Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-13/2024 19.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 1N:45 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Göygöl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Gəncə şəhəri, Sadıllı ərazi dairəsi, Sadıllı qəsəbəsi, sahə 7, məhəllə 14 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan Nnında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.N.N, 178.N.4 və 3N0.N-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq hazırlanmış hüquq verən rəsmi sənəddən saxta olduğunu bilə-bilə istifadə etmiş və təkrarən özgənin xeyli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir. Belə ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci taborunun N-ci bölüyünün 1-ci tağımının sabiq komandiri, ehtiyatda olan leytenant Təqsirləndirilən şəxs həmin hərbi hissənin sabiq tibb xidməti rəisi, tibb xidməti kapitanı Şahid1 tərəfindən N mart N0N1-ci il tarixdə hazırlanmış hüquq verən sənədi, yəni onun guya xx.xx.N0N0-ci il tarixdə Laçın rayonu istiqamətində gedən döyüşlər zamanı “Partlayış travması, barotravma, zərbə dalğası” diaqnozlu xəsarət almasını təsdiq edən hərbi hissə komandiri tərəfindən imzalanmış və möhürlənmiş travma haqqında saxta arayışı N0N1-ci ilin mart ayının əvvəllərində Bakı şəhərinin Nəsimi rayonu ərazisində yerləşən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Hərbi-həkim komissiyasına təqdim edərək bilə-bilə saxta sənəddən istifadə etmiş, hərbi-həkim komissiyasının rəyi əsasında hərbi xidmətə yararsız hesab edilməsinə nail olmuş və xəstəlik haqqında şəhadətnamədə qoyulmuş diaqnozun saxta arayışa əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı alınması ilə əlaqələndirilmişdir. N0N1-ci ilin mart ayın sonlarında Təqsirləndirilən şəxs travma haqqında saxta arayışı, xəstəlik haqqında şəhadətnaməni və tibbi sənədləri Bakı şəhərinin Nəsimi rayonu ərazisində yerləşən Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya şirkətinə təqdim etməklə bilə-bilə saxta sənəddən istifadə edib 0N aprel N0N1-ci il tarixdə aldatma yolu ilə N750 (iki min yeddi yüz əlli) manat məbləğində birdəfəlik sosial sığorta müavinəti almağa nail olmuş, həmin tarixdə travma haqqında saxta arayışı, xəstəlik haqqında şəhadətnaməni və tibbi sənədləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 8 nömrəli Tibbi-sosial ekspert komissiyasına təqdim edərək təkrarən bilə-bilə saxta sənəddən istifadə etmiş, 07 aprel N0N1-ci il tarixdə tibbi-sosial ekspert komissiyasının rəyi əsasında İİ dərəcəli əlillik almağa nail olduqdan sonra N0N1-ci ilin aprel ayının ortalarında travma haqqında saxta arayışı, xəstəlik haqında şəhadətnaməni, əlilliyin təyin olunması haqqında qərarı və tibbi sənədləri Bakı şəhərinin Nəsimi rayonu ərazisində yerləşən Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya şirkətinə təqdim etməklə təkrarən bilə-bilə saxta sənəddən istifadə edib N9 aprel N0N1-ci il tarixdə təkrarən aldatma yolu ilə 3850 (üç min səkkiz yüz əlli) manat məbləğində sosial sığorta ödənişi almağa nail olmuş, habelə N-ci dərəcəli əlilliyin Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi zamanı alınması ilə əlaqələndirildiyi üçün Təqsirləndirilən şəxs Əmək və Sosial Müdafiə Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya və təqaüd təyin edilmiş və fondun hesabından N0N1-ci ilin aprel ayında N34 (iki yüz otuz dörd) manat sosial müavinət, xx.xx.N0N1-ci il tarixdən xx.xx.N0N3-cü il tarixədək 16940 (on altı min doqquz yüz qırx) manat 7N (yetmiş iki) qəpik pensiya və 8880 (səkkiz min səkkiz yüz səksən) manat təqaüd almağa nail olaraq ümumilikdə aldatma yolu ilə N6054 (iyirmi altı min əlli dörd) manat 7N (yetmiş iki) qəpik pul əldə edərək təkrarən dövlətin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N4.N-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, N0N0-ci ildə “Vətən müharibəsi” başlayarkən o, ehtiyatda olan zabit kimi vətəndaşlıq borcunu yerinə yetirərək könüllü olaraq müharibədə iştirak etmək üçün müraciət etmişdir. Hətta ondan qabaq N0N0-ci ildə general Polad Həşimovun şəhid olduğu hadisələrdən sonra könüllü olaraq döyüşlərdə iştirak etmək üçün qeydiyyatdan keçmişdir. O, müharibə başladıqdan sonra hətta işlədiyi şirkətdən döyüşlərdə iştirak etmək üçün çıxmış və dəfələrlə səfərbərliyə müraciət etmişdir. Onun səfərbərliyə sonuncu müraciəti oktyabr ayının sonlarında olmuş və həmin müraciətindən bir gün sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Kəpəz rayon şöbəsindən ona zəng edilmişdir. Bundan sonra, o, səfərbərlik üzrə müvafiq quruma gedərək “Covid” testindən və digər müayinələrdən keçmiş və tam sağlam şəkildə 01 noyabr N0N0-ci il tarixdə Ağcabədidə yerləşən hərbi hissəyə göndərilmişdir. Bundan sonra həmin hərbi hissədə müvafiq təlim və tədrislərdən keçmişdir. Həmin müddətdə döyüşlər davam etdiyindən şəhid olan və yaralanan zabitlərin yerinə gəlib onların içərisindən zabitləri seçərək müharibəyə aparmışlar. 06 noyabr N0N0-ci il tarixdə şəhid olmuş könüllü müharibədə iştirak edən şəxslərin yerinə zabitləri seçmək üçün onlara müraciət edilmiş və müharibədə könüllü olaraq iştirak etmək istəyən şəxslərin bir addım önə çıxması xahiş edilmişdir. Həmin vaxt o, bir addım önə çıxmış və könüllü olaraq müharibədə iştirak etmək istəyini bildirmişdir. Həmin gecə təxminən 10 nəfərdən ibarət zabit heyəti “Ford” markalı avtomobillə döyüş bölgəsinə göndərilmişdir. Onlar ilk öncə Füzuli rayonuna gəlmişlər, oradan isə Cəbrayıl rayonu ərazisindən keçərək Qubadlı rayonu ərazisinə aparılmışdır. Həmin gün onun əmri verilmiş və N nömrəli hərbi hissədə N-ci bölüyün 1-ci tağım komandiri vəzifəsinə təyin edilmişdir. Onu 4-5 noyabr N0N0-ci il tarixdə şəhid olan zabitin əvəzinə həmin vəzifəyə təyin etmişlər. N noyabr N0N0-ci il tarixdə düşmən tərəfindən minaatanlardan istifadə edilməklə onların yerləşdiyi mövqelərin yaxınlığına, bəzən isə biraz uzaq məsafələrə zərbələr endirilmişdir. Bundan sonra onlara silah-sursat verilmiş və “Ural” markalı hərbi avtomobillə Laçın istiqamətinə yola düşmüşlər. Həmin vaxt hərbi avtomobilin ön hissəsində onun əyləşməsi üçün yer olmadığından o, qeyd olunan avtomobilin arxa hissəsində, yəni yük yeri olan hissəsində tək olaraq yüklərin yanında yerləşmişdir. Hətta o, həmin vaxt avtomoblin arxa hissəsindən başını çölə çıxarıb baxarkən minamyot mərmilərinin yaxın məsafələrdə necə partlamasının şahidi olmuşdur. O, Laçına çatdıqdan sonra onu N-ci bölüyün komandiri Şahid5 qarşılamış və şəxsi heyətə təqdim etmişdir. Bundan sonra, o, həmin ərazidə olan qədimi evlərdən birinə yerləşmiş və həmin vaxt evin ətraflarına minamyot zərbələri endirilmiş, hətta şəxsi heyətə müəyyən vaxtlarda həmin evin zirzəmisində yerləşərək qəlpə yaralarından yayınması əmr verilmişdir. 08 noyabr N0N0-ci il tarixdə həmin evdə bir gün qaldıqdan sonra leytenant Ələkbər Ələkbərovla birlikdə ərazidən uzaqlaşaraq set tapıb telefonla danışmaq məqsədilə gəzərkən axşam saatları olmuş və düşmən tərəfindən minamyot zərbələri davamlı olaraq endirilmişdir. Həmin vaxt hücum əməliyyatları olmasa da, artilleriya zərbələri davamlı olaraq endirilmişdir. Qeyd olunan vaxt minamyot zərbələrindən biri müəyyən məsafəyə düşmüş və o, həmin minamyot zərbəsinin təsirindən huşunu itirmişdir. Onu həmin vaxt tibbi məntəqəyə kimin aparması və hansı formada aparmasını xatırlamasa da, orada olan şəxsin onun xəstəxanaya göndərilməsi üçün soruşması, onun isə həmin təklifə etiraz edərək qəbul etməməsini xatırlayır. O, ümumiyyətlə, həmin vaxtlarda şəxsi heyəti və zabitləri tam olaraq tanımamış, bunun da səbəbi onun cəmi döyüş mövqelərinə iki gündür gəlməsi və heç kəsi tanımaması olmuşdur. Həmin vaxt qəlpə yaraları alsa da, mərminin istiliyindən hiss etməmiş, yalnız qanaxma olduğunu zənn etmişdir. Onu 3-4 saat müayinə etdikdən sonra “Ural” markalı avtomobillə yenidən mövqeyinə geri qaytarmışlar, lakin, o, həmin vaxt avtomobili idarə edən şəxsi və digər şəxsləri tanımamışdır. O, geri qayıtdıqdan sonra səhhəti barədə bölük komandirinə məruzə etmişdir. 08 noyabr N0N0-ci il tarixdə saat təxminən saat N3-N4 radələrində qaldıqları yerdən müdafiə olunmaları barədə əmr gəlmişdir. Həmin vaxt bölük komandiri Şahid5, onun müavini isə Fuad adlı şəxs olmuşdur. Bundan sonra, onlara irəlidə müdafiə mövqeyi qurulması əmr edilmiş və həmin əmr ilk olaraq birinci tağıma verilmişdir. Həmin vaxt o, bölük komandiri, onun müavini, birinci tağımın şəxsi heyəti müdafiə mövqeyinə qalxmışlar. Bundan sonra bölük komandiri Şahid5 məhkəmədə verdiyi ifadəsində qeyd etdiyi kimi onun bədəninin titrəməsinin şahidi olmuş, ona səhhətində problem varsa, hospitala getməsini təklif etmiş, o isə yeni gəldiyini və hospitala getmək istəmədiyini bildirmişdir. 09 noyabr N0N0-ci il tarixdə Şahid5 N-ci və 3-cü tağımların yanına gedərək digər istiqamətdə müdafiə mövqeyinə qalxmışdır. NN noyabr N0N0-ci il tarixdə birinci bölüyün ikinci bölüyü əvəz etməsi üçün tədbirlər görülmüş, hətta həmin vaxtda belə ağır artilleriya atəşləri edilmişdir. Həmin vaxt əvəz etmə olarkən onu əvəz etməyə gəlmiş zabit Teyfur Qaraxanovda onun səhhətinin pis olduğunu görmüşdür. Əvəzləşdirmə prosesi başa çatdıqdan sonra, o, Laçında olan evlərdən birinə qayıtmış və daha sonra tabor komandiri onun avtomobillə yola salınacağına dair söz vermişdir. Bundan sonra, o, “Ural” markalı avtomobillə Qubadlı rayonu ərazisində yerləşən maddi texniki təminat bölüyünün yerləşdiyi yerə gələrək bir gün bölükdəki şəxslərlə qalmışdır. Onun səhhətinin pis olmasını bölükdəki şəxslər görmüş və həmin vaxt baş ağrıları və qulaq ağrıları müşahidə olunmuşdur. Bundan sonra, o, Qubadlı rayonunun Qarakişilər kəndinə getmiş və bir neçə gün orada qalmışdır. N0N0-ci ilin noyabr ayının sonlarında bütün briqada olaraq hərbi hissənin dislokasiya yeri olan Gəncə şəhərinə gəlmişlər. Gəncədə olduğu müddətdə onun səhhətindəki problemlər davam etmiş, hətta qeyd olunan vəziyyətdə onu tabor komandiri Cəbrayıl rayonuna ezamiyyətə göndərmiş, bu da onun yalnız dekabr ayında hospitala getməsinə səbəb olmuşdur. O, Cəbrayıl rayonundan qayıtdıqdan sonra səhhətindəki problemlər daha da şiddətlənmiş və əvvəl bölük komandirinə məruzə etmiş, daha sonra isə tabor komandirinə tibb məntəqəsinə getmək üçün ərizə ilə müraciət etmişdir. Bundan sonra, o, tibb məntəqəsinə getmiş və orada növbətçi həkim müayinə etdikdən sonra onu Gəncə şəhərinin hərbi hospitalına getməsi üçün göndəriş vermişdir. O, hərbi hosptala getdikdən sonra onun ambulator müyainə və müalicəsi aparılmış və nəticədə lor həkimi onun Silahlı Qüvvələrin Baş Kliniki Hospitalına getməsini tövsiyyə etmişdir. Hərbi hissəni özbaşına tərk etməyin məsuliyyətə səbəb olacağı aydın olduğundan rəsmi sənədlər əsasında o, 17 dekabr N0N0-ci il tarixdə Silahlı Qüvvələrin Baş Kliniki Hospitalına getmişdir. Həmin hospitalda müayinələr aparılmış, lor həkimi onda koxlear nevriti, nevroloq isə məhkəmədə qeyd etdiyi kimi hemiparezi təsdiq etmişdir. Bundan sonra, onun hospitalda “yatması” üçün göstəriş verilmişdir. O, nevrologiya şöbəsində olarkən Hikmət həkim tərəfindən tomoqrafiya olunmuş və onun xəstəliyinin partlayışdan yaranma ehtimalını təsdiq etmiş, həmçinin onu neyrocərrah müayinə etmiş və onda kəllə beyin travmasının olmasını təsdiqləmişdir. Daha sonra 1-N yanvar N0N1-ci il tarixlərində o “Covid” virusuna yoluxmuşdur. Bundan sonra, onu virusa yoluxduğu üçün modul tipli xəstəxanaya göndərmişlər və orada onun həkimi Şahid36 olmuşdur. Həmin vaxt orada virusdan əlavə onun nevroloji müalicəsi aparılmışdır. Şahid36 ifadəsində qeyd etdiyi kimi, o, həmin dövrdə intihara meylli olmuş, “həyatdan küsmüş” təəssüratı vermişdir. Orada müalicəsi bitdikdən sonra onu yenidən Silahlı Qüvvələrin Baş Kliniki Hospitalına göndərmişlər. Bundan sonra ona məzuniyyət verilmiş və məzuniyyət bitdikdən sonra onu yenidən Silahlı Qüvvələrin Baş Kliniki Hospitalına çağırmışlar. Onun problemi hərbi hissəsnin kadrları tərəfindən onun sağlam şəxs kimi tərxis edilməsi olmuşdur. Belə ki, həmin şəxs tərəfindən səhlənkarlıq edilmiş və onu sağlam şəxs statusu ilə tərxis etmişdir. Bundan sonra, o, səfərbərlik üzrə müvafiq quruma müraciət edərək qeydiyyata düşmüş və həmin vaxtlarda onun müalicəsi davam etmişdir. Daha sonra, o, göndərişlə hərbi həkim komissiyasına müraciət etmiş və ona hərbi hissənin travma haqqında arayışı lazım olmuşdur. Hərbi həkim komissiyası tərəfindən hərbi hissəyə məktubla müraciət edilsə də, həmin məktuba cavab gəlməmişdir. Buna görə də, həmin arayışın tez əldə edilməsi üçün “xahiş edilmişdir”. Bundan sonra hərbi hissənin komandiri tərəfindən möhürlə həmin sənəd təqdim edilmişdir. Həmin sənəd əldə edildikdən sonra Mərkəzi Hərbi Həkim Komissiyasının müayinələrindən keçmişdir. O, ümumilikdə iyirmiyə yaxın həkimin müayinəsindən keçmişdir və onun bu qədər həkimi aldatması qeyrimümkündür. O, N0N1-ci ilin mart ayında xəstəliklə əlaqədar şəhadətnaməni əldə etmiş və aprel ayında 8 nömrəli Tibbi-sosial ekspert komissiyasına müraciət etmişdir. Bundan sonra, o, həkimlər tərəfindən yenidən müayinə olunmuş və hətta videoçəkiliş həyata keçirilmişdir. Ona Tibbi-sosial ekspert komissiyasının baş idarəsinə sənədlərin göndəriləcəyi və ona sms xəbərdarlıq vasitəsilə nəticənin göndəriləcəyi bildirilmişdir. Bundan bir həftə sonra ona sms gəlmiş və İİ qrup əlilliyin təyin olunduğu qeyd olunmuşdur. O, əvvəllər müayinə olunarkən hərbi həkim komissiyasının üzvlərindən birinə şəhadətnamədə qəlpə yaralarının qeyd olunmadığını bildirsə də, adını xatırlamadığı həmin həkim həmin qəlpələrin əlillik yaradan nəticə verməməsini qeyd edərək önəmli olmadığını bildirmişdir. Həmin vaxt qəlpələr onu narahat etmədiyindən çıxarmamış, yalnız ibtidai istintaq dövründə həmin qəlpələrin çıxarılmasına nail olmuşdur. Ona ilk öncə mülki şəxs kimi pensiya tqdim edilsə də, sonradan Müdafiə Nazirliyinə müraciət edərək zabit olaraq pensiya verilməsini təmin etmişdir. Onun qəlpələri bədəninə yerləşdirməsi mümkün deyil, buna görə də, ekspertiza rəyi ilə razı deyil. İfadəsinin sonunda qanuni sənədlərdən istifadə etdiyini, psixi və nevroloji problemlərinin olduğunu bildirərək barəsində bəraət hökmünün verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq, onun 08 noyabr N0N0-ci il tarixdə Laçın rayonu ərazisində adını tam xatırlamadığı kənddə yaralandığını, həmin vaxt yanında leytenant Ələkbərovun olduğunu, lakin sonuncunun onun yaralanmasını görüb-görmədiyini bilmədiyini, həmin vaxt telefon setinin tutması üçün yer axtardıqlarını, həmin vaxt ağır artilleriya silahlarından onlara atəş edildiyini və onun huşunu itirdiyini, onu həmin vaxt məntəqəyə kimin aparmasını bilmədiyini, gecə saaatlarında “Ural” markalı avtomobillə qaldıqları evə gəldiyini, onun bədəninin titrəməsi barədə bölük komandiri Şahid5 məruzə etdiyini, yeni gəldiyi üçün ağrıları olsa da, hospitala getməyi rədd etdiyini, partlayış nəticəsində bel, qulaq və baş nahiyələrindən yaralandığını, qəlpələrin çıxarılması videosunun mövcud olduğunu, lakin müstəntiqin həmin videoçəkiliş aparılarkən iştirak etmədiyini, 890,18 manat pensiya və 400 manat prezident təqaüdü aldığını, müharibə dövründən əvvəl heç bir baş-beyin problemi olmadığını, onun problemi olduğu təqdirdə müharibəyə getməsinin mümkünsüz olduğunu, hal-hazırda nevroloji və psixoloji problemlərinin olduğunu və gün ərzində cəmi 3-4 saat yuxu yatdığını, Ələkbərov soyadlı şəxslə eyni anda set axtarmaq məqsədilə çıxsa da, sonradan aralarında məsafə olduğunu və partlayış nəticəsində sonuncunun xəsarət alıbalmamasından xəbərsiz olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs Azərbaycan Respublikası Dövlət Kommersiya Sığorta Şirkətinin nümayəndəsi qismində dindirilmiş X3 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Təqsirləndirilən şəxs hərbi qulluqçuların dövlət inzibati şəxsi sığortası haqqında qanuna uyğun olaraq şirkətə ağırlıq dərəcəsini göstərən arayışla müraciət etmişdir. Xəsarətin dərəcəsi ağır olduğuna görə ona N750 (iki min yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi verilmişdir. Daha sonra Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən hərbi xidmətlə bağlı olaraq ona N-ci qrup əlillik təyin olunduğuna görə əlavə olaraq ona 3850 (üç min səkkiz yüz əlli) manat məbləğində sığorta ödənişi verilmişdir. Ümumilikdə, 6600 (altı min altı yüz) manat məbləğində sığorta ödənişi verilmişdir. Hesab edir ki, həmin sığorta ödənişi geri qaytarılmalıdır. Buna səbəb dövlət ittihamçısı tərəfindən təqdim olunmuş ittiham aktıdır, hansı ki, ittiham aktında Təqsirləndirilən şəxs həmin sənədləri qanunsuz olaraq əldə etməsi və cinayət əməlini törətməsi göstərilir. Hesab edir ki, həmin məbləğ və dövlət rüsumu Təqsirləndirilən şəxs tərəfindən geri qaytarılmalıdır. Ziyanın tam olaraq ödənilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında X3 ona verilmiş suallara cavab olaraq, təmsil etdiyi qurumun əsas rolunun məhkəmə, hüquq mühafizə orqanlarının əməkdaşları, hərbi qulluqçuların şəxsi inzibati sığorta üzrə sığorta ödənişlərini həyata keçirməkdən ibarət olduğunu, sığortanın şəxsin qanunvericiliyə uyğun təqdim etdiyi sənədlər əsasında aparıldığını, hazırki vaxtda Dövlət Sosial Müdafiə Fondunun inteqrasiya olunduğunu, yəni sənədlərin elektron qaydada gəldiyini, lakin hadisənin baş verdiyi vaxtlarda elektron sistemin tətbiq olunmadığını, şəxsin xəsarət alması ilə bağlı hərbi həkim komissiyası tərəfindən arayış gətirdiyini, təqdim etdiyini və xəsarətin dərəcəsinin mütləq qaydada orda göstərildiyini, həmin sənəd əsasında N750 (iki min yeddi yüz əlli) manat sığorta ödənişi əldə etdiyini, daha sonra isə N-ci qrup əlillik təyin olunduqdan sonra, əlilliyin təqdim olunması ilə bağlı elektron arayış təqdim olunduğunu, elektron arayışı Tibbi-Sosial Ekspert Komissiyasının verdiyini, yəni əlilliyi təmin edənin həmin orqan olduğunu, Tibbi-Sosial Ekspert Komissiyasının əlilliyi hansı formada təqdim etməsi ilə bağlı məlumatının olmadığını, Hərbi prokurorluq tərəfindən iş aparılan zaman zərərçəkmiş qismində tanınmaqla bağlı onlara məlumat verildiyini və qərarın təqdim olunduğunu, həmin vaxt sənədlərin saxta olması ilə bağlı məlumat əldə etdiklərini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs Əmək və Əhalinin Sosial Müfaiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi qismində dindirilmiş NümayəndəN verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Təqsirləndirilən şəxs CM-nin 178.N.N, 178.N.4 və 3N0.N-ci maddələri ilə təqsirləndirilməsi ilə bağlı Bakı şəhər prokurorluğunun aparılmış istintaq nəticəsində və onların əldə etdiyi məlumatlara əsasən Təqsirləndirilən şəxs N0N1-ci ilin aprel ayında ona N-ci dərəcəli əlilliyin müəyyən olunması əsasında həm Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən müavinətin, həm də pensiyanın və buna uyğun olaraq da təqaüdün alınmasına nail olmuşdur. Buna isə qanunsuz olaraq hüquq verən saxta sənəddən istifadə etməklə, təkrarən istifadə etməklə və xeyli ziyan vurmaqla törətmişdir. Belə ki, təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməl nəticəsində Dövlət Sosial Müdafiə Fonduna dəymiş zərər N6054,7N təşkil edir. Hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin nəticəsində dəymiş zərər Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə ödənilməlidir. Ziyanın tam olaraq ödənilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında NümayəndəN ona verilmiş suallara cavab olaraq, əlilliyin Tibbi- Sosial Ekspert Komissiyasının müəyyən etdiyi məsələ olduğunu, əlilliyin birinci poliklinikanın göndərdiyi göndəriş əsasında, ikinci isə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən müəyyən olunduğunu, bundan sonra isə Dövlət Sosial Müdafiə Fondunun həmin əlilliyə görə müəyyən olunmuş ödənişi həyata keçirdiyini, onun Tibbi-Sosial Ekspert Komissiyasının hansı hərəkətləri yerinə yetirdiyi barədə tam olaraq dəqiq məlumat verə bilmədiyini, çünki əsasnamələrin fərqli olduğunu, Əsasnamələr fərqli olduğuna görə onların yerinə yetirdikləri hərəkətlərin də fərqli olduğunu, onların fəaliyyəti haqqında bildiklərinin ümumi xarakter daşıdığını, Tibbi-Sosial Ekspert Komissiyasının müayinə nəticəsində rəy verdiyini, əgər əlillik müəyyən olunubsa, əlillik sisteminə yerləşdirildiyini, həmin sistemin də Dövlət Sosial Müdafiə Fonduna inteqrasiya olunmuş sistem olduğunu, əgər əlillik sistemdə görünürsə, ödənişin həyata keçirildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, ibtidai istintaq zamanı verdiyi ifadələri tam olaraq xatırlamasa da, xatırladığı hadisələri qeyd etmək istəyir. N0N0-ci ilin müharibə vaxtında o, xidmət rəisi vəzifəsində olmuşdur. Belə ki, o, yaralıların təxliyyəsi və digər məsələlər üzrə işləri təşkil etmişdir. Müharibə dönəmindən sonra Gündüz həkim onunla əlaqə saxlamış və ona Təqsirləndirilən şəxs adında bir zabit olduğunu, döyüşlərdə iştirak etdiyini və onun qulağında problem olduğunu bildirmiş, həmçinin ona köməklik götərilməsini xahiş etmişdir. Həmin dönəmlərdə onun yaralıların müayinələri ilə və digər işlərlə bağlı vaxtı çox məhdud olmuşdur. Gündüz həkim ondan Təqsirləndirilən şəxs qulağında problem olduğunu, başından da zədə aldığını və bununla əlaqədar sonuncuya arayış verilməsini xahiş etmişdir. O da tanışı olan Gündüz həkimin sözünü yerə salmamış və arayışı vermişdir. Arayışı vermədən əvvəl, yaralıların böyük əksəriyyətinin sənədləri onda olmuşdur. O sənədlərə baxmış və Təqsirləndirilən şəxs Mərkəzi Hərbi hospitalda müalicə aldığını, eyni zamanda Hərbi həkim komissiyasından keçdiyini və digər müalicə siyahılarını nəzərə alanda sonuncunun xəsarəti olduğunu görmşdür. O da arayışı hazırlayaraq təhvil vermişdir. Bundan sonra Vüsalı Mehtiyevi yalnız hazırki məhkəmə iclasında şəxsən qapı ağzında görmüşdür, ondan əvvəl tanımamış, görməmişdir. Məhkəmə iclasında Şahid1 ona verilmiş suallara cavab olaraq, hadisə dövründə Gəncə şəhər N nömrəli hərbi hissədə olduğunu, həmin dövrdə çox müraciət olduğunu və orada olan şəxslərin hal-hazırki kimi səliqəli formada olmadığını, döyüş şəraitində olduğunu, verdiyi arayışın xəsarət alma ilə əlaqədar olduğunu, arayış Hərbi Hospitala təqdim olunmaq üçün verildiyini, Gündüz həkimin ona bir neçə dəfə müraciəti olduğunu, həmin müraciətlərin Hərbi hissədə və hospitalda, hətta hospitaldan sonra məzuniyyətdə belə olduğunu, Təqsirləndirilən şəxs xəsarətinin olduğunu, Vüsalın Hospitala “Covid” üçün və şikayətləri əsasında getdiyini, lakin şikayətlərin yadında olmadığını, belə ki, həmin dövrlərdə müraciətlərin həddindən artıq olduğunu, 3 minlik heyətlə işlədiyini, ümumiyyətlə, döyüşə 4 taborun yəni, tam heyət ilə getdiklərini və olduqları ərazidə hər an partlayış olduğunu, güllə atıldığını və hər gün baş verdiyini, Vüsalın sonrakı proseslərindən xəbəri olmadığını, Hospitalda müalicə olunduğunu və “Covid” olduğunu, “Covid” dönəmində komissiyalardan keçdiyini, komissiyadan keçdiyi zaman Vüsalın qulağında, eyni zamanda nevroloji problemləri aşkar olunduğunu, onun arayışının əlilliyə gətirib çıxartmadığını, ondan sonra prosedurların olduğunu, Hərbi Həkim komissiyasının verdiyi rəyin təsdiq və ya inkar etmək səlahiyyətinin olduğunu, yəni onun verdiyi arayışın daha bir neçə komissiyadan keçdiyini, Gündüz həkim ona dedikdən sonra Vüsalın hospitalda yatması barədə maralandığını, Gündüz həkimlə dekabr, yanvar, fevral ayında əlaqələrinin olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid41 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Təqsirləndirilən şəxs ilk dəfə ona Mərkəzi Hərbi Poliklinikada olarkən psixoloji kabinetə müraciət etmişdir. Onun sənədlərini yoxlamışlar və sənədləri yoxlanılarkən onda nevroloji diaqnoz olduğu aşkar olunmuş, sonuncunun 1 saylı klinik tibbi mərkəzdə və hospitalda yatdığı məlum olmuşdur. Həmin diaqnozu təsdiq etmək üçün xəstə Silahlı qüvvələrin baş nevroloqunun baxışına göndərilir. Silahlı qüvvələrin baş nevroloqu 1 saylı klinik mərkəzdən yazılan diaqnozu təsdiq etdikdən sonra həmin diaqnoza əsasən rəy verilir, komissiya rəyi çıxardılır və yekun şəhadətnamə yazılır. Məhkəmə iclasında Şahid41 ona verilmiş suallara cavab olaraq, Təqsirləndirilən şəxs onun yadında olmadığını, yəqin ki, sonuncunun onlara müraciət edərkən baxıldığını, hal-hazırda üzünü xatırlamadığını, çünki həmin dövrdə xəstə sayı çox olduğu üçün onların gündə 100-150 xəstəyə baxdığını, hərbi xidmətə yararlılıq dərəcəsi dəyişdiyinə görə Vüsala xəstəlik haqqında şəhadətnamə yazıldığını, onların diaqnoz qoymadığını, yəni sənədlərinə baxdığını, Vüsalın 1 saylı klinik tibbi mərkəzdə yatdığını, bütün müayinələrdən keçdiyini, diaqnozlar arasında onun hərbi xidmətə yararlılıq dərəcəsini dəyişən diaqnoz olduğuna görə bu diaqnozu təsdiqlətməsi üçün Vüsalın silahlı qüvvələrin baş nevroloqunun baxışına göndərildiyini, onun nevroloji müayinə apardığını, sənədlərinə baxdığını, çünki onun laborotoriyasında instrumental müayinələri olduğunu və o müayinələri aparıb, diaqnozu təsdiq etdikdən sonra onların həmin diaqnoza əsasən Müdafiə Nazirliyinin 1N3 saylı əmrinə əsasən hərbi xidmətə yararlı olub-olmamasına qərar verildiyini, həmin qərara əsasən Vüsalın sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdud yararlı olduğunun müəyyən olunduğunu, bu qərarın verilməsinə səbəbin qoyulan diaqnozlar olduğunu, baş nevroloqun həmin qoyulan diaqnozu ya təsdiq, ya da inkar etdiyini, ya da özünün başqa diaqnoz yazdığını, lakin baş nevroloqun həmin diaqnozu təsdiqlədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid45 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Təqsirləndirilən şəxs qardaşı həkim işləmiş və hadisə vaxtı ünsiyyətləri olmuşdur. Komissiyada işlədiyi üçün Təqsirləndirilən şəxs qardaşı Vüsalın döyüşdə iştirak edərək xəsarət alması və həmin xəsarətin hərblə əlaqəlandirməsi barədə məsləhət almışdır. O da Təqsirləndirilən şəxs qardaşına əgər Vüsalın xəstəliyi təsdiq olunarsa və hərbi hissə ona arayış verərsə hərbi ilə əlaqələndirilə biləcəyinə dair məlumat vermişdir. Məhkəmə iclasında Şahid45 ona verilmiş suallara cavab olaraq, Təqsirləndirilən şəxs qardaşının xəsarət işlərinə kimin baxdığını soruşduğunu, o da cavabında hərbi hissəsinin həkiminin baxdığını, travma haqqında arayışın hərbi hissənin komandirinin verdiyini, əgər hərbi hissənin komandiri təsdiq edərsə hərbi ilə əlaqələndirilə biləcəyinə dair məlumat verdiyini, Vüsalın qardaşı həmin şəxsləri tanımadığından onun maraqlandığını və hərbi hissə həkiminin nömrəsini tapıb zəng etdiyini, Vüsal barədə məlumat verərək zədə almasını qeyd etdiyini, hərbi hissənin həkimini görmədiyini, yalnız xahiş etdiyini, Vüsalın qardaşının həkim olması barədə məlumat verdiyini, əgər Vüsala düşürsə arayış verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş ŞahidN4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, müharibə vaxtı döyüş mövqeyinə 9 noyabr N0N0-ci il tarixdə qalxmış və həmin gün döyüş dayanmışdır. 10 noyabr N0N0-ci il tarixdə döyüşlərin dayanması təsdiqlənmişdir. O, Təqsirləndirilən şəxs orada görməmişdir. İstintaqa verdiyi ifadəsini təsdiq edir. O Təqsirləndirilən şəxs xəsarət almasının və ya almamasının şahidi olmamışdır, əgər Təqsirləndirilən şəxs xəsarət alıbsa, ola bilsin onlardan irəlidə olmuşlar. Məhkəmə iclasında ŞahidN4 ona verilmiş suallara cavab olaraq, onun döyüş mövqeyinə qalxdığı vaxt havanın qaranlıq olduğunu, həmin vaxt ona silahın təhkim olunmadığını, çünki onlar mövqeyə qalxarkən döyüşlərin dayandığını, onlardan irəlidə döyüş mövqeyinin olduğunu, lakin taborun yerini tam olaraq xatırlamadığını, onun Qubadlı rayonu ərazisində olduğunu, təxmini 1 aya yaxın orada qaldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Onun müharibə vaxtı döyüş mövqelərinə getməyi təxminən 9 noyabr N0N0-ci il və 10 noyabr N0N0-ci il tarixlərində olmuşdur. Fikirləşir ki, onun burada şahid qismində çıxış etməyi məqbul hesab edilə bilməz. Belə ki, məhkəmə prosesinin gedişatına heç bir köməyi dəyməyəcək. O, N noyabr N0N0-ci il tarixdə Xocavənd rayonu üzrə səfərbərlik xidməti tərəfindən çağırılmışdır. N noyabr N0N0-ci il tarixdə Ağcabədi rayonunda olmuş, 08 noyabr N0N0-ci il tarixdə isə Ağcabədi rayonundan çıxmışdır. 09 noyabr N0N0-ci il tarixdə Qubadlı rayonu, Qarakişilər kəndində olmuş və həmin vaxt gecə müharibə dayanmışdır. 10 noyabr N0N0-ci il tarixdə Laçın rayonunda olmuşdur. O, Vüsalı Mehtiyevi həmin vaxt tağım komandiri kimi tanımışdır. Belə ki, o, həmin vaxt Təqsirləndirilən şəxs tağımında olmuşdur. O özü isə bölüyün 1-ci manqa komandası olmuşdur. Məhkəmə iclasında Şahid7 ona verilmiş suallara cavab olaraq, 08 noyabr N0N0-ci il tarixdə Ağcabədi rayonunda olduğunu və partlayışlar olduğunu, belə ki, həmin vaxt onlar gedərkən avtomobilə atəş edildiyini, onlar Qubadlıdan çıxanda atışma olduğunu, hətta 10 noyabr N0N0-ci il tarixdə atışma olduğunu, bunu kapitan Hüseynovun da təsdiqləyə biləcəyini, onların bulağa düşdüyü vaxt digər əsgərlərin arasında atışma baş verdiyini, lakin onun yanında olan əsgərlərin xəsarət almadığını, onların Qubadlıya gecə vaxtı girdiyini, işıqları söndürdüklərini, yandıran kimi isə atəş açıldığını, bu vaxt maşınların dayandığını və Təqsirləndirilən şəxs həmin vaxtı onun yanında olmadığını, onların hadisə yerinə getdiyini, Qubadlı rayonunun Qarakişilər kəndinə çatmadan əvvəl onları saxladıqlarını, qarşıda atışma olması barədə məlumatlandıqlarını, onların avtomobilindən 1 km kənara atəş edildiyini, onlara həmin yoldan istifadə ediləcəyi təqdirdə vurulacaqlarını, ona görə də yolu dəyişdiklərini və Qubadlının Qarakişilər kəndinə gəldiklərini, həmin kənd N nömrəli hərbi hissənin dayaq məntəqəsi olduğunu, həmin məntəqədən ayın 10-nu Laçın rayonu, Güləbird kəndinə qalxdığını, 10 noyabr N0N0-ci il tarixdə müharibə dayansa belə kəndin ətrafında çaydan keçərkən atışma olduğunu, ermənilərin atəş açdığını, lakin onlarda silah olmadığını, ayın 10-da ağır artilleriya silahlarından atılmasa da, snayper tipli silahlardan atəş edildiyini, sadəcə onlar silahla təmin olunmamışdı deyə onlara cavab verə bilmədiklərini, kapitan Hüseynovun ayın 10-da atışma olduğunu təsdiqləyə biləcəyini, onunla birgə su götürmək üçün bulağa düşdüklərini, işığı yandırdıqları zaman onlara doğru atəş açıldığını, posta qalxan zaman onunla ermənilər arasında N00 metr məsafə olduğunu, az hallarda posta qalxıb düşdüklərini, Təqsirləndirilən şəxs həmin döyüş ərazisində olduğunu, Şahid5, Təqsirləndirilən şəxs, Şahid3, Şahid4 həmin postda, yəni döyüş ərazisində olduğunu və atışmaların da olduğunu, Təqsirləndirilən şəxs görmüş, amma xəsarət alması ilə bağlı məlumatının olmadığını, müharibə bitdikdən sonra Vüsalı hospitalda gördüyünü, həmin vaxt Vüsalın hospitalda müalicə aldığını bildiridiyini, əvvəl onların “WhatsApp” qrupları olduğunu, lakin sonradan nömrələrin silindiyini, axrıncı dəfə Vüsalı orada gördüyünü bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3N Qnyaz oğlu ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O kompüter tomoqrafiya həkimidir, lakin Təqsirləndirilən şəxs gördüyünü xatırlamır. Həmin vaxtlar yoxlanışdan keçmək üçün bütün qazilər, yaralılar onun yanına gəlmişdir. Təqsirləndirilən şəxs kompüter tomoqrafiya olunmuş və həmin vaxt gördüklərini yazmış, sonuncunun təpə payında 4 mm-lik bir görünüş olmuşdur. Həmin qeyddən başqa əlavə heç bir qeyd etməmişdir. Qeyd olunan faktı mütləq yazmalı olmuş, belə ki, ondan alınmış sənədlə başqa yerdə yoxlanışdan keçmək üçün getmişlər. Həmin vaxt sənədin alınması üçün “qapını qırırdılar”, elə bir şəraitdə işləmişlər. Məhkəmə iclasında Şahid3N Qnyaz oğlu ona verilmiş suallara cavab olaraq, o, müayinə edən vaxtı yad maddənin olmadığını, onun xəstəni görmədiyini, xəstəni şöbədən gətirdiklərini, sonra müayinə otağında olan tibb bacılarının xəstəni müayinə etdiyini, daha sonra onun görüntülərə baxdığını və görüntülərə əsasən rəy yazdığını, həmin görüntülərdə təpə payının yuxarı hissəsində 4 mm-lik ölçüsündə “hiperdens” görünüşün olduğunu gördüyünü, dəqiqləşdirmək üçün irəli müayinələr və müayinə edən həkimlərin olduğunu, onun ancaq xəstənin baş hissəsini müayinə etdiyini, yad cisim olardısa onu yazacağını, lakin onun baxdığı vaxt yad cisim olmadığını, rəylə tanış olduğunu və təsdiq etdiyini, hətta görüntülərə yenidən baxdığını, dəyişikliklərin nədən əmələ gəldiyini deyə bilməyəcəyini, “Hiperdens”in müharibə vaxtı əmələ gələn partlayışdan da ola biləcəyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid40 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Onun hadisə ilə bağlı yadında qalan heç bir şey yoxdur. Belə ki, həmin vaxt müharibə yeni bitdiyindən müraciətlərin sayı yüzlərlə olmuşdur. Lakin xəstəlik tarixindən yadında qalan odur ki, xəstə ondan qabaq hospitalın lor bölməsinə müraciət etmişdir. Şikayətinə uyğun olaraq partlayış travması ilə bağlı nəsə yazılmışdır. Buna müvafiq olaraq həmin dövrdə oraya gələnlər onun tərəfindən kəllə-beyin travması kimi qiymətləndirilmişdir. Xəstənin nə qədər düz məlumat verməsini həmin vaxt dəqiqləşdirmək qeyri-mümkün olmuş, belə ki, travma arayışları olmamışdır. Lakin Təqsirləndirilən şəxs verdiyi şikayət aldığı xəsarətə uyğun şikayət olmuşdur. Belə ki, bu elə bir diaqnozdur ki, bunu təsdiq etmək və ya inkar etmək instrumental müayinəylə mümkün deyil. Sadəcə xəstənin əvvəlki şikayətində partlayış travması nəticəsində qulağında zədə olması, onun tərəfindən kəllə-beyin travması kimi qiymətləndirilmişdir. Məhkəmə iclasında Şahid40 ona verilmiş suallara cavab olaraq, Təqsirləndirilən şəxs dekabr ayının 17-i tarixində Lor bölməsinə müraciət etdiyini, Lor bölməsində xəstəyə barotravma və ikitərəfli koxlear nevrit diaqnoz qoyulduğunu, bundan sonra nevroloqun kabinetinə getdiyini, həmin müddətdə müraciət sayının çox olduğunu, Vüsal haqqında artıq ondan əvvəlki həkim baxdığına görə əlində ilkin tibbi sənədin olduğunu və bunu partlayış travması kimi dəyərləndirdiyini, xəstənin şikayətlərinin də həmin travmaya uyğun olduğunu, ona görə kəllə beyin travması və baş beyin silkələnməsi diaqnozunun onun tərəfindən qoyulduğunu, müharibənin təzə qutardığını, həmin müddət ərzində heç kimə travma barədə sənəd verilmədiyini, xəstəlik tarixində hər şeyi yazdığını, diaqnozun xəstəyə müayinə edilib yazıldığını, xəstənin obyektiv müayinəsi zamanı nevrvoloji statusu, xəstənin əlbarmaqlarında, gözündə tremor və nistaqm olduğunu, nistaqmın travma ilə bağlı, həmçinin fiziolojik də ola biləcəyini, yəni şərt deyil ki, kəllə-beyin travmasından yaransın, amma baş vermiş hadisənin bunu düşündürməyə əsas verdiyini, yekun qərarın müayinələrdən sonra verildiyini, kiminsə sözünə əsasən diaqnoz yazılmadığını, ondan əvvəl Lor həkiminin müayinə apardığını, ilk öncə Lor həkiminin yazdığı daha sonra isə özünün apardığı müayinəyə əsaslandığını, ikisini birlikdə qiymətləndirib diaqnoz qoyduğunu, Təqsirləndirilən şəxs qardaşının adını və soyadını bilmədiyini, bu adda neyrocərrah olduğunu bildiyini, lakin tanışlığının olmadığını, heç kimin ondan Təqsirləndirilən şəxs diaqnozu qoyması üçün xahiş etmədiyini, Hərbi hissənin travma ilə bağlı qeydinin əsas olduğunu, həmin vaxt qeydin onda olmadığını, ondan əvvəlki Lor həkiminin alınmış xəsarəti partlayışla əlaqələndirməsi əsas olduğunu, gəldiyi qərar düzgün olmasa da, həmin dövrün tələbi olduğunu, yanaşı bir şeylər olarsa, hərbi hissənin qeydiyyat kitabı olmadan, müayinə edib nəticəyə gələ bildiyini, belə ki, bütün zəruri müayinələrin keçirildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid36 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O hadisə vaxtı klinik tibbi mərkəzdə nevrologiya şöbəsində işləmişdi, lakin onu müharibədən sonra “Covid” dövrü olduğu üçün modul tipli xəstəxanaya ezam etmişlər. Təqsirləndirilən şəxs oraya “Covid” xəstəliyinə görə gəlmişdi. Lakin təqdim etdiyi sənəd kəllə-beyin travması ilə bağlı olmuşdur. Təqdim etdiyi sənədlərə əsasən onlar xəstəni yenidən müayinə etmişlər və əsas diaqnoz kimi yox yanaşı diaqnoz kimi epikrizdə olan diaqnozları da əlavə etmişdirlər. Məhkəmə iclasında Şahid36 ona verilmiş suallara cavab olaraq, Təqsirləndirilən şəxs kəllə-beyin travması, həmçinin hemiparez yəni ətraflarda əzələ zəifliyi olduğunu, Hemiparezin travmadan, həmçinin bir çox xəstəliklərdən, yəni nevroloji xəstəlikdən, insult xəstəliklərində, beyin-qan dövranının pozulması, onurğa-beyin xəstəliklərindən, kəllə-beyin travmalarında olduğunu, xəstəni xatırlamadığını, müstəntiqin sual verdiyini və xəstənin qardaşının həkim olmasını, bəlkə qabaqcadan təşkil olunmuş diaqnoz qoyulduğunu, hemiparez diaqnozunu nəyə əsasən qoyduğunu soruşduğunu, onunda bu diaqnozu qoymaq üçün obyektiv müayinə aparılmasını və müəyyən simptomlara əsasən qoyulduğunu bildirdiyini, müstəntiqə dəqiq heçnə deyə bilməyəcəyini və təşkil olunmuş diaqnoz olmasına inanmadığını bildirdiyini, belə ki, 3-4 aydan sonra iş yeri olan X5yıdanda xəstənin yenidən xəstəxanaya eyni şikayətlərlə bağlı müraciət etdiyini, əgər simulyasiya olsaydı xəstənin təkrar eyni şikayətlə xəstəxanaya gəlməyəcəyini, hemiparezinin müalicə olunan xəstəlik olduğunu, hemiparezin yüngül, dərin, hemopolegiya olan üç növünün olduğunu, onda olan sənədlərdə, kompüter baş-beyin tomoqrafiyasında beyində ocaq qeyd olunduğunu, Neyrocərrahın sənədində baş-beyin əzilməsinin aşkar olunduğunu, Lorun sənədində patologiya aşkar olunmadığının yazıldığını, müayinə sənədləri ilə tanış olmadığı üçün təkrar müayinənin nəticəsini xatırlamadığını, xəstənin psixoloji vəziyyətinin nevroloji vəziyyətindən daha qabarıq olduğunu, sui-qəsdə meyilli və ölüm barəsində fikirləşdiyini, simulyasiya edən şəxsə oxşamadığını, həm həkimlə kontakta girmədiyini, psixoloji vəziyyətinin pis olduğunu, simulyasiya edən şəxsin təkrar eyni şikayətlə xəstəxanaya gəlmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid43ğa oğlu ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 44 günlük müharibədən sonra cənab prezidentin fərmanı ilə onların üzərinə müharibədə yaralanan, travma alan qazilərin əlillik vəziyyətinin operativ şəkildə qiymətləndirilməsinin təmin edilməsi öhdəlikləri qoyulmuşdur. Onlar bununla əlaqədar yerlərdə, yerli TSEK-lər tərəfindən xəstələri müayinə etmiş, onun vəziyyəti aydınlaşdırılmış, videoçəkilişlər olmuş, sənədlər üzərindən müayinə işi aparılmışdır. Xəstənin müayinəsinə uyğun olaraq göndəriş forma 88 tərtib olunmuşdur. O cümlədən, travma alan qazi ilə əlaqədar sənəd sistemə işlənilib və tərtib edilmiş aktlar üzərindən dəyərləndirmə aparılmışdır. Həmin dövrdə qüvvədə olan əsasnaməyə əsasən İİ dərəcəli əlillik 5 il müddətinə təyin olunub və əlillik səbəbi xəstəlik haqqında şəhadətnamədə qeyd edildiyi kimi hansı ki, bunu hərbi həkim komissiyası vermişdir. Əlillik səbəbi Azərbaycan Respublikasının Konstitusiya quruluşunun və ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar seçilmişdir. Yəni burda qeyd olunan diaqnoz – baş-beynin əzilməsi, sol təpə nayihəsinin əzilməsi və ondan irəli gələn ağırlaşmalara uyğun olaraq, qiymətləndirilib və operativ şəkildə bu qərar qəbul olunmuşdur. O ekspert kimi həmin diaqnozu müəyyən etmişdir ki, ciddiliyini, ağırlığını və həmin travmadan irəli gələrək ağırlaşması hallarının əmələ gəlməsini, eyni zamanda onlar videoçəkilişə baxaraq dəyərləndirmiş, yerli TSEK-in komissiya üzvləri tərəfindən dəyərləndirilib və belə bir qərar qəbul olunmuşdur ki, bu adamda travma ciddidir və əlillik əlaməti var. Eyni zamanda Təqsirləndirilən şəxs poliniklinikada müayinə olunduqdan sonra sistemə göndəriş daxil olmuş, həmin göndəriş əsasında və tərtib olunan müayinə aktı əsasında dəyərləndirilmişdir. Məhkəmə iclasında Şahid43ğa oğlu ona verilmiş suallara cavab olaraq, onlara tapşırığın xəstələrin yerlərində müayinə olunması, aktlaşdırılması, videoçəkiliş və sənədlərin agentliyə göndərilməsi olduğunu, eyni zamanda həmin andan etibarən poliklinika tərəfindən tərtib olunan sənədlərin sistemə vurulduğunu və o sənədlərin üzərindən dəyərləndirmə aparıldığını, onların sənədlərin üzərində dəyərləndirmə apardığını, səbəblərin sənədlərdə qeyd olunduğunu, xəstəlik haqqında hərbi komissiyanın şəhadətnaməsində bu səbəblərin Azərbaycan Respublikasının Konstitusiyasında quruluşu və ərazi bütövlüyü ilə əlaqədar olmasının qeyd olunduğunu, şəxsə 17 nömrəli Tibbi Sosial Ekspertiza Komissiyası tərəfindən videoçəkiliş aparıldığını, müayinə sənədlərinin araşdırıldığını, eyni vaxtda işin operativ təşkili üçün həmin müayinənin onlar tərəfindən aparıldığını, həmçinin poliklinika tərəfindən işin sistemə vurulduğunu və onlayn dəyərləndirmə aparıldığını, yerli TSEK tərəfindən müayinə aparılıb araşdırıldığını, lakin TSEK tərəfindən onlara rəy verilmədiyini, qərarın qəbul olunmadan öncə araşdırıldığını, həmçinin müayinələrin yoxlanıldığını, sonda isə qərarın qəbul olunduğunu, sənədlərdə travmanın xarakteri, baş-beyinin sol təpə payının əzilməsinin qeyd olunduğunu, araşdırmaların nəticəsinin sağ tərəfli hemiparez əlilliyinə əsas verdiyini, həmin vaxtı qüvvədə olan, Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş əsasnaməyə uyğun olaraq təyinat aparıldığını, yerli TSEK-in özünündə müayinə etdiyini, klinik müayinənin sənədlər üzərindən aparılan ilkin baxışdan ibarət olduğunu, ətraflı müayinənin isə poliklinika tərəfindən aparıldığını və göndərişin rəsmi şəkildə tərtib olunduğunu, bunun isə forma h8 sistemi sayıldığını, həqiqətən diaqnoz ciddi olduğunu və ağırlaşmaların gözlənildiyini, video görüntülərdə sferada dəyişiklik olması, sağ tərəfdə hemiparez əlamətləri görünməsinin göstərildiyini, onların sənədlər və müayinə üzərindən təyinat apardığını, xəstəliyin baş-beyin əzilməsi ilə də yarana biləcəyini, travmanı hansı vəziyyətdə almasının qeyd olunduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid35 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Təqsirləndirilən şəxs N0N1-ci ildə nevrologiya bölməsində “yatmışdır”, daha sonra onun yanına gətirmişlər, lor həkimi baxıb barotravma diaqnozunu təsdiq etmişdir. Daha sonra İKT müayinə aparmışlar və orda nikodensiya ocaqlar yazılmışdır. Təqsirləndirilən şəxs şikayəti əsasında kəllə-beyin travmasına diaqnoz qoymuşlar. Məhkəmə iclasında Şahid35 ona verilmiş suallara cavab olaraq, kəllə-beyin travmasının bir çox zədədən ala biləcəyini, onun diaqnozu yoxlayıb qoyduğunu, həmin vaxt vəziyyətin qarışıq olduğunu, onlara travma haqqında arayışın verilmədiyini, onların da travma haqqında arayış almadan diaqnoz qoyduğunu, dinc dövrdə isə travma ilə bağlı arayış tələb olunduğunu, həmçinin dinc dövrdə xəstənin hansı səbəbdən travma almasının tələb olunduğunu, diaqnozda travma almasının qeyd olunduğunu, travmanın yaranmasına partlayışın səbəb ola biləcəyini, həmin dövrdə xəstə sayının çox olduğunu, xəstədə qeyd olunanlara uyğun diaqnoz qoyulduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid44 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Təqsirləndirilən şəxs birinci dəfə onun yanında hospitalda müalicə olunmuşdur. Sonradan Vüsal müharibə ilə bağlı partlayış nəticəsində travma alması və sağ qulağının zəif eşitməsi ilə əlaqədar gedib poliklinikaya şikayət vermişdir. O müyainə aparmış və Təqsirləndirilən şəxs bir qulağının zəif eşitdiyini müəyyən etmişdir. Lakin travma haqqında təsdiqedici arayış olmamışdır. Onun müayinə üsulu pıçıltılı nitqdən ibarət olmuş, lakin artıq bu üsul işlədilmir, belə ki, subyektiv metoddur. Təqsirləndirilən şəxs qulağında zəiflik olması müəyyən olunsa da, onun səbəbli əlaqəsini onlar müəyyən etməmişdir. Həmin travmanın hərbi xidmət dövründə olması qərarını onlar vermirlər. Məhkəmə iclasında Şahid44 ona verilmiş suallara cavab olaraq, onun müayinəsi zamanı şəxsin simulyasiya da edə biləcəyini, onlara qədər şəxsdə müayinə sənədlərinin olmadığını, bera testinin nə poliklinikada, nə də hospitalda olmadığını, “bera”nın bahalı müayinə olduğunu və onu sığortaya göndərdiklərini, sığortanın isə növbəyə qoyduğunu, sonra isə özünün çağırdığını, sonra bera testinin cavabının standart sayıldığını, orada şəxsin simulyasiya etməsinin qeyri-mümkün olduğunu, belə ki, şəxsin narkoz altında olduğunu, beyinin özünün qıcığa cavab verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Onu hadisə ilə əlaqədar bir neçə ay əvvəl prokurorluqdan çağırmışlar. Həmin vaxt ifadəsini orada qeyd etmiş, lakin nə qeyd etdiyini tam xatırlamır. Müharibə vaxtı yaralı şəxslər çox gəlmiş və bir neçə həkim yaralılara köməklik göstərmişdir. O həmin vaxt məntəqə rəisi olmuş, məntəqədə isə ondan başqa gizirlər və məntəqənin həkimləri olmuşdur. Həmin vaxt 10 yaralı, bəzən isə 15 yaralı birdən gəlmişdir. Təqsirləndirilən şəxs o şəxsən yardım göstərməmiş, hansı həkim tərəfindən müalicə olunması ilə bağlı məlumatı yoxdur. Məhkəmə iclasında Şahid15 ona verilmiş suallara cavab olaraq, uzun müddət keçdiyi üçün Təqsirləndirilən şəxs və digər yaralıları xatırlamadığını, orada bir neçə həkim fəaliyyət göstərdiyini, təxliyyə də iştirak edənlərin də olduğunu, hətta bəzən onun arxa komandadan təxliyyə üçün gedib yaralıları hospitala çatdırdığını, həmin müddət ərzində yaralı gəlsə belə onları xatırlamadığını, lakin bütün yaralılara kömək etdiyini, onlara yaralı gələndə həmin müddətdə geri tabora qaytarmadığını, böyrək, burun-boğaz, bel ağrısı ilə gələnlərin geri qayıtdığını, lakin partlayış travması, qəlpə yarası, güllə yarası, hər hansısa daxili orqanın yaralanması halında ilkin tibbi yardmı və fiksasiyasını edib təxliyyə etdiklərini, yüngül travması olanlar haqqında, aydınlaşdıra bildiklərini saxladıqlarını, aydınlaşdıra bilmədiklərini təxliyyə etdiklərini, bəzən zəhərlənmə ilə gələnlərin partlayış travması olduğunu dediklərinə görə aydınlaşdıra bilmədikləri şəxsləri təxliyyə etdiklərini, yenidən döyüşə qayıdanların olduğunu, yüngül qəlpə yaralanması baş vermiş, hospitalda yardım göstərilib amma imtina edib geri qayıdıb döyüşmək istəyən şəxslərin olduğunu, bəzən 150 yaralı gətirildiyini, bəzən isə 10 yaralının gətirildiyini bildiyi üçün təbii olaraq həmin şəxsləri xatırlaya bilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, izahatında qeyd etdiyi kimi hadisəni xatırlamır. Təqsirləndirilən şəxs onun olduğu istiqamətdə olmadığı üçün ilkin tibbi yardım da göstərməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında Şahid14 ona verilmiş suallara cavab olaraq, onun Təqsirləndirilən şəxs vizual olaraq xatırladığını, amma tanışlığının olmadığını, həmin hadisə vaxtı ona müraciət edilmədiyini, döyüş vaxtı mərkəzləşdirilmiş taborun yaralılarının bir yerə gətirildiyini, yəni məntəqə kimi fəaliyyət göstərdiklərini, həmin ərazidəki yaralıları onlara gətirdiklərini, təxliyyə səbəbindən uzaq məsafədə olan yaralıları digər həkim yoldaşların yanına təxliyyə etdiklərini, yardım etdiyi bütün yaralıları xatırlamadığını, orada bəzi yaralıları yerində sarğı etdikdən sonra onun həmin yaralının döyüşə davam edə biləcəyinə dair rəy verdiyini, onların “zampalit”inin qeydiyyat aparıb yekun qərarı verdiyini, qəlpə sıyırması ola bildiyi təqdirdə sarğı qoyub döyüşə davam edə biləcəyinə dair göstəriş verildiyini, Təqsirləndirilən şəxs taborun zabiti kimi xatırlasa da, lakin yardım etdiyi yaralı kimi xatırlamadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş ŞahidN5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımış, onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O hadisəni dəqiqliyi ilə xatırlamır, lakin onu deyə bilər ki, o, müharibədə olan müddətdə Təqsirləndirilən şəxs yaralanmasını görməmişdir. Onu prokurorluğa müharibə bitdikdən sonra çağırmışlar. Təqsirləndirilən şəxs onun tağım komandiri olmuş, döyüş vaxtı onlarla iştirak etmiş, lakin döyüşməmişlər. Təqsirləndirilən şəxs “Laçın” postunda onlarla birlikdə olmuş, hər hansısa mərmi düşməsinin şahidi olmamışdır. Lakin əsgərlərdən bəziləri yaralı olmuşdur. Məhkəmə iclasında ŞahidN5 ona verilmiş suallara cavab olaraq, N0N0-ci il noyabr ayında Laçın postunda olduğunu, həmin vaxtı mərmi düşmədiyini, nə vaxt döyüşlərdə iştirak etdiklərini xatırlmadığını, Füzuli, Laçın, Cəbrayıl, Qubadlı istiqamətində döyüşlərdə olduğunu, Laçında Təqsirləndirilən şəxs onların yanına gəldiyini, 1 həftədən çox yalnız postda qaldıqlarını, belə ki, Təqsirləndirilən şəxs onların yanına gəlib tağım komandiri kimi posta qalxdıqlarını, ondan əvvəl Təqsirləndirilən şəxs harda olduğunu bilmədiyini, onun Laçında olduğu dövrdə mərmi atıldığını, lakin həmin mərmilər atılarkən Təqsirləndirilən şəxs onlarla birlikdə olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid46 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs onun qardaşıdır və sonuncu N0N0-ci ilin noyabr ayından əvvəl könüllü olaraq səfərbərliyə müraciət etmişdir. Özü də hərbi həkim olmuş, qardaşı isə müraciəti əsasında N0N0-ci ilin noyabr ayında döyüşə getmişdir. O müəyyən müddət Təqsirləndirilən şəxs xəbər ala bilməmişdir. Döyüşdən sonra yaralanması ilə əlaqədar Vüsal hospitala yatırılmışdır. Hospitalda olduğu zaman qardaşında “Covid” xəstəliyi aşkar olunmuşdur. “Covid” xəstəliyi aşkar olunduqdan sonra qardaşı “Semaşko” xəstəxanasına köçürülmüşdür. “Covid” xəstəliyi aşkar olunduqdan sonra Vüsalın müəyyən müalicələri yarımçıq qalmışdır. Təqsirləndirilən şəxs həm qəlpə yaralanması, həm də qulağından yaralanma olmuşdur. “Semaşko” xəstəxanasında Vüsal “Covid” müalicəsi olunmuş və bundan sonra Mərkəzi Hərbi həkim komissiyasının poliklinikasına şəhadətnamə üçün müraciət etmişdir. Şəhadətnamədən sonra əlillik almaq üçün TSEK-ə müraciət edilmişdir. Təqsirləndirilən şəxs hospitalda yatdığı zaman özü hərbi həkim olmuşdur. Orada Naxçıvan korpusundan gələn hərbçilər oradan məktub və göndəriş, yəni hər bir sənədi hazır gəlirdilər. Digər hərbi hissələrin əsgərləri, zabitləri və “maxeləri” isə gəldiyi zaman orda müəyyən sənədlər və ya şəhadətnamə əskik ola bilirdi. Hospitalda “yatdığı” zaman oradan məktub göndərilirdi və həmin məktublara əsasən müəyyən sənədlər gəlirdi. Onlar Təqsirləndirilən şəxs travma arayışı olmadığı üçün Mərkəzi Hərbi Həkim Komissiyasının poliklinikası vasitəsilə travma arayışının göndərilməsi üçün məktub göndərmişlər, çünki travma arayışı olmadan heç bir şəhadətnamə verilməmiş və bu məktuba cavab gəlməmişdir. Bundan sonra Mərkəzi Hərbi Həkim Komissiyasında Gündüz həkimlə əlaqə saxlamış və ondan sənədi almaq üçün vasitəçi olması xahiş edilmiş və sonuncu da vasitəçi olmuş və onlar sənədi əldə etmişlər, amma onların məktubuna hələ cavab gəlməmişdir. Müraciətləri cavabsız qaldığı üçün onlar “xahiş” vasitəsilə travma sənədini əldə etmişlər. Daha sonra isə qardaşı DSMF vasitəsilə əlillik almışdır. Bundan bir müddət sonra isə “başlarına bu iş gəlmişdir”. Onlar il yarımdır davamlı ora-bura izahatlar, ifadələr verirlər. Təqsirləndirilən şəxs səhhəti ilə əlaqədar hətta onu Türkiyəyə aparmışdır. Vüsalın psixoloji problemləri var, hər gün gecə saat 4-də yuxudan oyanır və bağırır. Onun qardaşını şikayət edən adama, işi aparan müstəntiqdən də bir gün gecə bu Vüsalı müşayiət etməsini və onun necə yatmasını, necə hərəkət etməsinə baxmasını xahiş etmişdir. Onlardan Mərkəzi klinikada yuxu testi olduğu üçün həmin testin aparılmasına şərait yaradılmasını xahiş etmişdir. O, Vüsalın psixoloji vəziyyətini düzəltmək üçün Türkiyəyə müalicə üçün aparmışdır. Sənədlərin içində olmasa da pasportlarında Türkiyəyə giriş-çıxış tarixləri qeyd olunmuşdur. Bir müddət sonra isə qardaşının haqsız olaraq pensiya alması əsası ilə şikayət etmişlər. Əlbəttə ki, qardaşının qəlpə yarası və digər yaralanmaları mövcuddur. Əgər haqsız idilərsə, onda DSMF niyə həmin sənədləri təsdiq etmişdir. Müasir dövrdə istənilən proses cənab prezidentin göstərişi ilə videokameranın müşayiəti əsasında baş verir. Əgər onlar xəta etmişdilərsə, bu qədər həkim müayinəsindən niyə keçmişlər!? Onun özünün də onkoloji əlilliyi var və o da orada müayinə olunmuşdur. Videokamera vasitəsilə hər şey yoxlanılır. Qardaşı da videokamera vasitəsilə müayinə olunmuş və sənəd verilmişdir. Sonra Hərbi hissədəki kadrlarla qardaşı arasındakı şəxsi prinsiplərə görə qardaşına “sənin qardaşın həkimdir, sən ona görə həkim qəbuluna gedə bilirsən” demişlər. Lakin onun heç kimlə əlaqəsi tapılmamışdır. Yəni telefon danışıqları belə ortaya çıxarılmışdır. Sadəcə Gündüz həkimdən bir xahişim olmuş, TSEKdə də sənədlərə baxılmış və onun heç bir əlaqəsi tapılmamışdır və onun orduda da nüfuzu olmuşdur. Hərbi Hospitaldan N019-cu ildə təxris olmuşdur. Orda müəyyən istintaq zamanı onun da adı “qardaşı da pensiya alır, bu da araşdırılsın” deyə hallanmış, lakin araşdırmışlar və heç nə tapa bilməmişlər. Onlar da sona qədər gedəcəklər ki, ədalət yerini tapsın. Təqsirləndirilən şəxs Respublika xəstəxanasına aparmışlar və orada qəlpələrin çıxarılmasını tələb etmişdir. Həmin vaxt qəlpələr çıxarılmış və onun video görüntüləri mövcuddur. İstintaq materialına da qəlpələri əlavə etsələr də, onlara bunun bu maddi sübut olmadığı bildirilmişdir. Əgər maddi sübut bu deyilsə nədir?!. İstənilən halda bədəndə qəlpə olması ciddi travmadır və yaralı xəstəxanada “yatmalıdır”. Sənədlərə xronoloji olaraq baxsaq, Təqsirləndirilən şəxs qulağından irin gəlməsi, başında yaralanma olması qeyd olunmuş, lakin Hospitalda təəssüf ki, ayağındakı yaralanma olması qeyd olunmamışdır. Vüsalın başındakı yaralama qeyd olunsa da, ayağını və belini bildirən yaralanma ilə əlaqədar heç nə qeyd olunmamışdır. Ekspertiza qərarına görə onlara bunun partlayışdan sonra olması bildirilmişdir. Əgər partlayışdan sonra alınıbsa əksini sübut etmələrini xahiş etmişdir. Onları ekspertizaya göndərmişlər və orada da müəyyən təzadlar yaranmışdır. Belə ki, bir yerdə “qolunda gücsüzlük var” yazılıb, digər yerdə isə “yoxdur” yazılmışdır. O, N0N0-ci ilin noyabr ayında qardaşından 10 gün xəbər ala bilməmişdir. Məhkəmə iclasında Şahid46 ona verilmiş suallara cavab olaraq, Təqsirləndirilən şəxs ayaqdakı və beldəki yaralarının qeydiyyatının ümumiyyətlə olmadığını, yalnız baş nahiyyəsindəki yaranın qeydiyyatının olduğunu, həmin vaxt hospitalda qarışıqlıq olması səbəbindən qeyd edilmədiyini, onun özünündə o sənədlərə baxdığını və ittiham aktında məqsədyönlü yalan cümlələr olduğunu, onun nüfuzunun da önəmli olduğunu, ona da təyziqlər olduğunu, daha sonra onların TƏBİB vasitəsilə dövlət xəstəxanalarına müraciət etdiyini və orda aşkarlandığını, indi də qardaşının müalicəsinin davam etdiyini və əsas probleminin psixoloji olduğunu, hal-hazırda qəlpənin də başında qaldığını, amma ayaq və beldəki qəlpələrin çıxarıldığını, video görüntülərin də mövcud olduğunu, Tamerlan Qubuşovun iştirak edəcəyini bildirdikdən sonra rəsmi qaydada müraciət etdiyini, qəlpələrin çıxarıldığını və maddi sübut kimi qəbul olunmadığını, 40-a yaxın şahidin nəyə lazım olduğunu, əgər qardaşı həqiqətən yalan danışırsa N nəfərin izahatının belə bəs etdiyini, bu qədər adamın dindirilib hələ də yekun nəticənin verilmədiyini, N nömrəli hərbi hissənin Gəncədə yerləşdiyini və həmin dövrdə qardaşı ilə əlaqəsi olmadığını, Nazirlikdən dosttanış vasitəsilə əlaqə yaradaraq Vüsalın sağ olub-olmaması barədə məlumat almağa çalışdığını, Təqsirləndirilən şəxs Gəncə hospitalına göndəriş aldıqdan sonra onunla əlaqə qura bildiyini, qardaşı ehtiyyata göndərilmədən əvvəl müraciət etdiyini və göndəriş götürdüyünü, Gəncə hospitalına qulağından axıntı və baş ağrıları üçün müraciət etdiyini, sənədlərdə də partlayış travması və ya barotravma yazıldığını, əslində qulaqdakı irinin barotravma ilə əlaqəli ola bilmədiyini, belə ki, həmin an baş verə bilmədiyini, sonra soyuq və ona bağlı şeylərdən irinin gələ biləcəyini, qulaq həkiminin yalandan yazdığını, Bera testi deyilən bir test olduğunu, onun bunu əslində beyin əməliyyatlarında da istifadə etdiyini, bu testə ən güclü həkimin belə müdaxilə edə bilmədiyini, onun qardaşının 1 qulağında problemin mövcud olduğunu, ən son ekspertiza müayinəsində bera testi vasitəsilə hər iki qulağında yüngül dərəcəli zədələnmə olmasının aşkar olunduğunu, əgər bu bera testinin nəticəsidirsə bunu heç kimin inkar edə bilməyəcəyini, amma onlara həmin məlumatın guya onların özlərinin yazdırmısının qeyd edildiyini, əlilliyi alana qədər həkim hospitalında nevrologiya, nevrocərrah əsas bunların rəyinin önəmli olduğunu, yəni nevrocərrahın müayinə etməli olduğunu, qeyd olunan qəlpələrin necə yaranmasının sual olunduğunu, telefon danışıqlarının diskinə baxılarkən heç nə tapılmadığını, telefon danışığının yalnız Gündüz həkimlə olduğunu, o da məktuba cavab verilmədiyindən sənədin alınmasına köməklik edilməsi üçün xahiş edildiyini, onun özünün də dəfələrlə zəng edərək xəstənin travma arayışlarını göndərməsini istədiyini, sadəcə Naxçıvan korpusundan gələnlərin sənədlərinin tam hazır olduğunu, qardaşının müalicəsi yarımçıq qaldığına görə Vüsalın infeksiyonlu xəstəliklər şöbəsinə köçürüldüyünü, oradan “covid” üçün “semaşko”ya göndərildiyini, Vüsalın N ayağında da neyropatiya çıxdığını, bunun travmanın da, covidin də nəticəsi ola biləcəyini, adətən infeksiyalara bağlı olduğunu, hal-hazırda ayaqlarında da ağrı olduğunu, EMG müayinəsinin obyektiv və ona müdaxilənin mümkün olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımış, onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. İstintaq vaxtı da indi də xatırladıqlarını bildirir. Belə ki, Təqsirləndirilən şəxs təxminən N0N0-ci ilin noyabrın 6-7 tarixlərində tağım komandiri qismində döyüşlərə qatılmışdır. O isə həmin vaxt bölük komandiri olmuşdur. Onun tabeçiliyində olduğu müddətdə onlara döyüş tapşırığı verilmişdir. Laçın rayonunun Xanlıq kəndindəki yüksəkliklərdə 3 mövqedə onları yerləşdirmişlər. Həmin mövqelərin birində Təqsirləndirilən şəxs yerləşdirmişlər, digər mövqedə isə o özü olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs gecə yanında qalmalı olmuşdur. Həmin vaxt orda səngər qazmışlar və orada yanaşı uzananda Vüsalın titrədiyini görmüşdür. O Vüsaldan titrəmə səbəbini soruşmuş, sonuncu ona maşınla gələrkən yanlarına minomyot düşdüyünü bildirmiş, ona görə də ürəyinin bulandığını qeyd etmişdir. O da Təqsirləndirilən şəxs “sən titrəyirsən özünü pis hiss edirsənsə, aşağı məruzə edək, göndərək səni” demişdir. Lakin Vüsal buna etiraz edərək “problem yoxdur, keçəcək” demiş, amma ilk gəldiyi gündən Vüsalda halszılıq olmuşdur. bundan başqa Təqsirləndirilən şəxs yaralanmasını görməmişdir. Məhkəmə iclasında Şahid5 ona verilmiş suallara cavab olaraq, mərmi partlayışı olduğunu, amma yüksəkliklərə, onlardan aralı düşdüyünü, çünki onların Aşağı Fərəcan kəndində yerləşdiklərini, mərmi düşəndə hamının sığınacağa getməsi barədə komanda verildiyini, mərmilərin isə onlardan 500-600 metr aralıya düşdüyünü, Vüsalın özünün dediyinə görə, mərmi düşmüş və onun tibb məntəqəsinə aparıldığını, orada yaralılara xidmət göstərmək üçün tibb məntəqəsi olduğunu, amma onun görmədiyini və məlumatının da olmadığını, onların həmin yerdə orda 1-N günlük yerləşdiklərini, həmin müddət ərzində yerləşdikləri evin yanına, onların hərəkət etdiyi yola mərmilərin düşdüyünü görmədiyini, sonra Vüsalın mövqedə qaldığını və onun başqa mövqelərə getmək üçün həmin mövqedən düşdüyünü, ondan sonra heç nə bilmədiyini, Vüsalın yüksəklikdə, onun isə aşağıda qəbirstanlıqda olduğunu, düşmənin inəyinin, donuzunun onun yerləşdiyi yerin qabağına gəlib minaya düşdüyünü, başqa heç bir şey olmadığını, orada yerləşdiyi müddətdə Vüsalın təxliyyə olunması, hospitala getməsi haqqında məlumatının olmadığını, Gəncəyə qayıdandan sonra hərbi qulluqçuların hamısının müayinədən keçmək üçün icazə istədiklərini, onun da tibb məntəqəsinə göndərdiyini, həmin vaxt Vüsalın başının ağrıması və qulağında cırıq olmasını dediyini, onun da Vüsalı gedib yoxlanması üçün tibb məntəqəsinə göndərməsini, onun 1-ci tağım komandirinin şəhid olduğunu, Təqsirləndirilən şəxs onun yerinə gətirilib komplektləşdirildiyini, Vüsalın N0N0-ci il noyabr ayının 7-i onun yanına gəldiyini və ayın 7-dən 9-a kimi düşmənin artilleriya atəşi açdığını, lakin həmin mərmilərin onların evinin yaxınlığına, yəni 100-N00 metrinə düşmədiyini, mərmilərin uzağa düşdüyünü, travma ilə bağlı müraciət edənlərin olduğunu, onun axırıncı yaralılarının və şəhidlərinin N0N0-ci il noyabr ayının 5-i və 6-ı tarixlərində olduğunu, onun Vüsalın yaralanması barədə məlumatının olmadığını, elə bir hadisə olarsa bölük komandiri kimi ona deyilməli olduğunu, Vüsalın ona avtomobillə gələndə başını çıxartdığını, ətrafa baxdığını, avtomobilin yanından bir az qırağa minomyot düşdüyünü və mərminin dalğasının onu vurduğunu və həmin dalğanın təsirindən avtomoblin içərisinə atdığını bildirdiyini, həmin vaxt onun Vüsaldan “özünü necə hiss edirsən, bədənində qəlpə yoxdur?” soruşduğunu, sonuncunun isə “yox, yaxşıyam” dediyini, lakin daimi dislokasiya mərkəzinə qayıtdıqdan sonra hərbçilərin bir çoxunda bu problemlərin üzə çıxdığını, gedib özlərini, yoxlatdıqlarını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, müharibə dövründə tibb məntəqəsinin həkimi olmuşdur. Təqsirləndirilən şəxslə bağlı hər hansı faktı xatırlamır. Ona Hərbi prokurorluqda Təqsirləndirilən şəxs xəsarəti olan şəxs kimi tanımasını soruşmuşlar, o da həmin suala cavab olaraq həmin ərazidə daim təxliyyədə iştirak etdiyini, lakin Vüsalı tanımadığını bildirmişdir. Məhkəmə iclasında Şahid13 ona verilmiş suallara cavab olaraq, səfərbərlik üzrə gələnlərin, ümumiyyətlə, şəxsləri tanımağın çətin olduğunu, kadr işçi olduğu təqdirdə tanımağın mümkün olduğunu, hər təxliyyə etdiyi şəxsi tanımamığının mümkün olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid18 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O müharibə vaxtı yardım göstərdiyi yaralıların içərisində Təqsirləndirilən şəxs görməmişdir. Məhkəmə iclasında Şahid18 ona verilmiş suallara cavab olaraq, müharibə dövründə yüzlərlə insana yardım göstərdiyini, buna görə də, Təqsirləndirilən şəxs xatırlamamasının mümkün olduğunu, N nömrəli Hərbi hissənin tərkibində Cəbrayıl, Laçın, Qubadlı istiqamətində döyüşlərdə olduğunu, onun həmin vaxt vəzifəsinin yaralılara yardım göstərmək və yaralıları arxa təxliyyə qruplarına təhvil verməkdən ibarət olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımışdır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, Təqsirləndirilən şəxs N noyabr N0N0-ci il tarixdən etibarən Laçın rayonunda tanımışdır. N0N0-ci ilin noyabr ayının 8-i birlikdə döyüş mövqeyinə çıxmışlar. Həmin dövrdə onların yaxınlığında partlayış olmamışdır. Onlar həmin ərazidə kütləvi şəkildə olmuşlar. Həmin dövrdə Vüsalın əgər partlayış nəticəsində xəsarəti olsaydı, tək adam deyil, bir neçə adam xəsarət alardı. Məhkəmə iclasında Şahid3 ona verilmiş suallara cavab olaraq, Təqsirləndirilən şəxs səfərbərlik üzrə gəlməmişdən əvvəl tabor komandirinin şəhid olduğunu, yeni gəldiyi, ərazini tanımadığı və səfərbərliklə gəldiyi üçün tabor komandiri olaraq onun təyin edildiyini və Vüsalın yanında olmaq üçün həmin vəzifənin verildiyini, 18 noyabr N0N0-ci il tarixədək orada birlikdə xidmətdə olduğunu, sonradan Gəncə şəhərində olduğu dövrdə Vüsalın səhhətinə görə xəsətəxanaya getdiyini, lakin travma ilə bağlı getməsini bilmədiyini, onun Vüsalın qızdırması ilə bağlı probleminin olduğunu bildiyini, Təqsirləndirilən şəxs döyüş mövqelərinə gəldiyi vaxtadək xəsarət alıb-almaması ilə bağlı məlumatının və bu barədə onların arasında söhbətin olmadığını, N0N0-ci ilin noyabr ayının 8-dən 18-dək mütəmadi olaraq Təqsirləndirilən şəxs yanında olduğunu, həmin mövqedən çıxdıqdan sonra noyabr ayının N8-də Qubadlının müxtəlif kəndlərində olduğunu, artıq N0N0-ci ilin noyabr ayının N8-də Qubadlının Qarakişilər və Şıxlı kəndindən Gəncəyə yola çıxdıqlarını, Təqsirləndirilən şəxs səhhəti ilə bağlı ona hər hansı şikayətinin olmadığını, onunda bu barədə soruşmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş ŞahidN ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımışdır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Təqsirləndirilən şəxs təxminən N0N0-ci ilin noyabr ayının 7-i tarixində onların yanına gəlmiş və ayın 8-i tarixində mövqelərə qalxmışdır. Həmin vaxt orada yaralanma və travma ilə bağlı hadisə olmamışdır. Məhkəmə iclasında ŞahidN ona verilmiş suallara cavab olaraq, Təqsirləndirilən şəxs partlayışın ona təsir edə biləcək mövqeyində olmadığını, onun həmin vaxt tabor komandiri vəzifəsində çalışdığını, hadisələr haqqında ona məlumat verildiyini, Vüsalın xəsarət almsı ilə bağlı ona məlumat verilmədiyini, onun komanda müşavirə məntəqələrinə, taborun bölmələrinə gedib-gəldiyini, buna baxmayaraq hər dəqiqə bütün bölmələrin vəziyyəti barədə məlumatının olduğunu, N0N0-ci ilin noyabr ayının N8-i və N9-u tarixlərində Gəncəyə gəldiklərini, həmin vaxt yaralanan və xəsarət alan şəxsin olmadığını, Təqsirləndirilən şəxs döyüş mövqelərinə qalxana qədər bölüyün yerləşdiyi yerdə olduğunu, aşağıda yerləşdiklərini, hazırlaşdıqlarını və qalxdıqlarını, sonuncunun ehtiyatdan səfərbərlik vasitəsilə çağırıldığını, Təqsirləndirilən şəxs yanında olmasa da, bölük haqqında məlumatının olduğunu, Təqsirləndirilən şəxs baş ağrısı, yüksək temperaturla bağlı xəsətəxanaya göndərildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid30 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımışdır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Təqsirləndirilən şəxs müharibədən gəldikdən sonra N nömrəli hərbi hissədə görmüş, həmin vaxt Vüsalı leytenant rütbəsində tağım komandiri kimi tanımışdır. Prokurorluqda da izahat verərkən qeyd etmişdir ki, Təqsirləndirilən şəxs yaralanması barədə xəbəri olmamışdır. Məhkəmə iclasında Şahid30 ona verilmiş suallara cavab olaraq, Cəbrayıl, Laçın və Qubadlı istiqamətində döyüşlərdə iştirak etdiyini, Vüsalı isə müharibədən qayıtdıqdan sonra Gəncədə N nömrəli hərbi hissədə gördüyünü, lakin sonuncunun xəsarət alması ilə bağlı xəbərinin olmadığını, müharibə vaxtı atışmanın olduğunu, minomyotla da mərmilərin düşdüyünü, üz-üzə də atışma olduğunu, həmin vaxt yaralıların olduğunu, amma adlarını xatırlamadığını, Təqsirləndirilən şəxs yaralandığını görmədiyini, əmr əsasında verilən mövqeyə getdiyini, onun Təqsirləndirilən şəxs Laçın rayonunda görmədiyini, yalnız N nömrəli hərbi hissədə gördüyünü və gördüyü vaxt sonuncunun səhhətinin normal olduğunu, onların mövqe tutduğu yeri tez tərk etmədiyini, onları əvəz edənə qədər həmin mövqedə gözlədiklərini, səfərbərliklə qarışıq yerləşdiklərini, bölüklərin hamısının qarışıq olaraq yerləşdiklərini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımışdır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Təqsirləndirilən şəxs səh etmirsə 1-ci taborda olmuşdur. O, ümumiyyətlə, tabor həkimi olmamış, məntəqə həkimi olmuşdur və ancaq təxliyyədə iştirak etmişdir. O, Təqsirləndirilən şəxs yaralanan, müayinə olunan zaman görməmişdir. Məhkəmə iclasında Şahid16 ona verilmiş suallara cavab olaraq, onun müharibə vaxtı arxada dəstək qrupu üzvü olduğunu və Cəbrayıl, Qubadlı və Laçın istiqamətində gedən döyüşlərdə iştirak etdiyini, yaralı sayının çox olduğunu, onların yaralılara ilkin baxış keçirdiyini, daha sonra məntəqəyə təhvil verdiklərini, məhz məntəqədə yaralı barəsində qərar verildiyini, onların məntəqəsinin Qubadlının axırıncı kəndində yerləşdiyini, sonuncu yaralıların nə vaxt olduğunu bilmədiyini, hər kəsin bronjilet və kaskada olduğunu, Vüsalın ona müraciət etmək imkanının olmadığını, əgər müraciət edilibsə yalnız məntəqəyə edildiyini, əgər Vüsal ağır yaralı olubsa, onu olduğu yerdən götürüb məntəqəyə təhvil vermək işinə baxdığını, onların qrupunda 3-4 həkim olduğunu, ağır yaralı zabitlərə, əsgərlərə yardımı yerindəcə etdiklərini, yaralı sayı çox olduğundan üzlərini xatırlamadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, prokurorluqda izahat verərkən Təqsirləndirilən şəxs görmədiyini bildirmiş, özü isə Laçın və Qubadlı istiqamətində mövqelərdə olmuşdur. O heç bir döyüşə çıxmamışdır. Ağcabədi rayonu ərazisində bir ay təlim keçmişlər. Onlar Qubadlı istiqmətinə aparıldıqdan sonra müharibə bitmişdir. Daha sonra onları Laçın istiqamətinə aparmışlar və 5-6 gün orda qalmışlar, bundan sonra yenidən Gəncəyə qayıtmışlar. Məhkəmə iclasında Şahid10 ona verilmiş suallara cavab olaraq, N0N0-ci ilin noyabr ayının 8-i tarixində döyüşlərin bitdiyini, onların bundan sonra Laçına getdiklərini, həmin vaxt qətiyyən mərmi partlayışının olmadığını, Qubadlıda qaldığı günləri xatırlamasa da, Laçında 1-N həftə qaldıqlarını, onun posta qalxdığı vaxt müharibənin dayandığını, N0N0ci ilin oktyabrın N3-ü tarixində səfərbərlik üzrə getdiyini, Ağcabədidə təlim keçdiklərini, sonra Qubadlıya, ardınca Qubadlıdan Laçına qalxarkən artıq müharibənin dayandığını, onların mövqelərə əsgərlər üçün yemək apardığını, bundan sonra geriyə qayıtdıqlarını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, Təqsirləndirilən şəxs nə müharibə vaxtı, nə də sonradan görməmişdir. N0N0-ci ilin noyabr ayının 4-ü tarixində səfərbərlik üzrə Ağcabədiyə getmiş, noyabr ayının 8-i oradan Laçın rayonuna gətirilmişdir. Həmin gün gecə 1-N radələrində müharibənin bitməsi barədə xəbər verilmişdir. Təxminən 1 həftə Laçın rayonunda qalmışlar. Bundan sonra Qubadlıya getmişlər, oradan da Gəncəyə N nömrəli hərbi hissəyə qayıtmışlar, lakin Vüsalı oradada görməmişdir. Kapitan Abbasov onun komandiri olmuş, Təqsirləndirilən şəxs isə tağım komandiri olaraq görməmişdir. Onlar, ümumiyyətlə, döyüşlərdə iştirak etməmişlər, yalnız mövqelərə çıxaraq orada daynmışlar. Məhkəmə iclasında Şahid6 ona verilmiş suallara cavab olaraq, Laçın rayonuna 08 noyabr N0N0-ci il tarixdə axşam saatlarında çatdıqlarını, qarşıda postda olarkən onların mövqelərini dəyişməyə hazır olduğu vaxtda müharibənin dayanması barədə xəbər aldıqlarını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid47 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımış, onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, N6 sentyabr N0N0-ci il tarixdə müharibəyə getmiş və müharibənin sonuna qədər orada olmuşdur. Müharibədə Cəbrayıl, Qubadlı və Laçın istqimətlərində döyüşlərdə iştirak etmişdir. Laçın istiqamətində olarkən onlara dayanma əmri verilmişdir. Laçın istiqmətində onların tağım komandiri Xalid Nəbiyev N noyabr N0N0-ci il tarixdə şəhid olmuşdur. 05 noyabr N0N0-ci il tarixdə onlar Laçın rayonu ərazisində kəndlərdə məskunlaşmışlar. Bundan bir-iki gün sonra noyabrın 6-7-i tarixlərində Təqsirləndirilən şəxs tağım komandiri olaraq gəlmiş, tanışlığı olmamışdır. 08 noyabr N0N0-ci il tarixdə onlara yenidən irəlidəki posta gedəcəkləri bildirilmişdir. Bundan sonra həmin gün axşam vaxtları qaranlıq olarkən onlar posta, dağın üstünə yuxarı, düşmənlə yaxın məsafəyə qalxmışlar. Həmin vaxt tam heyət hazır olmuş, belə ki, ondan qabaq yaralılar, şəhidlər olmuş, lakin bəzilərinin yeri dolmamışdır. Lakin həmin yaralı və şəhdilərin yerinə səfərbərlikdən çağırıb, heyəti bərpa etmişlər. Həmin şəxslərdən biri də Təqsirləndirilən şəxs olmuşdur. Hətta həmin vaxt yuxarı onunla bərabər qalxmışlar, 9 noyabr tarixində bayraq günü olduğu üçün daha güclü atışma olacağını gözləmişlər, lakin oraya qalxarkən yalnız top səsləri gəlmiş, yəni heç bir döyüş olmamış, Təqsirləndirilən şəxs ilə bir yerdə qalxmışlar, hətta o, Vüsaldan 1 addım geri mövqedə olmuşdur. Məhkəmə iclasında Şahid47 ona verilmiş suallara cavab olaraq, N noyabr N0N0-ci il tarixdə döyüşlərdə yaralıların, şəhidlərin olduğunu və onların 05 noyabr tarixində heyətlərinin yarısı olmadığından heç bir atışma, partlayış olmayan təhlükəsiz yerə qayıtdıqlarını, 05 noyabr N0N0-ci il tarixdən 08 noyabr N0N0-ci il tarixədək heç bir döyüşün olmadığını, Laçından əvvəl Qubadlıda döyüşlərinin olduğunu, lakin həmin vaxtadək itkilərinin olmadığını, 03 noyabr N0N0-ci il tarixədək Qubadlıda, ondan əvvəl isə Cəbrayılda olduqlarını və 03 noyabr N0N0-ci il tarixədək onların cəmi bir yaralısının olduğunu, onun travmanı Cəbrayıl rayonunda aldığını, 03 noyabr N0N0-ci il tarixdə Laçın rayonunda Səfiyən kəndinə hücuma keçdiklərini, N noyabr N0N0-ci il tarixdə isə düşmənin onlara hücum etdiyini, onun döyüşlərə davam etdiyini, belə ki, həmin vaxt travmaların hiss olunmadığını, onun döyüş bitəndən sonra tibbi müayinədən keçdiyini və partlayışdan travma almasının aşkar olunduğunu, Təqsirləndirilən şəxs onun tağım komandiri olduğunu, 30 noyabr N0N0-ci il tarixdə Gəncəyə qayıtdıqlarını, müharibənin noyabrın 10-u qurtardığını, həmin zaman da Təqsirləndirilən şəxs onunla olduğunu, 06 noyabr N0N0-ci il tarixdən 10 noyabr N0N0-ci il tarixədək minomyot atışları olmadığını, Şahid5 bölük komandiri olduğunu və onların tağımlar olaraq müxtəlif postlarda olduğunu, Şahid5 N və 3-cü tağımla bir yerdə olduğunu, onun isə 1-ci tağımda olduğunu və onun yanında kapitan Şahid3 olduğunu, onların yanında Şahid3 və Təqsirləndirilən şəxs ibarət iki zabitin olduğunu, Şahid5 daha böyük vəzifədə olduğunu, amma onlarla birlikdə deyil, başqa tağımda olduğunu bildirmişdir. Şahidlər ŞahidN0 xx.xx.N0N3-cü il tarixdə, ŞahidNN xx.xx.N0N3-cü il tarixdə, Şahid8 xx.xx.N0N3-cü il tarixdə, ŞahidN6 xx.xx.N0N4-cü il tarixdə və Şahid34 xx.xx.N0N4-cü il tarixdə və məhkəməyə teleqram ünvanlayaraq məhkəmədə iştirak edə bilməyəcəklərini və ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini bildirmişlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317-ci maddəsinə əsasən şahidlər ŞahidN0, ŞahidNN, Şahid8, Şahid34 və Şahid38 İlyas oğlunun iştirakları olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişlər. İş materiallarında olan 1N yanvar N0N3-cü il tarixli “cinayət işinin başlanılması haqqında” qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası Hərbi prokurorunun müavini Fuad Məmmədov tərəfindən Təqsirləndirilən şəxs barəsində Cinayət məcəlləsinin 178.1 və 3N0.N-ci maddələri ilə cinayət işi başlanmışdır (cild 1, i/v 1- N). İş materiallarında olan Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən verilmiş 8439 nömrəli xəstəlik tarixindən görünür ki, leytenant Təqsirləndirilən şəxs 18 dekabr N0N0-ci il tarixdə nevrologiya bölməsində "partlayış travması (xx.xx.N0N0) nəticəsində keçirilmiş qapalı kəllə beyin travması, baş beynin silkələnməsi" ilkin diaqnozu ilə stasionar müalicəyə qəbul olmuş, xx.xx.N0N1-ci il tarixdə "partlayış travması (xx.xx.N0N0) nəticəsində keçirilmiş qapalı-kəllə beyin travması, baş beynin sol təpə payının ağır dərəcəli hemorragik əzilməsindən sonrakı vəziyyət" diaqnozu qoyularaq COVİD-19 infeksiyasına yoluxduğu üçün Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə köçürülmüşdür (cild 1, i/v 9). İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N noyabr N0N0-ci il tarixli 318 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi toplanışa çağırılmış ehtiyatda olan leytenant Təqsirləndirilən şəxs N8N nömrəli hərbi hissədən gəlmiş hesab edilmiş, həmin tarixdə hərbi hissənin 1-ci tabor N-ci bölük 1-ci tağım komandiri vəzifəsinə təyin edilərək şəxsi heyətin siyahısına, bütün təminat növlərinə daxil edilmişdir (cild 1, i/v N5). İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N8 noyabr N0N0-ci il tarixli 339 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş bölmələr hərbi hissənin dislokasiya yeri (Gəncə şəhəri) olan yerə qayıtdıqları üçün leytenant Təqsirləndirilən şəxs qazan təminatından çıxarılaraq pul kompensasiyası alanların siyahısına daxil edilmişdir (cild 1, i/v N6). İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N dekabr N0N0-ci il tarixli 357 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, leytenant Təqsirləndirilən şəxs müayinə və müalicə üçün Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalına göndərilmişdir (cild 1, i/v N7). İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N7 yanvar N0N1-ci il tarixli N6 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, leytenant Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalından müalicədən qayıtmışdır (cild 1, i/v N8). İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N7 yanvar N0N1-ci il tarixli N6 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, leytenant Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə nazirinin N9 dekabr N0N0-ci il tarixli 014N9 nömrəli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 197-ci maddəsinə müvafiq olaraq səfərbərlikdən ehtiyata tərxis edildiyi üçün həmin tarixdən şəxsi heyətin siyahısından, bütün təminat növlərindən çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri, Kəpəz rayon şöbəsinə göndərilmişdir (cild 1, i/v N9). İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N noyabr N0N1-ci il tarixli 319 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, ehtiyatda olan leytenant Təqsirləndirilən şəxs "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 197-ci maddəsinə müvafiq olaraq səfərbərlikdən ehtiyata tərxis edilməsi barədə əmr ləğv olunduğuna görə hərbi hissə komandirinin N7 yanvar N0N1-ci il tarixli N8 nömrəli əmrinin 4-cü paraqrafı etibarsız sayılmışdır (cild 1, i/v 30). İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N noyabr N0N1-ci il tarixli 319 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, leytenant Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N0N1-ci il tarixli 01585 nömrəli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-ci maddəsinin "v" bəndinə (xəstəliyə görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə N7 yanvar N0N1-ci il tarixdən şəxsi heyətin siyahısından, bütün təminat növlərindən çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri, Kəpəz rayon şöbəsinə göndərilmişdir (cild 1, i/v 31). İş materiallarında olan N nömrəli hərbi hissə tərəfindən təqdim edilmiş N mart N0N1-ci il tarixli hərbi hissə komandiri tərəfindən imzalanmış və möhürlənmiş travma haqqında arayışdan görünür ki, leytenant Təqsirləndirilən şəxs xx.xx.N0N0-ci il tarixdə Azərbaycan Respublikasının müdafiəsi zamanı Laçın rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərərkən "partlayış travması, zərbə dalğası, barotravma" xəsarətlərini alması barədə qeydiyyat vardır (cild 1, i/v 3N). İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən daxil olmuş N8 aprel N0NN-ci il tarixli məktubdan görünür ki, ehtiyatda olan leytenant Təqsirləndirilən şəxs xx.xx.N0N1-ci il tarixdə N750 manat, xx.xx.N0N1-ci il tarixdə isə 3850 manat sığorta ödənişi verilmişdir (cild 1, i/v 50). İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirinin 0980 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 08 noaybr N0N0-ci il tarixdə N nömrəli hərbi hissədə motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının komandiri vəzifəsinə təyin edilmişdir (cild 1, i/v 93). İş materiallarında olan istintaqa təqdim edilmiş xx.xx.N0N3-cü il tarixli X9 keçirilən onurğa sütunu bel və oma disk aralığı (üç disk aralığı) KT müayinəsi çıxarışından görünür ki, L4-L5 fəqərəarası diskdə anterior dural sahəni və hər iki lateral forameni daraldan N mm ölçüdə diffuz bulging və L4 fəqərənin spinal çıxıntısı səviyyəsində dərialtı sahədə 9x6 mm ölçülən metallik yad cisim aşkar edilmişdir (cild N, i/v NN). İş materiallarına əlavə edilmiş İ-473 nömrəli və İ-43306 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Laçın rayounun azad olunmasında iştirak etmiş və “laçının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur (cild N, i/v 33). İş materiallarında olan istintaqa təqdim edilmiş xx.xx.N0N3-cü il tarixli X9 keçirilən beyin (aksial və ya koronal və ya sagital) KT müayinəsi çıxarışından görünür ki, Təqsirləndirilən şəxs sol arxa təpə nahiyyəsində dərialtında 11x6 mm ölçüdə metal yad cisim aşkar edilmişdir (cild N, i/v 63). İş materiallarında olan “Şübhəli şəxs qismində tanınma və qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs 03 may N0N3-cü il tarixdə şübhəli şəxs qismində tanınmış və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 4, i/v 180-181). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən təqdim edilmiş 30 mart N0N3-cü il tarixli 4/439 nömrəli məhkəməxətşünaslıq ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş N nömrəli hərbi hissənin zədələnmələrin qeydiyyatı kitabının 80-ci vərəqəsində "447, 740N Təqsirləndirilən şəxs, leytenant 1/N, xx.xx.N0N0, partlayış travması, zərbə dalğası, barotravma" sözləri Şahid1 tərəfindən icra olunmuşdur (cild 3, N33-N35). İş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Hərbi Həkim komissiyasının xx.xx.N0N1-ci il tarixli müayinə vərəqəsindən və həmin tarixli göndəriş kağızından görünür ki, leytenant X6 xx.xx.N0N1-ci il tarixdə lor həkimi Şahid44 tərəfindən hərbi xidmətə yararlılığı yoxlanmış, "sağtrəfli xroniki koxlear nevrit, sağtərəfli neyrosensor ağıreşitmə sağ qulaqda 3 metr, sol qulaqda 6 metr məsafədən eşitmə" diaqnozu yazaraq hərbi xidmətə yararlı olduğunu qeyd etməklə yanaşı Təqsirləndirilən şəxs həmin xəsarəti xx.xx.N0N0-ci il tarixdə partlayış travnası nəticəsində aldığını bildirmiş, lakin bununla bağlı təsdiqedici sənəd olmamışdır. Oftalmoloq, psixiatr, cərrah, stomatoloq, dermatoloq hərbi xidmətə yararlı olduğunu qeyd etmiş, nevrapatoloq, tibb xidməti mayoru Şahid41 xx.xx.N0N0-ci il tarixdə Təqsirləndirilən şəxs əsaslı müayinə olunması üçün hərbi hospitalın baş nevroloq, tibbi xidməti polkovniki Şahid38 baxışına göndərmiş, sonuncu tərəfindən xx.xx.N0N1-ci il tarixdə Təqsirləndirilən şəxs "Partlayış travması (xx.xx.N0N0) keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin sol təpə payının ağır dərəcədə hemmorragik əzilməsinin, sağtərəfli hemihipesteziya və hemiparezlə olan nəticəsi" diaqnozu yazılmış, lakin hərbi həkim komissiyanın müayinə vərəqəsindən görünür ki, leytenant Təqsirləndirilən şəxs hərbi xidmətə yararlığının müəyyən edilməsi üçün komissiya yekunlaşmamışdır (cild 3, i/v 49). İş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Hərbi Həkim komissiyasının xx.xx.N0N1-ci il tarixli müayinə vərəqəsindən görünür ki, ehtiyatda olan leytenant Təqsirləndirilən şəxs xx.xx.N0N1-ci il tarixdə nevropotoloq, tibb xidməti mayoru Şahid41 tərəfindən hərbi xidmətə yararlılığı yoxlanmış və ona "Partlayış travması (xx.xx.N0N0) keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin sol təpə payının ağır dərəcədə hemmorragik əzilməsinin, sağtərəfli hemihipesteziya və hemiparezlə olan nəticəsi" diaqnozunu qoymaqla Xəstəliklər Cədvəlinin N3b maddəsinin 3-cü qrafasına əsasən "sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə hərbi xidmətə məhdud yararlıdır" qeydini yazaraq hərbi həkim komissiyasına təqdim etmişdir (cild 3, i/v 50). İş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş arayışdan görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 14 mart N008-ci il tarixli 1N3 nömrəli əmri ilə qüvvəyə minmiş Təlimata əlavə edilmiş N0 nömrəli qoşmadan görünür ki, “Partlayış travması (xx.xx.N0N0) keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin sol təpə payının ağır dərəcədə hemmorragik əzilməsinin, sağtərəfli hemihipesteziya və hemiparezlə olan nəticəsi, mərkəzi sinir sisteminin mülayim dərəcədə pozulması. Barotravma (xx.xx.N0N0) sağtərəfli xroniki koxlear nevrit, sağtərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda 3 metr, sol qulaqda 6 metr məsafədən eşitməsi ilə” diaqnozu qoyulmuşdur. Diaqnoz 879N nömrəli xəstəlik haqqında şəhadətnaməyə və N nömrəli hərbi hissənin travma haqqında arayışa əsaslanaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin N014-cü il tarixli N69 nömrəli qərarı ilə "ağır" dərəcə qiymətləndirilmişdir (cild 3, i/v 63). İş materiallarında olan Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzindən daxil olmuş xəstəlik tarixindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.N0N1-ci il tarixdə "kəskin respirator infeksiyası COVİD-19" diaqnozu ilə stasionar müalicəyə qəbul edilmiş, xx.xx.N0N1-ci il tarixdə ona "keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri, posttravmatik ensofolopatiya, sağtərəfli hemiparez, koqnitiv funskiyaların pozulması, posttravmatik stress pozğunluğu depressiv simptomlarla" diaqnozu qoyulmuş, xx.xx.N0N1-ci il tarixdə isə stasionar müalicəsi başa çataraq Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalına köçürülmüşdür (cild 4, i/v 88-90). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.N0N3-cü il tarixli 9/3630 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilən "xxxx" ASC və "xxxx"ı ASC-nin hesabdan çıxarış vərəqələrinə əsasən Təqsirləndirilən şəxs xx.xx.N0N1-ci il tarixdən xx.xx.N0N3-cü il tarixədək olan müddətdə "xxxx" ASC-nin pensiya hesabına 17640 (on yeddi min altı yüz qırx) manat 7N (yetmiş iki) qəpik, xx.xx.N0N1-ci il tarixdən xx.xx.N0N3-cü il tarixədək "xxxx" ASC-nin pensiya hesabına 7900 (yeddi min doqquz yüz) manat, ümumilikdə N5540 (iyirmi beş min beş yüz qırx) manat 7N (yetmiş iki) qəpik məbləğində pensiya və təqaüdün mədaxil edilməsi müəyyən edilir (cild 5, i/v 1N0-1NN). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-ballistik ekspertizasının xx.xx.N0N3-cü il tarixli 3/804 nömrəli təyindən görünür ki, Təqsirləndirilən şəxs bel və sağ ayaq nahiyələrindən Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Publik hüquqi şəxsində cərrahi yolla çıxarılmış 03 (üç) ədəd yad cisim kiçik ölçüdə olduğundan döyüş sursatının qəlpələri olub-olmamasını müəyyən etmək mümkün olmamışdır (cild 5, i/v 130-131). İş materiallarında olan N nömrəli Hərbi hissənin komandiri Tural Abdullayev tərəfindən verilmiş N6 may N0N3-cü il tarixli, 3567 saylı arayışdan görünür ki, həmin hərbi hissənin 1-ci taborun N-ci bölüyünün şəxsi heyətindən 07-N8 noyabr N0N0-ci il tarixlərində düşmən təxribatı nəticəsində xəsarət alan hərbi qulluqçu olmamışdır (cild 5, i/v 133). İş materiallarında olan Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 verilmiş komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.N0N3-cü il tarixli K/118-N0N3 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs nəhkəmə-tibbi ekspertizası zamanı onda başın sol təpə, bel və sağ diz oynağının bayır səthində çapıq toxumalar və qeyd olunan çapıq toxumalar proyeksiyasında birbaşa çapıq toxumalara bitişik, dəri səthinə yaxın yerləşən üç ədəd metal intensivlikli yad cisimlər aşkar edildi. Qeyd olunan çapıq toxumalar iti kənara malik əşyanın (əşyaların, alətlərin) təsirindən əmələ gəlmiş yaraların sağalmış izləridir, yetirilmə müddəti məhkəmə-tibbi müayinəyədək 6 (altı) aydan çoxdur. Çapıq toxumaların morfoloji əlamətləri, onların partlayış travmasının mexanizminə uyğun olmayan fərqli trayektoriyada bədənin müxtəlif nahiyələrində yerləşməsi, çapıq toxumaların ölçülərinin həmin proyeksiyada yerləşən yad çismin köndələn ölçüsündən kiçik olması, çapıq toxuma və yad cisimlər proyeksiyasında ətraf toxumalarda odlu silah yaralanmasına xarakterik lokal toxuma destruksiyasının və remodelləşmənin olmaması və ən başlıcası isə xx.xx.N0N0-ci il tarixdə ilkin kranioserebral kompüter tomoqram görüntülərinin həm ilkin, həm də təkrar təftişində baş nahiyəsində hər-hansı bir yad cismin olmaması konkret olaraq ona əsas verir ki, bu çapıq toxumalar partladıqda qəlpələnən odlu silah mərmisinin təsir mexanizmindən əmələ gəlməyə uyğun olmayıb, yad cismin bədənə implant edilməsi məqsədi ilə icra edilmiş kəsilmiş yaraların sağalmış izi üçün xarakterik zədələrdir, xəsarət kimi qiymətləndirilmədiyinə görə dərəcənin təyinində nəzərə alınmır. Metal intensivlikli yad cisimlərin bədənə daxil edilməsi xx.xx.N0N0-ci il tarixdən sonra icra edilmişdir. Göstərilən metal intensivlikli yad cisimlərin odlu silah hissələrinə (qəlpəyə) aid olmasının təyini məhkəmə-tibb ekspertinin səlahiyyətlərinə aid deyildir. Təqsirləndirilən şəxs təyin olunan və son şəhadətləndirilmədə onun hərbi xidmətə yararsız, eyni zamanda İİ dərəcəli əlilliyinə səbəb kimi göstərilən diaqnozun təyini ilk əvvəllər baş beynin xx.xx.N0N0-ci il tarixdə aparılan KT görüntülərində hipo və hiperdens sahə kimi qiymətləndirilən mütəxəssis rəyinin olmasına, həmin vaxtı hərbi xidmət dövrünə aid olmayan və hərbi xidmətdən əvvəl mövcud olan qeyri-travmatik mənşəli xəstəliklərin kliniki əlamətlərinə, müəyyən etapda travma haqqında arayışda olan diaqnoza və ən əsası isə subyektiv anamnestik məlumatlara, son mərhələdə isə bədəndə olan metal intensivlikli yad cismin olmasına əsaslanmışdır. Müayinələr zamanı bədənin müxtəlif nahiyələrində metal qəlpənin olması barədə heç bir məlumat olmadığından və qəlpələrin varlığı ona təyin olunan diaqnozların formalaşdırılması üçün vacib kliniki kriteriya hesab olunmadığından, 17 dekabr N0N0-ci il tarixdən 0N yanvar N0N1-ci il tarixədək stasionar müalicədə olduğu Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında, 15 yanvar N0N1-ci il, 15 mart N0N1-ci il tarixlərdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında hərbi-həkim komissiyasından keçən zaman psixo-nevroloq və komissiya üzvləri tərəfindən şəhadətləndirilən zaman, 18 yanvar N0N1-ci il tarixdə Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalının nevrologiya bölməsi rəisinin baxışında olan zaman və N0N1-ci ilin aprel ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 8 nömrəli tibbi-sosial ekspert komissiyasında olan tibbi müayinələr zamanı metal yad cisimlər aşkar olunmaya bilərdi. Təqsirləndirilən şəxs təyin olunan və son şəhadətləndirilmədə onun hərbi xidmətə yararsız, eyni zamanda İİ dərəcəli əlilliyinə səbəb olan “Qapalı kəllə-beyin travması, baş beyin sol təpə payının ağır dərəcədə hemorragik əzilməsinin, sağtərəfli hemihipesteziya və hemiparezlə olan nəticəsi, mərkəzi sinir sisteminin mülayim dərəcədə pozulması”, “Sağtərəfli xroniki koxlear nevrit, sağtərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda 3 metr, sol qulaqda 6 metr məsafədən eşitməsi ilə” diaqnozlu xəstəliklər məhkəmə-tibbi ekspertizanın gedişində aparılan müayinələrdə və həmçinin DSX-nin HHKda şəhadətləndirilmə məqsədi ilə aparılan dərinləşdirilmiş tibbi müayinələrdə aşkar olunmadı. Təqsirləndirilən şəxs hal-hazırda “Funksiya pozğunluğu ilə müşayiət olunmayan L4-L5, L5-S1 fəqərəarası diskin bulgingi, hər iki aşağı ətrafın cüzi hissiyyat pozğunluğu, sağ aşağı ətrafın əzələ gücünün zəifliyi ilə. Tənəffüs funksiyasının cüzi pozulması ilə burun çəpərinin əyriliyi. İkitərəfli yüngül dərəcəli (İ) qarışıq tip ağıreşitmə zəifliyi. Soltərəfli tubootit.” diaqnozlu xəstəliklər vardır. Hərbi xidmətə çağırıldıqdan qısa müddət sonra aparılan müayinələr ona əsas verir ki, Təqsirləndirilən şəxs aşkar olunan xəstəliklər qeyritravmatik mənşəli xəstəliklər olub, Səfərbərliklə hərbi xidmətə cəlb olunmazdan əvvəl onda mövcud olmuşdur və bu diaqnozda göstərilən xəstəliklərin bəzi klinik əlamətləri Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında şəhadətləndirilən zaman təyin olunan diaqnozda göstərilən xəstəliklərin əlamətləri (hissiyyat pozğunluğu, qarışıq tip ağıreşitmə zəifliyi) ilə uyğunluq təşkil edir, lakin bu əlamətlər travmatik mənşəli patologiyanı ifadə etmir. N nömrəli hərbi hissədə Təqsirləndirilən şəxs adına tərtib olunan travma haqqında arayışdan (Forma 11) görünür ki, həmin dövrdə ona “Partlayış travması, barotravma, zərbə dalğası” diaqnozu təyin olunmuşdur. Diaqnozda göstərilənlər partlayış travmasını ifadə etmir, subyektiv olmaqla, tibb məntəqəsi səviyyəsində belə bir diaqnozun təyin olunması mümkün deyildir, partlayış travmasını təsdiq edən obyektiv kliniki meyar hesab edilmir. xx.xx.N0N0-ci il tarixdə aparılan KT diskində olan radioloji görüntülərin xx.xx.N0N3-ci il tarixdə ixtisaslı mütəxəssis tərəfindən təkrar təftişi zamanı baş beyin toxumasında travmatik mənşəli hər-hansı bir patoloji dəyişiklik aşkar olunmadı və xx.xx.N0N0-ci il tarixdə KT müayinəsində baş beynin əzilməsinə əsas kimi götürülən hiperdens və hipodens sahələrin KT avadanlığının artifikasiyasına aid olduğu müəyyən edildi. Bundan başqa, hər iki qulaq pərdələrinin tam olması, xx.xx.N0N3-cü il tarixdə DSXnin Hərbi Hospitalında aparılan müayinələrdə koxlear nevritin olmaması, Təqsirləndirilən şəxs “Barotravma” diaqnozlu patologiyanın da olmasını inkar edir, belə ki, partlayış travmasından törənən barotravmalar əksər hallarda qulaq pərdəsinin perforasiyası ilə müşayiət olunur. Xəstəyə təyin olunan “Qapalı kəllə-beyin travması, baş beynin sol təpə payının ağır dərəcədə hemorragik əzilməsinin, sağtərəfli hemihipesteziya və hemiparezlə olan nəticəsi, mərkəzi sinir sisteminin mülayim dərəcədə pozulması.” diaqnozu demək olar ki, bütünlüklə xəstənin həmin dövrdə olan vəziyyətini əks etdirmir, obyektiv-kliniki meyarlara əsaslanmır, belə ki, hazırda qüvvədə olan “Qapalı kəllə-beyin travmasının əsas formalarının kliniki diaqnozunun şərhinə və ekspert qiymətləndirilməsinə dair metodik vəsait”dən aydın olur ki, “baş beynin ağır dərəcədə əzilməsi” beynin kötük hissəsinin zədələnmə simptomları ilə müşayiət olunur və huşun bir neçə saat, sutka və həftələrədək itirilməsi, dezorientasiya, karlaşma, patoloji yuxululuq, hərəki və nitq oyanıqlığı, retroqrad və anteroqrad amneziya, bəbək ölçülərinin və formasının dəyişkənliyi, işığa reaksiyanın olmaması, “üzən gözlər” simptomu, göz qapaqlarının ptozu, spontan nistaqm, korneal və bulbar reflekslərin olmaması, ətrafların parezləri və əzələ tonusunun zəifləməsi və ya olmaması, qarın reflekslərinin olmaması, ikitərəfli patoloji reflekslər, toniki və toniki-kloniki qıcolmalar, afaziya, meningeal simptomlar və bundan başqa əhəmiyyətli tənəffüs, ürəkdamar fəaliyyətinin, termorequlyasiyanın və metabolizmin pozulması baş beynin ağır dərəcəli əzilməsinin obyektiv kliniki meyarını təşkil edir. Lakin Təqsirləndirilən şəxs bu kimi kliniki əlamətlər olmamış, nevroloji diaqnoz KT müayinənin obyektiv olmayan nəticəsinə və anamnezə əsaslanmışdır, son kliniki diaqnoz təyin edilərkən nevroloji klinik differensasiya aparılmamışdır, ona görə də diaqnoz tam əsaslı hesab edilmir. Təqsirləndirilən şəxs 17 dekabr N0N0-ci il tarixdə Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalına stasionar müalicəyə qəbul olunarkən və stasionar müalicə dövründə təyin olunan diaqnozlar tam əsaslı hesab edilmir, belə ki, təyin olunan diaqnozlar KT müayinəsinin nəticəsinə və xəstənin anamnezinə əsaslanmışdır. Təqsirləndirilən şəxs 17 dekabr N0N0-ci il tarixdən 0N yanvar N0N1-ci il tarixədək stasionar müalicədə olduğu Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalının nevrologiya bölməsində təyin olunan “Partlayış travması (xx.xx.N0N0) keçirilmiş qapalı kəllə-beyin travması, baş beynin sol təpə payının ağır dərəcədə hemorragik əzilməsindən sonrakı vəziyyət.” diaqnozu düzgün və əsaslı hesab edilmir.Təqsirləndirilən şəxs 0N yanvar N0N1-ci il tarixdən 15 yanvar N0N1-ci il tarixədək Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzində stasionar müalicədə olarkən ona təyin olunan “Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri, posttravmatik ensefalopatiya, sağtərəfli hemiparez” diaqnozu isə əsaslı hesab edilmir. Ümumiyyətlə, Təqsirləndirilən şəxs göstərilən tarixdə təyin olunan diaqnozlar həmin dövrə qədər tərtib olunan tibbi sənədlərə və aparılan laborator instrumental müayinələrin nəticəsinə əsaslanmışdır. 18 yanvar N0N1-ci il tarixdə Təqsirləndirilən şəxs təyin olunan “Partlayış travması (xx.xx.N0N0) keçirilmiş qapalı kəllə-beyin travması, baş beyinin sol təpə payının ağır dərəcədə hemorragik əzilməsinin, sağtərəfli hemihipesteziya və hemiparezlə olan nəticəsi” diaqnozunun baş nevroloqu tərəfindən təsdiq olunması baş nevroloqa təqdim olunan tibbi sənədlərə və instrumental müayinənin nəticələrinə əsasən təyin edilmişdir, belə ki, bu diaqnoz stasionar şəraitdə təyin olunur, təyin olunan diaqnoza görə verilən qərar düzgün hesab edilir.Təqsirləndirilən şəxs hərbi xidmətdən əvvəl inkişaf etməyə uyğun olan “İkitərəfli yüngül dərəcəli (İ) qarışıq tip ağıreşitmə zəifliyi. Soltərəfli tubootit.” diaqnozlu xəstəliklərin olması, partlayışla əlaqəli döyüş travması anamnezi və təyin olunan digər nevroloji diaqnozlar 15 yanvar N0N1-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında şəhadətləndirilən zaman LOR-otorinolarinqoloq tərəfindən “sağtərəfli xroniki koxlear nevrit, sağtərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda 3 metr, sol qulaqda 6 metr məsafədən eşitməsi ilə” diaqnozunun təyin olunmasına əsas ola bilərdi, lakin təyin olunan diaqnoz əsaslı və düzgün hesab edilmir. Təqsirləndirilən şəxs 10 mart N0N1-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında “Partlayış travması (xx.xx.N0N0) keçirilmiş qapalı kəllə-beyin travması, baş beynin sol təpə payının ağır dərəcədə hemorragik əzilməsinin, sağtərəfli hemihipesteziya və hemiparezlə olan nəticəsi” diaqnozlu xəstəliklə komissiyaya təqdim edilməsi və HHK-nın “Xəstəliklər cədvəli”nin N3b maddəsinin İİİ qrafasına əsasən onun barəsində “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı”dır qərarı təyin olunan diaqnoza görə düzgün olmuşdur. Qeyd etmək lazımdır ki, müvafiq Hərbi Həkim Komissiyaları təqdim olunan tibbi sənədlərə və həmin dövrə qədər aparılan laborator instrumental müayinə nəticələrinə və ən başlıcası isə travma haqqında arayışa əsaslanır. Ona görə də, təyin olunan diaqnoza görə HHK-nın verdiyi qərar düzgün hesab edilir. 17 mart N0N1-ci il tarixdə HHK-nın “Partlayış travması (xx.xx.N0N0) keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin sol təpə payının ağır dərəcədə hemorragik əzilməsinin, sağtərəfli hemihipesteziya və hemiparezlə olan nəticəsi, mərkəzi sinir sisteminin mülayim dərəcədə pozulması. Barotravma (xx.xx.N0N0) sağtərəfli xroniki koxlear nevrit, sağtərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda 3 metr, sol qulaqda 6 metr məsafədən eşitməsi ilə.” diaqnozlu xəstəliklərlə Təqsirləndirilən şəxs barəsində “Xəstəliklər cədvəli”nin N3b maddəsinin İİİ qrafasına əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qeyd olunaraq, “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı da yuxarıda göstərildiyi kimi düzgün hesab edilir, lakin bu qərara “Barotravma (xx.xx.N0N0) sağtərəfli xroniki koxlear nevrit, sağtərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda 3 metr, sol qulaqda 6 metr məsafədən eşitməsi ilə” diaqnozu əlavə edilmişdir və bu xəstəlik Təqsirləndirilən şəxs hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmir. 10 mart N0N1-ci il tarixli və 17 mart N0N1ci il tarixli şəhadətləndirilmə arayışında göstərilən patologiyalar Təqsirləndirilən şəxs həqiqətən olduğu halda, məhkəmə-tibbi ekspertizanın keçirildiyi və DSX-nin HHK-da şəhadətləndirilən tarixədək (xx.xx.N0N3) olan müddətdə tam sağala bilməzdi, diaqnoz baş beynin üzvi xəstəliklərinə aid olduğu üçün hazırkı müayinələrdə ağırlaşmış və yaxud da müəyyən dərəcədə kliniki yaxşılaşma ilə diaqnostika olunmalı idi. Dövlət Sərhəd Xidmətinin MHHK-da Təqsirləndirilən şəxs şəhadətləndirilməsinin nəticəsinə dair tərtib olunan xx.xx.N0N3-cü il tarixli 3-38-55/N-484/N0N3-cü il tarixli məktubunda göstərilənlərə əsasən, hal-hazırda onda “Funksiya pozğunluğu ilə müşayiət olunmayan L4-L5, L5-S1 fəqərəarası diskin bulgingi, hər iki aşağı ətrafın cüzi hissiyyat pozğunluğu, sağ aşağı ətrafın əzələ gücünün zəifliyi ilə” və LOR mütəxəssis rəyinə əsasən “Tənəffüs funksiyasının cüzi pozulması ilə burun çəpərinin əyriliyi. İkitərəfli yüngül dərəcəli (İ) qarışıq tip ağıreşitmə zəifliyi. Soltərəfli tubootit.” diaqnozlu xəstəliklər vardır. Təqsirləndirilən şəxs hal-hazırda onda olan bu diaqnozlu xəstəliklərlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin N008-ci il N9 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin N6ç maddəsinin İİİ qrafasına əsasən “hərbi xidmətə yararlı”dır və bu xəstəliklərin travma, o cümlədən partlayış travması ilə səbəbli əlaqəsi yoxdur, onurğa sütununun və eşitmə orqanının xəstəliyidir, səfərbərliklə əlaqədar hərbi xidmətə çağırılmazdan əvvəl onda mövcud olmuşdur. Təqsirləndirilən şəxs 0N aprel N0N1-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 8 nömrəli tibbi sosial ekspert komissiyasının “Partlayış travması (xx.xx.N0N0) keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin sol təpə payının ağır dərəcədə hemorragik əzilməsinin, sağtərəfli hemihipesteziya və hemiparezlə olan nəticəsi, mərkəzi sinir sisteminin mülayim dərəcədə pozulması. Barotravma (xx.xx.N0N0) sağtərəfli xroniki koxlear nevrit, sağtərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda 3 metr, sol qulaqda 6 metr məsafədən eşitməsi ilə” diaqnozu üzrə N-ci dərəcəli əlilliyin təyin olunması təqdim olunan sənədlərə əsaslanmışdır və ona görə də, diaqnoza görə qəbul olunan qərar düzgün hesab edilir. Təqsirləndirilən şəxs baş, bel və sağ aşağı ətrafında olan metal intensivlikli yad cisimlər həyat üçün təhlükə törətmir və cərahi yolla xaric olması mümkündür. Canlı şəxslərdə yad cisimlərin çıxarılması və istintaqa təqdim edilməsi ixtisaslı tibb müəssisələrində cərrahi yolla icra edilə bilər. (cild 5, 134-153). İş materiallarında olan “Sübutların qiymətləndirilməsi, cinayət təqibinə hissəvi xitam verilməsi və əməlin tövsif edilməsi haqqında” N6 may N0N3-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 178.1 və 3N0.N-ci maddələri ilə aparılan cinayət təqibi üzrə əməlləri həmin Məcəllənin 178.N.N, 178.N.4 və 3N0.N-ci maddələrinə tövsif edilmişdir (cild 5, 187-N37). İş materiallarında olan “Maddi sübut kimi tanımaq haqqında” N7 may N0N3-cü il tarixli qərardan görünür ki, N nömrəli hərbi hissədən verilmiş N mart N0N1-ci il tarixli travma haqqında arayış, həmin hərbi hissənin zədələnmələrin qeydiyyatı kitabı, "xxxx" MMC-nin təqdim etdiyi 01 (bir) ədəd CD disk, Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalının təqdim etdiyi xx.xx.N0N0-ci il tarixə aid KT disk və Respublika Neyrocərrahiyyə xəstəxanasının təqdim etdiyi xx.xx.N0N3-cü il tarixə aid KT disklər maddi sübut qismində tanınmış və maddi sübutların cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır (cild 5, i/v N44). İş materiallarında olan “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 30 may N0N3-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi qərara alınmışdır (cild 5, i/v N73-N74). İş materiallarında olan N4 may N0N3-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, iş üzrə əhəmiyyət kəsb edən "xxxx" MMC-nin təqdim etdiyi bir ədəd diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxslə Şahid45, Şahid36 və Şahid35 arasında çox saylı telefon danışıqlarının aparılması müəyyən edilmişdir (cild 5, i/v 9N-97). İş materiallarında olan N4 may N0N3-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, N nömrəli hərbi hissənin zədələnmələrin qeydiyyatı kitabında olan məlumatalara baxış keçirilmiş və həmin kitab ağ rəngdədir və üzlüklə üzlənmişdir. Kitabın üzərində "Azərbaycan Respublikası Müdafiə Nazirliyi", "N nömrəli hərbi hissənin tibb məntəqəsi", “zədələnmələrin (yaralanmaların) qeydiyyatı kitabı yazılmışdır. Kitabın sol tərəfində 6 qrafa vardır. Soldan sağa "sıra sayı", "ambulatoriyada qeydiyyat nömrəsi", "soyadı, adı, atasının adı, doğulduğu il, hansı hərbi komissarlıqdan nə vaxt çağırılıb", "rütbəsi, bölməsi” “zədələnmə tarixi", diaqnoz" qrafalarıdır. Kitabın sağ tərəfində sol tərəfində 6 qrafa vardır. Soldan sağa "nə vaxt və harada daxil olub", "Əmək qabiliyyətini itirdiyi günlərin sayı", "zədələnmənin səbəbi və şəraiti", "ilk tibbi yardım harada və kim tərəfindən göstərilib", "hansı tədbirlər görülüb (komandanlığa bildirilib, araşdırma aparılıb, hərbi prokurorluğa xəbər verilib və s.", "qeyd" qrafaları vardır. Həmin kitaba baxış keçirilən zaman müəyyən edilmişdir ki, xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək döyüş tapşırığı yerinə yetirən zaman hər hansı hərbi qulluqçunun xəsarət alması yoxdur. xx.xx.N0N0-ci il tarixdən etibarən isə hərbi hissənin müxtəlif hərbi qulluqçularının döyüş tapşırığı yerinə yetirən zaman xəsarət alması qeyd olunmuşdur. 1-ci tabor N-ci bölükdən Təqsirləndirilən şəxs qədər sonuncu xəsarət alanlar kitabda göründüyü kimi 04xx.xx.N0N0-ci il tarixlərdə olmuşdur. Kitabda Təqsirləndirilən şəxs qədər 1-ci tabor N-ci bölükdən sonuncu xəsarət alan xx.xx.N0N0-ci il tarixdə XNr. xx.xx.N0N0-ci il tarixdə hərbi hissənin 4-cü taborun rabitə bölüyündən, tibb məntəqəsindən, kəşfiyyat bölməsindən və 11N nömrəli hərbi hissədən döyüş tapşırığını yerinə yetirən zaman xəsarət alanlar olmuşdur. xx.xx.N0N0-ci il tarixdə hərbi hissədən döyüş tapşırığını yerinə yetirən zaman xəsarət alan olmamış, xəsarət alanlar 11N nömrəli hərbi hissənin hərbi qulluqçuları olmuşdur. xx.xx.N0N0-ci il tarixdə hərbi hissədən 4-cü tabor MİT, idarə heyətinin, tibb məntəqəsinin hərbi qulluqçularından döyüş tapşırığını yerinə yetirən zaman xəsarət alan olmuşdur. Həmin kitabın 80-ci vərəqəsində 447-ci sıra nömrəsi olan 740N ambulator qeydiyyat nömrəsi olan 1-ci tabor N-ci bölüyün hərbi qulluqçusu, leytenant Təqsirləndirilən şəxs xx.xx.N0N0-ci il tarixdə “partlayış travması, barotravma, zərbə dalğası" diaqnozlu xəsarətlər aldığını, 81-ci vərəqədə həmin xəsarətləri xx.xx.N0N0-ci il tarixdə Laçın rayonu ərazisində Azərbaycan Respublikasının müdafiəsi zamanı döyüş tapşırığını yerinə yetirərkən aldığını, tibbi yardımın tibb məntəqəsində gösətrildiyini, yuxarı komandanlığa məruzə olunduğu qeyd olunmuşdur. Daha sonra 1-ci tabor N-ci bölükdən hər hansı şəxsin döyüş tapşırığını yerinə yetirən zaman xəsarət alması aşkar olunmamışdır. Bundan başqa N nömrəli hərbi hissənin zədələnmələrin qeydiyyatı kitabında istintaq üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş N nömrəli Hərbi hissənin 1-ci taborun komandiri SeydŞahid4 tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xidmət etdiyi müddət ərzində özünü işgüzar, bacarıqlı, nizam-intizamlı və hərbi nizamnamələrin tələblərini yerinə yetirən bir hərbi qulluqçu olmuşdur. Şəxsi və ictimai gigyena qaydalarına riayət etmiş, hərbi geyimi səliqəli geyinmişdir. Hərbi nəzakət və davranış qaydalarına ciddi riayət etmişdir. Tabe olduğu komandirlərin və yuxarı rıislərin hörmətini qazanmışdır. Həmçinin vəzifə borcundan irəli gələn tələblərin yerinə yetirməkdə çətinlik çəkmir, nəzərəi biliklərinin və praktiki vərdişlərin inkişaf etdirilməsi üçün öz üzərində çalışır və özü qarşı tələbkar olmuşdur. Hərbi intizamı normal səviyyədə olmuşdur. Fiziki cəhətdən sağlam və mənəvi cəhətdən saf olmuşdur (cild 3, i/v 5N). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 08 mart N0N3-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Füzuli Hərbi Məhkəməsinin xx.xx.N013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 351.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 400 manat cərimə cəzasına məhkum olunmuş, 10 iyul N013-cü il tarixdə cəriməni tam dövlət nəfinə ödəmişdir (cild 3, i/v 37). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.N.N, 178.N.4 və 3N0.N-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özü tərəfindən inkar edilsə də, zərərçəkmiş şəxslərin nümayəndələrinin və şahidlərin ifadələri və digər istintaq sənədləri ilə tam sübuta yetirilir. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, zərərçəkmiş şəxsin nümayəndələrinə və şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq zərərçəkmiş şəxsin nümayəndələrinin və şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadənin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Müdafiə hüquqununun təməl insitutu kimi Təqsirləndirilən şəxs CM-nin 178.N.N, 178.N.4 və 3N0.N-ci maddələri ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsi cinayət məsuliyyəti yaratmadığından hətta, belə düşünmək olar ki, Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli ifadə verməklə cinayət məsuliyyətindən yayınmağa çalışır. Lakin zərərçəkmiş şəxsin nümayəndələrinə və şahidlərə bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra dindirilmişlər. Məhkəmə iclasında iştirak edən “Vətən müharibəsi” dövründə onunla birgə xidmət etmiş şahidlərdən Təqsirləndirilən şəxs partlayış nəticəsində xəsarət almasını birbaşa görmüş və ya təsdiqləmiş şəxslər dairəsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs isə xəsarət aldığını və onun tibb məntəqəsinə aparmış şəxslərin, həmçinin ona ilkin tibbi yardım etmiş şəxslərin olduğunu bildirsə də, həmin şəxslərin hansı rütbəli şəxslər olduğunu, hansı ərazidə tibbi yardımın edildiyini, ümumiyyətlə, şəxslərin konkret əlamətlərini göstərə bilməmiş, bununla da, iddia etdiyi xəsarət almasını təsdiq edə biləcək faktları məhkəməyə təqdim etməmişdir. Halbuki, müharibə dövründə xəsarət alan şəxslərə ilkin tibbi yardım göstərən şəxslər olmalı, həmçinin şəxsin xəsarət alması barədə yuxarı rütbəli şəxslərə məruzələr edilməlidir. Lakin məhkəmə iclasında iştirak edən şahidlər ümumiyyətlə 7-8 noyabr tarixində nəinki Təqsirləndirilən şəxs, ümumiyyətlə, xəsarət alan şəxslərin olmamasını bildirmişlər. Təqsirləndirilən şəxs partlayış nəticəsində xəsarət alması şahid ifadələri və ekspert rəyləri ilə tamamilə təkzib edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Cinayət Məcəlləsinin 3N0.1-ci maddəsində göstərilmişdir ki, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma cinayət hesab olunur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx.xx.N015-ci il tarixli, 7 nömrəli qərarında qeyd edilmişdir ki, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə əmlakı ələ keçirmə (əmlaka olan hüququ əldə etmə) cinayəti hər hansı hüquq verən və vəzifədən azad edən saxta sənədlərdən istifadə edilməklə törədildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu üzrə Cinayət Məcəlləsinin 178 və 3N0.N-ci maddələri ilə tövsif edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.N-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs “Vətən müharibəsi” iştirakçısı olmasını və hərbi xidmət dövründə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun N5 iyun N003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral N017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 15.N-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs həmçinin təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N0.N-ci maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatı baxımından böyük ictimai təhlükə törətməyən cinayətlərə aiddir və həmin əməllər Təqsirləndirilən şəxs tərəfindən N0N1-ci il tarixdə törədilmişdir. Bununla belə, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə baxmayaraq müdafiə tərəfi bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsinə razılıq verməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə ittiham hökmü çıxarılmalı, lakin təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 3N0.N-ci maddəsinə əsasən cəza təyin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.1N və 40.N-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.3-cü maddəsinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Qeyd olunan Məcəllənin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Bundan başqa, həmin Məcəllənin 44.N.1-ci maddəsinə görə bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 4N və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə, ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.N.N, 178.N.4 və 3N0.N-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli, Cinayət Məcəlləsinin 178.N.N və 178.N.4cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, lakin həmin Məcəllənin 3N0.N-ci maddəsinə görə isə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, həmin hissədə onun barəsində cəza təyin edilməməlidir. Mülki iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilən mülki iddiadan görünür ki, mülki iddiaçı cavabdeh Təqsirləndirilən şəxs onun xeyrinə N6054,7N (iyirmi altı min əlli dörd manat yetmiş iki qəpik) manat maddi ziyanın tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mülki iddiaçı Azərbaycan Respublikası Dövlət Kommersiya Şirkəti tərəfindən verilən mülki iddiadan görünür ki, mülki iddiaçı cavabdeh Təqsirləndirilən şəxs onun xeyrinə 6686,40 (altı min altı yüz səksən altı manat 40 qəpik) manat maddi ziyanın tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki iddiaların dəlillərini, cinayət işinin materiallarını araşdırıb, tədqiq edərək belə nəticəyə gəlir ki, mülki iddialar təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinin tələblərinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinin tələblərinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181-ci maddəsinin tələblərinə görə ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə təqsiri məhkəmə araşdırılması zamanı təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyətləri yaranmışdır. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Həmin Məcəllənin 1096.N-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin N1.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd olunan Məcəllənin N1.N-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət hadisəsi nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna N6054,7N (iyirmi altı min əlli dörd manat yetmiş iki qəpik) manat dəyərində, həmçinin Azərbaycan Respublikası Dövlət Kommersiya Sığorta Şirkətinə 6600 (altı min altı yüz) manat dəyərində maddi ziyan dəymişdir. Belə olan halda məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə N6054,7N (iyirmi altı min əlli dörd manat yetmiş iki qəpik) manat məbləğində pul tutularaq mülki iddiaçı – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ödənilməli, həmçinin Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 6600 (altı min altı yüz) manat məbləğində pul tutularaq mülki iddiaçı – Azərbaycan Respublikası Dövlət Kommersiya Şirkətinə ödənilməlidir. İşdə olan qəbzdən görünür ki, Azərbaycan Respublikası Dövlət Kommersiya Şirkəti tərəfindən 86,40 (səksən altı manat qırx qəpik) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi ilə əlaqədar qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki iddiaçı Azərbaycan Respublikası Dövlət Kommersiya Sığorta Şirkəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilən mülki iddialar tam təmin edilməli, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs 6600 (altı min altı yüz) manat maddi ziyan, dövlət rüsumuna görə ödənilmiş 86,40 (səksən altı manat qırx qəpik) manat, cəmi 6686,40 (altı min altı yüz səksən altı manat 40 qəpik) manat tutularaq Azərbaycan Respublikası Dövlət Kommersiya Sığorta Şirkətinə verilməli, həmçinin təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs N6054,7N (iyirmi altı min əlli dörd manat yetmiş iki qəpik) manat maddi ziyan tutularaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna verilməlidir. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan Nnını axşam saat 00:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası Bakı şəhəri Probasiya İdarəsinə tapşırılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə ekspertiza xərci N39 (iki yüz otuz doqquz) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməli, iş üzrə maddi sübut kimi tanınmış N nömrəli hərbi hissədən verilmiş N mart N0N1-ci il tarixli travma haqqında arayış, həmin hərbi hissənin zədələnmələrin qeydiyyatı kitabı, "xxxx" MMC-nin təqdim etdiyi 01 (bir) ədəd CD disk, Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalının təqdim etdiyi xx.xx.N0N0-ci il tarixə aid KT disk və Respublika Neyrocərrahiyyə xəstəxanasının təqdim etdiyi xx.xx.N0N3-cü il tarixə aid KT disklərin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N0.N-ci maddəsi ilə təqsirli bilinsin, AR Cinayət-Prosessual Məcəlləsinin 44.N.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin olunmasın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.N.N və 178.N.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 0N (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan Nnını axşam saat 00:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci N39 (iki yüz otuz doqquz) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış N nömrəli hərbi hissədən verilmiş N mart N0N1-ci il tarixli travma haqqında arayış, həmin hərbi hissənin zədələnmələrin qeydiyyatı kitabı, "xxxx" MMC-nin təqdim etdiyi 01 (bir) ədəd CD disk, Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalının təqdim etdiyi xx.xx.N0N0-ci il tarixə aid KT disk və Respublika Neyrocərrahiyyə xəstəxanasının təqdim etdiyi xx.xx.N0N3-cü il tarixə aid KT disklərin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Zərəçəkmiş hüquqi şəxs və mülki iddiaçı Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilən mülki iddia təmin edilərək mülki cavabdeh – Təqsirləndirilən şəxs N6.054.7N (iyirmi altı əlli dörd manat yetmiş iki qəpik) məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ödənilsin. Zərəçəkmiş hüquqi şəxs və mülki iddiaçı Dövlət Sığorta Kommersiya Şirkəti (ləğv prosesindədir) tərəfindən verilən mülki iddia təmin edilərək mülki cavabdeh – Təqsirləndirilən şəxs 6686,40 (altı min altı yüz səksən altı manat qırx qəpik) məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Dövlət Kommersiya Sığorta Şirkətinə ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan N0 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-13/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-13/2024
19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver