Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-116/2022 24.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Cəbizadə Aybəniz Emin qızının katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X3 və Nazir Muhammadın, tərcüməçi X2, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1998-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Müşfiqabad qəsəbəsi, nömrəsiz evdə yaşamış, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, 1(004)-209/2022 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırki cinayət işi üzrə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə təkrarən, yaşayış sahəsinə və binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 15 fevral 2021-ci il tarixdə saat 03 radələrində ünvan 3 ünvanında yerləşən A.E.Əliyevin işlətdiyi “Partizan” restoranının plastik materialdan olan arxa giriş qapısını fiziki güc tətbiq edib açmaqla oraya qanunsuz daxil olub restoranın içərisindən A.Əliyevə məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə hər birinin dəyəri 500 manat olmaqla ümumilikdə 1.500 manat dəyərində 3 ədəd suvenir silahları gizli olaraq talayaraq zərərçəkmiş şəxs A.E.Əliyevə ümumilikdə 1.500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 14 mart 2021-ci il tarixdə, saat 21 radələrində Pakistan Respublikası vətəndaşı Nazir Muhammadın işlətdiyi ünvan 4 ünvanda yerləşən “Nazir Group of Companics” şirkətinin ofisinin açıq pəncərəsindən oraya qanunsuz daxil olub ofisin ikinci mərtəbəsində olan çantanın içərisindən Pakistan Respublikası vətəndaşı Nazir Muhammada məxsus 01 ədəd 20 manat dəyərində gümüşü rəngli metaldan hazırlanmış, üzəri naxışlı, 3,98 qram çəkidə, 925 əyarlı üzüyü, 01 ədəd 20 manat dəyərində, üzərində Orginal 1963 Captain, U.S.Army” yazıları olan krem rəngli gödəkçəni, 01 ədəd 10 manat dəyərində üzərində “Orginal 1963 Captain, U.S.Army” yazıları olan yaşıl rəngli gödəkçəni, 01 ədəd 20 manat dəyərində üzərində 344L” yazıları olan qara rəngli gödəkçəni, 01 ədəd 15 manat dəyərində üzərində markalanmasına dair heç bir məlumat olmayan, parlaq qara rəngli gödəkçəni, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə həmin dövrün məzənnəsi ilə 127 manat 50 qəpik təşkil edən 75 ABŞ dolları dəyərində 01 ədəd kişi üçün nəzərdə tutulmuş qırmızı rəngli kəşmir qış şalını, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə həmin dövrün məzənnəsi ilə 127 manat 50 qəpik təşkil edən 75 ABŞ dolları dəyərində 01 ədəd kişi üçün nəzərdə tutulmuş qəhvəyi rəngli kəşmir qış şalını, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə həmin dövrün məzənnəsi ilə 357 manat təşkil edən 210 ABŞ dolları dəyərində 01 cüt qadın çəkməsini, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə həmin dövıün məzənnəsi ilə 195 manat 50 qəpik təşkil edən 115 ABŞ dolları dəyərində 01 ədəd gümüş qadın üzüyünü, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə həmin dövrün məzənnəsi ilə 59 manat 50 qəpik təşkil edən 35 ABŞ dolları dəyərində 01 ədəd gümüş qadın qolbağını, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə həmin dövrün məzənnəsi ilə 93 manat 50 qəpik təşkil edən 55 ABŞ dolları dəyərində 01 ədəd gümüş qadın qolbağını, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 735 manat dəyərində “Cassio” markalı kişi saatını, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 235 manat dəyərində “Samsung” markalı adapteri, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 135 manat dəyərində 01 cüt naqilsiz “Samsung” markalı qulaqcığı gizli olaraq talamaqla zərərçəkmiş şəxs N.Muhammada ümumilikdə 2.150 manat 50 qəpik məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26 iyun 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 77/9 saylı binanın 22/23 saylı mənzilinin giriş qapısının açıq olmasından istifadə edib həmin qapıdan mənzilə qanunsuz daxil olaraq mənzilin qonaq otağında yerləşən sobanın üzərindən zərərçəkmiş şəxsin qiymətləndirməsinə 400 manat dəyərində 01 ədəd qızıl üzüyü, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 600 manat dəyərində 01 ədəd qızıl boyunbağını və zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 200 manat dəyərində 01 ədəd qızıl kulonu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 1.200 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdə şəhərdə gəzərkən “Okean” hostelin həyətində olan yaşayış evini gördükdə oradan oğurluq etmək qərarına gəlmiş, mənzilin qapısının açıq olmasından istifadə edərək o, evə daxil olmuş, lakin ev sahiblərinin evdə olmasından xəbərsiz olmuşdur. Daxil olduğu otaqda şkafın üzərində olan qızıl zinət əşyasını görərək onu oğurlamış, bu zaman ev sahibi ilə qarşılaşmışdır və ev sahibi onu evdən kənara çıxarmışdır. O, oğurladığı həmin qızılları tanışı Nərimanın şəxsiyyət vəsiqəsi ilə onunla birlikdə MUM adlanan univermaqda tanımadıqları bir şəxsə ümumi dəyəri 300 manata satmışlar. Daha sonra o, həmin puldan Nərimana 100 manat pul vermişdir. Bundan başqa bildirmişdir ki, o 2 ay əvvəl Travels ofisinə xadiməçi kimi işə düzəlmişdir. Həmin şirkətin rəhbəri N.Muhammad adlı şəxs olmuşdur Nazir ona qalmağa yeri olmayanda ehtiyacı olduqda ofisə pəncərədən içəri daxil olub qalmağını bildirmişdir. xx.xx.2021-ci il tarixdə 21:00 radələrində o qalmağa yeri olmadığı üçün həmin ofisə pəncərədən daxil olub orada qalmışdır. Pula ehtiyacı olduğu üçün həmin ofiscən oğurluq etmək qərarına gəlmişdir. Sonra isə gecə 03:30 radələrində ofisin ikinci mərtəbəsinə qalxıb əvvəlcədən yerini bildiyi Nazirə məxsus olan yük çantasını tapmış və həmin çantanın içini açıb orada olan 01 ədəd gümüş üzüyü, 02 ədəd gümüş qadın qolbağını, 01 cüt qadın çəkməsini və 01 cüt naqilsiz qulaqcığı götürmüşdür. Daha sonra aşağı enib pilləkənin altındakı plastik torbanın içində olan 04 ədəd gödəkçələri oradan götürmüşdür. Onun həmin əşyaları oğurlamaqda məqsədi bəzilərini geyinmək, bəzilərini isə satıb pul əldə etmək olmuşdur. Həmin gödəkçələrdən biri olan qara gödəkçəni əyninə, çəkinəni isə ayağına geyinib, digər əşyaları da götürərək pəncərədən çıxıb oradan uzaqlaşaraq yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu 154-də yerləşən hostelə qayıtmışdır. Bir neçə gün keçdikdən sonra 20 mart 2021-ci il tarixdə 04 ədəd gödəkçələri təsadüfi qarşısına çıxan İradə adlı şəxsə ümumi 20 manata salmışdır. Həmin məbləği şəxsi məsrəflərinə sərf etmişdir. 01 ədəd üzüyü üzərində saxlamış və təqdim etmişdir. 02 ədəd gümüş qadın qolbağını və 01 cüt naqilsiz qulaqcığı isə həmin ofisdən hostelə qayıdarkən cibindən düşürüb itirmişdir. 01 cüt qadın çəkməsini isə hoslelin qarşısında tanımadığı bir oğlana 15 manat satmış və həmin məbləği şəxsi məsrəflərinə sərf etmişdir. 2021-ci ilin fevral ayının 15-də gecə saat 03 radələrində qalmağa yeri olmadığı üçün yer axtarmağa başlamışdır. Bu zaman təsadüfən Partizan Restoranının qapısının qarşısından keçərkən həmin restoranın qapısına yaxınlaşmış qapının əlcəyindən tutmuş, qapının açıq olmasını görüb içəri daxil olmuşdur. Həmin gün hava soyuq olduğundan həmin gecəni orada qalmışdır. Səhər yuxudan oyanmış və həmin restoranın içərisində olan şkafda yerləşən 3 ədəd suvenir silah götürmüş və əvvəlcədən tanıdığı İradə adlı xanıma vermişdir ki, onları saxlasın, sonra gəlib götürəcəkdir. İkinci gün yenə o, təkrarən gecəni keçirmək üçün həmin restorana getmiş və gecə orada olan zaman təxminən saat 22.00 radələrində restoranın sahibi oraya gəlmişdir. Həmin şəxs onu restoranda görüb orada nə etdiyini soruşmuş, o isə qalmağa yeri olmadığı üçün orada qaldığını bildirmişdir. Buna görə də, həmin restoranın sahibi ondan polisə şikayət etməmişdir. Daha sonra özünü təqsirli bilməsini, zərərçəkmiş şəxslərdən N.Muhammadin ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını, gənc olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 2012-ci ildə ailə həyatı qurmuş və həmin ildən o, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 77/9, mənzil 22/23-də yaşayır. Mənzilin giriş qapısı əksər hallarda örtülü vəziyyətdə olmuşdur. Lakin, onlar nadir hallarda evin havasını dəyişmək üçün qapısı açıq vəziyyətdə saxlayırlar. Mahiyyəti üzrə bildirmişdir ki, 02 gün bundan əvvəl, yəni xx.xx.2021-ci il tarixdə, saat təxminən 18 radələrində işdən evə gələrkən həyat yoldaşı Şahid4 ona bildirmişdir ki, saat 12 radələrində evdə olarkən evin giriş qapısı açıq vəziyyətdə olmuş və həmin vaxtı yoldaşı mətbəxdə olmuşdur. Bu zaman həyat yoldaşı Telli ayaq səslərindən evə kiminsə daxil olduğunu eşidib giriş qapısına tərəf gəlmiş və həmin vaxtı bir nəfər cavan qızın evin giriş qapısının qarşısında olduğunu görmüşdür. Bu səbəbdən həyat yoldaşı Telli həmin qızı evdən çölə çıxartmışdır. Onlar evə nəzər yetirdikdə evdə olan əşyaların yerində olduğunu, hər hansı bir oğurluq olmadığını müəyyən etmişdirlər. Lakin, səhəri günü, yəni xx.xx.2021-ci il tarixdə evə diqqətlə baxdıqda daş peçinin üzərində olan bir ədəd qızıl üzüyün, bir ədəd qızıl sopin və üzərində olan bir ədəd klonun orada olmadığını aşkar etmişlər. Həmin günü onun vacib işləri olduğundan və şikayət etməyə vaxtı olmadığından işlərini həll etmək üçün evdən çıxmışdır. Axşam evə gəldikdə tərəddüdlə yanaşdığından yenə də evi axtarmaq qərarına gəlmişdir. Axşam evi axtardıqda o, qızılların oğurlandığına tam əmin olmuşdur. Bu gün, yəni xx.xx.2021-ci il tarixdə evin yanında yerləşən «Grand Midway» hotelinin giriş qapısında olan kameraların quraşdırıldığını bildiyi üçün həmin otelə bununla bağlı müraciət etmiş və kamera görüntülərinə baxış zamanı görmüşdür ki, bir nəfər cavan qız evə daxil olur və daha sonra həyat yoldaşı Şahid4 həmin qızı evdən çölə çıxarır. Bundan başqa, Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilməmişdir, ondan şikayətçidir və sonuncuya ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş A.E.Əliyev ifadəsində göstərmişdir ki, hazırda “Partizan” restoranını işlədir. Ölkədə baş vermiş pandemiya vəziyyəti ilə əlaqədar olaraq o, həmin restoranın fəaliyyətini dayandırmış və restoran fəaliyyət göstərməmişdir. 2021-ci ilin fevral ayının əvvəllərində restoranlara işləməyə icazə verildikdən sonra o restoranı açmaq üçün getdiyində restoranın açıq olduğunu və içərisində 22-23 yaşlarında bir nəfər qadının olduğunu görmüşdür. Həmin şəxsə baxanda onun küçədə qalan adama oxşadığını görmüşdür. O, restorana ilkin baxış keçirdikdə heç nəyin oğurlanmadığını düşünüb bu barədə polisə məlumat verməmişdir. Lakin sonradan obyekti işlətməyə başlayanda ona məlum olmuşdur ki, obyektdə olan cəmi 1.500 manat dəyərindoki 03 ədəd suvenirlər yerində yoxdur və oğurlanmışdır. Bundan başqa, zərərçəkmiş şəxs A.E.Əliyev bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilməmişdir və ondan şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tərcüməçinin iştirakı ilə dindirilmiş Pakistan Respublikası vətəndaşı N.Muhammad ifadəsində göstərmişdir ki, 2020-ci ilin 16 yanvar tarixindən Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 78 ünvanında yerləşən ofisində “Nazir Group of Companies” şirkətini idarə edir. Həmin şirkət onun özünə məxsusdur, bu şirkət vasitəsi ilə səyahətləri təşkil edir və müxtəlif növdə geyim, elektronika əşyalarının xarici ölkələrdən gətirilib satışını təşkil edir. 10 mart 2021-ci il tarixdə ofisi bağlayıb getmişdir, 15 mart 2021-ci il tarixdə saat 12 radələrində ofisinə qayıtmışdır. Ofisin birinci mərtəbəsinin açıq olduğunu görüb kiminsə ofisə daxil olduğundan şübhələnmiş və dərhal əşyalarını yoxlamağa başlamışdır. Ofisin ikinci mərtəbəsini qalxan zaman orada qırmızı rəngli çantasının içindəki əşyalarının dağıdıldığını görmüşdür. O, həmin çantanın içindəki əşyalara baxış keçirən zaman dairəvi çəhrayı rəngli qutunun içində gümüşdən hazırlanmış 01 ədəd gül qaşlı qadın üzüyünün qutusu ilə birlikdə, 01 ədəd dairəvi gümüşü rəngli qutunun içində gümüşdən hazırlanmış 01 ədəd gül qaşlı qadın üzüyünün, gümüşdən hazırlanmış 02 ədəd qadın qolbağının, 01 cüt dəridən hazırlanmış qadın üçün ordu (amerika ordusundan) çəkmələrinin, 01 ədəd kişi üçün nəzərdə tutulmuş qırınızıqəhvəyi rəngli kəşmir qış şalının, 01 ədəd “Samsung” markalı üzərində üç ədəd ayrı-ayrı girişlər olan adapterinin, 01 ədəd plastikdən hazırlanmış “Cassio” markalı kişi saatının, 01 cüt naqilsiz “Samsung” markalı qulaqcıqlarımın (iport) oğurlandığını müəyyən etmişdir. Bundan dərhal sonra yaxınlıqdakı polis bölməsinə müraciət edib, bu barədə məlumat vermişdir. Bir müddət sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və onun iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Bundan başqa, zərərçəkmiş şəxs N.Muhammad məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi yoxdur, ona dəymiş ziyan ödənilmişdir və Təqsirləndirilən şəxs barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, təxminən 2010-cu il tarixdən MUM ticarət mərkəzində zərgər olaraq çalışır. Təqribən 28 iyun 2021-ci il tarixdə işdə olduğu zaman təqribən nahardan sonrakı vaxtda bir nəfər müştəri gəlirək üzərində klon olan bir ədəd qadın qızıl boyunbağını və bir ədəd obirçalni üzüyü ona satmaq niyyətində olduğunu bildirmişdir. O həmin qızıllara baxdıqdan sonra həmin qızılları 333 manata ala biləcəyini demişdir. Həmin vaxt oğlanın yanında istintaq zamanı adını öyrəndiyi Təqsirləndirilən şəxs da görmüşdür. Razılaşmadan sonra o, Şahid1 məxsus şəxsiyyət vəsiqəsinin surətini götürməklə qızılı 333 manata almış və bu barədə qəbz yazmışdır. Nəriman adlı şəxs qızılı ona saçarkən yanındakı qız onunla heç bir şey danışmamışdır. O bildirmişdir ki, həmin şəxslər ilk dəfə olaraq ona qızıl gətirib satırlar. Həmin gündən sonra bir daha həmin şəxsləri görməmişdir. Həmçinin bildirmişdir ki, həmin qızılların oğurluq olması barədə məlumatı olmamış və qızılı satan şəxslər bu barədə ona heç bir məlumat verməmişdir. Həmin qızılları aldıqdan bir neçə gün sonra qızılları ərinməyə verərək satmışdır. O qızılların alqı satqısı ilə bağlı qəbzi istintaqa təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs parklanma nəzarətçisi kimi işlədiyi ünvan 5 ünvanında oradan mütəmadi gəlib keçən yaxınlıqda yaşayan bir həmyaşıdı kimi tanımışdır. Onların arasında qonşuluq münasibətləri olduğundan bir-biri ilə əlaqə olmuşdur. 2021-ci ilin yayında Təqsirləndirilən şəxs ona yaxınlaşaraq ailəsinin vəziyyətinin pis olduğunu və pula ehtiyacı olduğunu bildirmişdir. Lakin, onun özünün də maddi vəziyyəti yaxşı olmadığından Təqsirləndirilən şəxs maddi kömək edə bilməyəcəyini digər nə kömək lazımdırsa hazır olduğunu bildirmişdir. Ertəsi gün Təqsirləndirilən şəxs ona yaxınlaşaraq maddi sıxıntıdan qurtarmaq üçün anasının qızıllarını satmalı olduğunu bildirmişdir. O Təqsirləndirilən şəxs necə kömək edə biləcəyini soruşduqda sonuncu ona anasının və özünün şəxsiyyət vəsiqəsi olmadığını, bu səbəbdən də qızılları ondan heç kimin almadığını bildirmişdir. Sevinc ondan qızılların satılmasında onun şəxsiyyət vəsiqəsindən istifadə edilməsinə icazə verməsini xahiş etmişdir. O, heç bir problem olmadığını bildirib şəxsiyyət vəsiqəsini də götürərək Təqsirləndirilən şəxs ilə birgə MUM Ticaıət mərkəzində olan qızıl dükanlarına yaxınlaşmış, burada tanımadığı bir zərgərə qızılları təqdim edərək hansı qiymətə alacağını soruşduqda zərgər bildirmişdir ki, həmin qızılları 333 manata ala bilər. O, Təqsirləndirilən şəxs ilə razılaşdıqdan sonra qızılları həmin şəxsə 333 manata satmışdır. Əldə olunun 333 manatı bütöv şəkildə Təqsirləndirilən şəxs vermiş və artıq evə gedən zaman Təqsirləndirilən şəxs həmin puldan 100 manat ona uzadıb götürməsini istəmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, “çox əziyyət çəkmisən özün də kasıb uşaqsan bütün günü küçələrdə qəpik quruşa işləyirsən al bu 100 manatı get evinə bazarlıq et.” Bundan sonra o, 100 manat götürmüş və işlədiyi ünvana geri qayıtmışdır. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid4 məhkəməyə ərizə ünvanlayaraq istintaqda verdiyi ifadəsini təsdiq etmişdir. Onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdə, saat təxminən 12 radələrində evdə olarkən evin giriş qapısının açıq vəziyyətdə olduğunu görmüş, həmin vaxtı mətbəxdə ev işləri ilə məşğul olmuşdur. Mətbəxdə iş görən zaman o, ayaq səslərindən evə kiminsə daxil olduğunu eşidib giriş qapısına tərəf yaxınlaşmışdır. Bu zaman bir nəfər cavan qızın evin giriş qapısının qarşısında olduğunu aşkar etmişdir. O, həmin şəxsdən kim olduğunu soruşduqda həmin şəxs ona cavab verməmişdir. Bu zaman o, həmin şəxsi evdən çölə çıxartmışdır. Bundan sonra axşam saatlarında onlar həyat yoldaşı ilə birgə evə nəzər yetirdikdə evdə olan əşyaların yerində olduğunu, hər hansı bir oğurluq olmadığını müəyyən etmişdirlər. Lakin, onlar xx.xx.2021-ci il tarixdə evə diqqətlə baxdıqda daş peçinin üzərində olan bir ədəd qızıl üzüyün, bir ədəd qızıl sepin və üzərində olan bir ədəd klonun orada olmadığını aşkar etmişdirlər. Həmin gün yoldaşı Zərərçəkmiş şəxs1 vacib işləri olduğundan və şikayət etməyə vaxtı olmadığından işlərini həll etmək üçün evdən çıxıb getmişdir. Axşam evə gəldikdə onlar yenə də, tərəddüdlə yanaşdıqlarından evi axtarmaq qərarına gəlmişlər. Axşam evi axtardıqda qızılların oğurlandığına tam əmin olmuşlar. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid3 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs “Leysan” adlı evi eşiyi olmayan qız kimi tanımışdır, ona kimsəsiz olduğu üçün yemək və yatmağa yer vermişdir. Təqsirləndirilən şəxs müxtəlif növ gödəkçələri gətirib onun yaşadığı ünvanda saxlamasını istəmişdir. Sevincin oğlu ilə dostluq münasibətləri olduğu üçün onların sonuncu evə rahat girib çıxa bilmişdir. O, Təqsirləndirilən şəxs hər hansı bir əşyanı pul verib almamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi suvenir silahları görməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin silahları o evdə olmadığı müddətdə ola bilsin ki, gətirmiş və daha sonra özü ilə götürüb aparmışdır. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid5 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, 19 mart 2021ci il tarixdə icraatına daxil olmuş əməliyyat tapşırığında Pakistan İslam Respublikası vətəndaşı Nazir Muhammada məxsus “Nazir Group of Companies” şirkətinin Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 78 ünvanında yerləşən ofisinə 10 mart 2021-ci il tarixdən 15 mart 2021-ci il tarixədək heç kim olmadığı müddət ərzində naməlum şəxs və şəxslər tərəfindən müxtəlif növdə əşyalarının oğurlanması həmin cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək istintaq təhvil verilməsi göstərilmişdir. Həmin tapşırığın icrası ilə əlaqədar olaraq onun tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 22 mart 2021-ci il tarixilə, həmin cinayəti törədən şəxsin xx.xx.1998-ci il tarixdə Ağcabədi rayonundan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs onun tərəfindən Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində saxlanılaraq 39-cu PB-nə dəvət edilmiş və sorğu edilən zaman N.Muhammada məxsus “Nazir Group of Companies” şirkətinin Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 78 ünvanında yerləşən ofisinə 14 mart 2021-ci il tarixdən 15 mart 2021-ci il tarixə keçən gecə ofisin pəncərəsindən qanunsuz daxil olub oradan müxtəlif növdə əşyalar oğurladığını bildirmişdir. Bundan sonra oğurladığı əşyaları təqdim etməsi təklif olunanda əşyaların bir qismini itirdiyini 01 ədəd gümüş üzüyün üzərində olduğunu və təqdim edə biləcəyini bildirmişdir. Həmçinin əlavə olaraq oğurladığı 04 ədəd gödəkçəni satdığı şəxsi yaşadığı yeri göstərmiş və həmin gödəkçələr götürülmüşdür. Cinayət işinin 1-ci cild 91-ci vərəqəsində olan xx.xx.2021-ci il tarixli şübhəli şəxs qismində tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 127-ci vərəqəsində olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cild 16-17-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hazırlıq qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasına məcburi gətirilməsi ilə bağlı qərar çıxarılmışdır. Cinayət işinin 3-cü cild 32-33-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun olduğu yer müəyyən edilənə və məhkəməyə gətirilinə qədər iş üzrə icraat dayandırılmışdır. Cinayət işinin 3-cü cild 52-53-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatı təzələnmiş və iş üzrə məhkəmə hazırlıq iclası təyin edilmişdir. Cinayət işinin 3-cü cild 66-67-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli Məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. Cinayət işinin 2-ci cild 11-15-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 6/2080-9/3291 saylı materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd gümüşü rəngli metaldan, üzəri naxışlı üzük – üzərində 925 əyar damğası həkk olunmuşdur, metalı 925 əyarlı gümüşə uyğundur, çəkisi 3,98 qramdır. Ekspertiza tədqiqatına təqdim edilmiş 5 adda malların 2021-ci ilin mart ayına olan orta bazar qiymətilə ümumi dəyəri təxminən 85,0 manat müəyyən edilir. Digər ekspertiza təyini haqqında qərarda göstərilən 7 adda mallar tədqiqata təqdim edilmədiyindən və haqqında ətraflı məlumat (markası, modeli, çəkisi, əyarı, istismar müddəti, texniki vəziyyəti və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Cinayət işinin 2-ci cild 12-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 109 (bir yüz doqquz) manat 50 (əlli) qəpik müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 43-cü vərəqəsində olan xx.xx.2021-ci il tarixli maddi sübut kimi tanınma və saxlanca verilmə haqqında qərardan görünür ki, iş üzrə götürülmüş üzərində “Orginal 1963 Captain, U.S.Army” yazıları olan krem rəngli 01 ədəd gödəkçə, üzərində “Orginal 1963 Captain, U.S.Army” yazıları olan yaşıl rəngli 01 ədəd gödəkçə, üzərində markalanmasına dair heç bir məlumat olmayan parlaq qara rəngli “M” ölçülü 01 ədəd gödəkçənin və 01 ədəd 3.98 qram çəkidə 925 əyarlı gümüş qadın üzüyünün maddi sübut kimi tanınmış və saxlanılması üçün Səbail RPİ-nin saxlanc yerinə təhvil verilməsi nəzərə alınmışdır. Cinayət işinin 1-ci cild 243-cü vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx.xx.2021ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 3-cü cild 120-125-ci vərəqələrində olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)-209/2022 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmiş, cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmış və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməmişdir. Cinayət işinin 3-cü cild 80-ci vərəqəsində olan zərərçəkmiş şəxs N.Muhammad tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi yoxdur, ona dəymiş ziyan ödənilmişdir və barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə onun tamah niyyəti ilə təkrarən, yaşayış sahəsinə və binaya qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar olaraq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün,azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün,islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun özünü təqsirli bilməsini, zərərçəkmiş şəxslərdən N.Muhammadin ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını, gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bundan əlavə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Yasamal Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, 1(004)-209/2022 saylı hökmü ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmiş, cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmış və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, yəni 01 (bir) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalı, hazırkı iş üzrə cinayət əməlinin Yasamal Rayon Məhkəməsinin 06 may 2022ci il tarixli, 1(004)-209/2022 saylı hökmü çıxarılmazdan əvvəl törədildiyi müəyyən olunduğundan, həmin hökmlə təqsirləndirilən şəxsə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, hazırki hökmlə ona təyin edilmiş cəza ilə həmin Məcəllənin 66.5-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin məcmusu üzrə qismən toplanılmaq yolu ilə ona qəti cəza təyin edilməli, Yasamal Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, 1(004)-209/2022 saylı hökmünə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanıazadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı Yasamal Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, 1(004)-209/2022 saylı hökmünə əsasən xx.xx.2022-ci il tarixdən hesablamalı, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və sonuncunun azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Səbail RPİ-nin saxlanc yerində saxlanılan və zərərçəkmiş şəxs Nazir Muhammadə məxsus “Orginal 1963 Captain, U.S.Army” yazıları olan krem rəngli 01 ədəd gödəkçə, üzərində “Orginal 1963 Captain, U.S.Army” yazıları olan yaşıl rəngli 01 ədəd gödəkçə, üzərində markalanmasına dair heç bir məlumat olmayan parlaq qara rəngli “M” ölçülü 01 ədəd gödəkçənin və 01 ədəd 3.98 qram çəkidə 925 əyarlı gümüş qadın üzüyü sonuncuya qaytarılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – 109 (bir yüz doqquz) manat 50 (əlli) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx.xx.2021-ci il tarixdən xx.xx.2021ci il tarixədək, yəni 01 (bir) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, sonuncunun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası sonuncuya Yasamal Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, 1(004)-209/2022 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılaraq, Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Yasamal Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, 1(004)-209/2022 saylı hökmünə əsasən 15 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Səbail RPİ-nin saxlanc yerində saxlanılan və zərərçəkmiş şəxs Nazir Muhammadə məxsus “Orginal 1963 Captain, U.S.Army” yazıları olan krem rəngli 01 ədəd gödəkçə, üzərində “Orginal 1963 Captain, U.S.Army” yazıları olan yaşıl rəngli 01 ədəd gödəkçə, üzərində markalanmasına dair heç bir məlumat olmayan parlaq qara rəngli “M” ölçülü 01 ədəd gödəkçənin və 01 ədəd 3.98 qram çəkidə 925 əyarlı gümüş qadın üzüyü sonuncuya qaytarılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 109 (bir yüz doqquz) manat 50 (əlli) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-116/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-116/2022
24.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver