Məhkəmə qərarları › İş №1(006)-119/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-119/2025

21.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-119/2025 21.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, subay, işsiz, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 01-də qeydiyyatda olan, vəfat etmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə: • 24 aprel 2024-cü il tarixdə, saat 17:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, 21 saylı binanın həyətindən Zərərçəkmiş şəxs1 məxsus 1.400 manat dəyərində elektrikli mühərriklə təchiz olunmuş “Stark” markalı velosipedi götürüb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1; • 28 aprel 2024-cü il tarixdə, saat 14:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, 106 saylı binanın giriş hissəsindən Zərərçəkmiş şəxs2 məxsus 330 manat dəyərində “Anmier” markalı velosipedi götürüb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2; • 16 iyul 2024-cü il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi, 29 saylı binanın giriş hissəsindən Zərərçəkmiş şəxs3 məxsus 300 manat dəyərində “Toba Murov” markalı velosipedi götürüb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş “Ölüm haqqında tibbi şəhadətnamə”dən aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:30-da 1 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasında dəqiqləşdirilməmiş ağciyər-ürək çatışmazlığından vəfat etmişdir. Məhkəmənin hazırlıq iclası dövründə Təqsirləndirilən şəxs öldüyündən və müəyyən edilmiş prosessual müddət ərzində onun hüquqi varisi qismində tanınması barədə müvafiq istək daxil olmadığından, eyni zamanda cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında müdafiəçinin razılığı olduğundan, məhkəmə hesab edir ki, cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə görə şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Qeyd olunan Məcəllənin 106-1.4-cü maddəsinə görə ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106- 1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət-Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. İş üzrə icraata xitam verildiyindən, Təqsirləndirilən şəxs barəsində seçilmiş və icra edilməmiş həbs qətimkan tədbiri də Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən qüvvədən düşmüş sayılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə görə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 60 manat pul ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 300 və 305-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş və icra edilməmiş həbs qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar