Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-118/2022 07.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X18 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs8 Zərərçəkmiş şəxs6 Zərərçəkmiş şəxs5 Zərərçəkmiş şəxs9 Zərərçəkmiş şəxs4 Riyazəddin qızının Zərərçəkmiş şəxs11 Zərərçəkmiş şəxs27 Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs19 Zərərçəkmiş şəxs25 Zərərçəkmiş şəxs26 Zərərçəkmiş şəxs20 Zərərçəkmiş şəxs10 Ağahüseyn oğlunun Zərərçəkmiş şəxs31 Zərərçəkmiş şəxs24 Zərərçəkmiş şəxs36 X7 Zərərçəkmiş şəxs15 Zərərçəkmiş şəxs29 Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs13 (mülki iddiaçı): Müdafiəçi: Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1976-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, Nizami küçəsi, ev 19C, məhəllə 6-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 özünü Türkiyə Respublikasında fəaliyyət göstərən gəmi şirkəti ilə müqavilə əsasında işləyən şəxs kimi təqdim edib sonuncunu Türkiyə Respublikasında yerləşən gəmiçilik şirkətində xadimə işinə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 05 noyabr 2019-cu il tarixdə ünvan 1 ünvanda yerləşən “AF MALL” Biznes Mərkəzinin 3-cü mərtəbəsində olan ofisində onun 3.000 manat pulunu ələ keçirib verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, eyni məqsədlə: Zərərçəkmiş şəxs2 onun oğlu X25 Respublikasında gəmi şirkətində işlə təmin edəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 25 noyabr 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Dəmiryol vağzalının birinci mərtəbəsində fəaliyyət göstərən “KFC” restoranında onun 3.000 manat pulunu ələ keçirib verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2; Zərərçəkmiş şəxs6 onun oğlu X11 Respublikasında olan gəmi şirkətində matros işinə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 20 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Caspian Plaza” biznes mərkəzində olan ofisində onun 2.000 manat pulunu ələ keçirib verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6; Zərərçəkmiş şəxs8 Türkiyə Respublikasında yerləşən gəmi şirkətində motorist işinə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 24 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Caspian Plaza” mərkəzində yerləşən ofisində onun 1.140 manat pulunu ələ keçirib verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8; Zərərçəkmiş şəxs5 Türkiyə Respublikasında yerləşən gəmi şirkətində işlə təmin edəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 19 sentyabr 2020-ci il tarixdə ünvan 1 ünvanda yerləşən “AF Mall” Biznes Mərkəzinin 3-cü mərtəbəsində olan ofisində onun 850 manat pulunu ələ keçirib verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5; Zərərçəkmiş şəxs33 Türkiyə Respublikasında yerləşən gəmi şirkətində motorist işinə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 25 sentyabr 2020-ci il tarixdə ünvan 1 ünvanda yerləşən “AF Mall” Biznes Mərkəzinin 3-cü mərtəbəsində olan ofisində 900 manat pulunu alıb ələ keçirib verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs33; Zərərçəkmiş şəxs7 Türkiyə Respublikasında yerləşən gəmi şirkətində motorist işinə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 2020-ci ilin sentyabr ayında ünvan 1 ünvanda yerləşən “AF MALL” Biznes Mərkəzinin 3-cü mərtəbəsində olan ofisində onun 850 manat pulunu ələ keçirib verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7; Zərərçəkmiş şəxs9 Türkiyə Respublikasında yerləşən gəmi şirkətində motorist işinə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 2020-ci ilin oktyabr ayında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Caspian Plaza” mərkəzində yerləşən ofisində onun 940 manat pulunu ələ keçirib verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9; Zərərçəkmiş şəxs4 Riyazəddin qızına onun oğlu Şahid4 Türkiyə Respublikasında olan gəmi şirkətində elektrik işinə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 14 yanvar 2021-ci il tarixdə ünvan 1 ünvanda yerləşən “AF MALL” Biznes Mərkəzinin 3-cü mərtəbəsində olan ofisində həmin günün məzənnəsi ilə 1.360 manat təşkil edən onun 800 ABŞ dolları pulunu ələ keçirib verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4; Zərərçəkmiş şəxs11 Xəzər dənizində üzən gəmilərin birində işlə təmin edəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 22 dekabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs11 Xaçmaz şəhərindən “MilliÖn” ödəmə terminalı vasitəsilə onun kart hesabına göndərdiyi 1.200 manat pulu və 2021-ci ilin yanvar ayının sonlarında ünvan 2 ünvanda yerləşən “MilliÖn” ödəmə terminalı vasitəsilə onun kart hesabına göndərdiyi 800 manat pulu ələ keçirib verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs11; Zərərçəkmiş şəxs34 Şəhniyar oğlunu Türkiyə Respublikasında yerləşən gəmi şirkətində işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 2020-ci ilin sentyabr ayından 2021-ci ilin fevral ayına qədər olan müddət ərzində ünvan 1 ünvanda yerləşən “AF MALL” Biznes Mərkəzinin 3cü mərtəbəsində olan ofisində hissə-hissə olmaqla ümumilikdə onun 4.330 manat pulunu ələ keçirib verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs34; Zərərçəkmiş şəxs27 Türkiyə Respublikasında yerləşən gəmi şirkətində işlə təmin edəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 09 fevral 2021-ci il tarixdə ünvan 1 ünvanda yerləşən “AF MALL” Biznes Mərkəzinin 3-cü mərtəbəsində olan ofisində həmin günün məzənnəsi ilə 1.190 manat təşkil edən onun 700 ABŞ dolları pulunu ələ keçirib verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs27; Zərərçəkmiş şəxs3 onun qohumu X1 "xxxx" tədris mərkəzində təhsil almasında köməklik edəcəyinə və təhsilini başa vurduqdan sonra Türkiyə Respublikasında fəaliyyət göstərən gəmi şirkətində motorist işinə düzəldəcəyinə dair yalan vədlər verib aldadaraq, bu adla 15 fevral 2021-ci il tarixdə ünvan 1 ünvanda yerləşən “AF MALL” Biznes Mərkəzinin 3-cü mərtəbəsində olan ofisində onun 1.300 manat pulunu ələ keçirib verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3; X8 Türkiyə Respublikasında yerləşən gəmi şirkətində motorist köməkçisi işinə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 27 fevral 2021-ci il tarixdə ünvan 1 ünvanda yerləşən “AF MALL” Biznes Mərkəzinin 3-cü mərtəbəsində olan ofisində həmin günün məzənnəsi ilə 1.020 manat təşkil edən onun 600 ABŞ dolları pulunu ələ keçirib verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxs M.Gəncimalıyevə; Zərərçəkmiş şəxs22 Türkiyə Respublikasında yerləşən gəmi şirkətində işlə təmin edəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 23 mart 2021-ci il tarixdə ünvan 1 ünvanda yerləşən “AF MALL” Biznes Mərkəzinin 3-cü mərtəbəsində olan ofisində onun 3.450 manat pulunu ələ keçirib verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs22; Zərərçəkmiş şəxs19 Türkiyə Respublikasında yerləşən gəmi şirkətində matros vəzifəsinə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 29 mart 2021-ci il tarixdə ünvan 1 ünvanda yerləşən “AF MALL” Biznes Mərkəzinin 3-cü mərtəbəsində olan ofisində həmin günün məzənnəsi ilə 1.020 manat təşkil edən onun 600 ABŞ dolları pulunu ələ keçirib verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs19; Zərərçəkmiş şəxs21 Türkiyə Respublikasında yerləşən gəmi şirkətində matros vəzifəsinə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 29 mart 2021-ci il tarixdə ünvan 1 ünvanda yerləşən “AF MALL” Biznes Mərkəzinin 3-cü mərtəbəsində olan ofisində həmin günün məzənnəsi ilə 1.020 manat təşkil edən onun 600 ABŞ dolları pulunu ələ keçirib verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs21; Zərərçəkmiş şəxs25 Türkiyə Respublikasında yerləşən gəmi şirkətinə motorist işinə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 01 aprel 2021-ci il tarixdə ünvan 1 ünvanda yerləşən “AF MALL” Biznes Mərkəzinin 3-cü mərtəbəsində olan ofisində həmin günün məzənnəsi ilə 1.190 manat təşkil edən onun 700 ABŞ dollar pulunu ələ keçirib verdiyi vədinə əməl etməyərək zərərəkmiş şəxs Zərərçəkmiş şəxs25; Zərərçəkmiş şəxs26 “Ulu Şirvan” dənizçilik məktəbində oxumaq üçün göndərəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 05 aprel 2021-ci il tarixdə ünvan 1 ünvanda yerləşən “AF MALL” Biznes Mərkəzinin 3-cü mərtəbəsində olan ofisində onun 2.000 manat pulunu ələ keçirib verdiyi vədinə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs26; Zərərçəkmiş şəxs35 "xxxx" tədris mərkəzində təhsil almasında köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 06 aprel 2021-ci il tarixdə ünvan 1 ünvanda yerləşən “AF MALL” Biznes Mərkəzinin 3-cü mərtəbəsində olan ofisində onun 2.000 manat pulunu ələ keçirib verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs35; Zərərçəkmiş şəxs12 "xxxx" tədris mərkəzində təhsil almasında köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 06 aprel 2021-ci il tarixdə ünvan 1 ünvanda yerləşən “AF MALL” Biznes Mərkəzinin 3-cü mərtəbəsində olan ofisində onun 2.000 manat pulunu ələ keçirib verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs12; Zərərçəkmiş şəxs20 Türkiyə Respublikasında olan gəmi şirkətində işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 08 aprel 2021-ci il tarixdə ünvan 1 ünvanda yerləşən “AF MALL” Biznes Mərkəzinin 3-cü mərtəbəsində olan ofisində onun 2.200 manat pulunu ələ keçirib verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs20; Zərərçəkmiş şəxs28 Türkiyə Respublikasında yerləşən gəmi şirkətinə motoris işinə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 14 aprel 2021-ci il tarixdə ünvan 1 ünvanda yerləşən “AF MALL” Biznes Mərkəzinin 3-cü mərtəbəsində olan ofisində həmin günün məzənnəsi ilə 1.020 manat təşkil edən onun 600 ABŞ dolları pulunu ələ keçirib verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs28; Zərərçəkmiş şəxs10 Ağahüseyn oğluna onun oğlu X16 Respublikasında olan gəmi şirkətində elektrik işinə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 15 aprel 2021-ci il tarixdə ünvan 1 ünvanda yerləşən “AF MALL” Biznes Mərkəzinin 3-cü mərtəbəsində olan ofisində həmin günün məzənnəsi ilə 1.190 manat təşkil edən onun 700 ABŞ dolları pulunu ələ keçirib verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs10; X4 Türkiyə Respublikasında yerləşən gəmi şirkətində işlə təmin edəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 2021-ci ilin aprel ayının ortalarında ünvan 1 ünvanda yerləşən “AF MALL” Biznes Mərkəzinin 3-cü mərtəbəsində olan ofisində həmin günün məzənnəsi ilə 1.190 manat təşkil edən onun 700 ABŞ dolları pulunu ələ keçirib verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxs N.Baxşalıyevə; Zərərçəkmiş şəxs31 “Blue Caspian” şirkətinə məxsus gəmidə matros vəzifəsində işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 20 aprel 2021-ci il tarixdə ünvan 1 ünvanda yerləşən “AF MALL” Biznes Mərkəzinin 3-cü mərtəbəsində olan ofisində onun xeyli miqdar təşkil edən 6.500 manat pulunu ələ keçirib verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs31; Zərərçəkmiş şəxs24 “Az Pilot” dənizçilik kurslarında təhsil almasında köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 21 aprel 2021-ci il tarixdə ünvan 1 ünvanda yerləşən “AF MALL” Biznes Mərkəzinin 3-cü mərtəbəsində olan ofisində onun 1.100 manat pulunu ələ keçirib verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs24; Zərərçəkmiş şəxs13 onun oğlu Gəncəli Teymurovun "xxxx" tədris mərkəzində təhsil almasında köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 26 aprel 2021-ci il tarixdə ünvan 1 ünvanda yerləşən “AF MALL” Biznes Mərkəzinin 3cü mərtəbəsində olan ofisində onun 2.450 manat pulunu ələ keçirib verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs13; Zərərçəkmiş şəxs30 Türkiyə Respublikasında yerləşən gəmi şirkətində işlə təmin edəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 05 may 2021-ci il tarixdə ünvan 1 ünvanda yerləşən “AF MALL” Biznes Mərkəzinin 3-cü mərtəbəsində olan ofisində onun 1.700 manat pulunu ələ keçirib verdiyi vədinə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs30; X2 "xxxx" tədris mərkəzində təhsil almasında köməklik edəcəyinə və təhsilini başa vurduqdan sonra Türkiyə Respublikasında fəaliyyət göstərən gəmi şirkətində matros vəzifəsinə düzəldəcəyinə dair yalan vədlər verib aldadaraq, bu adla 05 may 2021-ci il tarixdə ünvan 1 ünvanda yerləşən “AF MALL” Biznes Mərkəzinin 3cü mərtəbəsində olan ofisdə onun 2.500 manat pulunu ələ keçirib verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxs M.İbrahimova; Zərərçəkmiş şəxs32 Türkiyə Respublikasında yerləşən gəmi şirkətinə sürücü işinə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 17 may 2021-ci il tarixdə ünvan 1 ünvanda yerləşən “AF MALL” Biznes Mərkəzinin 3-cü mərtəbəsində olan ofisində, həmin günün məzənnəsi ilə 850 manat təşkil edən onun 500 ABŞ dolları pulunu ələ keçirib verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs32; Zərərçəkmiş şəxs23 iki övladını Türkiyə Respublikasında olan gəmi şirkətində işlə təmin edəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 24 may 2021-ci il tarixdə ünvan 1 ünvanda yerləşən “AF MALL” Biznes Mərkəzinin 3-cü mərtəbəsində olan ofisində həmin günün məzənnəsi ilə 2.720 manat təşkil edən onun 1.600 ABŞ dolları pulunu ələ keçirib verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs23; Zərərçəkmiş şəxs14 "xxxx" tədris mərkəzində təhsil almasında köməklik edəcəyinə və təhsilini başa vurduqdan sonra Türkiyə Respublikasında fəaliyyət göstərən gəmi şirkətində motorist işinə düzəldəcəyinə dair yalan vədlər verib aldadaraq, bu adla 29 iyun 2021-ci il tarixdə ünvan 1 ünvanda yerləşən “AF MALL” Biznes Mərkəzinin 3-cü mərtəbəsində olan ofisində onun 2.000 manat pulunu ələ keçirib verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs14; Zərərçəkmiş şəxs15 gəmi şirkətində çilingər işinə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 28 iyun 2021-ci il tarixdə ünvan 1 ünvanda yerləşən “AF MALL” Biznes Mərkəzinin 3-cü mərtəbəsində olan ofisində onun 500 manat və 06 iyul 2021-ci il tarixdə həmin ünvanda eyni adla 4.000 manat pulunu ələ keçirib verdiyi vədə əməl etməyərək ümumilikdə 4.500 manat məbləğində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs15; Zərərçəkmiş şəxs18 "xxxx" tədris mərkəzində təhsil almasında köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 04 mart 2021-ci il tarixdə ünvan 1 ünvanda yerləşən “AF MALL” Biznes Mərkəzinin 3-cü mərtəbəsində olan ofisində 1.600 manat pulu, 2021-ci ilin iyun ayının ortalarında sertifikat rüsumlarını almaq üçün növbə tutmaq adı ilə Zərərçəkmiş şəxs18 Şabran rayonundan onlayn pul köçürmə vasitəsi ilə onun kart hesabına göndərdiyi 300 manat pulu və 08 iyul 2021-ci il tarixdə tibbi arayışın alınaraq "xxxx" tədris mərkəzinə təqdim edilməsi üçün Zərərçəkmiş şəxs18 tərəfindən metronun “28 May” stansiyasında quraşdırılmış “MillliÖn” ödəmə terminalı vasitəsilə onun kart hesabına göndərilmiş 50 manat pulu ələ keçirib verdiyi vədə əməl etməyərək ümumilikdə 1.950 manat məbləğində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs18; Zərərçəkmiş şəxs29 onun qohumu X20 gəmiçilik kurslarında təhsil almasında köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 17 iyul 2021-ci il tarixdə ünvan 1 ünvanda yerləşən “AF MALL” Biznes Mərkəzinin 3-cü mərtəbəsində olan ofisində onun 1.000 manat pulunu ələ keçirib verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs29 maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, bir çox xarici dənizçilik şirkətləri ilə əlaqələri olmuş və həmin şirkətlərə müqavilələrlə matros və ya digər vəzifələrə işçilər göndərməklə məşğul olmuşdur. Bununla əlaqədar internetdə, sosial şəbəkədə elan yerləşdirmişdir. 2019-cu ilin noyabr ayında Zərərçəkmiş şəxs1 ona zəng vuraraq yerləşdirdiyi elanla bağlı maraqlanmış və Türkiyə Respublikasında gəmiçilik şirkətinə xadimə kimi işə düzəlmək istədiyini bildirmişdir. O, da onu ünvan 1 ünvanda yerləşən “AF MALL” Biznes Mərkəzinin 3-cü mərtəbəsində olan ofisinə dəvət etmiş, sonuncu da xx.xx.2019-cu il tarixdə, saat 11 radələrində ora gəlmişdir. O, Zərərçəkmiş şəxs1 Türkiyə Respublikasında gəmiçilik şirkətinə xadimə tələb edildiyini, əmək haqqının isə 600 manat olacağını deyərək bunun üçün 3.000 manat pul lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 razılaşdığı üçün həmin tarixdə bu manat pulu ofisdə ona vermiş, o da sonuncuya qısa müddətdə işlə təmin olunacağını bildirsə də, verdiyi vədə əməl edə bilməmişdir. Bundan başqa, o, aşağıdakı şəxslərdən də eyni məsələlərlə bağlı müxtəlif vaxtlarda pullar almış, lakin verdiyi vədə tam əməl edə bilməmişdir. Belə ki, o: mütəmadi olaraq Bakı şəhərində metronun “28 May” stansiyası yaxınlığında yerləşən Dəmiryol vağzalının inzibati binasının birinci mərtəbəsindəki “KFC” restoranına gedən zaman 2019-cu ilin yay aylarında orada xadimə işləyən Zərərçəkmiş şəxs2 ilə tanış olmuş, söhbət əsnasında ona işlə bağlı məlumat verəndə, sonuncu oğlu Sadiqi Türkiyə Respublikasında gəmi şirkətinə işə düzəltmək istədiyini demişdir. O da ona hər vasitə ilə köməklik edəcəyinə söz vermişdir. 2019-cu ilin noyabr ayında Naminə onunla oğlunun işə düzəlməsi ilə bağlı söhbət edərkən o, bunun üçün 3.000 manat pul lazım olduğunu demiş, 25 noyabr 2019-cu il tarixdə həmin restoranda Naminə bu pulu ona vermişdir. O, oğlu fəhlə işlədiyi üçün əvvəlcə kursa gedib sertifikat alınmasında köməklik edəcəyini və oğlunun işdən qalmayacağını demiş, həmçinin oğlunun kursa getmədən sertifikat alma məsələsini həll edəcəyini boynuna götürmüş və Sadiqin 2020-ci ilin yanvar ayına kimi işə çıxacağına dair söz vermişdir; Zərərçəkmiş şəxs7 Türkiyə Respublikasında gəmidə motorist vəzifəsində işə düzəldəcəyinə dair vədlər verərək 2020-ci ilin sentyabr ayında “AF Mall” ticarət mərkəzindəki ofisində ondan 850 manat pulu almış, lakin pandemiya səbəbindən işi həll edə bilməmişdir; “tap.az” saytında yerləşdirdiyi işə düzəltmə elanı ilə bağlı Zərərçəkmiş şəxs3 adlı qadın zəng edərək ondan bacısı oğlunun Türkiyə Respublikasında gəmiçilik şirkətlərinin birində matros vəzifəsində işlə təmin olunmasını xahiş etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs3 bacısı oğlu Ruslan Allahverdiyevin matros kimi işlə təmin olunması üçün sonuncunun atası Zərərçəkmiş şəxs6lə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Caspian Plaza” ticarət mərkəzindəki ofisdə görüşüb söhbət etmiş, Zərərçəkmiş şəxs6 oğlunun Türkiyə Respublikasında gəmiçilik şirkətlərinin birində matros vəzifəsində işlə təmin olunmasına köməklik edəcəyini bildirmiş və bunun üçün əvvəlcə 2.000 manat pul verməli olduğunu demişdir. 20 avqust 2020-ci il tarixdə Zərərçəkmiş şəxs6 ofisə gələrək 2.000 manat pulu orada ona vermiş və çıxıb getmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs3 ona zəng edərək bacısı oğlunun işlə təmin olunması ilə bağlı maraqlanmış, o da sonuncuya X1 əvvəlcə "xxxx" adlanan gəmiçilik kurslarında təhsil almalı olduğunu, bundan sonra Türkiyə Respublikasında gəmiçilik şirkətlərinin birində matros vəzifəsində işlə təmin olunacağını demiş və təhsil alması üçün əlavə 1.300 manat pul lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs3 15 fevral 2021-ci il tarixdə aralarında olan razılığa əsasən “AF Mall” biznes mərkəzindəki ofisinə gəlmiş və bacısı oğlunun "xxxx" gəmiçilik kurslarında təhsil alması və təhsil aldıqdan sonra Türkiyə Respublikasında gəmiçilik şirkətlərinin birində matros vəzifəsində işlə təmin olunması üçün 1.300 manat pulu ona vermişdir. O, pulu aldıqdan sonra üzərində şəxsiyyət vəsiqəsinin sürəti, möhürü və imzası olan sənədi təqdim etmiş, X1 "xxxx" kurslarında təhsil alması məsələsini həll etmiş, lakin işi yarımçıq qaldığı üçün kursu bitirdikdən sonra onu Türkiyə Respublikasında şirkətdə işlə təmin edə bilməmiş və verilmiş pulu xərcləmişdir; Zərərçəkmiş şəxs8 Türkiyə Respublikasında gəmidə motorist vəzifəsində işə düzəldəcəyinə dair söz verərək 2020-ci ilin 24 avqust tarixində “AF Mall” biznes mərkəzindəki ofisində ondan 1.140 manat pulu almış, bununla bağlı ona qəbz vermiş, lakin pandemiyanın olması səbəbindən məsələni həll edə bilməmiş və pulu da geri qaytarmamışdır; 2020-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs5 yerləşdirdiyi elanla bağlı ona mesaj yazmış və işlə təmin olunmaq istədiyini demişdir. O da sonuncunu “AF Mall” ticarət mərkəzindəki ofisinə dəvət etmiş, 19 sentyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs5 ofisə gəlmiş, söhbət əsnasında sonuncuya Türkiyə Respublikasında gəmiçilik şirkətinə matros tələb olunduğunu və bu işin düzəlməsi üçün 1.000 ABŞ dolları lazım olduğunu demişdir. Zərərçəkmiş şəxs5 pulun yarısının, yəni 850 manatını əvvəlcədən ödəməli olduğunu, qalan 850 manatın isə sonuncunun əmək haqqından tutulacağını demiş, həmçinin 800 dollar əmək haqqı alacağını da bildirmişdir. Zərərçəkmiş şəxs5 ona həmin gün 850 manat pulu verdikdən sonra sonuncuya qısa müddətə işlə təmin olunacağı vədini vermiş, lakin Türkiyə Respublikasında şirkətdə işlə təmin edə bilməmiş və verilmiş pulu da xərcləmişdir; Zərərçəkmiş şəxs33 2020-ci ilin sentyabr ayında ona zəng edərək gəmiyə xarici şirkətlərin birində motorçu işinə düzəlmək istədiyini bildirmiş, o da onu bu məsələ ilə bağlı “AF Mall” ticarət mərkəzinin 3-cü mərtəbəsində yerləşən ofisinə dəvət etmişdir. xx.xx.2020-ci il tarixdə Ramin valideynləri ilə birlikdə onun ofisinə gəlmişdir. Sonuncu əlində 900 manat pulunun olduğunu ona bildirmiş, o da öz növbəsində Türkiyə Respublikasında əməkdaşlıq etdiyi “Yusif” adlı şəxslə əlaqə saxladıqda, sonuncunun razı olduğunu öyrənərək Zərərçəkmiş şəxs33 və valideynlərinə bu işin alınacağını bildirmiş və onlardan bu pulu almışdır. Lakin 15 gün sonra Zərərçəkmiş şəxs33 səfərbərliklə bağlı hərbi xidmətə çağırıldığından işə çıxa bilməmişdir. Müharibə qurtardıqdan sonra Raminin valideynləri ilə əlaqə saxlamış və ona Raminin müalicə aldığını və işə çıxa bilməyəcəyini bildirmişlər. 2021-ci ilin iyun ayında Ramin və valideyləri ondan ödədikləri pulu geri tələb etsələr də o, pulu geri qaytarmamış və Zərərçəkmiş şəxs33 söz verdiyi kimi xarici şirkətlərin birində motorçu işinə düzəldə bilməmişdir; Zərərçəkmiş şəxs9 Türkiyə Respublikasında gəmidə motorist kimi işə düzəldəcəyinə dair vəd verərək 2020-ci ilin oktyabr ayında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Caspian Plaza” mərkəzindəki ofisində onun 940 manat pulunu alıb vədinə tam əməl edə bilməmişdir; Zərərçəkmiş şəxs4 onunla əlaqə saxlayıb oğlu Şahid4 Türkiyə Respublikasında işlə təmin olunmasında köməklik göstərməsini xahiş etmiş, o da sonuncunun oğlunu gəmidə elektrik vəzifəsində işlə təmin olunmasında köməklik göstərəcəyinə dair söz vermişdir. Bununla bağlı Yeganə ilə 2021-ci ilin yanvar ayının 14-də “AF Mall” biznes mərkəzindəki ofisində görüşmüş, ofisə Yeganənin oğlu Şahid4 da gəlmiş, aralarında əldə edilmiş sövdələşməyə əsasən o, Yeganənin oğlunu Türkiyə Respublikasında hər-hansısa bir şirkətdə gəmidə işə göndərəcəyini vəd etmiş, bunun müqabilində sonuncudan həmin gün ümumilikdə 800 ABŞ dolları pul alaraq bununla bağlı qəbz vermiş, lakin onu Türkiyə Respublikasında şirkətdə işlə təmin edə bilməmiş və verilmiş pulu da xərcləmişdir; Zərərçəkmiş şəxs11 Xəzər dənizində üzən gəmilərin birində işlə təmin edəcəyinə dair vəd verərək onun 22 dekabr 2020-ci il tarixdə Xaçmaz şəhərindən “MilliÖn” ödəmə terminalı vasitəsilə onun kart hesabına göndərdiyi 1.200 manat pulu və 2021-ci ilin yanvar ayının sonlarında ünvan 2 ünvanda yerləşən “MilliÖn” ödəmə terminalı vasitəsilə kart hesabına göndərdiyi 800 manat pulu əldə etmiş, lakin sonradan tutulduğu üçün işi görə bilməmişdir; Zərərçəkmiş şəxs34 Şəhniyar oğluna Türkiyə Respublikasında gəmidə işə düzəldəcəyinə dair vədlər verərək 2020-ci ilin sentyabr ayından 2021-ci ilin fevral ayınadək olan müddətdə hissə-hissə olmaqla ümumilikdə ondan 4.330 manat pulu “AF Mall” biznes mərkəzindəki ofisində almış, lakin işi tam həll edə bilməmiş, sonradan 1.200 manat pulunu qaytarsa da, qalan hissəsini geri qaytarmamışdır; İnternetdə yerləşdirdiyi elanla bağlı Zərərçəkmiş şəxs27 adlı şəxslə tanış olmuş, sonuncu gəmidə işlə təmin olunmasında köməklik etməsini ondan xahiş etmiş, o da kömək edəcəyinə dair söz vermişdir. Bununla əlaqədar Zərərçəkmiş şəxs27lə 2021-ci ilin fevral ayının 9-da “AF Mall” biznes mərkəzindəki ofisində görüşmüşdür. Aralarında əldə edilmiş sövdələşməyə əsasən o, onu Türkiyə Respublikasında hər-hansısa bir şirkətdə aylıq maaşı 1.100 ABŞ dolları olan gəmidə işə göndərəcəyini vəd etmiş, bunun müqabilində 700 ABŞ dolları pul alacağını bildirmişdir. Həmin gün Nihad ona bu pulu vermiş, o da üzərində şəxsiyyət vəsiqəsinin sürəti, möhürü və imzası olan sənədi təqdim etmiş, lakin sonuncunu Türkiyə Respublikasında şirkətdə işlə təmin edə bilməmiş və verilmiş pulu da xərcləmişdir; X9 Türkiyə Respublikasında olan şirkətlərdən birində gəmidə motorist köməkçisi vəzifəsində işə düzəldəcəyinə dair vəd verərək 27 fevral 2021-ci il tarixdə “AF Mall” ticarət mərkəzindəki ofisində ondan 600 ABŞ dolları pul almış, lakin sonra tutulduğu üçün vədinə əməl edə bilməmişdir; 2021-ci ilin mart ayında İlqar İsayev adlı şəxs “tap.az” saytında gördüyü elan ilə bağlı onunla əlaqə saxlamış, ona qardaşı Zərərçəkmiş şəxs22 gəmiçilik kurslarına qatılmaq istədiyini, lakin qardaşı həmin dövrdə Türkiyə Respublikasında olduğundan 2021-ci ilin mart ayında təkrar onunla əlaqə saxlayacağını bildirmişdir. O isə ona cavab olaraq qardaşı Seyranın mart ayında 3 ay kurs keçməli olacağını və 3 aydan sonra işə başlaya biləcəyini demişdir. 2021-ci ilin mart 23-də Zərərçəkmiş şəxs22 onunla əlaqə saxlamış və “AF Mall” ticarət mərkəzində yerləşən ofisinə yaxınlaşaraq gəmiçilik kurslarına qatılmaq üçün ona 3.450 manat pul vermişdir. O da Zərərçəkmiş şəxs22 qardaşının orta məktəbdə oxuması barədə sənədin təqdim edilməsini xahiş etmiş, bu sənədin təqdim olunmayacağı təqdirdə kurslarda iştirakının mümkünsüz olduğunu izah etmişdir. Seyran isə əvəzində ona həmin şəhadətnaməni təqdim edəcəyini söz versə də, təxminən 1 ay 10 gün keçdikdən sonra şəhadətnaməni tapa bilmədiyini ona bildirmişdir. O isə cavabında şəhadətnamə olmadan işinin alınmayacağını demiş, Seyran da ödədiyi pulu ondan geri istəmiş, o isə pulu artıq şirkətin hesabına keçirdiyini və hal-hazırda həmin məbləği verə bilməyəcəyini izah etmişdir. xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs22 1.500 manat ödəmiş, lakin sonradan tutulduğu üçün 1.950 manat pulu geri qaytara bilməmişdir; 2021-ci ilin mart ayında Ruslan Baxşəliyev və Zərərçəkmiş şəxs19 istifadəsində olan ***-***-**-** nömrə ilə əlaqə saxlayaraq gəmidə işə düzəlmək istədiklərini ona demiş, o da sonunculara iş üçün ilkin ödəniləcək məbləğin 600 ABŞ dolları olduğunu bildirərək onları “AF Mall” ticarət mərkəzindəki ofisinə dəvət etmişdir. xx.xx.2021-ci il tarixdə bu şəxslərin hər ikisi ofisə gələrək ayrı-ayrılıqda onları Türkiyə Respublikasında matros işinə düzəltməsi üçün ona 1.020 manat pul vermiş, o da bu pulu alaraq onların hər birinə öz şəxsiyyyət vəsiqəsinin kserosurətini çıxarıb üzərində pulun alması ilə bağlı qeyd aparıb, imza edib onlara təqdim etmişdir. İşi görmək istəsə də, tutulduğu üçün bu baş verə bilməmişdir; Zərərçəkmiş şəxs25 istifadəsində olan ***-***-**-** nömrə ilə onunla əlaqə saxlayaraq ona Türkiyə Respublikasında gəmiçilik sahəsində işə düzəlmək istədiyini bildirmiş və bunula əlaqədar onunla görüşmək istədiyini demişdir. O isə bu məsələni müzakirə etmək üçün sonuncunu “AF Mall” ticarət mərkəzindəki ofisinə dəvət etmişdir. xx.xx.2021-ci il tarixdə səhər saatlarında ofisdə Zərərçəkmiş şəxs25 ilə görüşmüş və Türkiyə Respublikasında gəmiçilik şirkətində motorist tələb olunduğunu, bu iş üçün 1.300 ABŞ dolları verməli olunduğunu, həmin məbləğin 700 dollar pulunun əvvəlcədən verilməli olduğunu, qalan 600 dolların isə işə düzələndə ilk əmək haqqından tutulacağını ona bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs25 700 dollar pulu ona vermiş və şəxsiyyyət vəsiqəsinin ksero surətini çıxarıb ondan pulu almasına dair üzərində qeydiyyat aparıb, imza edib özünə həmin sənədi təqdim etmişdir. Lakin bugünə qədər Zərərçəkmiş şəxs25 nə işə düzəltmiş, nə də ondan bunun üçün aldığı pulu geri qaytarmışdır; Zərərçəkmiş şəxs26 “Ulu Şirvan” dənizçilik məktəbinə təhsil almasına köməklik göstərəcəyinə dair vəd verərək 05 aprel 2021-ci il tarixdə “AF Mall” ticarət mərkəzindəki ofisində ondan 2.000 manat pul almış, lakin işi görə bilməyib pulu geri qaytarmamışdır; “tap.az” saytında yerləşdirdiyi işə düzəltmə elanla bağlı Zərərçəkmiş şəxs35 Vaqif oğlu və Zərərçəkmiş şəxs12 ona zəng etmiş və işə düzəlməsi ilə bağlı müraciət etmişlər. O da onları “AF Mall” biznes mərkəzindəki ofisinə dəvət etmiş, 2021-ci ilin aprel ayının 6-da bu şəxslər ofisə gəldikdə əvvəlcə onları "xxxx" gəmiçilik kurslarında təhsil almağa göndərəcəyini və bunun müqabilində hər birindən 2.000 manat pul alacağını demişdir. Zərərçəkmiş şəxs35 və Zərərçəkmiş şəxs12 onun təklifi ilə razılaşmış və elə həmin günü ona hər biri 2.000 manat pul vermişdir. O da öz növbəsində pulu alması barədə onlara qəbz vermişdir. Lakin sonradan işi düzəldə bilməmiş, ehtiyacı olduğu üçün aldığı pulu xərcləmişdir; İnternetdə yerləşdirdiyi elanla bağlı 2021-ci ilin əvvəllərində Zərərçəkmiş şəxs20 istifadəsində olan ***-***-**-** saylı GSM mobil nömrə ilə əlaqə saxlamış və internetdə yerləşdirdiyi elanla bağlı maraqlanmışdır. O da Zərərçəkmiş şəxs20 ofisinə dəvət etmiş, sonuncu ondan Türkiyə Respublikasında gəmiçilik şirkətində işlə təmin etməyini xahiş etmiş, o da onu işlə təmin edəcəyinə söz vermişdir. Aralarında razılaşma olduğu üçün Zərərçəkmiş şəxs20 “AF Mall” biznes mərkəzindəki ofisinə dəvət etmiş, görəcəyi işin müqabilində sonuncudan 4.000 manat pul alacağını bildirmişdir. Zərərçəkmiş şəxs20 təkliflə razı olduğu üçün xx.xx.2021-ci il tarixdə yenidən ofisə gəlmiş və ona 2.200 manat pul vermişdir. Lakin o, onu gəmi şirkətinə göndərə bilməmiş və verilmiş pulu da xərcləmiş, yalnız aldığı pulun 500 manatını sonradan Elşənə qaytarmışdır; Zərərçəkmiş şəxs28 Türkiyə Respublikasında gəmidə işə düzəldəcəyinə dair vədlər verərək xx.xx.2021-ci il tarixdə “AF Mall” biznes mərkəzindəki ofisində sonuncudan 600 ABŞ dolları almış, lakin sonradan işi görə bilməmiş, aldığı pulu isə geri ödəmişdir; İnternetdə yerləşdirdiyi elanla bağlı 2021-ci ilin əvvəllərində X15 onunla əlaqə saxlamış və işlə bağlı maraqlanmış, Türkiyə Respublikasında gəmidə elektrik vəzifəsində işlə təmin olunmasında ondan köməklik etməyini xahiş etmişdir. O da onu ofisinə dəvət etmiş. Zərərçəkmiş şəxs10 2021-ci ilin aprel ayının 15-də ofisə gəlmiş, aralarında olan razılığa əsasən ona görəcəyi işin müqabilində 700 ABŞ dolları pul vermişdir. Lakin Türkiyə Respublikasında şirkətdə onu işlə təmin edə bilməmişdir; İnternetdə yerləşdirdiyi elanla bağlı Nazim Baxşalıyev adlı şəxslə tanış olmuş, sonuncu ondan gəmidə işlə təmin olunmasında köməklik etməyini xahiş etmiş, o da işə düzəldəcəyinə söz vermişdir. Bununla əlaqədar N.Baxşalıyevlə 2021ci ilin aprel ayının ortalarında “AF Mall” biznes mərkəzindəki ofisində görüşmüş, aralarında əldə edilmiş sövdələşməyə əsasən sonuncunu Türkiyə Respublikasında hər-hansı bir şirkətdə gəmidə işə göndərəcəyini vəd etmiş, bunun müqabilində 1.200 ABŞ dolları istəmiş, lakin Nazim ona 700 dollar pul vermişdir. O bu işin alınması üçün müvafiq hərəkətlər etsə də, sonradan tutulduğu üçün məsələni həll edə bilməmiş, pulu da qaytarmamışdır; Zərərçəkmiş şəxs31 “Blue Caspian” şirkətində gəmidə matros vəzifəsində işə düzəldəcəyinə dair vədlər verərək 2020-ci ilin aprel ayının 20-də “AF Mall” biznes mərkəzindəki ofisində 6.500 manat pulu ondan almış, lakin vədinə əməl edə bilməmiş, həmin puldan isə yalnız 500 manat qaytarmışdır; Zərərçəkmiş şəxs24 ona zəng edərək işə düzəlmək istədiyini demiş, o da sonuncuya onları əvvəlcə “Az Pilot” dənizçilik kurslarında təhsil almaq üçün kursa göndərəcəyini və bunun müqabilində 1.100 manat pul alacağını bildirmiş və onu “AF Mall” biznes mərkəzindəki ofisinə dəvət etmişdir. Zərərçəkmiş şəxs24 xx.xx.2021-ci il tarixdə ofisə gələrək onunla görüşmüş və aralarında olan razılıq əsasında övladlarını “Az Pilot” dənizçilik kurslarında təhsil almaq üçün kursa göndərməsi müqabilində ona 1.100 manat pul vermişdir. Lakin sonra həbs edildiyi üçün məsələni həll edə bilməmişdir; İnternetdə yerləşdirdiyi elanla bağlı Zərərçəkmiş şəxs13 adlı şəxslə tanış olmuş, sonuncu ondan oğlu Gəncəlini gəmiçilik şirkətində işlə təmin olunmasında köməklik göstərməsini xahiş etmiş, o da buna söz vermişdir. Bununla bağlı Zərərçəkmiş şəxs13la 26 aprel 2021-ci il tarixdə “AF Mall” biznes mərkəzindəki ofisində görüşmüş və sonuncuya oğlunun əvvəlcə "xxxx" MMC adlı tədris mərkəzində təhsil alacağını, 6 ay sonra isə Türkiyə Respublikasında hər-hansı bir şirkətdə gəmidə işə göndəriləcəyini vəd etmişdir. Bunun müqabilində ondan 4.000 manat pul alacağını bildirmişdir. Lakin 2021-ci ilin aprel ayında yenidən Natiqlə ofisdə oğlunun işi ilə bağlı görüşdükdə sonuncu ona 2.450 manat pul vermiş. Lakin sonra həbs edildiyi üçün məsələni həll edə bilməmişdir; Zərərçəkmiş şəxs30 Türkiyə Respublikasında gəmidə işə düzəldəcəyinə dair vədlər verərək 2021-ci ilin mayın 05-də “AF Mall” biznes mərkəzindəki ofisində ondan 1.700 manat pul almış, lakin sonra həbs edildiyi üçün məsələni həll edə bilməmişdir; İnternetdə yerləşdirdiyi elanla bağlı 2021-ci ilin aprel ayında Mirqiyas İbrahimov adlı şəxslə tanış olmuş, sonuncu ondan Türkiyə Respublikasında gəmidə işlə təmin olunmasında köməklik etməsini xahiş etmiş, o da onu işə düzəldəcəyinə söz vermişdir. Bununla əlaqədar M.İbrahimovla 2021-ci ilin aprel ayında “AF Mall” biznes mərkəzindəki ofisində görüşmüş, aralarında əldə edilmiş sövdələşməyə əsasən o, onu əvvəlcə "xxxx" tədris mərkəzində təhsil almasında köməklik edəcəyinə və təhsilini başa vurduqdan sonra Türkiyə Respublikasında fəaliyyət göstərən gəmi şirkətində matros vəzifəsinə düzəldəcəyinə söz vermiş, bunun müqabilində 4.000 manat pul alacağını bildirərək ilkin ödəniş kimi 2.500 manat pulu qabaqcadan istəmişdir. Mirqiyas bununla razı olduğu üçün 2021-ci ilin may ayının 5-də onunla yenidən ofisdə görüşüb ona 2.500 manat pulu vermişdir. Lakin sonradan həbs edildiyi üçün sözünə əməl edə bilməmişdir; “lalafo.az” saytında yerləşdirdiyi işə düzəltmə elanı ilə bağlı Zərərçəkmiş şəxs32 ona zəng etmiş və Türkiyə Respublikasında gəmiçilik şirkətində işə düzəlməsi ilə bağlı ona müraciət etmişdir. O da onu “AF Mall” biznes mərkəzindəki ofisinə dəvət etmiş, Zərərçəkmiş şəxs32 2021-ci ilin iyun ayının 17 həmin ofisə gəldikdə sonuncu ilə söhbət etmiş və Turkiyədə yerləşən gəmiçilik şirkətlərinin birində sürücü vəzifəsində işə düzəldəcəyinə söz verərək görəcəyi işin müqabilində 500 ABŞ dolları alacağını demişdir. Təbriz də bununla razılaşıb həmin vaxtı ona bu pulu vermiş, lakin həbs edildiyi üçün bu vədinə əməl edə bilməmişdir; “tap.az” saytında yerləşdirdiyi elanla bağlı Zərərçəkmiş şəxs23 ona zəng edib iki uşağını Türkiyə Respublikasında gəmiçilik şirkətində işlə təmin edilməsi üçün köməklik göstərməsini xahiş etmiş, o da bunu həll edə biləcəyini bildirərək ondan 1.600 ABŞ dolları pul istəmişdir. Rahib onun təklifi ilə razı olub xx.xx.2021-ci il tarixdə “AF Mall” biznes mərkəzindəki ofisinə gəlib həmin pulu ona vermiş, o da ona 2021-ci ilin may ayının sonunadək məsələni həll edəcəyinə söz versə də, işi həll edə bilməmiş, sonra da tutulmuşdur; İnternetdə yerləşdirdiyi elanla bağlı Zərərçəkmiş şəxs14 adlı şəxslə tanış olmuş, sonuncu ondan gəmiçilik şirkətində işlə təmin olunmasında köməklik etməyini xahiş etmiş, o da sonuncunu işə düzəldəcəyinə söz vermişdir. Bununla bağlı Zərərçəkmiş şəxs14lə 2021-ci iliniyun ayında tarixdə “AF Mall” biznes mərkəzindəki ofisində görüşmüş və sonuncuya əvvəlcə "xxxx" MMC adlı tədris mərkəzində təhsil alacağını, 6 ay sonra isə Türkiyə Respublikasında bir şirkətdə gəmidə işə göndəriləcəyini vəd etmiş, bunun müqabilində 4.000 manat pul istəmiş və ödənişin yarısını əvvəlcədən, qalan yarısını isə işə çıxdıqdan sonra alacağını demişdir. Cahangir bununla razılaşmış iyun ayının 29 yenidən ofisə gəlib ona 2.000 manat pul vermişdir. 20 iyulda isə həbs olunduğu üçün o bu işi görə bilməmişdir; İnternetdə yerləşdirdiyi elanla bağlı 2021-ci ilin iyun ayında Zərərçəkmiş şəxs15 adlı şəxslə tanış olmuş, sonuncu ondan gəmiçilik şirkətində işlə təmin olunmasında köməklik etməyi xahiş etmiş, o da onu işə düzəldəcəyinə söz vermişdir. Bununla bağlı Zərərçəkmiş şəxs15la 2021-ci ilin iyun ayında “AF Mall” biznes mərkəzindəki ofisində görüşmüş və sonuncunu Türkiyə Respublikasında şirkətdə gəmidə işə göndərəcəyini vəd etmiş, bunun müqabilində 4.500 manat pul alacağını bildirmişdir. Tacir razı olduğu üçün 28 iyunda yenidən onunla ofisdə görüşüb əvvəlcə 500 manat, daha sonra 06 iyulda 4.000 manat pulu ona vermişdir. O bu işi görmək istəsə də, həbs edildiyi üçün bunu edə bilməmişdir; İnternetdə yerləşdirdiyi elanla bağlı 2021-ci ilin əvvəllərində Zərərçəkmiş şəxs18 ilə tanış olub onu ofisinə dəvət etmiş, sonuncu da xx.xx.2021-ci il tarixdə ora gəlmişdir. O, ona "xxxx" tədris mərkəzində təhsil almasında köməklik edəcəyinə dair yalan vəd verib ondan 1.600 manat pulu, 2021-ci ilin iyun ayının ortalarında sertifikat rüsumlarını almaq üçün növbə tutmaq adı ilə Zərərçəkmiş şəxs18 Şabran rayonundan onlayn pul köçürmə vasitəsi ilə onun kart hesabına göndərdiyi 300 manat pulu və 08 iyul 2021-ci il tarixdə tibbi arayışın alınaraq "xxxx" tədris mərkəzinə təqdim edilməsi üçün Zərərçəkmiş şəxs18 tərəfindən metronun “28 May” stansiyasında quraşdırılmış “MillliÖn” ödəmə terminalı vasitəsilə onun kart hesabına göndərilmiş 50 manat pulu, ümumilikdə 1.950 manat məbləğində pulu almış, bu işi də həbs olunduğu üçün görə bilməmişdir; İnternetdə yerləşdirdiyi elanla bağlı 2021-ci ilin əvvəllərində Zərərçəkmiş şəxs29 onunla əlaqə saxlamış və qohumu X21 gəmiçilik kurslarında təhsil almasına köməklik göstərilməsini xahiş etmişdir. O da bunun həlli üçün ondan 3.000 manat pul istəmiş, Zərərçəkmiş şəxs29 da xx.xx.2021-ci il tarixdə “AF Mall” biznes mərkəzindəki ofisinə gəlib ona ilkin olaraq 1.000 manat pul vermişdir. Lakin 20 iyulda tutulduğu üçün bu işi görə bilməmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2019-cu ilin noyabr ayında sosial şəbəkələrdə özünə iş axtaran zaman “tap.az” saytında elan görmüşdür. Həmin elanda Türkiyə Respublikasında gəmiyə işçi tələb olunduğu göstərilmişdir. O, elanda göstərilən mobil nömrə ilə əlaqə saxladıqda özünü Təqsirləndirilən şəxs kimi təqdim edən xanımla tanış olmuş və sonuncu onu Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “AF Mall” biznes mərkəzindəki ofisinə dəvət etmişdir. O, xx.xx.2019-cu il tarixdə, saat 11 radələrində bu ofisə gəlmiş, orada iş barədə danışdıqda Ülviyyə ona Türkiyə Respublikasında gəmiçilik şirkətinə xadimə tələb edildiyini və bunun üçün 3.000 manat pul lazım olduğunu bildirmiş, həmçinin demişdir ki, əmək haqqı 600 manat civarında olacaq. O da razılaşdığı üçün həmin vaxtı pulu ona vermiş, Ülviyyə isə ona qısa müddətə işlə təmin olunacağına söz vermişdir. Lakin sonradan Ülviyyə müxtəlif bəhanələr gətirməyə başlamış, verdiyi vədinə əməl etməmiş, hər dəfə müxtəlif yalanlar danışaraq onunla görüşməkdən boyun qaçırmağa başlamışdır. Sonradan artıq Təqsirləndirilən şəxs ondan başqa digər şəxsləri də aldatdığı barədə məlumat aldığı üçün polisə müraciət etmişdir. Dəymiş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2019-cu ilin yay aylarında Bakı şəhərində metronun “28 May” stansiyasının yaxınlığında yerləşən Dəmiryol vağzalının inzibati binasının birinci mərtəbəsində yerləşən, xadimə işlədiyi “KFC” restoranında işdə olarkən ora mütəmadi müştəri kimi gələn Təqsirləndirilən şəxs adlı qadınla tanış olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin restorana gəldikdə orada yanına gəlmiş şəxsləri işə düzəltmək üçün söhbətlər apardığını bildirmiş, o da bu söhbətləri eşitmişdir. Həmin ərəfədə onun Təqsirləndirilən şəxs ilə münasibəti yaranmış və sonuncunun bir neçə şəxsi işə düzəltməsi üçün işlər gördüyünü görüb həqiqətən iş adamı olduğuna inanmışdır. Həmin söhbətlərdən belə məlum olmuşdur ki, Ülviyyə yanına gələn şəxsləri Türkiyə Respublikasında gəmi şirkətinə işə düzəlməklə məşğuldur. X13 həmin ərəfədə işsiz olduğu üçün o, ona bununla bağlı müraciət etmişdir. Təqsirləndirilən şəxs da ona köməklik edəcəyinə söz vermiş və bunun xərcinin 3.000 manat olduğunu bildirmişdir. 25 noyabr 2019-cu il tarixdə iş yerində olarkən Ülviyyə yenidən işlədiyi restorana gəlmiş və onunla oğlunun işi ilə bağlı söhbət etdikdən sonra özündə olan 3.000 manat pulu orada Təqsirləndirilən şəxs vermişdir. Həmin ərəfədə oğlu Sadiq fəhlə işlədiyi üçün Ülviyyə onu əvvəlcə kursa gedib sertifikat alınmasında köməklik edəcəyini demiş və Sadiqin 2020-ci ilin yanvar ayına işə çıxacağını söyləmişdir. Pulu verdikdən sonra hər gün Ülviyyə ilə əlaqə saxlayıb oğlunun işi ilə bağlı maraqlanmış, sonuncu da kurs məsələsini ortaya atıb tez bir müddətdə sertifikat alıb oğlunu Türkiyə Respublikasına yola salacağını vəd etmişdir. Lakin 2020-ci ilin mart ayında karantin vəziyyəti elan olunduğu üçün Ülviyyə məsələnin uzandığını demişdir. Yay aylarında isə Ülviyyənin işi düzəltmədiyini görüb ondan verdiyi pulu geri tələb etməyə başlamışdır. Ülviyyə isə ona bu pulu verdiyi şəxsdən alıb geri qaytaracağını bildirsə də, buna ənəl etməmiş. bundan sonra Təqsirləndirilən şəxs onun kimi bir neçə şəxsi də aldatdığını bilib polisə müraciət etmişdir. Vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, iş elanı ilə bağlı baldızı Zərərçəkmiş şəxs3 verdiyi telefon nömrəsi ilə əlaqə saxlayarkən özünü Xədicə kimi təqdim qadın məsələnin müzakirəsi üçün onu “Caspian Plaza” ticarət mərkəzində olan ofisinə dəvət etmişdir. O da 20 avqust 2020-ci il tarixdə bu ofisə gələrək həmin qadınla görüşüb oğlu Ruslan Allahverdiyevə iş axtardığını bildirmiş, sonuncu da özünü Türkiyə Respublikasında fəaliyyət göstərən gəmi şirkəti ilə müqavilə əsnasında işləyən şəxs kimi təqdim edərək oğlunu Türkiyə Respublikasında gəmiçilik şirkətlərinin birində işlə təmin edə biləcəyini deyib ondan 2.000 manat pul istəmiş, eyni zamanda oğlunun ilk öncə "xxxx" adlı gəmiçilik kurslarında təhsil almasının vacibliyini vurğulamışdır. O da həmin vaxtı bu qadına 2.000 manat pul vermiş, sonuncu da bununla bağlı əlyazma yazaraq ona sənəd təqdim etmişdir. Daha sonra baldızı Zərərçəkmiş şəxs3 2021-ci ilin fevral ayının 15-də “AF Mall” ticarət mərkəzində olan ofisdə Xədicə adlı qadınla görüşüb oğlunun gəmiçilik kurslarında təhsil alması və təhsil aldıqdan sonra Türkiyə Respublikasında gəmiçilik şirkətlərinin birində matros vəzifəsində işlə təmin olunması üçün əlavə olaraq özünə məxsus 1.300 manat pulu ona vermişdir. Ruslan kurslarda təhsil alsa da, onu bitirdikdən sonra işlə təmin olunmamışdır. Dəymiş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 ifadəsində bildirdi ki, internetdə “tap.az” saytında yerləşdirilmiş işə düzəltmə elanlarının birindən Ülviyyə adlı qadının nömrəsini görüb onunla əlaqə saxlamış, sonuncu da onu “Caspian Plaza” ticarət mərkəzindəki ofisinə dəvət etmişdir. O, da 24 avqust 2020-ci il tarixdə həmin ofisə gəlmiş, aralarında əldə edilmiş sövdələşməyə əsasən Ülviyyə onu Türkiyə Respublikasında yerləşən gəmiçilik şirkətində motorist vəzifəsinə işə düzəldəcəyini vəd etmiş, bunun müqabilində ondan 1.140 manat pul almış, bununla bağlı müvafiq sənəd vermişdir. Lakin sonradan Təqsirləndirilən şəxs onun işini həll etməmiş, müxtəlif bəhanələr gətirərək verdiyi vədə əməl etməyərək onu aldatmışdır. Aldatdığını başa düşdükdən sonra pulunun qaytarılmasını tələb etməyə başlasa da, Təqsirləndirilən şəxs pulu qaytarmamışdır. Ondan şikayətçidir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, sosial şəbəkələrdə Ülviyyə adlı qadının işə düzəltmə elanını görüb həmin elanda yerləşdirilən telefon nömrəsi üzrə ona mesaj yazmış, mesajdan sonra Təqsirləndirilən şəxs “AF Mall” ticarət mərkəzində yerləşən ofisinə dəvət etmişdir. 2020-ci ilin sentyabr ayının 19-u dostu Şahid2 ilə birlikdə həmin ofisə gəlib Ülviyyə adlı qadınla görüşmüş, sonuncu özünü Türkiyə Respublikasında fəaliyyət göstərən gəmi şirkəti ilə müqavilə əsasında işləyən şəxs kimi təqdim etmiş və söhbət əsnasında onu Türkiyə Respublikasında yerləşən gəmiçilik şirkətində işə düzəldəcəyini vəd etmişdir. Bunun müqabilində Təqsirləndirilən şəxs ondan həmin gün 850 manat pul almış və üzərində şəxsiyyət vəsiqəsinin sürəti, möhürü və imzası olan sənədi təqdim etmişdir. Lakin bir müddət sonra Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək verdiyi vədə əməl etməyərək onu aldatmışdır. Aldadıldığını başa düşdükdə verdiyi pulları qaytarmağını tələb etmiş, lakin Təqsirləndirilən şəxs aldığı 850 manat pulu geri qaytarmamışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 ifadəsində göstərdi ki, sosial şəbəkədə yerləşdirilmiş işə düzəltmə elanlarının birindən Ülviyyə adlı qadının nömrəsini tapmış, həmin qadınla əlaqə saxladıqdan sonra sonuncu onu “Caspian Plaza” ticarət mərkəzindəki ofisinə dəvət etmişdir. O, 2020-ci ilin oktyabr ayında həmin ofisə gəldikdə aralarında əldə edilmiş sövdələşməyə əsasən Ülviyyə onu Türkiyə Respublikasında yerləşən gəmiçilik şirkətində motorist vəzifəsində işə düzəldəcəyini vəd etmiş və onu işlə təmin edəcəyini bildirib ondan 940 manat pul almışdır. Lakin sonradan vədinə əməl etməyərək onu aldatmış, pulunu da qaytarmamışdır. Ondan şikayətçidir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 Riyazəddin qızı ifadəsində göstərdi ki, əvvəllər tanıdığı Xədicə adlı qadınla əlaqə saxlayıb oğlu Şahid4 Türkiyə Respublikasında gəmidə elektrik vəzifəsində işlə təmin olunması ilə bağlı onunla Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “AF Mall” ticarət mərkəzində yerləşən ofisində görüşmüşdür. 2021-ci ilin yanvar ayının 14-də oğlu Şahid4 ilə həmin ofisə gəldikdə Xədicə adlı qadınla aralarında əldə edilmiş sövdələşməyə əsasən oğlunu Türkiyə Respublikasında hər-hansısa bir şirkətdə gəmidə işə düzəltməli idi. Bunun müqabilində Xədicə həmin gün ondan ümumilikdə 800 ABŞ dolları, yəni 1.360 manat pul almışdır. Sonradan bu qadının Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Sonradan Təqsirləndirilən şəxs verdiyi vədə əməl etməyərək onu onu aldatmış, pulu da qaytarmamışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs11 ifadəsində göstərdi ki, əvvəllər gəmidə motorçu kimi fəaliyyət göstərmiş, sonradan müqavilənin müddəti bitdiyi üçün özünə iş axtarırdı. Bu zaman Ülviyyə adlı qadının işə düzəltməsi ilə bağlı məlumat almışdır. Buna görə də 2020-ci ilin dekabr ayının əvvəllərində Ülviyyə adlı qadınla telefon əlaqəsi saxlamış və sənəti ilə bağlı gəmidə iş olub-olmaması ilə bağlı maraqlanmışdır. Ülviyyə də özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib əvvəlcə xarici gəmidə iş olmadığını demiş, təxminən bir həftə sonra sonuncu ona zəng edib Xəzər dənizində olan gəmilərdə iş olduğunu bildirmiş, bunun üçün ondan 2.000 manat pul istəmişdir. Söhbət zamanı Ülviyyənin Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “AF Mall” biznes mərkəzində ofisinin olduğunu bilmiş, bundan sonra aralarında razılaşma olduğu üçün Xaçmaz rayonunda “MilliÖn” ödəmə terminalından 22 dekabr 2020-ci il tarixdə 1.200 manat, 2021-ci ilin yanvar ayının axırında isə ünvan 2 ünvanda yerləşən “MilliÖn” ödəmə terminalı vasitəsilə onun kart hesabına 800 manat pulu göndərmişdir. Ülviyyənin vədinə görə 2021-ci ilin iyun ayının əvvəllərində o, işlə təmin olunmalı imiş. Lakin 2021-ci ilin iyun ayının axırında əlaqə saxladıqda Ülviyyənin onu aldatdığını başa düşmüşdür. Dəymiş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs27 ifadəsində göstərdi ki, sosial şəbəkədə iş elanları ilə maraqlandıqda Ülviyyə adlı qadının işə düzəltməsi ilə bağlı məlumat almış, 2021-ci ilin fevral ayının əvvəllərində Ülviyyə ilə telefon əlaqəsi saxlamış və ondan iş olub-olmaması ilə bağlı maraqlanmışdır. Həmin qadın onu Türkiyə Respublikasında gəmiçilik şirkətində işlə təmin edəcəyinə söz vermiş və 1.100 ABŞ dolları əmək haqqı alacağını demişdir. O da təkliflə razı olmuş və xx.xx.2021-ci il tarixdə Ülviyyənin Bakı şəhəri, Nəsimi rayonunda “AF Mall” biznes mərkəzində yerləşən ofisinə gəlib orada işə düzəlmək üçün ona 700 ABŞ dolları, yəni 1.190 manat pul vermişdir. Bir müddət sonra Ülviyyə bir neçə dəfə telefonla əlaqə saxladıqda, sonuncu ona pandemiyanı bəhanə gətirib işin düzəlməsində ləngimələr olduğunu bildirmiş, lakin sonradan dəfələrlə eyni bəhanələr gətirdikdə artıq aldadıldığını başa düşmüş və polisə müraciət etmişdir. Dəymiş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, sosial şəbəkələrdə işə düzəltmə elanlarının birindən Xədicə adlı qadının nömrəsini tapmış, sonra onun nömrəsini bacısının yoldaşı olan Zərərçəkmiş şəxs6 vermişdir. Zərərçəkmiş şəxs6 bu qadınla görüşüb oğlu Ruslanın Türkiyə Respublikasında gəmiçilik şirkətlərinin birində işlə təmin olunması üçün ona 2.000 manat pul vermişdir. Sonra o özü 2021-ci ilin fevral ayının 15-də Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “AF Mall” ticarət mərkəzində olan ofisdə Xədicə adlı qadınla görüşüb bacısı oğlu Ruslanın "xxxx" adlı gəmiçilik kurslarında təhsil alması və bundan sonra Türkiyə Respublikasında gəmiçilik şirkətlərinin birində işlə təmin olunması üçün 1.300 manat pul vermişdir. Bacısı oğlu R.Allahverdiyev kursda təhsil alsa da, onu sonra Türkiyə Respublikasında işlə təmin olunmamışdır. Vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs19 ifadəsində göstərdi ki, 2021-ci ilin mart ayında həmkəndlisi Zərərçəkmiş şəxs21 sosial şəbəkədə elan vermiş Təqsirləndirilən şəxs iş elanı ilə onu tanış etmişdir. Elanda Türkiyə Respublikasında gəmiyə matros tələb olunduğu bildirilmişdir. O da Təqsirləndirilən şəxs mesaj yazmış və sonuncu onu Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “AF Mall” biznes mərkəzində yerləşən ofisinə dəvət etmişdir. O da Zərərçəkmiş şəxs21lə birlikdə xx.xx.2021-ci il tarixdə, saat 19 radələrində Təqsirləndirilən şəxs ofisinə gəlmiş, orada söhbət zamanı sonuncu Türkiyə Respublikasında gəmiçilik şirkətinə matros tələb edildiyini və bu işin düzəlməsi üçün 1.200 ABŞ dolları pul tələb olunduğunu, işə düzəldikdən sonra isə aylıq 800 dollar civarında əmək haqqı alacağını bildirmişdir. Ülviyyə tələb olunan pulun 600 dollarını əvvəlcədən alacağını, qalan 600 dolların isə ilk əmək haqqından tutulacağını bildirmişdir. Onların da ikisi bununla razılaşmış və həmin vaxtı hərəsi ona 600 ABŞ dolları, yəni 1.020 manat pul vermişlər. Lakin həmin vaxtdan sonra Ülviyyə müxtəlif bəhanələr gətirib verdiyi vədinə əməl etməmiş, müxtəlif yalanlar danışaraq onlarla görüşməkdən yayınmağa başlamışdır. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə işlərinin düzələcəyini vəd etsə də, vədinə əməl etmədiyi üçün Təqsirləndirilən şəxs pulu tələb etməyə başlamış, lakin sonuncu yenə bəhanələr gətirərək onlarla görüşməkdən və pulu qaytarmaqdan boyun qaçırmışdır. Dəymiş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs25 ifadəsində göstərdi ki, işlə bağlı Ülviyyə adlı qadınla əlaqə saxlayarkən, sonuncu onu “AF Mall” ticarət mərkəzində yerləşən ofisinə dəvət etmişdir. O da 2021-ci ilin aprelin 01-də həmin ofisə gəlib Ülviyyə ilə görüşmüş, aralarında əldə edilmiş sövdələşməyə əsasən Ülviyyə onu Türkiyə Respublikasında yerləşən gəmiçilik şirkətində motorist vəzifəsində işə düzəldəcəyini vəd etmiş, bunun müqabilində ondan ümumilikdə 700 ABŞ dolları, yəni 1.190 manat pul almışdır. Təqsirləndirilən şəxs onu işə düzəldəcəyinə dair vəd versə də, buna əməl etməyərək müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Dəymiş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs26 ifadəsində göstərdi ki, sosial şəbəkələrdə yerləşdirilmiş iş elanlarının birindən Ülviyyə adlı qadının nömrəsini tapmış, əlaqə saxladıqda sonuncu onu Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “AF Mall” ticarət mərkəzindəki ofisinə dəvət etmişdir. 2021-ci ilin aprelin 05-də həmin ofisə gəldikdə aralarında əldə edilmiş sövdələşməyə əsasən Ülviyyə onu “Ulu Şirvan” dənizçilik məktəbində dənizçilik kurslarında təhsil almağa göndərəcəyini vəd etmiş, bunun müqabilində ondan 2.000 manat pul almışdır. Lakin, Təqsirləndirilən şəxs verdiyi vədinə əməl etməyərək onu aldatmış, pulunu geri qaytarmamışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs20 ifadəsində göstərdi ki, işsiz olduğu üçün sosial şəbəkədə iş elanları ilə maraqlandıqda təsadüfən bir elan görmüş və orada qeyd olunan mobil nömrəyə zəng etmişdir. Özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs onu Türkiyə Respublikasında gəmiçilik şirkətində işlə təmin edəcəyinə söz vermiş və onu Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən “AF Mall” biznes mərkəzinin 3-cü mərtəbəsində yerləşən ofisinə dəvət etmişdir. O da həmin ofisə getmiş, söhbət əsnasında Təqsirləndirilən şəxs görəcəyi işin müqabilində ondan 4.000 manat pul alacağını bildirmiş, o da bu təkliflə razı olmuşdur. xx.xx.2021-ci il tarixdə yenidən Təqsirləndirilən şəxs ofisinə gəlib orada 2.200 manat pulu ona vermişdir. Sonradan Ülviyyə ilə bir neçə dəfə telefonla əlaqə saxladıqda, sonuncu müxtəlif bəhanələr gətirib işini həll etməmiş, o da pulunu geri tələb etdikdə, yalnız 500 manat pul qaytarmışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs10 Ağahüseyn oğlu ifadəsində göstərdi ki, oğlu Ağahüseyn Xədicə adlı qadının telefon nömrəsini sosial şəbəkələrdən əldə etmiş, sonuncu ilə əlaqə saxlayıb Türkiyə Respublikasında gəmidə elektrik vəzifəsində işlə təmin olunması ilə bağlı Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “AF Mall” ticarət mərkəzində olan ofisində görüşmüşdür. Oğlu Zərərçəkmiş şəxs10 2021-ci ilin aprel ayının 15-də həmin ofisə gəldikdə Xədicə adlı qadınla aralarında əldə edilmiş sövdələşməyə əsasən Xədicə oğlunu Türkiyə Respublikasında hər hansısa bir şirkətdə gəmidə işə göndərəcəyini vəd etmiş, bunun müqabilində 2021-ci ilin aprel ayının 15-də oğlundan ona məxsus 700 ABŞ dolları, yəni 1.190 manat almışdır. Sonradan bu qadının Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Təqsirləndirilən şəxs oğlunu işə göndərəcəyinə dair vəd vermiş olsa da, müxtəlif bəhanələr gətirərək verdiyi vədə əməl etməyərək onları aldatmış və bu məqsədlə ona verilmiş pulu qaytarmamışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs31 ifadəsində göstərdi ki, sosial şəbəkələrdə yerləşdirilmiş iş elanlarının birindən Ülviyyə adlı qadının nömrəsini tapmış, əlaqə saxladıqda sonuncu onu Bakı şəhəri, Nəsimi rayonu ərazisində olan “AF Mall” ticarət mərkəzində yerləşən ofisinə dəvət etmişdir. O, 2021-ci ilin aprel ayında həmin ofisə gəldikdə aralarında əldə edilmiş sövdələşməyə əsasən Ülviyyə onu “Blue Caspian” gəmiçilik şirkətində matros vəzifəsində işə düzəldəcəyini vəd etmiş, bunun müqabilində ondan xx.xx.2021-ci il tarixdə ümumilikdə 6.500 manat pul almışdır. Lakin sonradan vədinə əməl etməmiş, aldığı puldan isə sadəcə 500 manat qaytarmışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs24 ifadəsində göstərdi ki, Neftçala şəhərində yaşayan tanışı Şahid1 vasitəsi ilə Xədicə adlı qadınla tanış olmuşdur. Şahid1 ona bildirmişdir ki, Xədicə dənizdə işləmək üçün kurslar təşkil edir, bundan sonra o, Yaqubdan Xədicə adlı qadının nömrəsini alaraq telefonla danışıb Bakı şəhərinə gəlmişdir. xx.xx.2021-ci il tarixdə sonuncunun dəvətinə əsasən Nəsimi rayonunda “AF Mall” ticarət mərkəzində yerləşən ofisinə getmiş, orada Xədicə adlı qadınla görüşmüş, sonuncu ona “Az Pilot” dənizçilik kurslarında təhsil almaq üçün onu kursa göndərəcəyini, kursu bitirdikdən sonra gəmiçi diplomu və dənizçi pasportu alacağını vəd etmiş və bunun müqabilində ondan 1.100 manat pul almışdır. O, həmin qadına pul verdikdə sonuncu əvvəlcə özünə məxsus şəxsiyyət vəsiqəsinin surətini çıxarıb kağızın üzərinə ondan 1.100 manat pul aldığını qeyd edib tarix yazıb imza etmiş, həmin sənəd surətinə VÖEN möhürünü vurmuş, sonra həmin sənəd surətini ona verərək özündə saxlamığını, əgər işi alınmazsa, həmin sənəd surətini gətirib verdiyi pulu geri almağını demişdir. O, şəxsiyyət vəsiqəsinin surətini aldıqda şəxsiyyət vəsiqəsinə Təqsirləndirilən şəxs yazıldığını görüb şübhələnərək niyə adını Xədicə dediyini soruşduqda, sonuncu ona bildirmişdir ki, özünü Xədicə kimi tanıdır və hamı onu bu adla tanıyır. Bundan sonra sonuncuya inanmış, sağollaşdıqda Təqsirləndirilən şəxs bildirmişdir ki, onu bir həftə ərzində kurs məşğələlərinə çağıracaqlar. O, bir həftə sonra sonuncuya zəng etdikdə yenidən on gün gözləməyini bildirmiş, hər dəfə zəng etdikdə müxtəlif bəhanələr gətirmişdir. Bundan sonra Ülviyyənin hərəkətlərindən şübhələnib pulunu geri istədikdə, o hər dəfə bəhanə gətirərək onun pulunu geri qaytarmamışdır. O, yenidən öz hesabına kursa yazılıb kursu bitirmiş, sonradan Təqsirləndirilən şəxs dələduzluq əməlinə görə həbs edildiyini eşitmişdir. Dəymiş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə zərər çəkmiş şəxs X12 ifadəsində göstərdi ki, “tap.az” saytında yerləşdirilmiş işə düzəltmə elanlarının birindən Xədicə adlı qadının nömrəsini tapmış, həmin qadınla əlaqə saxladıqdan sonra sonuncu onu Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “AF Mall” ticarət mərkəzində olan ofisinə dəvət etmişdir. O, 2021-ci ilin may ayının 5-də həmin ofisə gəldikdə aralarında əldə edilmiş sövdələşməyə əsasən Xədicə adlı qadın onu "xxxx" adlı gəmiçilik kurslarında təhsil almağa göndərəcəyini, təhsilini başa çatdırdıqdan sonra isə onu gəmidə motros vəsifəsində hər hansı bir gəmiçilik şirkətində işə düzəldəcəyini vəd etmişdir. Bunun müqabilində Xədicə ondan 2021-ci ilin may ayının 5-də ümumilikdə 2.500 manat pul alaraq bununla bağlı şəxsiyyət vəsiqəsinin sürəti, möhürü və imzası olan sənədi təqdim etmiş və həmin anda qadının adının Xədicə deyil, Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Təqsirləndirilən şəxs onu "xxxx" adlanan gəmiçilik kurslarında təhsil almağa göndərəcəyini və daha sonra onu işlə təmin edəcəyini vəd etmiş olsa da, müxtəlif bəhanələr gətirərək verdiyi vədə əməl etməyərək onu aldatmış, bunu başa düşdükdə verdiyi pulları qaytarmasını tələb etməyə başlasa da, pulu qaytarılmamışdır. Ondan şikayətçidir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs32 ifadəsində bildirdi ki, “lalafo.az” saytında yerləşdirilmiş işə düzəltmə elanlarının birindən Xədicə adlı qadının nömrəsini tapmış, həmin qadınla əlaqə saxladıqdan sonra sonuncu onu Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “AF Mall” ticarət mərkəzindəki ofisinə dəvət etmişdir. O, 2021-ci ilin iyun ayının 17-də həmin ofisə gəldikdə aralarında əldə edilmiş sövdələşməyə əsasən Xədicə adlı qadın onu Türkiyə Respublikasında yerləşən gəmiçilik şirkətlərinin birində sürücü vəzifəsində işə düzəldəcəyini vəd etmiş və buna görə ondan 500 ABŞ dolları, yəni 850 manat pul almışdır. Sonradan əsl adı Təqsirləndirilən şəxs kimi bildiyi şəxs onun işini həll etməmiş, pulunu da geri qaytarmamışdır. Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs15 ifadəsində göstərdi ki, sosial şəbəkələrdə Ülviyyə adlı qadının iş elanını görüb həmin elanda yerləşdirilən telefon nömrəsi ilə əlaqə saxlamış, sonuncu onu “AF Mall” ticarət mərkəzində yerləşən ofisinə dəvət etmişdir. 2021-ci ilin iyun ayının 28-i Ülviyyənin ofisinə gəlmiş və orada aralarında əldə edilmiş sövdələşməyə əsasən sonuncu onu ölkə daxilində yerləşən, adını çəkmədiyi bir gəmiçilik şirkətində çilingər vəzifəsində işə düzəldəcəyini vəd etmiş və bununla bağlı ondan 500 manat pul almışdır. Sonra iyul ayının 6-da həmin ofisdə Təqsirləndirilən şəxs ilə yenidən görüşüb ona əlavə olaraq 4.000 manat pul vermişdir. Bununla belə Təqsirləndirilən şəxs heç bir iş görməmiş, vədinə əməl etməyərək onu aldatmış və pulunu da geri qaytarmamışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs29 ifadəsində göstərdi ki, sosial şəbəkələrdə yerləşdirilmiş iş elanlarının birindən Xədicə adlı qadının nömrəsini əldə etmiş, həmin qadınla əlaqə saxladıqdan sonra sonuncu onu Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “AF Mall” ticarət mərkəzində olan ofisinə dəvət etmişdir. 2021ci ilin iyul ayının 17-də həmin ofisə gəldikdə Xədicə adlı qadınla aralarında əldə edilmiş sövdələşməyə əsasən qaynı X23 adını qeyd etmədiyi gəmiçilik kurslarında təhsil almağa göndərəcəyini vəd etmiş, bunun müqabilində sonuncu ondan həmin günü 1.000 manat pul almışdır. Sonradan Xədicə müxtəlif bəhanələr gətirərək verdiyi vədinə əməl etməyərək onu aldatmış, hazırkı günə qədər də pulunu qaytarmamışdır. Həbs edildikdən sonra onun əsl adının Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Ondan şikayətçidir. Məhkəmədə zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs13 ifadəsində göstərdi ki, qohumu vasitəsilə Xədicə adlı qadının telefon nömrəsini əldə edib onunla danışmış və oğlu Gəncəlini "xxxx" adlı gəmiçilik kurslarında təhsil almağa köməklik göstərilməsini xahiş etmişdir. Xədicə də onu Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “AF Mall” ticarət mərkəzindəki ofisinə dəvət etmişdir. 2021-ci ilin aprel ayının 26da həmin ofisə gəldikdə Xədicə bir daha bu işi həll edə biləcəyini deyib ondan 2.450 manat pul almışdır. Lakin, sonradan bu qadın oğlunu kursa göndərməmiş, pulu da geri qaytarmamışdır. Eyni zamanda onun Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Vurulmuş maddi ziyanın ödənilməsi barədə Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldırıb. Onun təmin edilməsini xahiş edir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışa əsasən zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs33 xx.xx.2021-ci il tarixdə, Zərərçəkmiş şəxs7 xx.xx.2022-ci il tarixdə, Zərərçəkmiş şəxs34 Şəhniyar oğlu xx.xx.2022-ci il tarixdə, X14 xx.xx.2022-ci il tarixdə, Zərərçəkmiş şəxs21 xx.xx.2022-ci il tarixdə, Zərərçəkmiş şəxs22 xx.xx.2021-ci il tarixdə, Zərərçəkmiş şəxs12 xx.xx.2021-ci il tarixdə, Zərərçəkmiş şəxs14 xx.xx.2022-ci il tarixdə, X10 xx.xx.2022-ci il tarixdə ölkə hüdudlarını tərk etmiş, eyni zamanda digər zərər çəkmiş şəxslər - Zərərçəkmiş şəxs35, Zərərçəkmiş şəxs28, Zərərçəkmiş şəxs30, Zərərçəkmiş şəxs18 Müşfiq oğlu və Zərərçəkmiş şəxs23 isə məhkəmədə məcburi iştirakları təmin edilməmişdir. Tərəflərin razılığı ilə qeyd olunanlarla əlaqədar məhkəmədə onların ibtidai istintaq zamanı vermiş olduğu ifadələri elan olunmuşdur. Zərərçəkmiş şəxs33 ifadəsində bildirir ki, sosial şəbəkədə Ülviyyə adlı qadının işə düzəltmə elanını görüb həmin elanda olan telefon nömrəsi ilə əlaqə saxlamış, Ülviyyə də onu “AF Mall” ticarət mərkəzində yerləşən ofisinə dəvət etmişdir. O da həmin yerə 25 sentyabr ayının 25-i gəlmiş və onunla aralarında olan sövdələşməyə əsasən o, onu Türkiyə Respublikasında yerləşən gəmiçilik şirkətində motorist vəzifəsinə düzəldəcəyinə vəd vermiş, bunun müqabilində ondan 900 manat pul almışdır. Lakin sonra Ülviyyə müxtəlif bəhanələr gətirərək verdiyi vədə əməl etməyərək onu aldatmış, aldığı pulu da qaytarmamışdır (cild İİ, i.v.40-43). Zərərçəkmiş şəxs7 ifadəsində qeyd edir ki, “tap.az” saytında yerləşdirilmiş işə düzəltmə elanlarının birindən Ülviyyə adlı qadının nömrəsini tapmış, həmin qadınla əlaqə saxladıqdan sonra sonuncu onu “AF Mall” ticarət mərkəzində yerləşən ofisinə dəvət etmişdir. O da 2020-ci ilin sentyabr ayında həmin ofisə gəldikdə aralarında əldə edilmiş sövdələşməyə əsasən sonuncu onu Türkiyə Respublikasında yerləşən gəmiçilik şirkətində motorist vəzifəsində işə düzəldəcəyini vəd etmiş və onu işlə təmin edəcəyini bildirmişdir. Bunun müqabilində də Təqsirləndirilən şəxs ondan 850 manat pul almışdır. Təqsirləndirilən şəxs onu Türkiyə Respublikasında yerləşən gəmiçilik şirkətində işə düzəldəcəyini vəd etmiş olsa da, müxtəlif bəhanələr gətirərək verdiyi vədə əməl etməyərək onu aldatmış, verdiyi 850 manat pulu qaytarmamışdır (cild İİ, i.v.111-113). Zərərçəkmiş şəxs34 Şəhniyar oğlunun ifadəsində göstərir ki, “tap.az” saytında yerləşdirilmiş işə düzəltmə elanlarının birindən Ülviyyə adlı qadının nömrəsini tapmış, onunla əlaqə saxladıqdan sonra sonuncu onu ünvan 1 ünvanda yerləşən “AF Mall” ticarət mərkəzindəki ofisinə dəvət etmişdir. O, həmin ofisə gəldikdə aralarında əldə edilmiş sövdələşməyə əsasən Ülviyyə onu Türkiyə Respublikasında yerləşən gəmiçilik şirkətində işə düzəldəcəyini vəd etmiş, lakin bundan əvvəl "xxxx" MMC adlı şirkətdə tədris almasının vacib olduğunu da ona bildirmişdir. Ülviyyə ona ”Kainat-M” MMC adlı şirkətdə tədris aldıqdan sonra Türkiyə Respublikasında yerləşən gəmiçilik şirkətində işlə təmin edəcəyini bildirmişdir. Bunun müqabilində ondan 2020-ci ilin sentyabr ayından 2021-ci ilin fevral ayınadək olan müddətdə ümumilikdə 4.330 manat pul almışdır. O, "xxxx" MMC adlı şirkətdə tədris kursunu başa vursa da, Təqsirləndirilən şəxs onu Türkiyə Respublikasında yerləşən gəmiçilik şirkətində işə düzəldəcəyinə dair vədinə əməl etməmiş, onu aldatmışdır. O, Təqsirləndirilən şəxs verdiyi pulları qaytarılmasını tələb etməyə başlamış, sonuncu ona cəmi 1.200 manat pul qaytarmışdır (cild İİ, i.v.12-15). X5 ifadəsindən aydın olur ki, o, sosial şəbəkədə yerləşdirilmiş işə düzəltmə elanlarının birindən Ülviyyə adlı qadının nömrəsini tapmış, həmin qadınla əlaqə saxladıqdan sonra sonuncu onu “AF Mall” ticarət mərkəzindəki ofisinə dəvət etmişdir. O, 2021-ci ilin fevral ayında həmin ofisə gəldikdə aralarında əldə edilmiş sövdələşməyə əsasən Ülviyyə adlı qadın onu Türkiyə Respublikasında yerləşən gəmiçilik şirkətində motorist köməkçisi vəzifəsində işə düzəldəcəyini vəd etmiş və onu işlə təmin edəcəyini bildirmişdir. Bunun müqabilində də Təqsirləndirilən şəxs ondan 600 ABŞ dolları, yəni 1.020 manat pul almışdır. Təqsirləndirilən şəxs onu Türkiyə Respublikasında yerləşən gəmiçilik şirkətində işə düzəldəcəyini vəd etmiş olsa da, müxtəlif bəhanələr gətirərək verdiyi vədə əməl etməyərək onu aldatmışdır. Aldadıldığını başa düşdükdə ondan verdiyi pulları qaytarmağını tələb etməyə başlamış, Təqsirləndirilən şəxs işə düzəlməsi üçün verdiyi pulu qaytarmamışdır (cild İİ, i.v.164-166). Zərərçəkmiş şəxs21 ifadəsinə əsasən iş yeri olmadığına görə o, sosial şəbəkədə özünə iş axtarmış, elan vermiş Təqsirləndirilən şəxs elanı ilə tanış olmuş, orada Türkiyə Respublikasında gəmiyə matros tələb olunduğu qeyd olunmuşdur. O, Təqsirləndirilən şəxs mesaj yazmış və sonuncu onu “AF Mall” biznes mərkəzindəki ofisinə dəvət etmişdir. O da onunla birgə iş axtaran dostu və həmyerlisi Zərərçəkmiş şəxs19 bu barədə bildirmiş, bundan sonra onlar xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ofisinə gəlmişlər. Söhbət zamanı Təqsirləndirilən şəxs Türkiyə Respublikasında gəmiçilik şirkətinə matros tələb edildiyini və bu işin düzəlməsi üçün 1.200 ABŞ dolları pul tələb olunduğunu, işə düzəldikdən sonra isə aylıq 800 dollar civarında əmək haqqı alacağını bildirmişdir. Ülviyyə tələb olunan pulun 600 dollarını əvvəlcədən ödənilməli olduğunu, qalan məbləği isə ilk əmək haqqından tutulacağını demişdir. Bununla onların hər ikisi razı olmuş və hərəsi 600 dolları ofisdə Təqsirləndirilən şəxs vermişlər. Həmin vaxtdan sonra Ülviyyə müxtəlif bəhanələr gətirib onlara verdiyi vədinə əməl etməmiş, sonra isə yalanlar danışaraq onlarla görüşməkdən yayınmağa başlamışdır. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə işin düzələcəyini vəd etsə də, vədinə əməl etmədiyi üçün ondan pulu tələb etməyə başlamış, Ülviyyə yenə də bəhanələr gətirərək onlarla görüşməkdən və pulu qaytarmaqdan yayınmışdır (cild İİ, i.v.138-139). Zərərçəkmiş şəxs22 ifadəsində bildirir ki, 2021-ci ilin yanvar ayında qardaşı İsayev İlqar sosial şəbəkədə onu işə düzəltmək məqsədi ilə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. 2021-ci ilin mart ayında qardaşı onunla əlaqə saxlayaraq məsələni izah edib onun üçün iş tapdığını bildirmişdir. O, həmin vaxt Türkiyə Respublikasında olmuş və qardaşının təklifi onu qane etdiyi üçün Azərbaycana gəlmiş, xx.xx.2021-ci il tarixdə qardaşı Ülviyyə adlı qadın ilə danışdığını, həmin qadının ofisinin ünvan 1 ünvanda “AF Mall” ticarət mərkəzində yerləşdiyini demişdir. Həmin günü o, bu yerə gələrək Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Görüş zamanı Təqsirləndirilən şəxs ona əvvəlcə kurs keçməli olduğunu, daha sonra isə işlə təmin olacağını bildirərək ondan 3.450 manat pul almışdır. Aprel ayında üç aylıq kurs, daha sonra isə üç ay təlim keçməyə başlamalı idi. Lakin Təqsirləndirilən şəxs onu aldatmış, nə iş məsələsini həll etmiş, nə də işlə təmin olunması üçün ona verdiyi pulu tam şəkildə qaytarmışdır. Verdiyi 3.450 manat puldan Ülviyyə ona 1.500 manat qaytarmışdır (cild İİ, i.v.4-5). Zərərçəkmiş şəxs12 ifadəsində qeyd olunur ki, “tap.az” saytında yerləşdirilmiş işə düzəltmə elanlarının birindən Xədicə adlı qadının nömrəsini tapmış, həmin qadınla əlaqə saxladıqdan sonra sonuncu onu “AF Mall” ticarət mərkəzindəki ofisinə dəvət etmişdir. O, 2021-ci ilin aprel ayının 6-da həmin ofisə gəldikdə aralarında əldə edilmiş sövdələşməyə əsasən Xədicə adlı qadın onu "xxxx" adlanan gəmiçilik kurslarında təhsil almağa göndərəcəyini vəd etmiş, bunun müqabilində ondan 2.000 manat pul almışdır. Həmin ana qədər Xədicə kimi tanıdığı qadına "xxxx" adlanan gəmiçilik kurslarında təhsil almağa göndərilməsi ilə bağlı 2.000 manat pulu verdikdə sonuncu ona üzərində şəxsiyyət vəsiqəsinin sürəti, möhürü və imzası olan sənədi təqdim etmiş və həmin anda qadının adının Xədicə deyil, Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Təqsirləndirilən şəxs onu "xxxx" adlanan gəmiçilik kurslarında təhsil almağa göndərəcəyini vəd etmiş olsa da, müxtəlif bəhanələr gətirərək verdiyi vədə əməl etməyərək onu aldatmış, 2.000 manat pulunu da qaytarmamışdır (cild İİİ, i.v.14-17). Zərərçəkmiş şəxs35 ifadəsindən aydın olur ki, “tap.az” saytında yerləşdirilmiş işə düzəltmə elanlarının birindən Xədicə adlı qadının nömrəsini tapmış, həmin qadınla əlaqə saxladıqdan sonra sonuncu onu Nəsimi rayonu ərazisində yerləşən “AF Mall” ticarət mərkəzindəki ofisinə dəvət etmişdir. 2021-ci ilin aprel ayının 6-da həmin ofisə gəldikdə aralarında əldə edilmiş sövdələşməyə əsasən Xədicə adlı qadın onu "xxxx" adlanan gəmiçilik kurslarında təhsil almağa göndərəcəyini vəd etmişdir. Bunun müqabilində sonuncu ondan 2.000 manat pul almışdır. Pulu verdikdə Xədicə ona üzərində şəxsiyyət vəsiqəsinin sürəti, möhürü və imzası olan sənədi təqdim etmiş və həmin anda sonuncunun adının Xədicə deyil, Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Təqsirləndirilən şəxs onu "xxxx" adlanan gəmiçilik kurslarında təhsil almağa göndərəcəyini vəd etmiş olsa da, müxtəlif bəhanələr gətirərək verdiyi vədə əməl etməyərək onu aldatmış, pulu qaytarmamışdır (cild İİ, i.v.291-294). Zərərçəkmiş şəxs28 ifadəsində göstərir ki, "xxxx" adlı gəmiçilik kurslarında onunla bir yerdə oxuyan, adlarını xatırlamadığı kurs yoldaşlarından Ülviyyə adlı qadının ayrı-ayrı şəxsləri gəmidə işlə təmin etdiyini öyrənib 2021-ci ilin aprel ayının 14-ü sonuncunun “AF Mall” ticarət mərkəzində yerləşən ofisinə gəlmiş, aralarında əldə edilmiş sövdələşməyə əsasən Ülviyyə onu Türkiyə Respublikasında yerləşən gəmiçilik şirkətində motorist vəzifəsində işə düzəldəcəyini vəd etmiş və bunun müqabilində ondan 600 ABŞ dolları, yəni 1.020 manat pul almışdır. Lakin sonralar müxtəlif bəhanələr gətirərək verdiyi vədə əməl etməyərək onu aldatmış, pulunu da qaytarmamışdır (cild İİ, i.v.66-69). Zərərçəkmiş şəxs30 ifadəsində bildirir ki, “tap.az” saytında yerləşdirilmiş işə düzəltmə elanlarının birindən Ülviyyə adlı qadının nömrəsini tapmış, həmin qadınla əlaqə saxladıqdan sonra sonuncu onu “AF Mall” ticarət mərkəzində yerləşən ofisinə dəvət etmiş, o da 2021-ci ilin may ayında həmin ofisə gəldikdə aralarında əldə edilmiş sövdələşməyə əsasən Ülviyyə adlı qadın onu pulu verdiyi gündən etibarən 12 gün ərzində Türkiyə Respublikasında yerləşən gəmiçilik şirkətində motorist vəzifəsində işə düzəldəcəyini vəd etmiş və onu işlə təmin edəcəyini bildirmişdir. Bunun müqabilində də Təqsirləndirilən şəxs ondan 2021-ci ilin may ayında ümumilikdə 1.700 manat pul almışdır. Təqsirləndirilən şəxs onu Türkiyə Respublikasında yerləşən gəmiçilik şirkətində işə düzəldəcəyini vəd etmiş olsa da, müxtəlif bəhanələr gətirərək verdiyi vədə əməl etməyərək onu aldatmış, bunu başa düşdükdə verdiyi pulları qaytarmağı tələb etməyə başlamış, Təqsirləndirilən şəxs ona işə düzəlməsi üçün verdiyi 1.700 manat pulu qaytarmamışdır (cild İİ, i.v.146-148). Zərərçəkmiş şəxs14 ifadəsindən aydın olur ki, “tik tok” sosial şəbəkəsindən Ülviyyə adlı qadının telefon nömrəsini əldə edərək əlaqə saxlamış, 2021-ci ilin iyun ayının 29-da sonuncunun Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “AF Mall” ticarət mərkəzindəki ofisinə gəldikdə aralarında əldə edilmiş sövdələşməyə əsasən Ülviyyə onu "xxxx" MMC adlı tədris mərkəzində təhsil almağa göndərəcəyini və təhsil aldıqdan sonra Türkiyə Respublikasında yerləşən gəmiçilik şirkətində motorist vəzifəsində işə düzəldəcəyini vəd etmiş və bunun müqabilində ondan 2.000 manat pul almışdır. Lakin Təqsirləndirilən şəxs sonradan müxtəlif bəhanələr gətirərək verdiyi vədə əməl etməyərək onu aldatmış, bunu başa düşdükdə verdiyi pulları geri qaytarmağı tələb etməyə başlamış, hazırkı günə qədər Təqsirləndirilən şəxs ona işə düzəlməsi üçün verdiyi 2.000 manat pulu qaytarmamışdır (cild İİİ, i.v.122-125). X3 ifadəsinə əsasən o, sosial şəbəkədə iş elanları ilə maraqlandıqda Ülviyyə adlı qadının işə düzəltməsi ilə bağlı məlumat almışdır. Buna görə də 2021-ci ilin aprel ayının əvvəllərində həmin qadınla telefon əlaqəsi saxlamış və ondan iş olub-olmamasını soruşmuşdur. Həmin qadın onu Türkiyə Respublikasına aid gəmiçilik şirkətində işlə təmin edəcəyinə söz vermiş və bu işin müqabilində ondan 1.200 ABŞ dolları pul istəmişdir. O, Ülviyyənin təklifi ilə razı olmuş və söhbət əsnasında sonuncunun Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “AF Mall” biznes mərkəzində ofisinin olduğunu bilmiş, bundan sonra aralarında razılaşma olduğu üçün 2021-ci ilin aprel ayının ortalarında həmin ofisə gəlmiş və orada işə düzəlməsi üçün Təqsirləndirilən şəxs 700 ABŞ dolları, yəni 1.190 manat pul vermişdir. Ülviyyənin ona etdiyi vədinə görə qısa müddət ərzində işlə təmin olunmalı imiş, lakin sonuncu ilə bir neçə dəfə telefonla əlaqə saxladıqdan sonra artıq 2021-ci ilin iyul ayında onu aldatdığını başa düşmüş və bununla bağlı polisə müraciət etmişdir (cild İİİ, i.v.64-65). Zərərçəkmiş şəxs18 Müşfiq oğlu ifadəsində göstərir ki, 2021-ci ilin əvvəllərində özünə iş axtaran zaman “İnstagram” sosial şəbəkəsində 19-35 yaş arası şəxslər üçün “Star 2020 marina” səhifəsində gəmilərdə, əsas da xarici sularda üzər gəmilərdə “matros, motorçu elektrik və aşbaz” kimi işləmək istəyən şəxslərə dənizçi sənədləri almaq üçün kurslara dəvət olunma haqqında və kursların ödənişli olması barədə elan verildiyini görüb həmin səhifədə olan ***-***-**-** saylı GSM mobil nömrə ilə əlaqə saxlamış, bu zaman özünü Təqsirləndirilən şəxs kimi təqdim edən xanım ona şəxsiyyət vəsiqəsinin, hərbi biletinin və attestatının surətləri, 3/4 şəklini və "xxxx" tədris mərkəzi kursuna yazılmaq üçün 1.600 manat pul istəmişdir. Bunun üçün o, xx.xx.2021-ci il tarixdə yaşadığı Şabran rayonundan Bakı şəhərinə gəlib H.Əliyev sarayının yaxınlığında yerləşən Təqsirləndirilən şəxs işlədiyi ofisə getmiş, orada tələb olunan şəxsiyyət vəsiqəsinin, hərbi biletinin və attestatının surətlərini, 3/4 şəklini və 1.600 manat pulu sonuncuya vermişdir. Təqsirləndirilən şəxs onun şəxsiyyət vəsiqəsin surətinin üzərində aldığı məbləği və onu kursa göndərməsi barədə yazılı imza edərək şəxsiyyət vəsiqəsinin surətini ona vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs onu Qaraçuxur qəsəbəsində yerləşən "xxxx" tədris mərkəzinə aparmış və orada kursa yazılmağı barədə ərizə yazmış və o, həmin mərkəzə qəbul olmuşdur. Kurs 6 aylıq olmuş, həmin kursu bitirdikdən sonra sertifikat alaraq işlə təmin etməkdə Təqsirləndirilən şəxs köməklik edəcəyinə söz vermişdir. Pandemiya ilə əlaqədar təxminən 10 dəfə onlayn olaraq tədris mərkəzində kursa qoşulmuş və əlavə 12 dəfə tədris mərkəzinə gedib orada kursda iştirak etmişdir. Həmin ərəfədə, yəni 2021-ci ilin iyun ayının ortalarında Təqsirləndirilən şəxs ondan sertifikat almaq üçün 300 manat rüsum istəmişdir ki, nöbvə tutsun. O, yaşadığı Şabran rayonundan Təqsirləndirilən şəxs bank hesabına 300 manat pul göndərmiş, daha sonra qızılca xəstəliyi tutduğu üçün dərslərdə iştirak edə bilməmiş, bu səbəbdən də 30 faiz dərslərdə iştirak etmədiyi üçün "xxxx" tədris mərkəzindən xəbərdarlıq olunmadan azad olunmağı ilə bağlı yaşadığı ünvana məktub ünvanlanmışdır. O, bunu Təqsirləndirilən şəxs zəng edib bildirmiş və xəstə olduğu üçün Bakı şəhəri, Binəqədi rayonunda Məlikov adına xəstəxanaya müraciət etdiyini və orada ona tibbi yardım göstərildiyini söyləmişdir. Təqsirləndirilən şəxs ona poliklinikada tanışı olduğunu və 50 manat pul müqabilində ona xəstəlik haqqında arayış alacağını, o da həmin arayışı tədris mərkəzinə aparıb təqdim edəcəyi təqdirdə onun nəzərə alınacağını demişdir. Bunun üçün də o, xx.xx.2021-ci il tarixdə metronun “28 May” stansiyasının daxilində yerləşən “MilliÖn” ödəmə terminalından Təqsirləndirilən şəxs hesabına 50 manat pul göndərmişdir. Bundan sonrakı müddətdə Ülviyyə ilə əlaqə saxlaya bilmədiyi üçün özü "xxxx" tədris mərkəzinə müraciət etmişdir. Həmin mərkəzdə direktor ona xəstəliyi ilə bağlı arayış gətirəcəyi təqdirdə onu mərkəzdən xaric etməyəcəklərinə söz vermiş, bundan əlavə direktor ona Təqsirləndirilən şəxs tərəfindən məktəbin 1.500 manat rüsumunu ödənilmədiyini bildirmiş, sonradan dəfələrlə Təqsirləndirilən şəxs ilə əlaqə saxlasa da, onun telefonuna zəng çatmadığı üçün aldadılmağı ilə bağlı “102” xidmətinə müraciət etmişdir (cild İİİ, i.v.202-204). Zərərçəkmiş şəxs23 ifadəsindən aydın olur ki, uşaqlarını işə düzəltmək üçün sosial şəbəkədə elanlarla maraqlandıqda, “tap.az” saytında olan elanı oxumuş və həmin elanda Xədicə adlı qadın Türkiyə Respublikasında gəmilərdə motorist işləmək üçün öz xidmətlərini təklif etmişdir. Buna görə Xədicə adlı qadınla əlaqə saxlamış və elandakı işlə bağlı maraqlanmış, sonuncu onun iki uşağını Türkiyə Respublikasına aid gəmiçilik şirkətində işlə təmin edəcəyinə söz vermiş və bu işin müqabilində ondan 1.600 ABŞ dolları pul istəmişdir. O, təkliflə ilə razı olmuş və söhbət əsnasında sonuncunun Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “AF Mall” biznes mərkəzində ofisinin olduğunu bilmiş, bundan sonra aralarında razılaşma olduğu üçün xx.xx.2021-ci il tarixdə həmin ofisə gəlmiş və orada iki uşağının işə düzəlməsi üçün 1.600 ABŞ dolları, yəni 2.720 manat pulu Xədicə adlı qadına vermişdir. Ona verdiyi vədə görə 2021-ci ilin may ayının sonunadək övladları işlə təmin olunmalı idi. May ayının sonralarında həmin qadınla bir neçə dəfə telefon əlaqə saxladıqdan sonra artıq hər dəfə bəhanələr gətirərək vaxtı uzatmağa başlamış, belə olduqda pulunu geri tələb etsə də, yenidən bəhanələr gətirib vaxtı uzatmışdır. 2021-ci ilin iyul ayında artıq sonuncunun mobil nömrəsinə zəng çatmamış, belə olduqda aldadıldığını başa düşmüş və bu səbəbdən iyul ayının sonlarında “102” xidmətinə zəng vurub məlumat vermişdir (cild İİİ, i.v.218-219). İş materiallarında olan: Üzərində şəxsiyyət vəsiqəsinin surəti, möhürü və imzası olan vərəqdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs8 pulu xx.xx.2020-ci il tarixdə, Zərərçəkmiş şəxs6 – xx.xx.2020-ci il tarixdə almışdır (cild İİ, i.v.124, cild İİİ, i.v.87). “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs tərəfindən ona məxsus şəxsiyyət vəsiqəsinin surətinin üzərində zərər çəkmiş şəxslərdən hansı tarixdə və məbləğdə pul almasına dair qeydi və “Təqsirləndirilən şəxs VÖEN **********” yazısı olan möhür vurulmuş sənədlər maddi sübut kimi tanınmışdır (İV cild, i.v.95-134); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(006)-290/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 20 iyul 2021-ci il tarixdən hesablanmışdır (İİ cild, i.v.234-238); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2021-ci il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında məlumat mövcud deyil (İ cild, i.v.268); Mülki iddia ərizəsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs13 vurulmuş maddi zərərin əvəzi olaraq 2.450 manat məbləğində pulun cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş edir (V cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə zərər çəkmiş şəxsləri ölkə hüdudlarında və ya xaricdə müxtəlif gəmilərdə işə düzəltməyə, habelə onları tədris kurslarına cəlb edəcəyinə dair yalandan vədlər verərək bu şəxslərə məxsus pul vəsaitlərini, o cümlədən xeyli miqdarda alıb ələ keçirmiş, verdiyi vədlərinə əməl etməmişdir. Bununla da Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla belə, məhkəmədə o da müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 3.000 manat pulunu 05 noyabr 2019-cu il tarixdə, Zərərçəkmiş şəxs2 3.000 manat pulunu 25 noyabr 2019-cu il tarixdə, Zərərçəkmiş şəxs6 2.000 manat pulunu 20 avqust 2020-ci il tarixdə, Zərərçəkmiş şəxs8 1.140 manat pulunu 24 avqust 2020-ci il tarixdə, Zərərçəkmiş şəxs5 850 manat pulunu 19 sentyabr 2020-ci il tarixdə, Zərərçəkmiş şəxs33 900 manat pulunu isə 25 sentyabr 2020-ci il tarixdə ələ keçirərək dələduzluq etmiş və həmin vaxtdan da iki ildən artıq müddət keçir. Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə; az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə; ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə; xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə. Həmin Məcəllənin 75.2-ci maddəsinə görə müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Cinayət Məcəlləsinin 178.1-ci maddəsi dələduzluğa, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə, 178.2-ci maddəsi isə eyni əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə, təkrar törədilməsinə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsinə və xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə məsuliyyət müəyyən edir. Qeyd olunan Məcəllənin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.2-ci maddəsində müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanması təsbit edilib. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Maddənin məzmunundan göründüyü kimi, yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını dayandırmır və hər bir cinayət üzrə bu müddət müstəqil hesablanır. Qanunverici Cinayət Məcəlləsinin 75.2-ci maddəsini bütün cinayətlərin yenidən törədilməsi hallarına aid olan norma kimi nəzərdə tutmuş və Cinayət Məcəlləsinin eyni maddəsi üzrə və yaxud bu Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilmiş hallarda (həmcins) cinayətlərin yenidən törədilməsi halları üçün fərqli qayda müəyyən etməmişdir. Məhkəmə baxışı nəticəsində təkrarlığa daxil olan iki cinayətdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edilərsə və bu səbəbdən həmin əmələ görə cinayət təqibinə xitam verilərsə, təqsirləndirilən şəxsin əməlində cinayətlərin çoxluğu mövcud olmadığından, onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsi də istisna edilir. Bu səbəbdən ikinci əmələ münasibətdə bütün hüquqi məsələlər, o cümlədən cinayət məsuliyyətinə cəlb etmə müddətinin müəyyən edilməsi ikinci əməlin təkrarən törədilən əməl kimi deyil, belə əlamətlə müşayiət olunmayan cinayət kimi həll edilməlidir. Eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir. Bir daha vurğulanmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli Qərarında cinayətlərin təkrarlığını bütöv cinayət kimi qəbul etməyərək təkrarlığa daxil olan cinayətlərin məhz ayrıayrılıqda tövsif edilərək təkrarlığa daxil olan hər bir əməlin müstəqil qiymətləndirilməli olduğunu bildirmişdir. Göstərilənlərə əsasən belə nəticəyə gəlinir ki, Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələblərinə, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərə görə, təkrarlıq müstəqil eyni və ya həmcins cinayətlərdən təşkil olunan cinayətlərin çoxluğu olduğundan, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanan cinayət məsuliyyətinə cəlb etmə müddəti ayrı-ayrılıqda hər bir cinayətə münasibətdə müəyyən edilməli, təkrarlığı təşkil edən cinayətlərdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar şəxs cinayət məsuliyyətindən azad olunduqda, onun əməlinin cinayətlərin təkrar törədilməsi əlaməti üzrə tövsif edilməsinə və yaxud təkrarlığın Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasına yol verilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs33 dələduzluq nəticəsində vurulmuş zərərin məbləği beş min matdan artıq olmadığından (cinayətlərin təsnifatına görə hər bir əməl böyük ictimai təhlükə törətməyən cinayətə aiddir), Təqsirləndirilən şəxs qarşı verilmiş ittihamın bu hissələri üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyi üçün cinayət təqibinə xitam verilməlidir. Digər zərər çəkmiş şəxslərə münasibətdə törədilmiş cinayətlərə görə məsuliyyətinə cəlbetmə müddətləri keçmədiyindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməklə ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi yuxarıda qeyd olunan Plenumunun Qərarında məhkəmələrin nəzərinə çatdırılır ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs31, Zərərçəkmiş şəxs34 Şəhniyar oğlu və Zərərçəkmiş şəxs22 ödəməsini Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən Təqsirləndirilən şəxs şəxsiyyətini və cəzasını yüngülləşdirən halların olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddinə uyğun təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun həbsə alındığı andan – 20 iyul 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, iş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs tərəfindən ona məxsus şəxsiyyət vəsiqəsinin surətinin üzərində zərər çəkmiş şəxslərdən hansı tarixdə və məbləğdə pul almasına dair qeydi və “Təqsirləndirilən şəxs VÖEN **********” yazısı olan möhür vurulmuş sənədlər cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə müvafiq olaraq ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunanlarla əlaqədar zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs13 tərəfindən verilmiş mülki iddia təmin edilməli, vurulmuş maddi zərərə görə 2.450 manat pul Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs13 ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 40 saat üçün nəzərdə tutulan 240 manat pul ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 20 iyul 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs33 qarşı verilmiş ittihamın bu hissələri üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs tərəfindən ona məxsus şəxsiyyət vəsiqəsinin surətinin üzərində zərər çəkmiş şəxslərdən hansı tarixdə və məbləğdə pul almasına dair qeydi və “Təqsirləndirilən şəxs VÖEN **********” yazısı olan möhür vurulmuş sənədlər cinayət işinin materiallarında saxlanılsın. Mülki iddia təmin edilsin. Cinayət nəticəsində Zərərçəkmiş şəxs13 vurulmuş maddi zərərə görə 2.450 (iki min dörd yüz əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs13 ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 40 saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-118/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-118/2022
07.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver