Məhkəmə qərarları › İş №1(006)-127/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-127/2024

12.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-127/2024 12.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Masallı şəhəri, Qarabağ küçəsi, ev 30/22-də qeydiyyatda olan və Bakı şəhəri, Nəsimi rayonu, Mircəlal küçəsi, ev 55, mənzil 24-də yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,666 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Nizami Rayon Pols İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 29 iyul 2023-cü il tarixdə, saat 02:50-də ünvan 1 ünvanın qarşısında saxlanılaraq ünvan 2zami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0.666 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,291 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib özündə saxlamaqla daşımış, Nəsimi Rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 05 avqust 2023-cü il tarixdə, saat 00:30-da ünvan 4 ünvanın qarşısında saxlanılaraq Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında yerləşən polis idarəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0.291 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, yəni Nizami RPİ-nin 25-ci PŞ-də olan fakt üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 29 iyul 2023-cü il tarixdə saat 01 radələrində “Şamaxinka” adlanan ərazidən tanımadığı şəxsdən 15 manat müqabilində 01 bükümdə narkotik vasitə heroin almışdır. Həmin vasitəni əynində olan şalvarının cibinə yerləşdirmişdir. 29 iyul 2023-cü il tarixdə saat 02 radələrində ünvan 6 ünvanın qarşısında dayandığı zaman 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişdir. Polis əməkdaşları ona narkotik vasitələrin istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul olmağında şübhəli bilindiyini bildirərək onu 25-ci PŞ-nə dəvət etmişlər. Şöbənin inzibati binasının daxilində ona hüquq və vəzifələrini izah etmişlər və o, ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmağını xahiş etmişdir. Az bir vaxtdan sonra o, dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Həmin vaxtı polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O, etiraz etməmiş və üzərinə şəxsi axtarış keçirilməsinə razılıq verərək vəkilin iştirakı ilə şəxsi axtarışın keçirilməsi barədə ərizə yazmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim elməyi təklif olunmuşdur. Həmin vaxtı o, əynində olan açıq mavi rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü təqdim edərək həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu demişdir. Bundan sonra təqdim etdiyi bükümlərə baxış keçirilmişdir. Baxış zamanı büküm polis əməkdaşı tərəfindən açılmışdır. Onun içərisində heroin aşkar olunmuşdur. Aşkar edilmiş vasitə 01 ədəd bağlamaya qoyularaq qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Ondan heroinin haradan əldə etdiyini soruşduqda o həmin heroini “Şamaxinka” adlanan ərazidən tanımadığı şəxsdən 15 manat müqabilində aldığını demişdir. Bundan sonra üzərində şəxsi axtarış davam etdirilsə də, üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, o və polis əməkdaşları həmin protokolun doğruluğunu imzaları ilə təsdiq etmişdir. Bundan başqa o, xx.xx.2023-cü il il tarixdə saat 00:30 radələrində ünvan 7 ünvanın qarşısında olan zaman ona 2 nəfər mülki geyimli şəxslər yaxınlaşmışdır. Həmin şəxslər özlərini polis olaraq təqdim etdikdən sonra, onlar psixotrop və narkotik maddə istifadə etməyi barədə şübhəli olduğunu bildirərək onu Nəsimi RPİ-nə dəvət etmişlər. İdarənin inzibati binasının daxilində ona hüquq və vəzifələrini izah etmişlər və o, ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmağını xahiş etmişdir. Az bir vaxtdan sonra o, dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Daha sonra isə müdafiəçisinin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına etiraz etmədiyini bildirmişdir. Xidməti otaqda olarkən ondan üstündə, paltarında, paltarlarının ciblərində və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. O, ilk öncə əynindəki göy rəngli cins şalvarın cibindən özünə məxsus KGTEL markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyduqdan sonra əynindəki göy rəngli cins şalvarın cibindən bir ədəd ağ kağıza bükülmüş və içərisində sarı kağıza bükülmüş ağ rəngli kristal şəkilli maddəni çıxarıb masanın üzərinə qoymuşdur. Bütün bunlardan sonra onun üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, o da, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra onun üzərində axtarış aparılmağa başlanılmışdır. İlk öncə onun geyindiyi göy rəngli cins şalvarının sağ və sol yan ciblərinə baxılmış, heç nə aşkar olunmamışdır. Ondan sonra əynində ağ rəngli boz zolaqları olan uzunqol köynəyinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra isə ona ayaqqablarını çıxarması tələb olunmuş, o, ayaqabılarını çıxarıb silkələmiş, heç bir əşya aşkar edilməmiş və ona ayaqqabılarını geyinməyini və üst-başını səliqəyə salması tələb edilmişdir. Sonra isə ondan üzərindən aşkar edilmiş əşyanı adını deməklə təqdim etməsi təklif olunmuşdur. O, bir ədəd ağ kağıza bükülmüş içərisində sarı kağızda olan ağ kristal şəkilli maddənin el içində “Patı” deyilən psixotrop maddə «Metamfetamin» olduğunu bildirmişdir. O, uzun müddətdir psixotrop maddə istifadə etdiyini, həmin psixotrop maddəni xx.xx.2023-cü il tarixdə Nəsimi rayonu Sovetski deyilən ərazidə tanımadığı şəxsdən 5 manata özünün istifadəsi üçün aldığını bildirmişdir. KGTEL markalı telefonu iş üçün əhəmiyyət kəsb etdiyi üçün saxlanılmışdır. Bundan sonra iştirakçılara bir ədəd ağ kağıza bükülmüş içərisində sarı kağızda olan ağ rəngli kristal şəkilli maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğunu görmüşdür. Bundan sonra həmin maddə zərfə qoyularaq zərfin ağzı Nəsimi RPİ-nin zərf üçün nəzərdə tutulmuş 186 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı həmin zərfin üzərini imzalamışdır. Şəxsi axtarış və götürmə zamanı onun heç bir şikayəti və vəsatəti olmamışdır. Ona görə də, protokol tərtib olunmuş, ucadan oxunmuş, protokolun düzgünlüyünü imzalarla təsdiq etmişdirlər. O, həmçinin ifadəsində narkotik maddə heroin və psixotrop maddə metamfetamini aldığı şəxsi tanımadığı, ilk dəfə gördüyü üçün zahiri görünüşünün yadında qalmadığı, narkotik maddələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, təhqiqatçıdan əvvəl heç kimin onun üzərində şəxsi axtarış aparmadığını, heç bir zorakılığa məruz qalmadığını fikirli olduğu üçün şəxsi axtarış zamanı metamfetamini xx.xx.2023-cü il tarixdə aldığını, lakin xx.xx.2023-cü il tarixdə aldığını bildirmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, ağır ailə vəziyyətinin olduğunu, atasının 1-ci qrup əlil olduğunu, himayəsində bir azyaşlı uşağının olduğunu, ailəsinə yeganə baxan şəxs olduğunu bildirərək barəsində həbslə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə fiziki-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, 29 iyul 2023-cü il tarixdə İlqar adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Nizami RPİ-nin 25-ci PŞ-nə məlumat daxil olmuş, buna görə də İlqar adlı şəxsin ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə əlaqədar 29 iyul 2023-cü il tarixdə saat 02:50 radələrində o, və Nizami RPİ-nin 25-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid4 İlqar adlı şəxsin ünvan 1 ünvanın qarşısında dayandığını görüb ona yaxınlaşmış və İlqara özlərini təqdim etmişdirlər. Daha sonra əməliyyat tədbirinin keçirilməsi haqqında qərarla İlqarı tanış edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış aparılması məqsədi ilə Nizami RPİ-nin 25-ci PŞnə getməsini İlqara təklif etmişdirlər. İlqar etiraz etməyərək onlarla polis şöbəsinə getmişdir. Həmin vaxt İlqar adlı şəxsin Təqsirləndirilən şəxs olduğunu dəqiqləşdirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmağını xahiş etmişdir. Qısa müddət sonra Bakı şəhəri, 6 saylı Vəkil Bürosunun vəkili X13 şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra həmin gün saat 04 radələrində 25-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı X14 məxsus olan xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində ağ-qara zolaqlı uzunqol köynək, açıq mavi rəngli cins şalvar və ayağında göy rəngli ayaqqabı olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan açıq mavi rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofan bağlamanı təqdim etmişdir. Baxış zamanı 01 ədəd şəffaf sellofan bağlamanın içərisində isə qəhvəyi rəngli narkotik vasitə heroin aşkar olunmuşdur. Aşkar edilmiş həmin vasitə 01 ədəd zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroini haradan əldə etdiyini soruşduqda sonuncu həmin heroini Şamaxinka adlanan ərazidə tanımadığı şəxsdən 15 manat müqabilində aldığını söyləmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, sonuncunun üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış yekunda protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş o, və digər iştirakçılar həmin protokolun doğruluğunu imzaları ilə təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid5 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin NMB-də əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, bu barədə rəisə məruzə olunduqdan sonra ondan və Nəsimi RPİ-nin NMB-nin kiçik inspektoru polis serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 05 avqust 2023-cü il tarixdə saat 00:30-da ünvan 7 ünvanının qarşısında xarici əlamətlərindən Təqsirləndirilən şəxs oxşayan şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirmişdirlər. Bundan sonra həmin şəxsdən özünü təqdim etməsini istəmiş və həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ondan üzərində hər hansı bir növ narkotik vasitə və ya psixotrop maddə saxlaması və daşımasını soruşduqda o, üzərində heç bir növ narkotik maddə olmadığını bildirmişdir. Lakin onlar ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış aparılması zərurətinin olduğunu deyib onu Nəsimi RPİ-nə dəvət etmişdirlər. Həmin şəxs razılaşmış və onlarla birlikdə Nəsimi RPİ-nə gəlmişdir. Nəsimi RPİ-də xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan sonra o, dövlət hesabına vəkillə təmin edilmişdir, təyin edilmiş mütəxəssisin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarında, ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın cibindən KGTEL markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra əynində olan göy rəngli cins şalvarın cibindən bir ədəd ağ kağıza bükülmüş, içərisində gümüşü rəngli lalqaya bükülmüş və həmin bükülünün içərisində sarı rəngli kağıza bükülmüş psixotrop maddəyə bənzər maddəni çıxarıb stolun üstünə qoymuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşya və ya maddə olmadığını bildirmişdir. X12 üzərində axtarış davam etdirilmiş və onun üzərindən heç bir əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt, necə əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan maddənin “pan” yəni metamfetamin olduğunu, onu “Sovetski” adlanan yerdə tanımadığı şəxsə 5 manat verib öz istifadəsi üçün alaraq üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd büküm təhqiqatçı tərəfindən qablaşdırılmış, zərfə qoyulmuş və üzəri möhürlənərək bağlanılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Bakı şəhəri Nəsimi RPİ-nin NMB-nin kiçik inspektoru, polis serjantı Cəfərli X4 Orxan Qalib oğlu ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Bakı şəhəri Nizami RPİ-nin 25ci Polis Şöbəsinin CA üzrə əməliyyat müvəkkili Şahid4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid4 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 30 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (i.v. 111); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 05 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (i.v. 01); şübhəli şəxsin tutulması haqqında 05 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 00:30-da CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 26); şəxsi axtarış və götürmə aparılması haqqında 05 avqust 2023-cü il tarixli qərardan görünür ki, CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla polis orqanına gətirilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır (i.v. 44); şəxsi axtarış və götürmə aparılması haqqında 05 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3, Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin kiçik inspektoru, polis serjantı X2, mütəxəssis (ekspert) Nəsimi Rayon Polis İdarəsinin inspektor kriminalisti X6, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs - xx.xx.1991-ci il tarixdə Masallı rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Masallı şəhəri, Qarabağ küçəsi, ev 30/22-də qeydiyyatda olan və Bakı şəhəri, Nəsimi rayonu, Mircəlal küçəsi, ev 55, mənzil 24-də yaşayan Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs 05 avqust 2023-cü il tarixdə Nəsimi RPİ-nin NMB-nin əməkdaşları tərəfindən Nəsimi RPİ-yə gətirilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki, göy rəngli cins şalvarının cibindən bir ədəd bükümdə olan təmiz çəkisi 0,291 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür (i.v. 51-54); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 06 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutlmuş ittiham elan edilmişdir (i.v. 74-75); şübhəli şəxsin tutulması haqqında 29 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 04:10-da CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 130); şəxsi axtarış və götürmə aparılması haqqında 29 iyul 2023-cü il tarixli qərardan görünür ki, CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla polis orqanına gətirilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır (i.v. 138); şəxsi axtarış və götürmə aparılması haqqında 29 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid4, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid5, 06 saylı vəkil bürosunun vəkili X7, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs xx.xx.1991-ci il tarixdə Masallı rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Masallı şəhəri, Qarabağ küçəsi, ev 30/22-də qeydiyyatda olan və Bakı şəhəri, Nəsimi rayonu, Mircəlal küçəsi, ev 55, mənzil 24-də yaşayan Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs 29 iyul 2023-cü il tarixdə Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilərkən əynində olan açıq mavi rəngli cins şalvarın cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,666 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür (i.v. 140-141); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyul 2023-cü il tarixli, 3-16-16/2-6/4078 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № “165” dairəvi möhür əksi və Təqsirləndirilən şəxs aşkar edilmiş sözləri və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,666 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. QEYD: heroinin təmiz çəkisi – 0,666 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,616 qram (i.v. 154-157); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 avqust 2023-cü il tarixli, 3-16-16/2-6/4183 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N “186” dairəvi möhür əksi və Təqsirləndirilən şəxs aşkar edilmiş sözləri və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,291 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. QEYD: metamfetamin təmiz çəkisi – 0,291 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,241 qram (i.v. 59-61); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 30 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutlmuş ittiham elan edilmişdir (i.v. 169-170); Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Tural Məmmədovun 30 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, 30 iyul 2023-cü il tarixdə saat 21:00 radələrində X9 azad edilmişdir. Bakı şəhəri Nəsimi rayon prokuroru Həsən Hənifəyevin vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Rəşad İsmayılzadənin ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatəti əsassız olduğundan vəsatətin müdafiə edilməsindən imtina olunması qərara alınmışdır (i.v. 93-95); Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Rəşad İsmayılzadənin 06 avqust 2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Tural Məmmədovun 28 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********** saylı cinayət işi Nəsimi RPİ-nin İŞ-də ibtidai araşdırması aparılan ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilməsi üçün aidiyyəti üzrə Bakı şəhər prokurorluğu vasitəsilə Nəsimi RPİ-nin İŞ-nə göndərilmişdir. Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Rəşad İsmayılzadənin 16 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-106/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək, 03 (üç) il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “amnistiya” qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir (i.v. 209-211, 212- 230); Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Rəşad İsmayılzadənin 23 noyabr 2023-cü il tarixli protokolundan görünür ki, barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs könüllü olaraq istintaq orqanına gəlmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 xx.xx.2023-cü il tarixli, 7686 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (i.v. 242-243); sübutların qiymətləndirilməsi haqqında 09 dekabr 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində CM-in 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs məhkumluğu olmayan təqsirləndirilən şəxs hesab edilmiş, cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16- 16/2-6/4078 və xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/4183 və məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7686 №-li rəyləri sübüt əhəmiyyəti kəsb etdiyindən iş üzrə sübut növü kimi qiymətləndirilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ilkin təhqiqat zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı 02 ədəd DVD diskə köçürülmüş görüntü sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,666 qram narkotik vasitə heroinin və 0,291 qram psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və tədqiqatdan sonra qalıq qalmış 0,616 qram və 0,241 qram hissələri istintaqın sonunda Nəsimi RPİ-nin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs əməli təkrar törətməsi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən ağırlaşdıran hal kimi nəzərə alınmış, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi ona narkotik vasitə və psixotrop maddə satmış şəxslərin barəsində araşdırma aparılması və qanuni tədbir görülməsi məqsədilə cinayət işi materiallarından ayrıca icraata material ayrılmış və araşdırma aparılması üçün Nəsimi rayon prokuroruna göndərilmişdir. (i.v. 244- 252). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,666 qram olan heroin və 0,291 qram psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-127/2024 saylı, 29 mart 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri “həbs” qismində qətimkan tədbirinə dəyişdirilmiş və onun tutularaq dərhal həbs edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin 08 may 2024-cü il tarixli məktubuna əsasən axtarışda olan Təqsirləndirilən şəxs 07 may 2024-cü il tarixdə saat 19:00 radələrində tərəflərindən saxlanılaraq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan Bakı İstintaq Təcridxanasının 14 may 2024-cü il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs 07 may 2024-cü il tarixdə Nəsimi RPİ-nin CAŞnin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Həmçinin Azərbaycan Respublikası CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün Azərbaycan Respublikası CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olmasını, himayəsində İ qrup əlil atasının və bir azyaşlı uşağının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs əməli təkrar törətməsini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən hər iki epizod üzrə şübhəli şəxs qismində saxlanıldığı 04 gün müddət ona təyin olunmuş cəzadan çıxılmalı, üzərində qəti olaraq 05 ay 26 gün (beş ay, iyirmi altı gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli 07 may 2024-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və 02 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X8 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001- ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hər iki epizod üzrə şübhəli şəxs qismində saxlanıldığı 04 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 07 may 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 172 (yüz yetmiş iki) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,616 qram narkotik vasitə heroin və 0,241 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X8 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar