Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-120/2025 09.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X5, müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Dəvəçi rayonu, Gəndab kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, Şabran rayonu, Gəndov Ə/Dairəsi, Aygünlü kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, H.Əliyev prospekti, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanının mövqeyinə əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 1,016 qram çəkidə psixotrop maddə metamfetamini, 0,452 qram çəkidə narkotik vasitə heroini və tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin miqdarı 0,04 qram təşkil edən 01 ədəd metadon həbini əldə edib, özündə saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 11:30-da ünvan 1 ünvanında yerləşən Nəsimi Rayon Məhkəməsinə daxil olmazdan əvvəl məhkəmənin inzibati binasının arxa hissəsində qanunsuz olaraq əldə etdiyi narkotik vasitə və psixotrop maddələri gizlədən zaman orada xidmət aparan Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb aşkar edlərək götürülmüş narkotik vasitə və psixotrop maddələrlə birlikdə ünvan 3 ünvanında yerləşən Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə təhvil verilmiş və orada barəsində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman 03 ədəd bükümün içərisindən satış məqsədilə əldə edib saxladığı, 01 bükümdə təmiz çəkisi 1,016 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin, 01 bükümdə təmiz çəkisi 0,452 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin və 01 bükümdə tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin miqdarı 0,04 qram təşkil edən həmin metadon həbi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 2-3 ildir ki, müxtəlif növ narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. İstifadə etdiyi narkotik vasitə və psixotrop maddələri tanımadığı şəxslərdən alaraq, falqada yandırmaqla tüstüsünü qəbul etmişdir. Narkotik vasitələri və psixotrop maddələri Bakı şəhərinin müxtəlif ərazilərindən, çox vaxt isə Nərimanov rayonunda yerləşən "Çermet körpüsünün" yaxınlığından almışdır. Şahid1 uzun müddətdir ki, tanıyır və aralarında dostluq münasibətləri vardır. Bundan başqa Şahid1 də narkotik vasitə və psixotrop maddələrin istifadəçisi olduğu və əvvəllər məhkum olunduğu barədə məlumatı var. xx.xx.2024-cü il tarixdə Şahid1 zəng edərək ortaq tanışlarının xx.xx.2024-cü il tarixdə Nəsimi Rayon Məhkəməsində məhkəmə iclası keçiriləcəyini bildirib birlikdə həmin iclasa getmələrini təklif etmişdir. Şahid1 onun təklif ilə razılaşmış və xx.xx.2024-cü il tarixdə, saat 11:30-da ünvan 1 ünvanında yerləşən Nəsimi Rayon Məhkəməsinin qarşısında görüşəcəklərinə dair qərarlaşaraq sağollaşmışlar. xx.xx.2024-cü il tarixdə təxminən saat 09 radələrində özü üçün rarkotik vasitə və ya psixotrop maddə almaq məqsədi ilə yenidən Bakı şəhəri, Nərimanov rayonunda yerləşən "Çermet körpüsünün" yanına getmişdir. Orada olan zaman bir neçə dəfə narkotik vasitə və psixotrop maddə aldığı şəxsin yaxınlıqda dayandığını görmüş və ona yaxınlaşaraq narkotik vasitə və ya psixotrop maddəsinin olub-olmadığını soruşmuşdur. Həmin şəxs hər ikisinin olduğunu və hansı növ narkotik vasitə və psixotrop maddə istədiyini soruşmuşdur. Həmin şəxdən bir neçə dəfə narkotik vasitə və psixotrop maddə almağına baxmayaraq onun şəxsiyyəti barədə heç bir məlumatı olmamışdır. O, həmin şəxsə 70 (yetmiş) manat dəyərində müxtəlif növ narkotik vasitə və psixotrop maddələr istədiyini bildirmişdir. Həmin şəxs 70 (yetmiş) manat pulu ondan götürərək oradan uzaqlaşmış, təxminən 3-4 dəqiqə sonra isə olduğu yerə gələrək söz verdiyi kimi içərisində narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və narkotik vasitə metadon olan sellofan bükümləri ona verərək oradan uzaqlaşmışdır. O, həmin narkotik vasitə və psixotrop maddələri əynindəki şalvarın cibinə qoyaraq Şahid1 ilə görüşmək üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə getmişdir. Həmin gün saat 11:15 radələrində Nəsimi Rayon Məhkəməsinin qarşısında Şahid1 ilə görüşmüşdür. Ortaq tanışlarının məhkəmə iclasına qədər Şahid1 ilə söhbət etməyə başlamışlar və söhbət əsasında Şahid1 üzərində narkotik vasitə və psixotrop maddələr olduğunu bildirmişdir. Bu zaman Məhəmməd də üzərində psixotrop maddə olduğu barədə ona məlumat vermişdir. Bundan sonra onlar məhkəməyə daxil olan zaman üzərlərinə baxış keçiriləcəyindən ehtiyyat edərək həmin narkotik vasitə və psixotrop maddələri gizlətməyə qərar vermişdirlər. Bu məqsədlə məhkəmənin həyətyanı sahəsindən çıxaraq narkotik vasitə və psixotrop maddələri gizlətmək üçün yer axtarmağa başlamışlar. Nəsimi Rayon Məhkəməsinin yan tərəfinə keçərək üzərilərində olan narkotik vasitə və psixotrop maddələri məhkəmənin hasarında yerləşən boşluğa gizlətmişlər. Saat təxminən 11:30 radələrində ünvan 1 ünvanında yerləşən Nəsimi Rayon Məhkəməsinin həyətyanı sahəsinə daxil olan zaman məhkəmədə xidmət aparan polis əməkdaşı onlara yaxınlaşmış və məhkəmənin hasarına gizlətdiklərinin nə olduğunu soruşmuşdur. Onlar narkotik vasitə və psixotrop maddəni gizlədən zaman polis əməkdaşının kameradan onları izlədiyini bildikdə səmimi olaraq gizlətdiklərinin narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişər. Gizlətdikləri narkotik vasitələr və psixotrop maddələr polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Polis əməkdaşları onları Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə aparmışlar. Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin inzibati binasında otaqlardan birinə dəvət edilmişlər. Polis Şöbəsində onlara dövlət hesabına vəkil təyin edilmiş və şübhəli şəxs kimi tutulmuşlar. Sonra onlara bildirilmişdir ki, üzərilərinə şəxsi axtarış keçiriləcəkdir. Vəkillər və polis əməkdaşlarının iştirakı ilə xidməti otaqda üzərilərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Xidməti otaqda olan zaman Nəsimi Rayon Məhkəməsinin binasının inzibati ərazisində gizlətdikləri və polis əməkdaşları tərəfindən götürələrək qablaşdırılmış ağ rəngli kağız zərf açılaraq içərisində ağ rəngli kristalşəkilli maddə, qəhvəyi rəngli maddə, 01 ədəd bozumtul-qəhvəyi rəngli dərman həbi və açıq yaşıl rəngli maddə olan ümumilikdə 04 (dörd) ədəd sellofan büküm masanın üzərinə qoyulmuşdur. Şahid1 həmin bükümlərdən içərisində yaşıl rəngli maddə olan bükümün ona məxsus olduğunu bildirmişdir. Sonra həmin maddəni adını deməklə təqdim etməyi təklif olunmuşdur. O həmin bükümün içərisində ekstazi kimi tanınan psixotrop maddə MDMA olduğunu bildirmişdir. Məhəmməddən həmin maddəni haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi sual edilən zaman həmin maddəni bu gün Narimanov rayonu, Nərimanov parkının yaxınlığında üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 60 (altmış) manata öz istifadəsi üçün aldığını bildirmişdir. O da öz növbəsində içərisində ağ rəngli kristalşəkilli maddə, qəhvəyi rəngli maddə, 01 ədəd bozumtul-qəhvəyi rəngli dərman həbi olan ümumilikdə 03 (üç) ədəd bükümün ona məxsus olduğunu demişdir. Sonra həmin maddələrin adını deməklə təqdim etməsi təklif olunmuşdur. Ağ rəngli kristalşəkilli maddənin psixotrop maddə metamfetamin, qəhvəyi rəngli maddənin narkotik vasitə heroin, 01 ədəd bozumtul-qəhvəyi rəngli dərman həbinin isə narkotik vasitə metadon olduğunu bildirmişdir. Narkotik vasitə və psixotrop maddələri haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi sual edilən zaman bükümləri elə həmin gün Bakı şəhəri, Nərimanov rayonunda yerləşən "Çermet körpüsünün" yaxınlığında üzdən tanıdığı adını bilmədiyi şəxsdən 70 (yetmiş) manata aldığını bildirmişdir. Daha sonra Şahid1 üzərində hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, o da üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Şahid1 üzərində axtarış aparılmağa başlanılmış, lakin heç nə aşkar olunmamışdır. Ona üzərində hər hansı bir əşyanın olubolmaması sual edilmiş, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Üzərində axtarış aparılmağa başlanılmış, lakin heç nə aşkar olunmamışdır. Bundan sonra bükümlərin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Ona və Şahid1 məxsus olan bükümlərin ayrı-ayrı zərflərə qoyularaq qablaşdırılacağı qeyd olunmuşdur. Əvvəlcə zərflərin içərisi göstərilmiş və həmin zərflərin içərisinin boş olduğu müəyyən edilmişdir. İlk öncə Şahid1 məxsus olan 01 ədəd büküm daha sonra isə ona məxsus olan 03 ədəd büküm ayrı-ayrı zərflərə qoyularaq qablaşdırılmış, zərflərin üzəri iştirakçılar tərəfindən imzalanmış, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin zərflər üçün nəzərdə tutulmuş "188” nömrəli möhürü ilə möhürlənmiş, hər bir iştirakçı tərəfindən zərflərin üzəri imzalanmışdır. Şəxsi axtarış və götürmə zamanı iştirakçıların və onun heç bir şikayətləri və vəsatətləri olmamışdır. Ona görə də protokol tərtib olunmuş, ucadan oxunmuş, protokolun düzgünlüyünü imzalarla təsdiq etmişdirlər. xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə gətirilən zaman və şöbədə olduğu zaman ona qarşı hər hansı zorakılıq edilməmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, həmin narkotik vasitələri və psixotrop maddələri öz şəxsi istifadəsi üçün almışdır. Narkotik vasitələri və psixotrop maddələri aldığı şəxsi tanımamış, sadəcə olaraq bir tanışının vasitəsi ilə həmin şəxslə əlaqə saxlayaraq narkotik vasitələr və psixotrop maddələr almışdır. Həmin şəxsin adının Ramin olduğunu bilmişdir. Özü avtomobil təmiri ilə məşğul olur, işdə olduğu zaman narkotik vasitələrdən istifadə edir. Hər dəfə narkotik vasitə almaq problem yaratdığı üçün, narkotik vasitə alan zaman bir neçə dəfə istifadə etmək üçün alır. O, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satış ilə məşğul olmamışdır. O, bədbəxt olsa da, başqasının övladının da bədbəxt olmasına razı olmaz. Həmin narkotik vasitələrin və psixotrop maddələrin qramı az olmuşdur, bir insanın istifadə edə biləcəyi qədər olmuş və heç vaxt satış məqsədi olmamışdır. Belə ki, o, narkotik vasitələri və psixotrop maddələri falqada yandırmaqla tüstüsünü qəbul edərək istifadə edir ki, bu zaman bir insanin istifadə edə biləcəyi miqdarın alınması üçün normadan daha çox maddə tələb olunur. Narkotik vasitələri və psixotrop maddələri aldığı gün işə gedəcəyi üçün onları üzərində gəzdirmək qərarına gəlmişdir. Belə ki, o, və Məhəmməd Nəsimi Rayon Məhkəməsinə sadəcə olaraq dostuna siqaret vermək üçün və məhkəmə prosesində iştirak etmək üçün gəlmişlər. Bu səbəbdən də narkotik vasitələri və psixotrop maddələri məhkəmənin həyətində gizlətmək qərarına gəlmişlər. Daha sonra isə Məhəmmədlə birlikdə onun işlədiyi yerə gedərək orada istifadə etmək fikirləri olmuşdur. Onların üzərində tərəzi olmamışdır. Ümumiyyətlə onun mobil telefonundada narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı sübut tapılmamışdır. Onu Nəsimi Rayon Məhkəməsinin inzibati binasında saxlamışlar və saxlanılan zaman üzərində narkotik vasitələri və psixotrop maddələr olmamışdır. Narkotik vasitələri və psixotrop maddələri gizlətdiyi yeri özü göstərmiş, polis şöbəsində olan zaman və müstəntiq tərəfindən dindirilən zaman gizlətdiyi narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olduğunu, öz şəxsi istifadəsi üçün aldığını, narkotik vasitələrin və psixotrop maddələrin satış ilə məşğul olmadığını, ümumiyyətlə narkotik vasitələri və psixotrop maddələri satmaq məqsədi ilə almadığını bildirmişdir. Sonda Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyi üçün əməlindən peşman olduğunu, himayəsində azyaşlı uşağının olmasını, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə heç vaxt məşğul olmadığını, məhkəmədən ona CM-nin 234.1-ci maddəsi ilə cəza təyin olunmasını, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsindəki əməli deyil, məhz CM-in 234.1-ci maddəsindəki əməli törətmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Şahid1 xidməti zərurətlə əlaqədar tanımış, onlarla heç bir qohumluq münasibəti, düşmənçiliyi və ədavəti yoxdur. xx.xx.2024-cü ildə X9 ilə birlikdə xidmətdə olan zaman Nəsimi Rayon Məhkəməsində xidmət aparan Nəsimi Rayon Mühafizə İdarəsinin polis serjantı X1 RPİ-nin 20-ci PŞ-nin növbətçi hissəsinə zəng edərək 2 (iki) nəfər şəxsin özlərini şübhəli apardıqlarını, məhkəmənin inzibati binasına daxil olmazdan əvvəl binanın arxa hissəsinə keçərək orada sellofan paketdə nə isə gizlətdiklərini görüb həmin şəxsləri saxladıqlarını, sorğu-sual zamanı həmin şəxslərin sellofan paketlərdə gizlətdiklərinin narkotik vasitə və psixotrop maddə olduqlarını dedikləri barədə məlumat vermişdir. Məlumat rəhbərliyə məruzə edildikdən sonra o və X3 Rayon Məhkəməsinə getmişlər. Orada olan zaman Nəsimi Rayon Məhkəməsində xidmət edən Mühafizə Xidmətinin əməkdaşları həmin şəxsləri və onların gizlətdikləri narkotik vasitə və psixotrop maddələri onlara göstərmişlər. Nəsimi Rayon Məhkəməsinin yan tərəfindəki hasarın boşluğuna gizlədilmiş sellofan paket ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra 2 nəfər şəxs və gizlətdikləri paket ilə birlikdə Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinə getmişlər. 20-ci Polis Şöbəsində həmin şəxslərin Təqsirləndirilən şəxs və Şahid1 olduqları müəyyən edilmişdir. Bundan sonra Nəsimi RPİ-nin 20-ci PŞ-nin təhqiqatçısı polis kapitanı Ruslan Mirzəliyev tərəfindən Təqsirləndirilən şəxs və Şahid1 şübhəli şəxs qismində tutulmuşdur. Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Eyyub Ağazadə, Bakı şəhəri “14 saylı” Vəkil Bürosunun vəkilləri X14, X7 və onun iştirakı ilə Ruslan Mirzəliyev tərəfindən Təqsirləndirilən şəxs və Şahid1 üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilməyə başlanmışdır. Xidməti otaqda olan zaman Nəsimi Rayon Məhkəməsinin binasının inzibati ərazisində gizlədilmiş və onlar tərəfindən götürələrək qablaşdırılmış ağ rəngli kağız zərf açılaraq içərisində ağ rəngli kristalşəkilli maddə, qəhvəyi rəngli maddə, 01 ədəd tozumtul-qəhvəyi rəngli dərman həbi və açıq yaşıl rəngli maddə olan ümumilikdə 04 (dörd) ədəd sellofan büküm masanın üzərinə qoyulmuşdur. Şahid1 həmin bükümlərdən içərisində yaşıl rəngli maddə olan bükümün ona məxsus olduğunu bildirmişdir. Sonra ona həmin maddənin adını deməklə təqdim etməsi təklif olunmuşdur. O, həmin bükümün içərisində ekstazi kimi tanınan psixotrop maddə MDMA olduğunu bildirmişdir. Ondan həmin maddəni haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi sual edilən zaman həmin maddəni həmin gün Narimanov rayonu, Nərimanov parkının yaxınlığında üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 60 (altmış) manata öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs də öz növbəsində içərisində ağ rəngli kristalşəkilli maddə, qəhvəyi rəngli maddə, 01 ədəd bozumtul-qəhvəyi rəngli dərman həbi olan ümumilikdə 03 (üç) ədəd bükümün ona məxsus olduğunu bildirmişdir. Sonra həmin maddələri adını deməklə təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs ağ rəngli kristalşəkilli maddənin psixotrop maddə metamfetamin, qəhvəyi rəngli maddənin narkotik vasitə heroin, 01 ədəd bozumtulqəhvəyi rəngli dərman həbinin isə narkotik vasitə metadon olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi sual edilən zaman o, bükümləri bu gün Bakı şəhəri, Nərimanov rayonunda yerləşən "Çermet körpüsünün" yaxınlığında üzdən tanıdığı adını bilmədiyi şəxsdən 70 (yetmiş) manata aldığını bildirmişdir. Daha sonra Şahid1 üzərində hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, o da üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra onun üzərində axtarış aparılmağa başlanılmış, lakin heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşyanın olubolmaması sual edilmiş, Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, lakin heç nə aşkar olunmamışdır. Bundan sonra bükümlərin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Şahid1 və Təqsirləndirilən şəxs məxsus olan bükümlərin ayrı-ayrı zərflərə qoyularaq qablaşdırılacağı qeyd olunmuşdur. Əvvəlcə zərflərin içərisi göstərilmiş və həmin zərflərin içərisinin boş olduğu müəyyən edilmişdir. İlk öncə Şahid1 məxsus olan 01 ədəd büküm daha sonra isə Təqsirləndirilən şəxs məxsus olan 03 ədəd büküm ayrı-ayrı zərflərə qoyularaq qablaşdırılmış, zərflərin üzəri iştirakçılar tərəfindən imzalanmış, Nəsimi RRİ-nin 20-ci PŞnin zərflər üçün nəzərdə tutulmuş "188” nömrəli möhürü ilə möhürlənmiş, hər bir iştirakçı tərəfindən zərflərin üzəri imzalanmışdır. Şəxsi axtarış və götürmə zamanı iştirakçıların və onun heç bir şikayətləri və vəsatətləri olmamışdır. Ona görə də protokol tərtib olunmuş, ucadan oxunmuş, protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Bakı şəhəri Nəsimi Rayon Mühafizə İdarəsinin polis nəfəri, polis serjantı Şahid3 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 11:30-da Nəsimi Rayon Mühafizə İdarəsinin polis nəfəri, polis serjantı X6 ilə Nəsimi Rayon Məhkəməsində xidmətdə olan zaman 2 nəfər şəxsin həmin məhkəmənin binasına daxil olmazdan əvvəl binanın arxasına keçərək orada sellofan paketlərdə nə isə gizlətdiklərini görüb onlara yaxınlaşmışlar. Həmin şəxslərə gizlətdikləri sellofan paket içərisində nə olduğunu soruşan zaman onlar, həmin paketin içərisində narkotik vasitə və psixotrop maddə olduğunu demişlər. Daha sonra Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin növbətçi hissəsinə zəng edərək hadisə barədə məlumat vermişdir. Sonra əməliyyat qrupu hadisə yerinə gəlmişdir. Nəsimi Rayon Məhkəməsinin yan tərəfindəki hasarın boşluğuna gizlədilmiş sellofan paket ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra 2 nəfər şəxs və gizlətdikləri paket ilə birlikdə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə getmişlər. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsində həmin şəxslərin Təqsirləndirilən şəxs və Şahid1 olduqları müəyyən edilmişdir. Daha sonra Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin rəisi Vüqar Abdullayevə raport yazaraq xidmət yerinə yəni, Nəsimi Rayon Məhkəməsinə qayıtmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, təxminən 2-3 ildir ki, müxtəlif növ narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. İstifadə etdiyi narkotik vasitələri və psixotrop maddələri tanımadığı şəxslərdən alaraq, falqada yandırmaqla tüstüsünü qəbul etmişdir. Narkotik vasitələri və psixotrop maddələri Bakı şəhərinin müxtəlif ərazilərindən, çox vaxt isə Nərimanov rayonunda yerləşən Nərimanov parkının yaxınlığından almışdır. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır və aralarında dostluq münasibətləri var. Bundan başqa Təqsirləndirilən şəxs də narkotik vasitə və psixotrop maddələrin istifadəçisi olduğu və əvvəllər məhkum olunduğu barədə məlumatı var. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək ortaq tanışlarının xx.xx.2024-cü il tarixdə Nəsimi Rayon Məhkəməsində məhkəmə iclası keçiriləcəyini bildirərək birlikdə həmin iclasa getmələrini təklif etmişdir. O, Təqsirləndirilən şəxs təklifi ilə razılaşmış və xx.xx.2024-cü il tarixdə, saat 11:30-da ünvan 1 ünvanında yerləşən Nəsimi Rayon Məhkəməsinin qarşısında görüşəcəklərinə dair qərarlaşaraq sağollaşmışlar. xx.xx.2024-cü il tarixdə təxminən saat 09 radələrində özü üçün psixotrop maddə almaq məqsədi ilə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Nərimanov parkına getmişdir. Təxminən 5 dəqiqə parkın ətrafında gəzdikdən sonra mütəmadi olaraq narkotik vasitələr və psixotrop maddələr aldığı şəxs onun olduğu yerə yaxınlaşmış, ondan hansı növ narkotik vasitə və ya psixotrop maddə istədiyini soruşmuşdur. Həmin şəxdən dəfələrlə narkotik vasitə və psixotrop maddə almağına baxmayaraq onun şəxsiyyəti barədə heç bir məlumatı olmamışdır. Ona 60 (altmış) manat dəyərində psixotrop maddə olan ekstazi almaq istədiyini bildirmişdir. Həmin şəxs 60 (altmış) manat pulu ondan götürərək oradan uzaqlaşmışdır. Təxminən 3-4 dəqiqə sonra isə olduğu yerə gələrək söz verdiyi kimi içərisində psixotrop maddə ekstazi olan sellofan bükümü ona verərək oradan uzaqlaşmışdır. O, psixotrop maddəni əynindəki şalvarın cibinə qoyaraq Təqsirləndirilən şəxs ilə görüşmək üçün Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinə getmişdir. Həmin gün saat 11:15 radələrində Nəsimi Rayon Məhkəməsinin qarşısında Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Ortaq tanışlarının məhkəmə iclasına qədər Təqsirləndirilən şəxs ilə söhbət etməyə başlamışlar və söhbət əsasında Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Bu zaman onun da üzərində psixotrop maddə olduğu barədə Təqsirləndirilən şəxs məlumat verdikdə, onlar məhkəməyə daxil olan zaman üzərilərinə baxış keçiriləcəyindən ehtiyyat edərək həmin narkotik vasitələri və psixotrop maddələri gizlətməyə qərar vermişlər. Bu məqsədlə məhkəmənin həyətyanı sahəsindən çıxaraq narkotik vasitələri və psixotrop maddələri gizlətmək üçün yer axtarmağa başlamışlar. Nəsimi Rayon Məhkəməsinin yan tərəfinə keçərək üzərilərində olan narkotik vasitələri və psixotrop maddələri məhkəmənin hasarında yerləşən boşluğa gizlətmişlər. Saat təxminən 11:30 radələrində ünvan 1 ünvanında yerləşən Nəsimi Rayon Məhkəməsinin həyətyanı sahəsinə daxil olan zaman məhkəmədə xidmət aparan polis əməkdaşı onlara yaxınlaşmış və məhkəmənin hasarına gizlətdiklərinin nə olduğunu soruşmuşdur. Onlar narkotik vasitələri və psixotrop maddələri gizlədən zaman polis əməkdaşının kameradan onları izlədiyini bildikdə səmimi olaraq gizlədiklərinin narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişlər. Gizlətdikləri narkotik vasitələr və psixotop maddələr polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Polis əməkdaşları tərəfindən Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsininə aparılmışlar. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin inzibati binasında otaqlardan birinə dəvət edilmişlər. Polis Şöbəsində onlara dövlət hesabına vəkil təyin edilmiş və şübhəli şəxs kimi tutulmuşlar. Sonra onlara bildirilmişdir ki, üzərilərində şəxsi axtarış keçiriləcəkdir. Vəkillər və polis əməkdaşlarının iştirakı ilə xidməti otaqda üzərilərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Xidməti otaqda olan zaman Nəsimi Rayon Məhkəməsinin binasının inzibati ərazisində gizlətdikləri və polis əməkdaşları tərəfindən götürülərək qablaşdırılmış ağ rəngli kağız zərf açılaraq içərisində ağ rəngli kristalşəkilli maddə, qəhvəyi rəngli maddə, 01 ədəd bozumtul-qəhvəyi rəngli dərman həbi və açıq yaşıl rəngli maddə olan ümumilikdə 04 (dörd) ədəd sellofan büküm masanın üzərinə qoyulmuşdur. O, həmin bükümlərdən içərisində yaşıl rəngli maddə olan bükümün ona məxsus olduğunu bildirmişdir. Sonra həmin maddəni adını deməklə təqdim etməyi təklif olunmuşdur. O, həmin bükümün içərisində ekstazi kimi tanınan psixotrop maddə MDMA olduğunu bildirmişdir. Ondan həmin maddəni haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi sual edilən zaman həmin maddəni həmin gün Narimanov rayonu, Nərimanov parkının yaxınlığında üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 60 (altmış) manata öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs də öz növbəsində içərisində ağ rəngli kristal şəkilli maddə, qəhvəyi rəngli maddə, 01 ədəd bozumtul-qəhvəyi rəngli dərman həbi olan ümumilikdə 03 (üç) ədəd bükümün ona məxsus olduğunu demişdir. Sonra həmin maddələri adını deməklə təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs ağ rəngi kristalşəkilli maddənin psixotrop maddə metamfetamin, qəhvəyi rəngli maddənin narkotik vasitə heroin, 01 ədəd bozumtul-qəhvəyi rəngli dərman həbinin isə narkotik vasitə metadon olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi sual edilən zaman o, bükümləri həmin gün Bakı şəhəri, Nərimanov rayonunda yerləşən "Çermet körpüsünün" yaxınlığında üzdən tanıdığı adını bilmədiyi şəxsdən 70 (yetmiş) manata aldığını bildirmişdir. Daha sonra üzərində hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra üzərində axtarış aparılmağa başlanılmış, lakin heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, lakin heç nə aşkar olunmamışdır. Bundan sonra bükümlərin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Bükümlərin ayrı-ayrı zərflərə qoyularaq qablaşdırılacağı qeyd olunmuşdur. Əvvəlcə zərflərin içərisi göstərilmiş və həmin zərflərin içərisinin boş olduğu müəyyən edilmişdir. İlk öncə ona məxsus olan 01 ədəd büküm daha sonra isə Təqsirləndirilən şəxs məxsus olan 03 ədəd büküm ayrı-ayrı zərflərə qoyularaq qablaşdırılmış, zərflərin üzəri iştirakçılar tərəfindən imzalanmışdır, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin zərflər üçün nəzərdə tutulmuş “188” nömrəli möhürü ilə möhürlənmiş, hər bir iştirakçı tərəfindən zərflərin üzəri imzalanmışdır. Şəxsi axtarış və götürmə zamanı iştirakçıların və onun heç bir şikayətləri və vəsatətləri olmamışdır. Ona görə də protokol tərtib olunmuş, ucadan oxunmuş, protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir. Fəridlə aralarında hər hansı bir narkotik vasitə və psixotrop maddənin satışı ilə bağlı hər hansı bir razılaşma olmamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, onunla Fərid dost olmuşlar. Onun Fəridin narkotik vasitələrindən istifadə etməsi barədə məlumatı olmuş, həmçinin Fəridin də onun narkotik vasitələrdən istifadə etməsi barədə məlumatı olmuşdur. Nə əvvəllər, nə də tutulduqları gün Fərid ona narkotik vasitə təklif etməmişdir. O, üzərində narkotik vasitə ilə Nəsimi Rayon Məhkəməsinin inzibati ərazisinə gəlmişdir və həmin narkotik vasitəni Nərimanov rayonunun ərazisində tanımadığı şəxsdən almışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” 21 avqust 2024-cü il tarixli qərardan görünür ki, toplanmış fakt üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai araşdırma aparılmışdır (i.v. 1); “şübhəli şəxsin tutulması haqqında” 20 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 12:45-də CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 20 avqust 2024-cü il tarixdən, saat 11:30-dan tutulmuş hesab edilmişdir (i.v. 38); “şəxsi axtarış və götürmə aparılması haqqında” 20 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində sübut əhəmiyyəti kəsb edə biləcək saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet, eləcədə narkotik vasitə və psixotrop maddə aşkar edilərsə qablaşdıraraq götürülməsi qərara alınmışdır (i.v. 47); “şəxsi axtarış və götürmə aparılması haqqında” 20 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 avqust 2024-cü il tarixdə Nəsimi Rayon Məhkəməsinin inzibati binasının yaxınlığında gizlətdiyi və oradan götürülərək qablaşdırılmış bükümlərə Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsində baxış keçirilərkən həmin 03 ədəd ağ şəfaff sellofana bükülmüş bükümlərin içərisində 01 ədəd ağ şəffaf sellofan bükümdə narkotik vasitə heroinə, 01 ədəd ağ şəffaf sellofan bükümdə narkotik vasitə metadona və 01 ədəd ağ şəffaf sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddələr aşkar olunuraq götürülmüşdür (i.v. 49-51); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 avqust 2024-cü il tarixli, 6/4260 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş: AR DİN "Zərflər üçün № 188" möhür əksi, "Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə; Şübhəli şəxs: /imza/ Təqsirləndirilən şəxs; İştirak etdi 1) /imza/ N.Həsənov; 2) /imza/ E.Ağazadə; 3) /imza/ Şahid2; Ekspert krim: /imza/ B.Bəxtiyarov; Müdafiəçi /imza/ E.Ağayev; Tərtib etdi: Nəsimi RPİ-nin 20-ci PŞ-nin təhqiqatçısı polis kapitanı /imza/ R.Mirzəliyev" yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 1,016 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 01 ədəd bükümdə təmiz çəkisi: 0,452 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 01 ədəd üzərində "F/M40" yazısı həkk olunmuş bozumtul-qəhvəyi rəngli dərman həbinin tərkibində təsiredici maddəsinin miqdarı: 0,04 qram (üzərindəki göstəricilərə əsasən 01 ədəd həbdə 0,04 qram) olan narkotik vasitə-metadon müəyyən edildi (i.v. 74-77); “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 22 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v. 128 ); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-451/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, vəsatətin təmin olunması, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlanılma müddətinin 03 (üç) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 20 avqust 2024-cü il tarixdən, saat 11:30-dan hesablanması qərara alınmışdır (i.v. 164-167); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 xx.xx.2024-cü il tarixli, 5730 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 168-169); “maddi sübut kimi tanınma haqqında” 25 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 (bir) ədəd bükümdə psixotrop maddə metamfetamin təmiz çəkisi 1,016 qram, 01 (bir) ədəd bükümdə narkotik vasitə heroin təmiz çəkisi 0,452 qram, 01 (bir) ədəd bükümdə üzərində “F/M40" yazıları olan bir ədəd dərman həbinin tərkibində təsiredici maddəsi 0,04 qram təşkil edən narkotik vasitə metadon maddi sübut kimi tanınmış, qalıq qalmış 0.916 qram çəkidə psixotrop maddə metamfetamin, 0.352 qram çəkidə narkotik vasitə heroin və 0.5 əsas təsiredici maddəsi narkotik vasitə metadon olan dərman həbi Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir (i.v. 176-177); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.1, 185.1-ci maddələri ilə təqsirli bilinərək, 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (i.v. 196-197); Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-658/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.1, 185.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 62 və 66.3-cü maddələrinə əsasən qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza çəkməsinin əvvəli 30 yanvar 2019-cu il tarixdən hesablanmışdır (i.v. 207-221); “sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əəməlin tövsif edilməsi haqqında” 10 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsindən, həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş şəxs hesab edilmiş, onun əməlinin cinayətlərin residivini yaratdığı nəzərə alınmışdır, ********* nömrəli cinayət işindən Şahid1 barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işinin ayrılması barədə qərar qəbul edilmişdir, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,016 qram təşkil edən psixotrop maddə metamfetamin, 01(bir) ədəd bükümdə təmiz çəkisi 0,452 qram təşkil edən narkotik vasitə heroin, 01 (bir) ədəd bükümdə üzərində “F/M40” yazıları olan bir ədəd dərman həbinin tərkibində təsiredici maddəsi 0.04 qram təşkil edən narkotik vasitə metadon maddi sübut kimi tanınmış və qalıq qalmış 0,916 qram çəkidə psixotrop maddə metamfetamin, 0,352 qram şəkidə narkotik vasitə heroin və 0.5 əsas təsiredici maddəsi narkotik vasitə metadon olan dərman həbinin Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilməsi nəzərə alınmışdır (i.v. 235-248). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-120/025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrə daxil olan və göndərilən SMS-lərin siyahısı, SMS mətnlər və hər bir nömrə sahibi haqqında məlumatlar məhkəməyə təqdim edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, "xxxx" MMC-yə aid ********* mobil telefon nömrəsinin xx.xx.2024-xx.xx.2024-cü il müddətində istifadəsi aşkar edilmədiyi üçün məlumatların təqdim edilməsi mümkün deyildir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 554836906, 554919939, 557185681, ********* saylı nömrələrdə sorğulanan müddət ərzində "xxxx" şəbəkəsində SMS yazışması qeydə alınmamışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, **********, ********** saylı mobil nömrələr sorğulanan tarixdə Azerfon şəbəkəsində istifadə edilməmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-221/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, 01 iyun 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 01 may 2020- ci il tarixli Qanununa əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə ona təyin olunmuş 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasından azad edilmiş, həmin cəzanın Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə, CM-nin 62-ci maddəsi tətbiq olunmaqla, təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza ilə Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən qismən toplanılmasına dair müddəalar hökmdən xaric edilmişdir. Təqsirləndirilən şəxs üzərində Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə, həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla, təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, onun həmin cəzanı çəkməkdə olması nəzərə alınmışdır. Hökm qalan hissələrdə dəyişdirilməmişdir. Məhkəmə iclasında şəxsi axtarış və götürmə aparılmasının videogörüntüsü olan 01 ədəd DVD diskə baxış keçirilərkən görünür ki, təhqiqatçı tərəfindən ağ rəngli kağız zərfdə qablaşdırılan zərf açılmış, içərisində olan 4 (dörd) ədəd şəffaf bükümdə olan 1 (bir) ədəd yaşıl rəngli həb, 1 (bir) ədəd qəhvəyi rəngli həb, 1 (bir) ədəd tözşəkilli qəhvəyi rəngli büküm və 1 (bir) ədəd şəffaf rəngli, kristalşəkilli büküm çıxarılmış, Təqsirləndirilən şəxs həmin bükümlərdən 1 (bir) ədəd qəhvəyi rəngli həbin, 1 (bir) ədəd tözşəkilli qəhvəyi rəngli bükümün və 1 (bir) ədəd şəffaf rəngli, kristalşəkilli maddə olan bükümün ona məxsus olduğunu, onları həmin gün Nərimanov rayonunun ərazisində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassızdır və Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun tərəfindən törədilmiş əməl tövsif edilərkən səhvə yol verilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, daşıması və saxlaması ilə bağlı ittiham verilmişdir ki, bununla bağlı ilk növbədə təqsirləndirilən şəxsin məqsədinin məhz əldə etdiyi və üzərində daşıyaraq saxladığı narkotik vasitələrin satmağa yönəldiyi sübuta yetirilməlidir. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri və psixotrop maddələri məhz satış məqsədilə qanunsuz olaraq əldə etməsi, daşıması və saxlaması sübuta yetirilmir. Məhkəmə istintaqında aparılan araşdırma zamanı da Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satmaq məqsədi birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmur. Məhkəmə, bununla bağlı mövqeyini aşağıdakılarla əsaslandırır: İlk növbədə, ittiham tərəfinin bütün sübutları (şahid ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, maddi sübut kimi tanınmış 01 ədəd bükümdə psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə narkotik vasitə heroin, 01 ədəd bükümdə üzərində “F/M40” yazıları olan bir ədəd dərman həbinin tərkibində təsiredici maddəsi 0.04 qram təşkil edən narkotik vasitə metadon) Təqsirləndirilən şəxs tərəfindən yalnız narkotik vasitələri və psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, daşıma əməlinin törədilməsinə dəlalət edir. Həmin hərəkətlərin satış məqsədilə edilməsi isə nəinki iş üzrə mötəbər sübutların məcmusu ilə təsdiq edilmir, buna dair ümumiyyətlə sübut mövcud deyil. Buna görə də məhkəmə, iş üzrə ittiham tərəfinin sübutlarını həm ayrı-ayrılıqda, həm də məcmu halda qiymətləndirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: 1) Təqsirləndirilən şəxs 20 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində və 22 avqust 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində onun 01 ədəd bükümdə psixotrop maddə metamfetamini, 01 ədəd bükümdə narkotik vasitə heroini və 01 ədəd bükümdə narkotik vasitə metadonu satış məqsədilə əldə etməsi və daşımasına dəlalət edə biləcək hər hansı məqam mövcud deyil. Əksinə o, həmin ifadələrində də 01 ədəd bükümdə psixotrop maddə metamfetamini, 01 ədəd bükümdə narkotik vasitə heroini və 01 ədəd bükümdə narkotik vasitə metadonu şəxsi istifadə məqsədilə əldə etdiyini bildirmişdir (i.v. 94-97, 144-148). Bundan başqa, Təqsirləndirilən şəxs 20 avqust 2024-cü il tarixdə şəxsi axtarış və götürmə aparılarkən üzərindən aşkar edilmiş 01 ədəd bükümdə psixotrop maddə metamfetamini, 01 ədəd bükümdə narkotik vasitə heroini və 01 ədəd bükümdə narkotik vasitə metadonu şəxsi istifadəsi üçün alaraq üzərində gəzdirdiyini, satış məqsədinin olmadığını bildirmişdir. Belə olan halda təqsirləndirilən şəxsin ifadəsi yalnız narkotik vasitələri və psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, daşıma əməlinin törədilməsinə münasibətdə sübut növü kimi qəbul edilə bilər. Həmin ifadələrlə qeyd edilən əməllərin satış məqsədi ilə törədilməsi təsdiq olunmur. 2) şahidlər Şahid2, Şahid3 və Şahid1 ifadələri, ekspertiza rəyləri və 01 ədəd DVD disk: Məhkəmə, həmin sübutlara münasibətdə aşağıdakıları qeyd etməyi xüsusilə zəruri hesab edir: Şahidlər Şahid2, Şahid3 və Şahid1 ifadələri, məhkəmə-kimyəvi ekspertizasının 21 avqust 2024-cü il tarixli, 6/4260 nömrəli rəyi, ambulator X2 xx.xx.2024cü il tarixli rəyi, şəxsi axtarış və götürmənin aparılmasının videogörüntülərini əks etdirən 01 ədəd disk yalnız təqsirləndirilən şəxsin narkotik vasitələri və psixotrop maddələri əldə etməsi və üzərində daşıması faktına dair təsdiqedici əhəmiyyət daşıyır. Onların təqsirləndirilən şəxs tərəfindən həmin hərəkətlərin satış niyyəti ilə edilməsinə dair heç bir sübutedici əhəmiyyəti mövcud deyil. Qeyd edilməlidir ki, sübutetmə predmeti ilə sübutetmə həddi bir-birilə sıx surətdə bağlıdır. Əgər sübuetmə predmeti tədqiqat obyektidirsə, sübutetmə həddi sübutemə predmetinə daxil olan halların tam əminliklə müəyyən edilməsi üçün zəruri olan sübut materiallarının məcmusudur. Lakin, hazırki halda şahidlərin ifadələri, ekspertiza rəyləri və videogörüntü sübutetmə predmetinə daxil olan bütün halları (Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə satış məqsədini) müəyyən etmədiyindən, verilmiş ittiham üzrə sübutetmə həddi tamamlanmır. Əksinə proses iştirakçılarının ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri eyni məzmunlu ifadələri ilə təkzib olunur. İlk əvvəl məhkəmə qeyd edir ki, məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs 20 avqust 2024-cü il tarixdə Nəsimi Rayon Məhkəməsinin yan hasarında gizlətdiyi və ona məxsus olan 01 ədəd bükümdə psixotrop maddə metamfetamini, 01 ədəd bükümdə narkotik vasitə heroini və 01 ədəd bükümdə narkotik vasitə metadonu saxlanıldığı gün, yəni 20 avqust 2024-cü il tarixdə Nərimanov rayonunun ərazisində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını, daha sonra dostu Məhəmməd ilə birlikdə Nəsimi Rayon Məhkəməsinin həyətində görüşdüyünü, Nəsimi Rayon məhkəməsinə gəlmək səbəbinin digər dostuna siqaret almaq və məhkəmə prosesində iştirak etmək olduğunu, Məhəmmədlə söhbət əsanasında hər ikisinin üzərində qanunla qadağan edilmiş maddələrin olduğunu bir birlərinə etiraf etdiklərini, bundan sonra həmin maddələri Nəsimi Rayon Məhkəməsinin İnzibati Binasının həyətyanı sahəsində gizlətmək qərarına gəldiklərini, həmin narkotik vasitələrin və psixotrop maddələrin miqdarının normadan çox olmasının səbəbənin onları falqada yandırma üsulu ilə istifadə etdiyini və bu səbəbdən norma üçün tələb olunan miqdarı əldə etmək üçün normadan çox narkotik vasitə və psoxtrop maddə aldığını, lakin həmin narkotik vasitələri və psixotrop maddələri heç kəsə satmadığını, ümumiyyətlə belə bir niyyətinin olmadığını, onun və Məhəmmədin narkotik vasitələri və psixpotrop maddələri gizlətmələrini Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşlarının aşkarladığını bildirmiş, həmçinin məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 təqsirləndirilən şəxsə eyni məzmunlu ifadə vermişdir. Beləliklə iş üzrə təqsirləndirilən şəxsin və Şahid1 tutulduqları gündən, yəni 20 avqust 2024-cü il tarixdən ikisi arasında konfidensial ünsiyyətin olmamasını, bununla da onların sövdələşərək eyni ifadə ilə çıxış etmək ehtimalının olmamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs və Şahid1 ifadələri bir-birini tamamlamaqla həmin ifadələr iş üzrə təqsirləndirilən şəxsin əməlində satış niyyətinin olmamasına dəlalət etməklə həmin ifadələr işin faktiki hallarını sübutetmə baxımından öz mötəbərliyini saxlamışdır. Bundan başqa, Şahid3 və Şahid2 ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələri də Təqsirləndirilən şəxs tərəfindən yalnız narkotik vasitələri və psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, daşıma əməlinin törədilməsinə dəlalət edir. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs saxlanılmamışdan əvvəl hansı şübhəli davranışları sərgiləməsi, əhatəsində kimlərin olması, həmin şəxslərlə xüsusi sövdələşmə edib etməməsini dəqiqləşdirmək üçün ərazinin həmin gün qeydə alınmış kamera görüntüləri götürülməmiş, Təqsirləndirilən şəxs saxlanılmamışdan əvvəl hansı ərazilərdə olması, hər hansı şəxslərlə sövdələşmə edib etməməsini dəqiqləşdirmək məqsədi ilə 19 avqust 2024 - 20 avqust 2024-cü il tarix aralığında mobil telefonunun anten dairəsi və mobil telefon nömrəsinə daxil olan, çıxan SMS mətnlərin və zənglərin məzmunu, həmin zəngləri edən və SMS mətnləri yazan şəxslərin şəxsiyyətləri müəyyən edilməməklə, iş üzrə əhəmiyyət kəsb edəcək halların olub-olmaması dəqiqləşdirilməmişdir. Belə ki, işin faktiki halları ilə müəyyən olunmuşdur ki, cinayət işi üzrə hadisə 20 avqust 2024-cü il tarixdə baş vermiş, hazırki cinayət işi isə məhkəmənin icraatına 25 noyabr 2024-cü il tarixdə daxil olmuş, kamera görüntülərinin qeydə alınmasından 3 (üç) ay 5 (beş) gün keçmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, həmin müddət ərzində kamera görüntülərinin “hard disk” yaddaşında saxlanılması qeyri-realdır, bu hal özlüyündə işin faktiki hallarının araşdırılmasında yol verilmiş nöqsanların göstəricisidir. Beləliklə ibtidai istintaq orqanı tərəfindən sübutetmə prosesinə, yəni sübutların toplanması və qiymətləndirilməsinə dair cinayət-prosessual qanunvericiliyin tələblərinə nə dərəcədə riayət olunduğu məlumdur. Cinayət-prosessual qanunvericilik yalnız mənbəyinin mötəbərliyi şübhə doğurmayan sübutların qəbuledilənliyini müəyyən edir. Şəxsin təqsirliliyinə dair cinayət təqibi orqanının mövqeyi mülahizələrə deyil, konkret sübutlarla müəyyən edilə bilən hallara əsaslanmalıdır. Faktiki məlumatların mənbəyi müəyyən edilə bilməzsə, belə məlumatların sübuti əhəmiyyəti yoxdur. İndiki halda, verilmiş ittihamda Təqsirləndirilən şəxs aşkar edilən 1 ədəd bükümdə psixotrop maddə metamfetamini, 01 ədəd bükümdə narkotik vasitə heroini və 01 ədəd bükümdə narkotik vasitə metadonu onun satış məqsədi ilə əldə etməsi faktının nəyin əsasında qeyd edildiyi müəyyən olunmur. Məhkəmə qeyd edir ki, tezis, həqiqiliyi şübhə doğurmayan arqumentlərlə əsaslandırılarsa sübut olunmuş hesab edilir. Hazırki işə münasibətdə isə ümumiyyətlə, satış məqsədinə dair irəli sürülmüş ittihamı əsaslandıran arqument mövcud deyil. Halbuki, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satmaq niyyətində olması kimi qənaətə gəlmək üçün narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalı idi. İstintaq orqanı isə bu hallara diqqət yetirmək əvəzinə, əks etdirdiyi məlumatların həqiqiliyi heç nə ilə sübut olunmayan, mənbəyi qeyri-müəyyən olan dəlillərə əsaslanmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs 1 ədəd bükümdə psixotrop maddə metamfetaminin, 01 ədəd bükümdə narkotik vasitə heroinin və 01 ədəd bükümdə narkotik vasitə metadonun satışı ilə əlaqədar istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsinə, narkotik vasitələrin və psixotrop maddələrin hazırlanması üçün avadanlığın olmasına dair hər hansı sübut mövcud deyil. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlini, sonuncunun istehlakçı ilə razılıq əldə etməsinə dair sübutların mövcud olmadığı, onun tərəfindən istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin və psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və digər hallar icra edilmədiyi təqdirdə, həmçinin psixotrop maddə metamfetaminin, narkotik vasitə heroinin və narkotik vasitə metadonun ayrı-ayrılıqda bir büküm olmasını və həmin bükümlərin miqdarını nəzərə almayaraq onun satış niyyəti ilə narkotik vasitə və psixotrop maddə əldə edib daşıması kimi qiymətləndirmişdir. Obyektiv sübutların məcmusu ilə cinayət işi üzrə əhəmiyyət kəsb edən məlumatların aşkar olunmaması Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin ola biləcəyi ehtimalının mövcudluğunu təkzib edir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). İş materiallarında isə Təqsirləndirilən şəxs əvəzli, qazanc əldə etmək məqsədi ilə və ya digər şəxsi marağa görə narkotik vasitələrin və psixotrop maddələrin yayılmasına yönəldilmiş hərəkət etməsinə dair hər hansı bir sübut yoxdur. Bundan başqa məhkəmə prosesində ifadə vermiş şahidlərin ifadələri ilə də Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi və ya saxlaması, hazırlaması, istehsal etməsi, emal etməsi, daşıması, göndərməsi, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satması öz təsdiqini tapmamış və ya iş materiallarında həmin halları təsdiq edən hər hansı bir sübut yoxdur. Həmçinin Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edilib gəzdirməsini təsdiq edən başqa halların, yəni başqa istehlakçının olması, təqsirləndirilən şəxsin onunla əvvəlcədən sövdələşməsi, narkotik vasitələrin və psixotrop maddələrin hazırlanması və onların bölüşdürülməsi üçün avadanlığın olması ibtidai və məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin aşkar olunmasına dair işdə olan rəyin nəticələri, iş üzrə toplanmış başqa sübutlarla yanaşı ondan götürülmüş 1 ədəd bükümdə psixotrop maddə metamfetamini, 01 ədəd bükümdə narkotik vasitə heroini və 01 ədəd bükümdə narkotik vasitə metadonu öz istifadəsi üçün əldə etməsini bir daha təsdiq etmişdir. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərək, yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 1,016 qram çəkidə psixotrop maddə metamfetamini, 0,452 qram çəkidə narkotik vasitə heroini və tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin miqdarı 0,04 qram təşkil edən 01 ədəd metadon həbini qanunsuz olaraq əldə edib üstündə saxlamış və həmin narkotik vasitəni və psixotrop maddəni heç kimə satmadan (vermədən) polis əməkdaşları tərəfindən saxlanılaraq baxış zamanı üstündən aşkar edilərək götürülmüşdür. Həmin əməl isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Halbuki ibtidai araşdırmanı aparmış orqan təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham irəli sürmüşdür. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarından göründüyü kimi 1,016 qram çəkidə psixotrop maddə metamfetaminin, 0,452 qram çəkidə narkotik vasitə heroinin və tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin miqdarı 0,04 qram təşkil edən 01 ədəd metadon həbinin miqdarı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, həmçinin Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərək, yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq olan miqdarda, yəni 0,824 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamasının satış məqsədi ilə olması öz təsdiqini tapmır, buna görə də o, həmin psixotrop maddəni satış məqsədi olmadan qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması ilə bağlı cinayət məsuliyyətinə cəlb olunmalı, yəni təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlini etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Belə ki, cinayət işinin materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-658/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.1, 185.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 62 və 66.3-cü maddələrinə əsasən qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza çəkməsinin əvvəli 30 yanvar 2019-cu il tarixdən hesablanmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə əməli 20 avqust 2024-cü il tarixdə törətmiş və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməl Azərbaycan Respublikasının CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli 20 avqust 2024-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə metamfetamin, narkotik vasitə heroin və narkotik vasitə metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 60 (altmış) iş saatına görə 360 (üç yüz altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001- ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməl Azərbaycan Respublikasının CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 20 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan qalıq çəkisi 0,916 qram çəkidə psixotrop maddə metamfetamin, 0,352 qram şəkidə narkotik vasitə heroin və 0.5 əsas təsiredici maddəsi narkotik vasitə metadon olan dərman həbi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 60 (altmış) iş saatına görə 360 (üç yüz altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-120/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-120/2025
09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver