Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-13/2021 12.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru X6, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X13, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun vəkili X8 iştirakları ilə xx.xx.1989-cu ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, orta təhsilli, ünvan 6-də qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə, xx.xx.1987-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Xələc kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Xələc kəndində qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni əldə etmiş, daşımış, saxlamış və qanunsuz olaraq satmışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə tamah niyyəti və satış məqsədi ilə 0,382 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üstündə saxlayaraq Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 19A ünvanına daşımış və xx xxxxxx 2019-cu il tarixdə saat 20 radələrində qeyd olunan yerdə həmin bir ədəd gümüşü rəngli kağız bükümdə 0,382 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini tanışı Təqsirləndirilən şəxs2 8 manata qanunsuz olaraq satmış, bundan dərhal sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları tərəfindən həmin tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onlar saat 20 radələrində qeyd olunan ünvanda saxlanılaraq, ünvan 2 ünvanda yerləşən Baş X1 İdarəsinə dəvət olunub şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli cins şalvarının sağ yan kiçik cibliyindən bir ədəd gümüşü rəngli kağız bükümdə şəxsi istehlak miqdarından artıq miqdarlarda 0,382 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmiş, həmin psixotrop maddə aşkar edildiyindən götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə etmiş və saxlamışdır. Belə ki, o, xx xxxxxx 2019-cu il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 19A ünvanın yaxınlığında tanışı Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarlarda 0,382 qram çəkidə psixotrop maddə metamfetamini 8 manata almaqla qanunsuz olaraq əldə edib üstündə saxlamış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları tərəfindən həmin tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onlar saat 20 radələrində qeyd olunan ünvanda saxlanılaraq, ünvan 2 ünvanda yerləşən Baş X1 İdarəsinə dəvət olunub şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli cins şalvarının sağ yan kiçik cibliyindən bir ədəd gümüşü rəngli kağız bükümdə şəxsi istehlak miqdarından artıq miqdarlarda 0,382 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmiş, həmin psixotrop maddə aşkar edildiyindən götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, bir müddətdir narkotik vasitələrdən istifadə edir. Sonuncu dəfə narkotik vasitəni “təzə bazar” adlanan yerin yaxınlığında olan şəxsdən alaraq bir hissəsini özü istifadə etmiş, bir hissəsini də Rasifin götürməsi üçün daşın altına qoymuşdur. Həmin narkotik vasitəni almaq üçün Rasif ona 8 manat pul vermiş, özü də həmin pulun üstünə 5 manat qoyaraq gedib narkotik vasitəni almışdır. İbtidai istintaq zamanı ona nə deyiblibsə, onu da ifadəsində yazmış və oxumadan imza etmişdir. O, narkotik vasitəni Rasifə satmamış, sadəcə olaraq özünə alarkən, Rasif üçün də almışdır. Qeyd olunanları nəzərə alaraq ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o, bununla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri iş üzrə toplanmış sübutlarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, hazırda ifadə vermək istəmədiyini bildirdi və törətdiyi əməli səmimi olaraq etiraf etməsinin və peşman olmasının nəzərə alınaraq barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 ifadə verməkdən imtina etmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 327-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini elan etmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Xələc kəndində qeydiyyatda olsa da, faktiki olaraq Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsində yerləşən dəqiq evin nömrəsini bilmədiyi ünvanda tək yaşamışdır. ünvan 4 ünvanda yerləşən bərbər salonunda bərbər işləmişdir. Təxminən 2 aya yaxındır ki, psixotrop maddə olan metamfetamini qəbul etmiş, qəbul etdiyi psixotrop maddəni əsasən tanımadığı təsadüfən rastlaşdığı şəxslərdən, son 2 aya yaxındır ki, İlkin adlı tanışından 3-4 dəfə almışdır. İlkinlə işlədiyi salonda müştəri olaraq ona müraciət edərkən tanış olmuş və onların yaxın münasibətləri yaranmışdır. Söhbət zamanı onun psixotrop maddə metanfetamin satdığını və qəbul etdiyini bilib ondan metamfetamin almağa başlamışdır. Metamfetaminin təxminən yarım qramını ondan 5-8 manata almışdır. Sonuncu dəfə xx.xx.2019-cu il tarixdə axşam saatlarında İlkin işlədiyi bərbər salonuna gəlmiş və onda 0,400 qram psixotrop maddə olduğunu və 8 manata satdığını bildirmişdir. O, həmin psixotrop maddəni almaq istədiyini bildirmiş və bərbər salonunda olan şəxslərin bu söhbətlərdən xəbərləri olmaması üçün onlar salondan küçəyə çıxmışlar. Küçədə təxminən saat 19.50-də o, üstündə olan bir ədəd beş manatlıq və üç ədəd bir manatlıq olmaqla ümumilikdə 8 manat pulu İlkinə vermiş, İlkin pulu götürüb cibinə qoyduqdan sonra cibindən çıxarıb ona bir ədəd gümüşü kağızda olan təxminən 0,350 qram çəkidə psixotrop maddə olan metamfetamini vermişdir. O, həmin maddəni əynində olan şalvarının sağ yan kiçik cibliyinə qoymuşdur. Qeyd etmək lazımdır ki, İlkin metamfetamini kimdən və nə qiymətə almasından xəbəri və məlumatı olmamışdır. Bundan sonra onlar sağollaşıb ayrılmaq istədikdə onlara 3-4 nəfər şəxs yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və onlar özlərini təqdim etdikdən sonra barələrində daxil olmuş məlumat əsasında qəbul edilmiş qərarla tanış edilmişlər. Bundan sonra onlar Baş X1 İdarəsinə dəvət edilmiş, polis idarəsində ona vəkil təqdim edildikdən və tutularaq hüquq vəzifələri izah edildikdən sonra əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qəbul edilmiş qərarla bir daha tanış edilmiş və aparılacaq hərəkətlər zamanı videoçəkilişdən istifadə ediləcəyi bildirilmişdir. O, etiraz etmədikdən sonra ona təklif edilmişdir ki, daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə olduğu halda könüllü olaraq təqdim etsin. O, əynində olan göy rəngli cins şalvarının sağ yan cibinin üstündəki kiçik cibliyindən isə siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqdim etdiyi bükümə baxış keçirdikdə onun metamfetamin olduğu müəyyən edilmişdir. Sorğu zamanı psixotrop maddə olan metamfetamindən istifadə etdiyini etiraf edərək həmin maddəni tutulduğu gün, yəni xx.xx.2019-cu il tarixdə birlikdə saxlanılaraq Baş idarəyə gətirildiyi Təqsirləndirilən şəxs1 8 manata aldığını bildirmişdir. Üzərindən aşkar edilmiş 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş metamfetamin qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs2 əlavə olaraq İlkinin yanında Sənan adlı şəxs də gördüyünü, onun anket məlumatlarını və telefon nömrəsini bilmədiyini, İlkin sonuncu dəfə istisna olmaqla hər dəfə onun yanına gəlib metamfetamin satan zaman Sənan adlı şəxs yanında olduğunu, Sənan İlkinin yanında olmaqla İlkinin ona metamfetamini satmasını gördüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməliyyat müəvkkili Şahid1 Bəhram oğlu verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamışdır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. xx xxxxxx 2019-cu il tarixdə DİN-in Baş X1 İdarəsinə daxil olmuş məlumatda Yusuf, İlkin və Sənan adlı şəxslərin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni əldə etmələri, özlərində saxlayaraq daşımaları, istifadəsi və satışı ilə məşğul olmaları bildirilmişdir. Həmin məlumat əsasında “Yusuf” adlı şəxsin şəxsiyyəti müəyyən edilərək onun Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsində kirayənişin yaşayan Təqsirləndirilən şəxs2 olması, “İlkin” adlı şəxsin şəxsiyyəti müəyyən edilərək onun Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi ev 7, mənzil 6-da yaşayan Təqsirləndirilən şəxs1 olması müəyyən edilmiş, Sənan adlı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Barələrində məlumat daxil olan şəxslərin cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və qərarın icrası ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxxxxx 2019-cu il tarixdə saat 20 radələrində ünvan 5 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanılaraq Baş İdarəyə dəvət olunmuşlar. Saxlanıldıqları yerdə şərait olmadığından onlar üzərlərinə baxış keçirilməsi üçün Baş İdarəyə dəvət olunmuşlar. Baş İdarədə ayrıayrı otaqlarda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsi məqsədi ilə Bakı şəhəri Mərkəz vəkil bürosunun vəkilləri dəvət olunaraq onlara təqdim olunmuşdur. Onlara hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra ilkin olaraq Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması, istifadəsi və satışı ilə məşğul olmasında şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə onun üstünün və əynində paltarlarının yoxlanılacağı, üstündə olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. O, buna etiraz etmədiyini, şəxsi axtarış və baxış keçirilməsinə razı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs2 ilk olaraq əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd “Xiomi” markalı, “Redmi Note 7” modelli mobil telefonu, iki ədəd alışqanı, bir ədəd açarı, göy rəngli cins şalvarının sağ yan cibinin üstündəki kiçik cib yerindən isə siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs2 təqdim etdiyi gümüşü kağız bükümə baxış keçirdikdə onun ağ rəngli, toz şəkilli, psixotrop maddə olan metamfetamin olduğu müəyyən edilmişdir. Bundan başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs2 psixotrop maddə olan metamfetamindən istifadə etdiyini etiraf edərək həmin maddəni xx.xx.2019-cu il tarixdə birlikdə saxlanılaraq Baş idarəyə gətirildiyi Təqsirləndirilən şəxs1 8 manat pul verməklə aldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş bir ədəd bükümdə olan psixotrop maddə metamfetamin müvafiq qaydada qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra baxış keçirilməsinin nəticəsinə dair müvafiq protokol tərtib olunmuşdur. Bundan sonra Baş İdarənin digər xidməti otağında Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılan zaman ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya, narkotik vasitə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs1 ilk olaraq şalvarının sol yan cibindən “Pall-Mall” markalı siqaret, sağ yan cibindən “Alcatel” markalı mobil telefonu, şalvarının arxa sağ cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, gödəkçəsinin sol yan cibindən cinsi aktivliyi artıran dərman və alışqan, həmçinin gödəkçəsinin cibindən falqa və pul qabı aşkar olundu. Pul qabına baxış keçirdikdə orada 32 manat pulun olması aşkar edilmişdir. Bundan başqa onun üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 sorğu zamanı bildirmişdir ki, “ximikat” dediyi (metamfetamin) psixotrop maddədən istifadə etmişdir. “Yusuf” kimi tanıdığı Təqsirləndirilən şəxs2 bir neçə dəfə həmin maddədən vermişdir. Bundan sonra axtarış keçirilməsinin nəticəsinə dair protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməliyyat müəvkkilləri Şahid2 da Şahid1 Bəhram oğlunun ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin İstintaq və X5 bölməsinin baş təhqiqatçısı, polis mayoru X14 tərəfindən tərtib edilmiş və həmin idarənin NBM-nin rəisi Rüstəm Alıyev, həmin idarənin X17 Mübarizə şöbəsinin baş əməliyyat müvəkkilləri polis mayoru Şahid1 Bəhram oğlu və polis polkovnikleytenantı Şahid2 və əməliyyat müvəkkili polis baş leytenantı Şahid3, şübhəli şəxs Təqsirləndirilən şəxs2 və müdafiəçi X9 tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli “şəxsi axtarış və götürmə aparılması diskdə olan videogörüntüdən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs2 videoçəkilişlə üzərinə baxış keçiriləcəyi bildirilmiş, sonuncu buna etiraz etməmişdir. Təqsirləndirilən şəxs2 ilk olaraq əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd “Xiomi” markalı, “Redmi Note 7” modelli mobil telefonu, iki ədəd alışqanı, bir ədəd açarı, göy rəngli cins şalvarının sağ yan cibinin üstündəki kişik cib yerindən isə siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükümü masanın üzərinə qoydu. Tərəfimizdən Təqsirləndirilən şəxs2 təqdim etdiyi gümüşü kağız bükümə baxış keçirdikdə onun ağ rəngli, toz şəkilli, psixotrop maddə olan metamfetamin olduğu müəyyən edildi. Ardınca Təqsirləndirilən şəxs2 əynində olan gödəkçəni çıxarıb ciblərini açması, həmçinin gödəkçəsinin və şalvarının ciblərini tam olaraq göstərməsi, kəmərini və ayaqqabılarını çıxarması təklif edildi. Şübhəli şəxs deyilənləri etdi, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmadı. Təqsirləndirilən şəxs2 sorğu zamanı psixotrop maddə olan metamfetamindən istifadə etdiyini etiraf edərək həmin maddəni bu gün, yəni xx.xx.2019-cu il tarixdə birlikdə saxlanılaraq Baş idarəyə gətirildiyi Təqsirləndirilən şəxs1 8 manat pul verməklə aldığını bildirmişdir. Təqsirləndirilən şəxs2in üzərindən aşkar edilmiş 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş olan maddə özünün iştirakı ilə müvafiq qaydada qablaşdırılaraq DİN-nin Mərkəz möhürü ilə möhürlənmiş və Təqsirləndirilən şəxs2 iştirakçılarla birlikdə həmin qablaşdırmaların üzərinə imza etmişlər. Üzərindən aşkar edilmiş 2 ədəd alışqan, 1 ədəd açar əhəmiyyət daşımadığından özünə qaytarılmış, mobil telefon isə araşdırma zəruriyyəti olaraq saxlanılmışdır. Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi axtarış və baxış xx.xx.2019cu il tarixdə saat 22:10-da başa çatmış və videçəkiliş dayandırılmışdır. Bundan sonra baxış keçirilməsinin nəticəsinə dair tərəfimdən protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmişdir. Baxış keçirilməsi zamanı çəkilmiş videogörüntü bir ədəd DVD disk daşıyıcısına köçürülərək protokola əlavə edilmişdir (i/v 30-32). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin İstintaq və X5 bölməsinin baş təhqiqatçısı, polis mayoru X14 tərəfindən tərtib edilmiş və həmin idarənin NBM-nin rəisi Rüstəm Alıyev, həmin idarənin X17 Mübarizə şöbəsinin baş əməliyyat müvəkkilləri polis mayoru Şahid1 Bəhram oğlu və polis polkovnikleytenantı Şahid2 və əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 və polis leytenantı X7, şübhəli şəxs Təqsirləndirilən şəxs1 və müdafiəçi X15 tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli “şəxsi axtarış və götürmə aparılması diskdə olan videogörüntüdən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs1 videoçəkilişlə üzərinə baxış keçiriləcəyi bildirilmiş, sonuncu buna etiraz etməmişdir. Təqsirləndirilən şəxs1 ilk olaraq şalvarının sol yan cibindən “Pall-Mall” markalı siqaret, sağ yan cibindən “Alcatel” markalı mobil telefonu, şalvarının arxa sağ cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, gödəkçəsinin sol yan cibindən cinsi aktivliyi artıarn dərman və alışqan, həmçinin gödəkçəsinin cibindən falqa və pul qabı aşkar olundu. Pul qabına baxış keçirdikdə məlum oldu ki, onun arasında 1 ədəd beş manatlıq, 3 ədəd 1 manatlıq əskinaslar, qabın içində isə bir ədəd 10 manatlıq, bir ədəd 5 manatlıq və 9 ədəd bir manatlıq əskinaslar aşkar olundu. Ardınca Təqsirləndirilən şəxs1 əynində olan gödəkçəni çıxarıb ciblərini açması, həmçinin gödəkçəsinin və şalvarının ciblərini tam olaraq göstərməsi, kəmərini və ayaqqabılarını çıxarması təklif edildi. Şübhəli şəxs deyilənləri etdi, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmadı. Təqsirləndirilən şəxs1 sorğu zamanı bildirdi ki, “ximikat” dediyi (metamfetamin) psixotrop maddədən hərdənbir istifadə edir. “Yusuf kimi tanıdığı Təqsirləndirilən şəxs2 bir neçə dəfə həmin maddədən vermişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş bütün əşyalar əhəmiyyət daşımadığından özünə qaytarılmışdır, mobil telefonlar isə araşdırma zəruriyyəti olaraq saxlanılmışdır. Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi axtarış və baxış xx.xx.2019-cu il tarixdə saat 22:28-də başa çatmışdı və videçəkiliş dayandırılmışdır. Bundan sonra baxış keçirilməsinin nəticəsinə dair tərəfimdən protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmişdir. Baxış keçirilməsi zamanı çəkilmiş videogörüntü bir ədəd DVD disk daşıyıcısına köçürülərək protokola əlavə edilmişdir (i/v 52-54). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 29090 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş ...” yazısı olan zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,382 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metafetaminin təmiz çəkisi 0,382 qram, 0,05 qram tədqiqata sərf edilmiş, 0,332 qram qalıq qalmışdır (i/v 71-74). İşdə olan “maddi sübut hesab edilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, ********* №li cinayət işi üzrə aşkar olunub götürülmüş təhqiqatdan sonra qalıq qalan bir ədəd zərfdə qablaşdırılan bir ədəd gümüşü rəngli kağız bükümdə 0,332 qram çəkidə psixotrop maddə metamfetamin iş üzrə maddi sübut hesab edilərək məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (i/v 158-160). İşdə olan sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə axtarış keçirilməsi və sübutun götürülməsini özündə əks etdirən iki ədəd CD disk maddi sübut hesab edilərək cinayət işi materiallarına əlavə edilmişdir (i/v 244-251). İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X4 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X4 Əməliyyat Sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 181). İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X4 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X4 Əməliyyat Sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 182). İşdə olan 52 saylı MKİS-nin rəisi İ.Sadıqov tərəfindən verilən xx.xx.2019-cu il tarixli xasiyyətnamədən və həmin tarixli, 491 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 6 ünvanında qeydiyyatdadır və onun barəsində 52 saylı MKİS-ə heç bir şikayət daxil olmamışdır (i/v 219-220). İşdə olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş və və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 4(005)-1087/2019 saylı qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i/v 42, 136-138). İşdə olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 4(005)-1086/2019 saylı qərarı ilə onun barəsində “həbs” qətimkan tədbiri seçilməsindın imtina edilmiş, onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (i/v 20, 133-135,139-141). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 xx.xx.2019-cu il tarixli, 100 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 238-239). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 xx.xx.2019-cu il tarixli, 3031 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 236-237). İşdə olan Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında olan xx.xx.2019cu il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsini bir daha Təqsirləndirilən şəxs1 üzünə qarşı demiş, sonuncu “Sənan” adlı şəxsi tanımadığını bildirmiş, lakin digər halları inkar etməmişdir. Təqsirləndirilən şəxs həmin vaxt müstəntiqin sualına cavab olaraq “satmaq kimi sayılır, lakin mən satmaq kimi verməmişəm” demişdir (i/v 119-121). Bundan əlavə iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 cinayət işinin materiallarındakı ifadələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini etiraf etmiş və bütün sənədlərə imza etmiş, hər hansı etiraz etməmiş, vəsatətlə müraciət etməmişdir (i/v 62-66, 96-99, 116-118, 266-268). Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni psixotrop maddəni qanunsuz olaraq satması özü tərəfindən inkar edilsə də, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni dövriyyəsi qadağan edilən psixotrop maddə - metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddədir. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf etməklə səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək tutulduğu 2 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, haqqında seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir, onlardan 114 (yüz on dörd) manat ekspertiza xərci müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan 0,332 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X10 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)-98/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx xxxxxx 2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X13 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X9 tərəfindən verilən hesabatdan görünür ki, onun tərəfindən Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı hüquqlarını müdafiə etmək üçün 68 (altmış səkkiz) saat vaxt sərf edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı göstərilmiş 68 (altmış səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 408 (dörd yüz səkkiz) manat məbləğində pul, məhkəmə istintaqı zamanı göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X10 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkməsinin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin, barəsində «həbs» qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Növbətçi Hissəsində saxlanılan, ilkin çəkisi 0,382 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,332 qram olan psixotrop vasitə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs2 114 (yüz on dörd) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 408 (dörd yüz səkkiz) manat və məhkəmə istintaqı dövründə göstərilmiş hüquqi yardımla bağlı X10 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-13/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-13/2021
12.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver