Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-115/2020 12.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1987-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışı X7 ilə cinayət əlaqəsinə girərək xx.xx.2019-cu il tarixdə, saat 06 radələrində Zərərçəkmiş şəxs məxsus Nəsimi rayonu, Mərdanov Qardaşları 18 ünvanda yerləşən “Pak-Dad” restoranında olan 1 ədədinin qiyməti 155 manat təşkil edən 4 ədəd qəlyan aparatını gizli talamaqla, Zərərçəkmiş şəxs cəmi 620 manat miqdarda ziyan vuraraq qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmədiyindən maddi imkanı zəif olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə, saat 06 radələrində Nəsimi rayonu, “Tarqovu” adlanan ərazidə gəzərkən tanışı X7 ilə təsadüfən rastlaşmışdır. Bundan sonra onlar birlikdə gəzməyə başlamış və “Pak-Dad” adlı restoranın qarşısından keçərkən xeyli sayda qəlyan aparatlarının olduğunu görmüşlər. Bir qədər müzakirə etdikdən sonra onlar qəlyan aparatlarından bir neçəsini oğurlamağa qərar vermişlər. Belə ki, o, restoranın həyətinə daxil olaraq qəlyan aparatlarını götürməli, Ziya Məmmədov isə kənarda dayanıb ətrafı müşahidə etməli, təhlükə yaranacağı təqdirdə onu xəbərdar etməli imiş. Beləliklə də, o, restoranın ətrafında bir qədər gəzişdikdən sonra ətrafda heç kimin olmamasından istifadə edərək restoranın həyətinə daxil olmuş və orada olan 30-40 ədəd qəlyan aparatından 2 ədədini götürdükdən sonra restoranın həyətini tərk etmişdir. O, Ziya Məmmədov ilə birlikdə Xəqani küçəsi istiqamətində hərəkət edərək “İSR Plaza” və “Beynəlxalq Bank”ın arxa tərəfində qazıntı işləri aparılan yerdəki taxta hasarın arxa tərəfində olan zibilliyi gördükdə oğurladıqları iki ədəd qəlyan aparatını oradan gizlətmişlər. Bundan sonra onlar yenidən oğurluq etdikləri yerə geri qayıtmışlar. Ziya Məmmədov onu restoranın kənarında gözləməyə başlamış, o isə restoranın həyətinə daxil olaraq yenidən iki ədəd qəlyan aparatını götürüb oradan uzaqlaşmışdır. Onlar yenidən oğurladıqları qəlyan aparatlarını gizlətdikləri yerə gedərək digər iki qəlyan aparatını da orada gizlətmişlər. Bundan sonra onlar şəhərdə bir qədər gəzişmişlər. Bir müddət sonra onlar oğurladıqları əşyaları gizlətdikləri yerə qayıtmış və iki ədəd qəlyan aparatını götürərək taksi ilə Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən “Xalq Bank”ın qarşısındakı restorana aparmışlar. O, qəlyan aparatlarını restoranın sahibinə təqdim edərək satmaq istədiyini bildirdikdə restoran sahibi aparatları almaq istəməmişdir. O isə uşağının müalicəyə ehtiyacı olduğu üçün təcili olaraq həmin aparatları satmalı olduğunu bildirdikdə restoran sahibi qəlyan aparatlarının bir ədədini 50 manata almağa razılaşmışdır. Həmin vaxt restoran sahibi ondan şəxsiyyət vəsiqəsini istəsə də o, şəxsiyyət vəsiqəsinin üzərində olmadığını, səhərisi gün gətirə biləcəyini bildirmişdir. Lakin restoran sahibi qəlyan aparatlarını gətirən şəxslə onun şəklini telefonuna çəkəcəyini demişdir. O da heç bir etiraz etməyərək taksi sürücüsünə yaxınlaşmış və şəxsiyyət vəsiqəsi üzərində olmadığından qəlyan aparatını alan restoran sahibinin onların birlikdə şəklini çəkməsini istədiyini bildirmiş, taksi sürücüsü də ona heç bir etiraz etməyərək onunla birlikdə restorana getmişdir. Restoran sahibi onunla taksi sürücüsünün şəklini çəkdikdən sonra iki ədəd qəlyan aparatına görə ona 100 manat pul vermişdir. O, bundan sonra restoran sahibinə dayısı oğlunun işlətdiyi obyekti bağladığı üçün obyektdə olan qəlyan aparatlarını satıb uşaqlarını müalicə etmək üçün ona verdiyini demiş, istəsə onları da gətirib sata biləcəyini bildirmişdir. Restoran sahibi həmin qəlyan aparatlarının oğurluq olmadığı təqdirdə ala biləcəyini demişdir. Bundan sonra o, taksi sürücüsünə 5 manat verib onu yola saldıqdan sonra başqa bir taksi ilə yenidən qəlyan aparatlarını gizlətdiyi yerə qayıdaraq qalan iki ədəd aparatı da götürüb Ziya Məmmədov ilə birlikdə əvvəlki qəlyan aparatlarını satdığı restorana aparmışdır. Restoran sahibi iki ədəd qəlyan aparatına görə onlara 100 manat pul verdikdən sonra onlar restoranı tərk edərək oradan uzaqlaşmışlar. Əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş zərərin tam olaraq ödənilməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq, barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. O, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi 18 ünvanında yerləşən “Pak-Dad” restoranının qəlyan bölüyünün rəhbəridir, həmin qəlyan bölüyündə olan bütün qəlyan aparatları ona məxsusdur. Həmin qəlyan bölməsi də “Pak-Dad” restoranına bitişikdir və qəlyan bölməsinin qapısı yoxdur. O, 2019-cu ilin avqust ayında təxminən 20-30 ədəd qəlyan aparatının hər birini 155 manatdan alaraq həmin qəlyan bölməsinə və qəlyan bölməsinin qarşı hissəsinə qoymuşdur. xx.xx.2019-cu il tarixdə saat 07:50 radələrində işə getdikdə qəlyan bölməsinin giriş hissəsinə yığılan qəlyan aparatlarından 4 ədədinin olmadığını aşkar etmiş və oğurlandığını anlamışdır. Buna görə də o, xx.xx.2019-cu il tarixdə saat 19:47 radələrində DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş və daha sonra Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə gedərək ərizə ilə müraciət etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 620 manat məbləğində maddi zərər dəymişdir. Hazırda ona dəymiş zərər tam olaraq təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Bu səbəbdən də ona qarşı hər hansı şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, ona qarşı şikayətinin olmadığını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Zərərçəkmiş şəxsi də tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. Yasamal rayonu, İnşaatçılar prospekti 5 ünvanı ilə Firudin Ağayev küçəsi 3 ünvanın kəsişməsində yerləşən “CAFE PARK” kafesində nəzarətçi (administrator) işləyir. xx.xx.2019-cu il tarixdə saat 10- 11 radələrində o, iş yerində olan zaman Təqsirləndirilən şəxs ona yaxınlaşaraq qəlyan aparatlarının olduğunu və uşağının xəstəliyinə görə təcili olaraq pula ehtiyacının yarandığını bildirərək həmin aparatları ucuz qiymətə ona sata biləcəyini demişdir. Əvvəlcə o, qəlyan aparatlarını almaq istəməmişdir. Lakin Təqsirləndirilən şəxs ona yalvarmağa başlayaraq uşağının dərmanlarını almaq üçün pula ehtiyacının olduğunu bildirmişdir. Həmin vaxt işlədiyi kafeyə qəlyan aparatları lazım olduğundan o, Təqsirləndirilən şəxs qəlyan aparatlarını almaq qərarına gəlsə də, ondan həmin qəlyan aparatlarının oğurluq olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs isə həmin aparatların dayısı oğluna məxsus olduğunu, dayısı oğlunun kafesi bağlandığından satmaq üçün ona verdiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs inansa da, ondan şəxsiyyət vəsiqəsini istəmişdir. Lakin Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin üzərində olmadığını, səhərisi gün gətirə biləcəyini demişdir. Bundan sonra o, telefonu ilə Təqsirləndirilən şəxsla onun yanında olan şəxsin şəklini çəkmişdir. Təqsirləndirilən şəxs ona daha iki ədəd qəlyan aparatının olduğunu bildirərək sata biləcəyini demiş, o da razılaşmışdır. O, iki ədəd qəlyan aparatına görə Təqsirləndirilən şəxs 100 manat verdikdən sonra Təqsirləndirilən şəxs və taksi sürücüsü oranı tərk edərək getmişlər. Təxminən 1 saat sonra Təqsirləndirilən şəxs yenidən iki ədəd qəlyan aparatı gətirmiş, o da həmin aparatlara görə ona 100 manat pul vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ilə birlikdə adını sonradan bildiyi X7 da olmuş və o, kafenin yaxınlığındakı pilləkənin qarşısında dayanmış, Təqsirləndirilən şəxs pulu aldıqdan sonra həmin şəxslə oranı tərk edib getmişlər. Bir neçə gün sonra isə Nəsimi rayon Polis İdarəsi 22-ci Polis Şöbəsinin əməkdaşları onun iş yerinə gələrək onun aldığı 4 ədəd qəlyan aparatının oğurluq olduğunu bildirmişlər. O da həmin 4 ədəd qəlyan aparatını polis əməkdaşlarına təqdim etmiş və onların oğurluq olmasından xəbərsiz olduğunu demişdir. İş materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs özünə məxsus olan 04 ədəd qəlyan aparatını istintaqdan əvvəlki vəziyyətində təhvil almışdır (i/v 37). Qətimkan tədbirin seçilməsi haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i/v 62). xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin şərtlərini pozaraq istintaq orqanından gizlənəcəyinə və çağırışlara gəlməkdən qəsdən boyun qaçırdığına görə tutulmasına qərar verilmişdir (i/v 133). Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin həmin idarənin İŞ-nin rəisinə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, saat 20:25 radələrində saxlanılaraq Nəsimi RPİ-nin MSY-nə təhvil verilmişdir (i/v 178). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i/v 199-203). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 30983 saylı məhkəmə əmtəəşünaslıq ekspertizası rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd qəlyan aparatının işlənmiş vəziyyətdə, xx xxxxxxx 2019-cu il tarixə və 2019-cu ilin dekabr ayına, respublikadaxili orta bazar satış qiyməti təxminən 80,00 manat, 4 ədədi 320,00 manat, 2019-cu ilin avqust ayına bir ədədin təzə vəziyyətdə 150,00 manat, 4 ədədi 600,00 manat müəyyən edilir (i/v 120-121). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (i/v 113). İş materiallarında olan xx.xx.2019-cu il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, cinayət işi üzrə götürülmüş 01 ədəd DVD diskin maddi sübut kimi tanınması qərara alınmışdır (i/v 117). İş üzrə maddi sübut kimi tanınmış DVD diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, müşahidə kameraları birbaşa qəlyan aparatlarının olduğu yeri və qəlyan bölməsinin giriş hissəni qeydə alır. Görüntülərin ilk saniyələrində bir nəfər şəxsin, yəni Təqsirləndirilən şəxs giriş hissəyə yaxınlaşaraq içəriyə baxması müşahidə olunur. Digər görüntüdə isə Təqsirləndirilən şəxs qəlyan aparatlarının saxlanıldığı yerə daxil olaraq qəlyan aparatını sağ əli ilə götürüb oradan uzaqlaşması aydın müşahidə olunur. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(009)-206/2016 saylı hökmündən görünür ki, həmin hökmə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (i/v 170-173). İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü X5 adlı bir yetkinlik yaşına çatmayan uşağı var. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 75 (yetmiş beş) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına və X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, xx.xx.2019-cu il tarixli “müdafiəçi dəvət edilməsi haqqında” qərardan, ********* saylı cinayət işi üzrə tərtib edilmiş ittiham aktına əlavə edilmiş arayışdan və iş materiallarında olan “vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə” hesabatdan görünür ki, həmin cinayət işi üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən hüquqi yardım göstərilmişdir. Həmçinin Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-115/2020 saylı, xx.xx.2020-ci il tarixli qərara əsasən xx.xx.2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat və həmçinin Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 75 (yetmiş beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlansın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat və həmçinin Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-115/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-115/2020
12.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver