Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-129/2020 02.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə xx xxxxxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 mənzil 112 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq talayıb soyğunçuluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Şahid1 Rüfət oğlu və Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək xx xxxxxx 2019-cu il tarixdə, axşam saat 22 radələrində ünvan 2 saylı ünvanda yerləşən parkda yetkinlik yaşına çatmayan xx.xx.2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs yaxınlaşmışlar, Şahid1 onun boynundan asılmış 01 ədəd gümüşü rəngli metaldan hazırlanmış, üzərində "925" əyar damğası həkk olunmuş, çəkisi 77,43 qram olan 387 manat dəyərində boyunbağıya baxıb qaytarmaq adı ilə istəmiş, lakin Zərərçəkmiş şəxs bundan imtina etməklə hər iki əli ilə boynundan asılmış vəziyyətdə olan boyunbağını bərk tutub saxlamış, bundan sonra Təqsirləndirilən şəxs ona yaxınlaşıb güc tətbiq etməklə onun əllərini tutub aşağıya doğru endirərək gümüş boyunbağını onun boynundan çıxarıb ələ keçirmiş, sonra isə həmin boyunbağını Şahid2 vermiş, Şahid2 da həmin boyunbağını qrupun digər üzvü Şahid1 Rüfət oğluna vermişdir. Zərərçəkmiş şəxs onlardan əmlakını geri tələb etdikdə hər üç şəxs sözügedən boyunbağını ona qaytarmayaraq hadisə yerindən qaçıb getməklə Zərərçəkmiş şəxs 387 manat maddi ziyan vurmaqla özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişlər. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, hadisə baş verən vaxtı heç bir yerdə işləməmişdir. O, 2016-cı ildə Xətai rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 200 manat cərimə cəzasına məhkum olunmuş və həmin cərimə cəzasını ödəmişdir. O, milliyətcə tatar olan Şahid2 təxminən 4 ildir tanıyır və onunla qeyri-rəsmi münasibətləri var. xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 17:30 radələrində o, Şahid2 ilə “Əhmədli” metrostansiyası yaxınlığında görüşmüşdür. Yeni il axşamı olduğu üçün onlar şəhəri gəzmək qərarına gəlmiş və bunun üçün “28 May” metrostansiyası yaxınlığına gəlmişlər. Həmin gün, saat 22 radələrində o və Şahid2 “28 May” metrostansiyasının yaxınlığında yerləşən “Neptun’' marketin yanında olan zaman digər tanışları Şahid1 görmüşlər. Şahid1lə onun tanışlığı hadisə baş verən vaxtdan 2 il əvvəl olmuşdur. Şahid2 da Şahid1 məhz onun sayəsində tanımışdır. Onlar Şahid1lə görüşmüş və yeni ili harada keçirəcəyini maraqlanmış, Şahid2 ilə o, artıq şəhəri gəzdiklərini Şahid1 bildirərək evə qayıtmaq istədiklərini, lakin “28 May” metrostansiyasında insan sıxlığı müşahidə olunduğu üçün “Sahil” metrostansiyasına piyada gedərək oradan qatara minib “Əhmədli” metrostansiyasına gedəcəklərini bildirmişlər. Bu vaxt Şahid1 də “Sahil” metrostansiyası tərəfə gedəcəyini bildirərək onlarla getmək istədiyini demişdir. Onlar birlikdə Üzeyir Hacıbəyov adına Milli Konservatoriyanın binasına çatan zaman 2 nəfər “skate” sürən şəxsi görmüşlər. Həmin “skate” sürən şəxslərdən biri Şahid1 görüb yaxınlaşmış və onunla salamlaşaraq hal-əhval tutmuşdur. Söhbət əsnasında həmin oğlanın əsl adının "Səməd" olmasına baxmayaraq hamının onu “Amid" kimi çağırdığını öyrənmişdir. Şahid1 şəxsiyyəti tam olaraq ona sonradan bəlli olan Zərərçəkmiş şəxsla danışan zaman onun sürdüyü “skate”dən xoşu gəldiyini bildirib biraz həmin “skate”i sürmüşdür. Sonradan isə Şahid1 həmin oğlanın boynunda gümüşü boyunbağı görərək “boynundakı gümüşü boyunbağını ver mənə baxım" demişdir. Zərərçəkmiş şəxs ona “verə bilmərəm, boyunbağını mənə anam hədiyyə verib” demişdir. Bu vaxt Şahid1 əlləri ilə Zərərçəkmiş şəxs boynundakı boyunbağını götürüb baxmaq istədikdə zərərçəkmiş şəxs əlləri ilə boyunbağını tutub saxlamış və verməmişdir. Həmin vaxt o, Zərərçəkmiş şəxs “mənim gümüşlərdən anlayışım var, ver boyunbağına baxım qaytarım" demişdir. Bu zaman Zərərçəkmiş şəxs onun sağ qolunda gümüş qolbağ görmüş və onun qolundakı gümüş qolbağ ilə maraqlanan zaman o, zərərçəkmiş şəxsə zərgərlikdən anlayışlı olduğunu, gümüşləri təmizləməyi bacardığını demişdir. Bundan sonra isə Zərərçəkmiş şəxs boynunda olan boyunbağısını ona təqdim etməsini bildirmiş və ardınca zərərçəkmiş şəxsin icazəsi ilə boynundan boyunbağısını açmışdır. Boyunbağıya baxan zaman həmin boyunbağının çirkli olduğunu Zərərçəkmiş şəxs bildirərək həmin boyunbağını Şahid1 təqdim etmişdir. Şahid1 az müddət boyunbağıya baxdıqdan sonra boyunbağının Polis Bölməsində Şahid2 üzərindən çıxmasına qədər kimə verilməsini bilməmişdir. Zərərçəkmiş şəxs ilkin olaraq boyunbağını ona qaytarmağını tələb etmiş, o isə boyunbağının onda olmadığını bildirərək əmin olması üçün əlini şalvarının və gödəkçəsinin ciblərinə salaraq ciblərinin boş olduğuna əmin etmişdir. Zərərçəkmiş şəxs boyunbağının onda olmadığına əmin olduqdan sonra Şahid2 və Şahid1 boyunbağını geri istəməyə başlamışdır. Bundan sonra Şahid1 zərərçəkmiş şəxsi kənara çəkib ona nəsə deməyə başlamışdır. O və Şahid2 həmin vaxt onlardan biraz kənarda olduqlarından Şahid1 zərəçəkmiş şəxsə nə dediyini bilməmişdir. Bir müddət sonra isə Şahid1 onlara tərəf gəlmiş və zərərçəkmiş şəxs bu vaxt onların arxasınca gəlməyə başlamışdır. Zərərçəkmiş şəxs onların arxasınca gələrək “mənim gümüşü boyunbağımı geri qaytarın" demişdir. Bu vaxt Şahid1 Zərərçəkmiş şəxs üzərinə ucadan qışqıraraq “sənə deyirəm burda gözlə, arxamızca gəlmə gəlsən yaxşı olmayacaq sənin üçün" demişdir. Onlar birlikdə getməyə başlamış və Zərərçəkmiş şəxs boyunbağını geri qaytarmalarını tələb edərək onların arxasınca gəlmişdir. Onlar “28 Mall” ticarət mərkəzinin qarşısında olan heykəlin yaxınlığında olan zaman Zərərçəkmiş şəxs yanında gördüyü uşaq atası ilə birlikdə onların arxaları ilə gəlmiş və sonra onlara yaxınlaşaraq nə baş verdiyini soruşmuşdur. Uşağın atası ondan boyunbağını geri tələb edən zaman o, həmin şəxsə “məndə boyunbağı yoxdur" demiş, həmçinin Şahid2 və Şahid1 də boyunbağının onlarda olmadığını bildirmişlər. Bu vaxt Zərərçəkmiş şəxs yaxınlıqda olan polis əməkdaşları ilə onlara tərəf yaxınlaşmış və boyunbağını götürdüklərini bildirmişdir. Polis əməkdaşları onu və digər şəxsləri xidməti maşına mindirib yaxınlıqdakı polis idarəsinə aparmışlar. Orada boyunbağını Şahid2 polis əməkdaşlarına təqdim etmişdir. Baş vermiş hadisəyə görə səmimi peşman olmuşdur və onun boyunabağını soyğunçuluq məqsədilə götürmədiyini, həmçinin zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənildiyini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı qanuni nümayəndəsi Şahid5 iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Özü hazırda Bakı şəhəri, Nəsimi rayonu, 5 nömrəli orta məktəbin 11-ci sinif şagirdidir. xx xxxxxx 2019cu il tarixdə, saat 13 radələrində dostu Telman adlı şəxslə Bakı şəhəri, Nəsimi rayonu, “Nikola Tesla" adlı parkda görüşmüşdür. Onlar bir müddət orada “skate” sürmüş, daha sonra “Qarayev” parkına gedib orada da təxminən 1-2 saat “skate” sürüb vaxtlarını keçirmişlər. Daha sonra onlar birlikdə Bakı şəhəri, Nəsimi rayonu, “28 Mall" adlanan ticarət mərkəzinə gedib orada yemək yemiş, daha sonra yenidən “Qarayev” parkına gedib, orada yenidən “skate” sürmüşlər. Onlar Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyovun heykəlinin yerləşdiyi parka gələrək orada “skate” sürmüşlər. Həmin gün saat 22 radələrində Telman adlı şəxslə birlikdə parkda olan zaman ona 2 nəfər oğlan və 1 nəfər qız yaxınlaşmışdır. Oğlanlardan biri təqsirləndirilən şəxs sonradan ad və soyadı ona məlum olan Təqsirləndirilən şəxs, digəri isə Şahid1 olmuş, digər şəxs sonradan ad və soyadı ona məlum olan Şahid2 olmuşdur. Ona ilk olaraq Şahid1 Rüfət oğlu yaxınlaşaraq “boynundakı gümüşü boyunbağını ver mənə baxım" demişdir. O, Şahid1 “verə bilmərəm, boyunbağını mənə anam hədiyyə verib" demiş, lakin Şahid1 həmin vaxt əlləri ilə onun boynundakı boyunbağını götürüb baxmaq istədikdə o, əlləri ilə boyunbağını tutub saxlayaraq verməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona “mən zərgərəm, ver boyunbağına baxım qaytarım" demiş, o isə etiraz etsə də, şəxslərin ona zərər yetirməyindən qorxduğu üçün boyunbağının Təqsirləndirilən şəxs tərəfindən boynundan açılaraq götürülməsinə mane ola bilməmişdir. Təqsirləndirilən şəxs onun boyunbağısını əllərində tutub baxmağa başlamış, bu zaman təqsirləndirilən şəxsə “boyunbağımı geri qaytar" demişdir. Təqsirləndirilən şəxs boyunbağıya baxıb yanında olan Şahid2 vermiş, həmin qız isə boyunbağıya baxıb Şahid1 vermişdir. Daha sonra Şahid1 onu kənara çəkib “sən parkda gözlə, biz gümüşü aparıb qramını ölçüb gəlirik" demişdir. O, “mən boyunbağımı satmıram, nəyə görə aparıb ölçürsən?" demişdir. Şahid1 daha sonra Təqsirləndirilən şəxs və Şahid2 ilə birlikdə həmin yerdən uzaqlaşmağa başlamış, o da həmin şəxslərin arxasınca getmişdir. O, həmin şəxslərin arxasınca gedərək boyunbağının ona qaytarılmasını tələb etmiş, lakin Şahid1 onu yenidən kənara çəkib yüksək səs tonu ilə onun üstünə qışqıraraq “sənə deyirəm burda gözlə, aıxamızca gəlmə gəlsən səni vuraram" demiş, o isə həmin hərəkətin təsirindən qorxmağa başlamışdır. Təqsirləndirilən şəxslər getməyə başlamışlar, o isə onların arxasınca düşərək dostu Telman adlı şəxsə onu parkda gözləməsini demişdir. Həmin şəxslərin arxasınca gedərkən onların aralarında 10-15 metr məsafə olmuşdur. Təqsirləndirilən şəxslər parkın yaxınlığından keçərkən arxaya tərəf çönüb baxarkən onun arxalarınca gəldiyini görmüşlər və bundan sonra hər üçü qaçmağa başlamışlar. Telman adlı dostu həmin vaxt atası ilə ona tərəf gəlmiş və onlar hər üçü təqsirləndirilən şəxslərin arxasınca qaçmağa başlamışlar. İlk öncə o qaçıb Təqsirləndirilən şəxs gödəkçəsindən tutub saxlamış, Şahid1lə Şahid2 da onu görüb dayanmışlar. Telman adlı dostunun atası Təqsirləndirilən şəxs “uşağın boyunbağısını qaytarın" demiş, Təqsirləndirilən şəxs isə boyunbağının onda olmadığını bildirmişdir. Bundan sonra Şahid1lə Şahid2 da onlara yaxınlaşıb “bizdə boyunbağı yoxdur" demişlər. O, yaxınlıqda polis əməkdaşlarını görüb yaxınlaşaraq "mənim boyunbağımı bu şəxslər götürüblər, vermirlər” demişdir. Polis əməkdaşları da onu, hər üç şəxsi xidməti maşına mindirib yaxınlıqdakı polis idarəsinə aparmışlar. Orada boyunbağını Şahid2 polis əməkdaşlarına təqdim etmişdir. Sonda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Rüfət oğlu verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2 il əvvəldən tanımış və onunla tanışlığı nəticəsində Şahid2 tanımışdır. Zərərçəkmiş şəxs da onun əvvəldən tanıdığı şəxslərdən biridir. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. o, Bakı şəhəri, “Neftçilər” metrosuna yaxın yerləşən 277 nömrəli məktəbdə 9 il orta təhsil almış, daha sonra 9-cu sinifi bitirərək həmin məktəbdən çıxmışdır. O, məktəbdən çıxdıqdan sonra heç bir işlə məşğul olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə axşam saat 21 radələrində o, Təqsirləndirilən şəxs və Şahid2 “28 Mall” ticarət mərkəzinin yaxınlığında yerləşən “Neptun” marketin qarşısında təsadüfən görüşmüşlər. O, Təqsirləndirilən şəxs və Şahid2 hara getmələrini soruşduqda ona “Sahil” metrosu tərəfə getdiklərini bildirmişlər. O Təqsirləndirilən şəxs və Şahid2 qoşulmaq istədiyini bildirdikdə etiraz etməmişlər və onlar birlikdə yolda hərəkət edərək “Sahil” metrosuna tərəf getmişlər. Üzeyir Hacıbəyov heykəlinin yaxınlığındakı parkda iki nəfər təxminən 16 yaşlı oğlan uşaqlarının olduğunu görmüşlər. Onlardan “Amin” adı ilə tanıdığı əsl adı “Səməd” olan şəxs ona yaxınlaşıb salam vermiş, Onlar bir-birlərinin bayramını təbrik etmişlər. Daha sonra o, Zərərçəkmiş şəxs boynundakı boyunbağını görmüş və “boyunbağı gümüşdür yoxsa sadə?” deyə soruşmuş, Zərərçəkmiş şəxs da ona cavabında “boyunbağı gümüşdür” demişdir. O, Zərərçəkmiş şəxs “həmin boyunbağını olar taxım?" demiş, zərərçəkmiş şəxs isə ona “yox olmaz bu boyunbağı mənə anamın hədiyyəsidir” demişdir. Daha sonra Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə yaxınlaşıb ondan boyunbağını baxmaq üçün istəmiş və gümüş olan predmetlərdən anlayışı olduğunu demişdir. Zərərçəkmiş şəxs icazə vermiş və Təqsirləndirilən şəxs əlləri ilə zərərçəkmiş şəxsin icazəsi ilə boyunbağını çıxartmışdır. Təqsirləndirilən şəxs həmin boyunbağıya baxmış, daha sonra həmin boyunbağını baxması üçün Şahid2 vermişdir. Şahid2 baxdıqdan sonra Zərərçəkmiş şəxs icazə alıb boyunbağıya baxmış, onu yenidən Təqsirləndirilən şəxs qaytarmışdır. Daha sonra o, Səmədi kənara çəkib bildirmişdir ki, “boyunbağını aparıb qramını yoxlatdırıb sonra ona qaytaracaqlar”, lakin Səməd də buna razı olmadıqda sonuncu Seymura yaxınlaşaraq boyunbağını qaytarmasını istəmişdir. Daha sonra o, Şahid2 və Təqsirləndirilən şəxs birlikdə hərkətlərinə davam etmiş, Səməd də onların arxasınca getməyə başlamışdır. Zərərçəkmiş şəxs ona yaxınlaşıb boyunbağını istəmiş, o isə boyunbağının onda olmamasını bildirərək ondan uzaqlaşmasını tələb etmişdir. O, Təqsirləndirilən şəxsla və Şahid2 yanına getmiş, onlar bir dəfə piyada dairə formasında gəzib yenidən həmin parkın yanından keçib “28 May” metrosu tərəfə getmişlər. Daha sonra Səmədin Seymurun qolundan tutub saxladığını, yanına da Zərərçəkmiş şəxs dostu ilə dostunun atasının gəldiyini görmüşdür. Onlar Təqsirləndirilən şəxs boyunbağını istəmişlər, lakin Təqsirləndirilən şəxs onda boyunbağının olmamasını bildirmişdir. Daha sonra isə ondan boyunbağı barədə soruşduqda boyunbağının onda olmamasını demişdir. Boyunbağının qaytarılmadığını görən Səməd yaxınlıqdakı polislərə məlumat vermiş polislər də onları həmin əraziyə yaxın olan polis idarəsinə aparmışlar. Sonradan həmin boyunbağı Şahid2 üzərindən çıxmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 4 ilə yaxın müddətdir tanıyır, Zərərçəkmiş şəxs isə əvvəllər tanımamışdır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. xx xxxxxx 2019-cu il tarixdə o, Təqsirləndirilən şəxsla təxminən saat 17 radələrində Bakı şəhəri, Xətai rayonu, metronun “Əhmədli” stansiyasında görüşmüşlər. O, Təqsirləndirilən şəxsla birlikdə metroya minib “28 May” metrosuna gəlmişlər və orada müxtəlif yerlərdə gəzmişlər. Həmin gün təxminən saat 21 radələrində onlar “28 May” metrosunun yaxınlığında olan “Neptun” marketin qarşısında Təqsirləndirilən şəxs köhnə tanışı olan Şahid1 Rüfət oğlunu görmüşlər. Onunla görüşəndən sonra Şahid1 də onlara qoşulmuş və birlikdə gəzmişlər. Daha sonra Nəsimi rayonunda yerləşən Üzeyir Hacıbəyovun heykəlinin yerləşdiyi parka gəlmişlər. Bu zaman bir nəfər oğlan onlara yaxınlaşaraq Şahid1lə salamlaşmışdır. Daha sonra həmin oğlan əlini Təqsirləndirilən şəxs uzadıb özünü “Amid” kimi təqdim etsə də, sonradan onun əsl ad və soyadının Zərərçəkmiş şəxs olması müəyyən olmuşdur. Sonra Şahid1 zərərçəkmiş şəxsdən “skate”ni sürmək üçün istəmiş və Zərərçəkmiş şəxs ona “skate”i sürmək üçün vermişdir. Bundan sonra, Təqsirləndirilən şəxsla Şahid1 zərərçəkmiş şəxsə yaxınlaşmış, o da onların yanına getmişdir. Şahid1 zərərçəkmiş şəxsə "nə yaxşı boyunbağın var ver baxım" demişdir. Bu sözü dedikdən sonra Şahid1 əlini Zərərçəkmiş şəxs boğazına aparıb boyunbağının üzərinə qoymuş və zərərçəkmiş şəxs əlini boyunbağının üzərinə qoyaraq Şahid1 əlini çəkməsini istəmişdir. Şahid1 əlini boyunbağının üzərindən çəkdikdən sonra Zərərçəkmiş şəxs “bu boyunbağını mənə anam hədiyyə edib, onu verə bilmərəm” demişdir. Bu sözlərdən sonra Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə “mənim gümüşdən başım çıxır və boyunbağını ver baxım sonra sənə geri qaytaracam" demişdir. Bu sözlərdən sonra Təqsirləndirilən şəxs əlini Zərərçəkmiş şəxs boğazına aparmış və zərərçəkmiş şəxsin icazəsi ilə boyunbağını açaraq götürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs həmin boyunbağını ona vermiş və o, həmin boyunbağıya baxıb heç bir söz demədən Şahid1 vermişdir. Şahid1 həmin boyunbağıya baxıb yenidən ona vermişdir. Yekunda boyunbağı onda qalmışdır. Şahid1 zərərçəkmiş şəxsi kənara çəkib nəsə onunla söhbət etmiş, onlar isə heç nə eşitməmişlər. Sonra Şahid1 onlara tərəf gəlib “gedək" sözünü demişdir. Bundan sonra onlar hər üçü birlikdə getməyə başlamışlar. Yolu davam edən zaman Zərərçəkmiş şəxs onları izlədiyini görmüş və sonuncu Təqsirləndirilən şəxs həmin boyunbağını qaytarmasını istəmişdir. Təqsirləndirilən şəxs boyunbağını Şahid1 verdiyini, sonuncu isə boyunbağının onda olmadığını demiş, beləliklə, o da boyunbağının onda olmamasını deyərək Zərərçəkmiş şəxsla zarafat etmək istəmişdir. Lakin boyunbağı onda olmuş və o heç nə danışmadan sakit şəkildə kənarda dayanmışdır. Sonra onlar çıxıb getdikdə Zərərçəkmiş şəxs onların arxasınca gəldiyini görmüşlər. Həmin vaxt onlar zarafat üçün iti yerişlə qaçmağa başlamışlar. Zərərçəkmiş şəxs onlara yaxınlaşmış və aradan təxminən 1-2 dəqiqə keçdikdən sonra zərərçəkmiş şəxsin yanında olan dostunun atası olan bir kişi gəlib onlardan Zərərçəkmiş şəxs aid olan boyunbağını istəmişdir. Həmin vaxt o məsələnin artıq ciddi şəkil aldığını görsə də, qorxduğu üçün heç bir fikir bildirməmişdir. Səməd boyunbağının geri qaytarılmamasını görüb yolda dayanan polis əməkdaşlarını çağırmış və polislər onlara tərəf gəlib xidməti maşına əyləşdirib Polis İdarəsinə aparmışlar. O, Polis idarəsində zarafat məqsədilə özündə saxladığı gümüşü boyunbağını polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, Zərərçəkmiş şəxs isə onun oğludur. Təqsirləndirilən şəxslə heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Oğlu Zərərçəkmiş şəxs xx xxxxxx 2019-cu il tarixdə dostu Telman adlı şəxslə birlikdə şəhərdə görüşüb gəzmişlər, birlikdə “skate” sürmüşlər, daha sonra onlar axşam saat 21 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsində yerləşən parkda olarkən oğlu Zərərçəkmiş şəxs deməsinə görə 3 nəfər şəxs ona yaxınlaşmışlar. O, hadisənin birbaşa şahidi olmasa da, hadisədən sonra polis bölməsindən ona verilən məlumat əsasında Təqsirləndirilən şəxs da daxil olmaqla, 3 nəfər şəxsin oğluna qarşı soyğunçuluq cinayəti törətməsini bilmişdir. Daha sonra yetkinlik yaşına çatmadığı üçün o, oğlu Zərərçəkmiş şəxs qanuni nümayəndəsi təyin edilmiş və ibtidai istintaq və məhkəmə istintaqı vaxtı oğlunun dindirilməsində və hüquqlarının təmin edilməsində iştirak etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin X16 Alayının polis nəfəri Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Halhazırda X16 Alayında polis nəfəri işləyir və polis serjantı xüsusi rütbəsindədir. O, təxminən 2018-ci ilin yanvar ayının ortalarından X16 Alayında xidmət edir. xx xxxxxx 2019-cu il tarixdə X12 Polis İdarəsinə yazdığı raportla əlaqədar olaraq bildirmişdir ki, o, həmin tarixdə axşam saat 21:30 radələrində xidməti iş yoldaşı Şahid3la 9623 saylı **-PT-*** dövlət qeydiyyat nişanlı “Mersedes” markalı avtopatrulla ərazidə xidmət aparmışlar. Həmin vaxt onlara bir nəfər yetkinlik yaşına çatmayan oğlan uşağı yaxınlaşıb "mənim boyunbağımı bu üç nəfər şəxs götürüb mənə geri qaytarmırlar” demişdir. Onlar da xidməti zərurətlə əlaqədar həmin şəxslərə yaxınlaşıb özlərini onlara təqdim edib nəyə görə boyunbağının zərərçəkmiş şəxsə qaytarılmamasını soruşmuşlar. Həmin vaxt sözügedən şəxslərdən heç biri suala cavab vermədiyinə görə onlar məsələni aydınlaşdırmaq məqsədi ilə onları xidməti avtomobilə əyləşməyi xahiş etmişlər. Həmin şəxslər də bundan imtina etməmişlər. Həmin şəxslərdən biri qız, ikisi isə oğlan, o cümlədən Təqsirləndirilən şəxs olmuşdur. Onlar həmin şəxsləri yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxslə birlikdə Polis idarəsinə gətirmişlər. Orada idarə rəisinə həmin şəxslər barəsində qanuna uyğun tədbir görülməsi üçün raportla məruzə etmişlər. Həmçinin həmin vaxt adı onlara sonradan məlum olan Şahid2 üzərindən bir ədəd boyunbağını çıxarıb könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin X16 Alayının polis nəfəri Şahid3 da, Şahid4 ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan “Təqdim edilmiş maddi sübut əhəmiyəti kəsb edə biləcək əşyanın götürülməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, 01 ədəd maddi sübut əhəmiyyəti kəsb edən boyunbağı Şahid2 tərəfindən təqdim edilmiş və DYNPİnin istintaq və Təhqiqat Bölməsinin təhqiqatçısı Natiq İsmayılov tərəfimndən götürülmüşdür (İ cild, i/v 24). İş materiallarına əlavə olunmuş “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 19:10-da şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(006)-1/2020 saylı qərarı ilə barəsində 2 (iki) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(006)-91/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti xx xxxxx 2020-ci il tarixədək uzadılmışdır (İ cild, i/v 115, 243-246, İİ cild 47-50). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 360/361 saylı rəyindən görünür ki, təqdim edilmiş 01 ədəd gümüşü rəngli metaldan boyunbağının üzərində “925” əyar damğası həkk olunmuşdur, metalı 925 əyarlı gümüşə uyğundur, çəkisi 77,43 qram olmuşdur. Həmin boyunbağının 2020-ci ilin yanvar ayına olan orta bazar qiyməti 387,0 manat müəyyən edilmişdir (İİ cild, i/v 52-54). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 xx.xx.2020-ci il tarixli, 187 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İİ cild, i/v 59-60). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2020-ci il tarixli 115 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs “Emosional davamsız şəxsiyyət pozuntusu, davamlı kompensasiya mərhələsi” aşkar olunur. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətdiyi zaman onda mövcud olan Emosional davamsız şəxsiyyət pozuntusu davamlı kompensasiya mərhələsində olduğundan həmin dövrdə o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hərkətləri Azərbaycan Respublikası CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ilə istintaq hərəkətlərinin həyata keçirilməsi mümkündür. Təqsirləndirilən şəxs mövcud olan Emosional davamsız şəxsiyyət pozuntusu hal-hazırda da davamlı kompensasiya mərhələsində olduğundan o, öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə edə bilmək iqtidarındadır. Buna görə də, Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (İİ Cild, 55-57). İş materiallarında olan “maddi sübut kimi tanımaq haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə 01 ədəd gümüşü rəngli metaldan hazırlanmış, üzərində “925” damğası həkk olunmuş, çəkisi 77,43 qram olan 387,0 manat dəyərində boyunbağı maddi sübut kimi tanınmış və məhkəmə baxışınadək sahibində saxlanılması qərara alınmışdır (İİ cild, i/v 55). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X6 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan, Xətai rayon məhkəməsinin xx.xx.2017ci il tarixli hökmündən və TT621142 saylı qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Xətai rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 200 manat cərimə cəzasına məhkum edilmiş və həmin cərimə xx xxxx 2017-ci il tarixdə ödənilmişdir (İİ cild, i/v 14, 25-26, 27). Məhkəməyə təqdim edilmiş xx xxxxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.2.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Göstərilənlərə əsasən təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs Azərbaycan Respublikası CM-nin 180-cı maddəsi ilə məsuliyyət daşımalıdır. Oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi,yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx xxxxxx 2020-ci il il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd gümüşü rəngli metaldan hazırlanmış, üzərində “925” əyar damğası həkk olunmuş, çəkisi 77,43 qram olan 387,0 manat dəyərində boyunbağının sahibinə qaytarılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs 111 (yüz on bir) manat 70 (yetmiş) qəpik ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməli, ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə məhkəməyədək icraat dövründə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil bürosunun hesabına və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı X5 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-129/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx xxxxx 2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil X1tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxsməhkəməyədək icraat dövründə göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabındanX3 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil bürosunun hesabına 300 (üç yüz) manat,məhkəmə baxışı zamanı isə göstərilmiş 22 (iyirmi iki) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd gümüşü rəngli metaldan hazırlanmış, üzərində “925” əyar damğası həkk olunmuş, çəkisi 77,43 qram olan 387,0 manat dəyərində boyunbağının sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 111 (yüz on bir) manat 70 (yetmiş) qəpik ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat və həmçinin Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş hüquqi yardımla bağlı X5 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-129/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-129/2020
02.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver