Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-126/2021 31.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Cəbizadə Aybəniz Emin qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1980-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs bilə-bilə hüquq verən saxta sənəddən istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial müdafiə fondunun “Xüsusi Şərtlərlə Təyinat İdarəsf’-nin gerb şəkilli möhürü, eyni zamanda həmin idarənin AzllcS. Bakı şəhəri Z.Bünyadov 43 ünvan, nömrə 121, xx xxx 2019-cu il tarixli ştampı vurulmuş eləcə də “verilir Təqsirləndirilən şəxs ondan ötrü ki, o xx.xx.2015-il tarixdən ömürlük 2-ci qrup əlilliyə görə həqiqətəndə bir min beş yüz iyirmi manat məbləğdə pensiya alır” sözləri yazılmış, habelə rəis müavini Mail Məmmədovun, baş mühasib Zcnfira Abdullayevanın və icraçı Gülsoğra Pənahovanın ad və soyadlarının qarşi3inda başqa şəxs tərəfindən icra olunmuş imzalar olan arayışı xx xxx 2019-cu il tarixdə X1 ə də edərək həmin tarixdə saat 10 radələrində ünvan 3 ünvanında yerləşən “xxxx” məhdud məsuliyyətli cəmiyyətinə təqdim etmiş və orada həmin arayış əsasında onunla bağlanmış “Baku 1-39087-16544 nömrəli xx xxx 2019-cu il tarixli” kredit müqavilədən irəli gələn pul qəbzini xx xxx 2019-cu tarixdə saat 12.30 radələrində ünvan 4 ünvanında yerləşən Bank Respublikanın Nəsimi filialının xəzinəsinə verərək oradan 5000 manat pul nağd şəkildə kredit götürməklə texniki qurğu (skan fotoaparat) vasitəsilə kompüterə köçürülmüş, qrafik proqramı təminatından istifadə edilməklə bir başa axınlı printerdə çap edilmiş, Xüsusi Şərtlərlə Təyinat İdarəsinin möhür və ştampının eksperimental əks nümunələri ilə eynilik təşkil edən bilə-bilə saxta hüquq verən rəsmi sənəd hesab olunan arayışdan istifadə etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin may ayında Sumqayıt şəhərində yerləşən çayxanaların birində xatırlamadığı şəxslərdən biri Əyyub Behbudov adlı şəxsin ayrı- ayrı şəxslərin adına saxta sənədlər düzəldərək banklardan kredit götürməklə məşğul olduğunu dedikdə o, Əyubun əlaqə nömrəsini həmin şəxsdən almışdır. Ə.Behbudova zəng edib Sumqayıt şəhərində onunla görüşmüş və sonuncu hazırda bunun mümkün olmadığını deyərək 10-15 gün ərzində ona xəbər edəcəyini bildirmişdir. Daha sonra 2019-cu ilin may ayının 20- də Ə.Behbudov ona zəng edərək hansı məbləğdə kredit götürmək istədiyini soruşmuş və eyni zamanda özünə zamin tapmasını demişdir. O, 10.000 manat götürmək istədiyini bildirmişdir. Əyyub Behbudov 10000 manatın müqabilində ona 3000 verməli olacağını soruşduqda oda razı olmuş və öz saxta arayış düzəldilməsindən ötrü öz şəxsiyyət vəsiqəsinin sürətini Ə.Behbudova vermişdir. Daha sonra tanışı Şahid1 ilə təsadüf nəticəsində rastlaşdıqda Bankdan kredit götürməsindən ötrü onun özünə zamin qalmasını xahiş etmişdir. Sonuncuda ilk əvvəl razı olmasada, lakin sonradan heç bir təmənna istəmədən razı olmuşdur. xx.xx.2019-cu il tarixdə Ə.Behbudov ona zəng edərək zamini ilə birgə Nəsimi rayonu, 28 may metrosunun yaxınlığında yerləşən “xxxx” adlı banka gəlməsini demişdir. O da ona zamin qalacaq olan Şahid1 ilə birgə Nəsimi rayon, 28 May küçəsi 71/77 ünvanında yerləşən “xxxx” MMC-yə getmişdir. Həmin zaman Ə.Behbudov ona guya xx.xx.2015- ömürlük 2-ci qrup əlil olduğu üçün 1520,45 manat pensiya almağı barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial müdafiə Fondunun “Xüsusi Şərtlərlə Təyinat İdarəsi”nin üzərində “Az11c8. Bakı şəhəri Z.Bünyadov 43” xx xxx 2019-cu il tarixli, 121 nömrəli saxta arayışı verərək bankda kredit mütəxəssisinə təqdim etməsini eləcə də verilən suallara müəyyən cavabların verilməsi məqsədi ilə onu məlumatlandırmışdır. Daha sonra o, Şəmşədlə birgə banka daxil olaraq növbə götürdükdən sonra bank işçisinə yaxınlaşaraq kredit götürmək istədiyini bildirib sənədləri kredit mütəxəssisinə təqdim etmişdir. Kredit mütəxəssisi Şahid2 Şəfıyevna onun ilk dəfə kredit üçün müraciət etdiyini eləcə də zamini Şahid1 rəsmi olaraq heç yerdə işləmədiyi üçün 5000 manat kredit veriləcəyini demişdir. O, 5000 manat kredit götürəcəyinə razılıq verdiyi üçün kredit müxtəsisi onun müraciətini qeydə aldıqdan sonra müsbət halda bank tərəfindən yenidən dəvət olunacaqlarını bildirmişdir. xx.xx.2019-cu il tarixdə bank tərəfindən müsbət cavab alaraq banka dəvət olunduqda o, həmin tarixdə səhər saatlarında Ə.Behbudovla birgə “xxxx” banka gedərək kredit almasına dair 5000 manat miqdarında qəbzi alıb yenidən həmin tarixdə saat 12.30 radələrində birgə ünvan 5 ünvanında yerləşən “Bank Respublika”-nın Nəsimi filialına gedərək oradan da onun üçün ayrılmış 5000 manat pul kreditini götürmüşdür. Daha sonra Ə.Behbudovla birgə aralarında razılaşdıqları kimi 1700 manatı orada sonuncuya vermişdir. Özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, məhkumluğunun olmamasını, krediti ayağında keçiriləcək əməliyyatla bağlı almasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ondan əvvəl ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş “xxxx” kredit BOKT MMC-də Lahiyə rəhbəri vəzifəsində işləyən Şahid2 Şəfıyevna ifadəsində göstərmişdir ki, “xxxx” kredit BOKT MMC-dən kredit götürərkən saxta pensiya arayış təqdim edən şəxslərdən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə 5000 manat kredit götürərkən “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi”-i tərəfindən verilmiş saxta arayışları ona təqdim etmişdir. Lakin o, kredit ayrılmasından ötrü toplanmış sənədləri yoxlayarkən sözü gedən arayışların saxta olmalarını bilməmişdir. Həmin arayışlarla birgə digər sənədləri öz növbəsində yoxlayaraq elektron qaydada “Kredit komitəsi”-nə göndərmiş, orada nəzarəti həyata keçirən eyni zamanda Kredit Analitiki işləyən vəzifəli şəxslər yoxlayaraq onlara kredit verilməsini təsdiqlədikdən sonra “Kredit İnzibatçılar” şöbəsinə yönləndirmişlər və həmin şöbədə hansısa əməkdaş müştəriləri dəvət edərək onlara lazım olan bütün sənədləri imzalatdıqdan sonra xəzinədən kredit götürülməsindən ötrü ödəniş tapşırığı verilərək “Bank Respublika”-nin Nəsimi filialına göndərildiyini bildirmişdir. Cinayət işinin 135-136-cı vərəqələrində olan qətimkan tədbiri seçilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Cinayət işinin 63-66-cı vərəqələrində olan və məhkəmə iclasında tədqiqi edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə texniki ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 2984 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs adma olan xx.xx.2019-cu il tarixli 121 nömrəli arayışın üzərindəki möhür və ştamp əksləri hər hansı bir texniki qurğu (skan fotoaparat və s.) vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə bir başa axınlı printerdə çap edilmişdirlər. Tədqiqata təqdim edilmiş; Təqsirləndirilən şəxs adına olan xx.xx.2019-cu il tarixli, 121 nömrəli arayışın üzərlərindəki “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vanında Dövlət Sosial müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi” məzmunlu möhür və ştamp əksləri ekspertizaya təqdim edilmiş eksperimental əks nümunələri ilə eynilik təşkil edirlər. Cinayət işinin 67-69-cu vərəqələrində olan və məhkəmə iclasında tədqiqi edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə xətşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli, 2985 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs adma olan arayışda “Rəis müavini:” qrafalarındakı imzalar - X8 tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur.Ekspertizaya təqdim olunmuş, Təqsirləndirilən şəxs adına olan arayışda “Baş mühasib:” qrafalarındakı imzalar - X2 tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, Təqsirləndirilən şəxs adına olan arayışda qrafalarındakı imzalar-X4 tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur. Cinayət işinin 64 və 68-ci vərəqələrində olan ekspertizanın xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 62 (altmış iki) manat 52 (əlli iki) qəpik və 112 (bir yüz on iki) manat cəmi olaraq 174 (bir yüz yetmiş dörd) manat 52 (əlli iki) qəpik müəyyən edilmişdir. Cinayət işinin 71-72-ci vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx xxxxxx 2020ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə, 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 02 il müddətə islah işləri cəzasına məhkum olunmuş və xx xxxx 2016-cı il tarixdə AR MM xx xxxx 2016-cı il tarixli Amnistiya Qərarına əsasən təyin edilmiş cəzadan azad edilmişdir. Cinayət işinin 99-cu vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs adına tərtib edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi-nin üzərində “Az11c8. Bakı şəhəri Z.Bünyadov 43 xx.xx.2019-cu il tarixli nömrə 121 sözləri yazılmış ştampı, eləcə də həmin idarənin həqiqi möhürü vurulmuş arayış iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyləri və digər iş materialları ilə onun bilə-bilə hüquq verən saxta sənəddən istifadə etməsi cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsinə əsasən bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə — min manatdan iki minmanatadək miqdarda cərimə və yaiki yüz qırx saatdan üç yüzsaatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, məhkumluğunun olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları - özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, məhkumluğunun olmamasını nəzərə alır və belə hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəzaya məhkum olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs hazırda rəsmi qeydə alınmaqla iş yerinin olmaması, onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsilə islah işləri növündə cəzanın təyin edilməsinə maneə deyildir. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 43.3-cü maddəsinə görə işsiz məhkum özü işə düzəlməli və ya icra məmurunun iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun işlədiyi, qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs adına tərtib edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi-nin üzərində “Az11c8. Bakı şəhəri Z.Bünyadov 43 xx.xx.2019-cu il tarixli nömrə 121 sözləri yazılmış ştampı, eləcə də həmin idarənin həqiqi möhürü vurulmuş arayış cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi olaraq 174 (bir yüz yetmiş dörd) manat 52 (əlli iki) qəpik sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5 və Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili F.Q.Qasımova məhkəməyədək istintaq dövründə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Hüquq Məsləhətxanasının hesabına və Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 21 saata görə 126 (bir yüz iyirmi altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Hüquq Məsləhətxanasının hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinərək qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 09 (doqquz) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli onun qazancından tutulmalar aparıldığı gündən hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs adına tərtib edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi-nin üzərində “Az11c8. Bakı şəhəri Z.Bünyadov 43 xx.xx.2019-cu il tarixli nömrə 121 sözləri yazılmış ştampı, eləcə də həmin idarənin həqiqi möhürü vurulmuş arayış cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 174 (bir yüz yetmiş dörd) manat 52 (əlli iki) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5 istintaq orqanında iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun «xxxx» ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab № AZ41AİİB******************** bankın kodu 200112, VÖEN – 140063561) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 21 saata görə 126 (bir yüz iyirmi altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-126/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-126/2021
31.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver