Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-120/2024 01.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X1, zərər çəkmiş şəxs - Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı Ağır Cinayətlər Məhkəməsində icraatda olan 1(101)-2103/2023 saylı cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respulikası CM-in) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını etibardan suiistifadə edib aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz ələ keçirmək məqsədi ilə cinayətə heç bir aidiyyəti olmayan xalası X2 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib ona «MİDA» sosial evlərindən 2 otaqlı ev almaqda köməklik edəcəyi barədə yalan vəd verib aldadaraq evin alınması üçün ilkin ödəniş bəhanəsi ilə vahid niyyətlə əhatə olunan qəsdlə görüntü yaratmaq, həqiqi niyyətini gizlətmək, gələcəkdə guya ondan asılı olmayan müxtəlif səbəblərdən müqavilə öhdəliklərini icra edə bilmədiyini və müştərilərlə aralarında yaranan problemin məhkəmə qaydasında həll edilməli olan mülki mübahisə olmasını əsas gəlirməklə cinayət məsuliyyətindən yayınmaq üçün özünə sərfəli şərtlərlə formal olaraq tərtib edilmiş 30 dekabr 2021-ci il tarixidə Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 183a ünvanda yerləşən 27 saylı notariusda kredit müqaviləsi əsasında Zərərçəkmiş şəxs 3500 manat, 12 yanvar 2022-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən Bakı metropoliteninin «Memar Əcəmi» metrostansiyasının qarşısında 2500 manat, 17 yanvar 2022-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən Bakı metropoliteninin «Memar Əcəmi» mctroslansiyasının qarşısında 2500 manat, 22 yanvar 2022-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən Bakı metropoliteninin «Memar Əcəmi» mctroslansiyasının qarşısında 5000 manat pulunu, daha sonra isə rüsum pulu adı ilə Zərərçəkmiş şəxs tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Dəmir yolu vağzalı, 2-ci mərtəbə 2 saylı «Asan Komunal» da quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsi ilə 11 noyabr 2022-ci il tarixdə cinayətə heç bir aidiyyəti olmayan Şahid3 məxsus **********266232 nömrəli «LeoBank» kartına köçürülmüş 285 manat pulu kartdan çıxarıb ələ keçirməklə verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs ümumilikdə 13785 manat olmaqla xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, əvvəllər heç bir ruhi əsəb xəstəliyi keçirməmiş, Respublika Psixatriya Xəstəxanasında və Narkoloji Kabinetdə qeydiyyatda olmamışdır. Zərərçəkmiş şəxs xalası Şahid2 vasitəsi ilə tanımışdır. Zərərçəkmiş şəxs «MİDA» sosial evlərindən 2 otaqlı ev almaq üçün ona köməklik göstərməsini xahiş etmişdir. Evin alınmasında ilkin ödəniş kimi xx.xx.2021-ci il tarixdə notarius vasitəsi ilə «kredit» müqaviləsi bağlayaraq Ülkərdən 3500 manat, daha sonra xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu «Memar Əcəmi» metrostansiyasının yanında Zərərçəkmiş şəxs ilə görüşüb ondan 2500 (iki min beş yüz) manat pul almış, pulun alınması barədə yazılı qeyd apararaq imza etmiş, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu «Memar Əcəmi» metrostansiyasının yanında Zərərçəkmiş şəxs ilə görüşüb ondan 2500 (iki min beş yüz) manat, xx.xx.2022-ci il tarixdə yenə Bakı şəhəri Nəsimi rayonu «Memar Əcəmi» metrostansiyasının yanında Zərərçəkmiş şəxs ilə görüşüb ondan 5000 (beş min) manat pul almış, pulun alınması barədə yazılı qeyd apararaq imza etmiş, xx.xx.2022-ci il tarixdə tanışı Şahid3 məxsus «LEO» bank kartının şəklini Zərərçəkmiş şəxs göndərib ondan evin rüsum pulu üçün həmin kartın hesabına 285 manat pul ödəməsini tapşırmışdır. Ülkər həmin gün qeyd olunan karta 285 (iki yüz səksən beş) manat pul göndərmiş, həmin pulu kartdan çıxartmışdır. Beləliklə, Zərərçəkmiş şəxs ona «MİDA» sosial evlərindən 2 otaqlı ev almaq adı ilə ümumilikdə 13785 (on üç min yddi yüz səksən beş) manat pul almışdır. Ülkərdən aldığı pulları 2022-ci ilin dekabr ayında öz adına «OCOS» şirkətinə yatırım etmiş, sonradan şirkət bağlandığı üçün pulları geri ala bilməmişdir. Təqsirləndirilən şəxs Bakıir qızı həmçinin ifadəsində bildirmişdir ki, rəfiqəsi Şahid3 və xalası Şahid2 bu işdə heç bir maddi maraqları olmamış, əməli tək halda törətmiş, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi pulların alınması barədə qeydlərdəki əl yazıları və imza ona məxsusdur. Onun əvvəlcədən Ülkər xanımı aldatmaq fikri olmayıbdır, ona da kimsə söz verib, onun sözünə inanaraq bu əməli törətmiş, sonradan həmin şəxs tərəfindən aldandığını başa düşüb, pulu ona verməmiş, həmin pulla pul qazanmaq niyyəti ilə həmin pulları «OCOS» şirkətinə yatırım etmişdir. Həmin şirkət tərəfindən aldandığını başa düşdükdən sonra isə Ülkər xanıma pulu qaytara bilməmişdir. O, tək Ülkər xanımın deyil, başqalarının da pulunu həmin şirkətə qoymuşdur. Hal-hazırda həmin şirkətin də barəsində cinayət işi gedir. Sonda təqsirləndirilən şəxs törətmiş olduğu əməlindən peşmançılıq çəkməsini, zərər çəkmiş şəxsə onun ödəniş etmək niyyətinin olduğunu, atasının olmadığını, anasının xəstə olduğunu, onun özünün şəkər xəstəsi olduğunu, gənc olmasını və ailəsinin yeganə şəxs olaraq dolandırdığını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, "xxxx" QSC-nin Sərnişin stansiyasının zal üzrə növbətçisi vəzifəsində işləyir. “MİDA“ sosial evlərdən 2 otaqlı ev almaq məqsədi ilə qaynanası Şahid1 vasitəsi ilə tanıdğı Təqsirləndirilən şəxs ilə ilk dəfə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən notariatda görüşmüşdür. Xəyalə ona 4 ay müddətində “MİDA” sosial evlərdən 2 otaqlı ev alacağına dair vəd verərək bunun müqabilində ondan 13.500 (on üç min beş yüz) manat pul alacağını bildirmişdir. O, Xəyalə ilə razılaşıb həmin gün xx.xx.2021-ci il tarixdə Xəyaləyə müqavilə ilə 3500 (üç min beş yüz) manat pul vermiş, qalan pulları isə yaxın günlərdə hissə-hissə ödəyəcəyinə söz vermişdir. Xəyalə onunla razılaşmış, bundan sonra Xəyaləyə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən «Memar Əcəmi» metroslansiyasının yanında görüşüb ona 2500 manat pul vermiş, Xəyalənin şəxsiyyət vəsiqəsinin surətini çıxararaq kağızda pulun alınması barədə qeydlər apararaq imza etmişlər. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Memar Əcəmi» metroslansiyasının yanında Xəyalə ilə görüşüb ona 2500 manat pul vermiş, telefonun qeyd yerində pulun verilməsi barədə qeydlər apararaq şəklini çəkmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Memar Əcəmi» metrostansiyasının yanında Xəyalə ilə göruşub ona 5000 manat pul vermiş, Xəyalənin şəxsiyyət vəsiqəsinin surətini çıxararaq kağızda pulun alınması barədə qeydlər apararaq imza etmişlər. Sonuncu dəfə Xəyalə ona zəng edib rüsum pulu üçün 285 manat pul istəmiş və Xəyalənin ona göndərdiyi Şahid3 “Leobank” kartına xx.xx.2022-ci il tarixdə Bakı dəmir yolu sərnişin vağzalının inzibati binasında quraşdırılmış ödəmə terminalı vasitəsi ilə 285 manat pul göndərmişdir. Bununla da o, Xəyaləyə ümumilikdə 13785 manat pul vermişdir. Xəyalə ilə telefon əlaqəsi saxlamış, Xəyalə hər dəfə ona müxtəlif bəhanələr gətirərək onu sakitləşdirmişdir. Sonuncu dəfə 070 ***-**-** mobil nömrəsi ilə telefon əlaqəsi saxlamaq istədikdə Xəyaləyə zəng çatmamış, bu səbəbdən də qaynanasından Xəyalənin yerini xalası Mahrudan öyrənməsini xahiş etmişdir. Qaynanası Mahruya bu barədə bildirdikdə Mahru onlara Xəyalənin digər şəxlərə qarşı dələduzluq etdiyindən həbs edildiyini bildirmişdir. Zərərçəkmiş şəxs ifadəsində həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs pulları verdikdə yanlarında başqa heç kim olmamış, kartına pul göndərdiyi Şahid3 isə tanımır. O, təqsirləndirilən şəxsdən şikayətçidir, ziyanını tələb edir və cəzalandırılmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, əvvəllər «H.Əliyev» adına beynəlxalq hava limanında təmizlik xidmətində işləmişdir. Zərərçəkmiş şəxs onun gəlinidir. Ülkərə “MİDA“ sosial evlərdən 2 otaqlı ev almaq istəmələri barədə iş yoldaşı Mahruya bildirdikdə, Mahru bacısı qızı Təqsirləndirilən şəxs “MİDA” sosial evlərin satışı ofisində işlədiyini bildirmişdir. Bu səbəbdən Xəyalənin istifadəsində olan ***-***-**-** nömrəsini Mahrudan alıb gəlini Ülkərə vermişdir. Ülkər isə Xəyalə ilə özü əlaqə saxlamış və sosial evlərdən 2 otaqlı ev almaq üçün ilkin ödəniş kimi 13500 (on üç min beş yüz) manata razılığa gəlmişdir. Ülkər xx.xx.2021-ci il tarixdə notarius vasitəsi ilə Xəyaləyə 3500 (üç min beş yüz) manat, xx.xx.2022-ci il tarixdə 2500 manat, xx.xx.2022-ci il tarixdə 2500 manat, xx.xx.2022-ci il tarixdə 5000 manat olmaqla, cəmi 13500 manat pul vermişdir. Sonuncu dəfə Ülkər ona Xəyalənin rüsum pulu üçün 285 manat pul istədiyini, ona pulu ödəmək üçün kart göndərdiyini, Xəyaləyə əlavə 285 manat pul ödədiyini bildirmişdir. Aradan müəyyən müddət keçsə də işin alınmadığını görüb Mahrudan Xəyalənin işi uzatmasından, telefonlara cavab verməməsindən narazılığını bildirmiş, Mahru isə ona Xəyalənin başqa şəxsləri də aldatdığına görə polislər tərəfindən tutduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, «H.Əliyev» adına beynəlxalq hava limanında təmizlik xidmətində işləyir, bacısı qızı Təqsirləndirilən şəxs əvvəllər tikinti şirkətində işləmişdir. Xəyalə onunla telefonda danışarkən keçmiş iş yoldaşı Şahid1 onların söhbətlərini eşitmiş və ona gəlninə sosial evlərdən ev almaq istədiyini bildirərək bacısı qızı Təqsirləndirilən şəxs bu işdə onlara kömək etməsini xahiş etmiş və Xəyalənin nömrəsini istəmişdir. O da, öz növbəsində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsini Şahid1 vermişdir. Aradan bir müddət keçdikdən sonra 2023-cü ilin əvvəllərində bacısı qızı Təqsirləndirilən şəxs polislər dələduzluqda ittiham edərək həbs etmişlər. Bundan sonra Elmira ona zəng edərək Xəyalənin onlardan 2 otaqlı evə ilkin ödəniş kimi 15000 manata yaxın pul aldığını, lakin heç bir iş görmədiyini, indi isə telefonlarına cavab vermədiyini bildirmiş, o isə Elmiraya Xəyalənin həbs edildiyini, bu səbəbdən də onlarla əlaqə saxlaya bilmədiyini bildirmişdir. O, həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs Elmiragildən pul almasını sonradan öyrənmiş, bu işdə heç bir maddi marağı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun rəfiqəsidir, əvvəllər Xəyalə ilə 7-ci mikrorayonda yerləşən gözəllik salonunda işləmişdir. **********266232 nömrəli «LeoBank» kartı ona məxsusdur. 2022-ci ilin sonlarında rəfiqəsi Təqsirləndirilən şəxs ona borc pul göndəriləcəyini bildirərək plastik kartını ona verməsini xahiş etmişdir. O da, **********266232 nömrəli «LeoBank» kartını Xəyaləyə verərək kartın pin kodunu ona demişdir. Aradan 1-2 saat keçmiş Xəyalə kartı geri qaytarmış və tanışının karta 285 manat pul göndərdiyini, həmin pulu bankomatdan çıxardığını bildirmişdir. O, həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs kimlərdən nə qədər, nə məqsədlə pul aldığını bilməmiş, onun bu işdə heç bir maddi marağı və ya Təqsirləndirilən şəxs ilə əlbirliyi olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: «cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında» 28 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır. (i.v. 01); «zərər çəkmiş şəxs qismində tanınma haqqında» 10 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v. 34-35); «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən» görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında xx.xx.2017-ci il tarixli qanun tətbiq edilməklə cəzası 02 ilə endirilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 21 gün vaxtından əvvəl şərti azad edilmişdir. (i.v. 43-44); «təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 19 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutlmuş ittiham elan edilmişdir. (i.v. 77-78); «təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında» 19 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsində icraatda olan 1(101)-2103/2023 saylı cinayət işi üzrə barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. (i.v. 97-98); «sübutların qiymətləndirilməsi haqqında» 20 dekabr 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs 10 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə verilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, barəsində Bakı Ağır Cinayət Məhkəməsində icraatda olan 1(101 )-2103/2023 saylı cinayət işi üzrə həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmış, məhkıımluğu olmayan şəxs hesab edilmiş, Təqsirləndirilən şəxs, Şahid2 və Şahid3 qeyd olunan cinayətdə əlbirlikləri müəyyən edilmədiyindən barələrində Azərbaycan Respublikası CM-in 178.2.1 -ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, cinayət işi üzrə hadisə yerinə baxış keçirilməsinə dair xx.xx.2023-cü il tarixli protokol, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında xx.xx.2021-ci il tarixdə notarial qaydada bağlanmış kredit müqaviləsi və həmin tarixdə "xxxx" ASC-də ödənilmiş 3500 manatlıq qəbz, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 2500 manat, xx.xx.2022-ci il tarixdə 2500 manat və xx.xx.2022-ci il tarixdə 5000 manat pul verməsi barədə qeydlər, həmçinin Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə saat 20:25-də Bakı şəhəri, Nəsimi rayonu, Dəmir yolu vağzalı, 2-ci mərtəbə, 2 saylı «Asan Komunal» da quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsi ilə Şahid3 məxsus kart hesabına ödənilmiş 285 manatın qəbzin surəti, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşmə keçirilməsinə dair xx.xx.2023cü il tarixli protokol, təqsirləndirilən şəxsin, şahidlərin və zərər çəkmiş şəxsin ifadələri, həmçinin işdə olan digər hüquqi sənədlər sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə əlavə edilmişdir. (i.v. 106-111); Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-2103/2023 saylı, 25 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və X3 Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə məhkəməyə verilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. AZE seriyalı 10956937 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2008-ci il tarixdə doğulmuş, atası “Bayramov Kamal”, anası isə “Zərərçəkmiş şəxs”dir (hazırkı cinayət işi üzrə zərər çəkmiş şəxs). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş elektron məlumatda görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X4 “sağlamlıq imkanları məhdud uşaq” kimi xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və məhdudluq müddəti xx.xx.2024-cü il tarixədək qeyd olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla (xx.xx.2021-ci il tarixli kredit müqaviləsi, mədaxil qəbzi, əlyazma formasında olan qəbzlər və s.) təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası CPM 144- 146). Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edərək səmimi peşmançılıq çəkməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsi (məhz CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə) onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti (əvvəllər məhkum olunması), zərər çəkmiş şəxsə dəymiş ziyanın ödənilməməsi, zərər çəkmiş şəxsin ondan şikayətçi olması, o cümlədən cəzasını yüngülləşdirən halların olması, ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və ədalətli hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməli, cəzasının əvvəlinin hökm çıxarılan tarixdən, yəni – 01 mart 2024-cü il tarixdən hesablanmalı, hazırkı cinayət işi üzrə onun barəsində həbs qətimkan tədbiri seçilməli, seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Nümayəndə hesabat nəzərə alınmaqla dövlət büdcəsi hesabına vəsait ödənilməli, ona məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 02 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001- ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli «01 mart 2024-cü il» tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilsin, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 02 saylı Vəkil Bürosunun hesabına köçürülsün Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-120/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-120/2024
01.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver