Məhkəmə qərarları › İş №1(006)-114/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-114/2021

01.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-114/2021 01.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Cəbizadə Aybəniz Emin qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs1, , müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olan, Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2017-ci il tarixli Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş X6 təyin olunmuş cəzanın 1 il müddətini Bakı Apelyasiya Məhkəməsində endirilməsini Elvin Məmmədovun qardaşı Zərərçəkmiş şəxs2 vəd verməklə sonuncunun etibarından sui-istifadə edərək aldadıb xx xxxxxx 2018-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Bakı Beynəlxalq Avtovağzalının qarşısında Zərərçəkmiş şəxs2 4.000 (dörd min) manat məbləğində pulunu alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx xxxxxxx 2018-ci il tarixli Abşeron Rayon Məhkəməsinin hökmü ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş X7 təyin olunmuş cəzanın 3 il 6 ay müddətini Azərbaycan Respublikası Ali Məhkəməsində endirilməsini Rüfət Ağalarovun atası Zərərçəkmiş şəxs1 vəd verib etibarından sui-istifadə elməklə aldadıb sonuncudan 2019-cu ilin sentyabr ayının ortalarında ünvan 1 ünvanında 13.000 (on üç min) manat pulu, vahid niyyətlə əhatə olunmuş qəsdlə 2019-cu ilin sentyabr ayından 2019cu ilin dekabr ayınadək olan müddət ərzində müxtəlif tarixlərdə Salyan şəhərində 220 (iki yüz iyirmi) manat, Abşeron rayonu Xırdalan şəhərində 140 (bir yüz qırx) manat, Bakı şəhəri Xətai rayonunda yerləşən Ali Məhkəmənin qarşısında 400 (dörd yüz) manat, Binəqədi rayonu ərazisində yerləşən 11 saylı vəkillər bürosunun qarşısında 740 (yeddi yüz qırx) manat, Bakı şəhəri Yasamal rayonu. Nizami metrosunun yaxınlığında 480 (dörd yüz səksən) manat, sonuncu dəfə isə 2019-cu ilin dekabr ayının ortalarında ünvan 2 ünvanında 6.000 (altı min) manat olmaqla ümumilikdə 20980 (iyirmi min doqquz yüz səksən) manat pulunu ələ keçirib verdiyi vədə əməl etməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs1 Rüfət oğluna xeyli miqdarda naddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Zərərçəkmiş şəxs3 Əlisafa qızına Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən “İnternat məktəbi”ndə dayə kimi işə düzəldəcəyinə yalandan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq 2020-ci ilin fevral ayının ortalarında ünvan 3 ünvanında yerləşən «İrşad Telekom» mağazasının qarşısında 2.000 (iki min) manat pulunu ələ keçirib verdiyi vədinə əməl etməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2018-ci il tarixdə Lerik Rayon Məhkəməsindən Bakı şəhərinə qayıdarkən yolda avtomobildə İlkinlə tanış olmuş, həmin vaxtı İlkiinlə danışıq zamanı sonuncu qardaşı X21 Cinayətlər Məhkəməsinin höküm ilə 6 il 6 ay azadlığın məhdudlaşdırılması ilə bağlı qərar qəbul edilmiş, İlkin söhbət zamanı Faidə Əliyeva adlı qadın ondan qardaşı Elvinin cəzasını endirmək üçün məhkəməyə vermək adı ilə 9.600 manat pul almış və lakin heç bir iş görməyərək pulu qaytarmamış, İlkin qardaşının bu işi ilə bağlı Faidə Əliyeva ilə onu Lənkəran RPŞ-nin MSY-nin rəisi Əlşir adlı polis əməkdaşı tanış etmiş, həmçinin İlkin bununla bağlı müraciətlər etsə də lakin nəticə olmamış, bununla bağlı İlkinlə aralarında bu işdə ona köməklik etmə razılığı olmuş, belə olan halda razılaşmış, müqavilə bağlamaqla bu işlə məğul ola biləcəyini İlkinə demiş, 2017-ci qış ayları olardı ki, öz anket məlumatlarını İlkinə telefonla demiş, İlkin Şabran rayonunda onun iştirakı olmadan aralarında müqavilə bağlanmış, müqaviləyə görə İlkin Şabran rayonundan özünün tanışı taksi ilə 300 manat pul, etibarnamə və Faidə Əliyevaya pul yola saldıqları çekləri göndərmiş, həmin pulu taksi sürücüsündən «Şamaxinka» adlanan ərzidə qəbul etmiş, bu barədə İkinə telefonla məlumat vermiş, daha sonra İlkinin işi ilə bağlı Lənkəran RPİ-nə İlkinin anasının adı ilə ərizə yazmış, həmin ərizə əsasında Lənkəran RPİ-nin İŞ-də araşdırma aparılmış, cinayət işi başlanılmış, cinayət işi üzrə 2018-ci ilin mart ayında Faidə həbs edilmiş, barəsində iltizam qətimkan tədbiri seçilmiş, sonda cinayət işi Lənkəran Məhkəməsinə getmişdir. Lənkəran Rayon Məhkəməsində də Faidə barəsində həbs seçilməmişir. Belə olan halda İlkin şikayət etməyə başlamış, İlkin Faidənin tutulmadığını deyərək verdiyi 400 manat pulu istəmiş, vermədiyi halda ondan 400 manatın əvəzinə səni şərləyib 4.000 manat pul alacam demişdir. Bundan başqa Zərərçəkmiş şəxs1 oğlu Rüfətə görə tanımış, Rüfətlə birlikdə Bakı İstintaq Təcridxanasında tanış olmuş, həmin vaxtı Rüfət başına gələnləri danışmış, belə olan halda Rüfətə yaxşı vəkil tanışlarının olduğunu və işlə çıxandan sonra həmin vəkillərin vasitəsi ilə məşğul olacaqını demiş, Rüfətdən atası Məsudun nömrəsini almış, 2019-cu ilin avqust ayında Məsudla telefon əlaqəsi saxlayaraq görüşmüş, Rüfətə kömək edəcəyini bildirmiş, Rüfətin arvad tərəfi ilə Məsud barəsində verdikləri mülki iddia ilə bağlı 11 saylı vəkil bürosunun vəkilləri Fuad və Mirkəbir ilə Məsudun özünün iştirakı ilə müqavilələr bağlayaraq işə yönəltmiş, bundan başqa Telman adlı vəkili də işə cəlb etmiş, bu vəlkillərə görə Məsudun 1.600 manata yaxın pulu çıxmış, lakin Məsuddan Rüfətin cəzasını aşağı həddə endirmək adı ilə ondan 19.000 manat pul almamış, Məsuddan bir dəfə 2019-cu ilin sentyabr ayında onun qızının Qaraçuxurdakı evində ondan 13.000 manat borc kimi pul almış, həmin pulu da öz şəxsi işlərinə sərf etmiş, ikinci dəfə isə yenə də pul lazım olduğundan borc kimi 3.000 manat pul almış, amma hansı ayda aldığı yadında olmamış, həmin pulu da Məsudun qızının Qaraçuxurdakı evində almış, həmin pulu da yaxın zamanlarda qaytaracağını vəd etmiş, Məsuddan başqa məqsədlə pul almamış, Əli və Peyman adlı şəxsin anket məlumatlarlı barədə məlumatı olmamış, Gənclik metrosunun yaxınlığında geyim dükanını işlərtmiş, həmin vaxtlarda isə Peyman Kitayda olmuş, Tofiq isə bilet satışı ilə məşğul olmuş, onun yeri 28 may metrosunun yaxınlığında olmuş, Məsuddan aldığlı ilk 6.500 manat pulu 2019-cu ilin oktyabr ayının əvvəllərində kitaydan velosiped, silikon qaşlar və mobil telefonlar göndərəcəyi məqsədi ilə Peymana Papanin adlanan yerdə vermiş, Peyman getdikdən sonra zəng edərək burda malların ucuzlaşmasını, imkan varsa birazda artıq pul göndərilməsini demiş, bunun üçün də 2019cu ilin oktyabr ayının əvvəllərində Əliyə 5.600 manat pulu Sabunçu rayonunda yerləşən Arzu şadlıq evinin qarşısında vermişəm ki, onu Peymana Kitaya yola salmaq üçün vermiş, Əlinin əlaqə nömrəsi ***-***-**-**, Peymanın isə nömrəsi +**********2, +**********674 nömrələri olmuş, Şahid3la yaxın münasibətləri olmuş, onunla yoldaş kimi çayxanalarda görüşmüşdür. Bundan başqa Zərərçəkmiş şəxs3 Əlisafa qızını bir dəfə Memar Əcəmi metrosunun yanında İrşad Telekomun qarşısında görüşmüş, Məsud gələ bilmədiyi üçün Məsudun işi ilə bağlı olan qətnaməni Aygündən götürmüş, ondan heç vaxt pul almamışdır. Daha sonra özünü təqsirli bilməməsini, birinci epizod üzrə cəlb etmə müddəti keçdiyindən həmin epizod üzrə cinayət təqibinə xitam verilməsini, digər epizod üzrə pulu borc müqaviləsi üzrə aldığını və mülki xarakter daşıdığını nəzərə alaraq barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2017-ci ilin əvvəllərindən tanımış, qardaşı X13 2017-ci ilin aprel ayında Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə Lənkəran RPİ-si tərəfrindən təqsirləndirlən şəxs qismində cəlb edilməklə cinayət işi Lənkaran Ağır Cinayətlər Məhkəmsinə verilmiş, həmin vaxtı yaşadığı Şabran rayonundan anası Şahid2 ilə birlikdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə ged gəl etmiş, həmin vaxtlarda qardaşı Lənkəran RPİ-nin MSY-də olarkən orada Əlişir adlı əməkdaşla münasibəti yaranmış, Əlişir adlı polis əməkdaşı qardaşının işinin yüngülləşdirilməsi üçün həmin Məhkəmədə danışıqlar aparılması üçün özünün tanışı olan X8 ilə tanış etmiş, anası ilə birikdə Faidə ilə Lənkəran şəhərində görüşmüş, Faidə qardaşı Elvinin cəzasının məhkəmədə 1 il aşağı salacağını öhləsinə götürərəklə 8750 manat pul almış, lakin Faidə heç bir köməklik etməmiş, belə olan halda Lənkəran RPİ-nə bu barədə şikayət elmiş, şikayət əsasında Faidə həbs edilmiş, Elvinə isə 6 il 6 ay iş verilmiş, Faidə pulu qaytarmamışdır. Həmin ərəfələrdə anası ilə birlikdə Lənkəran şəhərindən Şabrana getmək məqəsədi ilə Lənkəran-Bakı taksilərinin dayandığı Lənkləran şəhərində yerləşən Ləvəngi dairəsi adlalan yerə gəlmiş, həmin vaxtı anası ilə birlikdə bir taksiyə əyləşmiş, taksidə arxada əyləşmiş, həmin vaxtı qabaqda isə sonradan adını bildiyi Elsevər əyləşmiş, Lənkərandan çıxdıqdan sonra həmin Elsəvər sorğu sual edərək haradan gəldiklərini soruşmuş, söhbət əsnasında yuxarıda qeyd etdiyi kimi, Faidənin başlarına oyun açdığını danışmış, həmin vaxtı Elsəvər vəkil kimi fəaliyyət göstərdiyini və bu pulunun qaytarılmasında köməklik edə biləcəyini bildirmiş, belə olan halda Elsevər istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini vermiş, Bakı şəhərinə çatdıqda oradan Şabrana gəlmiş, Elsevər isə öz evlərinə getmişdir. xx.xx.2017-ci il tarixdə Elsevər zəng edərək həm Faidənin ziyanın ödənilməsi ilə, həmçinin də qardaşı Elvinin işi ilə məşqul olmaq istəməsini və bunun üçün də etibarnamə verməyi bildirmiş, belə olan halda anası ilə məsləhət etmiş, məsləhətdən sonra Elsevər öz şəxsiyyət vəsiqəsinin surətini votsap vasitəsi ilə göndərmiş, anası Siveta Şabran rayonunda yerləşən Notariat kontorunda Elsevərə etibarnamə vermiş, lakin bununla bağlı Elsevər heç bir ziyanın ödənilməsi ilə məşğul olmamış, Faidə də cəza alaraq cəza çəkmə müəsisəssində yerləşdirilmiş, daha sonra Elsevər Elvinin cəzasının 1 il aşağı endirilməsi ilə məşqul olmaq istəməsini demiş, Elseverlə bu barədə Bakı şəhərində görüşüb danışmış, Elvinin verdiyi Apellasiya şikayətinə xx xxxxx 2018-ci il tarixdə baxılacaqmış, bu barədə Elsevərə də demiş, Esevər bu işlə məşqul ola biləcəyini demiş, bunun üçün 4.000 manat pul lazım olduğunu demiş, Elsevərə pulu vermək üçün biraz vaxt lazımdır demiş, Elsevər isə pul verməsək xx xxxxx 2018-ci il tarixdə Elvinin Apellasiya şikayəti təmin olunmayacaq demiş, Elsevərlə saqollaşıb Şabrana qayıtmış, bu barədə anasına danışmış, həmin pulun 2.500 manatını özü düzəltmiş, xx xxxxxx 2018-ci il tarixdə Sumqayıt şəhərinə gəlmiş, orada ailəvi dostu Hacıbalaya vəziyyət barədə danışaraq ondan 1500 manat borc alaraq 4.000 manat düzəltmiş, xx xxxxxx 2018-ci il tarixdə saat 13 radələrində Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən Bakı Beynəlxalq Avtovağzalının qarşında Elsevərlə görüşmüş, həmin vaxtı Elsevər Şahin adlı tanışının «Hundai» markalı avtomobili ilə gəlmiş, həmin Şahin adlı şəxsi ilk dəfə idi görürmüş. Elsevərin gəldiyi avtomobildə arxada oturmuş, Elsevər isə qabaq sərnişin oturacağında oturmuş, 100 manatlıqlardan ibarət 4.000 manat pulu həmin sürücü Şahin adlı şəxsin yanında sayaraq Elsevərə vermiş, Elsevər də pulu sayaraq qəbul edib cibinə qoymuş, gülə-gülə xx xxxxx 2018-ci il tarixdə Elvinin işinin 1 il aşağı salınmasını həll edəcəm demiş, Elseverlə saqollaşıb ayrılmış, xx xxxxx 2018-ci il olmuş və Elvinin Apellasiya şikayəti təmin edilməmiş, belə olan halda Elseverlə görüşmüş. Elsevər guya Elvinlə tutulan adamın valideyinləri məhkəməyə gəlmədikləri üçün alındıra bilmədiyni və bu kimi bəhanələri etmiş, belə olan halda mən Elsevərdən pulunu tələbh etmiş, Elsevər isə bəhanələr gətirərək pulu məhkəmədə hansısa hakimə verdiyini və alan kimi qaytaracağını bildirmiş, lakin Elvin vədinə əməl elməyərək zəngələrə cavab verməmiş, daha sonra həmin Şahin adlı şəxsi tapmış. Elsevərin barəsində Abşeron rayon məhkəməsizdə dələduzluqla cinayət işi olduğunu öyrənmiş, bunun üçün də Elsevərt ərəfındən aldanıldığını bilmişdir. Bundan başqa vurulmuş zərərin ödənilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, xx xxxxx 2018-ci il tarixdə ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayan oğlu X4 evində bədbaxt hadisə baş vermiş, oğlunun həyat yoldaşı X9 özünü asaraq intihar etmişdir. Bununla əlaqədar oğlu Rüfət haqqında Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayyət işi açılmışdır. Abşeron Rayon Məhkəməsinin hökmü ilə oğlum Rüfətə Azərbaycan Respublikasi CM-nin 125-ci maddəsi ilə xx xxxxxxx 2018-ci il tarixdə 6 il 6 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bundan başqa Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kolleqiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Abşeron Məhkməsinin həmin hökmü dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 2019-cu ilin avqust ayında (tarix dəqiq yadında deyil) telefonuna bir nəfər zəng edərək özünü Elsevər kimi təqdim etmiş, oğlu Rüfətin yanından gəldiyini və görüşmək istədiyini bildirmiş, belə olan halda özünü Elsevər kimi təqdim edən şəxslə Nizami metrosunun qarşısında görüşmüş, orada çayxanaların birində oturub çay sifariş etmiş, həmin vaxtı Elsevər Rüfətlə Bakı İstintaq Təcridxanasında tanış olduğunu, onunla 6 ay bir yerdə, bir süfrədə çörək kəsdiyini, çox hörmətinin keçdiyini qeyd edərək Rüfəti oradan tezliklə çixardacağını Rüfətə söz verdiyini bildirmiş, Elsevər Ali Məhkəmədə hakim Mazan adlı anasının xalası oğlu olduğunu, onun da azadlığa çıxarılmasına köməkil etdiyini bildirmişdir. Həmçinin özünün də hüquqşünas olduğunu, avtomobil qəzası törətdiyi üçün həbsə düşdüyünü bildirmişdir. Həmçinin Elsevər, tez-tez vəkillərilə telefonla danişdığını görmüş, bundan başqa X3 Fuad Əlsgərovun yanında şöbə müdiri işləyən yüksək vəzifəli Rauf Dadaşov adında tanışının olduğunu, onunla mülkü işlərlə bağlı məhkəmələrdə iştirak etdiyini, məhkəmələrin nə vaxt və harada olacağı hakimlərin kim olacağı barədə Şahid3 qabaqcadan məlumatlar aldığını bildirmişdir. Bundan başqa Ali Məhkəməyə kasasiya şikayəti vermək lazim olduğunu bildiriək saqollaşıb ayrılmışdır. Bu barədə oğlu Rüfətlə əlaqə saxlayıb maraqlanmış, Rüfət də onunla birlikdə Bakı İstintaq Təcridxanasında olmasını bildirmişdir. 2019-cu ilin avqust ayının sonlarında Elsevər görüşmək istəmiş, onunla Nefçilər metrsounun yanında görüşmüş, görüş zamanı Elsevər Rüfətin barəsində olan cinayət işi ilə tanış olduğunu, istintaq işində və Məhkəmənin gedişində çox ciddi nöqsalara yol verildiyini, oğlunuza qərəzli və əsassız olaraq çox yüksək cəza verildiyini. Ali Məhkəmədə işə baxılarkən oğlunuzun cəza müddətindən iki il keçmiş olacağını, qalan 4 il 6 ayın 3 il 6 ayını işin üstündən götürüləcəyini, qalan bi: ilin də rejmi dəyişəcəyini, komendatura rejiminə keçiriləcəyini, ola bilər ki, elə məhkəmə zalından onu buraxacaqlarını bildirmişdir. Bunun üçün də 13.000 manat vəsait lazım olduğunu bildirmiş, Elsəvərdən bu işi həll edən adam kim olduuğunu soruşduqda Elsevər bu işi Şahid3 adında tanışı həll edəcəyini bildirmiş, Elsevərə Fuadla görüşdürməsini bildirmiş, belə olan halda 2019-cu ilin avqust ayının sonlarında ilk dəfə Fuadla Elsevərin vasitəsi ilə Ali Məhkəmənin yaxınlığında görüşmüş, həmin vaxtı Şahid3 kimi özünü təqdim edən şəxs Rüfətin işi ilə bağlı gedən prosesləri danışmış, özü də məhəttəl qalmış ki, bunu necə bilmiş, belə olan halda onlara inanmış, Elsevər Şahid3 yanında 13.000 manat pul lazım olduğu barədə danışmamış, çünki, birdən acığına gələr demiş, ortada özü olduğunu, pulu dediyinə görə alıb ona verəcəyini bildirmişdir. İkinci dəfə həmin görüşdən bir neçə gün sonra Elsevərlə Elmlər metrosunun yanında görüşmüş, həmin vaxtı Elsevərin yanında həmin dediyi Şahid3 olmuş, orada çayxanaların birində əyləşmiş, Elsəvər çay və mürəbbə sifariş etmiş, çay içə içə Elsevər Fuadın işlə məşğul olduğunu bildirərək bu yaxınlarda Rüfətin cəza məsələsini həll edəcəyini demiş, həmin vaxtı Şahid3 da bunu təsdiq etmiş, həmin çayxanada təqribən 30 dəqiqə oturduqdan sonra ayrılmışdır. 2019-cu ilin sentyabr ayının sonlarında Elsevər zəng edərək pulun hazır olub olmamasını soruşmuş, Elsevərə pul hazırdır demiş, Elsevər Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4042/60, bina 3, mənzil 19 ünvanında qızı İlhamənin evinə gəlmiş, evdə onunla görüşmüş, birlikdə yemək yemiş, həmin vaxtı evdə qızı İlhamə, qızının qaynanası Gülnarə də olmuş, Elsevərə 13.000 manat pul düzəltməsini demiş, Elsevər qızı İlhamənin və qızının qaynanası Gülnarənin yanında Elsevərə həmin 13.000 manatı sayıb vermiş, Elsəvər pulu alaraq sayıb cibinə qoymuş, həmin vaxt yüngülvari pul lazım olsa sənə xəbər edərəm demiş, Elsevərə çalış bu pulla həll et demiş, həmin pulu da bankdan kreditə almasını demiş, Elsevər dayı narahat olma, öz işim kimi məşğul olacam demiş və çıxıb getmişdir. Həmin ərəfələrdə Rüfətin qaynanası tərəf mülklə bağlı məhkəməlrdə iddialar irəli sürmüş, bunun üçün də Elsevərlə əlaqə saxlamış, Elsevər bu işlə bağlı vəkilləri işə salacam demiş, məhkəmələr bizim xeyrimizə həll olunacaq demiş, Elsevərlə razılaşmış, belə olan halda Elsevər 2019-cu ilin sentyabr ayından 2019-cu ilin dekabr ayına kimi vəkillərə vermək adı ilə 2000 manat pullar almış, həmin pullardan, ilk olaraq 220 mamatını Səlyanda, daha sonra 140 manatını Xırdalanda, 400 manatını Ali Məhkəmənin qarşısında, 740 manatını Binəqədi rayonu ərazisində 11 saylı vəkillər bürosunun qarşısında, 480 manat isə Nizami metrosunun yaxınlığında vermişdir. 2019-cu ilin dekabr ayında Elsevər artıq Rüfətin işi alınıb, onun cəzasını aşaqı həddə endiriblər, ola bilsin ki, məhkəmə zalından da aç burax etsinlər. Buna görə çox sevinmiş, Elsevər bunun üçün də ittihamçı prokurora 3.000 manat vermək lazım olduğunu, protest verməsin, həmçinin məhkəməyə də əlavə 3.000 manat pul vermək lazım olduğunu bildirmişdir.Sevindiyimdən hardan olsa tapıb pulu çatdıracam demiş, bunun üçün də 2019cu ilin dekabr ayının ortalarında ünvan 5 ünvanında yaşayan qohumu X2 6.000 manat borc almış, Elsevərə qızı İlhamənin Qaraçuxurda olan evinə gəlməsini bidirmiş, günün ikinci yarısında Elsevər Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4042/60, bina 3, mənzil 19 ünvanına gəlmiş və o, 6.000 manat pulu sayıb ona vermişdir. Həmin vaxtı yanlarında yenə də Gülnarə və llhamə olmuşdur. Elsevər pulu sayıb getmiş, həmin gündən sonra da Elsevərlə görüşmüş, Elsevər bu ay, o ay alınacaq kimi sözlər verə verə getmiş, bundan başqa işlərin gedişində 2020-ci ilin fevral ayında uzaq qohumu olan Zərərçəkmiş şəxs3 Əlisafa qızını internat məktəbinə dayə kimi düzəltmək üçün ondan 2.000 manat pul almışdır. Belə ki, həmin vaxtlar da Aygün də qızı llhamənin evinə gedib gəlmiş, Elsevərin bu kimi işlərlə məşğul olması ilə məlumatlı olmuş, Elsevər söhbət zamanı İlhaməyə qohum əqrabada internat məktəbində dayə kimi işləyən olsa işə düzəldə bilərəm demişdir, belə olan halda Elsevərin nömrəsini Aygünə vermiş, bunun üçün də Aygün Elsevərlə əlaqə saxlamışdır və 2.000 manat pulu Əcəmi metrosunun yanında sənədlərlə birlikdə Elseverə vermişdir. Elsevərin dediyinə görə də Aygün 2020-ci ilin mart ayında Xətai rayonunda yerləşən internat məktəbində işə çıxmalı imiş, mart ayı olan da Aygül Elsevərlə əlaqə saxlamış, lakin Elsevər bəhanələr gətirərək bu gün sabah alınacaqını demişdir. Belə olan halda Aygün Elsevərdən pulunu qaytarmasını bildirmişdi və Elsevər isə onun zənglərinə cavab verməmişdir. Belə olan halda özü də Elsevərə bu barədə demiş, Elsevər isə söhbətdən yayınmışdır. Bunun üçün də Elsevərdən şübhələnməyə başlamış, öz işinin də gecikdiyini ona demiş, Elsevərin işlə bağlı olan söhbətdən yayınmasını hiss etmiş, Elsevər bəhanələr gətirmişdir. Belə olan halda Elsevərdən pulunu tələb etmiş, Elsevər isə zənglərə cavab verməyərək gizlənmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qohumu Məsudun vasitəsi ilə tanımış, o, ara bir Məsudun qızı İlahamənin ünvan 2 ünvanında yerləşən evinə gedib gəlirmiş, İlhamənin qardaşı Rüfət həbs olunmuş, bunun üçün də Rüfətin atası Rüfətin cəzasını aşağı endirilməsi ilə məşğul olmuş, bu işlə də özünü iş adamı kimi qələmə vermiş Elsevər adlı şəxs məşğul olurmuş. Elsevəri həmin vaxtlarda görməmiş, gedən söhbətlərdən Elsevər bu işin həll olunması üçün 2019-cu ilin sentyabr və dekabr ayları ərzində Məsuddan 21.000 manat pul aldı barədə məlumatlı olmuş, 2020-ci ilin fevral ayında İlahmə Elsevərin dediyinə görə onun əli bir neçə yerlərə keçir və Elsevər internat məktəbinə dayə kimi işə düzəltmək üçün adam axtarmasını bildirmiş, belə olan halda İlhaməyə maraqlanmasını xahiş etmiş, əgər dəqiqdirsə xərcini xəsarətini deməsini bildirmiş, belə olan halda İlahmə Elsevərin ***-***-**-** saylı mobil nömrəsini vermiş, Elsevərlə əlaqə saxlayıb tanışlıq vermiş, Elsevər xoş qarşılamış, sorğu sula edərək Xətai rayonunda internat məktəbində bir dayə yeri olmasını və 2.000 manat pul lazım olacağını demiş, Elsevərlə razılaşmış, 2020-ci ilin fevarla ayının ortalarında Elsevərin ***-***-**-** saylı mobil nömrəsi ilə istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrələrlə zəng edərək pul hazır olmasını demiş, Elsevər şəxsiyyət vəsiqənin surətini, əmək kitabçasının əslini, sağlamlıq haqqında arayış, diplomumun surətini və həmçinin də 2.000 manat pulu çatdırmasını bildirmişdir. Həmin gündən bir önçəsi gün sonra Elsevərlə Əcəmi metrosunun yaxınlığında yerləşən İrşad Telekomun qarşısında görüşmüş, qeyd olunan sənədlərlə birlikdə 2.000 manat pulu Elsevərə vermişdir. Elsevərin dediyinə görə 2020-ci ilin mart ayında işə çıxacaqmış. Lakin mart ayı olanda Elsevər zənglərə cavab verməmişdir. Belə olan halda bu barədə İlhaməyə və Məsuda demişdir. Məsud Elsevərlə əlaqə saxlamış, Elsevər isə bəhanələr gətirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Belə ki Elsevərin anası ilə qohumluq əlaqələri olmuşdur. Aralarında onunla şəxsi ədavəti və düşmənçiliyi olmamışdır. Konkret olaraq, görüşməklərinin sənbəbini bilməsə də, 2018-ci ilin fevral ayında Elsevərlə görüşdükdə ona demişdir ki, Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən Beynəlxalq Avtovağzalda bir nəfər vardır və onunla bir sıra işləri vardır. Həmin şəxslə görüşməli və sonuncu adam ona müəyyən məbləğdə pul verməlidir. O, ilk növbədə oraya getməyə həvəsinin olmadığını bildirsə də, Elsevər onun idarə etdiyi “Hyundai” markalı **- BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə ora aparmasını xahiş etmiş, həmin sürəcəyi yol müqabilində isə ona avtomobil üçün benzin vuracağını söz vermişdir. Onun bu təklifi ilə razılaşmış və Elsevərlə birlikdə avtovağzala getmişlər. Hələ avtovağzala getməzdən öncə də Elsevər yolda onun avtomobilinə benzin də vurmuşdur. xx xxxxxx 2018-ci il tarixdə təxminən günorta saatlarında Elsevər orada sonradan adını İlkin kimi bildiyi şəxslə görüşmüş və İlkin idarə etdiyi avtomobilin arxa oturacağında əyləşdi. Söhbət əsnasında ona məlum oldu ki, İlkinin qardaşı həbs olunmuşdur və Elsevər İlkinin qardaşının həbs müddətinin azadılmasında köməklik edəcəkdir. Bundan sonra orada İlkin xatırladığı qədər hər biri yuz manatlıq əskinaslardan ibarət olmaqla ümumilikdə 4000 manat pulu sayaraq Elsevərə verdi və Elsevər isə pulu götürüb heç saymadan cibinə qoyaraq İlkinə dedi ki, “narahat olma appelyasiya məhkəməsində qardaşıvın işi 1 il müdddətinə aşağı endiriləcəkdir.” Sonradan ona məlum oldu ki, İlkinin qardaşının işi Elsevər tərəfindən həll olunmayıbdır. Bundan sonra özü də dəfələrlə Elsevərə zəng edib, habelə onunla görüşüb “dustaq pulunu yemək olmaz sən həmin İlkindən alınan pulu qaytarmalısan, əgər onların işini həll etməyəcəksənsə” deyə bildirmişdir. Elsevər isə onun dediklərinə məhəl qoymamışdır. Bundan sonra İlkin özü onun mobil nömrəsini haradansa taparaq ona zəng etmiş və Elsevərin verdiyi vədin üstündə dayanmadığını və onlara qarşı dələduzluq edib 4000 manat pullarını mənimsədəyini bildirmişdir. Həmin vaxt onlara Elsevər barədə hər hansı bir məlumatının olmadığını, habelə Elsevərin düzdür hüquq sahəsi ilə məşğul olduğunu lakin barəsində də həmçinin dələduzluq işləri ilə bağlı araşdırmanın olduğunu bildirmişdir. Daha sonra onun barəsində digər şəxslərin də şikayət etdiyini eşildikdən sonra ona məlum olmuşdur ki, Elsevər müxtəlif şəxslərdən məhkəmədə işlərinin həlli üçün pul almış və verdiyi vədlərə əməl etməyib həmin şəxslərin pulullarını talamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ondan əvvəl ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ondan əvvəl ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu ilin avqust-sentyabr ayından etibarən tanımışdır. Konkret olaraq vaxtını xatırlamasa da, 2019-cu ilin sentyabr ayında sonuncu onun vəkil kimi fəaliyyət göstərdiyi vəkil bürosuna gələrək X4 işi ilə bağlı danışmışdır. Həmin vaxt onun yanında Məsud da vardı. Belə ki, onunla Zərərçəkmiş şəxs1 arasında 200 manat müqabilində müqavilə bağlanılmışdır. Məsudun ona təqdim etdiyi məhkəmə hökmünü ona təqdim etmiş və o, hökmü oxumuş, işin hallarında uyğun olaraq kassasiya şikayəti yazmışdır. Hətta həmin vaxt Elsevər ona kassasiya şikayətini özləri Ali Məhkəməyə göndərəcəyini, əlavə poçt vasitəsilə göndərilməsinə ehtiyac olmadığını bildirmişdir. Aralarında olan söhbət əsanasında Elsevər və Məsud müqavilə bağlayarkən Məsud ona demişdir ki, işləri Kassasiya instansiyasında həll olunmuşdur, sadəcə olaraq formal bir şəkildə şikayət yazılmalı və iş kassasiya instansiyasına getdikdən sonra oğlunun işi orada həl olunaraq ona verilən cəza müddəti aşağı salınacaqdır. Daha sonra Elsevərin barəsində məhkəmədə dələduzluq cinayətinə dair işlərin aparılmasından məlumat əldə etdikdən sonra Məsud ilə görüşdükdə onun adından birdən pul almasını xəbərdarlıq etdikdə Məsud ona həmin vaxt demişdir ki, Elsevər ondan 19000 manat işin həllinə dair, habelə əlavə 2000 manat vəkillərə verilməsinə görə pul almış və verdiyi vədə əməl etməyərək pulunu mənimsəmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən X1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən X10 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, ali təhsilli hüquqşünasdır. Müxtəlif şirkətlərdə hüquqşünas kimi işləmiş, 2017-ci ilə qədər hüquqşünaslardan ibarət ofisdə hüquqi yardım göstərməklə məşğul olmuş, M.M. Ağalarovun şikayət ərizəsi ilə tanış olmuş, Məsudla 2 dəfə Elsevərin vasitəsi ilə görüşmüş, birinci görüşü Bakı Apellasiya Məhkəməsinin yaxınlığında olmuş, Elsevəri Masazır qəsəbəsində dayısına görə görə tanımış, dayısı Dövlətlə qonşu olmuş, həmin vaxtlarda da Elsevər ora gəl ged etmiş, həmin vaxtı Elsevərlə tanış olmuşdur. Amma aralarında yaxın münasibətləri olmamışdır. 2019-cu ilin son aylarında Elsevər zəng edərək görüşmək istəmiş, Elsevərin onda mobil nömrəsi olmamış, həmçinin ona kimi telefon danışqları belə olmamışdır. Həmin vaxt Elsevərlə Bakı Apeliyasiya Məhkəməsinin yaxınlığında görüşmüş, onun yanında sonradan adını bildiyi Məsud olmuş, Elsevər Məsudu təqdim edərək oğlu Rüfət haqqında Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayyət işi açılmasını, Abşeron Rayon Məhkəməsinin hökmü ilə Rüfətə Azərbaycan Respublikasi CM-nin 125-ci maddəsi ilo azadlıqdan məhrum etmə cəzası təyin edildiyini, bunun üçün do məsləhət almaq istəməsini bildirmişdir. Eisevər Ali Məhkəməyə vəkil vasitəsi ilə şikayət vermək lazım olduğunu, həmçinin Elsevərə vəkilsiz Ali Məhkməyə müraciət etmək hüququnun olmadığnı izah etmişdir. Təqribən 10 dəqiqəyə yaxın söhbət etdikdən sonra onlardan ayrılmışdır. Həmin vaxtdan 10-15 gün sonra Elsevər zəng edərək harada olduğunu soruşmuş, həmin vaxt Elmlərlərdə H.Cavid parkında yerləşən çayxanada tanışları ilə çay içdiyini bildirmiş, Elsevər görüşmək istəməsini deyərkən onların yanına gəlmiş, 30 dəqiqəyə yaxın vaxtda Elsevər gəlmiş, yanında da həmin Məsud adlı şəxs olmuş, onlar da həmin stolda 10-15 dəqiqə əyləşmiş, amma hansı mövzuda söhbət etdiklərini xatırlamamamışdır. Cinayət işinin 1-ci cild 86-cı vərəqəsində olan xx xxxx 2020-ci il tarixli axtarışda olan şəxsin yaxalanması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq Binəqədi RPİ-nə gətirilmişdir. Cinayət işinin 1-ci cild 229-233-cü vərəqələrində olan Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxx 2020-ci il tarixdən hesablanmaqla 02 (iki) ay müddətinə həbs qətimkan tədbirinin seçilmişdir. Cinayət işinin 2-ci cild 46-48-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli Məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 72-74-cü vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxx 2019-cu il tarixli Salyan Rayon Məhkəməsinin Qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76 maddəsinə əsasən 3 ay 6 gün vaxtından əvvəl şərti azad olunmuş və xx xxxxxxxx 2019cu il tarixdə sınaq müddəti bitmişdir. Cinayət işinin 1-ci cild 169-175-ci vərəqələrində olan xx xxxx 2020-ci il tarixli Təqsirləndirilən şəxs ilə zərərçəkən şəxs Zərərçəkmiş şəxs1 arasında aparılmış üzləşdirmə protokolundan görünür ki, əvvəl ki ifadəsində sonuncudan 13000 min manat pulun yalnız borc şəklində aldığını, ikinci dəfə isə pul lazım olduğundan təkrarən yenə də, 3000 manat pul aldığını göstərmişdir. Cinayət işinin 1-ci cild 239-244-cü vərəqələrində olan xx xxxx 2020-ci il tarixli təqdim edilən sənədin götürülməsi və baxış keçirilməsi barədə protokolundan görünür ki, təqsirləndirilən şəxsin bacısı X11 yaşadıqları evdə Elsevərin sənədlərinin içində Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd əmək kitabçası, 1 ədəd diplomun təsdiq edilmiş surəti, 01 ədəd şəxsiyyət vəsiqəsinin surəti və 01 ədəd tibbi arayışı istintaqa təqdim etdi. Cinayət işinin 2-ci cild 139-153-cü vərəqələrində olan xx xxxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında Qərardan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd əmək kitabçası, 1 ədəd diplomun təsdiq edilmiş surəti, 01 ədəd şəxsiyyət vəsiqəsinin surəti, 01 ədəd etibarnamə maddi sübut kimi tanınməşdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş xx xxxxx 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün və zərərçəkmiş şəxslərin məhkəmə iclasında verdikləri ifadələri və digər iş materialları ilə onun təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərər çəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, şübhəli şəxsin dindirilməsi, təqsirləndirilən şəxsin dindirmə və üzləşdirmə protokollarından görünür ki, Təqsirləndirilən şəxs ifadələrində guya Zərərçəkmiş şəxs1 13000 min manat və sonradan 3000 manat pulun yalnız borc şəklində almış digər zərərçəkmiş şəxs A.Y.Dadaşovadan 2000 manat məbləğdə pul deyil yalnız qətnamə almış halbuki, Təqsirləndirilən şəxs evində olan şəxsi sənədlərin içərisində A.Y.Dadaşovaya məxsus sənədlər aşkar edilmiş və bacısı tərəfindən istintaq orqanına təqdim edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs birinci epizod üzrə yəni xx xxxxxx 2018-ci il tarixdə saat 13 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Bakı Beynəlxalq Avtovağzalının qarşında Zərərçəkmiş şəxs2 4.000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etməsi cinayəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin tərkibini yaratdığından və həmin əməl böyük ictimai təhlükə törətməyən cinayətlərin kateqoriyasına aid edildiyindən, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən sonuncuya həmin epizod üzrə cəza təyin edilməməli və birinci epizod ikinci epizod üzrə cinayətlərin təkrarlığını yaratmadığından ittihamdan ikinci epizod üzrə təkrarlıq ifadəsi xaric edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2021-ci il tarixli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair Qərarına əsasən müəyyən edilmişdir ki, 1-həmin Məcəllənin 16-cı maddəsində nəzərdə tutulan cinayətlərin təkrarlığı zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir və hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur. 2- həmin Məcəllənin 16 və 18-ci maddələrinin tələbləri baxımından təkrarlığa daxil olan cinayətlərdən biri məhkumluğun ödənilmədiyi dövrdə törədildikdə və bu zaman cinayətlərin residivi yaranmadıqda, digər cinayətlər isə məhkumluq ödənildikdən sonra törədildikdə, şəxsin əməlində cinayətlərin residivi müəyyən edilə bilməz. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 816-VQD saylı xx xxxxxxx 2017-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinin 177-ci maddəsini Qeyd hissəsinin 2-ci bəndi aşağıdakı kimi müəyyən edilmişdir: Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar olaraq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən evli olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxx 2019-cu il tarixli Salyan Rayon Məhkəməsinin Qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən 3 ay 6 gün vaxtından əvvəl şərti azad olunmuş və xx xxxxxxxx 2019cu il tarixdə sınaq müddəti bitmişdir. Həmin cinayət əməli isə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər törədilərkən cinayətlərin resedivi nəzərə alınmır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, əvvəllər törətdiyi dələduzluq cinayətinə görə məhkum olunduğunu və ondan nəticə çıxarmayaraq Məhkəmələrin adından istifadə etməklə yenidən dələduzluq cinayətini törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi və ona verilmiş ittiham üzrə ikinci və üçüncü epizodlar üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı xx xxxx 2020-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Nəsimi RPİnin Növbətçi Hissəsin saxlanc hissəsinə təhvil verilmiş Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd əmək kitabçası, 1 ədəd diplomun təsdiq edilmiş surəti, 01 ədəd şəxsiyyət vəsiqəsinin surəti, 01 ədəd etibarnamə sonuncuya qaytarıldığından onun istifadəsinə verilmiş hesab edilməlidir. Məhkəmə mülki iddianı müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə mülki iddia qismən təmin edilməli və vurulmuş maddi zərərə görə 20.980 (iyirmi min doqquz yüz səksən) manat məbləğində pul və dövlət rüsumu olaraq 30 (otuz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməli və mülki iddia mənəvi zərər olan hissədə məhkəməyə sübutlar təqdim edilmədiyindən baxılmamış saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X12 və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Ş.M.Dadaşova məhkəməyədək istintaq dövründə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Hüquq Məsləhətxanasının hesabına və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (bir yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Hüquq Məsləhətxanasının hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs birinci epizod üzrə yəni xx xxxxxx 2018-ci il tarixdə saat 13 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Bakı Beynəlxalq Avtovağzalının qarşında Zərərçəkmiş şəxs2 4.000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etməsi epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən sonuncuya həmin epizod üzrə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə dair birinci epizod ikinci epizod üzrə cinayətlərin təkrarlığını yaratmadığından ittihamdan ikinci epizod üzrə təkrarlıq ifadəsi xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanımış saxlanması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsin saxlanc hissəsinə təhvil verilmiş Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd əmək kitabçası, 1 ədəd diplomun təsdiq edilmiş surəti, 01 ədəd şəxsiyyət vəsiqəsinin surəti, 01 ədəd etibarnamə sonuncuya qaytarılsın. İş üzrə mülki iddia qismən təmin edilsin və vurulmuş maddi zərərə görə 20.980 (iyirmi min doqquz yüz səksən) manat məbləğində pul və dövlət rüsumu olaraq 30 (otuz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilsin. Mülki iddia mənəvi zərər olan hissədə baxılmamış saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (bir yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X12 istintaq orqanında iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun «xxxx» ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab № AZ41AİİB******************** bankın kodu 200112, VÖEN – 1********) köçürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar