Məhkəmə qərarları › İş №1(006)-125/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-125/2021

11.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-125/2021 11.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs , müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 09 avqust 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədilə 17 avqust 2020-ci il tarixdə saat 20:35 radələrində ünvan 2 ünvanında yerləşən ;,Başmaqçr ayaqqabı mağazasına müştəri qismində daxil olaraq, satışda olan zərərçəkmiş şəxsin qiymətləndirməsinə əsasən hər birinin dəyəri 34 (otuz dörd) manat 50 (əlli) qəpik olmaqla, ümumi dəyəri 69 (altmış doqquz) manat təşkil edən iki cüt kişi ayaqqabısını sifariş edib, mağazada satıcı işləyən Zərərçəkmiş şəxs üzərində nağd pulun olmadığına görə bankomatdan pul çıxardaraq geri qayıdacağını və ayağında ağrıları olduğu üçün sifariş etdiyi ayaqqabıları mağazanın qarşısına gətirməsini bildirib mağazanı tərk etmiş, bir neçə dəqiqə sonra ***-***-**-** saylı mobil telefon nömrəsindən mağazanın ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib, Zərərçəkmiş şəxs sifariş etdiyi iki cüt ayaqqabını 200 (iki yüz) manatlıq pul əskinasına qalıq pul ilə birlikdə mağazanın qarşısında saxladığı avtomobilinə gətirməsini xahiş etdiyinə görə Zərərçəkmiş şəxs mağazada çatdırılma xidməti olmadığı üçün özünə məxsus 69 manat pulu mağazanın kassa aparatına ödəyərək qeyd olunan iki cüt kişi ayaqqabısını öz sərəncamına keçirib həmin ayaqqabıları özünə məxsus əlavə 131 (yüz otuz bir) manat nağd pul ilə birlikdə mağazanın qarşısında onun tərəfindən idarə edilən “X5 Prado:' markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan pəncərəsindən içəri uzadan zaman iki cüt kişi ayaqqabısını və 131 manat nağd pulu Zərərçəkmiş şəxs əlindən götürüb idarə etdiyi avtomobili hərəkətə gətirərək hadisə yerindən uzaqlaşmaqla Zərərçəkmiş şəxs əmlakını açıq talayıb ümumilikdə 200 (iki yüz) manat məbləğində maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, 17.08.2020-ci il tarixdə saat 20 radələrində ünvan 3 ünvanında yerləşən “Başmaqçı” ayaqqabı mağazasına gəldiyini, həmin vaxt mağazada bir neçə müştərinin və orada satıcı işləyən tanımadığı qadının olduğunu, satıcı qadından başqa mağazada tanımadığı kişi cinsindən olan şəxsin kənarda oturduğunu, lakin satış ilə məşğul olmadığını, həmin şəxsin mağaza müdiri olmasını güman etdiyini, satıcı xanımın ona ayaqqabı seçimində köməklik etdiyini, onun orada bir ədəd qara rəngli kişi ayaqqabısını bəyəndiyini, satıcı işləyən xanımın ona, hazırda mağazada kompaniyanın olduğunu, bir ayaqqabı alan şəxsə digər kompariyada olan ayaqqabının pulsuz verildiyini, buna görə onun kompaniyada olan ayaqqabılara baxdığını, daha bir ədəd qara rəngli kişi ayaqqabısı seçdiyini, satıcı işləyən xanımın ona həmin ayaqqabılara görə 69 (altmış doqquz) manat ödəniş etməli olduğunu söylədiyini, həmin mağazaya gedən zaman onun məqsədinin orada bəyənəcəyi ayaqqabıları ələ keçirmək və ödənişini etməmək olduğunu, həmin vaxt orada satıcı xanımdan başqa bir nəfər daha kişi cinsindən olan şəxsin olduğuna görə hadisə yerindən uzaqlaşa bilməmək ehtimalının olduğuna görə orada hər hansı bir hərəkət etməkdən çəkindiyini, buna görə də mağazada satıcı işləyən xanıma bəyəndiyi ayaqqabıları ayırmasını və onun bank kartından pul çıxararaq bir neçə dəqiqə sonra yenidən mağazaya yaxınlaşacağını söylədiyini, mağazadan çıxan zaman isə xanımdan mağazanın nömrəsini istədiyini, yalandan ayağında ağrıların olduğunu söyləyərək, satıcı xanımdan mağazaya yaxınlaşan zaman mağazanın mobil telefon nömrəsinə zəng edəcəyini və sifarişi onun yolun kənarında dayanacaq avtomobilinə gətirməsini xahiş etdiyini, mağazanın mobil telefon nömrəsini xanımdan götürüb qeyd etdikdən sonra mağazadan çıxdığını və vaxt keçsin deyə bir neçə dəqiqə həmin mağazanın yaxınlığında icarə götürdüyü “Toyota Land-Cruiser Prado” markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə fırlandığını, daha sonra həmin gün, yəni 17.08.2020ci il tarixdə saat 20:35-də istifasində olan 070 *** ** ** saylı rrobil telefon nömrəsindən “Başmaqçı” ayaqqabı mağazasının 070 *** ** ** saylı mobil telefon nömrəsinə zəng etdiyini, satıcı xanıma hazırda mağazanın qarşısında avtomobildə olduğunu və bəyəndiyi ayaqqabıları avtomobilə gətirməsini xahiş etdiyini, əlavə olaraq satıcı xanıma ödənişi 200 (iki yüz) manatlıq pul əskinazı ilə edəcəyini, buna görə də pulun qalığını da gətirməsini xahiş etdiyini, həmin vaxt məqsədinin həm ayaqqabıları, həm də pul qalığını ələ keçirmək olduğunu, mağazaya zəng etdikdən sonra satıcı xanımın avtomobilə yaxınlaşdığını, avtomobilin sağ pəncərəsindən ayaqqabıları və 200 (iki yüz) manatlıq pul əskinazına olan qalıq 131 (yüz otuz bir) manatı ona verdiyini, həmin vaxt onun sükan arxasında əyləşdiyini, ayaqqabıları və pulu götürdükdən sonra satıcı xanıma onun üçün mağazadan bir ədəd də corab gətirməsini istədiyini, satıcı xanımın mağaza istiqamətində hərəkət etdiyi zaman qəfil avtomobili hərəkətə gətirib hadisə yerindən qaçaraq, iki ədəd ümumi dəyəri 69 (almış doqquz) manat olan qara rəngli kişi ayaqqabılarını və pul qalığı kimi götürdüyüm 131 (yüz otuz bir) manat pulu ələ keçirərək, hadisə yerindən uzaqlaşdığını, bundan sonra həmin hadisə ilə bağlı heç bir məlumatının olmadığəm, 2020-ci ilin sentyabr ayında isə Yasamal rayonunda törətdiyi xırda talama inzibati xətasına görə barəsində inzibati həbs seçildiyini, hazırda inzibati həbsdə cəzasını çəkdiyini, mağazada işləyən satıcı xanımı və mağaza sahibini daha əvvəllər tanımadığını və onunla heç bir düşmənçiliyinin və şəxsi ədavətinin olmadığını, hadisə nəticəsində ələ keçirdiyi ayaqqabıları bir-neçə dəfə geyindikdən sonra tulladığını, əldə etdiyi 131 (yüz otuz bir) manat pulu isə şəxsi tələbatlarına xərclədiyini, hadisənin şahidləri barədə heç bir məlumatının olmadığını, həmin vaxt ətrafda olan şəxslərin hadisəni görə biləcəklərini ehtimal etydiyini, hadisə zamanı idarə etdiyi “Toyota Land-Cruiser Prado" markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomobili "xxxx" MMC-dən şəxsi işlərilə əlaqədar bir-neçə günlük icarə götürdüyünü, ödənişini etdiyini, həmin avtomobil icarəsi ilə məşğul olan şirkətdən daha əvvəllər də icarə avtomobil gö:ürməsinə baxmayaraq, onlara şəxsi işləri və törətdiyi əməllərlə bağlı heç bir məlumat vermədiyini, törətdiyi əməli tək törətdiyini, daha sonralarda bu barədə heç kəsə məlumat vermədiyini, məlum hadisə zamanı avtomobildə ondan başqa heç kəsin olmadığını, mağazada satıcı işləyən xanımın ayağının üzərindən avtomobil ilə keçmədiyini, hadisənin ifadəsində göstərdiyi formada baş verdiyini, hadisə zamanı satıcı xanımın onun istəyi ilə mağazaya corab gətirmək məqsədilə avtomobildən aralaşan zaman qəfil avtomobili hərəkətə gətirib oradan uzaqlaşdığını, satıcı xanımın onun hadisə yerindən uzaqlaşmasını görsə də, onun ayağının üzərindən avtomobil ilə keçmədiyini, avtomobildə olduğu üçün satıcı xanımın onun ardı ilə onu çağırıb-çağırmamasını eşitmədiyini bildirdi. Daha sonra özünü təqsirli bilməsini, zərərçəkmiş şəxsə vurulmuş zərəri tamamilə ödəməsini, ona qarşı şikayət və tələbinin olmamasını, ona yüngül cəza verilməsini xahiş etməsini nəzərə almasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində əmək müqaviləsi əsasında “Başmaqçı” ayaqqabı mağazasında satıcı işlədiyini, 17.08.2020-ci il tarixdə saat 20 radələrində satıcı işlədiyi ünvan 3 ünvanında yerləşən “Başmaqçı" ayaqqabı dükanına daha əvəllər tanımadığı kişi cinsindən olan orta yaşlarında bir şəxsin daxil olduğunu, həmin ərəfələrdə işlədiyi mağazada kompaniya keçirilirdiyini, həmin günlərdə mağazdan kompaniyada olan bir cüt ayaqqabı alana, digər kompaniyada olan ayaqqabının pulsuz hədiyyə edildiyini, mağazaya daxil olmuş həmin tanımadığı şəxsin kompaniyada olan ayaqqabılardan iki cüt ayaqqabı seçdiyini, onun müştəriyə həmin ayaqqabının birinin pulunu, yəni 69 (altmış doqquz) manatı verməklə, digər ayaqqabını pulsuz əldə etmiş olacağını izah etdiyini, həmin tanımadığı şəxsin ayaqqabıları bəyəndiyini və alacağını, lakin hazırda nağd pulunun olmadığına görə yaxınlarda olan bankomatdan pul çıxarıb gələcəyini söylədiyini, bundan başqa həmin şəxsin ondan ayağında nasazlıq olmasına görə pulu bankomatdan çıxarıb qayıdan zaman onunu ayaqqabıları həmin müştərinin yolun kənarında dayanacağı avtomobilinə gətirməsini xahiş etdiyini, mağazanın qarşısına gələn zaman əlaqə saxlaya bilməsi üçün müştərinin mağazanın 077 *** ** ** saylı mobil telefon nömrəsini özündə qeyd etdiyini, həmin gün, yəni 17.08.2020-ci il tarixdə saat 20:35 radələrində mağazanın 077 *** ** ** saylı mobil telefon nömrəsinə tanımadığı 070 *** ** ** saylı mobil telefon nömrəsindən zəng gəldiyini, zəng edən şəxsin az öncə mağazada ayaqqabı bəyənən şəxs olmasını söyləyərək, həmin ayaqqabıları 200 manatlıq pul əskinazına qalıq qaytarmaq üçün 131 manat pul ilə birlikdə mağazanın qarşısında dayanan qara rəngli “Toyota Land-Cruiser Prado” markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomobilə gətirməsini bir daha xahiş etdiyini, mağazada avtomobilə gətirmək kimi bir xidmətin olmadığını və ayaqqabıları mağazadan çıxarılan zaman mütləq şəkildə ödənişin köçürülməsinin vacib olduğunu, həmin müştərinin ayağında ağrılarınm olmasını söylədiyini görə ona yazığının gəldiyini və öz vəsaiti hesabına mağazanın kassasına ayaqqabıların 69 manat məbləğində ödənişini etdiyini və öz pulundan 131 manat müştəriyə pul qalığı qaytarmaq üçün pul götürdüyünü, çünki müştəri mobil telefon vasitəsi ilə 200 manatlıq əskinaz ilə ödəniş edəcəyini söylədiyini, müştərinin bəyəndiyi 2 cüt kişi ayaqqabısını və 131 manat qalıq qaytaracağı pulu götürərək, mağazanın qarşısında dayanan qara rəngli Toyota Land-Cruiser Prado markalı avtomobilə sağ yan tərəfdən yaxınlaşdığını, avtomobilin sağ ön pəncərəsindən əllərini avtomobilin içərisinə uzadaraq ayaqqabıları və 131 manat pulu sükan arxasında əyləşən müştəriyə verdiyini, həmin vaxt müştərinin ona 200 manatlıq əskinazı vermək əvəzinə qəfil avtomobili hərəkətə gətirərək, onun sağ ayağının üzərindən keçib, ayaqqabıları və 131 manat pulu açıq yolla talayaraq, hadisə yerindən uzaqlaşdığını, avtomobilin ardı ilə müştəriyə qışqıraraq dayanmasını tələb etsə də müştərinin ona heç bir məhəl qoymadan hadisə yerindən getdiyini, həmin şəxsin onun ayağının üzərindən keçən zaman müqavimətini itirərək, yerə yıxıldığını, üzərində olan mağazaya aid “Huaway” markalı mobil telefonun əlindən yerə düşərək qırıldığını, .ətrafdan keçən tanımadığı şəxslərin ona ayağa qalxmağa köməklik etdiyini, lakin avtomobilin ardı ilə heç kəsin getmədiyini, bundan sonra onun nağazaya qayıdaraq müdiri Şahid1 baş verən hadisəni danışdığını və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, cinayət barədə məlumat verdiyini, hadisə zamanı talanmış ayaqqabıların qara rəngli kişi ayaqqabıları olduğunu, hazırda həmin ayaqqabılardan mağazada olmadığını, həmin ayaqqabıların markasını xatırlamadığını və bu barədə heç bir sənədlərinin olmadığını, ayrı-ayrılıqda həmin ayaqqabıların hər birinin qiymətinin 34 manat 50 qəpik olduğunu, kompaniyada olduqları üçün birlikdə satıldıqlarını, hadisə nəticəsində ayaqqabıların pulunu özünün ödədiyinə və qalıq pulu kimi müştəriyə verəcəyi 131 manat pulu öz pulundan götürdüyü üçün maddi ziyannın tamamilə ona dəydiyini, mağazaya hadisə nəticəsində heç bir maddi ziyan dəymədiyini, hadisə zamanı mağazaya məxsus mobil telefonun əlindən yerə düşərək, ekranı qırıldığını, həmin mobil telefonu özünün təmir etdirdiyini və bununla bağlı mülk iddiasının olmadığını, hadisəni törətmiş şəxsi tam xatırladığını və görəcəyi zaman :anıya biləcəyini, həmin şəxsin təxminən 175 boylarında, qarabəniz, qısa saç düzümünə və orta qidalı bədən quruluşuna malik olduğunu, hadisə zamanı tanımadığı şəxsin avtomobil ilə onun sağ ayağının üzərindən keçdiyini, lakin ayağında ciddi bir xəsarətin olmadığını, əzələsinin ağrıdığını, təhqiqat araşdırması zamanı ekspertizadan keçmək istədiyini qeyd etdiyini, barəsində məhkəmə-tibbi ekspertizasının təyin edildiyini, həmin ərəfələr səhhətində nasazlığın olduğuna və xəstələndiyi üçün ekspertizadan gedib keçmədiyini, yaxın günlərdə həmin hadisə ilə əlaqədar ekspertizadan keçəcəyini, lakin heç bir xəsarətinin olmadığını, həmin şəxs ayaqqabıları və pulu taladıqdan sonra hadisə yerindən qaçmaq istəyən zaman ehtiyyatsızlıqdan ayağının üzərindən keçdiyini,hadisənin baş verdiyi ünvanda müşahidə kameralarının olmamasına baxmayaraq, mağazanın içərisində kameraların olduğunu və hadisəni törətmiş şəxsin mağazada olmasını əks etdirən görüntülərin olduğunu və həmin görünrüləri onun könüllü olaraq istintaqa DVD diskdə təqdim edəcəyini, baş vermiş hadisənin şahidlərinin həmin vaxt ətrafdan keçən tanımadığı şəxslərin olduğunu, hadisədən dərhal sonra onun mağazaya qayıdaraq hadisəni müdiri Seymura danışdığını, Seymurun həmin şəxsin mağazaya gələrək, ayaqqabı bəyəndiyini, daha sonra onun ayaqqabıların pulunu kassaya ödəyərək, mağazadan çıxıb yolun kənarına getməyinin, təxminən bir dəqiqə sonra isə ayağında olan ağrı ilə mağazaya qayıtmağının şahidi olmuduğunu, hadisəni törədən şəxsin avtomobildə tək olduğunu və avtomobili özü idarə etdiyini, hadisəni törədən şəxsi daha öncə görmədiyini, tanımadığını və onuma heç bir düşmənçiliyinin olmadığını, hadisə zamanı hadisəni törədən şəxsin onun müqavimətini qırmaq və ələ keçirdiyi əmlakı əldə saxlamaq üçün ona qəsdən hər hansı bir fiziki təsir etmədiyini, çünki buna ehtiyacının olmadığını, həmin şəxsin ələ keçirdiyi əmlakı götürdükdən sonra avtomobil ilə hadisə yerindən uzaqlaşdığı üçün heç kəsin fiziki olaraq ona çatmasının mümkün olmadığını bildirdi. Daha sonra Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbinin olmadığını, vurulmuş zərərin ödənildiyini və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş "xxxx" MMC-nin direktoru Şahid2 ifadəsində rəhbərlik etdiyi şirkətin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Abdin küçəsində yerləşdiyini, işlərinin gündəlik və aylıq icarə avtomobil verməkdən ibarət olduğunu, avtomobilin markası və modelinə görə avtomobilin gündəlik və aylıq ödənişinin fərqli olduğunu, icarə avtomobil götürmək istəyən şəxsin şirkətə yaxınlaşan zaman sürücülük vəsiqəsini təqdim etdiyini, icarə avtomobil götürmək istəyən şəxsin sürücülük vəsiqəsinin olmasından əmin olduqdan sonra ona şirkət adından yol vərəqəsi yazıldığını, yol vərəqəsində avtomobili icarə götürən şəxsin məlumatlarının və verilmiş avtomobilin məlumatlarının qeyd edildiyini, avtomobili icarə götürən sürücünün və onun həmin yol vərəqəsini imzaladığını, 15.09.2020-ci il tarixdə səhər saatlarında icarə verdiyi avtomobillərdən biri olan “X6 minik” markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomobili daha əvəllər tanımadığı X2 adında müştəriyə 110 manat icarə haqqı alaraq bir günlük təqdim etdiyini, və ona yol vərəqəsi verdiyini, Bəxtiyar Həsənzadənin avtomobili icarə götürdükdən təxminən yarım saat sonra ona zəng edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində yol polisi tərəfindən saxlanıldığını və Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaq edilən cinayət işi ilə əlaqədar verilmiş tapşırığa əsasən avtomobilin duracağa yerləşdirəcəyi və onun hadisə ilə əlaqədar ifadə verəcəyini söylədiyini, buna görə də avtomobilinə görə narahat qaldığını, hadisə ilə bağlı marağlanmaq və ifadə vermək məqsədilə Nəsimi Rayon Polis İdarəsinə gəldiyini, hazırda hansı hadisə ilə əlaqədar avtomobilinin duracağa yerləşdirildiyinin ona məlum olduğunu, icarə verdiyi "X6 minik" markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomobil 11.08.2020-ci ci il tarixdən 17.08.2020-ci il tarixədək avtomobili icarə götürən müştəri Təqsirləndirilən şəxs olduğunu, həmin şəxsin cinayət törətməsi barədə heç bir məlumatının olmadığını, Təqsirləndirilən şəxs şirkətə ödəniş edərək, avtomobili icarə götürüb və geri qaytarmalı olduğu tarixdə, yəni 17.08.2020-ci il tarixdə avtomobili geri qaytardığını, avtomobili geri qaytarılan zaman avtomobildə heç bir zədənin aşkar edilmədiyini, “X6 minik” markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomobili lizing şərtləri ilə aldığı üçün "xxxx" MMC-nin adına sənədləşdirildiyini, ona etibarnamə ilə verildiyini, qanunvericiliyə görə borclu olduğu pulu tam ödədikdən sonra həmin avtomobilin onun adına sənədləşdiriləcəyinin, lizinq şirkətin həmçinin onun rəhbərlik etdiyi şirkətə də həmin avtomobilə dair etibarnamə verdiyini, həmin etibarnamənin surətini könüllü olaraq istintaqa təqdim edəcəyini, bundan əlavə icarə verdiyi “X6 minik” markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomobilin 11.08.2020-ci il tarixdən 17.08.2020-ci il tarixədək müştəri kimi tanıdığı Təqsirləndirilən şəxs verməyinə dair olan sənədin surətini də könüllü olaraq istintaqa təqdim edəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində fərdi sahibkarlıqla məşğul olaraq ünvan 3 ünvanında yerləşən obyekti sahibindən icarə müqaviləsi əsasında icarə götürərək, orada “Başmaqçı” ayaqqabı mağazasını işlətdiyini, Zərərçəkmiş şəxs həmin mağazada onun əmək müqaviləsi əsasında işləyən satıcısı olduğunu, 17.08.2020ci il tarixdə saat 20 radələrində işlətdiyi mağazada olduğunu, mağazaya bir nəfər kişi cinsindən olan daha əvəllər tanımadığı şəxsin daxil olduğunu, mağazada satıcı işləyən Zərərçəkmiş şəxs həmin müştəriyə mağazada olan ayaqqabıları göstərdiyini, bir müddət sonra həmin tanımadığı müştərinin endirim kompaniyasında olan ümumilikdə qiyməti 69 manat dəyərində iki cüt qara rəngli kişi ayaqqabılarını bəyəndiyini, daha sonra ödəniş etmək zamanında müştərinin Nigara pulu bank kartında olduğunu və həmin pulu çıxararaq 5-10 dəqiqəyə mağazanın qarşısına avtomobil ilə gələcəyini söylədiyini, həmin şəxsin Nigardan ayağının ağrıdığına görə avtomobil ilə mağazanın qarşısına gələn zaman Nigarın ayaqqabıları onun üçün avtomobilinə gətirməsini xahiş etdiyini, Nigarın müştəri ilə razılaşdığını və mağazanın mobil telefon nömrəsini müştəriyə verdiyini, həmin gün saat 20:35 radələrində müştəri istifadəsində olan 070 *** ** ** saylı mobil telefon nömrəsindən mağazanın 077 *** ** ** saylı mobil telefon nömrəsinə zəng etdi və Nigara ayaqqabıları mağazanın qarşısında dayanmış qara rəngli Toyota Land-Cruiser Prado" markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomobilə gətirməsini istədiyini, həmçinin mobil telefon vasitəsilə Nigara ödənişi 200 manatlıq pul əskinazı ilə ödəyəcəyinə görə pul qalığı kimi qaytarmalı olduğunu 131 manatı da gətirməsini xahiş etdiyini, mağazada avtomobilə gətirmək kimi bir xidmətin olmadığını, ayaqqabıların mağazadan çıxarılan zaman mütləq şəkildə ödənişinin edilməli olduğunu, Zərərçəkmiş şəxs həmin şəxsin yerinə mağazanın kassasına ödəniş etdiyini və öz pulundan 200 manatlıq pul əskinazına qalıq pulu kimi qaytarmalı olduğu 131 manat pulu götürərək, mağazanın qarşısında dayanan avtomobilə yaxınlaşmaq üçün mağazadan çıxdığını, təxminən 1 dəqiqə sonra Nigarın ağlayaraq və ayağını çəkərək mağazaya daxil olduğunu, iki cüt ayaqqabını və qalıq qaytarmalı olduğu 131 manat pulu müştərinin avtomobilinə pəncərədən uzadan zaman həmin şəxsin 200 manatı Nigara vermək əvəzinə qəfil avtomobili hərəkətə gətirib, iki cüt ayaqqabını və 131 manat pulu açıq yolla talayaraq hadisə yerindən uzaqlaşmasını söylədiyini, buna görə də onun Nigara dərhal polisə zəng etməyini tövsiyyə etdiyini, Nigarın Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin 102 xidmətinə zəng edərək, cinayət barədə məlumat verdiyini, həmin müştərini mağazanın içərisində görsə də, cinayəti törədən zaman mağazanın içərisində olduğundan hadisənin real şahidinin olmadığını, hadisə nəticəsində ona və mağazaya heç bir maddi ziyan dəymədiyini, bütün maddi ziyanın hadisə nəticəsində Zərərçəkmiş şəxs dəydiyini, hadisə zamanı talanmış ayaqqabıların qara rəngli kişi ayaqqabıları olduğunu, hazırda həmin ayaqqabılardan mağazada olmadığını, həmin ayaqqabıların markasını xatırlamadığını və bu barədə heç bir sənədlərinin olmadığını, ayrı-ayrılıqda həmin ayaqqabıların hər birinin qiymətinin 34 manat 50 qəpik olduğunu, kompaniyada olduqları üçün birlikdə satıldıqlarını, hadisə zamanı Zərərçəkmiş şəxs mağazadan çıxdıqdan sonra yenidən mağazaya corab götürmək üçün gəlmədiyini və mağazaya yaxınlaşmadığını, mağazanın pəncərələrinin və qapısının taybatay şüşədən olduğuna görə Nigarın mağaza istiqamətdə hərəkət etmiş olsaydı onu görmüş olmalı olduğunu bildirdi. Cinayət işinin İ cild 172-ci vərəqəsində olan 13 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İİ cild 23-24-cü vərəqələrində olan 25.01.2021-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində məcburi gətirmə qərarı çıxarılmışdır. Cinayət işinin İİ cild 35-37-ci vərəqələrində olan 10.02.2021-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin İİ cild 49-cu vərəqəsində olan AR ƏN PX Bakı İstintaq Təcridxanasının 04.06.2021-ci il tarixli 17/38-3733 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 01.06.2021-ci il tarixdə Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları tərəfindən tutularaq 03.06.2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Cinayət işinin İİ cild 52-ci vərəqəsində olan 18.06.2021-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin İİ cild 63-64-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli Məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin İ cild 84-85-ci vərəqələrində olan 22.09.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs, 1) Nəsimi Rayon Məhkəməsinin 10.04.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi təqsirli bilinərək, 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 07.06.2010-cu il tarixli qərarı ilə, həmin Məcəllənin 76.3.1-ci maddəsinə əsasən cəzasının çəkilməmiş 7 ay 3 gün hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad olunmuş, 2) Xətai Rayon Mənkəməsinin 12.12.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi təqsirli bilinərək, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin 04.11.2014-cü il tarixli qərarı ilə isə vaxtından əvvəl şərti olaraq azad edilmişdir və məhkumluğu olmayan hesab edilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri və digər iş materialları ilə onun özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama-üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, zərərçəkmiş şəxsə vurulmuş zərəri tamamilə ödəməsini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını, ona yüngül cəza verilməsini xahiş etməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi soyğunçuluq cinayətinin qadına qarşı yönəldiyini, təqsirləndirilən şəxsin məhkəmənin hazırlıq iclasında iştirak etməkdən yayınmasını, əvvəllər də məhkum olunmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 01 iyun 2021-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 01 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar