Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-12/2025 11.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 14:30 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Təqsirləndirilən şəxs, onun müdafiəçisi “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 20də yaşayan, “X17” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru işləmiş, hazırda işləməyən, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə və fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurub vəzifə səlahiyyətlərindən suiistifadə etməklə ona etibar edilmiş özgəyə məxsus xeyli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə əhatə olunan qəsdlə mənimsəməklə talamışdır. Belə ki, o, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən ********** №-li VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmış körpələr evi kimi fəaliyyət göstərən “X17” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2019-cu il tarixdən direktoru vəzifəsində işləyərkən təşkilati-sərəncamverici funksiyanı həyata keçirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə edərək “Koronavirus (Covid-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli, 1950 nömrəli Sərəncamına əsasən tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən ayrılmış vəsait hesabına İqtisadiyyat Nazirliyinin xx.xx.2020-ci il tarixli, F-41 nömrəli əmri ilə “Koronovirus (Covid-19)” pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hisssəsinin ödənilməsi məqsədi ilə ünvan 2 ünvanında yerləşən "X17" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" ASC-nin Nərimanov fılaialında olan hesabına Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən ona etibar edilib xx.xx.2020-ci il tarixdə 1233 (min iki yüz otuz üç) manat, xx.xx.2020-ci il tarixdə 1359 (min üç yüz əlli doqquz) manat, xx.xx.2020-ci il tarixdə 1361,97 (min üç yüz altmış bir) manat, xx.xx.2020-ci il tarixində 1359 (min üç yüz əlli doqquz) manat, xx.xx.2021-ci il tarixində 1358 (min üç yüz əlli səkkiz) manat yüklənmiş puldan dövlətin qanunla qorunan mənafelərinə, yəni, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə edib vahid niyyətlə əhatə olunan qəsdlə "X17" MMC-də xx.xx.2019-cu il tarixli əmək müqaviləsi ilə müəllim vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 adına olan **********6944-340031 nömrəli hesaba bağlı əmək haqqı kartını "xxxx" ASC-nin Nərimanov filialından götürüb özündə saxlamaqla sonuncudan xəbərsiz həmin bank kartına xx.xx.2020-ci il tarixdə "X17" MMC-nin bank hesabından yüklədiyi 137,00 (yüz otuz yeddi) manat pulu, xx.xx.2020-ci il tarixdə ünvan 3 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Nizami” filialına məxsus bankomatdan, xx.xx.2020-ci il tarixdə eyni üsulla yüklədiyi 151,00 (yüz əlli bir) manat pulu, həmin gün "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Nizami” filialına məxsus bankomatdan, xx.xx.2020-ci il tarixdə eyni üsulla yüklədiyi 151 (yüz əlli bir) manat, 33 (otuz üç) qəpik puldan 151 (yüz əlli bir) manat pulu, həmin gün ünvan 4 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Nərimanov” filialına məxsus bankomatdan, xx.xx.2020-ci il tarixdə eyni üsulla yüklədiyi 151 (yüz əlli bir) manat pulu, xx.xx.2020-ci il tarixdə ünvan 6 ünvanında yerləşən “Rabitə bank" Açıq Səhmdar Cəmiyyətinin “Sahil” filialına məxsus bankomatdan nağdlaşdıraraq Zərərçəkmiş şəxs1 hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurub vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə öz qulluq mövqeyindən istifadə edib ümumilikdə 590 (beş yüz doxsan) manat pulu, "X17" MMC-də xx.xx.2019-cu il tarixli əmək müqaviləsi ilə müəllim vəzifəsində işləyən Zərərçəkmiş şəxs7 adına olan **********6944- 340025 nömrəli hesaba bağlı əmək haqqı kartını "xxxx" ASC-nin Nərimanov filialından götürüb özündə saxlamaqla sonuncudan xəbərsiz həmin bank kartına xx.xx.2020-ci il tarixdə "X17" MMC-nin bank hesabından yüklədiyi 137,00 (yüz otuz yeddi) manat pulu, xx.xx.2020-ci il tarixdə ünvan 7 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Nərimanov” filialına məxsus bankomatdan, xx.xx.2020-ci il tarixdə eyni üsulla yüklədiyi 151 (yüz əlli bir) manat pulu, xx.xx.2020-ci il tarixdə ünvan 3 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Nizami” filialına məxsus bankomatdan, xx.xx.2020-ci il tarixdə eyni üsulla yüklədiyi 151 (yüz əlli bir) manat 33 (otuz üç) qəpik puldan 151 (yüz əlli bir) manat pulu, həmin giln ünvan 7 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Nərimanov” filialına məxsus bankomatdan, xx.xx.2020-ci il tarixdə eyni üsulla yüklədiyi 151 (yüz əlli bir) manat pulu, xx.xx.2020-ci il tarixdə ünvan 8 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Sahil" filialına məxsus bankomatdan, xx.xx.2021-ci il tarixdə eyni üsulla yüklədiyi 194,00 (yüz doxsan dörd) manat pulu, xx.xx.2021-ci il tarixdə ünvan 9 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Səbail” filialına məxsus bankomatdan, qalan 33 (otuz üç) qəpik pulu isə xx.xx.2022-ci il tarixdə istintaqa məlum olmayan yerdə nağdlaşdıraraq Zərərçəkmiş şəxs7 hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurub vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə öz qulluq mövqeyindən istifadə edib ümumilikdə 784 (yeddi yüz səksən dörd) manat 33 (otuz üç) qəpik pulu, “X17" MMC-də xx.xx.2019-cu il tarixli əmək müqaviləsi ilə həkim vəzifəsində işləyən Zərərçəkmiş şəxs2 adına olan **********6944-340026 nömrəli hesaba bağlı əmək haqqı kartını "xxxx" ASC-nin Nərimanov filialından götürüb özündə saxlamaqla sonuncudan xəbərsiz həmin bank kartına xx.xx.2020-ci il tarixdə "X17" MMC-nin bank hesabından yüklədiyi 137,00 (yüz otuz yeddi) manat pulu, xx.xx.2020-ci il tarixdə ünvan 3 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Nizami” filialına məxsus bankomatdan, xx.xx.2020-ci il tarixdə eyni üsulla yüklədiyi 151 (yüz əlli bir) manat pulu, həmin gün "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Nizami” filialına məxsus bankomatdan, xx.xx.2020-ci il tarixdə eyni üsulla yüklədiyi 151 (yüz əlli bir) manat 33 (otuz üç) qəpik puldan 151 (yüz əlli bir) manat pulu, həmin gün ünvan 7 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Nərimanov” filialına məxsus bankomatdan, xx.xx.2020-ci il tarixdə eyni üsulla yüklədiyi 151 (yüz əlli bir) manat pulu, xx.xx.2020-ci il tarixdə ünvan 6 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Sahil” filialına məxsus bankomatdan nağdlaşdıraraq Zərərçəkmiş şəxs2 hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurub vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə öz qulluq mövqeyindən istifadə edib ümumilikdə 590 (beş yüz doxsan) manat pulu, "X17" MMC-də xx.xx.2019-cu il tarixli əmək müqaviləsi ilə müəllim vəzifəsində işləyən Zərərçəkmiş şəxs3 adına olan **********6944-340028 nömrəli hesaba bağlı əmək haqqı kartını "xxxx" ASC-nin Nərimanov filialından götürüb özündə saxlamaqla sonuncudan xəbərsiz həmin bank kartına xx.xx.2020-ci il tarixdə "X17" MMC-nin bank hesabından yüklədiyi 137,00 (yüz otuz yeddi) manat pulu, xx.xx.2020-ci il tarixdə ünvan 3 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Nizami” filialına məxsus bankomatdan, xx.xx.2020-ci il tarixdə eyni üsulla yüklədiyi 151 (yüz əlli bir) manat pulu, həmin gün "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Nizami” filialına məxsus bankomatdan, xx.xx.2020-ci il tarixdə eyni üsulla yüklədiyi 151 (yüz əlli bir) manat 33 (otuz üç) qəpik puldan 151 (yüz əlli bir) manat pulu, həmin gün ünvan 7 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Nərimanov” filialına məxsus bankomatdan, xx.xx.2020-ci il tarixdə eyni üsulla yüklədiyi 151 (yüz əlli bir) manat pulu, xx.xx.2020-ci il tarixdə ünvan 6 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Sahil” filialına məxsus bankomatdan, xx.xx.2021-ci il tarixdə eyni üsulla yüklədiyi 194,00 (yüz doxsan dörd) manat pulu, xx.xx.2021-ci il tarixdə ünvan 9 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Səbail” filialına məxsus bankomatdan, qalan 33 (otuz üç) qəpik pulu isə xx.xx.2022-ci il tarixdə istintaqa məlum olmayan yerdə nağdlaşdıraraq Zərərçəkmiş şəxs3 hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurub vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə öz qulluq mövqeyindən istifadə edib ümumilikdə 784 (yeddi yüz səksən dörd) manat 33 (otuz üç) qəpik pulu, "X17" MMC-də xx.xx.2019-cu il tarixli əmək müqaviləsi ilə aşbaz vəzifəsində işləyən Zərərçəkmiş şəxs4 adına olan **********6944-321726 nömrəli hesaba bağlı əmək haqqı kartını "xxxx" ASC-nin Nərimanov filialından götürüb özündə saxlamaqla sonuncudan xəbərsiz həmin bank kartına xx.xx.2020-ci il tarixdə "X17" MMC-nin bank hesabından yüklədiyi 137,00 (yüz otuz yeddi) manat pulu, xx.xx.2020-ci il tarixdə ünvan 3 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Nizami” filialına məxsus bankomatdan, xx.xx.2020-ci il tarixdə eyni üsulla yüklədiyi 151 (yüz əlli bir) manat pulu, həmin gün "Rabitəbank” Açıq Səhmdar Cəmiyyətinin “Nizami” filialına məxsus bankomatdan, xx.xx.2020-ci il tarixdə eyni üsulla yüklədiyi 151 (yüz əlli bir) manat 33 (otuz üç) qəpik puldan 151 (yüz əlli bir) manat pulu, həmin gün ünvan 7 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Nərimanov" filialına məxsus bankomatdan, xx.xx.2020-ci il tarixdə eyni üsulla yüklədiyi 151 (yüz əlli bir) manat pulu, xx.xx.2020-ci il tarixdə ünvan 6 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Sahil” filialına məxsus bankomatdan, xx.xx.2021-ci il tarixdə eyni üsulla yüklədiyi 194,00 (yüz doxsan dörd) manat pulu, xx.xx.2021-ci il tarixdə ünvan 9 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Səbail” filialına məxsus bankomatdan, qalan 33 (otuz üç) qəpik pulu isə xx.xx.2022-ci il tarixdə istintaqa məlum olmayan yerdə nağdlaşdıraraq Zərərçəkmiş şəxs4 hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurub vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə öz qulluq mövqeyindən istifadə edib ümumilikdə 784 (yeddi yüz səksən dörd) manat 33 (otuz üç) qəpik pulu, "X17" MMC-də xx.xx.2019-cu il tarixli əmək müqaviləsi ilə tərbiyəçi vəzifəsində işləyən Zərərçəkmiş şəxs6 adına olan **********6944-340027 nömrəli hesaba bağlı əmək haqqı kartını "xxxx" ASC-nin Nərimanov filialından götürüb özündə saxlamaqla sonuncudan xəbərsiz həmin bank kartına xx.xx.2020-ci il tarixdə "X17" MMC-nin bank hesabından yüklədiyi 137,00 (yüz otuz yeddi) manat puldan, 135 (yüz otuz beş) manat pulu xx.xx.2020-ci il tarixdə istintaqa məlum olmayan yerdəki bankomatlardan, xx.xx.2020-ci il tarixdə eyni üsulla yüklədiyi 151 (yüz əlli bir) manat pulu, xx.xx.2020-ci il tarixdə ünvan 3 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Nizami” filialına məxsus bankomatdan, xx.xx.2020-ci il tarixdə eyni üsulla yüklədiyi 151 (yüz əlli bir) manat 33 (otuz üç) qəpik puldan, hesabda qalmış 2 (iki) manatla birlikdə 153 (yüz əlli üç) manat pulu, həmin gün ünvan 7 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Nərimanov” filialına məxsus bankomatdan, xx.xx.2020-ci il tarixdə eyni üsulla yüklədiyi 151 (yüz əlli bir) manat pulu, xx.xx.2020-ci il tarixdə ünvan 6 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Sahil” filialına məxsus bankomatdan, xx.xx.2021-ci il tarixdə eyni üsulla yüklədiyi 194,00 (yüz doxsan dörd) manat pulu, xx.xx.2021-ci il tarixdə ünvan 9 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Səbail” filialına məxsus bankomatdan, qalan 33 (otuz üç) qəpik pulu isə xx.xx.2021-ci il tarixdə istintaqa məlum olmayan yerdə nağdlaşdıraraq Zərərçəkmiş şəxs6 hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurub vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə öz qulluq mövqeyindən istifadə edib ümumilikdə 784 (yeddi yüz səksən dörd) manat 33 (otuz üç) qəpik pulu, "X17" MMC-də xx.xx.2019-cu il tarixli əmək müqaviləsi ilə tərbiyəçi vəzifəsində işləyən Zərərçəkmiş şəxs5 adına olan **********6944-340029 nömrəli hesaba bağlı əmək haqqı kartını "xxxx" ASC-nin Nərimanov filialından götürüb özündə saxlamaqla sonuncudan xəbərsiz həmin bank kartına xx.xx.2020-ci il tarixdə "X17" MMC-nin bank hesabından yüklədiyi 137,00 (yüz otuz yeddi) manat pulu, xx.xx.2020-ci il tarixdə ünvan 3 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Nizami” filialına məxsus bankomatdan, xx.xx.2020-ci il tarixdə eyni üsulla yüklədiyi 151 (yüz əlli bir) manat pulu, xx.xx.2020-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Nizami” filialına məxsus bankomatdan, xx.xx.2020-ci il tarixdə eyni üsulla yüklədiyi 151 (yüz əlli bir) manat 33 (otuz üç) qəpik puldan 151 (yüz əlli bir) manat pulu, həmin gün ünvan 7 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Nərimanov” filialına məxsus bankomatdan, xx.xx.2020-ci il tarixdə eyni üsulla yüklədiyi 151 (yüz əlli bir) manat pulu, xx.xx.2020-ci il tarixdə ünvan 6 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Sahil” filialına məxsus bankomatdan, xx.xx.2021-ci il tarixdə eyni üsulla yüklədiyi 194,00 (yüz doxsan dörd) manat pulu, xx.xx.2021-ci il tarixdə ünvan 9 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Səbail” filialına məxsus bankomatdan, qalan 33 (otuz üç) qəpik pulu isə xx.xx.2022-ci il tarixdə istintaqa məlum olmayan yerdə nağdlaşdıraraq Zərərçəkmiş şəxs5 hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurub vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə öz qulluq mövqeyindən istifadə edib ümumilikdə 784 (yeddi yüz səksən dörd) manat 33 (otuz üç) qəpik pulu, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məxsus olmaqla ona etibar edilmiş ümumilikdə 5101 (beş min yüz bir) manat, 65 (altmış beş) qəpik pulu mənimsəməklə talamış, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə, yəni Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurub vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ona etibar edilmiş özgəyə məxsus xeyli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə edərək mənimsəməklə talamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, 2017-ci ilədək fiziki şəxs kimi ona məxsus olan VÖEN əsasında “Evrika” tədris mərkəzini işlətmişdir. “Evrika” Tədris Mərkəzi ünvan 13 ünvanında yerləşmişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 da “Evrika” tədris mərkəzinin faliyyət göstərdiyi binada yaşamışlar və uşaqlarını həmin tədris mərkəzinə gətirmişlər, o da Samirə və Günel ilə “Evrika” tədris mərkəzində tanış olmuşdur. Beləliklə, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə yaxın münasibətləri yaranmışdır. Sonradan həmin şəxslər ona bildirmişlər ki, valideynlər tədris mərkəzlərinə deyil, uşaq bağçalarına daha çox üstünlük verirlər. O isə bağçanın açılması və saxlanılması üçün çox xərc tələb olunduğunu bildirirək əvvəlcə bağça yaradılması fikri ilə razılaşmamışdır. Sonradan Samirə və Günel ona dəfələrlə bağça açmağın üstünlükləri barədə danışaraq bağçanın xərclərinin qarşılanmasında onunla şərik ola biləcəklərini, bağça açılmasını çox istədiklərini, lakin ərlərinin hərbçi olması səbəbindən özləri uşaq bağçası və ya Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edə bilməyəcəklərini bildirmişlər. Onlar uzun söhbətlərdən sonra və birlikdə məsləhətləşdikdən sonra 2018-ci ilin dekabr ayında Samirə və Günellə birlikdə bağça açmaq qərarına gəlmişlər, ilkin olaraq onun işlədiyi “Evrika” tədris mərkəzinin fəaliyyət göstərdiyi binada yerləşən qeyri-yaşayış sahəsini Ramil adlı şəxsdən aylıq 3500 manat olmaqla kirayəyə götürmək barədə razılığa gəlmişlər. Ramildən həmin qeyri-yaşayış sahəsini icarəyə götürən zaman aralarında belə razılığa gəlmişlər ki, icarə haqqı bağçanı tam təmir etdirdikdən sonra işə başlanılan zaman veriləcəkdir. Bundan sonra həmin qeyri-yaşayış sahəsini bağça kimi təmir etdirməyə başlamışlar. Şərikliklə əlaqədar ilk öncə hər biri ayrı-ayrılıqda 7.000 manat, daha sonra 2.000 manat, ümumilikdə 9.000 məbləğində pul vəsaiti qoymuşlar və üçünün ortaq iştirakı ilə ümumilikdə 27.000 manat pul toplanmışdır. Bundan sonra lazımi əşyaları almağa başlamışlar. Belə ki, onlar bağça üçün mebel dəstləri sifariş vermişlər. Həmin sifarişin məbləği 15100 manat olmuşdur. “Sədərək Ticarət Mərkəzi”ndən 6575 manatlıq xalça və pərdə, 1500 manatlıq yorğan, döşək, 2350 manatlıq qab-qacaq, plastik və elektrik əşyaları, 750 manat dəyərində yataq üzlükləri almışlar. Həmçinin bağçanın mətbəxi üçün xüsusi qaydada hazırlanmış soyuducu, aspirator, elektrik sobası və 2 hissədən ibarət qabyuyan sahəsi sifariş vermişlər. Qeyd edilən sifariş lazımi olan aksessuarları ilə birlikdə 5070 manat tutmuşdur. Həmçinin bağça üçün 400 manat dəyərində elektrik avadanlıqları almışlar, həmçinin bağçanın hamam otağı üçün 1 ədədi 180 manat olmaqla 6 ədəd sanuzel, 1 ədədin qiyməti 150 manat dəyərində 2 ədəd balaca əl-üz yuyan və 1 ədəd 100 dəyərində böyük əl-üz yuyan almışlar. Bundan başqa bağçaya yeni su xətti çəkdirmişlər, buna 700 manat pul xərclənmişdir. Həmçinin bağça üçün 1100 manat dəyərində uşaq oyunçaqları, əyani vəsaitləri və digər dərs ləvazimatları almışlar. Həmçinin bağçaya yeni kamera sistemi quraşdırılmışdır. Lakin həmin kamera sisteminin quraşdırılmasına çəkilən xərc yadında deyil, həmçinin qeyri-yaşayış sahəsinin bağça kimi hazırlanması üçün çəkilən təmir xərcləri təxminən 3000-15000 manat arası pul tutmuşdur. Bütün təmir işləri bitdikdən sonra ümumi razılıq əsasında bağçanın adını “X21” qoymaq barədə razılıq əldə etmişlər və qeyd olunan ad ilə əlaqədar bağçanın girişinə reklam yerləşdirmişlər. Həmin reklamın hazırlanmasına 1900 manat pul xərclənmişdir. Bundan başqa bağçanın açılması məqsədilə lisenziya üçün 3500 manat, Fövqəladə Hallar Nazirliyindən icazə alınması üçün 3500 manat və Nərimanov rayon Gigiyena və Epidemiologiya Mərkəzindən icazə alınması üçün 4700 manat pul xərcləmişlər. Onlar tərəfindən çəkilən xərcləri öz kitabçalarında qeyd etmişlər. 2019-cu ilin fevral ayının ortalarında bağçanın bütün təmir və digər işləri bitmişdir. 2019-cu ilin fevral ayının 16-sı artıq “X21”nin açılışını etmişlər və bağçaya uşaqların qəbuluna başlamışlar. Bildirmək istəyir ki, Zərərçəkmiş şəxs3 həmin bağçaya musiqi müəlliməsi, Zərərçəkmiş şəxs4 isə həmin bağçaya aşpaz kimi işə qəbul edilmişdir. xx.xx.2019-cu ildə “X17” MMC dövlət qeydiyyatından keçmiş və bununla bağlı rəsmi çıxarış alınmışdır. Həmin MMC-nin 100% payla təsisçisi olmuşdur. Buna razılığı isə Günel və Samirə özü vermişdir. İlk vaxtlarda bağçaya gələn uşaqların sayı çox olsa da, sonradan tədricən azalma olmuşdur. Bu səbəbdən bağçanın bütün xərcləri birlikdə çəkilmişdir. Belə ki, onlar bağçadan elə ay olub qazanc əldə etmiş və qazanc şəriklər arasında ortaq bölünmüşdür. 2019-cu ilin son aylarında bağçaya gələn uşaqların sayı az olduğundan xərclərin qarşılanmasında çətinliklər olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs1 anası Səlmənaz “X17” MMC-nin xərclərinin qarşılanmasında onlara şərik olaraq kömək edə biləcəyini bildirmişdir. O da xərclərin qarşılanmasında onlarla ortaq olmuş və ümumilikdə 8.000 manat məbləğində xərc çəkmişdir. Bildirir ki, istər Samirənin anası onunla ortaq olmamışdan öncə, istərsə də ortaq olduqdan sonra hər biri özünə məxsus olan kitabçalarda çəkdiyi xərclər, aldığı əşyalar, gələn uşaqların sayı, hər birinin aylıq ödəniş haqları və digər məlumatları qeyd edirmişlər. Onlar heç vaxt hər hansı bir məlumatı bir-birindən gizlətməmişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 da “X17” MMC-də işləmiş, Zərərçəkmiş şəxs1 qrup müəlliməsi olmuş, Zərərçəkmiş şəxs2 isə pediatr işləmişdir. Onlar “X17” MMC-nin işlədiyi saatlarda orada olduqlarından gizli hər hansı bir hərəkət etmək ümumiyyətlə mümkün deyildi. Ortaq yığdıqları pullar hesabına “X17” MMC fəaliyyət göstərdiyi müddətlərdə vergi, sosial sığorta haqlarını, işçilərin əmək haqqlarını vaxtı-vaxtında ödəmişdir. Həmin ödənişlərə dair qaimələr, eyni zamanda bağçada uşaqların və işçi heyətinin saxlanması üçün zəruri qida və qeyri-qida məhsullarının alınmasına dair qəbzlər olmuşdur. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 da şikayət ərizəsində xərclərin qarşılanması üçün onların əvvəlcə ümumilikdə ortaq şəkildə 26.000 manat məbləğində pul yığdıqlarını qeyd etmişlər. Onların hər biri xərclərinin qarşılanması üçün ayrı-ayrılıqda 26.000 manat məbləğində pul xərcləmişlər. 2020-ci ildə ölkədə yayılmış koronavirus pandemiyası ilə əlaqədar ölkədə müəyyən məhdudiyyətlər tətbiq edilmiş, bir çox bağçalar, tədris mərkəzləri kimi “X17” MMC-də də təlim-tədrisin keçirilməsi qadağan edilmişdir. Bu səbəbdən də Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 “X17” MMC-dəki fəaliyyətlərini davam etdirməmişlər. Daha sonradan yaranmış vəziyyət ilə əlaqədar bağça bağlanmışdır. 2020-ci ildə ölkə ərazisində “Covid 19” pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi tətbiq olunduğundan bağçalar işləmədiyi üçün dövlət tərəfindən vergi ödəyicisi kimi onun rəhbəri olduğu “X17" MMC-yə bir neçə dəfə hazırda yadında qalmayan məbləğdə pul ayrılmış, həmin pullar tərəfindən elektron sistem vasitəsilə işçilərə verilmiş bank kartlarına bölünərək köçürülmüşdür. Həmin bank kartları işçilərin özlərinə tərəfindən paylanılmışdır. Odur ki, o, heç kəsin bank kartından pul çıxarmamışdır. Bir daha bildirmək istəyir ki, o, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məxsus bank kartlarından pul çıxarmamışdır. Göstərilənləri nəzərə alaraq, barəsində bəraət hökmünün verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. X6 2018-ci ilin sentyabr ayında Nərimanov rayonu Əliyar Əliyev 52A ünvanında yerləşən 12 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində obyektlərdən birində “Evrika” adlı məktəbli uşaqlar üçün nəzərdə tutulmuş dərs-hazırlıq kursu açmışdır. O oğlu 8 yaşlı X4 2018-ci ildə həmin kursa ümumi hazırlığa yazdırmışdır, hər ay 80 manat məbləğində pulu həmin kursu işlədən Cəmilə xanıma vermişdir. Həmin vaxtdan Cəmilə ilə tanış olmuş və aralarında normal münasibətlər yaranmışdır. Həmin vaxtdan qonşusu Zərərçəkmiş şəxs2 da öz qızı X8 “Evrika” kursuna yazdırmışdır. Uşaqları kursa aparıb gətirərkən onunla Cəmilə arasında yaxın münasibətlər yarandığından 2018-ci ilin noyabr ayında söhbət əsnasında Cəmiləyə yaxın yerlərdə uşaq bağçası olsaydı, binada yaşayan uşaqların rahat şəkildə həmin bağçaya gedəcəyini bildirmişdir. Cəmilə bu təklifi bəyənmiş və həmin uşaq bağçasını aça biləcəyini, amma maddi cəhətdən yardım olunmasını bildirmişdir. Sonra Cəmilə binada boş obyekt olduğunu, həmin obyekti icarəyə götürmək üçün icarə haqqı ödənilməli, bağça üçün ləvazimatlar, avadanlıqlar alınmalı və təmir işləri görülməli olduğunu bildirmişdir. Cəmilə ona xərcləri hesablayıb növbəti görüşdə bildirəcəyini qeyd etmişdir. Bundan bir neçə gün sonra o, Günel ilə birlikdə kursa uşaqları gətirdikdə Cəmilə ilə görüşmüş, boş dərs otağında Cəmilə bağça üçün çəkiləcək xərcləri hesablayıb, məbləğin ilkin olaraq 8.000 manat olacağını demiş, bu formada bu uşaq bağçasını açsalar hər üçünün ayrı-ayrılıqda 8.000 manat pul qoymalı olduqlarını bildirmişdir. Ailələri razılıq verdikdən sonra Günellə Cəmiləyə uşaq bağçasının açılmasında şərkliklərinə razılıq vermişdir. Cəmilə bundan sonra təmir ustaları ilə danışıb, təmirin xərclərini müəyyənləşdirmiş və sonra bağçaya lazım olan avadanlıqlar, yəni mebelin alınmasını bildirmişdir. O, Cəmilə və Günel şərikliklərini şifahi formada razılaşdıqdan sonra, ilkin olaraq evdən 5000 manat pul götürmüş, Günel də 4000 manat pul götürdükdən sonra birlikdə Təqsirləndirilən şəxs yanına getmişlər və “Evrika” kursunda 2018-ci ilin dekabr ayının ortalarında pulu sonuncuya vermişlər. Cəmilə pulları ondan və Güneldən götürüb saymış və işə başlaya biləcəklərini demişdir. Cəmilə özü də 8000 manat pul qoyacağını bildirmiş, sonra 70 nəfərlik uşaq mebeli sifariş vermiş, 15.100 manat məbləğində mebelə pul veriləcəyini bildirmiş, icarəçi Ramin ilə danışıb razılaşmış, obyektin açarını dekabr ayının 15-də təhvil almışdır. Cəmilə həmin obyektə təmir ustalarını danışıb gətirmiş və təmirə başlanılmışdır. Bundan sonra Cəmilə pulun qalanını da istəmiş, o, 2019-cu ilin yanvar ayının 18-20 arası 3000 manat, Günel də 4000 manat pulu “Evrika” kursunda Təqsirləndirilən şəxs vermişlər. Bundan sonra 2018-ci ilin təxminən yanvar ayında Cəmilə onlara pul çatmadığını bildirmiş, ona görə də, əlavə pul vermək lazım olduğunu qeyd etmişdir. Onlar da pullarının qalmadığını bildirmişdir. Bu səbəbdən 4-cü şərikə ehtiyac yaranmışdır. O, anası ilə bu barədə söhbət etdikdə anası həmin uşaq bağçasına şərik olmağına razılıq vermiş, sonra anası ona bütöv şəkildə 2018-ci ilin təxminən yanvar ayının sonunda 8000 manat məbləğində pul vermişdir. Bundan sonra anası və o həmin pulu götürüb Günel ilə birlikdə “Evrika” kursuna gələrək pulu Təqsirləndirilən şəxs vermişlər. Cəmilə onun anasının da bağçaya şərik olduğunu bildirmişdir. 2018-ci ilin yanvar ayının sonlarında o, Cəmilə və Günel birlikdə “Sədərək” ticarət mərkəzinə getmişlər, orada 6575 manat məbləğində xalçalar və pərdələr alınmış, yorğan döşək, balınca 1500 manat, qab-qacaqlara, plastik əşyalara, elektrik əşyalara 2356 manat pul verilmiş, yataq dəstləri sifariş verilmiş, ona görə Cəmilə 750 manat pul vermiş, rəssam otaqlarda divarlarda boya ilə şəkillər çəkmiş və 950 manat pul verilmiş, soyducu, rakovina, aspirator, qaz peçinə 5070 manat pul ödənilmişdir. Cəmilə hesablama aparmış və pul çatmadığını, əlavə olaraq şəriklərdən ümimilikdə 10.000 manat pul lazım olduğunu, lisenzyaya-3500, FHN-nə 3500, Sanepdemstansiyaya 4700 manat pul verilməli olduğunu bildirmişdir. Lakin konkret olaraq kimə nə verəcəyini onlara deməmiş, 2019-cu ilin yanvar ayının sonlarında onlar məcbur qalıb hər biri Cəmiləyə “Evrika” kursunda 2500 manat pul vermişdir. Yəni o, Günel və anası hər biri ayrı-ayrılıqda 2500 manat pul vermişlər. Bundan sonra təmir işləri bitmiş, 2019-cu ilin fevral ayının 16-da həmin bağçanın açılışı olmuş, Cəmilə həmin uşaq bağçasını öz adına “X20-Uşaq Bağçası” MMC kimi rəsmiləşdirmişdir. Bundan sonra, o və Günel Cəmilədən nə səbəbə görə onları həmin MMC-də təsisçisi kimi göstərmədiyini soruşduqda, Cəmilə heç bir problem olmadığını bildirmiş, birlikdə Nərimanov rayonu ərazisində notariusa getmişlər, orada Cəmilə “X17” MMC-də olan payını ona, Günelə və anasına satması barədə rəsmiləşdirmə etməli olmuşdur. Lakin Cəmilə notariusda onlara əlavə rüsum keçirilməlisini bildirmiş, onlar isə pullarının olmadığını demişlər. Bundan sonra Cəmilə notariusda şərikliyi rəsmiləşdirməyə ehtiyac olmadığını, şifahi olaraq onsuzda şərik olduqlarını demiş, onlar da inanmışlar. Cəmilə onu 30 aprel 2019-cu ildə həmin uşaq bağçasına qrup müəlliməsi, Güneli isə həmin bağçaya həkim kimi işə götürmüşdür. Bu barədə Cəmilə MMC-nin adından əmr imzalamışdır. Beləliklə təxminən qısa müddətə 18 uşaq bağçaya qəbul edilmiş, hər uşağın valideyini hər ay Cəmiləyə əlbəəl 250 manat məbləğində pul ödəmiş, sonra həmin ödənişlər toplanmış, ayın axırında onların iştirakı ilə Cəmilə icarə haqqını- 3500 manat, 140 manat torpaq vergisi, hər ay vergiyə 1000 manat dekabr ayına kimi pul ödənişləri çıxdıqdan sonra, müəllimlərin əmək haqqı, ərzaqların pulları, kommunal xərclər ödənildikdən sonra, xərclər hesablanmış və çıxan xərclər qazancdan artıq olmuşdur. Yerdə qalan çatmayan pulu 4 nəfər şərik arasında Cəmilə bölmüş, beləliklə 2019-cu ilin aprel ayına görə ayın sonunda əlavə Cəmilə ondan bağçanın özündə 3160 manat, anasından 3160 manat, Güneldən də 3160 manat pul alaraq aprel ayının xərclərini ödədiyini bildirmişdir. Anasının pulunu hər zaman o vermişdir. Cəmilə ondan 2019-cu ilin may ayına görə adam başına 250 manat, iyun ayına görə 1020 manat, iyul ayına görə 1284 manat, avqust ayına görə 1713 manat, sentyabr ayına görə 1796 manat, oktyabr ayına görə 1145 manat, noyabr ayına görə 1000 manat, dekabr ayına görə 1675 manat, 2020-ci ilin yanvar ayına görə 1820 manat, fevral ayına görə 2244 manat, mart ayının 3-də bağça bağlanmasına baxmayaraq həmin aya görə 1018 manat, aprel ayında 156 manat, may ayında isə 90 manat məbləğində pul almışdır. Beləliklə ondan ümumilikdə təxmini 26.000 manat, Güneldən də 26.000 manat və anasından da 26.000 manat məbləğində Cəmilə pul almışdır. Ümumilikdə Cəmiləyə təxminən 78.000 manat pul verilmiş, bağça isə pandemiya ilə əlaqədar mart ayında bağlanmışdır. 2020-ci ilin iyun ayının 3-də Cəmilə uşaq bağçasını açması barədə onlara bu barədə məlumat vermiş, lakin onlar Cəmiləyə iradlarını bildirmiş, lakin Cəmilə bağçanı açıb yeni işçilər götürüb işləməyə başlamışdır. Pandemiya ilə bağlı onlar işləmədiyi üçün Cəmilə onun, Günelin və digər işçilərin adına “Rabitə Bankda'” kart açdırmış, həmin kart 1 aprel 2020-ci il tarixdən açılmış və bu barədə telefonla onlara məlumat vermiş və eyni zamanda dövlət tərəfindən onların kartına pul ödəniləcəyi bildirilmişdir. Sonra Cəmilə onun və digər işçilərin adına açdığı kartları özündə saxlamış və heç kimə verməmişdir. O və digər işçilər Cəmilədən bank kartlarını tələb etdikdə, Cəmilə onlara işlənməyən bank kartının vergisi olduğuna görə kartları bankda blok etdirdiyini bildirmişdir. Sonra onlar bu məsələ ilə maraqlandıqda, Cəmilə onlara guya bankdan uşaq bağçasının hesabına 590 manat pul oturduğunu, lakin onlara bunun heç bir aidiyyəti olmadığını, bu pulun uşaq bağçasının vergisinə çıxılacağını bildirmişdir. O Cəmiləyə yenə inanmış, lakin sonradan bank kartını istəmiş, lakin Cəmilə yenə kartı bloklatdırdığını, kartı ona verə bilməyəciyini bildirmişdir. 2020-ci ilin dekabr ayında bankdan maraqlananda, bank onlara kartların həmişə açıq olduğunu, fəaliyyətdə olduğunu, pandemiya dövründə kartına 4 dəfə pul oturması və pulların bankomatdan çıxarılması barədə məlumat vermişdir. Bu barədə bankdan çıxarış almışlar və sonra Cəmilə ilə görüşərək bu barədə bildirdikdə sonuncu bu kartlardan pul çıxarılmasından xəbəri olmadığını, kartların qeyri rəsmi mühasib işləyən Babək adlı mühasibdə olduğunu bildirmişdir. X14 danışıb bu məsələyə aydınlıq gətirməsini bildirmişlər. Cəmilə çıxılmaz vəziyyətdə qalmış, Babəkə zəng vurduğunu, guya Babəkin həmin pulları birbaşa vergiyə ödədiyini demişdir. Lazım olarsa onlara Babəkin ödəniş sənədlərini telefonla göndərəcəyini demiş, lakin heç bir sənəd göndərilməmişdir. Onlar Cəmilənin onların etibarından sui-istifadə etməklə bank kartlarından pulları çıxarıb mənimsəməsini başa düşmüşlər. Ona 590 manat məbləğində pul karta keçirilsə də, o, pulu almamış və kartdan pul çıxarmamışdır. Onlar mühasib Babəkin telefonun nömrəsini tapıb onunla görüşmüşlər və Babək pandemiya dövrü başlayandan bu günə kimi Cəmilə ilə görüşmədiyini, bağçanın işçisi olmadığını, o, sadəcə bəzi mühasibat məsələlərində Cəmiləyə məsləhətlər verdiyini bildirmişdir. Beləliklə onlara Cəmilənin onların pulunu xəbərsiz ələ keçirməsi tam məlum olmuşdur. Cəmilə pandemiya dövründə 03 iyun 2020-ci ildən etibarən bağçanı açaraq onların iştirakı olmadan işlətmişdir. Pandemiya dövründə Cəmilə təxminən 30 dan çox uşaq bağçaya qəbul etmişdir. Beləliklə, onlar dəfələrlə bağçaya şərik olmağa dair müqaviləni bağlaması üçün Cəmiləyə müraciət etsələr də, Cəmilə onlara rədd cavabı vermiş və əlavə 30.000 manat da ona pul vermələrini tələb etmişdir. Hal-hazırda şikayətçidir, ona dəymiş ziyanın ödənilməsini tələb edir. Mülki iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ona verilmiş sullara cavab olaraq, onun bağçada müəllimə vəzifəsində işlədiyini, işçi kimi onunla müqavilə bağlanıldığını, onun kartı görmədiyini, Cəmilənin onların adına kart açdığını və pulları da çəkdiyini, Cəmilənin onlara kartı açmasını və bağlamasını qeyd etdiyini, hansı xanım kartı görmək istəyirdisə, Cəmilənin cavab olaraq kartları bağlatdırması barədə məlumat verdiyini, dövlət pul vermədiyi üçün kartı bağlatdırdığını bildirdiyini, onlara pul verilmədiyini, onların şərikliklə bağlı müqaviləsinin olmadığını, əvvəlcədən şərik kimi 8000 manat pul qoyduğunu, bu faktın səs yazılarında qeyd olunduğunu, əl yazılarında da qeyd edildiyini, lazım olarsa təqdim edə biləcəyini, əməkhaqqı almadığını, belə ki, bağçaya 6000 manat gəlir daxil olurdusa, 8000 manat da xərclərinin çıxdığını, belə olanda onlara pul qalmadığını, hər ay onun ən azı 1000 manat da öz cibindən pul verdiyini, ona dəyən ziyanın ödənilmədiyini və şikayətçi olduğunu bildirmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. X6 2018-ci ilin sentyabr ayında Nərimanov rayonu Əliyar Əliyev 52A ünvanında yerləşən 12 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində obyektlərdən birində “Evrika” adlı məktəbli uşaqlar üçün nəzərdə tutulmuş dərs-hazırlıq kursu açmışdır. Həmin vaxtdan öz qızını “Evrika” kursuna yazdırmışdır. Uşaqları kursa aparıb gətirərkən onunla Cəmilə arasında yaxın münasibətlər yarandığından 2018-ci ilin noyabr ayında söhbət əsnasında Cəmiləyə yaxın yerlərdə uşaq bağçası olsaydı, binada yaşayan uşaqların rahat şəkildə həmin bağçaya gedəcəyini bildirmişdir. Cəmilə bu təklifi bəyənmiş və həmin uşaq bağçasını aça biləcəyini, amma maddi cəhətdən yardım olunmasını bildirmişdir. Sonra Cəmilə binada boş obyekt olduğunu, həmin obyekti icarəyə götürmək üçün icarə haqqı ödənilməli, bağça üçün ləvazimatlar, avadanlıqlar alınmalı və təmir işləri görülməli olduğunu bildirmişdir. Cəmilə onlara xərcləri hesablayıb növbəti görüşdə bildirəcəyini demişdir. Bundan bir neçə gün sonra o, Samirə ilə birlikdə kursa uşaqları gətirdikdə Cəmilə ilə görüşmüş, boş dərs otağında Cəmilə bağça üçün çəkiləcək xərcləri hesablayıb, məbləğin ilkin olaraq 8.000 manat olacağını demiş, bu formada bu uşaq bağçasını açsalar hər üçünün ayrı ayrılıqda 8.000 manat pul qoymalı olduqlarını bildirmişdir. Ailələri razılıq verdikdən sonra Samirə ilə Cəmiləyə uşaq bağçasının açılmasında şərkliklərinə razılıq vermişlər. Cəmilə bundan sonra təmir ustaları ilə danışıb, təmirin xərclərini müəyyənləşdirmiş və sonra bağçaya lazım olan avadanlıqlar, yəni mebelin alınmasını bildirmişdir. Cəmilə o və Samirə ilə şərikliklərini şifahi formada razılaşdıqdan sonra, ilkin olaraq Samirə evdən 5000 manat pul götürmüş, o da 4000 manat pul götürmüş və birlikdə Təqsirləndirilən şəxs yanına getmişlər. Cəmilə pulları ondan və Samirədən götürüb saymış və işə başlaya biləcəklərini demişdir. Cəmilə özü də 8000 manat pul qoyacağını bildirmiş, sonra 70 nəfərlik uşaq mebeli sifariş vermiş, 15.100 manat məbləğində mebelə pul veriləcəyini bildirmiş, icarəçi Ramin ilə danışıb razılaşmış, obyektin açarını dekabr ayının 15-də təhvil almışdır. Cəmilə həmin obyektə təmir ustalarını danışıb gətirmiş və təmirə başlanılmışdır. Bundan sonra Cəmilə pulun qalanını da istəmiş, Samirə 2019-cu ilin yanvar ayının 18-20 arası 3000 manat, o da 4000 manat pul götürmüş və birlikdə gəlib “Evrika” kursunda Cəmiləyə vermişlər. Cəmilə pulları sayıb onlardan götürmüş, bundan sonra 2018-ci ilin təxminən yanvar ayında Cəmilə onlara bildirmişdir ki, pul çatmır, ona görə də, əlavə pul vermək lazımdır, onlar da pullarının qalmadığını bildirmişdir. Bu səbəbdən 4-cü şərikə ehtiyac yaranmış, Samirə anası ilə bu barədə söhbət etdikdə anası həmin uşaq bağçasına şərik olmağına razılıq vermiş, sonra anası 2018-ci ilin təxminən yanvar ayının sonunda Samirəyə 8000 manat məbləğində pul vermiş, sonra isə həmin pulu Cəmilənin yanına gəlib Evrika kursunda ona vermiş, Cəmilə Samirənin anasının da bağçaya şərik olduğunu bildirmiş, 2018-ci ilin yanvar ayının sonlarında o, Cəmilə və Samirə birlikdə “Sədərək” ticarət mərkəzinə getmişlər, orada 6575 manat məbləğində xalçalar və pərdələr almışlar, yorğan döşək, balınca 1500 manat, qabqacaqlara, plastik əşyalara, elektrik əşyalara 2356 manat pul verilmiş, yataq dəstləri sifariş verilmiş, ona görə Cəmilə 750 manat pul vermiş, rəssam otaqlarda divarlarda boya ilə şəkillər çəkmiş və 950 manat pul verilmiş, soyducu, rakovina, aspirator, qaz peçinə 5070 manat pul ödənilmiş, Cəmilə hesablama aparmış və pul çatmadığını, əlavə olaraq şəriklərdən ümumilikdə 10.000 manat pul lazım olduğunu, lisenziyaya-3500, FHN-nə 3500, Sanepdemstansiyaya 4700 manat pul verilməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs konkret olaraq kimə nə verəcəyini onlara deməmiş, 2019-cu ilin yanvar ayının sonlarında onlar məcbur qalıb hər biri Cəmiləyə “Evrika” kursunda 2500 manat pul vermişlər. Yəni o, Samirə və Səmənnaz Səfərova hər biri ayrı-ayrılıqda 2500 manat pul vermişlər. Bundan sonra təmir işləri bitmiş, 2019-cu ilin fevral ayının 16-da həmin bağçanın açılışı olmuş, Cəmilə həmin uşaq bağçasını öz adına “X20-Uşaq Bağçası” MMC kimi rəsmiləşdirmişdir. Bundan sonra, o və Samirə Cəmilədən nə səbəbə görə onları həmin MMC-də təsisçisi kimi göstərmədiyini soruşduqda, Cəmilə heç bir problem olmadığını bildirmiş, birlikdə Nərimanov rayonu ərazisində notariusa getmişlər, orada Cəmilə “X17” MMC-də olan payını ona, Samirəyə və Səmənnaz Səfərovaya satması barədə rəsmiləşdirmə etməli olmuşdur. Cəmilə notariusda onlara əlavə rüsum keçirilməlisini bildirmiş, onlar isə pullarının olmadığını demişlər. Cəmilə notariusda şərikliyi rəsmiləşdirməyə ehtiyac olmadığını, şifahi olaraq onsuzda şərik olduqlarını demiş, onlar da inanmışlar. Təqsirləndirilən şəxs Samirəni 30 aprel 2019-cu ildə həmin uşaq bağçasına qrup müəlliməsi, onu isə həmin bağçaya həkim kimi işə götürmüş, bu barədə MMC-nin adından əmr imzalanmışdır. Beləliklə, təxminən qısa müddətə 18 uşaq bağçaya qəbul edilmiş, hər uşağın valideyini hər ay Cəmiləyə əlbəəl 250 manat məbləğində pul ödəmiş, sonra həmin ödənişlər toplanmış, ayın axırında onların iştirakı ilə Cəmilə icarə haqqını - 3500 manat, 140 manat torpaq vergisi, hər ay vergiyə 1000 manat dekabr ayına kimi pul ödənişləri çıxdıqdan sonra, müəllimlərin əmək haqqı, ərzaqların pulları, kommunal xərclər ödənildikdən sonra, xərclər hesablanmış və çıxan xərclər qazancdan artıq olmuşdur. Yerdə qalan çatmayan pul 4 nəfər şərik arasında Cəmilə bölmüş, beləliklə 2019-cu ilin aprel ayına görə ayın sonunda əlavə Cəmilə Samirədən bağçanın özündə 3160 manat, Səmənnaz Səfərovadan 3160 manat, ondan da 3160 manat pul alaraq aprel ayının xərclərini ödədiyini bildirmişdir. Cəmilə onlardan 2019-cu ilin may ayına görə adam başına 250 manat, iyun ayına görə 1020 manat, iyul ayına görə 1284 manat, avqust ayına görə 1713 manat, sentyabr ayına görə 1796 manat, oktyabr ayına görə 1145 manat, noyabr ayına görə 1000 manat, dekabr ayına görə 1675 manat, 2020-ci ilin yanvar ayına görə 1820 manat, fevral ayına görə 2244 manat, mart ayının 3-də bağça bağlanmasına baxmayaraq həmin aya görə 1018 manat, aprel ayında 156 manat, may ayında isə 90 manat məbləğində pul almışdır. Beləliklə, Samirədən ümumilikdə təxmini 26.000 manat, ondan da 26.000 manat və Səmənnaz Səfərovadan 26.000 manat məbləğində Cəmilə pul almışdır. Ümumilikdə, Cəmiləyə təxminən 78.000 manat pul verilmiş, bağça pandemiya ilə əlaqədar mart ayında bağlanmışdır. 2020-ci ilin iyun ayının 3-də Cəmilə uşaq bağçasnı açmağa qərar verməsi barədə ona məlumat vermiş, lakin onlar Cəmiləyə iradlarını bildirmişlər, buna baxmayaraq Cəmilə bağçanı açıb yeni işçilər götürüb işləməyə başlamışdır. Pandemiya ilə bağlı onlar işləmədiyi üçün Cəmilə Samirənin, onun və digər işçilərin adına “Rabitə Bankda” kart açdırmış, həmin kart 1 aprel 2020-ci il tarixdən açılmış və bu barədə telefonla onlara məlumat vermiş və eyni zamanda bildirmişdir ki, dövlət tərəfindən onların kartlarına pul ödəniləcəkdir. Sonra Cəmilə onun və digər işçilərin adına açdığı kartları özündə saxlamış və heç kimə verməmişdir. O və digər işçilər Cəmilədən bank kartlarını tələb etdikdə, Cəmilə onlara işlənməyən bank kartının vergisi olduğuna görə kartları bankda blok etdirdiyini bildirmişdir. Sonra onlar bu məsələ ilə maraqlandıqda, Cəmilə onlara guya bankdan uşaq bağçasının hesabına 590 manat pul oturduğunu, lakin onlara bunun heç bir aidiyyəti olmadığını, həmin pulun uşaq bağçasının vergisinə çıxılacağını bildirmişdir. O, Cəmiləyə yenə inanmış, lakin sonradan Cəmilədən Bank kartını istəmiş, lakin Cəmilə yenə kartı bloklatdırıb, kartı ona verə bilməyəciyini bildirmişdir. 2020-ci ilin dekabr ayında bankdan maraqlananda, bank onlara kartların həmişə açıq olub fəaliyyətdə olduğunu, pandemiya dövründə kartlara dəfələrlə pul oturulduğunu və pulların bankomatdan çıxarıldığını bildirmişdir. Bu barədə bankdan çıxarış alınaraq Cəmilə ilə görüşmüşlər və Cəmiləyə bu barədə bildirdikdə Cəmilə bu kartlardan pul çıxarılmasından xəbəri olmadığını, kartların qeyri-rəsmi mühasib işləyən Babək adlı mühasibdə olduğunu bildirmişdir. X14 danışıb bu məsələyə aydınlıq gətirməsini tələb etmişlər. Cəmilə çıxılmaz vəziyyətdə qalmış, Babəkə zəng vurduğunu, guya Babəkin həmin pulları birbaşa vergiyə ödədiyini dediyini bildirmişdir. Lazım olarsa onlara Babəkin ödəniş sənədlərini telefonla göndərəcəyini demiş, lakin heç bir sənəd onlara göndərilməmiş və Cəmilənin onların etibarından sui-istifadə etməklə bank kartlarından pulları çıxarıb mənimsəməsi məlum olmuşdur. Onlar mühasib Babəkin telefonun nömrəsini tapıb onunla görüşmüş və Babək pandemiya dövrü başlayandan həmin günə kimi Cəmilə ilə görüşmədiyini, bağçanın işçisi olmadığını, onun sadəcə bəzi mühasibat məsələlərində Cəmiləyə məsləhətlər verdiyini bildirmişdir. Bundan əlavə, bank kartlarının onda heç vaxt olmadığını, bankomatdan heç kimin pulunu çıxarmadığını bildirmişdir. Beləliklə Cəmilənin onların pulunu onlardan xəbərsiz ələ keçirməsi tam məlum olmuşdur. Cəmilə pandemiya dövründə 03 iyun 2020-ci ildən etibarən bağçanı açaraq onların iştirakı olmadan işlətmişdir. Pandemiya dövründə Cəmilə təxminən 30-dan çox uşaq bağçaya qəbul etmişdir. Beləliklə onlar dəfələrlə bağçaya şərik olmağa dair müqaviləni bağlaması üçün Cəmiləyə müraciət etsələr də, Cəmilə onlara rədd cavabı vermiş və əlavə 30.000 manat da ona pul vermələrini tələb etmişdir. Hal-hazırda şikayətçidir, ona dəymiş ziyanın ödənilməsini tələb edir. Mülki iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ona verilmiş sullara cavab olaraq, onun bağçada həkim-pediatr işlədiyini, lakin əmək haqqı almadığını, əmək müqavilələrinin olduğunu, onların Samirə xanımla şərik olduğunu, ancaq bağçanın işçilərinin də şərik olduqlarını bilmədiyini, ümumilikdə işçilərin pulunun, kommunalların pulunun hesablandığını, əgər məbləğ çatmırdısa, 4 nəfər şərik arasında həmin məbləğin bölünərək ödənildiyini, göründüyü kimi onlardan bağçadan maaş almadıqlarını, əksinə maaş verdiklərini, onların Cəmiləyə pandemiyadan sonra müraciət edərək şəriklik müqaviləsi bağlamağı təklif etdiklərini, bağçanın bir müddət bağlı qaldığını və içindəki əşyaların çölə töküldüyünü, onların bağça üçün çox əziyyət çəkdiklərini, ora pul qoyduqlarını, Cəmilənin şəriklik müqaviləsinə sonradan razı olmadığını, pandemiyadan əvvəl bağçanın qazancının olmadığını, pandemiya dövründə isə onlar bağçada olmadığına görə qazancın olubolmamasını deyə bilmədiyini, təzə açılmış müəssisə olduğuna görə hər yerdə belə çətinlik olduğunu fikirləşdiklərini, həm də uşaq sayının az olduğunu, uşaq yığılana kimi bu vəziyyətin düzələcəyini düşündüklərini, həm də Cəmilənin onlara vergini və yer pulunu artıq dediyini, vergi az məbləğdə olsa da, ancaq onlara 2000 manat deyildiyini, onların isə Cəmiləyə etibar etdiklərinə görə bunu araşdırmadıqlarını, əgər onlar az vergi ilə işləsəydi, qazanclarının olacağını, pandemiya ərəfəsində onların pul qoymadıqlarına görə rahat olduqlarını, ancaq Cəmilənin bağçanı pandemiya ərəfəsində işlətdiyini, pandemiyadan sonra Cəmiləyə şəriklik müqaviləsi bağlamağı təklif etdiklərini, lakin sonuncunun pandemiya dövründə zərərlə işlətdiyini qeyd edərək 30000 manat zərəri ödədikdən sonra müqavilə bağlamaq istəyinin olduğunu, ona dəyən ziyanın ödənilmədiyini və şikayətçi olduğunu bildirmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs4 verdiyi ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxs X3 2019-cu ilin fevral ayından tanıyır, onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. 2019-cu ilin fevral ayında yaşadığı binanın aşağısında olan “X17” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ünvan 2 ünvanında yerləşən “X20” adı ilə fəaliyyət göstərən uşaq bağçasında oranın müdiri Təqsirləndirilən şəxs yaxınlaşıb işləmək istədiyini bildirmiş və 2019-cu ilin fevral ayından həmin uşaq bağçasında işləməyə başlamışdır. Bir müddət sonra rəsmi olaraq əmək müqaviləsi bağlayıb aşpaz kimi işləmişdir. 2020-ci ildə ölkə ərazisində yayılmış “Covid-19” virusu ilə əlaqədar tətbiq olunmuş xüsusi karantin rejimi ilə bağlı iş yerləri bağlandığından dövlət tərəfindən onlara aylıq əmək haqqı verilməsi nəzərdə tutulmuş və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən onun adına 2020-ci ilin aprel ayında plastik bank kartı verilmişdir. Lakin həmin plastik bank kartını “X17” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi olan X7 ondan xəbərsiz bankdan götürmüş və həmin kartı özündə saxlamışdır. Bundan sonra X7 onun adına "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kartdan onun xəbəri olmadan ona aylıq əmək haqqı kimi 2020-ci ilin aprel, may, avqust, sentyabr və 2021-ci ilin yanvar ayında köçürülmüş ümumilikdə 784 manat pulu çıxararaq mənimsəmişdir. Onun bu barədə sonradan məlumatı olmuşdur. O, Cəmilə Bayramovadan bu barədə soruşduqda Cəmilə onun adına heç bir kart verilmədiyini bildirmişdir. O bundan sonra "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus Nərimanov rayonu ərazisində yerləşən filiala müraciət etmiş, orada ona həqiqətən onun adına bank kartı verilməsi, həmin karta 2020-ci ilin aprel, may, avqust, sentyabr və 2021-ci ilin yanvar aylarında pullar köçürülməsi və həmin pulların kartından çıxarılması məlum olmuşdur. Hal-hazırda şikayətçidir və ona dəymiş ziyanın ödənilməsini tələb edir. Mülki iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ona verilmiş sullara cavab olaraq, bağçada aşpaz işlədiyini, müqavilə ilə işləmədiyini, əmək haqqını hər ay 200 manat məbləğində aldığını, pandemiya vaxtı isə 2 ay əmək haqqı almadığını, bank kartından pulların məniməsnilməsindən sonradan məlumatlı olduğunu bildirmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs5 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 2019-cu ilin fevral ayında yaşadığı binanın aşağısında olan “Nənni” adlı uşaq bağçasının müdiri Təqsirləndirilən şəxs yaxınlaşıb işləmək istədiyini bildirmiş, sonuncu onu qəbul edib razılaşdıqdan sonra 2019-cu ilin may ayından müəllimə vəzifəsinə qəbul olub işləməyə başlamışdır. Ona Təqsirləndirilən şəxs tərəfindən hər ay 200 manat əlbəəl əmək haqqı verilmişdir. 2020-ci ildə ölkə ərazisində yayılmış “Covid-19” virusu ilə əlaqədar tətbiq olunmuş xüsusi karantin rejimi ilə bağlı iş yerləri bağlandığı üçün dövlət tərəfindən onlara aylıq əmək haqqı verilməsi nəzərdə tutulmuş və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən onun adına 2020-ci ilin aprel ayında plastik bank kartı verilmişdir. Həmin bank kartı Təqsirləndirilən şəxs verilmiş və sonuncu bu barədə onlara əvvəlcədən demişdir. Lakin sonralar kartı o, istədikdə Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək kartı verməkdən imtina etmişdir. Bundan sonra, o, bağçada işləmiş digər işçilərdən onlara məxsus kartlara dövlət tərəfindən yüklənmiş pulları Təqsirləndirilən şəxs çıxarıb mənimsədiyini öyrənmişdir. Bu barədə "xxxx" ASC-yə müraciət etdikdən sonra ona X1 onun adına "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kartdan xəbəri olmadan ona aylıq əmək haqqı kimi 2020-ci ilin aprel, may, avqust, sentyabr və 2021-ci ilin yanvar ayında köçürülmüş ümumilikdə 784 manat pulu çıxararaq mənimsəməsi məlum olmuşdur. Bununla bağlı Təqsirləndirilən şəxs ilə əlaqə saxlasa da, sonuncu əmək haqqı kartını verməmişdir. Hal-hazırda şikayətçidir, ona dəymiş ziyanın ödənilməsini tələb edir. Mülki iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ona verilmiş sullara cavab olaraq, pulların mənimsənilməsi ilə bağlı pandemiyadan sonra öyrəndiyini və Rabitəbank” ASC-yə müraciət etdiyini, Cəmilənin kart açdırması barədə onlara məlumat verdiyini və 5 manat da hər karta görə pul ödədiyini, ancaq onlara banka müraciət edəndə pandemiya vaxtı pulların köçürülməsinin məlum olduğunu, hazırda isə kartların bloklandığını, onların isə pulları görmədiyini, çünki Cəmilənin pulları mənimsədiyini, pandemiya dövründə işlədiyini, lakin əmək haqqı almadığını, şikayətçi olduğunu bildirmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs6 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 2019-cu ilin fevral ayında yaşadığı binanın aşağısında olan “Nənni” adlı uşaq bağçasının müdiri Təqsirləndirilən şəxs yaxınlaşıb işləmək istədiyini bildirmiş, sonuncu onu qəbul edib razılaşdıqdan sonra 2019-cu ilin may ayından tərbiyəçi vəzifəsinə qəbul olub işləməyə başlamışdır. Ona Təqsirləndirilən şəxs tərəfindən hər ay 200 manat əlbəəl əmək haqqı verilmişdir. 2020-ci ildə ölkə ərazisində yayılmış “Covid-19” virusu ilə əlaqədar tətbiq olunmuş xüsusi karantin rejimi ilə bağlı iş yerləri bağlandığı üçün dövlət tərəfindən onlara aylıq əmək haqqı verilməsi nəzərdə tutulmuş və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən onun adına 2020-ci ilin aprel ayında plastik bank kartı verilmişdir. Həmin bank kartı Təqsirləndirilən şəxs verilmiş və sonuncu bu barədə onlara əvvəlcədən məliumat vermişdir. Lakin sonralar kartı o, istədikdə Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək kartı verməkdən imtina etmişdir. Bundan sonra, o, bağçada işləmiş digər işçilərdən onlara məxsus kartlara dövlət tərəfindən yüklənmiş pulların Təqsirləndirilən şəxs çıxarıb mənimsəməsini öyrənmişdir. "xxxx" ASCyə müraciət etdikdən sonra X1 onun adına "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kartdan xəbəri olmadan ona aylıq əmək haqqı kimi 2020-ci ilin aprel, may, avqust, sentyabr və 2021-ci ilin yanvar ayında köçürülmüş ümumilikdə 784 manat pulu çıxararaq mənimsəməsi məlum olmuşdur. Bununla bağlı Təqsirləndirilən şəxs ilə əlaqə saxlasa da, sonuncu əmək haqqı kartını verməmişdir. Hal-hazırda şikayətçidir və ona dəymiş ziyanın ödənilməsini tələb edir. Mülki iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 ona verilmiş sullara cavab olaraq, bağçada işlədiyi dövrdə maaşının 200 manat olduğunu, Təqsirləndirilən şəxs həmin əmək haqqının 40 manatını vergiyə ödəyəcəklərini bildirdiyi vaxt o, 160 manat pulun ona qane etmədiyini bildirdiyini, onun sadəcə banka gedib kartını bağlatdırdığını, digər işçilərdən eşitdikdən sonra ona məxsus 784 manat pulun karta köçürülüb mənimsənilməsini öyrəndiyini, əmək müqaviləsi bağladığını və pandemiya dövründə işlədiyini bildirmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs3 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 2019-cu ilin fevral ayından o, “X17” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ünvan 2 ünvanında yerləşən “X20” adı ilə fəaliyyət göstərən uşaq musiqi müəlliməsi işləmişdir. 2020-ci ildə ölkə ərazisində yayılmış “Covid- 19” virusu ilə əlaqədar tətbiq olunmuş xüsusi karantin rejimi ilə bağlı iş yerləri bağlandığından dövlət tərəfindən onlara aylıq əmək haqqı verilməsi nəzərdə tutulmuş və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən onun adına 2020-ci ilin aprel ayında plastik bank kartı verilmişdir. Lakin həmin plastik bank kartını “X17” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi olan X7 ondan xəbərsiz bankdan götürmüş və həmin kartı özündə saxlamışdır. Bundan sonra X7 onun adına "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kartdan xəbəri olmadan ona aylıq əmək haqqı kimi 2020-ci ilin aprel, may, avqust, sentyabr və 2021-ci ilin yanvar ayında köçürülmüş ümumilikdə 784 manat pulu çıxararaq mənimsəmişdir. Onun bu barədə sonradan məlumatı olmuşdur. O, Cəmilə Bayramovadan bu barədə soruşduqda sonuncu onun adına heç bir kart verilmədiyini bildirmişdir. O, bundan sonra "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus Nərimanov rayonu ərazisində yerləşən filiala müraciət etmiş, orada həqiqətən onun adına bank kart verilməsi və həmin karta 2020-ci ilin aprel, may, avqust, sentyabr və 2021-ci ilin yanvar aylarında pullar köçürülməsi və həmin pulların kartından çıxarılması ona məlum olmuşdur. Hal-hazırda şikayətçidir, ona dəymiş ziyanın ödənilməsini tələb edir. Mülki iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ona verilmiş sullara cavab olaraq, o, banka zəng elədikdən sonra ona çıxarış göndərildiyini, lakin həmin çıxarışları saxlamadığını, belə ki, həmin çıxarışları dörd il əvvəl əldə etdiyini, onun tərəfindən telefonda ad və soyad deyildikdən sonra çıxarışın bank tərəfindən verildiyini və həmin çıxarışda nə qədər pulun çıxarılmasının göstərildiyini bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi Zərərçəkmiş şəxs8 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs və digər zərərçəkmiş şəxsləri tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “Koronavirus (Covid-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamına əsasən tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 1,0 (bir) milyard manat vəsait ayrılmışdır. Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamı ilə ayrılmış vəsait hesabına həyata keçirilmişdir. Bu məqsədlə, “X17” Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" ASC-nin Nərimanov filialında olan hesabına Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən ona etibar edilib müxtəlif tarixlərdə, ümumilikdə, 5101 manat məbləğdə vəsait köçürülmüşdür. Lakin sonradan Nəsimi Rayon prokurorluğu tərəfindən aparılmış istintaq zamanı həmin vəsaitin Təqsirləndirilən şəxs tərəfindən mənimsənilməsi nəticəsində təyinatı üzrə istifadə edilməməsi məlum olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs qarşı şikayətçidir və dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi Zərərçəkmiş şəxs8 ona verilmiş sullara cavab olaraq, Maliyyə Nazirliyi tərəfindən ayrılmış pul vəsaitinin təyinatı üzrə yönəldilməyərək Təqsirləndirilən şəxs tərəfindən mənimsənilməsinə görə zərərçəkmiş şəxs qismində tanındıqlarını, yalnız Nəsimi Rayon Prokurorluğu tərəfindən verilmiş məlumat əsasında bu barədə məlumatlı olduqlarını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 2019-cu ildən tanıyır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, mühasibatlıqla məşğul olduğu üçün Təqsirləndirilən şəxs ona direktoru olduğu “X17” MMC-nin bəzi mühasibatlıq işlərində ona köməklik etməyini xahiş etmiş, o da Cəmiləyə təmənnasız müəyyən məsləhətlər vermişdir. Belə ki, Təqsirləndirilən şəxs MMC-yə bank hesabı açdırmasını və işçilərin əmək haqqlarını karta yükləməsini məsləhət görmüş, lakin sonuncunun qeyd olunanları edib-etməməsini bilməmişdir. O həmin MMC-də rəsmi işləməmiş, sadəcə olaraq Təqsirləndirilən şəxs ondan nəsə soruşduqda bildiyi mövzulardan demiş, lakin kiminsə əmək haqqı kartını götürüb özündə saxlamamışdır. Təqsirləndirilən şəxs xahişi ilə 2020-ci ilin aprel, may, avqust, sentyabr ayında, həmçinin 2021-ci ilin yanvar ayında MMC-nin bank hesabına Vergilər Nazirliyi tərəfindən Covid 19 pandemiyası ilə əlaqədar yüklənmiş pulları MMC-nin işçilərinin əmək haqqı kartlarına internet bankinq vasitəsilə köçürmüşdür. Belə ki, “X17” MMC-nin asan imzası ilə "xxxx" ASC-yə məxsus "xxxx" internet saytına girib MMC-nin kabinetinə daxil olaraq əmək haqqı köçürməsini icra etmiş, bunu da Təqsirləndirilən şəxs xahişi ilə etmiş, yəni heç bir marağı olmamışdır. Məhkəmə iclasında Şahid ona verilmiş sullara cavab olaraq, kartları görmədiyini, yalnız elektron formada kömək etdiyini, Dövlət Vergi Xidmətindən vəsaitlərin alınmasını təsdiq edə biləcəyini, həmin vəsaitlərin kartlara köçürülməsinə kömək etdiyini, Təqsirləndirilən şəxs ilə tanışlığı olmadığını, hadisələrin pandemiyadan sonra olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs7 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və onun iştirakı olmadan məhkəmədə işə baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs7 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan cinayət işinin başlanması və icraat qəbul edilməsi haqqında 11 iyun 2022-ci il tarixli qərardan görünür ki, Nərimanov rayon Polis İdarəsinin İstintaq şöbəsininin baş müstəntiqi Rəşad Həsənov tərəfindən fakta görə Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılaraq istintaqı aparılmışdır. (İ cild, 1). İş materiallarında olan cinayət işinin başlanması və icraat qəbul edilməsi haqqında 20 aprel 2021-ci il tarixli qərardan görünür ki, Nərimanov rayon Polis İdarəsinin İstintaq şöbəsininin baş müstəntiqi Mehman Ələsgərov tərəfindən fakta görə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılaraq istintaqı aparılmışdır. (İ cild, 55). İş materiallarında olan 29 iyun 2022-ci il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-1-ci maddələrinə tövsif edilmişdir. (İİ cild, i/v 13-15). İş materiallarında olan 29 iyun 2022-ci il tarixli “cinayət işlərinin birləşdirilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş, iş üzrə istintaq ********* nömrəsi ilə davam etdirilmişdir (İ cild, i/v 52- 53). İş materiallarında olan 02 mart 2023-cü il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi barədə” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələrindən həmin Məcəllənin 179.2.2 və 179.2.3cü maddələrinə tövsif edilmişdir. (İİ cild, i/v 122-125). İş materiallarında olan 05 aprel 2024-cü il tarixli “əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 179.2.2 və 179.2.3-cü maddələrindən həmin Məcəllənin 179.2.3, 179.2.4 və 308.1-ci maddələrinə tövsif edilmişdir. (İV cild, i/v 64-69). İş materiallarında olan 03 mart 2023-cü il tarixli “cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi istintaq üzrə Nərimanov rayon prokurorluğuna göndərilmişdir (İİ cild, i/v 127-132). İş materiallarında olan 08 may 2023-cü il tarixli “cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi ərazi üzrə Nəsimi rayon prokurorluğuna göndərilmişdir (İİ cild, i/v 233-237). İş materiallarında olan cinayət işinin icraat qəbul edilməsi haqqında 15 may 2023-cü il tarixli qərardan görünür ki, Nəsimi rayon prokurorluğunun müstəntiqi Yaqub Məmmədov tərəfindən ********* saylı cinayət işi icraatına qəbul edilərək istintaqı davam etdirilmişdir. (İİİ cild, 3-6). İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli qərardan görünür ki, “X17” MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə X7 təyin edilmişdir. (İ cild, i/v 211). İş materiallarına əlavə edilmiş kart hesabından çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus "xxxx" ASC-də olan **********6944-340026 saylı hesaba bağlı kartına xx.xx.2020-ci il tarixdə 137,00 manat, xx.xx.2020-ci il tarixdə 151,00 manat, xx.xx.2020-ci il tarixdə 151,33 manat, xx.xx.2020-ci il tarixdə 151 manat pul köçürülmüş və xx.xx.2020-ci il tarixdə 137,00 manat, xx.xx.2020-ci il tarixdə 151,00, xx.xx.2020-ci il tarixdə 151,00 manat, xx.xx.2020-ci il tarixdə 151,00 manat, ümumilikdə 590,00 manat pul vəsaiti nağdlaşdırılmışdır. (İİ cild, 98-99). İş materiallarına əlavə edilmiş kart hesabından çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs6 məxsus "xxxx" ASC-də olan **********6944-340027 saylı hesaba bağlı kartına xx.xx.2020-ci il tarixdə 137,00 manat, xx.xx.2020-ci il tarixdə 151,00 manat, xx.xx.2020-ci il tarixdə 151,33 manat, xx.xx.2020-ci il tarixdə 151 manat, xx.xx.2021-ci il tarixdə 194,00 manat pul köçürülmüş və xx.xx.2020-ci il tarixdə 3 manat və 132,00 manat, xx.xx.2020-ci il tarixdə 151,00, xx.xx.2020-ci il tarixdə 153,00 manat,xx.xx.2020-ci il tarixdə 151,00 manat, xx.xx.2021-ci il tarixdə 194,00 manat, xx.xx.2021-ci il tarixdə 0.33 manat, ümumilikdə 784,33 manat pul vəsaiti nağdlaşdırılmışdır. (İİİ cild, 141). İş materiallarına əlavə edilmiş kart hesabından çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs5 məxsus "xxxx" ASC-də olan **********6944-340029 saylı hesaba bağlı kartına xx.xx.2020-ci il tarixdə 137,00 manat, xx.xx.2020-ci il tarixdə 151,00 manat, xx.xx.2020-ci il tarixdə 151,33 manat, xx.xx.2020-ci il tarixdə 151 manat, xx.xx.2021-ci il tarixdə 194,00 manat pul köçürülmüş və xx.xx.2020-ci il tarixdə 137,00 manat, xx.xx.2020-ci il tarixdə 151,00, xx.xx.2020-ci il tarixdə 151,00 manat, xx.xx.2020-ci il tarixdə 151,00 manat, xx.xx.2021-ci il tarixdə 194,00 manat, xx.xx.2022-ci il tarixdə 33 qəpik olmaqla ümumilikdə 784 manat, 33 qəpik pul vəsaiti nağdlaşdırılmışdır. (İİİ cild, 143). İş materiallarına əlavə edilmiş kart hesabından çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs7 qızma məxsus "xxxx" ASC-də olan **********6944-340025 saylı hesaba bağlı kartına - xx.xx.2020-ci il tarixdə 137,00 manat, xx.xx.2020-ci il tarixdə 151,00 manat, xx.xx.2020-ci il tarixdə 151,33 manat, xx.xx.2020-ci il tarixdə 151 manat, xx.xx.2021-ci il tarixdə 194,00 manat pul köçürülmüş və xx.xx.2020-ci il tarixdə 137,00 manat, xx.xx.2020-ci il tarixdə 151,00, xx.xx.2020-ci il tarixdə 151,00 manat, xx.xx.2020-ci il tarixdə 151,00 manat, xx.xx.2021 -ci il tarixdə 194,00 manat, xx.xx.2021-ci il tarixdə 0.33 manat ümumilikdə 784,33 manat pul vəsaiti nağdlaşdırılmışdır. (İİİ cild, i/v 145). İş materiallarına əlavə edilmiş kart hesabından çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus "xxxx" ASC-də olan **********6944-340028 saylı hesaba bağlı kartına xx.xx.2020-ci il tarixdə 137,00 manat, xx.xx.2020-ci il tarixdə 151,00 manat, xx.xx.2020-ci il tarixdə 151,33 manat, xx.xx.2020-ci il tarixdə 151 manat, xx.xx.2021-ci il tarixdə 194,00 manat pul köçürülmüş və xx.xx.2020-ci il tarixdə 137,00 manat, xx.xx.2020-ci il tarixdə 151,00, xx.xx.2020-ci il tarixdə 151,00 manat, 28.09 2020-ci il tarixdə 151,00 manat, xx.xx.2021-ci il tarixdə 194,00, xx.xx.2022-ci il tarixdə 0.33 manat, ümumilikdə 784,33 manat pul vəsaiti nağdlaşdırılmışdır. (İİİ cild, i/v 146). İş materiallarına əlavə edilmiş kart hesabından çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs4 məxsus "xxxx" ASC-də olan **********6944-321726 saylı hesaba bağlı kartına xx.xx.2020-ci il tarixdə 137,00 manat, xx.xx.2020-ci il tarixdə 151,00 manat, xx.xx.2020-ci il tarixdə 151,33 manat, xx.xx.2020-ci il tarixdə 151 manat, xx.xx.2021-ci il tarixdə 194,00 manat pul köçürülmüş və xx.xx.2020-ci il tarixdə 137,00 manat, xx.xx.2020-ci il tarixdə 151,00, xx.xx.2020-ci il tarixdə 151,00 manat, xx.xx.2020-ci il tarixdə 151,00 manat, xx.xx.2021-ci il tarixdə 194,00 manat, xx.xx.2021-ci il tarixdə 0.33 manat ümumilikdə 784,33 manat pul vəsaiti nağdlaşdırılmışdır. (İİİ cild, i/v 147). İş materiallarına əlavə edilmiş kart hesabından çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus "xxxx" ASC-də olan **********6944-340031 saylı hesaba bağlı kartına xx.xx.2020-ci il tarixdə 137,00 manat, xx.xx.2020-ci il tarixdə 151,00 manat, xx.xx.2020-ci il tarixdə 151,33 manat, xx.xx.2020-ci il tarixdə 151 manat pul köçürülmüş və xx.xx.2020-ci il tarixdə 137,00 manat, xx.xx.2020-ci il tarixdə 151,00, xx.xx.2020-ci il tarixdə 151,00 manat, xx.xx.2020-ci il tarixdə 151,00 manat pul vəsaiti nağdlaşdırılmışdır. (İİİ cild, i/v 148). İş materiallarında olan xx.xx.2023-cü il tarixli, RB-02/3256 N9-1İ saylı "xxxx" ASCdən Nəsimi rayon prokurorluğuna ünvanlanmış məktubdan görünür ki, “X17” MMC-nin xx.xx.2020-ci il tarixində 1233 AZN, xx.xx.2020-ci il tarixində 1359 AZN, xx.xx.2020-ci il tarixində 1361,97 AZN, xx.xx.2020-ci il tarixində 1359 AZN, xx.xx.2021-ci il tarixində 1358 AZN mədaxil olmuşdur. (İİİ cild, i/v 200). İş materiallarında olan xx.xx.2023-cü il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten məlumatları 2020-ci ilin yanvar avından sonra xx.xx.2020-ci il tarixdən verilmişdir. ***-***-**-** saylı mobil nömrənin anten məlumatlarına əsasən, həmin nömrənin anten dairəsi xx.xx.2020-ci il tarixdə “Rabitəbank ASC”-nin ünvan 16 ünvanının, xx.xx.2020-ci il tarixdə “Rabitəbank ASC”-nin Sahil filialının bankomatının yerləşdiyi ünvan 17 ünvanının, xx.xx.2021-ci il tarixdə “Rabitəbank ASC”-nin Səbail filialının bankomatının yerləşdiyi ünvan 19 ünvanının yaxınlığında olmuşdur. (İİİ cild, i/v 249). İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X15 üzrə Baş İdarədən daxil olmuş xx.xx.2023-cü il tarixli, **********8300 №-li məktubdan görünür ki, İqtisadiyyat Nazirliyinin xx.xx.2020-ci il tarixli, F-41 nömrəli əmri ilə “Koronovirus (Covid-19)” pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hisssəsinin ödənilməsi məqsədi ilə müraciətinizdə qeyd olunan dövrlərdə və məbləğlərdə “X17” MMC-yə (VÖEN: **********) maliyyə yardımı köçürülmüşdür. (İİİ cild, i/v 255). İş materiallarında olan X2 sistemindəki məhkumluq məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İV cild, i/v 9). İş materiallarında olan “ittiham elan edilməsi üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” 01 iyul 2022-ci il tarixli, “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 01 iyul 2022-ci il tarixli qərardan, “axtarışda olan şəxsin tutulması barədə” 21 sentyabr 2022-ci il tarixli protokoldan və “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 21 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, 01 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilmiş və 21 sentyabr 2022-ci il tarixdə Balayeva X5 RPİ-nə gətirildiyindən icraat təzələnərək müstəntiqin icraatına qəbul edilmişdir (İİ cild, i/v 21-23, 26-28, 40, 124). İş materiallarında olan “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” 19 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İV cild, i/v 116). İş materiallarında olan “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və istintaq aidiyyatəti üzrə göndərilməsi barədə” 23 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 179.2.3, 179.2.4 və 308.1-ci maddələri təqsirləndirilməsinə dair istintaq olunan ********* №-li cinayət işinin materiallarından Təqsirləndirilən şəxs “X17” MMC-nin yaradılması və Günel Hüseynova, Zərərçəkmiş şəxs1 və Səmənnaz Səfərovanın MMC-yə şərik olması adı ilə sonuncuları aldadaraq hərəsindən ayrıayrılıqda 26.000 manat pul alması faktı ilə əlaqədar xx.xx.2021-ci il tarixdə Nərimanov RPİ-nin İŞ-də CM-nin 178.2.4-cü maddəsi ilə başlanmış ********* №-li cinayət işi ayrıca icraata ayrılması və ayrılmış cinayət işinə sənədlərin siyahısı əlavə olunması, ayrılmış cinayət işinin ərazi və istintaq aidiyyəti üzrə Nərimanov RPİ-nə göndərilməsi qərara alınmışdır (İV cild, i/v 149-154). İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 01 yanvar 2016-cı il təvəllüdlü X9 və xx.xx.2023-cü il təvəllüdlü X10 adlı bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı vardır (İV cild, i/v 115). Məhkəmə, Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə olan ittiham hissəsi isə razılaşsa da, onun əməlinin həm də vəzifədən sui-istifadə etmə, yəni Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət kimi də qiymətləndirilməsi ilə razılaşmır. Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsində vəzifə səlahiyyətlərindən sui-istifadə cinayəti vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi, bunun da nəticəsində fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurma kim təsbit edilmişdir. İlk növbədə məhkəmə qeyd edir ki, CM-nin 308.1-ci maddəsinin məzmunundan göründüyü kimi, vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinə daxil olan hərəkət və ya hərəkətsizlik vəzifəli şəxsin qanuni səlahiyyətlərindən irəli gəlməlidir. Vəzifəli şəxsin qulluq mənafeyinə zidd olaraq istifadə etdiyi qulluq səlahiyyətləri isə müvafiq normativ aktlara və qanunvericiliyə müvafiq fəaliyyət göstərən dövlət və bələdiyyə idarə, müəssisə və təşkilatları, kommersiya və qeyri-kommersiya təşkilatları ilə bağlanan əmək müqaviləsində əks olunan vəzifələrin həcmi ilə müəyyən olunur. Vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinin zəruri əlamətlərindən biri fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan ictimai təhlükəli nəticənin baş verməsidir. Vəzifə səlahiyyətlərindən sui-istifadə subyektiv cəhətdən qəsdən edilən cinayətdir. Şəxs qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etdiyini dərk edir, bunun fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan nəticələrini qabaqcadan görür, bu nəticələrin baş verməsini arzu edir (birbaşa qəsd) və ya belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir (dolayı qəsd). Məhkəmə qeyd etməyi lazım bilir ki, vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətinin subyektiv cəhətinin zəruri əlaməti cinayətin məqsədidir. Azərbaycan Respublikası CM-nin 308-ci maddəsində bu məqsəd vəzifəli şəxsin özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlüyün əldə edilməsi kimi müəyyən olunmuşdur. Qanunsuz üstünlük əldə etmə məqsədi şəxsin öz qulluq səlahiyyətlərindən sui-istifadə etmə yolu ilə dövlətin və ya ayrı-ayrı şəxslərin əmlakını qanunsuz və əvəzsiz olaraq özünün və ya yaxınlarının mülkiyyətinə keçirməklə qazanc əldə etmək istəməsində, özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olmağa nail olunmasında, qeyri-əmlak xarakterli mənfəət əldə etmədə, habelə qanunsuz olaraq hər hansı güzəştin və ya imtiyazın əldə olunması istəyində ifadə olunur. Eyni zamanda, məhkəmə qeyd edir ki, təhlil olunan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək vətəndaşların və ya təşkilatların hüquqlarına və qanuni mənafelərinə, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurur, vətəndaşların konstitusiya hüquq və azadlıqlarını pozur, hakimiyyət orqanlarını əhali arasında nüfuzdan salır. Cinayət qanunu normasının bu cür təsbitindən və ona verilmiş şərhdən çıxış edərək məhkəmə qeyd etməyi lazım bilir ki, Təqsirləndirilən şəxs qarşı CMnin 308.1-ci maddəsi ilə irəli sürülmüş ittiham mücərrəd xarakter daşıyır ona görə ki, onun bu maddədə nəzərdə tutulmuş əməlinin zərərçəkmiş şəxsə mühüm zərərin vurulmasına səbəb olması göstərilsə də, bu nəticə ittihamda yalnız ümumi sözlərlə ifadə olunmuş, digər tərəfdən isə Təqsirləndirilən şəxs törətdiyi əməl nəticəsində mövcud olmayan zərərin mühüm olmasının konkret olaraq nədə ifadə olunması toplanmış və araşdırılmış sübutlarla müəyyən edilməmişdir. Digər tərəfdən, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 iyul 2013-cü il tarixli Qərarına istinadən vəzifə səlahiyyətlərindən suiistifadə etmə cinayətinin yalnız birbaşa və ya dolayı qəsdlə törədilməsi mümkünlüyünü də nəzərə alaraq vurğulayır ki, şəxsin bu cinayəti törətməsi barədə nəticəyə gəlmək üçün onun qulluq mənafeyi əleyhinə olan əməlini məhz qəsdlə törətməsi müəyyən edilməli, yəni iş üzrə toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlarla vəzifəli şəxsin qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etdiyini dərk etməsi, bunun fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan nəticələrini qabaqcadan görərək bu nəticələrin baş verməsini arzu etməsi (birbaşa qəsd) və ya belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verməsi (dolayı qəsd) müəyyən edilməlidir. Hazırki iş üzrə Təqsirləndirilən şəxs CM-nin 308.1-ci maddəsi ilə elan olunmuş ittihamdan təqsirləndirilən şəxsin vəzifədən sui-istifadə etmə əməlini törədərkən mühüm zərərin vurulmasında ifadə olunan nəticələrin baş verməsini arzu etməsi, yaxud da belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verməsi görünmür və onun belə qəsdinin olması iş üzrə toplanmış və araşdırılmış sübutlarla müəyyən edilməmiş, bu hal ona qarşı irəli sürülmüş ittihamda da öz əksini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair Qərarında əksini tapmış hüquqi mövqe məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, CM-nin 179.2.3 və 179.2.4-cü maddələri CM-nin 308-ci maddəsinə münasibətdə xüsusi norma kimi çıxış edir və şəxs yalnız öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgəyə məxsus xeyli miqdarda əmlakı vahid niyyətlə əhatə olunan qəsdlə mənimsəməklə talama cinayətini törətdiyi halda cinayətlərin məcmusu yaranmır, buna görə də onun əməli təkcə CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə tövsif edilir. Bu qənaət həmçinin CM-nin 17.4-cü maddəsinin tələblərindən də irəli gəlir. Belə ki, həmin maddəyə əsasən Cinayət Məcəlləsinin Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur. Həmçinin, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 39-cu bəndində göstərilmişdir ki, məhkəmə hökmdə təqsirləndirilən şəxsin cinayət törətməsi nəticəsinə gələrkən əməlin tövsifini qanuna müvafiq surətdə izah etməlidir. Əməlin tövsifi zamanı ümumi və xüsusi normalar rəqabət apardıqda, yəni törədilmiş əməl CM-in həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin əlamətlərinə uyğun gəldikdə, CM-in 17.4-cü maddəsinə əsasən xüsusi norma tətbiq olunur (məsələn, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə cinayəti törədildikdə, bu əməli təsbit edən CM-in 179.2.3-cü maddəsi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətini nəzərdə tutan CM-in 308-ci maddəsi arasında mövcud olan rəqabət birincinin xeyrinə həll edilməklə, təqsirkarın əməli CM-in 308-ci maddəsi ilə və yaxud cinayətlərin məcmusu kimi deyil, yalnız CM-in 179.2.3-cü maddəsi ilə tövsif olunmalıdır). Həmin Qərarın 38-ci bəndində göstərilmişdir ki, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Buna görə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan CM-nin 308.1-ci maddəsinin rəqəm ifadəsi xaric edilməli, onun əməli yalnız CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə tövsif olunmalıdır. Məhkəmə bu nəticəyə gələrkən həm qanunvericiliyin yuxarıda qeyd edilən normalarına, beynəlxalq müqavilələrin tələblərinə əməl edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrini, bu tipli işlərə məhkəmələrdə baxılması zamanı bu cinayətlərin hüquqi tövsif ilə bağlı uzun illər formalaşmış vahid təcrübəni nəzərə alır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahid ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarın 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində biri azyaşlı və biri yetkinlik yaşına çatmayan iki uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi CM-nin 179.2.3 və 179.2.4cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə hesab edir ki, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə bağlı əlavə cəza da təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 01 (bir) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə mülki iddianın dəlillərini, cinayət işinin materiallarını araşdırıb, tədqiq edərək belə nəticəyə gəlir ki, mülki iddialar təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinin tələblərinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinin tələblərinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181-ci maddəsinin tələblərinə görə ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd olunan Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət hadisəsi nəticəsində zərərçəkmiş şəxsə və mülki iddiaçılara maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi ilə əlaqədar qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyana görə 784,33 (yeddi yüz səksən dörd manat otuz üç qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 814,33 (səkkiz yüz on dörd manat otuz üç qəpik) manat məbləğində pul vəsaitinin tutulmasına dair iddiası, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyana görə 590 (beş yüz doxsan) manat və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 620 (altı yüz iyirmi) manat məbləğində pul vəsaitinin tutulmasına dair iddiası, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyana görə 784,33 (yeddi yüz səksən dörd manat otuz üç qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 814,33 (səkkiz yüz on dörd manat otuz üç qəpik) manat məbləğində pul vəsaitinin tutulmasına dair iddiası, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyana görə 590 (beş yüz doxsan) manat və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 620 (altı yüz iyirmi) manat məbləğində pul vəsaitinin tutulmasına dair iddiası, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyana görə 784,33 (yeddi yüz səksən dörd manat otuz üç qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 814,33 (səkkiz yüz on dörd manat otuz üç qəpik) manat məbləğində pul vəsaitinin tutulmasına dair iddiası və zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyana görə 784,33 (yeddi yüz səksən dörd manat otuz üç qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 814,33 (səkkiz yüz on dörd manat otuz üç qəpik) manat məbləğində pul vəsaitinin tutulmasına dair iddiası təmin edilməlidir. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs yaşadığı ünvan 20 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməli, Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-288/2019 saylı, xx.xx.2019-cu il tarixli qərara əsasən xx.xx.2019-cu il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 80 (səksən) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun hesabına 480 (dörd yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 20 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs5 tərəfindən verilən mülki iddia təmin edilərək mülki cavabdeh – Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 784,33 (yeddi yüz səksən dörd manat otuz üç qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 814,33 (səkkiz yüz on dörd manat otuz üç qəpik) manat pul tutularaq Zərərçəkmiş şəxs5 ödənilsin. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 tərəfindən verilən mülki iddia təmin edilərək mülki cavabdeh – Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 590 (beş yüz doxsan) manat və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 620 (altı yüz iyirmi) manat pul tutularaq Zərərçəkmiş şəxs2 ödənilsin. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs6 tərəfindən verilən mülki iddia təmin edilərək mülki cavabdeh – Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 784,33 (yeddi yüz səksən dörd manat otuz üç qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 814,33 (səkkiz yüz on dörd manat otuz üç qəpik) manat pul tutularaq Zərərçəkmiş şəxs6 ödənilsin. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən verilən mülki iddia təmin edilərək mülki cavabdeh – Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 590 (beş yüz doxsan) manat və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 620 (altı yüz iyirmi) manat pul tutularaq Zərərçəkmiş şəxs1 ödənilsin. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 tərəfindən verilən mülki iddia təmin edilərək mülki cavabdeh – Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 784,33 (yeddi yüz səksən dörd manat otuz üç qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 814,33 (səkkiz yüz on dörd manat otuz üç qəpik) manat pul tutularaq Zərərçəkmiş şəxs4 ödənilsin. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 tərəfindən verilən mülki iddia təmin edilərək mülki cavabdeh – Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 784,33 (yeddi yüz səksən dörd manat otuz üç qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 814,33 (səkkiz yüz on dörd manat otuz üç qəpik) manat pul tutularaq Zərərçəkmiş şəxs3 ödənilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun hesabına 480 (dörd yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-12/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-12/2025
11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver