Məhkəmə qərarları › İş №1(006)-120/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-120/2021

26.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-120/2021 26.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1957-ci ildə Dəvəçi rayonu, Günövşə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və onun komplekt hissələrini əldə edib üzərində saxlayaraq gəzdirməklə daşımış və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, 2019-cu ilin əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu, X13 küçəsi 15 ünvanının qarşısında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq nömrəsi silinmiş, zavod üsulu ilə Macarıstan dövlətində istehsal olunmuş, 9 mm kalibrli “Minta-37” modelli viyli odlu döyüş silahını, həmin silahın komplekt hissəsi olan darağı və zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli isitifadəyə və döyüş üçün yararlı olan döyüş sursatı hesab edilən 03 ədəd patronu əldə edərək həmin tarixdən etibarən üzərində saxlayaraq gəzdirməklə daşımış, xx xxxxxx 2020-ci il tarixdə saat 22 radələrində Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 4 saylı ünvanın qarşısında saxlanılarkən üzərində gəzdirdiyi 9 mm kalibrli, “Minta-37” modelli viyli odlu döyüş silahı, həmin silahın komplekt hissəsi olan daraq və zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli istifadəyə və döyüş üçün yararlı olan döyüş sursatı hesab edilən 03 ədəd patronu öz iradəsindən aslı olmayan səbəbdən polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa o, xx xxxxxxxx 2020-ci il tarixdə Masallı şəhərində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 2 bükümdə ayrı-ayırılıqda təmiz çəkiləri 0,735 qram və 1,530 qram olmaqla ümumi təmiz çəkisi 2,265 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini 20 (iyirmi) manat nağd pul verməklə əldə edib üzərində saxlayaraq istintaqa məlum olmayan taksi avtomobili ilə Bakı şəhərinə daşımış və xx xxxxxxxx 2020-ci il tarixdə saat 17:00-da Nəsimi RPİ-nin 20-ci PB-nın əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 4 saylı ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİ-nin 20-ci PB-nə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan idman şalvarının sağ yan cibindən həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, 45 ildən artıqdır ki, narkotik vasitələrdən istifadə edir. xx xxxxxxxx 2020-ci il tarixdə Masallı rayonunda olarkən tanımadığı şəxsdən, şəxsi istifadəsi üçün iki ədəd şəffaf sellofana bükülmüş “heroin” alaraq əynindəki şalvarın sağ yan cibində gizlətmişdir. Almış olduğu “heroin” dən bir qədər istifadə eldikdən sonra xx xxxxxxxx 2020-ci il tarixdə saat 17:00 radələrində Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi, 81 saylı ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi RPİ-nin 20-ci PB-nin inzibati binasına aparılmışdır. 20-ci PB-də olduğu zaman onun üçün müdafiəçi dəvət edilmiş və üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya narkotik maddənin olmasından şübhələndikləri üçün üzərində şəxsi axtarış keçirəcəklərini bildirərək video çəkiliş əsasında şəxsi axtarış keçirmişlər. Ona üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmişdir. O, əynindəki idman şalvarının sağ yan cibindən xx xxxxxxxx 2020ci il tarixdə almış olduğu narkotik maddə olan iki ədəd şəffaf sellofana bükülmüş heroini cibindən çıxarıb masanın üzərinə qoymuşdur. Sonra onun üzərində şəxsi axtarış keçirilmiş, lakin heç nə aşkar edilməmişdir. Bundan sonra onun və polislərin iştirakı ilə ondan aşkar edilmiş maddənin tərkibinin müəyyən olunması üçün həmin maddə qablaşdırılaraq möhürlənib ekspertizaya göndərilmişdir. Bundan başqa o, təxminən bir il bundan əvvəl yaşadığı ünvana gedərkən Nəsimi rayonu, H.Əliyev küçəsi 15 nömrəli ünvanın qarşısında olan zibil qutularından sellofan paketin içərisində olan 01 ədəd "Minta-37" modelli tapançanı, üzərində darağı və 03 ədəd patronları tapmış və özü ilə yaşadığı ünvana aparmışdır. Həmin vaxtdan da demək olar ki, hər dəfə evdən çıxarkən silahı üzərində daşımışdır. xx xxxxxx 2020-ci il tarixdə axşam vaxtlarında Nəsimi rayonu, N.Qardaşları küçəsi 81 ünvanında yerləşən yaşayış evinə gələn zaman iki nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib onu silahla bağlı sorğu-sual etdikdə o, üzərində olan 01 ədəd “Minta-37" modelli tapançanı, üzərində darağı və 03 ədəd patronları onlara təhvil vermişdir. Sonra onu Nəsimi RPİ-nin 20-ci PB-nə dəvət etmişlər. 20-ci PB-də onun üzərində video çəkiliş əsasında baxış keçirmişlər. Ona üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. O, üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində heç bir əşyanın olmadığını bildirmişdir. Sonra onun üzərinə baxış keçirilmiş, lakin heç nə aşkar edilməmişdir. Bundan sonra onun və polislərin iştirakı ilə ondan götürülmüş “Minta-37” modelli tapança, üzərində darağı və 03 ədəd patronu qablaşdırılaraq möhürlənib ekspertizaya göndərilmişdir. Həmçinin o, qeyd olunan silahla heç bir cinayət törətmədiyini, heç vaxt istifadə etmədiyini, silahı tapdığı gündən polis əməkdaşları tərəfindən saxlanıİdığı vaxtadək üzərində gəzdirdiyini bildirmişdir. Hal-hazırda törətdiyi əməldən peşman olduğunu bildirərək, məhkəmədən yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci PB-nin əməliyyat müvəkkili Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, tanışlığı, düşmənçiliyi və ya ədavəti yoxdur. xx xxxxxx 2020-ci il tarixdə Nəsimi RPİ-nin 20-ci PB-nə ünvan 2-də yaşayan 1957-ci il təvəllüdlü “Əmi” ləqəbli Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməsi və gəzdirməsi barədə əməliyyat xarakterli məlumatlar daxil olmuşdur. Bu məlumatın əməliyyat yolu ilə yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılmışdır. 20-ci PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və həmin bölmənin sabiq baş əməliyyat müvəkkili, polis mayoru Şahid5 iştirakalrı ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 22:00 radələrində ünvan 2 ünvanı qarşısında xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar şəxs saxlanılmışdır. Saxlanılan şəxsə özlərini təqdim edib adını soruşduqda saxlanılan şəxs özünü Zahid kimi təqdim etmişdir. Onlar onunla silahla bağlı əməliyyat xarakterli sorğu-sual etdikdə, o, üzərində olan 01 ədəd odlu silahı, üzərində olan darağı və 03 ədəd patronu onlara təqdim etmişdir. Sonra onlar Zahid adlı şəxsi Nəsimi RPİ-nin 20-ci PB-nə dəvət etmişlər. Orada saxlanılan şəxsin Təqsirləndirilən şəxs olması dəqiq müəyyən edildikdən sonra ona hüquq və vəzifələri izah olunmuşdur. Hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçiriləcəyi bildirilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində qevri-qanuni əşya olub-olmaması barədə soruşulmuş və varsa, təqdim edilməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da oturduğu oturacaqdan qalxaraq üzərində heç bir qanunsuz əşyanın olmadığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və heç bır əşya aşkar edilməmişdir. Ona üst-başını səliqəyə salması tələb edilmişdir. Daha sonra həmin 01 ədəd oldu silah, 03 ədəd patron və 01 ədəd daraq bağlanıb möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, ucadan onlara oxunmuş, heç bir əlavə və şikayət daxil olmadığı üçün iştirak edən hər kəs həmin protokola, eləcə də zərfin üzərini imzalamışlar. Təqsirləndirilən şəxs bildirmişdir ki, təxminən bir il bundan əvvəl yaşadığı ünvana gedərkən Nəsimi rayonu, H.Əliyev küçəsi 15 saylı ünvanın qarşısında olan zibil qutularından sellofan paketin içərisində olan 01 ədəd “Minta-37” modelli tapançanı, üzərində darağını və 03 ədəd patronları tapıb özü ilə yaşadığı ünvana aparmışdır. O, düşməni olduğu üçün həmin odlu silahı polis əməkdaşları tərəfindən saxlanılanadək üzərində gəzdirmişdir. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin tapılması ilə bağlı bildirmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə "Əmi" ləqəbli Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satış məqsədi olmadan, əldə edərək üzərındə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılmasından ötrü 20-ci PB-nin rəisinə raportla məruzə etmişdir. Həmin bölmənin əməliyyat müvəkkilləri, polis leytenantları Şahid4 və Şahid3 iştirakları ilə xx.xx.2020-ci il tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsi, 81 saylı ünvanın qarşısında keçirdikləri əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq Nəsimi RPİ-nin 20-ci PB-nə aparılmışdır. 20-ci PB-nin təhqiqatçısı Saleh Salahzadənin xidməti iş otağında videoçəkilişlə Təqsirləndirilən şəxs üstündə olan əşyaları könüllü çıxarıb stolun üstünə qoyması təklif edilmişdir. O, əynində olan idman şalvarının sağ yan cibindən iki ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli, tozşəkilli maddəni çıxardaraq təqdim etmiş və üzərində başqa heç bir qanunsuz əşyanın və narkotik maddənin olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və heç bir əşya aşkar edilməmişdir. Ona üst-başını səliqəyə salması tələb edilmişdir. Bundan sonra həmin şəffaf sellofana bükülmüş maddə bağlanıb möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, ucadan onlara oxunmuş, heç bir əlavə və şikayət daxil olmadığı üçün iştirak edən hər kəs həmin protokola, eləcə də zərfin üzərini imzalamışlar. Daha sonra Təqsirləndirilən şəxs bildirdi ki, onun üzərindən aşkar olunmuş narkotik maddə heroindir, o, həmin heroini xx.xx.2020-ci il tarixdə Masallı rayonunda tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün almışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 və Şahid3 da Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci PB-nin baş əməliyyat müvəkkili Şahid2 verdiyi fadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, tanışlığı, düşmənçiliyi və ya ədavəti yoxdur. xx xxxxxx 2020-ci il tarixdə Nəsimi RPİ-nin 20-ci PB-nə ünvan 2-də yaşayan 1957-ci il təvəllüdlü “Əmi” ləqəbli Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməsi və gəzdirməsi barədə əməliyyat xarakterli məlumatlar daxil olmuşdur. Bu məlumatın əməliyyat yolu ilə yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılmışdır. 20-ci PB-nin baş əməliyvat müvəkkili, polis mayoru Şahid5 və həmin bölmənin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 iştirakları ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 22:00 radələrində ünvan 2 ünvanın qarşısında xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar şəxs saxlanılmışdır. Saxlanılan şəxsə özlərini təqdim edib adını soruşduqda saxlanılan şəxs özünü Zahid kimi təqdim etmişdir. Onlar onunla silahla bağlı əməliyyat xarakterli sorğu-sual etdikdə, o, üzərində olan 01 ədəd odlu silahı, üzərində olan darağı və 03 ədəd patronu onlara təqdim etmişdir. Sonra onlar Zahid adlı şəxsi Nəsimi RPİ-nin 20-ci PB-nə dəvət etmişlər. Orada saxlanılan şəxsin Təqsirləndirilən şəxs olması dəqiq müəyyən edildikdən sonra ona hüquq və vəzifələri izah olunmuşdur. Hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçiriləcəyi bildirilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya olub-olmaması barədə soruşulmuş və varsa, təqdim edilməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da oturduğu stuldan qalxaraq üzərində heç-bir qanunsuz əşyanın olmadığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və heç bir əşya aşkar edilməmişdir. Ona üst-başını səliqəyə salması tələb edilmişdir Daha sonra həmin 01 ədəd odluu silah, 03 ədəd patron və 01 ədəd daraq bağlanıb möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, ucadan onlara oxunmuş, heç bir əlavə və şikayət daxil olmadığı üçün iştirak edən hər kəs həmin protokola, eləcə də zərfin üzərini imzalamışlar. Təqsirləndirilən şəxs bildirmişdir ki, təxminən bir il bundan əvvəl yaşadığı ünvana gedərkən Nəsimi rayonu, H.Əliyev kiiçəsi 15 saylı ünvanın qarşısında olan zibil qutularından sellofan paketin içərisində olan 01 ədəd “Minta-37” modelli tapançanı, üzərində darağını və 03 ədəd patronları tapıb özü ilə yaşadığı ünvana aparmışdır. O, düşməni olduğu üçün həmin odlu silahı polis əməkdaşları tərəfindən saxlanılanadək üzərində gəzdirdiyini bildirmişdir. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin təhqiqatçısı Saleh Salahzadə tərəfindən tərtib edilmiş və Nəsimi RPİ-nin 20-ci PB-nin əməliyyat müvəkkili Şahid1, həmin Bölmənin əməliyyat müvəkkilləri Şahid3, Şahid4, Nəsimi RPİ-nə mütəxəssis qismində dəvət edilmiş X5 və barəsində istintaq hərəkəti aparılan şəxs, yəni Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx xxxxxxxx 2020-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs qalxaraq bildirdi ki, əynində olan qara rəngli yan hissəsində ağ rəngli 3 xətt olan idman şalvarının sağ cibində narkotik vasitə olan heroin var və o, könüllü olaraq həmin narkotik vasitəni təqdim etmək istəyir. Bundan sonra o, masaya yaxınlaşaraq əlini ilkin olaraq əynində olan qara rəngli yan hissəsində ağ rəngli 3 xətt olan idman şalvarının sağ cibinə salaraq orada olan şəffaf sellofana bükülmüş, həmin bükümün içərisində əlavə 2 ədəd şəffaf sellofana bükülmüş iki büküm olan büküm təqdim etdi və bildirdi ki, həmin bükümlərin içərisində narkotik vasitə olan heroindir, həmin narkotik vasitəni istifadə etmək məqsədilə xx xxxxxxxx 2020-ci il tarixdə Masallı rayonunda tanımadığı şəxsdən aldığnı bildirdi. Daha sonra Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi həmin bükümün içərisində olan iki qəhvəyi rəngli maddə zərfin içərisi iştirakçılara göstərildikdən sonra həmin zərfin içərisinin boş olduğu müəyyən edildi. Həmin bükümlər götürülərək zərfə qoyuldu, qablaşdırıldı və DİN-nin 188 saylı möhürü ilə möhürləndi və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır (cildi 1, i/v 42-47). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020ci il tarixli, 6/1881 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən maddə...” və s. qeydlər olan zərfdəki 02 ədəd bükümdə ümumi təmiz çəkisi 2,265 qram olan maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir (cild 1, i/v 52-56). İşdə olan sübutların qiymətləndirilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş iki ədəd şəffaf sellofana bükülmüş içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 0,735 qram qəhvəyi rəngli toz şəkilli və 1,530 qram tünd qəhvəyi rəngli kütlə şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmçinin 9 mm kalibrli, Minta-37 modelli yivli odlu döyüş silahı, həmin silahın komplekt hissəsi olan daraq və zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli istifadəyə və döyüş üçün yararlı olan döyüş sursatı hesab olunan 03 ədəd patronların maddi sübut kimi tanınması və saxlanılması üçün Nəsimi RPİnin saxlanc anbarında saxlanılması barədə qərar qəbul olunmuşdur (cild 2, i/v 76-85). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 xx.xx.2020-ci il tarixli 2742 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA XƏSTƏLİYİ aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, i/v 63-64). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X4 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 2, i/v 51-52). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və Nəsimi rayon prokuroru Salman Məmmədli tərəfindən qəbul edilmiş təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2020-ci il tarixdə müvəqqəti saxlama yerindən azad edilərək həmin tarixdə də, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild1, i/v 143-144, 208-212). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 4(006)-559/2020 saylı qərarı ilə barəsində 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 24-25, 89-92 ). Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə baxışı zamanı tədqiq olunmuş işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 20/56R saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd N-si silinmiş silah, zavod üsulu ilə Macarıstan dövlətində istehsal olunmuş, 9 mm kalibrli, Minta-37 modelli tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir, 03 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır, istifadəyə və atəş üçün yararlıdırlar. 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, Makarov konstruksiyalı silahların funksional əhəmiyyat daşımayan komplekt hissəsi olan darağıdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-in KTİ-də yerləşən güllə-giliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisəli tədqiqat aparıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilmədi (cild 1,i/v 160-165). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxx 2005-ci il tarixli, 2 saylı qərarında qeyd olunmuşdur ki, CM-nin 228.1-ci maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdrmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. «Xidməti və mülki silah haqqında» Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istina edilməklə xəncər, beybut, ov bıçağı, qılınc,süngü bıçaqları və s.) kəsici- deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyinatına malik olan (nizə, döyüş baltası, və s.), eləcə də zərbə-dağıdıcı təsirli (əşyalarbeşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s.) aid edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini səmimi etiraf edərək peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hesab edir ki, cinayətlərin məcmusuna az ağır cinayətlərdən biri daxil olduğundan Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanmaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Bundan başqa məhkəmə hesab edir ki,Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 108 (yüz səkkiz) manat 46 (qırx altı) qəpik ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi RPİ-nin saxlanc anbarında saxlanılan, ilkin çəkisi 2,265 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 2,165 qram olan narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi RPİ-nin saxlanc anbarında saxlanılan bir ədəd nömrəsi silinmiş silah, zavod üsulu ilə Macarıstan dövlətində istehsal olunmuş, 9 mm kalibrli, “Minta-37” modelli yivli odlu döyüş silahı, həmin silahın komplekt hissəsi olan darağı və zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli istifadəyə və döyüş üçün yararlı olan döyüş sursatı hesab edilən qalıq 01 ədəd patron Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X8 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına və məhkəmə icraatı dövründə göstərilmiş hüquqi yardımla bağlı X2 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, xx xxxxxx 2020-ci il və xx.xx.2020-ci il tarixli “müdafiəçi dəvət edilməsi haqqında” qərarlardan, ********* saylı cinayət işi üzrə tərtib edilmiş ittiham aktına əlavə edilmiş arayışdan və iş materiallarında olan “vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə” hesabatdan görünür ki, həmin cinayət işi üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili X12 tərəfindən hüquqi yardım göstərilmişdir. Həmçinin cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)-377/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx xxxxxx 2021-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 60 (altmış) iş saatı həcmində hüquqi yardımla bağlı X8 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat və məhkəmə icraatı zamanı göstərilmiş 18 (on səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 108 (yüz səkkiz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 03 (üç) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzaları qismən toplanmaqla ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 (üç) il, 05 (beş) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi RPİ-nin saxlanc anbarında saxlanılan, ilkin çəkisi 2,265 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 2,165 qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi RPİ-nin saxlanc anbarında saxlanılan bir ədəd nömrəsi silinmiş silah, zavod üsulu ilə Macarıstan dövlətində istehsal olunmuş, 9 mm kalibrli, “Minta-37” modelli yivli odlu döyüş silahı, həmin silahın komplekt hissəsi olan darağı və zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli istifadəyə və döyüş üçün yararlı olan döyüş sursatı hesab edilən qalıq 01 ədəd patron Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Təqsirləndirilən şəxs 108 (yüz səkkiz) manat 46 (qırx altı) qəpik ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X8 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat və X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 108 (yüz səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar