Məhkəmə qərarları › İş №1(006)-129/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-129/2024

16.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-129/2024 16.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru – X1, müdafiəçi – 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1982-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş lakin məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 dekabr 2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzaibati binasında, açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb zərər çəkmiş şəxsin əmlakını cibindən gizli çıxarmaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 20 noyabr 2023-cü il tarixdə saat 11:30 radələrində “Bakı Metropoliteni" QSC-nin “28 May” stansiyasının girişində sərnişinlərin sıxlığından istifadə edərək stansiyaya daxil olmaq istəyən Zərərçəkmiş şəxs əynində olan qəhvəyi rəngli gödəkçəsinin sağ yan cibindən sonuncuya məxsus 112 (bir yüz on iki) manat qızıl zəmanətlə satın aldığı və 10 (on) manat xidmət haqqı ilə quraşdırılmış, üzərində 6 (altı) manat dəyərində qoruyucu örtük, hər birinin dəyəri 6 (altı) manat olan “Azerfon” şəbəkəsində istifadə olunan ***-***-**-** saylı və “Bakcell” şəbəkəsində istifadə olunan ***-***-**-** saylı mobil nömrə olan 810 (səkkiz yüz on) manat 80 (səksən) qəpik dəyərində “Xiaomi Poco X3" markalı mobil telefonu gizli olaraq çıxarmaqla talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 950 (doqquz yüz əlli) manat 80 (səksən) qəpik maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstəımişdir ki, o, 20 noyabr 2023-cü il tarixdə saat təxminən 11:30 radələrində şəxsi ehtiyaclarını ödəmək üçün oğurluq etmək məqsədilə "xxxx" QSC-nin “28 May” stansiyasına gəlmiş və metroya daxil olub sərnişin sıxlığı olduğu təqdirdə pul və ya mobil telefon oğurlamağı qət etmişdir. “28 May” stansiyasının girişinə yaxınlaşdıqda sərnişin sıxlığının olduğunu görmüşdür. O. stansiyanın giriş qapısından içəri daxil olmaq istəyən bir nəfər sonradan şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs əynində olan qəhvəyi rəngli gödəkçəsinin sağ yan cibində olan mobil telefon diqqətini cəlb etmişdir. Həmin vaxt o. mobil telefonu oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə Zərərçəkmiş şəxs arxa tərəfinə keçmiş və onun arxası ilə bir-iki addım gedib onu təqib etməyə başlamaqla əynində olan qəhvəyi rəngli gödəkçəsinin sağ yan cibində olan mobil telefonu oğurlamışdır. Daha sonra dərhal hadisə yerini tərk edib stansiyanın qarşısından uzaqlaşmışdır. Bir qədər sonra isə oğurladığı mobil telefonun “Xiaomi Poco" markalı olduğunu bilmiş və eyni zamanda telefonu söndürmüşdür. Sonra o, mobil telefonun üzərində olan mobil nömrələri çıxarıb qıraraq zibil qutusuna atmışdır. Daha sonra isə yaşadığı evə gəlib mobil telefonu gizlədib saxlamışdır ki, hadisədən bir müddət keçdikdən sonra satıb pul əldə edə bilərmiş. Bu minvalla mobil telefon alqı-satqısı həyata keçirən mağazalara telefonu satmaq istəmişdir. Lakin sənədi olmadığından həmin telefonu ondan almamışlar. 21 noyabr 2023-cü il tarixdə polis əməkdaşları onu saxlamış və Polis İdarəsinə dəvət etmişlər. O da Polis idarəsində törətdiyi oğurluq hadisəsini etiraf etmişdir. Sonda Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, zərər çəkmiş şəxslə barışdığını, dəymiş zərərin ödənilməsini, 2-ci qrup əlil olmasını bildirərək barəsində həbslə bağlı olmayan təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 25 noyabr 2020-ci il tarixdə özü istifadə etməkdən ötrü “Kontakt Home” ticarət mağazasından kreditlə 810 manat 80 qəpik pul müqabilində “Xiaomi Poco” markalı “X3” modelli mobil telefon almışdır. Həmin vaxt o, mağazadan 112 manat məbləğində qızıl zəmanətlə telefonu rəsmiləşdirmişdir. Həmçinin mağazada telefonun qurulması üçün də 10 manat əlavə haqq ödəmişdir. Yekun nəticədə mağazadan telefonu almağı ona ümumilikdə 932 manat 80 qəpik məbləğində pul vəsaitinə başa gəlmişdir. Həmin mobil telefonun üzərində hər birinin dəyəri 6 (altı) manata aldığı 070- ***-**-** saylı və ***-***-**-** saylı mobil nömrələri üzərinə yerləşdirmişdir. Həmçinin o, adını xatırlamadığı digər telefon aksessuarlan satılan mağazadan 6 (altı) manat dəyərində telefon qoruyucu örtüyü satın alıb telefonuna quraşdırmışdır ki, gələcəkdə hər hansı qəza baş verdiyi anda telefonuna ziyan dəyməsin. 20 noyabr 2023-cü il tarixdə saat 11:30 radələrində “Qara Qarayev” mc;rostansiyasına getməkdən ötrü metronun “28 May” stansiyasına daxil olmaq istəmişdir. Həmin vaxt stansiyanın girişində çoxlu sayda sərnişin var imiş və sıxlıq imiş. Həmin vaxt o, yuxarıda qeyd etdiyi mobil telefonu ilə danışdıqdan sonra əynində olan qəhvəyi rəngli gödəkçəsinin sağ yan cibinə qoymuşdur. Bu zaman stansiyanın içərisinə daxil olub, əl çantasını yoxlanış aparatına yerləşdirib götürdükdən sonra əlini gödəkçəsinin sağ yan cibinə salıb telefonu götürmək istədikdə aşkar edə bilməmiş və görmüşdür ki, telefonu cibində yoxdur. O, çantasını və digər ciblərini də axtarmış, lakin mobil telefonunu tapa bilməmişdir. Bu zaman başa düşmüşdür ki, naməlum şəxs və ya şəxslər metroda sərnişin sıxlığından istifadə edərək onun əynində olan gödəkçəsinin sağ yan cibindən mobil telefonunu oğurlamışdır. Sonradan polis idarəsinə yaxınlaşıb bu barədə ərizə ilə müraciət etmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxs tərəfindən oğurlnmış mobil telefonun onun qaytarıldığını, ona qarşı şikayət və tələbinin olmadığını və ona təyin olunacaq cəzanın məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 21 noyabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-in 177.2.5-ci maddəsi ilə cinayət işinin başlanılmış və icraata qəbul edilmişdir (i.v. 01); hadisə yerinə baxış keçirilməsi haqqında 20 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi Bakı şəhəri metronun “28 May” stansiyasının giriş qapısında baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkillər çəkilərək materiala əlavə edilmişdir (i.v. 08-09); zərərçəkmiş şəxs qismində tanınma haqqında 21 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmışdır (i.v. 11); əşyanın götürülməsi haqqında 21 noyabr 2023-cü il tarixli qərar və protokoldan görünür ki, hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs bir ədəd “Xiaomi Poco” markalı mobil telefon ünvan 3 ünvanda yerləşən Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin İstintaq Qrupunun 3 nömrəli xidməti otağında götürülmüşdür (i. V. 22-23); əşyanın tanınmaya təqdim edilməsi barədə 21 noyabr 2023-cü il tarixli protokol və eyni tarixli fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs özünə məxsus və tanınmaya təqdim olunmuş mobil telefonu tanıdı (i. V. 24-24a) şübhəli şəxsin tutulması haqqında 21 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şöbhəli şəxs qismində tutulmuşdur (i.v. 34); şübhəli və ya təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 21 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurluq etməsi ilə bağlı bütün xüsusatları hadisə yerində göstərmiş və həmin xüsusatlar göstərilən zaman fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir (i.v 51-52); təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 22 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və CM-nin 177.2.5-cü maddəsində nəzərdə tutulmuş ittiham ona elan edilmişdir (i.v. 53-54); Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 4(004)- 920/2023 saylı qərarından görünür ki, CM-in 177.2.5-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və o məhkəmə iclas zalından dərhal azad edilmişdir (i.v. 71- 76); qətimkan tədbirinin seçilməsi haqqında 22 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i. v. 77) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Sumqayıt şəhər Məhkəməsinin 1(060)-xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutulduğu 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmış və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 7(001)-414/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzaçəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin edilmiş, Azərbaycan Respublikası ƏN Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 04 ay 24 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (i. v. 79-101) Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4(103)-1096/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı şəhər Prokurorunun müavini tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 4(004)-920/2023 saylı qərarı ləğv edilmiş, təqdimat qismən təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində istintaq müddətinin sonunadək, yəni xx.xx.2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli – xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (i. v. 107-111) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/9024 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 01 ədəd “Xiomi” markalı, M2007J20CG model (Poco X3 NFC) mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olması, yuxarıda qeyd edilən xüsusatları və istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 250 manat müəyyən edilmişdir (i.v. 112-115); sübutların qiymətləndirilməsi barədə 22 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməlinin Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsi ilə tövsif edilməsi doğru hesab edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə nəzərdə tutulan ittihamın elan edilməsi haqqında 22 noyabr 2023-cü il tarixli qərar qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən qüvvədə saxlanılmış, barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, Zərərçəkmiş şəxs əmlakının ələ keçirilməsi cinayəti üzrə təqsirkar şəxsə ittiham elan edilərkən ittihamın məzmununda zərərçəkmiş şəxsə vurulan ziyanın miqdarının 950 (doqquz yüz əlli) manat 80 (səksən) qəpik dəyərində nəzərə alındığı doğru hesab edilmiş, bu hal cinayət işi üzrə, eləcə də məhkəmə baxışı zamanı nəzərə alınmış, Təqsirləndirilən şəxs əməlində CM-in 180-ci maddəsinin tərkibi olmadığından həmin faktla bağlı barəsində cinayət təqibi üzrə icraatın başlanması rədd eidlmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkumluq ödənilmədiyi halda 20 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyindən əvvəllər məhkum edilmiş şəxs hesab edilsin, əvvəlki cəzası onun cəzasını ağırlaşdıran hal və residiv kimi qiymətləndirilmiş, 01 ədəd “Xiaomi Poco” markalı “X3" modelli, 128 GB daxili yaddaşlı mobil telefon sübut əhəmiyyəti nəzərə alınaraq cinayət işi üzrə maddi sübut hesab edilmiş, cinayət işinə əlavə edilmiş, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Zərərçəkmiş şəxs təhvil verilmişdir (i.v. 118-122); xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, həmin qəbzdə Zərərçəkmiş şəxs ona məxsus olan 01 ədəd “Xiaomi Poco” markalı “X3” modelli mobil telefonu saxlamaq üçün qəbul etmişdir (i.v. 130); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin məhkəmədə verdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2), Zərərçəkmiş şəxs ilə barışıq əldə edilməsini (CM-59.1.12), Zərərçəkmiş şəxs cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (CM-59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir (CM-61.1.1). Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi (CM-65.2.) nəzərə alınmalı, cəzaçəkmə müddətinin başlanğıcı həbs qətimkan tədbirinin seçildiyi tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, İş üzrə maddi sübut kimi tanınmış - 01 ədəd “Xiaomi Poco” markalı “X3" modelli, 128 GB daxili yaddaşlı mobil telefonun saxlanılması üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sərəncamına verilməsi nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə dövlət büdcəsi hesabına vəsait ödənilməli, ona məhkəmədə iştirak etdiyi 25 iş saatına görə 150 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001- ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 noyabr 2023-cü il tarixdən 22 noyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün hazırkı hökmlə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli 11 dekabr 2023-cü il tarixdən hesablansın və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış - 01 ədəd “Xiaomi Poco” markalı “X3" modelli, 128 GB daxili yaddaşlı mobil telefonun saxlanılması üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sərəncamına verilməsi nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (bir yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar