Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-119/2021 04.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Salyan rayonu, Aşağı Kürkənd kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, anbara və yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayaraq təkrar oğurluq etmişdir. Belə ki, o, qəsdən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı X9 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 11 iyun 2020-ci il tarixdə saat 00:05 radələrində "Zərərçəkmiş şəxs3" MMC-nin nəznində fəaliyyət göstərən “Bravo” supermarketlər şəbəkəsinin ünvan 1 ünvanında yerləşən mağazasının arxa hissəsində yerləşən anbarının giriş hissəsinin açıq vəziyyətdə olmasından istifadə edərək anbara qanunsuz daxil olub oradan hər birində 24 ədəd olmaqla bir ədədinin qiyməti 80 qəpik təşkil edən ümumilikdə 230 manat 40 qəpik dəyərində 12 qutu 250 ml “Hell” enerji içkilərini, hər birində 24 ədəd olmaqla bir ədədinin qiyməti 1 manat təşkil edən ümumilikdə 96 manat dəyərində 4 qutu qırmızı rəngli 450 ml “Bizon“ enerji içkilərini, hər birində 24 ədəd olmaqla bir ədədinin qiyməti 1 manat təşkil edən 72 manat dəyərində 3 qutu göy rəngli 450 ml “Bizon” enerji içkilərini və 1 ədəd 50 manat dəyərində istifadədə olmuş mağaza arabasını gizli olaraq talayıb zərəçəkmiş şəxs "Zərərçəkmiş şəxs3” MMC-yə ümumilikdə 448 manat 40 qəpik manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, qəsdən, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 28 iyun 2020-ci il tarixdə, saat 13 radələrində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 ünvanın pəncərəsinin şüşəsini çıxartma yolu ilə mənzilə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd 20 manat dəyərində üzərində markalanması olmayan, 58x90 sm ölçüdə, istifadə edilmiş xalçanı, 1 ədəd 30 manat dəyərində üzərində markalanması olmayan, 95x150sm ölçüdə, istifadə edilmiş xalçanı, zərərçəkmiş Zərərçəkmiş şəxs2 qiymətləndirməsinə əsasən 1 dəstinin qiyməti manat təşkil edən, ümumilikdə 200 manat dəyərində 2 dəst yorğanı, 1 ədəd 100 manat dəyərində mis qazanı, 1 ədəd 100 manat dəyərində şirəçəkən aparatı, ümumi dəyəri 500 manat təşkil edən 1 dəst çay və kofe servisini, ümumi dəyəri 200 manat təşkil edən 12 ədəd büllur stəkan və nəlbəkidən ibarət dəsti, ümumi dəyəri 150 manat təşkil edən 4 cüt qadın ayaqqabılarını, ümumi dəyəri 80 manat təşkil edən dəsmal dəstini, Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd 50 manat dəyərində çərçivənin içərisində firon suveniri olan, 37x52 sm ölçüdə divara asılan şəkili, 1 ədəd 40 manat dəyərində üzərində markalanması olmayan istifadə edilmiş musiqi aləti qarmonu, zərərçəkmiş Zərərçəkmiş şəxs1 qiymətləndirməsinə əsasən 1 ədəd 300 manat dəyərində planşeti, 1 ədəd 60 manat dəyərində "Samsung" markalı naqilsiz ev telefonunu, 1 ədəd 150 manat dəyərində istifadə olunmamış, üzərində qabı olan unitazı, hər biri 40 manat dəyərində 4 ədəd kişi şalvarını, hər biri 35 manat dəyərində 2 ədəd kişi köynəyini, 1 cütünün qiyməti 135 manat təşkil edən 2 cüt ayaqqabını və ümumi dəyəri 60 manat təşkil edən 3 ədəd gecə işığını gizli olaraq talayıb oğurluq etmiş, daha sonra yenidən həmin gün saat təxminən 23 radələrində vahid niyyətlə əhatə olunmuş qəsdlə ünvan 2 ünvanın pəncərəsinin şüşəsini çıxartma yolu ilə mənzilə qanunsuz daxil olaraq oradan zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus olmaqla sonuncunun qiymətləndirməsinə əsasən 1 cüt dəyəri 1500 manat təşkil edən brilyant sırğanı, 1 ədədinin qiyməti 50 manat təşkil edən ümumilikdə 200 manat dəyərində 4 ədəd qadın geyimlərini və Zərərçəkmiş şəxs1 məxsus olmaqla sonuncunun qiymətləndirməsinə əsasən 1 ədəd 150 manat dəyərində üzərində işləmə naxışları olan suvenir gümüş xəncəri və ümumi dəyəri 150 manat təşkil edən 2 ədəd üzərində işləmə naxışları olan suvenir xəncəri gizli olaraq talayıb zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 ümumilikdə 3080 manat, Zərərçəkmiş şəxs1 isə ümumilikdə 1460 manat məbləğində maddi ziyan vurmaqla oğurluq elmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə məhkum olunmuşdur. Cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra müxtəlif ünvanlarda kirayədə yaşadığını, maddi vəziyyəti yaxşı olmadığı üçün müxtəlif yerlərdə işlədiyini, lakin qazancının tələbatını ödəmədiyini, həm kirayə pulunu vermək, həm də gündəlik tələbatını ödəməli olduğu halda bunların heç birini edə bilmədiyini, ona görə də, oğurluq etmək qərarına gəlmişdir. 10.06.2020-ci il tarixdə, gecə saat 01:00 radələrində Bakı şəhəri, Xətai rayonu, “Babək Plaza” adlı obyektin yanında piyada hərəkətdə olarkən üzərində pul olmadığı üçün taksi ilə “NZS” adlanan qəsəbədə yerləşən, kirayə yaşadığı ünvana qayıda bilməmiş, saat gec olduğu üçün avtobuslar da işləməmiş, “Babək Plaza” adlı obyektin yanında ünvan 4 ünvanda yerləşən “Bravo Hipermarket” adlı obyektin yanından keçərkən obyektin arxa həyətində yerdə çoxlu enerji içkilərini görmüş, maddi vəziyyəti çətin olduğu üçün həmin içkiləri oğurlamaq qərarına gəlmişdir. Qeyd olunan yerə yaxınlaşdıqdan sonra içərisində 24 ədəd olmaqla iki qutu “HELL" enerji içkisini və hər birinin içərisində 12 ədəd olmaqla iki qutu 330 ml “Fanta” içkisini oğurlamış və oğurluq edən zaman ətrafda heç kim olmamış və onu heç kim görməmişdir. Bundan sonra oradan kənarlaşaraq Nərimanov rayonunda yerləşən “Yaşıl Bazar”a getmiş, oğurladığı içkilərin hamısını həmin yerdə 40 və 50 qəpik dəyərində tanımadığı şəxsə satmışdır. Həmin oğurluq mallardan ümumilikdə 44 manat pul əldə etmiş və həmin pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Daha sonra oğurluqdan qazanc əldə etməyi düşünmüş, lakin tək oğurluq edən zaman oğurladığı içkilərin az olması qazancını azaltdığı üçün tanışı olan X7 da onunla birlikdə oğurluq etməsini təklif etmiş, sonuncu da maddi sıxıntıda olduğu üçün onunla razılaşmışdır. 11 iyun 2020-ci il tarixdə, saat 00:05 radələrində əvvəlcədən oğurluq etdiyi ünvan 4 ünvanında yerləşən “Bravo” hipermarketə gəlmişlər, ətrafda heç kimin olmadığından əmin olduqdan sonra hipermarketin arxa həyətinə keçmişlər. Burada yerdə çoxlu qazlı sular və enerji içkilərinin, 1 ədəd arabada olmasını görmüşlər, arabanı da götürüb 12 ədəd qırmızı rəngli “Hell” içkisi olan qutunu, 4 ədəd qırmızı rəngli “Bizon” içkisi olan qutunu və 3 ədəd göy rəngli "Bizon” içkisi olan qutunu arabaya yığmışlar. Həmin qutuların hər birinin içərisində 24 ədəd enerji içkiləri olmuş və onların hər birini arabaya yüklədikdən sonra Anar Məcidovla birlikdə həmin yerdən uzaqlaşmışlar. Oğurladıqları içkiləri araba ilə birlikdə Nərimanov rayon ərazisində yerləşən “Yaşıl Bazar”a aparıb orada satmaq fikirləri olsa da, təxminən bir neçə dəqiqə yol qət etdikdən sonra “Yaşıl Bazar”ın yaxınlığında onlara post patrul xidməti əməkdaşları yaxınlaşmışlar, özlərini təqdim etdikdən sonra, enerji içkilərini hardan aldıqlarını və hara aparmaqlarını soruşmuşlar və onlar enerji içkilərinin vaxtı keçdiyi üçün küçəyə atılmasını, bu səbəbdən onları yığaraq “Yaşıl Bazar”a satmağa aparmaqlarını demişlər, lakin, polis əməkdaşları onlara inanmamışlar, enerji içkilərinin tarixinə baxıb vaxtlarının keçmədiyini gördükdən sonra onların oğurluq etməsindən şübhələnərək onları Nərimanov rayonu 18-ci Polis Bölməsinə gətirmişlər. Polis Bölməsində artıq yalan danışmağın mənasız olmasını görüb etdikləri cinayət əməlini səmimi etiraf etmişlər, qeyd olunan enerji içkilərini ünvan 5 ünvanında yerləşən “Bravo” hipermarketin arxa həyətindən oğurlamaqlarını polis əməkdaşlarına bildirmişlər. Bundan sonra polis əməkdaşları onları Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə təhvil vermişlər, burada Anar Məcidov və onun barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, daha sonra onları polis idarəsindən buraxmışlar, müstəntiq onlara bir neçə gün sonra yenidən idarəyə gəlmələrini və istintaq hərəkətində iştirak etmələrini xahiş etmiş, onların telefonları olmadığı üçün bir neçə gün sonra birbaşa idarəyə getmişlər və polis əməkdaşlarının iştirakı ilə oğurluq etdikləri ünvanı polis əməkdaşlarına göstərmişlər, bundan sonra Anar Məcidovu artıq görməmişdir. Bundan başqa o, Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə yaşayan Firuz və Rəşad adlı şəxslərlə tanış olmuş, burada olarkən həmçinin müxtəlif ünvanlardan dəmir yığmış və onu satmışdır. Firuz və Rəşad adlı şəxsləri tanımış, həmin vaxtlar maddi vəziyyəti ağır olmuş, sonra oğurluq etmək və oğurluq etdiyi vaxt əldə etdiyi əşyaları satıb, əldə etdiyi pulu maddi ehtiyaclarına xərcləmək qərarına gəlmişdir. Ona görə də, 28 iyun 2020-ci il tarixdə, gündüz saat 13 radələrində tanışları Qazax rayon sakini Rəşad və Cəlilabad rayon sakini Firuz adlı şəxslərlə Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi ilə piyada hərəkət etmişlər. Rəşad və Firuz adlı şəxslər Bakı şəhəri ərazisində yerləşən xarabalıqlardan köhnə dəmir, mis, alüminium tullantılarını yığmış, həmin tullantıları metal qəbulu məntəqəsinə aparıb təhvil vermək niyyətində olmuşlar, o da həmçinin, metal tullantılarını yığıb, sonra aparıb metal qəbulu məntəqəsinə satmaq istəmişdir. Bu vaxt onlar Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsində yarı sökülmüş və heç kimin yaşamadığı binanı görüb, həmin binaya daxil olub oradan dəmir tullantılarını yığmaq istəmişlər, Rəşad və Firuz adlı şəxslərlə taxta pilləkənlərlə binanın ikinci mərtəbəsinə qalxmış, sonra Firuz və Rəşad ondan ayrılmış və binanın üçüncü mərtəbəsinə qalxmışlar. O isə, binanın ikinci mərtəbəsində metal tullantısı tapmaq üçün gəzməyə başlamış, bu vaxt bir mənzilin qapısının bağlı olmasını görmüşdür, o, bu mənzildə yaşayan ailənin buradan köçdükdən sonra əşyalarını həmin mənzildə saxladığını düşünmüşdür. Bundan sonra qalxıb mənzilin pəncərəsindən içərisinə baxdıqda, dəyərli əşyalar olmasını görmüş, sonra ətrafa baxmış, ətrafda heç kimin olmamasını, həmçinin mənzildə heç kimin yaşamadığını görüb, həmin mənzildən oğurluq etmək qərarına gəlmişdir. Daha sonra qapının açarlandığını görüb, pəncərənin yuxarı şüşəsini çıxartmış, sonra isə mənzilə həmin şüşəni çıxartdığı yerdən daxil olmuş, ardınca isə mənzili axtarmağa başlamışdır. Birinci yataq dəstinin yanında qoyulmuş iki ədəd xalçanı götürüb özündə olan böyük paketin içərisinə qoymuş, sonra isə paltar şkafının üzərində qoyulmuş şamdanlı xrustal çilçırağı götürmək istəmiş, lakin çilçıraq əlindən düşmüş və sınmış, çilçıraq sındığından lazımsız olduğundan və sata bilmədiyindən onu götürməmiş, daha sonra isə yataq otağında televizorun yanında qoyulmuş naqilsiz ev telefonunu aparatı ilə birlikdə, həmçinin planşeti götürüb paketin içərisinə qoymuş, bundan sonra divarda asılmış və kənarları qızılı rəngli, içərisində misir fironu şəkli olan suveniri götürüb paketin içərisinə qoymuş, ardınca isə köhnə televizoru yataq dəstinin üzərinə qoymuş, televizorun arxasında 2 ədəd gümüşü, 2 ədəd isə gümüşü olmayan suvenir xəncərləri görüb onları da götürmüş, xəncərləri ayrıca paketin içərisinə qoymuşdur. Daha sonra yataq otağında stolun üzərində qutuların qoyulmasını görmüş, qutuları açıb içərisinə baxanda, orada müxtəlif stəkanlar, nəlbəkilər olmasını görmüş, onları da götürmüş, kənara qoymuş, sonra isə evin içərisində mis qazanın olmasını görüb, qazanı da götürüb kənara qoymuş, sonra isə yataq dəstinin üzərində sellofan paket qoyulmasını görmüş, selofan paketin içərisinə baxdıqda, orada kişi qış geyimləri, qadın ayaqqabıları olmasını görüb, həmin sellofan paketi də götürmüş, kənara qoymuş, sonra isə döşəmənin üstündə sellofan paketin içərisində bir ədəd şirəçəkən maşın görmüş, həmin maşını götürüb kənara qoymuş, sonra isə paltar şkafının üzərində üç ədəd gecə işığı görmüş, həmin gecə işıqlarını da götürüb paketin içərisinə qoymuş, həmçinin şkafda bir dəst əl-üz dəsmalının olmasını görüb həmin dəsmalları da götürüb paketin içərisinə qoymuşdur. Bundan sonra isə şkafın üzərində iki ədəd yorğan dəstini görmüş, həmin yorğan dəstini də götürmüş, paketin içərisinə qoymuş, sonra isə mənzildə balaca qarmon görüb, həmin qarmonu da götürüb 2-ci paketin içərisinə qoymuş, sonra isə oğurladığı əşyaların çox olmasını və pəncərədən çıxara bilməyəcəyini görüb kənara qoyduğu stəkan, nəlbəki, mis qazanı, kişi qadın geyimlərini, qadın ayaqqabılarını, şirəçəkən maşını da 2-ci paketə yığmış, kənarda qalan xəncərləri, isə ayrıca 3-cü paketə yığmışdır. Evin giriş qapısının cəftələrini açmış, iki taylı qapını özünə tərəf çəkmiş və qapı açılmışdır, oğurladığı əşyaları üç ədəd böyük paketə yığmış, həmin əşyaları bir dəfəyə apara bilməyəcəyini görüb, hissə-hissə həmin əşyaları aparmağı qərarlaşdırmışdır, ona görə də, içərisində oğurladığı əşyalar olan böyük paketi, içərisində xalça, telefon, planşet, suvenir, gecə işığı, dəsmal, yorğan və qarmon olan paketi götürüb çölə çıxmış evin giriş qapısını yenə bağlamış, həmin böyük paketi götürüb piyada dəri zöhrəvi xəstəxanasının yanındakı zibillik yerə gətirmiş, orada onları gizlətmiş, sonra yenidən oğurluq etdiyi mənzilə gəlmiş, yenidən mənzilə daxil olmuş, orada olan içərisində şirəçəkən maşın, mis qazan, kişi geyimləri, qadın geyimləri, qadın ayaqqabıları, mis qazan, stəkan və nəlbəki olan paketi götürüb mənzildən çıxmış və mənzilin qapısını bağlamışdır. Sonra isə mənzilin giriş qapısının yanında çöldə unitaz qoyulmasını görmüş, bu əşyaları aparıb gizlədib, qayıdıb unitazı da götürə biləcəyini düşünmüş, yenə də əvvəl oğurladığı əşyaları gizlətdiyi zibilliyə gəlmiş, orada gətirdiyi əşyaları gizlətmiş, sonra həmin mənzilin yanına gəlmiş, orada binanın üçüncü mərtəbəsində köhnə dəmir tullantıları yığan Rəşad və Firuz adlı şəxslərin yanına gəlmiş, onlara şübhələnməmələri üçün əlində tutduğu kiçik çantada dəmir tullantılarını göstərmiş, onlar çantada olan dəmir tullantıları görüb heç nədən şübhələnməmişlər. Rəşad və Firuz adlı şəxslərlə köhnə metal tullantılarını götürüb binadan çıxmış və dəri-zöhrəvi xəstəxananın yanındakı zibilliyə gəlmiş, orada dəmir tullantılarını ayırmışlar. Sonra isə Rəşad adlı şəxs onlardan ayrılmış, Firuz adlı şəxslə metal qəbulu məntəqəsinə gəlmişlər. Orada yığdıqları metal tullantılarını satmış, əvəzində 7 manat 60 qəpik pul almış, həmin pulu Firuz adlı şəxslə yeyinti məhsulları alıb yaşadıqları ünvana getmişlər. Həmin gün gecə saat 23:00 radələri olmuş, sonra oğurluq etdiyi mənzilə yenidən geri qayıtmış, pəncərənin şüşəsinin də yerinə taxılmasını görmüşdür. Ətrafa göz gəzdirdikdən sonra heç kimin olmadığına əmin olmuş, yenidən eyni üsulla mənzilin pəncərəsinin şüşəsini çıxarmış, daha sonra yenidən mənzilə daxil olmuş, kənara qoyduğu, içərisində xəncərlər olan kiçik paketi götürmüş, daha sonra şkafın kənarında olan sırğanı görmüş, onu da götürüb paketin içərisinə atmış, sonra yenidən mənzilin qapısını içəridən açıb evdən çıxmış, daha sonra paketləri bir-bir gizlətdiyi yerdən götürüb satılması üçün müştəri tapmağa başlamışdır. Bakı şəhəri, Nəsimi rayonu, Təzə bazar adlanan əraziyə gəlmiş, orada tanımadığı şəxsə yaxınlaşıb, əşyaları satdığını və pula ehtiyacının olmasını bildirmiş, həmin şəxs əşyalara baxdıqdan sonra iki suvenir xəncərləri ala bildiyini deyib xəncərləri 20 manata almış, həmin gecəni yaxınlıqdakı parkda gecələmiş, səhər isə yenidən paketləri bir-bir götürüb müştəri axtarmış, piyada hərəkət edən zaman təzə bazarın içərisində olduğu vaxt tanmadığı bir qadına yaxınlaşmış, evinin əşyalarını satdığını, pula ehtiyacı olduğunu, evində xəstəsi oduğunu bildirmiş, həmin şəxsin də əşyalara baxdıqdan sonra oğurladığı planşeti yorğan dəstini, ev telefonunu, dəsmalları, üç ədəd gecə işığını görüb bəyənmiş və ondan sadanan əşyaları 50 manat qarşılığında almışdır. Sonradan “Kubinka” deyilən ərazidə məhəllə arası yolla hərəkət etmiş, həmin vaxt orada tanımadığı bir qadına əlindəki paketləri göstərib maddi vəziyyətinin pis olmasını, pula ehtiyacı olmasını, şirəçəkən maşın satmasını bildirmiş, həmin qadın 7 manat qarşılığında ondan şirəçəkən maşını almış, ertəsi gün oğurladığı kişi geyimlərini, qadın ayaqqabıları götürüb yenidən “Təzə bazar” adlanan əraziyə getmiş, orada tanımadığı bir şəxsə yaxınlaşmış, ona evinin əşyalarını satmasını, pula ehtiyacı olmasını demiş, həmin şəxs də 30 manata sadalananları almış, bundan sonra isə mis qazanı götürüb “Təzə bazar” adlanan əraziyə getmiş, orada tanımadığı bir qadına yaxınlaşıb, mis qazanı ona 10 manata satmış, ümumilikdə satdığı əşyalardan oğurladığı pulları gündəlik ehtiyaclarına xərcləmiş, zibillikdə gizlətdiyi unitazı və digər xırda əşyaları isə heç kimə sata bilmədiyimdən xatırlamadığı ərazidə zibilliyə atmışdır. Üzərində fironu olan suveniri, musiqi aləti olan qarmonu, 2 ədəd xalçanı isə həmin yerdə gizlətməyə davam etmiş, bir müddət sonra pulu qutaranda onları da növbə ilə satmasını düşünmüşdür. Xəncərləri qoyduğu kiçik paketə atdığı sırğanı isə ümumilikdə tapa bilməmiş, sırğa kiçik olduğundan zibillik olan ərazidə düşüb itmişdir. Bundan sonra 03.07.2020-ci il tarixdə Rəşad və Firuz adlı şəxslərin qaldığı evə gəlmiş, onlar ondan bir neçə gündür harada olduğunu soruşduqda onlara işinin olmasını, lakin bazarda qalmağa yerinin olmadığını, ev tapana kimi onlarla qalmağına icazə vermələrini istəmiş, onlar isə qalmağına icazə vermişdir. Növbəti gün polis əməkdaşları qaldıqları ünvana gəlmiş, onların hər üçünü də Polis İdarəsinə aparmalı olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşlarının onu nə üçün axtardıqlarını başa düşüb törətdiyi əməli səmimi etiraf etmiş, baş vermiş oğulruq hadisəsi barədə ətraflı məlumat vermişdir. Hal-hazırda törətdiyi əməllərdən səmimi peşman olmasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs və zərərçəkmiş digər şəxsləri əvvəllər tanımamışdır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, təxminən 2 ildən artıq müddətdir “Bravo” supermarketdə işlədiyini, həmin supermarketin ünvan 6 ünvanında yerləşdiyini, marketin anbarında içkiləri yığmağa yer olmadığı üçün bəzi enerji və qazlı içkiləri supermarketin arxa hissəsində xüsusi hazırlanmış yerdə saxladıqlarını bildirmişdir. 10.06.2020-ci il tarixdə işə gəldikdə supermarketin arxa hissəsində enerji içkiləri və qazlı içkilərin saxlanıldığı yerdən hər birinin içərisində 24 ədəd olmaqla 2 qutu “Hell” enerji içkisinin və hər birində 12 ədəd olmaqla “Fanta” qazlı içkilərinin oğurlanmasını aşkar etdiyini, bundan sonra 11.06.2020-ci il tarixdə işə gəldikdə həmin tarixdə gecə saat 00:05 radələrində iki nəfər tanımadığı şəxs tərəfindən supermarketin arxa hissəsinə keçərək ümumi istifadədə olan yerdən hər birində 24 ədəd olmaqla 12 qutu “Hell” enerji içkilərinin, hər birində 24 ədəd olmaqla 4 qutu qırmızı rəngli 144 manat qiymətində “Bizon” enerji içkilərinin, hər birində 24 ədəd olmaqla 3 qutu göy rəngli 120 manat qiymətində “Bizon” enerji içkilərinin və 50 manat qiymətində 1 ədəd mağaza arabasının oğurlanmasını aşkar etmiş, baş vermiş oğurluq hadisəsi barədə Xətai rayon Polis İdarəsinin 37-ci PŞ-nə məlumat vermiş, həmin oğurluq hadisəsini özündə əks edən videogörüntünü də polis əməkdaşlarına təqdim etmiş, qeyd olunan hadisə zamanı ümumilikdə Zərərçəkmiş şəxs3nə 448.4 manat miqdarda maddi ziyan dəymişdir. Lakin sonradan onlara dəymiş maddi ziyan ödənildiyindən hal-hazırda Təqsirləndirilən şəxs qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə əvvəllər tanımamışdır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Zərərçəkmiş digər şəxs Zərərçəkmiş şəxs1 isə onun həyat yoldaşıdır. O, Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 140, mənzil 11 ünvanında yerləşən mənzilinin plana düşməsinə görə 2020-ci ilin fevral-mart aylarında ailə üzvləri ilə birlikdə ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüş, lakin özünə məxsus olan əşyaların çox hissəsini Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 140, mənzil 11 ünvanında yerləşən evində saxlamışdır. Evin giriş qapısına açar vuraraq pandemiya ilə əlaqədar çətinliklərin aradan qalxmasından sonra, yük maşını ilə əşyalarını Xırdalan şəhərində yerləşən evinə daşımaq niyyətində olmuşdur. 28 iyun 2020-ci il tarixdə, saat 18:20 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs1 bacısı Şahid1 ona telefonla zəng edib Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi ev 140, mənzil 11-də yerləşən mənzilindən oğurluq edildiyini bildirmiş, bundan sonra qeyd olunan mənzilə gəlmiş, mənzilin giriş qapısının və pəncərə şüşəsinin açıq vəziyyətdə olmasını görmüş, artıq Şahid1 mənzildən oğurluq olması ilə əlaqədar Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə müraciət etmiş, bundan sonra hadisə yerinə gələn polis əməkdaşlarının iştirakı ilə mənzilə daxil olmuş, mənzildə olan əşyaların dağınıq halda, mənzildə olan çilçırağın yerdə sınmış vəziyyətdə olmasını görmüş, evdə olan əşyalara baxmağa başlamış, kənar şəxslərin evindən hər-hansı bir əşyanı götürübgötürmədiyini bilmək istəmişdir. Bundan sonra polis əməkdaşları baxış keçirmiş, mənzilə baxarkən mənzildən 50 manat qiymətində iki ədəd 1x2 ölçüdə xalça, 60 manat qiymətində bir ədəd “Samsung” markalı naqilsiz ev telelfonu, 300 manat qiymətində bir ədəd İMEİ kodunu bilmədiyi planşet, 50 manat qiymətində bir ədəd çərçivədə divar şəkli, 150 manat qiymətində bir ədəd istifadə olunmamış və üzərində qabı olan unitaz, ümumi dəyəri 500 manat qiymətində bir dəst çay servisi və bir dəst kofe servisi, ümumi dəyəri 200 manat olan 12 ədəd xrustal stəkan və 12 ədəd nəlbəki, 200 manat qiymətində iki dəst yorğan, 100 manat qiymətində bir ədəd mis qazan, hər biri 40 manat dəyərində 4 ədəd kişi şalvarını, hər biri 35 manat dəyərində 2 ədəd kişi köynəyini, 1 cütünün qiyməti 135 manat təşkil edən 2 cüt ayaqqabını, 150 manat qiymətində 4 cüt qadın ayaqqabısını, 100 manat qiymətində bir ədəd şirəçəkən maşın, 60 manat qiymətində 3 ədəd gecə işığı, 80 manat qiymətində bir dəst əl-üz dəsmalı, 40 manat qiymətində bir ədəd qarmonu naməlum şəxsin oğurlamasını aşkar etmiş, polis əməkdaşları işini bitirdikdən sonra qapını yenidən kilidliyib yaşadığı ünvan 7 ünvanına qayıtmış, ertəsi gün, yəni 29 iyun 2020-ci il tarixdə, saat 11:00 radələrində ünvan 8 ünvana gedib bəzi əşyaları götürmək istəmiş, lakin buraya çatdıqda, yenidən mənzilin qapısının açıq olmasını görmüşdür. Belə ki, yenidən mənzilin pəncərəsinin şüşəsini çıxarmaqla naməlum şəxs və ya şəxslərin mənzilə daxil olmasını, yenidən ilkin hadisə yerinə gələ bağlı araşdırma aparan müstəntiq Pərviz Əsədzadəyə zəng edib bu barədə məlumat vermiş, yenidən polis əməkdaşlarının hadisə yerinə gəlib araşdırma aparmış, naməlum şəxsin mənzildən 150 manat qiymətində bir ədəd üzərində işləmə naxışları olan suvenir gümüş xəncər, 150 manat qiymətində iki ədəd üzərində işləmə naxışları olan suvenir xəncəri oğurlamasını, daha sonra əşyaları daşıyarkən özünə məxsus 1 ədədinin qiyməti 50 manat təşkil edən ümumilikdə 200 manat dəyərində 4 ədəd qadın mərasim geyimlərini, 1 cüt dəyəri 1.500 manat olan brilliant sırğasının da oğurlanmasını aşkar etmiş, ümumilikdə 4.540 manat məbləğdə əşyalarının oğurlanmasını polis əməkdaşları tərəfindən aparılan araşdırma zamanı ilkin olaraq yazmış olduğu ərizəsində mənzildən 3000 manata yaxın olan əşyaların oğurlanması barədə bildirsə də, sonradan ümumilikdə 4.540 manat dəyərdə olan əşyaların oğurlanmasını aşkar etmişdir. Sonradan polis əməkdaşları tərəfindən aparılmış araşdırma nəticəsində oğurluq cinayətinin Təqsirləndirilən şəxs tərəfindən həyata keçirildiyini öyrənmişdir. Ona dəymiş maddi ziyan ödənilmədiyindən Təqsirləndirilən şəxs qarşı şikayətçidir və dəymiş maddi ziyanın ödənilməsini tələb edir, bu səbəbdən, ona ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə əvvəllər tanımamışdır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Zərərçəkmiş digər şəxs Zərərçəkmiş şəxs2 isə onun həyat yoldaşıdır. O, ünvan 9 mənzili plana düşdüyündən, həmçinin pandemiya ilə əlaqədar olaraq 2020-ci ilin fevral-mart aylarında ailə üzvləriylə birlikdə ünvan 7-də yerləşən fərdi yayaşayış evinə köçmüş, lakin özünə və həyat yoldaşına məxsus olan əşyaların çox hissəsini ünvan 9 evində saxlamışdır. Evin giriş qapısına açar vuraraq pandemiya ilə əlaqədar çətinliklərin aradan qalxmasını gözləmişdir. 28 iyun 2020-ci il tarixdə, saat 18:20 radələrində bacısı Şahid1 həyat yoldaşına telefonla zəng edərək, Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi ev 140, mənzil 11-də yerləşən mənzilindən oğurluq olması barədə bildirmiş, lakin səhhətində müəyyən problemlər olduğu üçün o şəxsən həmin mənzilə gedə bilməmiş, buna baxmayaraq, həyat yoldaşı qeyd olunan mənzilə tək getmiş, mənzilin giriş qapısının və pəncərəsinin şüşəsinin açıq vəziyyətdə olmasını görmüş, bacısı Şahid1 isə mənzildən oğurluq olması ilə əlaqədar Azərbaycan Respublikası DİN-in "102” xidməti”nə müraciət etmişdir. Daha sonra naməlum şəxs və ya şəxslərin mənzildən 50 manat qiymətində iki ədəd 1x2 metr ölçüdə xalça, 60 manat qiymətində bir ədəd “Samsung” markalı naqilsiz ev telefonu, 300 manat qiymətində bir ədəd İMEİ kodunu bilmədiyi planşet, 50 manat qiymətində bir ədəd çərçivədə divar şəkli, 150 manat qiymətində bir ədəd istifadə olunmamış və üzərində qabı olan unitaz, ümumi dəyəri 500 manat qiymətində bir dəst çay servisi və bir dəst kofe servisi, ümumi dəyəri 200 manat olan 12 ədəd xrustal stəkan və 12 ədəd nəlbəki, 200 manat qiymətində iki dəst yorğan, 100 manat qiymətində bir ədəd mis qazan, biri 40 manat dəyərində 4 ədəd kişi şalvarı, biri 35 manat dəyərində 2 ədəd kişi köynəyi, 1 cütünün qiyməti 135 manat təşkil edən 2 cüt ayaqqabısı, 150 manat qiymətində dörd cüt qadın ayaqqabısı, 100 manat qiymətində bir ədəd sokçəkən maşın, 60 manat qiymətində üç ədəd gecə işığı, 80 manat qiymətində bir dəst əl-üz dəsmalı, 40 manat qiymətində bir ədəd qarmonu götürmələrini bilmiş, polis əməkdaşları işini bitirdikdən sonra yoldaşı qapını yenidən kilidliyib hazırda yaşadığı ünvan 7 ünvanına qayıtmışdır. 29 iyun 2020-ci il tarixdə, saat 11:00 radələrində ünvan 9 ünvana gedib bəzi əşyaları yoldaşı götürmək istəmiş, lakin buraya çatdıqda, yenidən mənzilin qapısının açıq olmasını görmüş, yenidən mənzilin pəncərəsinin şüşəsini çıxarmaqla naməlum şəxs və ya şəxslərin mənzilə daxil olmasını, bu dəfə isə naməlum şəxsin mənzildən 150 manat qiymətində bir ədəd üzərində işləmə naxışları olan suvenir gümüş xəncər, 150 manat qiymətində iki ədəd üzərində işləmə naxışları olan suvenir xəncəri oğurlamasını, daha sonra əşyaları daşıyarkən yoldaşına məxsus ümumilikdə 200 manat dəyərində 4 ədəd qadın mərasim geyimlərinin, 1 cüt, dəyəri 1.500 manat olan brilliant sırğasının da oğurlanmasını, ümumilikdə onların 4.520 manat məbləğdə əşyalarının oğurlanmasını aşkar etmişdir. Polis əməkdaşları tərəfindən aparılan araşdırma zamanı ilkin olaraq yoldaşının yazmış olduğu ərizədə mənzildən dəyəri 3000 manata yaxın olan əşyaların oğurlanması barədə bildirilsə də, daha sonra mənzildən ümumilikdə 4.520 manat dəyərdə olan əşyaların oğurlanmasının onlara aydın olmasını qeyd etmişdir. Sonradan polis əməkdaşları tərəfindən aparılmış araşdırma nəticəsində oğurluq cinayətinin Təqsirləndirilən şəxs tərəfindən həyata keçirildiyini öyrənmişdir. Ona dəymiş maddi ziyan ödənilmədiyindən Təqsirləndirilən şəxs qarşı şikayətçidir və dəymiş maddi ziyanın ödənilməsini tələb edir, bu səbəbdən, ona ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsləri əvvəllər tanımamışdır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, Bakı şəhəri, Xətai rayonu, G.Qədirbəyova küçəsindən Təbriz küçəsi ərazisində xidməti vəzifəsini yerinə yetirmiş, hər gün saat 20:00 radələrində xidmətə başlamışdır. 11.06.2020-ci il tarixdə, saat 03:00 radələrində digər post patrul əməkdaşı ilə birlikdə xidmətdə olduqları zaman Nərimanov rayonu ərazisində yerləşən “Yaşıl Bazar” deyilən yerin yaxınlığında iki nəfər diqqətlərini çəkmiş və onlara yaxınlaşaraq özlərini həmin şəxslərə təqdim etdikdən sonra onların adlarını və gecə vaxtı hara getdiklərini soruşduqda həmin şəxslər cavab olaraq özlərini təqdim etmişlər və “Yaşıl Bazar” adlanan əraziyə getdiklərini demişlər. Onların yanında qara sellofanla örtülmüş araba olmasını gördükdən sonra arabanın içərisində nə olduqlarını soruşduqda, onlar cavab olaraq arabanın içərisində enerji içkilərinin olmasını, içkilərin istifadə olunma vaxtı bitdiyi üçün onların küçəyə atılmasını, küçədən yığılan enerji içkilərinin satmaq üçün “Yaşıl Bazar”a apardıqlarını bildirmişlər, daha sonra içkilərin birinin üzərinə baxdıqda istifadə olunma tarixinin 2021-ci il tarixədək olmasını aşkar etdikdən sonra həmin şəxslərdən şübhələnmişlər və avtomobil ilə onları ərazi olaraq Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə gətirdiklərini, burada olan zaman həmin şəxslər qeyd olunan enerji içkilərini Xətai rayonunda yerləşən “Bravo” marketdən oğurlamalarını bildirdiklərini, daha sonra qeyd olunan şəxsləri enerji içkiləri ilə birlikdə polis bölməsinə təhvil verdiklərini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə əvvəllər tanımamışdır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Zərərçəkmiş şəxs1 onun qardaşıdır, digər Zərərçəkmiş şəxs2 isə qardaşının həyat yoldaşıdır. O, qardaşı Zərərçəkmiş şəxs1 və ailəsinin yaranmış olan pandemiya ilə əlaqədar müvəqqəti olaraq Abşeron rayonu, Xırdalan şəhərində yaşadığı üçün o, bəzən işdən evə və ya evdən işə gedərkən onlara məxsus olan, Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 140, mənzil 11 ünvanına gedib qeyd olunan mənzilə nəzarət etmiş, sonuncu dəfə 28.06.2020-ci il tarixdə, saat 18:20 radələrində qeyd olunan mənzilin yanından keçərkən mənzilə nəzarət etmək üçün binanın həyətinə daxil olmuş, lakin bu vaxt mənzilin qapı və pəncərəsinin açıq olmasını görmüş, həmin yerə yaxınlaşdıqda naməlum şəxsin mənzilin pəncərəsinin şüşəsini çıxarmasını və mənzilə daxil olmasının şahidi olmuşdur. Mənzilin içərisinin dağınıq, girişdə çilçırağın yerdə sınmış vəziyyətdə olmasını gördükdən sonra dərhal bu barədə qardaşı Zərərçəkmiş şəxs1 həyat yoldaşı olan Zərərçəkmiş şəxs2 zəng edib məlumat vermiş, sonuncu gələnədək isə “102” xidmətinə də məlumat vermişdir. Zərərçəkmiş şəxs2 10-15 dəqiqə sonra həmin yerə gəlmiş, bundan sonra qısa müddət ərzində polis əməkdaşları həmin əraziyə gələrək mənzildə axtarış aparmağa başlamışdır. Zərərçəkmiş şəxs2 oğurlanmış əşyaları müəyyən etməyə çalışmış, bundan sonra polis əməkdaşlarının işlərini bitirdiklərini bildirdikdən sonra qapını bağlayıb getmişlər. Lakin 29.06.2020-ci il tarixdə, saat 11:00 radələrində Zərərçəkmiş şəxs2 yenidən ona zəng edib qeyd olunan mənzildən yenidən eyni üsulla oğurluq olmasını aşkar etdiyini bildirmiş, bu barədə yenidən iş üzrə araşdırma aparan polis əməkdaşına məlumat verdiyini qeyd etmişdir. Polis əməkdaşlarının yenidən Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 140, mənzil 11 ünvanına baxış keçirmiş, lakin sonrakı hadisələr barədə məlumatı olmamışdır. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” 28 iyun 2020-ci il tarixli və “Hadisə yerinə baxış keçirilməsi haqqında” 29 iyun 2020-ci il protokollardan və həmin protokollara əlavə edilmiş fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 140, mənzil 11 ünvanının qarşısına Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Pərviz Əsədzadə tərəfindən zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanla əlaqədar olaraq hal şahidlərinin iştirakı ilə 28.06.2020-ci il tarixdə və 29.06.2020-ci il tarixlərdə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək tərtib edilmiş protokola əlavə edilmişdir (cild 1, i/v 8-14, 16-19). İş materiallarında olan 12 iyun 2020-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 iyun 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 14 iyun 2020-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 234-235, cild 2, i/v 66). İş materiallarında olan 04 iyul 2020-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)-357/2020 saylı, 06 iyul 2020ci il tarixli və 29 sentyabr 2020-ci il tarixli, 4(006)-587/2020 saylı qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 04 iyul 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Nəsimi rayon məhkəməsinin 06 iyul 2020-ci il tarixli qərarı ilə sonuncu barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və 29 sentybar 2020-ci il tarixdə həbs qətimkan tədbirinin müddəti 01 dekabr 2020-ci il tarixədək uzadılmışdır (cild 1, i/v 96-97, 149-153, cild 2, 176- 179). İş materiallarında olan 02 avqust 2020-ci il tarixli “Maddi sübut kimi tanıma barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd musiqi aləti olan qarmon, 02 ədəd xalça, üzərində Misir fironu şəkli olan 01 ədəd suvenir maddi sübut kimi tanınmış və saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir (cild 1, i/v 158). İş materiallarında olan “Əşyaya baxış keçirilməsi barədə” 13 iyun 2020-ci il tarixli protokoldan və fotoşəkildən görünür ki, 24 ədəd olmaqla 12 qutu qırmızı rəngdə olan “HELL”, 4 qutu qırmızı rəngdə olan “BİZON”, 03 qutu göy rəngdə olan “BİZON” enerji içkiləri və 01 ədəd mağazaya məxsus olan araba hal şahidlərinin iştirakı ilə baxış keçirilərək Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Elşən Həsənov tərəfindən götürülmüşdür (cild 2, i/v 32-33). İş materiallarında olan Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Elşən Həsənov tərəfindən tərtib edilmiş “Videodiskə baxış keçirilməsi haqqında” 13 iyun 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qəsdən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı X9 ilə birlikdə 11 iyun 2020-ci il tarixdə saat 00:05 radələrində "Zərərçəkmiş şəxs3" MMC-nin nəznində fəaliyyət göstərən “Bravo” supermarketlər şəbəkəsinin ünvan 1 ünvanında yerləşən mağazasının arxa hissəsində yerləşən anbarının giriş hissəsinin açıq vəziyyətdə olmasından istifadə edərək anbara qanunsuz daxil olub oradan hər birində 24 ədəd olmaqla 12 qutu “Hell” enerji içkilərini, hər birində 24 ədəd olmaqla 4 qutu qırmızı rəngli “Bizon“ enerji içkilərini, hər birində 24 ədəd olmaqla 3 qutu göy rəngli “Bizon” enerji içkilərini və 1 ədəd mağaza arabasını gizli olaraq talamışdır. Protokol tərtib edilib ucadan oxunmuş, düzgün yazılmışdır. Protokola iştirakçılar tərəfindən heç bir şikayət, ərizə və əlavələr daxil olmamışdır (cild 2, i/v 24). Məhkəmə istintaqı zamanı qeyd olunan CD diskə baxış keçirilmiş və protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə baxışı zamanı tədqiq olunmuş işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12.08.2020-ci il tarixli, 9/2930 saylı rəyindən görünür ki, qərarda göstərilən içkilərin və arabanın orta bazar qiyməti təxminən aşağıdakı kimi yəni, 01 ədəd “Hell” enerji içkisinin 2020-ci ilin İyun ayına olan orta bazar qiyməti - 0.8 (səksən) qəpik, 01 ədəd göy rəngli 450 ml ‘‘Bizon” enerji içkisinin 2020-ci ilin İyun ayına olan orta bazar qiyməti - 1.0 (bir) manat, 01 ədəd qırmızı rəngli “Bizon” enerji içkisinin 2020-ci ilin İyun ayına olan orta bazar qiyməti - 1 (bir) nanat, 250 ml “Fanta” içkisinin 2020-ci ilin İyun ayına olan orta bazar qiyməti - 0.6 (altmış) qəpik, istifadə olmuş market arabasının 2020-ci ilin İyun ayına olan orta bazar qiyməti - 50 (əlli) manat kimi qeyd edilmişdir (cild 2, i/v 107-108). Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə baxışı zamanı tədqiq olunmuş işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21.10.2020-ci il tarixli, 9/4042 saylı rəyindən görünür ki, qərarda göstərilən əşyaların orta bazar qiyməti təxminən aşağıdakı kimi, yəni 01 ədəd üzərində markalanması olmayan, insan şəkilləri əks edilən, 58x90 sm ölçüdə, kənarları saçaqlı vəziyyətdə, xarici görünüşünə görə istifadə edilmiş döşəmə üçün xalça 2020-ci ilin iyul ayına olan orta bazar qiyməti - 20.00 (iyirmi) manat, 01 ədəd üzərində markalanması olmayan, qadının qucağında quzu təsvirli şəkil əks edilər., 95x150 sm ölçüdə, kənarları saçaqlı vəziyyətdə, xarici görünüşünə görə istifadə edilmiş döşəmə üçün xalça 2020-ci ilin iyul ayına olan orta bazar qiyməti 30.00 (otuz) manat, 01 ədəd çərçivənin içərisində firon suveniri olan, 37x52 sm ölçüdə, divara asılan şəkil 2020-ci ilin iyul ayına olan orta bazar qiyməti - 50.00 (əlli) manat, 01 ədəd üzərində markalanması olmayan, xaric: görünüşünə görə istifadə edilmiş musiqi aləti qarmon 2020-ci ilin iyul ayına olan orta bazar qiyməti - 40.00 (qırx) manat kimi qeyd edilmişdir. Həmçinin Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus bir ədəd Samsunq markalı naqilsiz ev telefonunun, bir ədəd planşetin, bir ədəd üzərində işləmə naxışları olan suvenir gümüş xəncərin, iki ədəd üzərində üzərində işləmə naxışları olan suvenir xəncərlərin, bir ədəd istifadə olunmamış və üzərində qabı olan unitazın, bir dəst çay servisi, bir dəst kofe servisinin, 12 ədəd xrustal stəkan və 12 ədəd nəlbəkinin, iki dəst yorğanın, bir ədəd mis qazanın, bir dəst kişi qış geyimlərinin, dörd cüt qadın ayaqqabısının, bir ədəd sokçəkən maşınının, üç ədəd gecə işığının, bir dəst əl-üz dəsmalının, eləcə də, qadın geyimlərinin, 1 cüt brilliant sırğanın ekspert baxışı keçirilmədən, onların konkret olaraq markasını, modelini, əmtəə görünüşünü, yararlığı, texniki göstəricilərini, hansı vəziyyətdə olmasını, mənəvi vo fiziki köhnəlməyə hansı dərəcədə məruz qalmasını müəyyən etmədən və onlar barədə kifayət qədər məlumat olmadan onların üzərində tədqiqat və qiymətləndirmə aparılmamışdır (cild 2, i/v 213-217). İş materiallarında olan 13 avqust 2020-ci il tarixli “Maddi sübut kimi tanıma barədə” qərardan görünür ki, hər birinin içərisində 24 ədəd olmaqla 12 qutu qırmızı rəngdə olan “HELL”, 4 qutu qırmızı rəngdə olan “BİZON”, 03 qutu göy rəngdə olan “BİZON” enerji içkiləri və 01 ədəd mağazaya məxsus olan arabanın maddi sübut kimi tanınması qərara alınmışdır (cild 2, i/v 109-110). İş materiallarında olan 14 avqust 2020-ci il tarixli qəbzdən görünür ki, hər birinin içərisində 24 ədəd olmaqla 12 qutu qırmızı rəngdə olan “HELL”, 4 qutu qırmızı rəngdə olan “BİZON”, 03 qutu göy rəngdə olan “BİZON” enerji içkiləri və 01 ədəd mağazaya məxsus olan araba Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Elşən Həsənov tərəfindən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə təhvil verilmişdir (cild 2, i/v 112). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 17.08.2020-ci il tarixli tələbnamədən və Bakı şəhəri Yasamal rayon məhkəməsinin 07 iyul 2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Yasamal rayon məhkəməsinin 07.07.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 1, i/v 170-172, 175-177). İş materiallarında olan “Sübutların qiymətləndirilməsi, cinayət işi üzrə əməlin tövsif edilməsi və cinayət işi üzrə icraata hissəvi xitam verilməsi haqqında” 05 noyabr 2020-ci il tarixli qərardan görünür ki, oğurluq cinayətinin görüntüsünü özündə əks etdirən 01 ədəd CD-R disk maddi sübut kimi tanınmış, cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X6 barəsində icraata xitam verilmişdir (cild 3, i/v 1-20). Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə tərəfindən təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməlləri etiraf etməklə peşman olmasını, dəymiş zərərin qismən ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 iyun 2020-ci il tarixdən 14 iyun 2020ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 04 iyul 2020-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD-R diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, ondan 125 (yüz iyirmi beş) manat miqdarında ekspertiza xərcinin tutularaq dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan 01 ədəd üzərində markalanması olmayan, insan şəkilləri əks edilən, 58x90 sm ölçüdə, kənarları saçaqlı vəziyyətdə, xarici görünüşünə görə istifadə edilmiş döşəmə üçün xalça, 01 ədəd üzərində markalanması olmayan, qadının qucağında quzu təsvirli şəkil əks edilən, 95x150 sm ölçüdə, kənarları saçaqlı vəziyyətdə, xarici görünüşünə görə istifadə edilmiş döşəmə üçün xalça, 01 ədəd çərçivənin içərisində firon süveniri olan, 37x52 sm ölçüdə, divara asılan şəkil, 01 ədəd üzərində markalanması olmayan, xarici görünüşünə görə istifadə edilmiş musiqi aləti qarmon zərərçəkmiş şəxslərə təhvil verilməli, iş üzrə maddi sübut kimi tanınmış hər birinin içərisində 24 ədəd olmaqla 12 qutu qırmızı rəngdə olan “HELL”, 4 qutu qırmızı rəngdə olan “BİZON”, 03 qutu göy rəngdə olan “BİZON” enerji içkiləri və 01 ədəd mağazaya məxsus olan arabanın zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına və Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, 04 iyul 2020-ci il tarixli “müdafiəçi təyin olunması haqqında” qərardan, ********* saylı cinayət işi üzrə tərtib edilmiş ittiham aktına əlavə edilmiş arayışdan və iş materiallarında olan “vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə” hesabatdan görünür ki, həmin cinayət işi üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən hüquqi yardım göstərilmişdir. Həmçinin Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-376/2020 saylı, 24 noyabr 2020-ci il tarixli qərara əsasən 30 noyabr 2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 45 (qırx beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 270 (iki yüz yetmiş) manat və həmçinin Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı X3 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 iyun 2020-ci il tarixdən 14 iyun 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 04.07.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza xərci olan 125 (yüz iyirmi beş) manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan 01 ədəd üzərində markalanması olmayan, insan şəkilləri əks edilən, 58x90 sm ölçüdə, kənarları saçaqlı vəziyyətdə, xarici görünüşünə görə istifadə edilmiş döşəmə üçün xalça, 01 ədəd üzərində markalanması olmayan, qadının qucağında quzu təsvirli şəkil əks edilən, 95x150 sm ölçüdə, kənarları saçaqlı vəziyyətdə, xarici görünüşünə görə istifadə edilmiş döşəmə üçün xalça, 01 ədəd çərçivənin içərisində firon süveniri olan, 37x52 sm ölçüdə, divara asılan şəkil, 01 ədəd üzərində markalanması olmayan, xarici görünüşünə görə istifadə edilmiş musiqi aləti qarmon zərərçəkmiş şəxslərə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD-R diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış hər birinin içərisində 24 ədəd olmaqla 12 qutu qırmızı rəngdə olan “HELL”, 4 qutu qırmızı rəngdə olan “BİZON”, 03 qutu göy rəngdə olan “BİZON” enerji içkiləri və 01 ədəd mağazaya məxsus olan arabanın zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi oğlunun vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 270 (iki yüz yetmiş) manat və X3 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-119/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-119/2021
04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver