Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-124/2024 25.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhər 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1997-ci ildə Şabran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, “Bolt” şirkətində taksi sürücüsü işləyən, əvvəllər məhkum olunmamış, Şabran rayonu, Ağbaş Ə/D, Ağbaş kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni massiv qeydiyyatsız yeni tikilmiş evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 08:00 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prius” markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi ilə hərəkətdə olub Sahib Zeynalov küçəsinin kəsişməsində sağ istiqamətdə Sahib Zeynalov küçəsinə doğru dönərkən «X6» Azərbaycan Respublikasının Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin (Sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə bu hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə yol verməlidir) tələblərini pozaraq yolayırıcının Sahib Zeynalov küçəsi 3 saylı ünvanın qarşısında adi yerişlə yolun sağ tərəfindən sol tərəfinə keçən piyada Zərərçəkmiş şəxs avtomaşının ön sol hissəsi ilə vuraraq, ehtiyatsızlıqdan onun sağlamlığına sol qamış sümüyünün qapalı, kondiluslararası natamam sınığı və sol diz oynağı nahiyəsinin dərialtı hematoması, burun sümüklərinin yerdəyişmiş sınığı və burun nahiyəsinin qançır-şişkinlik halında əzilməsi, alt dodağın selikli qişasının əzilmişcırılmış yarası, üst çənədə sağdan İİ dişin tac hissəsinin hissəvi qopması və üst dodağın selikli qişasına qansızma, burun nahiyəsinin, alt dodağın dəri örtüyünün, çənə nahiyəsinin, sağ əlin sıyrıqları kimi ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuımaya aid bədən xəsarətləri yetirməklə, yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, hadisə vaxtı “Bolt" şirkətində taksi sürücüsü olaraq fəaliyyət göstərmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 08 radələrində etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi ilə üzü Sahib Zeynalov küçəsi istiqamətində hərəkətdə olmuşdur. Həmin vaxt Sahib Zeynalov küçəsinin kəsişməsinə daxil olub sağ istiqamətdə Sahib Zeynalov küçəsinə doğru dönərkən ehtiyatsızlıq nəticəsində hava yağışlı olduğundan dönəcəyi istiqamətdə yolu keçməkdə olan bir nəfər qadın, sonradan şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs görməyib avtomaşının ön sol hissəsi ilə onu vurmuş və həmin qadın xəsarət alaraq yerə yıxılmışdır. O, dərhal avtomobildən düşüb qadına öz köməkliyini edib təcili yardım çağırmış və hadisə yerindən onu təcili yardım həkimlərinin müşayəti ilə xəstəxanaya aparmışlar. Xəstəxanada Zərərçəkmiş şəxs bütün müayinələri aparılıb ilkin tibbi yardım edildikdən sonra evə buraxılmışdır. O, baş vermiş hadisədən sonra Zərərçəkmiş şəxs burun sümüyündə və sol ayaq nahiyəsindən sınıq xəsarətləri aldığını bilmişdir. Hal-hazırda zərərçəkmiş şəxslə barışmasını, dəymiş zərəri tam olaraq ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 08 radələrində oğlu Xəyal Ağaxanovu 164 nömrəli orta məktəbə qoymuş və S. Rüstəm küçəsi ilə evə qayıtmışdır. Həmin vaxt Nəsimi rayonu, S.Rüstəm küçəsi ilə Sahib Zeynalov küçəsinin kəsişməsində yol boş olarkən piyada olaraq yolu keçərkən sol tərəfdən Sahib Zeynalov küçəsinə dönən “Toyota Prius” markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobilin ön hissəsi ilə onu vurmuşdur. O, zərbənin təsirindən üzü üstə asfalt üzərinə yıxılmış və hadisə nəticəsində sifət və bədəninin sol tərəfindən xəsarət almışdır. Hadisəni törədən şəxs sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs hadisə yerinə təcili yardım çağırıb onu təcili yardım həkimlərinin müşayəti ilə xəstəxanaya aparmışdır. Xəstəxanada ilkin müayinə olunmuş və daha sonra Mirqasımov adına Respublika xəstəxanasına aparılmışdır. Orada həkimlər tibbi yardım göstərib əlavə müayinələr edildikdən sonra evə buraxmış və Təqsirləndirilən şəxs onu yaşadığı mənzilə gətirmişdir. Hadisə nəticəsində onun sol ayaq sümüyü, burun sümükləri və dişi sınmışdır. Hal-hazırda ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyindən ona qarşı şikayət və tələbləri yoxdur. Bununla bağlı ərizəni məhkəməyə təqdim edir. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Babək Mirzəyev tərəfindən tərtib edilmiş “Təhlükəsizlik şəhər kamerasından video görüntülərə baxış keçirilməsinə və götürülməsinə dair” 12 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, “Toyota Prius” markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə saat 08:00-da Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi ilə hərəkətdə olub Sahib Zeynalov küçəsinin kəsişməsində sağ istiqamətdə Sahib Zeynalov küçəsinə doğru hərəkətini davam edərkən “X6” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin tələblərini pozmaqla yolun sağ tərəfindən sol tərəfinə keçməkdə olan piyadaya yol verməyərək qadın piyadanı avtomobilin ön sol hissəsi ilə vurduğu və qadının asfalt üzərinə çırpılaraq xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verdiyi müəyyən edilmişdir (i/v 20). İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X2» X5 məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1763 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - sol qamış sümüyünün qapalı, kondiluslararası natamam sınığı və sol diz oynağı nahiyəsinin dərialtı hematoması, burun sümüklərinin yerdəyişmiş sınığı və burun nahiyyəsinin qançır - şişkinlik halında əzilməsi, alt dodağın selikli qişasının əzilmiş-cırılmış yarası, üst çənədə sağdan İİ dişin tac hissəsinin hissəvi qopması və üst dodağın selikli qişasına qansızma, burun nahiyyəsinin, alt dodağın dəri örtüyünün, çənə nahiyyəsinin, sağ əlin sıyrıqları kimi ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. -Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür (i/v 37-39). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının 21 dekabr 2023-cü il tarixli, 8/3777 saylı rəyindən görünür ki, “Toyota Prius” markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X6” Azərbaycan Respublikasının Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin (Sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara yol verməlidir) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i/v 41-43). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 35). İş materiallarında olan Nəsimi RPİ DYPŞ-nin inspektoru Nurlan Axundzadə tərəfindən Nəsimi RPİ-nin TŞ-nin rəisi Moşu Paşayevə ünvanlanmış məktubdan görünür ki, X1 məxsus olan BB518325 nömrəli “B1,B,C1,C” kateqoriyalı sürücülük vəsiqəsi mövcuddur, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılması barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəz informasiya sistemində hər hansı məlumat qeydə alınmamışdır (i/v 55). İş materiallarında olan sürücülük vəsiqəsinin və etibarnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 25 avqust 2023-cü il tarixdən 25 avqust 2033-cü il tarixə kimi etibarlı olan sürücülük vəsiqəsi verilmişdir. “Toyota Prius” markalı **-KE-*** dövlət nömrə nişanlı avtomobil X4 tərəfindən Təqsirləndirilən şəxs 06 il 11 ay 1 gün müddətinə, yəni 25 avqust 2030-cu il tarixədək etibarnamə əsasında verilmişdir (i/v 25-28). Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 24 yanvar 2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, dəymiş zərər tam olaraq ödənilmişdir, hal-hazırda ona qarşı heç bir tələbi, şikayəti yoxdur və gələcəkdə də olmayacaqdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. “X6” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, asma mühərrikli velosipedlər və relsli nəqliyyat vasitələri istisna olmaqla, hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar, trisikllar, yüngül kvadrisikllar, kvadrisikllar, motosikletlər,mopedlərlər və velosipedlər aiddir. Həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. «X6» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 85 (səksən beş) manat ekspertiza xərci alınıb dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən “X6” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələbləri pozulduğundan onun inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar müvafiq materiallar Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə göndərilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialı Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-124/2024 saylı, 09 yanvar 2024-cü il tarixli qərara əsasən 09 yanvar 2024-cü il tarixdən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş 15 (on beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1, 302.2.1, 344-347, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs 85 (səksən beş) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar müvafiq materiallar Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə göndərilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülsün. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-124/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-124/2024
25.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver