Məhkəmə qərarları › İş №1(006)-130/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-130/2021

02.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-130/2021 02.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2 və onun qanuni nümayəndəsi Zərərçəkmiş şəxs1 Qürbət qızının, müdafiəçilər Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Nəsimi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin məsləhətçisi, Qəyyumçuluq və Himayəçilik Şurasının nümayəndəsi X2, Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxxx 2002-ci il tarixdə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə, xx xxxx 2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, Nizami küçəsi, 19C6 ünvanında qeydiyyatda olan, ünvan 4 parkda məskunlaşaraq yaşayan və barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında insanların həyatı və sağlamlığı üçün təhlükə olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişlər. Belə ki, cinayət törədərkən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxx 2020-ci il tarixdə saat 21 radələrində ünvan 5 ünvanında yerləşən 20 nömrəli musiqi məktəbinin həyətində yetkinlik yaşına çatmayan tanışları Zərərçəkmiş şəxs2 ilə görüşüb ondan pul tələb edərkən sonuncu onlara pul verməkdən imtina etdiyi üçün Təqsirləndirilən şəxs2 həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib yumruq zərbəsi ilə sinə nahiyəsinə və təpik zərbəsi ilə sağ ayaq nahiyəsinə vurub Zərərçəkmiş şəxs2 yerə yıxmaqla ona sol dirsək oynağı nahiyəsinin sıyrığı, sağ pəncənin üst səthinin qançırı kimi dərəcələri təyin olunmayan xəsarətlər yetirdikdən sonra sonuncuya məxsus üzərində zərərçəkmiş şəxsin qiymətləndirilməsi görə 3 manat dəyərində 055 ***-**-** saylı mobil telefon nömrəsi olan 100 manat dəyərində 01 ədəd «İphone» markalı «A 1533» (5S) modeli mobil telefon aparatını açıq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 103 manat məbləğində ziyan vurmaqla soyğunçuluq etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 təxminən 2 ildir tanıyır, münasibəti yaxşı olub, heç bir ədavəti olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 21 radələrində dostlara Tərxan və Anarla birlikdə digər dostu Nihadın yaşadığı həyətə getmişlər. Həmin həyətə getməmişdən öncə tanışı, “Malo” ləqəbli Ələsgər adlı şəxs Fəyyazın ona 250 manat verməli olduğunu bildirmişdir. Nihadgilin həyətində olan zaman Fəyyaz oraya gəldikdə İ.Təqsirləndirilən şəxs2lə birlikdə Fəyyaza yaxınlaşıb onunla söhbət etmiş və ondan nəyə görə “Malo” ləqəbli Ələsgərin pulunu vermədiyini soruşmuş, Fəyyaz da pulunun olmadığını bildirmişdir. Bundan başqa o, Fəyyazdan özü üçün 25 manat pul istəmiş, Fəyyaz pulunun olmadığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 Fəyyazın sinəsindən itələyərək və ayağına təpik vuraraq yerə yıxmışdır. Fəyyaz yerə yıxıldıqda Anar yerdə olan Fəyyazdan 25 manat pulu verib verməməsini soruşmuş, o özü də Zərərçəkmiş şəxs2 «mənim başımı xarab eləmə 250 manat pul verəcəksən ver» demişdir. O, həmçinin Fəyyaza təklif etmişdir ki, əgər pulun yoxdursa telefonunu versin. Fəyyaz telefonu özü Tərxan, Anar və digər uşaqların gözü önündə çıxarıb şifrəsini açmış və ona vermişdir. Bundan sonra onlar aralaşıb getmişlər, Fəyyazla sağollaşdıqdan sonra Fəyyazdan aldığı telefonu “Malo” ləqəbli Ələsgərlə görüşüb ona vermişdir. Həmçinin Fəyyazdan 25 manat pulu borc kimi istəmiş, pulunu olmadığını desə də Neftçala rayonuna getmək üçün pula ehtiyacı olduğundan ondan pulu tələb etməyə davam etmişdir. Hadisə zamanı tanışları Tərxan və Nihadın heç bir şeyə qarışmadıqlarını, kənarda dayandıqlarını, Fəyyazdan pul tələb etməklə əlaqədar Təqsirləndirilən şəxs2lə aralarında əvvəlcədən razılaşma olmasa da Fəyyazı gördükdə ondan pul istəyəcəyi barədə Anara məlumat verdiyini, hadisə zamanı “Malo” ləqəbli Ələsgər adlı şəxsin orada olmadığını, Fəyyazdan pul tələb edəcəyi barədə Ələsgər adlı şəxsin xəbəri olmadığını qeyd etmişdir. Daha sonra özünü təqsirli bilməsini, gənc olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə dindirilmiş digər Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 1-2 ay olar tanıyır, münasibəti yaxşı olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 21 radələrində dostu Tərxan və Adil ilə birlikdə digər dostu Nihadın yaşadığı evin həyətinə getmişlər. Nihadgilin həyətində olan vaxt Fəyyaz da oraya gəlmişdir. Həmin vaxt Adil ona demişdir ki, Fəyyazdan 25 manat pul alıb kiməsə verəcəkdir. Onlar birlikdə Fəyyaza yaxınlaşmış, Adil onunla söhbət edib pul istəyən vaxt Fəyyaz pulunun olmadığını Adilə demişdir. Həmin vaxt Tərxan və digər tanımadığı uşaqlar, həmçinin Nihad kənarda dayanmışlar. Bundan sonra o, Fəyyazın sinəsindən itələyib ayağına təpik vurub yerə yıxmış, sonuncu yerə yıxıldıqda ondan 25 manat pulu verib vermədiyini soruşmuşdur. Daha sonra Adil Fəyyazdan pulu tələb etmiş, pulu yoxdursa telefonunu verməsini istəmişdir. Fəyyaz da İphone 5S markalı mobil telefonu özü onun, Tərxanın və digər uşaqların gözü önündə çıxarıb şifrəsini açmış və Adilə vermişdir. Bundan sonra Adil və Fəyyazla uşaqlardan və Tərxandan aralanıb getmiş, daha sonra Adil özü Fəyyazı yola salmışdır. Həmçinin bildirmişdir ki, Fəyyazı Adil ondan pul istədikdən sonra yerə yıxmışdır, Fəyyazdan pulu əvvəlcə Adil tələb etmişdir, Fəyyazı yerə yıxdıqdan sonra isə özü də ondan pul tələb etmişdir. Fəyyazdan pul istəməklə əlaqədar Adillə əvvəlcədən aralarında razılaşma olmamış, Adil Fəyyazı gördükdə ondan 25 manat pul isətəyəcəyini ona bildirmiş və onlar birlikdə Fəyyaza yaxınlaşmışlar. Təqsirləndirilən şəxs2, Adilə pul lazım olduğu üçün Fəyyazdan 25 manat pulu tələb etdiyini, hadisə vaxtı tanışları Tərxan, Nihad və orada olan digər şəxslərin kənarda dayandıqlarını və məsələyə qarışmadıqlarını, “Malo” ləqəbli Ələsgər adlı şəxsin hadisə yerində olmadığını qeyd etmişdir. Daha sonra özünü təqsirli bilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və yetkinlik yaşına çatmamasını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli olmaları özlərinin etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs1 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çalmayan xx.xx.2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə xalası Ülviyyə Musayevanın yaşadığı Nəsimi rayonu, Cavadxan küçəsi 40 ünvanındakı mənzilə getmişdir. xx.xx.2020-ci il tarixdə saat 21:00 radələrində Nəsimi rayonu, H.B.Əliyev küçəsində yaşayan dostu Nihad onun yanına gələn vaxt əvvəlcədən tanıdığı Adil, Tərxan və bir nəfər tanımadığı şəxs də Nihadla birlikdə olmuşdur. Adil onu yanına çağırmış və işi olduğunu bildirib yaxınlıqdakı 20 nömrəli musiqi məktəbinin həyətinə getməyi təklif etmişdir. Ora gedən vaxt təxminən 4-5 nəfər tanımadığı uşaqlar da onlara yaxınlaşmışdır. Adil və əvvəllər tanımadığı, adını bilmədiyi şəxs ondan 25 manat pul tələb etmişdir. O, etiraz edərək pulu olmadığını bildirmişdir. Bundan sonra Adilin yanında olan, əvvəllər üzdən tanıdığı adını bilmədiyi, sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs2 onun sinəsindən 1 dəfə yumruqla və təpiklə ayağına vuraraq onu yerə yıxmışdır. O, yerə yıxılanda Anar əyilərək sinəsindən tutub digər əli ilə yumruqla hədələyərək 25 manatı nə vaxt çatdıracağını soruşmuşdur. O, ayağa qalxdıqdan sonra Adil ondan 250 manat pul tələb etmiş, səbəbini soruşduqda Adil onu «deşəcəyi» ilə hədələmiş, pulu, yaxud telefonunu verməsini tələb etmişdir. Adil ona həm də demişdir ki, “Malo” ləqəbli şəxsə söz verdiyindən pulu çatdırmalıdır. O isə “Malo” ləqəbli şəxsə borclu olmadığımı, həmçinin heç kimə söz vermədiyini bildirmişdir. Adil və Anar ondan pul tələb edərkən Tərxan və digər şəxslər kənarda dayanıb tamaşa etmişdir. Nihad isə onları sakitləşdirməyə çalışmış, amma Anar və Adil buna imkan verməmişdir. Bundan sonra o, qorxduğundan sağ cibində olan İphone 5S markalı telefonu çıxarıb Adilə vermişdir. Adil mobil telefonu aldıqdan sonra ona tapşırmışdır ki, evdə telefonun sınması barədə məlumat versin. Adil onunla bir qədər söhbət etdikdən sonra getmiş, o, da xalasının yaşadığı ünvana qayıtmışdır. Sonradan anası Zərərçəkmiş şəxs1 baş vermiş hadisədən xəbər tutmuş və bu barədə DİN-nin 102 Xidmətinə məlumat vermişdir. Zərərçəkmiş şəxs2 ifadəsində həmçinin göstərmişdir ki, hadisə vaxtı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona bıçaq, silah və ya silah qismində hər hansı bir əşya nümayiş etdirməsə də Təqsirləndirilən şəxs1 ona “səni deşəcəm ya 250 manat pulu ver ya telefonu ver, mənim başımı xarab eləmə» demişdir. Zərərçəkmiş şəxs2 qeyd etmişdir ki, hadisə zamanı “Malo” ləqəbli şəxs orada olmamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs2 və onun qanuni nümayəndəsi Zərərçəkmiş şəxs1 məhkəmə iclasında bildirmişlər ki, təqsirləndirilən şəxslər və ailələri bu gündə onları hədələyir və şikayətlərini götürmədikləri halda başlarına oyun açacaqlarını bildirirlər. Bu səbəbdəndə təqsirləndirilən şəxslər barəsində ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə2 Marif qızının iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan xx.xx.2004-cü il təvəllüdlü Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs2 2 il olar tanıyır, onunla münasibəti həmişə yaxşı olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 21 radələrində dostu Adil və Anarla birlikdə digər dostu Nihadın yaşadığı həyətə getmişlər, Nihad yaşayan həyətdə olan vaxt Fəyyaz da həmin yerə gəlmişdir. Adil onlara demişdir ki, Fəyyazdan 25 manat pul alıb rayona gedəcəkdir. Ona görə Adil onlardan aralanıb Anarla birlikdə Fəyyaza yaxınlaşmışdır. Həmin vaxt o özü, Nihad və digər tanımadığı uşaqlar kənarda dayanmışlar. Adil Fəyyazala söhbət edib pul istəyən vaxt Fəyyaz ona pulunun olmadığını demişdir. Bundan sonra Anar Fəyyazın sinəsindən itələyib ayağına təpik vurub yerə yıxmış, onlar bir qədər kənarda olduğu üçün Anarın və Adilin Fəyyaza nə dediyini eşitməmişdir. Bundan sonra görmüşdür ki, Fəyyaz ayağa durub cibindən İphone 5S markalı mobil telefonu çıxarıb Adilə vermişdir. Fəyyaz telefonu verdikdən sonra Fəyyaz, Adil və Anar həmin yerdən uzaqlaşmışdır. Sonradan Adil onların yanına gələrək Fəyyazı xalasının yaşadığı evinə yola saldığını və İphone 5S markalı mobil telefonu götürüdüyünü demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan xx.xx.2003cü il təvəllüdlü Şahid2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs2 2 il olar tanıyır, aralarında dostluq münasibətləri var. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 21 radələrində H.B.Əliyev küçəsi 54 saylı ünvanın yaxınlığında musiqi məkətəbinin həyətində oturacaqda oturarkən dostları Adil, Tərxan və Nurlan ləqəbi ilə tanıdığı, əsl adı Anar olan şəxs onun yanına gəlmişdir. Sonradan onların yanına dostu Fəyyaz da gəlmişdir. Bir qədər söhbət etdikdən sonra Adil və Anar digər dostu Fəyyazı kənara çəkmiş, o isə Tərxanla oturacaqda əyləşmişdir. Kənardan eşitdiyinə görə Adil əvvəlcə Fəyyazdan 25 manat pul borc istəmiş, Fəyyaz ona pulunun olmadığını demişdir. Bundan sonra Anar Fəyyazın sinəsindən itələyib ayağına təpik vurub yerə yıxmışdır. Fəyyaz yerdə olarkən Anar yumruğunu Fəyyaza tərəf apararaq Fəyyazdan 25 manat pulu tələb etmiş, Fəyyaz pulunun olmadığını deyib ayağa durmuşdur. Bundan sonra Adil Fəyyazdan pulun əvəzinə mobil telefonunu verməsini istəmiş, Fəyyaz da qorxudan cibindən mobil telefonunu çıxarıb Adilə vermişdir. Bundan sonra Anar, Adil və Fəyyaz birlikdə aralanıb söhbət edə-edə kənara getmişlər. Bir qədər sonra Adilin tək qayıtdığını görüb Fəyyazın hara getdiyini ondan soruşmuş, Adil cavab vermişdir ki, Fəyyazı evlərinə yola salmışdır. Bundan sonra sağollaşıb yaşadığı evə getmişdir. Evdə baş verənlərdən anası xəbər tutduqdan sonra telefonla zəng edərək Fəyyazın anasına məlumat vermişdir. Şahid2 ifadəsində göstərmişdir ki, hadisədə onun heç bir iştirakı olmamış, Adil və Anarı aralaşdırmağa çalışmış, “Malo” ləqəbli şoxs isə orada olmamışdır. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid3 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs1, həmçinin adını Nurlan kimi bildiyi Təqsirləndirilən şəxs2 1 aydır ki, tanıyır, həmin şəxslərlə onu Şahid1 eyni gündə tanış etmişdir. sonuncunu isə 1 il olar tanıyır. Həmin şəxslər onu “Malo” və “Maloy” ləqəbləri ilə tanıyırlar, lakin əsl adını bilmirlər. Əvvəllər Zərərçəkmiş şəxs2 mobil telefonunu sındıran Təqsirləndirilən şəxs1 Fəyyaza 25 manat telefonunu düzəltdirmək üçün pul borcu olmuş, lakin Fəyyaz Adildən həmin pulu ala bilməmişdir. Bu barədə ona danışan Fəyyaz bildirmişdir ki, Adil onun telefonunu sındırdıqdan sonra telefonu dükana düzəltdirməyə verdiyi ustaya 25 manat borcu qalmışdır, Adil telefonun usta xərcini boynuna götürsə də onu vermək istəmir və ondan gizlənir, bu səbəbdən də o, telefonunu ustadan götürə bilmir. Buna görə 2020-ci ilin avqust ayının ortalarında Adilə zəng edərək Fəyyaza 25 manat borcunu verməsini bildirmiş, həmin pulu ya ona çatdırmasını ya da Fəyyazın özünə verməsini tapşırmışdır. Adil hər dəfə ona müxtəlif bəhanələr gətirərək 25 manat pul borcunu verəcəyini demişdir. Bundan bir neçə gün sonra xx xxxxxx 2020-ci il tarixdə saat 22 radələrində Adil onunla əlaqə saxlayaraq Yasamal rayonu, Alatava 2 ünvanına gəlmiş, Adilin yanında Tərxanda olmuşdur. Adil onunla görüşüb cibindən İphone 5S markalı mobil telefonu çıxarıb ona vermişdir. Mobil telefonu hansı səbəbə verdiyini soruşduqda demişdir ki, Fəyyaza olan 25 manat borcunun qarşılığında həmin mobil telefonu verir. Adildən mobil telefonun kimə məxsus olduğunu soruşduqda Adil bildirmişdir ki, verdiyi mobil telefon Fəyyazın mobil telefonudur. Bundan başqa Adil ona həm də demişdir Fəyyaz həmin mobil telefonu 250 manat borcunun əvəzində vermişdir. Həmin vaxt Tərxan orada olsa da heç bir söz deməmişdir. O, İphone 5S markalı mobil telefonu götürdükdən sonra Adil və Tərxan sağollaşıb getmişdir. Bundan sonra eşitmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət etdiklərinə görə polis tərəfindən saxlanılmışdır. Şahid3 həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 məxsus İphone 5S markalı mobil telefonu cinayət yolu ilə əldə etməsi və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 pul tələb etməsi barədə məlumatı olmamış və İphone 5S markalı mobil telefonu könüllü olaraq istintaqa təqdim etmişdir. Cinayət işinin 1-ci cild 76-77-ci vərəqələrində olan xx xxxxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cild 152-153-cü vərəqələrində olan xx xxxxxxxx 2020-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həmin tarixdə yetkinlik yaşına çatmayanı nəzarət altına vermə haqqında qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 99-100-cü vərəqələrində olan xx xxxxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cild 155-156-cı vərəqələrində olan xx xxxxxxxx 2020-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həmin tarixdə valideyn nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 25-27-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş olan valideyn nəzarəti altına vermə haqqında qətimkan tədbiri dəyişdirilərək polisin nəzarət altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş valideyn nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 182-184-cü vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X6 Təcrübi və Tədris Birliyinin xx xxxxxxxx 2020-cı il tarixli, 690 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlər - sol dirsək oynağı nahiyəsinin sıyrığı, sağ pəncənin üst səthinin qançırı küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişlər, xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər. Aşkar olunmuş xəsarətlər həm ümumilikdə, həm də ayrı - ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Cinayət işinin 1-ci cild 229-231-ci vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-X1 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 2165 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal - hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 emosionallıq, nümayişkaranəlik, inadkarlıq, diqqət mərkəzində olmağa maraq göstərmək k.mi fərdi psixi xüsusiyyətlərə malikdir, fərdi - psixi xüsusiyyətlərində hadisə ilə əlaqədar yalan danışmağa və özündən uydurmağa meyllilik əlamətləri müşahidə olunmamışdır. Təqsirləndirilən şəxs1 əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri aşkar olunmamış, o, sensor perseptiv prosesləri, fərdi - psixi xüsusiyyətləri nəzərə alınmaqla düzgün qavraya bilmək, törətdiyi hərəkətlərin xarakterini və mənasını dərk etmək qabiliyyətinə malik olmuşdur. Hadisədən əvvəl Təqsirləndirilən şəxs1 hazırki əməli törədərkən hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixi - emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik (stress, psixi - emosional gərginlik, fizioloji affekt və s.) yaranmamışdır. Cinayət işinin 1-ci cild 225-228-ci vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-X1 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 2164 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal - hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 kobudluq, eqosentrizm, çılğınlıq kimi fərdi psixi xüsusiyyətlərə malikdir, fərdi - psixi xüsusiyyətlərində hadisə ilə əlaqədar yalan danışmağa və özündən uydurmağa meyllilik əlamətləri müşahidə olunmamışdır. Təqsirləndirilən şəxs2 əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri aşkar olunmamış, o, sensor perseptiv prosesləri, fərdi - psixi xüsusiyyətləri nəzərə alınmaqla düzgün qavraya bilmək, törətdiyi hərəkətlərin xarakterini və mənasını dərk etmək qabiliyyətinə malik olmuşdur. Hadisədən əvvəl Təqsirləndirilən şəxs2 hazırki əməli törədərkən hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixi emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik (stress, psixi - emosional gərginlik, fizioloji affekt və s.) yaranmamışdır. Cinayət işinin 1-ci cild 204-207-ci vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 9/4478 saylı məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd «İphone» markalı, «A 1533» (5S) modeli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və istifadədə olduğunu nəzərə alaraq 2020-ci ilin avqust ayına olan orta bazar qiyməti təxminən 100 (yüz) manat müəyyən olunur. Cinayət işinin 1-ci cild 205-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatların dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 210-cu vərəqəsində olan maddi sübut kimi tanınma haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə 01 ədəd «İphone» markalı, «A 1533» (5S) modeli mobil telefon aparatı iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və məhkəmənin yekun hökmünə çıxana qədər saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlancı kamerasına təhvil verilmişdir. Cinayət işinin 1-ci cild 158-ci vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cild 159-cu vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx xxxx 2019-cu il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cild 43-cü vərəqəsində olan xx xxxxxxxx 2020-ci il tarixli Qərardan görünür ki, İ.S.Kərimova məhkəməyədək istintaq dövründə yetkinlik yaşına çalmayan xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi kimi tanımmışdır. Cinayət işinin 1-ci cild 55-ci vərəqəsində olan xx xxxxxxxx 2020-ci il tarixli Qərardan görünür ki, Qanuni nümayəndə1 yetkinlik yaşına çalmayan xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi kimi tanımmışdır. Cinayət işinin 1-ci cild 23-cü vərəqəsində olan xx xxxxxxxx 2020-ci il tarixli Qərardan görünür ki, Zərərçəkmiş şəxs1 yetkinlik yaşına çalmayan xx.xx.2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi kimi tanımmışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyləri və digər iş materialları ilə onların qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 həyatı və sağlamlığı üçün təhlükə olmayan zor tətbiq etməklə sonuncunun əmlakını açıq talamaqla soyğunçuluq etmə cinayətini törətmələri tamamilə sübuta yetirildi. Onların əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə tövsif edilməli və onlar həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrinə əsasən soyğunçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən insanların həyatı və sağlamlığı üçün təhlükə olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talama - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olmasını və gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, həmçinin təqsirləndirilən şəxsin cinayət törətdikdən sonra əməlindən peşman olmaması ilə yanaşı zərərçəkmiş şəxsi və ailəsini təhdid etməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, sonuncunun xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək, yəni 01 (bir) gün şübhəli şəxs qismində tutulma müddəti nəzərə alınmaqla, həmin müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Toboruna həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 azadlığı faktiki olaraq hökmün çıxarıldığı xx xxxx 2021-ci il tarixdən saat 11-30-dan məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən ilk dəfə məhkum olunduğunu, yetkinlik yaşına çatmamasını, cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, həmçinin təqsirləndirilən şəxsin cinayət törətdikdən sonra əməlindən peşman olmaması ilə yanaşı zərərçəkmiş şəxsi və ailəsini təhdid etməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməli, sonuncunun xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək, yəni 01 (bir) gün şübhəli şəxs qismində tutulma müddəti nəzərə alınmaqla, həmin müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilməklə, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Toboruna həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 azadlığı faktiki olaraq hökmün çıxarıldığı xx xxxx 2021-ci il tarixdən saat 11-30-dan məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Plenumunun xx xxxx 2002-ci il tarixli 2 saylı Qərarına əsasən hökm çıxarılanadək 18 yaşı tamam olmamış şəxs azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə (Azərbaycan Respublikası CM-nin 55.1-ci maddəsi), məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə müvafiq olaraq onlara ümumi və ya möhkəm rejimli tərbiyə müəssisəsi təyin edilir. Ümumi və ya möhkəm rejimli tərbiyə müəssisələri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə görə yalnız azadlıqdan məhrum etmə cəzasına məhkum edilən yetkinlik yaşına çatmayanlara təyin edilir. Ona görə də yetkinlik yaşına çatmadığı dövrdə qəsdən cinayət (o cümlədən xüsusilə ağır cinayət) törətmiş şəxs hökm çıxarılan vaxt yeykinlik yaşına çatarsa və azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə, o, cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə, ehtiyatsızlıqdan məhrum etmə cəzasına məhkum edildikdə isə məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməlidir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli, 6 saylı Qərarının 21-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 55 və 85-ci maddələrinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən, hökm çıxarılanadək 18 yaşı tamam olmayan şəxslər ümumi və ya möhkəm rejimli tərbiyə müəssisələrinə yerləşdirilirlər. Bu zaman yetkinlik yaşına çatmayan oğlanlar cəzalarını ümumi rejimli, əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmiş yetkinlik yaşına çatmayan oğlanlar isə cəzalarını möhkəm rejimli tərbiyə müəssisələrində çəkməlidirlər. Yetkinlik yaşına çatdığı dövrdə qəsdən cinayət (o cümlədən xüsusilə ağır cinayət) törətmiş şəxs hökm çıxarılan vaxt yetkinlik yaşına çatarsa və azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə, o, cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə, ehtiyatsızlıqdan cinayət törətməyə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdə isə məntəqə tipli cəza çəkmə müəssisəsinə göndərilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayan məhkumlara on ildən çox olmayan müddətə təyin edilir. Həmin Məcəllənin 85.5.1-ci maddəsinə əsasən ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar ümumi rejimli tərbiyə müəssisəsində cəza çəkirlər. Ona görədə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd “İphone” markalı, “A1533 5S” modelli mobil telefon aparatı Nəsimi RPİ-nin maddi sübutların saxlancı kamerasından Zərərçəkmiş şəxs2 qaytarılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəməyədək istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri X3, X4, Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri S.G.Hüseynova və N.N.İbrahimova məhkəməyədək istintaq dövründə iştirak etdikləri 50 saata görə hər birinə 300 (üç yüz) manat, Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun, Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesablarına köçürülməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək, yəni 01 (bir) gün şübhəli şəxs qismində tutulma müddəti təyin edilmiş cəzadan çıxılsın, sonuncunun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2021-ci il tarixdən saat 11-30-dan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək, yəni 01 (bir) gün şübhəli şəxs qismində tutulma müddəti təyin edilmiş cəzadan çıxılsın, sonuncunun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2021-ci il tarixdən 11-30-dan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Konvoy Toboruna həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “İphone” markalı, “A1533 5S” modelli mobil telefon aparatı Nəsimi RPİ-nin maddi sübutların saxlancı kamerasından Zərərçəkmiş şəxs2 qaytarılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X4 istintaq orqanında iştirak etdiyi 50 saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun «xxxx» ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab № AZ41AİİB******************** bankın kodu 200112, VÖEN – 140063561) köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3 istintaq orqanında iştirak etdiyi 50 saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun «xxxx» ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab № AZ41AİİB******************** bankın kodu 200112, VÖEN – 140063561) köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar