Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-116/2021 03.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Abşeron Rayon Məhkəməsinin 04 noyabr 2020ci il tarixli, 1(012)-123/2020 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış, daşımış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 0.780 qram çəkidə narkotik vasitə heroini və 1.152 qram çəkidə psixotrop maddə metamfetamini istintaqa məlum olmayan vaxtda və şəraitdə əldə edib özündə saxlamaqla 15 avqust 2020-ci il tarixdə tanışı Şahid6 kirayə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Həzi Aslanov küçəsi 85 saylı binanın, 5 saylı mənzilinə daşıyaraq həmin mənzildə yaşayan tanışı Şahid7 onun hörmətini qazanmada ifadə olunan digər şəxsi maraq məqsədi ilə hədiyyə kimi İ bükümdə 0,162 qram psixotrop maddə metamfetamini, həmin mənzilə qonaq qismində gələn Şahid4 40 manat nağd pul müqabilində 2 bükümdə ayrı-ayrılıqda 0,290 və 0,480 qram olmaqla ümumilikdə 0,770 qram psixotrop maddə metamfetamini və Şahid5 20 manat nağd pul müqabilində 1 bükümdə 0,780 qram narkotik vasitə heroini satmış, 16.08.2020-ci il tarixdə saat 03:40-da Şahid6 Nəsimi RPİ-nin Post Patrul Xidmət Bölüyünün əməkdaşları tərəfindən saxlanılması və sonuncunun verdiyi məlumat əsasında həmin gün saat 05 radələrində ünvan 3 ünvanda narkotik vasitə və psixotrop maddə əldə etməsində şübhəli bilindiyinə görə Nəsimi RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi RPİnin 22-ci PŞ-nin inzibati binasına gətirilmiş, orada üzərinə videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı əynində olan boz-qəhvəyi rəngli şalvarın sağ qabaq cibindən satış məqsədilə saxladığı bir ədəd bükümdə, təmiz çəkisi 0,220 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bir neçə ildir ki, marixuana adlanan narkotik vasitəni çəkərək istifadə edir, lakin 3-4 aya yaxındır ki, el içində şüşə kimi tanınan psixotrop maddə metamfetamini çəkir. Təxminən 8-9 aydır ki, Şahid4 tanımışdır. 15 avqust 2020-ci il tarixdə günorta radələrində Rəşad ***-***-**-** saylı mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək, onu daha əvvəl bir dəfə gördüyü Elnura adlı qadının evinə dəvət etmiş, o, Rəşadla razılaşmış və bundan sonra təxminən saat 21 radələrində o, qeyri-rəsmi münasibətdə olduğu Süsən Zülfüqarova ilə Elnuranın icarə tutaraq yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Həzi Aslanov küçəsi 85-də yerləşən 5 mənzilə gəlmişlər. Onlar gələn zaman Elnura, onun sevgilisi Vüsal, Elnuranın bacısı Dilarə və tanışı Rəşadda orda olmuşlar. Vüsal və Dilarəni daha əvvəl tanımamış, onları ilk dəfə idi ki görmüşdür. Bundan sonra Elnura onlara şüşə adlanan maddələri vermiş və evdə olan hər bir şəxs o, da daxil omaqla lampoçka adlanan əşya ilə şüşəni çəkməyə başlamışlar. Həmin şüşədən əlavə Süsənində çantasında şüşə olmuş, amma haradan əldə etməsi barədə hər hansı məlumatı olmamışdır. Narkotik vasitədən istifadə etdikdən sonra Rəşad onunla birlikdə Elnuranın evinin yaxınlığında yerləşən “Fidan” marketə getmişlər. Həmin marketdə onlar, sular şirniyyatlar, tum və siqaretlər almışlar. Həmin alınan əşyaların pulunu o, ödəmişdir. Daha sonra onlar yenidən Elnuragilin yaşadığı evə qayıtmışlar. Evdə olarkən Elnura tanışı Şəms adlı qadının məhləyə gəldiyini bildirmiş və onunla söhbət etmək üçün həyətə düşmüşdür. Uzun müddət keçdikdən sonra Elnura evə polislərdə birgə geri qayıtmış və polislər onları izahat almaq məqsədilə polis şöbəsinə dəvət etmişlər. Həmin zaman onun üzərində qısa idman biliçi olmuş sonra isə polis əməkdaşları tünd böz şalvarı ona vermiş və o həmin şalvarı geyinmişdir. Daha sonra üzərinə Polis şöbəsində üzərinə şəxsi axtarış keçirilən zaman üzərində olan tünd boz şalvarının sağ cibindən dəqiq çəkisini bilmədiyi metamfetamini bir ədəd bükümdə polislərə təqdim etmiş və hadisəni səmimi olaraq etiraf etmişdir ki, üzərindəki maddəni özü istifadə edir. Həmçinin bildirmişdir ki, polis tərəfindən saxlanılan zaman ona hər hansı bir formada təzyiq göstərilməmişdir. Onun istifadəsində bir ədəd ***- ***-**-** saylı mobil nömrə vardır. O, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamasını bildirmişdir. Rəşad adlı şəxsi təxminən 8-9 aydır ki tanımış, onunla sadəcə tanışlıqları vardır. Elnura adlı şəxsin narkotik vasitə və psixotrop maddələri haradan alması və narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması barədə heç bir məlumatının olmadığını bildirmişdir. Onunla birlikdə evdə olan Rəşad, Dilarə, Vüsal və Süsənin şüşə və marixuana çəkməklərini bilsə də, narkotik vasitə satışı ilə məşğul olmalarını heç vaxt eşitməmişdir. O, Şahid4 15.08.2020-ci il tarixdə 40 manat müqabilində psixotrop maddə hesab olunan metamfetamin, Şahid5 isə 20 manat müqabilində narkotik vasitə hesab olunan heroin satmadığını, onların dediklərinin yalan olmasını bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, yalnızca narkotik vasitə istifadəçisi olmuş, 3-4 aya yaxındır ki, el içində şüşə kimi tanınan psixotrop maddə metamfetamini istifadə edir. Bundan başqa, heç kəsə narkotik və ya psixotrop maddə satmamış və ya kiməsə pay olaraq narkotik vasitə bağışlamamışdır. O yalnız özünü narkotik istifadəçisi olmaqda təqsirli bilir. Göstərilənləri nəzərə alaraq barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskində olan videogörüntülər, qanuni qüvvəyə minmiş Nəsimi Rayon Məhkəməsinin hökmləri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 istintaqda verdiyi ifadəsini dəyişdirərək bildirmişdir ki, o, təxminən 3 ildir ki, marixuana adlanan narkotik vasitəni çəkərək, qəbul edir. Son 6 aydır ki, el içində şüşə kimi tanınan psixotrop maddə metamfetamini çəkir. Təxminən 4-5 ildir ki, Şahid6 tanıyır və onunla dostluq münasibəti vardır. Şahid6 da onun kimi uzun müddətdir narkotik vasitələrdən istifadə edir. 15.08.2020ci il tarixdə günorta saatlarında istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən dostu Şahid6 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək, axşam onlarda görüşəcəklərinə dair razılığa gəlmişlər. Mobil telefonla danışan zaman anlamışdır ki, ondan başqa orada Şahid6 bacısı Dilarə və Elnurənin sevgilisi Vüsal, ortaq tanışları Anar və onun sevgilisi Süsən olacaqdır. Bundan sonra təxminən saat 21 radələrində o, Elnuranın icarə tutaraq yaşadığı ünvan 4 ünvanında yerləşən mənzilə gəlmişdir. O, gələn zaman Elnura, onun sevgilisi Vüsal, Elnuranın bacısı Dilarə evdə olmuşlar. Təxminən yarım saat sonra ora ortaq tanışları Anar və onun sevgilisi Süsən gəlmişlər. Bundan sonra onlar Elnuranın evində masanın üzərinə qoyulmuş “şüşə” kimi tanınan metamfetamini hamısı şüşə çəkmək üçün kustar üsulla hazırlanmış müştüklərlə çəkmişlər. Narkotik vasitədən istifadə etdikdən sonra Anar onunla birlikdə Elnuranın evinin yaxınlığında yerləşən “Fidan” marketə getmiş, həmin marketdə Anar sular və siqaretlər almış, həmin alınan əşyaların pulunun yarısını Anar digər hissəsini isə özü ödəmişdir. Daha sonra onlar yenidən Elnuragilin yaşadığı evə qayıtmışlar. Evdə istirahət edən zaman Elnura ona yaxınlaşaraq köhnə sevgilisi Şəms ona zəng edərək, 1 qram metamfetamin almaq istədiyini bildirmişdir. Şəms ilə onun münasibəti çox pis olduğundan danışmırlar. Şəmsin də uzun müddətdir psixotrop maddə olan metamfetamini çəkərək, istifadə etdiyini bildiyinə görə Elnuraya bildirmişdir ki, öz aralarında olan məsələdir və özü bilsin. Bundan sonra Elnura Şəms ilə görüşmək məqsədilə evdən çıxaraq məhəlləyə düşmüşdür. Uzun müddət keçdikdən sonra Elnura evə polislərdə birgə geri qayıtmış və polislər onları izahat almaq məqsədilə polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində üzərinə şəxsi axtarış keçirilən zaman üzərində olan 0,5 qram metamfetamini bir ədəd şəffaf sellofan bükümdə polislərə təqdim etmiş və hadisəni səmimi olaraq etiraf etmişdir. Əlavə olaraq bildirmişdir ki, polis tərəfindən saxlanılan zaman ona hər hansı bir formada təzyiq göstərilməmişdir. Onun istifadəsində bir ədəd sadə “Nokia” markalı mobil telefon və içərisində bir ədəd ***-***-**-** saylı mobil telefon nömrəsi vardır. Elnura ilə daha əvvəllər münasibəti olsa da, narkotik vasitə və ya psixotrop maddə satması barədə məlumatı olmamışdır. Saxlanıldığı gün Elnura ona gəlib, köhnə sevgilisi Şəmsə şüşə satmaq işlədiyini bildirən zaman onun satış ilə məşğul olmasını bilmişdir. Daha əvvəllər bu barədə heç bir məlumatı olmamışdır. Onunla birlikdə evdə olan Dilarə, Vüsal və Süsənin şüşə və marixuana çəkməklərini bilsə də, narkotik vasitə satışı ilə məşğul olmalarını heç vaxt eşitməmiş və onların satış ilə məşğul olmaqlarına inanmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 istintaqda verdiyi ifadəsini dəyişdirərək bildirmişdir ki, o, 15.08.2020-ci il tarixdə kirayə qaldıqları evə tanışları Anar, onun sevgilisi Süsən və Rəşad qonaq gəlmişlər. Anar qonaq gəlməmişdən öncə onlar ondan xahiş etmişlər ki, özü ilə istifadə etmələri üçün şüşə kimi tanınan metamfetamin gətirsin. Qonaqları gəldikdən sonra onlar birlikdə şüşə çəkmək üçün kustar üsulla hazırlanmış lampoçka kimi tanınan qurğu vasitəsi ilə şüşə çəkmişlər. Daha sonra evdə istirahət etdikdən sonra Elnuranın tanışı və Rəşadın keçmiş sevgilisi Şəms adlı qız yaşadıqları evin həyətinə gəlmiş və sevgilisi Elnura onunla görüşmək üçün həyətə getmişdir. Həmin vaxt o, başa düşmüşdür ki, Elnura məhəlləyə Şəmsə metarnfetamin satmaq üçün getmiş, lakin onun işlərinə qarışmadığı üçün heç bir şey soruşmamışdır. Elnura getdikdən uzun müddət sonra polislərlə birgə evə qayıtmış və onlar hamısı birgə izahat vermək məqsədi ilə polis şöbəsinə gətirilmişlər. Polis şöbəsində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan cins şortikin sağ yan cibində saxladığı bir büküm heroini polislərə könüllü olaraq təqdim etmişdir. Həmçinin bildirmişdir ki, polis tərəfindən saxlanılan zaman ona hər hansı bir formada təzyiq göstərilməmişdir. O. heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Rəşad adlı şəxsi 1 ildən artıq müddətdir ki, tanıdığını və onunla sadəcə tanışlıqları olduğunu bildirmişdir. Elnuranın narkotik vasitə və psixotrop maddələri haradan alması barədə heç bir məlumatı yoxdur. Məhkəmənin 10 fevral 2021-ci il tarixli iclasında şahid qismində dindirilmiş Şahid7 Asif qızı ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında bacısı Şahid6, Elnuranın sevgilisi Şahid5 və bacısının öncəki rəsmi nigahdan olan 3 yaşlı oğlu Sadiq Kərimovla birgə yaşayırlar. O, təxminən 2017-ci il tarixdən narkotik vasitə istifadə edir. O, 7 ilə yaxındır ki, Şahid4 adlı şəxsi tanıyır. Rəşad da onun kimi narkotik vasitədən istifadə edir. Belə ki, 15 avqust 2020-ci il tarixdə, axşam saat 21 radələrində Şahid4 bacısı ilə kirayə yaşadıqları evə qonaq gəlmiş, həmin vaxt o, Elnura və Elnuranın sevgilisi Vüsal evdə olmuşlar. Rəşaddan təxminən yarım saat sonra Elnuranın tanışı Anar adlı şəxs və Anarla qeyri-rəsmi münasibətdə olan Süsən adlı qadında onlara qonaq gəlmişdir. Anar onlara gəldikdə cibindən “şüşə” kimi tanınan metamfetamin olan bükümləri çıxarıb masanın üzərinə qoymuş və hamısı kustar üsulla hazırlanmış müştüklərlə şüşəni çəkmişlər. Daha sonra o, Anardan həmin bükümlərdən birini şəxsi istifadəsi üçün götürmək istədiyini bildirdikdə Anar həmin bükümlərdən birini götürməyinə etiraz etməmiş və həmin bükümə görə o, Anara pul verməmişdir. O, həmin bükümün birini əynində olan tünd boz rəngli şalvarın arxa sağ yan cibinə qoymuşdur ki, daha sonra istifadə etsin. Narkotik vasitədən istifadə etdikdən sonra Anar Şahid4 ilə birlikdə marketə getmiş, marketdən sular və siqaretlər alıb geri qayıtmışlar. Bir müddət istirahət edib əyləndikdən sonra Elnura tanışı Şəms adlı qadının məhəlləyə gəldiyini və Şəmslə çıxıb söhbət edəcəyini ona bildirmişdir. Xeyli müddət keçdikdən sonra Elnura evə polis əməkdaşları ilə birlikdə gəlmişdir. Polis əməkdaşları evə daxil olaraq onları polis şöbəsinə dəvət etdikdə onlar polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişlər. Polis şöbəsində onun üzərinə şəxsi axtarış keçirilmiş və o, əynində olan tünd boz rəngli cins şalvarın arxa sağ yan cibindən bir ədəd ağ kağıza bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoymuş və həmin bükülünün içərisində “şüşə” kimi adlanan metamfetamin olduğunu bildirmişdir. O, Rəşadın, Vüsalın və Elnuranın üzərilərində hər hansı bir maddənin olması, Anarın çəkdikləri şüşədən başqa həmin şəxslərə şüşə və ya marixuana verməyini görməmişdir. Əlavə olaraq bildirmişdir ki, polis tərəfindən saxlanılan zaman ona polis tərəfindən heç bir təzyiq göstərilməmişdir. Həmçinin o, heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, Şahid4 təxminən 7 il olar ki, tanımış, sonuncu ilə sadəcə dostluq münasibətləri olduğunu bildirmişdir. O, Anarı həmin gün evdə bacısı Elnuranın tanışı olaraq ilk dəfə idi ki, görmüş, Anarın narkotik vasitələri haradan əldə etməsi barədə onda heç bir məlumat olmadığını, Anarın narkotik vasitə istifadə etməsini bildiyini, lakin pulnan satmasını görməmişdir. Lakin evdə olarkən “şüşə” adlanan metamfetamini Anar evdə olan şəxslərə çəkmək üçün verdiyini qeyd etmişdir. Bacısı Elnuranın narkotik vasitə satmasını görmədiyini, evdə olan şəxslərin şüşə və marixuana çəkmələrini bilmiş, narkotik vasitələrin satışı ilə məşğul olmalarını görməmiş və heç kimdən də eşitməmiş, Anarın isə həmin şəxslərə narkotik vasitə satmasını görməmiş, lakin evdə çəkdikləri şüşəni Anar onlara vermişdir. Həmçinin o, bildirmişdir ki, Elnura məhəlləyə tanışı Şəms adlı qadının gəldiyini və Şəmslə söhbət etmək üçün getdiyini ona bildirmişdir. O, Elnuranın Şəms adlı qadına narkotik vasitə və ya psixotrop maddə satması barədə heç bir məlumatı olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid7 verilmiş suallara və Təqsirləndirilən şəxs üzünə duraraq bildirmişdir ki, 15 avqust 2020-ci il tarixdə onlar yığışan gün Anar psixotrop maddə ilə dolu olan torbanı stolun üstünə pay kimi qoymuş və onlara qonaq olun demişdir. Həmçinin Anardan bir ədəd büküm metamfetamin istədikdə sonuncu buna etiraz etməmiş və ona həmin büküm bağışlamış və o, isə Anara bunun əvəzində heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrə meyilli şəxsdir. 2018-ci ildən narkotik vasitə şüşə kimi adlanan metamfetamin psixotrop maddəsindən istifadə edir. O, yuxarıda qeyd edilən ünvanda iki aydır ki, bacısı Dilarə, sevgilisi Şahid5 ilə birlikdə yaşayır. Həmçinin onunla birlikdə yaşayan bacısı Dilarə, sevgilisi Şahid5 da narkotik vasitələr və psixotrop maddəllərdən istifadə edirlər. Ona 14.08.2020-ci il tarixdə metamfetamin lazım olduğu üçün yəni, həm özü istifadə etmək üçün həmdə ona Şəms adlı tanışına metafetamin lazım olduğu üçün o, Sumqayıt şəhərində Elnur adlı tanışı ilə danışıb ona iki qram metamfetamin lazım olduğunu bildirmiş, Elnur görüş yeri təyin etmiş, o, “tarqovuda” şərab evinin qarşısında Elnurla görüşmüş, sonuncu ondan iki qram metamfetaminə görə 145 manat pul istəmiş, o, Elnura həmin yerdə 145 manat pul vermiş, Elnur ondan pulu alıb “Milliön” terminalı vasitəsi ilə həmin pulu harasa ödəmişdir. Ona bildirmişdir ki, “axşam yerini deyəcək gedib götürsün.” Həmin gün, yəni 14.08.2020-ci il tarixdə gecə saatlarında Elnur ona ***-***-**-** mobil telefonundan onun 050-456-5049 mobil telefon nömrəsinə sms yazıb Sumqayıt şəhərində yerləşən Corat bağlarından gedib malı götürməsini demiş, o, da həmin yerə tanımadığı taksi sürücüsü ilə getmiş, hazırda Elnur xatırlamadığı marketin istiqamətini verib marketin divarının dibində qutunun balaca qununun içində olduğunu bildirmişdir. O, həmin yerə gedib oradan iki büküm metamfetamin olduğunu görüb götürərək cibinə qoyub qutunu isə tullamış və həmin taksi ilə yaşadığı evə gəlmişdir. Evə gələndə həmin bükümləri açanda görmüşdür ki, həqiqətən həmin bükümlərdə metamfetamin vardır. Həmin bükümləri yatdığı otağın dolabın üzərinə qoymuşdur. 15.08.2020-ci il tarixdə, saat 18 radələrində əvvəlcə Rəşad, sonra isə Süsən, onun sevgilisi Anar gəlmişlər. Onlar gələndən sonra o, aldığı metamfetaminin bir hissəsini stola gətirmiş, hamısı həmin metamfetamindən istifadə etmişlər. 16.08.2020-ci il tarixdə evin qapısının döyüldüyünü və Şəmsiyənin onların evinin qapısında olduğunu görüb ona bildirmişdir ki, bir bükümdə bir qram metamfetmini təklif edib ondan 50 manat pul istəmişdir. Şəms ona bildirmişdir ki, sevgilisi ilə gəlmişdir. Çölə çıxaraq onun yanında metamfetamini ona verməyini və sevgilisinin inanaraq 50 manata aldığını bildirmişdir. O, onunla razılaşıb əlində zibil ilə birlikdə evdən metamfetamini götürüb əynində olan boz rəngli şortikinin sağ yan cibinə qoymuşdur. Sonra isə çölə çıxıb yaşadığı evin yaxınlığında polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövrüyəsində şübhəli olduğunu bildirərək onu 22 PŞ-nə dəvət etmişlər. O, da onlara etiraz etməyib birlikdə 22-ci PŞ-nə gəlmişdir. PŞ-də üzərinə şəxsi axtarış keçirilməyə başlanmış, baxışdan öncə ona üzərində olan əşyaların təqdim edilməsi xahiş edilmişdir. Bu zaman əynində olan boz rəngli qısa şortikinin sağ cibindən bir ədəd sellefon bükümdə metamfetamin aşkar təqdim etmiş, bundan sonra üzərinə baxış keçirilmiş, lakin üzərindən heç bir qanuna zidd əşya aşkar edilməmiş, bundan sonra üzərindən aşkar edilərək götürülmüş metamfetamin qablaşdırılmış, 190 saylı möhürlə möhürlənərək üzəri tərəfindən və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra o, PŞ-də izahat verərkən o, izahatında onun evdə əlavə olaraq da metamfetamin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə onun razılığı əsasında evə baxış keçirilmiş, baxış zamanı onun yataq otağında dolabın üzərində olan ona məxsus qırmızı qutu ilə birlikdə içərisində olan ona məxsus metamfetamin və həmin qutunun yanında olan balaca tərəzi aşkar edilərək götürülmüş və qablaşdırılmışdır. Yaşadığı evə baxış zamanı digər hər hansı qanunsuz əşya aşkar edilməmiş və götürülməmişdir. Məhkəmə iclasında Şahid6 verilmiş suallara cavab olaraq bildirmişdir ki, bacısı Şahid7 polis idarəsindən çıxarkən onun sualına cavab olaraq bildirmişdir ki, əvvəlkinin üzərindən çıxan psixotrop maddə olan metamfetamini ona Təqsirləndirilən şəxs pay vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin PPXB-də polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, o, 16.08.2020-ci il tarixdə, saat 03:40 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Həzi Aslanov 85 küçəsində Nəsimi RPİ-nin PPTBdə polis nəfəri vəzifəsində xidmət aparan Şahid1 ilə birlikdə piyada xidmət aparan zaman bir nəfər daha əvvəllər tanımadıqları qadının onları görən kimi özünü şübhəli aparmağa və daha sonra qaçmağa başladığını görmüş, buna görə onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib kim olmasını və hansı səbəblə qaçmasını soruşmuş, həmin vaxt qadın özündə olmadığından onun narkotik vasitə və ya psixotrop maddə istifadəçisi olmasından şübhələnmiş və buna görə də onu Nəsimi RPİ-nin 22-ci PŞ-nə dəvət etmiş, həmin qadın etiraz etmədən onlarla birlikdə Nəsimi RPİ-nin 22-ci PŞ-nə gəlmiş, PŞ-də həmin şəxsin Şahid6 olması onlara məlum olmuş və onun gətirilməsi barədə raport tərtib etmiş, raportun icrası Nəsimi RPİ-nin 22-ci PŞ-nin təhqiqatçısı Tariyel Mahmudova həvalə edilmiş, daha sonra onlara məlum olmuşdur ki, Şahid6 üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən psixotrop maddə olan metamfeiamin aşkar edilmiş, Şahid6 polis şöbəsində izahat verərkən həmin gün onunla birlikdə kirayə yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evində sevgilisi Şahid5, bacısı Şahid7, tanışı Şahid4 və onun tanışı Anar adlı şəxsin də onunla birlikdə evdə psixotrop maddə olan metamfetamin qəbul etmələrini bildirdiyinə görə onlar əməliyyat qrupu ilə birlikdə Şahid6 yazılı razılığı əsasında yaşadığı mənzilə getmiş, mənzilə gələn zaman onlar mənzilin qapısını döymüş və orada olan Elnuranın sevgilisi adları onlara sonradan məlum olan Şahid5, bacısı Şahid7, tanışı Şahid4 və onun tanışı Anar adlı şəxsi izahatlarının alınması məqsədilə Nəsimi RPİ-nin 22ci Polis şöbəsinə dəvət etmiş, həmin şəxslər etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmiş, onlarla birlikdə mənzilə gedən əməliyyat qrupu isə Şahid6 ilə birlikdə onun razılığı əsasında yaşadığı ünvanda baxış keçirilməsi məqsədi ilə orada qalmışlar. Polis şöbəsinə gətirilən şəxslər barəsində qanuna müvafiq tədbirlərin görülməsi məqsədilə onlar raport tərtib elmiş və raportun icrası həmin şöbənin təhqiqatçısı Tariyel Mahmudova həvalə edilmişdir. Hazırda barəsində aparılan cinayət işi üzrə ifadə verdiyi Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildikdən sonra təhqiqatçı Tariyel Mahmudovun xidməti iş otağına aparılmış, orada təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarını izah edib vəkillərin siyahısı ilə tanış etdikdə, Təqsirləndirilən şəxs hüquqlarının hər hansı bir vəkil tərəfindən müdafiə edilməsi üçün vəkil təyin edilməsi barədə ərizə yazmış, buna görə də Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək məqsədilə 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təyin edilmiş, daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib üzərinə şəxsi axtarış aparılacağını və şəxsi axtarışın videoçəkilişlə aparılacığını bildirmiş, Təqsirləndirilən şəxs isə etiraz etməmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üstündə olan əşyaları könüllü çıxarıb stolun üstünə qoymasını təklif etmiş və o, əynində olan boz qəhvəyi rəngli şalvarın sağ qabaq cibindən bir ədəd bükülü olan gümüşü falqanın içərisində narkotik vasitəyə bənzər ağ kristal maddəni çıxarıb masanın üzərinə qoymuş və həmin maddənin psixotrop maddə olan «Metamfetamin» olmasını, həmin psixotrop maddə metamfetamini 10 manata şəxsi istifadəsi üçün tanımadığı şəxsdən aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş və heç bir qanunsuz əşya aşkar edilməmiş, sonuncunun üzərindən aşkar edilmiş, özünün deməsinə görə psixotrop maddə olan metamfetamin təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş, ucadan onlara oxunmuş, heç bir əlavə və şikayət daxil olmadığı üçün iştirak edən hər kəs həmin protokolu imzalamışlar. Həmçinin bildirmişdir ki, polis şöbəsinə gətirilən digər şəxslərin üzərindən psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin aşkar edilməsi və hazırda barələrində Nəsimi RPİ-nin İstintaq şöbəsində cinayət işi üzrə istintaq aparılması ona məlum olmuşdur. Təqsirləndirilən şəxs qarşı heç kəs təzyiq göstərməmiş və o, könüllü olaraq törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs 16.08.2020-ci il tarixdə, saat 05 radələrində ünvan 5 ünvanında olduğuna görə həmin evdə olan şəxslərlə birlikdə polis şöbəsinə dəvət edilmiş və polis əməkdaşarı ilə birlikdə polis şöbəsinə gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin PPXB-nın polis nəfəri Şahid1 ondan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞdə sahə inspektoru Şahid3 ifadəsində göstərmişdir ki, bölməyə 16 avqust 2020-ci il tarixdə, saat 03:40 radələrində Nəsimi RPİ-nin PPXB-nün əməkdaşları ünvan 6 ünvanın qarşısında özünü şübhəli apardığına görə Şahid6 saxlanılaraq Nəsimi RPİ-nin 22-ci PŞ-nə gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki tünd boz rəngli qısa şortunun sağ qabaq cibindən bir büküm 1,872 qram nakotik vasitə olan metamfetamin aşkar edilərək götürülmüş, Şahid6 polis şöbəsində izahat verən zaman həmin gün onunla birlikdə kirayə yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evində sevgilisi Şahid5, bacısı Şahid7, tanışı Şahid4 və onun tanışı Anar adlı şəxsin də onunla birlikdə evdə psixotrop maddə olan metamfetamin qəbul etmələrini bildirdiyinə görə onlar əməliyyat qrupı ilə birlikdə Şahid6 yazılı razılığı əsasında yaşadığı mənzilə getmiş, mənzilə gələn zaman onlar mənzilin qapısını döymüş və orada olan Elmiranın sevgilisi adları onlara sonradan məlum olan Şahid5 bacısı D.Şahid6, tanışı Şahid4 və onun tanışı Anar adlı şəxsi izahatlarının alınması məqsədilə Nəsimi RPİ-nin 22-ci Polis şöbəsinə dəvət etmiş, həmin şəxslər etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmiş, onlarla birlikdə mənzilə gedən əməliyyat qrupu isə Şahid6 ilə birlikdə onun razılığı əsasında yaşadığı ünvanda baxış keçirilməsi məqsədi ilə orada qalmışlar. Polis şöbəsinə gətirilən şəxslər barəsində qanuna müvafiq tədbirlərin görülməsi məqsədilə raport tərtib edilmiş və raportun icrası həmin şöbənin təhqiqatçısı Tariyel Mahmudova həvalə edilmişdir. Hazırda barəsində aparılan cinayət işi üzrə ifadə verdiyi Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildikdən sonra təhqiqatçı T.Mahmudovun xidməti iş otağına aparılmış, orada təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarını izah edib vəkillərin siyahısı ilə tanış etdikdə, Təqsirləndirilən şəxs hüquqlarının hər hansı bir vəkil tərəfindən müdafiə edilməsi üçün vəkil təyin edilməsi barədə ərizə yazmış, buna görə də Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək məqsədilə 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təyin edilmişdir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib üzərinə şəxsi axtarış aparılacağını və şəxsi axtarışın videoçəkilişlə aparılacığını bildirmiş, Təqsirləndirilən şəxs isə etiraz etməmiş, bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üstündə olan əşyaları könüllü çıxarıb stolun üstünə qoymasını təklif etmiş və o, əynində olan boz qəhvəyi rəngli şalvarın sağ qabaq cibindən bir ədəd bükülü olan gümüşü falqanın içərisində narkotik vasitəyə bənzər ağ kristal maddəni çıxarıb masanın üzərinə qoymuş və həmin maddənin psixotrop maddə olan «Metamfetamin» olmasını, həmin psixotrop maddə metamfetamini 10 manata şəxsi istifadəsi üçün tanımadığı şəxsdən aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş və heç bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, özünün deməsinə görə psixotrop maddə olan metamfetamin təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş, ucadan oxunmuş, heç bir əlavə və şikayət daxil olmadığı üçün iştirak edən hər kəs həmin protokolu imzalamışdır. Əlavə olaraq bildirmişdir ki, polis şöbəsinə gətirilən digər şəxslərin üzərindən psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin aşkar edilməsi və hazırda barələrində Nəsimi RPİ-nin İŞ-də cinayət işi üzrə istintaq aparılması ona məlumdur. Təqsirləndirilən şəxs saxlanılan zaman, şöbəyə gətirilən zaman və üzərinə şəxsi axtarış keçirilən zaman hər hansı bir şəxs tərəfindən ona təzyiq göstərməmiş və o, könüllü olaraq törətdiyi cinayət əməlini etiraf etmiş, Təqsirləndirilən şəxs 16.08.2020-ci il tarixdə, saat 05 radələrində ünvan 5 ünvanında olduğuna görə həmin evdə olan ifadəsində göstərdiyi şəxslərlə birlikdə polis şöbəsinə dəvət edilmiş və polis əməkdaşarı ilə birlikdə polis şöbəsinə gəlmişdir. Cinayət işinin 1-ci cild 26-27ci vərəqələrində olan 16 avqust 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 127-129-cu vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 18 avqust 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 16 avqust 2020-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 104-106-cı vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 06 dekabr 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 04 dekabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli Məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 67-71-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 avqust 2020-ci il tarixli, 6/1574 saylı materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki, bir ədəd bükümdə təmiz çəkisi 0,220 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 200-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Ekspertiza tədqiqatına 0,05 qram metamfetamin, sərf olunmuş, metamfetaminin qalığı 0,170 qram təşkil edir. Cinayət işinin 1-ci cild 68-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 55-70-ci vərəqələrində olan 29 oktyabr 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə 02 ədəd CD disk maddi sübut kimi tanınmış, iş üzrə Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,220 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış maddə psixotrop maddə metamfetamin sübut əhəmiyyəti olduğundan 29.10.2020-ci il tarixli qərarla maddi sübut kimi tanınması nəzərə alınmış, ekspertiza tədqiqqatından sonra qalıq qalmış 0,170 qram metamfetamin saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş və ibtidai istintaqı başa çatmış ********* nömrəli cinayət işi üzrə Şahid4 götürülmüş 0,770 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınması nəzərə alınmışdır. Cinayət işinin 1-ci cild 262-263-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 12 oktyabr 2020-ci il tarixli, 2833 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə birkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən suiistifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cild 154-157-ci vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 06 oktyabr 2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: 1) Sumqayıt Şəhər Məhkəməsinin 06 iyul 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 01 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 23 dekabr 2005-ci ildə Nərimanov Rayon Məhkəməsinin 02 dekabr 2005-ci il tarixli qərarı ilə CM-nin 76 maddəsinə əsasən 04 ay 10 gün vaxtından əvvəl şərti azad edilmiş; 2) Xətai Rayon Məhkəməsinin 28 iyun 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 27 dekabr 2013cü ildə Salyan Rayon Məhkəməsinin 26 dekabr 2013-cü il tarixli qərarı ilə CM-nin 76 maddəsinə əsasən 05 ay 27 gün vaxtından əvvəl şərti azad edilmiş; 3) Sumqayıt Şəhər Məhkəməsinin 16 iyul 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 07 oktyabr 2015-ci ildə Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə 1 il 06 ay müddət cəza təyin edilmiş; 4) Xəzər Rayon Məhkəməsinin 16 dekabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 66.5-ci maddəsi tətbiq edilməklə 01 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; 5) Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.5 və 69.3-cü maddələri tətbiq edilməklə 04 il 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 25 iyun 2019-cu ildə Nizami Rayon Məhkəməsinin qərarı ilə 03 ay 25 gün vaxtından əvvəl şərti azad olunmuş; 5) Abşeron Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə 02 (iki) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 1-ci cild 173-185-ci vərəqələrində olan Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2015-ci il tarixli, 1(012)-346/2015 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 66.5ci maddəsinə əsasən Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 16 dekabr 2015-ci il tarixli hökmü ilə təyin olunmuş 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin olunmuş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla ona qəti 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq dövründə tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmiş, cəzasının əvvəli Xəzər Rayon Məhkəməsinin 16 dekabr 2015-ci il tarixli hökmü ilə təyin olunmuş cəzanın çəkilən hissəsi qəti cəza müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 22 aprel 2015-ci il tarixdən hesablanmışdır. Cinayət işinə əlavə edilmiş Sumqayıt Apelyasiya Məhkəməsinin 01 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinib 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 25 iyun 2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş 03 ay 25 gün hissəsindən vaxtından əvvəl şərti məhkum etmə Azərbaycan Respublikasının CM-nin 71.5-cü maddəsinə əsasən ləğv edilməsi və CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası həmin qərarla təyin edilmiş 03 ay 25 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilmiş və onun üzərində qəti olaraq 02 il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmiş və cəzaçəkmə müddətinin başlanğıcı 16 avqust 2020-ci il tarixdən hesablanmış və həmin hökmdən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli hökmündən görünür ki, həmin iş üzrə təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ifadəsini dəyişmiş və şahid qismində dindiriılmış Şahid5 ifadəsində göstərmişdir ki, 15.08.2020-ci il tarixdə Anar onların yaşadıqları evə qonaq gəlməmişdən öncə onlar sonuncudan xahiş etmişlər ki, özü ilə birlikdə istifadə etmələri üçün şüşə kimi tanınan metamfetamin gətirsin, çünki bilirmişlər ki, Anar narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olur. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli hökmündən görünür ki, həmin iş üzrə təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə şahid qismində dindiriılmış Şahid7 ifadəsində göstərmişdir ki, 15.08.2020-ci il tarixdə Təqsirləndirilən şəxs cibindən içərisində el arasında şüşə deyiləm metamfetamin olan bükümləri çıxarıb masanın üzərinə qoymuş və həmin maddələri müştüklərlə çəkmişlər. O, Anardan bu bükümlərdən birini öz istifadəsi üçün götürüb əynində ki, tünd boz rəngli şalvarın arxa sağ yan cibinə qoymuşdur. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli hökmündən görünür ki, həmin iş üzrə təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ifadəsini dəyişmiş və şahid qismində dindiriılmış Şahid4 ifadəsində göstərmişdir ki, 15.08.2020-ci il tarixdə Təqsirləndirilən şəxs 02 ədəd bükümdə 0,5 qram olan psixotrop maddə metamfetaminin müqabilində 40 (qırx) manat nəğd pulu bir ədəd 20 manatlıq və iki ədəd 10 manatlıq pul əskinazlarını vermişdir. Cinayət işinin materiallarında olan DVD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər 16 avqust 2020-ci il tarixdə, saat 17:25-dən saat 18:10-dək qeydə alınmışdır. Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaların təqdim etməsi təklif edilmiş, oturduğu stuldan qalxaraq əynindəki boz-qəhvəyi rəngli şalvarının sağ qabaq cibindən bir ədəd bükülü olan gümüşü falqanın içərisində narkotik vasitəyə bənzər ağ kristal maddə olan “metamfetamin” deyilən maddə aşkar olduğunu deyərək çıxardıb təqdim etmiş, həmin gümüşü falqaya bükülü olan içərisində ağ rəngli kristal maddə narkotik vasitəyə bənzər ağ kristal maddə “metamfetamin” deyilən maddə aşkar edilmişdir. Həmin maddəni haradan və nə üçün aldığını soruşduqda o, tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirdi, ünvan 8 ünvana qonaq gəlmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanıldı: ilk öncə onun geyindiyi şalvarının cibləri, üzəri yoxlanıldı, başqa qanunla qadağan olunmuş əşya aşkar olunmadı. Sonra isə vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümdə olan narkotik vasitəyə bənzər ağ kristal maddə olan “metamfetamin” deyilən maddə olduğunu bildirdi. Bundan sonra iştirakçılara həmin bükülüdə olan narkotik vasitəyə bənzər ağ kristal maddə olan “metamfetamin” deyilən maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirildi. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərildi və həmin zərfin içərisinin boş olduğu müəyyən edildi. Bundan sonra sağ qabaq cibindən narkotik vasitəyə bənzər ağ kristal maddə olan “metamfetamin” deyilən maddə zərfə qoyularaq zərfin ağzı Nəsimi RPŞ-nin 22-ci PŞ-nin zərflər üçün nəzərdə tutulmuş 190 nömrəli möhürü ilə möhürləndi və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalandı. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə etməsi, saxlaması, daşıması və satma cinayətini etiraf etməsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskində olan video görüntülərlə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, qüvvəyə minmiş Nəsimi Rayon Məhkəməsinin hökmləri və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə də uyğunluq təşkil etmir. Belə ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 avqust 2020-ci il tarixli Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq törətdiyi əməli etiraf etmişdir. Həmçinin, 10 fevral 2021-ci il tarixli məhkəmə iclasında Şahid7 Təqsirləndirilən şəxs üzünə qarşı ifadə verərək bildirmişdir ki, Anar stolun üstünə qoyduğu bükümlərdən birini ona pay vermişdir. Bundan başqa, məhkəmə iclasında tədqiq edilərək cinayət işinə əlavə edilmiş qanuni qüvvəyə minmiş məhkəmə hökmlərindən də göründüyü kimi həmin iş üzrə təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ifadəsini dəyişmiş və şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 15.08.2020-ci il tarixdə Anar onların yaşadıqları evə qonaq gəlməmişdən öncə onlar sonuncudan xahiş etmişlər ki, özü ilə birlikdə istifadə etmələri üçün şüşə kimi tanınan metamfetamin gətirsin, çünki bilirmişlər ki, Anar narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olur (Nəsimi Rayon Məhkəməsinin 04.02.2021-ci il tarixli hökmü), həmin iş üzrə təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə şahid qismində dindiriılmış Şahid7 ifadəsində göstərmişdir ki, 15.08.2020-ci il tarixdə Təqsirləndirilən şəxs cibindən içərisində el arasında şüşə deyiləm metamfetamin olan bükümləri çıxarıb masanın üzərinə qoymuş və həmin maddələri müştüklərlə çəkmişlər. O, Anardan bu bükümlərdən birini öz istifadəsi üçün götürüb əynində ki, tünd boz rəngli şalvarın arxa sağ yan cibinə qoymuşdur (Nəsimi Rayon Məhkəməsinin 17.02.2021-ci il tarixli hökmü), həmin iş üzrə təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ifadəsini dəyişmiş və şahid qismində dindiriilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 15.08.2020-ci il tarixdə Təqsirləndirilən şəxs 02 ədəd bükümdə 0,5 qram olan psixotrop maddə metamfetaminin müqabilində 40 (qırx) manat nəğd pulu bir ədəd 20 manatlıq və iki ədəd 10 manatlıq pul əskinazlarını vermişdir (Nəsimi Rayon Məhkəməsinin 19.02.2021-ci il tarixli hökmü). Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bu ifadəsi və sonradan hazır ki, cinayət işi üzrə şahid qismində dindirilmiş və digər cinayət işləri üzrə təqsirləndirilən şəxslər onlar barəsində qanuni qüvvəyə minmiş hökmlər olmasına baxmayaraq verdikləri ifadələrini dəyişdirmələri Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıyır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, Güclü təsir edən və zəhərli maddələrin qanunsuz maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyul 1997-ci il tarixli, 1 saylı qərarının 3-cü bəndində məhkəmələrə tövsiyə olunur ki, məhkəmələrə izah edilsin ki, narkotik vasitələrin hazırlanması dedikdə hər hansı hərəkətlər nəticəsində narkotik vasitələrin istehlak üçün hazır vəziyyətə gətirilməsi, müvafiq icazə olmadan narkotik vasitənin qatılıq və onun narkotik təsir dərəcəsinin artırılması məqsədilə yenidən emal edilməsi və təmizlənməsi başa düşülməlidir. Belə ki, satma dedikdə, narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz olaraq hər hansı bir üsulla yayılması başa düşülməlidir (satma, bəxşiş vermə, dəyişdirmə, borc əvəzinə vermə, borc olaraq vermə, başqa şəxsə iynə vurmaq və s.) Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü qismən təqsirli bilməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 04 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 25 iyun 2019-cu il tarixdə Nizami Rayon Məhkəməsinin qərarı ilə 3 ay 25 gün vaxtından əvvəl şərti azad edilməsinə baxmayaraq, iki il keçmədən, yəni 15 avqust 2020-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 234.2-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bundan əlavə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Abşeron Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 1(012)-123/2020 saylı hökmü ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 il 07 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmiş və cəzaçəkmə müddətinin başlanğıcı 16 avqust 2020-ci il tarixdən hesablanmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli və hazırkı iş üzrə cinayət əməlinin Abşeron Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 1(012)-123/2020 saylı hökmü çıxarılmazdan əvvəl törədildiyi müəyyən olunduğundan, həmin hökmlə təqsirləndirilən şəxsin üzərində qəti olaraq saxlanılmış 02 il 07 ay müddətə azadlıqdan məhrumetmə cəzası, hazırki hökmlə ona təyin ediləcək cəza ilə həmin Məcəllənin 66.5-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin məcmusu üzrə qismən toplanılmaq yolu ilə ona qəti cəza təyin edilməli, Abşeron Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 1(012)-123/2020 saylı hökmünə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 16 avqust 2020-ci il tarixdən, yəni Abşeron Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 1(012)- 123/2020 saylı hökmünün çıxarılmasından əvvəl məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən sonuncunun cəza çəkmə müddətinin əvvəli 16 avqust 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X1nın 12 oktyabr 2020-ci il tarixli, 2833 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, digər maddi sübut olan və Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,170 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 06 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 33 saata görə 178 (bir yüz yetmiş səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası Abşeron Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 1(012)-123/2020 saylı hökmü ilə onun üzərində saxlanılmış 02 (iki) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılaraq, Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 16 avqust 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,170 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 33 saata görə 178 (bir yüz yetmiş səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-116/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-116/2021
03.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver