Məhkəmə qərarları › İş №1(006)-128/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-128/2025

22.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-128/2025 22.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçilər Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx xxxxxx 1995-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 29 may 2024-cü il tarixdə saat 04 radələrində aşpaz kimi işlədiyi ictimai yer hesab edilən ünvan 5 ünvanda yerləşən «X8 and Pub» restoranında olarkən restoranın icarədarı Şahid4 orada müştəri qismində əyləşmiş Zərərçəkmiş şəxs ilə sözlü mübahisə etdiyini görüb Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan “Baxış" adlı şəxslə bir qrup şəxs halında restoranda digər şəxslərin olmasına əhəmiyyət vermədən Zərərçəkmiş şəxs barəsində nalayiq ifadələr işlətməklə ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzi surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib, Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan “Baxış” adlı şəxslə birlikdə Zərərçəkmiş şəxs zor təbiq edib yumruq və təpik zərbələri ilə, o cümlədən masanın üzərindəki şüşə qabları, pivə stəkanlarını və digər əşyaları silah qismində istifadə edib sonuncunun bədən nahiyələrindən qəsdən zərbələr vurmaqla ona sol göz qapaqları və gözaltı nahiyənin həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançırları, hər iki saidin, sol dirsək oynağı və sol kürək nahiyəsinin sıyrıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirib, qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 29 may 2024-cü il tarixdə saat 04 radələrində ictimai yer hesab edilən ünvan 5 ünvanda yerləşən «X8 and Pub» restoranında olarkən restoranın icarədarı atası Şahid4 orada müştəri qismində əyləşmiş Zərərçəkmiş şəxs ilə sözlü mübahisə etdiyini görüb Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan “Baxış" adlı şəxslə bir qrup şəxs halında restoranda digər şəxslərin olmasına əhəmiyyət vermədən Zərərçəkmiş şəxs barəsində nalayiq ifadələr işlətməklə ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib, Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan “Baxış" adlı şəxslə birlikdə Zərərçəkmiş şəxs zor təbiq edib yumruq və təpik zərbələri ilə, o cümlədən masanın üzərindəki şüşə qabları, pivə stəkanlarını və digər əşyaları silah qismində istifadə edib sonuncunun bədən nahiyələrindən qəsdən zərbələr vurmaqla ona sol göz qapaqları və gözaltı nahiyənin həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançırları, hər iki saidin, sol dirsək oynağı və sol kürək nahiyəsinin sıyrıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirib, qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq hərəkətləri etmələri sübuta yetirilməsə də, bir qrup şəxs tərəfindən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsilik ifadə edən, vətəndaş üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətləri etmələri öz təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 özünü CM-nin 221.2.1ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2024-cü ilin yanvar ayından 2024-cü ilin avqust ayına kimi ünvan 6 ünvanında fəaliyyət göstərən "Beerhane" adlı restoranda aşpaz kimi işləmişdir. xx.xx.2024-cü il tarixdə doğum günü olduğundan restoranı işlədən müdiri Rasim iş günü bitəndən sonra ad gününü keçirməyi təklif etmiş və o razılaşmışdır. xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Rasimin oğlu Oruc restorana gəlmiş və o, sonuncuya təklif etmişdir ki, birlikdə onun doğum gününü qeyd etsinlər. Bundan sonra o, Oruc və restoranda müğənni kimi fəaliyyət göstərən Aydın birlikdə masa arxasında restoranda əyləşib spirtli içki olan araq içərək yemək yemiş və əylənmişlər. Rasim ara-sıra masalarına gəlsə də, spirtli içki qəbul etməmişdir. Həmin vaxt restoranda yalnız bir masada müştərilər olmuşdur. Təxminən saat 04 radələrində restoranda olan digər masada əyləşən şəxslərin uca səslə mübahisə etdiklərini görmüşlər. Mübahisə zəminində şəxslərdən biri masanın üzərində olan qabları sındırmışdır. Bu zaman Rasim onların masasına yaxınlaşaraq Aydından səs-küy salan masaya yaxınlaşıb onları sakitləşdirməsini xahiş etmişdir. Çünki həmin masada əyləşən şəxslərdən biri Aydının tanışı olmuşdur. Bundan sonra Aydın həmin masaya tərəf getmiş və tanışına yaxınlaşdıqda sonuncu ayağa qalxaraq Aydınla masadan bir qədər kənara çəkilərək söhbət etmişlər. Bu zaman Rasim onlara yaxınlaşmış və səs-küy salan şəxs ilk öncə Rasimi söyərək təhqir etmiş, daha sonra isə əli ilə Rasimi vurmuşdur. Bundan sonra Oruc masadan duraraq onlara tərəf qaçmış, o da Orucun arxasınca onlara tərəf getməyə başlamışdır. Oruc birinci çataraq Rasimi vuran şəxsi yumruq zərbəsi ilə vurmuşdur. Bundan sonra o yaxınlaşmış və Orucla bilikdə həmin şəxsi döyməyə başlamışdır. O, dava zamanı əli və ayağı ilə həmin şəxsin müxtəlif nahiyələrinə zərbələr endirmişdir. Həmçinin masanın üzərində olan hansısa əşya ilə həmin şəxsi vurmaq istəsə də, həmin əşya döydükləri şəxsə dəyməmişdir. Onlar həmin şəxsi yerə yıxıb yerdə təpiklə zərbələr endirmişlər. Rasim və ətrafda olan digər şəxslər onları ayırmaq istəsələr də, buna nail ola bilməmişlər. O və Oruc həmin şəxsi yerdə ayaqları ilə vuran zaman sonuncu fürsət tapan kimi ayağa durmuş və qaçaraq restoranın tualet otağına getmişdir. Sonradan Rasim ona demişdir ki, həmin şəxs tualetdə əl-üzünü yuyub restoranı tərk etmişdir. Hadisə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 62 ünvanında fəaliyyət göstərən "Beerhane“ restoranının daxilində 29 may 2024-cü il tarixdə saat təxminən 04 radələrində baş vermiş və təxminən 3-4 dəqiqə davam etmişdir. O, zərərçəkmiş şəxsi tanımamış, adını bilmir, istintaq zamanı adının Əli olduğunu bilmişdir. Hadisə vaxtı onu vuran olmamış, o, heç bir xəsarət almamışdır. O, Şahid4la 17 ildir tanışdır, həmçinin sonuncu ilə qohumdur. Bu səbəbdən də Zərərçəkmiş şəxs Şahid4 vurduqda o, mübahisəyə müdaxilə edib Zərərçəkmiş şəxs vurmuşdur. O, Zərərçəkmiş şəxs hər hansı bir əşya ilə vurmamışdır. Hadisə vaxtı masanın üzərində olan hazırda xatırlamadığı əşyalardan götürüb Zərərçəkmiş şəxs tərəf atsa da, həmin əşyalar sonuncuya dəyməmişdir. Daha sonra zərər çəkmiş şəxslə barışıq əldə etdiyini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını, himayəsində iki azyaşlı uşağının olduğunu və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 özünü CM-nin 221.2.1ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2024-cü ilin yanvar ayında atası Rasim Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 62 ünvanında yerləşən "Beerhane“ adlı restoranı icarəyə götürmüş və birlikdə orada işləməyə başlamışlar. Həmin restoranda Təqsirləndirilən şəxs1 aşpaz kimi fəaliyyət göstərmişdir. xx.xx.2024-cü il tarixdə saat 01 radələrində o, restorana yemək məqsədilə gəlmişdir. Restoranda olan zaman oranın aşpazı Əhmədəli ona doğum gününün olduğunu deyərək onunla birlikdə qeyd etməyi təklif etmişdir. O da razılaşmış və onlar birlikdə eyni masada əyləşmişlər. Onlardan başqa masada restoranda müğənni kimi işləyən Aydın da əyləşmişdir. Atası Rasim ara-sıra onların əyləşdiyi masaya gələrək onlarla birlikdə əyləşmişdir. O, Əhmədəli və Aydın spirtli içki olan araq içmişlər. Təxminən saat 04 radələrində restoranda olan digər masada əyləşən şəxslərin uca səslə mübahisə etdiklərini görmüşlər. Mübahisə zəminində şəxslərdən biri masanın üzərində olan qabları sındırmağa başlamışdır. Bu zaman atası onların masasına yaxınlaşmış və Aydına həmin masaya yaxınlaşıb onları sakitləşdirməyi xahiş etmişdir. Aydına bunu deməsinin səbəbi o olmuşdur ki, səs-küy salan masada əyləşən şəxslərdən biri Aydının tanışı idi. Bundan sonra Aydın həmin masaya tərəf getmiş və tanışına yaxınlaşdıqda sonuncu ayağa qalxaraq Aydınla masadan bir qədər kənara çəkilərək söhbət etmişlər. Bu zaman atasının onlara yaxınlaşdığını görmüşdür. Atası onlara yaxınlaşanda səs-küy salan şəxs ilk öncə atasını söyərək təhqir etmiş, daha sonra isə əli ilə atasını vurmuşdur. O, bunları gördükdən sonra onlara tərəf qaçmışdır. Atasını vuran şəxsə çatan kimi əli ilə ona yumruq zərbəsi endirmişdir. Bundan sonra o və Əhmədəli həmin şəxsi yumruq və təpiklə vuraraq döyməyə başlamışlar. Onlar həmin şəxsi yerə yıxıb yerdə təpiklə zərbələr endirmişlər. Atası və ətrafda olan digər şəxslər onları ayırmaq istəsələr də buna nail ola bilməmişlər. O və Əhmədəli həmin şəxsi yerdə təpiklə vuran zaman həmin şəxs fürsət tapan kimi ayağa durmuş və qaçaraq restoranın tualet otağına getmişdir. Sonradan atası ona demişdir ki, həmin şəxs tualetdə əl-üzünü yuyub restoranı tərk etmişdir. Hadisə təxminən 3-4 dəqiqə davam etmişdir. O, zərərçəkmiş şəxsi tanımamış, adını bilmir. Həmin şəxsin adının istintaq zamanı Əli olduğunu öyrənmişdir. Hadisə vaxtı həmin şəxs onun qoluna, çiyninə və bədəninin müxtəlif nahiyələrinə dava edən zaman zərbələr endirsə də, həmin zərbələrdən ciddi xəsarət almamış və ekspertizadan keçməkdən imtina etmişdir. O, Zərərçəkmiş şəxs hər hansı bir əşya ilə vurmamışdır. Hadisə vaxtı masanın üzərində olan hazırda xatırlamadığı əşyalardan götürüb Zərərçəkmiş şəxs tərəf atsa da, həmin əşyalar sonuncuya dəyməmişdir. Daha sonra zərər çəkmiş şəxslə barışıq əldə etdiyini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu və himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə xatırlamadığı saatlarda dostu Fəqanın təklifi ilə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 62 ünvanında fəaliyyət göstərən “Beerhane" restoranına dostu Mədədlə birgə getmişlər. Orada dostu Fəqandan başqa onunla birlikdə makler işləyən adını bilmədiyi dostu, həmçinin iki nəfər tanımadığı xanım olmuşdur. Onlar orada əyləşib yeyib-içib spirtli içki qəbul etdikdən sonra rəqs etmişlər və masaya qayıdandan sonra o, masada olan xanımlardan biri ilə mübahisə etmiş və əlində olan stəkanı göyə atmış, stəkan da yerə düşüb qırılmışdır. Bundan sonra həmin xanım da ona tərəf qab atmaq istəmiş və bu məqamda onu kimsə arxaya çəkmişdir. Bu zaman restoranda müğənni kimi çıxış edən şəxs onların masasına tərəf yaxınlaşaraq onu masadan qaldırıb kənara çəkmiş və həmin an tanımadığı, adının sonradan Şahid4 olduğunu bildiyi şəxs aqressiv şəkildə söyüş söyərək ona irad bildirmiş və sağ əli ilə ona tərəf zərbə atdıqda o da həmin şəxsə tərəf cavab verib "niyə söyüş söyürsən?” deyə sual etmişdir. Bu məqamda tanımadığı şəxslər ona tərəf hücum edib onu döyməyə başlamışlar. Onların masasında oturan şəxslər onları ayırmağa çalışsalar da onu vuran şəxslərin arasından olan bir nəfər tanımadığı, adının sonradan Təqsirləndirilən şəxs2 olduğunu bildiyi şəxsi heç cür sakitləşdirə bilməmişlər. Rasim Məmmədzadə onu vurmuş, daha sonra boğazından tutub onu boğmağa başlamışdır. O, artıq nəfəsinin kəsildiyini hiss etmiş və son anda özündə güc tapıb onun əlindən çıxmış, ətrafdakı şəxslər Rasim Məmmədzadəni tutmağa çalışsalar da o və digər Təqsirləndirilən şəxs1 yenə ona tərəf hücum çəkib onun baş və bədən nahiyəsinə zərbələr endirməyə başladıqda o, artıq başqa yolun olmadığını görmüş və tualetə tərəf qaçmış və kabinəyə girərək qapını içəridən bağlamışdır. Tualetdə bir neçə dəqiqə gözlədikdən sonra Mədəd onu qapıdan çağırmış və bayıra çıxmağına kömək etmişdir. O, bayıra çıxan kimi binalar istiqamətində qaçmış, hətta çox hündür bir hasardan tullanıb qaçmağa davam etmiş, oradan uzaqlaşdıqdan və bir qədər özünə gəldikdən sonra Nəsimi RPİ-nin 19-cu polis şöbəsinə müraciət edərək hadisə barədə məlumat vermişdir. O, hadisə vaxtı özünü müdafiə etdiyi üçün əlini üzünə tutmuş, ona görə təqsirləndirilən şəxslərin ona tərəf hər hansı bir əşya atdığını görməmişdir. Lakin şahidlər görmüşlər ki, təqsirləndirilən şəxslər ona tərəf əşyalar atıblar. Daha sonra təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı şikayət və tələbinin olmadığını bildirmiş və təqsirləndirilən şəxslərin cavan olmalarını nəzərə alaraq barələrində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Vətən müharibəsi iştirakçısıdır, 3-cü qrup əlildir, Azərbaycan Bayrağı ordenli istefada olan mayordur. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə xatırlamadığı saatlarda dostu Əli ilə birlikdə sonuncunun tanışı Fəqanın təklifi ilə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 62 ünvanında fəaliyyət göstərən "'Beerhane“ restoranına getmişlər. Orada Fəqandan başqa onunla birlikdə makler işləyən adını bilmədiyi dostu, həmçinin iki nəfər tanımadığı xanım olmuşlar. Ondan başqa masada olan hər kəs yeyibiçib spirtli içki qəbul etdikdən sonra rəqs etmişlər və masaya qayıdandan sonra Əli masada olan xanımlardan biri ilə mübahisə etmiş və əlində olan stəkanı yerə atmışdır. Stəkan yerə düşüb qırıldıqdan sonra həmin xanım da Əliyə tərəf qab atmaq istəmiş, bu məqamda Əlini kimsə arxaya çəkmiş və yerə düşüb sınmışdır. Bu zaman Aydın adlı şəxs onlara yaxınlaşaraq sakit olmalarını bildirmiş və Əlini masada kənarlaşdırmış, həmin vaxt restoranın yiyəsi Əliyə yaxınlaşmış və aralarında mübahisə yaranmışdır. mübahisə vaxtı restoranın yiyəsi söyüş söyərək Əliyə əl atmış, Əli isə “niyə söyüş söyürsən?” demiş və bu zaman digər masadan 3-4 nəfər qaçaraq onlara tərəf gəlmişlər. O, əvvəl həmin şəxslərin onları ayıracağını fikirləşərək sevinmiş, lakin həmin şəxslər restoranın yiyəsinin oğlu və tanışları olduğu üçün çatan kimi Əlini vəhşicəsinə döyməyə başlamışlar. Onlar həmin şəxsləri Əlidən ayırmağa çalışsalar da, onların aralarından olan bir nəfər tanımadığı şəxsi heç cür sakitləşdirə bilməmişlər. Həmin şəxslər Əliyə tərəf boşqab atmış, lakin boşqab sonuncuya dəyməmişdir. Əli onların əlindən güclə canını qurtarıb restoranın tualetinə tərəf qaçmış və daha sonra o, Əlinin yanına gedərək oradan çıxıb getməsini demişdir. Həmin şəxslər tək Əlini yox, onları da söymüşlər. Həmçinin bildirmişdir ki, hadisə vaxtı Əlinin kimisə söydüyünü və ya vurduğunu görməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 62 ünvanında fəaliyyət göstərən “ Beerhane “ restoranını icarə əsasında işlətmişdir. 29 may 2024-cü il tarixdə saat 04 radələrində restoranda olan zaman obyektdəki masaların birində müştəri qismində 5 nəfər kişi və 2 nəfər qadın olmuşdur. Onlar spirtli içki qəbul etməklə yanaşı yüksək səslə danışaraq mübahisə etmişlər, səs-küy yaratmışlar. O, onların bu halından narahat olub, onları müşahidə etməyə başlamış və aralarından bir nəfər tanımadığı oğlanın mübahisə edərkən masanın üzərində olan qabları sındırmasını görmüşdür. Bu zaman restoranda digər masada oğlu, restoranın aşpazı Əhmədəli və restoranda müğənni kimi çalışan Aydın əyləşmişdir. Aydının səs-küy salan şəxslərlə münasibətinin olduğunu bildiyindən Aydına yaxınlaşıb ondan həmin səs-küy yaradan şəxsləri sakitləşdirməsini xahiş etmişdir. Aydın həmin masaya yaxınlaşıb sakit olmağı tələb edəndə masadan bir nəfər kişi cinsli şəxs ayağa durub yüksək səslə danışa-danışa ona tərəf gəlmişdir. O da həmin şəxsə yaxınlaşan zaman həmin tanımadığı şəxs onun ünvanına təhqiramiz ifadələr səsləndirərək ona yaxınlaşmış və sağ əli ilə onun ağız nahiyəsinə yumruq atmış, lakin o, kənara çəkilmişdir. Bundan sonra oğlu Oruc və Əhmədəli hadisəni görüb onlara tərəf qaçaraq gəlmişlər və onu vuran şəxsin üzərinə gedərək onu əlləri və ayaqları ilə vurmağa başlamışlar. Oğlunun və Əhmədəlinin döydükləri şəxsi onların əlindən alıb tualetə aparmış və həmin şəxs bir qədər özünə gəldikdən sonra ona çıxıb getməsini demişdir. Həmin şəxs də əl-üzünü yuduqdan sonra restoranı tərk etmişdir. Sonradan həmin şəxsin Zərərçəkmiş şəxs olmasını öyrənmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs hadisədən təxminən 4-5 ay əvvəl tanımış, onunla aralarında düşmənçilik və ya ədavət olmamışdır. Əli diş həkimi işləyir. Əlinin yanına dişini düzəltdirməyə gedən zaman tanış olmuşlar. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə keçmiş iş yoldaşı Ceyhun və Almaniya Respublikasından qonaq gəlmiş İradə və adını bilmədiyi qadınla Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 62 ünvanında fəaliyyət göstərən “Beerhane" restoranında oturub yeyib-içən zaman diş həkimi kimi tanıdığı Əliyə zəng vuraraq dişinin ağrıdığını və hansı dərman qəbul etməyi məsləhət bildikdə Əli ondan harada olduğunu, nə etdiyini soruşmuş, o da restoranda olduğunu deyib Əlini də yanlarına dəvət etmişdir. Telefon danışığı zamanı Əlinin haradasa başqa yerdə yeyib-içdiyini hiss etmişdir. Bir müddət sonra Əli və adını sonradan bildiyi Əlinin dostu Mədəd yanlarına gəlmişlər və onlarla birlikdə oturmuşlar. Əli yanlarına gəldikdə artıq içkili olmuş və onlarla oturub yeyib-içməyə başlamışdır. Orada əyləşib yemək yeyib spirtli içki qəbul etdikdən sonra Əligil rəqs etmişlər və Əli masaya qayıdandan sonra masada olan İradə adlı xanıma yeyib-içdikdən sonra onu götürüb otelə aparacağını dedikdə, həmin İradə adlı qadının yanında olan adını bilmədiyi qadın Əliyə iradını bildirmiş və Əli ilə həmin qadın arasında mübahisə baş verdikdə tanımadığı təxminən 45-50 yaşlarında şəxs onlara yaxınlaşıb aqressiv şəkildə Əliyə irad bildirmiş və Əliyə tərəf zərbə atdıqda sonuncu həmin şəxsə tərəf cavab verib "nağayrırsan?” deyə sual vermişdir. Bu məqamda tanımadığı şəxslər Əliyə tərəf hücum edib sonuncunu döyməyə başlamışlar. Onları ayırmağa çalışsalar da, onların aralarından olan bir nəfər tanımadığı şəxs heç cür sakitləşməmişdir. Həmin kök bədən quruluşlu şəxs Əlini qab-qacaq, həmçinin əli ilə vurub xəsarət yetirdikdən sonra Əlinin boğazından tutub sonuncunu boğmağa başlamışdır. Ətrafdakı şəxslər həmin kök olan şəxsi tutmağa çalışsalar da həmin kök şəxs yenə Əliyə tərəf hücum çəkib Əlinin baş nahiyəsinə zərbələr endirməyə başladıqda Əli artıq başqa yolun olmadığını görüb tualetə tərəf qaçmışdır. X6 tualetdən çıxarıb aparmışdır. Elə həmin vaxt o da qadınlarla və iş yoldaşı Ceyhunla restorandan çıxıb getmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç yerdə işləmir, restoranlarda müğənni kimi fəaliyyət göstərib pul qazanır. 2024-cü ilin may ayının sonlarında Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 62 ünvanında fəaliyyət göstərən "Beerhane” restoranına dəvət almış və orada işləməyə başlamışdır. Həmin restoranı icarə əsasında Şahid4 işlətmiş, orada Rasimin oğlu Oruc da olmuşdur. Özü çox restoranda müğənni kimi fəaliyyət göstərdiyi üçün öz müştəriləri vardır və hansı restoranda gedib oxuyursa müştərilərini oraya dəvət edir. Şahid2 və Zərərçəkmiş şəxs tanıyır, onlarla aralarında düşmənçilik və ya ədavət olmamış, münasibətləri həmişə yaxşı olmuşdur. Zərərçəkmiş şəxs o, «doxtor» kimi çağırmışdır. Şahid2 isə Zərərçəkmiş şəxs əvvəl tanımış və Fəqanla daha yaxın dost münasibətində olmuş, o, hansı restorana getsə Fəqan da tanışları ilə həmin restorana gəlib yeyib-içirlər. 28 may 2024-cü il tarixdə saat 22-23 radələrində Fəqan yanında tanımadığı qadın və kişi tanışları ilə "Beerhane" restoranına gəlib masaların birində oturaraq yeyib-içməyə başlamışlar. Təxminən 1 saat sonra Fəqangilin yanına Zərərçəkmiş şəxs yanında bir nəfər tanımadığı şəxslə gəlmişdir. 28 may 2024-cü il tarixdən 29 may 2024-cü il tarixə keçən gecə saat 03 radələrində Rasimin oğlu Oruc və restoranda aşpaz işləyən Əhmədəli adlı şəxslə masada oturan zaman Fəqangilin masasında Zərərçəkmiş şəxs kiminləsə mübahisə etdiyini görmüş və səhv etmirsə Zərərçəkmiş şəxs süfrədə olan qabı yerə atıb sındırmışdır. Bu zaman Şahid4 ona yaxınlaşaraq, Fəqanı tanıdığı üçün onların masasına yaxınlaşıb bir qədər sakit olmalarını deməyini xahiş etmişdir. O da ayağa durub Fəqangilin masasına yaxınlaşmış və Fəqana Zərərçəkmiş şəxs sakitləşdirməyi dedikdə, masalarında Zərərçəkmiş şəxslə hansısa qadın arasında mübahisə daha da qızışmış və həmin an Zərərçəkmiş şəxs kimsə kənara çəkdikdə orada Zərərçəkmiş şəxslə Şahid4 arasında mübahisə yaranmışdır. Həmin vaxt Rasimin oğlu Oruc və aşpaz Əhmədəli də qaçaraq masalarından yanlarına gəlmişlər və Zərərçəkmiş şəxs birlikdə döyməyə başlamışlar. Orada o, Fəqan, Fəqanın masasında olan başqa şəxslər Rasim, Oruc və Əhmədəlini Zərərçəkmiş şəxs ayırmağa çalışsalar da, bu mümkün olmamış, Oruc və Əhmədəli Zərərçəkmiş şəxs döyməyə davam etmişlər. Bir neçə dəqiqə sonra birtəhər onları ayırmışlar və bundan sonra Zərərçəkmiş şəxs restorana gəldiyi şəxslə oradan çıxıb getmişlər. Sonradan isə Fəqan və sonuncu ilə birlikdə gələn qonaqları da çıxıb getmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (i.v.1); - “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır (i.v.50); - “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (i.v.57); - “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilmişdir (i.v.79-80); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona maddə ilə ittiham elan edilmişdir (i.v.90- 91); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona maddə ilə ittiham elan edilmişdir (i.v.116-117); - “Başqa yerə getməmək haqqında qətimkan tədbirinin seçilməsinə dair” xx.xx.2024cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.103-104); - “Başqa yerə getməmək haqqında qətimkan tədbirinin seçilməsinə dair” xx.xx.2024cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.129-130); - “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 5 ünvanda yerləşən «X8 and Pub» restorandır. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v.9-12); - “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokollardan görünür ki, cinayət işi materiallarına əlavə olunmuş diskdə 01 ədəd videogörüntü vardır, həmin videogörüntüyə baxıldıqda videogörüntünün 02 dəqiqə 29 saniyə müddətində olmaqla «X8 and Pub» restoranında ümumi zalda qeydə alınması müəyyən edilir. Videogörüntüyə baxıldıqda ümumi zalda sağ tərəfdə olan masada 3 nəfər şəxsin əyləşdiyi, həmin şəxslərin birinin əynində ağ rəngli qısaqol köynək(Şahid3), digər 2 nəfər şəxsin əynində isə qara rəngli qısaqol köynək (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1) olması müşahidə edilir. Həmçinin ümumi zalın sol tərəfində masa arxasında bir neçə nəfər şəxsin əyləşməsi və həmin şəxslərdən birinin ayaq üstə olması və onu masalarında oturan şəxsin sakitləşdirməsi müşahidə edilir. Videogörüntüyə baxıldıqda 3 nəfər oturan şəxsin masasına kənardan bir nəfər qara rəngli qısaqol köynəkdə və qara rəngli şalvarda olan şəxsin (Şahid4) yaxınlaşaraq ağ rənqli qısaqol köynəkdə olan şəxsə (Şahid3) nəsə deməsi və ağ rəngli qısaqol köynəkdə olan şəxsin (Şahid3) masa arxasından durub ümumi zalın sol tərəfində olan masaya yaxınlaşması, qara rəngli köynək və şalvarda olan şəxsin isə (Şahid4) ümumi zalın yuxarı orta hissəsində olan tərəfə getməsi müşahidə edilir. Daha sonra ağ rəngli qısaqol köynəkdə olan şəxs (Şahid3) zalın sol tərəfində olan masaya yaxınlaşan zaman orada masada oturan şəxslər arasında sözlə mübahisənin yaranması və bir nəfər qara rəngli qısaqol köynəkdə olan şəxsi (Zərərçəkmiş şəxs) başqa ağ rənqli köynəkdə olan şəxsin masadan aralayıb kənara aparması, həmin vaxt qara rəngli qısaqol köynəkdə olan şəxsin (Şahid4) qara rəngli köynəkdə olan şəxsə (Zərərçəkmiş şəxs) yaxınlaşaraq qolundan tutub nəsə demək istəməsi və bu zaman qara rəngli köynəkdə olan şəxslə (Zərərçəkmiş şəxs) arasında sözlə mübahisə baş verməsi və qara rəngli köynəkdə olan şəxsin (Zərərçəkmiş şəxs) digər şəxsə (Şahid4) əl-qol atmaqla aralarında mübahisənin baş verməsi, həmin an qara rəngli köynəkdə olan şəxsi (Zərərçəkmiş şəxs) digər şəxslərin kənara çəkmələri müşahidə edilir. Daha sonra ümumi zalda sağ tərəfdə olan masadan 2 nəfər qara rəngli qısaqol geyinmiş şəxsin (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1) qaçaraq mübahisə olan tərəfə yaxınlaşmaları, həmin onlardan birinin (Təqsirləndirilən şəxs1) axsaması müşahidə olunur, həmin 2 nəfər şəxs (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1) qara rəngli qısaqol köynək geyinmiş şəxsə (Zərərçəkmiş şəxs) hücum çəkərək, yumruq və təpiklə zərbələr endirməsi, axsayan şəxsin (Təqsirləndirilən şəxs1) əlinə masanın üzərindən hansısa əşyanı alıb, qara rəngli köynək geyinmiş şəxsə (Zərərçəkmiş şəxs) tərəf atması, lakin əşyanın həmin şəxsə dəyib-dəyməməsi aydın görünmür, sonra axsayan şəxsin (Təqsirləndirilən şəxs1) qara rəngli köynək geyinmiş şəxsi (Zərərçəkmiş şəxs) sifətindən əli ilə vurduqda həmin şəxsin masanın üzərinə düşməsi, bu zaman digər şəxslərin qara rəngli qısaqol köynək geyinmiş şəxsləri (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1) tutmaları müşahidə edilir. Sonra qara rəngli qısaqol köynək geyinmiş şəxsin (Təqsirləndirilən şəxs2) onu tutan şəxslərdən sıyrılaraq qara rəngli qısaqol köynək geyinmiş şəxsin üzərinə təkrar hücum çəkməklə masanın üzərindən hansısa əşyanı götürüb qara rəngli qısaqol köynək geyinmiş şəxsin (Zərərçəkmiş şəxs) üzərinə atması, lakin əşyanın həmin şəxsə dəyib-dəyməməsi aydın görünmür, həmin vaxt qara rəngli qısaqol köynək geyinmiş şəxsin (Təqsirləndirilən şəxs2) digər qara rəngli qısaqol köynək geyinmiş şəxsi (Zərərçəkmiş şəxs) itələyib masanın üzərinə yıxması və ağsayan şəxslə (Təqsirləndirilən şəxs1) birlikdə qara rəngli qısaqol köynək geyinmiş şəxsi (Zərərçəkmiş şəxs) yumruq və təpiklə vuraraq yerə yıxmaları, yerdə təpiklərlə qara rəngli qısaqol köynək geyinmiş şəxsi (Zərərçəkmiş şəxs) vurmaları, digər şəxslərin isə onları ayırmağa çalışmaları müşahidə edilir. Videogörüntünün 02 dəqiqə 01 saniyəsində yerdə döyülən (Zərərçəkmiş şəxs) şəxsin durub qaçması və görüntülərdən itməsi müşahidə olunur. Bundan başqa videogörüntünün 01 dəqiqə 16 saniyəsindən başlayaraq bir nəfər ağ rəngli qısaqol köynəkdə olan şəxsin dalaşma prosesində restoranda olan bara tərəf qaçıb barın içərisindən hansısa əşyanı götürüb bardan çıxmaq istəyən zaman qarşısını bir nəfər qara rəngli pencək geyinmiş şəxs tutur və bu zaman həmin ağ rəngli qısaqol köynəkdə olan şəxs həmin qara pencəkdə olan şəxsi vurub yerə yıxır və dalaşma olan yerə yaxınlaşaraq həmin vaxt yerdə olmaqla döyülən qara rəngli qısaqol köynək geyinmiş şəxsi (Zərərçəkmiş şəxs) əlində olan hansısa əşya ilə vurur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid4 videogörüntüdə axsayan şəxsin aşpaz Təqsirləndirilən şəxs1 olduğunu, qara rəngli qısaqol köynəkdə ümumi zalın sağ tərəfindəki masadan durub qaçan şəxsin oğlu Təqsirləndirilən şəxs2 olduğunu, qara rəngli qısaqol köynəkdə Şahid4la mübahisə edən şəxsin Zərərçəkmiş şəxs olduğunu, bara daxil olan ağ rəngli qısaqol köynəkdə olan şəxsin isə barmen kimi dəvət olunmuş Baxış adlı şəxsin olduğunu bildirmişdir (i.v.102-102, 127-128, 135-136); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X3 X4 xx.xx.2024-cü il tarixli 697 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşar edilmiş xəsarətlər - sol göz qapaqları və gözaltı nahiyənin həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançırları, hər iki saidin, sol dirsək oynağı və sol kürək nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarkterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəni hissələrinin (əl, ayaq və sair) təsiri nəticəsində əmələ gələ bilmələri mümkündür və şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır (i.v.40-42); - “Sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmiş, iş üzrə maddi sübut kimi tanınmış hadisənin əks olunduğu görüntünün yazıldığı 01 ədəd DVD disk cinayət işi materiallarına əlavə edilmişdir (i.v.143-155); - “Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından “Baxış” adlı şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır (i.v.157-158); - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir (i.v.162); - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir (i.v.174); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir (i.v.63); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir (i.v.64); - Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış, onlara qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 gənc olmalarını, himayələrində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq barələrində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir; - AZ-İİİ №907477 saylı və AZ-İV №205376 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2017-ci il və xx.xx.2018-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır; - “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2018-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır. Məhkəmə iclasında hadisənin video görüntülərinin qeyd olunduğu diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, diskdə 01 ədəd videogörüntü vardır, həmin videogörüntü 02 dəqiqə 29 saniyə davam edir. Videogörüntüyə baxıldıqda restoranın ümumi zalında sol tərəfdə masa arxasında bir neçə nəfər şəxsin əyləşməsi müşahidə edilir. Videogörüntüyə baxıldıqda sağ tərəfdə bir nəfər qara rəngli qısaqol köynəkdə və qara rəngli şalvarda olan şəxsin (Şahid4) ağ rənqli qısaqol köynəkdə olan şəxsə (Şahid3) nəsə deməsi və ağ rəngli qısaqol köynəkdə olan şəxsin (Şahid3) ümumi zalın sol tərəfində olan masaya yaxınlaşması, qara rəngli köynək və şalvarda olan şəxsin isə (Şahid4) ümumi zalın yuxarı orta hissəsində olan tərəfə getməsi müşahidə edilir. Daha sonra ağ rəngli qısaqol köynəkdə olan şəxs (Şahid3) zalın sol tərəfində olan masaya yaxınlaşan zaman orada masada oturan şəxslər arasında sözlə mübahisənin yaranması və bir nəfər qara rəngli qısaqol köynəkdə olan şəxsi (Zərərçəkmiş şəxs) başqa ağ rənqli köynəkdə olan şəxsin masadan aralayıb kənara aparması, həmin vaxt qara rəngli qısaqol köynəkdə olan şəxsin (Şahid4) qara rəngli köynəkdə olan şəxsə (Zərərçəkmiş şəxs) yaxınlaşaraq qolundan tutub nəsə demək istəməsi və bu zaman qara rəngli köynəkdə olan şəxslə (Zərərçəkmiş şəxs) arasında sözlə mübahisə baş verməsi və qara rəngli köynəkdə olan şəxsin (Zərərçəkmiş şəxs) digər şəxsə (Şahid4) əl-qol atmaqla aralarında mübahisənin baş verməsi, həmin an qara rəngli köynəkdə olan şəxsi (Zərərçəkmiş şəxs) digər şəxslərin kənara çəkmələri müşahidə edilir. Daha sonra ümumi zalda sağ tərəfdən 2 nəfər qara rəngli qısaqol köynək geyinmiş şəxsin (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1) qaçaraq mübahisə olan tərəfə yaxınlaşmaları, həmin onlardan birinin (Təqsirləndirilən şəxs1) axsaması müşahidə olunur. Həmin 2 nəfər şəxs (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1) qara rəngli qısaqol köynək geyinmiş şəxsə (Zərərçəkmiş şəxs) hücum çəkərək, yumruq və təpiklə zərbələr endirir, axsayan şəxs (Təqsirləndirilən şəxs1) əlinə masanın üzərindən hansısa əşyanı alıb, qara rəngli köynək geyinmiş şəxsə (Zərərçəkmiş şəxs) tərəf atması müşahidə edilir. Sonra axsayan şəxsin (Təqsirləndirilən şəxs1) qara rəngli köynək geyinmiş şəxsi (Zərərçəkmiş şəxs) sifətindən əli ilə vurduqda həmin şəxsin masanın üzərinə düşməsi, bu zaman digər şəxslərin qara rəngli qısaqol köynək geyinmiş şəxsləri (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1) tutmaları müşahidə edilir. Sonra qara rəngli qısaqol köynək geyinmiş şəxsin (Təqsirləndirilən şəxs2) onu tutan şəxslərdən sıyrılaraq qara rəngli qısaqol köynək geyinmiş şəxsin üzərinə təkrar hücum çəkməklə masanın üzərindən hansısa əşyanı götürüb qara rəngli qısaqol köynək geyinmiş şəxsin (Zərərçəkmiş şəxs) üzərinə atması müşahidə olunsa da, həmin əşya şəxsə (Zərərçəkmiş şəxs) dəymədən onun arxa tərəfindən naməlum istiqamətə doğru uçur. Həmin vaxt qara rəngli qısaqol köynək geyinmiş şəxsin (Təqsirləndirilən şəxs2) digər qara rəngli qısaqol köynək geyinmiş şəxsi (Zərərçəkmiş şəxs) itələyib masanın üzərinə yıxması və axsayan şəxslə (Təqsirləndirilən şəxs1) birlikdə qara rəngli qısaqol köynək geyinmiş şəxsi (Zərərçəkmiş şəxs) yumruq və təpiklə vuraraq yerə yıxmaları, yerdə təpiklərlə qara rəngli qısaqol köynək geyinmiş şəxsi (Zərərçəkmiş şəxs) vurmaları, digər şəxslərin isə onları ayırmağa çalışmaları müşahidə edilir. Videogörüntünün 02 dəqiqə 01 saniyəsində yerdə döyülən (Zərərçəkmiş şəxs) şəxsin durub qaçması və görüntülərdən itməsi müşahidə olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 138.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Qeyd olunan Məcəllənin 21.3-cü maddəsinə müvafiq olaraq cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onlar tərəfindən törədilmiş əməl düzgün tövsif edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə görə, həmin Məcəllənin 221.2.1-ci maddəsi həmin əməllərin bir qrup şəxs tərəfindən və ya təkrar törədilməsinə görə, 221.3-cü maddəsi isə bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin dispozisiyasından göründüyü kimi, xuliqanlıq əməli silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunduğu halda, həmin maddənin tərkib hissəsi yaranır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər.» Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: «Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir.» Məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 29 may 2024-cü il tarixdə, saat 04:00 radələrində ictimai yer hesab olunan ünvan 7 ünvanda yerləşən «X8 and Pub» restoranında xuliqanlıq hərəkətləri etdiyi zaman silah və ya silah qismində istifadə edilə bilən hər hansı əşyadan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq etmələri sübuta yetirilmir. Belə ki, məhkəmə istintaqı zamanı ifadə verən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadə verərkən bildirmişdir ki, hadisə zamanı əlini üzü ilə tutmuş, ona görə təqsirləndirilən şəxslərin ona tərəf hər hansı bir əşya atdığını görməmişdir. Bundan başqa şahid qismində dindirilmiş Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxslər Zərərçəkmiş şəxs tərəf boşqab atmış, lakin boşqab sonuncuya dəyməmişdir. Həmçinin iş materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokollarda qeyd edilmişdir ki, ümumi zalda sağ tərəfdə olan masadan 2 nəfər qara rəngli qısaqol geyinmiş şəxsin (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1) qaçaraq mübahisə olan tərəfə yaxınlaşmaları, həmin onlardan birinin (Təqsirləndirilən şəxs1) axsaması müşahidə olunur, həmin 2 nəfər şəxs (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1) qara rəngli qısaqol köynək geyinmiş şəxsə (Zərərçəkmiş şəxs) hücum çəkərək, yumruq və təpiklə zərbələr endirməsi, axsayan şəxsin (Təqsirləndirilən şəxs1) əlinə masanın üzərindən hansısa əşyanı alıb, qara rəngli köynək geyinmiş şəxsə (Zərərçəkmiş şəxs) tərəf atması, lakin əşyanın həmin şəxsə dəyib-dəyməməsi aydın görünmür, sonra axsayan şəxsin (Təqsirləndirilən şəxs1) qara rəngli köynək geyinmiş şəxsi (Zərərçəkmiş şəxs) sifətindən əli ilə vurduqda həmin şəxsin masanın üzərinə düşməsi, bu zaman digər şəxslərin qara rəngli qısaqol köynək geyinmiş şəxsləri (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1) tutmaları müşahidə edilir. Sonra qara rəngli qısaqol köynək geyinmiş şəxsin (Təqsirləndirilən şəxs2) onu tutan şəxslərdən sıyrılaraq qara rəngli qısaqol köynək geyinmiş şəxsin üzərinə təkrar hücum çəkməklə masanın üzərindən hansısa əşyanı götürüb qara rəngli qısaqol köynək geyinmiş şəxsin (Zərərçəkmiş şəxs) üzərinə atması, lakin əşyanın həmin şəxsə dəyib-dəyməməsi aydın görünmür, həmin vaxt qara rəngli qısaqol köynək geyinmiş şəxsin (Təqsirləndirilən şəxs2) digər qara rəngli qısaqol köynək geyinmiş şəxsi (Zərərçəkmiş şəxs) itələyib masanın üzərinə yıxması və ağsayan şəxslə (Təqsirləndirilən şəxs1) birlikdə qara rəngli qısaqol köynək geyinmiş şəxsi (Zərərçəkmiş şəxs) yumruq və təpiklə vuraraq yerə yıxmaları, yerdə təpiklərlə qara rəngli qısaqol köynək geyinmiş şəxsi (Zərərçəkmiş şəxs) vurmaları, digər şəxslərin isə onları ayırmağa çalışmaları müşahidə edilir. Hadisənin videogörüntülərinin qeydə alındığı diskə məhkəmə iclasında baxış keçirilən zaman videonun 57-ci saniyəsində axsayan şəxsin (Təqsirləndirilən şəxs1) əlinə masanın üzərindən hansısa əşyanı alıb, qara rəngli köynək geyinmiş şəxsə (Zərərçəkmiş şəxs) tərəf atması müşahidə olunsa da, həmin əşyanın Zərərçəkmiş şəxs dəyməsi görünmür. Videonun 01 dəqiqə 12-ci saniyəsində isə qara rəngli qısaqol köynək geyinmiş şəxsin (Təqsirləndirilən şəxs2) onu tutan şəxslərdən sıyrılaraq qara rəngli qısaqol köynək geyinmiş şəxsin üzərinə hücum çəkməklə masanın üzərindən hansısa əşyanı götürüb qara rəngli qısaqol köynək geyinmiş şəxsin (Zərərçəkmiş şəxs) üzərinə atması müşahidə olunsa da, həmin əşya Zərərçəkmiş şəxs dəymədən onun arxa tərəfindən naməlum istiqamətə doğru uçur. Hadisənin videogörüntülərindən də göründüyü kimi, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 atdığı əşyalar zərər çəkmiş şəxsə dəymir. Bu halda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, videogörüntüyə diqqətlə baxdıqda görünür ki, Təqsirləndirilən şəxs1 masanın üzərindən götürdüyü əşyanı zərər çəkmiş şəxsin başının arxa hissəsinə tərəf atır və əgər əşya sonuncuya dəymiş olsaydı, o zaman zərər çəkmiş şəxs başının arxa hissəssindən xəsarət almış olardı. Lakin iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X3 X4 xx.xx.2024-cü il tarixli 697 saylı rəyində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs başının arxa hissəsində hər hansı bir xəsarətin olması qeyd edilməmişdir. Beləliklə, məhkəmə istintaqında aparılan araşdırma zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xuliqanlıq hərəkətləri etdiyi zaman silah və ya silah qismində istifadə edilə bilən hər hansı əşyadan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq etmələri birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmur, əksinə zərərçəkmiş şəxsin və şahidlərin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ziddiyətli ifadələri ilə təkzib olunur. Cinayət-prosessual qanunvericilik yalnız mənbəyinin mötəbərliyi şübhə doğurmayan sübutların qəbuledilənliyini müəyyən edir. Şəxsin təqsirliliyinə dair cinayət təqibi orqanının mövqeyi mülahizələrə deyil, konkret sübutlarla müəyyən edilə bilən hallara (hadisə yerinin hadisə baş verdiyi vaxtda olan videogörüntüləri və hadisəni görmüş şahidlərin ifadələri) əsaslanmalıdır. Faktiki məlumatların mənbəyi müəyyən edilə bilməzsə, belə məlumatların sübuti əhəmiyyəti yoxdur. İndiki halda, verilmiş ittihamda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən silah qismində istifadə etdiyi əşyalardan istifadə edilməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlərə yol verməsi faktının nəyin əsasında qeyd edildiyi müəyyən olunmur. Ümumiyyətlə ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən silah qismində istifadə etdiyi əşyalardan istifadə edilməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlərə yol verməsi qənaətinə gələrək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ittiham vermiş, lakin cinayət işinin materiallarından, hadisənin görüntülərindən və məhkəmə istintaqı zamanı araşdırılan digər sübutlardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən hadisə zamanı silah qismində istifadə olunan əşyalarla zərər çəkmiş şəxsə zor tətbiq etmələri sübut olunmur. Məhkəmə qeyd edir ki, tezis, həqiqiliyi şübhə doğurmayan arqumentlərlə əsaslandırılarsa sübut olunmuş hesab edilir. Hazırki işə münasibətdə isə silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq olunmasına dair irəli sürülmüş ittihamı əsaslandıran arqument mövcud deyil. Beləliklə, ibtidai araşdırma orqanı tərəfindən ehtimal və mülahizələrə əsaslanaraq təqsirləndirilən şəxslərə silah qismində istifadə etdiyi əşyalardan istifadə edilməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlərə yol verərək xuliqanlıq etmələri ilə bağlı ittiham verilmişdir ki, həmin ittiham əsasında məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan xuliqanlıq əməlini törətmələri ilə bağlı məsuliyyətə cəlb edilmələrini mümkün hesab etmir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Həmin Qərarda göstərilir ki, CM-nin 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. “Silah qismində istifadə edilən əşyaların” anlayışına Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli Qərarında aydınlıq gətirilmişdir. Həmin Qərara əsasən silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat təsərrufat-məişət məqsədi ilə və yaxud da ümumiyyətlə hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhvetmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. CM-nin 221.3-cü maddəsi xuliqanlıq hərəkətlərinin törədilməsi üçün əvvəlcədən hazırlanmış əşyalarla bu hərəkətlərin həyata keçirilməsi zamanı təsadüfi əldə edilmiş əşyalar arasında heç bir fərq qoymur. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Bununla yanaşı, əgər silah və ya silah qismində istifadə edilən əşyalar yalnız əmlakın məhv edilməsi və ya zədələnməsi üçün istifadə edilərsə, lakin bunun nəticəsində insanların sağlamlığına zərər vurulmazsa və yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yaranmazsa, əməl CM-in 221.3-cü maddəsi ilə tövsif oluna bilməz. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmələr tərəfindən xuliqanlıq işlərinə baxılarkən silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi və ya tətbiqinə cəhd olunması, habelə zərərçəkmişin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan bütün hallar hərtərəfli araşdırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin “tətbiq etməklə” müddəası xuliqanlıq hərəkətləri zamanı silah və ya silah qismində istifadə edilən əşyaların vasitəsi ilə sağlamlığa zərər vurulmasını, yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yarandığı halları ehtiva edir». Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə 29 may 2024-cü il tarixdə, saat 04:00 radələrində ünvan 7 ünvanda yerləşən «X8 and Pub» restoranında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etdikləri hərəkətlərə hüquq qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin hadisə zamanı xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etsələr də, onlar tərəfindən silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlərə yol verilməmişdir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, məhkəmə istintaqında araşdırılan və qiymətləndirilən mötəbər sübutlara məcmu halda hüquqi qiymət verərək və Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 349.5 və 349.5.1-ci maddələrinin tələbinə görə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinin tələbinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyətini yaradır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri təqsirləndirilən şəxslərin, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, hadisənin videogörüntüləri, ekspertiza rəyi ilə tam sübuta yetirilir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 oğlunun əməlini səmimi etiraf etməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, ilk dəfə cinayət törətməsini və himayəsində iki azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halı, əməlini səmimi etiraf etməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, ilk dəfə cinayət törətməsini və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 oğlunun əməlini səmimi etiraf etməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, ilk dəfə cinayət törətməsini və himayəsində bir azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, törətdiyi əməli səmimi etiraf etməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, ilk dəfə cinayət törətməsini və himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmənin hazırlıq iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Ekol” Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə “Ekol” Vəkil Bürosunun vəkili X2 məhkəmənin hazırlıq iclasında iştirak etdiyi 05 saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Ekol” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə “Ekol” Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 05 saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Ekol” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar