Məhkəmə qərarları › İş №1(006)-125/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-125/2023

29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-125/2023 29.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1976-cı il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərər çəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə, tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib şəxsi əlaqələri vasitəsilə sonuncunun oğlu Şahid 35.000 manat pul müqabilində Daxili İşlər Nazirliyinin X4 İdarəsində yol patrul xidməti inspektoru vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq ilkin olaraq məsələnin həlli üçün 15.000 manat pul tələb olunduğunu bildirməklə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs 07 mart 2021-ci il tarixdə, Siyəzən şəhərində yerləşən avtovağzalda 10.000 manat və həmin gün sonuncunun, oğlu Şahid vasitəsilə göndərdiyi həmin günün məzənnəsi ilə 3.400 manat təşkil edən 2.000 ABŞ dolları və 1600 manat pulu Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov 16 ünvanında yerlcşən “Niel” şadlıq sarayının qarşısında Şahid götürüb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs ümumilikdə 15.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs yaşadığı Siyəzən rayonundan tanıyır və onunla birlikdə əvvəllər Bakı-Siyəzən marşrutunda sürücü işləmiş və uzun müddət səmimi dostluq münasibəti olmuşdur. 2021-ci ilin mart ayının əvvəllərində maddi vəziyyəti pis olduğu üçün Zərərçəkmiş şəxs 15.000 manat borc pul istəmişdir. O, həmin vaxtı Siyəzən şəhərində dəqiq xatırlamadığı gün ona 2.000 ABŞ dolları yani 3.400 manat pul vermişdir, pulun qalan hissəsini isə yəni 11.600 manatını oğlu Şahid ona Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Mikrorayon dairəsi yaxınlığında, Niel restoranının qarşısında vermişdir. Daha sonra maddi vəziyyəti pis olduğu üçün həmin pulu ona qaytara bilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əvvəllər məhkum olmamasını, ailəli olmasını, zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri tam həcmdə ödənilməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadəsi, ekspert rəyi, DVD diskində olan audioyazılar və işin digər halları ilə onun əməli tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin mart ayının əvvəllərində tanışı Təqsirləndirilən şəxs ilə oturub yemək yediyi vaxt oğlunun işləmədiyini söhbət əsnasında ona bildirmiş, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsində tanışı olmasını, oğlunu işə düzəltməkdə kömək edəcəyini bildirmişdir. O, həmin tanışının adını çəkməsə də, həmin şəxsin köməyi ilə oğlunu DİN-də DYP-nə Yol patrul xidmətinə inspetkor vəzifəsinə düzəldə biləcəyini söyləmişdir. O, 35000 manat pul verəcəyini, indiyə kimi həmin şəxsin köməyi ilə işə bir neçə nəfər düzəltdiyini, 1500 manatı ilkin, 20000 manatı isə sonra verəcəyini bildirmişdir. O, oğlunun diplomunu, şəxsiyyət vəsiqəsini digər sənədlərini hazırlamağını həmin sənədləri və 15000 manat pulu ilkin olaraq ona verməyini bildirmişdir. Ona görə o, 2021-ci ilin mart ayının 7-də Siyəzən şəhərində avtovağzalın yaxınlığında özünə məxsus olan QAZEL markalı avtomobildə 10000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Səməd sonuncuya 5000 manat pulu da tezliklə hazırlayıb ona verməyini demişdir. Ona görə elə həmin gün saat 16 radələrində oğlu Şahid Bakı şəhəri, Nəsimi rayonunda 3-cü Mikrorayon dairəsinin yaxınlığında yerləşən Niel şadlıqa sarayının önündə 5000 manat (2000 dollar və 1600 manat) pulu Təqsirləndirilən şəxslə görüşüb ona vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs əlaqə saxlayıb təxminən 6 ay sonra işin düzələciyini həmin zamanda 20000 manat pulu ona verməyini bildirmişdir. Dah sonra Təqsirləndirilən şəxslə əlaqə saxlamış, o, “bu gün düzələcək, səhər düzələcək deyərək” 1 il 6 aydan artıq müddətdir ki, 15.000 manat pulumu alıb heç bir iş görməmişdir. Sonradan təxminən 4 ay əvvəl Səməd işin alınmadığını, pulu qaytaracağını bildirmişdir. Səməd əvvəlcə pulu kiməsə verdiyini, həmin şəxsdən alıb verəcəyini sonradan özünün pulu qaytaracağını, evini satıb qaytaracağını bildirmişdir. Lakin, sonradan o, pulu qaytarmamışdır. Kimin köməyi ilə işini düzəldəcəyini soruşduqda o, həmin şəxsin adını deyə bilməyəcəyini bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs onu aldadaraq pulunu ələ keçirib dələduzluq etdiyini bilmişdir. Araşdıma zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, guya 15000 manat pulu ona borc vermişdir. Lakin təhqiqata təqdim etdiyi 1 ədəd diskdə olan səs yazılarda görülür ki, Səməd həmin pulu oğlunu işə düzəltmək üçün almışdır, səs yazılarında bunu özüdə etiraf etmişdir, işin guya alınmadığını, pulunu qısa zamanda qaytaracağını dəfələrlə bildirmişdir. Səmədin qeyd etdiyi kimi oğlunu polisə işə düzəldəcək hər hansı tanışı yoxdur. Bu sonuncunun pulunu ələ keçirməsi üçün uydurduğu yalandır. Ona dəfələrlə həmin şəxslə görüşməyini istəsədə o, müxtəlif bəhanələrlə görüşün alınmayacağını bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs təxminən 3.000 manat pulu geri qaytarmışdır. Həmçinin Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini, sonuncuya qarşı şikayətinin və tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Abdulla oğlu onun atasıdır. Təxminən 2021-ci ilin mart ayının əvvəllərində atası Təqsirləndirilən şəxslə söhbət edərkən o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsində tanışı olmasını işə düzəl məkdə ona kömək edəcəyini bildirmişdir. O, həmin tanışının adını çəkməsə də, həmin şəxsin köməyi ilə onu DİN-də DYP-nə Yol patrul xidmətinə inspetkor vəzifəsinə düzəldə biləcəyini söyləmişdir. Bunun üçün atasına 35000 manat pul lazım olduğunu, indiyə kimi həmin şəxsin köməyi ilə işə bir neçə nəfər düzəltdiyini, 15000 manatı ilkin, 20000 manatı isə sonradan verməli olduğunu demişdir. Atası Zərərçəkmiş şəxs 2021-ci ilin mart ayının 7-də Siyəzən şəhərində avtovağzalın yaxınlığında özünə məxsus olan QAZEL markalı avtomobildə 10000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Səməd ona 5000 manat pulu da tezliklə hazırlayıb verməli olduğunu demişdir. Ona görə elə həmin gün saat 16 radələrində o Bak şəhəri, Nəsimi rayonunda 3-cü Mikrorayon dairəsinin yaxınlığında yerləşən NİEL şadlıqa sarayının qarşısında Ceyhun Səlimov 16 ünvanında 5000 manat(2000 dollar və 1600 manat) pulu Təqsirləndirilən şəxslə görüşüb ona vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs atası ilə əlaqə saxlayıb təxminən 6 ay sonra işin düzələciyini həmin zamanda 20000 manat pulu ona verməyini bildirmişdir. Sonradan təxminən 4 ay qabaq Səməd işin alınmadığını, pulu qaytaracağım bildirmişdir. Səməd əvvəlcə pulu kiməsə verdiyini, hənin şəxsdən alıb verəcəyini sonradan özünün pulu qaytaracağını, evini satıb qaytaracağını bildirmişdir. Lakin, sonradan o, pulu qaytarmamışdır. Atası kimin köməyi ilə işini düzəldəcəyini soruşduqda o, həmin şəxsin adını deyə bilməyəcəyini bildirmişdir. Cinayət işinin 68-ci vərəqəsində olan 14 sentyabr 2022-ci il tarixli axtarışda olan şəxsin yaxalanması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq Nəsimi RPİ-nə gətirilmişdir. Cinayət işinin 110-111-ci vərəqələrində olan 16 sentyabr 2022-ci il tarixli Nəsimi RPİnin baş müstəntiqi M.Mirzəyevin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 167-168-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 39-cu vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 13 avqust 2022ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan DVD diskindəki audioyazılar məhkəmə iclasında səsləndirilərkən müəyyən edilmişdir ki, diskdə 12 ədəd AAC formatlı müxtəlif tarixlərdə adlanmış səs yazıları vardır. Həmin səs yazılarından 14 mart adlanan səs yazısına qulaq asdıqda Təqsirləndirilən şəxs guya hansısa adamla görüşəcəyini, 3-cü gün məsələnin həll oluncağını, səbrli olmasını Zərərçəkmiş şəxs deyir. 21 mart adlanan səs yazısına qulaq asdıqda Təqsirləndirilən şəxs guya hansısa şəxslə danışdığını həmin şəxsə qonaqları olduğunu və konkret cavab vermədiyini deyir. Zərərçəkmiş şəxs həmin səs yazılarında artıq müxtəlif bəhanələrlə vaxtı uzatdığını Təqsirləndirilən şəxs deyərək, artıq nə sərhəd qoşununa nə də digər yerə düzəlməsini istəmədiyini, 1 il ərzində iş pulu geri qaytarmasını tələb edir. 19 aprel adlanan yazıya qulaq asdıqda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yalanların nə qədər davam edəcəyini sual verir, Təqsirləndirilən şəxs isə pulun başqa şəxsdə olmasını və tez bir zamanda pulu qaytaracağını bildirir. Cinayət işinin 134-139-cu vərəqələrində olan 30 yanvar 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş içərisində onunla Təqsirləndirilən şəxs arasındakı səs yazılarını özündə əks etdirən DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılması nəzərə alınmışdır. Cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncu tərəfindən ona vurulmuş ziyan tam ödənilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin, şahidin məhkəmə iclasında verdikləri ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı səsləndirilmiş DVD diskində olan audioyazılar və digər iş materialları ilə onun etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərər çəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxsyə cəza təyin edərkən özünü təqsirli bilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, ailəli olmasını, zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri tamamilə ödəməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, ailəli olmasını, zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri tamamilə ödəməsini Və əməlində ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirli bilindiyi həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli və sonuncunun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində tutulma müddətinin 01 (bir) günü 02 (iki) gün Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Siyəzən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Siyəzən rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut kimi tanınmış DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Ə.H.Fərhadova dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 sentyabr 2022-ci il tarixdən 16 sentyabr 2022-ci il tarixədək, yəni 02 (iki) gün tutulma müddəti 04 (dörd) gün azadlığın məhdudlaşdırılması müddətinə bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Siyəzən rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar