Məhkəmə qərarları › İş №1(006)-117/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-117/2024

06.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-117/2024 06.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Ucar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qediyyatda olan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, xx xxxxxxxx 1970-ci il tarixdə Qazı- Məmməd indiki (Hacıqabul) rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-də Təhlükəsizlik Xidmətində mühafizəçi işləyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Nərimanov rayonu, Keşlə qəsəbəsində nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib sonuncuya 4000 manat pul müqabilində əlillik dərəcəsi düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Memar Əcəmi” metrostansiyasının çıxışında Zərərçəkmiş şəxs1 1600 manat pulunu, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 qohumu Şahid2 vasitəsi ilə Sumqayıt şəhəri, 3-cü mikrorayon, Sülh küçəsində yerləşən “Ən ucuz market” adlı mağazadakı “MilliÖn” ödəmə terminalından onun özündə olan tanışı X6 adına verilmiş "xxxx" ASC-nin 4169 7385 1310 3238 nömrəli plastik kart hesabına köçürmə yolu ilə göndərdiyi 1200 manat pulunu, 2022-ci ilin may ayının ortalarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi ərazisində yerləşən kənd məscidinin yaxınlığındakı avtobus dayanacağında Zərərçəkmiş şəxs1 200 manat pulunu, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 Qobustan rayonu, Təklə kəndi ərazisində yerləşən ərzaq mağazasındakı “MilliÖn” ödəmə terminalından onun özündə olan qohumu Şahid3 adına verilmiş "xxxx" ASC-nin 4169 7385 3653 2900 nömrəli plastik kart hesabına köçürmə yolu ilə göndərdiyi 1000 manat pulunu ələ keçirib verdiyi vədə əməl etməyərək, Zərərçəkmiş şəxs1 ümumilikdə 4000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Soltanov \/üqar Soltan oğlu ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tanışı Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib sonuncunu 10000 manat pul müqabilində Bakı şəhər X5 Yardım Stansiyasına sürücü vəzifəsinə işə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 26 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində yerləşən Bakı şəhər Dezinfeksiya Mərkəzinin inzibati binasında Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs2 1000 manat və 17 avqust 2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən “Təzə Bazar” ticarət mərkəzinin qarşısında 9000 manat pulunu ələ keçirib verdiyi vədə əməl etməyərək əldə etdikləri pulları aralarında bölüşdürməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 10000 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girdikdən sonra Təqsirləndirilən şəxs1 tanışı Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib sonuncunu onun vasitəsilə 10000 manat pul müqabilində Bakı şəhər X5 Yardım Stansiyasına sürücü vəzifəsinə işə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 26 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində yerləşən Bakı şəhər Dezinfeksiya Mərkəzinin inzibati binasında Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs2 1000 manat və 17 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 ünvan 4 ünvanında yerləşən “Təzə Bazar” ticarət mərkəzinin qarşısında Zərərçəkmiş şəxs2 9000 manat pulunu ələ keçirib verdiyi vədə əməl etməyərək əldə etdikləri pulları aralarında bölüşdürməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 10000 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1. 178.2.2 və 178.2.4-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində bildirdi ki, o, əvvəllər Bakı şəhəri 3 saylı Kliniki Xəstəxanasında mühafizəçi vəzifəsində çalışdığı zaman həmin xəstəxanada tibbi bacısı işləyən Babaşov Bəsti Nurəddin qızı ilə tanış olmuşdur. 2022-ci ilin mart ayında Şahid1 ilə aralarında olan söhbət zamanı sonuncu ona Şahnaz adlı tanışının özünə əlillik dərəcəsi düzəltdirmək istədiyini, bunun üçün ona kömək etmək lazım olduğunu bildirmişdir. Bu zaman o, adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 köməklik edə biləcəyini demişdir. Bir neçə gündən sonra bir nəfər qadın onunla mobil telefonla əlaqə saxlayaraq özünü təqdim edib Zərərçəkmiş şəxs1 olduğunu, özü üçün əlillik dərəcəsi düzəltdirmək istədiyini demişdir. Telefon danışığı zamanı o, Şahnaza əlillik dərəcəsi düzəltdirə biləcəyini bildirmiş və 2022-ci ilin mart ayının sonlarında sonuncu ilə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Memar Əcəmi” metrostansiyası yaxınlığında görüşmüşdür. Orada aralarında olan söhbət zamanı o, əlillik dərəcəsi düzəltməsi üçün 4000 manat pul lazım olduğunu dedikdə Zərərçəkmiş şəxs1 həmin məbləğin çox olduğunu bildirib çıxıb getmişdir. Bir neçə gündən sonra Şahnaz özü onunla mobil telefonla əlaqə saxlayaraq təklifi ilə razı olduğunu lakin 4000 manat pulu hissə-hissə vermək istədiyini bildirmişdir. O, Şahnazla razılaşmış və 01 aprel 2022-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Memar Əcəmi” metro stansiyasının yaxınlığında görüşərək sonuncudan 1600 manat pul almışdır. 07 aprel 2022-ci il tarixdə Şahnazla mobil telefonla əlaqə saxlayaraq yenidən 1200 manat pul lazım olduğunu bildirmiş, sonuncu bank kart hesabı verməsini və pulu həmin karta köçürəcəyini bildirdiyindən o, qayınatası Şahid3 məxsus "xxxx" ASC tərəfindən verilmiş 4169 7385 1310 3238 seriyalı plastik bank kartının şəklini “Whats app” vasitəsilə Şahnaza göndərmişdir. Zərərçəkmiş şəxs1 həmin gün qeyd olunan kart hesabına 1200 manat pul göndərmişdir. 2022-ci ilin may ayında Zərərçəkmiş şəxs1 ilə Bakı şəhəri Binəqədi rayonunda sonuncunun yaşadığı evin yaxınlığında görüşmüş, həmin vaxt Şahnaz ona 200 manat pul vermişdir. 01 iyul 2022-ci il tarixdə Şahnazla mobil telefonla əlaqə saxlayaraq yenidən 1000 manat pul lazım olduğunu bildirmiş, sonuncu həmin məbləği kart hesabına köçürə biləcəyini dediyi üçün o, bu dəfə tanışı Şahid4 ilə mobil telefonla əlaqə saxlayaraq tanışının ona pul göndərəcəyini və bu məqsədlə bank kartına ehtiyacı olduğunu bildirmişdir. Bundan sonra Şahid4 öz oğlu Cavid Kərimovun adına olan "xxxx" ASC tərəfindən verilmiş 4169 7385 3653 2900 seriyalı plastik kartının şəklini “Whats app” vasitəsilə ona göndərmiş, o da, həmin kartın şəklini eyni qaydada Şahnaza göndərmişdir. Həmin gün Şahnaz qeyd olunan bank kartı hesabına 1000 manat pul köçürmüşdür. Bundan sonra o, Şahid4la Bakı şəhəri, Nərimanov rayonu, Keşlə qəsəbəsində yeləşən “Bakı İnşaat” adlı metal emalı zavodunun yaxınlığında olan qeyd olunan banka məxsus bankomatın yanında görüşmüş, Mahir həmin məbləği bankomatdan nağdlaşdıraraq ona vermişdir. 2022-ci ilin avqust ayında Şahnazla Bakı şəhəri Binəqədi rayonu ərazisində görüşərək narahat olmamasını, əlillik dərəcəsini düzəltdirəcəyinə dair yenidən vəd vermişdir. Əsil həqiqətdə isə onun məqsədi Şahnaza əllik dərəcəsi düzəltdirməklə bağlı ona köməklik göstərə biləcəyi hər hansı bir adam tapmaq olsa da, buna nail olmamışdır. Zərərçəkmiş şəxs1 ümumilikdə 4000 manat pul almasına baxmayaraq vədinə əməl etmədiyindən sonuncu ondan pulunu geri tələb etməyə başlamış, o həmin məbləği şəxsi ehtiyacları üçün xərclədiyindən geri qaytara bilməmiş və mobil telefonunu söndürərək Zərərçəkmiş şəxs1 ilə əlaqəni kəsmişdir. O, Zərərçəkmiş şəxs1 əlilik dərəcəsi düzəltdirəcəyi vədi verərək sonuncudan nağd olaraq pul aldığı zaman yanında digər şxəslər olmamış, Zərərçəkmiş şəxs1 Şahid3 məxsus bank kartına 1200 manat və Şahid4 istifadəsində olan oğlu Cavid Kərimova məxsus bank kartına 1000 manat pulu hansı məqsədlə köçürməsi barədə adları qeyd olunan şəxslərin məlumatı olmamış, həmin şəxslər qeyd olunan məbləğlərin tanışı tərəfindən ona göndərildiyini və bu məqsədlə bank kartına ehtiyacı olduğunu bildirmişdir. Bundan başqa o, iş üzrə Zərərçəkmiş şəxs2 ilə 2022-ci ilin iyun ayının sonlarında tanış olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Zərərçəkmiş şəxs2la söhbət zamanı sonuncu həmin vaxtı işsiz olduğunu və iş tapması üçün tanışları ilə maraqlandığını bildirmiş, o isə tanışı Təqsirləndirilən şəxs2 vasitəsi ilə Bakı şəhər X5 Yardım Stansiyasına işə düzəldə biləcəyini demişdir. Zərərçəkmiş şəxs2 onunla razılaşaraq bu barədə Vüqarla danışıb məlumat verməsini istəmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs2la danışmış, Mahiri işə düzəltmək adı ilə aldadaraq 10000 manat pulunu ələ keçirmək barədə razılığa gəlmişdir. Bu razılıqdan sonra Zərərçəkmiş şəxs2la əlaqə saxlayaraq Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Koala» adlı parkda görüşüb söhbət etmiş, işə düzəlməsi üçün ilkin 1000 manat olmaqla ümumilikdə 10.000 manat pul verməli olduğunu bildirmiş və sonuncu bu təkliflə razılaşmışdır. 26 iyul 2022-ci il tarixdə o, Zərərçəkmiş şəxs2la birlikdə Təqsirləndirilən şəxs2 həmin vaxtı mühafizəçi kimi çalışdığı Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsində “Nizami” metrostansiyası yaxınlığında yerləşən Bakı şəhər Dezinfeksiya Mərkəzinə getmiş, mərkəzin qarşısında söhbət zamanı Vüqar Mahirə işini on beş gün müddətində həll edəcəyini bildirmiş, Mahir də əvvəlcədən aralarında olan razılığa əsasən 1000 manat pulu Vüqara vermişdir. Bundan sonra bir neçə dəfə Vüqarla birlikdə Mahirlə görüşmüş, görüş zamanı Vüqar Mahirin işini tez bir zamanda həll edəcəyini, onun qalan 9000 manat pulu verməli olduğunu demişdir. 17 avqust 2022-ci il tarixdə əvvəlcədən razılaşdıqları kimi ünvan 5 ünvanında yerləşən “Təzə Bazar” adlı ticarət mərkəzinin qarşısında Zərərçəkmiş şəxs2la görüşüb işə düzəltmək üçün qalan 9000 manat pulu sonuncudan almış və həmin məbləğdə pulun hamısını Vüqara verəcəyini deyərək çıxıb getmişdir. Vüqarın yaşadığı Keşlə stansiyasının arxasında olan evinə getmiş və onun qapısının qarşısında pulu Vüqara vermişdir. Ümumilikdə 5000 manat Vüqara pul verilmiş, qalan pul isə onda qalmışdır. Aldığı pullardan Mahirə 1000 manat pul Vüqar tərəfindən qaytarılmışdır. Sonda törətdiyi əməldən peşman olduğunu, zərərçəmiş şəxslərə dəymiş zərərin ödənildiyini, şikayət və tələblərinin olmadığını, himayəsində üç yetkinlik yaşına çatmayan uşaqlarının olduğunu bildirərək, məhkəmədən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək verdiyi ifadəsində bildirdi ki, o, 2021-ci il yanvar ayından xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-də mühafizəçi kimi çalışmış və həmin dövrdə xidmət yerləri xəstəxanalar olmuşdur. Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış, aralarında heç bir ədavətləri olmamışdır. Təqsirləndirilən şəxs1 ilə əvvəllər Sabunçu rayon xəstəxanasında birlikdə mühafiəçi işləmişdir. Birlikdə işlədiyi vaxtı Təqsirləndirilən şəxs1 özünə kreditlə avtomobil almış və o, Əvəzə bu məqsədlə borc qismində 2500 manat pul vermişdir. Sonradan Təqsirləndirilən şəxs1 ona 1500 manat borcundan qaytarsa da, qalan 1000 manatı qaytarmamışdır. O, Təqsirləndirilən şəxs1 mütəmadi olaraq borcunu geri tələb etmiş, sonuncu isə borcunu yaxın günlərdə gətirib qaytaracağını bildirmişdir. Belə ki, 26 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 onunla mobil telefonla əlaqə saxlayaraq həmin vaxtı xidmətdə olduğu Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində yerləşən Bakı Dezinfeksiya Mərkəzinə getmişdir. Təqsirləndirilən şəxs1 həmin vaxtı özü ilə adını sonradan öyrəndiyi Zərərçəkmiş şəxs2 da aparmış, sonuncunu onunla tanış edərək öz yaxını olduğunu bildirmişdir. Aralarında olan söhbət zamanı Əvəz Mahirə ona 1000 manat pul verməsini bildirmiş və sonuncu cibindən qeyd olunan məbləğdə pulu çıxarıb ona vermiş, o isə pulu sayıb götürmüşdür. Bundan sonra həmin şəxslər çıxıb getmişlər. Həmin vaxtdan sonra o, Zərərçəkmiş şəxs2la heç vaxt görüşməmişdir. Sonradan isə o, Nəsimi rayon Polis İdarəsinə gətirildiyi zaman Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 Bakı şəhər X5 Yardım Stansiyasına sürücü vəfizəsinə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 9000 manat pulu ələ keçirdiyini öyrənmişdir. O, istintaq zamanı ilkin olaraq verdiyi ifadəsində də özünü təqsirli bilmədiyini qeyd edərək Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 aldatmasından xəbərim olmadığını bildirmişdir. O, heç vaxtı kimisə aldadaraq pulunu ələ keçirməmiş, Zərərçəkmiş şəxs2 qarşı dələduzluq edərək onun pulunu ələ keçirməklə bağlı Təqsirləndirilən şəxs1la aralarında heç bir razılaşma olmamışdır. Sadacə olaraq Əvəz onun iş yerinə getdiyi zaman Mahiri öz yaxını kimi tanış etmişdir. İş yerində olduqları zaman aralarında olan söhbət zamanı onlar sadəcə bir-birilərindən əhvalını soruşmuş, aralarında işə düzəltməklə bağlı hər hansı bir söhbət olmamışdır. Əvəzin sözü ilə Mahir ona özü ilə gətirdiyi 1000 manat pul vermiş və o da həmin pulu Əvəzin ona olan borcu kimi qəbul etmişdir. Həmin vaxtı Əvəzin Mahiri aldadaraq pulunu ələ keçirməsi ilə bağlı məlumatı olduğu halda sonuncunun pulunu qəbul etməzdi. Sonradan bu barədə öyrəndikdə Zərərçəkmiş şəxs2 ona verdiyi 1000 manat pulu soncunun özünə geri qaytarmışdır. İfadəsinin sonunda məhkəmədən bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində göstərmişdir ki, Bəsti xanım onun qızının qonşusudur. 2020-ci ildə avto qəza keçirmiş, başından xəsarətlər almışdır. 3 dəfə əlilliklə bağlı aidiyyatı orqanlara müraciət etmiş, imtina cavabı almışdır. Bəsti xanım Əvəzin nömrəsini ona vermiş, o isə Əvəzlə əlaqə saxlayıb danışmış, daha sonra isə görüşüb əlillik düzəltməsi üçün söhbət etmişlər. Əvvəlcə məbləğdə razılaşmamışlar, sonradan əlillik dərəcəsini düzəltdirmək qərarına gəlmiş, məbləği isə hissə-hissə ödəyəcəyini bildirmişdir. İlkin olaraq 1600 manat pul vermiş, 6 gün sonra Əvəz zəng vurub yenidən pul istəmiş, o isə rayonda olduğundan kürəkənindən Əvəzin göndərdiyi karta 1200 manat pul göndərməsini xahiş etmişdir. Daha sonra 200 manat və 1000 manat olmaqla ümumilikdə 4000 manat məbləğindində pulu Əvəzə vermişdir. Bundan sonra 5 ay onun nömrəsinə zəng çatmamış, onunla əlaqə yarada bilməmişdir. Sonuncu dəfə Əvəzlə oktyabr ayında danışmış, bundan sonra ondan bir xəbər çıxmadığını görüb 2023-cü ilin fevral ayında DİN-nə müraciət etmişdir. Pulu Əvəzə onun əlillik işini həll etməsi üçün vermiş, həmin puldan kimə nə verildiyindən xəbəri olmamışdır. İfadəsinin sonunda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini və həbs edilməməsini xahiş etdi. Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdə Nəsimi rayon məhkəməsinə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyun ayının sonlarında Təqsirləndirilən şəxs1la tanış olmuş, Təqsirləndirilən şəxs1la söhbət zamanı həmin vaxtı işsiz olduğunu bildirdikdə sonuncu ona bir nəfər Vüqar adlı tanışı vasitəsi ilə onu Bakı şəhəri X5 Yardım stansiyasında sürücü vəzifəsinə işə düzəldə biləcəyini bildirmişdir. Bundan təxminən 2-3 gündən sonra Təqsirləndirilən şəxs1la Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Koala” adlı parkda görüşmüş, söhbət zamanı Əvəz Vüqarla danışdığını, onun işə düzəlməsi üçün ilkin olaraq 1000 manat olmaqla ümumilikdə 10000 manat verməli olduğunu bildirmiş və onlar razılaşmışlar. 26 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1la birlikdə Təqsirləndirilən şəxs2 həmin vaxtı işlədiyi Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsində yerləşən Bakı Dezinfeksiya Mərkəzinə getmişlər. Həmin yerdə olan söhbət zamanı Təqsirləndirilən şəxs2 onun işini təxminən on beş gün müddətində həll edəcəyini, qalan 9000 manat pulu da həmin müddət ərzində verməli olduğunu demiş, o da, buna etiraz etməyərək həmin Mərkəzin qarşısında 1000 manat pulu Vüqara vermişdir. Bundan sonra bir neçə dəfə Təqsirləndirilən şəxs1 onunla əlaqə saxlayaraq 9000 manat pulu verməli olduğunu demişdir. 17 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1la ünvan 5 ünvanında yerləşən “Təzə Bazar” adlı ticarət mərkəzinin qarşısında görüşmüş, görüş zamanı Əvəzə 9000 manat pul vermiş, Əvəz isə həmin pulu Vüqara verəcəyini bildirərək çıxıb getmişdir. Lakin, həmin vaxtdan uzun müddət keçirməsinə baxmayaraq Əvəz və Vüqar verdiyi vədi yerinə yetirməmişlər. Bununla əlaqədar o, hər dəfə soruşduqda həmin şəxslər ona verdiyi məbləğin işə qəbul edilməsi üçün müvafiq şəxslərə çatdırdıqlarını, işinin tez bir zamanda həll olunacağını bildirmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər dəfə ona müxtəlif bəhanələr gətirərək onu aldatdıqlarını anladığından bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Zərərçəkmiş şəxs2 məhkəmə çıxışında ərizə təqdim edərək təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyanın ödənildiyini və onlara qarşı şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 tanıyır, sonuncu qonşusu X1 anasıdır. Onun həmişə Təqsirləndirilən şəxs1la mehriban münasibəti olmuş, 2022-ci ildə pandemiya olduğu dövrdə Abşeron rayon, Məhəmmədli kəndində modul tipli xəstəxanada xəstə baxıcısı kimi çalışmış, həmin vaxt Təqsirləndirilən şəxs1 da həmin xəstəxanada xəstə baxıcısının köməkçisi olaraq işləmişdir. Qeyd olunan xəstəxanada çalışdığı zaman bir neçə dəfə Təqsirləndirilən şəxs1 əlində bəzi sənədlər görmüş və bu barədə soruşduqda Əvəz həmin sənədlərin əlillik dərəcəsi və əlilliyə görə müavinətə dair sənədlər olmasını bildirmişdi. Ona görə də Əvəzin əllillik dərəcəsi və əlilliyə görə müavinət almaq istəyən şəxslərə kömək etdiyini düşünmüşdür. 2022-ci ilin mart ayının ortalarında qonşusu Gülnarə Mirzəyevanın evində qonaq olduğu Zərərçəkmiş şəxs1 orada olmuş və söhbət zamanı sonuncu ona sağlamlığında olan problemlərlə bağlı əlillik dərəcəsi almaq üçün DSMF-nə müraciət etsə də əlillik dərəcəsi verilmədiyini bildirdikdə o, Şahnaza əlillik dərəcəsi almaqda kömək edə biləcək Əvəz adlı tanışının olduğunu, Əvəzlə eyni xəstəxanada işlədiyini bildirmiş və Şahnazın xahişi ilə Əvəzin mobil nömrəsini ona vermişdir. Şahnaz Əvəzin həqiqətən də ona əlillik dərəcəsi düzəldə bilib-bilməyəcəyini soruşduqda, əvvəllər də Əvəzin belə işlərlə məşğul olduğunu bildirmişdir. Bir neçə ay sonra Gülnarədən anası Şahnazın işinin necə olduğunu soruşduqda, sonuncu ona həmin işdən məlumatının olmadığını bildirmişdir. Təxminən 2022-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs1 ona zəng edərək Əvəzin onunla əlaqəni kəsdiyini bildirəndə o özü Əvəzlə əlaqə saxlamağa çalışsa da, bu mümkün olmamışdır. Bu zaman Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 əlillik dərəcəsi düzəldəcəyi vədi ilə aldadaraq hissə-hissə olmaqla ümumilikdə 4000 manat pulunu ələ keçirdiyini öyrənmiş və Zərərçəkmiş şəxs1 Əvəzin barəsində şikayət etməsini bildirmişdir. Zərərçəkmiş şəxs1 əlillik dərəcəsi düzəltməsi və bunun müqabilində sonuncudan pul alması barədə Təqsirləndirilən şəxs1la aralarında heç bir danışıq olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Əvəzi və Vüqarı əvvəllər tanımamışdır. Şahnaz Mehbalıyevanın kürəkənidir. Qaynanası ondan borc pul istəmiş və həmin pulu “Whatsapp”a atdığı karta göndərməsini xahiş etmişdir. O da ona deyilən bank kartına 1200 manat məbləğində pul göndərmişdir. Həmin pulun qaynanası tərəfindən ona qaytarılmasına baxmayaraq, qaynanasına pul qaytarılmamışdır. Məsələdən cinayət işinin açılması zamanı xəbəri olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, o, 2013-cü ildə Təqsirləndirilən şəxs1 qızı ilə nikah bağlamış və həmin vaxtdan qızının əridir. Təqsirləndirilən şəxs1la həmişə mehriban münasibət olmuşdur. O, 2021-ci ildə xatırlamadığı tarixdə şəxsi istifadəsi üçün "xxxx" ASC-dən 4169 7385 1310 3238 seriyalı bank kartını almışdır. 2022- ci ilin əvvəllərində kürəkəni Təqsirləndirilən şəxs1 şəxsi istifadəsi üçün bank kartına ehtiyyacı olduğundan həmin bank kartını sonuncuya vermişdir. 2023-cü ilin may ayında Təqsirləndirilən şəxs1 onunla söhbət edərək Zərərçəkmiş şəxs1 ümumilikdə 4000 manat məbləğində pul müqabilində əlillik dərəcəsi düzəltməyi söz verdiyini, Zərərçəkmiş şəxs1 həmin pulun 1200 manat məbləğində hissəsini 07 aprel 2022-ci il tarixdə qeyd olunan bank karıtı hesabına köçürdüyünü və özünün həmin məbləği bankomat vasitəsi ilə nağdlaşdıraraq götürdüyünü bildirmişdir. Onun əvvəlcədən qeyd olunanlarla bağlı heç bir məlumatı olmamış, bununla bağlı Təqsirləndirilən şəxs1 ona hər hansı bir məbləğdə pul verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 2021-ci ilin əvvəllərində onunla birlikdə Bakı şəhəri, Keşlə qəsəbəsində “Poçtun yanı” deyilən yerdə taksi fəaliyyətilə məşğul olmuşdur. 01 iyul 2022ci il tarixdə Təqsirləndirilən şəxs1 zəng edərək tanışının ona pul göndərməli olduğunu, həmin pulu qəbul etməsi üçün bank kartına ehtiyyacı olduğunu bildirib, ondan istifadə etdiyi bank kartının ön hissəsinin fotoşəkilini göndərməsini xahiş etmişdir. Sonra o, öz istifadəsində olan övladı Cavid Kərimovun adına olan "xxxx" ASC tərəfindən verilmiş 4169 7385 3653 2900 nömrəli bank kartının ön hissəsinin fotoşəkilini “Whats app” ani mesajlaşma proqramı vasitəsilə Təqsirləndirilən şəxs1 göndərmişdir. Bundan təxminən 30 dəqiqə sonra Təqsirləndirilən şəxs1 onun olduğu yerə getmiş, tanışının onun qeyd olunan bank kartı hesabına 1000 manat məbləğində pul köçürdüyünü bildirib, həmin pulu bankomat vasitəsi ilə nağdlaşdırmaq istədiyini demişdir. O, Təqsirləndirilən şəxs1la birlikdə Bakı şəhəri Keşlə qəsəbəsindəki “Bakı inşaat” adlı metal emalı zavodunun yaxınlığındakı "xxxx" ASC-yə məxsus bankomatın yanına gedib pulu nağdlaşdıraraq Əvəzə vermişdir. 2023-cü ilin iyul ayında qeyd olunan məbləğin Təqsirləndirilən şəxs1 tərəfindən dələduzluq yolu ilə ələ keçirməsi ona məlum olmuşdur. Bu barədə onun əvvəlcədən xəbəri olmamış, qeyd olunan məbləğin dələduzluq yolu ilə ələ keçirilməsi barədə Təqsirləndirilən şəxs1la aralarında hər hansı bir razılaşma olmamış, bununla bağlı sonuncu ona hər hansı bir məbləğdə pul verməmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində “başqa yerə getməmək” qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 “barəsində başqa yerə getməmək” qətimkan tədbiri seçilmişdir. (cild İ, i/v 53). İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 24 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 18:30-da şübhəli şəxs kimi tutulmuşdur. (cild 1, i/v 77-78). İş materiallarında olan Azərbaycan Respublikası Ucar rayonu İcra Hakimiyyəti Başçısının Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli №1092/1 saylı xasiyyətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 orta təhsillidir, hərbi mükəlləfiyyətlidir, ailəlidir, 3 övladı var, sahibkar sürücü işləyir. Ucar şəhərində yaşadığı müddət ərzində özünü normal aparmış, onun qanuna zidd hallara yol verməsi barədə şəhər sakinləri eləcə də hüquq mühafizə orqanları tərəfindən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və yaxud şifahi heç bir ərizə daxil olmamışdır. Təqsirləndirilən şəxs1 yaşayış yerində yaxşı xarakterizə olunur. (cild İ, i/v 144). İş materiallarında olan "xxxx" ASC tərəfirdən verilmiş hesabdan çıxarışın surəti ilə müəyyən olunur ki, X6 adına həmin bankda olan hesaba xx.xx.2022-ci il tarixdə 1000 manat pul mədaxil edilmişdir. (cild 1, i/v 151). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 10 iyul 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Nizami RPİ tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş, xx.xx.2023-cü il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Nəsimi RPİ tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş, xx.xx.2023-cü il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir. Cinayət işi hal-hazırda icraatdadır. (cild 1, i/v 155). İş materiallarında olan xx.xx.2023-cü il tarixli “axtarışda olan şəxsin tutulması” haqqında protokoldan görünür ki, Nəsimi RPİ-də 70952 saylı axtarış işi üzrə axtarışda olan Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Nəsimi RPİ-nin 21-ci PB-nin əməliyyat müvəkkili X3 tərəfindən aparılmış əməliyyat-axtarış tədbiri nəticəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Nəsimi RPİ-nin 21-ci PB-nə gətirilmişdir. (cild İ, i/v 232). İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 1(007)-424/2023 saylı xx.xx.2023-cü il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmış, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. (cild İ, i/v 175). İş materiallarında olan xx.xx.2023-cü il tarixli “vəsatətin müdafiə edilməsindən imtina olunması” haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsinə dair müstəntiq Murad Mustafayevin 26 may 2023-cü il tarixli vəsatətinin müdafiə edilməsindən Nəsimi rayon prokuroru Həsən Hənifəyev tərəfindən imtina edilmiş və İmanov X9 RPİ-nin MSY-dən azad edilmişdir.(cild İİ, i/v 54). İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (cild İİ, i/v 57-58). İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2014-cü il təvəllüdlü X11, xx.xx.2017-ci il təvəllüdlü X12 və xx.xx.2021-ci il təvəllüdlü X13 adlı üç yetkinlik yaşına çatmayan uşaqları var. (cild İİ, i/v 61-63). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin CAŞ-nın rəisi Atik Cəlilzadə tərəfindən Nəsimi RPİ-nin İŞ-nin rəisi Fikrət Quliyevə ünvanlanmış 19 iyun 2023-cü il tarixli məktubdan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə axtarışı elan olunmuş xx.xx.2023-cü il tarixdə barəsində 71050 nömrəli axtarış işi açılmış xx.xx.1970-ci il təvəllüdlü Soltanov X4 rayonu ərazisində yerləşən Keşlə Dəmiryolu stansiyasının yaxınlığında saxlanılaraq Nəsimi RPİ-yə gətirilmişdir. (cild İİ, i/v 76). İş materiallarında olan xx.xx.2023-cü il tarixli “vəsatətin müdafiə edilməsindən imtina olunması” haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsinə dair müstəntiq Murad Mustafayevin 19 iyun 2023-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs2 Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir.(cild İİ, i/v 51-53) İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək” qətimkan tədbiri seçilmişdir (cild İİ, i/v 54). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 30 avqust 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (cild İİ, i/v 97). Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1820/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-424/2023 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan əməlləri törətməsi özünün etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək zərərçəkmiş şəxsə qarşı hər hansı dələduzluq əməli törətməməsinə dair ifadəsində qeyd etdiyi xüsusatlar, məhkəmə, iş materiallarında mövcud obyektiv sübutların məcmusu ilə təkzib edildiyi səbəbindən həqiqətə uyğun olmadığı qənaətinə gəlir və məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirir. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini onun hüququ kimi qəbul etsə də, həmin dəlilləri əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə, zərərçəkmiş şəxsə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq zərərçəkmiş şəxsin ifadəsinin daha mötəbər olmasına inanır və həmin ifadənin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Müdafiə hüquqununun təməl insitutu kimi Təqsirləndirilən şəxs2 CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun biləbilə yalan ifadə verməsi cinayət məsuliyyəti yaratmadığından hətta, belə düşünmək olar ki, Təqsirləndirilən şəxs2 özünü müdafiə xarakterli ifadə verməklə cinayət məsuliyyətindən yayınmağa çalışır. Lakin zərərçəkmiş şəxsə və şahidlərə bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra dindirilmişlər. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsüf edilmişdir və onlar törətdikləri cinayətlərə görə cəza almalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 törətdiyi əməlləri etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsini, himayəsində 3 (üç) yetkinlik yaşına çatmayan uşaqlarının olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 ilk dəfə məsuliyyətə cəlb olunmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə, Təqsirləndirilən şəxs2 isə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs1 bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-424/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu müəyyən edildiyindən hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Nizami Rayon Məhkəməsinin 1(007)-424/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə sonuncuya qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli qərarına əsasən Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)- 424/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrumetmə cəzasını çəkmiş və 18 iyul 2024cü il tarixdə cəzaçəkmə müəssisəsindən azadlığa buraxılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 əvvəlki iş üzrə tutulduğu 2 gün və Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(007)-424/2023 saylı hökmü ilə təyin edilmiş 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası, ümumu olaraq 1 il müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli 06 avqust 2024-cü il tarixdən hesablanmalı, barəsində “həbs” qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbs olunaraq saxlanılması üçün Bakı İstintaq Təcridxanasına təhvil verilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, yaşadığı ünvanı axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179-cu maddəsinin tələblərinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181-ci maddəsinin tələblərinə görə ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Qeyd olunan Məcəllənin 183.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş 4000 manat ziyandan 500 manatının qaytarıldığını, sonuncudan onun xeyrinə 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaiti və 55 (əlli beş) manat məbləğində dövlət rüsumunun tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə prosesinin gedişatında Təqsirləndirilən şəxs1 ailə üzvləri tərəfindən Zərərçəkmiş şəxs1 dəymiş maddi zərər tam ödənildiyindən, onun Təqsirləndirilən şəxs1 qarşı heç bir tələbi və şikayəti olmadığından bununla bağlı məhkəməyə ərizə ünvanlamış və mülki iddiadan imtina etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə mülki iddiaya münasibət bildirərək qeyd edir ki, məhkəmə baxışı gedişində Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs1 dəymiş ziyan tam olaraq ödənildiyindən və zərəçəkmiş şəxs mülki iddiadan imtina etdiyindən mülki iddiaya xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, mülki iddia üzrə icraata xitam verildiyi halda ödənilmiş dövlət rüsumuna da qiymət verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 122.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. Eyni Məcəllənin 122.2-ci maddəsinə əsasən iddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, iddiaçının xahişi ilə məhkəmə onun çəkdiyi bütün xərcləri cavabdehdən alır. Məhkəməyə təqdim edilmiş mülki iddiaya əlavə olunmuş ödəniş qəbzindən görünür ki, zərərçəkmiş şəxs tərəfindən məhkəməyə verilmiş mülki iddia ilə bağlı 55 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə ki, iddiaçı iddiadan imtian etmiş və cavabdeh tərəfindən iddia könüllü təmin edildiyindən, həmçinin iddiaçının məhkəmədə çəkdiyi xərclərin verilməsi barədə belə bir xahişi olmadığından məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi 33 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişlər. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra 1(006)-533/2023 saylı, xx.xx.2023-cu il tarixli qərara əsasən xx.xx.2024-cu il tarixdən Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş 59 (əlli doqquz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına 354 (üç yüz əlli dörd) manat məbləğində pul köçürülməlidir İş üzrə maddi sübut, ekspertiza xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(007)-424/2023 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 əvvəlki iş üzrə tutulduğu 2 gün və Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(007)-424/2023 saylı hökmü ilə təyin edilmiş 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası, ümumu olaraq 1 il müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkməsinin əvvəli 06 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs olunaraq saxlanılması üçün Bakı İstintaq Təcridxanasına təhvil verilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 tutulduğu 01 (bir) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Keşlə qəsəbəsindəki nömrəsiz evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddiaya xitam verilsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 tərəfindən ödənilmiş 55 manat məbləğində dövlət rüsumu onun özünə aid edilisin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına 354 (üç yüz əlli dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar