Məhkəmə qərarları › İş №1(006)-115/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-115/2022

01.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-115/2022 01.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs31, Zərərçəkmiş şəxs46, Zərərçəkmiş şəxs44, Zərərçəkmiş şəxs27, Zərərçəkmiş şəxs49, Zərərçəkmiş şəxs43, Zərərçəkmiş şəxs48, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs33, Zərərçəkmiş şəxs32 və Zərərçəkmiş şəxs26, Müdafiəçi Bakı şəhəri «Pro Bono» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2002-ci ildə Rusiya Federasiyası, Stavropol şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, Yevlax rayonu, Aran qəsəbəsində qeydiyyatda olan və Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 1(101)- 126/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 181.2.2, 181.2.3, 181.2.5 və 326.2-ci maddələri ilə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən yaşayış sahəsinə, habelə binaya və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərər çəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən binaya qanunsuz daxil olmaqla, insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talayıb soyğunçuluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 2016-cı ilin noyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs34 işlətdiyi Bakı şəhəri, Nizami rayonu, İ.Əliyev küçəsi 12 ünvanında yerləşən köşkün giriş qapısını özü ilə gətirdiyi vintaçanla açaraq köşkə qanunsuz daxil olub 1500 manat dəyərində müxtəlif markalı siqaretləri, 300 manat dəyərində danışıq kartlarını və 10 manat dəyərində alışqan və saqqızları gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs34 ümumilikdə 1810 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 04 aprel 2017-ci il tarixdə saat 04 radələrində ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs29 işlətdiyi mağazanın giriş qapısını özü ilə gətirdiyi vintaçanla açaraq qanunsuz mağazaya daxil olub 400 manat dəyərində müxtəlif adda siqaretləri və 270 manat dəyərində saqqızları gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs29 ümumilikdə 670 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Şahid3 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2017-ci ilin iyun ayının əvvəllərində Zərərçəkmiş şəxs25 işlətdiyi Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mağazanın giriş qapısının dəmir barmaqlıqlarını sındırmaqla açaraq qanunsuz mağazaya daxil olub 50 manat nağd pulu və 950 manat dəyərində müxtəlif adda siqaretləri gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs25 ümumilikdə 1000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 16 iyun 2017-ci il tarixdə saat 04 radələrində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs18 işlətdiyi mağazanın giriş qapısını özü ilə gətirdiyi vintaçanla açaraq qanunsuz mağazaya daxil olub kassa aparatının saxlanc yerindən 235 manat nağd pulu və 60 manat dəyərində bijuteriyanı gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs18 ümumilikdə 295 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 21 iyul 2017-ci il tarixdə saat 05 radələrində ünvan 5 ünvanında yerləşən Zərərçəkmiş şəxs17 işlətdiyi mağazanın giriş qapısını özü ilə gətirdiyi vintaçanla açaraq qanunsuz mağazaya daxil olub ümumi dəyəri 600 manat təşkil edən enerji içkiləri, spitrli içki, siqaret və ətirləri gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs17 600 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə şəxsiyyəti istintaqla araşdırılan naməlum şəxslə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 15 avqust 2017-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs48 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 99 ünvanında yerləşən qarajın giriş qapısını dəmir parçası ilə açaraq qanunsuz qaraja daxil olub 1 ədəd 80 manat dəyərində deşici elektrik aləti (drel), 1 ədəd 120 manat dəyərində dağıdıcı elektrik aləti, 1 ədəd 120 manat dəyərində elektrik mişarını və 200 manat dəyərində avtomobil ehtiyat hissələrini gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs48 ümumilikdə 520 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 20 avqust 2017-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs26 yaşadığı ünvan 7 ünvanında yerləşən evin giriş qapısının açıq olmasından istifadə edərək yaşayış sahəsinə qanunsuz daxil olub 1 ədəd 1500 manat dəyərində "Acer" markalı noutbuku və 1 ədəd 250 manat dəyərində “Samsung” markalı mobil telefonu gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs26 ümumilikdə 1750 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 03 sentyabr 2017-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs30 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, “DSK” yolu, Mədən 1, korpus 15 ünvanında yerləşən evin pəncərəsinin dəmir barmaqlıqlarını yerindən çıxarmaqla yaşayış sahəsinə qanunsuz daxil olub 1 ədəd 300 manat dəyərində “Samsung Tab-3” markalı planşeti, 1 ədəd 800 manat dəyərində “Fujitsu” markalı noutbuku, 350 manat dəyərində fotoaparatı, balonda saxlanılan 250 manat və gödəkcənin cibindən 700 manat nağd pulu gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs30 ümumilikdə 2400 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Şahid3 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 05 sentyabr 2017-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs20 işlətdiyi Bakı şəhəri, Binəqədi rayonu, X29 küçəsində yerləşən restoranın giriş qapısının açıq olmasından istifadə edərək qanunsuz olaraq restorana daxil olub 480 manat dəyərində 40 kq quzu ətini, 110 manat dəyərində 10 kq dana ətini, ümumi dəyəri 35 manat olan 5 ədəd kənd toyuğunu, ümumi dəyəri 50 manat olan 10 ədəd broyler toyuğunu, 01 ədəd 12 manat dəyərində 5 litrlik duru yağı, 40 manat dəyərində 5 kq qara ciyəri, 1 ədəd 5 manat dəyərində plastmas qazanı, 2 ədəd hər birinin qiyməti 5 manat olmaqla 10 manat dəyərində plastmas nimçələri və 01 ədəd 10 manat dəyərində qadın mətbəx uniformasını gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs20 ümumilikdə 752 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 16 sentyabr 2017-ci il tarixdə saat 04 radələrində ünvan 9 ünvanında yerləşən Zərərçəkmiş şəxs37 işlətdiyi gözəllik salonunun pəncərəsini özü ilə gətirdiyi vintaçanla açaraq binaya qanunsuz daxil olub kassa aparatının saxlanc yerindən 680 manat nağd pulu gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs37 680 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını açıq talamaq məqsədilə tanışları Şahid3 və Şahid2 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 03 oktyabr 2017-ci il tarixdə saat 18 radələrində ünvan 10 ünvanında piyada hərəkət edən X8 görüb əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs Könül Hüseynzadəyə söz ataraq fikrini yayındırmış, Könül Hüseynzadə ona fikir verməyib yoluna davam etmək istəyərkən cinayətin digər iştirakçısı Şahid3 onun qarşısını kəsərək saçından dartmaqla həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib açıq talamanın həyata keçirilməsi üçün yaratmış olduğu əlverişli şəraitdən istifadə edən cinayətin digər iştirakçısı Şahid2 Könül Hüseynzadənin gödəkçəsinin cibindən üzərində 2 manat balansa malik 5 manat dəyərində ***-***-**-** Sim kart nömrəsi olan 599 manat dəyərində “Samsung” markalı mobil telefonu çıxarıb açıq taladıqdan sonra Təqsirləndirilən şəxs və Şahid3 ilə birlikdə hadisə yerindən qaçmaqla uzaqlaşaraq ələ keçirdikləri mobil telefonu satıb pulu aralarında bölməklə zərər çəkmiş şəxs Könül Hüseynzadənin ümumilikdə 606 manat dəyərində əmlakını açıq talayaraq soyğunçuluq etmişlər. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 11 oktyabr 2017-ci il tarixdə saat 02 radələrində ünvan 11 ünvanında yerləşən Zərərçəkmiş şəxs24 işlətdiyi mağazanın nəfəsliyini özü ilə gətirdiyi vintaçanla açaraq qanunsuz mağazaya daxil olub ümumi dəyəri 1100 manat olan müxtəlif adda siqaretləri, 1 ədəd 100 manat dəyərində “Samsung” markalı planşeti və kassa aparatının saxlanc yerindən 110 manat nağd pulu gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs24 ümumilikdə 1310 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 12 oktyabr 2017-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs11 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən yarım tikilinin zirzəmisinin qapısının açıq olmasından istifadə edərək qanunsuz zirzəmiyə daxil olub 190 manat dəyərində elektrik kabellərini gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs11 190 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışları X20 və X27 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 17 oktyabr 2017-ci il tarixdə saat 04 radələrində ünvan 12 ünvanında yerləşən Zərərçəkmiş şəxs4 işlətdiyi telefon satışı və təmiri mağazasının giriş qapısını özləri ilə gətirdikləri vintaçanla açıb qanunsuz olaraq mağazaya daxil olub sonuncuya məxsus 02 ədəd hər biri 500 manat olmaqla 1000 manat dəyərində «Samsung» markalı, 01 ədəd 800 manat dəyərində «HP» markalı, 01 ədəd 600 manat dəyərində «Toshiba» markalı noutbukları, ümumi dəyəri 200 manat təşkil edən mobil telefon ehtiyat hissəsini, 04 ədəd hər biri 200 manat olmaqla 800 manat dəyərində «Samsung» markalı, 01 ədəd 150 manat dəyərində «İphone 5s» markalı, 02 ədəd hər biri 50 manat olmaqla 100 manat dəyərində «Nokia» markalı mobil telefonları, həmin mağazada telefon təmiri ustası işləyən Zərərçəkmiş şəxs5 məxsus 01 ədəd 500 manat dəyərində «Toshiba» markalı, 01 ədəd 500 manat dəyərində «Samsung» markalı noutbukları, 01 ədəd 250 manat dəyərində «VVD» markalı hard diski, 01 ədəd 200 manat dəyərində işlənmiş «İphone 5» markalı, 01 ədəd 800 manat dəyərində «Vertu» markalı mobil telefonları, ümumilikdə 3000 manat dəyərində mobil telefon ehtiyat hissələrini, həmin mağazaya təmiri məqsədi ilə müştəri qismində Zərərçəkmiş şəxs51 tərəfindən verilmiş sonuncuya məxsus 01 ədəd 500 manat dəyərində “Samsung Tab 4“ markalı planşeti, həmin mağazaya təmiri məqsədi ilə müştəri qismində Zərərçəkmiş şəxs52 tərəfindən verilmiş sonuncuya məxsus 01 ədəd 130 manat dəyərində «Samsung Tab» markalı planşeti və 1 ədəd 130 manat dəyərində «Samsung» markalı mobil telefonu, həmin mağazaya təmiri məqsədi ilə müştəri qismində Zərərçəkmiş şəxs47 tərəfindən verilmiş sonuncuya məxsus 1 ədəd 170 manat dəyərində «Samsung 7102» markalı mobil telefonu, həmin mağazaya təmiri məqsədi ilə müştəri qismində Zərərçəkmiş şəxs50 tərəfindən verilmiş sonuncuya məxsus 1 ədəd 350 manat dəyərində «Samsung 9060» markalı və 01 ədəd 120 manat dəyərində «Samsung 7582» markalı mobil telefonları vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 3650 manat, Zərərçəkmiş şəxs5 5250 manat, Zərərçəkmiş şəxs51 500 manat, Zərərçəkmiş şəxs52 260 manat, Zərərçəkmiş şəxs47 170 manat, Zərərçəkmiş şəxs50 470 manat olmaqla ümumilikdə 10300 manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Şahid3 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 10 noyabr 2017-ci il tarixdə saat 02:30 radələrində ünvan 13 ünvanında yerləşən Zərərçəkmiş şəxs23 işlətdiyi mağazanın giriş qapısını özləri ilə gətirdikləri vintaçanla açaraq qanunsuz mağazaya daxil olub kassa aparatının saxlanc yerindən 2241 manat nağd pulu, 2 ədəd hər biri 75 manat olmaqla 150 manat dəyərində gödəkçələri və 30 manat dəyərində bijuteriyanı gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs23 ümumilikdə 2421 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 11 noyabr 2017-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs14 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, l mədən, korpus 2 ünvanında yerləşən evə pəncərənin dəmir barmaqlıqlarını yerindən çıxarmaqla pəncərədən yaşayış sahəsinə qanunsuz daxil olub yataq otağındakı balonlara yığılmış 500 manat nağd pulu gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs14 500 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Şahid3 və şəxsiyyəti istintaqla araşdırılan “Əlisahib” və “Elfan” adlı şəxslərlə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 12 noyabr 2017-ci il tarixdə saat 22:20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 1058 ünvanında yerləşən Zərərçəkmiş şəxs43 işlətdiyi gül mağazasının giriş qapısını özləri ilə gətirdikləri vintaçanla açaraq qanunsuz mağazaya daxil olub 01 ədəd 400 manat dəyərində “Samsung” markalı mobil telefonu, 01 ədəd 15 manat dəyərində “Samsung” markalı mobil telefonu, 01 ədəd 200 manat dəyərində “Sony” markalı səsgücləndiricini və 32 manat nağd pulu gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs43 ümumilikdə 647 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 17 noyabr 2017-ci il tarixdə saat 05 radələrində ünvan 16 ünvanında yerləşən Zərərçəkmiş şəxs19 işlətdiyi restoranın giriş qapısını özü ilə gətirdiyi vintaçanla açaraq qanunsuz restorana daxil olub 1 ədəd 300 manat dəyərində “Toshiba” markalı noutbuku, 2 ədəd hər biri 60 manat olmaqla 120 manat dəyərində “Nokia” markalı mobil telefonları və kassa aparatının saxlanc yerindən 20 manat nağd pulu gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs19 ümumilikdə 440 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 18 noyabr 2017-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs28 məxsus ünvan 17 ünvanında yerləşən evin zirzəmisinin qapısının açıq olmasından istifadə edərək qanunsuz olaraq zirzəmiyə daxil olub 5 top hər topu 50 manat olmaqla 300 manat dəyərində elektrik naqillərini və 01 ədəd 45 manat dəyərində elektrik kəsici alətini (laqonda) gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs28 ümumilikdə 345 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Şahid3 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 18 noyabr 2017-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X46 prospekti 81 ünvanında yerləşən Zərərçəkmiş şəxs44 işlətdiyi şirniyyat evinin giriş qapısını özləri ilə gətirdikləri vintaçanla açaraq qanunsuz şirniyyat evinə daxil olub kassa aparatının saxlanc yerindən 150 manat nağd pulu, 01 ədəd 380 manat dəyərində «Lenovo» markalı, 01 ədəd 400 manat dəyərində «Samsung» markalı planşetləri, 600 manat dəyərində «Canon» markalı printeri, 01 ədəd 10 manat balansa malik üzərində 5 manat dəyərində ***-***-**-** Sim kart nömrəsi olan 60 manat dəyərində “Samsung” markalı telefonu gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs44 ümumilikdə 1605 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Şahid3 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 22 noyabr 2017-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs38 yaşadığı Abşeron rayonu, Məmmədli kəndində yerləşən evin pəncərəsini açaraq yaşayış sahəsinə qanunsuz daxil olub 1 ədəd 1300 manat dəyərində “Samsung” markalı televizoru və həyətdən 1 ədəd 75 manat dəyərində “Markas” markalı su motorunu gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs38 ümumilikdə 1375 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Şahid2 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 24 noyabr 2017-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs35 yaşadığı ünvan 42 saylı evin 17 nömrəli mənzilinin eyvanının qapısını özləri ilə gətirdikləri vintaçanla açaraq yaşayış sahəsinə qanunsuz daxil olub həmin dövrün məzənnəsi ilə 1700,1 manat təşkil edən 1000 ABŞ dollarını, 1 ədəd 300 manat dəyərində və 1 ədəd 350 manat dəyərində qızıl üzüklərini gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs35 ümumilikdə 2350,1 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Şahid2 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 24 noyabr 2017-ci il tarixdə saat 20 radələriııdə Zərərçəkmiş şəxs10 yaşadığı Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi 84 saylı evin, 16 nömrəli mənzilinin eyvanının qapısını özləri ilə gətirdikləri vintaçanla açaraq yaşayış sahəsinə qanunsuz daxil olub həmin dövrün məzənnəsi ilə 1700,1 manat təşkil edən 1000 ABŞ dollarını, 500 manat pulu və 3 ədəd ümumi dəyəri 1500 manat təşkil edən qızıl boyunbağıları gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs10 ümumilikdə 3700,1 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakım gizli olaraq talamaq məqsədilə tanışı Şahid2 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 28 noyabr 2017-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 68 ünvanında yerləşən Zərərçəkmiş şəxs33 işlətdiyi telefon satışı və təmiri mağazasının pəncərəsini özləri ilə gətirdikləri vintaçanla açaraq qanunsuz mağazaya daxil olub 01 ədəd 150 manat dəyərində “Samsung S 4 mini” markalı, 01 ədəd 120 manat dəyərində “Samsung J 1” markalı, 01 ədəd 80 manat dəyərində “Samsung Star 2” markalı, 01 ədəd 100 manat dəyərində “Huawei Y 320” markalı, 01 ədəd 70 manat dəyərində “Fly” markalı, 01 ədəd 40 manat dəyərində “Nokia 6303” markalı, 4 ədəd hər biri 25 manat olmaqla 100 manat dəyərində “Jinqo” markalı mobil telefonları, 10 ədəd hər biri 10 manat olmaqla 100 manat dəyərində telefon enerji saxlayıcılarını, 18 ədəd hər biri 2 manat olmaqla 36 manat dəyərində sim kartları, 02 ədəd hər biri 15 manat olmaqla 30 manat dəyərində “MP3” səs gücləndiricilərini və 02 ədəd hər biri 25 manat olmaqla 50 manat dəyərində “MP3” playerləri gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs33 ümumilikdə 876 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Şahid2 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 28 noyabr 2017-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 61 ünvanında yerləşən Zərərçəkmiş şəxs8 işlətdiyi gözəllik salonunun giriş qapısını özləri ilə gətirdikləri vintaçanla açaraq qanunsuz olaraq gözəllik salonuna daxil olub kassa aparatının saxlanc yerindən 1500 manat nağd pulu, 1 ədəd 100 manat dəyərində “Samsung” markalı telefonu, 5 manat balansa malik 5 manat dəyərində ***-***- **-** Sim kart nömrəsi olan 1 ədəd 100 manat dəyərində “Samsung” markalı telefonu, 1 ədəd 40 manat dəyərində “BlackBerry” markalı telefonu, 01 ədəd 50 manat dəyərində “Nokia” markalı mobil telefonu və 1 ədəd 70 manat dəyərində saç fenini gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 ümumilikdə 1870 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 10 dekabr 2017-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs12 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 3, 73 ünvanında yerləşən evin pəncərəsinin dəmir barmaqlıqlarını alətlə əyməklə yaşayış sahəsinə qanunsuz daxil olub 01 ədəd 600 manat dəyərində “Blaupunkt” markalı televizoru gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs12 600 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 16 dekabr 2017-ci il tarixdə saat 04 radələrində ünvan 21 ünvanında yerləşən “Madeyra” mebel salonunun giriş qapısını özü ilə gətirdiyi vintaçanla açaraq qanunsuz mebel salonuna daxil olub gözətçi Zərərçəkmiş şəxs39 yatmasından istifadə edərək masanın üzərində olan Zərərçəkmiş şəxs39 məxsus cibində 1000 manat pul olan 40 manat dəyərində gödəkcəni və üzərində 5 manat balansa malik 5 manat dəyərində ***-***-**-** nömrəsi olan 15 manat dəyərində “Nokia” markalı mobil telefonu gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs39 ümumilikdə 1065 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 05 yanvar 2018-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti 2061 ünvanında yerləşən Zərərçəkmiş şəxs27 işlətdiyi dam örtüklərinin satışı mağazasının giriş qapısını özü ilə gətirdiyi vintaçanla açaraq qanunsuz mağazaya daxil olub sonuncuya məxsus 01 ədəd 90 manat dəyərində gümüş təsbehi, 100 manat nağd pulu, 01 ədəd üzərində 5 manat balansa malik 25 manat dəyərində ***-***-**-** Sim kart nömrəsi olan 30 manat dəyərində “Nokia” markalı telefonu, həmin mağazanın satıcısı Zərərçəkmiş şəxs32 məxsus 01 ədəd 950 manat dəyərində “Toshiba” markalı noutbuku vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs27 250 manat, Zərərçəkmiş şəxs32 950 manat olmaqla ümumilikdə 1200 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı X17 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 06 yanvar 2018-ci il tarixdə saat 03 radələrində ünvan 23 ünvanında yerləşən Zərərçəkmiş şəxs7 işlətdiyi oyun salonunun pəncərəsini açaraq qanunsuz binaya daxil olub 06 ədəd hər biri 300 manat olmaqla 1800 manat dəyərində oyun aparatlarını, 12 ədəd hər biri 50 manat olmaqla 600 manat dəyərində oyun aparatlarının idarəetmə konsollarını və 15 manat nağd pulu gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 ümumilikdə 2415 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı X27 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 10 yanvar 2018-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 95 ünvanında yerləşən Zərərçəkmiş şəxs42 işlətdiyi geyim mağazasının giriş qapısını özləri ilə gətirdikləri vintaçanla açıb qanunsuz olaraq mağazaya daxil olub kassa aparatının saxlanc yerindən 650 manat pulu, 1800, 1500 və 1300 manat olmaqla 4600 manat dəyərində 3 ədəd xəzi, 1800 manat dəyərində müxtəlif qadın paltarlarını gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs42 7050 manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışları Şahid3, X27 və X20 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 13 yanvar 2018-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 9cu mikrorayon, 3169-cu məhəllədə yerləşən Zərərçəkmiş şəxs21 işlətdiyi mağazanın giriş qapısını özləri ilə gətirdikləri vintaçanla açaraq qanunsuz mağazaya daxil olub 06 cüt ümumi dəyəri 150 manat olan qadın ayaqqabılarını, 03 cüt ümumi dəyəri 63 manat olan kişi ayaqqabılarını, 03 ədəd hər biri 35 manat olmaqla 105 manat dəyərində qadın gödəkcələrini, 06 ədəd hər biri 15 manat olmaqla 90 manat dəyərində qadın cins şalvarlarını, 10 ədəd hər biri 55 manat olmaqla 350 manat dəyərində qadın və kişi idman geyimlərini, 04 ədəd hər biri 15 manat olmaqla 60 manat dəyərində bel çantalarını, 04 ədəd hər biri 15 manat olmaqla 60 manat dəyərində kişi cins şalvarlarını, 100 manat dəyərində uşaq geyimlərini və 100 manat dəyərində bijuteriyanı gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs21 1078 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 18 yanvar 2018-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 183 ünvanında yerləşən Zərərçəkmiş şəxs31 işlətdiyi dönərxananın pəncərəsini sıxmaqla açaraq qanunsuz olaraq binaya daxil olub 01 ədəd 750 manat dəyərində “Pimak” firmasının istehsalı olan dönər aparatını gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs31 750 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı X17 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 23 yanvar 2018-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs9 yaşadığı Bakı şəhəri, Nizami rayonu, Əliağa Kürçaylı küçəsi 24 saylı evin 43 nömrəli mənzilinin pəncərəsini dəmir alətlə açaraq yaşayış sahəsinə qanunsuz daxil olub 1 dəst 585 əvarlı 1500 manat dəyərində sırğa, üzük, kulonu, 1 ədəd 500 manat dəyərində sırğa dəstini, 1 dəst 850 manat dəyərində sırğa, üzük, kulonu, 1 cüt 100 manat dəyərində uşaq sırğasını, 1 ədəd 1800 manat dəyərində qızıl qolbağı, 1 ədəd 650 manat dəyərində üzüyü, 1 ədəd 680 manat dəyərində ürək formasında üzüyü, 1 ədəd 350 manat dəyərində yarpaq formasında üzüyü, 1 cüt uzunsov formada 600 manat dəyərində sırğanı gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 ümumilikdə 7030 manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı X17 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 25 yanvar 2018-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi 29 saylı evin 29 nömrəli mənzilinin eyvanının qapısını açaraq yaşayış sahəsinə qanunsuz daxil olub həmin dövrün məzənnəsi ilə 340,02 manat təşkil edən 200 ABŞ dolları, 500 manat pulu və 4000 manat dəyərində müxtəlif adda qızılzinət əşyalarını gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 4840,02 manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 02 fevral 2018-ci il tarixdə saat 03 radələrində ünvan 26 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 işlətdiyi ofisin pəncərəsini özü ilə gətirdiyi vintaçanla açaraq qanunsuz ofisə daxil olub 01 ədəd 400 manat dəyərində «HP» markalı noutbuku, 01 ədəd 320 manat dəyərində «HP» markalı noutbuku, 01 ədəd 180 manat dəyərində «Asus» markalı noutbuk kompüterləri gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 900 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə şəxsiyyəti istintaqla araşdırılan “Dağlar” adlı şəxslə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 05 fevral 2018-ci il tarixdə saat 23 radələrində ünvan 27 ünvanında yerləşən Zərərçəkmiş şəxs46 işlətdiyi geyim mağazasının giriş qapısını özləri ilə gətirdikləri vintaçanla açıb qanunsuz olaraq mağazaya daxil olub kassa aparatının saxlanc yerindən 515 manat nağd pulu, 02 ədəd hər biri 45 manat olmaqla 90 manat dəyərində kişi ayaqqabılarını, 02 ədəd hər biri 36 manat olmaqla 72 manat dəyərində kişi şalvarlarını, 18 ədəd hər biri 6 manat olmaqla 108 manat dəyərində ətirləri, 06 ədəd hər biri 38 manat olmaqla 228 manat dəyərində kişi gödəkcələrini, 08 ədəd hər biri 12 manat olmaqla 96 manat dəyərində kişi papaqlarını, 06 ədəd hər biri 16,5 manat olmaqla 99 manat dəyərində kişi əl çantalarını, 05 qutu hər biri 0,7 manat olmaqla 3,5 manat dəyərində kişi corablarını və 01 ədəd 130 manat dəyərində kişi qol saatını gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs46 1341,5 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Şahid3 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 07 fevral 2018-ci il tarixdə saat 01 radələrində Abşeron rayonu, Digah kəndində yerləşən Zərərçəkmiş şəxs45 işlətdiyi mağazanın giriş qapısını dəmir parçası ilə açıb qanunsuz olaraq mağazaya daxil olub kassa aparatının saxlanc yerindən 500 manat nağd pulu və ümumi dəyəri 200 manat olan 02 ədəd su motorunu, 02 ədəd hidrofor və su açarını gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs45 ümumilikdə 700 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı X17 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 13 fevral 2018-ci il tarixdə saat 01:30 radələrində ünvan 28 ünvanında yerləşən Zərərçəkmiş şəxs22 işlətdiyi geyim mağazasının giriş qapısını özləri ilə gətirdikləri vintaçanla açaraq qanunsuz mağazaya daxil olub 07 ədəd hər biri 68 manat olmaqla 476 manat dəyərində dəyərində «Stefano Ricci» markalı gödəkcələri, 15 ədəd hər biri 20 manat olmaqla 300 manat dəyərində «Brioni» markalı köynəkləri, 04 ədəd hər biri 40 manat olmaqla 160 manat dəyərində «Lacoste» markalı idman geyimlərini, 06 ədəd hər biri 15 manat olmaqla 90 manat dəyərində «Gucci» markalı idman geyimlərini, 08 ədəd hər biri 15 manat olmaqla 120 manat dəyərində «Rino» markalı kəmərləri, 05 ədəd hər biri 25 manat olmaqla 125 manat dəyərində «Roberto Cavalli» markalı cins şalvarları, 03 ədəd hər biri 40 manat olmaqla 120 manat dəyərində «Feregamo» markalı, 03 ədəd hər biri 25 manat olmaqla 75 manat dəyərində «Luis Vitton» markalı ayaqqabıları, 02 ədəd hər biri 55 manat olmaqla 110 manat dəyərində «Bottega» markalı çantaları, 01 ədəd 135 manat dəyərində çantanı, ümumi dəyəri 25 manat təşkil edən alt paltarını, 01 ədəd 5 manat dəyərində papağı, 2 ədəd hər biri 20 manat olmaqla 40 manat dəyərində pul kisələrini və 01 ədəd 170 manat dəyərində səsgücləndiricini gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs22 ümumilikdə 1951 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 20 fevral 2018-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 15 ünvanında yerləşən Zərərçəkmiş şəxs6 işlətdiyi mağazanın giriş qapısını özü ilə gətirdiyi vintaçanla açaraq qanunsuz mağazaya daxil olub üzərində 15 manat balansa malik 3 manat dəyərində ***-***-**-** Sim kart nömrəsi olan 01 ədəd 150 manat dəyərində «Samsung J 1» markalı mobil telefonu, 01 dəst 30 manat dəyərində üzərində «Zepter» yazısı yazılmış çəngəl qaşıq bıçaq dəstini, 01 ədəd 50 manat dəyərində «Poplin» firmasına aid yataq dəstini, 01 ədəd 35 manat dəyərində «Hobby» firmasına aid yataq üzlüyünü, 01 ədəd 25 manat dəyərində «Keiros Hame» firmasına aid ütünü, 01 ədəd 1 manat dəyərində «bastonlu» firmasına aid qabyuma dəstini, 3 ədəd hər biri 1,5 manat olmaqla 4,5 manat dəyərində «Paşabahçe» firmasına aid stəkanları, 01 ədəd 15 manat dəyərində «Love» markalı oyuncaq və saat dəstini, 2 ədəd hər biri 3,5 manat olmaqla 7 manat dəyərində «Youtube» firmasına aid fincanları, 01 ədəd 20 manat dəyərində «Ariz» firmasına aid kişi üzqırxan aparatını, 01 ədəd 5 manat dəyərində eynək qabını gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 360,5 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talamaq məqsədilə tanışı Şahid1 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 30 aprel 2018-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs3 işlətdiyi Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 61 c ünvanında yerləşən telefon və aksessuarlarının satışı mağazasının giriş qapısını özləri ilə gətirdikləri vintaçanla açaraq qanunsuz mağazaya daxil olub 01 ədəd 25 manat dəyərində “ZHT” markalı “B310” modelli, 01 ədəd 25 manat dəyərində “Kgtel” markalı “a 310'’ modelli, 01 ədəd 35 manat dəyərində «Samsung» markalı, 01 ədəd 100 manat dəyərində “Alcatel POP 4” markalı, 02 ədəd hər birinin dəyəri 65 manat olmaqla ümumilikdə 130 manat dəyərində “Viaan T101” markalı, 02 ədəd hər birinin dəyəri 160 manat olmaqla ümumilikdə 320 manat dəyərində “Oukitel C9” markalı, 01 ədəd 220 manat dəyərində “Oukitel C8 markalı, 01 ədəd 35 manat dəyərində “Uicooi" markalı, 01 ədəd 45 manat dəyərində “Samsung B350” markalı, 01 ədəd 140 manat dəyərində “Samsung S3” markalı, 01 ədəd 120 manat dəyərində «Alcatel POP star» markalı, 01 ədəd 300 manat dəyərində “Samsung A3” markalı, 01 ədəd 100 manat dəyərində “İphone 4 markalı, 01 ədəd 120 manat dəyərində “Samsung S3” markalı, 01 ədəd 45 manat dəyərində “İphone 4” markalı, 01 ədəd 60 manat dəyərində “Samsung S 3” markalı, 1 ədəd 70 manat dəyərində “Sony Xperia” markalı mobil telefonları, 01 ədəd 300 manat dəyərində “Acer v5-571" markalı, 01 ədəd 100 manat dəyərində “Toshiba c85C” markalı, 01 ədəd 60 manat dəyərində “HP” markalı, 01 ədəd 80 manat dəyərində “Toshiba c850” markalı noutbuk kompüterləri, 01 ədəd 400 manat dəyərində “İpad” modelli planşeti, 01 ədəd 30 manat dəyərində elektrik qida blokunu, 01 ədəd 30 manat dəyərində klaviaturanı və kassa aparatının saxlanc yerindən 275 manat nağd pulu gizli olaraq talayıb mağazadan çıxdıqdan sonra onların cinayət əməlini aşkar etmiş digər şəxs X12 ictimai borcunu yerinə yetirərək hüquqazidd hərəkətlərini dayandırmaları üçün etdiyi çağırışlara məhəl qoymayaraq əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirib hadisə yerindən qaçaraq uzaqlaşıb Zərərçəkmiş şəxs3 məxsus 3165 manat dəyərində əmlakı açıq talayaraq soyğunçuluq etmişlər. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışları X21 və Şahid2 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 29 oktyabr 2018-ci il tarixdə saat 02 radələrində Şirvan şəhəri, Mahir Mirzəyev küçəsində yerləşən Zərərçəkmiş şəxs40 işlətdiyi ərzaq mağazasının giriş qapısını özləri ilə gətirdikləri vintaçanla açaraq qanunsuz mağazaya daxil olub 01 qutu 20 manat dəyərində «LD» markalı, 02 qutu hər biri 15,3 manat olmaqla 30,6 manat dəyərində «Vincester» markalı, 09 qutu hər biri 11 manat olmaqla 99 manat dəyərində «Vant» markalı, 01 qutu 9 manat dəyərində «Bakı» markalı, 02 qutu hər biri 11 manat olmaqla 22 manat dəyərində «Prima» markalı, 01 qutu 22,5 manat dəyərində «Vinston» markalı, 02 qutu hər biri 12,6 manat olmaqla 25,2 manat dəyərində «Classik Kompakt» markalı, 01 qutu 28 manat dəyərində «Sobranie» markalı, 01 qutu 24,3 manat dəyərində «Kent 4» markalı, 01 qutu 24,3 manat dəyərində «Kent 8» markalı, 01 qutu 15,3 manat dəyərində «Vest Kompakt» markalı, 05 ədəd hər biri 0,8 manat olmaqla 4 manat dəyərində «Şəki» markalı, 05 ədəd hər biri 1 manat olmaqla 5 manat dəyərində «NZ» markalı, 18 ədəd hər biri 1,1 manat olmaqla 19,8 manat dəyərində «Vant» markalı, 09 ədəd hər biri 2,5 manat olmaqla 22,5 manat dəyərində «kent 1» markalı, 02 ədəd hər biri 2,5 manat olmaqla 5 manat dəyərində «Kent Minto» markalı, 09 ədəd hər biri 2,25 manat olmaqla 20,25 manat dəyərində «Vinston» markalı, 06 ədəd hər biri 1,5 manat olmaqla 9 manat dəyərində «Vinçester» markalı, 10 ədəd hər biri 1,1 manat olmaqla 11 manat dəyərində «PallMall» markalı, 13 ədəd hər biri 1,53 manat olmaqla 19,89 manat dəyərində «PallMall» markalı, 06 ədəd hər biri 2,53 manat olmaqla 15,18 manat dəyərində «Davidoff» markalı, 23 ədəd hər biri 1,26 manat olmaqla 28,98 manat dəyərində «Classik» markalı, 17 ədəd hər biri 1 manat olmaqla 17 manat dəyərində «Maqna» markalı, 09 ədəd hər biri 1 manat olmaqla 9 manat dəyərində «More» markalı siqaretləri, 6 manat dəyərində 1 kiloqram şokoladı, 02 kq hər kiloqramı 2,8 manat olmaqla 5,6 manat dəyərində konfeti, 02 kq hər kiloqramı 1 manat olmaqla 2 manat dəyərində olan qəndi, 04 ədəd hər biri 0,9 manat olmaqla 3,6 manat olan konservləri, 17 ədəd hər biri 0,7 manat olmaqla 11,9 manat dəyərində «bizon», 18 ədəd hər biri 0,7 manat olmaqla 12,6 manat dəyərində «Bum», 15 ədəd hər biri 0,86 manat olmaqla 12,9 manat dəyərində «Hell» energetik içkilərini, 03 ədəd hər biri 1,8 manat olmaqla 5,4 manat dəyrərində «Ariel» markalı yuyucu tozları, 02 ədəd hər biri 1,8 manat olmaqla 3,6 manat dəyərində «Berga» və 01 ədəd 2 manat dəyərində 100 qramlıq «Champion» markalı quru çaylarını, 02 ədəd hər biri 1 manat olmaqla 2 manat dəyərində 50 qramlıq «Champion» markalı quru çaylarını, 03 ədəd hər biri 2 manat olmaqla 6 manat dəyərində «Beta» markalı quru çaylarını, 05 ədəd hər biri 0,4 manat olmaqla 2 manat olan “Çiko” markalı günəbaxan tumlarını, 03 ədəd hər biri 0.86 manat olmaqla 2,58 manat olan «Safeguard» markalı, 10 ədəd hər biri 0,25 manat olmaqla 2,5 manat olan «Alev» markalı sabunları, 17 ədəd hər biri 0,26 manat olmaqla 4,42 manat olan alışqanları, 11 ədəd hər biri 0,20 manat olmaqla 2,2 manat olan enerji batareyalarını və 2 manat məbləğində qəpikləri gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs40 596,1 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə şəxsiyyəti istintaqla araşdırılan “Fərid” adlı şəxslə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 08 dekabr 2018-ci il tarixdə saat 03 radələrində ünvan 31 ünvanında yerləşən Zərərçəkmiş şəxs16 işlətdiyi mağazanın giriş qapısını açaraq qanunsuz binaya daxil olub kassa aparatının saxlanc yerindən 43 manat nağd pulu, 08 ədəd ümumi dəyəri 420 manat olan cins şalvarları, 01 ədəd 60 manat dəyərində qadın şalvarını, 06 ədəd ümumi dəyəri 360 manat olan qol saatlarını, 20 ədəd ümumi dəyəri 400 manat olan bijuteriya sırğaları, 10 ədəd ümumi dəyəri 500 manat olan qadın şalvarını, 01 ədəd 220 manat dəyərində isti gödəkcəni, 01 ədəd 120 manat dəyərində uşaq isti gödəkçəsini, 08 ədəd ümumi dəyəri 720 manat olan qadın idman geyimlərini, 10 ədəd ümumi dəyəri 350 manat olan qadın boyunbağılarını, 01 ədəd 150 manat dəyərində qırmızı rəngli yun kostyumu, 15 ədəd ümumi dəyəri 375 manat olan qadın qolbaqlarını, 10 ədəd ümumi dəyəri 150 manat olan qadın papaqlarını, 03 ədəd ümumi dəyəri 150 manat olan qadın ətirlərini gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs16 ümumilikdə 4018 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışları X27 və X22 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 01 aprel 2019-cu il tarixdə saat 05 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 58H ünvanında yerləşən Zərərçəkmiş şəxs13 işlətdiyi gözəllik salonunun giriş qapısını özləri ilə gətirdikləri vintaçanla açaraq qanunsuz gözəllik salonuna daxil olub 01 ədəd 1600 manat dəyərində “Asus” markalı noutbuku, 01 ədəd 4500 manat dəyərində “Mark 3” markalı fotoaparatı və kassa aparatının saxlanc yerindən 40 manat nağd pulu gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs13 ümumilikdə 6140 manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışları X27 və X22 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 01 aprel 2019-cu il tarixdə saat 05:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 75 ünvanında yerləşən Zərərçəkmiş şəxs15q oğlunun işlətdiyi ofisin giriş qapısının şüşəsini özləri ilə gətirdikləri vintaçanla sındıraraq qanunsuz ofisə daxil olub 02 ədəd hər biri 400 manat olmaqla 800 manat dəyərində “HP” markalı noutbuku gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs15 ümumilikdə 800 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışları Şahid2 və Şahid3 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 04 iyul 2019-cu il tarixdə saat 03:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 90 ünvanında yerləşən Zərərçəkmiş şəxs49 işlətdiyi təndir evinin giriş qapısını özləri ilə gətirdikləri vintaçanla açaraq qanunsuz binaya daxil olub kassa aparatının saxlanc yerindən 150 manat nağd pulu gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs49 150 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Şahid3 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 08 iyul 2019-cu il tarixdə saat 02 radələrində ünvan 35 ünvanında yerləşən Zərərçəkmiş şəxs36 işlətdiyi gül mağazasının giriş qapısını daşla vurub sındıraraq qanunsuz mağazaya daxil olub içərisində 287 manat pul olan 80 manat dəyərində kassa aparatını və 100 manat dəyərində «Samsung 2» markalı mobil telefonu gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs36 ümumilikdə 467 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1, 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2016-cı ilin noyabr ayının əvvəllərində saat 05 radələrində ünvan 36 ünvanda yerləşən mağazadan oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə mağazanın qapısını vintaçanla aralayıb açaraq mağazaya girərək oradan bir neçə blok siqaret və saqqız, danışıq kartını götürərək mağazanı tərk etmiş, sonradan həmin oğurladığı əşyaları tanımadığı şəxslərə sataraq pul əldə edib özü üçün xərcləmişdir. Bundan başqa, 04 aprel 2017-ci il tarixdə saat 04 radələrində ünvan 37 ünvanda yerləşən «Atena» market mağazasından oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə mağazanın qapısını vintaçanla aralayıb açaraq mağazaya girib oradan bir neçə blok siqaret və saqqız götürərək mağazanı tərk etmiş, sonradan həmin oğurladığı əşyaları tanımadığı şəxslərə sataraq 130 manat pul əldə edib özü üçün xərcləmişdir. Bundan başqa 2017-ci ilin iyun ayının əvvəllərində saat 03 radələrində tanışı Tünzalə ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni Yaşayış massivi, Binəqədi yolu-1, döngə 3 ünvanında olan zaman həmin ünvanda yerləşən mağazadan oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə mağazanın giriş qapısının dəmir barmaqlıqlarının iki ədəd qıfılını yerdən tapdıqları dəmir parçası ilə sındırdıqdan sonra plastik giriş qapısını vintaçanla aralayıb açaraq mağazaya daxil olub oradan çoxlu qəpik pullar həmçinin siqaret oğurlayıb mağazanı tərk etmişlər, sonradan qəpik pulları saydıqda 40-45 manat arasında olduğunu bilmişlər, siqaretləri isə sonradan Mərdəkan qəsəbəsində dəniz kənarında tanımadıqları şəxslərə sataraq əldə etdikləri pulları özləri üçün xərcləmişlər. 16 iyun 2017-ci il tarixdə saat təxminən 04 radələrində ünvan 39 ünvanında yerləşən «Jasmin Parfüm» mağazasının yanından keçən zaman həmin mağazadan oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə mağazanın giriş qapısını vintaçanla açaraq mağazaya girib kassada olan 235 manat nağd pulu və bijuteriyanı götürüb mağazanı tərk etmişdir. 21 iyul 2017-ci il tarixdə saat 05 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Koroğlu Rəhimov küçəsində olan zaman həmin küçədə yerləşən «Ağa» marketdən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə mağazanın giriş qapısını vintaçanla sındıraraq açıb mağazadan enerji içkiləri, tütün məmulatları, spirtli içki, ətir oğurlayıb mağazanı tərk etmişdir. 15 avqust 2017-ci il tarixdə saat 18 radələrində adını çəkmək istəmədiyi tanışı ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 99 ünvanında olan zaman həmin prospektdə yerləşən qarajdan oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə o, dəmir parçası ilə giriş qapısını açandan sonra qaraja girib oradan drel, pereparator, elektrik mişarı, avtomobil ehtiyat hissələri götürüb 8-ci km bazarında tanımadığı şəxslərə sataraq 150 manat pul əldə etmiş, həmin pulu özü üçün xərcləmişdir. 20 avqust 2017-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İsfahani küçəsində olan zaman həmin küçədə yerləşən 11 nömrəli evdə heç kimin olmadığını görüb həmin evdən oğurluq etmək qərarına gəlmiş, həmin vaxt hasardan həyətə tullanmış, sonra evin qapısının açıq olduğunu görüb evə daxil olub oradan bir ədəd “Acer” markalı noutbuk və “Samsung” markalı mobil telefon oğurlayıb evi tərk etmiş, sonradan telefonu tullamış, “Acer” markalı noutbuku isə üzdən tanıdığı şəxsə 300 manata satmış, həmin vaxt noutbukun özünə məxsus olduğunu demişdir. 03 sentyabr 2017-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK adlanan yerdə olan zaman orada yerləşən evlərdən birində işıqların yanmadığını görüb həmin evdən oğurluq etmək qərarına gəlmişdir, bunun üçün evin həyətinə keçib oradan dəmir parçası taparaq pəncərənin dəmir barmaqlıqlarını yerindən çıxarıb pəncərəni açaraq evə girmiş, oradan “Samsung” markalı planşet, noutbuk və 700 manat pul oğurlayaraq evi tərk etmiş, sonradan planşet və noutbuku 28 may metrosunun yaxınlığında tanımadığı şəxsə 350 manata satmış, əldə etdiyi pulu özü üçün xərcləmişdir. 05 sentyabr 2017-ci il tarixdə saat 03 radələrində Tünzalə ilə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr. ərazisində yerləşən “Xan” restoranından oğurluq etmək qərarına gəlmişlər, bu məqsədlə restoranın həyətinə keçəndən sonra açıq qapıdan mətbəxə keçib orada çoxlu ət olduğunu görüb həmin ətləri çölə daşıyıb çıxarmışlar, daha sonra həmin ətləri tanımadıqları taksi ilə aparmışlar. 16 sentyabr 2017-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri, Nərimanov rayonu, N.Nərimanov küçəsində olan zaman həmin küçədə yerləşən «MM Studio» gözəllik salonundan oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə üzərində olan vintaçanla salonun pəncərəsini aralayıb açaraq salona girib orada olan kassadan 680 manat pulu götürüb salonu tərk etmiş, sonradan həmin pulu özü üçün xərcləmişdir. 03 oktyabr 2017-ci il tarixdə saat 18:10 radələrində tanışları Tünzalə və Rəhmanla birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev prospekti 88 ünvanında olan zaman həmin ünvandan keçən bir qıza yaxınlaşmışlar, bu zaman Tünzalə həmin qızla mübahisə edərək saçını yolmuş, bu zaman Rəhman qızın cibindən “Samsung” markalı mobil telefonu götürdükdən sonra qaçaraq oradan uzaqlaşmışlar, sonradan həmin mobil telefonu 20 yanvar metrostansiyasının yaxınlığında tanımadıqları şəxsə 150 manata sataraq əldə etdikləri pulu özləri üçün xərcləmişlər. 11 oktyabr 2017-ci il tarixdə saat 02 radələrində ünvan 41 ünvanda yerləşən Fidan market mağazasından oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə üzərində olan vintaçanla mağazanın balaca nəfəslik pəncərəsini açaraq mağazaya oradan daxil olub siqaretlər, “Samsung” markalı planşet və kassadan 110 manat pulu götürüb mağazanı tərk etmiş, sonradan oğurladığı əşyaları tanımadığı şəxslərə satmışdır. 12 oktyabr 2017-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində olan zaman həmin küçədə yerləşən heç kimin olmadığı evdən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə evin darvazasından həyətə keçmiş, daha sonra zirzəmiyə girərək oradan topa halında kabeli götürüb evi tərk etmişdir. Sonradan oğurladığı kabeli Aboyev parkının yaxınlığında metal qəbul edən Qalib adlı şəxsə 55 manata sataraq əldə etdiyi pulu özü üçün xərcləmişdir. 17 oktyabr 2017-ci il tarixdə saat 04 radələrində tanışları Sərdar və Aydınla birlikdə Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mkr., Cavadxan küçəsində olan zaman həmin küçədə yerləşən «Gold Mobile» mobil telefon mağazasından oğurluq etmək qərarına gəlmişlər, bu məqsədlə Sərdar vintaçan vasitəsilə giriş qapısını açandan sonra onunla Sərdar mağazaya daxil olmuşlar, Aydın isə onları çöldə gözləmiş, onlar mağazadan mobil telefon, aksesuarlar, noutbuk və planşet oğurlayaraq mağazanı tərk etmişlər, sonradan həmin oğurladıqları əşyaları sataraq əldə etdikləri pulu özləri üçün xərcləmişlər. 10 noyabr 2017-ci il tarixdə saat 02 radələrində o, Tünzalə ilə birlikdə Binəqədi rayonu, Biləcəri qəsəbəsində olan zaman orada yerləşən «Mini Sədərək» mağazasından oğurluq elmək qərarına gəlmişlər, bu məqsədlə o, üzərində olan vintaçanla mağazanın giriş plastik qapısını açaraq mağazaya daxil olmuş, bundan sonra kassa aparatına baxsalar da, heç bir məbləğdə pul olmadığını görmüşlər, daha sonra Tünzalə ilə hərəsi bir gödəkcə əyinlərinə geyinib bir qədər bijuteriya götürdükdən sonra mağazanı tərk etmişlər. 11 noyabr 2017-ci il tarixdə saat 18 radələrində 1-ci mədən, 2-ci korpusda evdə heç kimin olmadığını görüb həmin evdən oğurluq elmək qərarına gəlmiş, bu məqsədlə evin pəncərəsinin dəmir barmaqlıqlarını dəmir alətlə buraraq əymiş, daha sonra pəncərəni açıb evdən iki bankada pulları götürüb evi tərk etmiş, sonradan bankalara baxan zaman içərisində 410 manat pul olduğunu görüb özü üçün xərcləmişdir. 12 noyabr 2017-ci il tarixdə saat 22:20 radələrində tanışları Tünzalə, Əlisahib, Elfanla birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 1058 ünvanında olan zaman həmin prospektdə yerləşən gül satışı mağazasından oğurluq etmək qərarına gəlmişlər, bu məqsədlə o vintaçan vasitəsilə giriş qapısını açandan sonra onunla Əlisahib mağazaya daxil olmuşlar, Tünzalə və Elfan onları çöldə gözləmişlər, onlar mağazadan 2 ədəd mobil telefon, 1 ədəd səsgücləndirici, taxta qutunun içərisindən 32 manat pulu götürüb mağazanı tərk etmişlər, sonradan oradan qaçıb uzaqlaşarkən mobil telefon və səsgücləndiricini itirmişdir. 18 noyabr 2017-ci il tarixdə saat 01 radələrində ünvan 17 ünvanında yerləşən evə həyətə keçərək oradan açıq vəziyyətdə olan zirzəmiyə keçib evə girərək oradan elektrik naqili və laqonda aparatı oğurlayıb çıxmış, sonradan həmin oğurladığı əşyaları 3-cü mkr ərazisində tanımadığı şəxsə sataraq əldə etdiyi pulu özü üçün xərcləmişdir. 17 noyabr 2017-ci il tarixdə saat təxminən 05 radələrində Binəqədi rayonu, İ.Dadaşov küçəsi 75 ünvanında yerləşən «Beyti Kabab» restoranının yanından keçən zaman həmin restorandan oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə restoranın giriş qapısını vintaçanla açaraq restorana girib kassada olan 20 manat nağd pulu, 1 ədəd “Toshiba” markalı noutbuku və 2 ədəd “Nokia” markalı mobil telefonu götürüb restoranı tərk etmişdir. 18 noyabr 2017-ci il tarixdə saat 02 radələrində tanışı Tünzalə ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospektində olan zaman həmin prospektdə yerləşən «Rəmzioğlu» şirniyyat evindən oğurluq etmək qərarına gəlmişlər, bu məqsədlə Tünzalə gəlib gedənə nəzarət etmək üçün kənarda dayanmış, o isə şirniyyat evinin qapısını vintaçanla açaraq içəri keçib oradan kassa aparatından 150 manat pul, 2 ədəd planşet və 01 ədəd telefonu götürüb oranı tərk etmiş, sonradan həmin əşyaları da sataraq əldə etdikləri pulları özləri üçün xərcləmişlər. 22 noyabr 2017-ci il tarixdə saat 18 radələrində Tünzalə ilə birlikdə Abşeron rayonu, Məmmədli kəndində olan zaman həmin kənddə yerləşən evlərdən birindən oğurluq etmək qərarına gəlmişlər, bu məqsədlə evin həyətinə girib oradan pəncərəni açıb evdən “Samsung” markalı televizor və həyətdə olan “Markus” markalı su motorunu götürüb evi tərk etmişlər, sonradan həmin əşyaları Sabunçu qəsəbəsində yerləşən bazarda 130 manata sataraq əldə etdikləri pulları özləri üçün götürmüşlər. 24 noyabr 2017-ci il tarixdə saat 19 radələrində tanışı Rəhmanla birlikdə ünvan 42 ünvanında olan zaman həmin binanın birinci mərtəbəsində yerləşən evin işıqlarının yanmadığını görüb həmin evdən oğurluq etmək qərarına gəlmişlər, bu məqsədlə evin eyvanına keçib oradan plastik qapını vintaçanla açaraq evə keçib oradan 1000 ABŞ dolları və iki ədəd üzüyü götürüb evi tərk etmişlər, daha sonra həmin küçədə 84 saylı binanın birinci mərtəbəsində yerləşən evdə heç kimin olmadığını görüb evin eyvanına keçərək oradan plastik qapını açaraq evə keçib 1000 ABŞ dolları, 500 manat və bir neçə ədəd qızıl götürüb evi tərk etmişlər, sonradan oğurladıqları əşyaları götürüb dostları Əlisahibin xalasıgilin yaşadığı Qax rayonu, Qapıçay kəndinə getmişlər. 28 noyabr 2017-ci il tarixdə saat 01 radələrində tanışı Şahid2 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 68 ünvanında yerləşən telefon mağazasından oğurluq etmək qərarına gəlmişilər, vintaçanla pəncərəni açandan sonra o, mağazaya girmiş, Rəhman isə çöldə dayanmışdır, oradan müxtəlif adda mobil telefonlar oğurlayaraq çıxmışlar, daha sonra Rəhmanla birlikdə Qax rayonuna, dostları Əlisahibin xalası Nəzakətgilə qonaq getmişlər, daha sonra polis əməkdaşları onları tutan zaman telefonları təhvil vermişlər, “Fly” markalı mobil telefon isə Əlisahibin xalası Nəzakətin evində qalmışdır. 28 noyabr 2017-ci il tarixdə saat 02 radələrində tanışı Şahid2 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 61 ünvanında yerləşən gözəllik salonundan oğurluq etmək qərarına gəlmişlər, vintaçanla qapını açandan sonra o, gözəllik salonuna girmiş, Rəhman isə çöldə dayanmışdır. Oradan kassadan 1000 manat pul, 2 ədəd “Samsung” markalı 01 ədəd “Nokia” markalı mobil telefonları oğurlayaraq çıxmışlar, daha sonra Rəhmanla birlikdə Qax rayonuna dostları Əlisahibin xalası Nəzakətgilə qonaq getmişlər, daha sonra polis əməkdaşları onları tutan zaman telefonları təhvil vermişlər, pulu isə özləri üçün xərcləmişlər. 10 dekabr 2017-ci il tarixdə saat 19 radələrində 2-ci mədən, 3-cü korpus 73 nömrəli evdə heç kimin olmadığını görüb həmin evdən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə evin pəncərəsinin dəmir barmaqlıqlarını dəmir alətlə buraraq əymiş, daha sonra pəncərəni açıb evdən bir ədəd televizor götürüb evi tərk etmiş, daha sonra həmin televizoru 130 manata Sabunçu bazarında sataraq əldə etdiyi pulu özü üçün xərcləmişdir. 16 dekabr 2017-ci il tarixdə saat 04 radələrində ünvan 43 ünvanda yerləşən «Madeyra» mebel mağazasından oğurluq etmək qərarına gəlmiş, bundan sonra üzərində olan vintaçanla mağazanın giriş qapısını açaraq içərisində olan gödəkcənin cibindən 800 manat pul, masanın üstündən “Nokia” markalı mobil telefonu, sürücülük və şəxsiyyət vəsiqələrini götürüb mağazanı tərk etmiş, sonradan həmin sənədləri atmış, telefonu 5 manata satmış və pulu özü üçün xərcləmişdir. 05 yanvar 2018-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə gedən zaman həmin prospektdə yerləşən dam örtüklərinin satışı yerindən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə satış ofisinin giriş qapısını vintaçanla açaraq mağazaya daxil olub oradan 1 ədəd “Toshiba” markalı noutbuku, 1 ədəd “Nokia” markalı mobil telefonu, 1 ədəd papağı, 1 ədəd plaş gödəkçəni, siyirmədə olan 1 ədəd gümüş təsbehi, 100 manat pulu götürüb oranı tərk etmişdir. Sonradan oğurladığı əşyaların bir hissəsini tanımadığı şəxslərə sataraq əldə etdiyi pulu özü üçün xərcləmişdir. 2018-ci ilin yanvar ayının 6-da saat 03 radələrində tanışı Dağlarla birlikdə Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsində olan zaman həmin küçədə 47 ünvanında yerləşən oyun zalından oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə oyun zalının pəncərəsinin dəmir barmaqlıqlarını sındıraraq oyun zalına daxil olub oradan 6 ədəd oyun aparatı, 12 ədəd oyun aparatının pultu və 15 manat pulu götürüb oyun zalını tərk etmiş, daha sonra oğurladığı əşyaları 8-ci km bazarında sataraq əldə etdiyi pulu özü üçün xərcləmişdir. 10 yanvar 2018-ci il tarixdə saat 01 radələrində tanışı Aydınla birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 95 ünvanında olan zaman həmin prospektdə yerləşən qadın paltarlarının satışı mağazasından oğurluq etmək qərarına gəlmişlər, bu məqsədlə o vintaçan vasitəsilə giriş qapısını açandan sonra onunla Aydın mağazaya daxil olmuşlar, onlar kassa aparatına baxsalar da, pul tapa bilməmişlər, bundan sonra mağazadan 2 ədəd köynək və bir ədəd gödəkcəni götürüb mağazanı tərk etmişlər, sonradan həmin paltarların onların əyninə olmadığını görəndən sonra zibil qutusuna atmışlar. 13 yanvar 2018-ci il tarixdə saat 03 radələrində tanışları Tünzalə, Sərdar və Aydınla birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən «Ucuzluq» mağazasından oğurluq etmək qərarına gəlmişlər, bu məqsədlə Tünzalə üzərində olan vintaçanla mağazanın giriş qapısını açmış, bundan sonra Tünzalə, Aydın və Sərdarla birlikdə mağazaya daxil olmuş, o isə çöldə dayanmışdır. Bundan sonra mağazadan çanta götürüb geyim əşyalarını həmin çantaya yığaraq mağazanı tərk etmişlər, sonradan həmin geyimlərin bir hissəsini özləri istifadə etmiş, qalan hissəsini isə kimsəsiz uşaqlara paylamışlar. 18 yanvar 2018-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində olan zaman həmir prospektdə yerləşən dönər evindən oğurluq etmək qərarına gəlmiş, bunun üçün pəncərəni sıxaraq açıb içəri keçmiş və oradan bir ədəd dönər aparatını götürüb yol kənarından tanımadığı taksi saxlayaraq aparmış, sonradan həmin aparatı 35 manata Sabunçu qəsəbəsində yerləşən bazarda sataraq əldə etdiyi pulu özü üçün xərcləmişdir. 23 yanvar 2018-ci il tarixdə saat 19 radələrində Dağlarla birlikdə Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsində olan zaman həmin küçədə yerləşən 24 nömrəli evin 43 nömrəli mənzilindən oğurluq etmək qərarına gəlmiş, həmin mənzilin pəncərəsini dəmir alətlə açaraq mənzilə daxil olub oradan qızıl zinət əşyalarını oğurlayaraq mənzili tərk etmiş, sonradan həmin qızıl zinət əşyalarını Gənclik metrostansiyasının yaxınlığında yerləşən Atatürk parkının yanında yarımçıq tikilidə gizlətmiş, bir müddət sonra həmin yerə gəlib qızılları götürmək istəyən zaman həmin qızılların orada olmadığını görmüşdür. 25 yanvar 2018-ci il tarixdə axşam saatlarında tanışı Dağlarla birlikdə Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində olan zaman həmin küçədə yerləşən 29 saylı binanın beşinci mərtəbəsində yerləşən mənzilin işıqlarının yanmadığını görüb həmin mənzildə heç kimin olmadığına əmin olandan sonra digər blokdan dama çıxmış, oradan həmin mənzilin eyvanına düşərək mənzilin giriş qapısının içəridən cəftəsini bağlayıb mənzildə axtarış aparmış, bir qədər qızıl zinət əşyaları, o cümlədən pul götürüb mənzili tərk etmiş, daha sonra oğurladığı qızıl zinət əşyalarını tanımadığı şəxslərə ucuz qiymətə sataraq əldə etdiyi pulu özü üçün xərcləmişdir. 02 fevral 2018-ci il tarixdə saat 03 radələrində ünvan 45 ünvanında olan zaman həmin küçədə yerləşən «Atəşgah» sığorta şirkətinin ofisindən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə özündə olan vintaçan vasitəsilə pəncərəni açandan sonra ofisə daxil olub oradan 3 ədəd noutbuku oğurlayaraq ofisi tərk etmiş, sonradan həmin oğurladığı əşyaları 20 yanvar metrostansiyasının yaxınlığında tanımadığı şəxsə satmışdır. 05 fevral 2018-ci il tarixdə saat 23 radələrində tanışı Dağlarla birlikdə Nərimanov rayonu, A.Neymətulla küçəsində olan zaman həmin küçədə yerləşən «Adada» geyim mağazasından oğurluq etmək qərarına gəlmişlər, bu məqsədə o, üzərində olan vintaçanla həmin mağazanın giriş qapısını açaraq mağazaya daxil olmuş, oradan müəyyyən miqdarda pul və geyim əşyaları götürərək mağazanı tərk etmişlər, sonradan oğurladıqları əşyaları və pulu Dağlarla bölərək ayrılmışlar, sonradan həmin pulu özü üçün xərcləmişdir. 07 fevral 2018-ci il tarixdə saat 01 radələrində Tünzalə ilə birlikdə Abşeron rayonu, Digah kəndində olan zaman həmin kənddə yerləşən tikinti materiallarının satışı mağazasından oğurluq etmək qərarına gəlmişlər, bu məqsədlə mağazanın giriş qapısını dəmir parçası ilə açıb mağazada olan kassadan 500 manat pul, 2 ədəd su motoru, 2 ədəd hidrofor və su açarlarını götürüb mağazanı tərk etmişlər, sonradan oğurladıqları əşyaları Sabunçu qəsəbəsində yerləşən bazarda sataraq əldə etdikləri pulları özləri üçün xərcləmişlər. 13 fevral 2018-ci il tarixdə saat 01:30 radələrində tanışı X17 ilə birlikdə ünvan 46 ünvanında yerləşən “Erres Baku” mağazasından oğurluq etmək qərarına gəlmiş, mağazanın plastik qapısını vintaçanla açaraq mağazaya girib oradan geyim əşyaları götürüb mağazanı tərk etmişlər, sonradan həmin geyim əşyalarının bəzilərini özləri geyinmiş, qalan hissəsini isə kimsəsiz uşaqlara vermişlər. 20 fevral 2018-ci il tarixdə saat 03 radələrində ünvan 47 ünvanında olan zaman həmin küçədə yerləşən «Hobby Life» mağazasından oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə özündə olan vintaçan vasitəsilə giriş qapısını açandan sonra mağazaya daxil olub orada satılan əşyalardan və bir ədəd “Samsung J1” markalı mobil telefonu oğurlayaraq mağazanı tərk etmiş, sonradan onu saxlayıb polis bölməsinə gətirdiklərində oğurladığı əşyaları təqdim etmişdir. 30 aprel 2018-ci il tarixdə saat 04 radələrində tanışı Bəxtiyarla birlikdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 61C ünvanında yerləşən telefon mağazasından oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə mağazanın giriş qapısını vintaçanla açaraq mağazaya daxil olub, oradan çoxlu sayda mobil telefon, noutbuk və kassadan 275 manat pulu oğurlayıb çıxan zaman mühafizəçi onları görüb dayanmalarını tələb edən zaman əllərində olan çantalardan birini ataraq oradan qaçıb getmişlər, sonradan pulu öz aralarında bölərək xərcləmişlər, əşyaları isə polisə təqdim etmişlər. 29 oktyabr 2018-ci il tarixdə saat 02 radələrində tanışları Nazlı və Rəhmanla birlikdə ünvan 85ndə olan zaman həmin küçədə yerləşən mağazadan oğurluq etmək qərarına gəlmişlər, bu məqsədlə Nazlı çöldə dayanmış, o, Rəhmanla mağazanın plastik qapısını açaraq mağazaya daxil olub təxminən 15-20 dəqiqə orada olduqdan sonra əllərində 4-5 ədəd qutu ilə birlikdə mağazadan çıxmışlar, sonradan həmin qutuları piyada Nazlının anasının işlətdiyi Şirvan şəhərində yerləşən kafeyə aparıb gizlətmişlər. Səhəri gün o, həmin siqaretlərin müəyyən hissəsini tanımadığı şəxslərə 130 manata satmış, qalan hissəsi isə qalmışdır. Sonradan polis əməkdaşları onları tutan zaman ünvan 85ndə yerləşən mağazadan oğurladıqları qalan əşyaları təqdim etmişlər. 08 dekabr 2018-ci il tarixdə saat 03 radələrində tanışı Fəridlə birlikdə ünvan 31 ünvanında yerləşən qadın geyimləri mağazasından oğurluq etmək qərarına gəlmişlər, bu məqsədlə mağazanın giriş qapısını açaraq kassa aparatında olan 43 manat nağd pulu və qadın geyimlərini oğurlayaraq mağazanı tərk etmişlər, daha sonra həmin əşyaları tanımadıqları şəxslərə sataraq əldə etdikləri pulları özləri üçün xərcləmişlər. 01 aprel 2019-cu il tarixdə saat 05 radələrində ünvan 49 ünvanında tanışları Aydın Hüseynov və Aydın Həsənovla birlikdə oğurluq etmək qərarına gəlmişlər, bu məqsədlə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 58H ünvanında yerləşən «LA Sisters» gözəllik salonunun qarşısına gəlmişlər. O, Aydın Həsənovla vintaçanla gözəllik salonunun qapısını açaraq içəri keçmiş, Aydın Hüseynov da onların arxası ilə salona keçmiş, bir ədəd “Asus” markalı noutbuku, 1 ədəd fotoaparat və 40 manat pulu götürüb oranı tərk etmişlər, daha sonra yaxınlıqda yerləşən travel ofisinə yaxınlaşmışlar, Aydın Hüseynov bayırda gözləmiş, o, Aydın Həsənovla ofisin qapısını açaraq içəri keçib oradan 2 ədəd noutbuk götürüb çıxmışlar, həmin noutbukun birini ona vermişlər. 04 iyul 2019-cu il tarixdə saat 03:30 radələrində tanışları Rəhman və Tünzalə ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 90 ünvanında olan zaman həmin prospektdə yerləşən təndir evindən oğurluq etmək qərarına gəlmişlər, bu məqsədlə Rəhman vintaçan vasitəsilə giriş qapısını açandan sonra onunla Rəhman təndir evinə daxil olmuş, Tünzalə isə onları çöldə gözləmişdir, onlar kassa aparatından 150 manat pulu götürərək təndir evini tərk etmişlər, sonradan həmin pulu özləri üçün xərcləmişlər. Oğurluq edən zaman onları kiminsə görməsindən xəbərləri olmamış, heç kim onların cinayətinin qarşısını almağa çalışmamışdır. 08 iyul 2019-cu il tarixdə saat 02 radələrində tanışı Tünzalə ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 11 ünvanında olan zaman həmin ünvanda yerləşən gül mağazasından oğurluq etmək qərarına gəlmişlər, bu məqsədlə yerdən götürdüyü daş parçası ilə mağazanın giriş qapısını sındırmış və mağazaya girərək oradan 1 ədəd “Samsung J2” markalı mobil telefonu və kassa aparatını götürüb mağazanı tərk etmişlər, sonradan kassanı açdıqda içərisində 287 manat pul olduğunu gürmüş, həmin pulu özləri üçün xərcləmişlər. Mobil telefonu isə 50 manata Kubinka adlanan yerdə tanımadığı şəxsə satmışdır. Daha sonra əməlindən peşman olduğunu, həmin əməlləri yetkinlik yaşına çatmayan dövrdə törətdiyini, bir daha belə hallara yol verməyəcəyini, zərər çəkmiş şəxslərə dəymiş ziyanın çox hissəsini ödədiyini, zərər çəkmiş şəxslərin bir qismi ilə barışdığını və həmin şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmadığını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək, barəsində baxılan iş üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyi epizodlar üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 39.1.3-cü maddəsini rəhbər tutaraq barəsində cinayət işinə həmin epizodlar üzrə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs26 ifadəsində göstərmişdir ki, 20 avqust 2017-ci il tarixdə qızının toy məclisində iştirak etmək üçün ailə üzvləri ilə birlikdə evdən çıxmışlar. Gecə saat 01 radələrində evə gələndə evin qapısının açıq vəziyyətdə olduğunu və evdən 1500 manat dəyərində “Acer” markalı noutbuk və bir ədəd 250 manat dəyərində “Samsung” markalı mobil telefonun oğurlandığını görmüşlər, bu barədə polisə məlumat vermişdir. Ona dəymiş zərər ödənilməmişdir. Lakin Təqsirləndirilən şəxs şikayətçi deyil və ona qarşı tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs44 ifadəsində göstərmişdir ki, o, 2017-ci il tarixdə ünvan 51 ünvanında yerləşən “Rəmzioğlu” şirniyyat evini işlədən zaman həmin şirniyyat evindən oğurluq edilmişdir. Dükanda olan iki ədəd planşet, bir ədəd printer, bir ədəd mobil telefon və kassa aparatından 1.000 manatdan yuxarı pul oğurlanmışdır. Hadisə ilə bağlı polisə şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçi deyil və ona qarşı tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 15 ünvanında yerləşən “Hobby Life” mağazasını işlədir. 20 fevral 2018-ci il tarixdə səhər ev üçün əşyalar satılan həmin mağazaya gələndə mağazanın qapısının açıq olduğunu və içəri daxil olduqda 1000 manat dəyərində məişət əşyalarının və 250 manat dəyərində “Samsung J-1 AC” markalı mobil telefonun olmadığını görmüşdür. 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Oğurlanmış əşyaların çox hissəsi ona qaytarılmışdır. Təqsirləndirilən şəxs şikayətçi deyil və ona qarşı tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs33 ifadəsində göstərmişdir ki, o, 2017-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 68 ünvanında yerləşən telefon mağazasını icarə əsasında işlətmiş, noyabr ayının 28-də səhər ona zəng edərək işlətdiyi telefon mağazasının pəncərəsinin açıq olduğunu bildirmişlər. O, mağazaya gələndə mağazanın pəncərəsinin açıq olduğunu görmüşdür. İçəri girəndə 1 ədəd “Samsung S 4 mini” markalı, 1 ədəd “Samsung Star 2” markalı, 1 ədəd “Huavey” markalı, 1 ədəd “Fly” markalı, 1 ədəd “Jingo” markalı mobil telefonlar və bir neçə ədəd ucuz telefonun, 10 ədəd telefon batareyasının, 18 ədəd “Bakcell” nömrə, 2 ədəd MP3 kalonka, 2 ədəd MP3 playerin oğurlandığını aşkar etmişdir. Kamera görüntülərinə baxanda mağazadan oğurluq edildiyini görmüş, bu barədə polisə şikayət etmişdir. Təqsirləndirilən şəxs şikayətçi deyil və ona qarşı tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 17 oktyabr 2017-ci il tarixdə o, işlətdiyi ünvan 53 ünvanında yerləşən telefon mağazasına gələndə mağazanın qapısının açıq olduğunu və içəridən ümumi dəyəri 6000 manat təşkil edən noutbuk, mobil telefon və aksesuarların oğurlandığını görmüşdür. 102 xidmətinə zəng etmiş, polislər gəlmiş, izahatını vermişdir. Ona dəymiş zərər ödənilməmiş, Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, 2017-ci ildə Zərərçəkmiş şəxs4 mağazasında mobil telefonların təmiri üzrə usta işləmişdir. Səhər saat 08:20 radələrində mağazaya gələn zaman giriş qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. Mağazada oğurluq olmasından şübhələnərək mağazanın müdiri Vüsal polisə məlumat vermişdir. Polis əməkdaşları ilə birlikdə mağazaya baxış keçirən zaman Zərərçəkmiş şəxs4 məxsus əşyalarla yanaşı ona məxsus “Samsung” markalı noutbukun, şəxsi avadanlıqlarının və müştərilərin telefon və planşetlərinin oğurlandığını aşkar etmişdir. Ona ümumilikdə 5.250 manat ziyan dəymişdir. Ona dəymiş zərər ödənilməmiş, Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs48 ifadəsində göstərmişdir ki, o, ünvan 54 ünvanında yaşayır. Yaşadığı evin qarşısında özünə məxsus qarajı var. 15 avqust 2017-ci il tarixdə həyat yoldaşının əməliyyatından qayıdarkən qonşular onun qarajına hansısa uşaqların girib-çıxdığını bildirmişlər. Qaraja çatanda artıq içəri girən şəxslər qaçıb getmişdilər. Ümumilikdə 520 manat dəyərində alətlər oğurlanmışdır. O, 102 xidmətinə zəng etmiş, kamera görüntülərini təqdim etmiş, yazılı formada şikayətini vermişdir. Ona dəymiş zərər ödənilməmiş, Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 25 yanvar 2018-ci il tarixdə toy məclisinə getmiş, toydan gələn zaman evinin qapısını aça bilməmiş, ona görə də yaxınlıqda yaşayan qızıgildə gedib qalmışdır. Səhəri gün usta çağırıb qapıya baxdıran zaman qapının içəridən bağlandığı məlum olmuşdur. Evə daxil olandan sonra evin darmadağın edildiyini, 500 manat pul, 200 ABŞ dolları və 4000 manat dəyərində qızıl zinət əşyalarının oğurlandığını aşkar etmiş, bu barədə polisə ərizə ilə müraciət etmişdir. Ona dəymiş zərər ödənilməmiş, Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs27 ifadəsində göstərmişdir ki, təxminən 4-5 il bundan əvvəl icarə əsasında işlətdiyi Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən “Alkapon” dam örtükləri mağazasına gəldikdə qapının açıq olduğunu, içəri girəndə isə hər yerin dağınıq olduğunu görmüşdür. Dükandan gümüş təsbehi, iş telefonu, 100 manata yaxın pul və noutbuk oğurlanmışdır. Bu barədə sahə inspektoruna bildirmişdir. Ona dəymiş zərərin çox hissəsi ödənilmiş, yalnız telefon qaytarılmamışdır. Təqsirləndirilən şəxs şikayətçi deyil və ona qarşı tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs32 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs27la bir yerdə işləmişdir. Mağazaya gələndə iş yerinin dağınıq olduğunu, noutbukunun aparıldığını görmüşdür. Bundan başqa Zərərçəkmiş şəxs27 təsbehi, telefonu və 100 manat da pul oğurlanmışdır. Ona dəymiş zərər ödənilmiş, noutbuku geri qaytarılmışdır. Təqsirləndirilən şəxs şikayətçi deyil və ona qarşı tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs49 ifadəsində göstərmişdir ki, o, 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 90 ünvanında yerləşən təndir evini icarə müqaviləsi əsasında işlədirdi. Bir dəfə səhər obyektə gələndə obyektin qapısının sınıq olduğunu görmüşdür. Həmin təndir evindən 150 manat pulun oğurlandığını aşkar etmişdir. Bununla bağlı polisə şikayət etmişdir. Ona dəymiş zərər ödənilməmiş, Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs43 ifadəsində göstərmişdir ki, o, 12 noyabr 2017-ci il tarixdə işə gələn zaman işlətdiyi Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospektində yerləşən «The Secret» gül mağazasına gələn zaman giriş qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. Mağazaya baxan zaman 02 ədəd mobil telefonun, 01 ədəd “Sony” markalı səsgücləndiricinin və 32 manat nağd pulun oğurlandığını aşkar etmişdir. Bu barədə polisə ərizə ilə müraciət etmişdir. Mağazada kamera olmuşdur. Videogörüntülərdən 3 oğlan, 1 qızın mağazaya daxil olduğu müəyyən edilmişdir. Ona dəymiş zərər ödənilməmiş, Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs46 ifadəsində göstərmişdir ki, 06 fevral 2018-ci il tarixdə icarə müqaviləsi əsasında işlətdiyi ünvan 55 ünvanında yerləşən «Adada» geyim mağazasına gələn zaman mağazanın kassa aparatında olan 515 manat nağd pul və 950 manat dəyərində geyim əşyalarının oğurlandığını görmüşdür. Kamera görüntülərinə baxanda oğurluğun 2 nəfər şəxs tərəfindən edildiyini müəyyən etmişdir. Bununla bağlı polisə şikayət vermişdir. Ona dəymiş zərər ödənilməmiş, Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs16 ifadəsində göstərmişdir ki, o, ünvan 31 ünvanında yerləşən qadın geyimləri mağazasını işlədir. 08 dekabr 2018-ci il tarixdə mağazaya gələn zaman mağazadan 43 manat nağd pul və ümumilikdə 4018 manat dəyərində gümüş bujiteriya və qadın geyimlərinin oğurlandığını aşkar etmişdir. Kamera görüntülərinə baxanda oğurluq edən şəxslərin 3 nəfər olduğunu görmüşlər. Daha sonra polisə müraciət etmişdir. Ona dəymiş zərər ödənilməmişdir. Təqsirləndirilən şəxs şikayətçi deyil və ona qarşı tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 61C ünvanında yerləşən telefon mağazasını işlədir. 30 aprel 2018-ci il tarixdə səhər mağazaya gələn zaman mağazadan oğurluq edildiyini aşkar etmişdir. Kassa aparatından 275 manat nağd pul və 2790 manat dəyərində mobil telefon və kompüter avadanlıqları oğurlanmışdır. Polis kamera görüntülərinə baxanda oğurluğun qrup şəklində törədildiyini görmüşdür. Ona dəymiş zərər ödənilməmişdir. Təqsirləndirilən şəxs şikayətçi deyil və ona qarşı tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs31 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 183 ünvanında yerləşən dönərxananı işlədir. 4 il bundan əvvəl həmin dönərxanadan 750 manat dəyərində dönər aparatı və kassadan pul oğurlanmışdır. Bu barədə polisə məlumat vermişdir. Ona dəymiş zərər ödənilməmişdir. Təqsirləndirilən şəxs şikayətçi deyil və ona qarşı tələbi yoxdur. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs12 məhkəməyə ərizə ilə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, ona dəymiş zərərin ödənilmədiyini, lakin Təqsirləndirilən şəxs şikayətçi olmadığını və ona qarşı tələbinin olmadığını bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs12 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, 09 dekabr 2017-ci il tarixdə axşam saatlarında yas mərasimində iştirak etmək üçün Gəncə şəhərinə getmiş, 10 dekabr 2017-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 3, 73 nömrəli evə gəlmiş, evin pəncərəsinin dəmir barmaqlıqlarının əyildiyini və pəncərənin açıq vəziyyətdə olduğunu görmüş, evə baxan zaman 600 manat dəyərində “Blaupunkt” markalı televizorun oğurlandığını aşkar etmiş, ona görə də bu barədə polisə ərizə ilə müraciət etmişdir. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs20 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs20 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən «Xan» restoranını işlədir. Həmin obyekt saat 09 radələrindən 23 radələrinə qədər olan müddətdə fəaliyyət göstərir. 04 sentyabr 2017-ci il tarixdə saat 23 radələrində restoranı bağlayıb getmişlər, səhəri gün, yəni 05 sentyabr 2017-ci il tarixdə saat 09:15 radələrində o, işə gələn zaman mətbəxdə ərzaqların yerində olmadığını görüb oğurluq olmasından əmin olmuş, həmin vaxt restorandan 480 manat dəyərində 40 kq quzu əti, 110 manat dəyərində 10 kq dana əti, 35 manat dəyərində 5 ədəd kənd çolpası, 50 manat dəyərində 10 ədəd broyler toyuğu, 12 manat dəyərində 5 litrlik duru yağ, 40 manat dəyərində 5 kq qara ciyər, 1 ədəd 5 manat dəyərində plastmas qazan, 2 ədəd hər birinin qiyməti 5 manat olan plastmas podnos və 10 manat dəyərində qadın mətbəx uniformasının oğurlanmasının şahidi olmuşdur. Ona görə də bu barədə polisə ərizə ilə müraciət etmişdir. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs36 məhkəməyə ərizə ilə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, Təqsirləndirilən şəxs şikayətçi olmadığını və ona qarşı tələbinin olmadığını bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs36 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 11 ünvanında yerləşən «Wax Flowers» gül mağazasını icarəyə götürüb işlədir. Mağaza hər gün saat 10 radələrindən 22 radələrinə qədər fəaliyyət göstərir. 08 iyul 2019-cu il tarixdə səhər saat 09 radələrində ona Nəsimi Rayon Mühafizə Polisindən məlumat vermişlər ki, işlətdiyi gül mağazasından oğurluq olmuşdur, bundan sonra mağazaya gəlmiş və məlum olmuşdur ki, içərisində 287 manat pul olan 80 manat dəyərində kassa aparatı və 100 manat dəyərində «Samsung J2» markalı mobil telefon aparatı oğurlanmışdır. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs38 məhkəməyə ərizə ilə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, ona dəymiş zərərin ödənilmədiyini, lakin Təqsirləndirilən şəxs şikayətçi olmadığını və ona qarşı tələbinin olmadığını bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs38 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, 18 noyabr 2017-ci il tarixdə ailə üzvləri qonaq getmiş, o isə özəl şirkətdə sürücü işlədiyi üçün yaşadıqları Abşeron rayonu, Məhəmmədi qəsəbəsində yerləşən evə ancaq axşamlar gəlmişdir. 22 noyabr 2017-ci il tarixdə saat 22 radələrində evə gəldikdə su motorunun işləyib-işləməməsini yoxlamaq istədikdə “Markus” markalı motorun yerində olmadığını görmüş, daha sonra isə mətbəxin pəncərəsinin açıq vəziyyətdə olduğunu görüb əşyalara baxdıqda “Samsung” markalı televizorun da yerində olmadığını görmüş, ümumilikdə ona 1400 manat məbləğində ziyan dəymiş, bundan sonra evdə oğurluq olmasından əmin olaraq bu barədə polisə ərizə ilə müraciət etmişdir. Televizorun dəyəri 1300 manat, su motorunun dəyəri isə 75 manat olmuşdur. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs29 məhkəməyə ərizə ilə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, ona dəymiş zərərin ödənilmədiyini, lakin Təqsirləndirilən şəxs şikayətçi olmadığını və ona qarşı tələbinin olmadığını bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs29 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsi 9 ünvanında yerləşən «Atena» adlı marketi 4 ildir ki, icarəyə götürüb işlətmişdir. 04 aprel 2017-ci il tarixdə saat 08 radələrində mağazaya gəldikdə qapının qıfılının sındırıldığını və mağazadan 400 manat dəyərində “Kent 4”, “Kent 8”, “Vinston”, “Davudoff”, “Yava”, “More” və klassik markalı siqaretlərin, həmçinin 270 manat dəyərində orbit saqqızının oğurlandığını aşkar etmişdir. Ona görə də polisə bu barədə ərizə ilə müraciət etmişdir. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs24 məhkəməyə ərizə ilə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, ona dəymiş zərərin ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs24 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, 2016-cı ildən ünvan 57 ünvanında yerləşən «Fidan Market» mağazasını işlədir. 10 oktyabr 2017-ci il tarixdə saat 22 radələrində mağazanı bağlayıb getmiş, səhəri gün, yəni 11 oktyabr 2017-ci il tarixdə marketə gələn zaman aşkar etmişdir ki, mağazadan 1100 manat dəyərində müxtəlif markalı, hazırda markası yadında qalmayan siqaretlər, kassa aparatından 110 manat nağd pul, 1 ədəd 100 manat dəyərində üzərində simkart nömrəsi olmayan «Samsung» markalı planşet oğurlanmışdır. Ona görə də bu barədə polisə ərizə ilə müraciət etmişdir. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs42 ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 95 ünvanında yerləşən «Ayla» qadın geyimləri mağazasını 2017-ci ilin dekabr ayından işlədir. Mağazanı hər gün saat 10 radələrində açır və 21 radələrində bağlayır. Onun mağazasında Rəna Yaqnəliyeva satıcı olaraq işləyir. 10 yanvar 2018-ci il tarixdə saat 10:30 radələrində Rəna ona zəng vuraraq mağazadan oğurluq olması barədə məlumat vermişdir. O da mağazaya gələn zaman kassa aparatından 650 manat pul, 1 ədəd 1800 manat, 1 ədəd 1500 manat, 1 ədəd 1300 manat dəyərində xəzin, 1800 manat dəyərində müxtəlif qadın paltarlarının və 650 manat nağd pulun oğurlanmasının şahidi olmuşdur. Ona görə də bu barədə polisə ərizə ilə müraciət etmişdir. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs51 ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, 2015-ci ildə özünə 500 manata bir ədəd «Samsung Tab 4» markalı planşet almış, 16 oktyabr 2017-ci ildə planşetin cərəyan yığan yuvasında müəyyən problemlər yarandığı üçün Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən «Gold Mobile» telefon mağazasına təmir üçün vermiş, səhəri gün ona mağazadan məlumat vermişlər ki, mağazadan oğurluq olmuş, həmin oğurluq zamanı ona məxsus olan 500 manat dəyərində planşet də oğurlanmışdır. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs52 ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, 2017-ci ilin oktyabr ayının əvvəllərində ona məxsus olan 130 manat dəyərində «Samsung Tab» markalı planşetdə və 130 manat dəyərində «Samsung» markalı mobil telefonda texniki nasazlıq yarandığından onları təmir etdirmək üçün Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən «Gold Mobile» telefon mağazasına vermiş, 17 oktyabr 2017-ci il tarixdə ona mağazadan məlumat vermişlər ki, mağazadan oğurluq olmuş, həmin oğurluq zamanı ona məxsus olan 130 manat dəyərində «Samsung Tab» markalı planşet və 130 manat dəyərində «Samsung» markalı telefon oğurlanmışdır. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs47 ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, 2017-ci ilin oktyabr ayının əvvəllərində ona məxsus olan 170 manat dəyərində «Samsung 7102» markalı mobil telefonda texniki nasazlıq yarandığından onu təmir etdirmək üçün Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən «Gold Mobile» telefon mağazasına vermiş, 17 oktyabr 2017-ci il tarixdə ona mağazadan məlumat vermişlər ki, mağazadan oğurluq olmuş, həmin oğurluq zamanı ona məxsus olan 170 manat dəyərində «Samsung 7102» markalı telefon da oğurlanmışdır. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs50 ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, 2017-ci ilin oktyabr ayının əvvəllərində ona məxsus olan 350 manat dəyərində «Samsung 9060» markalı və 120 manat dəyərində «Samsung 7582» markalı mobil telefonda texniki nasazlıq yarandığından onları təmir etdirmək üçün Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən «Gold Mobile» telefon mağazasına vermiş, 17 oktyabr 2017-ci il tarixdə ona mağazadan məlumat vermişlər ki, mağazadan oğurluq olmuş, həmin oğurluq zamanı ona məxsus olan 350 manat dəyərində «Samsung 9060» markalı və 120 manat dəyərində «Samsung 7582» markalı telefon oğurlanmışdır. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, 04 iyul 2017-ci il tarixdən ünvan 45 ünvanında yerləşən ofisi icarəyə götürüb «Atəşgah Sığorta» şirkətinin agenti kimi fəaliyyət göstərməyə başlamışdır. 01 fevral 2018-ci il tarixdə saat 18 radələrində ofisi bağlayıb getmiş, 02 fevral 2018-ci il tarixdə saat 09:20 radələrində ofisə gələn zaman pəncərənin açıq vəziyyətdə olduğunu görmüş, ofisə girdikdə 1 ədəd 400 manat dəyərində «HP» markalı noutbukun, 1 ədəd 320 manat dəyərində «HP» markalı noutbukun, 1 ədəd 180 manat dəyərində «Asus» markalı noutbukun oğurlandığını görmüşdür. Ona görə də bu barədə polisə ərizə ilə müraciət etmişdir. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, ünvan 58 ünvanında yerləşən «X32» oyun zalını icarə əsasında işlədir. 05 yanvar 2018-ci il tarixdə saat təxminən 23 radələrində oyun zalını bağlayıb çıxıb getmiş, səhəri gün, yəni 06 yanvar 2018-ci il tarixdə oyun zalına gələn zaman oyun zalının pəncərəsinin dəmir barmaqlıqlarının sındırılaraq oyun zalının pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüş, bundan sonra oyun zalına baxan zaman hər birinin dəyəri 300 manat olan 6 ədəd oyun aparatı, 12 ədəd hər biri 50 manat olan oyun aparatının pultu və 15 manat nağd pulun oğurlandığını aşkar etmişdir. Ona görə də bu barədə polisə ərizə ilə müraciət etmişdir. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, 23 yanvar 2018-ci il tarixdə saat 19 radələrində yaşadığı ünvan 59 ünvanında yerləşən evindən çıxaraq qonaq getmiş, saat təxminən 21 radələrində yaşadığı evə gələn zaman giriş qapısının açılmadığını görüb mətbəxin qapısını açıb evə keçən zaman yataq otağının pəncərəsinin üzərində olan dəmir barmaqlıqların sındırıldığını və pəncərənin açılaraq yataq otağında olan termunun siyirməsindən 1 dəst 585 əyarlı 1500 manat dəyərində sırğa, üzük, kulonu, 1 ədəd 500 manat dəyərində sırğa dəsti, 1 dəst 850 manat dəyərində sırğa, üzük, kulonu, 1 cüt 100 manat dəyərində uşaq sırğası, 1 ədəd 1800 manat dəyərində qızıl qolbağı, 1 ədəd 650 manat dəyərində üzüyü, 1 ədəd 680 manat dəyərində ürək formasında üzüyü, 1 ədəd 350 manat dəyərində yarpaq formasında üzüyü, 1 cüt uzunsov formada 600 manat dəyərində sırğanın oğurlandığını aşkar etmişdir. Ona görə də bu barədə polisə ərizə ilə müraciət etmişdir. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs11 ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində özü üçün yeni ev tikmişdir. Evin təmir işləri tamamlanmadığı üçün yaşayış yoxdur, 11 oktyabr 2017-ci il tarixdə evə baxmış, 14 oktyabr 2017-ci il tarixdə saat 15 radələrində evə gəlmiş, bu zaman 18 metr uzunluğunda qoşa kabelin və 100 metr uzunluğunda 4-lük kabelin, ümumilikdə 300 manat dəyərində elektrik naqillərinin oğurlandığını görmüşdür. Bundan sonra dərhal polisə ərizə ilə müraciət etmişdir. Oğurluq nəticəsində ona 190 manat maddi ziyan dəymişdir. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs14 ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, 11 noyabr 2017-ci il tarixdə səhər yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, l mədən, korpus 2 ünvanında yerləşən evindən çıxıb işə getmiş, axşam evə gələn zaman qonaq otağının dəmir barmaqlıqlarının sındırılğıdını və pəncərəsinin açıq vəziyyətdə olduğunu görüb evə baxış keçirən zaman yataq otağında olan bankada saxladığı 500 manat nağd pulun oğurlandığını aşkar etmişdir. Ona görə də bu barədə polisə ərizə ilə müraciət etmişdir. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs17 ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, yaşadığı ünvan 5 saylı BPM-nin yataqxananın həyətində «Ağa» market mağazasını işlədir. 21 iyul 2017-ci il tarixdə səhər saatlarında mağazaya yaxınlaşan zaman mağazanın giriş qapısının sındırıldığını aşkar etmiş, mağazaya baxan zaman ümumi dəyəri 600 manat olan enerji içkiləri, tütün məmulatları, spirtli içki, ətirin oğurlandığını aşkar etmişdir. Ona görə də bu barədə polisə ərizə ilə müraciət etmişdir. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs18 ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, ünvan 60 ünvanında yerləşən «Jasmin Parfüm» mağazasını işlədir. 16 iyun 2017-ci il tarixdə saat 10 radələrində mağazaya gələn zaman giriş qapısının açıq vəziyyətdə olduğunu görüb mağazaya baxan zaman 235 manat nağd pul və 60 manat dəyərində bijuteriyanın oğurlandığını aşkar etmişdir. Ona görə də bu barədə polisə ərizə ilə müraciət etmişdir. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs19 ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, ünvan 61 ünvanında yerləşən «Beyti kabab» restoranını icarəyə götürüb işlədir. Restoran hər gün saat 09 radələrindən 22 radələrinə qədər fəaliyyət göstərir. 17 noyabr 2017-ci il tarixdə səhər saat 09 radələrində restorana gələn zaman giriş qapısının açıq vəziyyətdə olduğunu görüb restorana girən zaman 1 ədəd 300 manat dəyərində “Toshiba” markalı noutbuk, 2 ədəd üzərində sim kart nömrələri olmayan hər biri 60 manat dəyərində “Nokia” markalı mobil telefon və kassadan 20 manat nağd pulun oğurlandığını aşkar etmişdir. Ona görə də bu barədə polisə ərizə ilə müraciət etmişdir. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs25 ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, 2017-ci ilin yanvar ayından yaşadığı Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən evinin həyətində 12 kvadrat metr sahəsi olan mağaza açmışdır. 2017-ci ilin iyun ayının əvvəllərində saat təxminən 22 radələrində mağazanı bağlamış, səhəri gün saat 06:30 radələrində mağazanı açmaq üçün gələn zaman giriş qapısının qıfılının sındırılaraq açıldığını və mağazada piştaxtanın siyirməsində olan xırda qəpiklərdən ibarət ümumilikdə 50 manat nağd pul, ümumi dəyəri 950 manat təşkil edən müxtəlif adda siqaretlərin oğurlandığının şahidi olmuşdur. Ona görə də bu barədə polisə ərizə ilə müraciət etmişdir. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs23 ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yerləşən 13 saylı binanın birinci mərtəbəsində yerləşən mağazanı icarəyə götürüb işlədir. Mağaza hər gün saat 09 radələrindən 21 radələrinə qədər fəaliyyət göstərir, 09 noyabr 2017-ci il tarixdə saat 21 radələrində mağazanı bağlayıb getmiş, 10 noyabr 2017-ci il tarixdə saat 09 radələrində mağazaya gələn zaman giriş qapısının qıfılının qırıldığını və mağazanın qapısının açıq vəziyyətdə olduğunu görmüş, mağazaya baxan zaman kassa aparatında olan 2241 manat pulun, hər biri 75 manat dəyərində iki ədəd gödəkcə və 30 manat dəyərində bijuteriyanın oğurlandığını görmüşdür. Videogörüntülərə baxış zamanı isə iki nəfər yeniyetmə şəxsin mağazadan oğurluq etməsini görmüşdür. Ona görə də bu barədə polisə ərizə ilə müraciət etmişdir. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs21 ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., 3169-cu məhəllədə yerləşən "xxxx" MMC-nin binasının birinci mərtəbəsində yerləşən «Ucuzluq» mağazasını icarə əsasında işlədir. Həmin mağazada qohumu X3 kimi işləyir. Hər gün mağaza saat 09 radələrindən 21 radələrinə qədər fəaliyyət göstərir, mağazanı Münasib özü açıb bağlayır, 12 yanvar 2018-ci il tarixdə saat 21 radələrində Münasib mağazanı bağlayaraq çıxıb getmiş, səhəri gün saat 09 radələrində mağazaya gələn zaman giriş qapısının açıq vəziyyətdə olduğunu görüb ona bu barədə məlumat vermiş, o da mağazaya gələndən sonra 6 cüt ümumi dəyəri 150 manat olan qadın ayaqqabısı, 3 cüt ümumi dəyəri 63 manat olan kişi ayaqqabısı, 3 ədəd hər biri 35 manat olan qadın gödəkcəsi, hər biri 15 manat olan 6 ədəd qadın üçün cins şalvar, 10 ədəd hər birinin qiyməti 35 manat olan qadın və kişi idman geyimi, 4 ədəd hər birinin qiyməti 15 manat olan bel çantası, 100 manat dəyərində bijuteriya, 4 ədəd hər biri 15 manat olan kişi cins şalvarı, 100 manat dəyərində uşaq geyimlərinin oğurlandığını aşkar etmişdir. Ona görə də bu barədə polisə ərizə ilə müraciət etmişdir. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs28 ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, 2017-ci ilin oktyabr ayının əvvəllərində ünvan 62 ünvanında özü üçün fərdi yaşayış evi tikdirmiş, lakin təmir işləri tamamlanmadığı üçün orada yaşayış olmamışdır. 13 noyabr 2017-ci il tarixdə günorta saatlarında həmin evə gedərkən evin içərisinə qoyduğu hər qutusunun dəyəri 20 manat olan 2 qutu şrup, hər topasının qiyməti 30 manat olan 2 qutu rezinin oğurlandığını aşkar etmiş, lakin polisə ərizə ilə müraciət etməmişdir. 19 noyabr 2017-ci il tarixdə yenidən həmin evə gedən zaman oradan hər topasının qiyməti 50 manat olan 6 topa 100 metrlik elektrik naqili, 01 ədəd 45 manat dəyərində loqonda aparatının oğurlandığını aşkar etmişdir. Ona görə də bu barədə polisə ərizə ilə müraciət etmişdir. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs30 ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, 2017-ci ilin sentyabr ayının əvvəllərində azyaşlı övladı xəstəxanada müalicə aldığı üçün arvadı onun yanında qalmışdır. 04 sentyabr 2017-ci il tarixdə saat 01:50 radələrində yaşadığı evə gələn zaman evin dəhlizinin pəncərəsinin dəmir barmaqlıqlarının yerindən çıxarıldığını və evdə olan uşaq otağındakı çarpayının üzərindən 300 manat dəyərində 1 ədəd “Samsung Tab-3” markalı planşet, digər yataq otağından 1 ədəd 800 manat dəyərində “Fujitsu” markalı noutbuk, balonda saxlanılan 250 manat pulun, dolabda asdığı gödəkçənin cibindən 700 manat pulun və 350 manat dəyərində fotoaparatın oğurlandığını aşkar etmişdir. Ona görə də bu barədə polisə ərizə ilə müraciət etmişdir. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, ünvan 63 ünvanında yerləşən «Edem» gözəllik salonunu icarə əsasında işlədir. 28 noyabr 2017-ci il tarixdə saat 09:30 radələrində gözəllik salonuna gələn zaman giriş qapısının açıq vəziyyətdə olduğunu görüb içəri keçdikdə kassadan 1500 manat pulun, 1 ədəd 100 manat dəyərində üzərində simkart olmayan “Samsung” markalı telefonun, 1 ədəd 100 manat dəyərində balansında 5 manatlıq danışıqla birlikdə 5 manat dəyərində ***-***-**-** simkart nömrəsi olan “Samsung” markalı telefonun, 1 ədəd üzərində simkart olmayan 40 manat dəyərində “Blackberry” markalı telefonun, 01 ədəd üzərində simkart olmayan 50 manat dəyərində “Nokia” markalı mobil telefonun və 1 ədəd 70 manat dəyərində saç feninin oğurlanmasını görmüşdür. Ona görə də bu barədə polisə ərizə ilə müraciət etmişdir. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs40 ifadəsində göstərmişdir ki, 2011 ildən ünvan 85ndə yerləşən mağazanı icarəyə götürüb işlədir. 29 oktyabr 2018-ci il tarixdə saat 07 radələrində mağazaya gələn zaman 1 qutu 20 manat dəyərində «LD», 2 qutu hər biri 15,3 manat dəyərində «Vinçester», 5 qutu hər biri 11 manat dəyərində «Vant», 1 qutu 9 manat dəyərində «Bakı», 2 qutu hər biri 11 manat dəyərində «Prima», 1 qutu 22,5 manat dəyərində «Vinston», 2 qutu hər biri 12,6 manat dəyərində «Classik kompakt», 1 qutu 28 manat dəyərində «Sobranie», 1 qutu 24,3 manat dəyərində «Kent 4» 1 qutu 24,3 manat dəyərində «Kent 8», 1 qutu 15,3 manat dəyərində «Vest Kompakt», 5 ədəd hər biri 0,8 manat dəyərində «Şəki», 5 ədəd hər biri 1 manat dəyərində «NZ», 18 ədəd hər biri 1,1 manat dəyərində «Vant» 9 ədəd hər biri 2,5 manat dəyərində «Kent 1», 2 ədəd hər biri 2,5 manat dəyrəində «kent minto», 9 ədəd hər biri 2,25 manat dəyərində «Vinston», 6 ədəd hər biri 1,5 manat dəyərində «Vinçester», 10 ədəd hər biri 1,1 manat dəyərində «Pall Mall», 13 ədəd hər biri 1,53 manat dəyərində «Pall Mall», 6 ədəd hər biri 2,53 manat dəyrəində «Davidoff», 23 ədəd hər biri 1,26 manat dəyərində «Classik», 17 ədəd hər biri 1 manat dəyərində «Maqna», 9 ədəd hər biri 1 manat dəyərində «More» siqaretlər, 6 manat dəyərində 1 kq şokolad, 2 kq hər kiloqramı 2,8 manat dəyərində, 5,6 manat dəyərində konfet, 2 kq hər kiloqramı 1 manat dəyərində olan qənd, 4 ədəd hər biri 0,9 manat olan konserv, 17 ədəd hər biri 0,7 manat dəyərində «Bizon», 18 ədəd hər biri 0,7 manat dəyərində «Burn», 15 ədəd hər biri 0,86 manat dəyərində «Hell» energetik içkiləri, 3 ədəd hər biri 1,8 manat dəyrəində «Ariel» yuyucu tozları, 2 ədəd hər biri 1,8 manat dəyərində «Berga» 1 ədəd 2 manat dəyərində 100 qramlıq «Champion», 2 ədəd hər biri 1 manat dəyərində 50 qramlıq «Champion», 3 ədəd hər biri 2 manat dəyərində «Beta» çayları, 5 ədəd hər biri 0,4 manat olan «Çiko» tumları, 3 ədəd hər biri 0,86 manat olan «Safeguard», 10 ədəd hər biri 0,25 manat olan «Alev» sabunları, 17 ədəd hər biri 0,26 manat olan alışqanlar, 11 ədəd hər biri 0,20 manat olan enerji batareyalarının oğurlandığını aşkar etmişdir. Ona görə də bu barədə polisə ərizə ilə müraciət etmişdir. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs X6 ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, 03 oktyabr 2017-ci il tarixdə saat 18:10 radələrində Azərbaycan Dövlət İqtisad Universitetinin Gənclik metrostansiyasının yaxınlığında yerləşən binasına dərsə getmək üçün Gənclik metrostansiyasından çıxıb üzü Ayna Sultanova heykəli istiqamətində Atatürk prospekti ilə gedərək Həsən Əliyev prospektinə çıxandan sonra bir nəfər azyaşlı oğlan ona yaxınlaşıb söz atmış, o isə fikir verməyərək yoluna davam etmişdir, Həsən Əliyev prospekti 88 ünvanına çatanda qarşısına bir azyaşlı qız çıxaraq onunla mübahisə etməyə başlamış, bu zaman ona söz atan oğlandan başqa bir nəfər də onlara yaxınlaşıb gödəkcəsinin cibindən üzərində 2 manatlıq danışıqla birlikdə 5 manat dəyərində ***-***-**-** nömrəsi olan 599 manat dəyərində “Samsung” markalı mobil telefonunu götürmüş, daha sonra hamısı qaçmağa başlamışlar, o da həmin şəxslərin arxası ilə qaçsa da çata bilməmiş, daha sonra bir nəfərdən mobil telefon alaraq evlərinə məlumat vermiş, bundan sonra valideyni ilə polis əməkdaşları həmin yerə gəlmişlər. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs37 ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, 2016-cı ilin yanvar ayından ünvan 64 ünvanında yerləşən «MM Studio» gözəllik salonunu işlədir, salon hər gün saat 10 radələrindən 20 radələrinə qədər fəaliyyət göstərir. 15 sentyabr 2017-ci il tarixdə saat 21 radələrində salonu bağlayıb getmiş, 16 sentyabr 2017-ci il tarixdə saat 10 radələrində salonun pəncərəsinin açıq vəziyyətdə olduğunu və içərinin dağınıq halda olduğunu, kassadan isə 680 manat nağd pulun oğurlandığını görmüşdür. Ona görə də bu barədə polisə ərizə ilə müraciət etmişdir. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs13 ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 5811 ünvanında yerləşən «Sisters» gözəllik salonunu işlədir. 01 aprel 2019-cu il tarixdə saat 09 radələrində gözəllik salonuna gələrkən giriş qapısının açıq vəziyyətdə olduğunu görüb salona keçib baxdıqda 1 ədəd 1600 manat dəyərində “Asus” markalı noutbuk, 1 ədəd 4500 manat dəyərində “Mark 3” markalı fotoaparat və 40 manat pulun oğurlanmasının şahidi olmuşdur. Ona görə də bu barədə polisə ərizə ilə müraciət etmişdir. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs15q oğlunun ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 75 ünvanında yerləşən «Start travel» turizm ofisini işlədir. 01 aprel 2019-cu il tarixdə saat 09 radələrində ofisə gələrkən giriş qapısının açıq vəziyyətdə olduğunu görüb ofisə keçib baxdıqda 2 ədəd hər biri 650 manat dəyərində “HP” markalı noutbukun oğurlanmasının şahidi olmuşdur. Ona görə də bu barədə polisə ərizə ilə müraciət etmişdir. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs39 ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, 2014-cü ildən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 64 ünvanında yerləşən «Madeyra» mebel mağazasında gözətçi işləyir. 15 dekabr 2017-ci il tarixdə saat 17:30 radələrində işə gəlmiş, lakin gecə mebel salonunda onu yuxu tutmuşdur, səhər saat 08 radələrində yuxudan oyanan zaman görmüşdür ki, masanın üzərinə qoyduğu 40 manat dəyərində gödəkçəsi, cibində olan 1000 manat pul, şəxsiyyət və sürücülük vəsiqələri, həmçinin ona məxsus olan üzərində 5 manat balansa malik 5 manat dəyərində ***-***-**-** nömrəsi olan 15 manat dəyərində “Nokia” markalı mobil telefon oğurlanmışdır. Ona görə də bu barədə polisə ərizə ilə müraciət etmişdir. Sonradan ona ***-***-**-** nömrəsindən zəng edərək Əhmədli metrostansiyasının üstündən şəxsiyyət və sürücülük vəsiqələrini tapdığını bildirmişlər, o da həmin şəxslə görüşərək sənədlərini götürmüşdür. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs45 ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, 2014-cü ildən Abşeron rayonu, Digah kəndində tikinti materiallarının satışı ilə məşğul olur. 06 fevral 2018-ci il tarixdə axşam saatlarında işlədiyi mağazanı bağlayıb getmiş, 07 fevral 2018-ci il tarixdə saat 08 radələrində mağazaya gəldikdə qapının qıfılının sındırılaraq açıldığını və mağazada olan kassa aparatından 500 manat nağd pul və 200 manat dəyərində 2 ədəd su motoru, 2 ədəd hidrofor və bir neçə ədəd su açarının oğurlandığını görmüşdür. Ona görə də bu barədə polisə ərizə ilə müraciət etmişdir. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs10 ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 84, mənzil 16-da tək yaşayır. 24 noyabr 2017-ci il tarixdə saat 18 radələrində nəvəsi Sevincin toy məclisində iştirak etmək üçün getmiş, həmin gün saat 23:30 radələrində evə qayıdan zaman əşyaların dağınıq vəziyyətdə olduğunu, evə baxdıqda dolabda olan gödəkçənin cibində olan 500 ABŞ dolları, digər otaqda olan çantanın içərisindəki 500 ABŞ dolları, 500 manat nağd pul və 3 ədəd ümumi dəyəri 1500 manat təşkil edən boyunbağının oğurlandığının şahidi olmuşdur. Ona görə də bu barədə polisə ərizə ilə müraciət etmişdir. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs35 ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi ev 78, mənzil 17-də yaşayır. 24 noyabr 2017-ci il tarixdə saat 10:30 radələrində evdən çıxıb fərdi əməklə məşğul olduğu işinin arxası ilə getmiş, həmin gün saat 20:35 radələrində evə qayıdan zaman əşyaların dağınıq vəziyyətdə olduğunu, evə baxdıqda yataq otağındakı kamodun siyirməsində olan 1000 ABŞ dolları və iki ədəd 1 ədədi 300 manat, digəri 350 manat olan üzüyün oğurlandığının şahidi olmuşdur. Ona görə də bu barədə polisə ərizə ilə müraciət etmişdir. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs34 ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, İ.Əliyev küçəsi 12 ünvanında yerləşən mağazanı icarəyə götürüb işlətmişdir. 2016-cı ilin noyabr ayının əvvəllərində saat 07:30 radələrində mağazaya gəldikdə mağazanın şüşəsinin çıxarıldığını və mağazadan 1500 manat dəyərində müxtəlif markalı siqaretlər, 300 manat dəyərində danışıq kartı və 10 manat dəyərində alışqan və saqqızın oğurlandığını aşkar etmişdir. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs22 ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, ünvan 28 ünvanında yerləşən «Erres-Baku» geyim satışı mağazasını işlədir. 12 fevral 2018-ci il tarixdə saat 20 radələrində mağazanı bağlayıb getmiş, 13 fevral 2018-ci il tarixdə saat 10:30 radələrində mağazaya gələn zaman mağazanın giriş qapısının açıq vəziyyətdə olduğunu görüb içəri keçdikdə mağazadan 7 ədəd hər biri 68 manat dəyərində «Stefano Ricci» markalı gödəkçə, 15 ədəd hər biri 20 manat dəyərində «Brioni» markalı köynək, 4 ədəd hər biri 40 manat dəyərində «Lacoste» markalı idman geyimi, 6 ədəd hər biri 15 manat dəyərində «Gucci» markalı idman geyimi, 8 ədəd hər biri 15 manat dəyərində «Rino» markalı kəmər, 5 ədəd hər biri 25 manat dəyərində «Roberto Cavalli» markalı cins şalvar, 3 ədəd hər biri 40 manat dəyərində «Feregamo» markalı ayaqqabı, 3 ədəd hər biri 25 manat dəyərində «Luis Vitton» markalı ayaqqabı, 2 ədəd hər biri 55 manat dəyərində «Bottega» markalı çanta, 1 ədəd 135 manat dəyərində çanta, ümumi dəyəri 25 manat təşkil edən alt paltarı, 1 ədəd 5 manat dəyərində papaq, 2 ədəd hər biri 20 manat dəyərində pul kisəsi və 1 ədəd 170 manat dəyərində səsgücləndiricinin oğurlandığını aşkar etmişdir. Ona görə də bu barədə polisə ərizə ilə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxsla şəhərdə gəzən zaman tanış olmuşdur. Onunla heç bir oğurluq etməmişdir. İbtidai istintaq zamanı azyaşlı olduqları üçün onlara təzyiq göstərmişlər. Bu səbəbdən onlar ifadəyə qol çəkmişlər. Bütün cinayət əməllərini tək törətmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs internet klubda görmüşdür, lakin onunla heç bir münasibəti olmamış, onunla birlikdə heç bir cinayət əməli törətməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir. Oxuyub yaza bilmir, ibtidai istintaq zamanı azyaşlı olmuşdur, nəyə qol çəkdirdiklərini bilməmişdir, qabağına nə sənəd qoyublarsa onlara qol çəkmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, 30 aprel 2018-ci il tarixdə saat 04 radələrində tanışı Vüsalla birlikdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 61C ünvanında yerləşən telefon mağazasından oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə mağazanın giriş qapısını vintaçanla açaraq mağazaya daxil olub, oradan çoxlu sayda mobil telefon, noutbuk və kassadan 275 manat pulu oğurlayıb çıxan zaman mühafizəçi onları görüb dayanmalarını tələb edən zaman əllərində olan çantalardan birini ataraq oradan qaçıb getmişlər, sonradan pulu öz aralarında bölərək xərcləmişlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Şübhəli şəxsin tutulması haqqında” 20 fevral 2018-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (l cild, i.v 174- 175); - “Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilməklə MSY-dən azad edilməsi haqqında” 22 fevral 2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, Nizami RPİ-nin MSY-dən azad edilmişdir. (l cild, i.v.212) - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2018-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (l cild, i.v.44-45); - Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir; - “Kompakt disklərə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli ******* nömrəli protokoldan görünür ki, Zərərçəkmiş şəxs23 işlətdiyi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yerləşən 13 saylı binanın birinci mərtəbəsində yerləşən mağazaya quraşdırılmış müşahidə kameralarının görüntülərinin əks olunduğu CD-yə baxış keçirən zaman müəyyən edilmişdir ki, 10 noyabr 2017-ci il tarixdə saat 02:30 radələrində iki nəfər şəxs mağazaya girərək birinci kassaya yaxınlaşmış, oradan nağd pul götürdükdən sonra iki ədəd gödəkçə götürüb mağazanı tərk edirlər. Baxış zamanı Təqsirləndirilən şəxs görüntüdə onunla olan şəxsin Şahid3 olduğunu bildirmişdir; Bundan başqa Zərərçəkmiş şəxs36 işlətdiyi Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 11 ünvanında yerləşən «Wax Flovers» gül mağazasına quraşdırılmış müşahidə kameralarının görüntülərinin əks olunduğu CD-yə baxış keçirən zaman müəyyən edilmişdir ki, 08 iyul 2019-cu il tarixdə iki nəfər şəxs ünvan 66 ünvanında yerləşən «Wax Flovers» gül mağazasının giriş qapısını sındıraraq oradan 1 ədəd mobil telefon və kassa aparatını götürüb mağazanı tərk edir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü ilə tanışı Şahid3 olduğunu bildirmişdir; Bundan başqa Zərərçəkmiş şəxs43 işlətdiyi Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 1058 ünvanında yerləşən «The Secret» gül mağazasına quraşdırılmış müşahidə kameralarının görüntülərinin əks olunduğu CD-yə baxış keçirən zaman müəyyən edilmişdir ki, 12 noyabr 2017-ci il tarixdə saat 22:17 radələrində iki nəfər şəxs gül mağazasının içərisinə daxil olaraq orada axtarış aparıb bir neçə dəqiqədən sonra giriş qapısından çıxaraq oranı tərk edir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü ilə tanışı «Əlisahib» adlı şəxs olduğunu bildirmişdir; Bundan başqa Zərərçəkmiş şəxs21 işlətdiyi Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., 31/69-cu məhəllədə yerləşən «Ucuzluq» marketinə quraşdırılmış müşahidə kameralarının görüntülərinin əks olunduğu CD-yə baxış keçirən zaman müəyyən edilmişdir ki, 13 yanvar 2018-ci il tarixdə üç nəfər şəxs mağazanın içərisinə daxil olaraq orada axtarış aparıb bir neçə dəqiqədən sonra giriş qapısından çıxaraq saat 03:31 dəqiqədə oranı tərk edir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü ilə tanışları X27, Şahid3 olduğunu bildirdi. Digər tanışları X9 isə onları kənarda gözlədiyini bildirmişdir; Bundan başqa Zərərçəkmiş şəxs13 işlətdiyi Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 58H ünvanında yerləşən gözəlllik salonuna quraşdırılmış müşahidə kameralarının görüntülərinin əks olunduğu CD-yə baxış keçirən zaman müəyyən edilmişdir ki, 01 aprel 2019-cu il tarixdə saat 05:57 dəqiqədə üç nəfər şəxs salonun içərisində axtarış aparıb, qara rəngli noutbuk və fotoaparat götürüb oranı tərk edir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü ilə tanışları X27 və X22 olduğunu bildirmişdir; Bundan başqa Zərərçəkmiş şəxs15q oğlunun işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 75 ünvanında yerləşən ofisə quraşdırılmış müşahidə kameralarının görüntülərinin əks olunduğu CD-yə baxış keçirən zaman müəyyən edilmişdir ki, 01 aprel 2019-cu il tarixdə saat 06:52 dəqiqədə iki nəfər şəxs ofisin içərisində axtarış aparıb, masaların üzərində olan qara rəngli 2 ədəd noutbuku götürüb oranı tərk edir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü ilə tanışı X27 olduğunu, X10 isə onları kənarda gözlədiyini bildirmişdir; Bundan başqa Zərərçəkmiş şəxs16 işlətdiyi ünvan 31 ünvanında yerləşən qadın geyimləri mağazasına quraşdırılmış müşahidə kameralarının görüntülərinin əks olunduğu CD-yə baxış keçirən zaman müəyyən edilmişdir ki, 08 dekabr 2018-ci il tarixdə iki nəfər şəxsin mağazanın içərisində axtarış aparmaları, sonradan çöl tərəfində əllərində torba ilə hərəkət etmələri öz əksini tapır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü ilə tanışı «Fərid» adlı şəxsin olduğunu bildirdi. (Xİİİ cild, i.v.230-232); - “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2017-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsinin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs Nərimanov rayonu, N.Nərimanov küçəsi 5 ünvanında yerləşən “Mm Studio” qadın gözəllik salonundan oğurladığı 680 manat pulu hansı qaydada cinayət yolu ilə ələ keçirdiyini göstərməklə hadisə yerlərində ifadəsini əyani təsdiq etmişdir (İX cild, i.v.145-153); - “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2017-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsinin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs ünvan 67 ünvanda yerləşən “Rəmzioğlu” şirniyyat evindən oğurladığı 150 manat pul və 2 ədəd planşeti hansı qaydada cinayət yolu ilə ələ keçirdiyini göstərməklə hadisə yerlərində ifadəsini əyani təsdiq etmişdir (İX cild, i.v.51-53); - “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2017-ci il tarixli protokoldan görünür ki, ifadəsinin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs tanışı Rəhman ilə birgə ünvan 68 ünvanından oğurladığı pulu və əşyaları hansı qaydada cinayət yolu ilə ələ keçirdiyini göstərməklə hadisə yerlərində ifadəsini əyani təsdiq etmişdir (İX cild, i.v.230); - “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2017-ci il tarixli protokoldan görünür ki, ifadəsinin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs tanışı Rəhman ilə birgə ünvan 69 ünvanından 500 manat və 1000 dollar pulu, əşyaları hansı qaydada cinayət yolu ilə ələ keçirdiyini göstərməklə hadisə yerlərində ifadəsini əyani təsdiq etmişdir (İX cild, i.v.231); - “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2017-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsinin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs Nizami rayonu, Əli Vəliyev küçəsi 9 ünvanında yerləşən “Atena” marketdən oğurladığı əşyaları hansı qaydada cinayət yolu ilə ələ keçirdiyini göstərməklə hadisə yerlərində ifadəsini əyani təsdiq etmişdir (X cild, i.v.52-53); - “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2017-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsinin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs ünvan 70 ünvanda yerləşən köşkdən oğurladığı 7-8 blok siqareti, 100-150 manat dəyərində müxtəlif mobil operatorlara məxsus konturları və digər əşyaları hansı qaydada cinayət yolu ilə ələ keçirdiyini göstərməklə hadisə yerlərində ifadəsini əyani təsdiq etmişdir (X cild, i.v.126-127); - “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2018-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsinin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs Nərimanov rayonu, Z.Bünyadov prospekti, məhəllə 2061 ünvanında yerləşən “Alkapon” adlı ofisdən oğurladığı pul, noutbuk və digər əşyaları hansı qaydada cinayət yolu ilə ələ keçirdiyini göstərməklə hadisə yerlərində ifadəsini əyani təsdiq etmişdir (X cild, i.v.182-185); - “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2018-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsinin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs ünvan 72 ünvanında yerləşən “Fidan” marketdən oğurladığı 110 manat pul və müxtəlif markalı siqaretləri hansı qaydada cinayət yolu ilə ələ keçirdiyini göstərməklə hadisə yerlərində ifadəsini əyani təsdiq etmişdir (X cild, i.v.252-254); - “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2018-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsinin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs ünvan 73 ünvanda fəaliyyət göstərən “Adada” geyim mağazasından oğurladığı 515 manat pul və əşyaları hansı qaydada cinayət yolu ilə ələ keçirdiyini göstərməklə hadisə yerlərində ifadəsini əyani təsdiq etmişdir (Vİİİ cild, i.v.285-287); - “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2018-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsinin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs “Hobby Life” mağazasından və “Atəşgah” sığortanın ofisindən əşyaları hansı qaydada cinayət yolu ilə ələ keçirdiyini göstərməklə hadisə yerlərində ifadəsini əyani təsdiq etmişdir (l cild, i.v.185-194); - “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2018-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsinin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs Nizami rayonu, ünvan 74 ünvanına necə və hansı qaydada daxil olduğunu göstərməklə hadisə yerində ifadəsini əyani təsdiq etmişdir (l cild, i.v.289-291) - “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2018-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsinin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs Nizami rayonu, Ə.Kürçaylı küçəsinin birinci mərtəbəsində yerləşən mənzildən zinət əşyalarını hansı qaydada cinayət yolu ilə ələ keçirdiyini göstərməklə hadisə yerində ifadəsini əyani təsdiq etmişdir (İİ cild, i.v.123-130); - “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2018-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsinin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs ünvan 75 ünvanda yerləşən “Madeyra” mebel mağazasından oğurladığı 800 manat pul, mobil telefonlar və digər əşyaları hansı qaydada cinayət yolu ilə ələ keçirdiyini göstərməklə hadisə yerində ifadəsini əyani təsdiq etmişdir (Vİ cild, i.v.123- 125); - “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2018-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsinin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs38 məxsus fərdi yaşayış evindən tanışı Hüseynova Tünzalə ilə birlikdə oğurladığı “Samsung” markalı telefonu və “Markus” markalı su motorunu hansı qaydada cinayət yolu ilə ələ keçirdiyini göstərməklə hadisə yerində ifadəsini əyani təsdiq etmişdir (Vİ cild, i.v.201-204); - “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2018-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsinin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs ünvan 76 ünvanında yerləşən Zərərçəkmiş şəxs23 məxsus “Mini Sədərək” mağazasından tanışı Tünzalə Hüseynova ilə birlikdə oğurladığı əşyaları hansı qaydada cinayət yolu ilə ələ keçirdiyini göstərməklə hadisə yerində ifadəsini əyani təsdiq etmişdir (İV cild, i.v.224-226); - “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2018-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsinin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs ünvan 78 ünvanından “Acer” markalı noutbuku və “Samsung” markalı mobil telefonu hansı qaydada cinayət yolu ilə ələ keçirdiyini göstərməklə hadisə yerində ifadəsini əyani təsdiq etmişdir (İV cild, i.v.49-52); - “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2018-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsinin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs Binəqədi rayonu, 9-cu mkr., 3169-cu məhəllədə olan "xxxx" MMC binasının 1-ci mərtəbəsində yerləşən “Ucuzluq” marketdən tanışları Aydın Həsənov, Tünzalə Hüseynova və Sərdar Pənahovla birgə oğurladıqları əşyaları hansı qaydada cinayət yolu ilə ələ keçirdiyini göstərməklə hadisə yerində ifadəsini əyani təsdiq etmişdir (İV cild, i.v.301-303); - “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2018-ci il tarixli protokoldan görünür ki, ifadəsinin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs Binəqədi rayonu, Gülüstan küçəsi, döngə 13-də yerləşən yeni tikilməkdə olan nömrəsiz fərdi həyət evindən oğurladığı əşyaları hansı qaydada cinayət yolu ilə ələ keçirdiyini göstərməklə hadisə yerində ifadəsini əyani təsdiq etmişdir (V cild, i.v.55); - “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2018-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsinin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs Binəqədi rayonu, DSK-4, yeni yaşayış massivində yerləşən ünvansız fərdi yaşayış evindən oğurladığı 700 manat pul, planşet və noutbuku hansı qaydada cinayət yolu ilə ələ keçirdiyini göstərməklə hadisə yerində ifadəsini əyani təsdiq etmişdir (V cild, i.v.105-106); - “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2018-ci il tarixli protokoldan görünür ki, ifadəsinin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, K.Rəhimov küçəsində yerləşən “Ağa” marketdən oğurladığı əşyaları hansı qaydada cinayət yolu ilə ələ keçirdiyini göstərməklə hadisə yerində ifadəsini əyani təsdiq etmişdir (İİİ cild, i.v.132-133); - “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2018-ci il tarixli protokoldan görünür ki, ifadəsinin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs ünvan 80 ünvanında yerləşən “Jasmin Parfum” dükanından 235 manat pulu və əşyaları hansı qaydada cinayət yolu ilə ələ keçirdiyini göstərməklə hadisə yerində ifadəsini əyani təsdiq etmişdir (İİİ cild, i.v.201-202); - “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2018-ci il tarixli protokoldan görünür ki, ifadəsinin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs Binəqədi rayonu, İ.Dadaşov küçəsində yerləşən “Beyti Kabab” restoranının kassasından 20 manat pulu, “Toshiba” markalı noutbuku və 2 ədəd “Nokia” markalı telefonu hansı qaydada cinayət yolu ilə ələ keçirdiyini göstərməklə hadisə yerində ifadəsini əyani təsdiq etmişdir (İİİ cild, i.v.261-262); - “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2018-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsinin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs ünvan 81 ünvanından televizoru hansı qaydada cinayət yolu ilə ələ keçirdiyini göstərməklə hadisə yerində ifadəsini əyani təsdiq etmişdir (İİ cild, i.v.317-320); - “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2018-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, ifadəsinin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs Binəqədi rayonu, Biləcəri qəsəbəsi yeni yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs25 məxsus marketdən Tünzalə Hüseynova ilə birgə oğurladığı əşyaları hansı qaydada cinayət yolu ilə ələ keçirdiyini göstərməklə hadisə yerində ifadəsini əyani təsdiq etmişdir (İV cild, i.v.128-129); - “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2018-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsinin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs Binəqədi rayonu, 7-ci mkr., S.S.Axundov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yerləşən vətəndaş Zərərçəkmiş şəxs20 məxsus “Xan” restoranından soyuducuda olan ətləri hansı qaydada cinayət yolu ilə ələ keçirdiyini göstərməklə hadisə yerində ifadəsini əyani təsdiq etmişdir (İV cild, i.v.373-375); - “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2018-ci il tarixli protokoldan görünür ki, ifadəsinin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs Binəqədi rayonu, “Varovski” adlanan dairənin yaxınlığında yerləşən “Dönər evi” adlı obyektdən oğurladığı dönər aparatını hansı qaydada cinayət yolu ilə ələ keçirdiyini göstərməklə hadisə yerində ifadəsini əyani təsdiq etmişdir (V cild, i.v.172); - “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2018-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsinin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs Nəsimi rayonu, Azadlıq prospekti 95 ünvanında yerləşən “Ayla” qadın geyim mağazasından oğurladığı əşyaları hansı qaydada cinayət yolu ilə ələ keçirdiyini göstərməklə hadisə yerində ifadəsini əyani təsdiq etmişdir (Vİİ cild, i.v.182-187); - “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2018-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsinin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs Nəsimi rayonu, Azadlıq prospekti 99 ünvanının həyətində yerləşən Zərərçəkmiş şəxs48 məxsus qarajdan oğurladığı əşyaları hansı qaydada cinayət yolu ilə ələ keçirdiyini göstərməklə hadisə yerində ifadəsini əyani təsdiq etmişdir (Vİİİ cild, i.v.43- 45); - “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2018-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsinin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs ünvan 82 ünvanda yerləşən “Gold Mobile” mağazasından tanışları Sərdar Pənahov və Aydın Həsənovla birgə oğurladıqları telefon, kompüter, planşet və digər əşyaları hansı qaydada cinayət yolu ilə ələ keçirdiyini göstərməklə hadisə yerində ifadəsini əyani təsdiq etmişdir (Vİİİ cild, i.v.211-215); - “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2018-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsinin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs ünvan 83 ünvanda yerləşən “The Secret” adlı gül salonundan tanışları Tünzalə, Əlisahib və Elfanla birgə 32 manat pul, 2 ədəd mobil telefon və digər əşyaları hansı qaydada cinayət yolu ilə ələ keçirdiyini göstərməklə hadisə yerində ifadəsini əyani təsdiq etmişdir (Vİİ cild, i.v.261-263); - “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2018-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsinin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs ünvan 84 ünvanında yerləşən “Erres Baku” mağazasından oğurladığı əşyaları hansı qaydada cinayət yolu ilə ələ keçirdiyini göstərməklə hadisə yerində ifadəsini əyani təsdiq etmişdir (X cild, i.v.319-323) - “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2018-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsinin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs tanışları Rəhman və Nazlı ilə birlikdə ünvan 85 ünvanında yerləşən mağazadan oğurladıqları siqaretləri hansı qaydada cinayət yolu ilə ələ keçirdiyini göstərməklə hadisə yerində ifadəsini əyani təsdiq etmişdir (Xİ cild, i.v.106-111); - “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsinin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə ünvan 86 ünvanda yerləşən qadın geyimləri mağazasından, xx.xx.2019-cu ildə ünvan 87 ünvanda yerləşən “Le Sisters” gözəllik salonundan, ünvan 88anda yerləşən “Start Travel”-dan, xx.xx.2019-cu ildə isə ünvan 89 ünvanda yerləşən “WAX” adlı gül mağazasından oğurladığı əşyaları hansı qaydada cinayət yolu ilə ələ keçirdiyini göstərməklə hadisə yerində ifadəsini əyani təsdiq etmişdir (Xİİ cild, i.v.156-165); - “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsinin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs tanışları Tünzalə və Rəhmanla birgə Nəsimi rayonu, Azadlıq prospektində yerləşən “Təndir evi”-ndən oğurladıqları 150 manat pulu hansı qaydada cinayət yolu ilə ələ keçirdiyini göstərməklə hadisə yerində ifadəsini əyani təsdiq etmişdir (Xİİ cild, i.v.270-276); - “Əşyanı tanınmaya təqdim etmək haqqında” xx.xx.2018-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs27 ona təqdim olunmuş təsbehlərin içərisindən 2 nömrə ilə işarələnmiş Təqsirləndirilən şəxs tərəfindən istintaqa təqdim edilmiş təsbehi tanıyaraq ona məxsus olduğunu və 06 yanvar 2018-ci il tarixdə işlətdiyi Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 2061 ünvanında yerləşən mağazadan oğurlandığını bildirmişdir (X cild, i.v.197); - “Əşyanı tanınmaya təqdim etmək haqqında” xx.xx.2018-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs32 ona təqdim olunmuş noutbukların içərisindən 1 nömrə ilə işarələnmiş Təqsirləndirilən şəxs tərəfindən istintaqa təqdim edilmiş “Toshiba” markalı noutbuku tanıyaraq ona məxsus olduğunu və 06 yanvar 2018-ci il tarixdə işlədiyi Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 2061 ünvanında yerləşən mağazadan oğurlandığını bildirmişdir. - “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2018-ci il tarixli protokollardan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş əşyaları tanıyaraq ona məxsus olduğunu bildirmişdir (İ cild, i.v.150-161); - “Götürmə haqqında” xx.xx.2018-ci il tarixli protokoldan görünür ki, X25 03 ədəd noutbuk və 03 ədəd mobil telefonu təqdim edərək həmin əşyaları 30 aprel 2018-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 61C ünvanında yerləşən telefon mağazasından iki nəfər şəxsin qaçdığını görüb həmin şəxslərin qarşısını almaq istəyərkən mobil telefonu atıb qaçdıqlarını bildirmişdir (İ cild, i.v 24-25); - “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2018-ci il tarixli protokollardan görünür ki, Zərərçəkmiş şəxs3 Araz Hüseynov və Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş əşyaları tanıyaraq həmin əşyaların ona məxsus olduğunu və 30 aprel 2018-ci il tarixdə onun işlətdiyi mağazadan oğurlandığını bildirmişdir (İ cild, i.v.84-101); - “Könüllü təqdim etmə və götürmə barədə” xx.xx.2018-ci il tarixli protokoldan görünür ki, X21 01 ədəd qutuda 3 ədəd «LD», 5 ədəd «Vest Kompakt», 4 ədəd «Maqna», 4 ədəd «İmon», 1 ədəd «Rothmarıs», 6 ədəd «Pall-Mall», 3 ədəd «slim Pall-Mall», 4 ədəd «slim Maqna», 1 ədəd «Classik», 1 ədəd «Vinçester», 2 ədəd «Visore», 8 ədəd «Viceroy», 6 ədəd «Vegas», 8 ədəd «Vant», 3 ədəd «Şəki», 1 ədəd «sarı Prima», 3 ədəd «Maqna» markalı siqaretləri, 17 ədəd alışqan, 5 ədəd «Alev», 1 ədəd «Safeguard» sabunları, 11 ədəd enerji batareyaları, 2 ədəd «Ariel» yuyucu tozu, 3 ədəd «Beta» çayı, 2 ədəd 50 qramlıq, 1 ədəd 100 qramlıq «Champion» çayları, 1 ədəd «Berqa» çayı təqdim edərək həmin əşyaları tanışları Təqsirləndirilən şəxs və Şahid2 ilə birlikdə 29 oktyabr 2018-ci il tarixdə ünvan 85ndə yerləşən mağazadan oğurladıqlarını bildirmişdir (Xİ cild, i.v.52-55); - “Könüllü təqdim etmə və götürmə barədə” xx.xx.2018-ci il tarixli protokoldan görünür ki, X2 şəhəri, G.Şıxbabaoğlu küçəsində yerləşən işlədiyi kafedən 4 ədəd «Çiko» günəbaxan tumları, 1 ədəd «Kent 8», 1 ədəd «Vinston», 3 ədəd «LD», 2 ədəd «Rothmans», 3 ədəd «Vest Kompakt», 2 ədəd «Viceroy» siqaretləri, 2 ədəd «Hell», 3 ədəd «Burn» markalı energetik içkilər, 1 ədəd «Ariel» yuyucu tozu və 2 kq qənd təqdim edərək həmin əşyaları bacısı Nazlı Kərimova və tanışları Təqsirləndirilən şəxs, Şahid2 ilə birlikdə ünvan 85ndə yerləşən mağazadan oğurladıqlarını bildirmişdir (Xİ cild, i.v.56-60); - “Götürmə aparılması haqqında” xx.xx.2018-ci il tarixli qərar və protokoldan görünür ki, X26 4 ədəd «Vant», 2 ədəd «Maqna», 7 ədəd «Vinçester», 6 ədəd «Göy Vinçester», 2 ədəd «Boz Maqna» 15 ədəd «Classik», 20 ədəd «Prima», 9 ədəd «Bakı» siqaretlərini təqdim edərək həmin siqaretləri ona 29 oktyabr 2018-ci il tarixdə Təqsirləndirilən şəxs satdığını bildirmişdir (Xİ cild, i.v.122-124); - “Götürmə aparılması haqqında” xx.xx.2018-ci il tarixli qərar və protokoldan görünür ki, X18 3 qutu «Vant», 1 qutu «Vant nazik», 1 qutu «Maqna» 3 ədəd «Classik», 3 ədəd «Pall Mall», 9 ədəd «Classik Slim», 4 ədəd «Pall Mall» qalın və 3 ədəd «More» siqaretlərini təqdim edərək həmin siqaretləri 29 oktyabr 2018-ci il tarixdə Təqsirləndirilən şəxs satdığını bildirmişdir (Xİ cild, i.v 127-129); - “Təqdim edilmiş maddi sübut əhəmiyyəti kəsb edə biləcək əşyanın götürülməsi haqqında” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, X22 01 ədəd qara rəngli «HP» markalı noutbuku təqdim edərək hamin əşyanın Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 79 ünvanında yerləşən «Star Travel» şirkətinin ofisindən oğurladıqlarını bildirmişdir (Xİ cild, i.v 52-55); - Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin Daktiloskopik ekspertiza şöbəsinin məhkəmə daktiloskopik ekspertizasının 15 dekabr 2021-ci il tarixli 21/701R saylı rəyindən görünür ki, 10 yanvar 2018-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 95 ünvanında yerləşən vətəndaş X1 işlətdiyi «Ayla» qadın geyimləri mağazasında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 01 ədəd kağız parçasının üzərinə yapışdırılmış 08 ədəd şəffaf yapışqanlı lent kəsiklərinin üzərində olan 01 ədəd əl-barmaq və 01 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 01 ədədi xx xxxx 2002-ci ildə Rusiya Federasiyasında anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovuc əksi ilə eynilik müəyyən edilmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl-barmaq izi DİN-nin KTİ-nin ADİSin məlumat bankında olan şəxslərin əl-barmaq əksləri ilə eynilik müəyyən edilməmişdir (XİV cild, i.v.1-8); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə daktiloskopik ekspertizasının 30 mart 2018-ci il tarixli 5467 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 6,8,15,20,23,30,34,35,36,45,49 saylı daktilolentlərin səthlərindəki əl-barmaq izləri, 25 saylı daktilolentin səthindəki ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 8 saylı daktilolentin səthindəki əlbarmaq izi Təqsirləndirilən şəxs sağ əlinin adsız barmağından, 15 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sağ əlinin orta barmağından, 23 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sağ əlinin çeçələ barmağından, 35 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sağ əlinin şəhadət barmağından, 45 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sağ əlinin baş barmağından qalmışdır. (İİİ cild, i.v.68-84); - Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin Daktiloskopik ekspertiza şöbəsinin məhkəmə daktiloskopik ekspertizasının 14 oktyabr 2019-cu il tarixli 19/407R saylı rəyindən görünür ki, 01 aprel 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 58 H ünvanında yerləşən Zərərçəkmiş şəxs13 işlətdiyi «LA sisters» gözəllik salonundan baş vermiş oğurluq hadisəsi ilə bağlı 06 ədəd yapışqan lent kəsikləri vasitəsi ilə götürülmüş əl barmaq izlərindən 04 ədəd əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 04 ədəd əlbarmaq izlərindən 01 ədəd əl barmaq izi ilə xx xxxx 2002-ci ildə Rusiya Federasiyasında doğulmuş Təqsirləndirilən şəxs sol əlinin orta barmağı ilə eynilik müəyyən edilmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 03 ədəd əl-barmaq izləri isə vətəndaş Təqsirləndirilən şəxs və DİN-nin KTİ-nin ADİS-in məlumat bankında olan digər şəxslərin əl əksləri ilə eynilik müəyyən edilməmişdir (Xll cild, i.v.145-155); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 dekabr 2017-ci il tarixli 32696 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Blackberry” markalı 9780 modelli mobil telefonun qiyməti 40 manat, 1 ədəd saç feni isə 8 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (Vİ cild, i.v.32-34); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 dekabr 2017-ci il tarixli 32697 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Samsung ” markalı, “GT-İ9595i” (S4 mini) modelli mobil telefonun qiyməti 120 manat, 1 ədəd “Samsung”markalı, “SM-J100H” (J1) modelli mobil telefonun qiyməti 100 manat, 1 ədəd “Huawei” markalı, “Y320” modelli mobil telefonun qiyməti 40 manat, 1 ədəd “6303” markalı mobil telefonun qiyməti 10 manat, 1 ədəd “Jinga” markalı, “Simple F177” modelli mobil telefonun qiyməti 15 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (V cild, i.v.284-287); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 20 fevral 2018-ci il tarixli 2172 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Toshiba” markalı, “Satellite C50- A” modelli, core i3 xüsusiyyətli notebookun qiyməti 300 manat, 1 ədəd gümüşü rəngli təsbehin qiyməti 5 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (X cild, i.v.208-210); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15 may 2019-cu il tarixli 12199 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd «HP» markalı 15-d078sr modelli noutbukun istifadədə olunması nəzərə alınmaqla 2019-cu ilin aprel ayına olan orta bazar qiyməti təxminən 400,00 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (Xll cild, i.v.29-31); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 mart 2018-ci il tarixli 5354/5355 saylı rəyindən görünür ki, 01 ədəd “Samsung” markalı “SM J110H/DS modelli mobil telefon 150 manat, 01 ədəd qutuda «Zepter» firmasına məxsus qaşıq, çəngəl, bıçaq dəsti 30 manat, «Poplin» firmasına aid yataq dəsti 50 manat, «Habby» firmasına aid yataq üzlüyü 35 manat, «Keiros Hame» firmasına aid ütü 25 manat, «Bastonlu» firmasına aid qabyuma dəsti 1 manat, «Paşabahçe» firmasına aid 3 ədəd stəkan 4,5 manat, «Love» markalı oyuncaq və saat dəsti 16 manat, «Youtube» firmasına aid 2 ədəd fincan 7 manat, «Alizz» firmasına aid kişi üzqırxan aparatı 20 manat, 01 ədəd eynək qabı 5 manat müəyyən olunur. Tədqiqata təqdim edilmiş 1 ədəd sarı rəngli metaldan, üzərində qara, ağ rəngli muncuqlar və ağ şəffaf qaşlar olan boyunbağı – metalı qiymətsiz əlvan metal və dəmir əsaslı ərintidən hazırlanmış, qaşları qiymətli qaşlara aid deyil, çəkisi 13,60 qramdır, bijuteriyadır. Aparılmış tədqiqatın dəyəri 112,26 manat təşkil edir (İİ cild, i.v.164-167); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 11 iyun 2018-ci il tarixli ********* nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Samsung Galaxy S lll mini” markalı, “GT-l8190” modelli mobil telefon, 1 ədəd “Oukitel” markalı, “C9” modelli mobil telefon, 1 ədəd “İphone” markalı “A1332” modelli mobil telefon, 1 ədəd “Nokia” markalı, “200” modelli mobil telefon, 1 ədəd “Sony Xperia” markalı “LT26i” modelli mobil telefon, 1 ədəd “HP” markalı, “Pavilion g6” modelli noutbuk işlək vəziyyətdədir. Ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Samsung Galaxy S lll” markalı, “GT-l9300” modelli mobil telefon, 1 ədəd “Toshiba” markalı “Satellite A300” modelli noutbuk, 1 ədəd “Toshiba” markalı, “Satellite A300D” modelli noutbuk və 1 ədəd “Premium” markalı klaviyatura işlək vəziyyətdə deyildir. Bundan başqa ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Samsung Galaxy S lll mini” markalı, “GT-l8190” modelli mobil telefonun qiyməti 80 manat, 1 ədəd “Oukitel” markalı, “C9” modelli mobil telefonun qiyməti 100 manat, 1 ədəd “İphone” markalı “A1332” modelli mobil telefonun qiyməti 50 manat, 1 ədəd “Nokia” markalı, “200” modelli mobil telefonun qiyməti 25 manat, 1 ədəd “Sony Xperia” markalı “LT26i” modelli mobil telefonun qiyməti 50 manat, 1 ədəd “Samsung Galaxy S lll” markalı, “GT-l9300” modelli mobil telefonun qiyməti 40 manat, 1 ədəd “Toshiba” markalı “Satellite A300” modelli noutbukun qiyməti 30 manat, 1 ədəd “Toshiba” markalı, “Satellite A300D” modelli noutbukun qiyməti 30 manat, 1 ədəd “HP” markalı, “Pavilion g6” modelli noutbukun qiyməti 180 manat, 1 ədəd “Premium” markalı klaviyatura 0 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 179,83 manat təşkil edir (Xİ cild, i.v.12-16); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X4 kompleks ambulator məhkəmə-psixiatrik ekspertizasının 28 avqust 2019-cu il tarixli rəyindən görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilmiş; müayinə zamanı və ittiham olunduğu əməl dövründə onda hər hansı bir psixi xəstəliyin əlamətləri və psixi fəaliyyətin müvəqqəti pozulması aşkar edilməmiş, sonuncu həmin müddətdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur, buna görə o, törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur. (7-ci cild, i.v 28-29); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs43 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 1058 ünvanında yerləşən və Zərərçəkmiş şəxs21 işlətdiyi Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, 3169-cu məhəllədə yerləşən mağazadan baş vermiş oğurluq hadisəsi ilə bağlı görüntünün əks olunduğu CD disk, Zərərçəkmiş şəxs16 işlətdiyi ünvan 31 ünvanında yerləşən mağazadan baş vermiş oğurluq hadisəsi ilə bağlı görüntünün əks olunduğu CD disk, Zərərçəkmiş şəxs13 işlətdiyi Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 58H ünvanında yerləşən gözəllik salonundan baş vermiş oğurluq hadisəsi ilə bağlı görüntünün əks olunduğu CD disk, Zərərçəkmiş şəxs36 işlətdiyi ünvan 35 ünvanında yerləşən mağazadan baş vermiş oğurluq hadisəsi ilə bağlı görüntünün əks olunduğu CD disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs15q oğlunun işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 75 ünvanında yerləşən turizm mərkəzindən baş vermiş oğurluq hadisəsi ilə bağlı X22 tərəfindən təqdim edilmiş “HP” markalı noutbuk 31 iyul 2019-cu il tarixli qərarla maddi sübut hesab edilərək saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs15 təhvil verilmiş, 01 ədəd «Toshiba» markalı noutbuk iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs32 təhvil verilmiş, 1 ədəd gümüşü rəngli təsbeh iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs27 təhvil verilmiş, 02 ədəd “Samsung” markalı, 02 ədəd “Alcatel” markalı, 01 ədəd “İphone 4” markalı, 01 ədəd “Sony Xperia” və 01 ədəd “Nokia” markalı mobil telefonlar, 01 ədəd klaviatura, 02 ədəd “Toshiba” markalı və 01 ədəd “HP” markalı noutbuk kompüterləri iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs3 təhvil verilmiş, 01 ədəd qutuda 3 ədəd «LD», 5 ədəd «Vest Kompakt», 4 ədəd «Maqna», 4 ədəd «İmon», 1 ədəd «Rothmans», 6 ədəd «Pall-Mall», 3 ədəd «Slim Pall-Mall», 4 ədəd «Slim Maqna», 1 ədəd «Classik», 1 ədəd «Vinçester», 2 ədəd «Visero», 8 ədəd «Viceroy», 6 ədəd «Vegas», 8 ədəd «Vant», 3 ədəd «Şəki», 1 ədəd «sarı Prima», 3 ədəd «Maqna» markalı siqaretləri, 17 ədəd alışqan, 5 ədəd «Alev», 1 ədəd «Safeguard» sabunları, 11 ədəd enerji batareyaları, 2 ədəd «Ariel» yuyucu tozu, 3 ədəd «Beta» çayı, 2 ədəd 50 qramlıq, 1 ədəd 100 qramlıq «Champion» çayları, 1 ədəd «Berga» çayı, 4 ədəd «Çiko» günəbaxan tumları, 1 ədəd «Kent 8», 1 ədəd «Vinston», 3 ədəd «LD», 2 ədəd «Rothmans», 3 ədəd «Vest Kompakt», 2 ədəd «Viceroy» siqaretləri, 2 ədəd «Hell», 3 ədəd «Burn» markalı energetik içkiləri, 1 ədəd «Ariel» yuyucu tozu və 2 kq qənd, 4 ədəd «Vant», 2 ədəd «Maqna», 7 ədəd «Vinçester», 6 ədəd «göy Vinçester», 2 ədəd «boz Maqna» 15 ədəd «Classik», 20 ədəd «Prima», 9 ədəd «Bakı» siqaretləri, 3 qutu «Vant», 1 qutu «Vant nazik», 1 qutu «Maqna» 3 ədəd «Classik», 3 ədəd «Pall Mall», 9 ədəd «Classik Slim», 4 ədəd «Pall Mall» qalın və 3 ədəd «More» siqaretləri iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs40 təhvil verilmiş, 01 ədəd “Samsung S 4 mini” markalı, 01 ədəd “Samsung J 1” markalı, 01 ədəd “Huawei Y 320” markalı, 01 ədəd “6303” markalı, 01 ədəd “Jinga” markalı, 1 ədəd “Blackberry” markalı, “Samsung J 1” markalı mobil telefonlar, 1 ədəd saç feni, 1 dəst üzərində “Zepter” yazısı yazılmış çəngəl-qaşıq dəsti, 1 ədəd yün yataq örtüyü, 1 ədəd üzərində “Ariz” yazısı yazılmış saç kəsən dəsti, 1 ədəd suvenir, 3 ədəd üzərində “Paşabahçe” yazısı yazılmış şüşə stəkan, 1 ədəd üzərində “Keiros home” yazısı yazılmış ütü, 1 ədəd qab yumaq üçün nəzərdə tutulmuş süngər, 1 ədəd üzərində “Poplin” yazılmış yataq dəsti və eynək qabı maddi sübut kimi tanınaraq saxlanılması üçün Nizami Rayon Polis İdarəsinə təhvil verilmişdir (XİV cild, i.v.9-72); - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İİ cild, i.v.160-163); - Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 1(101)-126/2021 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci, 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə, Azərbaycan Respublikasının CM-nin 181.2.2-ci, 181.2.3-cü və 181.2.5-ci maddələri ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikasının CM-nin 326.2-ci maddəsi ilə təqsirli bilinib cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməmiş, Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsi əsasında Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər (3-cü bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla belə, məhkəmədə o da müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.2.1, 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələri ilə cinayət məsuliyyətə cəlb olunmasına əsas verən əməllər 03 oktyabr 2017-ci il tarixdə və 30 aprel 2018-ci il tarixdə törədilmiş, hazırda həmin cinayətlərin törədildiyi gündən 3 il 6 aydan çox vaxt keçmişdir. Həmçinin müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CMnin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət məsuliyyətə cəlb olunmasına əsas verən bir qisim cinayət əməllərinin törədildiyi gündən də 3 il 6 aydan çox vaxt keçmişdir. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs34 1810 manat dəyərində maddi ziyan vurması üzrə əməl 2016-cı ilin noyabr ayının əvvəllərində, Zərərçəkmiş şəxs29 670 manat dəyərində maddi ziyan vurması üzrə əməl 04 aprel 2017-ci il tarixdə, Zərərçəkmiş şəxs25 1000 manat dəyərində maddi ziyan vurması üzrə əməl 2017-ci ilin iyun ayının əvvəllərində, Zərərçəkmiş şəxs18 295 manat dəyərində maddi ziyan vurması üzrə əməl 16 iyun 2017-ci il tarixdə, Zərərçəkmiş şəxs17 600 manat dəyərində maddi ziyan vurması üzrə əməl 12 iyul 2017-ci il tarixdə, Zərərçəkmiş şəxs48 520 manat dəyərində maddi ziyan vurması üzrə əməl 15 avqust 2017-ci il tarixdə, Zərərçəkmiş şəxs26 1750 manat dəyərində maddi ziyan vurması üzrə əməl 20 avqust 2017-ci il tarixdə, Zərərçəkmiş şəxs30 2400 manat dəyərində maddi ziyan vurması üzrə əməl 03 sentyabr 2017-ci il tarixdə, Zərərçəkmiş şəxs20 752 manat dəyərində maddi ziyan vurması üzrə əməl 05 sentyabr 2017-ci il tarixdə, Zərərçəkmiş şəxs37 680 manat dəyərində maddi ziyan vurması üzrə əməl 16 sentyabr 2017-ci il tarixdə, X11 606 manat dəyərində maddi ziyan vurması üzrə əməl 03 oktyabr 2017-ci il tarixdə, Zərərçəkmiş şəxs24 1310 manat dəyərində maddi ziyan vurması üzrə əməl 11 oktyabr 2017-ci il tarixdə, Zərərçəkmiş şəxs11 190 manat dəyərində maddi ziyan vurması üzrə əməl 12 oktyabr 2017-ci il tarixdə, Zərərçəkmiş şəxs4 10300 manat dəyərində maddi ziyan vurması üzrə əməl 17 oktyabr 2017-ci il tarixdə, Zərərçəkmiş şəxs23 2421 manat dəyərində maddi ziyan vurması üzrə əməl 10 noyabr 2017-ci il tarixdə, Zərərçəkmiş şəxs14 500 manat dəyərində maddi ziyan vurması üzrə əməl 11 noyabr 2017-ci il tarixdə, Zərərçəkmiş şəxs43 647 manat dəyərində maddi ziyan vurması üzrə əməl 12 noyabr 2017-ci il tarixdə, Zərərçəkmiş şəxs19 440 manat dəyərində maddi ziyan vurması üzrə əməl 17 noyabr 2017-ci il tarixdə, Zərərçəkmiş şəxs28 345 manat dəyərində maddi ziyan vurması üzrə əməl 18 noyabr 2017-ci il tarixdə, Zərərçəkmiş şəxs44 1605 manat dəyərində maddi ziyan vurması üzrə əməl 18 noyabr 2017-ci il tarixdə, Zərərçəkmiş şəxs38 1375 manat dəyərində maddi ziyan vurması üzrə əməl 22 noyabr 2017-ci il tarixdə, Zərərçəkmiş şəxs35 qzına 2350,1 manat dəyərində maddi ziyan vurması üzrə əməl 24 noyabr 2017-ci il tarxidə, Zərərçəkmiş şəxs10 3700,1 manat dəyərində maddi ziyan vurması üzrə əməl 24 noyabr 2017-ci il tarixdə, Zərərçəkmiş şəxs33 oğlina 876 manat dəyərində 28 noyabr 2017-ci il tarixdə, X14 1870 manat dəyərində maddi ziyan vurması üzrə əməl 28 noyabr 2017-ci il tarixdə, Zərərçəkmiş şəxs12 600 manat dəyrində maddi ziyan vurması üzrə əməl 10 dekabr 2017-ci il tarixdə, Zərərçəkmiş şəxs39 1065 manat dəyərində maddi ziyan vurması üzrə əməl 16 dekabr 2017-ci il tarixdə, Zərərçəkmiş şəxs27 1200 manat dəyərində maddi ziyan vurması üzrə əməl 05 yanvar 2018-ci il tarixdə, Zərərçəkmiş şəxs7 2415 manat dəyərində maddi ziyan vurması üzrə əməl 06 yanvar 2018-ci il tarixdə, Zərərçəkmiş şəxs42 Fəxrədin qızına 7050 manat dəyərində xeyli miqdarda maddi ziyan vurması üzrə əməl 10 yanvar 2018-ci il tarixdə, Zərərçəkmiş şəxs21 1078 manat dəyərində maddi ziyan vurması üzrə əməl 13 yanvar 2018-ci il tarixdə, Zərərçəkmiş şəxs31 750 mant dəyərində maddi ziyan vurması üzrə əməl 18 yanvar 2018-ci il tarixdə, Zərərçəkmiş şəxs9 7030 manat dəyərində xeyli miqdarda maddi ziyan vurması üzrə əməl 23 yanvar 2018-ci il tarixdə, Zərərçəkmiş şəxs2 4840,02 manat dəyərində maddi ziyan vurması üzrə əməl 25 yanvar 2018-ci il tarixdə, Zərərçəkmiş şəxs1 900 manat dəyərində maddi ziyan vurması üzrə əməl 02 fevral 2018-ci il tarixdə, Zərərçəkmiş şəxs46 1341,5 manat dəyərində maddi ziyan vurması üzrə əməl 05 fevral 2018-ci il tarixdə, Zərərçəkmiş şəxs45 700 manat dəyərində maddi ziyan vurması üzrə əməl 07 fevral 2018-ci il tarixdə, Zərərçəkmiş şəxs22 1951 manat dəyərində maddi ziyan vurması üzrə əməl 13 fevral 2018-ci il tarixdə, X23 360,5 manat dəyərində maddi ziyan vurması üzrə əməl 20 fevral 2018-ci il tarixdə, Zərərçəkmiş şəxs3 3165 manat dəyərində maddi ziyan vurması üzrə əməl 30 aprel 2018-ci il tarixdə, Zərərçəkmiş şəxs40 596,1 manat dəyərində maddi ziyan vurması üzrə əməl 29 oktyabr 2018-ci il tarixdə, X19 4018 manat dəyərində maddi ziyan vurması üzrə əməl 08 dekabr 2018-ci il tarixdə törədilmiş, hazırda həmin cinayətlərin törədildiyi gündən 3 il 6 aydan çox vaxt keçmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə; az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə; ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə; xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə. Həmin Məcəllənin 75.2-ci maddəsinə görə müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Həmin Məcəllənin 91-ci maddəsinə görə, yetkinlik yaşına çatmayanlar cinayət məsuliyyətindən və ya cəza çəkməkdən azad edilərkən, həmin Məcəllənin 75-ci və 80-ci maddələrində müəyyən edilmiş müddətlər yarıbayarı azaldılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmiş Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə cinayət təqibinə bu hissədə xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs34, Zərərçəkmiş şəxs29, Zərərçəkmiş şəxs25, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs48, Zərərçəkmiş şəxs26, Zərərçəkmiş şəxs30, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs37, X11, Zərərçəkmiş şəxs24, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs14, X15, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs28, Zərərçəkmiş şəxs44, Zərərçəkmiş şəxs38, Zərərçəkmiş şəxs35, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs33, X14, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs39, Zərərçəkmiş şəxs27, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs42 Fəxrədin qızına, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs31, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs46, Zərərçəkmiş şəxs45, Zərərçəkmiş şəxs22, X23, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs40 və X19 münasibətdə törədilmiş oğurluq əməllərinə görə Təqsirləndirilən şəxs qarşı verilmiş ittihamın bu hissələri üzrə də cinayət təqibinə xitam verilməlidir. Digər əməllərə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçmədiyindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməklə ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edərək peşman olmasını, gənc olmasını, cinayətləri yetkinlik yaşına çatmadığı dövrdə törətməsini, zərər çəkmiş şəxslərin bir qismi ilə barışıq əldə etməsinin, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 1(101)-126/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü və 177.2.4cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə, Azərbaycan Respublikasının CM-nin 181.2.2-ci, 181.2.3-cü və 181.2.5-ci maddələri ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikasının CM-nin 326.2.-ci maddəsi ilə təqsirli bilinib cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməmiş, Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsi əsasında Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs hazırda ona qarşı irəli sürülən ittiham üzrə cinayət əməlini Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 1(101)-126/2021 saylı hökmü ilə məhkum olunana qədər törətmişdir. Bu səbəbdən, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplama qaydasında birləşdirib qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 1(101)- 126/2021 saylı hökmü ilə ona təyin edilmiş 05 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, yəni 02 gün tutulma müddəti və xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci tarixədək, yəni 05 ay həbsdə saxlanıldığı müddət, ümumilikdə 05 ay 02 gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2019cu il tarixdən hesablanmalıdır. Maddi sübut və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs43 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 1058 ünvanında yerləşən və Zərərçəkmiş şəxs21 işlətdiyi Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, 3169-cu məhəllədə yerləşən mağazadan baş vermiş oğurluq hadisəsi ilə bağlı görüntünün əks olunduğu CD disk, Zərərçəkmiş şəxs16 işlətdiyi ünvan 31 ünvanında yerləşən mağazadan baş vermiş oğurluq hadisəsi ilə bağlı görüntünün əks olunduğu CD disk, Zərərçəkmiş şəxs13 işlətdiyi Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 58H ünvanında yerləşən gözəllik salonundan baş vermiş oğurluq hadisəsi ilə bağlı görüntünün əks olunduğu CD disk, Zərərçəkmiş şəxs36 işlətdiyi işlətdiyi ünvan 35 ünvanında yerləşən mağazadan baş vermiş oğurluq hadisəsi ilə bağlı görüntünün əks olunduğu CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs15q oğlunun işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 75 ünvanında yerləşən turizm mərkəzindən baş vermiş oğurluq hadisəsi ilə bağlı X22 tərəfindən təqdim edilmiş “HP” markalı noutbukun sahibi Zərərçəkmiş şəxs15, 01 ədəd «Toshiba» markalı noutbukun sahibi Zərərçəkmiş şəxs32, 01 ədəd gümüşü rəngli təsbehin sahibi Zərərçəkmiş şəxs27, 02 ədəd “Samsung” markalı, 02 ədəd “Alcatel” markalı, 01 ədəd “İphone 4” markalı, 01 ədəd “Sony Xperia” və 01 ədəd “Nokia” markalı mobil telefonlar, 01 ədəd klaviatura, 02 ədəd “Toshiba” markalı və 01 ədəd “HP” markalı noutbuk kompüterlərinin sahibi Zərərçəkmiş şəxs3, 01 ədəd qutuda 3 ədəd «LD», 5 ədəd «vest kompakt», 4 ədəd «Maqna», 4 ədəd «İmon», 1 ədəd «Rothmans», 6 ədəd «Pall-Mall», 3 ədəd «Slim Pall-Mall», 4 ədəd «Slim Maqna», 1 ədəd «Classik», 1 ədəd «Vinshester», 2 ədəd «Visero», 8 ədəd «Viceroy», 6 ədəd «Vegas», 8 ədəd «Vant», 3 ədəd «Şəki», 1 ədəd «sarı Prima», 3 ədəd «Maqna» markalı siqaretləri, 17 ədəd alışqan, 5 ədəd «Alev», 1 ədəd «safeguard» sabunları, 11 ədəd enerji batareyaları, 2 ədəd «ariel» yuyucu tozu, 3 ədəd «Beta» çayı, 2 ədəd 50 qramlıq, 1 ədəd 100 qramlıq «Champion» çayları, 1 ədəd «Berga» çayı, 4 ədəd «Çiko» günəbaxan tumları, 1 ədəd «Kent 8», 1 ədəd «Vinston», 3 ədəd «LD», 2 ədəd «Rothmans», 3 ədəd «Vest Kompakt», 2 ədəd «Viceroy» siqaretləri, 2 ədəd «Hell», 3 ədəd «Burn» markalı energetik içkiləri, 1 ədəd «Ariel» yuyucu tozu və 2 kq qənd, 4 ədəd «Vant», 2 ədəd «Maqna», 7 ədəd «Vinçester», 6 ədəd «göy Vinçester», 2 ədəd «boz Maqna» 15 ədəd «Classik», 20 ədəd «Prima», 9 ədəd «Bakı» siqaretləri, 3 qutu «Vant», 1 qutu «Vant nazik», 1 qutu «Maqna» 3 ədəd «Classik», 3 ədəd «Pall Mall», 9 ədəd «Classik Slim», 4 ədəd «Pall Mall» qalın və 3 ədəd «More» siqaretlərin saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs40 təhvil verilməsi nəzərə alınmalı, Nizami Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Samsung S 4 mini” markalı, 01 ədəd “Samsung J 1” markalı, 01 ədəd “Huawei Y 320” markalı, 01 ədəd “6303” markalı, 01 ədəd “Jinga” markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Zərərçəkmiş şəxs33 qaytarılmalı, Nizami Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Blackberry” markalı mobil telefon telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Zərərçəkmiş şəxs8 qaytarılmalı, Nizami Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd Samsung J 1» markalı mobil telefon, 1 dəst üzərində “Zepter” yazısı yazılmış çəngəl qaşıq dəsti, 3 ədəd üzərində “Paşabahçe” yazısı yazılmış şüşə stəkan, 1 ədəd üzərində “Keiros home” yazısı yazılmış ütü, 1 ədəd üzərində “Poplin” yazılmış yataq dəsti, 1 fincan dəsti, 1 ədəd suvenir, 1 ədəd yün yataq örtüyü, 1 ədəd üzərində “Ariz” yazısı yazılmış saç kəsən dəsti, 1 ədəd qab yumaq üçün nəzərdə tutulmuş süngər və eynək qabı telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Zərərçəkmiş şəxs6 qaytarılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 1068,70 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Pro Bono» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Pro Bono» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 33 saata görə 198 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Pro Bono» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-126/2021 saylı hökmü ilə təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və onun üzərində 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, yəni 02 (iki) gün tutulma müddəti və xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci tarixədək, yəni 05 (beş) ay həbsdə saxlanıldığı müddət, ümumilikdə 05 (beş) ay 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 05 (beş) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs34, Zərərçəkmiş şəxs29, Zərərçəkmiş şəxs25, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs48, Zərərçəkmiş şəxs26, Zərərçəkmiş şəxs30, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs37, X11, Zərərçəkmiş şəxs24, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs14, X15, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs28, Zərərçəkmiş şəxs44, Zərərçəkmiş şəxs38, Zərərçəkmiş şəxs35, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs33, X14, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs39, Zərərçəkmiş şəxs27, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs42 Fəxrədin qızına, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs31, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs46, Zərərçəkmiş şəxs45, Zərərçəkmiş şəxs22, X23, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs40 və X19 münasibətdə törədilmiş oğurluq əməllərinə görə Təqsirləndirilən şəxs qarşı verilmiş ittihamın bu hissələri üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli xx.xx.2019-cu il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs43 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 1058 ünvanında yerləşən və Zərərçəkmiş şəxs21 işlətdiyi Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, 3169-cu məhəllədə yerləşən mağazadan baş vermiş oğurluq hadisəsi ilə bağlı görüntünün əks olunduğu CD disk, Zərərçəkmiş şəxs16 işlətdiyi ünvan 31 ünvanında yerləşən mağazadan baş vermiş oğurluq hadisəsi ilə bağlı görüntünün əks olunduğu CD disk, Zərərçəkmiş şəxs13 işlətdiyi Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 58H ünvanında yerləşən gözəllik salonundan baş vermiş oğurluq hadisəsi ilə bağlı görüntünün əks olunduğu CD disk, Zərərçəkmiş şəxs36 işlətdiyi işlətdiyi ünvan 35 ünvanında yerləşən mağazadan baş vermiş oğurluq hadisəsi ilə bağlı görüntünün əks olunduğu CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs15q oğlunun işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 75 ünvanında yerləşən turizm mərkəzindən baş vermiş oğurluq hadisəsi ilə bağlı X22 tərəfindən təqdim edilmiş “HP” markalı noutbukun sahibi Zərərçəkmiş şəxs15, 01 ədəd «Toshiba» markalı noutbukun sahibi Zərərçəkmiş şəxs32, 01 ədəd gümüşü rəngli təsbehin sahibi Zərərçəkmiş şəxs27, 02 ədəd “Samsung” markalı, 02 ədəd “Alcatel” markalı, 01 ədəd “İphone 4” markalı, 01 ədəd “Sony Xperia” və 01 ədəd “Nokia” markalı mobil telefonlar, 01 ədəd klaviatura, 02 ədəd “Toshiba” markalı və 01 ədəd “HP” markalı noutbuk kompüterlərinin sahibi Zərərçəkmiş şəxs3, 01 ədəd qutuda 3 ədəd «LD», 5 ədəd «vest kompakt», 4 ədəd «Maqna», 4 ədəd «İmon», 1 ədəd «Rothmans», 6 ədəd «Pall-Mall», 3 ədəd «Slim Pall-Mall», 4 ədəd «Slim Maqna», 1 ədəd «Classik», 1 ədəd «Vinçester», 2 ədəd «Visero», 8 ədəd «Viceroy», 6 ədəd «Vegas», 8 ədəd «Vant», 3 ədəd «Şəki», 1 ədəd «sarı Prima», 3 ədəd «Maqna» markalı siqaretləri, 17 ədəd alışqan, 5 ədəd «Alev», 1 ədəd «safeguard» sabunları, 11 ədəd enerji batareyaları, 2 ədəd «ariel» yuyucu tozu, 3 ədəd «Beta» çayı, 2 ədəd 50 qramlıq, 1 ədəd 100 qramlıq «Champion» çayları, 1 ədəd «Berga» çayı, 4 ədəd «Çiko» günəbaxan tumları, 1 ədəd «Kent 8», 1 ədəd «Vinston», 3 ədəd «LD», 2 ədəd «Rothmans», 3 ədəd «Vest Kompakt», 2 ədəd «Viceroy» siqaretləri, 2 ədəd «Hell», 3 ədəd «Burn» markalı energetik içkiləri, 1 ədəd «Ariel» yuyucu tozu və 2 kq qənd, 4 ədəd «Vant», 2 ədəd «Maqna», 7 ədəd «Vinçester», 6 ədəd «göy Vinçester», 2 ədəd «boz Maqna» 15 ədəd «Classik», 20 ədəd «Prima», 9 ədəd «Bakı» siqaretləri, 3 qutu «Vant», 1 qutu «Vant nazik», 1 qutu «Maqna» 3 ədəd «Classik», 3 ədəd «Pall Mall», 9 ədəd «Classik Slim», 4 ədəd «Pall Mall» qalın və 3 ədəd «More» siqaretlərin saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs40 təhvil verilməsi nəzərə alınsın. Nizami Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Samsung S 4 mini” markalı, 01 ədəd “Samsung J 1” markalı, 01 ədəd “Huawei Y 320” markalı, 01 ədəd “6303” markalı, 01 ədəd “Jinga” markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Zərərçəkmiş şəxs33 qaytarılsın. Nizami Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Blackberry” markalı mobil telefon telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Zərərçəkmiş şəxs8 qaytarılsın. Nizami Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd Samsung J 1» markalı mobil telefon, 1 dəst üzərində “Zepter” yazısı yazılmış çəngəl qaşıq dəsti, 3 ədəd üzərində “Paşabahçe” yazısı yazılmış şüşə stəkan, 1 ədəd üzərində “Keiros home” yazısı yazılmış ütü, 1 ədəd üzərində “Poplin” yazılmış yataq dəsti, 1 fincan dəsti, 1 ədəd suvenir, 1 ədəd yün yataq örtüyü, 1 ədəd üzərində “Ariz” yazısı yazılmış saç kəsən dəsti, 1 ədəd qab yumaq üçün nəzərdə tutulmuş süngər və eynək qabı telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Zərərçəkmiş şəxs6 qaytarılsın. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 1068,70 (min altmış səkkiz manat, yetmiş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Pro Bono» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 33 (otuz üç) saata görə 198 (yüz doxsan səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Pro Bono» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar