Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-12/2021 09.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri, 05 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri, 52-ci məhəllədə yaşamış, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 466/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırki iş üzrə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5, 180.2.2 və 29, 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin çantasından özgə əmlakını gizli olaraq talayıb oğurluq cinayətini törətmiş, təkrarən, özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmiş, eyni zamanda təkrarən, özgənin əmlakını açıq talama məqsədi ilə soyğunçuluq cinayəti törətməyə cəhd etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxx 2019-cu il tarixdə səhər saat 11 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən dayanacaqda 7 saylı marşrut üzrə hərəkət edən sərnişin daşıyan avtobusa sərnişin qismində minmiş, həmin sərnişin avtobusu Sumqayıt şəhəri, 6-cı məhəllə ərazisində sərnişinlərin minib-düşməsi üçün dayanarkən avtobusda yaranmış sıxlıqdan istifafə edərək Zərərçəkmiş şəxs2 sağ çiynindən asılmış vəziyyətdə olan qadın əl çantasını əlləri ilə açaraq əlini həmin çantanın içərisinə salıb oradan üç ədəd 100 manatlıq, 4 ədəd əlli manatlıq, digərləri isə 10 və 20 manatlıqdan ibarət olan pul əskinaslarını, ümumilikdə isə 580 manat məbləğində nəğd pulu zərərçəkmiş şəxsin çantasından gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 580 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını açıq talama məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə günorta saat 15:35 radələrində Sumqayıt şəhəri ərazisində hərəkət edən 5 saylı “Akia” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı sərnişin daşıyan avtobusa sərnişin qismində minmiş, həmin sərnişin avtobusu Sumqayıt şəhəri, Bakı küçəsində yerləşən “Sülh Plaza” adlı biznes mərkəzinin qarşısında olarkən avtobusdakı sərnişin Zərərçəkmiş şəxs1 qadın əl çantasını əlləri ilə açaraq əlini həmin çantanın içərisinə salıb oradan 01 ədəd 600 manat dəyərində “Samsung J2” markalı mobil telefon aparatını və həmin mobil telefon aparatında olan 01 ədəd 5 manat dəyərində ***-***-**-** Azercell GSM nömrəni gizli olaraq talamış, Lalə Rəfıyeva bunu gördükdən sonra avtobus sürücüsü Şahid6 yaxınlaşaraq bir nəfər şəxsin onun mobil telefon aparatını oğurlamasını deyərək avtobusun qapılarını açmamasını deməsini eşitdikdən sonra Təqsirləndirilən şəxs Şahid6 yaxınlaşaraq avtobusu saxlayaraq qapıları açmasını bildirmiş, Şahid6 buna icazə vermədikdə Təqsirləndirilən şəxs cibindən bıçaq çıxararaq qapıları açmayacagı təqdirdə özünə xəsarət yetirməsini bildirdikdən sonra Şahid6 idarə eldiyi avtobusu kənara verərək qapıları açmış, Təqsirləndirilən şəxs avtobusdan düşərək özgə əmlakım açıq talamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 605 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını açıq talama məqsədi ilə xx xxxxxxx 2019-cu il tarixdə axşam saat 21 radələrində, ünvan 4 saylı, ünvanda hərəkətdə olan 135 nömrəli sərnişin avtobusunda olan Zərərçəkmiş şəxs3 içərisində milli valyuta ilə məzənnəsi 340 manat olan 200 ABŞ dolları məbləğində və 01 manat məbləğində nəğd pul olan 3 manat dəyərində qara və qəhvəyi rənglərdən ibarət pul kisəsini sonuncunun sol çiynində asılmış vəziyyətdə olan qadın çantasından gizli olaraq talayıb həmin sərnişin avtobusundan düşüb qaçmaq istəmiş, lakin Zərərçəkmiş şəxs3 bunu aşkar etdikdən sonra sərnişin avtobusundan düşüb ona yaxınlaşaraq pul kisəsini tələb etdikdə Təqsirləndirilən şəxs əvvəlcə həmin pul kisəsini verməyəcəyini bildirmiş, Zərərçəkmiş şəxs3 təkrar pul kisəsini istəməsindən sonra əlindəki pul kisəsini yerə ataraq öz iradəsindən asılı olmayan səbəblərdən qəsdən törətmiş olduğu cinayət əməlini başa çatdıra bilməyərək, Zərərçəkmiş şəxs3 ümumilikdə 344 manat maddi ziyan vurmaqla soyğunçuluq etməyə cəhd etmiş və hadisə yerindən uzaqlaşmaq istədikdə ətrafda olan X14 Alayının əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarla özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, əvvəllər bir neçə dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Sumqayıt şəhərində yerləşən vərəm dispanserində qeydiyyatdadır və hazırki vaxtadək müalicə alır. O, işsiz olduğu üçün pula ehtiyacı yaranmış və oğurluq etmək fikrinə düşmüşdür. xx xxxx 2019-cu il tarixdə, saat 11 radələrində bazara getmək məqsədi ilə Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin qarşısında “7” saylı marşrut xətti ilə hərəkət edən avtobusa minmişdir. Həmin vaxt avtobusun ön hissəsində dayanmışdır. Qısa müddət sonra avtobusa bir nəfər əynində qara rəngli şalvar və yay koftası olan bir nəfər qadın da minmişdir. Həmin qadın avtobusa mindikdən sonra avtobusun ön tərəfində dayanmışdır. O, qadına nəzər yetirdikdə çiynində qara rəngli çanta asıldığını, çantanın ağız hissəsinin açıq, içərisində isə 20 (iyirmi) manatlıq pul əskinazının göründüyünü görüb oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə isə fürsət gözləməyə başlamış və təxminən bir dayanacaq sonra Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində yerləşən “Rusiya clubu” adlanan yerdə avtobus dayanmışdır. Həmin vaxt avtobusun arxa tərəfindən olan sərnişinlər gediş haqqını ödəmək üçün avtobusun ön tərəfinə gəldiyindən sıxlıq yaranmışdır. O da sərnişin sıxlığından istifadə edərək sol əlini qadının çiyin hissəsindən asılı olan ağız hissəsi açıq əl çantasının içərisinə salıb çantanın içərisindəki pulu götürüb əlinin içərisində saxlayaraq gediş haqqı vermədən avtobusdan yerə enib getmişdir. O, avtobusdan bir qədər uzaqlaşıb yolu keçdikdən sonra oğurladığı pulları saymağa başlamış və həmin vaxtda çantadan cəmi bir ədəd 50 (əlli), bir ədəd 20 (iyirmi), iki ədəd 5 (beş), dörd ədəd isə 1 (bir) manatlıq, ümumilikdə 84 (səksən dörd) manat pul oğurladığını müəyyən etmişdir. O, oğurladığı pulları sonradan isə öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa, o, xx.xx.2019-cu il tarixdə saat 15 radələrində Sumqayıt şəhərində 5 saylı marşrut üzrə hərəkət edən “Akia” markalı avtobusa minmişdir. Həmin vaxt avtobusda xeyli sayda sərnişin olduğu üçün sıxlıq yaranmışdır. Avtobus “Sülh Plazanın” qarşısı ilə hərəkətdə olarkən bir nəfər təxminən 50-52 yaşlı qadının mobil telefonla kiminləsə danışdığını, sonra isə həmin telefonu əl çantasına qoyduğunu görmüşdür. Sıxlıqdan istifadə edərək o, həmin qadına yaxınlaşaraq, cəld şəkildə əl atıb həmin qadının əl çantasından mobil telefonunu götürmüşdür. Lakin, bunu həmin qadın görmüş və ona heç nə deməyərək sürücüyə yaxınlaşmışdır. O, həmin qadının bu barədə sürücüyə məlumat verəcəyini başa düşüb, avtobusu tərk etmək məqsədi ilə çıxış qapısına yaxınlaşıb, sürücüdən qapıların açmasını xahiş etdikdə sürücü qapını açmaqdan imtina etmişdir. Bu zaman o, çibindən bıçaq çıxardaraq qapını açmayacağı təqdirdə özünə xəsarət yetirəcəyini bildirmişdir. Bundan sonra sürücü düyməni sıxmış və qapılar açılmışdır. O, cəld düşərək oradan uzaqlaşmışdır. Sonra mobil telefona baxdıqda onun “Samsung J2” markalı olduğunu müəyyən etmişdir. Dərhal üzərində olan sim kartı sındıraraq xatırlamadığı ərazidə tullamış, mobil telefonun özünü isə özünə məxsus olduğunu bildirərək, Sumqayıt şəhərində tanımadığı şəxsə 50 manata satmışdır. Bundan başqa, xx xxxxxxx 2019-cu il tarixdə saat təxminən 21 radələrində Əcəmi metrosunun yaxınlığında 135 nömrəli sərnişin avtobusuna minmişdir. O, Xırdalan qəsəbəsi tərəfə gedirmiş ki, oradan da 1 manatlıq taksiyə minib yaşadığı Sumqayıt şəhərinə getsin. O, bu niyyətlə 135 nömrəli sərnişin avtobosuna minmişdir. Həmin vaxt avtobusda insan sıxlığı olmuş və o ayaqüstə dayanmışdır. Onun yanında da iki nəfər xanım dayanmışdır. Həmin xanımlardan biri yəni balaca boylunun sol çiynindən açılmış çanta olmuş və o, planlaşdırmışdır ki, həmin çantanın içərisindən pul oğurlasın. Bu niyyətlə də o, sol əlini çantanın içərisinə salaraq oradan bir ədəd pul kisəsini götürmüşdür. O, pul kisəsini götürdükdən sonra avtobusdan düşmüşdür. O, avtobusdan düşdükdən sonra yolun digər tərəfinə keçmişdir. O, pul kisəsini əynindəki yaşıl rəngli gödəkçənin içində gizlətmiş, hər iki əli ilə pul kisəsini tutub saxlamağa başlamışdır. O, yolu keçib digər istiqamətlə hərəkət edərkən onu arxadan bir nəfər xanım çağırmışdır. O, geriyə tərəf çönüb baxdıqda həmin xanımın pul kisəsinin sahibəsi olmasını görmüşdür. Həmin xanım yəni adı ona sonradan məlum olan Zərərçəkmiş şəxs3 bildirmişdir ki, “pul kisəmi verin”. O da ona cavabında “ vermirəm" deyə cavab verikdə Aytac yenidən ikinci dəfə ona “pul kisəmi verin” dedikdə o, ətrafda insanların çox olmasını görüb pul kisəsini yerə ataraq qaçmağa başlamışdır. O, qaçdıqdan sonra qəflətən ona yaxınlıqdakı polis əməkdaşları yaxınlaşmışlar və o da həmin vaxt cibində olan lezvanı çıxarıb “ yaxın gəlməyin, yoxsa özümü doğrayaram deyə bildirmişdir. Lakin buna baxmayaraq, polis əməkdaşları onu tutaraq 19-cu PŞ-nə gətirmişlər. O, orada cinayət əməlini səmimi etiraf etmişdir. Bundan başqa o, xx xxxx 2019-cu il tarixdə saat 11 radələrində Sumqayıt şəhəri, 6-cı məhəllə ərazisinə gedən 7 saylı sərnişin avtobusunda olarkən vətəndaş Zərərçəkmiş şəxs2 məxsus olan çantasının içərisindən 580 manat pul oğurlamış, həmçinin oğurladığı 580 manat pulun 500 manatını sonuncuya geri qaytarmış, yerdə qalan 80 manat pulu isə qısa vaxt ərzində ödəyəcəyi barədə razılığa gəlmişlər. Həmçinin xx xxxxxx 2019-cu il tarixdə saat 15:35 radələrində Sumqayıt şəhəri, Bakı küçəsində yerləşən “Sülh Plaza”nın qarşısında dayanmış “Akia” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtobusda olarkən vətəndaş Zərərçəkmiş şəxs1 məxsus çantadan bir ədəd “Samsung J2” markalı mobil lelefon aparatını götürüb, avtobusdan getmiş, həmin mobil telefon aparatını yoldan keçən tanımadığı şəxsə 50 manata satmışdır. Hal-hazırda zərərçəkmiş şəxslərə dəymiz zərərin qismən ödənildiyini, səhhətində problemlərinin olduğunu bildirərək, məhkəmədən yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs və digər zərərçəkmiş şəxsləri tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. O, xx.xx.2019-cu il tarixdə, saat 15:30 radələrində Sumqayıt şəhəri, 41-ci məhəllə ərazisində yerləşən yarmarkaya getmək üçün avtovağzalın qarşısından **-AL-*** dövlət qeydiyyat nişanlı 5 saylı şəhərdaxili sərnişin avtobusuna minmişdir. Avtobusda boş oturacaq olmadığından o, ayaq üstə getməyə məcbur olmuşdur. Avtobusa minərkən oğlu Azərlə telefonla danışıb telefonunu əl çantasına qoymuşdur. Həmin vaxt arxada dayanmış təxminən 35-40 yaşlarında bir kişi əlini çantasına salaraq telefonunu götürdüyünü görmüş, ancaq həmin şəxsə heç bir söz demədən avtobusu idarə edən sürücüyə yaxınlaşıb məsələni ona astadan danışıb, avtobusun qapılarını açmamasını, onun avtobusdan düşməsinə maneə olmasını və telefonu qaytarmasına köməklik göstərməsini xahiş etmişdir. Bunu görə həmin şəxs, yəni Təqsirləndirilən şəxs sürücüyə yaxınlaşıb ondan tələb etmişdir ki, təcili qapıları açsın ki, düşüb gedə bilsin. Sürücü də Ceyhuna qapıları açmayacağını dedikdə, sonuncu cibindən bıçaq çıxararaq sürücüyə və köməkçisinə hədə qorxu gələrək bıçağı öz qarın nahiyəsinə tutaraq qapıları açmadığı təqdirdə özünə xəsarət yetirəcəyini demişdir. Sürücü bundan ehtiyyatlanıb qapıları açmış və Ceyhun avtobusdan düşərək qaçıb oradan uzaqlaşmışdır. Daha sonra o, DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş və bu barədə oğlu Azərə də danışmışdır. Həmin cinayət nəticəsində ona ümumilikdə 605 manat məbləğində maddi ziyan dəymişdir. Hal-hazırda ona dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmədən xahiş edir. Növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş edərək bununla bağlı ərizəni məhkəməyə təqdim edir. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs və digər zərərçəkmiş şəxsləri tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. O, xx.xx.2019-cu il tarixdə saat təxminən 11 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən dayanacaqdan 7 saylı marşurut xətti üzrə hərəkət edən sərnişin avtobusuna minərək Sumqayıt şəhəri, 6-cı məhəllə ərazisində yerləşən xəstəxanada müalicə alan qohumuna baş çəkmək üçün yola düşmüşdür. O, sərnişin avtobusuna mindikdən sonra pilləkənləri qalxıb ilk oturacağın yanında olan tutacaqdan tutaraq giriş hissədə dayanmışdır. Həmin vaxt avtobusda təxminən 30-40 nəfər sərnişin olmuşdur. O, avtobusa mindikdən sonra avtobusda yanında dayandığı oturacaqda əyləşmiş, təxminən 30 yaşlı, arıq bədən quruluşlu qadının diqqətlə onu izlədiyini görüb diqqətini ona cəmləşdirmişdir. Avtobus bir qədər hərəkət etdikdən sonra növbəti dayanacaqların birində dayanmış, bundan sonra avtobusda olan sərnişinlərin bir qismi avtobusun ön qapısına yaxınlaşdığından, orada sıxlıq yaranmışdır. Bu zaman kiminsə onu itələdiyini, çantasının dartıldığını hiss etsə də, bunu yaranmış sıxlıqla əlaqələndirib ciddiyə almamışdır. Sərnişinlər avtobusdan düşdükdən sonra sürücünün arxa hissəsində boşalmış oturacaqda əyləşmək istəyərkən sağ çiynindən asdığı çantanın ağız hissəsinin açıq olduğunu görmüş və bundan sonra çantanın içərisinə baxdıqda çantanın içərisində olan ümumilikdə 580 manat pulun yerində olmadığını aşkar etmişdir. Bundan sonra pulun ətrafa düşə biləcəyini fikirləşdiyindən ətrafa nəzər salmış, lakin pulu tapa bilməmişdir. Bu zaman ayaq üstə dayanmış təxminən 15-20 yaşlı bir cavan oğlan ona heç bir söz demədən, bildirdi ki, “nə olub, pulun itib”. O da cavabında pulunun yerində olmadığını təsdiqlədikdən sonra həmin oğlan səs-küy salıb sürücüdən avtobusu saxlamağını, avtobusun içərisində olan video kameraların çəkdiyi çəkilişə baxıb pulu oğurlamış şəxsin müəyyən edilməsini tələb etmişdir. Sürücü isə bildirmişdir ki, avtobusda olan video kameralar tərəfindən çəkilmiş videogörüntülərə ancaq avtobus axşam duracağa getdikdən sonra baxıla bilər. Avtobus Sumqayıt şəhəri, 6-cı məhəllə ərazisində dayandıqdan sonra o, avtobusdan düşmüş və ilk öncə telefonla zəng vurub bacısı Sahilə Kərəmovaya məlumat vermişdir. Sonra isə zəng vurub hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermişdir. Daha sonra Sumqayıt ŞPİ-nin 4-cü PB-nə ərizə ilə müraciət edərək özünə məxsus çantadan pulunu oğurlamış şəxsin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsini, eləcə də dəymiş maddi ziyanın ödənilməsi üçün tədbirlər görülməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs hadisə vaxtı onun çantasından ümumilikdə 580 manat pul oğurlamış, həmin 580 manat pulun üçü 100 manatlıq, dördü 50 manatlıq, yerdə qalan məbləğlər isə 10 və 20 manatlıq pul əskinaslarından ibarət olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs onun 580 manat pulundan 500 manatını ona geri qaytarmışdır. Hal-hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən qismən ödənilsə də, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə buraxır. Bununla bağlı ərizəni məhkəməyə təqdim edir. Məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə məlumatlandırılmış Zərərçəkmiş şəxs3 məhkəmə iclaslarına gəlməmiş, onun məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmamışdır. Müdafiə tərəfi Zərərçəkmiş şəxs3 məhkəmə baxışında iştirakını tələb etmədiyindən məhkəmə tərəfindən Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs3 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, anket məlumatlarında qeyd edilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Ailəlidir. Özü Bakı şəhəri, 9-cu mikrorayon, Mir Cəlal küçəsi 103 saylı ünvanda yerləşən “X11” dırnaq ustası işləyir. O, həmin mərkəzdə 6 aydır ki, işləyir. İş saatı səhər saat 9-dan axşam saat 6-ya qədərdir. O, həmin mərkəzdən evə və evdən mərkəzə 135 nömrəli sərnişin avtobusu ilə gedib gəlir. 135 nömrəli avtobusuna o, Əcəmi metrosundan minib yaşadığı Xırdalan qəsəbəsi, Af park tərəfə gedib gəlir. xx xxxxxxx 2019-cu il tarixdə axşam saat 21 radələrində o, iş yoldaşı Arzu ilə birlikdə Əcəmi metrosunun qarşısından 135 nömrəli sərnişin avtobusuna minmişlər. Avtobusda insan sıxlığı müşahidə olunurmuş. Onlar hər ikisi həmin vaxt avtobusda ayaqüstə qalmışlar. Avtobusda onlar hərəkətdə olarkən 20 Yanvar küçəsi 6 saylı ünvana yəni Qızıl Tac restoranı tərəfə çatdıqda avtobusda içəridə olan əvvəllər görmədiyi və tanımadığı bir nəfər təxminən 25 yaşında olan oğlan ona bildirmişdir ki, “xanım bir nəfər şəxs sizin sol çiyninizdə asılmış vəziyyətdə olan çantanızın içərisindən pul kisəsini gizlicə götürüb avtobusdan düşdü”. Həmin vaxt avtobus hərəkətə başlayanda o, sürücüyə demişdir ki, “avtobusu saxla”. Sürücü də dərhal avtobusu saxladıqda o, dərhal avtobusdan düşüb kənara baxanda görmüşdür ki, bir nələr şəxs hər iki əlləri ilə əynindəki gödəkçəni tutub saxlamağa çalışaraq yolu keçib o biri tərəfə doğru hərəkət edir. O da dərhal yolu keçib həmin şəxsə doğru hərəkət etməyə başlamış və həmin şəxsin əynində yaşıl rəngli godəkçə, qara rəngli köynək və göy rəngli cins şalvar olmuşdur. O, həmin şəxsə yaxınlaşıb bildirmişdir ki, “pul kisəmi ver mənə” Həmin şəxs də yəni adı ona sonradan məlim olan Təqsirləndirilən şəxs ona bildirmişdir ki, “vermirəm.” O da sonuncuya yenidən çantasını verməsini bildirdikdə Ceyhun gödəkçənin altında saxladığı pul kisəsini yerə atıb qaçmağa başlamışdır. O da həmin vaxt qışqıraraq “tutun həmin şəxsi qaçır” deyə bildirmişdir. Ceyhun qaçarkən yaxınlıqda olan polis əməkdaşları da onun arxasınca qaçmağa başlamışlar. O da bu barədə gedib Nəsimi rayon polis idarəsinin 19-cu polis şöbəsinə ərizə yazmışdır. Eyni zamanda o, pul kisəsinin içərisinə baxdıqda görmüşdür ki, çantanın içərisindəki 200 ABŞ dolları və 01 manat pul yerindədir. Hadisə nəticəsində ona ümumilikdə 371 manat maddi ziyan dəymişdir. Lakin Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində əlavə dindirilərkən bildirmişdir ki, onun ekspertiza rəyindəki 3 manat qiymətinə heç bir etirazı yoxdur. Onun əşyaları geri qaytarıldığından bu barədə heç bir vəsatəti, etirazı yoxdur. Ona dəymiş maddi ziyanın da 344 manat kimi qeyd edilməsinə etirazı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Xoşbəxt oğlunu əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Hal-hazırda X14 Alayında polis nəfəri işləyir. xx xxxxxxx 2019-cu il tarixdə axşam saat 21 radələrində xidməti iş yoldaşları yəni Şahid3, Şahid2 və Seymur Məmmədovla birlikdə 2496 saylı **-AP-*** dövlət qeydiyyat nişanlı “Fiat Doblo” markalı avtopatrulla ünvan 4 saylı ünvanda hərəkət edirmişlər. Həmin vaxt onlar bir nələr xanımın, yəni adı və soy adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs3 qışqıraraq “həmin şəxsi tutun qaçır” deyə ucadan səslənməsinin şahidi olmuşdur. Onlar da dərhal avtomobildən düşərək həmin xanıma yaxınlaşmışlar və ondan nə baş verməsini soruşmuşlar. Zərərçəkmiş şəxs3 onlara bildirmişdir ki, “mənim pul kisəmi oğurlayan həmin şəxsdir, qaçır tutun onu”. Onlar da dərhal həmin şəxsin arxasınca qaçmağa başlamışlar və onu tutmaq istədikdə həmin şəxs əlində olan kəsici alətlə yəni lezva ilə bildirmişdir ki, “mənə yaxın gəlməyin, yoxsa özümə xəsarət yetirəcəm”. Onlar da ona sakit olmasını bildirmiş və onu ehtiyatla yaxalayıb Nəsimi RPİ-nin 19- cu PŞ-nə gətirmişlər. Onun barəsində qanuni tədbir görülməsi üçün Nəsimi RPİ-nin 19-cu PŞ-nin rəisinin adına raportla müraciət etmişlər. Onlara məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Aytacın dediyinə görə onların tutduğu Təqsirləndirilən şəxs onun çantasından sərnişin avtobusunda olarkən pul kisəsini gizlicə götürərək avtobusdan düşüb getmiş, Aytac da avtobusdan düşdükdən sonra ona yaxınlaşıb pul kisəsini istədikdə Ceyhun pul kisəsini ataraq qaçmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Hal-hazırda X14 Alayında polis nəfəri kimi fəaliyyət göstərir. xx xxxxxxx 2019-cu il tarixdə axşam saat 21 radələrində xidməti iş yoldaşları Şahid1, Şahid2 və Şahid3la 2496 saylı **-AP-*** dövlət qeydiyyat nişanlı “Fiat Doblo” markalı avtopatrulla ünvan 4 saylı ünvandan keçirmişlər. Həmin vaxt görmüşlər ki, bir nəfər xanım adı ona sonradan məlum olmuş Zərərçəkmiş şəxs3 qışqıraraq “həmin şəxsi tutun qaçır" deyə bildirmişdir. Onlar dərhal çevik bir şəkildə avtomobildən düşərək Aytac xanıma yaxınlaşaraq nə baş verməsini soruşmuşlar. Həmin xanım da bildirmişdir ki, “mənim pul kisəmi oğurlayan həmin şəxsdir, qaçır tutun". Onlar da dərhal həmin şəxsin arxasınca qaçmağa başlamış və onu tutmaq istədikdə həmin şəxs yəni Təqsirləndirilən şəxs əlində olan kəsici alət olan lezvanı tutaraq bildirmişdir ki, "mənə yaxın gəlməyin, yoxsa özümə xəsarət yetirəcəm". Onlar da ona sakit olmasını bildirib onu ehtiyatla yaxalayıb Nəsimi RPİ-nin 19-cu PŞ-nə gətirmişlər. Zərərçəkmiş şəxs3 deməsinə görə onların tutduğu şəxs Təqsirləndirilən şəxs onun çantasından avtobusda olarkən pul kisəsini gizlicə götürmüş, o da avtobusdan düşdükdən sonra Ceyhuna yaxınlaşıb pul kisəsini istədikdə o, pul kisəsini ataraq qaçmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Xoşbəxt oğlunu əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Hal-hazırda X14 Alayında polis nəfəri işləyir. xx xxxxxxx 2019-cu il tarixdə axşam saat 21 radələrində xidməti iş yoldaşları yəni Şahid3, Şahid1 və Seymur Məmmədovla birlikdə 2496 saylı **-AP-*** dövlət qeydiyyat nişanlı “Fiat Doblo” markalı avtopatrulla ünvan 4 saylı ünvanda hərəkət edirmişlər. Həmin vaxt onlar bir nələr xanımın, yəni adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs3 qışqıraraq “həmin şəxsi tutun qaçır” deyə ucadan səslənməsinin şahidi olmuşdur. Onlar da dərhal avtomobildən düşərək həmin xanıma yaxınlaşmışlar və ondan nə baş verməsini soruşmuşlar. Zərərçəkmiş şəxs3 onlara bildirmişdir ki, “mənim pul kisəmi oğurlayan həmin şəxsdir, qaçır tutun onu”. Onlar da dərhal həmin şəxsin arxasınca qaçmağa başlamışlar və onu tutmaq istədikdə həmin şəxs əlində olan kəsici alətlə yəni lezva ilə bildirmişdir ki, “mənə yaxın gəlməyin, yoxsa özümə xəsarət yetirəcəm”. Onlar da ona sakit olmasını bildirmiş və onu ehtiyatla yaxalayıb Nəsimi RPİ-nin 19- cu PŞ-nə gətirmişlər. Onun barəsində qanuni tədbir görülməsi üçün Nəsimi RPİ-nin 19-cu PŞ-nin rəisinin adına raportla müraciət etmişlər. Onlara məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Aytacın dediyinə görə onların tutduğu Təqsirləndirilən şəxs onun çantasından sərnişin avtobusunda olarkən pul kisəsini gizlicə götürərək avtobusdan düşüb getmiş, Aytac da avtobusdan düşdükdən sonra ona yaxınlaşıb pul kisəsini istədikdə Ceyhun pul kisəsini ataraq qaçmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Xoşbəxt oğlunu əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Bakı şəhəri, 9-cu mikrorayon, Mir Cəlal küçəsi 103 saylı ünvanda yerləşən “X11” 01 ay olar ki, vizajist işləyir. İş saatı səhər saat 9dan axşam saat 6-ya qədərdir. O, həmin mərkəzdən evə və evdən mərkəzə 135 nömrəli sərnişin avtobusu ilə gedib gəlir. 135 nömrəli avtobusa o, Əcəmi metrosundan minib yaşadığı Xırdalan qəsəbəsi, Kristal Abşeron 2 mənzil 35-ə tərəf gedib gəlir. xx xxxxxxx 2019-cu il tarixdə axşam saat 21 radələıində o, iş yoldaşı Aytacla birlikdə Əcəmi metrosunun qarşısından 135 nömrəli sərnişin avtobusuna minmişlər. Avtobusda insan sıxlığı müşahidə olunurdu. Onlar hər ikisi həmin vaxt avtobusda ayaqüstə qalmışlar. Avtobusda onlar hərəkətdə olarkən 20 Yanvar küçəsi 6 saylı ünvana yəni Qızıl Tac restoranı tərəfə çatdıqda avtobusda içəridə olan əvvəllər görmədiyi və tanımadığı bir nəfər təxminən 25 yaşında olan oğlan Aytaca bildirmişdir ki, “xanım bir nəfər şəxs sizin sol çiyninizdə asılmış vəziyyətdə olan çantanızın içərisindən pul kisəsini gizlicə götürüb avtobusdan düşdü”. Həmin vaxt avtobus hərəkətə başlayanda Aytac sürücüyə dedi ki, “avtobusu saxla”. Sürücü də dərhal avtobusu saxladı. Aytac da dərhal avtobusdan düşdü, o da həmin vaxt Aytacın arxasınca getmişdir. O, görmüşdür ki, Aytac yolu keçib həmin şəxsə doğru hərəkət edir. O, sonra görmüşdür ki, Aytac həmin şəxsdən pul kisəsini istəyir. Daha sonra görmüşdür ki, həmin şəxs gödəkçənin altında salladığı pul kisəsini yerə atıb qaçır. Aytac da həmin vaxt qışqıraraq “tutun həmin şəxsi qaçır” deyə bildirmişdir. Həmin şəxs qaçarkən yaxınlıqda olan polis əməkdaşları da onun arxasınca qaçmağa başlamışlar. Onlar isə bu barədə gedib Nəsimi rayon polis idarəsinin 19-cu polis şöbəsinə ərizə yazmışlar. Eyni zamanda Aytac pul kisəsinin içərisinə baxdıqda görmüşdür ki, çantanın içərisindəki 200 ABŞ dolları və 01 manat pul yerindədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Xoşbəxt oğlunu əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Zərərçəkmiş şəxs1 onun anasıdır. xx.xx.2019-cu il tarixdə saat 15:30 radələrində anası ona istifadəsində olan mobil telefon aparatı ilə zəng vuraraq Sumqayıt şəhər avtovağzalının qarşısından 5 saylı marşrut avtobusuna əyləşərək yarmarkaya turşu bağlamaq üçün tərəvəz almağa getdiyini qeyd edərək, yaxındadırsa gəlib ona alacağı əşyaları daşımağında kömək etməsini xahiş etmişdir. O da yaxında olduğunu anasına bildirərək, yarmarkanın qarşısında onu gözləyəcəyini bildirmişdir. Təxminən 10 dəqiqə sonra anası “AKİA” markalı ** AE *** dövlət qeydiyyt nişanlı avtobusdan həyacanlı vəziyyətdə düşərək bir qədər öncə tanımadığı, 35- 40 yaşları arasında olan şəxsin çantasında “Samsung J2” markalı mobil telefonu gözləri görə-görə oğurladığını, sürücüdən avtomobilin qapılarını açmamasını xahiş etdikdə isə həmin şəxsin sürücünü özünə bıçaqla xəsarət yetirəcəyi ilə hədəlyərək, sonunda istəyinə nail olaraq avtobusdan qaçıb getdiyini bildirmişdir. Bundan sonra o, bu barədə DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin əməkdaşları hadisə yerinə gələrək bu barədə araşdırma aparmışlar. O, anasına qarşı törədilmiş hadisənin konkret olaraq hansı şəraitdə törədildiyini görməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 25773 saylı rəyindən görünür ki, aparılmış tədqiqat nəticəsində, Bakı şəhərində yerləşən ticarət mərkəzlərində və köhnə əşyalarının satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən, ekspertizaya təqdim edilən istifadə edilmiş pul kisəsinin, xx xxxxxxx 2019-cu il tarixə, orta bazar pərakəndə satış qiyməti təxminən 3,00 manat müəyyən edilmişdir (cild 1, i/v 143-144). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli 24288 saylı rəyindən görünür ki, faktiki ortada olmamış, ekspertiza təyini haqqında qərarda göstərilmiş istifadədə olmuş, 01 ədəd “Samsung J2” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını nəzərə alaraq, nəzəri hesablama yolu ilə 2019-cu ilin avqust ayına olan orta bazar qiyməti təxminən 120,0 manat, Azercell GSM 4,0 manat müəyyən olunmuşdur (cild 2, i/v 25-26). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 xx xxxxxx 2019-cu il tarixli 2685 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkolidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuşdur. Onun İİ qrup əlil olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir (cild 1, i/v 145-146). İş materiallarında olan Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Sumqayıt şəhər probasiya şöbəsindən Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsinə ünvanlanmış xx xxxxxxx 2019cu il tarixli, 2240 saylı məktubdan görünür ki, Əhmədli X5 rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 03 ay 10 gün müddətə cəzadan şərti olaraq vaxtından azad edilmiş və cəza müddətinin sonu ilə əlaqədar onun barəsində olan nəzarət işi xx xxxxx 2019-cu il tarixdə qeydiyyatdan çıxarılmışdır (cild 2, i/v 124). İş materiallarında olan “Maddi sübut kimi tanımaq haqqında” xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə 200 ABŞ dolları və 01 manat nağd pul maddi sübut kimi tanınmışdır və həmin pulların sahibində saxlanılması qərara alınmışdır (cild 1, i/v 147). İş materiallarında olan “Maddi sübut kimi tanımaq haqqında” xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə 01 ədəd pul kisəsi maddi sübut kimi tanınmışdır və həmin pul kisəsinin sahibində saxlanılması qərara alınmışdır (cild 1, i/v 148). İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 ondan oğurlanmış 580 manat pul vəsaitinin 200 manatını Təqsirləndirilən şəxs qəbul etmiş və aralarında razılığa əsasən sonuncunun geri qalan 380 manatı xx xxxxxxxx 2019-cu il tarixədək qaytaracağına dair razılığa gəlmişlər (cild 2, i/v 104). İş materiallarında olan xx xxxxxxxx 2019-cu il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 ondan oğurlanmış pul vəsaiti üzrə 100 manat məbləğində vəsaiti Təqsirləndirilən şəxs qəbul etmişdir (cild 2, i/v 105). İş materiallarında olan Sumqayıt şəhər 52-ci məhəllə üzrə 1 saylı məhəllə komitəsinin sədri S.Ə.Ələkbərov tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur (cild 2, i/v 87). İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx xxx 2015-ci il təvəllüdlü X9 adlı azyaşlı uşağı vardır (cild 2, i/v 89). İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilmiş 050463 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs müddətsiz olaraq İİ qrup əlillik təyin edilmişdir (cild 2, i/v 90). İşdə materiallarında olan “Təqdim edilmiş maddi sübut əhəmiyyəti kəsb edə biləcək əşyanın götürülmsi haqqında” xx xxxxxxx 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, maddi sübut əhəmiyyəti kəsb edə biləcək 01 ədəd pul kisəsi, 02 ədəd ümumilikdə 200 ABŞ dolları və 01 ədəd manat pul məbləği protokolu tərtib etmiş Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Tağı Tağıyev tərəfindən hal şahidlərinin iştirakı ilə onları təqdim edən Zərərçəkmiş şəxs3 istintaq zərurəti ilə bağlı götürülmüşdür (cild 1, i/v 19-27). İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx xxxxxxx 2019-cu il tarixli protokoldan, məhkəmə qərarlarından və “başqa yerə getməmək haqqında” iltizamdan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)-516/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə onun barəsində xx xxxxxxx 2019-cu il tarixdən hesablanmaqla 3 ay həddində həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)-649/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılmasından imtina edilərək dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir və xx xxxxxx 2019-cu il tarixdə onun tərəfindən “başqa yerə getməmək haqqında” iltizam imzalanmışdır (cild 1, i/v 53-54, 105-106, 187-194, 198). İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər Səhiyyə Şöbəsinin Narkoloji Dispanserinin Baş həkimi K.Ə.Mehdiyev tərəfindən imzalanaraq möhürlənmiş 4012 saylı, xx xxxxxxx 2019-cu il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs 2010-cu ildən narkomaniya diaqnozu ilə Sumqayıt şəhəri Narkoloji Dispanserində qeydiyyatdadır (cild 2, i/v 4). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən və Sumqayıt şəhər məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 1(060)-162/2017 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş və sonuncu dəfə Sumqayıt şəhər məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 1(060)-162/2017 saylı hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 03 ay 10 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2019-cu ildə cəzasını çəkib qurtardığından şöbənin qeydiyyatından çıxarılmışdır (cild 1, 124-129, cild 2, 5-8). Məhkəmənin şifahi sorğusu əsasında əldə olunmuş Sumqayıt şəhər məhkəməsinin 1(060)-466/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 07 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5, 180.2.2 və 29, 180.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün qismən etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə dəymiş ziyanın qismən ödənilməsini, himayəsində bir azyaşlı uşağının olmasını və İİ qrup əlil olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmasına və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hesab edir ki, cinayətlərin məcmusuna az ağır cinayətlərdən biri daxil olduğundan Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanmaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 02 (iki) ay, 26 (iyirmi altı) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-466/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib 07 ay 28 gün müddətinə məhkum olunduğu müəyyən edildiyindən hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 07 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla sonuncuya qəti cəza təyin olunmalıdır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-466/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 125 (yüz iyirmi beş) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış 200 ABŞ dolları və 01 manat nağd pulun və bir ədəd pul kisəsinin sahiblərində saxlanılması nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına və X2 vəkil işlədiyi Bakı şəhəri, 05 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, xx xxxxxxx 2020-ci il tarixli “müdafiəçi dəvət edilməsi haqqında” qərardan, ********* saylı cinayət işi üzrə tərtib edilmiş ittiham aktına əlavə edilmiş arayışdan və iş materiallarında olan “vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə” hesabatdan görünür ki, həmin cinayət işi üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən hüquqi yardım göstərilmişdir. Həmçinin Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-94/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərara əsasən xx xxxxxx 2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 05 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 70 (yetmiş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 420 (dörd yüz iyirmi) manat və məhkəmə istintaqı dövründə göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2 və 29, 180.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzaları qismən toplanmaqla ona 5 (beş) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 02 (iki) ay 26 (iyirmi altı) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində 05 (beş) il, 04 (dörd) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla üzərində qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-466/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs oğlundan 125 (yüz iyirmi beş) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış 200 ABŞ dolları və 01 manat nağd pulun sabibində saxlanılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd pul kisəsinin sahibində saxlanılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 420 (dörd yüz iyirmi) manat və X2 vəkil işlədiyi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-12/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-12/2021
09.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver