Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-123/2021 11.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs hüquqi şəxs Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1989-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrarən, yaşayış sahəsinə qanunsuz daxil olmaqla , özgənin əmlakını gizli olaraq talayıb oğurluğa cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 05:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 ünvanda yerləşən 194 nömrəli evin hasarından həyətyanı sahəyə qanunsuz daxil olduqdan sonra evin içərisində olan bir ədədinin eni 17 sm uzunluğu isə 2 metr olan ümumi dəyəri 1122 manat olan 33 ədəd təzə vəziyyətdə şiveller, uzunluğu 2 metr qalınlığı isə 10x10 sm olan ümumi dəyəri 200 manat olan 10 ədəd təzə vəziyyətdə uqolnik, 3 ton çəkisində uzunluğu 2,2 metr, diametri isə 2,8 sm-lik Ukrayna Respublikasının istehsalı olan ümumi dəyər: 3300 manatdan ibarət armaturlar, 1 ton çəkidə 10 mm-lik Bakı şəhəri istehsalı olan dəyəri 800 manatdan ibarət katinka dəmiri, zorərçəkmiş şəxsin qiymətləndirməsinə görə 200 manat dəyərində olan təzə vəziyyətdə 01 ədəd su nasosu, ümumi dəyəri 600 manat olan 02 ədəd təzə vəziyyətdə vibrator (beton qarışdıran), dəyəri 200 manat olan təzə vəziyyətdə 01 ədəd perafarator, birinci mərtəbədən isə 50 manat dəyərində, təzə vəziyyətdə olan plastik materialdan istehsal olunmuş avtomat və gəmi oyuncaqları, dəyəri 200 manat olan on komplekt beton məmulatlarının tökülməsində istifadə olan dirək (dayaq), Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Zərərçəkmiş şəxs2nə məxsus 219,95 manat dəyərində olan qaz sayğacını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 6672 (altı min altı yüz yetmiş iki) manat təşkil edən xeyli miqdarda, Zərərçəkmiş şəxs2nə isə 219,95 (iki yüz on doqquz doğsan beş) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən qəsdən və tamah niyyəti ilə tanışı Zərərçəkmiş şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxx 2020-ci il tarixdə saat 05:30 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanında yerləşən 194 nömrəli evin hasarından həyətyanı sahəyə qanunsuz daxil olduqdan sonra evin taxta qapısını aralayaraq içəri daxil olub evin içərisindən hər birinin qiyməti 37 manat 40 qəpik olan bir ədədinin uzunluğu 2,2 metr, eni 17 sm ölçülü ümumi dəyəri 224 manat 40 qəpik təşkil edən 06 ədəd şvellcri, hər birinin qiyməti 8 manat 80 qəpik olan bir ədədinin uzunluğu 2,2 metr, diametri 25 mm ölçülü ümumi dəyəri 52 manat 80 qəpik təşkil edən 06 ədəd armaturu, içərisində işlənmiş mismarlar olan 45 manat dəyərində bir ədəd boşkanı, hər birinin qiyməti 25 manat olan üzərində “VC-2040, TOP-Quality” markalanma yazısı yazılmış ümumi dəyəri 50 manat təşkil edən 02 ədəd kaskanı və zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 400 manat dəyərində 01 ədəd qaynaq aparatını, ümumilikdə 772 manat 20 qəpik dəyərində əmlakı oğurlamaq istəyərkən ərazidə gözətçi işləyən Şahid onları gördükdən sonra tutulacaqlarında qorxaraq oğurladıqları əmlakı orada qoyaraq hadisə yerindən uzaqlaşmaqla bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməlini iradəsindən asılı olmayan səbəbə görə başa çatdıra bilməyərək qəsdən özgənin əmlakını oğurlamağa cəhd etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində gəzən zaman orada böyük bir ev görmüşdür. Həmin ev tikilmişdir, lakin, təmir elətdirilməmişdir. O, taxta hasardan boylanıb həyətə baxmış və orada dəmir və digər inşaat mallaının olmasım düşünüb həmin evdən oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2020-ci il tarixdə səhər saat 05 radələrində özü ilə fanar və yük arabasını götürüb Nəsimi rayonu Həsən Əliyev küçəsində yerləşən 3 mərtəbəli olan evin yanına tək getmişdir.Ətrafa baxmış və onu heç kimin görmədiyindən əmin olduqdan sonra o taxta hasardan evin həyətinə keçmiş və fanarı yandırıb birinci mərtəbəyə daxil olmuşdur evin birinci mərtəbəsinin içəri hissəsində künc tərəfdə yerdə olan çoxlu sayda şiveller və armaturların olduğunu görmüşdür. Oradan 15 ədəd şveller və 15 ədəd armaturları hasarın yanma daşımışdır və şivelleri və armaturları yuxarı vəziyyətdə (dik) qoymuşdur və hasarın o biri tərəfinə keçib əlini atıb şivelləri və armaturları daşıyıb gətirmiş olduğu arabaya dolduraraq oradan uzaqlaşmışdır. Şivelleriıı bir ədədinin en. 17 sm, uzunluğu isə 2 metr, armaturun birinin uzunluğu isə 2,2 metr olardı. Sonra oradan uzaqlaşmış və Papanin adlanan yerdə səyyar hərəkətdə olan dəmir alanlara kilosu 15 qəpikdən satmışdır. Həmin dəmir məmulatları 130 kq yaxın idi. Həmin satqı nəticəsində 19,50 (on doqquz manat, əlli qəpik) manat ona pul vermişdirlər. O, homin pulu öz şəxsi ehtiacı üçün xərcləmişdir. Bundan sonra o, həmin evi nəzarətində də saxlamışdır. Çünki o, evdə çoxlu inşaat materialları vardı. İstəyirdi ki, homin materiallarıda oğurlayıb satsın. xx.xx.2020-ci il tarixdə o, Nurlanla zibillliklərdən kardon və dəmir axtaran zaman ona demişdir ki, Nəsimi rayonu Həsən Əliyev küçəsi ev 4 ünvanda yerləşən 3 mərtəbəli ev var və həmin ev təmir olunmamışdır və içərisində çoxlu inşaat malları var, gedək onuları oğurlayaq və sonra həmin malları satdıqdan sonra əldə etdiyi pulu aralarında yarı bölək. Nurlan çox sevinmişdir və onunla razılaşmışdır. Sonra xx.xx.2020-ci il tarixdə səhərə yaxın saat 05:30 radələrində o, fənəri və özlərinə məxsus əl arabalarına da götürüb həmin evə getmişdirlər. Ətrafa baxmışlar və orada heç kimin olmadığını və hasardan evin həyətinə də baxmışlar və orada da heç kimin olmadığını əmin olduqdan sonra əl arabalarını çölə qoyub və hasardan içəriyə keçmişdirlər. Qabaqcadan aralarında olan razılığa əsasən Nurlan da onunla birlikdə evə girib birlikdə həmin malları daşıyacaqdılar çölə. Belə də etmişdirlər, o, həmin evdən əvvəllər oğurluq etdiyinə görə yaxşı bilrdi ki, hansı inşaat malları harada yerləşir. Beləliklə o, Nurlanla birlikdə 06 ədəd şüvelleri, 2,2 metrlik 5-6 ədəd armatur, bir boçka içərisində işlənmiş vəziyyətdə olan 50 kq-lıq mismar və 2 ədəc kaska və qaynaq (svarka) aparatını giriş qapısının yanınadək, yəni taxta hasarın dibinə daşıy.b yığdılar. Qəflətən bir kişinin səs küy saldığını və qışqıraraq “burda nə edirsiniz, nə işiniz var” sölərini eşitdilər. Sonra həmin şəxs gözətçi olduğunu və burdan çıxıb getmələrini əks təqdirdə nəsə oğurlamağa davam ctsəz polisə xəbər verəcəyini bildirmişdir. O və Nurlan bundan çox qorxmuş və hadisə yerindən çıxıb getmişdirlər. Sonrada polis əməkdaşları onları tutdular və onlarda törtətdikləri oğurluğu səmimi etiraf etmişdirlər. Özünü təqsirli bilməsini və ilk məhkumluğunu nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidin ifadələri, ekspert rəyi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 2, 194 nömrəli mənzil tikintisi başa çatdırılmışdır, lakin, mənzil təmir olunmamışdır, bu səbəbdən həmin mənzildə yaşayış yoxdur. Ev zirzəmidən və üç mərtəbədən ibarət olub 4 sot torpağın içərisində yerləşir. Evdə aparılacaq olası təmir işləri ilə bağlı o, oraya inşaat malları qoymuşdur. Buna görə də o, evə imkan daxilində gedib baxırmış ki, həmin inşaat malları yerindədir ya yox. Təxminən 1 ay bundan əvvəl isə o yenə həmin evə getmişdi və zirzəmidən başlayıb üçüncü mərtəbəyə qədər qalxıb orada olan bütün inşaat mallarına nəzər yetirmişdir və hamısı yerində bütöv vəziyyətdə idi. Bundan sonra o yenə təxminən xx.xx.2020-ci il tarixdə həmin mənzilə getmiş və zirzəmiyə, birinci mərtəbəyə eləcə də ikinci mərtəbəyə baxmış və orada olan inşaat mallarının yerində olduğunu görmüşdür. xx.xx.2020-ci il tarixdə onun evinin yaxınlıqda “Fales” Plazada gözətçi işləyən Rəsul ah şəxs saat təxminən 06:30 radələrində mənim mobil nömrəmə zəng edib qeyd edilən evdə naməlum iki nəfər şəxsin həyətə daxil olub evdə olan şebel və armaturları oğurlamaq istədikdə onları qoymadığını və oğurlayan şəxsin birinin şəklini çəkdiyini bildirmişdir. O da dərhal yaşadığı evdən çıxıb həmin evə gəlmiş və çatıb həyətə daxil olmuşdur. Sonra bu barədə DİN-nin 102 ZXM-yə zəng edib məlumat vermişdir. Polis əməkdaşları gəlib hadisə yerini müayinə etmişdirlər. Həmin evin zirzəmisində bir otaq vardır, həmin otağın qapısı və kilidin sistemi vardır lakin, qapını kilidlə bağlanmamışdır. Ancaq onu kip möhkəm şəkildə bağlamışdır. Həmin otağı o saxlanc yeri kimi istifadə edirmiş. Həmin otaqda 200 manat dəyərində olan 01 ədəd su nasosu dəsti ilə təzə vəziyyətdə, birinin dəyəri 300 manat olan 02 ədəd vibrator (beton qarışdıran), dəyəri 200 manat olan 01 ədəd perafarator, birinci mərtəbədə isə 50 manat dəyərində olan uşaq üçün plastikdən avtomat və gəmi oyunaqları, həmin oyuncaqların yerləşdiyi qaranlıq yerdə divarın küncündə bir ədədinin eni 17 sm uzunluğu isə 2 metr olan 33 ədəd şivefer (dəyəri 1122 manat), uzunluğu təxminən 2 metr qalınlığı isə lOxlOsm olan on ədəd uqolnik (metrəsi 10 manatdan olub, cəmi 200 manat). İkinci mərtəbədən hər hansı bir əmlakın oğurlanmağını aşkar etməmişdir. Üçüncü mərtəbədən isə bir tonun dəyəri 1100 manat olan 3 ton çəkisində uzunluğu 2,2 metr, diametri isə 2,8 sm olan Ukrayna Respublikasının istehsalı olan dəyəri 3300 manat olan armaturlar və 1 ton çəkidə lOmm-lik Bakı şəhəri istehsalı olan dəyəri 800 manat olan Katinka dəmiri, bir komplektin dəyəri 20 manat olan 10 komplekt beton məmulatlarının tökülməsində tikintidə istifadə oluması üçün dirək (dayaq), 45 manat dəyərində qara yanmış məftillər,bir ədəd uzunluğu 2,2 metr eni 17 sm təzə 06 ədəd şveller (dəyəri 224,40 manat), bir ədəd uzunluğu 2,2 metr, diametri 25 mm təzə 06 ədəd armatur (dəyəri 52,80) və 2 ədəd dəyəri 50 manat olan 2 ədəd təzə kaska və 240 manat dəyərində qaz sayğacının yerində olmadığını və naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Əlavə olaraq bildirmiş ki, xx.xx.2020-ci il tarixdə olan həmin oğurluq edən şəxslər 06 ədəd şivelləri, 2,2 metrlik 5-6 ədəd armatur, bir boşka içərisində işlənmiş vəziyyətdə olan 50 kq- lıq mismar və 2 ədəd kaska və qaynaq (svarka) aparatını giriş qapısının yanınadək, yəni taxta hasarın dibinə yığıb apararkən gözətçi onları görmüş və səs-küy salıb onları qovmuş, bu səbəbdən həmin oğrular həmin əmlakları orada qoyub qaçıb çıxıb getmiş və Rəsul oğruların birinin foto şəklini çəkmişdir. Baş vermiş bu oğurluq nəticəsində ona ümumilikdə 7284,20 (yeddi min iki yüz səksəm dörd iyirmi) manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, xx xxxxx 2019-cu il tarixdən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Zərərçəkmiş şəxs2 hüquqlarını müdafiə edən nümayəndəsidir. Nəsimi Rayon Polis İdarəsindən İstehsalat Biliyiə daxil olan məktubdan, ünvan 4 ünvanda yerləşən 194 nömrəli evdən qaz sayğacının oğurlanması faktı barədə məlumatları olmuşdur. Həmin qaz sayğacının quraşdırılmasma aid bütün xərcləri Zərərçəkmiş şəxs2 öz hesabına ödəmişdir, bununla bağlı həmin mənzilin sahibindən heç bir ödəniş alınmamışdır.Həmin mənzilə, yəni fərdi yaşayış sahəsinə “X3 Pay NGPP (İTRON) G-4” markalı qaz sayğacı quraşdırılmışdır və hazırki qiyməti 219,95 manat təşkil etmişdir. Zərərçəkmiş şəxs2 qaz sayğaclarını xarici ölkələrdən dollarla aldığı üçün hər günün məzənnəsi manata nisəbətdə dəyişilib müxtəlif olduğuna görə bu səbəbdən xx.xx.2020-ci il tarixdə həmin qaz sayğacının qiymətini do 219,95 manat götürməyi xahiş etmidir. Bu oğurluq nəticəsində Zərərçəkmiş şəxs2nə 219,95 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, küçələrdə kardon, dəmir və digər metallar topluyub satırmış. Elə küçələrdə qala-qala Hafiz adlı şəxslə tanış olmuş və onunla dost münasibəti qurmuşdur. Hafizdə onun kimi fəhlə işləyib eləcə də küçələrdən kardon və dəmir məmulatları yığıb satırmış. O əlində araba küçə-küçə gəzib dəmir tullantılar və kardonlar axtarıb yığırdı və onları da zavoda təhvil verib pul əldə edirdi. xx.xx.2020-ci il tarixdə Hafiz ona ünvan 5 ünvanda yerləşən 3 mərtəbəli tikintisi tamamlanmış, lakin təmir olunmamış bir evin olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə o, oradan oğurluq edib və həmin inşaat mallarını yerini yaxşı bilir. Orada çoxlu təzə vəziyyətdə olan və işlənməmiş inşaat mallarının olduğunu bildirdi. Ona təklif ctdiki gedək həmin malları oğurlayaq və salaq. Əldə etdiyi pulları isə ikisi arasında bölsün. O da Hafizlə razılaşmış və oğurluq etməyə getmək üçün xx.xx.2020-ci il tarixdə saat 05:30 radələrində onunla görüşmüş və ikisidə özlərinə məxsus əl arabasını və əl fənərini götürüb həmin evin qarşısına getmişdirlər. Evin ətrafına və içərisnə baxıb orada heç kimin olmadığını əmin olduqdan sonra hasardan evin həyətinə Hafizlə birlikdə keçib evə daxil olmuş və Nurlanla birlikdə 06 ədəd şvclleri, 2,2 metrlik 5-6 ədəd armatur, bir boşka içərisində işlənmiş vəziyyətdə olan 50 kq-lıq mismar, 2 ədəd kaska və qaynaq (svarka) aparatını giriş qapısının yanınadək, yəni taxta hasarın dibinə daşıyıb yığmışdırlar. Qəflətən bir kişinin səs küy saldığını və qışqıraraq “burda nə edirsiniz, nə işiniz var” sözlərini eşitdik. Sonra həmin şəxs gözətçi olduğunu və burdan çıxıb getməklərini istəmiş, əks təqdirdə nəsə oğurlamağa davam etsələr polisə xəbər verəcəyini bildirmiş və həmin gözətçi cibindən özünə məxsus mobil telefonu çıxardıb onun şəklini çəkmişdir. O və Nurlan bıından çox qorxmuş və hadisə yerindən çıxıb getmişdirlər. Sonrada polis əməkdaşları tərəfindən tutulduqdan sonra etdiyi oğurluğu etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, o, Nəsimi rayonu, Həsən Əliyev küçəsində yerləşən “Pales” Plaza da mühafizəçi vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə səhər saat 09 radələrində işə gəlmişdir və həmin gün 24 saat mühafizə növbəsində olmuşdur. Onun işlədiyi obyektin yanında Zərərçəkmiş şəxs1 məxsus həyətyanı sahənin içərisində olan ev (mənzil) vardır. Həmin mənzilin həyəti taxtadan hasarlanmış və taxta qapı qoyulmuşdur. Taxta qapı dəmir kilidlə bərkdilmişdir. xx.xx.2020-ci il tarixdə o, çöldə idi və həyəti gəzirmiş. Təxminən səhər saat 05:30 radələrində görmüşdür ki, Zülfi müəllimin həyətində iki nəfə kişi cinsinə mənsub şəxs evin içərisindən giriş qapının yanma tərəf inşaat malları daşıyır. O,bunları görüb tez onların üstünə qışqırıb oğurluq etməmələrini və əllərində olan malları həyətdə qoyub çıxıb getmələrini demişdir. Həmin iki nəfər şəxs onun qışqırığını eşidib qorxmuşdurlar və əllərində olan daşıdıqları inşaat mallarını yerə qoyub qapıya tərəf yaxınlaşdılar. O bu zaman tez cibindən özünə məxsus mobil telefonu çıxardıb birinin üzünün şəklini çəkmişdir. Onlara demişdir ki, bir daha burdan oğurluq etdiklərini görsə polisə xəbər verəcəkdir. Onlar getdikdən sonra taxta hasarın yanından həyətə doğru baxmış və onları daşıdıqları, oğurlamaq istədikləri inşaat mallarının 06 ədəd şüvcllcri, təxmini 2 metrlik 5-6 ədəd armatur, bir boçka içərisində işlənmiş vəziyyətdə olan 50 kq-lıq mismar, 2 ədəd kaska və 1 ədəd qaynaq (svarka) aparatının olduğunu görmüşdür. Bir neçə saat keçməsini gözləmiş və təxminən saat 07 radələrində Zülfi müəllimin mobil telefon nöməsinə zəng edib baş vermiş hadisəni demişdir. Zülfü müəllim aradan təxminən 30-40 dəqiqə keçdikdən sonra ora gəlmiş və polis əməkdaşlarına zəng edib hadisə yerinə çağırmışdır. Sonra onun iş növbəsi bitdiyi üçün iş yerini tərk edib evinə getmişdir. xx.xx.2020-ci il tarixdə baş verən oğurluq zamanı, çəkmiş olduğu cinayətkarın foto şəklini ifadəsinə əlavə etmişdir Cinayət işinin 1-ci cild 61-ci vərəqəsində olan xx xxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cild 156-158-ci vərəqələrində olan xx xxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 211-212-ci vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin şərtlərini pozduğuna görə axtarış elan edilmişdir. Cinayət işinin 2-ci cild 9-cu vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 2-ci cild 46-50-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla 02 (iki) ay 22 (iyirmi iki) gün həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 123-125-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri xx xxxxxx 2020-ci il tarixdək uzadılmışdır. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq keçirilənədək uzadılmışdır. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 219-224-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 9/3113 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Təqdim edilən xx.xx.2020-ci il tarixə: bir ədəd uzunluğu 2,2 metr eni 17 sm təzə şveller 37,40 manat olmaqla 06 ədədi 224,40 manat, bir ədəd uzunluğu 2,2 metr, diametri 25 mm təzə armatur 8,80 manat olmaqla 06 ədədi 52,80 manat, 50 kq-lıq bir boşkanın içərisində uzunluğu 100 mm, müxtəlif yerlərdən əyilmiş vəziyyətdə, üzərində pas ləkələri olan işlənmiş mismar 45,00 manat, iki ədəd üzərində “VC-2040, TOP-Quality” markalanma yazıları olan təzə kaska 50,00 manat, xx.xx.2020-ci il tarixə təqdim edilməyən: 33 ədəd uzunluğu isə 2 metr, eni isə 17 sm olan təzə şveller 1122,00 manat, bir ədəd uzunluğu təxminən 2 metr, qalınlığı isə 10x10 sm olan təzə vəziyyətdə uqolnik, 20,0 manat, on ədədi 200,00 manat, 3 ton çəkisində uzunluğu 2,2 metr, diametri isə 2,8 sm-lik Ukrayna Respublikasının istehsalı olam armaturlar 3300,00 manat, 1 ton çəkidə 10 mm-lik Bakı şəhəri istehsalı olan yeni vəziyyətdə olan Katinka dəmiri 800,0 manat kimi göstərilmişdir. Ekspert qeyd edir ki, qərarın təsviri hissəsində göstərilən 1 ədəd yeni vəziyyətdə olan qaynaq (svarka) aparatı tədqiqata təqdim edilmədiyindən, eləcədə qərarın təsviri hissəsində göstərilən lakin, qiymətləndirilməyən aşağıdakı göstərilən 6 adda digər əmlak faktiki ekspert baxışı keçirilmədən, onların konkret olaraq markasını, modelini, əmtəə görünüşünü, yararlığı, texniki göstəricilərini, hansı vəziyyətdə olmasını, mənəvi və fiziki köhnəlməyə hansı dərəcədə məruz qalmasını müəyyən etmədən və onlar barədə kifayət qədər məlumat olmadığından onlar üzrə tədqiqat və qiymətləndirmə aparılmamışdır. Cinayət işinin 1-ci cild 220-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatların dəyəri 75 (yetmiş) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 183-cü vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 2-ci cild 65-73-cü vərəqələrində olan xx xxxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 06 ədəd yeni vəziyyətdə şveller, yeni vəziyyətdə olan 2,2 metrlik 6 ədəd armatur, bir boşka içərisində işlənmiş 50 kq-lıq mismar, yeni vəziyyətdə olan 2 ədəd kaska və 1 ədəd yeni vəziyyətdə olan qaynaq (svarka) aparatı iş üçün xüsusi əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və sahibi Zərərçəkmiş şəxs1 istıfadəsinə verilmişdir. Cinayət işinin 2-ci cild 55-56-cı vərəqəsində olan xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Nümayəndə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 nümayəndəsi qismində tanınmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxslərin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyi və digər iş materialları ilə onun yaşayış sahəsinə qanunsuz daxil olmaqla, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrarən, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb oğurluğa cəhd etmə cinayətlərini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrarən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 29-cü maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini və ilk məhkumluğunu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində tutulduğu xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək, yəni 02 (iki) gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalı və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 06 ədəd yeni vəziyyətdə şveller, yeni vəziyyətdə olan 2,2 metrlik 6 ədəd armatur, bir boçka içərisində işlənmiş 50 kq-lıq mismar, yeni vəziyyətdə olan 2 ədəd kaska və 1 ədəd yeni vəziyyətdə olan qaynaq (svarka) aparatı Zərərçəkmiş şəxs1 istifadəsinə verilmiş hesab edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 75 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X1 və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili H.Ə.Talıbova məhkəməyədək istintaq dövründə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Hüquq Məsləhətxanasının hesabına və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 21 saata görə 126 (bir yüz iyirmi altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Hüquq Məsləhətxanasının hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur.Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində tutulma müddəti təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 06 ədəd yeni vəziyyətdə şveller, yeni vəziyyətdə olan 2,2 metrlik 6 ədəd armatur, bir boçka içərisində işlənmiş 50 kq-lıq mismar, yeni vəziyyətdə olan 2 ədəd kaska və 1 ədəd yeni vəziyyətdə olan qaynaq (svarka) aparatı Zərərçəkmiş şəxs1 qaytarıldığından sonuncunun istifadəsinə verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – cəmi 75 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X1 istintaq orqanında iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun «xxxx» ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab № AZ41AİİB******************** bankın kodu 200112, VÖEN – 140063561) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 21 saata görə 126 (bir yüz iyirmi altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-123/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-123/2021
11.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver