Məhkəmə qərarları › İş №1(006)-118/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-118/2020

30.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-118/2020 30.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X9 qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi Nümayəndə, müdafiəçilər Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili X1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2i rayonu, Mircəlal Paşayev küçəsi, ev 24, mənzil 115 ünvanında kirayədə yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 233-4.2.3cü maddəsi ilə, xx xxxxxxxx 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2i rayonu, Mircəlal Paşayev küçəsi, ev 24, mənzil 115 ünvanında kirayədə yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 233-4.2.3cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında telekommunikasiya operatorunun və ya provayderinin telekommunikasiya şəbəkəsinə müvafiq qurğu vasitəsilə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkil edilməsi ilə əhəmiyyətli zərər vurmuşlar. Belə ki, 2019-cu ilin avqust ayında Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və sonuncunun tanışı olan Rəşad Fətullayevlə maddi maraq zəminində kirayədə yaşadıqları ünvan 2i rayonu, Mircəlal Paşayev küçəsi, ev 24, mənzil 115 ünvanında quraşdırılacaq Sim-Box avadanlığı ilə telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkil edilməsinə dair qabaqcadan cinayət əlaqəsinə girərək tamah məqsədilə ümumi razılığa gəldikdən sonra cinayətin törədilməsi planına uyğun olaraq, 2019-cu ilin sentyabr ayının əvvəllərində Bakı şəhərində “Şamaxinka" deyilən ərazidə Təqsirləndirilən şəxs2 R.Fətullayevin şəxsiyyəti istintaqa məlum olmayan əlaqəsi tərəfindən təhvil verilmiş üzərinə "Bakcell” mobil rabitə operatoruna məxsus *** *** ** **, *** *** ** **, *** *** ** **, *** *** ** **. *** *** ** **, *** *** ** **, *** *** ** **, 055 68649 56, *** *** ** **, *** *** ** **, *** *** ** **, *** *** ** **, *** *** ** **, *** *** ** **, *** *** ** **, *** *** ** **, *** *** ** **, *** *** ** **, *** *** ** **, *** *** ** **, *** *** ** **, *** *** ** **, *** *** ** **, *** *** ** **, *** *** ** **, *** *** ** **, *** *** ** **, *** *** ** **, *** *** ** **, *** *** ** **, *** *** ** **, 055 *** ** ** və 055 *** ** ** nömrəli GSM sim-kartları virtual olaraq quraşdırılan və internet vasitəsilə qəbul edilən beynəlxalq telefon trafikinin ümumistifadəli telekommunikasiya şəbəkəsinə dolayı yolla istiqamətləndirilməsini təmin edərək internet şəbəkəsinə çıxışı təmin edilmiş internet “səs” protokollarının ötürüldüyü müvafiq qurğu hesab edilən hər biri 32 kanallı 2 ədəd Sim-Box avadanlığını və 1 ədəd “TP- Link” markalı router qurğusunu 2019-cu ilin sentyabr ayının əvvəllərindən xx xxxxxxx 2019-cu il tarixədək olan müddətdə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə kirayədə yaşadıqları ünvan 2i rayonu, Mircəlal Paşayev küçəsi, ev 24, mənzil 115 ünvanında telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərini təşkil edərək, xarici xüsusi xidmət orqanlarına mənsub şəxslər, beynəlxalq cinayətkar və terrorçu qruplaşmalar arasında nəzarətdən kənar telefon danışıqlarına imkan yaradıb dövlət təhlükəsizliyinə təhdid yaradan zərər vurmaqla, eləcə də Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “xxxxxxxxxxx” MMC-yə 7.102,74 (yeddi min yüz iki manat yetmiş dörd qəpik) manat məbləğində maddi ziyan vurmuşdurlar. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin avqust ayının sonları qardaşı ona bəzi problemlərinin olduğunu demişdir. 0 isə nə baş verdiyini soruşduqda, qardaşı cavabında bildirmişdir ki, 2019-cu ilin aprel ayından iyun ayinədək Camal adlı tanışının quraşdırdığı “Sim-Box” aparatını DTX əməkdaşları aşkarlayıb müsadirə ediblər və Camal cinayət məsuliyyətinə cəlb olunmuşdur. Qardaşı da həmin iş üzrə DTX-da şahid qismində ifadə vermişdir. Qardaşı ona “Sim-Box”adlı texniki qurğudan istifadə etməklə qanunsuz beynəlxalq telefon danışıqları aparılması barədə izah verdikdən sonra ona demişdir ki, Camala həmin aparatları verən şəxs aylıq 450-500 manat pul müqabilində onların öz evlərinə belə avadanlıq quraşdırmağı ona təklif etmişdir. Təqsirləndirilən şəxs1 tanışı Camalın cinayət işi üzrə DTX tərəfindən nəzarətdə olduğuna görə aparatı onun təhvil almasını qardaşı ondan xahiş etmiş və ona bir nəfərin telefon nömrəsini vermişdir. Qardaşı ona uSim-Box”un evlərinə quraşdırılmasına görə hər ay onlara 500 manat pul veriləcəyini də demişdir. Onların ailəsi maddi cəhətdən çox sıxıntıda olduğuna görə qardaşının təklifi ilə razılaşaraq yaşadıqları evdə quraşdırmaq üçün "Sim-Box” avadanlığını götürməyə razılıq vermişdir. Təxminən 2 gün sonra axşam saat 7-8 arası istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə əvvəllər tanımadığı Azərbaycan mobil rabitə operatoruna məxsus nömrədən zəng edən şəxs onunla görüşüb ona əmanət vermək istədiyini bildirmişdir. O, əmanət deyiləndə “Sim-Box" aparatının nəzərdə tutulduğunu dərhal başa düşmüş və “Şamaxinka” adlanan ərazidəki “İmperial” şadlıq sarayının qarşısında həmin şəxslə görüş təyin etmiş və axşam saat təxminən 11-dən sonra sarayının qarşısında görüşmüşlər. İlk dəfə gördüyü təxminən 30-35 yaşlarında, 175 sm boyu olan, 80 kiloqram çəkili, saçı seyrək, az bığlı-saqqallı, nisbətən qarabuğdayı, sifətində xüsusi bir əlaməti olmayan həmin şəxs görüşə əynində göy köynək və cins şalvarda gəlmiş və onunla artıq heç bir söhbət eləmədən ondan Samir olub-olmamasını dəqiqləşdirdikdən sonra sellofan torbanın içərisində gətirdiyi 2 ədəd “Sim-Box” aparatını ona təhvil vermişdir. Həmin şəxs ona avadanlıqlann mütləq internet şəbəkəsinə bağlanması vacib olduğunu, problem yaranarsa onlarla əlaqə saxlayacaqlarını demişdir. Təxminən 1 dəqiqədən də az çəkən bu görüşdən sonra o, “Sim-Box" aparatlarını götürüb yaşadığı evə gedərək, həmin aparatları qardaşı ilə birlikdə qonaq otağında cərəyana və internet şəbəkəsinə qoşmuşlar. Aparat qoşulduqdan sonra onun işıqları yanmış, bundan sonra nə o, nə də qardaşı Cavidan “Sim-Box"a heç bir müdaxilə etməmişdirlər. Təxminən 15-20 gün sonra saat 23:30 radələrində istifadəsindəki nömrəyə yenidən həmin şəxs tərəfindən hazırda xatırlamadığı nömrədən zəng gəlmiş və həmin şəxs ona metronun “Nərimanov” stansiyasına gəlməsini tapşırmışdır. Həmin vaxtı metronun bağlanmasına az qaldığı üçün o, dərhal metroya girib “Nərimanov” stansiyasına getmiş və metronun içərisində quraşdırılan taksofon vasitəsilə həmin şəxsə zəng etmiş və onlar təxminən 5 dəqiqə sonra “Mado” restoranının arxasındakı kiçik parkda bu şəxslə görüşmüşdür. Əvvəl bir dəfə də gördüyü həmin şəxs bu görüşə əynində qara şalvar və göy uzunqol köynəklə gəlmişdir. Bu şəxs ona həmin ay üçün 500 manat pulu verdikdən sonra onlar aralanmışdırlar. O, isə taksiylə evə qayıtmışdır. Onun “Mado” restoranı yaxınlığındakı görüşündən təxminən 1 ay sonra, yəni, təxminən oktyabr ayının ortalarında axşam saat təxminən 9-10 arası həmin şəxs ona zəng edib aylıq onlara çatacaq 500 manatı ona vermək istədiyini bildirmişdir. Onlar 4-cü mikrorayon ərazisində, “20 Yanvar” küçəsində yerləşən “Qızıl Tac" şadlıq sarayının yaxınlığındakı avtobus dayanacağında görüş yeri təyin etdikdən təxminən yarım saat sonra görüş yerində həmin şəxs ona 500 manat pulu təhvil vermişdir. Bundan sonra onun həmin şəxslə heç bir əlaqəsi olmamışdır. O, qeyd olunan “Sim-Box” avadanlıqlarının kimlər tərəfindən hazırlanması və ya ölkəyə gətirilməsi barədə heç bir məlumatının olmadığını istintaqa bildirmişdir. xx xxxxxxx 2019-cu il tarixdə evdə olduğu zaman qapı döyülmüş və özlərini DTX əməkdaşları kimi təqdim edən şəxslər "Sim-Box” avadanlıqları ilə bağlı gəldiklərini, ona aparatları könüllü təhvil verməsini bildirmişdirlər. Ot həmin aparatların yerini göstərdikdən sonra DTX əməkdaşları mütəxəssislər və hal şahidlərinin iştirakı ilə baxış keçirərək hər iki “Sim-Box” avadanlığını müvafiq qaydada deaktiv edib, qablaşdıraraq götürmüşdürlər. Ən sonda baxışın keçirilməsinə dair protokol tərtib edilmiş, prosesin düzgün aparıldığını gördükdən sonra protokolu öz imzası ilə təsdiq etmişdir. Bundan sonra onun və qardaşı Cavıdan Həsənovun bununla bağlı izahatları alınmışdır. Özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, gənc olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında digər Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, fərdi şəkildə kuryer fəaliyyəti ilə məşğul olmuş, atası 2013-cü ildə ürək tutmasından dünyasını dəyişmişdir. O, əvvəllər “Rahat market” mağazalar şəbəkəsində mühafizəçi işləmiş, sonradan onun kimi kuryer işləyən qardaşı Təqsirləndirilən şəxs2 və evdar qadın olan anası Solmaz Həsənova ilə birlikdə 2019-cu ilin avqust-sentyabr aylarından ünvan 2i rayonu, Mircəlal Paşayev küçəsi, ev 24, mənzil 115 ünvanında kirayədə yaşayırlar. O, Əbu Zeyd adlı və yaxud təxəllüslü şəxsi əslən Zaqatala rayonundan olan tanışı Şahid4 vasitəsi ilə tanımışdır, təxminən 2019-cu ilin may-iyun aylarından tanımışdır. O, həmin şəxslə yalnız telefonda teleqram və votsap proqramları vasitəsi ilə danışmışdır. O, həmin şəxslə telefon danışıqlarını tanışı Şahid4 DTX tərəfindən AR Cinayət Məcəlləsinin 233-4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunduqdan sonra başlamışdır. Belə ki, 2019-cu ilin təxminən iyun ayından Camal ondan əvvəllər Dərnəgül qəsəbəsində yaşadığı evində internet paylayan bir cihazı quraşdırmağı xahiş edərək, eyni zamanda həmin cihaz vasitəsi ilə evdə olarkən internetə də girə biləcəyini ona xatırlatmışdır. Bu cihazın funksiyasının nədən ibarət olduğunu və bu cihazın quraşdırılmasının qanunsuz olduğunu o, əvvəllər bilməmiş, yalnız Camalın sim box aparatlarını quraşdırdığına görə DTX əməkdaşları tərəfindən saxlanıldıqdan sonra o, bu işin qanunsuz olduğunu öyrənmişdir. Bu hadisə ilə bağlı o, DTX da istintaqda şahid qismində ifadə vermişdir. Onun sözlərinə görə Camal bu əməllərinə görə cinayət məsuliyyətinə də cəlb olunmuşdur. Camalın quraşdırdığı avadanlıqlar aşkar olunduqdan sonra Əbu Zeyd ləqəbli şəxs təxminən 2019-cu ilin iyun ayının ortalarında özünün istifadəsində olan +**********87 nömrəli telefonla votsap vasitəsi ilə onunla əlaqəyə çıxaraq, Camalın artıq DTX əməkdaşlarının nəzərinə düşdüyünə görə o, həmin işi Camalla yox, onunla birbaşa görmək istədiyini bildirərək, “Sim box” avadanlıqlarını evində quraşdıracağı halda ona aylıq 450-500 manat pul verəcəyinə söz vermişdir. Əbu Zeyd bu işin qanunsuz olmasına baxmayaraq, az ağır cinayət olduğunu və buna görə insanın həbs edilmədiyini, yalnız məhkəmədə cərimə ilə qurtula biləcəyini onun nəzərinə çatdırmış, o, da könüllü olaraq evində müəyyən pul qarşılığında qanunsuz beynəlxalq telefon danışıqlarının həyata keçirilməsinə imkan yaradan “Sim box” aparatlarının quraşdırılmasına razılıq vermişdir. Çünki o, kuryer kimi aldığı maaşla Bakı şəhərində kirayədə yaşadığı mənzilin pulunu, işləməyən anasının və şəxsi xərclərini qarşılamaqda maddi cəhətdən çətinlik çəkdiyinə görə bu aparatlardan pul müqabilində alıb quraşdırmağı arzu etmişdir. Lakin həmin vaxtlar o, DTX-da dostu Camalın cinayət işində şahid qismində ifadə verdiyi üçün DTX-nın nəzarətində olacağından ehtiyat edərək, qardaşı Təqsirləndirilən şəxs2 bu işə qoşmaqla, sonuncunu həmin işin qanunsuz olmasından xəbərdar etmişdir. O, qardaşını olanlar haqqında məlumatlandırdıqdan sonra Nəsimi rayonunda kirayədə yaşadıqları mənzilə həmin aparatları quraşdırmağı və bunun müqabilində hər ay Əbu Zeyddən 500 manat pul almağı, həmin puldan 250 manatını evin kirayə pulunu, qalanını isə özlərinin ehtiyaclarına xərcləməyi qərarlaşdıraraq, qardaşının ***-***-**-** nömrəsini votsapla Əbu Zeydə gördərmişdir. Bundan sonra Əbu Zeydin ona məlum olmayan tanışları qardaşı ilə müxtəlif telefonlardan əlaqəyə çıxmışdırlar. Beləliklə, 2019-cu il avqust ayının sonları, sentyabr ayının əvvəllərində Əbu Zeydin tanımadığı tanışları Təqsirləndirilən şəxs2la Bakı şəhərində “Şamaxinka” deyilən ərazidə görüşərək, Əbu Zeydin onların evində quraşdırmaq üçün göndərdiyi 2 ədəd “Sim box” avadanlığı, 1 ədəd "TP link” markalı routeri vermişdirlər. O, Təqsirləndirilən şəxs2la birlikdə həmin avadanlıqları Nəsimi rayonu, Mircəlal Paşayev küçəsində kirayədə yaşadıqları mənzildə quraşdırmışdır. Təxminən bir ayın tanamında Əbu Zeyd aylıq 500 manat pulu tanımadığı şəxs vasitəsi ilə onun qardaşı Təqsirləndirilən şəxs2 çatdırmışdır. Bundan sonra bir dəfə də bu işə görə qardaşına 500 manat pul verilmişdir. Onlar həmin pullardan hər iki ayda evin kirayəsini ödəmiş qalanlarını isə ailənin ümumi xərclərinə xərcləmişdirlər. xx xxxxxxx 2019-cu il tarixdə gündüz saatlarında DTX əməkdaşları hal şahidlərinin və mütəxəssisin iştirakı ilə onların kirayədə yaşadıqları və “Sim box" aparatlarını quraşdırdıqları evə gələrək evə qardaşı Təqsirləndirilən şəxs2 iştirakı ilə baxış keçirmiş və qeyd olunan avadanlıqları aşkar edərək götürərək onların bu barədə izahatlarını alıb, sonra sərbəst buraxmışdırlar. O, ifadələrində həmçinin göstərmişdir ki, bu işə qardaşını qoşsa da Əbu Zeydlə özü mütəmadi olaraq “teleqram” proqramı vasitəsilə əlaqə saxlamış, hətta xx xxxxxxx 2019-cu il tarixdə yaşadıqları evdən “Sim box” aparatları DTX əməkdaşları tərəfindən aşkar edilərək götürüldükdən sonra da o, Əbu Zeydlə mütəmadi teleqramla əlaqə saxlamış və bu telefon danışıqlarında DTX əməkdaşlarının onu və qardaşını bu işlərə görə həbs edə bilməyəcəkləri barədə Əbu Zeydin fikirləri onu bir qədər sakitləşdirmişdir. Bundan başqa o, səmimi olaraq bildirmişdir ki, Əbu Zeyd adlı şəxslə bir dəfə “votsap" vasitəsilə video zənglə görüntülü danışmışdır. Belə ki, Camal və atası DTXda dindirmədə olan zamanlarda onlarla əlaqəyə çıxa bilmədiyinə görə Əbu Zeyd ona inanmaq üçün və Əbu Zeydlə danışan şəxsin məhz o, olduğuna əmin olmaq üçün onunla votsapla 2019-cu ilin iyul və ya avqust ayında əlaqəyə çıxmış və təxminən 1 dəqiqəyə yaxın müddətdə onunla video zənglə danışmışdır. O, həmin danışıqda Əbu Zeydin sifətini görmüşdür. Onun sözlərinə görə Əbu Zeyd üzündə vəhabilərə xas formada saqqal saxlayan, idmançı bədən quruluşlu, yumru sifətli, qarabuğdayı saçlı və saqqalı olan, təxminən 30-35 yaşlı şəxs idi. O, həmin şəxsin sifətini yadında saxladığını və görən kimi həmin şəxsi tanıyacağını istintaqa bildirmiş, lakin həmin şəxsin əsl adının nə olduğunu və həmin şəxsin hazırda hansı ölkədə olduğunu bilmədiyini demişdir. xx xxxxxx 2020-ci il tarixli tanınma protokolu ilə Azərbaycan Respublikasının vətəndaşı X4 fotoşəkili tanınma üçün Təqsirləndirilən şəxs1 təqdim edilmiş, sonuncu üz cizgilərinə əsasən Rəşad Fətullayevi tanıdığını və həmin şəxsin ifadələrində Əbu Zeyd ləqəbli şəxs kimi qeyd elədiyi şəxs olduğunu və bu şəxslə bir dəfə mobil telefonda olan “Whataspp” proqramında video görüntülü danışdığını bildirmişdir. Özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, gənc olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli olmaları özlərinin etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və qeyriləri tərəfindən ünvan 2i rayonu, Mircəlal Paşayev, ev 24, mənzil 115 ünvanında telekommunikasiya operatorunun telekommunikasiya şəbəkəsinə mobil nömrə sim-kartları quraşdırılan və internet vasitəsilə qəbul edilən beynəlxalq telefon trafikinin ümumistifadəli telekommunikasiya şəbəkəsinə dolayı yolla istiqamətləndirilməsini təmin edən 2 ədəd "Sim-box" adlanan müvafiq qurğu vasitəsilə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərini təşkil etmələrini, bu fəaliyyət nəticəsində Azərbaycan Respublikasına xaricdən daxil olan telefon zənglərinin bir qismi "xxxxxxxxxxx” MMC-yə məxsus kanallardan yayınmaqla internet səs protokolları üzərindən yerli operatorların antenalarına ötürülməsini və bunun nəticəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “xxxxxxxxxxx" MMC-yə 7.102,74 (yeddi min yüz iki manat yetmiş dörd qəpik) manat məbləğində maddi ziyan dəymişdir. Bununla əlaqədar mülki iddianı təmin edilməsini və 7.102,74 (yeddi min yüz iki manat yetmiş dörd qəpik) manat məbləğində pul vəsaitinin təqsirləndirilən şəxslərdən tutulataq MMC-yə ödənilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmişŞahid2 ifadəsində göstərmişdir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən onlara işlədikləri ərazidə olan bina evlərinin birindəki mənzilə keçiriləcək baxışda hal şahidi qismində iştirak etmək təklif olunmuş, o, və Bəxtiyar bu təklifə etiraz etməyərək, həmin tarixdə DövlətTəhlükəsizliyi Xidmətinin əməkdaşları və digər başqa nazirliyin mütəxəssisləri ilə birlikdə Nəsimi rayonu, X17 küçəsi, ev 24, mənzil 115 ünvanında keçirilən baxışda iştirak eləmişdirlər. Belə ki, baxışda evdə kirayədə yaşayan əvvəllər tanımadığı Təqsirləndirilən şəxs2 adlı şəxs də iştirak etmiş Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları baxış keçirilən ünvanda Təqsirləndirilən şəxs2 və onlara məhkəmə qərarını, hüquq və vəzifələrini elan edəndən sonra baxış başlanmışdır. Baxış zamanı həmin mənzildə qonaq otağından elektrik və internet şəbəkəsinə qoşulmuş, işlək vəziyyətdə olan “TP Link” markalı router və 2 ədəd orada adını bildikləri “Sim Box” avadanlığı aşkar edilmişdir. Orada olan danışıqlardan ona məlum olmuşdur ki, Samir adlı həmin şəxs "Sim-Sox” adlı avadanlıqları həmin ünvanda quraşdıraraq qanunsuz beynəlxalq rabitə xidmətləri təşkil etmiş və Azərbaycan Respublikasının qanunlarına görə həmin fəaliyyətlə məşğul qadağan imiş. Baxışda iştirak edən mütəxəssislər "Sim-Box” aparatlarını özləri ilə gətirdikləri xüsusi cihaz vasitəsilə tədqiq etmiş və bu avadanlıqların işlək vəziyyətdə olması, aparatlara bir neçə ədəd “Bakcell" mobil operatoruna məxsus mobil nömrələr virtual olaraq tanıtdırılması müəyyən edilmişdir. Həmin nömrələr tək-tək müəyyən edilərək protokola qeyd olunmuşdur. Daha sonra aparat cərəyandan ayrılaraq fəaliyyəti dayandırılmışdır. 2 ədəd “Sim-Bax” aparatları, 1 ədəd “TP Link” markalı cihaz müvafiq qaydada qablaşdırılaraq möhürlənərək götürülmüşdür. Sonda baxışın aparılması ilə əlaqədar DTX əməkdaşı tərəfindən tərtib edilmiş protokolun düzgün tərtib edildiyinə əmin olduqdan sonra imzaları ilə həmin protokolu təsdiq etmişdirlər. Məhkəməyədək icraat dövründəşahid qismində dindirilmiş və məhləmə iclasında iştirak etməyən Şahid1 ifadəsi elan olundu və müəyyən edildi ki, o, da məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmişŞahid3 ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları onunla və hal şahidlərinin iştirakı ilə ünvan 2i rayonu, X17 küçəsi, ev 24, mənzil 115 ünvanında evin sakini Təqsirləndirilən şəxs2 iştirakı ilə baxış keçirərkən Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları baxış keçirilən ünvanda Təqsirləndirilən şəxs2 və onlara məhkəmə qərarını və hüquq və vəzifələri elan edəndən sonra baxış başlanmışdır. Baxış zamanı həmin mənzildə qonaq otağından elektrik və internet şəbəkəsinə qoşulmuş, işlək vəziyyətdə olan "TP Link" markalı router və 2 ədəd hər biri 32 portlu (kanallı) "Sim Box” avadanlığı aşkar edilmiş, aşkar edilmiş avadanlıqlara onun tərəfindən yaxından baxış keçirilərkən Routerin birinci portu 32 portluq sim boxa, ikinci portu isə eyni qaydada 32 portluq digər simboxa bağlandığı müəyyən edilmişdir. Avadanlıqdan keçən internet kanalı onun tərəfindən “İNT 100” analizatoru ilə monitorinq olunarkən həmin avadanlıqlardan səs protokollarının ötürüldüyü təsdiq edilmiş, bu avadanlıqlara virtual olaraq “Bakcell” mobil rabitə operatoruna məxsus 33 ədəd GSM nömrə virtual olaraq tanıtdırıldığı, həmin avadanlıqlardan GSM şəbəkəyə beynəlxalq giriş danışıq trafikinin ötürülməsi və avadanlıqların işlək vəziyyətdə olması müşahidə edilmişdir. Qeyd olunan 33 ədəd nömrə onların tərəfindən müəyyən edilərək baxış protokoluna yazılmışdır. Sonra avadanlıqlar cərəyandan ayrılaraq fəaliyyəti dayandırılmış, 2 ədəd “Sim- Box” aparatları, 1 ədəd “TP Link” markalı cihaz müvafiq qaydada qablaşdırılaraq möhürlənərək götürülmüşdür. Sonda baxışın aparılması ilə əlaqədar DTX əməkdaşı tərəfindən protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmişŞahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 2014-cü ildən tanıdığını, sonuncu ilə 2019-cu ilin iyun ayına qədər yaxın dost olduğunu, Samirin onun kimi kuryer işlədiyini, hətta onun kirayədə yaşadığı evlərdə əvvəllər onunla birlikdə qaldığını, sonuncu dəfə isə onun kirayədə yaşadığı mənzilə 2019-cu ilin iyun ayında gəldiyini, aralarında inciklik olduğunu bildirmişdir. 2019-cu ilin iyun ayında onun kirayədə yaşadığı ünvandan qanunsuz olaraq quraşdırılmış Sim box avadanlıqları DTX əməkdaşları tərəfindən aşkar olunandan sonra onun barəsində DTX-nın İstintaq baş idarəsində AR CM-nın 233-4-cü maddəsinin müvafiq bəndləri ilə cinayət işi başlanmış və ibtidai istintaqı yekunlaşdırılaraq, Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. O, Təqsirləndirilən şəxs2 Cavidanın vasitəsi ilə tanıdığını, lakin Samirlə yaxın münasibətinin olmadığını bildirdi. O, Əbu Zeyd ləqəbli, istintaq materiallarından isə əsl adı X8 olan şəxsi üzdən görməsə də təxminən 2018-ci ilin ortalarından tanıdığını, Səbail Rayon Məhkəməsində istintaqı aparılan cinayət işi üzrə maddi sübutlar olan “sim box” avadanlıqlarının bu şəxsə məxsus olduğunu və bu avadanlıqları onun evinə bu şəxsin onun razılığından sonra göndərdiyini, Əbu Zeydin əsl adını bilmədiyini, həmin şəxslə ancaq internet vasitəsi ilə əlaqə saxladığını, bu şəxslə münasibətlərinin ancaq bu sahədə işgüzar münaəibetlər olduğunu, təxminən 2019-cu ilin iyun ayında evindən məlum aparatlar çıxandan sonra Əbu Zeydlə əlaqə saxlamadığını istintaqa bildirmişdir. Təqsirləndirilən şəxs1 əvvəllər daima onun yanında olduğu üçün təxminən 2019-cu ilin may-iyun aylarından onun vasitəsi ilə Əbu Zeydlə tanış olmuşdur. Lakin o, X16 tanış edərkən hər hansı bir qanunsuz niyyəti olmamış, sadəcə olaraq bir dost kimi Cavidan onun yanında olarkən Zeydlə onun vasitəsilə ancaq telefonla tanış olmuşdur. Onun bildiyinə görə Cavidanın Zeydlə hər hansı bir münasibəti olmamışdır. Onun həm Cavidanla həm də Zeydlə əlaqələri kəsildiyinə görə bu şəxslərin sonralar bir-biri ilə əlaqə saxlayıb saxlamadıqları barədə heç bir məlumatı olmamışdır. Onun Samir və Təqsirləndirilən şəxs1ların 2019-cu ilin avqust ayının sonu sentyabr ayının əvvəllərindən 2019-cu il 22 oktyabr tarixinə qədər olan müddətdə kirayə yaşadıqları ünvan 2i rayonu, Mircəlal Paşayev, ev 24, mənzil 115 ünvanında 2 ədəd “Sim box” avadanlığını quraşdıraraq qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərini təşkil etmələrindən heç bir məlumatı olmamış, X13 yenidən əlaqəyə girəcəyini və yaşadığı evə həmin avadanlıqlardan quraşdıracağı onun ağlına gəlməmiş və bu barədə ona nə Cavidan nə də Samir bildirməmişdirlər. Cinayət işinin 1-ci cild 41-42-ci vərəqələrində olan xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 63-64-cü vərəqələrində olan xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 33-34-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş olan polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 169-172-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 2099 saylı ekspert rəyindən görünür ki, təqsirləndirilən şəxslərin adına kirayədə yaşadıqları ünvan 2i rayonu, Mircəlal Paşayev küçəsi, ev 24, mənzil 115 ünvanında quraşdırdıqları qurğularla 2019-cu ilin sentyabr-oktyabr aylarında vurmuş olduqları ziyanın məbləği 7.102,74 (yeddi min yüz iki manat yetmiş dörd qəpik) manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 170-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 200 (iki yüz) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 182-185-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 2098 nömrəli ekspert rəyindən görünür ki, “TP-LİNK” markalı “TLWR840N” modelli “**********874” seriya nömrəli simsiz modem- router tipli cihaz, bir ədəd markası məlum olmayan “AİO-VG-32G-M” modelli “DB48-0614- 5054-0156” seriya nömrəli və bir ədəd markası məlum olmayan “DB17-1221-035G-0190” seriya nömrəli GSM VoİP Gateway tipli mürəkkəb təyinatlı avadanlıq zavod üsulu ilə hazırlanaraq hal-hazırda işlək vəziyyətdədirlər. Tədqiqata təqdim edilmiş həmin qurğulardan istifadə etməklə mobil rabitə, internet şəbəkəsinə qoşulmaq və həmin şəbəkələrdən istifadə etməklə nəzarətdən kənar beynəlxalq danışıqlar aparmaq mümkündür. Cinayət işinin 1-ci cild 183-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 61 (altmış bir) manat 17 (on yeddi) qəpik müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 196-cı vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “Princo" markalı CD disk iş üzrə maddi sübut kimi tanınmışdır. Cinayət işinin 1-ci cild 197-198-ci vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ünvan 5 ünvanında götürülmüş “TP-LİNK’ markalı “TLWR840N” modelli “**********874” seriya nömrəli simsiz modem-router tipli cihaz, bir ədəd markası məlum olmayan “AİO- VG-32G-M” modelli “DB48-0614-5054-0156” seriya nömrəli və bir ədəd markası məlum olmayan “DB17-1221-0356-0190" seriya nömrəli GSM VoİP Gateway tipli mürəkkəb təyinatlı “Sim Box” avadanlıqları iş üzrə maddi sübut kimi tanınmışdır. Cinayət işinin 1-ci cild 76-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X3 tərəfindən xx xxxxxx 2019-cu il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cild 77-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X3 tərəfindən xx xxxxxx 2019-cu il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özlərinin, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyləri və digər iş materialları ilə onların qabaqcadan əlbir olan bir qrup şəxs halında telekommunikasiya operatorunun və ya provayderinin telekommunikasiya şəbəkəsinə müvafiq qurğu vasitəsilə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkil edilməsi əhəmiyyətli zərər vurmaları cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onların əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 233-4.2.3-cü maddəsi ilə tövsif edilməli və onlar həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 233-4.2.3-cü maddəsinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs halında telekommunikasiya operatorunun və ya provayderinin telekommunikasiya şəbəkəsinə müvafiq qurğu vasitəsilə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkil edilməsi əhəmiyyətli zərər vurmaları- cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuşşəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuşşəxslər üçün —ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olmasını və gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 233-4.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 233-4.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Toboruna həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 azadlığı faktiki olaraq hökmün çıxarıldığı xx xxxxxxxx 2020-ci il tarixdən saat 11-25-dən məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə digər təqsirləndirilən şəxs S.Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla S.Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olmasını və gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən S.Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi S.Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 233-4.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs S.Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 233-4.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. S.Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Toboruna həvalə edilməlidir. S.Təqsirləndirilən şəxs1 azadlığı faktiki olaraq hökmün çıxarıldığı xx xxxxxxxx 2020-ci il tarixdən saat 11-25-dən məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən S.Təqsirləndirilən şəxs1cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. S.Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və S.Təqsirləndirilən şəxs1 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Samsung S2+” mobil telefonun yaddaşının köçürüldüyü 01 ədəd “Princo” markalı kompakt disk cinayət işinin materiallarında saxlanımalı, Bakı şəhəri Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış “TP-Link” markalı, “TLWR840N” modelli, “**********874” seriya nömrəli simsiz modem-router tipli cihaz, bir ədəd markası məlum olmayan “AİO-VG-32G-M” modelli, “DB48-0614-5054-0156” seriya nömrəli və bir ədəd markası məlum olmayan “DB17-1221-0356-0190” seriya nömrəli GSM Voİp Gateway tipli mürəkkəb təyinatlı “Sim Box” avadanlığı dövlət nəfinə müsadirə olunmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi 261 (iki yüz altmış bir) manat 17 (on yeddi) qəpik Təqsirləndirilən şəxs2 və S.Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və S.Təqsirləndirilən şəxs1 məhkəməyədək istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkilləri X6, X5, Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili X2 və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs2 və S.Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili E.O.Səmədovaya məhkəməyədək istintaq dövründə iştirak etdiyi 75 saata görə 450 (dörd yüz əlli) manat, həmin büronun vəkili G.M.Məmmədovaya məhkəməyədək istintaq dövründə iştirak etdiyi 75 saata görə 450 (dörd yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına, Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili S.D.Səfərova məhkəmədə iştirak etdiyi 28 saata görə 168 (bir yüz altmış səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçiməhkəmədə iştirak etdiyi 28 saata görə 168 (bir yüz altmış səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia təmin olunsun. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 7,102 (yeddi min yüz iki) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul müştərək qaydada tutularaq mülki iddiaçı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “xxxxxxxxxxx” MMC-yə ödənilsin. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 233-4.2.3cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxxx 2020-ci il tarixdən saat 11-25-dən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Konvoy Toboruna həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 233-4.2.3cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxxx 2020-ci il tarixdən saat 11-25-dən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Konvoy Toboruna həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış “Samsung S2+” mobil telefonun yaddaşının köçürüldüyü 01 ədəd “Princo” markalı kompakt disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış “TP-Link” markalı, “TLWR840N” modelli, “**********874” seriya nömrəli simsiz modem-router tipli cihaz, bir ədəd markası məlum olmayan “AİO- VG-32G-M” modelli, “DB48-0614-5054-0156” seriya nömrəli və bir ədəd markası məlum olmayan “DB17-1221-0356-0190” seriya nömrəli GSM Voİp Gateway tipli mürəkkəb təyinatlı “Sim Box” avadanlığı dövlət nəfinə müsadirə edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 261 (iki yüz altmış bir) manat 17 (on yeddi) qəpik Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X7 istintaq orqanında iştirak etdiyi 75 saata görə 450 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 12 saylı Vəkil Bürosunun “xxxxxxxxxxx” ASC-nin Səbail rayon filialındakı hesablaşma hesabına (hesab No AZ20ACAB********************, VÖEN – **********) köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 28 saata görə 168 (bir yüz altmış səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun “xxxxxxxxxxxx” ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 28 saata görə 168 (bir yüz altmış səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. Təqsirləndirilən şəxs1na göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X5 istintaq orqanında iştirak etdiyi 75 saata görə 450 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 12 saylı Vəkil Bürosunun“xxxxxxxxxxx” ASC-nin Səbail rayon filialındakı hesablaşma hesabına (hesab No AZ20ACAB********************, VÖEN – **********) köçürülsün. İş üzrə mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 7,102 (yeddi min yüz iki) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul müştərək qaydada tutularaq mülki iddiaçı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “xxxxxxxxxxx” MMC-yə ödənilsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar