Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-13/2025 14.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – müdafiəçi Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X1, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 73-də qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, AAF park, bina 9A, mənzil 9-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 28 aprel 2022-ci il tarixdə saat 04 radələrində ünvan 1 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 1800 manat dəyərində “Tufan M50” markalı mopedi kənar şəxslərin olmadığı şəraitdə gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 2022-ci ilin may ayının əvvəllərində istintaqa məlum olmayan vaxtda ünvan 2 ünvanının qarşısında saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus 850 manat dəyərində 2021-ci il buraxılışlı, mühərrik həcmi 49 sm kub olan «Yamaha Qrantluxy 50 CC» markalı motosikleti kənar şəxslərin olmadığı şəraitdə gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 10 oktyabr 2022-ci il tarixdə saat 05 radələrində ünvan 3 ünvanda yerləşən «Dünya Göz» klinikasının qarşısında saxlanılmış Zərərçəkmiş şəxs3 məxsus 1250 manat dəyərində 2022-ci il buraxılışlı, mühərrik həcmi 49 sm kub olan «Tufan M-50» markalı motosikleti kənar şəxslərin olmadığı şəraitdə gizli olaraq talamaqla Zərərçəkmiş şəxs3 maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 28 dekabr 2022-ci il tarixdə saat 20:30 radələrində kənar şəxslərin onu görmədiyi şəraitdə ünvan 4 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs4 məxsus 1000 manat döyərincə 2022-ci il istehsallı «Moon ZX 50» markalı, qara rəngli mopedi kənar şəxslərin olmadığı şəraitdə gizli olaraq talamaqla zərəçnkmiş şəxs Zərərçəkmiş şəxs4 maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, heç bir ruhi-əsəb dispanserində qeydiyyatda deyil. Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi ev 73-də qeydiyyatda olmaqla, daimi yaşayış yeri olmamaqla, Bakı şəhərində səfil həyat tərzi yaşayır. 2022-ci ilin may ayının əvvəllərində dəqiq tarixini xatırlamadığı günü Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə ərazisində, adını bilmədiyi küçənin dar dalanı ilə piyada gəzərkən, həmin dalanda sahibi bilmədiyi evin qarşısında saxlanılmış, sahibsiz iki təkərli mopedi görmüş, ətrafa baxıb vaxt gec olduğundan heç kəsin olmadığını görüb, gizli şəkildə həmin mopedi itələyərək oradan uzaqlaşmış, müəyyən məsafə oradan uzaqlaşdıqdan sonra, mopedin mühərrikini işə salmaq istəmiş, bu zaman mopedin mühərrikində problem olduğundan işləməməsini görmüşdür. O, moped mühərriklərindən başı çıxdığından mopedin mühərrikini təmir edib işə salmış və sürüb oradan getmişdir. Həmin iki təkərli mopedi bir neçə gün sürmüş, sonra mopedə ehtiyacı olmadığından həmin mopedi aparıb 20-ci sahə ərazisində oğurladığı küçənin yaxınlığındakı adını bilmədiyi küçələrin birində qoyub getmişdir ki, mopedin sahibi tapıb götürsün. Həmin oğurluq barədə o, əvvəllər heç kəsə deməmişdir. Bundan başqa, 28 aprel 2022-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ə.Ohmədov küçəsində Şuşa klinikasının yanında bir müddətdir tanış olduğu X6 və Ruslan Məmmədov ilə görüşmüşdür. Bir müddət orada söhbət etdikdən sonra gözünə yaxınlıqda olan boz rəngli moped dəymişdir. Bundan sonra o, Murad və Ruslana işi olduğunu bildirmiş və onlardan aralaşmışdır. Həmin mopedə sarı gəlmişdir. Həmin mopedi işə salmış və geri Murad və Ruslanın yanına qayıtmışdır. Həmin vaxt Murad və Ruslan ondan mopedi soruşduqda özünə məxsus olduğunu və yeni aldığını bildirmişdir. Bundan sonra Ruslanı götürmüş və Murada A.M.Şərifzadədə “Günəş petrol” yanacaq doldurma məntəqəsinin arxasına gəlməsini bildirmiş və oradan uzaqlaşmışdır. Həmin gündən sonra 30 aprel 2022-ci il tarixdə qardaşının dostu olan Naib ilə görüşmüş və sonuncuya moped oğurladığını və satmaq istədiyini bildirmişdir. Naib isə ona Sənan adlı tanışı olduğunu və moped almaq istədiyini bildirmişdir. Sənanın mobil nömrəsi ilə əlaqə saxlamış və mopedin fotoşəkillərini Sənana göndərmişdir. Təxminən 1 həftə sonra qardaşı Fərid və Naiblə birlikdə Quba şəhərinə getmişlər. Saat təxminən gccə saat 04 radələrində Sənan ilə görüşmüşlər. O, Sənan ilə bir müddət danışdıqdan sonra ilkin olaraq 700 manat sonra isə 300 manat olmaqla ümumilikdə 1000 manat pula razılaşmışlar. O, Sənandan 700 manat pul almış və Bakı şəhərinə geri dönmüşlər. Bundan başqa, 10 oktyabr 2022-ci il tarixdə saat 05 radələrində “Dağüstü” parkdan Bayıl istiqamətinə piyada getmiş, Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsində yerləşən “Dünya Göz” xəstəxanasının yaxınlığında “Beynəlxalq bankın” yanında bir ədəd qırmızı rəngli mopedin saxlanıldığını görmüşdür. Motosikletin arxa təkərinin boş olduğunu görmüş, ətrafa baxmış, heç kimin olmamasını dəqiqləşdirdikdən sonra mopedin elektrik cərəyanını kəsib xoda salıb mopedi həmin vəziyyətdə sürüb oradan uzaqlaşmışdır. O, mopedlə ilk olaraq Yasamal rayonu, beş mərtəbə adlanan yerə getmişdir ki, orada təkəri təmir etdirsin. Lakin təkər təmiri yeri bağlı olduğundan Yasamala getmişdir. Bir neçə gündən sonra mopedin təkərini təmir etdirmiş və sürməyə başlamışdır. Həmin mopedi Yasamalda yerləşən yeni tikili binanın qarajında şaxlamışdır. Mopedi 4-5 gün sürdükdən sonra Qələbə dairəsinin yaxınlığında onu polis əməkdaşları saxlamışlar və onun sürdüyü mopedin oğurluq olub-olmaması barədə soruşmuşlar, o da mopedin dostuna məxsus olduğunu bildirmişdir. Onu Nərimanov rayon polis idarəsinin 18-ci polis bölməsinə aparmışlar. Orada onların ərazisində oğurlanan mopedin onun idarə etdiyi moped olmadığını dəqiqləşdirdikdən sonra onu mopedlə birlikdə buraxmışlar. Bir neçə gün mopedi sürdükdən sonra “Aff Mall” ticarət mərkəzinin yaxınlığında qardaşı Fəridlə birlikdə gedən zaman mopedin benzini qurtardığından yolla keçən mopedi saxladıb benzin istəmişdir. Həmin şəxs isə benzinin az olduğunu demiş və mopedi işə salmaqda köməklik edəcəyini deyib, mopedin açarlarını istəmiş, o, mopedin açarlarının olmadığını dedikdə həmin şəxs ondan şübhələnib mopedin oğurluq olubolmamasını soruşmuşdur. O da mopedin oğurluq olmadığını demişdir. Lakin həmin şəxs ona inanmamışdır. Buna görə də o, tutulmaqdan qorxduğundan mopeddən düşmüş və həmin şəxs onun üzərinə gəldiyindən üzərində gəzdirdiyi bıçağı çıxarıb həmin şəxsə tərəf tutmuşdur ki, üstünə gəlməsin. Həmin şəxs ona təpik zərbəsi atmış və o, yerə yıxılıb tez ayağa durmuş və oradan qaçıb uzaqlaşıb getmiş, moped isə orada qalmışdır. Həmin şəxs onu təpiklə vursa da, hazırda bədəni üzərində heç bir xəsarət yoxdur, həmçinin onun heç bir şikayət və tələbi də yoxdur. Bundan başqa, 28 dekabr 2022-ci il tarixdə axşam saatlarında Nəsimi rayonu, 20 yanvar küçəsi ilə piyada hərəkət edən zaman yaşayış binasının həyətində “Moon ZX 50” markalı mopedi görmüş və oğurlamaq qərarına gəlmişdir. Həmin mopedi bir qədər müşahidə etmiş, ətrafda heç kimin onu görməmosinə əmin olduqdan sonra mopedə yaxınlaşmış və oğurlayaraq oradan uzaqlaşmışdır. Oradan dərhal uzaqlaşaraq həmin mopedin naqqillərini kəsib onu işə saldıqdan sonra əvvəllər yaşadıqları Yasamal rayonu, D.Bunyadzadə küçəsinə gedib orada köhnə məhlə uşaqları ilə bir qədər söhbət etdikdən sonra yaşadığı Xırdalan şəhərinə qayıtmışdır. Həmin mopedi təxminən 5 gün sürdükdən sonra tanışı Rəşadda olan eyni markalı mopedlə dəyişmək qərarına gəlmişdir. Rəşadla aralarında razılaşmışlar ki, onda olan eyni markalı ama bir il köhnə olan mopedi verərək əlavə olaraq 300 manat ödəməklə dəyişsinlər. xx.xx.2023-cil il tarixdə mopedləri dəyişmişlər, aralarında olan razılığa əsasən xx.xx.2023-cü il tarixdə Rəşad əmək haqqısını alanda 300 manatı ona ödəyəcəkdir. xx.xx.2023-cü il tarixdə Yasamal rayonu 1-ci Alatavada mopedlə hərəkətdə olarkən ağ rəngli “BMW” markalı avtomobil onu saxlatdırıb adını soruşduqda polis əməkdaşları olduğundan şübhələnmiş, dərhal oradan uzaqlaşaraq çıxıb getmişdir. Polislərin onu axtardığına görə xx.xx.2023-cü il tarixdə saat 17 radəlorində Nəsimi rayonu, 4-cü MKR dairəsinin yanına könüllü gələrək Nəsimi RPİ-nin 19-cu polis şöbəsinin əməkdaşı ilə görüşüb hadisəni olduğu kimi danışaraq həmin mopedi oğurladığını səmimi etiraf etmiş, onunla birlikdə 19-cu polis şöbəsinə getmişlər. Orada mopedi Rəşad adlı tanışına verdiyini bildirmiş, onlar Rəşada zəng vurub həmin mopedi polis şöbəsinə gətirilməsini istədikdə Rəşad da buna etiraz etməyərək mopedi şöbəyə gətirib polislərə təhvil vermişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə ərazisində oğurluq cinayətini törədən zaman ona kömək edən olmamış, həmin oğurluğu tək etmişdir. X6 və Ruslan Məmmədov mopedi oğurlamağından məlumatlı olmamışlar, onlara mopedi təzə aldığını və yaxınlıqda saxladığını demişdir. X7 rayonu ərazisində moped oğurlamağından xəbəri olmamışdır. Mopedi satan zaman da Fəridə mopedin tanışına məxsus olduğunu və satmaq üçün ona verdiyini demişdir. Yasamal rayonu ərazisində oğurladığı mopedin satışından əldə etdiyi puldan Şahid5 verməmişdir. Yasamal rayonu ərazisində oğurluq cinayətini törədən zaman ona kömək edən olmamış, həmin oğurluğu tək etmişdir. Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsində yerləşən “Dünya Göz” xəstəxanasının yaxınlığında “Beynəlxalq Bankın” yanında oğurluq cinayətini törədən zaman ona kömək edən olmamış, həmin oğurluğu tək etmişdir. Qeyd olunan cinayətləri törədən zaman onu heç kim görməmiş və heç kim səslənməmişdir. Rəşad həmin mopedin oğurluq olduğunu bilməmiş, Rəşada bildirmişdir ki, moped özünündür, aylıq ödənişin ödəyə bilmədiyi üçün dəyişib üstündə pul almaq istəmişdir. Polis əməkdaşları tərəfindən ona heç bir zor tətbiq edilməmişdir. 2022-ci ilin may ayında oğurladığı mopedi 20-ci Sahə ərazisində küçədə qoyub getdiyi yeri hazırda xatırlamır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanın bir qismini ödəməyini, onların ona qarşı şikayətlərinin olmamasını, gələcəkdə bir zərərçəkmiş şəxsə dəymiş ziyanı da tapıb ödəyəcəyini söz verdiyini, himayəsində azyaşlı uşağının olduğunu, onun yanında olmaq istədiyini, onu bağışlamağı bildirərək barəsində həbslə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, o, Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 26, mənzil 72-də dostları ilə kirayə yaşayır. İcarə əsasında 14 aprel 2022-ci il tarixdə boz “Tufan m50” markalı mopedi almışdır. 28 aprel 2022-ci il tarixdə saat təxminən 01:45 radələrində yaşadığı evə gəlmişdir. Yaşadığı ünvanın qarşısında Şuşa klininkasının qarşısında mopedi saxlamış və yaşadığı ünvana qalxmışdır. Bundan sonra yatmışdır. Sabası günü saat təxminən 10 radələrində icarəyə götürdüyü şirkətin nümayəndəsi onunla əlaqə saxlayıb bildirmişdir ki, mopedin “GPS” sistemi işləmir. O, aşağı düşüb mopedə baxmış və bu zaman mopedin olmadığını görmüşdür. Bu barədə DİN-in 102 xidməti zəng vuraraq məlumat vermişdir. Hadisə xx.xx.2022-ci il tarixində saat 01.45 radələrindən saat təxminən 10 radələrinə qədər olan vaxt ərzində baş vermişdir. İcarə müqaviləsinə görə günlük 12 manat olmaqla ümumilikdə şirkətə 1800 manat pul ödəməli olmuşdur. Müqavilə şərtlərinə görə oğurlandığı təqdirdə belə həmin pulu ödəməlidir. Yəni ona 1800 manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini, və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Şahid1 izahatında göstərdi ki, “Wolt” şirkətində özünə məxsus “Moon zx 50” markalı mopedlə kuryer işləyir. xx.xx.2023-ci il tarixdə tanışı Mirbaba “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə ona yazaraq bildirmişdir ki, onda 2022-ci ilin “moon zx 50” markalı satılıq mopedi vardır, əgər istəsə öz mopedi ilə dəyişib üstündə pul verə bilər. O da tanışı Mirbabanın təklifi ilə razılaşaraq dediyi mopedə baxaraq yerində danışmaqlarını təklif etmişdir. Qeyd olunan tarixdə təxminən axşam saatlarında onunla “Hökumət evinin” yaxınlığındakı parkda görüşərək mopedə baxdıqdan sonra Miridən soruşmuşdur ki, «bu oğurluq moped deyil», Mirbaba isə ona bildirmişdir ki, təzə almış, aylıq ödənişin ödəyə bilmədiyi üçün satmaq və ya dəyişmək istəyir. Mirbaba ona təklif etmişdir ki, öz mopedini versin üstündə də 300-400 manat verər, o, hələ ki, əmək haqqı almadığını, xx.xx.2023-cü il tarixdə əmək haqqı alacağını bildirmiş, Mirbaba da onu həmin tarixədək gözləyə biləcəyini bildirərək öz aralarında razılaşdıqdan sonra mopedlərini dəyişmişlər. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində işlədiyi “Anadolu” restoranının qarşısında olduğu zaman 3 nəfər mülkü geyimdə olan şəxslər ona yaxınlaşıb özlərin təqdim edərək polis əməkdaşları olduğunu bildirdikdən sonra, Mirbabadan aldığı mopedin oğurluq olduğunu demişlər, onlarla birlikdə Nəsimi RPİ-nin 19-cu polis şöbəsinə getməyini istəmişlər, o da buna etiraz etməyərək onların avtomobilinin arxasınca polis şöbəsinə getmişdir. Orada olan zaman Mirbabanı görmüş, sonuncuya bildirmişdir ki, mopedlərini dəyişərkən bu mopedin oğurluq olduğunu soruşmuş, ona niyə yalan danışmış, Mirbaba isə ehtiyacı olduğundan oğurluq etdiyini və ona yalan danışdığına görə üzürxahlıq etmişdir. Polis əməkdaşları həmin mopedi götürüb sahibinə qaytaracaqlarını bildirdikdə buna heç bir etiraz etməyərək onlara təhvil vermişdir. Həmin mopedi xx.xx.2023-cü il tarixdə Mirbabanın təklifi ilə onunla dəyişərək üstündə xx.xx.2023-cü il tarixdə 300-400 manat pul verəcəkdi. Həmin mopedin oğurluq olduğunu bilməmişdir. İttiham aktının siyahısında zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və şahid qismində göstərilmiş Şahid2, Şahid3, Şahid4 və Şahid5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdiyi ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və şahidlər Şahid2, Şahid3, Şahid4 və Şahid5 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin İ cildin 1-ci vərəqində olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 19 yanvar 2023-cü il tarixli qərardan görünür ki, CM-in 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir; cinayət işinin İ cildin 16-17-ci vərəqlərində olan “zərərçəkmiş şəxs qismində tanınma” haqqında 19 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; cinayət işinin İ cildin 27-ci vərəqində olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu PŞ-nin 19 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, hadisəni törətməkdə şübhəli bilinən xx.xx.1996-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs saxlanılaraq istintaq hərəkətlərinin davam etdirilməsi üçün Nəsimi RPİ-nin İŞ-yə təqdim edilmişdir; cinayət işinin İ cildin 48-ci vərəqində olan “şübhəli şəxsin tutulması” haqqında 19 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə (xx.xx.2023-cü il tarixdə), saat 20:30-da CM-in 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; cinayət işinin İ cildin 57-ci vərəqində olan xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nin məktubundan görünür ki, Zərərçəkmiş şəxs4 məxsus “Moon zx 50” markalı moped müəyyən edilmişdir. cinayət işinin İ cildin 60-cı vərəqində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 21 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutlmuş ittiham elan edilmişdir; cinayət işinin İ cildin 76-77-ci vərəqlərində olan Bakı şəhəri Nəsimi rayon prokuroru Həsən Hənifəyevin vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında xx.xx.2023cü il tarixli qərarından görünür ki, Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Altay Məmmədovun ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina olunması və onun Nəsimi RPİ-nin X3 azad olunması qərara alınmışdır; cinayət işinin İ cildin 78-79-cu vərəqlərində olan “qətimkan tədbirinin seçilməsi barədə” 21 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır; cinayət işinin İ cildin 89-91-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 fevral 2023-cü il tarixli, 9/486 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd 2022-ci il istehsallı «Moon ZX 50» markalı, qara rəngli mopedin istifadədə olması və üzərində zədələr, cızıqlar, rəng qopuqları xüsusiyyətləri nəzərə alınmaqla 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1000 manat müəyyən edilir; cinayət işinin İ cildin 95-ci vərəqində olan “axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” 01 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CPM-in 53.1.3-cü maddəsinə əsasən axtarış elan olunmuş, iş üzrə icraat dayandırılmış və saxlanılaraq Nəsimi RPİ-nin İŞ-nə təhvil verilməsi qərara alınmışdır; cinayət işinin İ cildin 99-cu vərəqində olan “cinayət işi üzrə icraatın təzələnməsi” haqqında 11 aprel 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnərək (istintaq hərəkətləri yerinə yetirilməsi üçün) istintaqı davam etdirilmişdir; cinayət işinin İ cildin 102-ci vərəqində olan “cinayət işinin icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi S.Qurbanovun icraatına qəbul edilmişdir. cinayət işinin İ cildin 104-cü vərəqində olan “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 11 aprel 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat AR CM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır; cinayət işinin İ cildin 106-cı vərəqində olan “cinayət işi üzrə icraatın təzələnməsi” haqqında 26 aprel 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnərək (istintaq hərəkətləri yerinə yetirilməsi üçün) istintaqı davam etdirilmişdir; cinayət işinin İ cildin 108-110-cu vərəqlərində olan “cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət əməlinin tövsif edilməsi barədə” 26 aprel 2023-cü il tarixli qərardan görünür ki, CM-in 177.2.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi AR CM-nin 177.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, ibtidai istintaqın sonuncu nömrə altında davam etdirilməsi və ********* nömrəli cinayət işi üzrə cinayət əməlinin AR CM-in 177.1-ci maddəsindən həmin məcəllənin 177.2.2-ci maddəsi ilə tövsif edilməsi qərara alınmışdır; cinayət işinin İ cildin 115-ci vərəqində olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 01 noyabr 2022-ci il tarixli qərardan görünür ki, CM-in 177.1-ci maddəsi ilə cinayət işi (2********) başlanılmış və icraata qəbul edilmişdir; cinayət işinin İ cildin 161-ci vərəqində olan “şübhəli şəxsin tutulması” haqqında 01 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə (xx.xx.2022-ci il tarixdə), saat 20:00-da CM-in 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; cinayət işinin İ cildin 169-cu vərəqində olan “yetkinlik yaşına çatmamış şəxsə qanuni nümayəndə təyin etmək” haqqında 02 noyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X4, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs3 qanuni nümayəndəsi qismində təyin edilmişdir; cinayət işinin İ cildin 172-ci vərəqində olan “zərərçəkmiş şəxs qismində tanınma” haqqında 19 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; cinayət işinin İ cildin 189-cu vərəqində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 03 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutlmuş ittiham elan edilmişdir; cinayət işinin İ cildin 199-cu vərəqində olan “cinayət işləri üzrə icraatların birləşdirilməsi haqqında” 03 noyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ilə ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmiş və ibtidai istintaqın ********* nömrə altında davam etdirilməsi qərara alınmışdır; cinayət işinin İ cildin 204-cü vərəqində olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 10 iyun 2022-ci il tarixli qərardan görünür ki, CM-in 177.1-ci maddəsi ilə cinayət işi (2********) başlanılmış və icraata qəbul edilmişdir; cinayət işinin İ cildin 238-ci vərəqində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 02 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutlmuş ittiham elan edilmişdir; cinayət işinin İ cildin 244-cü vərəqində olan “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 03 noyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməlin AR CM-nin 177.1-ci maddəsindən həmin məcəllənin 177.2.2-ci maddəsinə tövsif edilməsi qərara alınmışdır; cinayət işinin İ cildin 246-cı vərəqində olan “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 03 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir; cinayət işinin İ cildin 259-260-cı vərəqlərində olan Bakı şəhəri Səbail rayon prokuroru Natiq Əsədovun vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Səbail RPİ-nin İŞ-nin müstəntiqi Yaşar İsgəndərovun Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina olunması və onun Səbail RPİ-nin X3 azad olunması qərara alınmışdır; cinayət işinin İ cildin 261-262-ci vərəqlərində olan “qətimkan tədbirinin seçilməsi barədə” 03 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır; cinayət işinin İ cildin 265-268-ci vərəqlərində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-471/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs AR CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 11 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir; cinayət işinin İİ cildin 1-ci vərəqində olan “cinayət işləri üzrə icraatların birləşdirilməsi haqqında” 25 noyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ilə ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmiş və ibtidai istintaqın ********* nömrə altında davam etdirilməsi qərara alınmışdır; cinayət işinin İİ cildin 6-cı vərəqində olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 06 iyun 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin istintaqın davam etdirilməsi üçün cinayət işi icraata qəbul edilmişdir; cinayət işinin İİ cildin 23-cü vərəqində olan “zərərçəkmiş şəxs qismində tanınma” haqqında 06 iyun 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; cinayət işinin İİ cildin 52-53-cü vərəqlərində olan “şübhəli şəxsin tutulması” haqqında 06 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə (06 iyun 2022-ci il tarixdə), saat 20:00-da CM-in 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; cinayət işinin İİ cildin 78-ci vərəqində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 08 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutlmuş ittiham elan edilmişdir; cinayət işinin İİ cildin 94-cü vərəqində olan “qətimkan tədbirinin seçilməsi barədə” 08 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır; cinayət işinin İİ cildin 98-ci vərəqində olan “axtarış elan edilməsi haqqında” 01 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və onun tutularaq Yasamal RPİ-nin İŞ-nə təhvil verilməsi qərara alınmışdır; cinayət işinin İİ cildin 99-cu vərəqində olan “icraatın dayandırılması haqqında” 01 iyul 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Cinayət işinin İİ cildin 111-ci vərəqində olan “cinayət işinin aidiyyatı üzrə göndərilməsi haqqında” 18 noyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi Səbail RPİ-də CM-in 177.2.2-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işinə birləşdirilməsi üçün aidiyyatı üzrə Səbail RPİ-yə göndərilmişdir. cinayət işinin İİ cildin 116-cı vərəqində olan “qətimkan tədbirinin şərtlərini pozduğu üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” 14 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və tutulub Səbail RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır; cinayət işinin İİ cildin 118-ci vərəqində olan “icraatın dayandırılması haqqında” 14 dekabr 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi icraata qəbul edilmiş və CPM-in 53.1.3-cü maddəsinə əsasən iş üzrə icraat dayandırılmışdır. cinayət işinin İİ cildin 120-ci vərəqində olan Səbail RPİ-nin 23 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 22 yanvar 2023-cü il tarixdə tutularaq Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir; cinayət işinin İİ cildin 121-ci vərəqində olan “icraatın təzələnməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs tutulması ilə əlaqədar təzələnmişdir. cinayət işinin İİ cildin 123-cü vərəqində olan “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 24 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir; cinayət işinin İİ cildin 139-141-ci vərəqlərində olan Bakı şəhəri Səbail rayon prokuroru Natiq Əsədovun vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Səbail RPİ-nin İŞ-nin baş müstəntiqi Yaşar İsgəndərovun Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina olunması və onun Səbail RPİ-nin X3 azad olunması qərara alınmışdır; cinayət işinin İİ cildin 142-144-cü vərəqlərində olan “qətimkan tədbirinin seçilməsi barədə” 24 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır; cinayət işinin İİ cildin 155-ci vərəqində olan qəbzə əsasən Zərərçəkmiş şəxs3 “Tufan M-50” markalı motosikleti Səbail RPİ-nin İŞ-nin baş müstəntiqi Yaşar İsgəndərovdan təhvil almışdır; cinayət işinin İİ cildin 172-ci vərəqində olan 27 aprel 2023-cü il tarixli ərizəyə əsasən “Tufan M-50” markalı moped hadisədən sonra Yasamal RPİ-nin əməkdaşları tərəfindən Zərərçəkmiş şəxs1 qaytarılmışdır; cinayət işinin İİ cildin 179-181-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 may 2023-cü il tarixli, 9/2954 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd 2022-ci il buraxılışlı, mühərrik həcmi 49 cm kub olan «Tufan M-50» markalı motosikletin istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti təxminən 1250 manat, 1 ədəd 2021-ci il buraxılışlı, mühərrik həcmi 49 cm kub olan «Yamaha Qrantluxy 50 CC» markalı motosikletin istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin may ayına olan orta bazar qiyməti təxminən 850 manat müəyyən olunur; cinayət işinin İİ cildin 191-194-cü vərəqlərində olan “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” 11 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və tutulduqdan sonra Nəsimi RPİ-nin İŞ-nə təhvil verilməsi və cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır; cinayət işinin İİ cildin 197-200-cü vərəqlərində olan “iş üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” 25 iyul 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı iş üzrə icraat (təqsirləndirilən şəxsin istintaqa gəlməsi ilə əlaqədar) təzələnmişdir. cinayət işinin İİ cildin 202-ci vərəqində olan Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Sənan Qurbanovun “axtarışda olan şəxsin könüllü istintaqa gəlməsi barədə” 25 iyul 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs səhhətinin pisləşməsi ilə əlaqədar müvəqqəti olaraq istintaqın çağırışlarına gələ bilmədiyini, axtarışda olması barədə məlumatının olmadığını, istintaqın bundan sonrakı mərhələsində hər bir çağırışa gələ biləcəyini bildirmişdir; cinayət işinin İİ cildin 219-220-ci vərəqlərində olan “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 26 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə yenidən yeni məzmunda ittiham elan edilmişdir; cinayət işinin İİ cildin 237-241-ci vərəqlərində olan “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” 01 avqust 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və tutulduqdan sonra Nəsimi RPİ-nin İŞ-nə təhvil verilməsi və cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır; cinayət işinin İİ cildin 244-247-ci vərəqlərində olan “iş üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı iş üzrə icraat (təqsirləndirilən şəxsin istintaqa gəlməsi ilə əlaqədar) təzələnmişdir. cinayət işinin İİ cildin 251-266-cı vərəqlərində olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs 26 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə elan edilmiş ittiham qanuni və əsaslı olduğundan həmin ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş və bu barədə material ayrılaraq Nəsimi rayon prokurorluğuna göndərilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş və bu barədə material ayrılaraq Nəsimi rayon prokurorluğuna göndərilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 180-cı maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş və bu barədə material ayrılaraq Nəsimi rayon prokurorluğuna göndərilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 186-cı maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş və bu barədə material ayrılaraq Nəsimi rayon prokurorluğuna göndərilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X5 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş və bu barədə material ayrılaraq Nəsimi rayon prokurorluğuna göndərilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şahid5 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş və bu barədə material ayrılaraq Nəsimi rayon prokurorluğuna göndərilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Murad və Ruslan adlı şəxslər barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş və bu barədə material ayrılaraq Nəsimi rayon prokurorluğuna göndərilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şahid5 barəsində Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş və bu barədə material ayrılaraq Nəsimi rayon prokurorluğuna göndərilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şahid5 barəsində Azərbaycan Respublikası CM-nin 307-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş və bu barədə material ayrılaraq Nəsimi rayon prokurorluğuna göndərilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şahid4 və Şahid2 barəsində Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş və bu barədə material ayrılaraq Nəsimi rayon prokurorluğuna göndərilmiş, “Tufan M50” markalı mopedin faktiki sahibinin Zərərçəkmiş şəxs1 olması nəzərə alınmış, cinayət işinin bəzi materiallarında Təqsirləndirilən şəxs adı “Mirbala” kimi deyil, “Mirbaba” kimi tanınmış və oxunmuş, cinayət işinin bəzi materiallarında Zərərçəkmiş şəxs1 adı “Turan” və ya “Tural” kimi deyil, “Tərlan” kimi tanınmiş və oxunmuş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Şahid2 üzərinə bıçaq çıxarması xüsusatında, həmçinin Şahid2 Təqsirləndirilən şəxs təpiklə vurub yıxması xüsusatında cinayət tərkibi müəyyən olunmadığından, həmin xüsusatlar üzrə cinayət təqibinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs nəhkumluğu ödənilmədən yenidən qəsdən cinayət əməli törətməsi Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən residiv kimi qiymətləndirilməmiş, təqsirləndirilən şəxs tərəfindən oğurlanmış zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məxsus əmlakların dəyəri məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəylərində göstərilən qiymətlərə istinad edilməklə ittihama daxil edilməsi nəzərə alınmış, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus əmlakın dəyərinin zərər çəkmiş şəxsin ifadəsində göstərdiyi qiymətə istinad olunmaqla ittihama daxil edilməsi nəzərə alınmış, iş üzrə Zərərçəkmiş şəxs1 məxsus “Tufan M50” markalı moped, Zərərçəkmiş şəxs2 məxsus 2021-ci il buraxılışlı, mühərrik həcmi 49 sm kub olan «Yamaha Qrantluxy 50 CC» markalı motosiklet, Zərərçəkmiş şəxs4 məxsus 2022-ci il istehsallı “Moon ZX 50» markalı, qara rəngli moped xüsusiyyətinə və əlamətlərinə, aşkar edildiyi yerə və vaxta görə, üzərində hadisənin izlərini saxladığına görə maddi sübut kimi tanınmış və saxlanılması üçün zərər çəkmiş şəxslərə qaytarılması nəzərə alınmış, iş üzrə Zərərçəkmiş şəxs3 məxsus 2022-ci il buraxılışlı, mühərrik həcmi 49 sm kub olan «Tufan M-50» markalı motosikletin 10 aprel 2023-cü il tarixli qərarla maddi sübut kimi tanınması və saxlanılması üçün Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınmış, qərarın təsviri hissəsində göstərilən və ittihamı təsdiq edən təqsirləndirilən şəxsin etirafedici ifadələri, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, hadisə yerinə baxış, könüllü təqdim etmə və götürmə, əşyanın tanınmaya təqdim edilməsi, ifadənin yerində yoxlanılması, şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi, digər istintaq hərəkəti protokolları, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyləri və istintaq zamanı toplanmış digər sənədlər onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından, həmin cinayət işi üzrə mötəbər sübutlar kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi ilə əlaqədar istintaqla müəyyən edilməli hallar üzrə toplanmış mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən həmin sübutlar kifayət etmiş hesab edilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş ərizələrdən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmışlar, onlara dəymiş ziyan tamamilə ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Eyni zamanda ibtidai araşdırma zamanı digər zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məxsus əşyalar qaytarılmış, Zərərçəkmiş şəxs4 istintaq orqanına ərizə təqdim edərək Təqsirləndirilən şəxs barəsində şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Həmin Qərarda həmçinin göstərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin «təkrarlığı» əlaməti ilə tövsif edilməlidir. Həmin Qərarda qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir.Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs AR CM-nin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-276/2024 saylı, 29 may 2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-471/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə əsasən təyin olunmuş və çəkilməmiş qalan 7 (yeddi) ay 1 (bir) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla (03 ay 15 gün azadlıqdan məhrum etmə) hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək, onun üzərində qəti olaraq 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 oktyabr 2023-cü il tarixdən 13 mart 2024-cü il tarixədək həbsdə saxlanıldığı 05 ay müddət ona təyin olunmuş cəzadan çıxılaraq, üzərində qəti olaraq 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalından həbs edilmiş, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Lakin Təqsirləndirilən şəxs hazırkı iş üzrə CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan əvvəlki hökm çıxarılmazdan əvvəl törətdiyindən, hazırkı cinayət əməlini törədərkən məhkum edilməmiş və buna görə də cinayətin residivi yaranmır. Ona görə də CM-in 66.5ci maddəsi nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 iyul 2022-ci il tarixli Plenum Qərarına əsasən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 74.2.2-ci maddəsinin mənasına görə, davam edən cinayətin birinci epizodunun şəxs tərəfindən başqa cinayət üzrə hökm çıxarılmazdan əvvəl törədildiyi və həmin hökm qanuni qüvvəyə mindikdən sonra davam edərək başa çatdırıldığı halda, cinayət hökm qanuni qüvvəyə mindikdən sonra törədilmiş hesab edilməli və cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə müvafiq olaraq hökmlərin məcmusu üzrə təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini etiraf edərək, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 ilə barışmasını, vurulmuş ziyanların bir qisminin ödənilməsini və sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasını, himayəsində azyaşlı uşağının olmasını nəzərə alır və cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-276/2024 nömrəli hökmü ilə təyin edilmiş 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan cəza ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il, 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-276/2024 nömrəli hökmü ilə təyin edilmiş 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası qəti cəza müddətinə hesablanmaqla hazırkı hökmlə təyin edilmiş qəti cəzadan çıxılmalı və üzərində 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində və axtarışla tutulduğu 08 (səkkiz) gün ona təyin edilmiş 01 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində 01 il 06 ay 22 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkməsinin əvvəli 14 mart 2025-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan – Zərərçəkmiş şəxs1 məxsus “Tufan M50” markalı mopedin, Zərərçəkmiş şəxs2 məxsus 2021-ci il buraxılışlı, mühərrik həcmi 49 sm kub olan «Yamaha Qrantluxy 50 CC» markalı motosikletin, Zərərçəkmiş şəxs4 məxsus 2022-ci il istehsallı «Moon ZX 50» markalı, qara rəngli mopedin və Zərərçəkmiş şəxs3 məxsus 2022-ci il buraxılışlı, mühərrik həcmi 49 sm kub olan «Tufan M-50» markalı motosikletin zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 70 (yetmiş) iş saatına görə 420 (dörd yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına köçürülməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001- ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-276/2024 nömrəli hökmü ilə təyin edilmiş 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan cəza ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il, 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-276/2024 nömrəli hökmü ilə təyin edilmiş 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası qəti cəza müddətinə hesablanmaqla hazırkı hökmlə təyin edilmiş qəti cəzadan çıxılsın və üzərində 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində və axtarışla tutulduğu 08 (səkkiz) gün ona təyin edilmiş 01 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 01 il 06 ay 22 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 14 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 100 (yüz) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış - Zərərçəkmiş şəxs1 məxsus “Tufan M50” markalı mopedin, Zərərçəkmiş şəxs2 məxsus 2021-ci il buraxılışlı, mühərrik həcmi 49 sm kub olan «Yamaha Qrantluxy 50 CC» markalı motosikletin, Zərərçəkmiş şəxs4 məxsus 2022-ci il istehsallı «Moon ZX 50» markalı, qara rəngli mopedin və Zərərçəkmiş şəxs3 məxsus 2022-ci il buraxılışlı, mühərrik həcmi 49 sm kub olan «Tufan M-50» markalı motosikletin zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X2 ödənilmək üçün 420 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-13/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-13/2025
14.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver