Məhkəmə qərarları › İş №1(006)-127/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-127/2020

13.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-127/2020 13.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1999-cu ildə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Siyəzən şəhəri, T.İsmayılov küçəsi, ev 20, mənzil 17-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi üzrə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 243 saylı ünvanda yerləşən “Bazar Market” adlı mağazada ora müştəri kimi daxil olmuş Zərərçəkmiş şəxslə aralarında yaranmış mübahisə zamanı onun baş nahiyyəsindən kəllə ilə vurmaqla burun sümüklərinin yerdəyişmiş sınığı ilə müşayət olunan burun nahiyyəsinin qançır-şişkinliyi və səthi əzilmiş-cırılmış yarası ilə müşayiət olunan, ümumilikdə zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 243 saylı ünvanda yerləşən “Bazar Market” adlı mağazada işləyir. xx.xx.2020-ci il tarixdə, təxminən saat 18 radələrində mağazada olan zaman Zərərçəkmiş şəxs müştəri kimi mağazaya daxil olmuş və spirtli içki götürüb kassaya yaxınlaşmışdır. Bu zaman kassada olan satıcı Sədaqət Əliyeva ilə Zərərçəkmiş şəxs arasında sözlə mübahisə olduğunu eşidib onlara yaxınlaşmışdır. O, Zərərçəkmiş şəxs sakitləşdirmək istəsə də, sonuncu onun ünvanına nalayiq sözlər işlətmişdir. Buna görə də o, onun baş nahiyyəsindən vurmuşdur. Hazırda zərər çəkmiş şəxslə barışmışdır. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, xx.xx.2020-ci il tarixdə, təxminən saat 18 radələrində dostları ilə görüşmək üçün “Səməd Vurğun” parkının yaxınlığında yerləşən “Delikotes” adlı restorana gedən zaman D.Əliyeva küçəsində yerləşən “Bazar Market” adlı mağazaya daxil olmuş, soyuducudan qiyməti 01 manat olan iki ədəd “Go” adlı energetik içki götürmüşdür. İçkilərin pulunu kassada ödəmək istərkən satıcı qız ondan 03 manat 60 qəpik pul istəmişdir. O isə bu içkinin üzərində qiymətinin 01 manat göstərildiyini deyəndə, satıcı ona kobud cavab vermiş və bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı orada olan və adı sonradan ona Aydın kimi məlum olan şəxs heç bir səbəb olmadan onun burun nahiyyəsindən kəllə ilə vurmuşdur. Nəticədə o, burnundan xəsarət almış, sınıq əmələ gəlmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona vurulmuş zərər ödənilmişdir. İş materiallarında olan: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT X3 Şəxsin Nəsimi rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 219 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət – burun sümüklərinin yerdəyişmiş sınığı ilə müşayiət olunan burun nahiyəsinin qançır-şişkinliyi və səthi əzilmiş-cırılmış yarası bərk küt əşyanın (əşyaların) təsirindən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər (İ cild, i.v.40-41); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx.xx.2020ci il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, i.v.71); - Məhkəmənin çağırışlarına üzürlü səbəblər olmadan gəlməyərək məhkəmədən yayındığı üçün Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilərək onun axtarışı elan olunmuş, xx.xx.2020-ci il tarixdə isə o, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir (İİ cild). Beləliklə, məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından azad olunmalıdır. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 127.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından azad olunsun. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar