Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-113/2024 28.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1967-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihama görə, Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ünvan 4 ünvanda “Work place” adı altında ofis icarəyə götürərək 04 aprel 2023-cü il tarixdə ona müraciət etmiş Zərərçəkmiş şəxs10 özünü istənilən Avropa ölkəsinə viza alınması məsələsini həll edən şəxs kimi təqdim edib sonuncuya Portuqaliya Respublikası ərazisinə keçməsi üçün adına viza alacağına dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla həmin gün qeyd olunan ünvanda yerləşən ofisdə Zərərçəkmiş şəxs10 1500 manat pulunu alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs10 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ünvan 5 ünvanda “Work place” adı altında ofis icarəyə götürərək 04 aprel 2023-cü il tarixdə ona müraciət etmiş X1 özünü istənilən Avropa ölkəsinə viza alınması məsələsini həll edən şəxs kimi təqdim edib sonuncuya Portuqaliya Respublikası ərazisinə keçməsi üçün adına viza alacağına dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla həmin gün qeyd olunan ünvanda yerləşən ofisdə Gülnarə Əsgərovanın 1500 manat pulunu alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ünvan 5 ünvanda “Work place” adı altında ofis icarəyə götürərək 05 aprel 2023-cü il tarixdə ona müraciət etmiş Zərərçəkmiş şəxs9 özünü istənilən Avropa ölkəsinə viza alınması məsələsini həll edən şəxs kimi təqdim edib sonuncuya Portuqaliya Respublikası ərazisinə keçməsi üçün adına viza alacağına dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 05 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs9 onun dediyi bank kartına göndərdiyi 500 manat pulu, 11 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs9 Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Grand Hotel”in qarşısında 1000 manat pulu və 15 aprel 2023-cü il tarixdə ünvan 5 ünvanda yerləşən “Work place” adlı ofisdə 300 manat pulu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs9 ümumilikdə 1800 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ünvan 5 ünvanda “Work place” adı altında ofis icarəyə götürüb tanışı Hindistan Respublikası vətəndaşı X18 Prasad ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək ona müraciət etmiş Hindistan Respublikası vətəndaşı Zərərçəkmiş şəxs6 Prem Chanda özünü istənilən Avropa ölkəsinə viza alınması məsələsini həll edən şəxs kimi təqdim edib sonuncuya Polşa Respublikasına keçməsi üçün adına viza alacağına və həmin ölkədə işlə təmin edəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 26 aprel 2023cü il tarixdə sonuncunun X18 Prasadın bank hesabına göndərdiyi həmin günün məzənnəsi ilə 2070 manat təşkil edən 100.000 Hindistan rupisini və həmin tarixdə ünvan 5 ünvanda yerləşən “Work place” adlı ofisdə Sıngh X9 verdiyi həmin günün məzənnəsi ilə 1700 manat təşkil edən 1000 ABŞ dolları pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib ələ keçirdiyi pulları aralarında bölüşdürməklə Zərərçəkmiş şəxs6 Prem Chandaya ümumilikdə 3770 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ünvan 5 ünvanda “Work place” adı altında ofis icarəyə götürüb tanışı Hindistan Respublikası vətəndaşı X18 Prasad ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək ona müraciət etmiş Hindistan Respublikası vətəndaşı XXX Zərərçəkmiş şəxs5 Prem Dassa özünü istənilən avropa ölkəsinə viza alınması məsələsini həll edən şəxs kimi təqdim edib sonuncuya Polşa Respublikasına keçməsi üçün adına viza alacağına və həmin ölkədə işlə təmin edəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 26 aprel 2023-cü il tarixdə sonuncunun X18 Prasadın bank hesabına göndərdiyi həmin günün məzənnəsi ilə 2070 manat təşkil edən 100.000 hindistan rupisini və həmin tarixdə ünvan 5 ünvanda yerləşən “Work place” adlı ofisdə XXX Mandeep X25 verdiyi həmin günün məzənnəsi ilə 1700 manat təşkil edən 1000 ABŞ dolları pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib ələ keçirdiyi pulları aralarında bölüşdürməklə zərərçəkmiş şəxs XXX Zərərçəkmiş şəxs5 Prem Dassa ümumilikdə 3770 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ünvan 5 ünvanda “Work place” adı altında ofis icarəyə götürüb tanışı Hindistan Respublikası vətəndaşı X18 Prasad ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək ona müraciət etmiş Hindistan Respublikası vətəndaşı Zərərçəkmiş şəxs4 X19 özünü istənilən avropa ölkəsinə viza alınması məsələsini həll edən şəxs kimi təqdim edib sonuncuya Polşa Respublikasına keçməsi üçün adına viza alacağına və həmin ölkədə işlə təmin edəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 26 aprel 2023cü il tarixdə sonuncunun X18 Prasadın bank hesabına göndərdiyi həmin günün məzənnəsi ilə 1035 manat təşkil edən 50.000 hindistan rupisini və 02 may 2023-cü il tarixdə ünvan 5 ünvanda yerləşən “Work place” adlı ofisdə Jeet Rajan X2 verdiyi həmin günün məzənnəsi ilə 3734 manat 80 qəpik təşkil edən 2000 avro pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib ələ keçirdiyi pulları aralarında bölüşdürməklə Zərərçəkmiş şəxs4 X19 ümumilikdə 4769 manat 80 qəpik məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ünvan 5 ünvanda “Work place” adı altında ofis icarəyə götürüb tanışı Hindistan Respublikası vətəndaşı X18 Prasad ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək ona müraciət etmiş Hindistan Respublikası vətəndaşı Zərərçəkmiş şəxs2 Srinivasa özünü istənilən avropa ölkəsinə viza alınması məsələsini həll edən şəxs kimi təqdim edib sonuncuya Polşa Respublikasına keçməsi üçün adına viza alacağına və həmin ölkədə işlə təmin edəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 26 aprel 2023cü il tarixdə sonuncunun X18 Prasadın bank hesabına göndərdiyi həmin günün məzənnəsi ilə 3726 manat təşkil edən 180.000 hindistan rupisini və 02 may 2023-cü il tarixdə ünvan 5 ünvanda yerləşən “Work place” adlı ofisdə Zərərçəkmiş şəxs2 Srinivasın ona verdiyi həmin günün məzənnəsi ilə 1867 manat 40 qəpik təşkil edən 1000 avro pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib ələ keçirdiyi pulları aralarında bölüşdürməklə zərəiyəkmiş şəxs Zərərçəkmiş şəxs2 Srinivasa ümumilikdə 5593 manat 40 qəpik məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçiımək məqsədilə ünvan 5 ünvanda “Work place” adı altında ofis icarəyə götürüb tanışı Hindistan Respublikası vətəndaşı X18 Prasad ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək ona müraciət etmiş Hindistan Respublikası vətəndaşı Zərərçəkmiş şəxs3 Naəsaiaha özünü istənilən avropa ölkəsinə viza alınması məsələsini həll edən şəxs kimi təqdim edib sonuncuya Polşa Respublikasına keçməsi üçün adına viza alacağına və həmin ölkədə işlə təmin edəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 26 aprel 2023cü il tarixdə sonuncunun X18 Prasadın bank hesabına göndərdiyi həmin günün məzənnəsi ilə 3726 manat təşkil edən 180.000 hindistan rupisini və 02 may 2023-cü il tarixdə ünvan 5 ünvanda yerləşən “Work place” adlı ofisdə Sunkarı X10 verdiyi həmin günün məzənnəsi ilə 1867 manat 40 qəpik təşkil edən 1000 avro pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib ələ keçirdiyi pulları aralarında bölüşdürməklə Zərərçəkmiş şəxs3 Naəsaiaha ümumilikdə 5593 manat 40 qəpik məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ünvan 6 ünvanda “Work place” adı altında ofis icarəyə götürüb tanışı Hindistan Respublikası vətəndaşı X18 Prasad ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək ona müraciət etmiş Hindistan Respublikası vətəndaşı Zərərçəkmiş şəxs8 özünü istənilən Avropa ölkəsinə viza alınması məsələsini həll edən şəxs kimi təqdim edib sonuncuya Polşa Respublikasına keçməsi üçün adına viza alacağına və həmin ölkədə işlə təmin edəcəyinə dair yalan vəd verib etibarından suiistifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 02 may 2023-cü il tarixdə sonuncunun X18 Prasadın bank hesabına göndərdiyi həmin günün məzənnəsi ilə 624 manat təşkil edən 30.000 hindistan rupisini və həmin tarixdə ünvan 5 ünvanda yerləşən “Work place” adlı ofisdə Zərərçəkmiş şəxs8 ona verdiyi həmin günün məzənnəsi ilə 2801 manat 10 qəpik təşkil edən 1500 avro pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib ələ keçirdiyi pulları aralarında bölüşdürməklə Zərərçəkmiş şəxs8 ümumilikdə 3425 manat 10 qəpik məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçilmək məqsədilə ünvan 5 ünvanda “Work place” adı altında ofis icarəyə götürüb tanışı Hindistan Respublikası vətəndaşı X18 Prasad ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək ona müraciət etmiş Hindistan Respublikası vətəndaşı X20 özünü istənilən avropa ölkəsinə viza alınması məsələsini həll edən şəxs kimi təqdim edib sonuncuya Polşa Respublikasına keçməsi üçün adına viza alacağına və həmin ölkədə işlə təmin edəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 02 may 2023-cü il tarixdə sonuncunun X18 Prasadın bank hesabına göndərdiyi həmin günün məzənnəsi ilə 2080 manat təşkil edən 100.000 hindistan rupisini və həmin tarixdə ünvan 5 ünvanda yerləşən “Work place” adlı ofisdə X7 verdiyi həmin günün məzənnəsi ilə 2801 manat 10 qəpik təşkil edən 1500 avro pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib ələ keçirdiyi pulları aralarında bölüşdürməklə, zərərçəkmiş şəxs X21 4881 manat 10 qəpik manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittiham həm özünün etirafedici ifadələri, həm də zərərçəkmiş şəxslərin və şahid ifadələri ilə təsdiq olunduğundan sübuta yetirilmiş hesab edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarla özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs9 maddi ziyan vurulması ilə bağlı ittihamlarla razıdır, Hindistan vətəndaşı X18 Prasad ilə qabaqcadan əlbir olub Hindistan Respublikası vətəndaşları olan zərərçəkmiş şəxslərə ziyan vurmamışdır, ziyanı da Hindistan vətəndaşı olan tanışı X18 Prasad ödəmişdir, ona elan edilmiş ittihamın bu hissəsi ilə razı deyildir. Bundan əlavə, o, bildirdi ki, 7-8 ildir ki, turizmlə məşğul olur. O, fikirləşmişdir ki, xanımlar üçün Portuqaliya Respublikası əlverişli olmadığından onları Polşaya göndərsin. Hindistanlılarla kontrakt bağlayıb 1000 avro almışdır. Müqavilə üzrə işlə təmin ediləcəkdilər, 4 nəfərin dəvətnaməsi gəlmiş, digərləri gəlməmişdir. Dövlət ittihamçısının suallarına cavab olaraq bildirdi ki, o, icarəyə obyekt götürmüşdür, Hindistan vətəndaşlarının Ram adlı tanışı gəlmiş və onları işlə təmin etməyi xahiş etmişdir. Ziyan ödənilməmişdir. Sonda törətdiyi cinayət əməllərindən səmimi peşiman olduğunu bildirərək, məhkəmədən barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ibtidai istintaqdakı ifadəsində göstərmişdir ki, təxminən 5-6 ildir ki, turizm sektorunda çalışır, belə ki, Şəki şəhərində yerləşən xüsusi mülkiyyətində olan “Asteriya” adlı hosteli vardır ki, həmin hosteldə Şəki şəhərinə qonaq gələn turistləri qonaq edirdi. Həmin hostel 2021-ci ildə fəaliyyətini dayandırdıqdan sonra Bakı şəhərinə gəlmişdir. Bakı şəhərinə gəldikdən sonra da turizm sektorunda işləməyə davam etmiş, belə ki, Azərbaycan Respublikasına qonaq gələn xarici vətəndaşları Azərbaycanın rayonlarına tur təşkil etməklə gəzdirirdi. Turizm sektorunda işlədiyi zamanlarda tutulmamışdan 7-8 ay əvvəl Rüfət Xəlilov adlı tərcüməçi ilə tanış olmuşdur. 2023-cü ilin yanvar ayında o Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi ilə Mehbalı Zeynalabdiyev küçələrinin kəsişməsində ofis götürmüş və həmin ofisi “Work place” adı altında işlətməyə başlamışdır. Həmin ofisdə işləməyi ilə bağlı vergi ödəyicisi kimi tanışı X5 adına VÖEN açdırmışdır. Həmin ofisdə onun fəaliyyəti müraciət edən işsizləri Avropa ölkələrində işlə təmin etmək olmuşdur. İşlədiyi təzə vaxtlarda bəzi şəxslərin Avropa ölkələrində işlə təmin olunmasına nail olmuşdur. Belə ki, həmin şəxslərlə müqavilə bağlayırdı, həmin müqavilə əsasında 1000 Avro və ya 1000 ABŞ dolları pul alırdı, həmin puldan 850 avro və ya ABŞ dolları həmin xarici ölkəyə iş ücün təmin olunmaqdan ötrü göndərirdi. Bundan sonra isə 60 gün ərzində işlə təmin olunmaqla bağlı dəvətnamə gəlirdi və həmin dəvətnamə əsasında xarici ölkədə işlə təmin olunmaq istəyən şəxs özü viza aldıqdan sonra işləmək üçün xarici ölkəyə gedirdi. 2023-cü ilin yanvar ayında Rüfət ona bildirmişdir ki. Ram adlı Hindistan Respublikasının vətəndaşı vardır ki, həmin şəxs turizm sektorunda gəlir əldə etmək üçün əlverişli şəxsdir. Bundan sonra Rüfət Xəlilov onu Ram adlı şəxslə tanış etmişdir. Söhbət zamanı Ram bildirmişdir ki, çoxlu sayda Hindistan Respublikasında yaşayan həmyerliləri vardır ki, həmin həmyerliləri xarici ölkələrdə işləmək istəyirlər, bu minvalla Ram ondan həmin şəxslərin xarici ölkələrdə işləmək üçün nə etmək lazım olduğunu soruşmuşdur, eləcə də, Ram bildirmişdir ki, öz ölkələrindən xarici ölkələrdə, əsasən də Avropa ölkələrində işləmək üçün getməyə şərait yoxdur. Bundan sonra o bildirmişdir ki, həmin şəxslər əvvəlcə Azərbaycan Respublikasına təhsil almaq üçün gəlməlidirlər, daha sonra isə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə alınmalı və bu müddət ərzində onların Avropa ölkələrində işləmək üçün sənədlərini düzəldə bilər. Bundan sonra Ram özü bəzi həmyerlilərini hansısa yollarla “Odlar Yurdu” universitetində təhsil almaq üçün dəvətnamələrini hazırlatmış və həmin şəxslər Azərbaycan Respublikasında təhsil almaq üçün gəlmişdirlər. Həmin şəxslər 2023cü ilin mart ayında Azərbaycan Respublikasına gəldikdən sonra Ram ona bildirmişdir ki, həmin şəxslərdən xarici ölkədə işlə təmin olunmalarından ötrü pulları öz hesabına göndərtməklə almışdır. Lakin, Ram həmin pullardan ona heçnə verməmişdir, hətta o Ramdan həmin pulları istədikdə Ram sonra verərəm deyərək ona pul verməmişdir. Sonradan o, Hindistan Respublikasının vətəndaşları ilə 2023-cü ilin aprel və may ayında müqavilələr bağlamışdır. Belə ki, 26 aprel 2023-cü il tarixdə Ram yanında XXX Zərərçəkmiş şəxs5 Prem Dass və Zərərçəkmiş şəxs6 Prem Chand Hindistan Respublikasının vətəndaşları ilə gəldikdə həmin şəxslərlə müqavilə bağlamışdır. Həmin gün Ram Zərərçəkmiş şəxs6 Prem Chanddan 1000 ABŞ dollar alıb ona vermişdir, eləcə də, XXX Zərərçəkmiş şəxs5 Prem Dassdan da 1000 ABŞ dollar alıb ona vermişdir. 02 may 2023-cü il tarixdə isə Ram yanında Zərərçəkmiş şəxs4 X23, Zərərçəkmiş şəxs3 Naəsaiah, Zərərçəkmiş şəxs2 Srinivas, Zərərçəkmiş şəxs8, X24 Hindistan Respublikasının vətəndaşları ilə gəldikdə həmin şəxslərlə də müqavilə bağlamışdır. Sonra Ram ona Zərərçəkmiş şəxs4 X13 2000 Avro alıb vermişdir, Zərərçəkmiş şəxs2 Srinvasdan 1000 Avro alıb vermiş, Zərərçəkmiş şəxs3 Naəsaiahdan 1000 Avro alıb vermiş, Zərərçəkmiş şəxs8 1500 Avro alıb vermiş, X14 1500 Avro alıb vermişdir. O pullarını aldığı Hindistan Respublikası vətəndaşlarına Polşa Respublikasında işlə təmin edəcəyinə vəd vermişdir. Həmin şəxslərin pullarını isə Ram alıb ona vermişdir. O alınan pullardan yuxarıda qeyd etdiyi qaydada 850 avrosunu Polşa Respublikasına “Vestern Union” bank sistemi vasitəsilə göndərmişdir, qalan pulları isə xidmət haqqı kimi götürmüşdür. Həmçinin, Ram onların pasportlarını da ona vermişdir. Həmin pasportların bir qismini Hindistan Respublikasının vətəndaşlarının özlərinə geri qaytarmış, lakin 5 nəfərin pasportunu qaytarmamışdır. Polşa Respublikasından Hindistan Respublikasının vətəndaşlarının işləmək üçün bəzilərinin dəvətnamələri gəlmiş və o özlərinə vermişdir, bəzilərini isə gəlsə də həmin dəvətnamələri verə bilməmişdir. Bundan başqa, 2023-cü ilin mart ayında Sloveniya səfirliyinin yanında olarkən tanışı Zərərçəkmiş şəxs9 görmüş və sonuncudan burada nə etdiyini soruşduqda sonuncu demişdir ki, Avropaya viza almaq üçün gəlib, lakin, vizanın verilməyəcəyini bildiriblər. O Mehmana demişdir ki, 45 gün ərzində Portuqaliya Respublikasına viza verilməsini təmin edə bilər, bunun müqabilində ilkin olaraq 1500 manat, viza alındıqdan sonra isə 1500 manat verməli olacaq. Mehman ona Sloveniya səfirliyində barmaq izinin qeydiyyatda olduğunu və 1 il ərzində başqa səfirliklərin qəbul etməyəcəyini dedikdə, o heç bir narahatçılığın olmadığını, yaxın zamanda konkret olaraq bir söz deyəcəyini bildirmişdir. Bir neçə gündən sonra o, Mehmana zəng edərək bildirmişdir ki, əvvəlcə 500 manat pul verməlidir ki, barmaq izini sildirsin. Mehman da onun bank kartına 500 manat pulu xx.xx.2023-cü il tarixdə göndərmişdir. Daha sonra 11 aprel 2023-cü il tarixdə Mehmanla Bakı şəhəri, Nəsimi rayonu Qış parkının yaxınlığında “Grand Hotel” in qarşısında görüşüb 1000 manat pulu da sonuncudan almışdır. Həmin vaxt Mehman ona xarici pasportunu da vermişdir. Bundan sonra 15 aprel 2023-cü il tarixdə o Mehmana zəng edərək bildirmişdir ki, sığorta pulu kimi 300 manat da əlavə verməlidir. Həmin gün Mehman 300 manat pulu Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən ofisinə gələrək ona vermişdir. Sonradan isə Mehmanın viza məsələsi alınmamışdır. Mehmanla Sloveniya səfirliyinin yanında söhbət edən zaman sonuncunun arvadı Zərərçəkmiş şəxs10 da orada olmuşdur və Xəyalə də viza almaq istəmişdir, o Mehmana dediyi sözlərin Xəyalə üçün də qüvvədə olduğunu demişdir. Buna görə 04 aprel 2023-cü il tarixdə Xəyalə yanında rəfiqəsi Zərərçəkmiş şəxs1 ilə Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Work place” adlı ofisə gəldikdə Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs1 ilə müqavilələr bağlayıb onların hər birindən 1500 manat pul almışdır. Lakin viza məsələləri alınmadığı üçün pullarını işlətdiyindən qaytara bilməmişdir. Həmçinin o verilən suallara cavab olaraq bildirmişdir ki, Polşa Respublikasına qeyd olunan məsələlərlə bağlı dəvətnamə göndərməyi ilə bağlı hər hansı sənəd təqdim edə bilmir, qeyd olunan dəvətnamələrin gəlməsini də təsdiq edə bilmir, həmin dəvətnamələrin harada olmasını xatırlamır, Hindistan Respublikasının vətəndaşlarına viza düzəldilməsində və ya iş ilə təmin olunmalarında Rüfət Xəlilovun hər hansı rolu olmamışdır. Rüfət Xəlilov tərcüməçidir, sadəcə olaraq onun turizm fəaliyyəti ilə məşğul olduğunu bilir. Rüfət Xəlilov sadəcə olaraq Hindistanlılar ilə onun arasında olan söhbəti tərcümə etmişdir, tərcümə müqabilində o Rüfətin pulunu vermişdir, lakin, Rüfət başqa məsələrlə bağlı maraqlanmamışdır və Hindistanlılardan hər hansı pul almamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, heç bir psixi xəstəliyi yoxdur və ruhi-əsəb dispanserində qeydiyyatda deyil. Zərərçəkmiş şəxs10 təxminən 1 ildir ki, tanıyır. Belə ki, əvvəllər də xarici ölkələrə işləmək üçün getdiyindən Polşa səfirliyində Xəyalə ilə tanış olmuş, həmin vaxtdan sonra da aralarında münasibətlər yaranmışdır. 2023-cü ilin mart ayında o, yenidən işləmək üçün Avropa ölkələrinə getmək istəmişdir. Bu məsələ ilə bağlı Xəyalə ilə tez-tez danışmışlar. Telefon danışıqlarının birində Xəyalə ona bildirmişdir ki, əri Mehmanın Təqsirləndirilən şəxs adlı tanışı vardır və sonuncu Avropa ölkələrinə viza düzəldə bilir. Həmçinin, Xəyalə bildirmişdir ki, özü və əri Mehman da Avropa ölkəsinə getmək istəyirlər. 2023-cü ilin mart ayının sonlarında Xəyalə və əri Mehman ilə birlikdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Mehbalı Zeynalabdiyev küçəsində yerləşən “Work Place” adlı ofisə getmişlər. Həmin ofisdə söhbət zamanı o, Ruslana Almaniyaya getmək üçün viza lazım olduğunu bildirmişdir. Ruslan isə bildirmişdir ki, Portuqaliyaya viza düzəldə bilir, Portuqaliyada adamı vardır və həmin adam ona Almaniyaya getmək üçün kömək edəcək. Ruslanın danışıqları və xarici görünüşünə aldanaraq inanmışdır. Həmçinin, Ruslan bildirmişdir ki, vizanın düzəlməsindən ötrü hər biri 3000 manat pul verməlidir, pulun yarısını əvvəlcədən yarısını isə viza düzəldikdən sonra verməlidirlər. Onlar da Ruslan ilə razılaşmışlar. Təxminən 1 həftədən sonra yəni ki, 04 aprel 2023-cü il tarixdə o, Mehman və Xəyalə ilə birlikdə qeyd olunan ofisə getmişlər. Hər biri Ruslana 1500 manat pul vermişlər, eləcə də, Ruslan onlarla müqavilə bağlamışdır. Ruslan onlara vizanın 40 günə düzəlməsinə dair söz versə də, vədinə əməl etməmiş, eləcə də, aldığı pulu geri qaytarmayaraq ələ keçirmişdir. Hal-hazırda ona dəymiş maddi ziyan ödənilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 6-7 ildir ki, Şəki şəhərindən tanıyır. X11 uzun müddətdir ki, Almaniya Respublikasında yaşadığı üçün oraya getməkdən ötrü viza almaq istəmişdir. Bununla əlaqədar olaraq, Avropa ölkələrinə viza alaraq Almaniya Respublikasına qohumu Xəyyamın yanına getmək istəmişdir. 2023-cü ilin mart ayının sonlarında Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Dəmirçi Palace”da yerləşən Sloveniya səfirliyinə getmişdir. Həmin səfirlikdə sənədləri yoxlanıldıqdan sonra ona viza verilməyəcəyi bildirilmişdir. Daha sonra bayıra çıxdıqda “Dəmirçi Palace” qarşısında təsadüfən Təqsirləndirilən şəxs görmüşdür. Təqsirləndirilən şəxs ondan hansı səbəbə görə orada olmağını soruşduqda Avropaya viza almaq üçün gəldiyini, lakin, vizanın verilməyəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona bildirmişdir ki, 45 gün ərzində ona viza verilməsini təmin edə bilər. Bunun müqabilində ilkin olaraq 1500 manat, viza alındıqdan sonra isə 1500 manat verməli olduğunu söyləmişdir. Həmçinin, Ruslan onu da qeyd etmişdir ki, ona Portuqaliya üçün viza ala biləcək. O, Ruslana bildirmişdir ki, Sloveniya səfirliyində barmaq izi qeydiyyatdadır və 1 il ərzində onu başqa səfirliklər qəbul etməyəcəklər, yəni ki, viza verilməyəcək. Ruslan heç bir narahatçılığın olmadığını, yaxın zamanda ona konkret olaraq bir söz deyəcəyini söyləmişdir. Bir neçə gündən sonra Ruslan ona zəng edərək bildirmişdir ki, əvvəlcə 500 manat pul verməlidir ki, onun barmaq izini sildirsin. O da Ruslana inanmış və həyat yoldaşının bank kartından Ruslanın ona bildirdiyi bank kartına 500 manat pulu xx.xx.2023-cü il tarixdə göndərmişdir. Daha sonra 11 aprel 2023-cü il tarixdə Ruslan ilə Bakı şəhəri, Nəsimi rayonu Qış parkının yaxınlığında “Grand Hotel” in qarşısında görüşüb 1000 manat pulu vermişdir. Həmçinin, əvvəlcədən Ruslan ona bildirmişdir ki, xarici pasportunu da verməlidir, buna görə də o, 1000 manat pulu verdikdə xarici pasportunu da Təqsirləndirilən şəxs vermişdir. 15 aprel 2023-cü il tarixdə Ruslan ona zəng edərək bildirmişdir ki, o, sığorta pulu kimi 300 manat da əlavə verməlidir, bu səbəblə həmin gün o, 300 manat pulu Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Təqsirləndirilən şəxs ofisində Ruslana vermişdir. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq Ruslan onun vizasını düzəltməmişdir, onu aldadaraq pulunu ələ keçirmişdir. Hal-hazırda ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilməsə də, Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, əri Mehman isə Ruslanı əvvəllər Şəki şəhərindən tanımışdır. Əri Mehmanın qardaşı Xəyyam Mikayılov uzun müddətdir ki, Almaniya Respublikasında yaşadığı üçün oraya getməkdən ötrü viza almaq istəmişdir. O, özü əvvəllər getdiyi üçün Xəyyamın yanına getmək üçün elə də can atmamış, lakin, əri Mehmanın getməsini istəmişdir. Bununla əlaqədar olaraq, 2023-cü ilin mart ayının sonlarında əri ilə birlikdə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Dəmirçi Palace”-da yerləşən Sloveniya səfirliyinə getmişlər. O, həmin vaxt bayırda gözləmişdir. Bir müddət sonra əri Mehman bayıra çıxaraq bildirmişdir ki, sənədləri yoxlanıldıqdan sonra viza verilməyəcəyini söyləmişlər. Əri bayıra çıxdıqda Təqsirləndirilən şəxs görmüşdür. Təqsirləndirilən şəxs əri Mehmandan hansı səbəbə görə orada olmaqlarını soruşduqda əri Mehman Avropaya viza almaq üçün gəldiyini, lakin, vizanın verilməyəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bildirmişdir ki. 45 gün ərzində viza verilməsini təmin edə bilər. Bunun müqabilində ilkin olaraq 1500 manat, viza alındıqdan sonra isə 1500 manat verməli olduğunu söyləmişdir. Həmçinin. Ruslan onu da qeyd etmişdir ki, Portuqaliya üçün viza ala biləcək. Əri Ruslana bildirmişdir ki, Sloveniya səfirliyində barmaq izi qeydiyyatdadır və 1 il ərzində başqa səfirliklər qəbul etməyəcəklər, yəni ki, viza verilməyəcək. Ruslan heç bir narahatçılığın olmadığını, yaxın zamanda konkret olaraq bir söz deyəcəyini söyləmişdir. Həmin vaxt o. Ruslandan soruşmuşdur ki, ona da viza düzəldə bilərmi. Ruslan onu arxayın salmışdır ki, onun üçün viza düzəltmək rahat bir məsələdir. Ruslan onun üçün də eyni sözləri demiş, yəni ki, vizanın düzəlməsi üçün əvvəlcədən 1500 manat, viza düzəldikdən sonra isə 1500 manat verməlidir. Ruslanın dedikləri ona inandırıcı olmasa da. Ruslanın qətiyyətlə danışmağına görə inanmış və onunla razılaşmışdır. Bundan sonra onlar oranı tərk etmişlər. Bu barədə rəfiqəsi Gülnarə Əsgərovaya da bildirdikdə Gülnarə də viza alaraq Portuqaliyaya getmək istədiyini bildirmişdir. Bundan sonra o, Gülnarə ilə birlikdə 04 aprel 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən Təqsirləndirilən şəxs “Work place" adlı ofisinə getmişlər. Həmin ofisdə olarkən müqavilə bağlamışlar və Təqsirləndirilən şəxs hər biri 1500 manat pul vermişlər. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq Ruslan onun vizasını düzəltməmişdir, onu aldadaraq pulunu ələ keçirmişdir. Ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyi üçün ondan şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxslər XXX Zərərçəkmiş şəxs5 Prem Dass, Zərərçəkmiş şəxs4 X26, Zərərçəkmiş şəxs2 Srinivas, Zərərçəkmiş şəxs3 Naəsaiah və Zərərçəkmiş şəxs6 Prem Chandın nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, Hindistan Respublikasının vətəndaşı X18 Prasad tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Srinivas, Zərərçəkmiş şəxs3 Naəsaiah, Zərərçəkmiş şəxs4 X26, XXX Zərərçəkmiş şəxs5 Prem Dass, Zərərçəkmiş şəxs6 Prem Chand və X24, Zərərçəkmiş şəxs8 vurulmuş ziyanlar ödənilmişdir və zərərçəkmiş şəxslərin X3rşı şikayət və tələbləri olmadığı üçün dəymiş ziyanın müəyyən edilmiş paya əsasən iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödənişi nəzərə alınaraq cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 40.5-ci maddəsinə əsasən xitam verilmişdir. Təqsirləndirilən şəxs qarşı isə zərərçəkmiş şəxslərdən yalnız Hindistan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs4 X26 şikayətçi deyil onunla barışıq əldə edilmişdir və bununla bağlı ibtidai istintaq zamanı ərizə də təqdim olunmuşdur. Lakin digər zərərçəkmiş şəxslər Təqsirləndirilən şəxs qarşı şikayətçidilər. Məhkəmə iclaslarının yeri və vaxtı barədə dəfələrlə məlumatlandırılmış zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Srinivas, Zərərçəkmiş şəxs3 Naəsaiah, Zərərçəkmiş şəxs4 X26, XXX Zərərçəkmiş şəxs5 Prem Dass, Zərərçəkmiş şəxs6 Prem Chand, X24, Zərərçəkmiş şəxs8 məhkəmənin baxış iclaslarında iştirak etməmiş və məhkəmə tərəfindən onların iştirakının təmin edilməsi mümkün olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən yuxarıda adları qeyd edilən zərərçəkmiş şəxslərin iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmədə müdafiə tərəfi gəlməyən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Srinivas, Zərərçəkmiş şəxs3 Naəsaiah, Zərərçəkmiş şəxs4 X26, XXX Zərərçəkmiş şəxs5 Prem Dass, Zərərçəkmiş şəxs6 Prem Chand, X24, Zərərçəkmiş şəxs8 iştirakını tələb etmədiyindən məhkəmə tərəfindən zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı vermiş olduğu ifadələri elan edilmişdir. Zərərçəkmiş şəxs2 Srinivasın ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsində göstərilmişdir ki, o, təhsil almaq üçün Azərbaycan Respublikasına gəlmiş, “Azərbaycan Neft Akademiyasında” 1-ci kurs tələbəsidir, işsizdir. Bakı şəhərində yaşadığı müddət ərzində həmyerlisi Rama adlı şəxslə tanış olmuş və işsiz olduğu üçün Rama ona bildirmişdir ki, Polşa Respublikasına gedərək orada onu işlə təmin edə bilər. Bununla əlaqədar olaraq digər həmyerliləri ilə də soraqlaşmışdır. İşsiz olduğu üçün Polşa Respublikasına iş üçün getmək qərarına gəlmişdir. Bununla bağlı Rama ona bildirmişdir ki, Polşa Respublikasına getmək üçün viza düzəltmək lazımdır, vizanın düzəldilməsi üçün maddiyyət də lazım olduğunu bildirmişdir. Rama ona əvvəlcə bildirmişdir ki, 180.000 hindistan rupisi, yəni ki, təxminən 3700 AZN pulu Ramanın xarici bank hesabına ilkin olaraq ödəsin. O da 2023-cü ilin aprel ayının 26-da həmin pulu Ramanın xarici bank hesabına ödəmişdir. Bundan sonra bir neçə dəfə Ramanın Bakı şəhəri, Nəsimi rayonu, Mehbalı Zeynalabdiyev küçəsində yerləşən “Work place” adlı ofisinə getmiş, həmin vaxt Rama ilə birlikdə işləyən Təqsirləndirilən şəxs ilə də tanış olmuşdur. Rama ona Ruslan ilə danışmağını, işi birlikdə gördüklərini söyləmişdir. O da bundan sonra ofisdə bütün işləri Ruslan ilə görmüş, Ruslan vizanın düzəlməsi üçün xarici pasportunu da almış, eləcə də, Ruslan ona bildirmişdir ki, vizanın düzəlməsi üçün 1000 Euro da verməli olduğunu söyləmişdir. O da 2023-cü ilin may ayının 2-də 1000 Euro pulu Bakı şəhəri, Nəsimi rayonu, Mehbalı Zeynalabdiyev küçəsində yerləşən “Work place” adlı ofisdə Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra, Ruslan tez bir zamanda vizanın alınacağını bildirmişdir. Lakin, həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq Ruslan və Rama verdikləri vədə əməl etməmişdirlər. Belə ki, onun Polşa Respublikasına getməyi üçün viza alınmamış, eləcə də, ondan aldıqları 180.000 Hindistan rupisi və 1000 Euro pulu geri qaytarmamışdırlar, həmçinin, onun xarici pasportu da Ruslanda olduğu üçün bir müddət öz ölkəsinə geri qayıda bilməmişdir. Həmçinin, o verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs və həmyerlisi Rama adlı şəxsə qeyd etdiyi pulları konkret olaraq Polşa Respublikasına gedərək işləmək, eləcə də, bunun üçün lazım olan vizanı almaqdan ötrü vermişdir, hər iki şəxs ona bildirmişdirlər ki, o pulu verdikdən sonra həm iş üçün Polşa Respublikasına gedə biləcək, həm də bunun üçün lazım olan vizanı da alacaqlar. Təqsirləndirilən şəxs pulu verdikdə yanında Rama da olmuşdur, həmçinin, tərcüməçi Rüfət adlı şəxs də olmuşdur ki, aralarında olan danışığı Rüfət tərcümə edirdi, ilkin müraciətdə qeyd olunan şəxslərə ümumilikdə 3000 Evro pul verdiyi ilə bağlı onu qeyd etmişdir ki, 180.000 Hindistan rupisi təxminən 2000 Evro edir, bu səbəblə o ilkin müraciətində elə bildirmişdir, ancaq ifadəsində konkret olaraq göstərmişdir ki, 180.000 hindistan rupisi Rama adlı şəxsə, 1000 Evro isə Ruslan adlı şəxsə vermişdir, ilkin müraciət Ruslan adlı şəxsə pulu xx.xx.2023-cü il tarixdə verməsi ilə bağlı bildirmişdir ki, o, 20 aprel 2023-cü il tarixdə həmin şəxslərlə görüşmüş, lakin pul verməmişdir, ilkin izahatında texniki səhv olmuşdur, Rüfət adlı şəxs danışıqların çoxusunda iştirak edirdi, sadəcə olaraq tərcüməçi kimi çıxış edirdi. Rüfət ona hər hansı vəd verməmiş və ya ondan pul almamışdır, Ruslan və Rama adlı şəxslər ondan pul alaraq ona vəd vermişdirlər, Təqsirləndirilən şəxs pul verdikdə müqavilə bağlamaq istəsə də, həmyerlisi Rama buna ehtiyac olmadığını bildirdiyi üçün o da inanaraq müqavilə bağlamamışdır (cild 1, i/v 100-102). Zərərçəkmiş şəxs3 Naəsaiahın ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsində göstərilmişdir ki, təhsil almaq üçün Azərbaycan Respublikasına gəlmişdir. “Odlar Yurdu” universitetində 1-ci kurs tələbəsidir, işsizdir. Bakı şəhərində yaşadığı müddət ərzində həmyerlisi Rama adlı şəxslə tanış olmuş və işsiz olduğu üçün Rama ona bildirmişdir ki, Polşa Respublikasına gedərək orada onu işlə təmin edə bilər. Bununla əlaqədar olaraq digər həmyerliləri ilə də soraqlaşmışdır. İşsiz olduğu üçün Polşa Respublikasına iş üçün getmək qərarına gəlmişdir. Bununla bağlı Rama ona bildirmişdir ki, Polşa Respublikasına getmək üçün viza düzəltmək lazımdır, vizanın düzəldilməsi üçün maddiyyət də lazım olduğunu bildirmişdir. Rama ona əvvəlcə bildirmişdir ki, 180.000 hindistan rupisi, yəni ki, təxminən 3700 AZN pulu Ramanın xarici bank hesabına ilkin olaraq ödəsin. O da 2023-cü ilin aprel ayının 26-da həmin pulu Ramanın xarici bank hesabına ödəmişdir. Bundan sonra bir neçə dəfə Ramanın Bakı şəhəri, Nəsimi rayonu, Mehbalı Zeynalabdiyev küçəsində yerləşən “Work place” adlı ofisinə getmiş, həmin vaxt Rama ilə birlikdə işləyən Təqsirləndirilən şəxs ilə də tanış olmuşdur. Rama ona Ruslan ilə danışmağını, işi birlikdə gördüklərini söyləmişdir. O da bundan sonra ofisdə bütün işləri Ruslan ilə görmüşdür. Ruslan vizanın düzəlməsi üçün xarici pasportunu da almış, eləcə də, Ruslan ona bildirmişdir ki, vizanın düzəlməsi üçün 1000 Euro da verməli olduğunu söyləmişdir. O da 2023-cü ilin may ayının 2-də 1000 avro pulu Bakı şəhəri, Nəsimi rayonu, Mehbalı Zeynalabdiyev küçəsində yerləşən “Work place” adlı ofisdə Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra Ruslan tez bir zamanda vizanın alınacağını bildirmişdir. Lakin, həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq Ruslan və Rama verdikləri vədə əməl etməmişdirlər. Belə ki, onun Polşa Respublikasına getməyi üçün viza alınmamış, eləcə də, ondan aldıqları 180.000 Hindistan rupisi və 1000 Euro pulu geri qaytarmamışdırlar, həmçinin, onun xarici pasportu da Ruslan da olduğu üçün bir müddət öz ölkəsinə geri qayıda bilməmişdir. Həmçinin, o verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs və həmyerlisi Rama adlı şəxsə qeyd etdiyi pulları konkret olaraq Polşa Respublikasına gedərək işləmək, eləcə də, bunun üçün lazım olan vizanı almaqdan ötrü vermişdir, hər iki şəxs ona bildirmişdirlər ki, o pulu verdikdən sonra həm iş üçün Polşa Respublikasına gedə biləcək, həm də bunun üçün lazım olan vizanı da alacaqlar. Təqsirləndirilən şəxs pulu verdikdə yanında Rama da olmuşdur, həmçinin, tərcüməçi Rüfət adlı şəxs də olmuşdur ki, aralarında olan danışığı Rüfət tərcümə edirdi, o Rüfət adlı şəxsə pul verməmişdir. Rüfət ona hər hansı vəd verməmişdir. Təqsirləndirilən şəxs pul verdikdə müqavilə bağlamaq istəsə də, həmyerlisi Rama buna ehtiyac olmadığını bildirdiyi üçün o da inanaraq müqavilə bağlamamışdır. (cild 1, i/v 116-118) Zərərçəkmiş şəxs4 X15 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsində göstərilmişdir ki, təhsil almaq üçün Azərbaycan Respublikasına gəlmiş, hal-hazırda da “Odlar Yurdu” Universitetində 1-ci kurs tələbəsidir, işsizdir. Bakı şəhərində yaşadığı müddət ərzində həmyerlisi Rama adlı şəxslə tanış olmuş və işsiz olduğu üçün Rama ona bildirmişdir ki, Polşa Respublikasına gedərək orada onu işlə təmin edə bilər. Bununla əlaqədar olaraq digər həmyerliləri ilə də soraqlaşmışdır. İşsiz olduğu üçün Polşa Respublikasına iş üçün getmək qərarına gəlmişdir. Bununla bağlı Rama ona bildirmişdir ki, Polşa Respublikasına getmək üçün viza düzəltmək lazımdır, vizanın düzəldilməsi üçün maddiyyət də lazım olduğunu bildirmişdir. Rama ona əvvəlcə bildirmişdir ki, 50.000 hindistan rupisi, yəni ki, təxminən 1000 AZN pulu Ramanın xarici bank hesabına ilkin olaraq ödəsin. O da 2023-cü ilin aprel ayının 26-da həmin pulu Ramanın xarici bank hesabına ödəmişdir. Bundan sonra bir neçə dəfə Ramanın Bakı şəhəri, Nəsimi rayonu, Mehbalı Zeynalabdiyev küçəsində yerləşən “Work place” adlı ofisinə getmiş, həmin vaxt Rama ilə birlikdə işləyən Təqsirləndirilən şəxs ilə də tanış olmuşdur. Rama ona Ruslan ilə danışmağını, işi birlikdə gördüklərini söyləmişdir. O da bundan sonra ofisdə bütün işləri Ruslan ilə görmüşdür. Ruslan vizanın düzəlməsi üçün xarici pasportunu da almış, eləcə də, Ruslan ona bildirmişdir ki, vizanın düzəlməsi üçün 2000 Euro da verməli olduğunu söyləmişdir, o da 2023-cü ilin may ayının 2-də 2000 Euro pulu Bakı şəhəri, Nəsimi rayonu, Mehbalı Zeynalabdiyev küçəsində yerləşən “Work place” adlı ofisdə Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra Ruslan tez bir zamanda vizanın alınacağını bildirmişdir. Lakin həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq Ruslan və Rama verdikləri vədə əməl etməmişlər. Belə ki, onun Polşa Respublikasına getməyi üçün viza alınmamış, eləcə də, ondan aldıqları 50.000 Hindistan rupisi və 2000 Euro pulu geri qaytarmamışlar, həmçinin, onun xarici pasportu da Ruslanda olduğu üçün bir müddət öz ölkəsinə geri qayıda bilməmişdir. Qeyd olunan pulları konkret olaraq Rama və Təqsirləndirilən şəxs Polşa Respublikasına gedərək işləmək, eləcə də, bunun üçün lazım olan vizanı almaqdan ötrü vermiş, hər iki şəxs ona bildirmişlər ki, pulu verdikdən sonra həm iş üçün Polşa Respublikasına gedə biləcək, həm də bunun üçün lazım olan vizanı da alacaqlar. Həmyerlisi Rama pulu hesabına köçürtmüş, Təqsirləndirilən şəxs isə “Work Place” adlı ofisində əlbəəl şəxsən Ruslanın özünə vermişdir. O, Təqsirləndirilən şəxs pulu verdikdə yanlarında Rama da olmuşdur, həmçinin, tərcüməçi Rüfət adlı şəxs də olmuşdur ki, aralarında olan danışığı Rüfət tərcümə etmişdir. Rüfət adlı tərcüməçi ona hər hansı vəd verməmiş və o Rüfətə pul verməmişdir, Təqsirləndirilən şəxs pul verdikdə müqavilə bağlamaq istəsə də, həmyerlisi Rama buna ehtiyac olmadığını bildirdiyi üçün o da inanaraq müqavilə bağlamamışdır. (cild 1, i.v 132-134) Zərərçəkmiş şəxs XXX Zərərçəkmiş şəxs5 Prem Dassın ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsində göstərilmişdir ki, təhsil almaq üçün Azərbaycan Respublikasına gəlmiş, “Odlar Yurdu” universitetində 1-ci kurs tələbəsidir, işsizdir. Bakı şəhərində yaşadığı müddət ərzində həmyerlisi Rama adlı şəxslə tanış olmuş və işsiz olduğu üçün Rama ona bildirmişdir ki. Polşa Respublikasına gedərək orada onu işlə təmin edə bilər. Bununla əlaqədar olaraq digər həmyerliləri ilə də soraqlaşmışdır. İşsiz olduğu üçün Polşa Respublikasına iş üçün getmək qərarına gəlmişdir. Bununla bağlı Rama ona bildirmişdir ki. Polşa Respublikasına getmək üçün viza düzəltmək lazımdır, vizanın düzəldilməsi üçün maddiyyət də lazım olduğunu bildirmişdir. Rama ona əvvəlcə bildirmişdir ki, 100.000 hindistan rupisi, yəni ki, təxminən 2000 AZN pulu Ramanın xarici bank hesabına ilkin olaraq ödəsin. O da 2023-cü ilin aprel ayının 26-da həmin pulu Ramanın xarici bank hesabına ödəmişdir. Bundan sonra həmin gün Ramanın Bakı şəhəri, Nəsimi rayonu, Mehbalı Zeynalabdiyev küçəsində yerləşən “Work place” adlı ofisinə getmiş, həmin vaxt Rama ilə birlikdə işləyən Təqsirləndirilən şəxs ilə də tanış olmuşdur. Rama ona Ruslan ilə danışmağını, işi birlikdə gördüklərini söyləmişdir. O da bundan sonra ofisdə bütün işləri Ruslan ilə görmüşdür. Ruslan vizanın düzəlməsi üçün xarici pasportunu da almış, eləcə də Ruslan ona bildirmişdir ki, vizanın düzəlməsi üçün 1000 ABŞ dollar pul da verməli olduğunu söyləmişdir. O da həmin gün 1000 ABŞ dollar pulu Bakı şəhəri, Nəsimi rayonu, Mehbalı Zeynalabdiyev küçəsində yerləşən “Work place” adlı ofisdə Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra Ruslan tez bir zamanda vizanın alınacağını bildirmişdir. Lakin, həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq Ruslan və Rama verdikləri vədə əməl etməmişlər. Belə ki, onun Polşa Respublikasına getməyi üçün viza alınmamış, eləcə də, ondan aldıqları Hindistan rupisi və 1000 ABŞ dollar pulu geri qaytarmamışlar. Qeyd olunan pulları konkret olaraq Rama və Təqsirləndirilən şəxs Polşa Respublikasına gedərək işləmək, eləcə də, bunun üçün lazım olan vizanı almaqdan ötrü vermiş, hər iki şəxs ona bildirmişlər ki, pulu verdikdən sonra həm iş üçün Polşa Respublikasına gedə biləcək, həm də bunun üçün lazım olan vizanı da alacaqlar. Həmyerlisi Rama pulu hesabına köçürtmüş, Təqsirləndirilən şəxs isə “Work Place” adlı ofisində əlbəəl şəxsən Ruslanın özünə vermişdir. Təqsirləndirilən şəxs pulu verdikdə yanlarında Rama da olmuşdur, həmçinin, tərcüməçi Rüfət adlı şəxs də olmuşdur ki, aralarında olan danışığı Rüfət tərcümə etmişdir. Rüfət adlı tərcüməçi ona hər hansı vəd verməmiş və o Rüfətə pul verməmişdir. Təqsirləndirilən şəxs pul verdikdə müqavilə bağlamaq istəsə də, həmyerlisi Rama buna ehtiyac olmadığını bildirdiyi üçün o da inanaraq müqavilə bağlamamışdır. (cild 1, i/v 148- 150) Zərərçəkmiş şəxs6 Prem Chandın ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsində göstərilmişdir ki, təhsil almaq üçün Azərbaycan Respublikasına gəlmiş, Azərbaycan Neft Akademiyasının 1-ci kurs tələbəsidir, işsizdir. Bakı şəhərində yaşadığı müddət ərzində həmyerlisi Rama adlı şəxslə tanış olmuş və işsiz olduğu üçün Rama ona bildirmişdir ki, Polşa Respublikasına gedərək orada onu işlə təmin edə bilər. Bununla əlaqədar olaraq digər həmyerliləri ilə də soraqlaşmış, işsiz olduğu üçün Polşa Respublikasına iş üçün getmək qərarına gəlmişdir. Bununla bağlı Rama ona bildirmişdir ki, Polşa Respublikasına getmək üçün viza düzəltmək lazımdır, vizanın düzəldilməsi üçün maddiyyət də lazım olduğunu bildirmişdir. Rama ona əvvəlcə bildirmişdir ki, 100.000 hindistan rupisi, yəni ki, təxminən 2000 AZN pulu Ramanın xarici bank hesabına ilkin olaraq ödəsin. O da 2023-cü ilin aprel ayının 26-da həmin pulu Ramanın xarici bank hesabına ödəmişdir. Bundan sonra həmin gün Ramanın Bakı şəhəri, Nəsimi rayonu, Mehbalı Zeynalabdiyev küçəsində yerləşən "Work place" adlı ofisinə getmiş, həmin vaxt Rama ilə birlikdə işləyən Təqsirləndirilən şəxs ilə də tanış olmuşdur. Rama ona Ruslan ilə danışmağını, işi birlikdə gördüklərini söyləmişdir. O da bundan sonra ofisdə bütün işləri Ruslan ilə görmüş, Ruslan vizanın düzəlməsi üçün xarici pasportunu da almış, eləcə də, Ruslan ona bildirmişdir ki, vizanın düzəlməsi üçün 1000 ABŞ dollar pul da verməli olduğunu söyləmişdir. O da həmin gün 1000 ABŞ dollar pulu Bakı şəhəri, Nəsimi rayonu, Mehbalı Zeynalabdiyev küçəsində yerləşən “Work place” adlı ofisdə Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra Ruslan tez bir zamanda vizanın alınacağını bildirmişdir. Lakin, həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq Ruslan və Rama verdikləri vədə əməl etməmişlər. Belə ki, onun Polşa Respublikasına getməyi üçün viza alınmamış, eləcə də, ondan aldıqları Hindistan rupisi və 1000 ABŞ dolları pulu geri qaytarmamışlar. Qeyd olunan pulları konkret olaraq Rama və Təqsirləndirilən şəxs Polşa Respublikasına gedərək işləmək, eləcə də, bunun üçün lazım olan vizanı almaqdan ötrü vermiş, hər iki şəxs ona bildirmişlər ki, o, pulu verdikdən sonra həm iş üçün Polşa Respublikasına gedə biləcək, həm də bunun üçün lazım olan vizanı da alacaqlar. Həmyerlisi Rama pulu hesabına köçürtmüş, Təqsirləndirilən şəxs isə “Work Place” adlı ofisində əlbəəl şəxsən Ruslanın özünə vermişdir. Təqsirləndirilən şəxs pulu verdikdə yanlarında Rama da olmuşdur, həmçinin, tərcüməçi Rüfət adlı şəxs də olmuşdur ki, aralarında olan danışığı Rüfət tərcümə etmişdir. Rüfət adlı tərcüməçi ona hər hansı vəd verməmiş və o Rüfətə pul verməmişdir. Təqsirləndirilən şəxs pul verdikdə müqavilə bağlamaq istəsə də, həmyerlisi Rama buna ehtiyac olmadığını bildirdiyi üçün o da inanaraq müqavilə bağlamamışdır. (cild 1, i/v 164- 166) Zərərçəkmiş şəxs X16 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsində göstərilmişdir ki, 31 mart 2023-cü il tarixdə turist kimi Azərbaycan Respublikasına gəlmişdir. Bakı şəhərində yaşadığı müddət ərzində həmyerlisi Rama adlı şəxslə tanış olmuş və işsiz olduğu üçün Rama ona bildirmişdir ki, Polşa Respublikasına gedərək orada onu işlə təmin edə bilər. Bununla əlaqədar olaraq digər həmyerliləri ilə də soraqlaşmış, işsiz olduğu üçün Polşa Respublikasına iş üçün getmək qərarına gəlmişdir. Bununla bağlı Rama ona bildirmişdir ki, Polşa Respublikasına getmək üçün viza düzəltmək lazımdır, vizanın düzəldilməsi üçün maddiyyət də lazım olduğunu bildirmişdir. Rama ona əvvəlcə bildirmişdir ki, 100.000 hindistan rupisi, yəni ki, təxminən 2000 AZN pulu Ramanın xarici bank hesabına ilkin olaraq ödəsin. O da 2023-cü ilin may ayının 2-də həmin pulu Ramanın xarici bank hesabına ödəmişdir. Bundan sonra həmin gün Ramanın Bakı şəhəri, Nəsimi rayonu, Mehbalı Zeynalabdiyev küçəsində yerləşən “Work place” adlı ofisinə getmiş, həmin vaxt Rama ilə birlikdə işləyən Təqsirləndirilən şəxs ilə də tanış olmuşdur. Rama ona Ruslan ilə danışmağını, işi birlikdə gördüklərini söyləmişdir. O da bundan sonra ofisdə bütün işləri Ruslan ilə görmüşdür. Ruslan vizanın düzəlməsi üçün xarici pasportunu da almış, eləcə də, Ruslan ona bildirmişdir ki, vizanın düzəlməsi üçün 1500 Euro da verməli olduğunu söyləmişdir. O da həmin gün 1500 Euro pulu Bakı şəhəri, Nəsimi rayonu, Mehbalı Zeynalabdiyev küçəsində yerləşən “Work place” adlı ofisdə Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra Ruslan tez bir zamanda vizanın alınacağını bildirmişdir. Lakin, həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq Ruslan və Rama verdikləri vədə əməl etməmişlər. Belə ki, onun Polşa Respublikasına getməyi üçün viza alınmamış, eləcə də, ondan aldıqları 100.000 Hindistan rupisi və 1500 Euro pulu geri qaytarmamışlar. Qeyd olunan pulları konkret olaraq Rama və Təqsirləndirilən şəxs Polşa Respublikasına gedərək işləmək, eləcə də, bunun üçün lazım olan vizanı almaqdan ötrü vermiş, hər iki şəxs ona bildirmişlər ki, pulu verdikdən sonra həm iş üçün Polşa Respublikasına gedə biləcək, həm də bunun üçün lazım olan vizanı da alacaqlar. Həmyerlisi Rama pulu hesabına köçürtmüş, Təqsirləndirilən şəxs isə “Work Place” adlı ofisində əlbəəl şəxsən Ruslanın özünə vermişdir. Təqsirləndirilən şəxs pulu verdikdə yanlarında Rama da olmuşdur, həmçinin, tərcüməçi Rüfət adlı şəxs də olmuşdur ki, aralarında olan danışığı Rüfət tərcümə etmişdir. Rüfət adlı tərcüməçi ona hər hansı vəd verməmiş və o Rüfətə pul verməmişdir. Təqsirləndirilən şəxs pul verdikdə müqavilə bağlasalar da müqavilə ona təqdim edilməmişdir. (cild 1, i/v 180-182) Zərərçəkmiş şəxs8 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsində göstərilmişdir ki, 31 mart 2023-cü il tarixdə turist kimi Azərbaycan Respublikasına gəlmişdir. Bakı şəhərində yaşadığı müddət ərzində həmyerlisi Rama adlı şəxslə tanış olmuş və işsiz olduğu üçün Rama ona bildirmişdir ki, Polşa Respublikasına gedərək orada onu işlə təmin edə bilər. Bununla əlaqədar olaraq digər həmyerliləri ilə də soraqlaşmışdır. İşsiz olduğu üçün Polşa Respublikasına iş üçün getmək qərarına gəlmişdir. Bununla bağlı Rama ona bildirmişdir ki, Polşa Respublikasına getmək üçün viza düzəltmək lazımdır, vizanın düzəldilməsi üçün maddiyyət də lazım olduğunu bildirmişdir. Rama ona əvvəlcə bildirmişdir ki, 30.000 hindistan rupisi, yəni ki, təxminən 600 AZN pulu Ramanın xarici bank hesabına ilkin olaraq ödəsin. O da 2023-cü ilin may ayının 2-də həmin pulu Ramanın xarici bank hesabına ödəmişdir. Bundan sonra həmin gün Ramanın Bakı şəhəri, Nəsimi rayonu, Mehbalı Zeynalabdiyev küçəsində yerləşən “Work place” adlı ofisinə getmiş, həmin vaxt Rama ilə birlikdə işləyən Təqsirləndirilən şəxs ilə də tanış olmuşdur. Rama ona Ruslan ilə danışmağını, işi birlikdə gördüklərini söyləmişdir. O da bundan sonra ofisdə bütün işləri Ruslan ilə görmüş, Ruslan vizanın düzəlməsi üçün xarici pasportunu da almış, eləcə də, Ruslan ona bildirmişdir ki, vizanın düzəlməsi üçün 1500 Euro da verməli olduğunu söyləmişdir. O da həmin gün 1500 Euro pulu Bakı şəhəri, Nəsimi rayonu, Mehbalı Zeynalabdiyev küçəsində yerləşən “Work place” adlı ofisdə Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra Ruslan tez bir zamanda vizanın alınacağını bildirmişdir. Lakin, həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq Ruslan və Rama verdikləri vədə əməl etməmişlər. Belə ki, onun Polşa Respublikasına getməyi üçün viza alınmamış, eləcə də, ondan aldıqları 30.000 Hindistan rupisi və 1500 Euro pulu geri qaytarmamışlar. Qeyd olunan pulları konkret olaraq Rama və Təqsirləndirilən şəxs Polşa Respublikasına gedərək işləmək, eləcə də, bunun üçün lazım olan vizanı almaqdan ötrü vermiş, hər iki şəxs ona bildirmişlər ki, pulu verdikdən sonra həm iş üçün Polşa Respublikasına gedə biləcək, həm də bunun üçün lazım olan vizanı da alacaqlar. Həmyerlisi Rama pulu hesabına köçürmüş, Təqsirləndirilən şəxs isə “Work Place” adlı ofisində əlbəəl şəxsən Ruslanın özünə vermişdir. Təqsirləndirilən şəxs pulu verdikdə yanlarında Rama da olmuşdur, həmçinin, tərcüməçi Rüfət adlı şəxs də olmuşdur ki, aralarında olan danışığı Rüfət tərcümə etmişdir. Rüfət adlı tərcüməçi ona hər hansı vəd verməmiş və o Rüfətə pul verməmişdir, Təqsirləndirilən şəxs pul verdikdə müqavilə bağlasalar da müqavilə ona təqdim edilməmişdir. (cild 1, i/v 199-201) Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Həmin şəxs turizm sektorunda işlədiyi üçün tərcüməçilərə ehtiyacı olmuşdur, bu səbəbdən Ruslan ilə tanış olmuşdur. X18 Prasadı da tanımışdır. Belə ki, həmin şəxs Hindistan Respublikasının vətəndaşı olduğuna görə təxminən bir müddət əvvəl onunla tanış olmuşdur. 2023-cü ilin aprel may aylarında Ruslan və Rama Hindistan Respublikasının vətəndaşları olan 6-7 nəfər şəxsi Polşa Respublikasına viza düzəltmək və iş tapmaq adı ilə onlardan müəyyən miqdarlarda pul almışdırlar. Aralarında olan danışıqları o tərcümə etmişdir. Bu barədə başqa hər hansı məlumatı yoxdur, o sadəcə olaraq tərcümələrdə iştirak etmişdir. Həmçinin, o bildirmişdir ki, tərcümədə iştirak edərkən Hindistan Respublikasının vətəndaşlarına hər hansı vəd verməmiş və ya pul almamışdır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 11 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 20:10-da şübhəli şəxs kimi tutulmuşdur. (cild 1, i/v 228) İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********** nömrəli cinayət işi üzrə əməl AR CM-in 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiışdir. (cild 2, i/v 15) İş materiallarında olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 2, i/v 19) İş materiallarında olan cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında 18 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, X18 Prasad barəsində aparılan ********** nömrəli cinayət işi ilə Təqsirləndirilən şəxs barəsində olan ********** nömrəli cinayət işlər bir icraatda birləşdirilmiş və ********** nömrəli cinayət işi üzrə əməl AR CM-in 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş və işin istintaqı ********** nömrə altında davam etdirilmişdir. (cild 1, i/v 22) İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-362/2023 saylı qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsə almanın əvvəlinin təqsirləndirilən şəxsin tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarix, saat 20:10-da hesablanması qərara alınmışdır. (cild 2, i/v 53) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 2, i/v.248-251) Şəxsin cinayət məsuliyyətindən azad olunması haqqında 16 noyabr 2023-cü il tarixli qərardan görünür ki, X18 Prasad ilə Təqsirləndirilən şəxs ilə birlikdə törətdiyi əməllərə görə vurulmuş 31.802 manat 80 qəpik məbləğində maddi ziyan tam olaraq X18 Prasad tərəfindən ödənilmiş, zərərçəkmiş şəxslərlə barışıq əldə edilmiş və 4000 manat məbləğində vəsait dövlət büdcəsinə ödənilmiş, nəticədə AR CPM-in 40.5-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və AR CPM-in 162.2-ci maddəsinə əsasən həbsdən azad edilmişdir. (cild 3, i/v 87-96) Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum Qərarının 33-cü bəndində qeyd edilmişdir ki, hökmün təsviriəsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verilməlidir. Bundan əlavə, həmçinin qeyd edilmişdir ki, cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında Hindistan Respublikası vətəndaşı X18 Prasadla əlbir olub Hindistan Respublikası vətəndaşları olan zərərçəkmiş şəxslərin aldadılmasına dair ittihamı qəbul etməməsi, bu mövqeyini əsaslandırmaq üçün dəymiş ziyanın da sonuncu tərəfindən ödənildiyini bildirməsinə dair dəlillərə münasibətdə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həmin mövqeyi iş üzrə sübutlarla tam təkzib olunmaqla, özünümüdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaqdakı ifadələrindən, həmçinin Hindistan Respublikası vətəndaşları olan zərərçəkmiş şəxslərlə üzləşdirmə protokollarından görünür ki, sonuncu zərərçəkmiş şəxslərdən müvafiq məbləğdə pullar aldığını etiraf etmiş və həmin pulun 850 dollarını Polşa Respublikasına göndərdiyini, qalan pulu zəhmət haqqı kimi özünə saxladığını, pulu viza düzəltmək üçün deyil, Polşa Respublikasında iş düzəltmək üçün aldığını qeyd etmişdir. Həmçinin, ifadəsində onlardan bir neçəsinin dəvətnaməsinin gəldiyini bildirsə, nə müvafiq dəvətnamələrin daxil olmasını təsdiq edən sənədi, nə də ifadəsində qeyd edilən məbləğlərdə pulların rəsmi qaydada müqavilənin təyinatına uyğun köçürülməsini təsdiq edən qəbzi təqdim edə bilməmiş, həmçinin, aldığını qəbul etdiyi pulları zərərçəkmiş şəxslərə qaytarmamışdır. Bununla da, müvafiq epizodlar üzrə zərərçəkmiş şəxslərdən aldığı pulları qaytarmaq niyəti olmadan, aldatmaqla əldə etdiyi sübuta yetirilmişdir. Qeyd olunan səbəbdən, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqındakı özünümüdafiə xarakterli ifadəsinə tənqidi yanaşır. Bununla yanaşı, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında “ Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 iyun 2015-ci il tarixli Plenum Qərarının 40-cı bəndində qeyd olunmuşdur ki, iştirakçılıqla törədilən dələduzluq cinayətlərinə görə məhkum edilmiş şəxslərin hökmün icrası qaydasında icraatda AR CM-in 80-1-ci maddəsinə əsasən cəzadan azad edilməsi məsələsi də hər bir iştirakçının payına müvafiq olaraq həll edilməli olduğundan, hətta iştirakçılar mahiyyəti üzrə cinayət işinə baxılması zamanı ziyanı ödəmək niyyətində olmadıqları halda belə, məhkəmə hər bir iştirakçının cinayət nəticəsində meydana gəlmiş ziyanda payını (ödəməli olduğu ziyanın məbləğini) müəyyən etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs müvafiq iş üzrə cinayət məsuliyyətindən azad olunmuş X18 Prasadın hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirini nəzərə alaraq hesab edir ki, vurulmuş ziyanın tam həcmdə X18 Prasad tərəfindən ödənilməsindən asılı olmayaraq, dəymiş ziyanın həcmi bərabər paylarla ziyan vurmuş şəxslər arasında bölünməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, həmçinin işin digər materialları ilə tam sübuta yetirilir. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməklə səmimi peşman olmasını, əvvəllər məhkum edilməməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, vəziyyətini yüngülləşdirən halları, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 11 iyul 2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-529/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2024-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 32 (otuz iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X4 fəaliyyət göstərdiyi Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun hesabına 192 (yüz doxsan iki) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 11 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 192 (yüz doxsan iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-113/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-113/2024
28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver