Məhkəmə qərarları › İş №1(006)-115/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-115/2021

22.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-115/2021 22.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X6 üzrə Şöbəsinin prokuroru X9, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X7 iştirakları ilə xx.xx.1957-ci il tarixdə Gürcüstan Respublikasının Bolnisi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun (MKSİF) İqtisadiyyat sektorunun böyük iqtisadçısı vəzifəsində işləyən, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, o, 25 may 2012-ci il tarixdən 5 yanvar 2017-ci il tarixədək Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Mikrokredit proqramı üzrə meneceri və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (Dünya Bankının) maliyyələşdirdiyi “Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının dəstəklənməsi layihəsi” üzrə (Kredit 8096-AZ) Mikromaliyyə proqramları üzrə menecer vəzifələrində işləyərkən qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı ilə Azərbaycan Respublikası Hökuməti arasında 16 noyabr 2011-ci il tarixdə bağlanmış 8096-AZ nömrəli kredit sazişinə əsasən həmin Bank tərəfindən Azərbaycan Respublikası Hökumətinə 3.000.000 (üç milyon) ABŞ dolları (həmin dövrün rəsmi məzənnəsi ilə 2.359.500 manat) məbləğində pul vəsaiti ayrıldıqdan sonra göstərilən məbləğ hesabına yaşayış şəraiti və gəlir imkanlarının dəstəklənməsi məqsədilə Azərbaycan Respublikasında yaşayan məcburi köçkünlərə kreditlər verilməsi üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən “xxxx” MMC (VÖEN **********) və “xxxx” MMC (VÖEN **********) vasitəçi kredit təşkilatı qismində seçildikdən sonra “xxxx” MMC ilə MKSİF arasında bağlanacaq kredit müqavilələrinə əsasən göstərilən kredit ittifaqına köçürülməli olan kredit məbləğlərindən müəyyən hissəsini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə 2012-ci ilin fevral-mart aylarında “xxxx” MMC-nin İdarə Heyətinin sədri Zərərçəkmiş şəxs1 ilə MKSİF-in Bakı şəhəri, Tbilisi prospekti, 57D ünvanında yerləşən inzibati binasındakı xidməti otağında görüşərək sonuncunun rəhbəri olduğu kredit təşkilatına 274.750 (iki yüz yetmiş dörd min yeddi yüz əlli) manat məbləğində kredit vəsaitinin ayrılacağını, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının müvafiq layihəsi Azərbaycan Respublikası Hökuməti tərəfindən guya sonda uğursuz hesab ediləcəyindən pul vəsaitinin qaytarılmasına ehtiyac olmayacağını, həmin vəsaitin 225.295 (iki yüz iyirmi beş min iki yüz doxsan beş) manat hissəsinin guya sərbəst dövriyyə vəsaiti kimi onun rəhbəri olduğu kredit təşkilatına qalacağını yalandan deyib Zərərçəkmiş şəxs1 aldadaraq, həmin pulun müqabilində isə kredit məbləğinin qalıq 49.455 manatının bir hissəsinin özünə çatası pul olaraq geri qaytarılmalı olduğunu bildirib Zərərçəkmiş şəxs1 ona olan inam və etibarından sui-istifadə edərək onun razılığını aldıqdan və 5 iyun 2012-ci il tarixdə MKSİF-nun cinayətdən xəbərsiz olan direktoru X11 ilə “xxxx” MMC-nin İdarə Heyətinin sədri Zərərçəkmiş şəxs1 arasında SFDİ/8096-AZ/MF/041 nömrəli kredit müqaviləsinin imzalanmasından sonra müqavilə şərtlərinə əsasən 274.750 manatın MKSİF tərəfindən “xxxx” MMC-yə tranşlarla ödənilməsi zamanı – 03 avqust 2012-ci il tarixdə 22.895,75 manat ödənildikdən sonra göstərilən məbləğdən 5.856 manatı Zərərçəkmiş şəxs1 “xxxx” ASC-nin Gəncə filialında olan hesabına mədaxil etməklə 9 avqust 2012-ci il tarixdə 86 nömrəli ödəniş tapşırığı ilə öz adına köçürmə yolu ilə, 23 avqust 2012-ci il tarixdə 68.687,25 manat ödənildikdən sonra göstərilən məbləğdən 12.338,32 manatı Zərərçəkmiş şəxs1 23 avqust 2012-ci il tarixli 05 nömrəli qəbzlə “xxxx” ASC-nin Gəncə filialında olan hesabına mədaxil etməklə həmin tarixdə 05 nömrəli ödəniş tapşırığı ilə öz adına köçürmə yolu ilə, 24 avqust 2012-ci il tarixdə 22.895,75 manat ödənildikdən sonra göstərilən məbləğdən 4.112,77 manatı 4 sentyabr 2012-ci il tarixli 01 nömrəli qəbzlə Zərərçəkmiş şəxs1 “xxxx” ASC-nin Gəncə filialında olan hesabına mədaxil etməklə həmin tarixdə 01 nömrəli ödəniş tapşırığı ilə öz adına köçürmə yolu ilə, 11 sentyabr 2012-ci il tarixdə 22.895,75 manat ödənildikdən sonra göstərilən məbləğdən 4.112,77 manatı 12 sentyabr 2012-ci il tarixli 86 nömrəli qəbzlə Zərərçəkmiş şəxs1 “xxxx” ASC-nin Gəncə filialında olan hesabına mədaxil etməklə həmin tarixdə 86 nömrəli ödəniş tapşırığı ilə öz adına köçürmə yolu ilə göndərdiyi cəmi 26.419,86 manat (iyirmi altı min dörd yüz on doqquz manat səksən altı qəpik) məbləğində pul vəsaitlərini, göstərilən vəsaitlərin göndərildiyi müvafiq tarixlərdə ünvan 3 ünvanda yerləşən “xxxx” ASC-nin 15 saylı filialından şəxsən götürməklə, həmçinin, eyni niyyətlə, 2013-cü ilin avqust ayında istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsindən “xxxx” MMC-nin İdarə Heyətinin sədri Zərərçəkmiş şəxs1 istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefon nömrəsinə zəng edərək sonuncunun MKSİF-ə ödədiyi rüblük faiz məbləğinin 1/3 hissəsini bank vasitəsilə rəsmi olaraq ödəyə biləcəyini, digər 2/3 hissəsini özünə götürə biləcəyini, göstərilən halın kredit itifaqının rüblük ödəmələrində pozuntu kimi görünməyəcəyini, özünün həmin məsələni guya həll edəcəyini yalandan deyib Zərərçəkmiş şəxs1 aldadaraq, özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edib, burun müqabilində ödənilməli rüblük faiz məbləğinin digər üçüncü hissəsinin özünə ödənilməli olduğunu bildirib razılığını aldıqdan sonra Zərərçəkmiş şəxs1 tərəfindən “xxxx” ASC-nin Gəncə filialından pul köçürməsi yolu ilə özünün adına göndərilmiş pul vəsaitlərini, o cümlədən, 13 avqust 2013-cü il tarixli 62911709 nömrəli bildirişlə göndərilmiş 1.280 manat, 13 dekabr 2013-cü il tarixli 94750530 nömrəli bildirişlə göndərilmiş 1.000 manat, 17 fevral 2014-cü il tarixli 61104045 nömrəli bildirişlə göndərilmiş 1.776 manat, 22 aprel 2014-cü il tarixli 90542448 nömrəli bildirişlə göndərilmiş 828 manat, 27 fevral 2015-ci il tarixli 78085614 nömrəli bildirişlə göndərilmiş 1.275 manat, cəmi 6.159 (altı min bir yüz əlli doqquz) manatı qeyd edilən tarixlərdə həmin ünvanda yerləşən “xxxx” ASC-nin 15 saylı filialından şəxsən götürüb, şəxsi ehtiyaclarına sərf etməklə, ümumilikdə qeyd edilən qaydada qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus cəmi 32.578,86 manat (otuz iki min beş yüz yetmiş səkkiz manat seksən altı qepik) məbləğində pul vəsaitini ələ keçirib ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, qeyd edilən vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2015-ci ilin fevral ayında istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefon nömrəsindən “xxxx” MMC-nin İdarə Heyətinin üzvü X4 istintaqla müəyyən edilməyən mobil telefon nömrəsinə zəng edərək, Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən MKSİF-ə yoxlama gəldiyini, qeyd edilən yoxlamanın Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının layihəsi əsasında MKSİF tərəfindən kredit ittifaqlarına ayrılmış kredit məbləğləri, o cümlədən “xxxx” MMC-yə 24.01.2013-cü il tarixli SFDİ/8096-AZ/MF/097 nömrəli müqavilə üzrə ayrılmış 157.000 manat məbləğində pul vəsaiti ilə bağlı olduğunu yalandan bildirib İlqar Həsənovu aldadaraq, yoxlama ilə bağlı gündəlik xərcləri qarşılamaq üçün ona müəyyən məbləğdə pul vəsaiti ödəməli olduğunu yalandan deyib sonuncunun ona olan inam və etibarından sui-istifadə edib razılığını alaraq, İlqar Həsənovun müvafiq pul vəsaitinin ödənilməsində köməklik göstərilməsi ilə bağlı tanışı - Rusiya Federasiyasının Moskva şəhərində yaşayan Zərərçəkmiş şəxs2 müraciətindən sonra sonuncu tərəfindən 11 fevral 2015-ci il tarixdə bank köçürməsi yolu ilə özünün adına göndərilmiş 1.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 784,4 manat məbləğində pul vəsaitini 11 fevral 2015-ci il tarixdə qeyd edilən ünvanda yerləşən “xxxx” ASC-nin 15 saylı filialından şəxsən götürüb şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 784,4 manat (yeddi yüz səksən dörd manat qırx qəpik) məbləğində pul vəsaitini ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda 2004cü ildən işəmiş, 2004-2006-cı illərdə mühasib, 2006-cı ildən 2012-ci illərdə Hökümət mikrokredit proqramı üzrə menecer, 2012-ci ilin iyun ayından 2016-cı ilin dekabr ayına qədər Dünya bankının proqramı üzrə meneceri vəzifəsində işləmişdir. 2017-ci ildən Fondda İqtisadiyyat sektorunun böyük iqtisadçısı vəzifəsində işləmişdir. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda 2007-ci ildən 2013-cü ilə qədər Ayaz Orucov, 2013cü ildən 2015-ci ilə qədər Fərhad Təhmazov, 2015-ci ildən isə direktor Sabir Əhmədov işləmişdir. 2018-ci ildən direktor vəzifəsində Mahir Abbaszadə işləmişdir. Dünya Bankı tərəfindən məcburi köçkünlərin kiçik sahibkarlıq fəaliyyətlərinin dəstəklənməsi məqsədilə 3.000.000 ABŞ dolların 2.000.000 ABŞ dolları Dünya Bankının Azərbaycan Respublikasındakı nümayəndələri Fərid Baxşıyev və adını hazırda xatırlamadığı daha bir nəfərin monitorinqlərindən sonra 5 kredit ittifaqına - “xxxx” MMC, "xxxx" MMC, “xxxx” MMC, “xxxx” MMC, “xxxx” MMC-yə ayrılmışdır. Dünya Bankı qalan 1.000.000 ABŞ dolların tender əsasında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən kredit ittifaqlarına ayrılmasını məqbul görmüşdür. Bundan sonra tender nəticəsində “xxxx” MMC, “xxxx” MMC, “xxxx” MMC, “xxxx” MMC və “xxxx” MMC-yə kredit vəsaitləri ayrılmışdır. Qeyd edilən kredit ittifaqları ilə müqavilələri müvafiq dövrdə Fondun direktoru vəzifəsində işləmiş Ayaz Orucov imzalamış, menecer kimi onun və direktor müavini kimi Sabir Əhmədov tərəfindən isə imzalarla vizalar verilmişdir. Qeyd edilən müqavilələr bağlanıldıqdan sonra kredit vəsaitləri göstərilən kredit ittifaqlarına tranşlarla köçürülmüşdür. Bundan sonra, o, ayrılmış kredit vəsaitinin xərc istiqamətini yoxlamaq üçün hər rübdə bir dəfə olmaqla bir, yaxud iki kredit ittifaqının monitorinqini etmək məqsədilə müvafiq ittifaqın yerləşdiyi yerlərə getmişdir. Həmin zaman seçmə üsulu ilə kredit ittifaqları tərəfindən borcalanlara kredit vəsaitinin müqavilədə nəzərdə tutulmuş şərtlərə uyğun ayrılıb-ayrılmadığını yoxlamışdır. Monitorinq barədə iş yerinə qayıtdıqdan sonra bu barədə arayışlar yazmışdır. Bundan başqa, Dünya Bankının nümayəndələri tərəfindən hər 6 aydan bir müəyyən kredit ittifaqlarının müqavilə şərtlərinə uyğun olaraq kredit vəsaitlərini ayırıb-ayırmadığı yoxlanılmış və bu barədə Nazirlər Kabinetinə məlumat verilmişdir. 2016-cı ildə müqavilələrin müddəti başa çatdıqda kredit ittifaqlarının borclarını qaytarmadıqları üçün Dünya bankına müddətin layihənin müddətinin sonuna qədər, yəni 2016-cı ilin dekabr ayına qədər uzadılması barədə müraciət olunmuş, müraciətlərinə müsbət cavab verildiyi üçün kredit ittifaqları ilə müqavilələr 2016-cı ilin dekabr ayına qədər uzadılmışdır. “xxxx" MMC, o cümlədən digər hansısa kredit ittifaqına ayrılmış kredit vəsaitləri üzrə vəsaitin hansısa bir hissəsini heç vaxt götürməmiş, göstərilən məqsədlə heç kimlə sövdələşmə aparmamışdır. Qeyd edilən kredit ittifaqlarına ayrılmış kredit məbləğinin hamısı müvafiq kredit ittifaqlarına ödənilmişdir. Zərərçəkmiş şəxs1 “xxxx" MMC-nin direktoru kimi iş əsnasında tanımışdır. MKSİF-na gələndə həmin kredit ittifaqı Fondla artıq işləmişdir. Anar hələ 2010-cu ildə söhbətlərində X5 adlı təşkilatlarının olduğunu, göstərilən təşkilatın Gəncə şəhərində istixana fəaliyyətini həyata keçirdiyini bildirmişdir. Həmçinin, 2011-ci ildə Anar yeni istixanalar tikmək istədiyini bildirmiş, o da Anara dövlət işindən çıxıb onunla birlikdə göstərilən fəaliyyətlə məşğul olmaq istədiyini bildirmişdir. Anar da razılaşmış, 2012-ci ilin mart ayı ərzində olan söhbətlərində Anar istixana fəaliyyətinin həyata keçirilməsi üçün 120.000 manata ehtiyacın olduğunu, 60.000 manatın özü tərəfindən, 60.000 manatın da onun tərəfindən kapital kimi qoyulmasını təklif etmiş, o da razılaşmış, atası Şəmistan Mikayılovdan götürdüyü 40.000 manat və özündə olan 17.000 manatı cəmləyib, 57.000 manatı əlbəəl, 2012-ci ilin mart ayında Anara vermişdir. Təxminən 3-4 ay ərzində Anarın heç bir fəaliyyətinin olmadığını görmüş və ondan pulunu tələb etmiş, o da bank köçürməsi yolu ilə və əlbəəl olaraq 57.000 manatı tam olaraq qaytarmışdır. 11.02.2015-ci il tarixdə köçürmə sənədi ilə Zərərçəkmiş şəxs2 tərəfindən ona göndərilmiş 1.000 ABŞ dolları Zərərçəkmiş şəxs1 borclu qaldığı puldan bir hissə olmuşdur. Qeyd edilən pulun ödənildiyi ərəfədə Anarla əlaqə saxlamış, ona borclu olduğunu, pula ehtiyacının olduğunu bildirmiş, Anar da pulu göndərəcəyini demişdir. Bundan sonra, Ceyhunun onun adına 1.000 ABŞ dollar köçürtdüyünü görmüş və həmin pulu Anarın ona ödəməli olduğu pul kimi başa düşmüşdür. Ha-hazırda zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam ödəməklə onlarla barışıq əldə etdiyini və həmin şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, zərərin 25 faizi həcmində dövlət büdcəsinə ödəniş etdiyini bildirib, barəsində olan cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, “xxxx” MMC-nin İdarə heyətinin sədri vəzifəsində 2009-cu ildən işləmiş, MMC 1999-cu ildə təsis edilmiş, 2002-ci ildən fəaliyyətə başlamış, 2002-ci ildən 2009-cu ilə qədər MMC-nin idarə heyətinin sədri vəzifəsində qardaşı X14 işləmişdir. 2012ci ilin fevral-mart aylarında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun əməkdaşı Təqsirləndirilən şəxs ***-***-**-** nömrəli mobil telefon nömrəsindən onun həmin dövrdə istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsinə zəng edərək Dünya Bankının layihəsi əsasında məcburi köçkünlərin kiçik sahibkarlıq fəaliyyətlərinin dəstəklənməsi məqsədilə Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna kredit ayrıldığı, rəhbəri olduğu “xxxx” MMC-nin də iştirakçı olduğunu, bağlanacaq kredit müqavilələrində illik faiz dərəcəsinin 6 faiz, müddətin 4 il olduğunu, əsas məbləğin müqavilə müddətinin son aylarında hissələrlə ödənilməli olduğunu, faizlərin isə rüblük ödənilməli olduğunu demiş, habelə onu Fonda dəvət etmişdir. Həmin vaxt Fonda getmiş, Arifin xidməti otağında qəbulunda olan zaman sonuncu “xxxx” MMC-yə 274.750 manat ayrılacaq kredit məbləğinin 18 faizi hissəsinin Fonda çatası pul olaraq ona geri qaytarılmalı olduğunu bildirdikdə o faiz dərəcəsinin yüksək olduğunu, şərtlərin sərf etmədiyini bildirmişdir. Arif isə göstərilən 18 faiz hissənin, yəni 49.455 manatın ona qeyri-rəsmi ödənilməsinin heç bir problem yaratmayacağını, göstərilən məbləği ona verdikdən sonra qalan kredit vəsaiti olan 225.295 manatın sərbəst dövriyyə vəsaiti kimi rəhbəri olduğu kredit ittifaqına qalacağını, Dünya Bankının müvafiq layihəsinin Azərbaycan Respublikası höküməti tərəfindən sonda uğursuz hesab olunacağını, bu səbəbdən də 225.295 manatın qaytarılmasına ehtiyacın olmadığını demişdir. O da Arifin dediyi şərtlərin sərfəli olduğunu düşünmüş və onun təklifi ilə razılaşmışdır. Sonra 2012-ci ilin iyun ayının əvvəllərində “xxxx” MMC-nin İdarə heyətinin sədri kimi onunla Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Ayaz Orucov arasında kredit müqaviləsi bağlanılmışdır. Kredit müqaviləsini imzalayarkən artıq Ayaz Orucovun müqavilədə imzası olmuş, o, müqaviləni Arifin xidməti otağında imzalamışdır. Sonra təxminən 6 tranşla 2012-ci ilin iyun-sentyabr ayları ərzində 274.750 manat Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun bank hesabından “xxxx” MMC-nin bank hesabına ödənilmişdir. 09.08.2012-ci il tarixli 86 nömrəli qəbzlə “xxxx” ASC-nin Gəncə filialında olan hesaba 5.867,1 manat mədaxil etməklə həmin tarixdə 86 nömrəli ödəniş tapşırığı ilə Arifə 5.856 manat, 23.08.2012-ci il tarixli 05 nömrəli qəbzlə “xxxx” ASC-nin Gəncə filialında olan hesaba 12.363 manat mədaxil etməklə həmin tarixdə 05 nömrəli ödəniş tapşırığı ilə Arifə 12.338,32 manat, 04.09.2012ci il tarixli 01 nömrəli qəbzlə “xxxx" ASC-nin Gəncə filialında olan hesaba 4.121 manat mədaxil etməklə həmin tarixdə 01 nömrəli ödəniş tapşırığı ilə Arifə 4.112,77 manat, 12.09.2012-ci il tarixli 86 nömrəli qəbzlə “xxxx” ASC-nin Gəncə filialında olan hesaba 4.121 manat mədaxil etməklə həmin tarixdə 86 nömrəli ödəniş tapşırığı ilə Arifə 4.112,77 manat göndərmişdir. Arif tranşla məbləği göndərdiyi gün ona zəng edərək məbləği göndərdiyini bildirmiş və 18 faizin təcili ona çatdırılmalı olduğunu demişdir. O da qeyd etdiyi tarixlərdə ona bank yolu ilə cəmi 26.419,86 manat göndərmişdir. Arifə 13.08.2013cü il tarixli 86 nömrəli qəbzlə “xxxx” ASC- nin Gəncə filialından Monex pul köçürməsi ilə göndərdiyi 1.280 manat, 13.12.2013-cü il tarixli 05 nömrəli qəbzlə “xxxx” ASC-nin Gəncə filialında olan hesaba 1.002 manat mədaxil etməklə həmin tarixdə pul köçürməsi ilə göndərdiyi 1.000 manat, 17.02.2014-cü il tarixli 10 nömrəli qəbzlə “xxxx” ASC-nin Gəncə filialında pul köçürməsi ilə göndərdiyi 1.776 manat, 22.04.2014-cü il tarixli 05 nömrəli qəbzlə “xxxx” ASC-nin Gəncə filialında pul köçürməsi ilə göndərdiyi 828 manat, 27.02.2015-ci il tarixli 1 nömrəli qəbzlə “xxxx” ASC-nin Gəncə filialında pul köçürməsi ilə göndərdiyi 1.275 manat isə rəhbəri olduğu kredit ittifaqının MKSİF-ə rüblük ödəməli olduğu faiz məbləğlərinin 1/3 hissəsi olmuşdur. Belə ki, Arif qeyd etdiyi 2013-cü ilin avqust ayında ona zəng edərək rüblük Fonda ödədiyi faiz məbləğinin 1/3 hissəsini bank vasitəsilə rəsmi ödəyə biləcəyini, digər 2/3 hissəni ona göndərə biləcəyini, digər 3/3 hissəni isə özünə götürə biləcəyini, göstərilən halın rüblük ödəmələrində pozuntu kimi görsənməyəcəyini, özünün həmin məsələni həll edəcəyini demişdir. O da Arifin tələbi sərfəli olduğu üçün razılaşmış, bu səbəədən də qeyd etdiyi tarixlərdə rüblük faiz məbləğlərinin 1/3 hissəsini qeyri-rəsmi olaraq ona ödəmişdir. Təqsirləndirilən şəxs ilə ortaq sahibkarlıq fəaliyyəti olmamışdır. Arif öz aldığı qanunsuz pullara haqq qazandırmaq üçün özündən uydurma hadisə danışmış, X1rdaşı X15 sədri işləmiş, Arif ondan əvvəl Vüqarı tanımış, ola bilsin qardaşı həmin yerdə işləməsi barədə Arifə məlumat vermişdir. X5 Avropa Birliyi ilə ortaq layihə əsasında fəaliyyət göstərmiş, Azərbaycan Respublikası ərazisində neft kəmərinin keçdiyi şəhər və rayonlarda kəmərin keçdiyi yaşayış yerlərində əhalidə kəmərə qarşı hansısa neqativ halın aradan qaldırılması üçün hər bir yaşayış sahəsinin 160 kvadratmetr ərazisində istixana tikintisini həyata keçirmişdir. Həmin Assosiasiyada onun heç bir fəaliyyəti olmamışdır. Qeyd edilən məbləğləri Arifə ödədikdən sonra sonuncunun onu aldatdığını, rəhbəri olduğu kredit ittifaqına ayrılmış kredit məbləğindən 225.295 manatın Arifin vəd etdiyi kimi sərbəst dövriyyə vəsaiti kimi qalmadığını, göstərilən məbləğin MKSİF tərəfindən ondan tələb olunduğu, o cümlədən rüblük ödəmələr adı ilə Arifə köçürdüyü məbləğlərin də onun müvafiq rüblük öhdəlik məbləğlərində nəzərə alınmadığını, nəticədə köçürmə yolu ilə Arifə ödədiyi 32.578,86 manatın sonuncu tərəfindən aldatma yolu ilə ələ keçirildiyini, istintaq dövründə müvafiq 32.578,86 manatın Təqsirləndirilən şəxs tərəfindən ona ödənildiyini və bu səbəbdən də Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, cinayət məsuliyyətindən azad olunması ilə bağlı qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs2 tərəfindən Nəsimi rayon məhkəməsinə ünvanlanmış 23.02.2021ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı şikayətçi deyil, ona dəymiş ziyan tamamilə ödənildiyindən aralarında barışıq əldə edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs2 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan cinayət işinin başlanılması haqqında 22 iyun 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 179.3.2 və 308.2-ci maddələri ilə cinayət işi başlanılmışdır (cild 1, i.v. 1-6); İş materiallarında olan 16 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 179.3.2 və 308.2-ci maddələrindən həmin Məcəllənin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə töfsif edilmişdir (cild 13, i.v. 32-67); İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorunun 17 sentyabr 2020-ci il tarixli qərarı ilə cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə həvalə edilmişdir (cild 13, i.v. 70-71); İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 16 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 13, i.v. 9); İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 16 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 13, i.v. 21); İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 20.07.2020-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Əməliyyat-sorğu katotekasında heç bir məlumat yoxdur (cild 10, i.v 22). İş materiallarında olan Zərərçəkmiş şəxs2 Gəncə şəhəri 5 saylı notariat ofisinin xüsusi notariusu X10 tərəfindən 17.09.2020-ci il tarixdə təsdiq edilmiş ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs2 vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmişdir (cild 13, i.v. 68); İş materiallarında olan Zərərçəkmiş şəxs1 Gəncə şəhəri 2 saylı notariat ofisinin xüsusi notariusu X8 tərəfindən 17.09.2020-ci il tarixdə təsdiq edilmiş ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs1 vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmişdir (cild 13, i.v. 69); İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 17 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutlmuş ittiham elan edilmişdir (cild 13, i.v. 72-75, 88-90); İş materiallarında olan istintaq zamanı “xxxx” MMC-dən 19.08.2020-ci il tarixli 12523 nömrəli məktubla daxil olmuş üzərində “15962 23.07.20” rəqəmləri yazılmış ağ rəngli CD diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi ********** mobil telefon nömrəsindən 05.08.2013-cü il tarixdə saat 15:18:06-da Zərərçəkmiş şəxs1 istifadə etdiyi ********** mobil telefon nömrəsinə zəng edərək 18 saniyə, həmçinin ********** mobil telefon nömrəsindən 06.08.2013-cü il tarixdə saat 15:15:18-də Zərərçəkmiş şəxs1 istifadə etdiyi ********** mobil telefon nömrəsinə zəng edərək 35 saniyə danışıq apardığı müəyyən edilmişdir (cild 13, i.v. 5-6); İş materiallarında olan MKSİF ilə bağlanılmış müqavilələrin surətlərindən görünür ki, “xxxx" MMC ilə bağlanılmış 05.06.2012-ci il tarixli SFDİ/8096-AZ/MF/041 nömrəli müqavilə əsasında həmin kredit ittifaqına 274.750 manat ve 09.01.2014-cü il tarixli SFDİ/8096 AZ/MF/041 (Əlavə №1) nömrəli müqavilə əsasında həmin kredit ittifaqına 100.000 manat, “xxxx” MMC ilə bağlanılmış 24.01.2013-cü il tarixli SFDİ/8096-AZ/MF/097 ncmrəli müqavilə əsasında həmin kredit ittifaqına 157.000 manat kredit verilmişdir (cild 7, i.v. 94-99; cild 7, i.v. 120-125); İş materiallarında olan MKSİF ilə “xxxx” MMC arasında bağlanılmış 05.06.2012-ci il tarixli SFDİ/8096-AZ/MF/041 nömrəli müqaviləyə əlavə E-dən görünür ki, MKSİF tərəfindən 11.06.2012-ci il tarixdə 91.583 manat, 11.07.2012-ci il tarixdə 91.583 manat, 11.08.2012-ci il tarixdə 91.584 manat olmaqla cəmi 274.750 manat “xxxx” MMC-yə ödənilməli, “xxxx” MMC tərəfindən isə 10.01.2016-cı il tarixdə 91.583 manat, 10.02.2016-cı il tarixdə 91.583 manat, 10.03.2016-cı il tarixdə 91.584 manat olmaqla, cəmi 274.750 manat MKSİF-ə qaytarılmalı olmuşdur. Eyni zamanda, MKSİF ilə “xxxx” MMC arasında bağlanılmış 09.01.2014-cü il tarixli SFDİ/8096-AZ/MF/041 (Əlavə №1) nömrəli müqaviləyə əlavə E-dən görünür ki, MKSİF tərəfindən 10.01.2014-cü il tarixdə 100.000 “xxxx” MMC-yə ödənilməli, “xxxx” MMC tərəfindən isə 01.03.2016-cı il tarixdə 100.000 manat MKSİF-ə qaytarılmalı olmuşdur (cild 7, i.v. 100; cild 7, i.v. 126); İş materiallarından görünür ki, MKSİF tərəfindən “xxxx” MMC-yə ayrılmış kredit vəsaitindən 11 iyun 2012-ci il tarixli ödəniş tapşırığı əsasında 68.687,25 manat, 23 iyul 2012-ci il tarixli ödəniş tapşırığı əsasında 68.687.25 manat, 30 iyul 2012-ci il tarixli ödəniş tapşırığı əsasında 22.895.75 manat, 22 avqust 2012-ci il tarixli ödəniş tapşırığı əsasında 68.687.25 manat, 22 avqust 2012-ci il tarixli ödəniş tapşırığı əsasında 22.895.75 manat, 04 sentyabr 2012-ci il tarixli ödəniş tapşırığı əsasında 22.895.75manat, 17 yanvar 2014-cü il tarixli ödəniş tapşırığı əsasında 100.000 manat köçürülmüşdür (cild 7, i.v. 242); İş materiallarından görünür ki, MKSİF tərəfindən “xxxx” MMC-yə ayrılmış kredit vəsaitindən 21 fevral 2013-cü il tarixli ödəniş tapşırığı əsasında 117.750 manat, 13 mart 2013-cü il tarixli ödəniş tapşırığı əsasında 39.250 manat köçürülmüşdür (cild 2, i.v. 77-79); İş materiallarında olan 09.08.2012-ci il tarixli 86 nömrəli qəbzdən Zərərçəkmiş şəxs1 5.856 manatı “xxxx” ASC-nin Gəncə filialında olan hesaba mədaxil etməklə 09.08.2012-ci il tarixdə 86 nömrəli ödəniş tapşırığı ilə Təqsirləndirilən şəxs adına, 23.08.2012-ci il tarixli 05 nömrəli qəbzdən Zərərçəkmiş şəxs1 12.338,32 manatı “xxxx” ASC-nin Gəncə filialında olan hesaba mədaxil etməklə həmin tarixdə 05 nömrəli ödəniş tapşırığı ilə Təqsirləndirilən şəxs adına, 04.09.2012-ci il tarixli 01 nömrəli qəbzdən Zərərçəkmiş şəxs1 4.112,77 manatı “xxxx” ASC-nin Gəncə filialında olan hesaba mədaxil etməklə həmin tarixdə 01 nömrəli ödəniş tapşırığı ilə Təqsirləndirilən şəxs adına, 12.09.2012-ci il tarixli 86 nömrəli qəbzdən Zərərçəkmiş şəxs1 4.112,77 manatı “xxxx” ASC- nin Gəncə filialında olan hesaba mədaxil etməklə həmin tarixdə 86 nömrəli ödəniş tapşırığı ilə Təqsirləndirilən şəxs adına köçürmə yolu ilə göndərdiyi, habelə 13.08.2013-cü il tarixli 62911709 nömrəli bildirişdən Zərərçəkmiş şəxs1 “xxxx” ASC-nin Gəncə filialından pul köçürməsi ilə Təqsirləndirilən şəxs adına 1.280 manat, 13.12.2013-cü il tarixli 94750530 nömrəli bildirişdən Zərərçəkmiş şəxs1 “xxxx" ASCnin Gəncə filialından pul köçürməsi ilə Təqsirləndirilən şəxs adına 1.000 manat, 17.02.2014-cü il tarixli 61104045 nömrəli bildirişdən Zərərçəkmiş şəxs1 “xxxx” ASC-nin Gəncə filialında pul köçürməsi ilə Təqsirləndirilən şəxs adına 1.776 manat, 22.04.2014-cü il tarixli 90542448 nömrəli bildirişdən Zərərçəkmiş şəxs1 “xxxx" ASC-nin Gəncə filialında pul köçürməsi ilə Təqsirləndirilən şəxs adına 828 manat, 27.02.2015-ci il tarixli 78085614 nömrəli bildirişdən Zərərçəkmiş şəxs1 “xxxx" ASC-nin Gəncə filialında pul köçürməsi ilə Təqsirləndirilən şəxs adına 1.275 manat göndərdiyi, o cümlədən 11.02.2015-ci il tarixli ********* nömrəli köçürmə sənədindən Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs adına 1.000 ABŞ dolları göndərdiyi görünür. Həmçinin, iş materiallarında olan qeyd edilən köçürmə sənədlərindən sonuncunun müvafiq məbləğləri ünvan 3 ünvanda yerləşən “xxxx" ASC-nin 15 saylı filialından məxaric etdiyi görünür (cild 1, i.v. 141-158); İş materiallarında olan "xxxx" MMC-nin nizamnaməsinin surətindən görünür ki, göstərilən cəmiyyət 14 iyun 2001-ci il tarixli təsis müqaviləsi əsasında yaradılmış, mənafe ümumiliyi əsasında könüllü birləşən fiziki şəxslərin və kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərin sərbəst pul vəsaitlərini cəmləşdirmək yolu ilə özlərinin qarşılıqlı kreditləşdirilməsi (toplanan pul vəsaiti hesabına üzvlərin təsərrüfat və sosial ehtiyaclarının ödənilməsi üçün verilən qısa ve uzun müddətli kreditlər) üçün yaratdıqları bank olmayan kredit təşkilatı olan, xüsusi mülkiyyət formasına əsaslanan Məhdud Məsuliyyətli Cəmiyyət növündə fəaliyyət göstərən kommersiya təşkilatıdır (cild 1, i.v. 118-129); İş materiallarında olan “xxxx” MMC-nin nizamnaməsinin surətindən görünür ki, göstərilən cəmiyyət 26 fevral 2009-cu il tarixli təsisçilərin yığıncağının protokolu əsasında yaradılmış, yaradılmasında məqsəd ittifaqın üzvlərinə məqsədli qısa və uzun müddətli kreditlər verilməsi olan Məhdud Məsuliyyətli Cəmiyyət növündə fəaliyyət göstərən kommersiya təşkilatıdır (cild 6, i.v. 178-188); İş materiallarında olan Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktorunun 084k/12 nömrəli 08.05.2012-ci il tarixli əmrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının dəstəklərməsi layihəsi” üzrə (Kredit 8096-AZ) Mikromaliyyə proqramlar üzrə menercer vəzifəsinə təyin olunmuş, ona həmçinin 25.05.2012-ci il tarixdən MKSİF-in mikrokredit proqramı üzrə menecer vəzifəsinin icrası tapşırılmışdır. Eyni zamanda, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktorunun 05.01.2017-ci il tarixli 006k/17 nömrəli əmrinin surətindən görünür ki, Dünya bankının vəsaiti hesabına Mikromaliyyə proqramlar üzrə menecer vəzifəsində işləyən Təqsirləndirilən şəxs öz xahişinə əsasən işdən azad olunmuş, Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun İqtisadiyyat sektorunun böyük iqtisadçısı vəzifəsində işləməyə başlamışdır (cild 8, i.v. 175; cild 8, i.v. 178); İş materiallarında olan Azərbaycan Respublikası Hesablama Palatasının "Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən həyata keçirilən “Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının dəstəklənməsi layihəsi” üzrə Dövlət büdcəsi vəsaiti və Dünya Bankından cəlb edilmiş kredit vəsaitlərindən istifadə vəziyyətinin auditi haqqında” 19.02.2015-ci il tarixli aktının surətindən görünür ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən həyata keçirilən “Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının dəstəklənməsi layihəsi” üzrə Dövlət büdcəsi vəsaiti və Dünya Bankından cəlb edilmiş kredit vəsaitlərindən 2012-2014-cü illər üzrə istifadə vəziyyəti Hesablama Palatası tərəfindən yoxlanılmış, yoxlama tədbirləri 21.01.2015-ci il tarixdən 20.02.2015-ci il tarixədək davam etmişdir. Həmçinin yoxlama aktından Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun müvafiq fəaliyyət dövrü üzrə hər hansı kənarlaşmanın aşkar edilmədiyi görünür (cild 12, i.v. 1-25); İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında haqqında 16 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, “xxxx” MMC-dən 19.08.2020-ci il tarixli 12523 nömrəli məktubla daxil olmuş üzərində "15962 23.07.20” rəqəmləri yazılmış ağ rəngli CD disk, "xxxx” MMC ilə bağlanılmış 05.06.2012-ci il tarixli SFDİ/8096-AZ/MF/041 nömrəli müqavilə, “xxxx” MMC ilə bağlanılmış 24.01.2013-cü il tarixli SFDİ/8096-AZ/MF/097 nömrəli, MKSİF ilə "xxxx" MMC arasında bağlanılmış 05.06.2012-ci il tarixli SFDİ/8096-AZ/MF/041 nömrəli müqaviləyə əlavə E, 09.08.2012-ci il tarixli 86 nömrəli qəbz, 09.08.2012-ci il tarixdə 86 nömrəli ödəniş tapşırığı 23.08.2012-ci il tarixli 05 nömrəli qəbz və eyni tarixli 05 nömrəli ödəniş tapşırığı, 04.09.2012-ci il tarixli 01 nömrəli qəbz və eyni tarixli 01 nömrəli ödəniş tapşırığı, 12.09.2012-ci il tarixli 86 nömrəli qəbz və eyni tarixli 86 nömrəli ödəniş tapşırığı, 13.08.2013-cü il tarixli 62911709 nömrəli bildiriş, 13.12.2013-cü il tarixli 94750530 nömrəli bildiriş, 17.02.2014-cü il tarixli 61104045 nömrəli bildiriş, 22.04.2014-cü il tarixli 90542448 nömrəli bildiriş, 27.02.2015-ci il tarixli 78085614 nömrəli bildiriş, 11.02.2015-ci il tarixli ********* nömrəli köçürmə sənədi, 11 iyun 2012-ci il, 23 iyul 2012-ci il, 30 iyul 2012-ci il, 22 avqust 2012-ci il tarixli, 22 avqust 2012-ci il tarixli, 04 sentyabr 2012-ci il tarixli ödəniş tapşırıqları, Azərbaycan Respublikasının Hesablama Palatasının “Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən həyata keçirilən “Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının dəstəklənməsi layihəsi” üzrə Dövlət büdcəsi vəsaiti və Dünya Bankından cəlb edilmiş kredit vəsaitlərindən istifadə vəziyyətinin auditi haqqında” 19.02.2015-ci il tarixli aktının surəti maddi sübut kimi tanınmışdır (cild 13, i.v. 32-67); Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi notarial qaydada ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı iddiasının, şikayətinin və tələbinin olmadığını bildirmişdir. “xxxx” ASC-nin Bravo filialının 09.03.2021-ci il tarixli, TT**********562834082 nömrəli Qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilindiyi cinayət işi üzrə dəymiş ziyanın 25 %-ni, yəni 8340,82 (səkkiz min üç yüz qırx) manat (səksən iki) qəpik dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxslərlə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən xitam verilməsinə razı olduğunu bildirmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın ümumi məbləği 33.363,26 manat olmuş, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarı 8340,82 (səkkiz min üç yüz qırx) manat (səksən iki) qəpik təşkil etmiş, Təqsirləndirilən şəxs tərəfindən 8340,82 (səkkiz min üç yüz qırx) manat (səksən iki) qəpik dövlət büdcəsinə ödəniş edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadəsini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığını və dəymiş ziyanı tamamilə ödədiyini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət təqibinə xitam verilməli və Təqsirləndirilən şəxs həmin maddələr üzrə cinayət məsuliyyətindən azad edilməli, iş üzrə maddi sübut kimi tanınmış “xxxx” MMC- dən 19.08.2020-ci il tarixli 12523 nömrəli məktubla daxil olmuş üzərində "15962 23.07.20” rəqəmləri yazılmış ağ rəngli CD disk, "xxxx” MMC ilə bağlanılmış 05.06.2012-ci il tarixli SFDİ/8096-AZ/MF/041 nömrəli müqavilə, “xxxx” MMC ilə bağlanılmış 24.01.2013-cü il tarixli SFDİ/8096-AZ/MF/097 nömrəli, MKSİF ilə "xxxx" MMC arasında bağlanılmış 05.06.2012-ci il tarixli SFDİ/8096-AZ/MF/041 nömrəli müqaviləyə əlavə E, 09.08.2012-ci il tarixli 86 nömrəli qəbz, 09.08.2012-ci il tarixdə 86 nömrəli ödəniş tapşırığı 23.08.2012-ci il tarixli 05 nömrəli qəbz və eyni tarixli 05 nömrəli ödəniş tapşırığı, 04.09.2012-ci il tarixli 01 nömrəli qəbz və eyni tarixli 01 nömrəli ödəniş tapşırığı, 12.09.2012-ci il tarixli 86 nömrəli qəbz və eyni tarixli 86 nömrəli ödəniş tapşırığı, 13.08.2013-cü il tarixli 62911709 nömrəli bildiriş, 13.12.2013-cü il tarixli 94750530 nömrəli bildiriş, 17.02.2014-cü il tarixli 61104045 nömrəli bildiriş, 22.04.2014-cü il tarixli 90542448 nömrəli bildiriş, 27.02.2015-ci il tarixli 78085614 nömrəli bildiriş, 11.02.2015-ci il tarixli ********* nömrəli köçürmə sənədi, 11 iyun 2012-ci il, 23 iyul 2012-ci il, 30 iyul 2012-ci il, 22 avqust 2012-ci il tarixli, 22 avqust 2012-ci il tarixli, 04 sentyabr 2012-ci il tarixli ödəniş tapşırıqları, Azərbaycan Respublikası Hesablama Palatasının “Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən həyata keçirilən “Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının dəstəklənməsi layihəsi” üzrə Dövlət büdcəsi vəsaiti və Dünya Bankından cəlb edilmiş kredit vəsaitlərindən istifadə vəziyyətinin auditi haqqında” 19.02.2015-ci il tarixli aktının surətlərinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 348, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs həmin maddələr üzrə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış “xxxx” MMC-dən 19.08.2020-ci il tarixli 12523 nömrəli məktubla daxil olmuş üzərində "15962 23.07.20” rəqəmləri yazılmış ağ rəngli CD disk, "xxxx” MMC ilə bağlanılmış 05.06.2012-ci il tarixli SFDİ/8096-AZ/MF/041 nömrəli müqavilə, “xxxx” MMC ilə bağlanılmış 24.01.2013-cü il tarixli SFDİ/8096-AZ/MF/097 nömrəli, MKSİF ilə "xxxx" MMC arasında bağlanılmış 05.06.2012-ci il tarixli SFDİ/8096- AZ/MF/041 nömrəli müqaviləyə əlavə E, 09.08.2012-ci il tarixli 86 nömrəli qəbz, 09.08.2012-ci il tarixdə 86 nömrəli ödəniş tapşırığı 23.08.2012-ci il tarixli 05 nömrəli qəbz və eyni tarixli 05 nömrəli ödəniş tapşırığı, 04.09.2012-ci il tarixli 01 nömrəli qəbz və eyni tarixli 01 nömrəli ödəniş tapşırığı, 12.09.2012-ci il tarixli 86 nömrəli qəbz və eyni tarixli 86 nömrəli ödəniş tapşırığı, 13.08.2013-cü il tarixli 62911709 nömrəli bildiriş, 13.12.2013-cü il tarixli 94750530 nömrəli bildiriş, 17.02.2014-cü il tarixli 61104045 nömrəli bildiriş, 22.04.2014-cü il tarixli 90542448 nömrəli bildiriş, 27.02.2015-ci il tarixli 78085614 nömrəli bildiriş, 11.02.2015-ci il tarixli ********* nömrəli köçürmə sənədi, 11 iyun 2012-ci il, 23 iyul 2012-ci il, 30 iyul 2012-ci il, 22 avqust 2012-ci il tarixli, 22 avqust 2012-ci il tarixli, 04 sentyabr 2012-ci il tarixli ödəniş tapşırıqları, Azərbaycan Respublikası Hesablama Palatas nın “Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən həyata keçirilən “Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının dəstəklənməsi layihəsi” üzrə Dövlət büdcəsi vəsaiti və Dünya Bankından cəlb edilmiş kredit vəsaitlərindən istifadə vəziyyətinin auditi haqqında” 19.02.2015-ci il tarixli aktın surətlərinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar