Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-130/2020 27.07.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx xxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Bağlar massivində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (xx.xx.2020-ci il tarixədək qüvvədə olan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinəBakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmişdir. Belə ki, o, xx.xx.2019-cu il tarixində saat 22 radələrində ünvan 3 ünvanında yerləşən DTX-nın Nəsimi rayon idarəsinin inzibati binasının qarşısında dostu Şahid4 idarə etdiyi v 'Wolksvagen Passat” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Nəsimi rayonu, Ş.Bədəlbəyli küçəsi ilə hərəkətdə olduqları zaman, sonuncu qoşa xəttin tələblərini pozmaqla, əks istiqamətə manevr etmiş, avtomobilini DTX-nın Nəsimi rayon idarəsinin inzibati binasının qarşısında olan, idarənin xidməti avtomobillərinin park edilməsi üçün nəzərdə tutulmuş və digər avtomobillərin park edilməsinin qadağan edildiyi yerdə park etmiş, həmin vaxt DTX-nın Nəsimi rayon idarəsində xidmətdə olan növbətçi baş çavuşu Zərərçəkmiş şəxs idarənin inzibati binasının giriş qapısının qarşısında olduğundan avtomobilə yaxınlaşmış, avtomobili tərk edən Təqsirləndirilən şəxs şəxsi avtomobillərin idarənin qarşısında park edilməsinin qadağan edilməsi və həmin yerin yalnız DTX-nın Nəsimi rayon idarəsinin xidməti avtomobillərinin park edilməsi üçün nəzərdə tutulması barədə məlumat verib, həmin qaydanı tənzimləyən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa 4 saylı əlavəyə əsasən 5.15 saylı “P” nişanını göstərmiş, Təqsirləndirilən şəxs xidməti vəzifəsini yerinə yetirən, hakimiyyət nümayəndəsi DTX-nın Nəsimi rayon idarəsinin xidmətdə olan növbətçi baş çavuşu Zərərçəkmiş şəxs qanuni tələbinə məhəl qoymayaraq sonuncunun əynində olan xidməti forma - ağ rəngli çiyinlərində paqon olan köynəyin paqon hissələrini dartıb cıraraq müqvimət göstərib sifət nahiyəsini yumruq zərbələri vuraraq sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olmayan burun və qaşarası nahiyənin qançır və sıyrığı, üst dodağın qansızması xəsarətləri yetirib həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, bir müddət Türkiyə Respublikasında işlədikdən sonra anasının xəstə olması səbəbindən Bakı şəhərinə gəlmiş, lakin anası uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. xx.xx.2019-cu il tarixində, saat 23 radələrində qonşusu olan Şahid4 "Wolksvagen Passat” markalı, **-UC-*** qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsinə getmiş və orada olan tanışları Mikayıl və Kamran adlı şəxslərlə görüşmək istəmişdir. Lakin Mikayıl və Kamran adlı şəxsləri həmin ərazidə tapa bilmədiyinə görə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Sakura» adlı obyektə həmin avtomobillə Şahid4la birlikdə getmiş, həmin obyektin qarşısına çatdıqda avtomobil yolun əks tərəfində olduğuna görə, Şahid4 qoşa xətti kəsərək avtomobili yolunun digər tərəfinə, yəni «Sakura» adlı obyektə olan tərəfə döndərmişdir. Şahid4 idarə etdiyi avtomobilini həmin obyektdən 3-4 metr aralıda yolun kənarında park etmək istəmiş, bu səbəbdən o, avtomobildən düşərək avtomobilin park edilməsinə köməklik etmək niyyətində olmuşdur. Ancaq yolun kənarında ayrı-ayrı, avtomobil saxlanmaması üçün qadağan işarələri qoyulmuş, o isə işarələrin hansı səbəbdən oraya qoyulduğunu bilməmişdir. Belə ki, o, həmin ərazidə DTX-nın inzibati binasının yerləşdiyi haqqında məlumatı olmamışdır. Ancaq qadağan edici maneə olarsa, orada hansısa idarə olduğunu düşünmüşdür. O, Şahid4 avtomobili park edə bilməsi üçün həmin işarələrdən Sakura» adlı obyektə ən yaxın olan hissədə yerləşəni götürmüşdür. Bu zaman orada iki nəfər şəxsin dayandığını görmüş, həmin şəxslərdən biri sonradan ad və soyadını bildiyi Zərərçəkmiş şəxs ona yaxınlaşaraq həmin yerdə avtomobilin park edilməsinin qadağan olunduğunu demişdir. O səbəbini soruşduqda Zərərçəkmiş şəxs onu küçənin digər tərəfinə aparıb orada yerə basdırılmış üzərində “P” hərfi olan nişanı göstərib avtomobilin park edilməsinin mümkün olmamasını yenidən qeyd etmişdir. O, Zərərçəkmiş şəxs özünü təqdim etməsini bildirmiş, zərərçəkmiş şəxs isə ona idarənin mühafizəçisi olduğunu dedikdən sonra vəsiqəsini təqdim etməsini tələb etmişdir. Zərərçəkmiş şəxs vəsiqəsini təqdim edə bilməyəcəyini bildirərək avtomobili oradan çəkmələrini tələb etmişdir. O, Zərərçəkmiş şəxs mülki geyimdə olduğundan mühafizəçi olduğuna inanmadığını və avtomobili də çəkməyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs bundan sonra uca səslə avtomobili oradan çıxarmalı olduğunu bildirdiyindən aralarında mübahisə yaşanmışdır. O, avtomobilə doğru gedərkən Zərərçəkmiş şəxs ilə bir-birlərinin köynəklərindən tutaraq hər iki tərəf müqavimət göstərərkən bir-birilərini itələmişlər, lakin həmin vaxt zərərçəkmiş şəxsə hər hansı bir xəsarət yetirməmişdir. Həmin vaxt Şahid4 onları aralaşdırmışdır. Daha sonra o, həmin idarənin əməkdaşları tərəfindən saxlanılmış və ona Zərərçəkmiş şəxs DTX-nın Nəsimi rayon şöbəsinin əməkdaşı olması bildirilmişdir. İdarədə ona heç bir təzyiq edilməmiş və əməlinin cinayət məsuliyyəti yaratdığını bildirmişlər. O, zərərçəkmiş şəxsə heç bir xəsarət yetirməsə də, hadisənin qısa zaman ərzində yaranan anlaşılmazlıq nəticəsində və həmin vaxt anasının vəfat etməsi səbəbindən müəyyən psixoloji təsir yaratması səbəbindən baş verməsini demişdir. Sonda zərərçəmiş şəxslə barışdığını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu nəzərə alaraq, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavət olmamışdır. Azərbaycan Respublikası DTXnın Nəsimi rayon idarəsində növbətçi vəzifəsində işləmiş və vəzifə bölgüsünə əsasən onun funksional vəzifələri saat 09:00-dan etibarən növbəni təhvil almaq və təhvil vermək, bu barədə jurnalda qeydiyyat aparmaq, növbənin təhvil verilməsi zamanı qapılardakı möhürlərin toxunulmazlığını, invertarların mövcudluğunu, avadanlıqların sazlığını, təmizlik və səliqəliliyi yoxlamaq, növbə ərzində obyektin əsas giriş qapısını daim bağlı vəziyyətdə saxlamaq, inzibati binaya daxil olmaq üçün müraciət edən şəxslərin şəxsiyyətini təsdiq edən sənədləri yoxlamaq və idarə rəisinin icazəsindən sonra onların inzibati binaya və ya onun ərazisinə daxil olmasına razılıq vermək, kənar şəxslərin üstündə kəsici alət, odlu silah, partlayıcı və sairə olmadığına əmin olduqdan sonra onları inzibati binaya buraxmaq, inzibati binaya daxil olan və çıxan avtonəqliyyat vasitələrinin və yüklərin dəqiq yoxlanılmasını təmin etmək, eləcə də idarənin əməkdaşları üçün ayrılmış avtodayanacağa daim nəzarət etmək, kənar şəxslərin avtomobillərinin idarənin əməkdaşları üçün ayrılmış xidməti avtodayanacaqda saxlanılmamasına nəzarət etmək, iş gününün sonunda obyekti tərk edən idarə əməkdaşlarından elektrik, istilik və qaz avadanlıqlarının lüzumsuz yerə işləməsinin dayandırılmasını tələb etmək, əməkdaşlar getdikdən sonra bir daha onları yoxlamaq və yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmək, inzibati binada yanğın, eləcə də fövqəladə hallar baş verərsə, ilkin yanğınsöndürmə qurğularından və digər vasitələrdən istifadə etməklə hadisənin dərhal qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görmək, cavabdeh zabiti və idarə rəhbərliyini dərhal məlumatlandırmaqdan ibarətdir. Təqsirləndirilən şəxs ilk dəfə xx.xx.2019-cu il tarixdə, saat 22 radələrində görmüşdür. Belə ki, xx.xx.2019-cu il tarixdə səhər saat 09:00-dan idarədə növbəni təhvil alaraq xidmətə başlamışdır. Onun işlədiyi idarə Nəsimi rayonu, Ş.Bədəlbəyli küçəsi 100 ünvanında yerləşir. DTX-nın Nəsimi rayon idarəsinin xidməti maşınları üçün yolun kənarında, idarənin giriş qapısı ilə üzbəüz üç ədəd park yeri ayrılmışdır. Həmin ərazi insanların sıx istifadə etdiyi yer olduğundan və ətrafda çoxsaylı ticarət mərkəzləri və mağazalar olması səbəbindən bəzi hallarda vətəndaşlar öz şəxsi avtomobillərini park yeri tapa bilmədiklərində idarənin qarşısında, idarənin xidməti avtomobilləri üçün ayrılmış park yerində saxlamışlar. Bu səbəbdən park yerlərinə qadağan edici maneə yerləşdirmişdirlər. Onun birbaşa vəzifəsi olduğu üçün idarəyə aid olmayan avtomobillərin orada park etməməsinə nəzarət etmişdir. O, həmin tarixdə axşam saatlarında növbətçi hissədə xidmətini apararkən saat təxminən 21:30-dan etibarən inzibati binanın qarşısına çıxmış və ətrafa nəzarət etməyə başlamışdır. Həmin vaxt oradan keçən dostu X5 ilə rastlaşmış və söhbət etməyə başlamışlar. Təxminən yarım saat sonra “VVolksvagen Passat” markalı bir avtomobil qoşa xəttin tələbini pozaraq əks yola dönüb avtomobili idarənin qarşısında park etmək istədiyinin şahidi olmuşdur. Bu zaman avtomobilin sürücüsünün yanında olan sərnişin qapısının açıldığını və sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin avtomobildən düşərək yerə qoyulmuş qadağanedici maneənin yerdən götürdüyünü və orada avtomobili park etməsinə şərait yaratdığını görmüşdür. O, Təqsirləndirilən şəxs yaxınlaşaraq «burada avtomobil saxlamaq olmaz, ona görə də parklanmanı qadağan edən maneələr qoymuşuq, siz isə maneəni götürüb avtomobili park edirsiniz» demişdir. Təqsirləndirilən şəxs yaxınlaşarkən, xidməti geyim formasında olmuş, əynində ağ köynək, qara şalvar, paqonlar da köynəyin çiyin hissəsində taxılı vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs ona kobud şəkildə «get işinlə məşqul ol, sənin işin içəridədir» cavabını vermişdir. Təkrar olaraq «mənim işim elə burdadır, sən təcili avtomobili buradan götür, xidməti zərurətlə əlaqədar başqa avtomobillər gələ bilər» demiş və Təqsirləndirilən şəxs yolun digər başlanğıcında yerə bərkidilmiş üzərində “P” hərfi olan nişanı da göstərmişdir. Təqsirləndirilən şəxs yenə avtomobili park etdiyi yerdən tərpətməmiş və ona avtomobili çəkməyəcəyini bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs onu dinləmək istəmədiyini görüb DTX-nın əməkdaşı olduğunu və buranın DTX-nin bir idarəsi olduğunu izah edərək burada avtomobil park etməyə icazə olmadığını, bu yerlərin xidməti avtomobillər üçün nəzərdə tutulduğunu izah etmişdir. O, növbəti dəfə Təqsirləndirilən şəxs «qardaş burada konkret avtomobil park etmək olmaz, xahiş edirəm» demiş, lakin, onun bu sözləri Təqsirləndirilən şəxs xoşuna gəlməmiş və ona «yaxşı edirəm, avtomobil burada dayanacaq, heç bir yerə aparıla bilməz» deyərək sözlərini bitirdikdən sonra ünvanına nalayiq ifadələr işlətməklə, üzərinə gəlmiş, yumruq zərbələri ilə onun sifət nahiyyəsindən və başından vurmuşdur. Sifət nahiyəsindən xəsarət alsa da, digər zərbələrdən yayına bilmişdir. Həmçinin onun yaxasından tutaraq sağ çiynində olan paqonunu sökmüş və xidməti geyim köynəyinin paqon bağlanan hissəsini cırmışdır, köynəyi qana bulaşmışdır. Həmin vaxt Təqsirləndirilən şəxslə oraya gələn avtomobilin sürücüsü Şahid4 onları ayırmışdır. O, dərhal idarəyə gəlmiş və rəhbərliyinə məruzə etmişdir. Təqsirləndirilən şəxs idarəyə dəvət edildikdə idarənin səlahiyyətli şəxsləri hansı səbəbdən onun xəbərdalığına məhəl qoymadığını və xidməti avtomobillərin saxlanıldığı yerdə öz avtomobili saxladığını soruşmuş, Təqsirləndirilən şəxs isə küçədə istədiyi yerdə avtomobli park edə biləcəyini demişdir. Bir müddət sonra Nəsimi RPİ-nin 22-ci polis şöbəsinin əməkdaşları idarəyə gəlmiş və Təqsirləndirilən şəxs polis şöbəsinə aparmışlar. Həmin gün evə gedən zaman evdəkilərin hadisəni bilməməsi üçün tez köynəyi yumuş, bu səbəbdən də qan izi qalmamışdır. Hazırda o, təqsirləndirilən şəxslə barışmış, ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiyi xüsusatlara uyğun ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə «yaxşı edirəm, avtomobil burada dayanacaq, heç bir yerə aparıla bilməz» deyərək sözlərini bitirdikdən sonraZərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətməklə, üzərinə gəldiyini, yumruq zərbələri ilə sonuncunun sifət nahiyyəsindən və başından vurduğunu görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun uzun müddətdir tanıdığı qonşusudur, lakin zərərçəkmiş şəxsi hadisə il əlaqədar olaraq tanıyır və onlarla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, “Wolksvagen Passat” markalı, **-UC-*** nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuş və xx.xx.2019-cu il tarixdə, saat 22 radələrində Təqsirləndirilən şəxs ona zəng edərək dostları ilə görüşmək üçün “Sakura” adlı obyektə getmək istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs olduğu ünvandan götürərək həmin obyektə aparmış, lakin yolun kənarında avtomobilini park etməkdə çətinlik çəkmişdir. Həmin vaxt avtomobilini park etmək istəsə də, qadağan edici nişanları görərək fikrindən daşınmışdır. Lakin Təqsirləndirilən şəxs avtomobildən düşərək qadağan edici nişan olan maneəni yerindən götürərək avtomobilin park edilməsi üçün şərait yaratmağa çalışmışdır. Həmin vaxt ağ köynək qara şalvarda olan şəxs onlara yaxınlaşaraq həmin yerdə avtomobilin park edilməsinin qadağan olunmasını bildirdi. Sonradan həmin şəxsin Zərərçəkmiş şəxs olduğunu bilmişdir. Həmin vaxt o, avtomobildə olmuş və Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxs arasında söz mübahisəsinin yarandığını görmüşdür. Təqsirləndirilən şəxs həmin şəxsə kim olduğunu və nəyə görə ona göstəriş verməyini soruşmuş, həmin vaxt Zərərçəkmiş şəxs “P” hərfi olan nişanı göstərərək orada avtomobil saxlamağın qadağan olunduğunu demişdir. O, avtomobildən düşərək həmin şəxslərə yaxınlaşmış və aralarındakı mübahisənin daha da böyüdüyünün şahidi olmuşdur. Zərərçəkmiş şəxs DTXnın əməkdaşı olmasını israrla bildirsə də, xidməti vəsiqəsini göstərə bilməyəcəyini demiş və avtomobilin park edilməsinin mümkün olmayacağını demişdir. Bu zaman onların arasında mübahisə anidən bir-birlərinin köynəyindən tutaraq itələşməsi ilə nəticələnmiş və onların arasına girərək mübahisənin daha da kəskin xarakter almasının qarşısını almışdır. Həmin vaxt təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs heç bir xəsarət almamışdır. Daha sonra Təqsirləndirilən şəxs və o həmin idarəyə dəvət edilərək izahatları alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin xx.xx.2019-cu il tarixli, 1125 saylı rəyinə əsasən 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədən səthində məhkəmə-tibbi müayinəsi zamanı sol bud nahiyəsinin bir ədəd qançırı istisna olmaqla digər xəsarət və xəsarət izi aşkar edilməmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, törənməsi müddəti müayinədən 5-6 gün əvvələ uyğun gəlmiş, müxtəlif şəraitdə yarana bilərmiş və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olmadığından dərəcəsi təyin edilməmişdir (i/v 74-75). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin xx.xx.2019-cu il tarixli, 1112 saylı rəyinə əsasən 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində olan xəsarətlər – burun və qaşarası nahiyənin qançır və sıyrığı, üst dodağın qansızması bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri müayinədən bir gün əvvələ uyğun gəlmiş və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilməmişdir (i/v 76-77). İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin müstəntiqi Pərviz Əsədzadə tərəfindən tərtib edilmiş və hal şahidləri olan və iştirakçılar tərəfindən imzalanmış “Baxış və götürmə barədə” xx.xx.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ağ rəngli köynəyin sol nahiyəsindəki paqon keçirtmək üçün nəzərdə tutulan ilgəklər tikildiyi tikişdən natamam sökülmüşdür. (i/v 43-47). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 xx.xx.2020-ci il tarixli, Zərərçəkmiş şəxs adına tərtib olunmuş 1112 saylı rəyə əsaslanmaqla 10 saylı rəyinə əsasən 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində olan xəsarətlər – burun və qaşarası nahiyənin qançır və sıyrığı, üst dodağın qansızması kimi xəsarətlər aşkar edilmişdir, qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən əmələ gəmişdirlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2019-cu il tarixə və şəraitə uyğun gəlir, özü tərəfindən yetirilməsi inandırıcı deyildir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilməmişdir (i/v 201-202). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 xx.xx.2020-ci il tarixli, 109/2020 MTKŞ saylı rəyinə əsasən ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus sağ çiyin və sol çiyin nahiyəsindəki paqon keçirtmək üçün nəzərdə tutulan ilgəklər tikildiyi tikişdən natamam sökülmüşdür. Bu sökülmələr küt yaranma mexanizmə malikdir, köynəyin müvafiq nahiyələrinin gərilibdartılması nəticəsində yaranmışdır (i/v 204-205). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 xx.xx.2020-ci il tarixli, 196/2020-MTBŞ saylı rəyinə əsasən ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd köynək üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır (i/v 207-208). İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(006)- 109/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxx 2020-ci il tarixdən hesablanmaqla 01 (bir) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i/v 165- 167). İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus bir ədəd ağ rəngli köynəyin maddi sübut kimi tanınması və rayon prokurorluğunda maddi sübutlar otağında saxlanılması qərara alınmışdır (i/v 212-226). İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Nəsimi rayon idarəsi tərəfindən tərtib olunmuş xidməti xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs özünü intizamlı və işgüzar əməkdaş kimi göstərmiş, vəzifələrinin icrasına məsuliyyətlə yanaşmışdır. Özünə qarşı tələbkardır. Tənqiddən düzgün nəticə çıxarır. Azərbaycan dövlətinə sadiqdir. Vətənpərvərdir. Məişətdə və ictimai həyatda davranış qaydalarına riayət edir (i/v 239). İş materiallarında olan Azərbaycan Respublikası Yasamal rayon İcra Hakimiyyətinin 64 saylı MKİS-in rəisi S.Abıyev və mühəndis A.Gözəlov tərəfindən imzalanmış və möhürlənmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 saylı ünvanda qeydiyyatdadır, lakin ünvan sökülmüşdür. Göstərilən ünvanda yaşadığı müddətdə Təqsirləndirilən şəxs barəsində qonşular tərəfindən heç bir şikayət daxil olmamışdır (i/v 241). İş materiallarında olan xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v, 242). İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilən xx xxxx 2020-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İşi ilə bağlı növbəti məhkəmə iclaslarına gələ bilmədiyindən onun iştirakı olmadan keçirilməsini xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. (xx xxx 2020-ci il tarixədək qüvvədə olan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsinə əsasən hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. xx.xx.2020-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, 68-VİQD saylı Azərbaycan Respublikası Qanununun 1.68-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 315-ci maddəsi yeni redaksiyada verilmişdir, yəni hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etmə iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Həmin Məcəllənin 10.4-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Məhkəmə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, xx xxxx 2020-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddənin sanksiyasında yuxarı hədd kimi beş ilədək azadlıqdan məhrumetmə cəzası müəyyən edildiyindən həmin maddə ilə təqsirləndirilən şəxsə cəza təyin edilməsi onun vəziyyətini pisləşdirdiyi üçün qanunvericiliyin tələbinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə (xx.xx.2020-ci il tarixədək qüvvədə olan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsinə əsasən cəza təyin edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində (xx.xx.2020-ci il tarixədək qüvvədə olan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun həmin əməli törətməsi özü tərəfindən qismən etiraf edilsə də, məhkəmə istintaqında tədqiq olunmuş, biri-birini məntiqi baxımdan tamamlayan digər sübutlarla tam təsdiq olunur. Bu səbəbdən də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda məhkəmə istintaqında onun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir (1-ci bənd). Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi (xx.xx.2020-ci il tarixədək qüvvədə olan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus bir ədəd ağ rəngli köynəyin rayon prokurorluğunda maddi sübutlar otağında saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs(xx xxx 2020-ci il tarixədək qüvvədə olan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu və həbsdə olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməkləcəzaçəkməsinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus bir ədəd ağ rəngli köynəyin rayon prokurorluğunda maddi sübutlar otağında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-130/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-130/2020
27.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver