Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-113/2025 15.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Şəmkir rayonunun Q.İsmayılov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Q.İsmayılov kəndində qeydiyyatda olmaqla, Bakı şəhərində müxtəlif ünvanlarda kirayə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 27 iyun 2024-cü il tarixdə saat 18 radələrində avtoyuyucu işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynov 5/7 ünvanında yerləşən avtoyuma məntəqəsində olarkən özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs tərəfindən yuyulması üçün həmin məntəqəyə təhvil verilmiş “BMW" markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan Zərərçəkmiş şəxs məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə hər birinin dəyəri 500 manat təşkil edən 03 ədəd "xxxx" mağazalar şəbəkəsi tərəfindən verilmiş hədiyyə kartlarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,639 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi RPİ-nin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 11 sentyabr 2024-cü il tarixdə saat 17:00da ünvan 3 ünvanının qarşısında saxlanılaraq ünvan 4ləşən Nəsimi RPİ-nin 19-cu polis şöbəsinə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,639 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhərində müxtəlif ünvanlarda kirayə yaşayır. Qeyri-rəsmi olaraq evlidir, azyaşlı övladı var. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində yuyucu kimi çalışdığı Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynov küçəsində yerləşən avtoyuma məntəqəsində müştəri kimi ona avtomobilini təhvil verən şəxsin idarə etdiyi “BMW" markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü tərəfdə quraşdırılmış saxlanc yerindən 03 ədəd “Baku Electronics” mağazalar şəbəkəsinə aid olan hədiyyə kartlarını oğurlamışdır. Həmin kartları oğurladıqdan sonra isə həmin kartlardan istifadə edərək “Şamaxinka” ərazisində yerləşən “Baku Elekronics” mağazasından 1450 manata 01 ədəd “İphone 13“ markalı mobil telefon və 01 ədəd 50 manat dəyərində olan qulaqcıq əldə etmişdir. Daha sonra isə əldə etmiş olduğu “İphone 13” markalı mobil telefonu Nəsimi rayonu, 20 Yanvar dairsəində yerləşən mağazaların birinə 1070 manat ödəniş qarşılığında satmışdır. Bundan başqa o, təxminən bir ildir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında Nəsimi rayonu, “Papanin” adlanan ərazidən üzdən tanıdığı lakin adını və anket məlumatlarını bilmədiyim şəxsdən şəxsi istifadəsi üçün 10 manat ödəniş qarşılığında 01 bükümdə psixotrop maddə metamfetamin əldə etmişdir. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində ünvan 6 ünvanının qarşısında olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib və polis əməkdaşları olmalarını bildirmişlər. Bundan sonra polis əməkdaşları ondan anket məlumatlarını bildirməsini tələb etmişlər. Bu zaman o, anket məlumatlarını polis əməkdaşlarına bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Nəsimi RPİ-nin 19-cu Polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olan zaman xidməti otaqların birində təhqiqatçı tərəfindən ona hüquqları izah olunmuşdur. Bundan sonra o, 19-cu Polis şöbəsinin rəhbərliyinə ərizə ilə müraciət edərək maddi vəziyyətinin pis olması səbəbilə dövlət hesabına müafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Bir müddət sonra polis şöbəsinə müdafiəçi X8 gəlmişdir. Təhqiqatçı tərəfindən müdafiəçi ona təqdim olunmuş və bununla bağlı müvafiq protokol tərtib olunmuş və o, həmin protokola imza etmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış və baxış keçiriləcəyi bildirilmişdir. Bu zaman təhqiqatçı Nicat Abdullayev ona təklif etmişdir ki, əgər üzərində hər hansı əşya varsa könüllü olaraq təqdim etsin. Bu zaman o, əynində olan cins şalvarın sağ yan cibindən 1 gün əvvəl əldə etmiş olduğu içərisində psixotrop maddə olan bükümü, şalvarın sol yan cibində olan 01 ədəd istifadəsində olan “Samsung” markalı mobil telefonu çıxararaq masanın üzərinə qoymuş və təhqiqatçı tərəfindən təqdim olunan bükümə baxış keçirilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən onun üzərinə baxış keçirilmiş, lakin hər hansı digər əşya aşkar edilməmişdir. Daha sonra ondan təqdim etdiyi büküm barəsində məlumat verməsi tələb olunmuşdur. Bu zaman o, təhqiqatçıya həqiqətləri danışmışdır. Bundan sonra təqdim etdiyi büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və həmin zərfin üzəri hər bir iştirakçı tərəfindən imzalanmışdır. Daha sonra əməllərindən peşman olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ittiham edildiyi maddələr üzrə təqsirli olması özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində özünə məxsus olan “BMW” markalı “** UG ***” dövlət qeydiyyat nişanlı avtomobili işdən evə qayıdan zaman yaşadığı ünvan 7 ünvanının yaxınlığında yerləşən avtoyuma məntəqəsinə təhvil vermək qərarına gəlmişdir. Avtomobilin yuyulması üçün açarı əvvəldən tanımadığı şəxsə təhvil vermişdir. Avtomobildə “Baku Electronics” mağazalar şəbəkəsinə aid olan 14 ədəd hədiyyə kartı olmuşdur. Hər bir hədiyyə kartının balansında müəyyən məbləğdə pul var idi. Həmin gün saat 20 radələrində avtomobilin açarını götürüb evə qalxmışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 12 radələrində iş yerində olan zaman avtomobildən 3 ədəd hər birinin içərisində 500 manat olan hədiyyə kartlarının olmamasını aşkar etmişdir. Bu məsələ ilə bağlı həmin avtoyuma məntəqəsində çalışan tanıdığı Vasif adlı şəxsə zəng edərək dünən avtomobilini yuyan şəxsin əlaqə nömrəsini verməsini tələb etmişdir. Vasif ona həmin şəxsin adının Vüqar olmasını bildirərək sonuncunun istifadəsində olan 051 *** ** ** saylı mobil nömrəsini təqdimin etmişdir. O, həmin nömrə ilə əlaqə saxladıqda həmin şəxsə hədiyyə kartları ilə bağlı öz iradlarını bildirmişdir. Həmçinin telefon danışığı zamanı ondan tələb etmişdir ki, kartları geri qaytarsın. Həmin şəxs bildirmişdir ki, övladını xəstəxanaya gətirib və vurğulamışdır ki, kartlar onda deyil. O, daha sonra “Baku Electronics” mağazalar şəbəkəsinin qaynar xətti ilə əlaqə saxlamış, bu zaman qaynar xətdən ona bildirilmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxs mağazadan hədiyyə kartlarını təqdim edərək 1 ədəd “İphone 13” markalı mobil telefon və 01 ədəd qulaqcıq əldə etmişdir. Bunu eşitdikdən sonra o, əmin olmuşdur ki, hədiyyə kartlarını məhz Təqsirləndirilən şəxs oğurlamışdır və buna görə də, DiN-nin 102 xidməti zəng mərkəzinə müraciət edərək baş vermiş hadisə barəsində məlumat vermişdir. Daha sonra təqsirləndirilən şəxslə barışdığını, sonuncudan şikayət və tələbinin olmadığını bildirərək göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu PŞ-nin sabiq əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında tərəfindən əməliyyat qrupu yaradılmış və həmin əməliyyat qrupuna 19-cu Polis şöbəsinin digər əməliyyat müvəkkili, polis mayoru Şahid2 daxil edilmişdir. Daxil olmuş məlumatda Vüqar adlı şəxsin Bakı şəhəri, Nəsimi rayonu R.Səfərov küçəsində mütəmadi olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində saxlamaqla daşıması və satışı ilə məşqul olması göstərilmişdir. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Beləliklə xx.xx.2024-cü il tarixdə saat 15 radələrində məlumatda göstərilən ünvana yaxınlaşaraq özlərinə mövqe seçmişlər. Təxminən 3 saat keçdikdən sonra bir nəfər şəxsin məlumatda təsvir verilən Təqsirləndirilən şəxsla eyni əlamətlərinin olmasını müəyyən etmiş, bu zaman, yəni saat 17:00-da həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini nümayiş etməklə özlərini təqdim elmişlər. Bundan sonra həmin şəxsdən özünü təqdim etməsini tələb etmişlər. Bu zaman həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Bundan sonra onlar həmin şəxsi Nəsimi RPİ-nin 19-cu Polis şöbəsinə dəvət etmişlər. Nəsimi RPİ-nin 19-cu Polis şöbəsində xidməti otaqların birində təhqiqatçı Nicat Abdullayev tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi vəziyyətinin pis olması səbəbilə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs vəkillərin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs həmin siyahıdan istənilən vəkilin dəvət olunmasını istədiyini bildirmişdir. Bir müddət sonra Nəsimi RPİ-nin 19-cu Polis şöbəsinə vəkil Fərhad Əliyev gəlmiş və sonuncu Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Daha sonra videoçəkiliş vasitəsi ilə onun üzərinə müdafiəçi Fərhad Əliyevin iştirakı ilə şəxsi axtarış və baxış keçirilməyə başlanmışdır. Bundan sonra şübhəli şəxsə təklif edilmişdir ki, daxil olmuş məlumatla əlaqədar olaraq üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa, könüllü olaraq təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb ilk olaraq əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin şalvarın sol yan cibindən isə istifadəsində olan göy rəngli “Samsung S 9+’' markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Bundan sonra şübhəli şəxsə şalvarının ciblərini tam olaraq göstərməsi, ayaqqabılarını çıxarması təklif edilmişdir. Bu zaman şübhəli şəxs deyilənləri etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Vüqar Qurbaovun üzərinə baxış keçirilmiş, lakin hər hansı digər əşya aşkar edilməmişdir. Bundan sonra şübhəli şəxsin təqdim etdiyi bükülüyə baxış keçirilməsinə başlanmışdır. Şübhəli şəxs sorğu-sual zamanı həmin bükümün içərisində el arasında "patı” kimi adlanan psixotrop maddə melamfetamin olmasını bildirmişdir. Bükümə baxış keçirilən zamanı qızılı rəngli siqaret kağızına bükülü halda olmaqla içində ag rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər maddənin olduğu məlum olmuşdur. Şifahi sorğu zamanı şübhəli səxs Təqsirləndirilən şəxs təqdim etdiyi metamfetaminə bənzər maddəni 10 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu "Papanin" adlanan ərazidən tanımadığı səxsdən şəxsi istifadəsi üçün əldə etməsini bildirmişdir. Eləcə də, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins salvarin sol yan cibindən təqdim etdiyi "Samsung S 9+" markalı mobil telefon iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş psixotrop maddə olan metamfetaminə bənzər maddə müvafiq ekspertiza tətqiqatına təqdim edilməsi üçün müvafiq qaydada 01 ədəd kağız zərfdə qablaşdırılaraq DİN-nin 187 saylı möhürü ilə möhürlənmiş və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, o, 27 iyun 2024-cü il tarixdə işlədiyi Nəsimi rayonu, Tbilisi prospekti yaxınlığında yerləşən avtoyuma məntəqəsində "BMW F-10" markalı, ag rəngli, ??-??-080 dövlət qeydiyyat nişanlı avtomobili yuyan zaman sürücü tərəfdə quraşdırılmış saxlanc yerindən 3 ədəd balansında 500 manat pul olan "Baku Electronics" şirkətinə aid hədiyyə kartını oğurlayaraq Şamaxinka ərazisində yerləşən "Baku Electronics" mağazasından 1450 manat dəyərində 1 ədəd "İphone 13" markal mobil telefon alıb, daha sonra həmin mobil telefonu 20 Yanvar metrosunun yaxınlığında 1070 manata telefon mağazalarının birinə satmasını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan: - “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır və icraata qəbul edilərək ibtidai araşdırma aparılmışdır (i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur (i.v.17-18); - “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 19-cu PŞ-nə gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,639 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkar olunaraq götürülməsi faktı təsdiq edilir (i.v.31-33); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/4543 saylı rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs Hüseyn oğlundan aşkar edilmiş maddə...” yazıları və imzalan olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,639 qram olan ağ rəngli, kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat təşkil edir (i.v.41-44); - “DVD diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçi qismində təyin edilmiş X4 iştirakı ilə sorğu-sual edilir. Bundan sonra şübhəli şəxsə təklif edilir ki, daxil olmuş məlumatla əlaqədar olaraq üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq toqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb ilk olaraq əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümü masanın üzərinə qoymaqla təqdim edir. Həmçinin şalvarın sol yan cibindən isə istifadəsində olan göy rəngli “Samsung S9+” markalı mobil telefonu çıxararaq təqdim edir. Bundan sonra şübhəli şəxsə şalvarının ciblərini tam olaraq göstərməsi, ayaqqabılarını çıxarması təklif edilir. Bu zaman şübhəli şəxs deyilənləri edir. Bundan sonra təhqiqatçı tərəfindən Vüqar Qurbaovun üzərinə baxış keçirilir, lakin hər hansı digər əşya aşkar edilmir. Bundan sonra şübhəli şəxsin təqdim etdiyi bükülüyə baxış keçirilməsinə başlanılır. Şübhəli şəxs həmin bükümün içərisində el arasında "patı" kimi tanına psixotrop maddənin olmasını bildirir. Bükümə baxış keçirilən zaman qızılı rəngli siqaret kağızına bükülü halda olmaqla içində ag rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər maddənin olduğu məlum olur. Şifahi sorğu zamanı şübhəli səxs Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddə olan metamfetaminə bənzər maddəni 10 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu "Papanin" adlanan ərazidən tanımadığı səxsdən şəxsi istifadəsi üçün əldə etməsini bildirir. Eləcə də, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins salvarin sol yan cibindən çixarıb təqdim etdiyi "Samsung S 9+" markalı mobil telefon iş üçün sübut əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş psixotrop maddə olan metamfetaminə bənzər maddə müvafiq ekspertiza tətqiqatına təqdim edilməsi üçün müvafiq qaydada 01 ədəd kağız zərfdə qablaşdırılaraq DİN-nin 187 saylı möhürü ilə möhürlənir və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza edirlər. Daha sonra Təqsirləndirilən şəxs başqa hansısa cinayət hadisəsi törətməsi barədə sual edilir. Buna cavab olaraq Təqsirləndirilən şəxs bildirir ki, o, 27 iyun 2024-cü il tarixdə saat 18 radələrində işlədiyi Nəsimi rayonu Tbilisi prospekti yaxınlığında yerləşən avtoyuma məntəqəsində "BMW F-İ0" markalı, ag rəngli, ??-??-080 dövlət qeydiyyat nişanlı avtomobili yuyan zaman sürücü tərəfdəki saxlanc yerindən 3 ədəd balansında 500 manat pul olan "Baku Electronics" şirkətinə aid hədiyyə kartını oğurlayaraq Şamaxinka ərazisində yerləşən "Baku Electronics" mağazasından 1450 manat dəyərində 1 ədəd "İphone 13" markal mobil telefon almış, daha sonra həmin mobil telefonu 20 Yanvar metrosunun yaxınlığında 1070 manata telefon mağazalarının birinə satmmışdır (i.v.61); - “Cinayət işlərinin bir icraatda birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 234.1-ci madddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən, həmin Məcəllənin 177.1 və 234.1-ci maddələrinə tövsif edilmiş və istintaq ********* nömrəsi altında davam etdirilmişdir (i.v.63); - “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, cinayət hadisəsi ünvan 8 ünvanında baş vermişdir, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir ( i.v. 76-78); - “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham ona elan olunmuşdur ( i.v. 95); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (i.v.113-117); - "xxxx" MMC-yə məxsus xəzinə çekindən və zəmanət talonundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 1,499.98 manat dəyərində “İphone 13 128 GB MİDNİGHT” markalı mobil telefon almışdır (i.v.132-133); - “Maddi sübut kimi tanınması” barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumilikdə təmiz çəkisi 0,639 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 0,589 qram olan psixotrop maddə metamfetamin saxlanılması üçün Nəsimi RPİ-nin növbətçi hissəsinə təhvil verilmişdir (i.v.137); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 xx.xx.2024-cü il tarixli, 6218 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.138-139); - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.140-141); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, “Baku Electronics” mağazasından götürülmüş sənədlərin maddi subut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılması, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 0,639 qram çəkidə psixotrop maddə metamfetaminin maddi subut kimi tanınması və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,589 qram çəkidə psixotrop maddə metamfetaminin Nəsimi RPİ-nin saxlanc yerinə təhvil verilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “Samsung S 9+” markalı mobil telefonun yaxın qohumlarına qaytarılması üçün Nəsimi RPİ-nin saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır (i.v.143-153); - Məhkəmə iclasında şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkətinin video görüntülərini əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncuya üstündə, paltarlarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs hər hansı təzyiq olmadan könüllü olaraq, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümü masanın üstünə qoyur, həmin bükümü 10 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu "Papanin" adlanan ərazidən tanımadığı səxsdən şəxsi istifadəsi üçün aldığını bildirir. Həmçinin, Təqsirləndirilən şəxs başqa hansısa cinayət hadisəsi törətməsi barədə sual verilir, cavab olaraq Təqsirləndirilən şəxs 27 iyun 2024-cü il tarixdə saat 18 radələrində işlədiyi Nəsimi rayonu Tblisi prospekti yaxınlığında yerləşən avtoyuma məntəqəsində "BMW F-İ0" markalı, ag rəngli, ??-??-080 dövlət qeydiyyat nişanlı avtomobili yuyan zaman sürücü tərəfdə saxlanc yerindən 3 ədəd balansında 500 manat pul olan "Baku Elektronics" şirkətinə aid hədiyə kartını oğurlayaraq Şamaxinka ərazisində yerləşən "Baku Elektronics" mağazasından 1450 manat dəyərində 1 ədəd "İphone 13" markal mobil telefon alıb daha sonra həmin mobil telefonu 20 Yanvar metrosunun yaxınlığında 1070 manata telefon mağazalarının birinə satmasını bildirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə məsuliyyət yaradır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları»nda ittiham aktında göstərilən psixotrop maddənin miqdarı xeyli miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür”. Bundan başqa, qeyd olunan qərarın 28-ci bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin və şahidlərin ifadələrinə, ekspert rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun cinayət əməllərini törətməsini səmimi olaraq etiraf etməsini, zərər çəkmiş şəxslə barışıq əldə etdiyini, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, ona törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə). Qeyd olunanlarla əlaqədar, habelə cəzanın fərdiləşməsi nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının xx.xx.2024-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 6218 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,589 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, sübut növü kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertiza tədqiqatının xərci - 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 02 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 177.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 234.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 11 sentyabr 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,589 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci – 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 02 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-113/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-113/2025
15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver