Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-125/2022 15.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1988-ci ildə Gürcüstan Respublikası, Marneuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binsında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs binaya qanunsuz daxil olaraq, özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 15.10.2021-ci il tarixdə saat 05 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Dövlət ittihamçısı küçəsi 21A ünvanında yerləşən Zərərçəkmiş şəxs mağazasının yan hissəsində olan şüşə nəfəsliyini yerdən götürdüyü daşla sındıraraq həmin yerdən mağazaya qanunsuz daxil olub mağazanın vitrininə satış üçün qoyulmuş 1 kiloqramının qiyməti 14 manat 90 qəpik təşkil edən, ümumilikdə 68 manat 67 qəpik dəyərində 4 kiloqram 609 qram çəkidə “X14” markalı şokoladı, 1 kiloqramının qiyməti 13 manat 60 qəpik təşkil edən, ümumilikdə 54 manat 40 qəpik dəyərində 4 kiloqram çəkidə “Nestle Kit-Kat” markalı şokoladı, 1 kiloqramının qiyməti 14 manat 90 qəpik təşkil edən, ümumilikdə 29 manat 80 qəpik dəyərində 2 kiloqram çəkidə “X10” markalı şokoladı, 1 ədədinin qiyməti 1 manat 60 qəpik olmaqla, ümumilikdə 41 manat 60 qəpik dəyərində 26 ədəd fındıq və üzümlü “Alpengold" markalı şokoladı, 1 ədədinin qiyməti 1 manat 60 qəpik olmaqla, ümumilikdə 36 manat 80 qəpik dəyərində 23 ədəd badam və kokoslu “Alpengold" markalı şokoladı, 1 ədədinin qiyməti 7 manat 20 qəpik olmaqla, ümumilikdə 36 manat dəyərində 5 ədəd 490 qram çəkili “Super Sun" markalı mal əti konservini, 1 ədədinin qiyməti 5 manat 60 qəpik olmaqla, ümumilikdə 28 manat dəyərində 5 ədod 325 qram çəkili "Super Sun” markalı mal əti konservini, 1 ədədinin qiyməti 4 manat 60 qəpik olmaqla, ümumilikdə 32 manat 20 qəpik dəyərində 7 ədəd 200 ml həcmli “Head/sho” markalı şampunu, 1 ədədinin qiyməti 4 manat 30 qəpik olmaqla, ümumilikdə 8 manat 60 qəpik dəyərində 2 ədəd 350 ml həcmli “Elidor" markalı şampunu, 1 ədədinin qiyməti 80 qəpik olmaqla, ümumilikdə 8 manat 80 qəpik dəyərində 11 ədəd 47 qram çəkili “701113” markalı böyürtkən konfeti, 1 ədədinin qiyməti 90 qəpik olmaqla, ümumilikdə 10 manat 80 qəpik dəyərində 12 ədəd 40 qram çəkili “Nestle Kit-Kat" markalı şokoladı, 1 ədədinin qiyməti 80 qəpik olmaqla, ümumilikdə 14 manat 40 qəpik dəyərində 18 ədəd 47 qram çəkili “Tofita” markalı meyvə sulu konfeti, 1 ədədinin qiyməti 1 manat 60 qəpik olmaqla, ümumilikdə 6 manat 40 qəpik dəyərində 4 ədəd 90 qram çəkili “Alpengold" markalı acılı şokoladı, 1 ədədinin qiyməti 4 manat 30 qəpik olmaqla, ümumilikdə 8 manat 60 qəpik dəyərində 2 ədəd 160 qram çəkili “Babaton" markalı balıq konservini, 1 ədədinin qiyməti 80 qəpik olmaqla, ümumilikdə 16 manat 80 qəpik dəyərində 21 ədəd 47 qram çəkili “Tofita" markalı böyürtkən aromalı konfeti, 1 ədədinin qiyməti 30 qəpik olmaqla, ümumilikdə 4 manat 20 qəpik dəyərində 14 ədəd 30 qram çəkili “X15" markalı konfeti, 1 ədədinin qiyməti 30 qəpik olmaqla, ümumilikdə 3 manat 60 qəpik dəyərində 12 ədəd 17 qram çəkili “X12" markalı kofeni, 1 ədədinin qiyməti 20 qəpik olmaqla, ümumilikdə 4 manat 40 qəpik dəyərində 22 ədəd “Caffe Milano gold” markalı kofeni, 1 ədədinin qiyməti 70 qəpik olmaqla, ümumilikdə 1 manat 40 qəpik dəyərində 2 ədəd 250 ml həcmli “X8" markalı energetik içkini, 1 ədədinin qiyməti 70 qəpik olmaqla, ümumilikdə 1 manat 40 qəpik dəyərində 2 ədəd 40 qram çəkili “KDV super baton” markalı konfeti, 1 ədədinin qiyməti 40 qəpik olmaqla, ümumilikdə 10 manat dəyərində 25 ədəd 18 qram çəkili “Milano Capuchino” markalı kofeni, 1 ədəd 3 manat 40 qəpik dəyərində 240 qram çəkili “Libava tomata siyenek” markalı balıq konservini, 1 ədəd 3 manat dəyərində 150 ml həcmli “Rexona deo invisible deamond" markalı dezodarantı, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 1 ədədinin qiyməti 4 manat 39 qəpik olmaqla, ümumilikdə 35 manat 12 qəpik dəyərində 8 ədəd “Head/Sho” markalı mentollu şampunu, 1 ədədinin qiyməti 1 manat 10 qəpik olmaqla, ümumilikdə 42 manat 90 qəpik dəyərində 39 ədəd “M/M penaut” markalı şokoladı, 1 ədədinin qiyməti 1 manat 32 qəpik olmaqla, ümumilikdə 40 manat 92 qəpik dəyərində 31 ədəd “Nestle Kit-Kat Size" markalı şokoladı, 1 ədədinin qiyməti 1 manat 16 qəpik olmaqla, ümumilikdə 33 manat 64 qəpik dəyərində 29 ədəd “Ülker Albeni" markalı tablet şokoladlı peçenyanı, 1 ədədinin qiyməti 7 manat 99 qəpik olmaqla, ümumilikdə 55 manat 93 qəpik dəyərində 7 ədəd çantanı, 1 ədədinin qiyməti 4 manat 29 qəpik olmaqla, ümumilikdə 38 manat 61 qəpik dəyərində 9 ədəd “Elidor” markalı şampunu, 1 ədədinin qiyməti 4 manat 25 qəpik olmaqla, ümumilikdə 42 manat 50 qəpik dəyərində 10 ədəd saç tökülməsinə qarşı “Clear” markalı şampunu, 1 ədədinin qiyməti 1 manat 38 qəpik olmaqla, ümumilikdə 24 manat 84 qəpik dəyərində 18 ədəd “Nestle classic” markalı fındıqlı şokoladı, 1 ədədinin qiyməti 2 manat 25 qəpik olmaqla, ümumilikdə 27 manat dəyərində 12 ədəd “Choco art" markalı fındıqlı şokoladı, 1 ədədinin qiyməti 59 qəpik olmaqla, ümumilikdə 23 manat 01 qəpik dəyərində 39 ədəd "Dirol X Fresh” markalı saqqızı, 1 ədədinin qiyməti 46 qəpik olmaqla, ümumilikdə 28 manat 98 qəpik dəyərində 63 ədəd “Dirol While” markalı istiotlu nanə dadlı saqqızı, 1 ədədinin qiyməti 1 manat 38 qəpik olmaqla, ümumilikdə 24 manat 84 qəpik dəyərində 18 ədəd “Nestle" markalı südlü şokoladı, 1 ədədinin qiyməti 1 manat olmaqla, ümumilikdə 26 manat dəyərində 26 ədod “Pobeda” markalı südlü şokoladı, 1 ədədinin qiyməti 4 manat 60 qəpik olmaqla, ümumilikdə 18 manat 40 qəpik dəyərində 4 ədəd 200 ml həcmli “Head/Sho” markalı şampunu, 1 ədədinin qiyməti 4 manat 25 qəpik olmaqla, ümumilikdə 25 manat 50 qəpik dəyərində 6 ədəd “X13” markalı şampunu, 1 ədədinin qiyməti 50 qəpik olmaqla, ümumilikdə 21 manat dəyərində 42 ədəd “Dirol White” markalı, çiyələk dadlı saqqızı, 1 ədədinin qiyməti 2 manat 99 qəpik olmaqla, ümumdikdə 17 manat 94 qəpik dəyərində 6 ədəd ikili “Panasonic” markalı batareyanı, 1 ədədinin qiyməti 35 qəpik olmaqla, ümumilikdə 11 manat 90 qəpik dəyərində 34 ədəd “Dirol" markalı qarpız dadlı saqqızı, 1 ədədinin qiyməti 85 qəpik olmaqla, ümumilikdə 16 manat 15 qəpik dəyərində 19 ədəd “Pobeda Konditerskaya” markalı südlü şokoladı, 1 ədədinin qiyməti 2 manat 25 qəpik olmaqla, ümumilikdə 13 manat 50 qəpik dəyərində 6 ədəd “X16" markalı şokoladı, 1 ədədinin qiyməti 35 qəpik olmaqla, ümumilikdə 10 manat 85 qəpik dəyərində 31 ədəd “Dirol" markalı nanə dadlı saqqızı, 1 ədədinin qiyməti 35 qəpik olmaqla, ümumilikdə 10 manat 85 qəpik dəyərində 31 ədəd “Dirol" markalı tropik koktely dadlı saqqızı, 1 ədədinin qiyməti 1 manat olmaqla, ümumilikdə 15 manat dəyərində 15 ədəd “Pobeda Portslıy" markalı südlü şokoladı, 1 ədədinin qiyməti 1 manat 38 qəpik olmaqla, ümumilikdə 9 manat 66 qəpik dəyərində 7 ədəd “Nestle” markalı tünd şokoladı, 1 ədədinin qiyməti 0,435 qəpik olmaqla, ümumilikdə 13 manat 05 qəpik dəyərində 30 ədəd “Zebra” maralı araxis üzüm karamelli şokoladı, 1 ədədinin qiymət 90 qəpik olmaqla, ümumilikdə 12 manat 60 qəpik dəyərində 14 ədəd “Pobeda" markalı südlü, üzümlü, fındıqlı şokoladı, 1 ədəd 9 manat 99 qəpik dəyərində battaniyə ədyalı, 1 ədədinin qiyməti 60 qəpik olmaqla, ümumilikdə 11 manat 40 qəpik dəyərində 19 ədəd “Dirol Minion” markalı banan dadlı saqqızı, 1 ədədinin qiyməti 35 qəpik olmaqla, ümumilikdə 7 manat 70 qəpik dəyərində 22 ədəd "Dirol" markalı yemiş dadlı saqqızı, 1 ədədinin qiyməti 60 qəpik olmaqla, ümumilikdə 9 manat dəyərində 15 ədəd “X11 Fruti" markalı saqqızı, 1 ədədinin qiyməti 4 manat 29 qəpik olmaqla, ümumilikdə 8 manat 58 qəpik dəyərində 2 ədəd 325 ml həcmli “Elidor" markalı şampunu, 1 ədədinin qiyməti 2 manat 49 qəpik olmaqla, ümumilikdə 7 manat 47 qəpik dəyərində 3 ədəd “Scholate" markalı şokoladı, 1 ədədinin qiyməti 1 manat 49 qəpik olmaqla, ümumilikdə 5 manat 96 qəpik dəyərində 4 ədəd “Alpengold” markalı südlü-fındıqlı şokoladı, 1 ədədinin qiyməti 35 qəpik olmaqla, ümumilikdə 7 manat dəyərində 20 ədəd 50 qram çəkili “Spirnt batoncik" markalı şokolad, 1 ədəd 5 manat 99 qəpik dəyərində 650 ml həcmli “Elidor" markalı şampunu, 1 ədəd 4 manat 99 qəpik dəyərində 450 qram çəkili “Al Dad" markalı balı, 1 ədəd 4 manat 29 qəpik dəyərində 325 ml həcmli “Elidor " markalı şampunu, 1 ədədinin qiyməti 50 qəpik olmaqla, ümumilikdə 3 manat dəyərində 6 ədəd 25 qram çəkili “X7 Torino" markalı kofeni, 6 ədədinin qiyməti 2 manat 35 qəpik təşkil edən “Kilka Libava" markalı balıq konservini gizli olaraq talamaqla zərərçəkmiş şəxs “Zərərçəkmiş şəxs adlı obyekt" MMC-yə ümumilikdə 1161 manat 68 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, uzun müddət işsiz qaldığı üçün pula ehtiyacı olmuş, bu səbəbdən oğurluq etmək qərarına gəlmişdir. 15.10.2021-ci tarixdə saat təxminən 03:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Dövlət ittihamçısı küçəsində olan zaman Zərərçəkmiş şəxs adlı obyektin qarşısından keçərkən həmin obyekt diqqətini çəkmiş və obyektin qarşısında duraraq ətrafa nəzər yetirmişdir. Ətrafda kimsənin olmamasından istifadə edərək obyektin yaxınlığında yerdə olan orta həcimli daşı götürərək elə həmin yerdən tapdığı parçaya bükərək Zərərçəkmiş şəxs adlı obyektin pəncərəsinin yuxarı sağ şüşəsini sındırmışdır. Həmin vaxt zərbənin təsirindən obyektin pəncərəsinin yuxarı sağ şüşəsi ilə yanaşı cəftəsi də qırılmışdır. O, qeyd olunan sındırılmış yerdən marketə daxil olmuşdur. Marketə daxil olduqda orada olan əşyaları oğurlamaq qərarına gəlsə də, lakin obyektin çöl hissəsindən səs gəlmiş, o da kiminsə onu görməsindən ehtiyat edərək marketə daxil olduğu yerdən çıxaraq tərk etmişdir. Zərərçəkmiş şəxs adlı obyektdən təxminən bir kilometrə yaxın məsafədə uzaqlaşdıqda maddi sıxıntıları olduğu üçün marketə geri dönmək qərarına gəlmişdir. 15.10.2021-ci il tarixdə saat təxminən 05:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Dövlət ittihamçısı küçəsi 15 ünvanında yerləşən Zərərçəkmiş şəxs adlı obyektə geri dönmüş və əvvəlcədən sındırdığı pəncərədən marketin içərisinə qanunsuz daxil olmuşdur. Marketin içərisinə qanunsuz daxil olaraq oradan ittiham üzrə qeyd edilən ərzaq məhsullarını və əşyaları oğurlamışdır. Həmin oğurlanmış ərzaqların bir qismini o, marketdən götürdüyü ədyala bükmüş, digər qismini isə həmin marketdən götürdüyü torbalara yığaraq marketi tərk etmək qərarına gəlmişdir. İlk öncə içərisinə ərzaqlar bükdüyü ədyalı daha sonra isə ərzaqları yığdığı çantaları marketə daxil olduğu pəncərədən çölə tullamış, daha sonra isə özüdə marketdən çıxaraq oğurladığı əşyaları hissə-hissə marketin arxa hissəsinə yığmağa başlamışdır. Marketdən oğurladığı əşyaları marketin arxasına yığdıqdan sonra həmin əşyaları götürərək yaxınlıqda yerləşən uşaq bağçasının həyətinə daşımışdır. 15.10.2021-ci il tarixdə günorta radələrində Zərərçəkmiş şəxs adlı obyektdən oğurladığı ərzaqlardan bir qisminini yəni 2 kiloqrama yaxın “Twix” adlı şokoladı, 2 kiloqrama yaxın “Kit-Kat” adlı şokoladı, 2 kiloqrama yaxın “Bounty” adlı şokoladı və 14 ədəd “Alpen gold” adlı şokoladı Binəqədi rayonu ərazisində olan Xutor adlanan yerdə yerləşən “Ağsu” adlı marketə vermişdir, lakin həmin marketdən ona ora verdiyi malların istifadə müddətinin bitməsi səbəbindən verdiyi ərzaqlar müqabilində pul verilməmişdir və o da həmin malları marketdə qoyub oradan uzqlaşmışdır. Bakı şəhəri, Nəsimi rayonu, Dövlət ittihamçısı küçəsi 21A ünvanında yerləşən Zərərçəkmiş şəxs adlı obyektdən oğuladığı digər ərzaq və əşyaları isə dəyər-dəyməzə 15.10.2021-ci il tarixdən 25.10.2021-ci il tarixədək Binəqədi rayonu Xutor adlanan ərazidə tanımadığı yoldan keçən şəxslərə təklif edərək satmışdır. İfadəsinin sonunda törətdiyi cinayət əməlini etiraf edərək, peşman olduğunu bildirərək, barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi qismində tanınaraq dindirilmiş X4 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs yalnız hadisə ilə əlaqədar tanıyır və onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. Bakı şəhəri, Nəsimi rayonu, Dövlət ittihamçısı küçəsi 21A ünvanında yerləşən Zərərçəkmiş şəxs adlı obyektdən 15.10.2021-ci il tarixdə yeyinti və digər əşyaların oğurlanması faktı barədə məlumatlandırılmışdır. Məlumata görə həmin Zərərçəkmiş şəxs adlı obyektin müdiri Şahid2 Volodya oğlu 14.10.2021-ci il tarixdə saat 22:00 radəsində müdir işlədiyi Nəsimi rayonu, Dövlət ittihamçısı 21A ünvanda yerləşən Zərərçəkmiş şəxs adlı obyektdən marketi açarla bağlayaraq evinə getmişdir. Şahid2 15.10.2021-ci il tarixdə saat 07:45 radəsində qeyd etdiyi Nəsimi rayonu, Dövlət ittihamçısı 21A ünvanda yerləşən Zərərçəkmiş şəxs adlı obyektə gəldikdən sonra oğurluq faktı aşkar etmişdir, belə ki, marketdən oğurluq edilərkən marketin müşahidə kamerası oğurluq edən şəxsi təsbit etmişdir. 15.10.2021-ci il tarixdə baş vermiş hadisə nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs adlı obyektdən 1 kiloqramının qiyməti 14 manat 90 qəpik təşkil edən, ümumilikdə 68 manat 67 qəpik dəyərində 4 kiloqram 609 qram çəkidə “X14” markalı şokoladı, 1 kiloqramının qiyməti 13 manat 60 qəpik təşkil edən, ümumilikdə 54 manat 40 qəpik dəyərində 4 kiloqram çəkidə “Nestle Kit-Kat” markalı şokoladı, 1 kiloqramının qiyməti 14 manat 90 qəpik təşkil edən, ümumilikdə 29 manat 80 qəpik dəyərində 2 kiloqram çəkidə “X10” markalı şokoladı, 1 ədədinin qiyməti 1 manat 60 qəpik olmaqla, ümumilikdə 41 manat 60 qəpik dəyərində 26 ədəd fındıq və üzümlü “Alpengold" markalı şokoladı, 1 ədədinin qiyməti 1 manat 60 qəpik olmaqla, ümumilikdə 36 manat 80 qəpik dəyərində 23 ədəd badam və kokoslu “Alpengold" markalı şokoladı, 1 ədədinin qiyməti 7 manat 20 qəpik olmaqla, ümumilikdə 36 manat dəyərində 5 ədəd 490 qram çəkili “Super Sun" markalı mal əti konservini, 1 ədədinin qiyməti 5 manat 60 qəpik olmaqla, ümumilikdə 28 manat dəyərində 5 ədod 325 qram çəkili "Super Sun” markalı mal əti konservini, 1 ədədinin qiyməti 4 manat 60 qəpik olmaqla, ümumilikdə 32 manat 20 qəpik dəyərində 7 ədəd 200 ml həcmli “Head/sho” markalı şampunu, 1 ədədinin qiyməti 4 manat 30 qəpik olmaqla, ümumilikdə 8 manat 60 qəpik dəyərində 2 ədəd 350 ml həcmli “Elidor" markalı şampunu, 1 ədədinin qiyməti 80 qəpik olmaqla, ümumilikdə 8 manat 80 qəpik dəyərində 11 ədəd 47 qram çəkili “701113” markalı böyürtkən konfeti, 1 ədədinin qiyməti 90 qəpik olmaqla, ümumilikdə 10 manat 80 qəpik dəyərində 12 ədəd 40 qram çəkili “Nestle Kit-Kat" markalı şokoladı, 1 ədədinin qiyməti 80 qəpik olmaqla, ümumilikdə 14 manat 40 qəpik dəyərində 18 ədəd 47 qram çəkili “Tofita” markalı meyvə sulu konfeti, 1 ədədinin qiyməti 1 manat 60 qəpik olmaqla, ümumilikdə 6 manat 40 qəpik dəyərində 4 ədəd 90 qram çəkili “Alpengold" markalı acılı şokoladı, 1 ədədinin qiyməti 4 manat 30 qəpik olmaqla, ümumilikdə 8 manat 60 qəpik dəyərində 2 ədəd 160 qram çəkili “Babaton" markalı balıq konservini, 1 ədədinin qiyməti 80 qəpik olmaqla, ümumilikdə 16 manat 80 qəpik dəyərində 21 ədəd 47 qram çəkili “Tofita" markalı böyürtkən aromalı konfeti, 1 ədədinin qiyməti 30 qəpik olmaqla, ümumilikdə 4 manat 20 qəpik dəyərində 14 ədəd 30 qram çəkili “X15" markalı konfeti, 1 ədədinin qiyməti 30 qəpik olmaqla, ümumilikdə 3 manat 60 qəpik dəyərində 12 ədəd 17 qram çəkili “X12" markalı kofeni, 1 ədədinin qiyməti 20 qəpik olmaqla, ümumilikdə 4 manat 40 qəpik dəyərində 22 ədəd “Caffe Milano gold” markalı kofeni, 1 ədədinin qiyməti 70 qəpik olmaqla, ümumilikdə 1 manat 40 qəpik dəyərində 2 ədəd 250 ml həcmli “X8" markalı energetik içkini, 1 ədədinin qiyməti 70 qəpik olmaqla, ümumilikdə 1 manat 40 qəpik dəyərində 2 ədəd 40 qram çəkili “KDV super baton” markalı konfeti, 1 ədədinin qiyməti 40 qəpik olmaqla, ümumilikdə 10 manat dəyərində 25 ədəd 18 qram çəkili “Milano Capuchino” markalı kofeni, 1 ədəd 3 manat 40 qəpik dəyərində 240 qram çəkili “Libava tomata siyenek” markalı balıq konservini, 1 ədəd 3 manat dəyərində 150 ml həcmli “Rexona deo invisible deamond" markalı dezodarantı, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 1 ədədinin qiyməti 4 manat 39 qəpik olmaqla, ümumilikdə 35 manat 12 qəpik dəyərində 8 ədəd “Head/Sho” markalı mentollu şampunu, 1 ədədinin qiyməti 1 manat 10 qəpik olmaqla, ümumilikdə 42 manat 90 qəpik dəyərində 39 ədəd “M/M penaut” markalı şokoladı, 1 ədədinin qiyməti 1 manat 32 qəpik olmaqla, ümumilikdə 40 manat 92 qəpik dəyərində 31 ədəd “Nestle Kit-Kat Size" markalı şokoladı, 1 ədədinin qiyməti 1 manat 16 qəpik olmaqla, ümumilikdə 33 manat 64 qəpik dəyərində 29 ədəd “Ülker Albeni" markalı tablet şokoladlı peçenyanı, 1 ədədinin qiyməti 7 manat 99 qəpik olmaqla, ümumilikdə 55 manat 93 qəpik dəyərində 7 ədəd çantanı, 1 ədədinin qiyməti 4 manat 29 qəpik olmaqla, ümumilikdə 38 manat 61 qəpik dəyərində 9 ədəd “Elidor” markalı şampunu, 1 ədədinin qiyməti 4 manat 25 qəpik olmaqla, ümumilikdə 42 manat 50 qəpik dəyərində 10 ədəd saç tökülməsinə qarşı “Clear” markalı şampunu, 1 ədədinin qiyməti 1 manat 38 qəpik olmaqla, ümumilikdə 24 manat 84 qəpik dəyərində 18 ədəd “Nestle classic” markalı fındıqlı şokoladı, 1 ədədinin qiyməti 2 manat 25 qəpik olmaqla, ümumilikdə 27 manat dəyərində 12 ədəd “Choco art" markalı fındıqlı şokoladı, 1 ədədinin qiyməti 59 qəpik olmaqla, ümumilikdə 23 manat 01 qəpik dəyərində 39 ədəd "Dirol X Fresh” markalı saqqızı, 1 ədədinin qiyməti 46 qəpik olmaqla, ümumilikdə 28 manat 98 qəpik dəyərində 63 ədəd “Dirol While” markalı istiotlu nanə dadlı saqqızı, 1 ədədinin qiyməti 1 manat 38 qəpik olmaqla, ümumilikdə 24 manat 84 qəpik dəyərində 18 ədəd “Nestle" markalı südlü şokoladı, 1 ədədinin qiyməti 1 manat olmaqla, ümumilikdə 26 manat dəyərində 26 ədod “Pobeda” markalı südlü şokoladı, 1 ədədinin qiyməti 4 manat 60 qəpik olmaqla, ümumilikdə 18 manat 40 qəpik dəyərində 4 ədəd 200 ml həcmli “Head/Sho” markalı şampunu, 1 ədədinin qiyməti 4 manat 25 qəpik olmaqla, ümumilikdə 25 manat 50 qəpik dəyərində 6 ədəd “X13” markalı şampunu, 1 ədədinin qiyməti 50 qəpik olmaqla, ümumilikdə 21 manat dəyərində 42 ədəd “Dirol White” markalı, çiyələk dadlı saqqızı, 1 ədədinin qiyməti 2 manat 99 qəpik olmaqla, ümumdikdə 17 manat 94 qəpik dəyərində 6 ədəd ikili “Panasonic” markalı batareyanı, 1 ədədinin qiyməti 35 qəpik olmaqla, ümumilikdə 11 manat 90 qəpik dəyərində 34 ədəd “Dirol" markalı qarpız dadlı saqqızı, 1 ədədinin qiyməti 85 qəpik olmaqla, ümumilikdə 16 manat 15 qəpik dəyərində 19 ədəd “Pobeda Konditerskaya” markalı südlü şokoladı, 1 ədədinin qiyməti 2 manat 25 qəpik olmaqla, ümumilikdə 13 manat 50 qəpik dəyərində 6 ədəd “X16" markalı şokoladı, 1 ədədinin qiyməti 35 qəpik olmaqla, ümumilikdə 10 manat 85 qəpik dəyərində 31 ədəd “Dirol" markalı nanə dadlı saqqızı, 1 ədədinin qiyməti 35 qəpik olmaqla, ümumilikdə 10 manat 85 qəpik dəyərində 31 ədəd “Dirol" markalı tropik koktely dadlı saqqızı, 1 ədədinin qiyməti 1 manat olmaqla, ümumilikdə 15 manat dəyərində 15 ədəd “Pobeda Portslıy" markalı südlü şokoladı, 1 ədədinin qiyməti 1 manat 38 qəpik olmaqla, ümumilikdə 9 manat 66 qəpik dəyərində 7 ədəd “Nestle” markalı tünd şokoladı, 1 ədədinin qiyməti 0,435 qəpik olmaqla, ümumilikdə 13 manat 05 qəpik dəyərində 30 ədəd “Zebra” maralı araxis üzüm karamelli şokoladı, 1 ədədinin qiymət 90 qəpik olmaqla, ümumilikdə 12 manat 60 qəpik dəyərində 14 ədəd “Pobeda" markalı südlü, üzümlü, fındıqlı şokoladı, 1 ədəd 9 manat 99 qəpik dəyərində battaniyə ədyalı, 1 ədədinin qiyməti 60 qəpik olmaqla, ümumilikdə 11 manat 40 qəpik dəyərində 19 ədəd “Dirol Minion” markalı banan dadlı saqqızı, 1 ədədinin qiyməti 35 qəpik olmaqla, ümumilikdə 7 manat 70 qəpik dəyərində 22 ədəd "Dirol" markalı yemiş dadlı saqqızı, 1 ədədinin qiyməti 60 qəpik olmaqla, ümumilikdə 9 manat dəyərində 15 ədəd “X11 Fruti" markalı saqqızı, 1 ədədinin qiyməti 4 manat 29 qəpik olmaqla, ümumilikdə 8 manat 58 qəpik dəyərində 2 ədəd 325 ml həcmli “Elidor" markalı şampunu, 1 ədədinin qiyməti 2 manat 49 qəpik olmaqla, ümumilikdə 7 manat 47 qəpik dəyərində 3 ədəd “Scholate" markalı şokoladı, 1 ədədinin qiyməti 1 manat 49 qəpik olmaqla, ümumilikdə 5 manat 96 qəpik dəyərində 4 ədəd “Alpengold” markalı südlü-fındıqlı şokoladı, 1 ədədinin qiyməti 35 qəpik olmaqla, ümumilikdə 7 manat dəyərində 20 ədəd 50 qram çəkili “Spirnt batoncik" markalı şokolad, 1 ədəd 5 manat 99 qəpik dəyərində 650 ml həcmli “Elidor" markalı şampunu, 1 ədəd 4 manat 99 qəpik dəyərində 450 qram çəkili “Al Dad" markalı balı, 1 ədəd 4 manat 29 qəpik dəyərində 325 ml həcmli “Elidor " markalı şampunu, 1 ədədinin qiyməti 50 qəpik olmaqla, ümumilikdə 3 manat dəyərində 6 ədəd 25 qram çəkili “X7 Torino" markalı kofeni, 6 ədədinin qiyməti 2 manat 35 qəpik təşkil edən “Kilka Libava" markalı balıq konservini oğurlamışdır və marketə ümumilikdə 1161 manat dəyərində maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən dəymiş maddi ziyan ödənilmədiyindən ona qarşı şikayətçidir və dəymiş maddi ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 14.10.2021-ci il tarixdə saat 22:00 radələrində müdiri olduğu Bakı şəhəri, Nəsimi rayonu, Dövlət ittihamçısı küçəsi 21A ünvanında yerləşən Zərərçəkmiş şəxs adlı obyekti bağlayaraq oradan evə getmişdir. Növbəti gün, yəni 15.10.2021-ci il tarixdə saat 07:45 radələrində evdən müdiri olduğu Zərərçəkmiş şəxs adlı obyektə gəldikdə marketin pəncərəsinin nəfəsliyinin açıq və şüşəsinin sındırılmış olduğunu aşkar etmişdir. Marketə daxil olduqda orada malların dağınıq və səliqəsiz vəziyyətdə olduğunu aşkar etmişdir və marketdən oğurluq olduğunu başa düşmüşdür. Oğurluq faktını aşkar etdikdən sonra dərhal DİN-nin 102 xidmətinə bu barədə məlumat vermişdir. 15.10.2021-ci il tarixdə baş vermiş hadisə nəticəsində Zərərçəkmiş şəxs adlı obyektdən oğurluq edən şəxs 1 kiloqramının qiyməti 14 manat 90 qəpik təşkil edən, ümumilikdə 68 manat 67 qəpik dəyərində 4 kiloqram 609 qram çəkidə “X14” markalı şokoladı, 1 kiloqramının qiyməti 13 manat 60 qəpik təşkil edən, ümumilikdə 54 manat 40 qəpik dəyərində 4 kiloqram çəkidə “Nestle Kit- Kat” markalı şokoladı, 1 kiloqramının qiyməti 14 manat 90 qəpik təşkil edən, ümumilikdə 29 manat 80 qəpik dəyərində 2 kiloqram çəkidə “X10” markalı şokoladı, 1 ədədinin qiyməti 1 manat 60 qəpik olmaqla, ümumilikdə 41 manat 60 qəpik dəyərində 26 ədəd fındıq və üzümlü “Alpengold" markalı şokoladı, 1 ədədinin qiyməti 1 manat 60 qəpik olmaqla, ümumilikdə 36 manat 80 qəpik dəyərində 23 ədəd badam və kokoslu “Alpengold" markalı şokoladı, 1 ədədinin qiyməti 7 manat 20 qəpik olmaqla, ümumilikdə 36 manat dəyərində 5 ədəd 490 qram çəkili “Super Sun" markalı mal əti konservini, 1 ədədinin qiyməti 5 manat 60 qəpik olmaqla, ümumilikdə 28 manat dəyərində 5 ədod 325 qram çəkili "Super Sun” markalı mal əti konservini, 1 ədədinin qiyməti 4 manat 60 qəpik olmaqla, ümumilikdə 32 manat 20 qəpik dəyərində 7 ədəd 200 ml həcmli “Head/sho” markalı şampunu, 1 ədədinin qiyməti 4 manat 30 qəpik olmaqla, ümumilikdə 8 manat 60 qəpik dəyərində 2 ədəd 350 ml həcmli “Elidor" markalı şampunu, 1 ədədinin qiyməti 80 qəpik olmaqla, ümumilikdə 8 manat 80 qəpik dəyərində 11 ədəd 47 qram çəkili “701113” markalı böyürtkən konfeti, 1 ədədinin qiyməti 90 qəpik olmaqla, ümumilikdə 10 manat 80 qəpik dəyərində 12 ədəd 40 qram çəkili “Nestle Kit-Kat" markalı şokoladı, 1 ədədinin qiyməti 80 qəpik olmaqla, ümumilikdə 14 manat 40 qəpik dəyərində 18 ədəd 47 qram çəkili “Tofita” markalı meyvə sulu konfeti, 1 ədədinin qiyməti 1 manat 60 qəpik olmaqla, ümumilikdə 6 manat 40 qəpik dəyərində 4 ədəd 90 qram çəkili “Alpengold" markalı acılı şokoladı, 1 ədədinin qiyməti 4 manat 30 qəpik olmaqla, ümumilikdə 8 manat 60 qəpik dəyərində 2 ədəd 160 qram çəkili “Babaton" markalı balıq konservini, 1 ədədinin qiyməti 80 qəpik olmaqla, ümumilikdə 16 manat 80 qəpik dəyərində 21 ədəd 47 qram çəkili “Tofita" markalı böyürtkən aromalı konfeti, 1 ədədinin qiyməti 30 qəpik olmaqla, ümumilikdə 4 manat 20 qəpik dəyərində 14 ədəd 30 qram çəkili “X15" markalı konfeti, 1 ədədinin qiyməti 30 qəpik olmaqla, ümumilikdə 3 manat 60 qəpik dəyərində 12 ədəd 17 qram çəkili “X12" markalı kofeni, 1 ədədinin qiyməti 20 qəpik olmaqla, ümumilikdə 4 manat 40 qəpik dəyərində 22 ədəd “Caffe Milano gold” markalı kofeni, 1 ədədinin qiyməti 70 qəpik olmaqla, ümumilikdə 1 manat 40 qəpik dəyərində 2 ədəd 250 ml həcmli “X8" markalı energetik içkini, 1 ədədinin qiyməti 70 qəpik olmaqla, ümumilikdə 1 manat 40 qəpik dəyərində 2 ədəd 40 qram çəkili “KDV super baton” markalı konfeti, 1 ədədinin qiyməti 40 qəpik olmaqla, ümumilikdə 10 manat dəyərində 25 ədəd 18 qram çəkili “Milano Capuchino” markalı kofeni, 1 ədəd 3 manat 40 qəpik dəyərində 240 qram çəkili “Libava tomata siyenek” markalı balıq konservini, 1 ədəd 3 manat dəyərində 150 ml həcmli “Rexona deo invisible deamond" markalı dezodarantı, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 1 ədədinin qiyməti 4 manat 39 qəpik olmaqla, ümumilikdə 35 manat 12 qəpik dəyərində 8 ədəd “Head/Sho” markalı mentollu şampunu, 1 ədədinin qiyməti 1 manat 10 qəpik olmaqla, ümumilikdə 42 manat 90 qəpik dəyərində 39 ədəd “M/M penaut” markalı şokoladı, 1 ədədinin qiyməti 1 manat 32 qəpik olmaqla, ümumilikdə 40 manat 92 qəpik dəyərində 31 ədəd “Nestle Kit-Kat Size" markalı şokoladı, 1 ədədinin qiyməti 1 manat 16 qəpik olmaqla, ümumilikdə 33 manat 64 qəpik dəyərində 29 ədəd “Ülker Albeni" markalı tablet şokoladlı peçenyanı, 1 ədədinin qiyməti 7 manat 99 qəpik olmaqla, ümumilikdə 55 manat 93 qəpik dəyərində 7 ədəd çantanı, 1 ədədinin qiyməti 4 manat 29 qəpik olmaqla, ümumilikdə 38 manat 61 qəpik dəyərində 9 ədəd “Elidor” markalı şampunu, 1 ədədinin qiyməti 4 manat 25 qəpik olmaqla, ümumilikdə 42 manat 50 qəpik dəyərində 10 ədəd saç tökülməsinə qarşı “Clear” markalı şampunu, 1 ədədinin qiyməti 1 manat 38 qəpik olmaqla, ümumilikdə 24 manat 84 qəpik dəyərində 18 ədəd “Nestle classic” markalı fındıqlı şokoladı, 1 ədədinin qiyməti 2 manat 25 qəpik olmaqla, ümumilikdə 27 manat dəyərində 12 ədəd “Choco art" markalı fındıqlı şokoladı, 1 ədədinin qiyməti 59 qəpik olmaqla, ümumilikdə 23 manat 01 qəpik dəyərində 39 ədəd "Dirol X Fresh” markalı saqqızı, 1 ədədinin qiyməti 46 qəpik olmaqla, ümumilikdə 28 manat 98 qəpik dəyərində 63 ədəd “Dirol While” markalı istiotlu nanə dadlı saqqızı, 1 ədədinin qiyməti 1 manat 38 qəpik olmaqla, ümumilikdə 24 manat 84 qəpik dəyərində 18 ədəd “Nestle" markalı südlü şokoladı, 1 ədədinin qiyməti 1 manat olmaqla, ümumilikdə 26 manat dəyərində 26 ədod “Pobeda” markalı südlü şokoladı, 1 ədədinin qiyməti 4 manat 60 qəpik olmaqla, ümumilikdə 18 manat 40 qəpik dəyərində 4 ədəd 200 ml həcmli “Head/Sho” markalı şampunu, 1 ədədinin qiyməti 4 manat 25 qəpik olmaqla, ümumilikdə 25 manat 50 qəpik dəyərində 6 ədəd “X13” markalı şampunu, 1 ədədinin qiyməti 50 qəpik olmaqla, ümumilikdə 21 manat dəyərində 42 ədəd “Dirol White” markalı, çiyələk dadlı saqqızı, 1 ədədinin qiyməti 2 manat 99 qəpik olmaqla, ümumdikdə 17 manat 94 qəpik dəyərində 6 ədəd ikili “Panasonic” markalı batareyanı, 1 ədədinin qiyməti 35 qəpik olmaqla, ümumilikdə 11 manat 90 qəpik dəyərində 34 ədəd “Dirol" markalı qarpız dadlı saqqızı, 1 ədədinin qiyməti 85 qəpik olmaqla, ümumilikdə 16 manat 15 qəpik dəyərində 19 ədəd “Pobeda Konditerskaya” markalı südlü şokoladı, 1 ədədinin qiyməti 2 manat 25 qəpik olmaqla, ümumilikdə 13 manat 50 qəpik dəyərində 6 ədəd “X16" markalı şokoladı, 1 ədədinin qiyməti 35 qəpik olmaqla, ümumilikdə 10 manat 85 qəpik dəyərində 31 ədəd “Dirol" markalı nanə dadlı saqqızı, 1 ədədinin qiyməti 35 qəpik olmaqla, ümumilikdə 10 manat 85 qəpik dəyərində 31 ədəd “Dirol" markalı tropik koktely dadlı saqqızı, 1 ədədinin qiyməti 1 manat olmaqla, ümumilikdə 15 manat dəyərində 15 ədəd “Pobeda Portslıy" markalı südlü şokoladı, 1 ədədinin qiyməti 1 manat 38 qəpik olmaqla, ümumilikdə 9 manat 66 qəpik dəyərində 7 ədəd “Nestle” markalı tünd şokoladı, 1 ədədinin qiyməti 0,435 qəpik olmaqla, ümumilikdə 13 manat 05 qəpik dəyərində 30 ədəd “Zebra” maralı araxis üzüm karamelli şokoladı, 1 ədədinin qiymət 90 qəpik olmaqla, ümumilikdə 12 manat 60 qəpik dəyərində 14 ədəd “Pobeda" markalı südlü, üzümlü, fındıqlı şokoladı, 1 ədəd 9 manat 99 qəpik dəyərində battaniyə ədyalı, 1 ədədinin qiyməti 60 qəpik olmaqla, ümumilikdə 11 manat 40 qəpik dəyərində 19 ədəd “Dirol Minion” markalı banan dadlı saqqızı, 1 ədədinin qiyməti 35 qəpik olmaqla, ümumilikdə 7 manat 70 qəpik dəyərində 22 ədəd "Dirol" markalı yemiş dadlı saqqızı, 1 ədədinin qiyməti 60 qəpik olmaqla, ümumilikdə 9 manat dəyərində 15 ədəd “X11 Fruti" markalı saqqızı, 1 ədədinin qiyməti 4 manat 29 qəpik olmaqla, ümumilikdə 8 manat 58 qəpik dəyərində 2 ədəd 325 ml həcmli “Elidor" markalı şampunu, 1 ədədinin qiyməti 2 manat 49 qəpik olmaqla, ümumilikdə 7 manat 47 qəpik dəyərində 3 ədəd “Scholate" markalı şokoladı, 1 ədədinin qiyməti 1 manat 49 qəpik olmaqla, ümumilikdə 5 manat 96 qəpik dəyərində 4 ədəd “Alpengold” markalı südlü-fındıqlı şokoladı, 1 ədədinin qiyməti 35 qəpik olmaqla, ümumilikdə 7 manat dəyərində 20 ədəd 50 qram çəkili “Spirnt batoncik" markalı şokolad, 1 ədəd 5 manat 99 qəpik dəyərində 650 ml həcmli “Elidor" markalı şampunu, 1 ədəd 4 manat 99 qəpik dəyərində 450 qram çəkili “Al Dad" markalı balı, 1 ədəd 4 manat 29 qəpik dəyərində 325 ml həcmli “Elidor " markalı şampunu, 1 ədədinin qiyməti 50 qəpik olmaqla, ümumilikdə 3 manat dəyərində 6 ədəd 25 qram çəkili “X7 Torino" markalı kofeni, 6 ədədinin qiyməti 2 manat 35 qəpik təşkil edən “Kilka Libava" markalı balıq konservini oğurlanmışdır və marketə ümumilikdə 1161 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onun Təqsirləndirilən şəxs ilə heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. ünvan 6 ünvanında yerləşən "Ağsu" adlı marketin sahibidir. 15.10.2021-ci il tarixdə günorta saatlarında həmin marketdə tək olarkən əvvəllər tanıdığı Təqsirləndirilən şəxs marketə əlində ərzaq məhsulları olan kisələrlə daxil olaraq həmin ərzaq məhsullarını satmaq istədiyini ona bildirmişdir. O, Təqsirləndirilən şəxs əlində gətirdiyi kisələrin içərisində olan ərzaq məhsullarına nəzər saldıqda 14 ədəd “Alpen gold” markalı plilka şokoladın, təxminən 2 kiloqrama yaxın “Twix" markalı şokoladın, 2 kiloqrama yaxın “Bounty” markalı şokoladın, 2 kiloqrama yaxın “Kit-Kat" markalı şokoladın olduğunu aşkar etmiş və həmin məhsulların istehlak müddətinin keçməsinə az müddət qaldığı qənaətinə gəldikdə onları almaqdan imtina edərək Təqsirləndirilən şəxs gətirdiyi məhsulları geri götürməsini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs cavabında ona həmin məhsulların istehlak müddətinin bitməsinə az müddət qaldığı təqdirdə sata biləməyəcəyi səbəbindən ona artıq lazım olmayacağını bildirərək həmin məhsulları marketdə qoyaraq oranı tərk etmişdir. Daha sonra o, həmin ərzaq məhsullarını götürərək boş görünməsin deyə vitrinlərə yerləşdirmişdir. 31.10.2021-ci il tarixdə polis əməkdaşları “Ağsu” adlı marketə gəlmişdirlər və ona Qiyas adlı şəxsin 15.10.2021-ci il tarixdə ona verdiyi ərzaq məhsullarının onun tərəfindən oğurluq yolu ilə əldə olunduğunu bildirmişlər. Daha sonra həmin ərzaq məhsullarını protokollaşdıraraq ondan götürmüşlər. İş materiallarında olan Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin təhqiqatçısı Elçin Bədəlzadə tərəfindən tərtib edilmiş 31 oktyabr 2021-ci il tarixli “Maddi sübutların götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15.10.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Dövlət ittihamçısı küçəsi 21A ünvanında yerləşən Zərərçəkmiş şəxs adlı obyektə qanunsuz daxil olaraq oradan oğurluq yolu ilə ələ keçirdiyi ərzaq məhsullarının bir qismi yəni, 14 ədəd “Alpen gold” markalı plitka şokoladı, 1 kiloqram 900 qram çəkidə “Twix" markalı şokolad, 2 kiloqram “Bounty" markalı şokolad və 2 kiloqram 100 qram “Kit-Kat" markalı şokolad Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısı X3 tərəfindən Şahid1 götürülmüşdür (i/v 28-29). İş materiallarında olan 31 oktyabr 2021-ci il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin diskə baxış zamanı müəyyən edilmişdir ki, diskdə 05 ədəd foto şəkil və 06 ədəd videogörüntü vardır. Foto şəkillərə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, bir nəfər üzütüklü şəxs əlində olan işıq saçan alətdən istifadə edərək dükanın daxilində hərəkət edərək ərzaqlara baxmış və onları götürmüşdür. 1 nömrəli video görüntü 09 saniyə davam etmişdir. Həmin videogörüntüyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, bir nəfər qara saçlı və saqqallı ənində göy köynək, qara rəngli şalvar və əyaqqabı olan şəxs Nəsmi rayonu, Dövlət ittihamçısı küçəsi 21A ünvanında yerləşən Zərərçəkmiş şəxs adlı obyektin arxa hissəsi ilə hərəkət edərək keçmişdir. 2 nömrəli video görüntü 15 saniyə davam etmişdir. Həmin videogörüntüyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, bir nəfər qara saçlı və saqqallı, ənində göy vöynək, qara rəngli şalvar və əyaqqabı olan şəxs Nəsmi rayonu, Dövlət ittihamçısı küçəsi 21A ünvanında yerləşən Zərərçəkmiş şəxs adlı obyektin arxa hissəsi ilə sol əlində qara, sağ əlində isə sarı rəngli çantalar ilə sürətlə hərəkət etmişdir. 3 nömrəli video görüntü 09 saniyə davam etmişdir. Həmin videogörüntüyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, bir nəfər qara saçlı və saqqallı, ənində göy köynək, qara rəngli şalvar və əyaqqabı olan şəxs Nəsimi rayonu, Dövlət ittihamçısı küçəsi 21A ünvanında yerləşən Zərərçəkmiş şəxs adlı obyektin arxa hissəsi ilə hərəkət edərək keçmişdir. 4 nömrəli video görüntü 16 saniyə davam etmişdir. Həmin videogörüntüyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, bir nəfər qara saçlı və saqqallı, əynində göy köynək, qara rəngli şalvar və əyaqqabı olan şəxs Nəsmi rayonu, Dövlət ittihamçısı küçəsi 21A ünvanında yerləşən Zərərçəkmiş şəxs adlı obyektin arxa hissəsi ilə sol çiyinindən ağ və göy rənglərdən ibarət ədyala bükülmüş əşyaları daşımaqla hərəkət edərək keçmişdir. 5 nömrəli video görüntü 30 saniyə davam etmişdir. Həmin videogörüntüyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, bir nəfər üzütüklü şəxs dükanın kassasına yaxınlaşaraq kassanın yanında yerləşən vitrindən alışqan görürərək marketdə olan soyuduculara tərəf yaxınlaşmış və onlardan birinin qapısını açaraq oradan ərzaq götürmüşdür. 6 nömrəli video görüntü 28 saniyə davam etmişdir. Həmin videogörüntüyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, bir nəfər qara saçlı və saqqallı, əynində göy köynək, qara rəngli şalvar və əyaqqabı olan şəxs Nəsmi rayonu, Dövlət ittihamçısı küçəsi 21A ünvanında yerləşən Zərərçəkmiş şəxs adlı obyektin arxa hissəsi ilə sağ və sol əllərində içi dolu çantaları daşıyaraq hərəkət etmişdir. Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Kənan Həsənzadə ********* nömrəli cinayət işi üzrə şahid qismində ifadəsi alınmış Təqsirləndirilən şəxs ilə birlikdə ********* nömrəli cinayət işinə əlavə edilmiş 01 ədəd diskə yazılmış olan 06 ədəd videogörüntüyə və 05 ədəd fotoşəkilə baxdıqdan sonra Təqsirləndirilən şəxs diskə yazılmış 06 ədəd videogörüntüdə və 5 ədəd fotoşəkildə olan şəxsin özünün olduğunu və cinayət əməlinin özü tərəfındən törəlməsini etiraf etmişdir. Bu barədə protokol tərtib olunaraq cinayət işinə əlavə olunmuşdur (i/v 57- 58). Məhkəmə baxışı zamanı qeyd olunan CD diskə baxış keçirilmiş və baxış zamanı 31 oktyabr 2021-ci il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 noyabr 2021-ci il tarixli, 9/7946 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 6 adda ərzaq məhsulunun 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 46 manat 60 qəpik və ekspertiza tədqiqatına təqdim edilməmiş, nəzəri qaydada verilmiş 18 adda ərzaq məsullarının 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 39 manat 90 qəpik müəyyən edilmişdir. Digər 37 adda ekspertiza tədqiqatına təqdim edilməmiş, nəzəri qaydada verilmiş ərzaq məhsuları və əşyalar barədə kifayət qədər məlumat (modeli, istehsal yeri, istehsal ili, istismar müddəti, keyfiyyəti, ölçüləri və.s) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır.Ekpertizaya təqdim olunaraq qiymətləndirilmiş mallar ayrı-ayrılıqda 1 ədəd fındıq və üzümlü “Alpengold” şokoladının dəyəri 1 manat 60 qəpik , 1 ədəd badamlı kokoslu “Alpengold” şokoladının dəyəri 1 manat 60 qəpik , 1 kiloqram “X14” markalı şokoladının dəyəri 14 manat 90 qəpik , 1 kiloqram “Nestle Kit-Kat” markalı şokoladın dəyəri 13 manat 60 qəpik, 1 kiloqram “X10” markalı şokoladın dəyəri 14 manat 90 qəpik təşkil etmiş, təqdim olunmamış mallardan isə qiymətləndirilmiş 1 ədəd 490 qram “Super Sun” mal əti konservinin dəyəri 7 manat 20 qəpik, 1 ədəd 325 qram “Super Sun” mal əti konservinin dəyəri 5 manat 60 qəpik, 1 ədəd 200 ml “Head and sho“ markalı şampunun dəyəri 4 manat 60 qəpik, 1 ədəd 350 ml “Elidor” markalı şampunun dəyəri 4 manat 30 qəpik, l ədəd 47 qram “Tofıto” markalı konfetin dəyəri 80 qəpik, 1 ədəd 40 qram “Nestle Kit-Kat” markalı şokoladın dəyəri 90 qəpik, 1 ədəd 47 qram meyvə sulu “Tofıto” konfetinin dəyəri 80 qəpik, 1 ədəd 90 qram “Alpengold” markalı acılı şokoladın dəyəri 1 manat 60 qəpik, 1 ədəd 160 qram “Babaton” markalı balığın dəyəri 4 manat 30 qəpik, 1 ədəd 47 qram “Tofıta” markalı böyürtkən aromalı konfetin dəyəri 80 qəpik, 1 ədəd 150 ml “Rexona deo invisible diamond” markalı dezodorantın dəyəri 3 manat, 1 ədəd 30 qram “X15” markalı konfetin dəyəri 30 qəpik, 1 ədəd 240 qram “Libava” markalı tomata siyenek markalı balığın dəyəri 3 manat 40 qəpik, 1 ədəd 17 qram “X12” markalı kofenin dəyəri 30 qəpik, 1 ədəd “Caffe Milano gold” markalı kofenin dəyəri 20 qəpik, 1 ədəd 250 ml “X8” markalı energetik içkinin dəyəri 70 qəpik, 1 ədəd 40 qram “KDV super baton” markalı konfetin dəyəri 70 qəpik, 1 ədəd 18 qram “Milano capuchino” markalı konfetin dəyəri 40 qəpik təşkil etmişdir (i/v 152-156). İş materiallarında olan “Maddi sübut kimi tanımaq haqqında” 20 dekabr 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə 1 kiloqram 900 qram “Twix” şokoladı, 2 kiloqram 100 qarm “Kit-Kat” şokoladı, 2 kiloqram “Bounty” şokoladı və 14 ədəd “Alpen Gold” plitka formasında şokolad maddi sübut kimi tanınmış və sahibində saxlanılması qərara alınmışdır (i/v 157-159). İş materiallarında olan qəbzdən görünür ki, ********* nömrəli cinayət işi üzrə 1 kiloqram 900 qram “Twix” şokoladı, 2 kiloqram 100 qarm “Kit-Kat” şokoladı, 2 kiloqram “Bounty” şokoladı və 14 ədəd “Alpen Gold” plitka formasında şokolad Şahid2 tərəfindən təhvil alınmışdır (i/v 160). İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 31.10.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)-474/2021 saylı, 01 noyabr 2021-ci il tarixli qərarı ilə barəsində 03 (üç) ay müdətinə həbs qətimkan tədbiri seçilmişdir (72-73, 119-123). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 11.11.2021-ci il tarixli tələbnamədən və Abşeron Rayon Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və sonuncu dəfə Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsi ilə təqsirli bilinərək 07.10.2019-cu il tarixdə Abşeron Rayon Məhkəməsinin hökmü ilə 01 il şərti sınaq müddəti tətbiq edilməklə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı 07.10.2020-ci il tarixdə çəkib qurtardığından məhkumluğu olmayan təqsirləndirilən şəxs hesab edilir (i/v 136-138, 140-149). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 31 oktyabr 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilmədən saxlanılmalı, ondan ekspertiza xərci olan 50 (əlli) manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilməli, iş üzrə maddi sübut kimi tanınmış 1 kiloqram 900 qram “Twix” şokoladı, 2 kiloqram 100 qarm “Kit-Kat” şokoladı, 2 kiloqram “Bounty” şokoladı və 14 ədəd “Alpen Gold” plitka formasında şokoladın sahibində saxlanılması nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 05 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-125/2022 saylı, 21 yanvar 2022-ci il tarixli qərara əsasən 24 yanvar 2022-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 05 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı X1 vəkil işlədiyi Bakı şəhəri, 05 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 31.10.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 kiloqram 900 qram “Twix” şokoladı, 2 kiloqram 100 qarm “Kit-Kat” şokoladı, 2 kiloqram “Bounty” şokoladı və 14 ədəd “Alpen Gold” plitka formasında şokoladın sahibində saxlanılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 05 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-125/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-125/2022
15.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver