 nömrəli otağı 2 günlük götürmüşdür, daha sonra isə qalma müddətini artırmışdır, otelə gəldikdə iki günün pulunu nağd ödəmişdir. Bir neçə giin sonra, 14 aprel 2020-ci il tarixdə tanışı X8 həmin otelə dəvət etmişdir. Bundan sonra, Günay onunla həmin oteldə həmin gün bir neçə saat qalmışdır. Həmin günlərdə də o, oteldə çalışanlara bildirmişdir ki, onun başqa tanışı rayondan gələcək və əlavə otaq vermələrini xahiş etmişdir və ona əlavə otaq ayırmışdırlar. O, bu otağı Günay üçün götürmək istəmişdir. 14 aprel 2020-ci il tarixdə saat təxminən 21:00-da həmin televizoru otağda tapdığı ipə bağlayıb pəncərədən aşağı sallatmışdır, daha sonra isə özü də pəncərədən çıxaraq televizoru götürüb oradan uzaqlaşmışdır. Bu zaman onu heç kim görməmişdir. Həmin televirozoru satmaq üçün Lalafo.az inernet saytına daxil olmuşdur və orada televizor alıram təklifləri yazılan nəmrələrin birinə zəng etmişdir. Həmin şəxslə telefon vasitəsi ilə danışmışdır, onunla həmin gün Binəqədi rayonu ərazisində yerləşən “Faxralı” adlı restoranın önündə görüşmüşdür, həmin alıcı ona adının Sənan olduğunu bildirmişdir, ona televizoru 180 manata satdığını bildirsə də, həmin şəxs 150 manata almağı təklif etmişdir. O, onunla razılaşaraq televizoru ona satmışdır, 150 manat pulu götürüb oradan uzaqlaşmışdır. Həmin şəxs televizorun oğurluq olmasını bilməmişdir. Bu şəxs barədə heç bir məlumatı yoxdur, onun telefon nömrəsi telefonunun yaddaşında qalmamışdır. Sonradan törətdiyi cinayət əməli polis əməkdaşları tərəfindən aşkar olunmuş və barəsində cinayət işi başlanılmışdır. Zərərçəkmiş şəxs isə oğurlanmış televizorun qiymətinin 850 manat olmasını iddia etmiş və ona dəymiş ziyanın ödənilməsini tələb etmişdir. Lakin o, isə ona qarşı irəli sürülmüş ittihamla razılaşmır və həmin oğurladığı 39 dyüm işlənmış televizorun qiyməti hazırki bazar qiymətinə uyğun olaraq maksimum 250 manat ola bilər. Məişət cihazları hər bir evdə olduğuna görə qiymətlər dəyişir, hətta həmin televizorun təzəsinin qiyməti mağazada 850 manatdan aşağıdır. Bundan başqa, 23 aprel 2020-ci il tarixdən etibarən Zərərçəkmiş şəxs1 məxsus ünvan 6 ünvanda kirayədə yaşayarkən 25 aprel 2020-ci il tarixə kimi həmin mənzildən sonuncuya məxsus "Gorenje” markalı tozsoranı, "Vestel” markalı paltar yuyan maşını, “LG" markalı soyuducunu, “Öz Türk” markalı qaz sobası və aspiratoru “Eca” markalı kombi istilik sistemi aparatını, “AİWA” markalı televizoru talayıb sosial şəbəkə vasitəsi ilə tanımadığı şəxslərə satmışdır. Belə ki, 2020-ci ilin aprel ayının 20-də sosial şəbəkədə ev və otel kirayəsi üçün nəzərdə tutulmuş “vvvvvv.booking.com” internet saytında Bakı şəhəri, Nəsimi rayonu, Ak.H.Əliyev küçəsi məhəllə 1008 ev 7-b, 81ci mənzilini bir həftəlik kirayə etmək üçün saytda evi sifariş etmişdir. Evi sifariş etdikdən sonra 20 aprel 2020-ci il tarixdə "vvhatsapp” sosial şəbəkəsi vasitə ilə ev sahibi Zərərçəkmiş şəxs1 zəng edərək X26 kimi təqdim edib evlə maraqlanmışdır. Orxan ona həmin mənzili 9 günlük verməyə razılaşmışdır. Həmin vaxtı Orxan Mingəçevirdə olduğu üçün açarı onun tapşırığı ilə binanın adını və telefonunu bilmədiyi mühafizəçisindən almışdır və evdə yaşamağa başlamışdır. Orxanla ev barədə razılaşarkən ona demişdir ki, sadəcə bir neçə gün gecə qalmaq üçün evi tutur, belə ki, mənzildə olan paltaryuyan aparatı və ya qaz sobasını və s. istifadə etməyəcəyini ona bildirmişdir və onunla bu şərtlərlə razılaşmışdır. Bundan sonra artıq qeyd olunan evdə yaşadığı üçüncü gün borcları olduğu üçün evdə olan əşyaları oğurlayıb satmaq qərarına gəlmişdir. Belə ki, evdə olan əşyaları satmaq üçün “LALAFO.az” saytında elan saytına daxil olaraq orada ev əşyaları almaq üçün elan yerləşdirən tanımadığı şəxslərlə əlaqə saxlamışdır. Hansı əmlakı dəqiq hansı gün hansı saatda satmağını xatırlamır. Ümumilikdə 23 aprel 2020-ci il saat 15 radələrindən başlayaraq 25 aprel 2020-ci il saat 14-dək aşağıda sadaladığı, X9 məxsus əmlakları satmışdır. İlk öncə tanımadığı müştərini evə dəvət edərək evdə olan markasını xatırlamadığı televizoru 150 manata satmışdır. Eyni gündə digər müştərini dəvət edərək evdə olan paltaryuyan maşını 100 manata salmışdır. Sonrakı gündə soyuducunu 150 manata, qaz peçini aspiratorla birgə 50 manata, kombi aparatını isə 100 manata satmışdır. Evdəki tozsoranı da oğurlayıb özü ilə satmaq üçün götürmüşdür, lakin taksidə unutmuşdur və onu satmamışdır. Həmin əşyaları almış şəxslərin anket məlumatlarını bilmir, nömrələrini hazırda xatırlamır, onları daha öncə tanımamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs1 məxsus məişət texnika əşyaları oğurlayıb satdıqdan sonra qərara gəlmişdir ki, mənzildə olaraq Zərərçəkmiş şəxs1 məxsus mebelləri də satmaq qərarına gəlmişdir. 25 aprel 2020ci il tarixdə “İnternet” də yerləşdirilən elanla bağlı “whatsapp” vasitəsilə ona zəng edərək bir qadınla, yəni Zərərçəkmiş şəxs2 ilə danışmışdır, X26 kimi təqdim edərək, yaşadığı ünvandan köçdüyünü və bununla bağlı mənzildə olan mebelləri satdığını bildirmişdir. Aidə ondan mebellərin şəkillərini göndərməyini istəmişdir və o, ona şəkilləri göndərmişdir. Sonra onunla qiymətlər barədə danışmışdır. O, Aidə ilə telefonla yazışaraq həmin mebellərin qiymətini ümumi olaraq 650 manata razılaşmışlar. O, Aidəyə mənzilin yerini başa salmışdır və sonuncu həmin gün mənzilə gəlmişdir. 25 aprel 2020-ci il tarixdə saat 14 radələrində Aidə mebellərə yerində baxıb onları bəyənmişdir. Aidə onun qaldığı mənzilə gəldikdən sonra ümumi söhbət etmişlər və razılığa gəldikdən sonra o Aidədən 5 manat pul götürmüş və taksini yola salmaq üçün aşağı düşmüşdür. Taksini yola saldıqdan sonra özünə məxsus telefonu xarab olduğu üçün tanışından telefon götürmək üçün getmiş və həmin müddətdə də Aidə evdə onu gözləmişdir. Tanışından telefonu götürüb geri qayıdan zaman evinin qabağında komendantı və polisləri görmüşdür. Bundan sonra başa düşmüşdür ki, Aidə onun barəsində polisə şikayət etmişdir. Bu zaman o qorxduğu üçün həmin yerdən uzaqlaşaraq getmişdir. Ona qarşı irəli sürülmüş dələduzluq ittihamı ilə razı deyil, belə ki, bir daha qeyd etmək istəyir ki, zərərçəkmiş şəxslə aralarında 1200 manat deyil 650 manatla bağlı yazışma olmuş, lakin yazışma silinib ona görə təqdim edə bilmir. Zərərçəkmiş tərəfindən ona hər hansı məbləğdə ödəniş olunmamış və bununla bağlı qəbz də yoxdur. Zərərçəkmiş şəxsin ifadəsi əsasında ona qarşı ittiham irəli sürülmüş, istintaq dövründə və məhkəmə baxışı zamanı həmin ödənişlə bağlı heç bir sübut təqdim olunmamışdır. İfadəsinin sonunda məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır və onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. 2019-cu ilin iyun ayında kirayə vermək məqsədi ilə Nəsimi rayonu, Ak.H.Əliyev küçəsi, məhəllə 1008, ev 7B-də yerləşən 81 nömrəli mənzili almışdır. 2019-cu ilin aprel ayında gəlir əldə etmək məqsədi ilə “booking.com” elan saytında kirayə üçün müştəri tapmaq üçün evin elanlarını yerləşdirmişdir. 20 aprel 2020-ci il tarixdə **********85 mobil nömrəsi ilə “whatsapp” sosial şəbəkəsi vasitə ilə X26 kimi təqdim edən şəxs zəng edib evlə maraqlanmışdır və ona 9 günlük evi kirayə verməyə razılaşmışdır. Həmin vaxtı o, Mingəçevirdə olduğu üçün açarı binanın adını və telefonunu bilmədiyi, lakin üzdən tanıdığı mühafizəçisinə vermişdir. Camal kimi özünü təqdim edən şəxs isə mənzilin açarını həmin şəxsdən götürmüşdür. O, mənzili ancaq kirayə vermişdir, telefonda onunla danışarkən mənzildə olan əmlaklarla bağlı, onların istifadəsi və digər məlumatlarla bağlı danışıqları olmamışdır. Əmlakları dəyərli olduğundan onu heç kimə etibar etməmişdir. Evi kirayə verdiyi gündən Camal Muradov kimi özünü təqdim edən şəxs ona cəmisi 30 dollar pul ödəmişdir. 25 aprel 2020-ci il tarixdə binada çalışan tanımadığı şəxs ona zəng edərək mənzilində naməlum qadının olduğunu, həmin qadının onun mənzilində olaraq ona məxsus mebelləri aldığını iddia etməsini bildirmişdir. O, bu barədə xəbər alaraq dərhal Bakıya gəlmişdir. Həmin Zərərçəkmiş şəxs2 adlı qadın ona bildirmişdir ki, evdə olan şəxs, yəni özünü Camal kimi təqdim edən şəxs ona məxsus mebellərin özünə məxsus olmasını və satmaq istədiyini Aidəyə bildirmiş, 600 manatı da elə həmin mənzildə almış, 600 manatı da Şahid3 adlı şəxsin adına olan kart hesabına köçürtmüşdür. Mənzilə daxil olduqda ona məlum olmuşdur ki, evi kirayə aldığı, X26 kimi təqdim edən şəxs evdə olan ona məxsus “Gorenje" markalı tozsoranı, “Vestel” markalı paltaryuyan maşını, “LC” markalı soyuducunu, “Öz Türk” markalı qaz sobası və aspiratoru, "Eca" markalı kombi istilik sistemi aparatını, “AİWA” markalı televizoru oğurlayaraq satmışdır. Həmin şəxs onunla telefon vasitəsi ilə əlaqə saxladıqda ***-***-**-** saylı mobil nömrə ilə zəng etmişdir. Sonra isə onunla əlaqə saxlamaq mümkün olmamışdır. Bu hadisə barədə o, polisə müraciət edərək məlumat vermiş, araşdırma zaman X26 kimi təqdim edən şəxsin Təqsirləndirilən şəxs olması ona məlum olmuşdur. X26 kimi təqdim edən Təqsirləndirilən şəxs daha öncə tanımamışdır və onu görməmişdir, onunla sadəcə telefon vasitəsi ilə əlaqə saxlamışdır. Onun haqqında bildiyi yalnız onun mobil nömrəsidir. Onda olan məlumata görə Təqsirləndirilən şəxs onun mənzilində tək olmuşdur və bu cinayətdə ona köməklik edən şəxs olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır və onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. O, mütəmadi olaraq gəlir əldə etmək üçün “İnternet” şəbəkəsi vasitəsi ilə elan səhifələrində olan satılan malların elanlarını öyrənir, ucuz qiymətə olan malları alır və baha qiymətə sataraq bununla gəlir əldə edir. Belə ki, 25 aprel 2020-ci il tarixdə onun “İnternet”də yerləşdirdiyi elanla bağlı “whatsapp" vasitəsi ilə +**********2 nömrəsi ilə ona zəng edərək X26 kimi təqdim edən şəxs yaşadığı ünvandan köçdüyünü və bununla bağlı mənzildə olan mebelləri satdığını bildirmişdir. Həmin şəxsdən mebellərin şəkillərini göndərməsini istəmişdir və bu şəxs ona şəkilləri göndərdikdən sonra o, həmin şəxslə qiymətlər barədə danışmışdır. Belə ki, X26 kimi təqdim edən şəxsin ona təklif etdiyi yataq, mətbəx, dəhliz mebellərini, jurnal masası və divanı ümumilikdə 1200 manata almağa razı olduğunu ona demişdir. Həmin şəxsin dediyi kimi onun yaşadığı ünvan 7 ünvanında 17-ci mərtəbədə yerləşən 81 nömrəli mənzilə getmişdir. Mebellərə yerində baxıb onları bəyənmişdir, orada X26 kimi təqdim edən şəxsin sözünə əsasən nağd olaraq üstündə olan 600 manat pulu ona ödəmişdir, qalan hissəsin yəni, 600 manatı isə “Milliön” ödəniş terminalı vasitəsilə Günay Qocayevə adlı şəxsin adına olan **********483100 nömrəli kart hesabına köçürmüşdür. Ödəmə qəbzini itirdiyi üçün istintaqa onu təqdim edə bilməmişdir. Bundan sonra həmin şəxs ona əlində olan sınıq telefonu göstərərək, ünvana yeni telefon sifariş etdiyini bildirmişdir və sifarişi götürüb pulunu ödəyib geri qayıdacağını bildirərək mənzili tərk etmişdir. Həmin şəxsi mənzildə 40 dəqiqə gözləsə də bu şəxs, geri qayıtmamışdır. Daha sonra o, mənzildən çıxaraq bu şəxsi tapmaq üçün binada işləyən tanımadığı şəxsə müraciət elmişdir və məlum olmuşdur ki, o, aldadılmışdır və X26 kimi təqdim edən şəxs ümumiyyətlə həmin mənzilin və mebellərin sahibi deyilmiş. Bu barədə binada olan adını və telefonunu bilmədiyi, lakin üzdən tanıdığı binanın komendantına demişdir, sonucu isə ev sahibinə məlumat vermişdir. Odur ki, bu barədə Nəsimi RPİ-nin 20ci PB-nə ərizə ilə müraciət etmişdir. Araşdırma zamanı X26 kimi təqdim edən şəxsin Təqsirləndirilən şəxs olması ona məlum olmuşdur. X26 kimi təqdim edən Təqsirləndirilən şəxs daha öncə görməmişdir. O, mənzilə gələndə Təqsirləndirilən şəxs mənzildə tək olmuşdur və bu cinayətdə ona köməklik edən şəxs olmamışdır. Şahid3 adlı şəxsi tanımır. Hal-hazırda ona dəymiş maddi ziyan ödənilmədiyindən Təqsirləndirilən şəxs qarşı şikayətçidir və onun barəsində ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır və onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. 02 mart 2020-ci il tarixdə saat 21 radələrində, Səbail rayonu, Ə.Əlizadə küçəsi 5 saylı ünvanda yerləşən “Piramida” bilyard klubuna gəlmişdir. Orada bilyard oynadığı stolun yanındakı masaların birinin üzərinə özünə məxsus 300 manat dəyərində olan "Mİ A1" markalı mobil telefonunu qoymuşdur. Həmin telefonun qabının içərəsində 4 ədəd 200 avroluq əskinasdan ibarət cəmi 800 avro pul da olmuşdur. Bir qədər bilyard oynadıqdan sonra, artıq 03 mart 2020-ci il tarixdə saat 01 radələrində həmin mobil telefonun qoyduğu yerdə olmadığını aşkar etmişdir. Bu barədə klubun işçilərindən soruşmuş, onlar telefondan xəbərlərinin olmadığını demişlər. Belə olduqda klubda quraşdırılmış videokameranın görüntülərinə baxmışlar və görmüşlər ki, bir nəfər oğlan onun telefonunu götürüb cibinə qoymuş, sonra telefonla danışan şəxs kimi görüntü yaradaraq klubdan çıxıb getmişdir. Maraqlandıqda həmin şəxsin Atilla kimi tanınması və hansı mobil nömrədən istifadə etməsi məlum olmuşdur. Hadisə nəticəsində ona məxsus, qabının qiyməti 5 manat, içərsindəki ********** Azərfon MMC-yə aid GSM kartının qiyməti 60 manat, ********** Azercell MMC-yə aid GSM kartının qiyməti 30 manat balansında isə 5 manat danışıq limiti olan 300 manat dəyərindəki “Mİ A1” markalı mobil telefonu, habelə telefonun qabının içərəsində 4 ədəd 200 avroluq əskinas olan cəmi 800 avro pulu, həmin vaxta avronun manata olan məzənnəsinin 1.8946 manat olmasını nəzərə alaraq, 1515.68 manat pulu gizli olaraq talanmışdır. Zərərçəkmiş şəxs3 iş üzrə təyin edilərək keçirilmiş Azərbaycan Respublikası ƏN-nin MEM-nin 11 avqust 2020-ci il tarixli məhkəməəmtəəşünaslıq ekspertizasının rəyinin nəticələri ilə razı olaraq hadisə nəticəsində ona məxsus, telefonun, qabının və içərisindəki nömrələrin məhkəmə əmtəəşünaslıq ekspertizasında ümumi dəyəri 129 manat göstərilməsi, mobil GSM nömrənin içərisində 5 manatlıq danışıq limitinin olması, habelə telefonun qabının içərəsində 4 ədəd 200 avroluq əskinas olan cəmi 800 avro pulu, həmin vaxta avronun manata olan məzənnəsinin 1.8946 manat olmasını nəzərə alaraq, 1515,68 manat pulu gizli olaraq talanaraq ümumilkdə 1649.68 manat məbləğində maddi ziyan vurulduğunu göstərmişdir. Hal-hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyindən ondan şikayətçidir və dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə məlumatlandırılmış Zərərçəkmiş şəxs4 məhkəmə iclaslarına gəlməmiş, onun məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmamışdır. Müdafiə tərəfi Zərərçəkmiş şəxs4 məhkəmə baxışında iştirakını tələb etmədiyindən məhkəmə tərəfindən Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs4 göstərmişdir ki, 2017-ci ildən “X27” MMC otelini icarəyə götürərək işlədir. 2018-ci ilə kimi təmir işləri aparıldığı üçün otel fəaliyyət göstərməmişdir. O, həmin otelin direktorudur. Həyat yoldaşı Şahid1 həmin oteldə menecer vəsifəsində işləyir. Hadisə barədə ona arvadı Şahid1 məlumat vermişdir və ona məlum olmuşdur ki, otelin otaqlarından birindən televizor oğurlanmışdır, hadisə yerinə polis əməkdaşları çağırılmışdır. Hadisə barədə arvadı Şahid1 məlumat vermişdir ki, müştəri otelə gələrək otağı sifariş etmiş, sonra otaqda qalaraq oradan televizoru oğurlamışdır. Oğurlanmış televizor “Samsung” markalı olmuşdur, onu 2018-ci ildə 850 manata almışdır. Baş vermiş hadisə nəticəsində ona 850 manat məbləğində maddi ziyan vurulmuşdur. Həmin televizor qara rəngli, 39 düym ölçülü “led” ekranı və “Smart" funksiyası olmuşdur. Otaqdan televizordan başqa heç bir əmlakı oğurlanmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tanımır və onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. 2020-ci ilin mart ayının əvvələrindən qardaşı X10 “İnternet” vasitəsi ilə onun üçün işlənmiş və ucuz qiymətə smartfon tapmasını istəmişdir. 05 mart 2020-ci il tarixdə Rakim 140 manata Xiaomi Mİ A1 medelli smartfon telefon tapdığını bildirmişdir və özü satan şəxslə əlaqə saxlamışdır. Həmin gün o, Bakı şəhəri, Nəsimi rayonu 3-cü mikrorayon dairəsi yaxınlığında özünü X1 təqdim edən şəxslə görüşmüşdür və 140 manata telefonu ondan almışdır. Həmin gün X19 kimi təqdim edən şəxs qardaşı Rakimin telefonuna öz şəxsiyyət vəsiqəsinin surətini və telefonun oğurluq olmadığını bildirdiyi mesajı göndərmişdir. Rakim isə öz növbəsində həmin sənədlərin surəti ilə mesajın surətini çıxararaq ona göndərmişdir. Lakin hal-hazırda həmin şəxsin mobil nömrəsi nə onun, nə də ki, Rakimin telefonunun yaddaşında qalmamışdır. Belə ki, bütün yazışmalar silinmişdir. Həmin gündən etibarən telefonu o, qardaşı Rakimin adına rəsmiləşdirilmiş ***-***-**-** mobil nömrəsi altında istifadə etmişdir. X19 kimi təqdim edən şəxsi daha öncə tanımamışdır. “İnternet” vasitəsi ilə qardaşı telefon almaq üçün onunla əlaqə yaratmışdır, lakin özü onunla görüşüb telefonu almışdır. 05 mart 2020-ci il tarixdə 140 manata aldığı “Xiaomi Mi A1” markalı **********33029 İMEİ kodlu mobil telefonun oğurluq yolla əldə edilməsi barədə hər hansı məlumatı olmamışdır, onu satan həmin şəxs öz şəxsiyyət vəsiqəsinin surətini təqdim etmişdir, qardaşı Rakimə telefonun oğurluq olmamasına zəmanət verməsi barədə mesaj yazmışdır. Məhkəmə baxışı zamanı oğurluq hadisəsini özündə əks etdirən videogörüntüyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, video 21 saniyədən ibarətdir, klubda görüntüləri qeydə almış kamera bilyard stolunun bir tərəfində quraşdırılmış, bilyard stolunun digər tərəfində masa vardır, nəzarətçi öz yerində oturub və başı qarışıqdır, bir nəfər bilyard oynayır və həmin bilyard stolunun yanında olan masaya qara rəngdə qısa palto geyinmiş oğlan yaxınlaşır, arxası həmin masaya tərəf, üzü bilyard stoluna dayanmaqla masanın üzərində olan nəyisə götürüb cibinə qoyur və tez həmin masadan qapıya tərəf gedir, gedərkən digər əli ilə telefonu qulağına tutub danışa-danışa yeriyib klubdan çıxır. İş materiallarında olan şübhəli şəxsin ifadəsinin yerində yoxlanması haqqında 23.08.2020-ci tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müştəri qismində qaldığı ünvan 8 ünvanında yerləşən “X27“ MMC otelin 104 nömrəli otağından Zərərçəkmiş şəxs4 məxsus 850 manat dəyərində bir ədəd 39 düym ölçülü “led" ekranlı, “Smart" funksiyası olan “Samsung” markalı televizoru hansı yerlərdən necə oğurladığını və hansı üsulla otelin pəncərəsindən kənara çıxardığını sərbəst şəkildə göstərmişdir (cild 2, i/v 52-55). İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 03 mart 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 mart 2020-ci il tarixdə ünvan 9 ünvanda yerləşən “Piramida” bilyard klubunda oğurluq etməsi faktı öz təsdiqini tapmışdır (cild 1, i/v 99-101). İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 15 aprel 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müştəri qismində qaldığı ünvan 10 ünvanında yerləşən "X27” indən oğurluq etməsi faktı təsdiqini tapmışdır (cild 1, i/v 192- 195). İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 25 aprel 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ona kirayə verdiyi Bakı şəhəri, Nəsimi rayonu, X16 küçəsi, məhəllə 1008, ev 7B, mənzil 81 saylı mənzildən oğurluq etməsi faktı təsdiqini tapmışdır (cild 1, i/v 11-15). İş materiallarında olan rəsmi bank məzənnəsi barədə məlumatdan görünür ki, 03 mart 2020-ci il tarixdə 1 avro 1.8946 manat olmuşdur. (cild 2, i/v 182). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 avqust 2020-ci il tarixli, 9/2313 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 6 adda istifadədə olmuş müxtəlif markalı malların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 319,00 manat müəyyən edilir. Digər 4 adda mallar haqqında ətraflı məlumat (modeli, dioqanalı, düyümü, istehsal yeri, istehsal ili, texniki vəziyyəti və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı (cild 2, i/v 88-91). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 20.05.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 10 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, AR Cinayət Məcəlləsinin 69.4-cü maddəsi tətbiq edilməklə 2000 manat cərimə cəzasına məhkum edilmişdir (cild 2, i/v 77- 79). İş materiallarında olan 10.06.2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir (cild1, i/v 75-76). İş materiallarında olan “xxxx“ MMC-nin 19 avqust 2020-ci il tarixli, BKC/LGL-14080/20 nömrəli məktubu və ona əlavə edilmiş danışıq siyahısı ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən 03 mart 2020-ci il tarixdə ünvan 11 ünvanda yerləşən “Piramida” bilyard klubundakı masanın üzərində olan Zərərçəkmiş şəxs3 məxsus “Xiaomi Mİ A1” markalı **********33029 İMEKİ kodlu mobil telefonu oğurlandıqdan sonra Şahid4 satılaraq onun qardaşı Rakimin adına rəsmiləşdirilmişdir (cild 2, 125-135). İş materiallarında olan axtarışda olan şəxsin yaxalanması haqqında 23.08.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23.08.2020-ci il tarixdə saat 17:00 radələrində, Nəsimi rayonu, 28 may metrosunun qarşısında saxlanılaraq Nəsimi RPİ-nin MSY-ə təqdim olunmuşdur (cild 2, i/v 92). İş materiallarında olan Nəsimi rayon məhkəməsinin 24.08.2020-ci il tarixli 4(006)- 503/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 2, i/v 123-126). İş materiallarında olan 07.10.2020-ci il tarixli maddi sübutun tanınması haqqında Qərardan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd Xiaomi Mİ A1” markalı **********33029 İMEİ kodlu mobil telefonun maddi sübut kimi tanınması və cinayət işinə əlavə edilməsi barədə qərar qəbul olunmuşdur (cild 2, i/v 197-198). İş materiallarında olan qəbzdən görünür ki, X12 07.10.202-ci il tarixdə özünə məxsus Xiaomi Mİ A1” markalı **********33029 İMEİ kodlu mobil telefonu Nəsimi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi X3 təhvil almışdır (cild 2, i/v 200). İş materiallarında olan “sübutların qiymətləndirilməsi və cinayət əməllərinin töfsif edilməsi haqqında” 20 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, iş üzrə “Piramida bilyard klubundan Zərərçəkmiş şəxs3 məxsus pul və əmlakın oğurlanması epizodu üzrə götürülmüş DVD diskin maddi sübut kimi tanınması və cinayət işinə əlavə olunması barədə qərar qəbul olunmuşdur (cild 3, i/v 20-36). İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 04.05.2013-cü il təvəllüdlü X13 adlı bir azyaşlı uşağı vardır (cild1, i/v 84). Bakı İstintaq təcridxanasının rəisi tərəfindən məhkəməyə ünvanlanmış xasiyyətnamədən görünür ki, həbs edilmiş Təqsirləndirilən şəxs Bakı İstintaq təcridxanasında saxlanıldığı müddət ərzində təcridxananın daxili-rejim qaydalarına riayət edərək əməkdaşların qanuni tələblərinə əməl etmiş, bu müddət ərzində barəsində tənbeh tədbiri tətbiq edilməmişdir. Onunla bir yerdə saxlanılan şəxslərlə rəftarı qənaətbəxşdir. Saxlanıldığı müddət ərzində rəhbərlik tərəfindən ona iki dəfə “Təşəkkür” elan olunmuşdur. İş materiallarında olan Sumqayıt şəhər Probasiya Şöbəsinin 09 oktyabr 2020-ci il tarixli 120 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs barəsində Binəqədi rayon məhkəməsinin 10 iyul 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 2000 manat cərimə cəzasından 600 (altı yüz) manat ödənilmiş, 1400 (min dörd yüz) manat hissəsi ödənilməmiş qalmışdır (cild 2, i/v 181). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 178.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidin ifadəsi, ekspertiza rəyi, həmçinin işin digər materialları ilə tam sübuta yetirilir. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 10 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 2000 manat cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, vəziyyətini yüngülləşdirən halları, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hesab edir ki, cinayətlərin məcmusuna az ağır cinayətlərdən biri daxil olduğundan Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplamaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Binəqədi rayon məhkəməsinin 10 iyul 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 2000 (iki min) manat cərimə cəzasının ödənilməmiş 1400 (min dörd yüz) manatı hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə tam birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Belə olan halda məhkəmə hesab edir ki, Binəqədi rayon məhkəməsinin 10 iyul 2018ci il tarixli hökmü ilə təyin edilmiş 2000 (iki min) manat cərimə cəzasının ödənilməmiş 1400 (min dörd yüz) manatı Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə tam birləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 23 avqust 2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilmədən saxlanılmalı, ondan 50 (əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməli, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Xiaomi Mi A1” markalı **********33029 İMEİ kodlu mobil telefon aparatının Şahid4 təhvil verilməsi nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına və X4 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, 10 iyun 2020-ci il tarixli “müdafiəçi təyin olunması barədə” qərardan, ********* saylı cinayət işi üzrə tərtib edilmiş ittiham aktına əlavə edilmiş arayışdan və iş materiallarında olan “vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə” hesabatdan görünür ki, həmin cinayət işi üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən hüquqi yardım göstərilmişdir. Həmçinin Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-370/2020 saylı, 14 noyabr 2020-ci il tarixli qərara əsasən 18 noyabr 2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat və məhkəmə istintaqı dövründə göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzaları qismən toplanılmaqla ona 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Binəqədi Rayon Məhkəməsinin 10 iyul 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2000 manat cərimə cəzasının ödənilməmiş 1400 (min dörd yüz) manat hissəsi hazırki hökm üzrə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə tam birləşdirilməklə üzərində qəti olaraq 1400 (min dörd yüz) manat cərimə cəzası və 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 1400 (min dörd yüz) manat cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 23 avqust 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Xiaomi Mi A1” markalı **********33029 İMEİ kodlu mobil telefon aparatının Şahid4 təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Cavadov Qeybulla Hafis oğlunun vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat və X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-113/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-113/2021
16.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver