Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-114/2020 12.06.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Sabirabad rayonu, Ulacalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Sabirabad rayonu, Ulacalı kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxxxx 1965-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, məhkumluğu olan, Bakı şəhəri, Xətai rayonu, Xətai RPİ, Sadıqcan küçəsi 52, inzibati binada qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgəsinin əmlakını gizli olaraq talamışlar. Belə ki, Təqsirləndirilən şəxs1 qəsdən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halındaxx xxxxxx 2020-ci il tarixdə saat 00:30 radələrində vətəndaş Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə açılıb-bağlanan plastikpəncərəni vintaçan ilə açıb qanunsuz daxil olaraq 1 otaqlı yaşayış evinin otağında yerləşən dolabda olan qara rəngli qadın əl çantasının içərisindən 250 (iki yüz əlli) manat və milli məzənnə ilə 430,10 (dörd yüz otuz manat on qəpik) manat təşkil edən 253 (iki yüz əlli üç) ABŞ dolları nağd pulu, 1 dəst 500 (beş yüz) manat dəyərində təbii mirvari daşlardan və qızıldan hazırlanmış boyunbağı və qolbağı, hərəsi 150 (yüz əlli) manat dəyərində 2 ədəd ümumi çəkisi 4,45 qram olan “Versace” brendinin “A klass” məhsulu olan qızıl qadın üzüklərini, 1 ədəd 300 (üç yüz) manat dəyərində çəkisi 6,5 qram olan qırmızı qaşlı qədim qızıl üzüyünü, 1 ədəd 750 (yeddi yüz əlli) manat dəyərində çəkisi 6,94 qram olan “kolosok” toxunuşlu fianit daşlarla bəzədilmiş qızıl qadın qolbağını, 1 ədəd 200 (iki yüz) manat dəyərində çəkisi 2 qram olan 585 əyarlı qızılgül formalı tək şəffaf qaşlı qızıl qadın üzüyünü, 1 ədəd 300 (üç yüz) manat dəyərində kiçik ölçülü şəffaf qaşlarla bəzədilmiş qızıl qadın üzüyünü, 1 cüt 70 (yetmiş) manat dəyərində çəkisi 1,03 qram olan delfin formalı qızıl sırğanı, 1 ədəd 370 (üç yüz yetmiş) manat dəyərində çəkisi 3,75 qram olan paxlava formasında üzərinə “585” əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, üzərində olan 12 ədəd ağ şəffaf qaşlardan 11 ədədinin hər birinin 0,033 karat, 4/3 keyfiyyətdə briliyant qaşlardan və qiymətli qaşlara aid edilməyən yaşıl rəngli və 1 ədəd ağ şəffaf qaşdan ibarət olan qızıl qadın üzüyünü, həmin otaqda masanın üzərindən 1 ədəd 10 (on) manat dəyərində “Genius” markalı, SP-N200 modelli, Çin istehsalı istifadədə olmuş səs gücləndiricisini, 1 ədəd 27 (iyirmi yeddi) manat dəyərində saçburanı, 1 ədəd 20 (iyirmi) manat dəyərində saçqurulayanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 3527,10 (üç min beş yüz iyirmi yeddi manat on qəpik) manat maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, daha əvəllər dəfələrlə məhkum olunmuşdur. Təqsirləndirilən şəxs2 uzun müddətdir tanıyır, onlar 7 saylı cəzaçəkmə müəssəsində tanış olmuşlar və həmin vaxtdan aralarında yoldaşlıq münasibəti yaranmışdır. Maddi vəziyyətlərinin ağır olması səbəbindən oğurluq etmək qərarına gəlmişlər. xx.xx.2020-ci il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi ilə hərəkət edən zaman fərdi yaşayış evlərinin birinin işıqlarının sönülü olmasını görmüşlər. Həmin evin açılıb-qatlanan plastik pəncərəsini üzərlərində olan vintaçan ilə açaraqqanunsuz olaraq daxil olmuşlar. Evə daxil olduqdan sonraTəqsirləndirilən şəxs2 otağın işığını yandırmış və hər ikisi evi dağıdaraq pul və yaxud qızıl-zinət əşyaları axtarmağa başlamışlar. Bir neçə dəqiqə otağı axtardıqdan sonra Təqsirləndirilən şəxs2 otaqda yerləşən dolabın aşağı hissəsində olan qara rəngli qadın əl çantasının içərisində pul və qızıl-zinət əşyaları tapdığını bildirmiş və həmin çantada olan pul və qızıl-zinət əşyalarını götürmüşlər. Həmin çantada 250 (iki yüz əlli) manat və 253 (iki yüz əlli üç) ABŞ dolları nağd pul, 1 dəst təbii mirvari daşlardan və qızıldan hazırlanmış boyunbağı və qolbaq, 2 ədəd oxşar fermada olan qızıl qadın üzüyü, 1 ədəd qırmızı qaşlı qədim qızıl üzük, 1 ədəd daşlarla bəzədilmiş qızıl qadın qolbağı, 1 ədəd qızılgül formalı tək şəffaf qaşlı qızıl qadın üzüyü, 1 ədəd kiçik ölçülü şəffaf qaşlarla bəzədilmiş qızıl qadın üzüyü, 1 cüt delfin formalı qızıl sırğa və 1 ədəd paxlava formasında olan ağ daşlarla bəzədilmiş yaşıl qaşlı qızıl qadın üzüyü olmuşdur. Evə daxil olduğu qaydada pəncərədən çıxmağa hazırlaşan zaman o, həmçinin evdə olan bir ədəd "Genius” markalı səs gücləndiricisini, bir ədəd qadın saçburanını və bir ədəd qadın saçqurulayanını da oğurlayaraq özü ilə cibində gətirdiyi sellofan paketə qoymuşdur. Qızıl-zinət əşyaları ilə pulu isə Təqsirləndirilən şəxs2 cibinə qoymuşdur. Aralarında olan razılaşmaya əsasən fərdi yaşayış evindən oğurladığı bütün əmlakı sataraq əldə etdiyi pulu öz aralarında böləcəkmişlər. xx.xx.2020-ci il tarixdə səhər radələrində Təqsirləndirilən şəxs2labirlikdə “Laçın” Ticarət Mərkəzi adlanan əraziyə getmişlər və orada qızıl alış-verişi ilə məşğul olan şəxslərə oğurladqları qızıl-zinət əşyalarının bəzilərini satmışlar. Qızıl-zinət əşyalarını satan zaman onlar satıcılara qızılların özlərinə məxsus olduğunu və maddi durumlarının zəif olduğuna görə qızılları satdıqlarını bildirmişlər. Onlardan qızıl alan bütün şəxslər şəxsiyyət vəsiqələrini götürərək nüsxəsini çıxarmışlar. Oğurladıqları qızıl-zinət əşyalarının bir hissəsini “Laçın” Ticarət Mərkəzində satdıqdan sonra çox şübhə yaratmamaq üçün həmin yeri tərk etmişlər və “Gənclik” adlanan əraziyə gəlmişlər. “Gənclik” adlanan ərazidə də Təqsirləndirilən şəxs2labirlikdə oğurladıqları qızıl-zinət əşyalarının bir hissəsini satmışlar. “Gənclik” adlanan ərazidə də qızıl-zinət əşyaları satdıqdan sonra Təqsirləndirilən şəxs2 ona bildirmişdir ki, artıq bir qədər pulu var, buna görə də evdən oğurladıqları səs gücləndiricini, saçburanı və saçqurulayanı tullasın, çünki özlərinə artıq yük edirlər. O, saç buranla saçqurulayanı ətrafda olan zibil qutularının birinə atsa da, səs gücləndiricidən xoşu gəldiyi və lazım olan zaman birlikdə musiqiyə qulaq asa biləcəyi üçün özü ilə daşıdığı sellefon paketdə götürmüşdür. Daha sonra onlar tanımadığı küçələrlə gəzən zaman “valyuta mübadiləsi” yerlərinin birində oğurladığı 253 (iki yüz əlli üç) ABŞ dollarının 50 (əlli) dollarını saxlayıb, qalan hissəsini manat edərək, pulun üzərinə qoymuşlar. Bundan başqa onların üzərində həmin evdən oğurladığı 1 ədəd paxlava formasında olan ağ daşlarla bəzədilmiş yaşıl qaşlı qızıl qadın üzüyü qalmışdır. Həmin üzüyü də növbəti günlərin birində satacaqlarına qərar vermişlər. Həmin üzüyü itirməmək məqsədilə Təqsirləndirilən şəxs2 ona vermişdir ki, o, həmin üzüyü oğurladığı səs gücləndiricisinin olduğu sellofan paketə qoymuşdur. Oğurladığı qızıl-zinət əşyalarını satmaları nəticəsində əldə etdikləri pullar isə Təqsirləndirilən şəxs2 cibində olmuşdur. Bundan sonra onlar Təqsirləndirilən şəxs2la şəhərin müxtəlif yerlərində yeyib-içmişlər. Həmin yeyib içməklərin hesabını kafelərdə Təqsirləndirilən şəxs2 ödəmiş, çünki birlikdə oğurluq edərək, əldə etdikləri qızılzinət əşyalarını satmağı nəticəsində əldə etdiyi pullar onda olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə axşam radələrində Təqsirləndirilən şəxs2la oğurladığı qızıl-zinət əşyasının son üzüyünü satmağa yer axtaran zaman onlara Nəsimi RPİ-nin 21-ci Polis bölməsinin əməkdaşları yaxınlaşaraq, özlərini təqdim etmişlər və oğurluq cinayəti törətməkdə şübhəli olduğu üçün onları polis bölməsinə dəvət etmişlər. Polis bölməsinə gələn zaman onlar törətdiyi cinayət əməlini etiraf etmişlər. Daha sonra Təqsirləndirilən şəxs2 üzərində olan oğurluq nəticəsində əldə etdiyi pul vəsaitlərini könüllü olaraq polisə təqdim etmişdir. O, həmçinin əlində olan sellofan paketdə olan səs gücləndiricisini və bir ədəd paxlava formasında olan ağ daşlarla bəzədilmiş yaşıl qaşlı qızıl qadın üzüyünü könüllü olaraq polisə təqdim etmişdir. Oğurluq etmələri nəticəsində əldə etdikləri əmlakın böyük hissəsini qızıl alış verişi ilə məşğul olan şəxslərə “Laçın" Ticarət Mərkəzində və “Gənclik" adlanan ərazidə satmışlar. Həmin şəxslərin mağazalarının ünvanı yadında qalmamışdır. Oğurluq nəticəsində əldə etdikləri əmlakın bir hissəsi isə saxlanılan zaman Təqsirləndirilən şəxs2 üzərində olmuşdur. Həmin 400 (dörd yüz) manat və 50 (əlli) ABŞ dolları nağd pulu Tofiq könüllü olaraq polislərə təqdim etmişdir. Bundan başqa o da oğurluq nəticəsində əldə etdiyi və üzərində daşıdığı səs gücləndiricisini və bir ədəd paxlava formasında olan ağ daşlarla bəzədilmiş yaşıl qaşlı qızıl qadın üzüyünü polisə könüllü olaraq təqdim etmişdir. Pulun qalan hissəsini şəxsi tələbatlarına xərcləmişlər. Həmin qızılları satan zaman ancaq Tofiq şəxsiyyət vəsiqəsini təqdim etmiş və müvafiq sənədləri imzalamışdır. Əksər hallarda o, ümumiyyətlə ondan bir qədər aralı durmuşdur ki, kənarda onları bir yerdə görüb oğurluq etmələrindən şübhə etməsinlər. Həmin cinayəti törətməsi barədə heç kəsin məlumatı olmamış, saxlanılarkən polis tərəfindən heç bir təzyiqə məruz qalmamış, özü könüllü olaraq törətdiyi cinayət əməlini etiraf etmiş, istintaqda isə tutulmağından və ifadəsinin alınmasından öncə dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Hadisə zamanı onlar spirli içki təsiri altında olmuşlar, həmin vint açanı şəhərdə gəzən zaman tanımadığı yerdə tullamışdır. Daha sonra özünü təqsirli bilməsini, törətdiyi əməli səmimi etiraf etməsini və hazırda məhkumluğunun olmamasını nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında digər Təqsirləndirilən şəxs2ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1lə7 saylı cəzaçəkmə müəssəsində tanış olmuşlar və həmin vaxtdan aralarında yoldaşlıq münasibəti yaranmışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi ilə hərəkət edən zaman fərdi yaşayış evlərinin birinin işıqlarının sönülü olmasını görmüşlər və həmin evdən oğurluq edəcəklərinə dair plan qurmuşlar. Onlar həmin evin açılıb-qatlanan plastik pəncərəsini üzərlərində olan vintaçan ilə açmış və pəncərədən qanunsuz olaraq evə daxil olmuşlar. Həmin ev bir otaqdan ibarət olmuşdur. Evə daxil olduqdan sonra o, otağın işığını yandırmış və hər ikisi evi dağıdaraq pul və yaxud qızıl-zinət əşyaları axtarmağa başlamışlar. Bir neçə dəqiqə otağı axtardıqdan sonra o, otaqda yerləşən dolabın aşağı hissəsində olan qara rəngli qadın əl çantasının içərisində pul və qızıl-zinət əşyaları tapdığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 tez ona yaxınlaşmış və onlar həmin çantada olan pul və qızıl-zinət əşyalarını götürmüşlər. Hər ikisi oğurladıqları pul və qızıl-zinət əşyalarına baxan zaman məlum olmuşdur ki, çantada 250 (iki yüz əlli) manat və 253 (iki yüz əlli üç) ABŞ dolları nağd pul, 1 dəst təbii mirvari daşlardan və qızıldan hazırlanmış boyunbağı və qolbaq, 2 ədəd oxşar formada olan qızıl qadın üzüyü, 1 ədəd qırmızı qaşlı qədim qızıl üzük, 1 ədəd daşlarla bəzədilmiş qızıl qadın qolbağı, 1 ədəd qızılgül formalı tək şəffaf qaşlı qızıl qadın üzüyü, 1 ədəd kiçik ölçülü şəffaf qaşlarla bəzədilmiş qızıl qadın üzüyü, 1 cüt delfin formalı qızıl sırğa və 1 ədəd paxlava formasında olan ağ daşlarla bəzədilmiş yaşıl qaşlı qızıl qadın üzüyü olmuşdur. Evə daxil olduğu qaydada pəncərədən çıxmağa hazırlaşan zaman Təqsirləndirilən şəxs1 həmçinin evdə olan bir ədəd “Genius” markalı səs gücləndiricisini, bir ədəd qadın saçburanını və bir ədəd qadın saçqurulayanını da oğurlayaraq özü ilə cibində gətirdiyi sellofan paketə qoymuşdur. Qızıl-zinət əşyaları ilə pulu isə o, cibinə qoymuşdur. Aralarında olan razılaşmaya əsasən fərdi yaşayış evindən oğurladığı bütün əmlakı sataraq əldə etdiyi pulu öz aralarında böləcəkmişlər. Mənzildən çıxdıqdan sonra şəhərin tanımadığı küçələri ilə gəzərək, hava almışlar. Təqsirləndirilən şəxs1lə səhər açıldıqdan sonra oğurluq yolu ilə əldə etdikləri əşyaları satacaqlarını müzakirə etmişlər. Həmin gün səhər radələrinədək şəhərin müxtəlif küçələri ilə gəzişmişlər. xx.xx.2020-ci il tarixdə səhər radələrində Təqsirləndirilən şəxs1lə birlikdə “Laçın" Ticarət Mərkəzi adlanan əraziyə getmişlər və orada qızıl alış-verişi ilə məşğul olan şəxslərə oğurladıqları qızıl-zinət əşyalarının bəzilərini satmışlar. Qızıl-zinət əşyalarını satan zaman onlar satıcılara qızılların özlərinə məxsus olduğunu və maddi durumlarının zəif olduğuna görə qızılları satdıqlarını bildirmişlər. Onlardan qızıl alan bütün şəxslər şəxsiyyət vəsiqələrini götürərək nüsxəsini çıxarmışlar. Oğurladıqları qızıl-zinət əşyalarının bir hissəsini “Laçın” Ticarət Mərkəzində satdıqdan sonra çox şübhə yaratmamaq üçün həmin yeri tərk etmişlər və “Gənclik” adlanan əraziyə gəlmişlər. “Gənclik" adlanan ərazidə də Təqsirləndirilən şəxs1lə birlikdə oğurladıqları qızıl-zinət əşyalarının bir hissəsini satmışlar. Burada həmçinin onlardan qızıl alan şəxslərə həmin əşyaların özlərinə məxsus olmasını və maddi durumlarının zəif olduğuna görə satdıqlarını bildirmişlər. Həmin şəxslər də onlardan şəxsiyyət vəsiqəsi tələb edib, nüsxəsini çıxarmışlar. “Gənclik” adlanan ərazidə də qızılzinət əşyaları satdıqdan sonra o, Təqsirləndirilən şəxs1 bildirmişdir ki, artq bir qədər pul var, buna görə də evdən oğurladığı səs gücləndiricini, saçburanı və saçqurulayanı tullasın, çünki özlərinə artıq yük edirlər. Təqsirləndirilən şəxs1 saç buranla saçqurulayanı ətrafda olan zibil qutularının birinə atsa da, səs gücləndiricidən xoşu gəldiyi və lazım olan zaman birlikdə musiqiyə qulaq asa biləcəyi üçün özü ilə daşıdığı sellefon paketdə götürmüşdür. Daha sonra onlar tanımadığı küçələrlə gəzən zaman “valyuta mübadiləsi” yerlərinin birində oğurladığı 253 (iki yüz əlli üç) ABŞ dollarının 50 (əlli) dollarını saxlayıb, qalan hissəsini manat edərək, pulun üzərinə qoymuşlar. Bundan başqa onların üzərində həmin evdən cğurladığı 1 ədəd paxlava formasında olan ağ daşlarla bəzədilmiş yaşıl qaşlı qızıl qadın üzüyü qalmışdır. Həmin üzüyü də növbəti günlərin birində satacaqlarına qərar vermişlər. Həmin üzüyü itirməmək məqsədilə Təqsirləndirilən şəxs1 vermişdir. Oğurladığı qızıl-zinət əşyalarını satmaları nəticəsində əldə etdikləri pullar isə Təqsirləndirilən şəxs2 cibində olmuşdur. Bundan sonra onlar şəhərin müxtəlif yerlərində yeyib-içmişlər. Həmin yeyib içməklərin hesabını kafelərdə o ödəmiş, çünki birlikdə oğurluq edərək, əldə etdikləri qızıl-zinət əşyalarını satmağı nəticəsində əldə etdiyi pullar onda olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə axşam radələrində birlikdə oğurladıqları qızıl-zinət əşyalarının son üzüyünü satmağa yer axtaran zaman onlara Nəsimi RPİ-nin 21-ci Polis bölməsinin əməkdaşları yaxınlaşaraq, özlərini təqdim etmişlər və oğurluq cinayəti törətməkdə şübhəli olduqları üçün onları polis bölməsinə dəvət etmişlər. Polis bölməsinə gələn zaman onlar törətdiyi cinayət əməlini etiraf etmişlər. Daha sonra o, üzərində olan oğurluq nəticəsində əldə etdiyi pul vəsaitlərini könüllü olaraq polisə təqdim etmişdir. Təqsirləndirilən şəxs1 isə sellofan paketdə olan səs gücləndiricini və bir ədəd paxlava formasında olan ağ daşlarla bəzədilmiş yaşıl qaşlı qızıl qadın üzüyünü könüllü olaraq polisə təqdim etmişdir. O, həmçinin bildirmişdir ki, oğurluq etdiyi yaşayış evinin kimə məxsus olması barədə hər hansı bir məlumatı olmamışdır. Oğurluq etməzdən öncə onlar razılaşmışlar ki, hər ikisi oğurluq etmək üçün evə daxil olacaqlar və oğurluq nəticəsində əldə edəcəkləri əmlakı aralarında yarı yarıya böləcəklər. Oğurluq etmələri nəticəsində əldə etdikləri əmlakın böyük hissəsini qızıl alış verişi ilə məşğul olan şəxslərə “Laçın” Ticarət Mərkəzində və “Gənclik” adlanan ərazidə satmışlar. Həmin şəxslərin mağazalarının ünvanı yadında qalmamışdır. Həmin 400 (dörd yüz) manat və 50 (əlli) ABŞ dolları nağd pulu o, könüllü olaraq polislərə təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 oğurluq nəticəsində əldə etdiyi və üzərində daşıdığı səs gücləndirici və bir ədəd paxlava formasında olan ağ daşlarla bəzədilmiş yaşıl qaşlı qızıl qadın üzüyünü polisə könüllü olaraq təqdim etmişdir. Pulun qalan hissəsini şəxsi tələbatlarına xərcləmişlər. Həmin qızılları satan zaman ancaq o, öz şəxsiyyət vəsiqəsini təqdim etmiş və müvafiq sənədləri imzalamışdır. Hadisə zamanı onlar spirli içki təsiri altında olmuşlar, həmin vint açanı şəhərdə gəzən zaman tanımadıqları yerdə tullamışlar. Daha sonra özünü təqsirli bilməsini, əməlini səmimi etiraf etməsini nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli olmaları özlərinin etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki,rəsmi olaraq heç bir yerdə işləmir, lakin fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. xx xxxxxx 2020-ci il tarixdə saat 13 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxaraq işə getmişdir. Həmin gün ailə üzvləri daxil olmaqla evdə heç kəs olmamış, onlar şəxsi işləri ilə məşğul olmuşlar. Evdən çıxan zaman yaşadığı evin işıqlarını söndürmüş, pəncərələri bağlamış və giriş qapısını kilidləmişdir. Həmin tarixdə saat 03 radələrində yaşadığı evə qayıdan zaman evin işıqlarının yanılı olmasını görmüşdür. Həmin vaxt evdən oğurluq olması ilə bağlı onda şübhə yaranmış və o, tez yaşadığı evin giriş qapısını açaraq içəri daxil olmuşdur. Evə daxil olduqda görmüşdür ki, yaşadığı bir otaqlı evin bütün əşyaları dağıdılıb və ətrafa baxıb görmüşdür ki, otaqda yerləşən dolabda qara rəngli qadın əl çantasının içərisində olan özünə məxsus 250 (iki yüz əlli) manat və 253 (iki yüz əlli üç) ABŞ dolları nağd pul, 1 dəst 500 (beş yüz) manat dəyərində təbii mirvari daşlardan və qızıldan hazırlanmış boyunbağı və qolbaq, hərəsi 150 (yüz əlli) manat dəyərində olan 2 ədəd “Versace” brendinin “A klass” məhsulu olan qızıl qadın üzüklər, 1 ədəd 300 (üç yüz) manat dəyərində qırmızı qaşlı qədim qızıl üzük, 1 ədəd 750 (yeddi yüz əlli) manat dəyərində “kolosok” toxunuşlu fianit daşlarla bəzədilmiş qızıl qadın qolbaq, 1 ədəd 200 (iki yüz) manat dəyərində qızılgül formalı tək şəffaf qaşlı qızıl qadın üzüyü, 1 ədəd 300 (üç yüz) manat dəyərində kiçik ölçülü şəffaf qaşlarla bəzədilmiş qızıl qadın üzüyü, 1 cüt 70 (yetmiş) manat dəyərində delfin formalı qızıl sırğa və 1 ədəd 100 (yüz) manat dəyərində paxlava formasında olan ağ daşlarla bəzədilmiş yaşıl qaşlı qızıl qadın üzüyü oğurlanıb. Bundan başqa həmin otaqda masanın üzərində olan 1 ədəd 20 (iyirmi) manat dəyərində “Genius” markalı səs gücləndirici aparat, 1 ədəd 27 (iyirmi yeddi) manat dəyərində saçburan və 1 ədəd 20 (iyirmi) manat dəyərində saçqurulayan apatlarda oğurlandığını aşkar etmişdir. Bundan sonra dərhal hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermiş,bir neçə dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gələrək, yaşadığı evə hal şahidlərinin və ekspert kriminalistin iştirakı ilə baxış keçirmişlər. Baxış zamanı ekspert kriminalist yaşadığı evdən əl-barmaq izləri götürmüşdür. O, həmçinin bildirmişdir ki, hadisə yaşadığı ünvan 1 ünvanında yerləşən 1 otaqlı fərdi yaşayış evində xx.xx.2020-ci il tarixdə saat 13:00 radələrindən xx.xx.2020-ci il saat 03:00 radələrinədək olan müddət ərzində evdə heç kəsin olmadığı müddət ərzində baş vermişdir. Həmin şəxs və ya şəxslər yaşadığı evə plastik pəncərəni açaraq qanunsuz daxil olmuşlar. Hadisə nəticəsində ona ümumilikdə 3267,1 (üç min iki yüz altmış yeddi manat on qəpik) manat maddi ziyan dəymişdir. Hadisə nəticəsində oğurlanmış əşyalar və pullar ona məxsus olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki,o, Bakı şəhəri, Nərimanov rayonu Atatürk prospekti 2A ünvanında yerləşən mağazada qızıl alış-verişi ilə məşğuldur. xx.xx.2020-ci il tarixdə günorta saatlarında işlədiyi Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 2A ünvanında yerləşən qızıl alış-verişi yerinə bir nəfər daha əvəllər tanımadığı şəxs yaxınlaşmışdır. Həmin şəxs özünə məxsus qızıl-zinət əşyası satmaq istədiyini bildirmişdir. O,həmin şəxsinona təqdim etdiyi bir ədəd çəkisi 2 qram olan 585 əyarlı qızılgül formalı tək şəffaf qaşlı qızıl qadın üzüyünə baxmış və daha sonra ona bildirmişdir ki, həmin üzüyə ondan “lom” kimi 94 (doxsan dörd) manata ala bilər. Anket məlumatlarını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs2 onunla razılaşdığına görə o, ona 94 (doxsan dörd) manat verərək həmin üzüyü almışdır. Daha sonra alış-verişi sənədləşdirmək üçün həmin şəxsdən şəxsiyyət vəsiqəsini tələb etmiş və o da təqdim etmişdir. Bundan sonra o, alış aktı yazmış və Təqsirləndirilən şəxs2 həmin aktı imzalamışdır. Hadisə ilə əlaqədar başqa heç bir məlumatının olmadığını bildirmişdir. O, ifadəsinə əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs2 aldığıqızıl üzüyü “lom” kimi aldığına görə əridərək satmışdır. Məhkəməyədək icraat dövründəşahidqismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid1 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, istintaq dövrundə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Sonuncunun ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Bakı şəhərində yerləşən “Laçın” Ticarət Mərkəzində qızıl alış-verişi ilə məşğuldur. xx.xx.2020-ci il tarixdə saat 15 radələrində işlədiyi “Laçın” Ticarət Mərkəzində yerləşən qızıl alış-verişi yerinə bir nəfər daha əvəllər tanımadığı şəxs yaxınlaşmışdır. Həmin şəxs özünə məxsus qızıl-zinət əşyalarını satmaq istədiyini bildirmişdir. O, tanımadığı şəxsinona təqdim etdiyi iki ədəd ümumi çəkisi 4,45 qram olan“Versace” brendinin “A klass” məhsulu olan qızıl qadın üzüklərini, bir ədəd çəkisi 6,5 qram olan qırmızı qaşlı qədim qızıl üzüyü,bir ədəd çəkisi 6,94 qram olan “kolosok” toxunuşlu fianit daşlarla bəzədilmiş qızıl qadın qolbağını, bir ədəd çəkisi 1,03 qram olan delfin formalı qızıl sırğaya baxmış və daha sonra ona bildirmişdir ki, bütün bu qızılları “lom” kimi ondan 490 (dörd yüz doxsan) manata ala bilər. Anket məlumatlarını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs2 bir neçə dəqiqə düşündükdən sonra həmin qızılları 490 (dörd yüz doxsan) manata satmaq istədiyini bildirmişdir. O, həmin şəxsin şəxsiyyət vəsiqəsini tələb etmiş və müvafiq qaydada qızılzinət əşyalarını alması barədə alqı-satqı qəbzi tərtib etmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 həmin qəbzi imzalamışdır. Hadisə ilə əlaqədar başqa heç bir məlumatının olmadığını bildirmişdir. O, həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs2 aldığı qızıl-zinət əşyalarını "lom” kimi aldığına görə əridərək satmışdır. Təqsirləndirilən şəxs2 daha əvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və şəxsi ədavəti olmamışdır. Təqsirləndirilən şəxs2 ona həmin qızılları satan zaman özünə məxsus olmasını bildirmiş, həmin qızıl-zinət əşyalarının oğurluq olması barədə ona heç bir məlumat verməmişdir. Cinayət işinin 1-ci cild 100-101-ci vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cild 172-176-cı vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 70-71-ci vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cild 177-181-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2barəsində xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 157-158-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs1və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 2-ci cild 13-16-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 2875/2876 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş 1 ədəd sarıgümüşü rəngli metaldan, üzərində 1 ədəd yaşıl və ağ şəffaf qaşları olan üzük- üzərinə 585 əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi, 3,75 qramdır, 12 ədəd ağ şəffaf qaşlardan 11 ədədi briliantdır, hər birinin ölçüsü 0,033 karat, 4/3 keydiyyətlidirlər, yaşıl və 1 ədəd ağ şəffaf qaş qiymətli qaşları aid deyil. 1 ədəd 585 əyarlı 3,75 qram çəkidə olan üzüyün 2020-ci ilin yanvar ayına olan orta bazar qiyməti 370,0 manat, 1 ədəd Genius markalı, SP-N200 modelli, Çin istehsalı, istifadədə olmuş səsgücləndiricisinin qiyməti 10,0 manat müəyyən edilir. Cinayət işinin 2-ci cild 14-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatların dəyəri 109 (bir yüz doqquz) manat 50 (əlli) qəpik müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 1-12-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar idarəsinin xx.xx.2020-ci il tarixli 20/85R nömrəli məhkəmədaktiloskopik ekspertizasının rəyindən görünür ki, hadisə yerinə baxış zamanı vətəndaş Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları 84 ünvanında yerləşən fərdi yaşayış evindən götürülmüş əl-barmaq izlərinin 02 ədədi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Həmin 02 ədəd əl- barmaq izlərindən 01 ədədində Təqsirləndirilən şəxs1 sağ əlinin orta barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 22-24-cü vərəqələrində olan maddi sübut kimi tanıma barədə xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus olan səs gücləndiricisi, bir ədəd paxlava formasında olan ağ daşlarla bəzədilmiş yaşıl qaşlı qızıl qadın üzüyü, 400 manat və 50 ABŞ dolları pul vəsaitləri maddi sübut kimi tanınmış və saxlanılması üçün sonuncuya verilmişdir. Cinayət işinin 1-ci cild 238-240-cı vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1: 1) Sabirabad Rayon Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 02 (iki) il sınaq müddəti verilmişdir 2) Sabirabad Rayon Məhkəməsinin xx xxxx 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3, 67.1-ci maddələri ilə təqsirli bilinərək, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx xxxxxx 2011-ci il tarixdə vaxtından əvvəl şərti azad olunmuşdur 3) X3 Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.3, 76.6, 67-ci maddələri ilə təqsirli bilinərək, 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli Qərarı ilə xx xxxxxx 2017-ci il tarixli 816- VQD saylı Cinayət Məcəlləsində olan dəyişiklərlə əlaqədar Qanunun tətbiqi ilə bağlı törədilmiş cinayət əməli Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə töfsif edilməklə 5 il, 67-ci maddəyə əsasən cəzasının çəkilməmiş 07 ay 28 günü təyin edilmiş cəzayla birləşdirməklə qəti olaraq 05 il 06 ay cəza saxlanılıb və xx xxxxxx 2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 2-ci cild 228-231-ci vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 sonuncu yəni 7-ci dəfə Ağir Cinayətlər Məhkəməsinin xx xxxx 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3, 93.1.4-ci maddəsi ilə təqsirli bilinərək, 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx xxxxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxslərin özlərinin etirafedici ifadələri, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə Təqsirləndirilən şəxs1və Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxsin əmlakını gizli olaraq talayıb oğurluq etmə cinayətini törətmələri tamamilə sübuta yetirilmişdir. Onların əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilməli və onlar həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən, oğurluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış evinə qanunsuz daxil olmaqlatörədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun özünü təqsirli bilməsini, əməlini səmimi etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 X3 Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmü ilə ağır cinayətə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.3, 76.6, 67-ci maddələri ilə təqsirli bilinərək, 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə də, sonradan Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2017-cu il tarixli Qərarı ilə xx xxxxxx 2017-ci il tarixli 816-VQD saylı Cinayət Məcəlləsində olan dəyişiklərlə bağlı Qanun tətbiqi ilə əlaqədar əməli az ağır cinəyət əməlinə yəni Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə tövsif edilməklə 5 il, 67ci maddəyə əsasən cəzasının çəkilməmiş 07 ay 28 günü təyin edilmiş cəzayla birləşdirməklə qəti olaraq 05 il 06 ay cəza saxlanılıb və xx xxxxxx 2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 azadlığının faktiki olaraq xx xxxxxx 2020-ci il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən özünü təqsirli bilməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi yaranmışdır. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 sonuncu dəfə Ağir Cinayətlər Məhkəməsinin xx xxxx 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3, 93.1.4-ci maddəsi ilə təqsirli bilinərək, 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx xxxxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, lakin altı il keçmədən xx xxxxxx 2020-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi sonuncunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs2 azadlığının faktiki olaraq xx xxxxxx 2020-ci il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəzalar cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus olan “Genius” markalı səs gücləndiricisi, bir ədəd paxlava formasında olan ağ daşlarla bəzədilmiş yaşıl qaşlı qızıl qadın üzüyü, 400 manat və 50 ABŞ dolları pul vəsaitləri sonuncuyaqaytarıldığından onun istifadəsinə verilmiş hesab edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 109 (bir yüz doqquz) manat 50 (əlli) qəpik Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştətərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəməyədək istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri X1 və X2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 18 saylı Vəkil Bürosunun hesabına, göstərilmiş hüquqi xidmətə görə 14 saylı Vəkil Bürosunun vəkilləri L.N.Mənsurovaya və A.A.Nuriyevə ayrı-ayrılıqda məhkəməyədək istintaq dövründəiştirak etdikləri 50 saata görə hər birinə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsindəçəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 (dörd) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış “Genius” markalı səs gücləndiricisi, bir ədəd paxlava formasında olan ağ daşlarla bəzədilmiş yaşıl qaşlı qızıl qadın üzüyü, 400 manat və 50 ABŞ dollar pul vəsaiti Zərərçəkmiş şəxs qaytarıldığından sonuncunun istifadəsinə verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 109 (bir yüz doqquz) manat 50 (əlli) qəpik Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: Dövlət Xəzinadarlığı Agentliyi, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun“xxxxxxxxxxxx” ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manatAzərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X1 məhkəməyədək istintaq dövründə iştirak etdiyi 50 saata görə 300 (üç yüz) manatAzərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakışəhəri 14 saylı Vəkil Bürosunun «xxxxxxxxxxxx» ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab № AZ41AİİB******************** bankın kodu 200112, VÖEN – 140063561) köçürülsün. Təqsirləndirilən şəxs2 oğluna göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 50 saata görə 300 (üç yüz) manatAzərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakışəhəri 14 saylı Vəkil Bürosunun «xxxxxxxxxxxx» ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab № AZ41AİİB******************** bankın kodu 200112, VÖEN – 140063561) köçürülsün. İş mülki iddia yoxdur. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-114/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-114/2020
12.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver