Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-122/2022 10.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitəni əldə etmiş, saxlamış, daşımış və satmışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 15 manat pul müqabilində satış məqsədilə qanunsuz olaraq 1,072 qram çəkidə narkotik vasitə-heroini əldə edib özündə saxlamaqla daşımış, 19 may 2021ci il tarixdə saat 10 radələrində əldə etdiyi narkotik vasitə-heroinin 01 bükümdə 0,220 qram hissəsini istifadəsində olan mobil telefon aparatına “Kazino” proqramı yükləməsi müqabilində tanışı X2 sonra qalıq 0,852 qram hissəsini üzərində saxlamaqla daşımış, həmin gün saat 17 radələrində Nəsimi RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİ-yə gətirilmiş və polis idarəsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən satış məqsədi ilə əldə etdiyi təmiz çəkisi 0,852 qram təşkil edən həmin narkotik vasitə heroin bir ədəd siqaret kağızına bükülmüş halda aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, o, usta fəaliyyəti ilə məşğul olduğundan, 18.10.2021-ci il tarixdə axşam vaxtı qonşusu Nazimlə əlaqə saxlayıb sonuncunun evinə gedib jalüzləri quraşdırmış, Nazim növbəti gün də işi davam etdirəcəyindən ondan orada qalmasını xahiş etdikdə, o, razılaşaraq həmin yerdə gecələmişdir. 19.10.2021-ci il tarixdə saat 07-08 radələrində Nazim zəruri materialları almaq məqsədilə evdən getdiyi vaxt təxminən 11-12 radələri üçün evə qayıdacağını bildirmişdir. Həmin gün saat 10-11 radələrində tanışı Elşən və eyni məhəllədə yaşayan bir şəxs oraya gəlib Nazimi soruşmuş, ardınca orada əyləşib çay içmişlər. Bundan sonra həmin şəxs oradan getmiş, Elşən isə qalmışdır. O, aşağı düşərək Rasim adlı tanışına 10 manat pul verib özü üçün narkotik vasitə-heroin alıb geri qayıtmış, “falka” kağızın (yəni gümüşü rəngdə kağız) üzərində istifadə etməyə başlamışdır. Elşən həmin ondan çəkə bilib-bilməyəcəyini ondan soruşduqda, etiraz etməmiş, narkotik vasitənin ortalıqda olduğunu, çəkə biləcəyini söyləmişdir. Həmin narkotik vasitədən Elşən də istifadə etmiş, 5-10 dəqiqə sonra Elşən oradan dükana düşmək üçün getmişdir. Təxminən 10 dəqiqə sonra polis əməkdaşları kobud formada qapını sındıraraq daxil olmuş, onu aparanda həyətdə görmüşdür ki, Elşənin əli qandallıdır. Hər ikisini polis bölməsinə aparmışlar, orada birinci Elşənə, daha sonra isə ona zorakılıq etmişlər. Ardınca hər ikisini ayrı otaqlara salmış, qapıya çatanda Elşənə “istəyirsən səni buraxaq, üzünə dayan, de ki, səndən nə isə götürmüşəm, əks halda “234.4.3-lə” (yəni CM-in müvafiq maddəsi) birlikdə gedəcəksən” deyilməsini, Elşənin isə “heç nə götürməmişəm, bir yerdə istifadə etmişik” deməsini, habelə işgəncə səslərini eşitmişdir. Daha sonra polis əməkdaşı ona yaxınlaşıb satışla məşğul olduğunu, Elşənin ondan narkotik vasitə aldığını söylədikdə, o narkotik vasitəni istifadə etdiyini, lakin satmadığını, Elşənin həmin məzmunda deyə bilməyəcəyini, 01 bükümdə 0,3-0,4 qram miqdarda heroini özü üçün istifadə məqsədilə aldığını bildirmişdir. Elşənə 1-2 “dubinka” (yəni dəyənək) vurulduqdan sonra sonuncu 01 büküm heroini-narkotik vasitəni onun telefonuna proqram yükləmək müqabilində aldığını demişdir. Həmin vaxt o, Elşənin işgəncə aldığını görmüş, əvvəllər Elşənlə 1-2 dəfə birlikdə narkotik vasitə qəbul etsə də, aralarında alış-veriş olmamış, usta fəaliyyəti ilə məşğul olduğundan həmin ərazidə çox görünməmişdir. Kürdəxanıda (yəni Bakı İstintaq Təcridxanası) komissiyadan keçərkən yoxlanış aparılan zaman qaşının yuxarı nahiyəsində göy şiş müəyyən edilmiş, həkim ondan səbəbini soruşduqda, Nəsimi Rayon Polis İdarəsində dairəyə alınaraq döyüldüyünü bildirmiş, bundan sonra ondan izahat almışlar. Araşdırmanın nəticəsini bilmir. Ona Zaur, Ruslan və İsmayıl adlı polis əməkdaşları işgəncə vermişlər. Tutulduğu zaman üzərində narkotik vasitə olmamış, ayda 3-4 dəfə olmaqla, təxminən 1 ildir ki, narkotik vasitə olan heroin istifadə etmiş, işgəncə altında ifadə vermişdir. Tutulduğu vaxt telefonunda “Kazino” adlı oyun proqramı olmuş, Elşən özü yenisini yükləməyi xahiş etdikdə razılaşmışdır. İfadəsinin sonunda narkotik vasitənin satışı ilə məşğul olmadığını, ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X14 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır, sonuncu ilə heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Məhkəməyədək icraat zamanı istintaq orqanına verdiyi ifadəni təsdiq etməklə, həmin ifadənin elan olunmasını xahiş etmişdir. Şahid X14 məhkəmədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 6 aydan bəri narkotik vasitədən istifadə edir. 19 oktyabr 2021-ci il tarixdə saat 10 radələrində yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsində olan zaman tanışı Təqsirləndirilən şəxs ilə rastlaşdıqda, sonuncu ona üzərində narkotik vasitə olan heroin olduğunu demiş, həmin vaxt o, Aslandan istifadə etməsi üçün narkotik vasitə heroin istəmişdir. Aslan isə istifadəsində olan mobil telefona onun «Kazino» proqramını yükləyəcəyi halda, ona 01 ədəd bükümdə narkotik vasitə-heroin verəcəyini söylədikdə, o razılaşmışdır. Bundan sonra, o, Aslanın istifadəsində olan mobil telefona “Kazino” proqramı yükləmiş və həmin proqramda hesab (loqin) açmış, Aslan da 01 ədəd bükümdə olan narkotik vasitə-heroini ona vermişdir. 19 oktyabr 2021-ci il tarixdə, təxminən saat 11 radələrində ünvan 4 ünvanın qarşısında olarkən tanımadığı, mülki geyimdə olan 2 nəfər şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını, həmçinin onun narkotik vasitələrin saxlanmasında, istifadəsində şübhəli olduğunu bildirərək, həmin şəxslərlə birgə Nəsimi rayon polis idarəsinə gedəcəyini bildirmişlər. Polis əməkdaşları onu Nəsimi RPİ-yə gətirdikdən sonra vəkilin və polis əməkdaşlarının iştirakları ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirəcəklərini bildirib, ona dövlət hesabına müdafiəçi təyin olunmuş, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra videoçəkiliş zamanı üzərinə baxış keçirilməzdən əvvəl, üzərində hər hansı əşyanın olubolmaması soruşulmuş, olduğu təqdirdə təqdim etməsi bildirilmiş, o da əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü və sol yan cibindən narkotik vasitə qəbul etmək üçün 02 ədəd şəffaf rəngli şüşə, 01 ədəd göy rəngli plastmas və 01 ədəd qara rəngli dəmir materialdan hazırlanmış borunu (trupka) çıxarıb masanın üzərinə qoymuşdur. Ardınca üzərində başqa hər hansı bir əşyanın olubolmaması sual edilmiş, o da üzərində hər hansı bir əşya olmadığını bildirmiş, sonra isə üzərinə axtarış aparılmağa başlanılmış, üzərindəki paltarlarına yəni, göy rəngli cins şalvarına, açıq yaşıl uzunqol köynəyinə və açıq boz rəngli jaketinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmiş, sonra isə o, təqdim etdiyi həmin 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümün heroin olduğunu və 02 ədəd şəffaf rəngli şüşə, 01 ədəd göy rəngli plastmas və 01 ədəd qara rəngli dəmir materialdan hazırlanmış borunun (trupka) narkotik vasitə qəbul etmək üçün istifadə olunan ləvazimatlarının olduğunu bildirmiş, sorğu zamanı həmin narkotik vasitəni 19.10.2021-ci il tarixdə səhər saatlarında, Kubinka adlanan ərazidə “Aslan” adlı şəxsdən onun telefonunda “Kazino” proqramında login yaratmaq müqabilində aldığını bildirmişdir. Bundan sonra onun və polislərin iştirakı ilə ondan aşkar edilmiş maddənin tərkibinin müəyyən olunması üçün qablaşdırılaraq möhürlənib ekspertizaya göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 5 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır, 2014-cü ilin noyabr ayından daxili işlər orqanlarında, 2020-ci ilin sentyabr ayından isə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Təqsirləndirilən şəxs “Kubinka” deyilən ərazidə yaşaması və narkotik vasitə istifadəçisi olması barədə əməliyyat məlumatı əvvəllər də daxil olduğundan, həmin şəxsin hərəkət istiqaməti, getdiyi-gəldiyi yerlər müəyyən olunmuş, Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsində əməliyyat tədbiri keçirilən zaman Elşən adlı şəxsin özünü şübhəli apardığını, həmin ərazidən çıxmasını görüb sonuncu yaxalanmış, sonuncunun üzərində 01 bükümdə heron markalı narkotik vasitə aşkarlanmışdır. Elşəndən həmin narkotik vasitəni kimdən aldığını soruşduqda, pul əvəzinə Aslanın mobil telefonuna “Kazino” adlı proqramı yükləmək müqabilində sonuncudan aldığını demiş, bundan sonra Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsində saxlanılıb polis idarəsinə dəvət edilmiş, polis bölməsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman sonuncunun qara şalvarının sağ cibindən 01 bükümdə narkotik vasitə müəyyən olunmuş, Təqsirləndirilən şəxs etiraf edərək narkotik vasitə istifadəçisi olduğunu, şəxsi istifadə üçün saxladığını söyləmiş, həmin narkotik vasitəni Rasim adlı şəxsdən aldığını, habelə Elşənin bildirdikləri soruşulduqda isə telefonuna “Kazino” proqramını yükləmək müqabilində pul əvəzində Elşənə bir qismini verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, o, Nəsimi rayon Polis İdarəsinin NMB-nin kiçik əməliyyat müvəkkili vəzifəsinə işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 19 oktyabr 2021-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, S.Əsgərova küçəsində olarkən, Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş, həmin şəxs də anket məlumatlarını dedikdən sonra Nəsimi Rayon Polis İdarəsinə dəvət edilmişdir. Orada videoçəkilişlə vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman sonuncunun şalvarının sağ yan cibindən siqaretə bükülmüş kağızda maddə aşkar edilmiş, soruşduqda Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan heroin olduğunu söyləmiş, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Rasim adlı şəxsdən 15 manata aldığını, bir qismini Elşən adlı şəxsə “Kazino” proqramını yüklədiyi üçün pul müqabilində verdiyini könüllü şəkildə bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışda tədqiq edilmiş “Şübhəli şəxsin tutulması haqqında” 19.10.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 19:15-də şübhəli şəxs qismində tutulmuşdur. (i/v 24-25) İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş “Əməlin tövsif olunması haqqında” 21.10.2021-ci il tarixli qərardan görünür ki, X8 törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə tövsif edilmişdir. (i/v 86) İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 21.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddə ilə ittiham elan edilmişdir. (i/v 89-90) İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-455/2021 nömrəli, 21.10.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə “Həbs” qətimkan tədbiri seçilmişdir. (i/v 106-109) İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 oktyabr 2021-ci il tarixli, 6/4663 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Arayışlar üçün №186» dairəvi möhür əksi «Şübhəli şəxs Təqsirləndirilən şəxs...» yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,852 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin olub üzərində «X1 aşkar edilib götürülmüş ....» yazı və imzalar olan zərfdə 0,220 qram heroin ilə xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil etmişdir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. (i/v 70-71) İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsi Ambulator X3 15.12.2021ci il tarixli 5119 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə metamfetaminin birgə qəbulu edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i/v 141-142) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Saleh Salahzadə tərəfindən tərtib edilmiş və həmin İdarənin NMB-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, mütəxəssis qismində dəvət olunmuş X12 və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 19.10.2021-ci il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi” haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Vətəndaş Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən, 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra vətəndaş Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmışdır: ilk öncə onun geyindiyi tünd göy rəngli qısaqol köynəyinin boynuna baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs ayağında olan qara rəngli başmağını çıxarması tələb olunmuş və o, başmağı çıxartmış, yoxlanılmış və heç bir əşya aşkar edilməmişdir. Bundan sonra ondan başmağını geyinməsi və üst-başını səliqəyə salması tələb edilmişdir. Sonra isə vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümün nə olduğunu deməklə təqdim etməsi təklif olunmuşdur. O, 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümün heroin adlanan narkotik maddə olduğunu bildirmişdir, ondan həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə həmin şəxs, 19.10.2021-ci il tarixdə səhər 08-09 radələrində, 7-ci MKR adlanan ərazidə “Rasim” adlı şəxsdən 15 manata aldığını bildirmişdir. Sonra 19.10.2021-ci il tarixdə səhər saatlarında, Kubinka adlanan ərazidə “Elşən” adlı şəxsə telefonda kozino proqramında loqin yaratmaq müqabilində pul əvəzinə verdiyini bildirmişdir. Bundan sonra iştirakçılara həmin 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində olan narkotik vasitəyə bənzər maddə olan büküm ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində olan narkotik vasitəyə bənzər maddə olan büküm zərfə qoyularaq, zərfin ağzı Nəsimi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş “186” nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmişdir. Şəxsi axtarış zamanı "Sony" markalı videokameradan istifadə edilmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır. Ona görə də protokol tərtib olunmuş, ucadan oxunmuş, protokolun düzgünlüyünü imzalarla təsdiq etmişlər. (i/v 47-53) Məhkəmə baxışı zamanı “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” 19.10.2021-ci il tarixli protokola əlavə olunmuş videogörüntüyə baxış keçirilmiş və baxış zamanı həmin protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş “Maddi sübut kimi tanıma haqqında” 28.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunaraq götürülmüş, tədqiqatdan sonra ümumi xalis çəkisi 0,802 qram olan narkotik vasitə-heroin saxlanması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə məsul saxlanca verilmişdir. (i/v 113) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 14.12.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i/v 139-140) İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs ilə şahid X9 arasında 25 dekabr 2021-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, üzləşdirmə zamanı Aslan X5 üzünə qarşı dediklərini təsdiq edərək istifadəsində olan mobil telefona kazino proqramı yükləməsi müqabilində Elşən Əkbərova narkotik vasitə heroin verdiyini bildirmişdir. (i/v 148-149) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 25 dekabr 2021-ci il tarixli qərardan görünür ki, axtarış keçirilməsinin video görüntüləri olan CD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi, “Şəxsi axtarış və baxış keçirilməsi haqqında” protokol, təqsirləndirən şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və digər sənədlər sübut kimi tanınmışdır. (i/v 150-158) Məhkəmə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib üzərində saxlamaması barədə verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş, şəxsi axtarış aparılması və maddi sübutun götürülməsini özündə əks etdirən CD diskdəki görüntüdə Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni könüllü olaraq təhqiqatçıya təqdim etmiş, verdiyi ifadələri təsir və təzyiq altında verməsi ilə bağlı ibtidai araşdırma zamanı hər hansı müraciəti olmamışdır. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq, şahidlərin ifadəsinin daha mötəbər olmasına inanır və həmin ifadənin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Məhkəmə baxışı zamanı dövlət ittihamçısı tərəfindən təqdim olunmuş Bakı şəhəri Nəsimi rayon prokurorluğunda araşdırılmış material üzrə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 10.12.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qalması, ona işgəncə verilməsi, xəsarət yetirilməsi sübuta yetmədiyindən, həmin fakt üzrə cinayət işinin başlanması Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. İş materiallarından göründüyü kimi, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs zorakılıq edilməsi ilə bağlı Bakı şəhəri Nəsimi rayon prokurorluğunda material araşdırılmış, bəraətverici əsaslarla, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 10.12.2021-ci il tarixli qərar qəbul edilmiş, həmin qərardan təqsirləndirilən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında şikayət verilməmişdir. Habelə, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı məhkəməyədək icraat dövründə “Həbs” qətimkan tədbirinə Bakı şəhəri Nəsimi rayon Məhkəməsi tərəfindən baxılarkən, ona işgəncə verilməsi barədə məlumat verdiyini desə də, həmin xüsusat müvafiq qərarda və iş materiallarında öz əksini tapmamış, təqsirləndirilən şəxs həmin qərardan apelyasiya şikayəti verməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ona işgəncə verilməsinə dair verdiyi ifadə hər hansı sübutla öz təsdiqini tapmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özü tərəfindən inkar edilsə də, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin, cinayət tərkibinin olması, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, onun əməlinin ittihamda CM-in 234.2-ci maddəsi əsasında istinad edilən cinayətin əlamətlərinə uyğun olması sübut edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixatrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixatrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9,1.0.10 və 1.0.11-ci maddələrinə əsasən, narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixatrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixatrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 19 oktyabr 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, ondan 88 (səksən səkkiz) manat, 70 (yetmiş) qəpik miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,802 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin məhv edilməli və iş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış keçirilməsinin video görüntüləri olan CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri, 02 saylı Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-122/2022 saylı, 17 yanvar 2022-ci il tarixli qərara əsasən, 18 yanvar 2022-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı X4 vəkil işlədiyi Bakı şəhəri 02 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadiə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 19 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) manat, 70 (yetmiş) qəpik miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,802 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış keçirilməsinin video görüntüləri olan CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri, 02 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-122/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-122/2022
10.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver