Məhkəmə qərarları › İş №1(006)-130/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-130/2022

30.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-130/2022 30.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Yəhya qızının, müdafiəçi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X7, Təqsirləndirilən şəxs iştirakları ilə, 10 oktyabr 2002-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmayan, Beyləqan rayonunda qeydiyyatda olmaqla Xətai rayonu, Əhmədli qəsəsəbində yerləşən evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 180.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq yolla talamaqla soyğunçuluq, təkrarən tamah niyyəti ilə və elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talamaq məqsədilə 03 sentyabr 2021-ci il tarixdə, saat 19 radələrində ünvan 1 ünvanında olan zaman əvvəllər tanımadığı Zərərçəkmiş şəxs Yəhya qızının xahişi ilə sonunucya məxsus hər birinin qiyməti 5 manat təşkil edən üzərində iki ədəd GSM nömrəsi olan 300 manat dəyərində “Redmi Note 10” markalı mobil telefonundakı “bir kart” mobil tətbiqindən istifadə edərək istifadə edərək Zərərçəkmiş şəxs tanışına pul göndərilməsinə köməklik edəcəyini vəd edərək almış, bir müddət mobil telefondakı tətbiqdən istifadə görüntüsü yaratdıqdan sonra mobil telefonla birlikdə cəld şəkildə hadisə yerindən qaçmaqla Zərərçəkmiş şəxs onun tərəfindən əmlakının açıq talanmasını başa düşməsindən sonra telefonun geri qaytarması ilə əlaqədar arxasınca yüksək səslə müraciətlərinə məhəl qoymayaraq hadisə yerindən yayınmaqla özgənin əmlakını açıq yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 310 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli yolla talamaq məqsədilə Zərərçəkmiş şəxs 03 sentyabr 2021-ci il tarixdə soyğunçuluq yolu ilə ələ keçirdiyi “Redmi Note 10” markalı mobil telefonundakı elektron məlumat daşıyıcısı hesab edilən “bir kart” mobil tətbiqindən istifadə edərək 03 sentyabr 2021- ci il tarixdə saat 19:30-dan 05 sentyabr 2021-ci il tarixə saat 09:55-ə kimi olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə istintaqla müəyyən edilməyən ünvanlarda 1600 (min altı yüz) manat; 8 (səkkiz) manat; 1 (bir) manat 13 (on üç) qəpik; 113 (yüz on üç) manat; 57 (əlli yeddi) qəpik; 1415 (min dörd yüz on beş) manat; 7 (yeddi) manat 08 (səkkiz) qəpik; 500 (beş yüz) manat; 2 (iki) manat 50 (əlli) qəpik; 50 (əlli) qəpik pulu Zərərçəkmiş şəxs adına olan **********615903 nömrəli bank kartından sahibi istintaqla müəyyən edilməyən 416973****5352 nömrəli bank kartının hesabına köçürməklə nəğdləşdirmiş, 20 (iyirmi) manat; 20 (iyirmi) manat pulu kommunal ödənişlərlə, 10 (on) manat pulu +**********35 saylı GSM nömrənin balansına və sonuncu dəfə ünvan 2 ünvanında olan zaman 11 (on bir) manat, 70 (yetmiş) qəpik pulu həmin ünvana məxsus ***-***-**-** saylı telefon nömrəsinin balansına köçürməklə elektron məlumat daşıyıcısından istifadə etməklə Zərərçəkmiş şəxs məxsus əmlakı gizli yolla talayıb ona ümumilikdə 3709 manat 48 qəpik maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, atası rəhmətə getdiyi üçün anası və qardaşı ilə birlikdə Xətai rayonu, Əhmədli qəsəsəbində yerləşən evdə yaşayırdı. Hamı onu Nurlan kimi tanıyır. Əslində adı Təqsirləndirilən şəxs Taryel oğludur. Son 1 aydır ki, evdəkilərlə mübahisəsi olduğundan xanım dostu olan Şahid məxsus ünvan 3 ünvanında yerləşən evdə yaşayır. 03.09.2021-ci il tarixdə Nəsimi rayonu, Memar Əcəmi stansiyasının yaxınılığında tək gəzirmiş. Həmin ərazidə yerləşən "xxxx" ın bankomatının qarşısından keçərkən bir tanımadığı orta yaşlı bir xanımın pul köçürülməsində ona köməklik etməsi üçün bir nəfər oğlana müraciət etməsini görmüş, bu zaman həmin xanıma yaxınlaşıb telefonda olan “Bir Kart” mobil tətbiq vasitəsi ilə pul köçürmə əməliyyatında ona köməklik edə biləcəyini bildirmiş, məqsədi həmin xanımın telefonunu götürüb oradan qaçmaq olmuşdur. Bu məqsədlə həmin tanımadığı xanıma məxsus “Redmi note 10” markalı mobil telefonu ondan alıb telefonda olan “Bir Kart” mobil tətbiqi proqramına daxil olmuş, proqrama daxil olmaq üçün kodu həmin xanım özü yar.ımda yığıb ona verdiyindən kodu görmüşdür. Bundan sonra həmin proqrama daxil olub Nəsimi rayonu, Cavadxan küçəsi 24 ünvanında yerləşən Rahat marketin qarşısına tərəf yolu keçib pul köçürülməsini orada yerləşən ödəmə terminalı vasitəsi ilə həyata keçirməli olduqlarını ona tövsiyə etmiş, həmin xanımla birlikdə yolu keçib ödəmə aparatına yaxınlaşmış, bu zaman o qəflətən əlində olan telefonla birlikdə park isitqamətində qaçaraq hadisə yerindən uzaqlaşmışdır. Oradan uzaqlaşdıqda tez-tez arxaya baxırmış ki, görsün həmin şəxs onun dalınca gəlir ya yox. Arxaya baxdıqda həmin qadının bir neçə addım atıb ona çata bilməyəcəyini düşünüb arxasından gəlməmişdir. Bundan sonra Samir adlı tanışının ona verdiyi "xxxx" a məxsus son rəqəmi 5352 olan bank kartına ələ keçirdiyi telefonda olan mobil tətbiq vasitəsi ilə 2800 manat məbləğdə pul köçürərək nağdlaşdırmış və müxtəlif komunal ödənişlər etmiş, 050 *** ** ** nömrəli mobil telefona kontur köçürtdüyünü, bundan sonra “Laçın ticarət mərkəzinə gedib özünə paltar aldığını, ələ keçirdiyi pulu isə qeyri-rəsmi münasibətdə olduğum Rəvanə adlı qadınla birlikdə öz ehtiyaclarına xərclədiyini, 04.11.2021 -ci il tarixdə, saat 11:00 radələrində mən və tanışı Şahid ilə birlikdə Abşeron rayonu, Höküməli qəsəbəsində yerləşən kirayədə yaşadıqları evdə olan zaman qapı döyüldüyünü və o həyətə çıxıb 2 nəfər şəxsin onu çağırdığını gördüyünü və Onların polis əməkdaşı olduqlarını bildirib onu Nəsimi RPİ 19-cu Pş-ə gətirdiklərini, bundan başqa ona verilən suallara cavab olaraq ələ keçirdiyi telefonda olan tətbiq proqramı vasitəsi ilə oğurladığı pulları müxtəlif yerlərdə ııağdlaşdırdığını, sonucu dəfə ünvan 5 ünvana məxsus 012-530- 40-17 nömrəsinə ələ keçirdiyi telefonda olan proqram vasitəsi ilə ödəniş etdiyini bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən səmimi peşman olmasını, özünü təqsirli bilməsini, cinayət əməlləri nəticəsində vurulmuş zərərin bir qismini ödəməsini və gələcəkdə də qalan hissəsini ödəyəcəyini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 03.09.2021-ci il tarixdə axşam saatlarında işdən çıxıb ev almaq məqsədilə Nəsimi rayonu, Şamaxınka adlanan ərazidə yeni ev almaq məqsədilə mənzillərə baxırmış. X1 bank hesabına 100 manat pul göndərmək qərarına gəlmiş, bu məqsədlə Nəsimi rayonu, Memar Əcəmi metrostansiyasının yaxınlığında olarkən Kapitala banka məxsus bankomatın qarşısında həmin bankomat vasitəsilə qardaşının bank kartına pul köçürtmək istəyərkən bu prosesi bacarmadığı üçün yaxınlığımda dayanmış bankomatın növbəsini gözləyən şəxslərdən birindən kömək istəmişdir ki, telefonunda olan proqram vasitəsilə pul köçürmə əməliyyatını həyata keçirtsin. Həmin şəxs bunu bacarmadığını bildirmiş, bu zaman söhbəti eşidən və bankomatın növbəsində dayanan tanımadığı 20- 25 yaşlarında bir nəfər şəxs ona yaxınlaşaraq kömək etmək istədiyini bildirmişdir. Həmin şəxs ona yolun əks istiqamətinə keçib orada olan ödəmə terminalı vasitəsilə pul köçürülməsinə yardım edə biləcəyini qeyd etmiş, həmin tanımadığı şəxsin təklifi ilə onlar yolu əks istiqamətdə keçib “Rahat” marketin qarşısında olan ödəmə terminalının qarşısında dayanmışdırlar. O istifadə etdiyi “Redmi not 10” markalı mobil telefonunda olan Kapital Banka məxsus pul köçürülməsi üçün nəzərdə tutulan proqrama daxil olub mobil telefonu həmin tanımadığı şəxsə vermiş, həmin şəxs ondan telefonu aldıqdan sonra telefona guya pul köçürülməsində kömək etmək məqsədilə telefona baxış keçirtdikdən sonra qəflətən oradan yolun əks istiqamətində qaçaraq uzaqlaşın işdir. O həmin vaxtı onun arxasınca bir-iki addım atıb şok vəziyyətində olduğundan onun arxansınca yavaş səslə “telefonum” deyə səslənmiş, sonra piyada hərəkət edərək Şamaxınka adlanan əraziyə tərəf getməyə başlamışdır. Yolda təsadüfən rastlaşdığı sosial şəbəkə vasitəsilə tanış olduğu Ceyhun adlı şəxs onun şok vəziyyətində olduğunu görüb nə baş verdiyini soruşduqda o olanları ona danışmış, o isə mənə dərhal DİN-nin 102 Xidmətinə zəng edib məlumat verməli olduğunu izah etmişdir. O Ceyhunun telefonunu alaraq DİN-nin 102 Xidmətinə məlumat vermiş və Nəsimi RPİ-nin 19-cu PŞ-nə yaxınlaşaraq ərizə vermişdir. Ərizə verdikdən sonra Ceyhun adlı şəxslə sağollaşıb yaşadığı ünvan 6 ünvanında yerləşən evinə gəlmiş, evdə olan anası X3 baş verən hadisəni danışmışdır. Məmin hadisədən iki gün sonra yaşadığı ünvanda olarkən ona məlum olmuşdur ki, “Kapital Bank" ın “Bir Kart" vasitəsi ilə dövlət qulluqçusu olduğuna görə onun hesabına verilən 3000 manat dəyərində pul məbləği naməlum şəraitdə oğurlanmışdır. Bundan sonra o yeni telefon alaraq istifadə etdiyi ***-***-**-** nömrəsini taxdıqda həmin ona məxsus olan oğurlanmış “Bir kart" dan müxtəlif vaxtlarda müxtəlif hesab kartlarına 1400 manat, 800 manat və.s ümumilikdə 2700 manat dəyərində müxtəlif ödənişlər olunduğu barədə məlumat almışdır. Bu məqsədlə "xxxx"ın ofisinə yaxınlaşıb kartından olan ödənişlərin cədvəlini alaraq ona məxsus olan **********615903 hesab nömrəli “Bir kart" ı bağlatdırmışdır. O, həmçinin, ifadəsində göstərmişdir ki, ona məxsus telefon oğurlanan zaman telefonda 02 ədəd hər birinin dəyəri 5 manat olan GSM mobil nömrəsi olmuşdur. O, Təqsirləndirilən şəxs şikayətçi olduğunu, Təqsirləndirilən şəxs oğurlanmış pul vəsaitini anası üçün deyil, əyləncəyə xərclədiyini bildirmişdir. Bundan əlavə, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs şikayətçi olduğunu, Təqsirləndirilən şəxs oğurlanmış pul vəsaitini anası üçün deyil, əyləncəyə xərclədiyini, ona vurulmuş zərərin tam yox, bir hissəsinin ödənilməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, 2021-ci il ilin iyun ayında anasının rəfiqəsi olan bir xanımın oğlu olan Təqsirləndirilən şəxs ailəvi münasibət əsasında tanıyıb. İlk öncə aralarında costluq münasibəti olmuşdur. Hal-hazırda həmin Təqsirləndirilən şəxs ilə sevgili miinasibətindədir Münasibət son iki ayda daha da dərinləşib. Bildiyinə görə Təqsirləndirilən şəxs anası ilə mübahisə etdiyindən ailəsi ilə birlikdə yaşamır. Buna görə də o gündəlik kirayə evlərdə və parklarda gecələyirdi. Ona yazığı gəldiyi üçün onu yuxarıda qeyd olunan ünvanda yerləşən evində bir neçə günlük qonaq etmiş, münasibətləri bundan sonra daha da dərinləşməyə başlamışdır. 15 gündür ki, Abşeron rayonu, Höküməli qəsəbəsində yerləşən evlərin birində kirayədə Pəsi ilə birlikdə yaşayır. Ona məxsus olan “kapital bankın" kartını avqust ayında Pəsi adlı şəxsə vermişdir. Anası ona pul göndərdiyi üçün bu kart ona tez-tez lazım olurdu. Pəsi onunla münasibətdə olan müddətdə arabir müəyyən qədər pul məbləği tapıb yaşadıqları evə qida məhsulları alırdı. O Pəsidən bu pulu haradan əldə etdiyini soruşduqda anasının göndərdiyini və müxtəlif üsullarla əldə etdiyini deyərək ona cinayət törətməsi barədə və həmin pulların cinayət yolu ilə əldə etdiyi barədə heç bir məlumat vermirdi. Təqsirləndirilən şəxs ilə birlikdə yaşadığı ərəfədə ona məxsus olduğunu bildiyim “Redmi Note 10" markalı mobil telefonu o da istifadə edirmiş. Təxminən 10-15 gün olar ki, həmin telefona polis əməkdaşları tərəfindən zəng olunaraq telefonun oğurluq olması barədə məlumat verildi. Bundan sonra Pəsidən məsələyə aydınlıq gətirməsini istədikdə ona telefonun özünə məxsus olmasını və oğurluq etmədiyini bildirdiyini, bundan sonra o Pəsidən dəfələrlə oğurluq etməsi barədə soruşduqda Pəsi ona bunun yalan olmasını, heç bir cinayəti törətmədiyini bildirdiyini, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində polislər tərəfindən 04.11.2021-ci il tarixdə yaxalandıqdan sonra məlumat aldığını, bundan başqa verilən suallara cavab olaraq ***-***-**-** GSM nömrəli mobil abonentin anasına məxsus olmasını, müxtəlif vaxtlarda özünün də istifadə etməsini, ***-***-**-** saylı telefon nömrəsinin yaşadığı Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 32, mənzil 7 ünvanına məxsus olmasını, Təqsirləndirilən şəxs həmin nömrələrə köçürdüyü pulun oğurluq olduğu barədə məlumatının olmadığını bildirmişdir. Cinayət işinin İ cild 97-ci vərəqəsində olan 04 noyabr 2021-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin İ cild 157-160-cı vərəqələrdə olan Nəsimi Rayon Məhkəməsinin 06 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 noyabr 2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İ cild 248-250-ci vərəqələrdə olan Nəsimi Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 24 fevral 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin İİ cild 15-16-cı vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin İ cild 192-193-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 noyabr 2021-ci il tarixli 9/7576 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 01 ədəd “Redmi note 10” markalı, 64 GB yaddaşlı mobil telefonun satış üçün komplekləşdirilməsinə daxil edilən aksesuarların olmaması və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021 -ci ilin sentyabr ayına orta bazar qiyməti nəzəri hesablama yolu ilə 300 manat müəyyən edilmişdir. Cinayət işinin İ cild 190-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət İ cild 186-188-ci vərəqələrində olan "xxxx" ASC-dən alınmış iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs adına olan **********615903 hesab nömrəli bank kartından 2021-ci ilin sentyabr ayı ərzində aparılmış maliyyə əməliyyatları barədə cədvələ əsasən müəyyən edilmişdir ki, 03 sentyabr 2021-ci il tarixdə saat 19:30-dan 05 sentyabr 2021-ci il tarixə saat 09:55-ə kimi olan müddət ərzində 1600 (min altı yüz) manat; 8 (səkkiz) manat; 1 (bir) manat 13 (on üç) qəpik; 113 (yüz on üç) manat; 57 (əlli yeddi) qəpik; 1415 (min dörd yüz on beş) manat; 7 (yeddi) manat 08 (səkkiz) qəpik; 500 (beş yüz) manat; 2 (iki) manat 50 (əlli) qəpik; 50 (əlli) qəpik pulu Zərərçəkmiş şəxs Yəhya qızının adına olan **********615903 nömrəli bank kartından 416973****5352 nömrəli bank kartının hesabına köçürülmüş, 20 (iyirmi) manat; 20 (iyirmi) manat pulu kommunal ödənişlərlə, 10 (on) manat pulu +**********35 saylı GSM nömrənin balansına və 11 (on bir) manat, 70 (yetmiş) qəpik pul ***-***-**-** saylı telefon nömrəsinin balansına köçürülmüş, ümumilikdə Fəsi Abbasov tərəfindən kartdan 3709 manat 48 qəpik pul çıxarılmışdır. Cinayət işinin İ cild 212-213-cü vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 07 yanvar 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İ cild 127-128-ci vərəqələrində olan 05 noyabr 2021-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş Zərərçəkmiş şəxs məxsus olan "Redmi Note 10" markalı **********56664 və **********56672 imei kodlu mobil telefon maddi sübut qismində tanınmışdır. Cinayət işinin İ cild 129-cu vərəqəsində olan 05.11.2021-ci il tarixli qəbzə əsasən "Redmi Note 10" markalı mobil telefon Zərərçəkmiş şəxs təhvil verilmişdir. Cinayət işinin İ cild 191-ci vərəqəsində olan Zərərçəkmiş şəxs 06.01.2022-ci il tarixli ərizəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər qismən, yəni, 1000 ( bir min) manat hissəsi ödənilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs etiraf edici, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyi və digər iş materialları ilə onun özgənin əmlakını açıq yolla talayıb soyğunçuluq və təkrarən tamah niyyəti ilə və elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə özgənin əmlakını gizli yolla talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmə cinayətlərini törətməsi tamamilə sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1, 177.2.2, 177.2.3-1-ci maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 177.2.2, 177.2.3-1-ci maddələrinə əsasən oğurluq, yəni tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama təkrar və elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 18-ci bəndinə əsasən şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən səmimi peşman olmasını, özünü təqsirli bilməsini, zərərçəkmiş şəxsə vurulmuş zərəri qismən ödəməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını həmçinin əməlin ictimai qınağa səbəb olan hərəkət olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1, 177.2.2 və 177.2.3-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar tamamilə toplamaq yolu ilə sonuncuya qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 04 noyabr 2021-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, 01 ədəd “Redmi Note 10” markalı mobil telefon Zərərçəkmiş şəxs qaytarıldığından sonuncunun istifadəsinə verilmiş hesab edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X8 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 180.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 177.2.2, 177.2.3-1ci maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar tamamilə toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 04 noyabr 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs Yəhya qızına məxsus “Redmi note 10” markalı, **********566664 və **********56672 imei kodlu mobil telefonun sonuncunun istifadəsinə verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X8 məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (bir yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 19 saylı Vəkil Bürosunun “Beynəlxalq Bankın” Mingəçevir şəhər filialındakı hesablaşma hesabına (hesab No AZ03NABZ013501**********2944 bankın kodu 805272, VÖEN – **********1) köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar