Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-128/2024 01.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X1, zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs2, müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, himayəsində yetkinlik yaşına çatmayan bir övladı olan, Göygöl rayonu, Qızıl Qaya qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanında yaşayan barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 243.1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə baxış iclasında baxaraq MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 243.1-ci maddəsi ilə məhkəməyə verilmişdir ondan ötrü ki, o, təkrarən gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2022-ci ilin may ayından 2023-cü ilin yanvar ayının əwəllərindək olan müddət ərzində ünvan 2 ünvanında yaşayan X5 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 100-200 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə 300-500 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Züleyxa Quliyevanı tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 2022-ci ilin sentyabr ayından 2023-ci ilin yanvar ayının əvvəllərinədək olan müddət ərzində ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 100-200 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə 300-500 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs2m təkrarən tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-in 243.1 maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, maddi sıxıntılarına görə təxminən bir ildir ki, pul müqabilində müxtəlif kişi müştərilərlə görüşüb cinsi əlaqədə olmuş, belə ki, “İnstagram” və digər sosial şəbəkələrdə tanış olduğu şəxslərlə bir müddət danışdıqdan sonra həmin şəxslər görüşməyi təklif edən zaman pul müqabilində görüşüb cinsi əlaqədə olmuş, həmin şəxslərdən cinsi əlaqədə olmağın müqabilində 300-500 manat pul almış, Zərərçəkmiş şəxs2m təxminən 2022-ci ilin əvvəllərindən tanımış, belə ki, Tamara ilə Bakı şəhərində olan məclislərin birində tanış olmuş, həmin zaman Tamaranın fahişəliklə məşğul olmasını bilmiş, Tamara ilə münasibətləri yarandığı üçün bir birilərinin mobil nömrəsini götürmüşlər. Təxminən 2022-ci ilin sentyabr ayının sonlarında bir nəfər tanışı ona zəng vuraraq cinsi əlaqədə olmaq üçün qadın təşkil etməyini istəmiş, o da həmin şəxsin bu təklifi ilə razılaşmış və bu barədə Tamaraya bildirmişdir. Tamaraya həmin şəxslə cinsi əlaqədə olmaq üçün 500 manat pul alacağını həmin pulun 300 manatını cinsi əlaqədə olduğu üçün özünə çatacağmı qalan 200 manatını isə müştəri tapdığı üçün ona verməli olduğunu bildirmişdir. Tamara da onun bu təklifi ilə razılaşmış, daha sonra Tamaranı müştərinin olduğu ünvana getməyini bildirmişdir. Hazırda həmin ünvanın harada olmasını xatırlamamış, Tamara müştərinin olduğu ünvana gedərək orada müştəri ilə cinsi əlaqədə olmuş və 500 manat pul almışdır. Daha sonra həmin pulun 200 manatını onun yaşadığı evə gələrək ona vermişdir. Bundan sonrada eyni qaydada tanışları ona müraciət etdikdə Tamaranın fotoşəkillərini müştərilərə göndərməyə başlamış, müştəri Tamaranı bəyəndikdə həmin şəxslərlə 300 və 500 manat pul müqabilində görüşmək üçün Tamaranı müştərinin olduğu ünvana göndərmişdir. Tamara müştəri ilə cinsi əlaqədə olduqdan sonra 300 və 500 manat pul alıb həmin pulun müvafiq olaraq 100 və 200 manatını müştəri tapdığı üçün ona vermişdir. Bu qaydada Tamaranı 2022-ci ilin sentyabr ayının sonlarından 2023-cü ilin yanvar ayının əwəllərindək fahişəliyə cəlb etmişdir. Bundan başqa Züleyxa adlı qadını təxminən 2021-ci ilin əvəllərindən tanıyır. Züleyxa ilə də Bakı şəhərində olan məclislərin birində tanış olmuş, təxminən 2022-ci ilin may ayında Züleyxa ilə əlaqə saxlamış və Züleyxa ilə bir qədər söhbət etdikdən sonra ətrafında kişi tanışlarının olduğunu, əgər istəsə pul müqaibilində həmin şəxslərlə cinsi əlaqədə olmaq üçün tanış edə biləcəyini bildirmişdir. Züleyxaya bildirmişdir ki, müştərilərlə 300 və 500 manat müqabilində görüşüb cinsi əlaqədə ola bilər. Həmin puldan müştəri tapdığı üçün müvafiq olaraq 100 və 200 manatını özünə götürəcəyini bildirmişdir. Züleyxa da onunla razılaşmış, bundan sonra 2022-ci ilin may ayından 2023-cü ilin yanvar ayının əvəllərinədə olan müddət ərzində müştərilər cinsi əlaqədə olmaq üçün qadın istədikdə həmin şəxslərə Züleyxanın da fotoşəklini göndərmiş, müştərilər Züleyxanı bəyəndikdə bu barədə Züleyxanın özünə bildirmiş və müştərinin olduğu ünvana getməsini həmçinin hansı miqdarda pul alacağını bildirmişdir. Züleyxa müştəri ilə cinsi əlaqədə olduqdan sonra müxtəlif üsullarla oradan ona çatmalı olan məbləği ona vermişdir. Sonda Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, zərər çəkmiş şəxslərlə barışdığını, ona qarşı şikayət və tələblərin olmamasını, himayəsində yetkinlik yaşına çatmayan 1 övladının olmasını bildirərək barəsində həbslə bağlı olmayan cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasın istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Mahirə adlı qadını təxminən 2022-ci ilin əvəllərindən tanıyır. Mahirə ilə Bakı şəhərində məclislərin birində tanış olmuş, o maddi vəziyyəti yaxşı olmadığı üçün hərdən bir tanışı olan kişi müştərilərlə pul müqabilində görüşüb cinsi əlaqədə olmuş, Mahirə də fahişəliklə məşğul olmuşdur. O Mahirə ilə tanış olduqdan sonra bir birilərinin mobil nömrələrini götürüb hərdən əlaqə saxlamışlar. Belə ki, təxminən 2022-ci ilin sentyabr ayında ünvan 4 ünvanında evdə olan zaman Mahirə həmin vaxtı onun istifadəsində olan 055 *** ** ** rəqəmli mobil nömrəsinə Whatsapp vasitəsi ilə zəng vuraraq onunla hal əhval tutmuşdur. Daha sonra bildirmişdir ki, Gəncə şəhərindən tanışı olan Orxan adlı şəxs gəlmiş və həmin şəxslə görüşüb cinsi əlaqədə olsa ona yaxşı pul verəcəkdir. Mahirə bildirmişdir ki, Orxan adlı şəxs ona 500 manat pul verəcəkdir. Həmin pulun 200 manatını müştəri tapdığı üçün özünə, qalan 300 manatını isə ona verəcəkdir. Maddi vəziyyəti yaxşı olmadığı üçün o Mahirə ilə razılaşmış, bundan sonra o Mahirənin dediyi ünvana getmiş, hazırda həmin ünvanı xatırlamamış, lakin Mahirə özü orada olmamışdır. O, ordada Mahirənin dediyi şəxslə görüşüb cinsi əlaqədə olmuş və həmin şəxs ona 500 manat pul vermişdir. X16 ilə əlaqə saxladıqda Mahirə ona kart hesabını göndərmiş və o həmin kart hesabına 200 manat pul göndərmişdir. Bundan sonra Mahirə onu yenə də Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən hotellərin birinə dəvət etmiş və ona orada yenə də Orxan adlı şəxslə görüşüb cinsi əlaqədə olacağını bildirmişdir. Mahirə yenə də eyni qaydada ona 500 manat pul veriləcəyini həmin pulun 200 manatının özünə çatacağım bildirmişdir. O, Mahirə ilə razılaşmış və Mahirənini dediyi ünvana gedib orada Orxan adlı şəxslə cinsi əlaqədə olmuşdur. Orxan ona 500 manat pul vermiş, o həmin zaman Mahirənin yaşadığı Bakı şəhəri, X13 küçəsində yerləşən mənzilə getmiş və orada əlbə-əl Mahirəyə 200 manat pul vermişdir. Bundan sonra təxminən 2022-ci ilin oktyabr ayının sonlarında Mahirə onu özü ilə bərabər Bakı şəhərində yerləşən hotellərin birinə aparmış, həmin məclisdə ondan başqa Natiq adlı şəxs və Vüsal adlı şəxs də olmuşdur. Mahirə onu Natiqə təqdim edərək ona Natiqlə cinsi əlaqədə olacağını bildirmiş, onlar cinsi əlaqədə olduqdan sonra Mahirə ona 200 manat pul verərək taksi ilə evə yola salmışdır. Natiqin anket məlumatlarını bilməmiş, bundan sonra bir neçə dəfə də Mahirə onu tanışı olan kişi müştərilərə pul müqabilində görüşüb cinsi əlaqədə olmaq üçün təqdim etmişdir. Mahirə onu müştərilərə 300-500 manat pul müqabilində təqdim etmiş, o həmin puldan müvafiq olaraq 100-200 manatını Mahirəyə vermiş, həmin pulu Mahirənini özünə bəzən isə kart hesabına atmışdır. Bu qaydada Mahirə təxminən 2022-ci ilin sentyabr ayından 2023-cü ilin yanvar ayına qədər olan müddət ərzində Mahirə onu fahişəliyə cəlb edib qazanc əldə etmişdir. Təxminən 2023-cü ilin əvəllərində o xəstələnmiş, Mahirə ona zəng vuraraq müştəri olduğunu bildirsə də o xəstə olduğunu bildirdikdə aralarında mübahisə dümüş və bundan sonra o Mahirənin onda olan telefon nömrəsini bloklayaraq Mahirə ilə əlaqə saxlmamışdır. Mahirənin fahişəliyə cəlb etdiyi qadınların sayı çox olmuş, o, Mahirənin fahişəliyə cəlb etdiyi qadınlardan Züleyxa, Emilya və İnarə adlı qadınları xatırlamışdır. Mahirədən başqa onu fahişəliyə cəlb edən şəxs olmamışdır. Mahirə ona Whatsapp vasitəsilə zəng vurub hansı hotelə yaxud hansı evə getməli olduğunu bildirmiş, müştəri ilə Mahirənin özü əlaqə saxlamış, lakin müştərilərdən Orxan və Natiq adlı şəxslərin adlamı xatırlamış, həmin şəxslərin digər anket məlumatlarını bilməmişdir. Eyni zamanda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 bildirdi ki, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Mahirə adlı qadını təxminən 2021-ci ilin əvəllərindən tanıyır. Mahirə ilə Bakı şəhərində məclislərin birində tanış olmuş, o maddi vəziyyəti yaxşı olmadığı üçün hərdən bir tanışı olan kişi müştərilərlə pul müqabilində görüşüb cinsi əlaqədə olmuş, Mahirə də fahişəliklə məşğul olmuşdur. O, Mahiə ilə tanış olduqdan sonra bir-birilərinin mobil nömrələrini götürüb hərdən əlaqə saxlamışlar. Belə ki, təxminən 2022ci ilin may ayında hazırda yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ünvan 5 ünvanında olduğu zaman Mahirə onun istifadəsində olan 077 *** ** ** rəqəmli mobil nömrəyə Whatsapp vasitəsi ilə zəng vuraraq onun hal-əhval tutmuş, daha sonra bildirmişdir ki, çoxlu imkanlı tanışları var, həmin şəxslərlə görüşüb cinsi əlaqədə olsa ona yaxşı pul verəcəklər. Mahirə onun arabir pul qarşılığında müştərilərlə görüşüb cinsi əlaqədə olduğunu bilmişdir. Həmin vaxt maddi vəziyyəti yaxşı olmadığı üçün Mahirə ilə razılaşmış, Mahirə ilə aralarında olan razılaşmaya əsasən Mahirə onu öz müştərilərinə 300-500 manat pul müqabilində cinsi əlaqədə olmağı üçün təqdim edəcək, o da 300 manatdan 100 manatını, 500 manatdan isə 200 manatını ona müştəri təşkil etdiyi üçün Mahirəyə verməliymiş, bundan sonra Mahirə onu davamlı olaraq öz müştərilərinə təqdim etməyə başlamış, Mahirə Whatsapp vasitəsi ona zəng edib müştərinin olduğu ünvanı bildirmiş, o da Mahirənin dediyi ünvana gedib müştəri ilə cinsi əlaqədə olmuşdur. Hər dəfə müştərilər ona 300-500 manat pul vermiş, o da həmin puldan müvafiq olaraq 100 və 200 manatını Mahirəyə vermişdir. O, Mahirəyə çatacaq olan pulu “Milli Ön” vasitəsilə Mahirənin bank kartına göndərmişdir. Hazırda həmin bank kartının nömrəsini xatırlamamış, arabir o Mahirənin yaşadığı Bakı şəhəri, X13 küçəsində yerləşən mənzilə gedib və orada pulu Mahirəyə əlbə-əl vermişdir. Bu qaydada Mahirə təxminən 2022-ci ilin may ayından 2023cü ilin yanvar ayının əvəllərinə kimi olan müddət ərzində onu fahişəliyə cəlb edib qazanc əldə etmişdir. Təxminən 2023-cü ilin yanvar ayının əvvəllərində Gəncə şəhərinə getdiyi üçün daha Mahirənin müştəriləri ilə görüşüb cinsi əlaqədə olmamış və Mahirənin özü ilə də əlaqəsi kəsilmişdir. Mahirənin fahişəliyə cəlb etdiyi qadınların sayı çox olmuş, lakin o həmin qadınların heç birini tanımamış, Mahirə onu müştərinin yanma həmişə tək göndərmişdir. Mahirədən başqa onu fahişəliyə cəlb edən şəxs olmamışdır. Mahirə ona Whatsapp vasitəsilə zəng vurub hansı hotelə getməli olduğunu bildirmiş, müştəri ilə Mahirənin özü əlaqə saxlamış , o müştərilərdən heç birini tanınmamışdır. Eyni zamanda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 bildirdi ki, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Mahirə adlı qadını uzun müddətdir ki, tanıyır. Lakin sonradan əlaqəsi olmamışdır. Təxminən 2023-cü ilin yanvar ayında Mahirə ilə Bakı şəhərində təsadüfən rastlaşmış və aralarında danışıq olmuşdur. Daha sonra o Mahirənin mobil nömrəsini alıb əlaqə saxlamağa başlamış, Mahirənin hansı işlə məşğul olmasını bilməmiş, təxminən 2023-cü ilin fevral ayında Mahirə Whatsapp ani mesajlaşma sistemində qadın fotoşəkli paylaşmışdır. O, həmin qadını bəyəndiyi üçün həmin qadının kim olduğunu Mahirədən maraqlanmış, Mahirə həmin qadının tanışı olduğunu bildirmiş, o Mahirəyə həmin qadını bəyəndiyini və görüşmək istədiyini bildirmiş, Mahirə ona 300 manat pul müqabilində həmin qadınla görüşüb cinsi əlaqədə ola biləcəyini bildirmiş, o da Mahirə ilə razılaşmış, daha sonra həmin qadınla Bakı şəhərində hazırda xatırlamadığı hotellərin birində görüşmək istədiyini və qadının oraya gəlməsini bildirmişdir. Bundan sonra Mahirə onun dediyi ünvana həmin qadını göndərmiş, həmin qadın özünü Lalə kimi təqdim etmişdir. O, həmin qadınla görüşüb cinsi əlaqədə olduqdan sonra Mahirə ilə razılaşdıqları kimi qadına 300 manat pul vermişdir. X16 ilə və cinsi əlaqədə olduğu qadınla əlaqəsi olmamışdır. Mahirə ona bir dəfə özünü Lalə kimi təqdim edən qadını cinsi əlaqədə olmaq üçün təşkil etmişdir. Cinsi əlaqədə olduğu qadına verdiyi 300 manat puldan nə qədər Mahirəyə çatacağı barədə onun heç bir məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Mahirə adlı qadınla təxminən 2023-cü ilin may-iyun aylarında tanış olmuş, Mahirə ilə İnstagram sosial şəbəkəsində tanış olmuş, X16nin mobil nömrəsini götürüb əlaqə saxlamış, Mahirə ilə aralarında olan danışıqlar zamanı Mahirə ilə görüşüb cinsi əlaqədə olmaq istədiyini bildirmiş, Mahirə özünün görüşmədiyini lakin ətrafında çox sayda qadın olduğunu əgər istəsə ona həmin qadınları cinsi əlaqədə olmaq üçün təşkil edə biləcəyini bildirmişdir. O da Mahirə ilə razılaşmış və Mahirə ona çox sayda fotoşəkli göndərmişdir. O, həmin qadınlardan birini seçmiş və Mahirə həmin qadınla cinsi əlaqədə olmaq üçün 300 manat pul ödəməli olduğunu bildirmişdir. O da Mahirə ilə razılaşmış və həmin qadını Bakı şəhərində olan hotellərdən birinə göndərməsini bildirmişdir. Mahirə onun dediyi kimi seçdiyi qadını hotelə göndərmiş, o həmin qadınla cinsi əlaqədə olduqdan sonra Mahirə ilə danışdıqları kimi cinsi əlaqədə olduğu qadına 300 manat pul vermişdir. Bundan sonra bir dəfə də təxminən 2023-cü ilin iyul ayında Mahirədən cinsi əlaqədə olmaq üçün qadın təşkil etməsini istəmiş və Mahirə də onunla razılaşmışdır. Eyni qaydada ona fotoşəkillər göndərmiş və onun bəyəndiyi qadını dediyi ünvana göndərməsini bildirmişdir. Mahirənin göndərdiyi qadınla cinsi əlaqədə olduqdan sonra həmin qadına 300 manat pul vermiş, təxminən 1 aydır ki, Mahirə ilə əlaqəsi yoxdur. Mahirə ona iki dəfə cinsi əlaqədə olmaq üçün qadın təşkil etmişdir. Mahirənin fahişəliyə cəlb etdiyi qadınların adlarını hazırda xatırlamamış, cinsi əlaqədə olduğu qadına verdiyi 300 manat puldan nə qədər Mahirəyə çatacağı barədə onun heç bir məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Mahirə adlı qadınla təxminən 2022-ci ilin yay aylarından tanıyır. Mahirə ilə Bakı şəhərində olan məclislərin birində tanış olmuş, tanış olan zaman Mahirənin pul müqabilində görüşüb cinsi əlaqədə olması barədə məlumatı olmuş, 2022-ci ilin yay aylarında Mahirə ilə 200 manat müqabilində Bakı şəhərində olan hotellərin birində görüşüb cinsi əlaqədə olmuş, X16 ilə əlaqəsi qalsa da görüşməmiş, Mahirə ilə görüşüb cinsi əlaqədə olduqdan təxminən 1 ay sonra Mahirə Whatsapp ani mesajlaşma sistemində status bölməsində bir qadının fotoşəklini paylaşmış, bu zaman o Mahirəyə yazaraq həmin qadının kim olmasını soruşmuş, Mahirə də rəfiqəsi olduğunu və adının Nara olduğunu bildirmişdir. Mahirə bildirmişdir ki, əgər istəsə həmin qadınla da 200 manat müqabilində görüşüb cinsi əlaqədə ola bilər. Mahirə ilə danışdığı zamanı həmin qadını ona cinsi əlaqədə olmaq üçün təşkil edə biləcəyini bildirmiş, o da Mahirə ilə razılaşmış, bundan sonra Mahirəyə həmin qadını Bakı şəhərində adını hazırda xatırlamadığı hotellərdən birinə göndərməsini bildirmişdir. Mahirə həmin qadını onun dediyi ünvana göndərdikdən sonra o həmin qadınla görüşüb cinsi əlaqədə olmuş və cinsi əlaqədə olduğu qadına 200 manat pul ödəmişdir. Bundan sonra Mahirə ilə mobil telefon əlaqəsi saxlasa da sonradan Mahirə ilə və cinsi əlaqədə olmaq üçün təşkil etdiyi qadınla görüşməmişdir. Bundan başqa da Mahirə ona cinsi əlaqədə olmaq üçün qadın təşkil etməmişdir. Mahirə ona bir dəfə özünü Nara kimi təqdim edən qadını cinsi əlaqədə olmaq üçün təşkil etmişdir. Cinsi əlaqədə olduğu qadına verdiyi 200 manat puldan nə qədər Mahirəyə çatacağı barədə onun heç bir məlumatı yoxdur. İttiham aktında məhkəmə iclasına dəvət olunacaq şəxslərin siyahısında şahid qismində göstərilmiş Şahid1 və Şahid5 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə iclasında şahidlər Şahid1 və Şahid5 istintaqa verdikləri ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş, digər şahid ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: «cinayət işinin başlanması və icraata qəbul edilməsi» haqqında 29 mart 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 243.1 maddəsi ilə cinayət işi (DİN BMCMİ) başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. (i.v. 01); «zərər çəkmiş şəxs kimi tanınma» haqqında 12 aprel 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərər çəkmiş şəxs kimi tanınmış və ona bu barədə məlumat verilmişdir. (i. v. 14) Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 42- 43); «zərər çəkmiş şəxs kimi tanınma» haqqında 21 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərər çəkmiş şəxs kimi tanınmış və ona bu barədə məlumat verilmişdir. (i. v. 64) «diskə baxış keçirilməsi» haqqında 23 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, özündə giriş-çıxış zənglərini, sms mətnlərini, və anten əhatə dairələri barədə məlumatları əks etdirən CD diskə BMCMİ-nin İstintaq İdarəsinin baş müstəntiqi, polis mayoru G.Gözəlov tərəfindən baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs istifadələrində olmuş 099 702 20 01 rəqəmli mobil nömrə ilə Şahid2 məxsus 055 *** ** ** rəqəmli mobil nömrə arasında 2022-ci ilin iyun ayından 2022-ci ilin dekabr ayına kimi, Şahid3 məxsus 077 *** ** ** rəqəmli mobil nömrə arasında 18 sentyabr 2021-ci il tarixdə, Şahid5 məxsus 070 *** ** ** rəqəmli mobil nömrə arasında 2022-ci ilin iyun ayından 2022ci ilin sentyabr ayına kimi, Şahid1 məxsus 050 *** ** ** rəqəmli mobil nömrə arasında 2021-ci ilin noyabr ayından 2022-ci ilin yanvar ayına kimi olan müddət ərzində müxtəlif vaxtlarda danışıqlar aparılması, bundan başqa Təqsirləndirilən şəxs qızma məxsus həmin mobil nömrə ilə iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 məxsus 055 *** ** ** rəqəmli mobil nömrə arasında 2022-ci ilin aprel ayından həmin ilin oktyabr ayına kimi, X6ma məxsus 077 *** ** ** rəqəmli mobil nömrə arasında 2022-ci ilin iyun ayından həmin ilin noyabr ayına kimi olan müddət ərzində müxtəlif vaxtlarda danışıqlar aparılması müəyyən olunmuş, onun istifadəsində olmuş 099 *** ** ** rəqəmli mobil telefon nömrəsinə gələn və gedən zənglərə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat əldə olunmamışdır. (i. v. 73) «təqsirləndirilən şəxs qismində cəlb etmə» haqqında 23 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 243.1 maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan olunmuşdur. (i. v. 79-80) «təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçmək» haqqında 23 noyabr 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. (i. v. 96-97) Qızılqaya qəsəbə İnzibati Ərazi dairəsinin nümayəndəsi tərəfindən verilmiş «xasiyyətnamə»dən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu Göygöl rayonu, Qızılqaya qəsbəsində yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuşdur. (i. v. 104) Gəncə “ASAN xidmət” X7 tərəfindən verilmiş AZ-İV 414592 nömrəli xx.xx.2020-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 20 dekabr 2019-cu il tarixdə, Gəncə şəhəri Nizami rayonunda doğulmuş, atası “X8”, anası “Təqsirləndirilən şəxs”dır. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə “804” nömrə ilə qeyd edilmişdir. (i. v. 105) «sübutların qiymətləndirilməsi» haqqında 03 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 243.1 və maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, ona ittiham elan olunarkən onun müxtəlif qadınları fahişəliyə cəlb etməsi tamah və təkrarlıq əlaməti olaraq məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmış, özündə giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən 01 ədəd kompakt diskə baxış keçirilməsinə dair protokol və telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 01 ədəd kompakt disk iş üzrə sübut növü kimi qiymətləndirilərək cinayət işinin materiallarına əlavə edilmiş, onun barəsində digər fayda əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etmə xüsusatı üzrə cinayət təqibinin başlanması rədd edilmiş, cinayəti törətməkdə öz təqsirini etiraf etməsi bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, ona qarşı ittihamın əsası kimi qəbul edilmişdir. (i. v. 106-113) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla (01 ədəd kompakt disk) təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələri). Azərbaycan Respublikası CM-in: 243.1-ci maddəsinə əsasən gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə - iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan bir övladının olmasını, zərər çəkmiş şəxslərlə barışmasını, zərər çəkmiş şəxslərin ona qarşı şikayət və tələblərin olmamasını, əməlindən səmimi peşman olmasını, əvəllər məhkum olunmamasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar qismində cinayətin təkrar və tamah məqsədi ilə törədilməsidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 243.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası təyin edilməli və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına vəsait ödənilməli, ona məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001- ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3.000 (üç min) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış - 01 ədəd kompakt disk iş materiallarında saxlanılsın. Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-in 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-128/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-128/2024
01.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver