Məhkəmə qərarları › İş №1(006)-126/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-126/2024

14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-126/2024 14.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, müdafiəçilər Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1981-cü ildə Masallı rayonu, Həsənli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.2.1 və 244-1.2.4-cü maddələri ilə, xx.xx.1998-ci ildə Sabirabad rayonu, Qalaqayin kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, “Huqqa” restoranının müdiri işləyən, Biləsuvar rayonu, Cəbrayıl qəsəbəsində qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.2.1 və 244-1.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən qumar oyunları təşkil edib keçirmiş, həmçinin təkrarən qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlamışdır. Belə ki, o, tamah məqsədilə qumar oyunları təşkil edib keçirmə, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlama barədə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə onlar birgə işlədikləri Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 6 A ünvanında 6-cı mərtəbədə yerləşən «Huqqa» adlı restorana qumar oynamaq üçün müştərilər Şahid2, Şahid3, Şahid1 və Şahid4 dəvət edib onlara həmin məqsədlə otaq verməklə, qumar oynayan həmin şəxslərə qumar oyunu prosesində qida və içki məhsulları təqdim etməklə, müştərilərin qumar oynadığı müddətdə otağa kənar şəxslərin daxil olmasının qarşısını almaq üçün həmin otağın qapısını kilidləmək və digər mühafizə tədbirləri görməklə 2023-cü ilin iyul ayının sonlarında istintaqa məlum olmayan tarix və saatda həmin restoranın istintaqla müəyyən edilməyən otağında qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlamış və qeyd olunan müştərilərin pul vəsaitləri, maddi və sair nemətlər barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və təsadüfdən asılı olan «Poker» və «Texas pokeri» adlı qumar oyunları oynamalarını təşkil edib keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən tamah məqsədilə qumar oyunları təşkil edib keçirmə, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlama barədə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə onlar birgə işlədikləri Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 6 A ünvanında 6-cı mərtəbədə yerləşən «Huqqa» adlı restorana qumar oynamaq üçün müştərilər Şahid2, Şahid3, Şahid1 və Şahid4 dəvət edib onlara həmin məqsədlə otaq verməklə, qumar oynayan həmin şəxslərə qumar oyunu prosesində qida və içki məhsulları təqdim etməklə, müştərilərin qumar oynadığı müddətdə otağa kənar şəxslərin daxil olmasının qarşısını almaq üçün həmin otağın qapısını kilidləmək və digər mühafizə tədbirləri görməklə 2023-cü ilin avqust ayının əvvəllərində istintaqa məlum olmayan tarix və saatda həmin restoranın istintaqla müəyyən edilməyən otağında qumar oyunlarının keçirilməsi üçün təkrarən yer təşkil edib saxlamış və qeyd olunan müştərilərin pul vəsaitləri, maddi və sair nemətlər barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və təsadüfdən asılı olan «Poker» və «Texas pokeri» adlı qumar oyunları oynamalarını təkrarən təşkil edib keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən tamah məqsədilə qumar oyunları təşkil edib keçirmə, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlama barədə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə onlar birgə işlədikləri Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 6 A ünvanında 6-cı mərtəbədə yerləşən «Huqqa» adlı restorana qumar oynamaq üçün müştərilər Şahid2, Şahid3, Şahid1 və Şahid4 dəvət edib onlara həmin məqsədlə otaq verməklə, qumar oynayan həmin şəxslərə qumar oyunu prosesində qida və içki məhsulları təqdim etməklə, müştərilərin qumar oynadığı müddətdə otağa kənar şəxslərin daxil olmasının qarşısını almaq üçün həmin otağın qapısını kilidləmək və digər mühafizə tədbirləri görməklə 2023-cü ilin avqust ayının ortalarında istintaqa məlum olmayan tarix və saatda həmin restoranın istintaqla müəyyən edilməyən otağında qumar oyunlarının keçirilməsi üçün təkrarən yer təşkil edib saxlamış və qeyd olunan müştərilərin pul vəsaitləri, maddi və sair nemətlər barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və təsadüfdən asılı olan «Poker» və «Texas pokeri» adlı qumar oyunları oynamalarını təkrarən təşkil edib keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən tamah məqsədilə qumar oyunları təşkil edib keçirmə, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlama barədə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə onlar birgə işlədikləri Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 6 A ünvanında 6-cı mərtəbədə yerləşən «Huqqa» adlı restorana qumar oynamaq üçün müştərilər Şahid2, Şahid3, Şahid1 və Şahid4 dəvət edib onlara həmin məqsədlə otaq verməklə, qumar oynayan həmin şəxslərə qumar oyunu prosesində qida və içki məhsulları təqdim etməklə, müştərilərin qumar oynadığı müddətdə otağa kənar şəxslərin daxil olmasının qarşısını almaq üçün həmin otağın qapısını kilidləmək və digər mühafizə tədbirləri görməklə 26 avqust 2023-cü il tarixdə həmin restoranın 3 nömrəli otağında qumar oyunlarının keçirilməsi üçün təkrarən yer təşkil edib saxlamış və qeyd olunan müştərilərin pul vəsaitləri, maddi və sair nemətlər barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və təsadüfdən asılı olan «Poker» və «Texas pokeri» adlı qumar oyunları oynamalarını təkrarən təşkil edib keçirmiş, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən 26 avqust 2023-cü il tarixdə saat 21:38 radələrində həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində «Huqqa» adlı restoranın 3 nömrəli otağında müştərilər Şahid2, Şahid3, Şahid1 və Şahid4 qumar oynamaları müəyyən edilmiş, eləcə də otaqda olan masanın üzərindən qumar oyunlarından əldə edilmiş 829 manat və 100 ABŞ dolları pul vəsaitləri, qumar oyunlarının oynanılması üçün nəzərdə tutulmuş 02 dəst oyun kartı və 117 ədəd jeton aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən qumar oyunları təşkil edib keçirmiş, həmçinin təkrarən qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlamışdır. Belə ki, o, tamah məqsədilə qumar oyunları təşkil edib keçirmə, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlama barədə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə onlar birgə işlədikləri Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 6 A ünvanında 6-cı mərtəbədə yerləşən «Huqqa» adlı restorana qumar oynamaq üçün müştərilər Şahid2, Şahid3, Şahid1 və Şahid4 dəvət edib onlara həmin məqsədlə otaq verməklə, qumar oynayan həmin şəxslərə qumar oyunu prosesində qida və içki məhsulları təqdim etməklə, müştərilərin qumar oynadığı müddətdə otağa kənar şəxslərin daxil olmasının qarşısını almaq üçün həmin otağın qapısını kilidləmək və digər mühafizə tədbirləri görməklə 2023-cü ilin iyul ayının sonlarında istintaqa məlum olmayan tarix və saatda həmin restoranın istintaqla müəyyən edilməyən otağında qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlamış və qeyd olunan müştərilərin pul vəsaitləri, maddi və sair nemətlər barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və təsadüfdən asılı olan «Poker» və «Texas pokeri» adlı qumar oyunları oynamalarını təşkil edib keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 tamah məqsədilə qumar oyunları təşkil edib keçirmə, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlama barədə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə onlar birgə işlədikləri Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 6 A ünvanında 6-cı mərtəbədə yerləşən «Huqqa» adlı restorana qumar oynamaq üçün müştərilər Şahid2, Şahid3, Şahid1 və Şahid4 dəvət edib onlara həmin məqsədlə otaq verməklə, qumar oynayan həmin şəxslərə qumar oyunu prosesində qida və içki məhsulları təqdim elməklə, müştərilərin qumar oynadığı müddətdə otağa kənar şəxslərin daxil olmasının qarşısını almaq üçün həmin otağın qapısını kilidləmək və digər mühafizə tədbirləri görməklə 2023-cü ilin avqust ayının əvvəllərində istintaqa məlum olmayan tarix və saatda həmin restoranın istintaqla müəyyən edilməyən otağında qumar oyunlarının keçirilməsi üçün təkrarən yer təşkil edib saxlamış və qeyd olunan müştərilərin pul vəsaitləri, maddi və sair nemətlər barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və təsadüfdən asılı olan «Poker» və «Texas pokeri» adlı qumar oyunları oynamalarını təkrarən təşkil edib keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 tamah məqsədilə qumar oyunları təşkil edib keçirmə, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlama barədə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə onlar birgə işlədikləri Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 6 A ünvanında 6-cı mərtəbədə yerləşən «Huqqa» adlı restorana qumar oynamaq üçün müştərilər Şahid2, Şahid3, Şahid1 və Şahid4 dəvət edib onlara həmin məqsədlə otaq verməklə, qumar oynayan həmin şəxslərə qumar oyunu prosesində qida və içki məhsulları təqdim etməklə, müştərilərin qumar oynadığı müddətdə otağa kənar şəxslərin daxil olmasının qarşısını almaq üçün həmin otağın qapısını kilidləmək və digər mühafizə tədbirləri görməklə 2023-cü ilin avqust ayının ortalarında istintaqa məlum olmayan tarix və saatda həmin restoranın istintaqla müəyyən edilməyən otağında qumar oyunlarının keçirilməsi üçün təkrarən yer təşkil edib saxlamış və qeyd olunan müştərilərin pul vəsaitləri, maddi və sair nemətlər barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və təsadüfdən asılı olan «Poker» və «Texas pokeri» adlı qumar oyunları oynamalarını təkrarən təşkil edib keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 tamah məqsədilə qumar oyunları təşkil edib keçirmə, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlama barədə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə onlar birgə işlədikləri Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 6 A ünvanında 6-cı mərtəbədə yerləşən «Huqqa» adlı restorana qumar oynamaq üçün müştərilər Şahid2, Şahid3, Şahid1 və Şahid4 dəvət edib onlara həmin məqsədlə otaq verməklə, qumar oynayan həmin şəxslərə qumar oyunu prosesində qida və içki məhsulları təqdim etməklə, müştərilərin qumar oynadığı müddətdə otağa kənar şəxslərin daxil olmasının qarşısını almaq üçün həmin otağın qapısını kilidləmək və digər mühafizə tədbirləri görməklə 26 avqust 2023-cü il tarixdə həmin restoranın 3 nömrəli otağında qumar oyunlarının keçirilməsi üçün təkrarən yer təşkil edib saxlamış və qeyd olunan müştərilərin pul vəsaitləri, maddi və sair nemətlər barəsində oynanılan və uduşu qeyrimüəyyənlikdən və təsadüfdən asılı olan «Poker» və «Texas pokeri» adlı qumar oyunları oynamalarını təkrarən təşkil edib keçirmiş, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Klbercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən 26 avqust 2023-cü iİ tarixdə saat 21:38 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində «Huqqa» adlı restoranın 3 nömrəli otağında müştərilər Şahid2, Şahid3, Şahid1 və Şahid4 qumar oynamaları müəyyən edilmiş, eləcə də otaqda olan masanın üzərindən qumar oyunlarından əldə edilmiş 829 manat və 100 ABŞ dolları pul vəsaitləri, qumar oyunlarının oynanılması üçün nəzərdə tutulmuş 02 dəst oyun kartı və 117 ədəd jeton aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, təxminən 2021-ci ilin yaz aylarında ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsini icarəyə götürmüş və oranı restoran kimi işlətməyə başlamışdır. Həmin restoranı qeyri-rəsmi birlikdə yaşadığı Təqsirləndirilən şəxs2 adına rəsmiləşdirmişdir. Onlar həmin restoranı şərikli işlətmək barədə razılaşmışlar. Həmin restoranda 4 otaq və bir zal olmuşdur. Restoranda müştərilərə yemək və içkilər verilmişdir. Şahid2, Şahid3, Şahid4, Şahid1 onun tanışlarıdır. Onlar tez-tez restorana müştəri qismində gəlib-getmişlər. Lakin həmin şəxslərin restoranda qumar oynamaları barədə məlumatı olmamışdır. 26 avqust 2023-cü il tarixdə o, restoranda olmadığı vaxt həmin şəxslər yenidən restorana gəlmişlər və yemək yedikdən sonra orada onun xəbəri olmadan qumar oynamağa başlamışlar. Həmin gün saat 21 radələrində o, dostunun ad günü məclisində iştirak etdiyi vaxt ona zəng gəlmiş və işlətdiyi restorana gəlməsi bildirilmişdir. O da həmin zəngə uyğun olaraq yarım saat ərzində restoranda olacağını bildirmişdir. Bundan sonra o, restorana gəlmiş və polis əməkdaşları onu otaqlardan birinə salaraq təxminən yarım saat orada əlavə beş nəfərlə birlikdə saxlamışlar. Həmin şəxslərdən biri sonra polis əməkdaşları tərəfindən “aradan çıxarılmış”, digər şəxsləri isə onunla birlikdə polis idarəsinə aparmışlar. Polis idarəsində ona təzyiqlər edilmiş və polis əməkdaşlarının qeyd etdiyi formada izahat verməsi tələb edilmişdir. O da polis əməkdaşlarından qorxduğu üçün onların qeyd etdiyi formada izahat vermiş və həmin izahat ona oxunmadan imza etdirilmişdir. Bundan sonra onu 48 saat polis idarəsində saxlamışlar və daha sonra sərbəst buraxılmışdır. İfadəsinin sonunda tərəfindən hər hansı bir cinayət əməlinin törədilmədiyini bildirərək, barəsində bəraət hökmünün verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o və Təqsirləndirilən şəxs1 təxminən 2021-ci ilin yaz aylarında ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsini icarəyə götürmüşlər. Həmin qeyri-yaşayış sahəsini restoran kimi işlətməyə başlamışlar. Onlar həmin restoranı şərikli işlətmək barədə razılaşmışlar. Həmin vaxtdan Təqsirləndirilən şəxs1lə birlikdə restoranı işlətmiş, lakin restoranda işləri əsasən o idarə etmişdir. Həmin restoranda 4 otaq və bir zal olmuşdur və orada restoranda müştərilərə yemək və içkilər verilmişdir. Şahid2, Şahid3, Şahid4, Şahid1 isə Təqsirləndirilən şəxs1 tanışları olmuş və restorana gələrək yeyibiçmişlər. 26 avqust 2023-cü il tarixdə qeyd olunan şəxslər və əlavə bir nəfər tanımadığı şəxs restorana gəlmiş və orada kabinetlərdən birinə keçərək çay sifarişi vermişlər. Bundan sonra ofisiant ora çay və digər qida məhsulları vermişdir. Bundan sonra, o, zalda yerləşən masalardan birində qəlyan çəkərkən qəfildən 12-13 nəfər şəxs restorana daxil olaraq birbaşa qeyd olunan şəxslərin kabinetinə daxil olmuşdur. O, həmin vaxt qorxmuş və ilkin olaraq kabinetə daxil olan şəxslərin polis əməkdaşları olduğunu bilməmişdir. Belə ki, polis əməkdaşları kabinetə daxil olduqdan sonra orada olan müştəriləri döymüşdür. Daha sonra onun iştirakı ilə otağına baxış keçirilmiş və Təqsirləndirilən şəxs1 zəng vurmasını tələb etmişlər. O əvvəlcə Təqsirləndirilən şəxs1 rayonda olduğunu bildirsə də, sonradan polis əməkdaşları mobil şəbəkə vasitəsilə Təqsirləndirilən şəxs1 rayonda olmadığını və onu mütləq çağırmalı olduğunu bildirmişlər. Bundan sonra, o zəng edərək Təqsirləndirilən şəxs1 restorana çağırmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 restorana gəlmiş və sonuncunu otaqlardan birinə aparmışlar. Otaqda olarkən Təqsirləndirilən şəxs1 polis əməkdaşları vurmuşlar. Daha sonra onları polis idarəsinə aparmışlar və orada izahatları alınmışdır. İzahatları alınarkən ona polis əməkdaşlarının qeyd etdiyi formada izahat verməsi tələb olunmuşdur. O da qorxduğundan izahatını polis əməkdaşlarının qeyd etdiyi formada vermişdir. Daha sonra 48 saat müddət keçdikdən sonra o sərbəst buraxılmışdır. İfadəsinin sonunda barəsində qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şahid2, Şahid4 və Şahid1 onun tanışlarıdır və onlarla yaxın dostluq münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs1 isə uşaq yaşlarından tanıyır və onunla uşaq vaxtı bir məhəllədə böyümüşlər. Bundan başqa digər Təqsirləndirilən şəxs2 “Huqqa” restoranına getdikləri vaxtdan tanımışdır. Təqsirləndirilən şəxslərlə heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 adlı qadınla birlikdə ünvan 4 ünvanında yerləşən “Huqqa” adlı restoranı işlətmişdir. Həmin restoranda müştərilərə yemək və içkilər verilmişdir. Buna görə də onun qeyd etdiyi tanışları ilə həmin “Huqqa” restoranında görüşmüşlər. Təxminən 2023-cü ilin iyul ayının sonlarında onlar restoranda olan zaman kabinetdə “poker” adlı qumar oyunu oynamaq qərarına gəlmişlər. Bu barədə restoranın müdiri Təqsirləndirilən şəxs1 zəng vurub icazə almış və həmin vaxt sonuncu kənar şəxslərin məlumatı olmadan qumar oynamalarına icazə verdiyini bildirmişdir. Həmin vaxt tanışlarından kimsə kart və jetonlar gətirmiş və onlar qumar oyunu oynamağa başlamışlar. Onlar əsasən “Texas Pokeri” adlandırılan qumar oyunu oynamışlar. Həmin oyunu oynamaq üçün müxtəlif rəngli jetonlar almışlar. Hər jeton müəyyən məbləğ dəyərində olmuşdur. Onların qumar oynamaqda məqsədi sonda hesabın verilməsi üçün müəyyən məbləğdə pulun toplanması olmuşdur. Bundan sonra kart oynanılmış və pul əvəzinə jeton istifadə etmişlər. Sonda yığılan pul hesabına restoranın hesabı bağlanılmışdır. Eyni qayda ilə 2023-cü ilin avqust ayının əvvəllərində və ortalarında da kafedə qumar oyunu oynamışlar. Onlar qumar oynadıqlarına görə restorana hər hansı ödəniş etməmişlər, yalnız yeyib-içdikləri məhsulların məbləğlərini ödəmişlər. Təqsirləndirilən şəxs1 onların qumar oynadığı vaxt obyektdə olmasa da, Təqsirləndirilən şəxs2 obyektə nəzarət etmişdir. Otağın içəridən kilidi olmuş, əsasən qabını kilidləyib oynamışlar. 26 avqust 2023-cü il tarixdə onlar yenidən qeyd etdiyi şəxslərlə restorana gəlmiş və yemək yedikdən sonra qumar oynamağa başlamışlar. Həmin gün saat 21 radələrində restoranda olan zaman polis əməkdaşları otağa baxış keçirən zaman onların otaqda qumar oynamaları aşkar edilmiş və qumar oyunlarının oynanılması üçün nəzərdə tutulmuş 02 dəst oyun kartı və jetonlar aşkar edilərək götürülmüş, masanın üzərində pul olmasa da, ciblərində olan pullar polis əməkdaşları tərəfindən alınmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs1 obyektdə olmamış və sonuncunun obyektə həmin gün sonradan gəlməsi barədə məlumatı olmamışdır. Ümumiyyətlə, ilk dəfə Təqsirləndirilən şəxs1 qumar oyunu üçün icazə alındıqdan sonrakı vaxtlarda oynadıqları qumar oyunları üçün sonuncudan icazə alınmamışdır. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra izahat vermək üçün polis idarəsinə aparılmışlar. Polis idarəsində 48 saat saxlanıldıqdan sonra sərbəst buraxılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid4 da şahid qismində dindirilmiş Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2023-cü ilin avqust ayının ortalarında internetdə gördüyü elan əsasında “Huqqa” restoranında ofisant kimi işə başlamışdır. Onu işə Təqsirləndirilən şəxs1 qəbul etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 restoranı Təqsirləndirilən şəxs2 ilə birlikdə işlətmişdir. Restoranda onların işlərinə Təqsirləndirilən şəxs2 nəzarət etmişdir. Ondan başqa restoranda bir nəfər əlavə ofisiant olmuşdur. Həmin restoranda 4 otaq və bir zal olmuş və restoranda müştərilərə yemək və içkilər verilmişdir. 26 avqust 2023-cü il tarixdə restoranda işlədiyi müddətdə birinci dəfə gördüyü müştərilər restorana daxil olmuşdur. Həmin müştərilər zalda yemək yedikdən sonra kabinetə keçmişlər. Müştərilər restoranda olduğu vaxt Təqsirləndirilən şəxs1 orada olmamışdır. Qeyd olunan müştərilər çay sifariş vermişlər. Həmin gün saat 21 radələrində restoranda olan zaman polis əməkdaşları restorana daxil olmuşlar. Onlar müdiriyyətlə danışdıqdan sonra 3 nömrəli kabinetə baxış keçirilən zaman həmin şəxslərin otaqda qumar oynamaları aşkar edilmiş və polislərin dediklərinə görə masanın üzərindən 829 manat və 100 ABŞ dolları məbləğində pul vəsaiti, həmçinin qumar oyunlarının oynanılması üçün nəzərdə tutulmuş 02 dəst oyun kartı və jetonlar aşkar edilərək götürülmüşdür. Lakin onun həmin otaqda qumar oynanılmasından xəbəri olmamışdır. Sonradan Təqsirləndirilən şəxs1 restorana çağırmışlar. Onun özü isə izahatı alınması üçün polis idarəsinə aparılmışdır. Şahid2 xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclaslarında iştirak edə bilmədiyini, istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317-ci maddəsinə əsasən Şahid2 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 06 sentyabr 2023cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.2.4cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v.1); “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 26 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən 26 avqust 2023-cü il tarixdə saat 21:38 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 6A ünvanında yerləşən “Huqqa” adlı restoranın 3 nömrəli otağına Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 icazəsi və iştirakı ilə baxış keçirilən zaman otaqda müştərilərin qumar oyunu oynamaları müəyyən edilmiş və həmin masanın üzərindən qumar oyunlarından əldə edilmiş 829 manat və 100 ABŞ dolları məbləğində pul vəsaiti, həmçinin qumar oyunlarının oynanılması üçün nəzərdə tutulmuş 02 dəst oyun kartı və jetonlar aşkar edilərək götürülmüşdür. (i.v.11-13); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməsi və məhkum olunmasına dair məlumat yoxdur. (i.v. 44); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməsi və məhkum olunmasına dair məlumat yoxdur. (i.v. 45); “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 16 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.2.1 və 244-1.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v. 107-108); “Qətimkan tədbirinin seçilməsi haqqında” 16 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 119). “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 16 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.2.1 və 244-1.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v. 123-124); “Qətimkan tədbirinin seçilməsi haqqında” 16 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 140). “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 15 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.2.4-cü maddəsindən, həmin Məcəllənin 244-1.2.1 və 244-1.2.4-cü maddələrinə tövsif edilmişdir. İş üzrə 01 ədəd DVD disk öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və iş materiallıarında saxlanılması nəzərə alınmışdır. Bundan əlavə, baxış zamanı götürülmüş 829 manat və 100 ABŞ dolları məbləğində pul və 02 dəst oyun kart, 117 ədəd jeton öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək 02 dəst oyun kart, 117 ədəd jetonun Azərbaycan Respublikası DİN-in KMBİ-nin Maddi sübutların saxlanılması kamerasına və 829 manat və 100 ABŞ dolları pul vəsaiti isə Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin depozit hesabına təhvil verilməsi qərara alınmışdır. (i.v. 86-94). “Nağd pulun depozit hesabına təhvil verilməsi haqqında” 15 dekabr 2023-cü il tarixli qərardan görünür ki, baxış zamanı götürülmüş 829 manat və 100 ABŞ dolları pul vəsaitinin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin depozit hesabına təhvil verilməsi qərara alınmışdır. (i.v. 97). “Maddi sübut hesab etmə haqqında” 16 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 əlavə dindirilməsi zamanı çəkilmiş videogörüntü olan 01 ədəd DVD disk öz xüsusiyyətlərinə və əlamətlərinə görə, mənşəyinə görə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və iş materiallarına əlavə edilməsi qərara alınmışdır. (i.v. 142-143). Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 18 avqust 2022-ci il təvəllüdlü X4 adlı bir azyaşlı uşağı vardır. (i.v.50). Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 19 may 2006-cı il təvəllüdlü X5, 25 aprel 2009-cu il təvəllüdlü X6 və 25 noyabr 2013-cü il təvəllüdlü X7 adlı yetkinlik yaşına çatmayan uşaqları vardır. (i.v.55). "xxxx" Mənzil-Tikinti Kooperativinin sədri B.A.Əliyev tərəfindən verilmiş 11 sentyabr 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Həmzə Babaşov küçəsi, ev 11, mənzil 50-də yaşayır və o, binada yaşadığı müddətdə özünü yaxşı tərəfdən göstərmiş, binanın cari işlərində fəal iştirak etmiş, qonşularla problem yaşamamış və əlaqələri əla olmuşdur (i.v. 58). Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi Təqsirləndirilən şəxs2 etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Hazırkı cinayət işinin materiallarına, habelə bu materiallardan irəli gələn və yuxarıda işin faktiki halları ilə bağlı gəlinən nəticəyə əsaslanan məhkəmə ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək “Huqqa” adlı restoranda qumar oynanılmasından qətiyyən xəbərinin olmaması ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə təqsirləndirilən şəxsin həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək “Huqqa” adlı restoranda qumar oynanılmasından qətiyyən xəbərinin olmaması ilə bağlı ifadə versə də, iş üzrə məhkəmə istintaqı zamanı ifadəsini vermiş Şahid3 ilk dəfə qumar oynanılmasına icazəni zəng edərək Təqsirləndirilən şəxs1 aldığını və sonuncunun ona kənar şəxslərin xəbəri olmadan, yəni gizli olaraq qumar oynamalarına icazə verdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 244-1.2.1 və 244- 1.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi CM-in 244-1.2.1 və 244-1.2.4-cü maddələri cinayətin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.2.1 və 244-1.2.4-cü maddələrinə əsasən qumar oyunlarının təşkili və ya keçirilməsi, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkiletmə və ya saxlama təkrar törədildikdə və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə – on min manatdan on beş min manatadək miqdarda cərimə və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini etiraf etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.2.1 və 244- 1.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Eyni zamanda təqsirləndirilən şəxslər barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış baxış keçirilməsi zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd DVD diskin və əlavə dindirmə zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-nin KMBİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş 02 dəst oyun kartı və ümumilikdə 117 ədəd jeton hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-nin Maliyyə- Plan İdarəsinin depozit hesabına təhvil verilmiş 829 manat, 100 ABŞ dolları pul vəsaiti hökm qanuni qüvvəyə mindikdən sonra dövlət hesabına müsadirə olunmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-126/2024 saylı, xx.xx.2024-cü il tarixli qərara əsasən xx.xx.2024-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs2 göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 419-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.2.1 və 244-1.2.4-cü maddələri ilə təqsirli bilinsin, ona 10000 (on min) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.2.1 və 244-1.2.4-cü maddələri ilə təqsirli bilinsin, ona 10000 (on min) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış baxış keçirilməsi zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd DVD diskin və əlavə dindirmə zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-nin KMBİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş 02 dəst oyun kartı və ümumilikdə 117 ədəd jeton hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-nin Maliyyə- Plan İdarəsinin depozit hesabına təhvil verilmiş 829 manat, 100 ABŞ dolları pul vəsaiti hökm qanuni qüvvəyə mindikdən sonra dövlət hesabına müsadirə olunsun. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar