Məhkəmə qərarları › İş №1(006)-124/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-124/2021

03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-124/2021 03.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Ermənistan Respublikası İcevan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsində kirayədə yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Süleymanov Rövşən Xanlar oğluna məxsus Zərərçəkmiş şəxs baş etibarnamə əsasında idarə etdiyi **-RZ-*** dövlət qeydiyyat nişanlı “Daewoo Nexia” markalı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmışdır. Belə ki, Təqsirləndirilən şəxs talama məqsədi olmadan qanunsuz olaraq avtomobili talama məqsədi ilə xx xxx 2020-ci il tarixdə 10 radələrində alkoqollu içkilərin təsirindən sərxoş vəziyyətdə tanışı Zərərçəkmiş şəxs etibarnamə üzrə məxsus “Daewoo Nexia” markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarını birlikdə oturduqları Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən kafedə masanın üzərindən gizli olaraq götürərək kafenin qarşısında saxlanılmış sonuncunun avtomobilinə yaxınlaşıb avtomobili hərəkətə gətirərək idarə edib hadisə yerindən uzaqlaşmaqla qaçırmış və həmin gün qeyd olunan avtomobili idarə edərək Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsinə tərəfdə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozmaqla idarəetməni itirib yol kənarında olan səkiyə çırparaq sonuncuya 195 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs təxminən 1 ilə yaxındır ki, tanıyır. Hadisə baş verən günə kimi də Səxavəd onu müştəri qismində bir çox yerlərə aparıb gətirmişdir, çünki o taksi fəaliyyəti ilə məşğul olur. Hadisə günü də, yəni xx xxx 2020-ci il tarixdə o, saat 11 radələrində Zərərçəkmiş şəxs taksilik elmək üçün dayandığı Xocahəsən qəsəbəsi, ‘‘Sahil” restoranının qarşısına gəlib sonuncuya yaxınlaşıb demişdir ki, “Şamaxinkada yerləşən xxxxa gedək, oradan mənə 190 manat pul verməlidirlər.” Səxavəd də buna etiraz etməmiş, onu müştəri qismində həmin yerdən Xocahəsən qəsəbəsindən Şamaxinka deyilən əraziyə gəlirmişdir. O maşından düşüb banka daxil olmuş, təxminən 30 dəqiqə qalmış, ancaq 190 manat pulu ala bilməmiş, çünki bankdan ona demişlər ki, pulunu Nizami metrosu tərəfdə yerləşən mənzil-sosialdan almalısan. O da bundan sonra bankdan çıxıb görmüşdür ki, Səxavəd Famil ilə yaxınlıqdakı “Zaqatala" kafesində əyləşib çay içirlər. O, həmin kafeyə gəlib onlarla əyləşib çay içərkən Səxavədin avtomobilinin açarlarını masanın sağ tərəfində olmasını görmüş, həmin açarları Səxavədin xəbəri olmadan götürmüş, Səxavədə isə demişdir ki, “bankda növbəmin vaxtıdır, mən banka girim çıxım gedək. O, bu niyyətlə çayxanadan bayıra çıxıb Səxavədin idarə etdiyi “Daewoo Nexia" markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə gəlib həmin avtomobili idarə edib 3-cü mikrorayon dairəsi tərəfdə hərəkətdə olarkən avtomobili yaxınlıqdakı səkiyə vurmuşdur. Həmin vaxt hadisə yerində olan Bakı şəhər Baş Dövlət X1 əməkdaşları ona yaxınlaşmış, onun içkili olmasını görüb maşını Yasamal rayonunda yerləşən cərimə meydançasına aparmışlar. O, törətdiyi hadisə nəticəsində Zərərçəkmiş şəxs avtomobilinin qabaq sol bufer, duman işıq və dönmə işıq faraları sındırmışdır. Törətdiyi əməli səmimi etiraf etməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahid ifadəsi və iş materiallarında olan digər materiallar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, “Daewoo Nexia" markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobili Süleymanov Rövşən Xanlar oğlundan xx xxxx 2018-ci il tarixdə 4700 manata almışdır. Həmin avtomobil ağ rəngdədir, saz vəziyyətdədir, sadəcə qeydiyyat məsələsində maddi çətinliyi olduğundan həmin avtomobili öz adına keçirə bilməmiş, həmçinin sonuncu ona xx xxxxxx 2019-cu il tarixdə baş etibarnamə vermişdir, o, həmin avtomobili hazırda da l il müddətinə idarə edir. O, avtomobili aldığı gündən etibarən taksi xidməti kimi fəaliyyət göstərir, onun həmin nəqliyyat vasitəsini idarə elmək üçün sürücülük vəsiqəsi vardır. O, Təqsirləndirilən şəxs təxminən 1 ilə yaxındır ki, tanıyır. Belə ki, onu yaşadığı Xocahəsən qəsəbəsindən təkər təmiri ilə məşğul olurmuş, onların münasibəti normal olmuşdur. Hadisə baş verən günə kimi o, Namili müştəri qismində bir çox yerlərə aparıb gətirmişdir. Hadisə günü də yəni xx xxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs saat 11 radələrində onun dayandığı Xocahəsən qəsəbəsi, “Sahil" restoranının qarşısına yaxınlaşıb bildirmişdir ki, Şamaxinkada yerləşən xxxxa gedək, oradan mənə 190 manat pul verməlidirlər. O da buna etiraz etməmiş, onu müştəri qismində götürüb Xocahəsən qəsəbəsindən Şamaxinka deyilən əraziyə gətirmişdir. Səxavəd maşından düşüb banka daxil olmuş, o, isə avtomobildə sonuncunu gözləyirmiş. Həmin vaxt qonşuluqda yaşayan “Famil” adlı şəxs ona yaxınlaşıb bildirmişdir ki, Xocahəsənə gedirsənsə məni də apar, o da demişdir ki. Təqsirləndirilən şəxs gətirmişəm, gəlsin sizi biryerdə aparım. Famil də buna etiraz etməmiş, onunla birlikdə yaxınlıqdakı adını hazırda xatırlamadığı çayxanaya gedib orada əyləşib çay içməyə başlamışlar. Çox keçmədən Namil bankdan çıxıb onları çayxanada görmüş, gəlib onlarla əyləşib çay içmişdir. Həmin vaxt o, avtomobilin açarlarını masanın sağ tərəfinə qoymuşdur. Namil onlara bildirmişdir ki, “növbəmin vaxtıdır, banka girim çıxım gedək”. Belə də olmuş, Namil banka getmiş, onlar isə oturub onu gözləmişlər. Lakin Namilin gəlmədiyini görüb onlar masadan qalxdıqda o, açarın masanın üzərində olmadığını görmüşdür. Dərhal avtomobilə yaxınlaşdıqda onun yerində olmadığını görmüşdür. O. ətrafa baxmış, lakin avtomobilin olmadığını görmüş, dərhal Namildən şübhələnib onun istifadəsində olan nömrəsinə zəng vurmuş, Namil onun zənginə cavab verib, heçnə deməmiş, sadəcə qulaq asıb telefonu söndürmüşdür. O. daha sonra məcbur olub bu barədə DİN-nin 102 xidməti zəng mərkəzinə zəng vurub məlumat vermişdir. Daha sonra hadisə yerinə Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları gəlmişlər, hadisə yerinə baxış keçirmişlər, onun ərizə və izahrtını almışlar. Növbəti günü ona məlum olmuşdur ki, Namil avtomobil ilə Nəsimi rayonu ərazisində hadisə törətmiş, nəticədə onun avtomobili cərimə meydançasına yerləşdirilmişdir. O, daha sonra bu barədə arayışı yol polisinə təqdim etmiş və avtomobili cərimə meydançasından çıxartmışdır. Həmçinin bilmişdir ki, Namilin hadisəni törətməsinə görə ona 500 manat cərimə yazılmışdır. Təqsirləndirilən şəxs törətdiyi hadisə nəticəsində onun avtomobilinin qabaq sol bufer, duman işıq və dönmə işıq faraları sınmış, nəticədə avtomobilə 200 manat maddi ziyan dəymişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş və məhkəmə iclasında iştirak etməyən Şahid ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs təxminən 10 ilə yaxındır ki, tanıyır, onunla qonşuluqda yaşayır. Zərərçəkmiş şəxs idarə etdiyi “Daewoo Nexia" markalı 10- RZ-469 dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi xidməti kimi fəaliyyət göstərir. O, Təqsirləndirilən şəxs isə təxminən 10 ilə yaxındır ki, tanıyır. Belə ki, Namil yaşadığı Xocahəsən qəsəbəsində təkər təmiri ilə məşğul olur, münasibətləri normaldır. Hadisə baş verən gün vəni xx xxx 2020-ci il tarixdə o, Zərərçəkmiş şəxsla Şamaxinkada yerləşən xxxxın yaxınlığında görüşmüşdür. Belə ki, o, həmin yerdən keçərkən görmüşdür ki, Səxavəd maşında əyləşib kimisə gözləyir. O, Səxavəddən kimi gözləməsini soruşduqda o, Namili gözlədiyini demişdir. O da Səxavədə “Xocahəsənə gedirsəndə məni də apar” demişdir. Səxavəd də ona demişdir ki, “Namili gətirmişəm, gəlsin sizi biryerdə aparım”. O da buna etiraz etməmiş, onunla birlikdə yaxınlıqdakı adını hazırda xatırlamadığı çayxanaya gedib orada əyləşib çay içməyə başlamışlar. Çox keçmədən Namil bankdan çıxıb onları çayxanada görüb onlarla əyləşib çay içmişdir. Həmin vaxt Səxavəd avtomobilin açarlarını masanın sağ tərəfinə qoymuşdur. Namil onlara bildirmişdir ki, “növbəmin vaxtıdır, mən banka girim çıxım gedək”. Onlar da etiraz etməmiş, Səxavədlə oturub onu gözləmişlər. Lakin Namilin gəlmədiyini görüb masadan qalxdıqda Səxavəd açarın masanın üzərində olmadığını görmüşdür. Dərhal avtomobilə yaxınlaşdıqda onun yerində olmadığını görüb Kamildən şübhələnib onun istifadəsində olan nömrəsinə zəng vurmuş, lakin Kamil onun zənginə cavab verib, heçnə deməmiş, sadəcə qulaq asıb telefonu söndürmüşdür. Səxavəd də məcbur olub bu barədə DİK-nin 102 xidməti zəng mərkəzinə zəng vurub məlumat vermişdir. Daha sonra hadisə yerinə Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları gəlmişlər, hadisə yerinə baxış keçirmişlər, Səxavədin ərizə və izahatını almışlar. Növbəti günü onlara məlum olmuşdur ki, Namil avtomobili Nəsimi rayonu ərazisində hadisə törətmiş, nəticədə Səxavədin avtomobili cərimə meydançasına yerləşdirilmişdir. Təqsirləndirilən şəxs hadisə nəticəsində Səxavədin avtomobilinin qabaq so! bufer, duman işıq və dönmə işıq faralarını vurub sındırmışdır, nəticədə avtomobilə Səxavədin dediyinə görə 200 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadəsi elan olunmuş və iştirak etməyən Şahid ifadəsi ilə razı olaraq məhkəməyə ərizə təqdim edərək istintaqının bitirilməsini və çıxışlara keçirilməsini xahiş etmişdir. Cinayət işinin 127-128-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 81-85-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskspertiza Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli 9/4087 nömrəli məhkəməəmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, 2006-cı il buraxılışlı, “Daewoo Nexia minik” markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 195,00 manat müəyyən edilir. Dəyişməli hissələrin qiyməti-35,00 manat; təmir-bərpa işlərin qiyməti 160,00 manatdır. Cinayət işinin 82-ci vərəqələrində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatların dəyəri müvafiq olaraq 50 (əlli) manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin 41-43-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 315.1,70-ci maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin Məcəllənin 70-ci maddəsi tətbiq olunmaqla 2 il sınaq müddəti təyin edilmiş, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1, 93.1.4-ci maddələri ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2016-cı il tarixdə AR MM-nin xx.xx.2016-cı il tarixli Aministiya Qərarına əsasən cəzanın qalan hissəsindən azad edilmişdir. Cinayət işinin 10-cu vərəqəsində olan xx.xx.2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, “Daewoo Nexia” minik markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobil R.X.Süleymanov tərəfindən idarə edilməsi üçün Zərərçəkmiş şəxs səlahiyyət verilmişdir. Cinayət işinin 86-cı vərəqəsində olan xx.xx.2020-ci il tarixli maddi sübüt kimi tanıma haqqında qərardan görünür ki, “Daewoo Nexia” minik markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və məhkəmə baxışınadək məsul saxlanılması üçün faktiki sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. Cinayət işinin 130-cu vərəqəsində olan zərərçəkmiş şəxsin Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı mülki iddia və tələbi yoxdur. Cinayət işində olan Təqsirləndirilən şəxs məhkəmə təqdim etdiyi ərizədən görünür ki, o, məhkəmə iclasında ifadəsi elan olunmuş və iştirak etməyən Şahid ifadəsi ilə razıdır və məhkəmə istintaqının bitirilməsini və çıxışlara keçirilməsini xahiş edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin məhkəmə iclasında, şahidin istintaq dövründə verdikləri ifadələri və digər iş materialları ilə onun avtomobili talama məqsədi olmadan qanunsuz qaçırma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma)-min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, məhkumluğunun olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, özünü təqsirli bilməsini, məhkumluğunun olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirli bilindiyi həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut kimi tanınmış “Daewoo Nexia” minik markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Zərərçəkmiş şəxs saxlanıldığından onun istifadəsinə verilmiş hesab edilməli və cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına köçürülsün. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış “Daewoo Nexia” minik markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Zərərçəkmiş şəxs saxlanıldığından onun istifadəsinə verilmiş hesab edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar