Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-125/2025 06.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs (mülki iddiaçı): Zərər çəkmiş şəxsin Nümayəndə (mülki iddiaçı) nümayəndəsi: Müdafiəçi: «Pro Bono» Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs (mülki cavabdeh) iştirakları ilə xx.xx.1969-cu il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, işləməyən, Beyləqan rayonu, Aşqallar kəndində qeydiyyatda olan, əvvəllər məhkum edilməmiş, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 31 avqust 2024-cü il tarixdə, saat 01:30 radələrində yaşadığı ünvan 1 ünvanın qarşısında "xxxx" MMC ilə bağlanmış müqavilə əsasında qazıntı işləri aparan Zərərçəkmiş şəxs Şahid3 ilə aralarında 2022-ci ilin iyun ayında əldə etdikləri şifahi razılaşma əsasında ödədiyi pul müqabilində aldığı və həmin vaxtdan idarə etdiyi “Doosan 210 W-V” markalı, 10-C-930 dövlət qeydiyyat nişanlı ekskavator vasitəsilə onun bacısı X4 məxsus həmin ünvanda yerləşən fərdi yaşayış evini sökəcəyini güman edərək özgənin əmlakını qəsdən məhv etmək məqsədi ilə tərkibi tez alışan neft məhsulundan ibarət olan iki ədəd şüşə butulkada kustar üsulla hazırladığı mayeni alışdırıb ekskavatorun kabinasına, daha sonra isə mühərrik bölməsinə ataraq 220.000 manat dəyərində “Doosan 210 W-V” markalı, 10-C-930 dövlət qeydiyyat nişanlı ekskavatoru, 220 manat dəyərində 070 ***-**-** saylı GSM nömrə ilə istifadə olunan 1.500 manat dəyərində “Samsung S22” markalı mobil telefonu, içərisində 97 manat pul, həmçinin hər birinin qiyməti 10 manat olmaqla ümumi dəyəri 30 manat təşkil edən 03 ədəd bank kartı olan 06 manat dəyərində pul kisəsini qəsdən yandırmaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 221.853 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla özgənin əmlakını qəsdən zədələyərək məhv etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2023-cü ilin oktyabr ayından 07 noyabr 2024cü il tarixə kimi ünvan 1 ünvanda yerləşən və bacısı X4 məxsus olan evdə yaşamışdır. 07 noyabr 2024-cü il tarixdə həmin ev "xxxx" MMC-nin işçiləri tərəfindən sökülərək məhv edilmişdir. Bakı şəhəri, Nəsimi rayonı, Novruzov Qardaşları küçəsi, 55 saylı ünanda yerləşən evdə yaşamağa başladığı müddətdən həmin ərazidə "xxxx" şirkəti tərəfindən söküntü işləri aparılır, gələcəkdə həmin ərazidə yeni binaların inşası ilə əlaqədar plana düşmüş evlər şirkət tərəfindən sakinlərdən alınaraq sökülür. Lakin bacısı M.Quliyevaya məxsus evin alınması ilə bağlı "xxxx" şirkəti arasında razılıq əldə edilməmişdir. Bu səbəbdən hazırda həmin şirkətlə M.Quliyeva arasında mübahisəyə məhkəmədə baxılır. 31 avqust 2024-cü il tarixdə, saat 01:30 radələrində Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi, 55 saylı ünvanda yerləşən evdə yatarkən həyətdən gələn söküntünün və işlək vəziyyətdə olan ekskavatorun mühərrikinin səsinə yuxudan ayılmış və həyətə çıxanda görmüşdür ki, "xxxx" şirkətinin təxminən 10 nəfərə yaxın işçisi yaşadığı evin dəmir materialdan olan giriş darvazasını və mişar daşlarından inşa edilmiş hasarını ekskavatorla sökürlər. Şirkətin işçiləri onu görən kimi ucadan qışqırıb “vurun bunu” deyərək onu daşa basmışlar. O da qaçıb evə girmiş, sonra isə həyətdəki manqalın yanından içərsində “kerosin” olan şüşə butulkanı götürmüş, şirkətin işçilərinin evi sökəcəklərini və bunun qarşısını ala bilməyəcəyini görüb onları qorxutmaq üçün butulkanın ağzına salfetka keçirərək onu islatmış və sonra alışqanla salfetkanı yandırmışdır. Butulkanı yanan vəziyyətdə atmış, lakin qaranlıq olduğu üçün butulkanın hansı istiqamətdə getdiyini görməmişdir. Sonradan məlum olmuşdur ki, atdığı yanan butulka ekskavatorun üstünə düşdüyünə görə ekskavator yanır. Bu zaman söküntü işlərini aparan işçilər oradan qaçıb getmişlər. Sonra o, mobil telefonu ilə “102” xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Bir az keçdikdən sonra hadisə yerinə polis işçiləri gəlmiş və o, baş vermiş hadisəni polis əməkdaşlarına danışmışdır. Onun ekskavatoru yandırmaq məqsədi olmamışdır. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2022-ci ilin iyun ayında xalası oğlu Şahid1 ona bildirmişdir ki, Rəşad adlı tanışı “Doosan-210 W-V” markalı ekskavator satır. Sonra Elnur onu Rəşadla tanış etmiş və satılan “Doosan-210 W- V” markalı ekskavatoru birlikdə nəzərdən keçirib texniki vəziyyətini yoxlamışlar. O, Rəşada bildirmişdir ki, ekskavatorun pulunu tam şəkildə verməyə maddi imkanı yoxdur, lakin işləyib pulunu hissə-hisə ödəyə bilər. Rəşadla danışıb razılığa gəlmişdir ki, o, ilkin ödəniş olaraq 40.000 manat pul versin, sonrakı 03 il ərizində hər ay Rəşada 4.000 manat olmaqla 144.000 manat, ümumilikdə isə 184.000 manat pul ödəsin. Həmin məbləğ tam ödənilikdən sonra Rəşad ekskavatoru onun adına sənədləşdirəcəkdir. 2022-ci ilin iyun ayında o, Rəşada ilkin olaraq 40.000 manat pul ödəyib “Doosan-210 W-V” markalı ekskavatoru təhvil almış, lakin Rəşad ekskavatora aid sənədləri pul tam ödənilməyincə özündə saxlayacağını bildirmişdir. 2022-ci ilin iyun ayından başlayaraq 2024-cü ilin avqust ayına kimi Rəşada hər ay 4.000 manat olmaqla ümumilikdə 136.000 manat pul ödəmişdir. Bir müddət əvvəl Şahid1 ona bildirmişdir ki, Nəsimi rayonunda “Papanin” deyilən yerdə "xxxx" şirkəti istisamar müddətini başa vurmuş evləri alaraq orada yeni binaların inşasını həyata keçirir, həmin ərazidə söküntü və “katlavan” qazıntısı işləri ilə bağlı ekskavatorçulara ehtiyac vardır. Bununla əlaqədar o, "xxxx" şirkəti ilə əlaqə saxlamış və görüləcək işlərlə bağlı danışıb razılığa gəldikdən sonra şirkətlə xidmət müqaviləsi bağlamışdır. Müvafiq dövlət qurumları ilə əldə edilmiş razılığa əsasən işlərin icrası hər gün saat 22:00-da başlamalı və ertəsi gün səhər saat 06:00-da başa çatmalı idi. Həmin qrafik üzrə o, “Doosan-210 W-V” markalı ekskavatoru ilə orada işləməyə başlamışdır. Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi, 55 saylı ünvanda yerləşən fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs həmin ərazidə işləməyə başladığı vaxtdan tanımışdır. Təqsirləndirilən şəxs yaşadığı evlə bağlı "xxxx" şirkəti ilə Əsədin qohumları arasında məhkəmə işinin olması barədə eşitmiş, lakin mahiyyətinin tam nədən ibarət olmasını dəqiqliyi ilə bilmir. Əsəd bir neçə dəfə onun işlədiyi yerə gələrək işə müdaxilə etmiş, onunla mübahisə yaratmışdır. O isə nə sözü vardırsa, "xxxx" şirkətinin rəhbrliyinə və ya ərazidə olan nümayəndələrinə deməsini Əsədə məsləhət görmüşdür. 31 avqust 2024-cü il tarixdə, gecə saat 01:30 radələrində o, Əsədin yaşadığı evin həyətindən 30-40 metr aralıda “Doosan- 210 W-V” markalı ekskavatorla “katlavan” qazmaqla məşğul olarkən Əsədin həyət tərəfdən qaçaraq onun işlədiyi yerə gəlməsini görmüşdür. Əsədin əlində yanan nə isə olduğu görünürdü. Əsəd ekskavatora çatan kimi əlində olan yanan əşyanı ekskavatorun kabinasına tərəf atmış, bu zaman ekskavatorun kabinəsinin ətrafı və döşəməsi alışıb yanmağa başlamışdır. O, cəld kabinada əyləşdiyi kresoldan qalxaraq özünü yerə atmış, torpaq götürüb alovun üstünə tökərək onu söndürməyə başlamışdır. Bunun üstündən 01 dəqiqə keçməmiş Əsəd həyəti tərəfdən yanan ikinci əşyanı da ekskavatora tərəf atmış və həmin yanan əşya ekskavatorun yanacaq bakının üstünə düşmüşdür. Ekskavator işlək vəziyyətdə olduğundan o, cəlb kabinaya qalxaraq ekskavatorun çalovu ilə yerdən torpaq götürüb alovun üstünə tökməyə başlamışdır. Bu zaman ekskavatorun çalovu Əsədin yaşadığı evin həyətinin daş hasarına dəydiyinə görə hasar az bir qisimdə uçmuşdur. Lakin alovun ekskavatoru bürüdüyünü görüb kabinadan çıxmış, bu zaman ekskavatorun dizel yanacağı ilə dolu olan bakı partlamış və yanan alov ekskavatoru bütünlüklə bürümüşdür. O, qaçaraq kənarda dayanmış, hadisə ilə bağlı kimsə yanğından mühafizə xidmətinə məlumat verdiyi üçün az keçməmiş hadisə yerinə yanğınsöndürən maşını gəlmiş və onlar ekskavatorun alovunu söndürməyə başlamışlar. Bu zaman hadisə yerinə 20-ci polis şöbəsinin əməkdaşları da gəlmişlər. Hadisə zamanı üstündə 070 ***-**-** saylı mobil nömrə olan “Samsung S22” markalı mobil telefonu, həmçinin içərisində 97 manat pul, şəxsiyyət və sürücülük vəsiqələri, 02 ədəd “Kapital Bank” və 01 ədəd "xxxx" ASC-lərə məxsus kartı olan dəri pul qabısı ekskavatorun kabinasında qaldığına görə yanaraq məhv olmuşdur. Sonradan ona məlum olmuşdur ki, Əsədin ekskavatora atdığı yanan əyşalar içərisində benzin olan şüşə butulkalar olmuş, onlara el arasında “Molotov kokteyli” deyirlər. 2022-ci ilin iyun ayında “Doosan-210 W-V” markalı ekskavatoru Rəşad adlı şəxsdən aldıqdan sonra bəzi hissələrini təmir etdirərək şəxsi pulundan ekskavator üçün 36.000 manat xərcləmişdir. Həmin ekskavatoru Rəşaddan 184.000 manata almış, hazıra kimi ona 136.000 manat ödəmiş, hadisə baş verən tarixə Rəşada 48.000 manat borcu qalmışdır. Beləliklə də, hadisənin baş verdiyi tarixə “Doosan-210 W-V” markalı ekskavator ona 220.000 manata başa gəlmişdir. Bundan başqa, 220 manat dəyərində 070 ***-**-** mobil nömrəsi ilə işləyən dəyəri 1.500 manat olan “Samsung S22” markalı mobil telefonu, 97 manat pulu, hər biri 10 manat dəyərində 02 ədəd “Kapital Bank” və 10 manat dəyərində 01 ədəd "xxxx" ASC-lərə məxsus bank kartları, 06 manat dəyərində dəri pul qabısı hadisə zamanı ekskavatorun kabinasında qaldığından yanaraq məhv olmuşdur. Təqsirləndirilən şəxsin tutulmasını arzu etməsə də, ona vurulmuş 221.853 manat dəyərində zərər ödənilmədiyi üçün ondan şikayətçidir. Vurulmuş zərərlə bağlı verilmiş mülki iddiasının təmin olunmasını xahiş edir. Məhkəmədə Şahid1 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun xalası oğludur. 2022-ci ilin iyun ayında tanışı Şahid3lə görüşərkən sonuncu bildirmişdir ki, “Doosan” markalı təkərli ekskavatorunu satmaq istəyir. O da xalası oğlu İlqarın ekskavatorçu olduğunu, lakin özünün texnikası olmadığını, ayrı-ayrı adamlardan ekskavator icarəyə götürərək işlədiyini, bu barədə ona məlumat verəcəyini demişdir. Sonra o, İlqarla görüşərək satılan ekskavator barədə ona danışmış, İlqarın xahişi ilə onu Rəşadla görüşdürərək birlikdə “Doosan” markalı təkərli ekskavatora baxış keçirmişlər. X10 öz aralarında razılaşmışlar ki, 184.000 manata satılan “Doosan” markalı təkərli ekskavatora görə İlqar ilkin olaraq Rəşada 40.000 manat nağd pul versin, daha sonra isə 03 il müddətində hər ay 4.000 manat olmaqla ona ödəniş etsin. Beləliklə də, 03 il müddətində 144.000 manat pul Rəşada ödəniləndən sonra Rəşad “Doosan” markalı ekskavatoru X7 Müfəttişliyində İlqarın adına keçirəcək, pul tam ödənilən vaxta kimi isə ekskavatorun sənədləri Rəşadda olacaqdır. Növbəti gün İlqar Rəşada 40.000 manat ilkin ödəniş edərək “Doosan” markalı təkərli ekskavatoru almışdır. 2024-cü ilin fevral ayının sonlarında "xxxx" şirkəti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsində plana düşən, istismar müddəti keçmiş evlərin söküntüsü və həmin yerdə inşa ediləcək hündürmərtəbəli binaların “katlavan”ının qazıntısı işləri barədə məlumat alaraq şirəktlə əlaqə saxlayıb həmin işlərin yerinə yetirilməsi barədə razılığa gəlmiş və müqavilə bağlamışdır. Sonradan bu barədə Zərərçəkmiş şəxs də məlumat vermiş və o da şirkətlə danışıb müqavilə bağlayaraq həmin ərazidə işləməyə başlamışdır. ünvan 1 ünvanda yerləşən evin sahibi Şahid4 və onun qaynı Təqsirləndirilən şəxs həmin ərazidə işləyən vaxtdan tanıyır. Bir çox sakinlər "xxxx" şirkəti ilə razılaşaraq evlərini şirkətə satmış olsalar da, Şahid4 kiçik ölçülü torpaq sahəsində yerləşən birmərtəbəli yaşayış evini satmaq barədə "xxxx" şirkəti ilə razılıq əldə etməmişdir. Həmin evin hər bir tərəfi satın alınmış ərazi olduğuna görə orada texnika ilə işlər gedirdi. İşlərin icrası hər gün saat 22:00-da başlayır və ertəsi gün səhər saat 06:00-da başa çatır. İstər Yusif, istərsə də Əsəd dəfələrlə onların apardığı işlərə müdaxilə etmiş, şirkət tərəfindən alınmış torpaq sahəsində qazıntı işlərinin aparmağa imkan verməmişlər. 31 avqust 2024-cü il tarixdə, gecə saat 01:30 radələrində İlqar ekskavatorla Əsədin yaşadığı evin hasarından bir qədər aralıda “katlavan” qazmaqla məşğul olan zaman “Doosan” markalı ekskavatorun kabina hissəsində yanğın olmasını görmüş və cəld onun yanına qaçıb gəlmişdir. Bu zaman Əsədin yaşadığı həyətdən yanan butulkanı ekskavatora tərəf atdığını görmüşdür. İlqar ekskavatorun çalovu ilə yerdən torpaq götürüb ekskavatorun yanan hissəsinin üstünə torpaq tökməklə alovu söndürmək istəyərkən, ekskavatorun çalovu Yusifin həyətinin daş hasarına dəyərək bir hissəsini uçurmuşdur. Əsədin həyətdən atdığı yanan butulka ekskavatorun yanacaq çəninin üstünə düşəndən bir qədər sonra partlayış olmuş və ekskavatoru alov bürümüşdür. Bu zaman İlqar özünü kabinadan yerə atmış və qaçıb oradan uzaqlaşaraq kənarda dayanmışdır. Ekskavatoru söndürməyə çalışsalar da, yanğın güclü olduğuna görə alovu söndürmək mümkün olmamışdır. Az sonra hadisə yerinə gələn yanğınsöndürənlər tərəfindən ekskavatorun alovun söndürülmüşdür. Məlum olmuşdur ki, Əsəd Yusifin həyətindən İlqarın işlədiyi ekskavatora yanan vəziyyətdə iki ədəd butulkada “Molotov kokteyli” atmışdır. Məhkəmədə Şahid2 ifadəsində bildirdi ki, 2024-cü ilin əvvəllərindən başlayaraq Nəsimi rayonu, Novruzov Qardaşları küçəsində köhnə binaların söküntü işlərinin aparıldığı ərazidə “MAN” markalı yük avtomobili ilə qazıntı zamanı torpağı, söküntü zamanı isə zibili daşımaqla məşğul olur. 31 avqust 2024-cü il tarixdə, təxminən saat 01:30 radelərində “MAN” markalı yük avtomobili ilə həmin ərazidə “katlavan” qazıntısı zamanı çıxarılan torpağın daşınması ilə məşğul olmuşdur. Xalası oğlu Zərərçəkmiş şəxs isə ekskavatoru ilə Əsədin evinin yaxınlığında, ondan 25-30 metr aralıda işləmişdir. Bu zaman İlqarın işlədiyi ekskavatorun yanmasını görmüş, ekskavatorun yanından qaranlıqda qışqırıq səsləri gəlməyə başlamışdır. O, qaçıb yaxına gələndə İlqarın ekskavatorunu alov bürüdüyünü görmüşdür. Hadisə yerinə yığışmış başqa tanmadığı adamlarla birlikdə ekskavatoru söndürməyə çalışsa da, bu mümkün olmamışdır. Bir qədər sonra hadisə yerinə yanğınsöndürən maşın gəlmiş və yanğınsöndürənlər tərəfindən İlqarın ekskavatorunun alovu söndürülmüşdür. Hadisə yerinə polis əməkdaşları da gəlmişlər. Məhkəmədə Şahid3 ifadəsində bildirdi ki, 02 iyul 2020-ci il tarixdə Koreya istehsalı olan “Doosan solar W-V 210” markalı, 10-C-930 dövlət qeydiyyat nişanlı ekskavatoru 130.000 manata almışdır. 2022-ci ilin iyun ayında bu ekskavatoru satmaq istəyərkən qohumu Şahid1 ona bildirmişdir ki, xalası oğlu Zərərçəkmiş şəxs ekskavator almaq istəyir, lakin onun pulunu tam ödəməyə maddi imkanı yoxdur. Sonra Elnur, İlqar və o görüşüb söhbət edərək belə razılığa gəlmişlər ki, İlqar ilkin olaraq 40.000 manat pul ödəsin, 03 il müddətində də hər ay ona 4.000 manat pul versin. Yekunda İlqar həmin ekskavatora görə ona ilkin ödənişlə birlikdə cəmi 184.000 manat pul ödəməli idi. İlqar 40.000 manat ilkin ödənişi verdikdən sonra o, bu ekskavatoru ona təhvil vermişdir. 2024-cü ilin iyul ayına kimi İlqar ona ümumilikdə 96.000 manat pul ödəmişdir. 31 avqust 2024-cü il tarixdə Elnur ona telefonla məlumat vermişdir ki, gecə saatlarında Nəsimi rayonu ərazisində yerləşən “Papanin” deyilən yerdə İlqar ekskavatorla qazıntı işləri görərkən sakinlərdən bir nəfər benzin dolu butulkaları yandırıb ekskavatora atmış və nəticədə maşın yanaraq yararsız hala düşmüşdür. Həmin vaxtdan sonra İlqar ona aylıq 4.000 manat ödənişləri ödəyə bilməmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi, 55 saylı ünvanda arvadı X2 adına dövlət qeydiyyatına alınmış fərdi yaşayış evim vardır. Təxminən 2-3 ildir həmin ərazidə yerləşən və ayrı-ayrı şəxslərə məxsus olan fərdi yaşayış evləri "xxxx" MMC tərəfindən alınaraq sökülür. Lakin, onun evinin bu MMC tərəfindən alınması ilə bağlı şirkətin icraçı direktorları olan Aslan və İlqar adlı şəxslərlə görüşsə də, qiymət barədə razılığa gəlinməmişdir. Bununla belə, onun evi 18 mart 2023-cü il tarixdə Aslanın göstərişi ilə ağır texnika ilə sökülərək məhv edilmiş, müraciətləri əsasında Nəsimi rayon prokurorluğunda fakta görə cinayət işi başlanmış, sonradan X1 Cinayət Məcəlləsinin 186.2.1, 186.2.2 və 308.1-ci maddələri təqsirləndirilən şəxs qismində cəlb edilərək iş baxılması üçün məhkəməyə göndərilmiş və o şəxs məhkum olunmuşdur. Sonradan şəxsi vəsaiti hesabına o, məhv edilmiş əmlakını bərpa edərək yaşayış üçün yararlı vəziyyətə gətirmiş və qaynı Təqsirləndirilən şəxs 2023-cü ilin noyabr ayından etibarən həmin ünvanda ailəsi ilə birlikdə yaşamağa başlamışdır. 31 avqust 2024-cü il tarixdə, gecə saat 02 radələrində Əsəd ona zəng vuraraq "xxxx" MMC-nin işçiləri tərəfindən ağır texnikanın köməyi ilə onun bu evinin mişar daşlarından inşa edilmiş hasarını və dəmir qapısını uçurduqlarını və onu daşa basdıqlarını demişdir. Bundan sonra o, avtomobili ilə həmin ünvana gəlmiş və orada 20-ci polis şöbəsinin əməkdaşlarının Əsədi şöbəyə apardıqlarını görmüşdür. Əsədin ailə üzvlərinin danışmasından ona məlum olmuşdur ki, onlar evdə yatdıqları zaman "xxxx" MMC-nin işçiləri ağır texnika ilə həyətin daş hasarını və darvazanı uçurmuş, Əsəd də səsə yuxudan oyanıb həyətə çıxmış, bu zaman şirkətin işçiləri Əsəd daşa basmışlar. O da evinin ətrafında MMC-nin işçilərinin və yanmış vəziyyətdə ekskavatorun olmasını görmüşdür. Eyni zamanda, digər tırtıllı ekskavator evin yaxınlığında dayanıb oranı uçurmaq istəyirdi. Həmin ekskavatoru əvvəldən tanıdığı İlqar adlı şəxs idarə edirdi. O da həyətdə yerləşən hamanın üstünə çıxanda bir ədǝd 0,5 litrlik şüşə butulkada benzinin olduğunu görüb onu götürərək tırtıllı ekskavatorun qarşısına tərəf gəlib benzini qoluna tökmüş və MMC-nin işçilərinə evinin uçurulduğu təqdirdə özünü yandıracağını demişdir. Bir müddət sonra hadisə yerinə 3-4 nəfər polis işçisi gələndə MMC-nin işçiləri oradan getmişlər. 07 noyabr 2024-cü il tarixdə isə onun evi yenidən uçurulmuş, o da bununla bağlı Nəsimi rayon prokurorluğuna şikayətlə müraciət etmişdir. Ekskavatorun yandırılmasına görə Əsədə öz iradını bildirmiş, ona məxsus evə görə belə hərəkətə yol verdiyi üçün onu danlamışdır. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onu əridir, onlar baldızıgilə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində 07-08 ay yaşamışlar. 31 avqust 2024-cü il tarixdə, saat 01:30 radələrində evdə yatan zaman partlayış səsinə oyanmışlar. Həyətə çıxmaq istəyən zaman təxminən 10 nəfər şəxsin orada dağıntı-söküntü işlərininin apardığını görmüşlər. Eyni zamanda, üzünü görmədiyi şəxs “uçurun” deyə göstəriş verirdi. Əsədin ekskavatorun üzərinə içərisində maye olan butulkaların atdığını bilavasitə görməsə də, sonradan eşitmişdir ki, Əsəd yaşadıqları evin uçurulmasının qarşısını almaq üçün belə hərəkətə yol verib. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(006)- 97/2023 saylı qərardadı ilə ərizəçi X5 tərəfindən verilmiş “müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə qismən təmin edilmiş, 2(006)-1549/2023 saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək ərizəçiyə məxsus ünvan 1 ünvanda yerləşən 0,02183 hektar torpaq sahəsinin ərazisində qazıntı, söküntü və tikinti işlərinin aparılması "xxxx" MMC-yə qadağan edilmiş, ərizə qalan hissədə təmin edilməmişdir (İ cild, i.v.170-174); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(006)- 291/2024 saylı qərardadı ilə ərizəçi X2 “müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsi təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3586/2024 saylı mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək ərizəçi X4 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə xidmət edən avtomobil və piyada yolunun yerləşdiyi torpaq sahəsinin ərazisində söküntü, qazıntı və tikinti işlərinin aparılması "xxxx" MMC-yə qadağan edilmişdir (İ cild, i.v.14-17); • Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-839/2024 saylı qərarı ilə cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, 51 saylı sərəncamı iddiaçı X2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin altındakı 0,02183 ha torpaq sahəsinə aid hissədə etibarsız hesab edilmişdir (İ cild, i.v.19-26); • “Hadisə yerinə baxış keçirilməs haqqında” xx.xx.2024-cü il tarixli protokola və foto şəkillərə görə ünvan 1 ünvana baxış keçirilən zaman həyətyanı sahənin giriş hissəsinin 30 kv.m. hasar örtüyünün "xxxx" MMC tərəfindən dağıdılması, buradan təxminən 10 metr aralıda rezin təkərli, sarı rəngdə “Doosan” markalı ekskavatorun yanması aşkar edilmişdir (İ cild, i.v.32-42); • “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 31 avqust 2024cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin günü tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 4(006)- 476/2024 saylı qərarı ilə onun barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilərək onun əvvəli 31 avqust 2024-cü il tarixdən hesablanmışdır (İ cild, i.v.55, 106-112); • Zərərçəkmiş şəxs (“İcraçı”) ilə "xxxx" MMC (“Sifarişçi”) arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, 01.03/24 saylı müqaviləyə görə “İcraçı” bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavədə qeyd olunan xidməti (qazıntı işləri) göstərməyi, “Sifarişçi” isə bunun əvəzində Əlavədə müəyyən edilmiş xidmətin dəyərini ödəməyi öhdəsinə götürür (İ cild, i.v.78-81); • “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokola görə Şahid4 ifadəsinə əlavə etdiyi 02 ədəd diskə baxış keçirlir. Birinci diskdə 05 video fayl var. İş üçün əhəmiyyət kəsb edən 02-ci fayldakı 03 dəqiqə 35 saniyə müddətində olan video görüntülərə baxış keçirilən zaman müəyyən edilir ki, yarımtikilinin qarşısında ekskavatorun işləməsi görünür, 20-ci saniyədə Təqsirləndirilən şəxs yaşadığı həyət istiqamətindən qaçaraq işləyən ekskavatora tərəf yanan predmet atır, sonra həyətə qayıdır, hadisə yerində olan adamlar ekskavatorun alovunu söndürməyə çalışır. Görüntünün 02 dəqiqə 37-ci saniyəsində isə Təqsirləndirilən şəxs yaşadığı həyətin içərisindən əlində olan yanan predmeti təkrar olaraq ekskavator tərəfə atır, bir nəfər şəxs də ekskavatorun üstündə dayanaraq alovu söndürmək istəyir, 03 dəqiqə 09-cu saniyədə isə ekskavator partlayır və alov şiddətlənir, ətrafda olan adamlar isə qaçıb aralıda dayanır (İ cild, i.v.140, 212, disklər); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 31 oktyabr 2024-cü il tarixli, 3-16-16/2-10/7113; 9/7414 saylı rəyinə əsasən “Doosan-210 WN” markalı, 64-T-109 dövlət qeydiyyat nişanlı ekskavatorun üzərində yanmış termiki təsir izlərinin xarakterinə və nisbi dərəcəsinə görə müəyyən edilir ki, yanğının mənbəyi ekskavatorun kabinasında və mühərrik bölməsinin üst qapağının üzərində olmuş, yanğın ekskavatorun gövdəsinin digər hissələrinə genişlənmişdir. Yanğının müəyyən edilmiş mənbə zonalarında yerləşən elektrik qurğularının üzərində elektrik təbiətli qəza halı izlərinin olmadığını və yanğının bir-birindən müstəqil-əlaqəsiz zonalarda yaranmasını nəzərə alaraq, yanğın qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni mənbə zonasında olan yanar materialların üzərinə tez alışan neft məhsulunun (benzin, kerosin və ya dizel yanacağı) tökülməsi və sonuncunun kənardan gətirilmiş alışdırıcı mənbənin (alışqan və ya kibrit alovunun) təsirindən alışması nəticəsində baş vermişdir. Tədqiqat obyekti olan “Doosan-210 WN” markalı, 64-T-109 dövlət qeydiyyat nişanlı ekskavatorun və həmin ekskavatora məxsus ehtiyat hissələri barədə respublikada yerləşən yerli internet saytlarında məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir (İ cild, i.v.270-273); • “X11” QSC-nin 14 oktyabr 2024-cü il tarixli texniki rəyindən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən istismar edilən “Doosan Solar-210 WN” markalı THV-nin üzərində aparılmış texniki xidmət və qüsurlarının müəyyən edilməsinə sərf edilmiş işçi qüvvəsi üzrə saat hesabı və detallarının dəyər qiyməti 332.591,66 manat təşkil edir. Ziyan dəymiş detal və aksesuarları siyahı vasitəsilə rəyə əlavə edilir (İ cild, i.v.274-285); • “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 23 noyabr 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin ifadəsində göstərdiyi məbləğlərə istinad etməklə yenidən ittiham elan olunmuş, “Doosan 210 W-V” markalı, “10-C-930” dövlət qeydiyyat nişanlı ekskavator iş üzrə maddi sübut kimi tanınmış və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs olması nəzərə alınmışdır (İ cild, i.v.308-319); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışına görə Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İ cild, i.v.292); • Mülki iddia ərizəsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs ona vurulmuş maddi zərərə görə 221.853 manat pulun cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş edir (İİ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1-ci maddəsinə görə özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərər çəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə, bu Məcəllənin 186.2.2-ci maddəsi isə eyni əməlləri yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda cinayət məsuliyyəti yaranır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 31 avqust 2024-cü il tarixdə, saat 01:30 radələrində yaşadığı ünvan 1 ünvanın qarşısında "xxxx" MMC ilə bağlanmış müqavilə əsasında qazıntı işləri aparan Zərərçəkmiş şəxs idarə etdiyi “Doosan 210 W-V” markalı, 10-C-930 dövlət qeydiyyat nişanlı ekskavator vasitəsilə onun bacısı X4 məxsus həmin ünvanda yerləşən fərdi yaşayış evini sökəcəyini güman edərək özgənin əmlakını qəsdən məhv etmək məqsədi ilə tərkibi tez alışan neft məhsulundan ibarət olan iki ədəd şüşə butulkada kustar üsulla hazırladığı mayeni alışdırıb ekskavatorun kabinasına, daha sonra isə mühərrik bölməsinə ataraq 220.000 manat dəyərində bu ekskavatoru, 220 manat dəyərində 070 ***-**-** saylı GSM nömrə ilə istifadə olunan 1.500 manat dəyərində “Samsung S22” markalı mobil telefonu, içərisində 97 manat pul, həmçinin hər birinin qiyməti 10 manat olmaqla ümumi dəyəri 30 manat təşkil edən 03 ədəd bank kartı olan 06 manat dəyərində pul kisəsini qəsdən yandırmaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 221.853 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla özgənin əmlakını qəsdən zədələyərək məhv etmişdir. Bununla da Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibinin olması müəyyən edildiyindən o, bu maddələr üzrə təqsirli bilinərək ona cəza təyin olunmalıdır. Qeyd olunan əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, eyni zamanda onun yaşını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddinə uyğun cəzanın təyin olunması qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli Qərarına görə Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cinayə-Prosessual Məcəlləsinin 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır (20-ci bənd). Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Qeyd olunanlarla bağlı Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalı, cəza çəkmə müddətinin əvvəli isə “ev dustaqlığı” müddətinin əvvəli olan andan – 31 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış “Doosan 210 W-V” markalı, 10-C-930 dövlət qeydiyyat nişanlı ekskavator zərər çəkmiş şəxsin istifadəsində saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 200 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə müvafiq olaraq ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Bununla bağlı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilməli, cinayət nəticəsində vurulmuş maddi zərərə görə 221.853 manat pul Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 31 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunaraq o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyi Penitensiar xidmətin Konvoy taboru vasitəsilə Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. İş üzrə maddi sübut kimi tanınmış “Doosan 210 W-V” markalı, 10-C-930 dövlət qeydiyyat nişanlı ekskavator zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs istifadəsində saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Mülki iddia təmin edilsin. Cinayət nəticəsində vurulmuş maddi zərərə görə 221.853 (iki yüz iyirmi bir min səkkiz yüz əlli üç) manat pul Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim: Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-125/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-125/2025
06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver