Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-125/2020 04.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Cəbizadə Aybəniz Emin qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, tərcüməçi X17, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, zərərçəkmiş şəxslərin nümayəndəsi X14, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə xx.xx.1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, təkrarən, özgənin əmlakını ələ keçirmə məqsədi ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə xx.xx.2016-cı il tarixdə, saat 16 radələrində ünvan 2 mənzil 8 ünvanında özünə məxsus metalı dəmir əsaslı ərintidən və əlvan metal ərintisindən hazırlanmış 11 ədəd boyunbağı, 09 ədəd halqalı qolbağ, 08 ədəd bilərzik, 09 ədəd üzük, 06 cüt sırğa və 03 ədəd klon, cəmi 46 ədəd bijuteriyaları Zərərçəkmiş şəxs7 qızıl-zinət əşyaları adı ilə verib aldadaraq girov qoymuş, onun həmin dövrdə milli məzənnə ilə 25000 manat təşkil edən 15000 ABŞ dolları pulunu alıb ələ keçirərək, verdiyi vədə əməl etməyərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə xx.xx.2017-ci il tarixdə, saat 13 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən “28 Mall” ticarət mərkəzində Zərərçəkmiş şəxs2 Türkiyə Respublikasından geyim paltarları gətirib Bakı şəhərində satışını həyata keçirəcəyinə dair yalandan vəd verib aldadaraq onun həmin dövrdə milli məzənnə ilə 4250 manat təşkil edən 2500 ABŞ dolları pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə xx.xx.2017-ci il tarixdə, saat 15 radələrində ünvan 3 mənzil 7 ünvanında Zərərçəkmiş şəxs1 özünü kartla fala baxan kimi təqdim edərək, evini cadudan təmizləyəcəyinə dair yalandan vəd verib aldadaraq, onun həmin dövrdə milli məzənnə ilə 3400 manat təşkil edən 2000 ABŞ dolları pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istiladə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə ünvan 4 mənzil 18 ünvanında Zərərçəkmiş şəxs3 döş xərçəngindən əziyyət çəkən anasını müalicə olunmasından ötrü ABŞ-ın Nyu-York şəhərində yerləşən “X8” xəstəxanasına göndərəcəyinə kömək edəcəyinə dair yalandan vəd verib aldadaraq, xx.xx.2018-ci il tarixdə, saat 15 radələrində həmin dövrdə milli məzənnə ilə 10200 manat təşkil edən 6000 ABŞ dolları, xx.xx.2018-ci il tarixdə, saat 15 radələrində hömin dövrdə milli məzənnə ilə 11900 manat təşkil edən 7000 ABŞ dolları, xx.xx.2018-ci il tarixdə, saat 17 radələrində həmin dövrdə milli məzənnə ilə 9520 manat təşkil edən 5600 ABŞ dolları, cəmi milli məzənnə ilə 31620 manat təşkil edən 18600 ABŞ dollar pulunu alıb ələ keçirərək, verdiyi vədə əməl etməyərək vahid niyyətlə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə ünvan 5 ünvanında yerləşən ''Kinder diş" klinikasında diş həkimi işləyən X1 işlədiyi stomatoloji sahəyə aid diş rentgenlərinin çəkilməsində, habelə dişlərin müalicəsində istifadə olunan “Endabox" avadanlığını X9 Dubay şəhərindən gətirəcəyinə dair yalandan vəd verib aldadaraq, onun xx.xx.2018-ci il tarixdə, saat 10 radələrində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 31 ünvanda həmin dövrdə milli məzənnə ilə 8500 manat təşkil edən 5000 ABŞ dolları, xx.xx.2018-ci il tarixdə, saat 18 radələrində həmin dövrdə milli məzənnə ilə 4420 təşkil edən 2600 ABŞ dolları, cəmi milli məzənnə ilə 12920 manat təşkil edən 7600 ABŞ dolları pulunu alıb ələ keçirərək, verdiyi vədə əməl etməyərək vahid niyyətlə zəıərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı xx.xx.2018-ci il tarixdə, saat 11 radələrində Yasamal rayonu, İnşaatçılar prospekti 31 ünvanda ünvan 5 ünvanında yerləşən “Kinder diş" klinikasında diş həkimi işləyən X5 işlədiyi stomatoloji sahəyə aid diş rentgenlərinin çəkilməsində, habelə dişlərin müalicəsində istifadə olunan “Endabox" avadanlığını X9 Dubay şəhərindən gətirəcəyinə dair yalandan vəd verib aldadaraq, onun həmin dövrdə milli məzənnə ilə 6800 manat təşkil edən 4000 ABŞ dolan pulunu alıb ələ keçirərək, verdiyi vədə əməl etməyərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs6 Bakı şəhəri, Qaradağ rayonunda yerləşən “Binə Ticarət” mərkəzində geyim mağazası icarəyə götürərək, Çin Xalq Respublikasından geyim paltarları gətirib həmin mağazada satışını təşkil edəcəyinə dair yalandan vəd verib aldadaraq, onun xx.xx.2018-ci tarixdə, saat 10 radələrində Zərərçəkmiş şəxs5 yaşadığı ünvan 7 ünvanında yerləşən 436 nömrəli mənzildə həmin dövrdə milli məzənnə ilə 25500 manat təşkil edən 15000 ABŞ dolları, xx.xx.2018-ci il tarixdə, saat 09 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən “28 Mall” ticarət mərkəzinin qarşısında həmin dövrdə milli məzənnə ilə 17000 manat təşkil edən 10000 ABŞ dolları, cəmi həmin dövrdə milli məzənnə ilə 42500 manat təşkil edən 25000 ABŞ dolllar pulunu alıb ələ keçirərək, verdiyi vədə əməl etməyərək, vahid niyyətlə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq elmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs5 Bakı şəhəri, Qaradağ rayonunda yerləşən “Binə" ticarət mərkəzində geyim mağazası icarəyə götürərək, Çin Xalq Respublikasından geyim paltarları gətirib həmin mağazada satışını təşkil edəcəyinə dair yalandan vəd verib aldadaraq, onun xx.xx.2018-ci tarixdə, saat 10 radələrində yaşadığı ünvan 7 ünvanında yerləşən 436 nömrəli mənzilində həmin dövrdə milli məzənnə ilə 25500 manat təşkil edən 15000 ABŞ dolları, xx.xx.2018-ci il tarixdə, saat 09 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən “28 Mall” ticarət mərkəzinin qarşısında həmin dövrdə milli məzənnə ilə 17000 manat təşkil edən 10000 ABŞ dolları, cəmi həmin dövrdə milli məzənnə ilə 42500 manat təşkil edən 25000 ABŞ dolları pulunu alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib vahid niyyətlə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq elmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarla özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, 2013-cü ildə ankoloji xəstəlikdən əziyyət çəkən atası Marat İsgəndərovun müalicəsi üçün külli miqdarda borcları yaranmışdır. 2017-ci ildə borclu olduğu şəxslər ondan borclarını tələb etdikləri üçün o, tanışlarından faizlə müəyyən məbləğdə pul götürmüşdür. Belə ki, borc götürdüyü Zərərçəkmiş şəxs6 20 ildən artıq müddətdir ki, tanıyır. İlk dəfə 2017-ci ilin fevral ayında ondan faizlə 600 ABŞ dolları götürmüş və 2 ay sonra 720 dollar qaytarmışdır. 2017-ci ilin iyun ayından həmin ilin avqust ayınadək ondan ümumlikdə faizlə 28000 ABŞ dollar götürmüş və 2017-ci ilin sentyabr ayından 2018-ci ilin iyul ayınadək ona hər ay 2800 ABŞ dollar verməklə 11 ay ərzində 30800 ABŞ dolları qaytardığını bildirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs5 20 ildən artıq müddətdir ki, tanıyır. 2016-cı il tarixdə öz mənzilini sataraq Xırdalan şəhərində yerləşən “Gənclər şəhərciyində” ev almaq üçün pulu çatmadığından xx xxxxxx 2017-ci ildə Zərərçəkmiş şəxs5 yaşadığı Badamdar qəsəbəsindəki evində ondan faizlə 5000 ABŞ dolları götürmüş və 3 ay ərzində 15 faizlə ona 7250 ABŞ dolları qaytarmışdır. Daha sonra həmin ilin may ayının 16-da yenidən onun yaşadığı evdə ondan 7000 ABŞ dolları götürmüş və 2017-ci ilin oktyabr ayınadək ona hər ay fazilə 1050 ABŞ dolları qaytarmaqla ümumilikdə 10150 ABŞ dolları ona verdiyi üçün heç bir borcu qalmamışdır. Bundan başqa, X2 2018-ci ildə Zərərçəkmiş şəxs5 vasitəsi ilə tanımış, 2018-ci ilin yanvar ayında Yasamal rayonu, İnşaatçılar prospekti 31 ünvanında Nərminə Əsgərovadan faizə 2000 ABŞ dolları götürmüş və həmin ilin mart ayının 10-da 5000 manat əsas məbləği ona qaytarmasına baxmayaraq faizini ödəyə bilməmişdir. Buna baxmayaraq, ona heç bir borcunun olmadığını bildirmişdir. O, Nərminə Əsgərovaya stomatoloji avadanlıq gətirəcəyini söz verməmişdir. Bundan başqa, X7 aşağı faizlə pul verən şəxs kimi Nərgiz Həmidova onunla tanış etmişdir. O, xx xxxx 2018-ci il tarixdə Nərimanov rayonu, Həsən Əliyev küçəsində yerləşən 1 saylı Asan xidmətdə Sevda Əsgərovadan 1200 ABŞ dolları almış və həmin tarixdə 3.M-207 nömrəli kredit müqaviləsi bağlamasına baxmayaraq, maddi imkanı olmadığı üçün borcunu qaytara bilməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2 Lala adlı qonşusu vasitəsi ilə tanımışdır. xx xxxxxxx 2017-ci il tarixdə onunla Nəsimi rayonu, 28 May metrosunun qarşısında görüşərək ondan faizlə 1000 ABŞ dolları almış və buna görə 200 manat Laləyə vermişdir. O, 10 ay ərzində əsas məbləği Miraya qaytarsa da, faizini qaytara bilməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs3 ilə 2001-ci ildə “Bank Respublika”da birgə işlədikləri dövrdə tanış olmuşdur. Ona pul lazım olduğundan NailəMəmmədovaya mobil telefon vasitəsilə zəng edərək ondan faizlə pul istəmiş, Zərərçəkmiş şəxs3 da verə biləcəyini demişdir. Aralarındakı razılaşmaya əsasən Zərərçəkmiş şəxs3 xx xxxxxxx 2017-ci il tarixdə, saat 17 radələrində onun yaşadığı Abşeron rayonunda yerləşən evinə 4000 ABŞ dolları apararaq ona vermişdir. O, həmin məbləği Zərərçəkmiş şəxs3 qaytardıqdan sonra yenidən xx xxxx 2018-ci il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı Binəqədi rayonu, L.Babayev küçəsi, ev 18 ünvanında ondan faizlə 6000 ABŞ dolları götürmüş və həmin məbləğin 4000 dollarını qaytarsa da, qalan 2000 ABŞ dollarını qaytarmamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs1 2017-ci oktyabr ayında tanışı Lena Həsənovanın vasitəsi ilə pul faizə verən şəxs kimi tanımışdır. xx xxxxxxx 2017-ci il tarixdə, saat 14 radələrində Fəvvarələr meydanında Zərərçəkmiş şəxs1 faizlə 2000 ABŞ dolları alaraq Zərərçəkmiş şəxs6 olan borcunun bir hissəsini vermişdir. Zərərçəkmiş şəxs1 2000 ABŞ dolları qaytarsa da, faizini qaytarmamışdır. O, heç vaxt özünü başqalarına falçı kimi təqdim etməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs7 15 ildən artıq müddətdir ki, tanıyır və ondan dəfələrlə faizə pul götürərək qaytarmışdır. Daha sonra 2014-cü ildə hissə-hissə ondan ümumilikdə faizlə 20000 manat götürərək qaytarsa da, faizlərini ödəyə bilməmişdir. Buna baxmayaraq o, İrenaya heç bir saxta qızıl və bijuteriya verməmişdir. Sonda tərəfindən heç bir cinayət əməli törədilmədiyindən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o, bununla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2017-ci il tarixdə qaynı arvadı Lena Həsənovanın vasitəsilə ilə tanış olmuşdur. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Təqsirləndirilən şəxs özünü kartla fala baxan kimi ona təqdim etmişdir. xx xxxxxx 2017-ci il tarixdə həyat yoldaşı gözlənilmədən vəfat etdikdən sonra o, Viktoriya ilə əlaqə saxlayaraq onun üçün cadu olunub-olunmadığını yoxlamaqdan ötrü ondan fala baxmasını istəmişdir. Təqsirləndirilən şəxs ona cadu olunduğunu və həmin cadunun da ona məxsus mənzildə gizlədildiyini demişdir. Həmin cadunu isə 1.000 manat müqabilində təmizləyəcəyinə bildirmişdir. O da Təqsirləndirilən şəxs ilə razılaşaraq 1.000 manat məbləğində pulu ona vermişdir. Təqsirləndirilən şəxs onun evini tanımasına baxmayaraq, evində olmamışdır. Bundan başqa, Viktoriyaİsgəndərova ondan problemi olduğu üçün 2000 ABŞ dolları borc pul almış və həmin ilin fevralda qaytaracağını bildirmişdir. Lakin fevral ayında borcu qaytara bilmədiyi üçün Viktoriyaya zəng etdikdə sonuncu ona maddi vəziyyətinin yaxşı olmadğını və borcunu iyun ayında qaytaracağını demişdir. İyun ayında isə ona zəng etdikdə bir neçə dəfə telefonu açaraq müxtəlif bəhanələr gətirmiş, sonradan isə ümumiyyətlə telefonu açmamışdır. Artıq o, Viktoriyaİsgəndərova tərəfindən aldadıldığını anlayaraq hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Təqsirləndirilən şəxs ona qarşı dələduzluq edərək ələ keçirdiyi pulu geri qaytarmadığı üçün ondan şikayətçidir. Onun barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2015-ci ildə rəfiqəsi Lalə Əliyevanın vasitəsi ilə tanımışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Təqsirləndirilən şəxs ilə tanışlıqlarından sonra bir neçə dəfə birgə toy məclislərində də iştirak etmişlər. Həmin məclislərin birində o, Təqsirləndirilən şəxs 500 manat borc vermiş və sonuncu onun borcunu vaxtında qaytardığı üçün onun etibarını qazana bilmişdir. Daha sonra Təqsirləndirilən şəxs ona birlikdə Türkiyə və Çindən geyim paltarları gətirib Bakı şəhərində satışını təşkil etməyi təklif etmiş və o da onunla razılaşmışdır. Bu məqsədlə o, xx xxxxxx 2017-ci il tarixdə, saat 13 radələrində Nəsimi rayonu, 28 May küçəsində yerləşən “28 Mall” ticarət mərkəznin birinci mərtəbəsində Təqsirləndirilən şəxs ilə görüşərək ona 2500 ABŞ dolları vermişdir. Lakin həmin görüşdən uzun müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs verdiyi sözlərə əməl etməmişdir. O, Təqsirləndirilən şəxs ondan aldığı pulları geri qaytarmasını tələb etdikdə isə Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək onun pulunu geri qaytarmamışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs əməlləri barədə hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Təqsirləndirilən şəxs ona qarşı dələduzluq edərək ələ keçirdiyi pulu geri qaytarmadığı üçün ondan şikayətçidir. Onun barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 20 ilə yaxındır ki, tanıyır, onunla əvvəllər birlikdə “Bank Respublika”da işləmişdir. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 2014-cü il tarixdə anası X3 qəflətən döş xərçəngi xəstəliyinə tutulmuşdur. Anasını müalicə etmək məqsədilə Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən bir otaqlı evini 35000 ABŞ dollarına satmışdır. 2018-ci ilin mart ayında Təqsirləndirilən şəxs ilə rastlaşdıqda anasının xəstə olduğunu ona demişdir. Təqsirləndirilən şəxs isə onun anasını müalicə olunmasından ötrü ABŞ-ın Nyu-York ştatında yerləşən “X11” xəstəxanasına göndərə biləcəyini demişdir. O, Təqsirləndirilən şəxs dedikləri ilə razılaşmışdır. xx xxxx 2018-ci il tarixdə, saat 15 radələrində o, yaşadığı mənzildə viza və digər sənədləşmələrdən ötrü Təqsirləndirilən şəxs 6000 ABŞ dolları məbləğində pul vermişdir. xx xxxxx 2018-ci il tarixdə, saat 15 radələrində Təqsirləndirilən şəxs onun yaşadığı mənzilə gələrək xəstəxananın hesabına pul köçürülməsindən ötrü ondan əlavə olaraq 7000 ABŞ dolları da almışdır. xx xxx 2018-ci il tarixdə, saat 17 radələrində Təqsirləndirilən şəxs yenidən onun yaşadığı mənzilə gələrək biletlərin alınmasından ötrü ondan 5600 ABŞ dolları almışdır. Lakin xeyli müddət keçməsinə baxmayaraq, Təqsirləndirilən şəxs verdiyi sözlərdən heç birinə əməl etməmişdir. O, ondan aldığı ümumilikdə 18600 ABŞ dollarının geri qaytarmasını tələb etsə də, Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək onun pulunu geri qaytarmamışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs əməlləri barədə hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Təqsirləndirilən şəxs ona qarşı dələduzluq edərək ələ keçirdiyi pulu geri qaytarmadığı üçün ondan şikayətçidir. Onun barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X10 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2015-ci ildən tanıyır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, diş həkimidir və Təqsirləndirilən şəxs 2015-ci il tarixdən etibarən onun pasienti olmuşdur. Təqsirləndirilən şəxs dişini müalicə etmək üçün onun işlədiyi klinikaya gəlmişdir. Söhbət əsnasında Təqsirləndirilən şəxs Dubay şəhərinə gedəcəyini və lazım olarsa oradan ucuz qiymətə stomatoloji avadanlıqlar gətirə biləcəyini bildirmişdir. Bu məqsədlə dəTəqsirləndirilən şəxs bacısı Nərminədən 7600 ABŞ dolları, xx xxx 2018-ci il tarixdə, saat 11 radələrində isə ondan Yasamal rayonu, İnşaatçılar prospekti 31 ünvanında 4000 ABŞ dolları məbləğində pul almışdır. Lakin uzun müddət keçsə də, Təqsirləndirilən şəxs verdiyi sözlərə əməl etməmişdir. Təqsirləndirilən şəxs onları aldatmasını başa düşüb onun əməlləri barədə hüquq-mühafizə orqanlarına şikayət etmişlər.Təqsirləndirilən şəxs ona qarşı dələduzluq edərək ələ keçirdiyi pulu geri qaytarmadığı üçün ondan şikayətçidir. Onun barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2006-cı ildən tanıyır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Təqsirləndirilən şəxs 2006-cı ildən etibarən mütəmadi olaraq onun işlətdiyi geyim mağazasına satış üçün geyim paltarları gətirirmiş. Daha sonra Təqsirləndirilən şəxs özü, Zərərçəkmiş şəxs5 və onunla birlikdə “Binə” ticarət mərkəzində paltar dükanı açmalarını təklif etmişdir. O, Təqsirləndirilən şəxs həmin təklifi ilə razılaşaraq Zərərçəkmiş şəxs5 ilə birlikdə xx xxxx 2018-ci tarixdə, saat 10 radələrində Səbail rayonu, A.Q.Abbaszadə küçəsi 17, mənzil 436 ünvanına getmişlər. Həmin ünvanda onların hər biri Təqsirləndirilən şəxs 15000 ABŞ dolları məbləğində pul vermişlər. Bundan başqa, xx xxxx 2018-ci il tarixdə, saat 09 radələrində Təqsirləndirilən şəxs mal gətirməsindən ötrü artıq Çinə getmək üzrə olduğunu və təcili pul lazım olduğunu onlara demişdir. Bu məqsədlə də Nəsimi rayonu, “28 Mall” ticarət mərkəzinin qarşısında Təqsirləndirilən şəxs o və Sevinc hər biri ayrı-ayrılıqda 10000 ABŞ dollar vermişlər. O, Təqsirləndirilən şəxs ümumilikdə 35000 ABŞ dollarını ayrı-ayrı vaxtlarda üç dəfəyə vermişdir. Həmin məbləğin 10000 ABŞ dollarını mülki qaydada vermişdir. Sonradan verdiyi məbləği Viktoriyadan tələb etdikdə yaxın vaxtda qaytaracağını bildirmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, Viktoriya digər zərərçəkmiş şəxslərdən də pullar alıb aldadaraq Azərbaycan Respublikasını tərk etmişdir. Təqsirləndirilən şəxs onları aldatmasını başa düşüb onun əməlləri barədə hüquq-mühafizə orqanlarına şikayət etmişlər.Təqsirləndirilən şəxs ona qarşı dələduzluq edərək ələ keçirdiyi pulu geri qaytarmadığı üçün ondan şikayətçidir. Onun barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 15 ildir tanıyır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Təqsirləndirilən şəxs bir neçə dəfə faizlə müəyyən məbləğlərdə pul vermişdir. 2016-cı ilin yanvar ayından həmin ilin aprel ayınadək hissəhissə Təqsirləndirilən şəxs 15000 ABŞ dolları məbləğində pulu 2 faizlə vermişdir. Təqsirləndirilən şəxs həmin məbləği qaytarmadan yenidən xx xxxx 2016-cı il tarixdə, saat 16 radələrində onun yaşadığı mənzilə gələrək faizlə 15000 ABŞ dolları götürmək istədiyini və bunun müqabilində ümümi dəyərini 30000 ABŞ dolları qədər göstərdiyi qızıl kimi təqdim etdiyi 11 ədəd boyunbağı, 09 ədəd halqalı qolbaq, 08 ədəd bilərzik, 09 ədəd üzük, 06 cüt sırğa və 03 ədəd klon girov olaraq verməsini təklif etmişdir. O, Təqsirləndirilən şəxs ona təqdim etdiyi əşyaların qızıl olmasını düşünərək təklifini qəbul etmiş, lakin onların əyyarlarının hansı səbəbdən göstərilmədiyini soruşduqda isə Təqsirləndirilən şəxs həmin qızılların ona hədiyyə olaraq hazırlandığı üçün əyarlarının olmadığını bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs inanıb faizlə 15000 ABŞ dolları vermişdir. Təqsirləndirilən şəxs 2016-cı ilin iyun ayından 2017-ci ilin iyun ayınadək hissə-hissə ona 12000 ABŞ dolları qaytarmışdır. 2018-ci ilin fevral ayının birinci yarısında yenidən ondan faizlə 14300 ABŞ dolları, xx xxxxx 2018-ci il tarixdə, saat 15 radələrində ondan yenidən 2000 ABŞ dolları götürmüşdür. Təqsirləndirilən şəxs faizləri ödəmədiyi üçün sonucunun ona qızıl kimi təqdim etdiyi əşyaları satmaq istədikdə həmin əşyaların əslində qızıl deyil, bijuteriya olması ona bildirilmişdir. Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını anlayıb onun əməlləri barədə hüquq-mühafizə orqanlarına şikayət etmişlər.Ümumilikdə Təqsirləndirilən şəxs tərəfindən ona 34300 ABŞ dolları məbləğində ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona qarşı dələduzluq edərək ələ keçirdiyi pulu geri qaytarmadığı üçün ondan şikayətçidir. Onun barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə məlumatlandırılmış zərərçəkmiş şəxslər X6 və Zərərçəkmiş şəxs5 məhkəmə iclaslarına gəlməmiş, onların məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmamışdır. Müdafiə tərəfi zərərçəkmiş şəxslər X6 və Zərərçəkmiş şəxs5 məhkəmə baxışında iştiraklarını tələb etmədiyindən məhkəmə tərəfindən zərərçəkmiş şəxslər X6 və Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı vermiş olduqları ifadələri elan edilmişdir. Həmin ifadəsində zərərçəkmiş şəxs X6 göstərmişdir ki, o, Təqsirləndirilən şəxs Marat qızını 2018-ci il tarixdə tanımışdır. Bacısı Sevda diş həkimidir və Viktoriya da onun yanına müayinəyə gəldikdə onu tanımışdır. O, özünü işgüzar xanım kimi tanıtmışdır. Daha sonra Viktoriya onlara demişdir ki, o, Dubay şəhərinə gedəcək, əgər istələr onlar üçün stomatoloji klinikaya aid əşyalar gətirəcək. Onlar da onun səmimiyyətinə inanaraq bəzi stomatoloji alətlər gətirməsini istəmişlər. Odur ki, o, 2018-ci ilin may ayının 10-da, saat 15 radələrində yaşadığı ünvanda Viktoriyaya əvvəlcə 5000 ABŞ dolları vermiş, daha sonra o demişdir ki, onun sifariş etdiyi alətləri almaq üçün bu bəs etməyəcəkdir, o, bir o qədər də verməlidir, o da nə alsa onun çekini gətirib ona göstərəcək və o da aldıqlarırının 10 faizini ona qazanc olaraq verər. Odur ki, o, xx.xx.2018-ci il tarixdə saat 18 radələrində yenidən yaşadığı ünvanda Viktoriyaya 2600 ABŞ dolları da əlavə vermişdir. Bacısı Sevda da, bu minvalla ona 4000 ABŞ dolları vermişdir. Onlar Viktoriyanın artıq Dubaya getdiyini düşünmüşlər. Lakin təxminən 15-20 gündən sonra təsadüfən Facebook səhifəsindən oxumuşdur ki, Sevinc adlı bir qadın yazıb ki, Viktoriya onu və eləcə də bir çox şəxsləri aldadaraq pullarını ələ keçirib və o, onun tərəfindən aldadılanları axtarır. Odur ki, Sevincə mesaj yazaraq ondan da pul aldığını dedikdə o, təklif etmişdir ki, birləşib ərizə yazsınlar (cild 1, i/v 83-84). Həmin ifadəsində Zərərçəkmiş şəxs5 göstərmişdir ki, Təqsirləndirilən şəxs 15 ildən artıqdır ki, tanıyır. O, 20 ildən artıqdır ki, geyim paltarlarının ticarəti ilə məşğul olur. Mağazasında satılmayan malları ucuz qiymətə Təqsirləndirilən şəxs verirmiş ki, sataraq qazanc əldə etsin. Daha sonra Təqsirləndirilən şəxs ona və rəfiqəsi Zərərçəkmiş şəxs6 demişdir ki, “Binə” Ticarət mərkəzində mağaza icarəyə götürsünlər və o, Çin Xalq Respublikasında paltar alıb gətirb həmin mağazada satmaqla birgə ticarət qursunlar. Hətta onlar birgə Binə Ticarət mərkəzinə gedərək icarəyə götürmələrindən ötrü mağazalara belə baxmışlar. V.Marat qızı demişdir ki, artıq pullarını toplamaqlarının vaxtıdır və Çinə gedib mal gətirməlidir. Odur ki, ilkin olaraq xx.xx.2018-ci tarixdə saat 10 radələrində yaşadığı mənzildə o və Zərərçəkmiş şəxs6 hər biri 15000 ABŞ dolları V.Marat qızına vermişlər. Hətta bacısı da ona əlavə olaraq 5000 ABŞ dolları vermişdi ki, guya o da şərik olacaqdır. xx.xx.2018-ci il tarixdə saat 09 radələrində V.Marat qızı ona zəng edərək demişdir ki, qalan pulları təcili çatdırsınlar. O, Zərərçəkmiş şəxs6 ilə birgə həmin tarixdə saat 11 radələrində “28 Mall” ticarət mərkəzinin qarşısında V.İsayeva ilə görüşərək ona hər biri 10000 ABŞ dolları olmaqla 20000 ABŞ dolları vermişlər. xx.xx.2018-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs yenidən zəng edərək demişdir ki, qardaşı oğlunun xaricdə təhsili ilə bağlı ona 20000 ABŞ dollar borc lazımdı imkan varsa onun üçün həmin pulu tapsınlar və qısa müddətdən sonra o, verdikləri pulların üstünə qoyacaq. O və Zərərçəkmiş şəxs6 düşünmüşlər ki, əgər ona borc verməsələr birdən əvvəlki pulları batacaqdır. Odur ki, məcbur qalıb həmin tarixdə saat 15 radələrində “28 Mall” ticarət mərkəzinin qarşısında Təqsirləndirilən şəxs ilə görüşmüşlər. O, bir taksi ilə gəlmişdi. Orada ona hər biri 10000 ABŞ dollar borc vermişlər. xx.xx.2018-ci il tarixdə saat 09:00 radələrində Zərərçəkmiş şəxs6 ona zəng edərək demişdir ki, V.Marat qızının vatsapının şəklinə baxdıqda görmüşlər ki, şəkili silinibdir. Daha sonra o gündən onun telefonu sönülü olmuşdur. Onlar V.Marat qızının yaşadığı Xırdalan şəhəri, Gənclər şəhərciyi adlanan yerdəki ünvanına getdikdə bir qadın qapını açıb demişdir ki, V.Marat qızı 1 aya yaxındır ki, evi onlara satıb və dünən də xaricə gedibdir. Zərərçəkmiş şəxs6 öz tanışlarının köməyi ilə onun Belarusiya Respublikasında olduğunu öyrəndikdə onlar xx.xx.2018-ci il tarixdə Belarusiyada yaşadığı ünvana getmişlər. Onlar ona pulların harada olduğunu soruşduqda, o da cavab olaraq demişdir ki, onu aldadıblar bütün pulları ondan alıblar, o da qorxusundan qaçıb bura gəlmişdir, lakin bilirmiş ki, onu tapacağıq. Onlar bir qədər mübahisə etdikdən sonra o onlara demişdir ki, onun qohumu burda yaşayır, çox varlıdır və ona 2-3 saat möhlət versinlər ondan borc edib onların bütün pullarını qaytaracaq. Onlar ona inanmadıqları üçün onu buraxmaq istəməmiş, hətta polisə belə zəng vurmağa hazırlaşmışlar. Lakin o onlara demişdir ki, inanmırlarsa onun pasportu ilə şəxsiyyət vəsiqəsi onlarda qalsın və 2 saatdan sonra pulu qaytardıqda onlar da onları versin. Onlar onunla birgə getmək istəsələr də lakin o bildirmişdir ki, onların getmələri onun qohumunun xoşuna gəlməyəcəkdir. Onlar da onun sənədlərini öz istəyi əsasında 2 saatlıq götürərək yaşadığı ünvanın qarşısında gözləməyə başlamışlar. Belə olmuşdur ki, onlar təxminən gecə saat 12-dək gözləsələr də, o gəlməmişdir. Daha sonra yenidən yaşadığı evinə getsələr də qapını açan olmamışdır. Təxminən bir həftədən sonra yenidən onun yaşadığı ünvana getdikdə görmüşlər ki, evdədi və onlara demişdir ki, bir həftə gözləsələr o, onlarla Bakıya dönüb anasının evini onların adlarına keçirəcək, hətta təklif etmişdir ki, sənədləri də onlarda qalsın və birgə Bakıya gedərkən ona verəcəklər. Bir həftədən sonra artıq o qaçıb gizlənmişdir və onlar da məcbur qalıb Bakıya dönmüşlər, odur ki, sənədləri də onlarda qalmışdır. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs5 nümayəndəsi və vəkili X14 hüquqularını müdafiə etdiyi Zərərçəkmiş şəxs5 istintaq zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu izahat vermiş və təqsirləndirilən şəxs hüquqlarını müdafiə etdiyi zərərçəkmiş Zərərçəkmiş şəxs5 qarşı dələduzluq edərək ələ keçirdiyi pulu geri qaytarmadığı üçün ondan şikayətçidir. Onun barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Şahid xx.xx.2020-ci il tarixli teleqramla məhkəməyə müraciət edərək işləri ilə əlaqədar Bakının kənarında olduğu üçün iclasda iştirak edə bilməyəcəyini və istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317-ci maddəsinə əsasən Şahid iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan könüllü təqdim olunan əşyanın götürülməsi haqqında xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə, saat 16 radələrində Zərərçəkmiş şəxs7 faizə 15000 ABŞ dolları pul götürdükdə, girov olaraq 11 ədəd boyunbağı, 09 ədəd halqalı qolbaq, 08 ədəd bilərzik, 09 ədəd üzük, 06 cüt sırğa və 03 ədəd klon olmaqla bijuteriyaların özünə məxsus qızıl-zinət əşyaları kimi verərək onu aldatmışdır. Zərərçəkmiş şəxs7 həmin bijuteriyaları və eyni zamanda 06 ədəd bijuteriyanın habelə Təqsirləndirilən şəxs bijuteriyalar üzərində olduğu halda çəkdirdiyi 06 ədəd fotoşəkilləri könüllü olaraq təqdim etmişdir (cild 1, i/v 102). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində 26 gün müddətində həbs qətimkan tədbiri seçilməsi, həbsetmənin əvvələnin təqsirləndirilən şəxsin tutulduğu vaxtdan hesablanması qərara alınmışdır (cild 1, i/v 177-178). İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Nəsimi rayon prokuroruna və Nəsimi RPİ-nin rəisinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, xx.xx.2019-cu il tarixli məlumatda Təqsirləndirilən şəxs Belarus Respublikasının Vitebsk şəhərində saxlanıldığı bildirilmişdir (cild 1, i/v 184). İş materiallarında olan axtarışda olan şəxsin yaxalanması barədə xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Belarus Respublikasının Minsk şəhərinin Beynəlxalq hava limanında Belarus Respublikası DİN əməkdaşlarından təhvil alınaraq xx.xx.2019-cu il tarixdə, saat 06:20 radələrində Nəsimi RPİ-yə gətirildikdən sonra Nəsimi RPİ-nin MSY-yə təhvil verilmişdir (cild 1, i/v 220). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti xx.xx.2020-ci il tarixədək, həmin məhkəmənin xx.xx.2020-ci il tarixli qərarına əsasən xx.xx.2020-ci il tarixədək, həmin məhkəmənin xx.xx.2020-ci il tarixli qərarına əsasən xx.xx.2020-ci il tarixədək, həmin məhkəmənin xx.xx.2020-ci il tarixli qərarına əsasən xx.xx.2020-ci il tarixədək uzadılmışdır (cild 1, i/v 209-210; cild 2, i/v 1-3; 47-51, 152-156). İş materiallarında olan maddi sübut kimi tanıma barədə xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs7 istintaqa təqdim etdiyi bijuteriyalar mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir (cild 1, i/v 232). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 28396/28397 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, təqdim edilən məmulatların metalı dəmir əsaslı ərintidən və əlvan metal ərintisindən hazırlanmış bijuteriyadır. Məmulatlar üzərində olan qaşlar qiymətli qaşlara aid deyil. Ekspertiza tədqiqatına təqdim olunan məmulatların orta bazar qiyməti ümumilikdə 335,0 manat müəyyən olunur. Ayrı-ayrılıqda qiymətləri tədqiqi hissədə göstərilmişdir (cild 1, i/v 216- 218). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 2, i/v 46). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özü tərəfindən inkar edilsə də, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, həmçinin işin digər materialları ilə tam sübuta yetirilir. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, vəziyyətini yüngülləşdirən halları, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx xxxxxxx 2019-cu il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilmədən saxlanılmalı,ondan 109 (yüz doqquz) manat 50 (əlli) qəpik ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan 11 ədəd boyunbağı, 09 ədəd halqalı qolbaq, 08 ədəd bilərzik, 09 ədəd üzük, 06 cüt sırğa və 03 ədəd klondan ibarət bijuteriyalar sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-125/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X12 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 24 (iyirmi dörd) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx xxxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs 109 (yüz doqquz) manat 50 (əlli) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan 11 ədəd boyunbağı, 09 ədəd halqalı qolbaq, 08 ədəd bilərzik, 09 ədəd üzük, 06 cüt sırğa və 03 ədəd klondan ibarət bijuteriyalar sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-125/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-125/2020
04.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver