Məhkəmə qərarları › İş №1(006)-114/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-114/2025

26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-114/2025 26.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X2, müdafiəçi – Bakı şəhəri 02 saylı vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Naxçıvan MR, Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan, işləməyən, Naxçıvan MR, Babək rayonu, Cəhri qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi, nömrəsiz evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən mənzilə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 18 may 2020-ci il tarixdə saat 06 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, T.İsmayılov küçəsi 6 saylı binanın 44 saylı mənzilinin açıq qapısından oraya qanunsuz daxil olub mənzildən Zərərçəkmiş şəxs1 məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 250 manat dəyərində “Samsung A3” markalı mobil telefonu, 01 ədəd 1200 manat dəyərində brilliant qaşlı qızıl qadın üzüyünü, içərisində 70 manat nağd pul olan 180 manat dəyərindəki “X4” markalı pul kisəsini gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 1700 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 avqust 2024-cü il tarixdə saat 09 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 48 saylı binanın 22 saylı mənzilinin açıq qapısından oraya qanunsuz daxil olub mənzildən Zərərçəkmiş şəxs2 məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 20 manat dəyərində markası olmayan qara rəngli kompüter çantasını, 01 ədəd 500 manat dəyərində “Toshiba” markalı noutbuku, hər biri 30 manat olmaqla ümumilikdə 60 manat dəyərində 02 ədəd “Toshiba” markalı noutbuk adapterlərini, 01 ədəd 5 manat dəyərində markası olmayan ağ rəngli elektrik şəbəkə başlığını, 01 ədəd 5 manat dəyərində “A4tech” markalı kompüter daxiletmə “siçan” ləvazimatını, içərisində qara rəngli üzərində “chanel” yazısı həkk olunmuş, 01 ədəd bej rəngli üzərində “NAM 95%” yazısı həkk olunmuş, 01 ədəd bej rəngli üzərində “NAM 90%” yazısı həkk olunmuş, 01 ədəd çəhrayı rəngli üzərində “EYESHADOW” yazısı həkk olunmuş, 01 ədəd qara rəngli üzərində “Clavdio” yazısı həkk olunmuş, 01 ədəd qara rəngli üzərində “Eyeshadow palette 21 color” yazısı həkk olunmuş, 01 ədəd sarı rəngli üzərində “bahama mama” yazısı həkk olunmuş, 01 ədəd qırmızı rəngli üzərində “mette in lipstick” yazısı həkk olunmuş, 01 ədəd çəhrayı rəngli üzərində “etacs house sky high” yazısı həkk olunmuş, 01 ədəd qara rəngli üzərində “new well” yazısı həkk olunmuş, 02 ədəd qara rəngli üzərində “eyeline” yazısı həkk olunmuş, 01 ədəd qəhvəyi rəngli üzərində “cosmetic art” yazısı həkk olunmuş, 01 ədəd mavi rəngli üzərində “aqua smooth” yazısı həkk olunmuş, 01 ədəd tünd göy rəngli üzərində “alice academy” yazısı həkk olunmuş, 01 ədəd qara rəngli üzərində “outdoor” yazısı həkk olunmuş, 01 ədəd bənövşəyi rəngli üzərində “eyeline variete” yazısı həkk olunmuş, 01 ədəd qara rəngli üzərində “bote” yazısı həkk olunmuş, 01 ədəd çəhrayı rəngli üzərində “crueltyfree” yazısı həkk olunmuş, 08 ədəd markası olmayan fırça, 01 ədəd qara rəngli üzərində “JEV” yazısı həkk olunmuş, 01 ədəd çəhrayı rəngli üzərində “kiss beauty rose” yazısı həkk olunmuş, 01 ədəd qəhvəyi rəngli üzərində “niss tais” yazısı həkk olunmuş, 01 ədəd qara rəngli üzərində “outdoor giri skin illusion” yazısı həkk olunmuş, 01 ədəd şəffaf qabda olan üzərində “eccsece” yazısı həkk olunmuş makyaj ləvazimatları, 01 ədəd markası olmayan mavi rəngli ayna, 01 ədəd makyaj yayıcı dairəvişəkilli süngər olan 01 ədəd çəhrayı rəngli üzərində “amayra” yazısı həkk olunmuş içərisində olan əşyalarla birlikdə dəyəri 150 manat təşkil edən makyaj torbasını, 01 ədəd 10 manat dəyərində markası olmayan pul kisəsini, 01 ədəd 5 manat dəyərində markası olmayan göy rəngli yapışqan aparatı, 01 ədəd 50 manat dəyərində markası olmayan cins şalvarı, hər birinin dəyəri 10 manat olmaqla ümumilikdə 20 manat dəyərində 02 ədəd markası olmayan gümüşü rəngli bilərzikləri, 01 ədəd 10 manat dəyərində markası olmayan qızılı rəngli boyunbağını, 01 ədəd 40 manat dəyərində üzərində “ZF-997” yazısı olan saç ütüsünü, 01 ədəd 10 manat dəyərində gümüşü rəngli üzərində “Cartisi” yazısı həkk olunmuş qol saatını, 01 ədəd 10 manat dəyərində "xxxx" ASC-yə aid plastik bank kartını və 10 manat dəyərində nağd pulu, 01 ədəd 200 manat dəyərində qızıl bilərziyi və 01 ədəd 300 manat dəyərində qızıl boyunbağını gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 1405 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, yaşamağa yeri olmadığına görə Xırdalan şəhərində yaşayan tanışı Şahid1 ilə sonuncunun bacısının evində yaşayır. Xəstəliyi ilə əlaqədər işləyə bilmədiyi üçün pul əldə etmək üçün oğurluq edir. 18 may 2020-ci il tarixə keçən gecə çinarəgildə olduğu vaxtı yata bilmədiyi üçün səhərə yaxın evdən küçəyə çıxmış və yaxınlıqdakı çoxmərtəbəli yaşayış evindən oğurluq etmək qərarına gəlib həmin binaya girərək oradakı mənzillərin giriş qapısını yoxlamağa başlamışdır. Binanın 3-cü mərtəbəsində sağ tərəfdə olan mənzilin giriş qapısını yoxlayanda qapının kilidinin açıq olduğunu hiss edib, qapını sakitcə açaraq mənzilə daxil olmuş, otaqda heç kimin olmadığını görüb mənzilin yataq otağına qapıdan boylanıb orada tanımadığı bir nəfər kişinin yatdığını görüb, mənzil sahibi olduğunu düşünüb tez oradan oğurlamaq üçün əşyalar axtarmağa başlamışdır. Bu zaman mənzilin qonaq otağındakı stolun üstündəki qara rəngli pul qabını və onun yanında olan “Samsung” markalı mobil telefonu götürüb tez mənzildən çölə çıxaraq oradan uzaqlaşmışdır. Yolda olarkən oğurladığı həmin pul qabını açıb içərisinə baxmış, pul qabında Zərərçəkmiş şəxs1 məxsus sürücülük vəsiqəsi, Bakı Telefon Rabitə Qurğularının İstismarı şöbəsinə aid vəsiqə, plastik kartlar və 2 manat pul olduğunu görüb həmin pulu götürüb pul qabını cibinə qoymuşdur. Sonra Xırdalan şəhərindən avtobusa minib Bakı şəhəri Memar Əcəmi metrostansiyasının yanına getmiş, orada bir az gəzdikdən sonra oğurladığı “Samsung” markalı mobil telefonu metrostansiyanın yaxınlığında tanımadığı bir cavan oğlana 20 manata özünə məxsus mobil telefon kimi satmış və əldə etdiyi 20 manat pulu elə həmin günü şəxsi ehtiyaclarına xərcəlyib axşam yenə Xırdalan şəhərinə tanışı Çinarəgilə getmişdir. Oğurladığı pul qabında olan sənədləri sonra sahibinə qaytarmaq üçün, pul qabını Çinarəgil görməsin deyə hamam otağındakı su qızdırıcısının üstündə gizlətmişdir ki, bir müddət sonra götürüb pul qabını oğurladığı binanın qarşısına tullayar. Lakin sonra pul qabını gizlətdiyi yerdə tapa bilməyib, bir müddət sonra bu barədə Çinarədən soruşmuş, sonuncu da həmin pul qabını haradan əldə etdiyini soruşmuş, o isə Bakı şəhəri Memar Əcəmi metrostansiyasının yaxınlığında küçədən tapdığını demişdir, Çinarə bunu öyrəndikddən sonra dərhal pul qabını sahibinə qaytarmaq lazım olduğunu bildirib, pul qabının içərisindəki mobil telefon nömrəsinə zəng etmiş və pul qabını qaytarmışdır. Bundan 2-3 gün sonra polis əməkdaşları Çinarəgilə gedib onun Zərərçəkmiş şəxs1 evindən oğurluq etməkdə şübhəli olduğunu bildirib, onu Abşeron RPİ-nə aparmışlar. O da oğurluğu necə etdiyini etiraf etmişdir. Əməlindən çox peşimandır. Əlavə olaraq bildirmişdir ki, o, həmin mənzildən qızıl əşyası oğurlamamış, oğurladığı pul qabının içərisində də cəmi 2 manat pul olmuşdur. Bundan başqa göstərmişdir ki, əvvəllər kafelərdə ofisiant kimi işləmişdir, 2023-cü ilin iyun ayında cəza çəkmə müəssisəsindən azad olunmuş və həmin tarixdən özünə həyat qurmağa çalışmışdır. Onun sol gözü zədəlidir və 3-cü qrup əlildir. Uzun müddətdir narkotik vasitələrdən də istifadə edir. Bu səbəblərdən də bədənində güclü ağrılar olur. 19 avqust 2024-cü il tarixdə artıq işləmədiyi üçün pulu qurtarmış və maddi ehtiyaclarını ödəyə bilməyəcək vəziyyətə gəlmişdir. Həmin tarixdə saat 08 radələrində özünə linza almaq məqsədilə yaşadığı evdən çıxıb Bakı şəhəri Nəsimi rayonu “20 yanvar” metrostansiyası istiqamətində hərəkət etməyə başlamışdır. “20 yanvar” metro stansiyası yaxınlığına çatdıqda pulu olmadığından linza ala bilməmiş və pul tapmaq üçün oğurluq etmək qərarına gəlmişdir. 19 avqust 2024-cü il tarixdə saat 09 radələrində Bakı şəhəri Nəsimi rayonu Moskva prospektində yerləşən binalara daxil olmağa başlamış, Moskva prospekti 48 nömrəli ünvanda yerləşən binaya daxil olmuş və oradakı 22 nömrəli mənzilin qapısının açıq olduğunu görmüşdür. Qapının açıq olmasından istifadə edərək içəriyə, yəni dəhlizə daxil olmuş, dəhlizdə oğurlanmalı heç bir əşya olmadığını gördükdə irəlidə olan qonaq otağına keçmiş və orada bir nəfər qadının yatdığını görmüşdür. Həmin qadını oyatmamaq üçün dərhal sol tərəfdə yerləşən yataq otağına keçmiş, orada olarkən qara rəngli çantanın içərisində 01 ədəd “Toshiba” markalı noutbuk, 02 ədəd noutbuk adapteri, 01 ədəd kompüter daxiletmə “siçan” ləvazimatı, 01 ədəd ağ rəngli elektrik şəbəkə başlığını görmüş və götürmüşdür. Həmin otaqdakı masanın üzərində olan makyaj dəsti, 01 ədəd yapışqan aparatı, 01 ədəd saç quruducu aparat, 03 ədəd bilərzik, 01 ədəd qol saatı, 01 ədəd cins şalvar və 10 (on) manat pulu da götürərək mənzilin çıxış qapısı istiqamətinə hərəkət etmişdir. Mənzildən çıxdıqda blokda olan qara rəngli sellofanı götürmüş və oğurladığı əşyaları həmin sellofana yığaraq oradan uzaqlaşmışdır. Bundan sonra yaşadığı ünvana qayıtmış və həmin əşyaları evdə gizlətmişdir. Bundan bir müddət sonra polis əməkdaşları yaşadığı ünvana getmiş və ona oğurluqda şübhəli olduğunu, bu səbəbdən evə baxış keçirməli olduqları bildirmişlər. O da buna etiraz etməmiş, polis əməkdaşları evə baxış keçirərkən oğurladığı əşyaları tapmışlar və ona bu barədə sual verdikdə, o, törətdiyi əməli etiraf etmişdir. Əlavə olaraq bildirmişdir ki, tamah hissi ona üstün gəldiyindən həmin mənzilə daxil olmuş və orada gördüyü əşyaları götürmüşdür. Həmin mənzildə təxminən 15 dəqiqə olmuş, yəni hadisə təxminən 5-6 dəqiqə davam etmişdir. Oğurladığı əşyaları geri qaytarmaq üçün heç bir hərəkət etməmişdir. Bu hadisəni törətməzdən əvvəl digər bina və bloklara da daxil olmuş, lakin başqa heç yerdən oğurluq etməmişdir. O, mənzildən heç bir bank kartı, qızıl bilərzik və ya qızıl boyunbağı götürməmişdir. Pul kisəsinin içərisində heç bir bank kartı olmamış, o, ümumiyyətlə həmin mənzildən bank kartı götürməmişdir. Əvvəllər də analoji cinayətlərlə məhkum olunmuş, sonuncu dəfə 2023-cü ilin iyun ayında cəza çəkmə müəssisəsindən azad edilmiş, hazırda məhkumluğu ödənilməmişdir. Bakı şəhəri Yasamal rayonu Zaur Kərimov küçəsində yerləşən nömrəsiz evdə tək yaşamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışdığını, özü gözdən əlil olduğunu, normal həyat yaşamaq istədiyini bildirərək barəsində həbslə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadəsi alınmış Zərərçəkmiş şəxs2 bildirmişdir ki, o, anket məlumatlarında göstərilən ünvanda bacısı xx.xx.2005-ci il təvəllüdlü Şahid2 ilə birlikdə yaşayır. O, hazırda Bakı şəhəri Nəsimi rayonunda "xxxx" MMC-də ofis meneceri vəzifəsində çalışır. 2018-ci ildən təhsili ilə əlaqədar İsmayıllı rayonundan Bakı şəhərinə köçmüşdür. Son 3-4 aydır ki, onlara məxsus olan və ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzildə bacısı, xx xxxx 2005-ci il təvəllüdlü Şahid2 ilə birlikdə yaşayır. O, hər gün səhər saat 08 radələrində evdən işə gedir, saat 18 radələrində yaşadığı evə qayıdır. 19 avqust 2024-cü il tarixdə saat 08 radələrində işə getmək məqsədilə hazırlaşıb evdən çıxmışdır. Həmin vaxt o, bacısı Nuranəyə qapını arxasınca bağlamasını tapşırmışdır. Həmin tarixdə saat 12 radələrində bacısı ona zəng edərək, yataq otağındakı masanın üzərinə qoyduğu makyaj dəstinin yerində olmadığını bildirmişdir. O, bacısına otağı yaxşı axtarmasını bildirmiş, lakin bacısı yenə də həmin əşyaları tapa bilməmişdir. Bundan sonra o, bacısına həmin otaqda olan “Toshiba” markalı noutbukunun yerində olub-olmamasına baxmasını istəmiş, bacısı ona noutbukun da yerində olmadığını bildirmişdir. Daha sonra bacısı ilə danışaraq evin yataq otağında ona məxsus 01 ədəd 20 manat dəyərində markası olmayan qara rəngli kompüter çantası, 01 ədəd 500 manat dəyərində “Toshiba” markalı noutbuku, hər biri 30 manat olmaqla ümumilikdə 60 manat dəyərində 02 ədəd “Toshiba” markalı noutbuk adapterləri, 01 ədəd 5 manat dəyərində markası olmayan ağ rəngli elektrik şəbəkə başlığı, 01 ədəd 5 manat dəyərində “A4tech” markalı kompüter daxiletmə “siçan” ləvazimatı, içərisində qara rəngli üzərində “chanel” yazısı həkk olunmuş, 01 ədəd bej rəngli üzərində “NAM 95%” yazısı həkk olunmuş, 01 ədəd bej rəngli üzərində “NAM 90%” yazısı həkk olunmuş, 01 ədəd çəhrayı rəngli üzərində “EYESHADOW” yazısı həkk olunmuş, 01 ədəd qara rəngli üzərində “Clavdio” yazısı həkk olunmuş, 01 ədəd qara rəngli üzərində “Eyeshadow palette 21 color” yazısı həkk olunmuş, 01 ədəd sarı rəngli üzərində “bahama mama” yazısı həkk olunmuş, 01 ədəd qırmızı rəngli üzərində “mette in lipstick” yazısı həkk olunmuş, 01 ədəd çəhrayı rəngli üzərində “etacs house sky high” yazısı həkk olunmuş, 01 ədəd qara rəngli üzərində “new well” yazısı həkk olunmuş, 02 ədəd qara rəngli üzərində “eyeline” yazısı həkk olunmuş, 01 ədəd qəhvəyi rəngli üzərində “cosmetic art” yazısı həkk olunmuş, 01 ədəd mavi rəngli üzərində “aqua smooth” yazısı həkk olunmuş, 01 ədəd tünd göy rəngli üzərində “alice academy” yazısı həkk olunmuş, 01 ədəd qara rəngli üzərində “outdoor” yazısı həkk olunmuş, 01 ədəd bənövşəyi rəngli üzərində “eyeline variété” yazısı həkk olunmuş, 01 ədəd qara rəngli üzərində “bote” yazısı həkk olunmuş, 01 ədəd çəhrayı rəngli üzərində “crueltyfree” yazısı həkk olunmuş, 08 ədəd markası olmayan fırça, 01 ədəd qara rəngli üzərində “JEV” yazısı həkk olunmuş, 01 ədəd çəhrayı rəngli üzərində “kiss beauty rose” yazısı həkk olunmuş, 01 ədəd qəhvəyi rəngli üzərində “niss tais” yazısı həkk olunmuş, 01 ədəd qara rəngli üzərində “outdoor giri skin illusion” yazısı həkk olunmuş, 01 ədəd şəffaf qabda olan üzərində “eccsece” yazısı həkk olunmuş makyaj ləvazimatları, 01 ədəd markası olmayan mavi rəngli ayna, 01 ədəd makyaj yayıcı dairəvişəkilli süngər olan 01 ədəd çəhrayı rəngli üzərində “amayra” yazısı həkk olunmuş içərisində olan əşyalarla birlikdə dəyəri 150 manat təşkil edən makiyaj torbası, 01 ədəd 10 manat dəyərində markası olmayan pul kisəsi, 01 ədəd 5 manat dəyərində markası olmayan göy rəngli yapışqan aparatı, 01 ədəd 50 manat dəyərində markası olmayan cins şalvarı, hər birinin dəyəri 10 manat olmaqla ümumilikdə 20 manat dəyərində 02 ədəd markası olmayan gümüşü rəngli bilərzikləri, 01 ədəd 10 manat dəyərində markası olmayan qızılı rəngli boyunbağı, 01 ədəd 40 manat dəyərində üzərində “ZF-997” yazısı olan saç ütüsü, 01 ədəd 10 manat dəyərində gümüşü rəngli üzərində “Cartisi” yazısı həkk olunmuş qol saatı, 01 ədəd 10 manat dəyərində "xxxx" ASC-yə aid plastik bank kartı və 10 manat dəyərində nağd pulu, 01 ədəd 200 manat dəyərində qızıl bilərziyi və 01 ədəd 300 manat dəyərində qızıl boyunbağının yerində olmadığını öyrənmişdir. Buna nəyin səbəb ola biləcəyini bacısından soruşduqda, bacısı yuxulu olması səbəbindən evin qapısını kilidləmədiyini və qonaq otağında yatıb qaldığını bildirmişdir. Bundan sonra o, əşyalarının oğurlandığını anlamış və dərhal DİN-nin 102 Zang Mərkəzi Xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. O, evə getdikdə polis əməkdaşları da oraya getmişlər və o, ərizə ilə müraciət etmişdir. Əlavə olaraq bildirmişdir ki, ona məxsus 10 (on) manat nağd pulun, 20 (iyirmi) manat dəyərində olan 01 ədəd qara rəngli kompüter çantasının, 500 (beş yüz) manat olan dəyərində “Toshiba” markalı noutbukun, 5 (beş) manat dəyərində 01 ədəd kompüter daxiletmə “siçan” ləvazimatının, hər biri 30 (otuz) manat dəyərində olan 02 ədəd noutbuk adapterinin, 5 (beş) manat dəyərində olan 01 ədəd ağ rəngli elektrik şəbəkə başlığının, 150 (yüz əlli) manat dəyərində olan 01 ədəd ağ rəngli paketin içərisində olan makyaj dəstinin, 5 (beş) manat dəyərində olan 01 ədəd yapışqan aparatının, 40 (qırx) manat dəyərində olan 01 ədəd saç quruducu aparatın, hər biri 10 (on) manat dəyərində olan 03 ədəd bijuteriyaların, 10 (on) manat dəyərində olan 01 ədəd qol saatının, 200 (iki yüz) manat dəyərində olan 01 ədəd qızıl bilərziyin, 300 (üç yüz) manat dəyərində olan 01 ədəd qızıl boyunbağının, 10 (on) manat dəyərində olan “Kapital bank”a aid bank kartının, 01 ədəd 10 manat dəyərində olan pul kisəsinin və 50 (əlli) manat dəyərində olan 01 ədəd cins şalvarın oğurlanması nəticəsində ona ümumilikdə 1405 (min dörd yüz beş) manat maddi ziyan dəymişdir. O, evə sonradan gəldikdə heç bir şübhəli predmet görməmişdir. Həmçinin bacısı Şahid2 da hadisə zamanı qonaq otağında yatmış vəziyyətdə olduğundan heç bir şey görməmişdir. Hazırda istintaq orqanında olan həmin əşyalar ona məxsusdur. 01 ədəd qara rəngli kompüter çantasının bir cibinin kilidi xarab vəziyyətdədir, “Toshiba” markalı noutbuk boz rənglidir və üzərindəki rəngin bəzi hissələri silinmişdir. 02 ədəd noutbuk adapteri, 01 ədəd ağ rəngli elektrik şəbəkə başlığı və 01 ədəd kompüter daxiletmə “siçan” ləvazimatının xüsusi əlamətləri tam yadında olmasa da həmin əşyalar bir cibinin kilidi xarab vəziyyətdə olan həmin çantanın içərisində olmuşdur. 01 ədəd ağ rəngli paketin içərisində olan makyaj dəstinin də xüsusi əlamətləri yadında olamasa da, markaları tam yadında olmasa da, həmin əşyalara baxış keçirərək istifadə olunma vəziyyətindən ona məxsus olubolmamasını ayırd edə bilər. 01 ədəd yapışqan aparatı göy rəngli olmuş və heç bir xüsusi əlaməti olmamışdır. 01 ədəd saç quruducu aparatı isə qara rəngli olmuş və üzərinin rənginin bəzi hissələri silinmiş vəziyyətdə olmuşdur. 03 ədəd bijuteriyalardan biri gümüşü rəngli və yarpaq şəkilli olmuş, ortasında yumru “klon” olmuş, digəri gümüşü rəngli sadə bilərzik, üçüncüsü isə qızılı rəngli nazik zəncirşəkilli olmuşdur. 01 ədəd qol saatı isə gümüşü rəngli olmuş və üzərində “Cartisi” yazısı həkk olunmuşdur. 01 ədəd qızıl bilərziyin nazik zəncirşəkilli “sep” hissəsi və yoncaşəkilli, üzəri qaşla bəzədilmiş “Klonu” olmuşdur. 01 ədəd qızılı boyunbağının nazik “sep” hissəsi və üzərinə göz muncuğu bərkidilmiş dairəvişəkilli “klonu” olmuşdur. 01 ədəd cins şalvarının isə etiketi yarım vəziyyətdə olmuş və üzərində “made in turkey” sözləri yazılmış, ölçüsü isə “34” olmuşdur. 01 ədəd pul kisəsi isə qara, ağ və qəhvəyi rəngli olmuşdur. Ona məxsus “Kapital bank”a aid bank kartından heç bir məbləğdə pul oğurlanmamışdır. Çünki həmin kartda heç bir məbləğdə pul olmamışdır. Həmin kartdan pul çıxarılmasına cəhd də edilməmişdir. Əgər cəhd edilsə idi bu barədə ona bank tərəfindən SMS bildirişi göndərilərdi. Əlavə olaraq ifadəsində ona ümumilikdə 1405 (min dörd yüz beş) manat maddi ziyan dəydiyini bildirmişdir. Sonda Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş 500 manat ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi alınmış Zərərçəkmiş şəxs1 bildirmişdir ki, ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, T.İsmayılov küçəsi ev 6, mənzil 44-də yaşayır. Bakı Telefon Rabitə X1 motorçu vəzifəsində işləyir. Həftənin 5 iş günü Bakı şəhərində yerləşən iş yerinə gedib saat 19:00 radələrində evə qayıtmış, arvadı isə karantin rejimi başlayandan əvvəl Quba rayonunda atası evindədir. Həmin vaxtdan o evdə tək yaşayır. 17 may 2020-ci il tarixdə də həftənin istirahət günü olduğuna görə o yaşadığı mənzildə olmuş, həmin gecə saat təxminən 21:00 radələrində yataq otağına yatmağa getmişdir. Həmin vaxtı samsung markalı mobil telefonu qonaq otağındakı divanın üstündə enerji yığması üçün cərəyana qoşulmuş vəziyyətdə olmuşdur. Gecə saat təxminən 4 radələrində yuxudan oyanıb yanında saxladığı digər samsung A 3 markalı mobil telefonun baxıb həyat yoldaşının ona internet xidməti vasitəsilə yazdığı mesajı oxuyub yenidən yatmışdır.Səhər 06:15də yuxudan ayılıb qonaq otağına keçdiyi vaxt həmin otaqda divanın üstündəki 250 manat dəyərində olan mobil telefonu qonaq otağındakı masanın üstündəki 180 manata aldığı Braun Buffel markalı pul qabının içərisindəki əmək haqqı kartı ilə sosial yardım kartı ilə sığorta kartı ilə 70 manat pulla sürücülük və xidməti vəsiqəsi ilə birlikdə yerində olmaıdğını görüb evindən oğurluq olmasından şübhələnərək tez mənzilin giriş qapısını yoxlamış qapının açıq olduğunu gördükdən sonra mənzilindən oğurluq olmasına tam əmin olub başqa nələrin oğurlandığını yoxlamağa başlamış bu zaman qonaq otağındakı qabqacaq dolabının rəfində olan qırmızı rəngli qadın pul qabısının içərisində saxladıqları 1200 manat dəyərində olan 01 ədəd brilliant qaşlı qızıl qadın üzüyünün yerində olmadığını müəyyən edib mobil telefon ilə DİN-in 102 xidməti zəng mərkəzinə bu barədə məlumat vermişdir. Əvvəllər mənzilindən oğurluq halları olmamış, baş vermiş oğurluqda şübhələndiyi şəxslər olmamışdır. Oğurluq nəticəsində onun sənədləri və 1700 manat dəyərində əşyaları oğurlanmışdır. Əlavə olaraq bildirmişdir ki, oğurlanmış mobil telefonunun imey kodunu bilmir. İlk dəfə yatmazdan əvvəl unudaraq mənzilin giriş qapısını qıfıllamamışdır. Sonda Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş 500 manat ziyanın ödənilmədiyini, buna baxmayaraq Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Şahid2 izahatında göstərdi ki, o, anket məlumatlarında göstərilən ünvanda bacısı Zərərçəkmiş şəxs2 ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixində yaşadığı evin qonaq otağında saat 12 radələrində yuxudan oyanıb yataq otağına keçmişdir. Bu zaman yataq otağındakı stolun üzərində olan makyaj ləvazimatlarının yerində olmadığını görmüşdür. İlkin olaraq həmin makyaj ləvazimatlarını bacısının götürdüyünü düşünərək bacısına zəng etmişdir. Bu zaman ona məlum olmuşdur ki, həmin əşyaları bacısı götürməmişdir. Otağa baxış keçirdikdə bacısına məxsus olan makyaj ləvazimatlarından əlavə 01 ədəd notbuk, 01 ədəd qızıl bilərzik, 01 ədəd qızıl boyunbağı və sair əşyaların da yerində olmadığını aşkar edib bu barədə bacısına məlumat vermişdir. Bu hadisədən sonra ona məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdə saat 08 radələrində bacısı Zərərçəkmiş şəxs2 işə gedərkən ondan evin çöl qapısını kilidləməyi xahiş etmişdir. Lakin o, yuxulu olduğundan həmin hadisəni xatırlamır, bu səbəbdən də evin çöl qapısını kilidləməmişdir. Hadisə barəsində polisə müraciət etdikdən sonra onlara məlum olmuşdur ki, tanımadıqları 1 nəfər qadın evin çöl qapısının açıq vəziyyətdə olmasından istifadə edərək evə daxil olmuş və oğurluq etmişdir. O, verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, o, həmin zaman yatmış vəziyyətdə olduğu üçün heç bir səs eşitməmiş və heç bir şübhəli hərəkət hiss etməmişdir. Hətta həmin tarixdə saat 12 radələrində yuxudan oyandığı zaman əşyaların yerində olmadığını gördükdə həmin əşyaları bacısının götürdüyünü düşünmüşdür. Evdən oğurluq olması ağlına gəlməmişdir. İttiham aktının siyahısında göstərilmiş şahid qismində göstərilmiş Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdiyi ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid1 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin İ cildin 1-ci vərəqində olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 20 avqust 2024-cü il tarixli qərardan görünür ki, CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir; cinayət işinin İ cildin 39-cu vərəqində olan “zərərçəkmiş şəxs qismində tanınma” haqqında 20 avqust 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; cinayət işinin İ cildin 65-ci vərəqində olan “şübhəli şəxsin tutulması” haqqında 20 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19:50-də CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; cinayət işinin İ cildin 80-cı vərəqində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 21 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutlmuş ittiham elan edilmişdir; cinayət işinin İ cildin 104-107-ci vərəqlərində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-447/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, vəsatətin təmin olunması, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlanılma müddətinin 03 (üç) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 20 avqust 2024-cü il tarixdən hesablanması qərara alınmışdır; cinayət işinin İ cildin 119-120-ci vərəqlərində və İİ cildin 42-48-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi xx.xx.2024-cü il tarixli tələbnamədən və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-218/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4, 180.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 3 ay 8 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır; cinayət işinin İ cildin 130-cu vərəqində olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 23 may 2020-ci il tarixli qərardan görünür ki, CM-in 177.2.3 və 326.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir; cinayət işinin İ cildin 141-ci vərəqində olan “zərərçəkmiş şəxs qismində tanınma” haqqında 23 may 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; cinayət işinin İ cildin 166-cı vərəqində olan “şübhəli şəxsin tutulması” haqqında 20 iyun 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 16:00-da CM-in 177.2.3 və 326.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; cinayət işinin İ cildin 174-cü vərəqində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 21 iyun 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3 və 326.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutlmuş ittiham elan edilmişdir; cinayət işinin İ cildin 189-192-ci vərəqlərində olan Abşeron Rayon Məhkəməsinin 4(012)-276/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardan görünür ki, vəsatətin təmin olunmaması, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunması, 20 iyun 2020-ci il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs dərhal məhkəmə zalında həbsdən azad edilməsi qərara alınmışdır; cinayət işinin İ cildin 193-194-cü vərəqlərində olan “qətimkan tədbirinin seçilməsi barədə” 22 iyun 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır; cinayət işinin İ cildin 70-71-ci vərəqlərində olan “ittiham elan olunması üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” 23 iyul 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və onun tutularaq Abşeron RPİ-nin İŞ-nə təqdim edilməsi qərara alınmışdır; cinayət işinin İ cildin 224-225-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 sentyabr 2020-ci il tarixli, 9/3158 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd qara rəngli, 10x13 sm ölçülü, üzərində “Braun Buffel” markalanma göstəriciləri olan, təbii dəri materialdan hazırlanmış, kişi üçün nəzərdə tutulmuş pul kisəsinin üzərindəki qüsurlar (kənarları yeyilmiş, rəngi nisbətən solmuş, üzərində 0,5 sm ölçüdə ləkə vardır) nəzərə alınmaqla hazırki vəziyyətdə 2020-ci ilin may ayına olan orta bazar qiyməti təxminən 80,00 manat müəyyən edilir; cinayət işinin İ cildin 246-cı vərəqində olan “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 03 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 326.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; cinayət işinin İİ cildin 31-34-cü vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 oktyabr 2024-cü il tarixli, 6/4519-9/7364 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 16 adda malların istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 200,10 manat müəyyən edilir. Təqdim edilmiş, kosmetik vasitələr istifadədə olduğundan və gigiyenik nöqteyi nəzərdən başqa şəxs tərəfindən istifadədə olması məqsədəuyğun olmadığı və sarı rəngli 1 ədəd boyunbağı istifadəyə yararlı olmadığı (kilid hissəsi yerində yoxdur) üçün qiymətsiz müəyyən edilir; cinayət işinin İİ cildin 40-cı vərəqində olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tərəfindən imzalanmış qəbzə əsasən o, ********* nömrəli cinayət işi üzrə ona məxsus 01 ədəd markası olmayan qara rəngli kompüter çantası, 01 ədəd “Toshiba” markalı notbuk, 02 ədəd “Toshiba” markalı notbuk adapterləri, 01 ədəd markası olmayan ağ rəngli elektrik şəbəkə başlığı, 01 ədəd “A4tech” markalı kompüter daxiletmə “siçan" ləvazimatı, 01 ədəd qara rəngli üzərində “chanel” yazısı həkk olunmuş, 01 ədəd bej rəngli üzərində “NAM 95%” yazısı həkk olunmuş, 01 ədəd bej rəngli üzərində “NAM 90%” yazısı həkk olunmuş, 01 ədəd çəhrayı rəngli üzərində “EYESHADOW” yazısı həkk olunmuş, 01 ədəd qara rəngli üzərində “Clavdio” yazısı həkk olunmuş, 01 ədəd qara rəngli üzərində “Eyeshadow palette 21 color" yazısı həkk olunmuş, 01 ədəd sarı rəngli üzərində “bahama mama” yazısı həkk olunmuş, 01 ədəd qırmızı rəngli üzərində “mette in lipstick" yazısı həkk olunmuş, 01 ədəd çəhrayı rəngli üzərində “etacs house sky high” yazısı həkk olunmuş, 01 ədəd qara rəngli üzərində “new well” yazısı həkk olunmuş, 02 ədəd qara rəngli üzərində “eyeline” yazısı həkk olunmuş, 01 ədəd qəhvəyi rəngli üzərində “cosmetic art” yazısı həkk olunmuş, 01 ədəd mavi rəngli üzərində “aqua smooth” yazısı həkk olunmuş, 01 ədəd tünd göy rəngli üzərində “alice academy” yazısı həkk olunmuş, 01 ədəd qara rəngli üzərində “outdoor” yazısı həkk olunmuş, 01 ədəd bənövşəyi rəngli üzərində “eyeline variete” yazısı həkk olunmuş, 01 ədəd qara rəngli üzərində “bote" yazısı həkk olunmuş, 01 ədəd çəhrayı rəngli üzərində “crueltyfree” yazısı həkk olunmuş, 08 ədəd markası olmayan fırça, 01 ədəd qara rəngli üzərində “JEV” yazısı həkk olunmuş, 01 ədəd çəhrayı rəngli üzərində “kiss beauty rose” yazısı həkk olunmuş, 01 ədəd qəhvəyi rəngli üzərində “niss tais” yazısı həkk olunmuş, 01 ədəd qara rəngli üzərində “outdoor giri skin illusion” yazısı həkk olunmuş, 01 ədəd şəffaf qabda olan üzərində “eccsece” yazısı həkk olunmuş makyaj ləvazimatları, 01 ədəd çəhrayı rəngli üzərində “amayra” yazısı həkk olunmuş makyaj torbası, 01 ədəd markası olmayan mavi rəngli ayna, 01 ədəd makyaj yayıcı dairəvişəkilli süng ər, 01 ədəd markası olmayan pul kisəsi, 01 ədəd markası olmayan göy rəngli yapışqan aparatı, 01 ədəd markası olmayan cins şalvarı, 02 ədəd markası olmayan gümüşü rəngli bilərziklər, 01 ədəd markası olmayan qızılı rəngli boyunbağı və 01 ədəd gümüşü rəngli üzərində “Cartisi” yazısı həkk olunmuş qol saatını işlək, tam və əvvəlki vəziyyətində Nəsimi RPİ-nin inzibati binasında 401 saylı xidməti iş otağında müstəntiqdən təhvil almışdır; cinayət işinin İİ cildin 54-69-cu vərəqlərində olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.2, 177.2.3 və 326.2-ci maddələrindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs iş üzrə AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan olunmuş, Təqsirləndirilən şəxs əməlində AR CM-nin 180.1, 177.2.1 və 177.2.3-1-ci maddələrinin tərkibi olmadığından, onun barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs əməlində AR CM-nin 326.2-ci maddəsinin tərkibi olmadığından, onun barəsində həmin maddə ilə başlanmış cinayət təqibinə hissəvi xitam verilmiş, Şahid1 əməlində AR CM-nin 307-ci maddəsinin tərkibinin olmaması nəzərə alınmış, cinayət işi üzrə təyin olunmuş ekspertizanın rəyləri, təqsirləndirilən şəxsin etirafedici ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, baxış və götürmə haqqında protokollar, hadisə yerinə baxış keçirilməsi haqqında protokollar, həmin protokollara əlavə edilmiş fotoşəkillər, digər istintaq hərəkəti protokolları, cinayət işinə əlavə edilmiş digər sənədlər obyektiv və iş materiallarına uyğun olduğundan sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə edilməsi nəzərə alınmış, 1 ədəd “Braun Buffel” markalı pul kisəsi və içərisində olan 1 ədəd sürücülük vəsiqəsi, "xxxx" MMC-yə aid xidməti vəsiqə, 1 ədəd “Dövlət Sosial Sığorta Şəhadətnaməsi” və 2 ədəd plastik kart iş üzrə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınmış, 01 ədəd markası olmayan qara rəngli kompüter çantası, 01 ədəd “Toshiba” markalı notbuk, 02 ədəd “Toshiba” markalı notbuk adapterləri, 01 ədəd markası olmayan ağ rəngli elektrik şəbəkə başlığı, 01 ədəd “A4tech” markalı kompüter daxiletmə “siçan" ləvazimatı, 01 ədəd qara rəngli üzərində “chanel” yazısı həkk olunmuş, 01 ədəd bej rəngli üzərində “NAM 95%” yazısı həkk olunmuş, 01 ədəd bej rəngli üzərində “NAM 90%” yazısı həkk olunmuş, 01 ədəd çəhrayı rəngli üzərində “EYESHADOW” yazısı həkk olunmuş, 01 ədəd qara rəngli üzərində “Clavdio” yazısı həkk olunmuş, 01 ədəd qara rəngli üzərində “Eyeshadow palette 21 color" yazısı həkk olunmuş, 01 ədəd sarı rəngli üzərində “bahama mama” yazısı həkk olunmuş, 01 ədəd qırmızı rəngli üzərində “mette in lipstick" yazısı həkk olunmuş, 01 ədəd çəhrayı rəngli üzərində “etacs house sky high” yazısı həkk olunmuş, 01 ədəd qara rəngli üzərində “new well” yazısı həkk olunmuş, 02 ədəd qara rəngli üzərində “eyeline” yazısı həkk olunmuş, 01 ədəd qəhvəyi rəngli üzərində “cosmetic art” yazısı hokk olunmuş, 01 ədəd mavi rəngli üzərində “aqua smooth” yazısı həkk olunmuş, 01 ədəd tünd göy rəngli üzərində “alice academy” yazısı həkk olunmuş, 01 ədəd qara rəngli üzərində “outdoor” yazısı həkk olunmuş, 01 ədəd bənövşəyi rəngli üzərində “eyeline variete” yazısı həkk olunmuş, 01 ədəd qara rəngli üzərində “bote" yazısı həkk olunmuş, 01 ədəd çəhrayı rəngli üzərində “crueltyfree” yazısı həkk olunmuş, 08 ədəd markası olmayan fırça, 01 ədəd qara rəngli üzərində “JEV” yazısı həkk olunmuş, 01 ədəd çəhrayı rəngli üzərində “kiss beauty rose” yazısı həkk olunmuş, 01 ədəd qəhvəyi rəngli üzərində “niss tais” yazısı həkk olunmuş, 01 ədəd qara rəngli üzərində “outdoor giri skin illusion” yazısı həkk olunmuş, 01 ədəd şəffaf qabda olan üzərində “eccsece” yazısı həkk olunmuş makyaj ləvazimatları, 01 ədəd çəhrayı rəngli üzərində “amayra” yazısı həkk olunmuş makyaj torbası, 01 ədəd markası olmayan mavi rəngli ayna, 01 ədəd makyaj yayıcı dairəvişəkilli süng ər, 01 ədəd markası olmayan pul kisəsi, 01 ədəd markası olmayan göy rəngli yapışqan aparatı, 01 ədəd markası olmayan cins şalvarı, 02 ədəd markası olmayan gümüşü rəngli bilərziklər, 01 ədəd markası olmayan qızılı rəngli boyunbağı və 01 ədəd gümüşü rəngli üzərində “Cartisi” yazısı həkk olunmuş qol saatı iş üzrə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab edilmişdir. cinayət işinin İİ cildin 84-85-ci vərəqlərində olan “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 14 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş ərizələrdən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmışlar, Zərərçəkmiş şəxs2 dəymiş ziyan ödənilmiş, Zərərçəkmiş şəxs1 dəymiş ziyan ödənilməmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Həmin Qərarda həmçinin göstərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin «təkrarlığı» əlaməti ilə tövsif edilməlidir. Həmin Qərarda qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir.Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs AR CM-nin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda, həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi xx.xx.2024-cü il tarixli tələbnamədən və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-218/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4, 180.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 3 ay 8 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. Bununla da Təqsirləndirilən şəxs sonuncu hökm olan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü üzrə məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışmasını, vurulmuş ziyanın qismən ödənilməsini və sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasını nəzərə alır və cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Həmçinin məhkəmə cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən qeyd edir ki, CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsi qadınlar üçün cinayətlərin xüsusi təhlükəli residivi zamanı nəzərdə tutulduğundan, hazırki iş üzrə Təqsirləndirilən şəxs əməli sadə residiv olduğundan o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in onun təqsirli bilindiyi 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, ibtidai istintaq zamanı saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli 20 avqust 2024-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan – 1 ədəd “Braun Buffel” markalı pul kisəsi və içərisində olan 1 ədəd sürücülük vəsiqəsi, "xxxx" MMC-yə aid xidməti vəsiqə, 1 ədəd “Dövlət Sosial Sığorta Şəhadətnaməsi” və 2 ədəd plastik kartın Zərərçəkmiş şəxs1 və 01 ədəd markası olmayan qara rəngli kompüter çantası, 01 ədəd “Toshiba” markalı notbuk, 02 ədəd “Toshiba” markalı notbuk adapterləri, 01 ədəd markası olmayan ağ rəngli elektrik şəbəkə başlığı, 01 ədəd “A4tech” markalı kompüter daxiletmə “siçan" ləvazimatı, 01 ədəd qara rəngli üzərində “chanel” yazısı həkk olunmuş, 01 ədəd bej rəngli üzərində “NAM 95%” yazısı həkk olunmuş, 01 ədəd bej rəngli üzərində “NAM 90%” yazısı həkk olunmuş, 01 ədəd çəhrayı rəngli üzərində “EYESHADOW” yazısı həkk olunmuş, 01 ədəd qara rəngli üzərində “Clavdio” yazısı həkk olunmuş, 01 ədəd qara rəngli üzərində “Eyeshadow palette 21 color" yazısı həkk olunmuş, 01 ədəd sarı rəngli üzərində “bahama mama” yazısı həkk olunmuş, 01 ədəd qırmızı rəngli üzərində “mette in lipstick" yazısı həkk olunmuş, 01 ədəd çəhrayı rəngli üzərində “etacs house sky high” yazısı həkk olunmuş, 01 ədəd qara rəngli üzərində “new well” yazısı həkk olunmuş, 02 ədəd qara rəngli üzərində “eyeline” yazısı həkk olunmuş, 01 ədəd qəhvəyi rəngli üzərində “cosmetic art” yazısı hokk olunmuş, 01 ədəd mavi rəngli üzərində “aqua smooth” yazısı həkk olunmuş, 01 ədəd tünd göy rəngli üzərində “alice academy” yazısı həkk olunmuş, 01 ədəd qara rəngli üzərində “outdoor” yazısı həkk olunmuş, 01 ədəd bənövşəyi rəngli üzərində “eyeline variete” yazısı həkk olunmuş, 01 ədəd qara rəngli üzərində “bote" yazısı həkk olunmuş, 01 ədəd çəhrayı rəngli üzərində “crueltyfree” yazısı həkk olunmuş, 08 ədəd markası olmayan fırça, 01 ədəd qara rəngli üzərində “JEV” yazısı həkk olunmuş, 01 ədəd çəhrayı rəngli üzərində “kiss beauty rose” yazısı həkk olunmuş, 01 ədəd qəhvəyi rəngli üzərində “niss tais” yazısı həkk olunmuş, 01 ədəd qara rəngli üzərində “outdoor giri skin illusion” yazısı həkk olunmuş, 01 ədəd şəffaf qabda olan üzərində “eccsece” yazısı həkk olunmuş makyaj ləvazimatları, 01 ədəd çəhrayı rəngli üzərində “amayra” yazısı həkk olunmuş makyaj torbası, 01 ədəd markası olmayan mavi rəngli ayna, 01 ədəd makyaj yayıcı dairəvişəkilli süng ər, 01 ədəd markası olmayan pul kisəsi, 01 ədəd markası olmayan göy rəngli yapışqan aparatı, 01 ədəd markası olmayan cins şalvarı, 02 ədəd markası olmayan gümüşü rəngli bilərziklər, 01 ədəd markası olmayan qızılı rəngli boyunbağı və 01 ədəd gümüşü rəngli üzərində “Cartisi” yazısı həkk olunmuş qol saatının Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001- ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 45 (qırx beş) iş saatına görə 270 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 20 avqust 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 1 ədəd “Braun Buffel” markalı pul kisəsi və içərisində olan 1 ədəd sürücülük vəsiqəsi, "xxxx" MMC-yə aid xidməti vəsiqə, 1 ədəd “Dövlət Sosial Sığorta Şəhadətnaməsi” və 2 ədəd plastik kartın Zərərçəkmiş şəxs1 və 01 ədəd markası olmayan qara rəngli kompüter çantası, 01 ədəd “Toshiba” markalı notbuk, 02 ədəd “Toshiba” markalı notbuk adapterləri, 01 ədəd markası olmayan ağ rəngli elektrik şəbəkə başlığı, 01 ədəd “A4tech” markalı kompüter daxiletmə “siçan" ləvazimatı, 01 ədəd qara rəngli üzərində “chanel” yazısı həkk olunmuş, 01 ədəd bej rəngli üzərində “NAM 95%” yazısı həkk olunmuş, 01 ədəd bej rəngli üzərində “NAM 90%” yazısı həkk olunmuş, 01 ədəd çəhrayı rəngli üzərində “EYESHADOW” yazısı həkk olunmuş, 01 ədəd qara rəngli üzərində “Clavdio” yazısı həkk olunmuş, 01 ədəd qara rəngli üzərində “Eyeshadow palette 21 color" yazısı həkk olunmuş, 01 ədəd sarı rəngli üzərində “bahama mama” yazısı həkk olunmuş, 01 ədəd qırmızı rəngli üzərində “mette in lipstick" yazısı həkk olunmuş, 01 ədəd çəhrayı rəngli üzərində “etacs house sky high” yazısı həkk olunmuş, 01 ədəd qara rəngli üzərində “new well” yazısı həkk olunmuş, 02 ədəd qara rəngli üzərində “eyeline” yazısı həkk olunmuş, 01 ədəd qəhvəyi rəngli üzərində “cosmetic art” yazısı hokk olunmuş, 01 ədəd mavi rəngli üzərində “aqua smooth” yazısı həkk olunmuş, 01 ədəd tünd göy rəngli üzərində “alice academy” yazısı həkk olunmuş, 01 ədəd qara rəngli üzərində “outdoor” yazısı həkk olunmuş, 01 ədəd bənövşəyi rəngli üzərində “eyeline variete” yazısı həkk olunmuş, 01 ədəd qara rəngli üzərində “bote" yazısı həkk olunmuş, 01 ədəd çəhrayı rəngli üzərində “crueltyfree” yazısı həkk olunmuş, 08 ədəd markası olmayan fırça, 01 ədəd qara rəngli üzərində “JEV” yazısı həkk olunmuş, 01 ədəd çəhrayı rəngli üzərində “kiss beauty rose” yazısı həkk olunmuş, 01 ədəd qəhvəyi rəngli üzərində “niss tais” yazısı həkk olunmuş, 01 ədəd qara rəngli üzərində “outdoor giri skin illusion” yazısı həkk olunmuş, 01 ədəd şəffaf qabda olan üzərində “eccsece” yazısı həkk olunmuş makyaj ləvazimatları, 01 ədəd çəhrayı rəngli üzərində “amayra” yazısı həkk olunmuş makyaj torbası, 01 ədəd markası olmayan mavi rəngli ayna, 01 ədəd makyaj yayıcı dairəvişəkilli süng ər, 01 ədəd markası olmayan pul kisəsi, 01 ədəd markası olmayan göy rəngli yapışqan aparatı, 01 ədəd markası olmayan cins şalvarı, 02 ədəd markası olmayan gümüşü rəngli bilərziklər, 01 ədəd markası olmayan qızılı rəngli boyunbağı və 01 ədəd gümüşü rəngli üzərində “Cartisi” yazısı həkk olunmuş qol saatının Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 178 (yüz yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 45 (qırx beş) iş saatına görə 270 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 02 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar