Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-117/2020 06.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclası katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının İdarəsi üzrə Bakı şəhər şöbəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru X1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1964-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və onun döyüş sursatını əldə edərək üzərində gəzdirmişdir. Belə ki, o, xx xxxxxx 2020-ci il tarixində, saat 15 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Sovetski” adlanan ərazidən istintaqa məlum olmayan mənbədən, qanunsuz olaraq, nömrəsi silinmiş zavod üsulu ilə “SSRİ” dövlətində istehsal olunmuş, 9 mm kalibrli “PM” modelli, “Makarov” konstruksiyalı, texniki cəhətcən saz olan, atəş üçün yararlı hesab edilən bir ədəd yivli odlu silahı, onun komplekt hissələri olan zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Makarov” konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan texniki cəhətdən saz və istifadəyə yararlı 01 ədəd darağı, həmçinin 03 ədəd zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, həmin kalibrli “Makarov” və “Steçkin” konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı olan döyüş sursatı-güllələri əldə edib üzərində saxlamış, xx xxxxxx 2020-ci il tarixdə saat 14:20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi ilə Azadlıq Prospektinin kəsişməsində yerəşən “Tesla” parkının yaxınlığında Nəsimi RPİ-nin 22-ci PŞnin əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi RPİ-nin 22-ci PŞ-nə gətirilmiş və üstünə baxış keçirilərkən əynində olan qara rəngli şalvarın sol arxa tərəfindən qara rəngli sellofan torbada olan 01 ədəd “Makarov” markalı yivli odlu silah, 03 ədəd güllə və 01 ədəd tapança darağı aşkar edilib götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, əvvəllər Azərbaycan Respublikasının CM-nin müxtəlif maddələri ilə 30 ildən çox məhkumluq həyatı yaşamış, narkoloji, psixiatrik mərkəzlərdə qeydiyyatda olmamış, belə ki, o, həqiqətən də xx xxxxxx 2020-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Sovetski” deyilən ərazidə olarkən tikinti-söküntü işləri gedən yerdən keçirmiş, həmin vaxt yol kənarında bir ədəd qara rəngli sellofana bükülmüş bükülü olduğunu görmüş, həmin bükülünün içərisinə baxarkən orada bir ədəd “Makarov” adlı silah, bir ədəd daraq və üç ədəd güllə olduğunu aşkar etmiş, dərhal həmin bükülünü götürüb yaşadığı evə gəlmiş, həmin bükülünün içərisindəki silahı, bir ədəd darağı və üç ədəd patronu gizli bir yerə qoymuş, xx xxxxxx 2020-ci il tarixində, saat 14:20 radələrində o, həmin silah və onun hissələrini üzərində olan şalvarın arxasına qoymuş, Bakı şəhəri, Nəsimi rayonu, “Tesla” parkının yaxınlığından keçərkən ona mülki geyimli şəxslər yaxınlaşaraq polis əməkdaşları olduqlarını və onu qanunsuz olaraq odlu silah əldə edib gəzdirməkdə şübhəli kimi 22-ci polis şöbəsinə aparacaqlarını bildirmiş, o buna etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Nəsimi RPİ-nin 22-ci PŞ-nə gəlmiş, bölməyə gəldikdən sonra onu bir otağa salıb orada ona hüquq və vəzifələrini izah edilməklə vəkil dəvət edilmiş, daha sonra isə iki nəfər tanımadığı vətəndaş gəlmiş, bundan sonra isə üzərinə videoçəkilişlə baxış keçirilmiş, baxış zamanı üzərində olan şalvarın sol arxa tərəfindən qeyd etdiyi silahı, bir ədəd darağı və üç ədəd patronu masanın üzərinə qoymuş, polis əməkdaşları ondan həmin silahı haradan və necə əldə etməsini soruşduqda o, həmin silah və onun hissələrini “Sovetski” deyilən yerdən tikinti işləri aparılan yol kənarında tapdığını bildirmiş, bundan sonra həmin silah zərfə qoyulub, möhürlənmiş, o və digər iştirkaçılar həmin zərfə imza etmişlər.Törətdiyi əməldən səmimi peşman olmasını və etiraf etməsini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəzanın təyin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, o, Nəsimi RPİ-nin 22-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı vəzifəsində xidmət göstərir. Belə ki, xx xxxxxx 2020-ci il tarixində Nəsimi RPİ-nin 22-ci PŞnə “Natiq” adlı şəxsin qanunsuz olaraq odlu silah əldə etməsi, həmin silahı özündə saxlayaraq daşıması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatı yoxlamaq məqsədi ilə Nəsimi RPİ-nin 22-ci PŞ-də onun rəhbərliyi altında əməliyyat müvəkkili, polis leytenantı Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmış, xx xxxxxx 2020-ci il tarixində, saat 14:20 radələrində onlar yəni əməliyyat qrupunun üzvləri, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi ilə Azadlıq Prospektinin kəsişməsində yerləşən “Tesla” parkının qarşısına gəlmiş, həmin parkda olarkən əməliyyat məlumatına uyğun olan şəxs qeyd edilən ünvana gəlmiş, bundan sonra onlar həmin şəxsə yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək ona qanunsuz olaraq odlu silahı əldə edib üzərində gəzdirməsində şübhəli olduqlarını bildirmiş, sonra isə həmin şəxsi Nəsimi RPİ-nin 22-ci PŞ-nə dəvət etmişlər. O, da bundan imtina etməyərək onlarla bölməyə gəlmiş, bölmədə xidməti otaqların birində dəvət olunmuş iki nəfər hal şahidləri Şahid2 və Şahid1, yəni əməliyyat qrupunun üzvlərinin iştirakları ilə şəxsiyyəti sonradan məlum olan Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd odlu silahla bağlı videoçəkilişdən istifadə edilməklə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın arxa sol tərəfindən bir ədəd qara rəngli sellofan torbaya bükülmüş bükülünü stolun üzərinə qoymuş, həmin bükülünün içərisindən bir ədəd “Makarov” markalı tapança, bir ədəd daraq və üç ədəd güllə aşkar edilmiş, sorğu zamanı vətəndaş Təqsirləndirilən şəxs onun üstündən aşkar edilmiş bir ədəd sellofan torbada bir ədəd odlu silah, bir ədəd daraq və üç ədəd patronu “Sovetski” adlanan ərazidən tikinti materiallarının atıldığı zibilxanadan tapdığını və üzərində daşımağa başladığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs aşkar olunmuş odlu silah və onun hissələri götürülərək zərfə qoyularaq DİN-nin 190 nömrəli möhürü ilə möhürlənmiş, daha sonra protokol tərtib olunaraq ucadan oxunmuş, protokolun doğru olmasını bütün iştirakçılar öz imzaları ilə təsdiq etmiş, möhürlənmiş zərf Azərbaycan Respublikası DİN-nin KTİ-nə göndərilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd silah “Makarov” markalı 9 mm kalibrli PM modelli yivli odlu silahdır, atəş və istifadə üçün yararlıdır, eyni zamanda bir ədəd daraq və üç ədəd patron da istifadəyə yararlıdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmişŞahid3 verdiyi ifadəsində göstərmişdir ki,o, Nəsimi RPİ-nin 22-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı vəzifəsində xidmət göstərir. Belə ki, xx xxxxxx 2020-ci il tarixində Nəsimi RPİ-nin 22-ci PŞnə “Natiq” adlı şəxsin qanunsuz olaraq odlu silah əldə etməsi, özündə saxlayaraq daşıması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatı yoxlamaq məqsədi ilə Nəsimi RPİ-nin 22-ci PŞ-də baş əməliyyat müvəkkili, polis kapitanı Şahid4 rəhbərliyi altında onun iştirakı ilə əməliyyat qrupu yaradılmış, xx xxxxxx 2020-ci il tarixdə, saat 14:20 radələrində o, Şahid4lə Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yerləşən “Tesla” parkının qarşısına gəlmiş, həmin parkda olarkən əməliyyat məlumatına uyğun olan şəxs yəni adı onlara sonradan məlum olan Təqsirləndirilən şəxs qeyd edilən ünvana gəlmiş, bundan sonra, onlar həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini polis əməkdaşı kimi təqdim edərək sonuncuya qanunsuz olaraq odlu silahı əldə edib üzərində gəzdirməsində şübhəli olduğunu bildirmiş, daha sonra isə onu Nəsimi RPİ-nin 22-ci PŞ-nə dəvət etmiş, o da bundan imtina etməyərək 22-ci PŞ-nə gəlmiş, bölmədə xidməti otaqların birində dəvət olunmuş iki nəfər hal şahidləri, yəni Şahid2 və Şahid1, eyni zamanda onların iştirakı ilə Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd odlu silahla bağlı videoçəkilişdən istifadə edilməklə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın arxa sol tərəfindən bir ədəd qara rəngli sellofan torbaya bükülmüş bükülünü stolun üzərinə qoymuş, həmin bükülünün içərisindən bir ədəd “Makarov” markalı tapança, bir ədəd daraq və üç ədəd güllə aşkar edilmiş, sorğu zamanı vətəndaş Təqsirləndirilən şəxs onun üstündən aşkar edilmiş bir ədəd sellofan torbada bir ədəd odlu silah, bir ədəd daraq və üç ədəd patronu “Sovetski” adlanan ərazidən tikinti materiallarının atıldığı zibilxanadan taparaq üzərində daşımağa başladığını bildirmiş, bundan sonra sonuncudan aşkar olunmuş odlu silah və onun hissələri götürülərək zərfə qoyulmuş və DİN-nin 190 nömrəli möhürü ilə möhürlənmiş, daha sonra protokol tərtib olunaraq ucadan oxunmuş, protokolun doğru olmasını bütün iştirakçılar öz imzaları ilə təsdiq etmiş, möhürlənmiş zərf Azərbaycan Respublikası DİN-nin KTİ-nə göndərilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd silah “Makarov” markalı, 9 mm kalibrli PM modelli yivli odlu silahdır, atəş üçün yararlıdır, istifadəyə yararlıdır, eyni zamanda bir ədəd daraq və üç ədəd patron da istifadəyə yararlıdır. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixində, saat 17:30 radələrində Nəsimi rayonu, 28 may metrostansiyasının qarşısından keçərkən ona polis əməkdaşı yaxınlaşmış və ondan bir nəfərin üzərinə keçiriləcək baxışda hal şahidi qismində iştirak etməsini xahiş etmiş, o da polis əməkdaşına razılığını bildirərək onu Nəsimi RPİ-nin 22-ci PŞ-nə dəvət etmiş, bundan sonra ona hüquq və vəzifələri izah edilmiş, sonra isə onun, bir nəfər şəxsin və polis əməkdaşlarının iştirakı ilə adını sonradan bildiyi Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə baxış keçirilmiş, baxış zamanı sonuncu əynində olan şalvarın arxa sol tərəfindən bir ədəd qara rəngli sellofan torbaya bükülmüş bükülünü masanın üzərinə qoymuş, həmin bükülünün içərisindən bir ədəd “Makarov” sözləri yazılmış bir ədəd silah, bir ədəd daraq və üç ədəd güllə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin bükülünün içərisində olan silah və onun hissələrini “Sovetski” deyilən ərazidən tikinti işləri gedən ərazidən tapmış, bundan sonra həmin silah və onun hissələri zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib olunmuş, həmin protokol iştirakçılar, eləcə də onun tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, da məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə baxışı zamanı tədqiq olunmuş işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 20/45R saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş N-si silinmiş silah zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş 9 mm kalibrli PM modelli, Makarov konstruksiyalı, tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. –Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. – Tədqiqata təqdim edilmiş 03 ədəd patronlar zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yararlıdırlar (i/v 54-59). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin rəisi Gündüz Sadıxov tərəfindən Nəsimi Rayon Polis İdarəsinin 22-ci PŞ-nin rəisi Zaur Əliyəvə ünvanlanan xx.xx.2020-ci il tarixli, 011-992-1220 saylı məktubdan görünür ki, təqdim etdiyiniz 01 ədəd 9 mm kalibrli, N-si silinmiş Makarov konstruksiyalı PM modelli tapançadan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “Arsenal” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilmişdir (i/v 106). İş materiallarına əlavə olunmuş maddi sübut kimi tanımaq haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə xx xxxxxx 2020-ci il tarixli məhkəmə-ballistik ekspertizasının 20/45 R nömrəli rəyi ilə tanınmış nömrəsi silinmiş zavod üsulu ilə “SSRİ” dövlətində istehsal olunmuş, 9 mm kalibrli PM modelli, Makarov konstruksiyalı texniki cəhətdən saz olan, atəş üçün yararlı hesab edilən bir ədəd yivli odlu silahı, onun komplekt hissələri olan zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan texniki cəhətdən saz və istifadəyə yararlı 01 ədəd darağı, həmçinin 02 ədəd zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov və Steçkin kontruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı olan döyüş sursatı güllələr maddi sübut kimi tanınmış və məhkəmə baxışınadək Nəsimi RPİ-də saxlanılmışdır (i/v 126-127). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X3 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədənvə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmündən görünür ki,Təqsirləndirilən şəxs: 1) Oktyabr Rayon Xalq Məhkəməsinin xx xxxxx 1980-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası SSR-nin 143-cü maddəsinin 2-ci hissəsi və 207-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 38-ci maddəsi tətbiq edilməklə 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx xxxxxx 1983-cü ildə cəzasının sonu ilə azad olunmuş; 2) Oktyabr Rayon Xalq Məhkəməsinin xx xxxx 1983-cü il tarixli hökmü ilə Azərbaycan SSR-nin CM-nin 226-1 maddəsinin 1-ci hissəsi ilə 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx xxxx 1985-ci ildə cəzasının sonu ilə azad edilmiş; 3) Oktyabr Rayon Xalq Məhkəməsinin xx xxxxxxxx 1985-ci il tarixli hökmü ilə Azərbaycan SSR-nin 143-cü maddəsinin 2-ci hissəsi və 226-1-ci maddəsinin 2ci hissəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 38-ci maddəsi tətbiq edilməklə 05 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və SSRİ X7 Heyetinin xx xxxx 1987-ci il tarixli fərmanının 9-cu maddəsinin E bəndinə əsasən çəkilməmiş cəzası 1/3 qədər azaldılmış, 02 il 17 gün cəza saxlanılmış və xx xxxx 1989-cu ildə cəzasının sonu ilə azad edilmiş; 4) Oktyabr Rayon Xalq Məhkəməsinin xx xxxxx 1990-cı il tarixli hökmü ilə Azərbaycan SSR-nin 144-cü maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və AZ SSRİ xx xxxx 1992-ci il tarixli Amnistiya qərarının 8-ci maddəsinin V bəndinə əsasən çəkilməmiş cəzası 1/3 qədər azaldılmış, 02 il 22 gün cəzası saxlanılmış, xx xxxxxxxx 1994-cü ildə cəzasının sonu ilə azad edilmiş; 5) Hərbi Dəniz Qüvvələrinin Hərbi Tribunalının xx xxxxxx 1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 143-cü maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx xxx 2003-cü ildə Milli Məclisin xx xxx 2003-cü il tarixli Amnistiya qərarının 6.1-ci bəndinə əsasən azad edilmiş; 6) Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 93.1.4-cü maddələri ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; 7) Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxxxx 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.2.3, 228.4 və 234.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə 12 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (i/v 110-115). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2020-ci il tarixli protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 28-29). İş materiallarına əlavə olunmuş Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(006)-36/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmişdir (i/v 101-105). İş materiallarına əlavə olunmuş Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(006)-117/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri məhkəmənin hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır (i/v 164-165). İş materiallarına əlavə olunmuş Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(006)-117/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmışdır (i/v 172-173). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxx 2005-ci il tarixli, 2 saylı qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 228.1ci maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdrmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. “Xidməti və mülki silah haqqında” Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silah dedikdə konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istina edilməklə xəncər, beybut, ov bıçağı, qılınc, süngü bıçaqları və s.) kəsici-deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyinatına malik olan (nizə, döyüş baltası və s.), eləcə də zərbə-dağıdıcı təsirli (əşyalarbeşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s.) aid edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini və əməlindən səmimi peşmançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi xx xxxxxxxx 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məclləsinin yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs əvvəllər qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmasına və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanununun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan 01 ədəd 9 mm kalibrli, N-si silinmiş Makarov konstruksiyalı PM modelli tapança, 01 ədəd daraq və 02 ədəd 9x18 mm kalibrli patronlar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(006)-117/2020 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 24 (iyirmi dörd) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Q.M.Məmmədovun vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan 01 ədəd 9 mm kalibrli, N-si silinmiş Makarov konstruksiyalı PM modelli tapança, 01 ədəd daraq və 02 ədəd 9x18 mm kalibrli patronlar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-117/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-117/2020
06.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver